Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-136/2021 18.02.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi - Salmanov Rahib Vaqif oğlunun sədrliyi ilə, hakimlər - Hacıyev Siyavuş Həbib oğlu və Mikayılov Eldar Əli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi – X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 20 saylı Vəkil bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə, xx.xx.1995-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, məhkumluğu olan, Sumqayıt şəhəri, 45-ci məhəllə, ev 11B/15 mənzil 35-də qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdə, saat 21:00 radələrində Sumqayıt şəhəri, 17-ci məhəllə ərazisində yerləşən “Metro” adlanan kafedə eyni masada əyləşdiyi qeyri rəsmi münasibətdə olduğu Şahid2 Zərərçəkmiş şəxs tərəfindən şokoladla çay göndərməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı yumruqla sonuncunun sifət nahiyəsinə iki dəfə vuraraq sol gözdə görmə funksiyasının tam itirilməsi ilə müşayiət olunan sol gözaltı nahiyənin və alt göz qapağının qançırı, sol gözün ağlı qişasına qansızma, konyuktivanın cırılması, göz almasının dağılıb boşalması, skleranın qopması, total hematoma, ümumi əmək qabiliyyətinin 1/3-dən az olmamaqla daimi və dayanıqlı itirilməsinə səbəb olan xəsarətlər yetirib insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü təqsirli bilərək göstərmişdir ki, o, ünvan 1 qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə məhkum olunaraq barəsində 2000 manat cərimə cəzası təyin edilmişdir. Daimi olaraq heç bir yerdə işləmir, fərdi işlə məşğul olur, heç bir psixi xəstəlik keçirməmişdir. Zərərçəkmiş şəxs əvvəllər tanımamış, onu hadisə baş verən günü tanımış, əvvəllər aralarında heç bir ədavət düşmənçilikləri olmamışdır. Baş vermiş hadisə ilə bağlı bildirmiş ki, xx.xx.2019-cu il tarixdə təxminən saat 20:00 radələrində o, qeyri rəsmi münasibətdə olduğu Şahid2 ilə görüşüb Sumqayıt şəhəri 17-ci məhəllə ərazisində “Kapital” bankın yanında yerləşən adını sonradan bildiyi “Metro” kafesinə gəlmiş, onlar ilk öncə kafenin kabinetində oturmaq istəsələr də onlara qızla tək kabinetdə oturmağımıza icazə olmadığını demişlər və onlar kafenin ikinci mərtəbəsinə qalxmışlar. Həmin vaxt ikinci mərtəbədə heç kəs olmamış, onlar da ikinci mərtəbədə küncdə olan masada əyləşmişlər, onlara bir nəfər qulluqçu yaxınlaşmış, onlar sifariş vermişlər. Daha sonra Şahid2 onunla birlikdə ayaqyoluna düşmüş, sonra onlar yenidən yuxarı öz masalarına qalxmışlar. Təxminən 15-20 dəqiqə sonra adını sonradan bildiyi Şahid1 onların masasına yaxınlaşıb “sizin masanıza şokoladla çay sifariş verillib, nə vaxt istəsəniz gətirək” demiş, o, da çayla şokoladın kimin sifariş verdiyini soruşmuş, Rövşən də ona adını sonradan bildiyi Zərərçəkmiş şəxs sifariş verdiyini demişdir. O, Rövşəndən Ruslanın nömrəsini alıb Ruslana zəng edib onu öz masasına dəvət etmiş, Ruslan da təxminən 15-20 dəqiqə sonra onların masasına yaxınlaşmış, o, Ruslandan onu tanıyıb tanımadığını soruşmuş, Ruslandan onu bəlkə hansısa tanışının yanında gördüyünü soruşmuş, Ruslan isə onu tanımadığını, yanında əyləşən Şahid2 tanıdığını, çayla şokoladı ona göndərdiyini demişdir O, da Ruslandan Esmiranı haradan tanıdığını soruşmuş, Ruslan isə ona Esmiranın onun işi ilə bağlı abonenti olduğunu, bu səbəbdən Esmiranı tanıdığını dmiş, o, isə Ruslana Esmiranın onun yanında olarkən nə səbəbə onun yanında Esmiraya şokoladla çay göndərtdiyini soruşmuş, Ruslan isə “kinayə” ilə bağışla demiş, o, da Ruslanın bu hərəkətindən əsəbləşmiş, çünki Ruslanın bu hərəkəti onun pisinə gəlmiş, yanında əyləşən qızın yanında özünü sınmış