Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-136/2022 17.02.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi ilə, hakimlər Mahmudov İlham Ağa oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X10 və X8, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı1 və həmin şöbənin böyük prokuror-metodisti Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxs1, zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs2, zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs2 nümayəndəsi - Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Nümayəndə1, zərərçəkmiş şəxs "xxxx" İKB Açıq Səhmdar Cəmiyyətinin (22.11.2019-cu il tarixdən Müşahidə Şurasının qərarı və həmin tarixli Vergilər Nazirliyinin Şəhadətnaməsinə əsasən cəmiyyətin adının dəyişdirilərək Zərərçəkmiş şəxs3 ASC adlandırılması da nəzərə alınmaqla) nümayəndəsi - Bakı şəhəri 17 saylı Vəkil Bürosunun vəkili Nümayəndə2, müdafiəçi - Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Babalı oğlunun iştirakı ilə, xx xxxx 1971-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Nehrəm kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, “STS” şirkətinin və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi, Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 iyun 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci, 192.2.2-ci, 213.2.2-ci, 308.2-ci, 310-cu maddələri ilə təqsirli bilinib 01 il sınaq müddəti ilə 03 il 07 ay 21 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına şərti məhkum edilmiş, Bakı Apelyasiya Məhkəməsinin 28 dekabr 2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci, 192.2.2-ci, 213.2.2-ci, 308.2-ci, 310-cu maddələri ilə təqsirli bilinib 2 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 08 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci, 308.2-ci və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında öz qulluq mövqeyindən istifadə edib aldatma və etibardan sui-istifadə etmə yolu ilə külli miqdarda ziyan vurmaqla özgə əmlakını vahid niyyətlə ələ keçirmiş, qulluq mövqeyindən istifadə edib aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirərək külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, vəzifəli şəxs kimi qabaqcadan əlbir olan bir qrup şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxs üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib fiziki və hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, vəzifəli şəxs kimi qabaqcadan əlbir olan bir qrup şəxs halında rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edərək vəzifə saxtakarlığı törətmiş, vəzifəli şəxs kimi tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edərək təkrarən vəzifə saxtakarlığı törətmişdir. Belə ki, o, 4 yanvar 1999-cu il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Bakı Bölgə Şöbəsi tərəfindən dövlət qeydiyyatına alınmış “STS” şirkətinin 95 faiz pay haqqı ilə təsisçisi və 21 aprel 2004-cü il tarixdə həmin Şöbə tərəfindən dövlət qeydiyyatına alınmış "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 20 noyabr 2007-ci il tarixdən 25 faiz pay haqqı ilə təsisçisi və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyətinə faktiki rəhbərlik edərək, "xxxx" MMC-nin 21 aprel 2004-cü il tarixdə təsdiq edilmiş Nizamnaməsinin 9-cu bölməsinə əsasən, cəmiyyətin ümumi yığıncağında iştirak etmək, orqanlarını seçmək (təyin etmək), onlara seçilmək, səsvermədə (şəxsən) iştirak etmək və ya müəyyən edilmiş qaydada təyin etdiyi nümayəndə vasitəsi ilə təmsil olunmaq, nizamnaməni və onun nizamnamə kapitalının miqdarını dəyişdirmək, icra orqanlarını yaratmaq və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam vermək, o cümlədən direktor və baş mühasibi təyin etmək və geri çağırmaq, icra orqanlarının səlahiyyətlərini kənar idarəçiyə vermək, illik hesabatları və mühasibat balanslarını təsdiq etmək, mənfəəti və gəliri bölüşdürmək, yenidən təşkil və ya ləğv haqqında qərar qəbul etmək, təftiş komissiyasını (müfəttiş) seçmək, üçüncü şəxsi (şəxsləri) təsisçiliyə qəbul etmək, nizamnamə kapitalına ödənilən pul olmayan əmanətlərin dəyərini təsdiq etmək, cəmiyyətin fəaliyyətinin əsas istiqamətlərini müəyyən etmək, onların yerinə yetirilməsinə dair plan və hesabatları təsdiq etmək, onun filial və nümayəndəlikləri də daxil olmaqla cəmiyyətin fəaliyyətinin illik nəticələrini, auditor rəy və hesabatlarını təsdiq etmək, zərərin ödənilməsi qaydasını müəyyən etmək və sair səlahiyyətlərə malik təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən rəhbər vəzifəli şəxs olmaqla özü və üçüncü şəxs üçün qanunsuz üstünlük əldə etmək məqsədilə “STS” şirkəti və "xxxx" MMC-nin direktoru işləməklə öldüyünə görə barəsində cinayət təqibinə xitam verilmiş X17 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib öz qulluq səlahiyyətlərindən qulluq mənafeyi ziddinə qəsdən istifadə etməklə "xxxx" MMC tərəfindən ünvan 9nında 2006-cı ildən inşasına başlanılmış 4 ədəd 1 girişli 24 mərtəbəli binaların tikintisinin, mənzillərin və qeyriyaşayış sahələrinin satışının "xxxx" MMC tərəfindən aparıldığını bildiyi halda “STS” şirkəti və "xxxx" MMC-nin direktoru işləməklə öldüyünə görə barəsində cinayət təqibinə xitam verilmiş X17 ilə öz qulluq mövqeyindən istifadə edib aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək tanışı Zərərçəkmiş şəxs2 əmlakını aldatma və etibardan suiistifadə etmə yolu ilə ələ keçirmək məqsədilə 8 fevral 2007-ci il tarixdə "xxxx" MMC tərəfindən ünvan 9ndakı 2 saylı bina ilə 3 saylı binanın arasında yerləşən ümumi sahəsi 126 m2 olan qeyri-yaşayış sahəsini 420.000 ABŞ dollarına Zərərçəkmiş şəxs2 satacağı barədə ona yalandan vəd verib aldadaraq, faktiki olaraq Zərərçəkmiş şəxs2 satmaq məqsədi olmadan sonuncunun əmlakını ələ keçirmək məqsədilə qeyri-yaşayış sahəsinin satılması görüntüsü yaratmaq üçün 08 fevral 2007-ci il tarixdə ünvan 2 ünvanında yerləşən “Avesta” şirkətinin binasındakı ofisində məzmununa öldüyünə görə barəsində cinayət təqibinə xitam verilmiş Məzahir Cəfərovla