kimi hiss etmiş, bu səbəbdən oturduqları yerdə 2 dəfə yumruqla Zərərçəkmiş şəxs sol gözündən zərbə yendirmiş, Zərərçəkmiş şəxs də qaçıb getmiş, o, da Ruslanın arxasınca çıxmış, lakin Ruslan çıxıb getmişdir. Ruslan yenidən öz masasına qayıtmış, 10-15 dəqiqədən sonra isə kafedən çıxıb getmişdir. O, sonradan onun Ruslanın gözündən vurmasının təsirindən Ruslanın sol gözünün görmə funksiyasını tam itirdiyini bilmişdir. Ruslanın müalicəsi maddi üçün maddi yardim etmiş, eyni zamanda Ruslan ilə barışmış və törətdiyi əməlindən peşimandır. İş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2009-cu ildən hazıradək Sumqayıt şəhərində yerləşən “xxxx” Telekom MMC-də nəzarətçi vəzifəsində işləyir, həmin MMC-nin əsas iş prinsipi yaşayış və qeyri yaşayış binalarını televizor və internetlə təmin etməkdən ibarətdir. O, isə vəzifəsini icra edərək ödəmə vaxtı çatan abonentlərdən pulu yığıb ofisə təqdim edir. Təxminən bir il bundan öncə mənzillərdən abonent pullarını yığan vaxt ünvan 3 ünvanında yaşayan adını bilmədiyi qadını tanımış, belə ki, dəfələrlə həmin xanım qapını açıb abonent pulunu ödəmiş, bir-birləri ilə salamlaşıb hal-əhval tutmuşlar. Lakin başqa heç bir münasibətləri olmamışdır. Təqsirləndirilən şəxs isə əvvəllər tanımamış, aralarında heç bir ədavət və düşmənçilikıləri olmamışdır. Hadisə ilə bağlı qeyd etmiş ki, xx xxxxxx 2019-cu il tarixdə saat 20 radələrində işlərini yekunlaşdırıb təkbaşına yaşadığı Sumqayıt şəhəri, 17-ci məhəllə ərazisində “Kapital” bankın yaxınlığında yerləşən dostu Rəşada məxsus adı olmayan kafeyə gəlmiş, o, kafeyə daxil olan zaman bir nəfər qadınla oğlanın sanitar qovşağının yanında dayandığını görmüş, həmin qadın ona tərəfə baxıb başı ilə salam vermiş, o, isə qadının sifəti tanış gəldiyindən bir neçə dəfə qadına baxıb yadına salmağa çalışmış, bir neçə dəqiqədən sonra yadına düşmüş ki, həmin qadın ünvan 3 ünvanında yaşayan adını bilmədiyi abonentidir. O, isə kafedə tanışlarından heç kimin olmadığını görüb çölə çıxmış, elə həmin vaxt kafedə işləyən Rövşəni yanına çağırıb hörmət mənasında bir az öncə gördüyü abonenti olmuş xanımın masasına şokaladla çay aparmasını xahiş etdikdən sonra çıxıb getmişdir. Təxminən 10-15 dəqiqədən sonra unutduğu mobil nömrədən istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edilmiş, zəng edən şəxs özünü Natiq kimi təqdim edib kafeyə geri qayıtmağını xahiş eləmiş, o, da təxminən 30 dəqiqədən sonra gələcəyini bildirsə də özünü Natiq kimi təqdim edən şəxs bir qədər tez gəlməyini xahiş etmiş, o, da razılaşaraq təxminən 15 dəqiqədən sonra dostu Rəşada məxsus adı olmayan kafeyə gələrək pilləkanla yuxarı zala qalxmışdır. O, kafenin zalına daxil olduqda sağ künc tərəfdə abonenti olan qadının və sonrada adının Natiq olduğunu bildiyi şəxsin əyləşdiyini görmüş, o, masaya yaxınlaşaraq salamlaşıb masa ətrafında əyləşmiş, o, masa ətrafına əyləşən kimi Natiq “şokoladla çayı sən bizim masaya göndərmisən” deyə sual vermiş, o, isə təsdiqlədikdə Natiq hansı səbəbdən çayla şokoladı masalarına göndərdiyini soruşmuş, o, isə masa ətrafında əyləşən xanımı abonenti kimi tanıdığını deyib hörmət mənasında çay və şokalad göndərdiyini bildirmişdir. Natiq isə bir qədər söhbət etmiş, onun etdiyi hərəkət Natiqin xoşuna gəlməmiş, o, da bunu görüb dəfələrlə elədiyi hərəkətə görə Natiqdən üzr istəmiş, Natiqin yanında olan xanım isə heç bir pis hərəkət olmadığını və məsələnin bağlanmasını xahiş etmiş, Natiq isə “mən sənə belə bir hərəkət etsəm bağışlayarsan?” deyə sual verdikdə o, da cavab olaraq “bəli üzr istəyirsə bağışlayaram” deyə cavab vermiş, elə bu vaxt Natiq sağ əli ilə sol gözünə ardarda