qabaqcadan əlbir olan bir qrup şəxs halında bilə-bilə yalan məlumatlar daxil edilməklə tərtib edilmiş saxta rəsmi sənədləri - "xxxx" MMC tərəfindən inşa edilməsinə baxmayaraq “STS” şirkətinin 8 fevral 2007-ci il tarixli 18 nömrəli alqı-satqı müqaviləsini Məzahir Cəfərova imzaladıb “STS” şirkətinin möhürünü birbaşa olaraq şəxsən sənədə vurub möhürləməklə təsdiq edərək İsmayıl Həsənova təqdim edib qeyri-yaşayış sahəsinə görə ilkin ödəniş olaraq 100.000 ABŞ dolları, həmin dövrün rəsmi valyuta məzənnəsi ilə 86.990 manat, sonradan 20 fevral 2007-ci il tarixdə 110.000 ABŞ dolları, həmin dövrün rəsmi valyuta məzənnəsi ilə 95.634 manat, 13 mart 2007-ci il tarixdə 131.000 ABŞ dolları, həmin dövrün rəsmi valyuta məzənnəsi ilə 113.668,7 manat, 18 aprel 2007-ci il tarixdə 19.000 ABŞ dolları, həmin dövrün rəsmi valyuta məzənnəsi ilə 16.438,8 manat, 25 may 2007-ci il tarixdə 31.700 ABŞ dolları, həmin dövrün rəsmi valyuta məzənnəsi ilə 27.252,49 manat, 25 iyun 2007-ci il tarixdə 18.300 ABŞ dolları, həmin dövrün rəsmi valyuta məzənnəsi ilə 15.664,8 manat, 2 oktyabr 2007-ci il tarixdə 4.057 ABŞ dolları, həmin dövrün rəsmi valyuta məzənnəsi ilə 3.453 manat olmaqla, ümumilikdə 126 m2 qeyri-yaşayış sahəsinin satılması üçün 359.101,79 manat məbləğində pul vəsaitini İsmayıl Həsənovdan ünvan 2 ünvanında yerləşən “Avesta” şirkətinin binasındakı ofisində almaqla, habelə, törətdiyi cinayət əməlini davam etdirərək İsmayıl Həsənova 2 saylı binanın 1-ci mərtəbəsində yerləşən 435 m2 qeyri-yaşayış sahəsinin başqa şəxsə satılmamaqla boş olmasını yalandan vəd verib, qeyri-yaşayış sahəsini İsmayıl Həsənova 1.740.000 ABŞ dollarına satacağı barədə razılaşdıqdan sonra həmin qeyri-yaşayış sahəsinin satılması görüntüsü yaratmaq üçün 10 oktyabr 2007-ci il tarixdə ünvan 2 ünvanında yerləşən “Avesta” şirkətinin binasındakı ofisində məzmununa tamah niyyətilə biləbilə yalan məlumatlar daxil edilməklə tərtib edilmiş saxta rəsmi sənədləri – "xxxx" MMC tərəfindən inşa edilməsinə baxmayaraq “STS” şirkətinin 10 oktyabr 2007-ci il tarixli 135 nömrəli alqı-satqı müqaviləsini Məzahir Cəfərova imzaladıb “STS” şirkətinin möhürünü şəxsən birbaşa olaraq sənədə vurub möhürləməklə təsdiq edərək İsmayıl Həsənova təqdim edib qeyri-yaşayış sahəsinə görə ilkin ödəniş olaraq 405.000 ABŞ dolları, həmin dövrün rəsmi valyuta məzənnəsi ilə 344.452,5 manat, sonradan 17 oktyabr 2007-ci il tarixdə 400.000 ABŞ dolları, həmin dövrün rəsmi valyuta məzənnəsi ilə 340.120 manat, 6 dekabr 2007-ci il tarixdə 170.000 ABŞ dolları, həmin dövrün rəsmi valyuta məzənnəsi ilə 143.905 manat, 18 yanvar 2008-ci il tarixdə 70.000 ABŞ dolları, həmin dövrün rəsmi valyuta məzənnəsi ilə 59.171 manat, 4 mart 2008-ci il tarixdə 210.000 ABŞ dolları, həmin dövrün rəsmi valyuta məzənnəsi ilə 177.072 manat, 15 iyul 2008-ci il tarixdə 210.000 ABŞ dolları, həmin dövrün rəsmi valyuta məzənnəsi ilə 169.071 manat, 22 oktyabr 2008-ci il tarixdə 75.000 ABŞ dolları, həmin dövrün rəsmi valyuta məzənnəsi ilə 60.840 manat, 25 dekabr 2008-ci il tarixdə 102.000 ABŞ dolları, həmin dövrün rəsmi valyuta məzənnəsi ilə 81.773,4 manat olmaqla, ümumilikdə 435 m2 qeyri-yaşayış sahəsinin satılması üçün 1.376.404,9 manat məbləğində pul vəsaitini İsmayıl Həsənovdan ünvan 2 ünvanında yerləşən “Avesta” şirkətinin binasındakı ofisində alıb kassa mədaxil qəbzlərini Məzahir Cəfərova imzaladıb, “STS” və "xxxx" MMC-nin möhürünü şəxsən birbaşa olaraq sənədə vurub möhürləməklə təsdiq edərək İsmayıl Həsənova təqdim etməklə, aldığı cəmi 1.735.506,69 manat məbləğində pul vəsaitini qabaqcadan əlbir olduğu Məzahir Cəfərovla aralarında bölüb özlərinin şəxsi ehtiyaclarına xərcləməklə İsmayıl Həsənova məxsus əmlakı öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə vahid niyyətlə ələ keçirərək külli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, vəzifəli şəxs kimi tamah niyyətilə Məzahir Cəfərovla qabaqcadan əlbir olan bir qrup şəxs qismində rəsmi sənədlərə bilə-bilə yalan məlumatları vahid niyyətlə daxil edərək vəzifə saxtakarlığı törətmiş, "xxxx" MMC-də həmin qeyriyaşayış sahələrinin alqı-satqısı üzrə qeydiyyatını qəsdən aparmamaqla 435 m2 qeyri-yaşayış sahəsinin Cəmiyyətin direktoru Məzahir Cəfərov tərəfindən 87 m2 hissəsinin 13 avqust 2013-cü il tarixdə qanuni əsaslarla Şahid2 və 87 m2 hissəsinin 29 aprel 2015-ci il tarixdə X3, fiziki şəxs İsmayıl Həsənovun pozulmuş hüquqlarının bərpası ilə əlaqədar çoxsaylı şikayətlər etməsi və əmlakının qorunub-saxlanılması ilə əlaqədar hüquqlarına və qanuni mənafelərinə qeyrisi ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vahid niyyətlə vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, qeyd edilən səlahiyyətlərə malik vəzifəli şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyi ziddinə qəsdən istifadə edərək özgə əmlakını qulluq mövqeyindən istifadə edərək təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədilə "xxxx" MMC tərəfindən ünvan 9nında 2006-cı ildən inşasına başlanılmış 4 ədəd 1 girişli 24 mərtəbəli binaların tikintisinin, mənzillərin və qeyri-yaşayış sahələrinin satışının "xxxx" MMC tərəfindən aparıldığını, həmçinin 2 saylı yaşayış binasının, 3-cü mərtəbə, ümumi sahəsi 101.5 kv.metr olan 2 otaqlı yaşayış sahəsinin 1 №-li mənzilinin Cəmiyyət tərəfindən 02 iyul 2008-ci il tarixli alqı-satqı müqaviləsi ilə Bakı şəhər sakini Şahid5 60.900 manata satılmasını bildiyi halda, həmin mənzilin əvvəldən heç kəsə satılmaması barədə yalan məlumatlar verməklə mənzili yenidən başqa şəxslərə sataraq qazanc əldə etməyə dair cinayətkar niyyətinə uyğun olaraq, 2009-cu ilin dekabr ayında ona mənzil almaq üçün müraciət edən Bakı şəhər sakini Zərərçəkmiş şəxs1 binanın həmin mənzili Şahid5 satılmasını ondan gizlədərək mənzilin əvvəlcədən heç kəsə satılmamasını yalandan bildirib, həmin mərtəbədə 101.5 kv.metr olan 2 otaqlı 3 №-li mənzil olmadığı halda, həmin mənzili 71.050 ABŞ dollarına, həmin dövrün rəsmi məzənnəsi ilə 57.060,25 manata satılmasına razılaşıb, 31 dekabr 2009-cu il tarixdə həmin pul vəsaitini ünvan 2 ünvanında yerləşən “Avesta” şirkətinin binasındakı ofisində Zərərçəkmiş şəxs1 şəxsən alaraq, inandırmaq üçün həmin mənzilin ona satılması barədə qeyd edilən tarixdə məzmununa tamah niyyətilə bilə-bilə yalan məlumatları daxil etdiyi saxta rəsmi sənədləri - "xxxx" MMC tərəfindən inşa edilməsinə baxmayaraq “STS” şirkətinin 31 dekabr 2009cu il tarixli 18 nömrəli alqı-satqı müqaviləsini və 04 sentyabr 2008-ci il tarixli arayışı tərtib edərək həmin Cəmiyyətin təsisçilərinin ümumi yığıncağının 13 fevral 2007-ci il tarixli qərarı ilə Cəmiyyətin direktoru vəzifəsinə təyin edilmiş X12 imzasını özü icra edib, istintaqa məlum olmayan şəraitdə hazırladaraq istifadə etdiyi "xxxx" MMC-nin adı həkk olunmuş saxta möhürü birbaşa olaraq sənədə vurub möhürləyərək Zərərçəkmiş şəxs1 təqdim etməklə təkrarən vəzifə saxtakarlığı etmiş, Zərərçəkmiş şəxs1 məxsus 57.060,25 manat pul vəsaitini öz qulluq mövqeyindən istifadə etməklə, aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib şəxsi ehtiyaclarına sərf edərək ona külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, qeyd edilən səlahiyyətlərə malik vəzifəli şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyi ziddinə qəsdən istifadə edərək özgə əmlakını qulluq mövqeyindən istifadə edərək təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədilə, 2012-ci ilin avqust ayında "xxxx" İKB ASC-nin rəhbər vəzifəli şəxslərinə müraciət edərək özünün fərdi sahibkar kimi Bakı şəhərinin müxtəlif yerlərində rentabelli tikinti işləri aparmaqla zəruri olan bir sıra biznes xərclərini qarşılamaq üçün 300.000 manat məbləğində pul vəsaitinin kredit qismində götürülməsinə ehtiyacının olmasını və həmin krediti qısa müddətə ödəməklə bağlayacağını özü barəsində formalaşdırdığı inam və etibardan istifadə etməklə aldatmaqla vəd edərək, 14 avqust 2012-ci il tarixli 6-i2-4-0-63-12 nömrəli “Kredit müqaviləsi” əsasında 36 ay müddətinə, illik 18 % dərəcəsi ilə 300.000 manat məbləğində pul vəsaitinin kredit qismində verilməsinə nail olub, həmin tarixdə "xxxx" İKB ASC-nin ünvan 3 ünvanında yerləşən Baş ofisinin kassasından 300.000 manat məbləğində pul vəsaitini nağd olaraq götürməklə, şəxsi ehtiyaclarına sərf edib, qulluq mövqeyindən istifadə edərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə "xxxx" İKB ASC-yə məxsus 300.000 manat məbləğində pul vəsaitini külli miqdarda ziyan vurmaqla ələ keçirərək dələduzluq etmiş, həmin kreditdən 24.01.2019-cu il tarixədək qəsdən heç bir ödəniş həyata keçirməyib, həmin tarixdə isə yalnız əsas məbləğ üzrə 150 manat ödəniş həyata keçirməklə, 16 aprel 2021-ci il tarixə 299.850 manat əsas və 79.500 manat məbləğində faiz borclarını, cəmi 379.350 manat məbləğində pul vəsaitini qəsdən ödəməməklə hüquqi şəxs "xxxx" İKB ASC-nin (22.11.2019-cu il tarixdən Müşahidə Şurasının qərarı və həmin tarixli Vergilər Nazirliyinin əsasən cəmiyyətin adının dəyişdirilərək Zərərçəkmiş şəxs3 ASC adlandırılması nəzərə alınmaqla) bank fəaliyyətinin və kredit siyasətinin stabilliyinə mənfi təsir göstərib bankın normal fəaliyyətinin pozulmasında ifadə olunan hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək göstərdi ki, 21 aprel 2004-cü il tarixdə Vergilər Nazirliyi tərəfindən qeydiyyata alınmış "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 20 noyabr 2007-ci il tarixdən 25 faiz pay haqqı ilə təsisçisidir. Cəmiyyətin direktoru X17 olmuş, sonuncu 20 iyul 2015-ci il tarixdə intihar etmişdir. "xxxx" MMC tərəfindən 2006-cı ildən ünvan 9nında 4 ədəd 1 girişli 24 mərtəbəli binaların tikintisinin inşasına başlanılmış və həmin cəmiyyət tərəfindən mənzillərin və qeyri-yaşayış sahələrinin satışı həyata keçirilmişdir. Zərərçəkmiş şəxs2 2007-ci ildən tanıyır, sonuncu "xxxx" MMC-nin direktoru olmuşdur. Lakin Zərərçəkmiş şəxs2la onun heç bir işgüzar münasibəti, düşmənçiliyi və ya ədavəti olmamışdır. O, Zərərçəkmiş şəxs2 "xxxx" MMC tərəfindən Bakı şəhəri, Xətai rayonu, F.Bayramov küçəsi 1156 ünvanından qeyri-yaşayış sahəsi satmamış, sonuncu ilə bu barədə heç bir danışıq aparmamış və heç bir məbləğdə pul almamışdır. Zərərçəkmiş şəxs2la danışıqlar İlham Qasımov və mərhum Məzahir Cəfərov tərəfindən aparılmışdır. Zərərçəkmiş şəxs2 aldığı qeyri-yaşayış sahəsinə görə pulları İlham Qasımova vermişdir. Onun bu barədə ümumiyyətlə heç bir məlumatı olmamışdır. 2 saylı binanın 1-ci mərtəbəsində yerləşən 435 m2 qeyri-yaşayış sahəsini 1.740.000 (bir milyon yeddi yüz qırx min) ABŞ dollarına Zərərçəkmiş şəxs2 satacağı ilə bağlı onların arasında heç bir danışıq olmamışdır. 10 oktyabr 2007-ci il tarixdə ünvan 2 ünvanında yerləşən “Avesta” şirkətinin binasındakı ofisində "xxxx" MMC tərəfindən inşa edilməsinə baxmayaraq “STS” şirkətinin 10 oktyabr 2007-ci il tarixli 135 nömrəli alqı-satqı müqaviləsini Zərərçəkmiş şəxs2 verməmişdir. İsmayıl Həsənovdan iki qeyri-yaşayış sahəsi üçün ümumilikdə 1.735.506,69 manat (bir milyon yeddi yüz otuz beş min beş yüz altı manat altmış doqquz qəpik) məbləğində pul vəsaiti almamışdır. Zərərçəkmiş şəxs1 tanımır, sonuncu ilə heç bir münasibəti olmamışdır. O, "xxxx" MMC tərəfindən ünvan 9nında yerləşən 2 saylı yaşayış binasının 3-cü mərtəbəsində ümumi sahəsi 101.5 kv.metr olan 2 otaqlı mənzili Zərərçəkmiş şəxs1 satmamış, sonuncudan həmin mənzilə görə 31 dekabr 2009-cu il tarixdə 71.050 (yetmiş bir min əlli) ABŞ dolları məbləğində pul almamış, “STS” şirkətinin 31 dekabr 2009-cu il tarixli 18 nömrəli alqı-satqı müqaviləsini və 04 sentyabr 2008-ci il tarixli arayışı ona verməmişdir. 