iki yumruq zərbəsi endirmiş, o, yumruq zərbələrindən sonra masadan durub qaçaraq həyətə düşmüş, sonradan isə huşunu itirdiyindən heç bir hadisədən məlumatım olmamışdır. özünə gələn vaxt isə travmatolgiya xəstəxanasında olmuş, bundan sonrada əməliyyat olunmaq üçün “Zərifə Əliyeva” adına göz xəstəxanasına getmişdir. Zərərçəkmiş şəxs eyni zamanda ifadəsində qeyd etmişdir ki, hadisə xx.xx.2019-cu il tarixdə, saat 22 radələrində Sumqayıt şəhər, 17-ci mikrorayon ərazisində “Kapital” bankın yaxınlığından yerləşən dostu Rəşada məxsus adı olmayan çayxanada baş vermiş, hadisə baş verən zaman sonradan adını bildiyi Təqsirləndirilən şəxs yumruqla sol göz nahiyəsinə vurub xəsarət yetirmiş, hadisə baş verən zaman isə yuxarı zalda o, Natiq və abonenti olan qadından başqa heç kim olmamış, hadisə onun tanıdığı abonenti olan xanımın masasına çay göndərməsi səbəbindən baş vermişdir. O, ilkin olaraq iki yumruq zərbəsi adi bir şey olduğunu üçün, buna görə kimsədən şikayət etməyə dəymədiyin hesab etdiyindən, TTYX xəstəxansında yıxılaraq xəsarət aldığını bildirmiş, lakin sonradan isə ona Natiq tərəfindən müalicə xərci ödənilmiş, o Natiq ilə barışmış, onun Natiqə qarşı heç bir şikayəti və tələbi yoxdur, Natiqə yüngül cəza verinməsini xahiş edir. Məhkəmədə Şahid1 ibtidai istintaqa verdiyi ifadəsi tədqiq olunmuşdur. O, ibtidai istintaq zamani verdiyi ifadəsində bildirmişdir ki, o, fərdi əməklə məşğuldur, evlidir, himayəsində bir azyaşlı övladı var. Uzun müddətdir ki, X4 və Zərərçəkmiş şəxs ilə dostluq münasibətindədilər, aralarında heç vaxt ədavət və düşmənçilikləri olmamışdır. Təqsirləndirilən şəxs isə baş vermiş hadisədən sonra tanımışdır. X7 məxsus Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində “Kapital” bankın yaxınlığında yerləşən “Metro” adlanan çay evi olduğunu, həmin çay evini dostu Rəşad özü işlətdiyini, o, isə arabir Rəşadın işləri olduqda həmin çay evinə gələrək işlərə nəzarət etdiyini, həmin yer çay evi olsada gələn müştərilərə yeməkdə təklif olunduğunu, lakin spriti içki satılmadığını bildirmişdir. O, xx.xx.2019-cu il tarixdə, 21 radələrində Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində “Kapital” bankın yaxınlığında yerləşən “Metro” çay evində olan vaxt sonradan adını bildiyim Natiq və bir nəfər tanımadığı qadın içəri daxil olub nahar etmək istədiklərini deyərək boş kabinet olub-olmamasını soruşmuşlar, o, isə cavab olaraq çay evinin kabinetində qadın və kişinin birlikdə əyləşməsinə icazə verilmədiyini deyib Natiq və yanında olan qadını əyləşmələri üçün çay evinin ikinci mərtəbəsində yerləşən hazırda heç kimin olmadığı ümumi zala yönləndirmiş, Natiq və yanında olan qadın çay evinin ikinci mərtəbəsində əyləşdikdən sonra masaya yaxınlaşıb sifariş götürmüş, həmin vaxtda Natiqin özü ilə 700 qr spirtli içki araq alıb gətirdiyini görmüş, o, isə müştərilərə yemək verdikdən sonra yenidən çay evinin birinci mərtəbəsinə enib işləri ilə məşğul olmuş, təxminən 15-20 dəqiqədən sonra isə dostu Ruslan çay evinə gəlib ortaq dostlarından kimlərin burda olub-olmadığını soruşduqda o, da cavab olaraq heç kimin olmadığını bildirmişdir. Elə həmin vaxt sonradan adını bildiyi Natiq və yanında olan qadın çay evinin birinci mərtəbəsində yerləşən sanitar qovşağının yanında dayandığını, bu vaxt Natiqin yanında olan qadın başı ilə işarə edib Ruslana salam verdikdən sonra çay evinin ikinci mərtəbəsinə qalxmalarını görmüşdür. Ruslan isə onunla sağollaşdıqdan sonra çay evindən çıxıb getmiş, təxminən 10-15 dəqiqədən sonra dostu Ruslan onun mobil telefonuna zəng edərək Natiq və yanında olan qızın çay evində əyləşib-əyləşmədiyini soruşmuş, o, isə