14 avqust 2012-ci il tarixli “Kredit müqaviləsi”ndə adı və soyadı qarşısındakı imza ona məxsusdur, özü icra etmişdir. "xxxx" ASC-dən bir neçə dəfə, o cümlədən 14 avqust 2012-ci il tarixli “Kredit müqaviləsi” ilə 300.000 manat kredit götürmüşdür. Həmin kredit məbləğlərini ünvan 4 ünvanında inşa edəcəyi binada olan sakinlərin köçürülməsinə xərcləmişdir. Lakin dövlət tərəfindən həmin binaya görə ödənilməli vəsait ona verilmədiyi üçün qeyd olunan kreditləri qaytara bilməmişdir. Bütün bu işlər onun qənaətinə görə sifarişlidir, qərəzli xarakter daşıyır. Onun əslində heç bir cinayət əməli yoxdur, araşdırılan hallar isə mülki xarakterlidir və hər biri üzrə məhkəmə qərarları vardır. Ona görə də məhkəmədən bu halların nəzərə alınmaqla ona bəraət verilməsini xahiş edir. Məhkəmədə zərərçəkmiş şəxs (mülki iddiaçı) qismində dindirilmiş Zərərçəkmiş şəxs2 göstərdi ki, Təqsirləndirilən şəxs uzun müddətdir tanıyır. Belə ki, o, Təqsirləndirilən şəxs qardaşı Nazim İbrahimovla tələbə yoldaşı olmuşdur. O, 2007-ci ilin fevral ayının əvvəllərində öz adına qeyri-yaşayış sahəsi almaq qərarına gəlmişdir. Həmin vaxt ünvan 9nında inşa edilmiş çox mərtəbəli yaşayış binasında qeyri-yaşayış sahəsinin satıldığını və həmin binanın tikintisinin Təqsirləndirilən şəxs tərəfindən həyata keçirildiyini öyrənmişdir. 2007-ci ilin fevral ayının əvvəllərində həmin ünvana getmiş və binanın özülünün tökülərək tikinti işlərinin davam etdiyini görmüşdür. Binanın yeri xoşuna gəldiyindən həmin binadan qeyri-yaşayış sahəsi almaq qərarına gəlmişdir. Bu məqsədlə “STS” şirkətinin ofisinə gedərək orada özünü şirkətin təsisçisi və sahibi kimi təqdim edən Təqsirləndirilən şəxsla və həmin şirkətin direktoru X17 ilə görüşmüşdür. Söhbət zamanı Təqsirləndirilən şəxs ünvan 5 ünvanında inşa edilən çox mərtəbəli yaşayış binasından qeyri-yaşayış sahəsi almaq istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs şirkətin təsisçisi olmasına baxmayaraq şirkətin ona məxsus olduğunu, binanın onun tərəfindən tikildiyini, Məzahir Cəfərovun isə formal olaraq direktor olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Məzahir Cəfərova göstəriş verərək boş olan qeyri-yaşayış sahələrinin siyahısını gətirməsini tələb etmiş, sonuncu da siyahını gətirərək Təqsirləndirilən şəxs təqdim etmişdir. Təqsirləndirilən şəxs siyahıya baxdıqdan sonra “STS”` şirkətinin ünvan 9nında inşa etdiyi 2 saylı yaşayış binası ilə 3 saylı binanın arasında yerləşən ümumi sahəsi 126 kv.metr sahəsi olan qeyri-yaşayış sahəsinin boş olduğunu, başqa şəxsə satılmadığını bildirmişdir. O, Təqsirləndirilən şəxs həmin qeyri-yaşayış sahəsini neçəyə satdığını soruşduqda sonuncu tanışlıqlarını nəzərə alaraq qeyri-yaşayış sahəsinin 1 kv.metrini 3333 ABŞ dolları olmaqla ümumilikdə 420.000 ABŞ dollarına satacağını bildirmişdir. O, Təqsirləndirilən şəxs nağd olaraq 420.000 ABŞ dolları pulunun olmadığını, qeyri-yaşayış sahəsinə görə ilkin ödəniş olaraq 100.000 ABŞ dolları verə biləcəyini, qalan 320.000 ABŞ dollarını isə hissə-hissə olmaqla ödəyəcəyini demiş, sonuncu da onunla razılaşmışdır. Növbəti gün, yəni 08 fevral 2007-ci il tarixdə 100.000 ABŞ dollar pul düzəldərək “STS” şirkətinin T.Əliyev küçəsində yerləşən “Avesta” konserinin binasındakı ofisində Təqsirləndirilən şəxsla görüşmüşdür. O, bir daha həmin qeyri-yaşayış sahəsinin başqa şəxsə satılıbsatılmadığını, hər hansı problemin olub-olmadığını soruşduqda Təqsirləndirilən şəxs yenə də onu əmin edərək qeyri-yaşayış sahəsində heç bir problem olmadığını, başqa şəxsə satılmadığını, bina təhvil verildiyi zaman qeyri-yaşayış sahəsini tam tikib ona təhvil verəcəyini bildirmişdir. Alacağı qeyri-yaşayış sahəsi 2 və 3 saylı binanın arasında yerləşmiş, 2007-ci ilin fevral ayında həmin sahəni alan zaman orada heç bir tikinti aparılmamışdır. Təqsirləndirilən şəxs ona həmin sahədə tikintinin bina tam olaraq tikilib başa çatdırıldıqdan sonra aparılacağını demişdir. Bundan sonra Təqsirləndirilən şəxs Məzahir Cəfərova göstəriş verərək onun adına müqavilə və ödəniş qəbzi tərtib etməsini tapşırmışdır. Məzahir Cəfərov da 08 fevral 2007-ci il tarixli 18 saylı müqavilə tərtib edərək imzalamış, bundan sonra möhür vurulması üçün Təqsirləndirilən şəxs təqdim etmişdir. Həmin vaxt bir daha ona məlum olmuşdur ki, Məzahir Cəfərov orada formal olaraq direktor vəzifəsini daşımış, şirkətin möhürü Təqsirləndirilən şəxs olmuşdur. Təqsirləndirilən şəxs onun yanında “STS” şirkətinin möhürünü müqaviləyə vurmuş və müqaviləni imzalaması üçün ona təqdim etmişdir. O, müqavilədə alıcı qismində imza etmişdir. Müqavilədə “İsmayılov H,M” sözünün qarşısındakı imza ona məxsus olmaqla özü tərəfindən icra edilmişdir. Həmçinin Təqsirləndirilən şəxs ona qeyri yaşayış sahəsinin cizgi planını da da təqdim etmişdir. Müqavilə imzalanaraq möhür vurulduqdan sonra özü ilə gətirdiyi 100.000 ABŞ dollar pulu sayaraq nağd şəkildə Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs pulu sayaraq qəbul etmiş və Məzahir Cəfərova göstəriş verərək 100.000 ABŞ dollar pulun “STS” şirkətinə ödənilməsi barədə qəbz tərtib edərək ona verməsini tapşırmışdır. Məzahir Cəfərov da bu barədə qəbz tərtib etmiş və imzalayaraq ona vermişdir. Müqaviləni və qəbzi götürdükdən sonra birlikdə ofisdən çıxıb getmişlər. Bundan sonra o, ödənişləri “Avesta” konserinin inzibati binasında “STS” şirkətini rəhbəri Təqsirləndirilən şəxs şəxsən özünə ödəmişdir. Belə ki, 20 fevral 2007-ci il tarixdə 110.000 ABŞ dolları, 13 mart 2007-ci il tarixdə 131.000 ABŞ dolları, 18 aprel 2007-ci il tarixdə 19.000 ABŞ dolları, 25 may 2007-ci il tarixdə 2.600 ABŞ dolları, 25 may 2007-ci il tarixdə 1.700 ABŞ dolları, 25 may 2007-ci il tarixdə 27.400 ABŞ dolları, 25 iyun 2007-ci il tarixdə 18.300 ABŞ dolları, 02 oktyabr 2007-ci il tarixdə 4.057 ABŞ dolları pul ödəmişdir. Ödədiyi məbləğlərə uyğun Təqsirləndirilən şəxs ona qəbz vermişdir. Qeyri-yaşayış sahəsi üçün ümumilikdə 414.057 ABŞ dolları pul ödəmiş, 6000 ABŞ dolları borcu qalmışdır. Həmin 6000 ABŞ dollar pulu ödəməməyinin əsas səbəbi isə tikilinin vəd olunan vaxtda inşa edilməməsi olmuşdur. Təqsirləndirilən şəxs iki il ərzində binanı və qeyriyaşayış sahəni tam olaraq tikib təhvil verəcəyini bildirsə də, ona satdığı həmin qeyri-yaşayış sahəsi bu gün də tikilməmiş, həmin ərazidə tikintinin aparılması mümkün olmamışdır. 2007-ci ilin fevral ayında qeyd olunan qeyri-yaşayış sahəsini aldıqdan sonra yenidən həmin binadan öz adına qeyri-yaşayış sahəsi almaq qərarına gəlmişdir. 2007-ci ilin oktyabr ayının əvvəllərində bir daha şirkətin ofisinə gedərək Təqsirləndirilən şəxsla görüşmüş və ona öz adına əlavə olaraq yenə qeyri-yaşayış sahəsi almaq istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs siyahıya baxdıqdan sonra şirkətinin ünvan 9nında inşa etdiyi 2 saylı yaşayış binasının 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 435 kv.metr olan qeyriyaşayış sahəsinin boş olduğunu, başqa şəxsə satılmadığını deyərək ona həmin sahəni almağı təklif etmişdir. O, Təqsirləndirilən şəxs həmin qeyri-yaşayış sahəsini hansı qiymətə satdığını soruşduqda sonuncu tanışlıqlarını nəzərə alaraq qeyri-yaşayış sahəsinin 1 kv.metrini 4000 ABŞ dolları olmaqla ümumilikdə 1.740.000 ABŞ dollarına satacağını bildirmişdir. O, Təqsirləndirilən şəxs nağd olaraq 1.740.000 ABŞ dolları pulunun olmadığını, qeyri-yaşayış sahəsinə görə ilkin ödəniş olaraq 405.000 ABŞ dolları verə biləcəyini, qalan 1.335.000 ABŞ dollarını isə hissə-hissə olmaqla ödəyəcəyini bildirmiş, sonuncu da onunla razılaşmışdır. 10 oktyabr 2007-ci il tarixdə 405.000 ABŞ dolları məbləğində pul düzəldib şirkətin ofisinə gedərək Təqsirləndirilən şəxsla görüşmüşdür. Bir daha Təqsirləndirilən şəxs həmin qeyri-yaşayış sahəsinin başqa şəxsə satılıb-satılmadığını, hər hansı probleminin olub-olmadığını soruşduqda sonuncu onu əmin edərək heç bir problem olmadığını bildirmişdir. Həmin vaxt şirkətin direktoru mərhum Məzahir Cəfərov da orada olmuşdur. Təqsirləndirilən şəxs Məzahir Cəfərova göstəriş verərək qeyd edilən qeyri-yaşayış sahəsinin onun adına rəsmiləşdirilməsi barədə müqavilə və ödəniş qəbzi tərtib etməsini tapşırmışdır. Məzahir Cəfərov da 10 oktyabr 2007-ci il tarixli 135 saylı müqavilə, ödəniş cədvəli və qeyri-yaşayış sahəsinin plan cizgisini tərtib edərək hər birinin direktor qrafasında imza etmiş və bundan sonra möhür vurulması üçün sənədləri Təqsirləndirilən şəxs təqdim etmişdir. Təqsirləndirilən şəxs müqaviləyə "xxxx" MMC-nin möhürünü vurmuş və müqaviləni imza etmək üçün ona təqdim etmişdir. O, müqaviləyə nəzər yetirərkən orada “STS” şirkətinin deyil, "xxxx" MMC-nin adının göstərildiyini görərək Təqsirləndirilən şəxs bunun səbəbini soruşmuş, sonuncu isə cavabında “STS” şirkətinin "xxxx" MMC ilə əvəz edildiyini, binanın tikintisinin "xxxx" MMC tərəfindən aparıldığını bildirmişdir. O, Təqsirləndirilən şəxs 08 fevral 2007-ci il tarixdə aldığı 126 kv.metr sahəsi olan qeyri-yaşayış sahəsinin müqaviləsində və ödəniş qəbzlərində möhürün “STS” şirkəti tərəfindən vurulduğunu bildirdikdə sonuncu ona narahat olmamasını, gələcəkdə həmin müqavilənin də "xxxx" MMC ilə dəyişdiriləcəyini demişdir. Təqsirləndirilən şəxsla öncədən tanışlıqlarını nəzərə alaraq ona inanmış və müqaviləni alıcı qismində imzalamışdır. Müqavilədə “Zərərçəkmiş şəxs2” sözünün qarşısındakı imza ona məxsusdur. Sənədlər imzalanaraq möhür vurulduqdan sonra 405.000 ABŞ dolları pulu sayaraq nağd şəkildə Təqsirləndirilən şəxs vermiş, sonuncu da pulu sayaraq qəbul etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Məzahir Cəfərova göstəriş verərək 405.000 ABŞ dolları pulun "xxxx" MMC-yə ödənilməsi barədə qəbz tərtib etməsini və ona verməsini tapşırmışdır. Məzahir Cəfərov da həmin məzmunda qəzb tərtib etmiş və imzalayaraq ona vermişdir. Bundan sonra o, ödənişləri “Avesta” konserinin inzibati binasında "xxxx" MMC-nin rəhbəri Təqsirləndirilən şəxs şəxsən özünə ödəmişdir. Belə ki, 17 oktyabr 2007-ci il tarixdə 400.000 ABŞ dolları, 06 dekabr 2007-ci il tarixdə 170.000 ABŞ dolları, 18 yanvar 2008-ci il tarixdə 70.000 ABŞ dolları, 04 mart 2008-ci il tarixdə 210.000 ABŞ dolları, 15 iyul 2008-ci il tarixdə 210.000 ABŞ dolları, 22 oktyabr 2008-ci il tarixdə 75.000 ABŞ dolları, 25 dekar 2008-ci il tarixdə 102.000 ABŞ dolları pul ödəmişdir. Ödədiyi məbləğlərə uyğun Təqsirləndirilən şəxs ona qəbz vermiş, qəbzlərin bəzisini "xxxx" MMC-nin, bəzilərini isə “STS” şirkətinin möhürü ilə təsdiqləmişdir. Hər dəfə Təqsirləndirilən şəxs bunun səbəbini soruşduqda sonuncu ona narahat olmamasını, qeyri-yaşayış sahəsinin ona məxsus olduğunu bildirmişdir. Beləliklə o, həmin qeyri-yaşayış sahəsi üçün ümumilikdə 1.642.000 ABŞ dolları pul ödəmiş, 98.000 ABŞ dolları borcu qalmışdır. 98.000 ABŞ dollarını ödəməməyinin səbəbi isə binanın vaxtında tikilməməsi, qeyri-yaşayış sahəsinin tikilməməsi olmuşdur. O, mütəmadi olaraq ofisə gedərək aldığı qeyriyaşayış sahəsi ilə maraqlanmış, Təqsirləndirilən şəxs isə hər dəfə onu tam əmin edərək qeyri-yaşayış sahəsinin ona məxsus olduğunu, başqa şəxsə satılmadığını bildirmişdir. Hətta Təqsirləndirilən şəxs barəsində cinayət işinin istintaqı aparılarkən belə sonuncu qeyri-yaşayış sahəsinin ona məxsus olduğunu dediyi üçün onun barəsində şikayət etməmişdir. 2018-ci ildə ona məlum olmuşdur ki, aldığı qeyri-yaşayış sahələri ondan başqa digər şəxslərə də satılmışdır. O, qeyri-yaşayış sahələrini 2007-ci ildən almasına baxmayaraq onları əldə edə bilməmişdir. Təqsirləndirilən şəxs əməli nəticəsində ona dəymiş maddi ziyanla bağlı mülki iddiasının təmin olunmasını və təqsirləndirilən şəxs barəsində qanunla nəzərdə tutulmuş qaydada qərar qəbul edilməsini xahiş edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 göstərdi ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, sonuncu ilə hər hansı münasibəti, düşmənçiliyi və ya ədavəti olmamış, ancaq mənzil alqı-satqısı zamanı tanışlıqları yaranmışdır. Belə ki, o, 2009-ci ilin dekabr ayında ünvan 9nında inşa edilməkdə olan yaşayış binasından mənzil almaq qərarına gəlmişdir. Bununla əlaqədar maraqlandıqda ona məlum olmuşdur ki, həmin yaşayış binası “STS” şirkəti tərəfindən inşa edilərək satışı həyata keçirilir və binanın tikintisinə Təqsirləndirilən şəxs adlı şəxs rəhbərlik edir. O, 2009-cu ilin dekabr ayının sonlarında “STS” şirkətinin ünvan 9nda tikdiyi binaya baxmağa getmişdir. Həmin vaxt bina yarıtikili vəziyyətdə olmuş, tikinti işləri başa çatmamışdır. Binanın