dostu Ruslana hər iki şəxsin ikinci mərtəbənin zalında əyləşərək yemək yeyib spirti içki qəbul etdiyini demişdir. Ruslan isə hörmət mənasında Natiq və yanında olan qadının masasına şokaladla çay aparmağını xahiş etmiş, o, da bundan sonra Natiqin əyləşdiyi masaya yaxınlaşıb sonuncuya “sizin masaya çay və şokalad sifarişi verilib, nə vaxt istəsəniz gətirə bilərəm” demişdir. Natiq isə kimin çay göndərmək istədiyini soruşduqda o, da cavab olaraq dostu Ruslanın göndərdiyini demişdir. Natiq isə Ruslanın mobil nömrəsini istədikdə o, nömrəni təqdim edərək yenidən çay evinin birinci mərtəbəsinə enmişdir. Təxminən 10 dəqiqə sonra Ruslan çay evinə gələrək Natiqin əyləşdiyi çay evinin ikinci mərtəbəsinin zalına qalxmış, bundan sonra isə hər iki şəxsin arasında nə baş verdiyindən heç bir məlumatım olmamış, o, təxminən 5-7 dəqiqə sonra çay evinin birinci mərtəbəsində dayanan vaxt dostu Ruslanın yuxarı mərtəbədən qaçaraq aşağı düşüb çay evini tərk etdiyini, ardı ilə isə Natiqin pilləkanlardan aşağı enib Ruslanın ardı ilə getmək istədiyini görmüşdür. O, sonradan tanıdığı Natiqdən nə baş verdiyini soruşduqda sonuncu heç bir cavab verməyərək yenidən çay evinin ikinci mərtəbəsinə qalxıb təxminən 40 dəqiqə müddətində əyləşmiş, o, isə artıq Ruslan ilə Natiq arasında nəsə narazıçılıq olduğundan şübhələnmiş, səhəri gün isə bilmiş ki, dostu Ruslan çay evinin ikinci mərtəbəsində sonradan adını bildiyi Natiq tərəfindən döyülmüş və Ruslan xəstəxanaya müraciət etmişdir. O, da çay evinin ikinci mərtəbəsində Ruslan ilə Natiq arasında nə baş verdiyini öyrənmək məqsədi ilə zalda olan müşahidə kameralarına baxmış, o, görüntüyə baxan zaman sonradan adını bildiyi Natiqin dostu Ruslanı vurduğunu görmüş və görüntünü diskə köçürərək Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşına təqdim etmişdir. Şahid1 eyni zamanda ifadəsində qeyd etmişdir ki, o, dostu Ruslanın sonradan adını bildiyi Natiq adlı şəxs tərəfindən döyülməsini yalnız müşahidə kamerasına baxdıqda görmüş, hadisə baş verən zaman ümumi zalda Natiq, adını bilmədiyi qadın və dostu Ruslandan başqa heç kim olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində gpstərmişdir ki, hazırda heç bir yerdə işləmir, evdar qadındır. Təqsirləndirilən şəxs ilə təxminən 2 ildir ki, yaxın münasibətləri var. Zərərçəkmiş şəxs isə kabel televiziyası üçün abonentlərdən aylıq pul yığan şəxs kimi üzdən tanıyır. Belə ki, o, nənəsigildə olan zaman Ruslan bir neçə dəfə gəlib kabel televiziyasının aylıq ödənişini almış, elə həmin vaxtda Ruslanı görmüş, lakin aralarında heç bir münasibət olmamışdır. O, xx.xx.2019-cu il tarixdə, saat 20 radələrində tanışı Natiqlə birlikdə yemək məqsədi ilə Sumqayıt şəhəri, 17-ci məhəlllə ərazisində “Kapital” bankın yaxınlığında yerləşən “Metro” adlanan çay evinə gəlmiş, lakin kafedə boş kabinet olmadığından qulluqçunun razılığı ilə kafefin ikinci mərtəbəsində ümumi zala qalxıb girişdən sağ künc tərəfdə yerləşən masalardan birinin yanına gəlib dayanmışlar. Onlar qulluqçuya sifariş verdikdən sonra kafenin birinci mərtəbəsində yerləşən sanitar qovşağından istifadə etmək məqsədi ilə Natiqlə birlikdə pilləkanlarla aşağı enmişlər, həmin vaxtda Ruslanı ümumiyyətlə görməmiş, o, təxminən 10 dəqiqədən sonra sanitar qovşaqdan çıxıb tanışı Natiqlə birlikdə kafenin ikinci mərtəbəsində olan ümumi zala qalxıb əyləşmişdir. O, tanışı Natiqlə birlikdə kafedə yemək yeyən zaman təxminən 40-45 dəqiqədən sonra qulluqçu yaxınlaşaraq çay və şokalad göndərildiyini bildirmiş, Natiq isə çay və şokaladın kim tərəfindən göndərildiyini soruşduqda qulluqçu Ruslan adlı şəxsin göndərdiyini demişdir. Natiq