yeri xoşuna gəldiyindən oradan mənzil almaq qərarını qətiləşdirmiş və bu məqsədlə “STS” şirkətinin “Avesta” biznes mərkəzində yerləşən ofisinə gedərək özünü şirkətin təsisçisi və sahibi kimi təqdim edən Təqsirləndirilən şəxsla görüşmüşdür. O, Təqsirləndirilən şəxs ünvan 5 ünvanında inşa edilən çox mərtəbəli yaşayış binasından iki otaqlı mənzil almaq istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs siyahıya baxaraq ona həmin ünvanda inşa edilən 2 saylı yaşayış binasının 3-cü mərtəbəsində, ümumi sahəsi 101.5 kv.metr olan 2 otaqlı mənzili təklif etmişdir. Təqsirləndirilən şəxs qeyd edilən mənzilin 1 kvadrat metrini 750 ABŞ dollarına satdığını, lakin yerli olduqları üçün sahəsi 101.5 kv.metr olan mənzili ona endirimlə cəmi 71.050 ABŞ dollarına sata biləcəyini bildirmişdir. O, Sahibdən həmin mənzilin başqa şəxsə satılıbsatılmadığını, hər hansı probleminin olub-olmadığını soruşduqda sonuncu mənzilin heç bir problemi olmadığını, başqa şəxsə satılmadığını deyərək onu arxayın etmişdir. O, qiymətin münasib olduğunu görüb Sahiblə razılaşmış və pul götürmək üçün sağollaşıb evinə getmişdir. 31 dekabr 2009-cu il tarixdə evindən 71.050 ABŞ dolları məbləğində pul götürərək Bakı şəhəri, Nərimanov rayonu, Teymur Əliyev küçəsi, “Avesta” konserinin binasındakı ofisinə gedərək Təqsirləndirilən şəxsla görüşmüşdür. O, bir daha Təqsirləndirilən şəxs mənzillə bağlı hər hansı problem olub-olmadığını soruşmuş, sonuncu isə onu əmin edərək heç bir problem olmadığını bildirmişdir. Bundan sonra o, ünvan 9nında inşa edilən 2 saylı yaşayış binasının 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 101.5 kv.metr olan 2 otaqlı yaşayış sahəsi üçün 71.050 ABŞ dolları məbləğində pul vəsaitini şəxsən Təqsirləndirilən şəxs özünə təqdim etmişdir. Həmin vaxt yanlarında heç kim olmamış, pulu təklikdə vermişdir. Təqsirləndirilən şəxs pulu sayaraq götürmüş və həmin mənzilə dair qabaqcadan hazırladığı sənədləri, yəni 31 dekabr 2009-cu il tarixli müqaviləni və tam ödəniş etməyinə dair arayışı onun yanında möhürlə təsdiq edərək ona təqdim etmişdir. Lakin həmin vaxt ona heç bir rəsmi mədaxil qəbzi təqdim edilməmişdir. Bundan sonra müqavilədə yalnız Təqsirləndirilən şəxs ona göstərdiyi hissələrə, yəni qeyd edilən mənzilin onun adına rəsmiləşdirildiyini və həmin mənzilə görə heç bir borcunun qalmadığını əks etdirən hissələrə tez bir zamanda nəzər yetirmiş, lakin müqavilə ilə arayışda olan tarix fərqini, müqavilə “STS” şirkətinin adından bağlansa da möhürün "xxxx" MMC-yə məxsus olduğunu görmədən müqaviləni imzalayıb götürərək oranı tərk etmişdir. Təqsirləndirilən şəxs ona 2010-cu ilin sonlarına qədər binanı tam tikib təhvil verəcəyini bildirmişdir. Bundan sonra o, mütəmadi olaraq ofisə gedib aldığı mənzil sahəsi ilə maraqlanmış, Təqsirləndirilən şəxs isə hər dəfə onu tam əmin edərək yaşayış mənzilinin ona məxsus olduğunu, başqa şəxsə satılmadığını demişdir. 2018-ci ilədək Sahib onu bu minvalla hər dəfə aldatmışdır. 2018-ci ildə ona məlum olmuşdur ki, aldığı mənzil ondan başqa digər şəxslərə də satılmışdır. Mənzili 2009-cu ildə almasına baxmayaraq mənzili əldə edə bilməmişdir. O, Məzahir Cəfərovu tanımır, onu heç vaxt görməmiş və onunla heç bir əlaqəsi olmamışdır. Mənzilin alınması ilə bağlı “STS” şirkəti ilə bağlanmış 31 dekabr 2009-cu il tarixli müqaviləni və 04 sentyabr 2008-ci il tarixli arayışı ona 31 dekabr 2009cu il tarixdə Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs inandığı və onu aldatma ehtimalını düşünmədiyi üçün həmin vaxt müqaviləyə və arayışa diqqətlə nəzər yetirməmişdir. O, “STS” şirkətindən yalnız Təqsirləndirilən şəxs tanımış, pulu şəxsən onun özünə vermiş və sənədləri ondan almışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 göstərdi ki, 13 may 2013-cü ildə "xxxx" MTK-da mühasib işləmiş, 01 iyul 2015-ci il tarixdən hal-hazıradək isə "xxxx" MMC-də icraçı direktor vəzifəsində işləyir. "xxxx" MTK-nın və "xxxx" MMC-nin təsisçisi İlham Qasımovu uzun müddətdir tanıyır, onunla heç bir düşmənçiliyi və ya ədavəti olmamışdır. "xxxx" MMC-nin öncəki direktoru isə X17 olmuşdur. Məzahir Cəfərov tərəfindən ayrı-ayrı vaxtlarda bir mənzilin bir neçə şəxsə satılması halları aşkar edildiyindən o, təqsirləndirilən şəxs qismində cəlb edilmiş, 20 iyun 2015-ci il tarixdə isə özünü asaraq öldürmüşdür. "xxxx" MMC-də direktor işlədiyi müddət ərzində bir neçə şəxs Bakı şəhəri F.Bayramov 1156 ünvanında inşa edilən yaşayış binasına gələrək həmin binadan mənzil aldıqlarını bildirmişlər və bununla bağlı “STS” və "xxxx" MMC-nin müqaviləsini göstərmişlər. Tərəfindən aparılmış araşdırma zamanı müəyyən olunmuşdur ki, “STS” şirkətindən mənzil alan şəxslər pulları "xxxx" MMC-nin təsisçisi Təqsirləndirilən şəxs vermişlər, sonuncu isə pulları alaraq öz şəxsi ehtiyaclarına xərcləmiş və binanın tikintisinə pul qoymamışdır. “STS” şirkətinin direktoru Məzahir Cəfərov olsa da, şirkətin faktiki sahibi Təqsirləndirilən şəxs olmuşdur. “STS” şirkəti 2006-2008-ci illərdə Bakı şəhəri, S.Bəhlulzadə 14 ünvanında yüksək mərtəbəli yaşayış binası inşa etmiş, sonradan həmin bina dövlət tədbiri ilə əlaqədar olaraq sökülmüşdür. Təqsirləndirilən şəxs tərəfindən ayrı-ayrı şəxslərə “STS” şirkətinin adından "xxxx" MMC-nin inşa etdiyi binadan satılmış mənzillərin pulları faktiki binanın tikintisinə qoyulmadığından, həmçinin Təqsirləndirilən şəxs bu barədə təsisçilərə məlumat vermədiyindən həmin mənzillər sonradan boş mənzil kimi Məzahir Cəfərov tərəfindən ayrı-ayrı şəxslərə satılmışdır. Eyni zamanda araşdırma zamanı bir neçə şəxsin "xxxx" MMC ilə müqavilə bağladığı, lakin müqavilədə imzaların direktor Məzahir Cəfərov tərəfindən deyil, vətəndaşların deməsinə görə Təqsirləndirilən şəxs tərəfindən icra edildiyi, həmçinin müqavilədəki möhürün "xxxx" MMC-nin möhürü olmadığı müəyyən edilmişdir. Belə ki, "xxxx" MMC-nin qanuni möhürü 20 iyun 2015-ci ilədək Məzahir Cəfərovda olmuşdur. Məzahir Cəfərovun deməsinə görə əvvəllər Təqsirləndirilən şəxs özbaşına mənzil satmaq istədiyindən Məzahir Cəfərovu çağıraraq möhürü ona verməsini istəmiş, Məzahir Cəfərov bundan imtina etdikdə Təqsirləndirilən şəxs MMC üçün yeni saxta möhür çıxartmışdır. Bundan sonra Təqsirləndirilən şəxs təsisçilərin, direkotun məlumatı olmadan ayrı-ayrı şəxslərə saxta imza və saxta möhürlə MMC-nin inşa etdiyi binadan mənzillər satmışdır. O, direktor vəzifəsinə təyin olunduqdan sonra öyrənmişdir ki, Təqsirləndirilən şəxs ünvan 8 ünvanda "xxxx" MMC tərəfindən ünvan 9nında 2006-cı ildən inşasına başlanılmış 4 ədəd 1 girişli 24 mərtəbəli binaların tikintisi, mənzillərin və qeyriyaşayış sahələrinin satışını "xxxx" MMC tərəfindən aparıldığını bildiyi halda “STS” şirkəti və "xxxx" MMC-nin direktoru X17 ilə birgə 8 fevral 2007-ci il tarixdə qanunsuz olaraq Zərərçəkmiş şəxs2 "xxxx" MMC tərəfindən ünvan 9ndakı 2 saylı bina ilə 3 saylı binanın arasında yerləşən ümumi sahəsi 126 m2 olan qeyri-yaşayış sahəsini və 2 saylı yaşayış binasının 1-ci mərtəbəsində 435 kv.metr qeyri-yaşayış sahəsini qanunsuz olaraq satmışdır. Belə ki, Zərərçəkmiş şəxs2 tərəfindən "xxxx" MMC-yə heç bir ödəniş olunmamış, həmin şəxsin pullarını Təqsirləndirilən şəxs alaraq şəxsi ehtiyaclarına xərcləmişdir. Zərərçəkmiş şəxs2 qanunsuz olaraq satılmış qeyr-yaşayış sahəsinin faktiki olaraq 174 kv.metri X18, 125 kv.metri X6, 87 kv.metri Şahid2 və 87 kv.metri X2. Həmin şəxslərin hazırda qeyd olunan qeyri-yaşayış sahələrinə çıxarışları mövcuddur. O, Zərərçəkmiş şəxs1 tanımır, sonuncu "xxxx" MMC-dən hər hansı mənzil almamışdır. Zərərçəkmiş şəxs1 adına rəsmiləşdirilmiş 2 saylı yaşayış binasının 3-cü mərtəbəsində ümumi sahəsi 101.5 kv.metr olan 2 otaqlı mənzilə dair maliyyə arayışı və müqavilə “STS” şirkəti adından verilmiş, möhür isə Sahibin özünün hazırladığı saxta "xxxx" MMC-yə məxsus möhürlə vurulmuşdur. Maliyyə arayışında mənzilin 3 otaqlı olması göstərilmiş, müqavilədə isə 2 otaqlı mənzil yazılmışdır. Qeyd edir ki, 2 saylı yaşayış binasının 3-cü mərtəbəsində ümumi sahəsi 101.5 kv.metr olan 3 otaqlı mənzil mövcud deyil, 2 otaqlı mənzil faktiki olaraq X4, 3 otaqlı mənzil isə 157.6 kv.metr olmaqla 24 noyabr 2007-ci il X1. Məhkəmədə şahid qismində dindirilmiş X15 göstərdi ki, 2013-cü ilin avqust ayında "xxxx" MMC-yə müraciət edərək ünvan 9nında inşa olunan 2 saylı binanın 1-ci mərtəbəsindən qeyri-yaşayış sahəsi almaq istədiyini bildirmişdir. Cəmiyyətin təsisçisi İlham Qasımovla qeyri-yaşayış sahələri və onların qiymətləri ilə maraqlandıqdan sonra ümumi sahəsi 87 kv.metr olan qeyri-yaşayış sahəsini 204.885 manata razılaşmışlar. Bundan sonra onunla "xxxx" MMC arasında bağlanmış 13 avqust 2013-cü il tarixli müqaviləyə görə ünvan 9nında inşa olunan 2 saylı binanın 1-ci mərtəbəsində yerləşən, bir tərəfi F.Bayramov küçəsinə və Bakı Əyləncə Mərkəzinə, digər tərəfi isə “X36” mərkəzinə baxan, ümumi sahəsi 87 kv.metr olan qeyri-yaşayış sahəsi ona satılmışdır. Müqavilənin şərtlərinə görə o, İlham Qasımova ilkin olaraq 94.200 manat ödəyərək qəbz almış, qalan vəsaiti isə 30 sentyabr 2013-cü ildə tam şəkildə ödəyərək həmin tarixli maliyyə arayışı almışdır. Onun qeyri-yaşayış sahəsinə görə hər hansı məbləğdə borcu qalmamışdır. Bir müddət sonra isə ona qeyri-yaşayış sahəsinin yerləşməsinə uyğun olaraq Cəmiyyət tərəfindən plan-sxem verilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 göstərdi ki, 2015-ci ilin aprel ayının sonlarında Bakı şəhərində qeyri-yaşayış sahəsi almaq qərarına gəlmiş və bununla bağlı maraqlandıqda ünvan 9nında "xxxx" MMC-nin inşa etdiyi binada qeyri-yaşayış sahəsi satıldığını öyrənmişdir. Bundan sonra həmin MMC-nin Bakı şəhəri, Həsən Əliyev küçəsində yerləşən ofisinə gedərək direktor Məzahir Cəfərovla görüşmüşdür. O, X29 rayonunda tikilən binadan qızı Aygünün adına qeyri-yaşayış sahəsi almaq istədiyini bildirmiş, sonuncu da ünvan 9nında inşa edilən 2 saylı yaşayış binasının 1-ci mərtəbəsindən 87 kv.metr qeyri-yaşayış sahəsinin boş olduğunu deyərək onu almasını təklif etmişdir. O, Məzahir Cəfərovdan həmin qeyri-yaşayış sahəsinin neçəyə satıldığını soruşduqda sonuncu mənzilin 1 kv.metrini 2000 manat olmaqla ümumilikdə 174.000 manata satdığını bildirmişdir. O, Məzahir Cəfərova qeyri-yaşayış sahəsinə görə ilkin ödəniş olaraq 52500 manat pul verəcəyini, qalan 121500 manat pul vəsaitini isə 27 noyabr 2015-ci il tarixədək ödəyəcəyini bildirmiş, sonuncu da razılaşmışlar. 29 aprel 2015-ci il tarixdə 52500 manat pul düzəldərək qızı Aygün Zeynalova ilə birlikdə yenidən MMC-nin ofisinə getmişdir. X21 bir daha həmin qeyri-yaşayış sahəsinin başqa şəxsə satılıbsatılmadığını soruşmuş, sonuncu da qeyri-yaşayış sahəsinin heç kimə satılmadığını deyərək onu arxayın etmişdir. Bundan sonra o, 52500 manat pulu nağd şəkildə Məzahir Cəfərova vermiş, sonuncu da pulu sayaraq qəbul etmiş və qeyri-yaşayış sahəsinin alqı-satqısına dair müqavilə tərtib etmişdir. Müqavilənin şərtlərinə görə "xxxx" MMC-nin ünvan 9nında inşa etdiyi 2 saylı yaşayış binasının 1-ci mərtəbəsində yerləşən 87 kv.metr qeyri-yaşayış sahəsi qızı Aygünün adına rəsmiləşdirilmişdir. Bundan sonra Məzahir Cəfərov müqaviləyə imza edərək MMC-nin möhürünü vurmuş və müqaviləni imza etməsi üçün qızı Aygünə təqdim etmişdir. Aygün müqavilədə “Alıcı” qrafasında imza etdikdən sonra onlar müqaviləni götürüb ofisdən çıxıb getmişlər. Bundan sonra o, qalan borcunu, yəni 121500 manat məbləğində pulu hissə-hissə MMC-yə ödəyib qurtarmışdır. Sonuncu ödənişi 10 sentyabr 2016-cı il tarixdə MMC-nin direktoru Şahid1 vermişdir. Şahid1 isə qızı Aygünün adına maliyyə arayışı tərtib edərək imzalamış və MMC-nin möhürünü vurub ona təqdim etmişdir. O, 2016-cı ildə həmin qeyri-yaşayış sahəsini təmir etmiş və həmin sahə hal-hazırda onun mülkiyyətindədir. Məhkəmədə şahid qismində dindirilmiş X24 göstərdi ki, 06 mart 2007-ci il tarixdə anası X9 ilə birlikdə "xxxx" MMC-yə müraciət edərək 2 saylı yaşayış binasının 1-ci mərtəbəsindən ümumi sahəsi 125 kv.metr olan qeyri-yaşayış sahəsini 187500 manata almışlar. Hazırda