də qulluqçudan nömrəni alıb Ruslana zəng edərək kafeyə geri gəlməsini istəmişdir. Həmin gün təxminən saat 21 radələrində Ruslan pilləkanlar ilə qalxaraq kafenin zalına daxil olmuş və Ruslanın yanında sol tərəfdə divanda əyləşmiş, Natiq həmin vaxt Ruslandan nə üçün masamıza çay və şokalad göndərdiyini soruşmuş, Ruslan isə onu abonenti kimi tanıdığından hörmət mənasında belə bir hərəkət etdiyini demişdir. Natiq isə belə hərəkət etməyi düz olmamasını qısa zaman ərzində Ruslana başa salmış, Ruslan isə etdiyi hərəkətə görə Natiqdən üzr istəmiş, Natiq isə “mən sənə belə bir hərəkət etsəm bağışlayarsan dedikdə” Ruslan “bəli üzr istəyirsə bağışlayaram” demiş, elə həmin vaxt Natiq əli ilə Ruslanın sifət nahiyəsinə iki dəfə yumruq zərbəsi vurmuş, Ruslan isə zərbələr dəydikdən sonra ayağa durub qaçaraq pilləkanlar ilə aşağı enməyə başlamışdır. Natiq də vurduğu Ruslanın ardı ilə pilləkanlardan aşağı enmiş, sonrakı hadisələrdən isə xəbəri olmamışdır. qısa müddət sonra Natiq yenidən yanına qayıtmış və onlar yeməklərinə davam etmişlər. Məhkəmədə tədqiq edilmiş Məhkəmə- tibbi ekspertizasının xx xxxxxxxx 2019-cu il tarixli 1416 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədən üzərində aşağıdakı xəsarətlər aşkar olunmuşdur: sol gözaltı nahiyənin və alt göz qapağının qançırı, sol gözün ağlı qışasına qansızma, konyuktivanın cırılması, göz almasının dağılıb boşalması, skleranın qopması, total hematoma. Sol gözün görmə funksiyasının tam itirilməsi. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən yaranmışdırlar, müddəti onun tibbi yardıma müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla qərarda göstərilən vaxtda və şəraitdə,yəni xx xxxxxx 2019-cu il tarixdə yumruqla yetirilən zərbənin təsirindən əmələ gələ bilərdilər və ümumi əmək qabiliyyətinin 1/3-dən az olmamaqla daimi və dayanıqlı itirilməsinə səbəb olan sağlamlığa ağır zərərvurma aid edilir. Məhkəmə-psixiatrik ekspertizasının xx xxxxxx 2020-cİ il tarixli 63 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb, Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə prosesində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yumruqla 2 dəfə sol gözündən vurması barədə görüntünü əks etdirən diskə baxış keçirilməklə tədqiq edilmişdir. İşin hallarına uyğundur. İbtidai istintaq orqanı iş üzrə CM-nin 126.1-ci maddəsinə münasibətdə düzgün hüquqi nəticəyə gəlmiş, həmin əməli düzgün tövsif etmişdir, ittihamın həlli üçün onların məcmusuna düzgün qiymət verilmiş, həmçinin "sübutların kifayət etməsi"ni düzgün qiymətləndirilmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosesual Məcəlləsinin "sübutların toplanılması, yoxlanılması və qiymətləndirilməsi"ndən bəhs edən 143-145-ci maddələrinə əsasən: - sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. (mad. 143.1). - cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. (mad. 144); - hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. (mad. 145.1); Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (mad. 146.1). Cinayət təqibi üzrə sübutların kifayət etməsi cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul edilməsinə kömək edir. (mad. 146.2) Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən, ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, eləcə də iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə almışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Göstərilənləri nəzərə alaraq, məhkəmə tərkibi belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinib qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, iş üzrə Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 69.4-cü maddəsi ilə 2000 AZN cərimə cəzasına məhkum edilmişdir. xx.xx.2018-ci il tarixdə cərimə tam ödənilib. Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş qaydada məhkumluğu ödənilməmiş və götürülməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinin tələblərini rəhbər tutaraq, məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlindən peşman olması, zərərşəkmiş şəxslə barışması, zərəçəkmiş şəxsə dəymiş ziyanın aradan qaldırılması və törətdiyi əməl zərəçəkmiş şəxsin qeyri-etik davranışı nəticəsində baş verməsi onun cəzasını yüngülləşdirən hallar hesab olunur. Həmin Məcəllənin 61-ci maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək həbsdə saxlanıldığı 2 (iki) gün təyin edilmiş cəza müddətinə hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsində qeyd olunur ki, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama, və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər; Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır; Şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir; Şərti məhkum etmə zamanı əlavə cəzalar təyin edilə bilər; Məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər; Şərti məhkum edilmiş şəxs üzərində nəzarəti müvafiq dövlət orqanları, hərbi qulluqçular üzərində nəzarəti isə hərbi hissələrin və müəssisələrin komandanlığı həyata keçirir; Sınaq müddəti ərzində şərti məhkum edilmiş şəxsin üzərində nəzarəti həyata keçirən dövlət orqanının təqdimatı əsasında məhkəmə, məhkumun üzərinə əvvəllər qoyulmuş vəzifələri tamamilə və ya qismən ləğv edə bilər, yaxud onun üzərinə yeni vəzifələr qoya bilər. Göstərilənlərə əsasən, məhkəmə yuxarıda göstərilən cəzanı yüngülləşdirən halların məcmusunu, təqsirləndirilən şəxs X1 törətmiş olduğu cinayətin xarakterini, onun şəxsiyyətini, cinayət nəticəsində zərərçəkmiş şəxslə barışıq əldə etməsini, barəsində təqsirli bilindiyi cinayət əməlinə görə təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını çəkmədən də islah olunmasını mümkün sayır və Natiq İskəndərlinin barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə ona təyin olunacaq cəzanın sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilməsini məqsədə uyğun hesab edir. Sınaq müddətinin əvvəli hökmün icraya yönəldiyi tarixdən hesablanmalıdır. Sınaq müddəti ərzində onun üzərinə davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalı və sınaq müddəti ərzində davranışları üzərində nəzarət müvafiq olaraq daimi yaşayış yeri üzrə, Sumqayıt rayon İcra və Probasiya şöbələrinə həvalə edilməlidir. Cinayət işi üzrə, mülki iddia yoxdur, əmlak üzərinə həbs qoyulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 381 və 384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinib 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək həbsdə saxlanıldığı 2 (iki) gün Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cu maddəsinə əsasən təyin edilmiş cəza müddətinə hesablansın və onun üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində CM-nin 70-ci maddəsi tətbiq edilməklə təyin edilən azadlıqdan məhrum etmə cəzası 3 (üç) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Sınaq müddətinin əvvəli hökm icraya yönəldiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş "polisin nəzarəti altına vermə" qətimkan tədbiri hökm qanunu qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə, sınaq müddəti başa çatanadək davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Hökmün icrası Sumqayıt rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs oğluna surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Rahib Salmanov
2. Siyavuş Hacıyev
3. Eldar Mikayılov