həmin yaşayış sahəsi anası X5 adına olmaqla onun mülkiyyətindədir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 göstərdi ki, o, 2008-ci iyul ayında ünvan 9nında inşa edilməkdə olan yaşayış binasından mənzil almaq qərarına gəlmişdir. Bununla bağlı maraqlandıqda ona məlum olmuşdur ki, həmin yaşayış binası "xxxx" MMC tərəfindən inşa edilir, binanın tikintisinə İlham Qasımovun rəhbərlik edir və həmin şirkət tərəfindən mənzillərin satışı həyata keçirilir. O, ilk dəfə 2008-ci ilin iyul ayında həmin binaya baxmağa getmişdir. Həmin vaxt bina yarı tikili vəziyyətdə olmuş və tikinti işləri aparılmışdır. Binanın yeri xoşuna gəldiyindən orada mənzil almaq qərarını qətiləşdirmiş və bu məqsədlə İlham Qasımovun "xxxx" MTK-nın inşa etdiyi binada yerləşən ofisinə getmişdir. İlham Qasımovla aralarında olan razılaşmaya əsasən o, ünvan 10 ünvanında inşa edilən 2 saylı yaşayış binasının 3-cü mərtəbəsində ümumi sahəsi 101.5 kv.metr olan 2 otaqlı 1 nömrəli mənzili 60900 manata almaq qərarına gəlmişdir. O, 02 iyul 2008-ci il tarixdə İlham Qasımova ilkin ödəniş olaraq 16000 manat pul ödəmiş və bununla bağlı ona kassa mədaxil orderinin qəbzi verilmişdir. Bundan sonra mənzilin oğlu İsmayıl Əbilovun adına rəsmiləşdirilməsi barədə həmin tarixli müqavilə bağlanmışdır. O, 02 dekabr 2008-ci il tarixdə qalan 44900 manatı ödəyərək həmin tarixli kassa mədaxil orderinin qəbzini almışdır. Həmin tarixdən qeyd olunan mənzil ona məxsusdur və o, 2009-cu ildə həmin mənzili təmir etdirmişdir. Hazırda oğlu İsmayıl ailəsi ilə birlikdə həmin mənzildə yaşayır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 göstərdi ki, o, 2005-ci ildə Azərbaycan Aqrar Universitetinin Mühasibat uçotu və audit fakültəsini bitirmiş, 2005-2006-ci illər ərzində hərbi xidmətdə olmuş, 2006-cı ildən 2008-ci ilə qədər "xxxx" QSC-də iqtisadçı işləmiş, 2008-ci ilin fevral ayından 2016-cı ilin noyabr ayınadək "xxxx" X13 ASC-də müxtəlif vəzifələrdə çalışmışdır. 2012-2013-cü illər ərzində bankın Korporativ Kreditlər üzrə mütəxəssisi vəzifəsində işləmiş, həmin işi üzrə vəzifəsi Korporativ kreditlər üzrə nəzarəti həyata keçirmək, həmin kreditlərin ödənilməsi üçün müvafiq tədbirlər görmək və ödənişlərin vaxtlı-vaxtında ödənilməsini təmin etmək, eləcə də kreditlərin ödənilməsi ilə bağlı uzun müddət gecikmə olduğu zaman qeyd edilən kredit dosyaların təsdiq edilmiş surətini bankın problemli kreditlər şöbəsinə verməkdən ibarət olmuşdur. İşlədiyi müddətdə bankın İdarə Heyətinin sədri Rusiya Federasiyasının vətəndaşı X23, sədr müavini isə Serqey Savelyev olmuşdur. Hər ikisi ilə münasibətləri ilk illərdə normal olsa da, sonradan aralarında bankın fəaliyyəti ilə əlaqədar narazılıqlar yaranmışdır. Təqsirləndirilən şəxs 2012-ci ildə bankdan kredit götürərkən tanımışdır. Həmin vaxta qədər Təqsirləndirilən şəxs işlədiyi bankdan bir neçə dəfə kredit götürdüyündən artıq İdarə Heyətinin sədri X22 və sədr müavini Serqey Savelyevi şəxsən özü tanımış, yaxşı münasibətləri olmuşdur. 2012-ci ilin avqust ayında İdarə Heyəti tərəfindən Təqsirləndirilən şəxs əlavə olaraq 300.000 manat kredit verilməsi barədə qərar qəbul edilmiş və həmin qərarın icrası ona həvalə edilərək sədr Vasiliy Xamazanın tapşırığı olduğu bildirilmişdir. Bundan sonra onun tərəfindən kredit sənədləri - "xxxx" İKB-nin İdarə Heyətinin sədr müavini X16 ilə fiziki şəxs Təqsirləndirilən şəxs arasında illik 18% dərəcəsi ilə 36 ay müddətinə 300.000 manat məbləğində istehlak məqsədi ilə 14 avqust 2012-ci il tarixli, 6-İ2-4-0-63-12 saylı kredit müqaviləsi hazırlanmış və həmin gün Təqsirləndirilən şəxs banka dəvət edilərək X16 ilə birlikdə həmin kredit sənədlərini imzalamışlar. Bundan sonra isə 14 avqust 2012-ci il tarixdə 300.000 manat məbləğində verilən kreditin və ona hesablanmış faizlərin, habelə qanunvericiliklə və bu müqavilə ilə nəzərdə tutulmuş digər ödənişlərin qaytarılmasının təminatı kimi İdarə Heyətinin sədr müavini Şahid7 ilə Təqsirləndirilən şəxs arasında 6-İ2-4-0- 12 (İ) saylı sonrakı ipoteka müqaviləsi imzalanmışdır. İpoteka ilə yüklü edilmiş əmlak Bakı şəhəri Əzizbəyov rayonu, Mərdəkan qəsəbəsi, 28 May küçəsində mülkiyyətində olan 0.075 ha torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli, 2 otaqlı, 47.2 kv.m. yaşayış, 175 kv.m. köməkçi sahədən ibarət 1/73 saylı fərdi yaşayış evi olmuşdur. Həmin girov Sahibin əvvəlki kreditlərində artıq girovda olduğundan müqavilə sonrakı ipoteka müqaviləsi kimi rəsmiləşdirilmişdir. 14 avqust 2012-ci il tarixdə 300.000 manat kassa məxaric orderi ilə Təqsirləndirilən şəxs tərəfindən bankın kassasından məxaric olunmuşdur. Kredit müqaviləsinə əsasən kredit üzrə faizlər hər ay, əsas məbləğ isə müddətin sonunda ödənilməli olmuşdur. Kreditin son ödəniş tarixi müqavilə üzrə 14 avqust 2015-ci il olmuşdur. Lakin borc alan Təqsirləndirilən şəxs tərəfindən əsas və faiz borcları üzrə heç bir ödəniş aparılmamışdır. 07 fevral 2014-cü il tarixdə Bakı şəhər Yasamal rayon məhkəməsi iddiaçı "xxxx" İKB-nin cavabdeh Təqsirləndirilən şəxs qarşı 14 avqust 2012-ci il tarixli 6-İ2-4-0-63-12 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair mülki işə baxaraq 300.000 manat əsas borcun və 79500 manat məbləğində faiz borcun Təqsirləndirilən şəxs "xxxx" İKB-nin xeyrinə tutulmasına dair qərar vermişdir. 24 yanvar 2019-cu il tarixdə borc alanın hesablaşma hesabına 150 manat ödəniş olunmuş və həmin məbləğ əsas borcdan silinmişdir. 2016-cı ilin noyabr ayında işdən çıxana qədər Təqsirləndirilən şəxs "xxxx" İKB-yə 14 avqust 2012-ci il tarixli 6-İ2-4-0-63-12 saylı kredit müqaviləsi üzrə 299850 manat əsas və 79500 manat məbləğində faiz borcu, cəmi 379.350 manat məbləğində borcu olmuşdur. 2012-ci il tarixli 6-İ2-4-0-63-12 saylı kredit müqaviləsini idarə heyətinin sədri Vasiliy Xamazanın tapşırığına əsasən o, tərtib etmiş, yəni kompyuterdə hazırlayıb çap edərək Serqey Savelyeva vermiş və sonuncunun iştirakı ilə qeyd olunan müqavilə Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Kredit müqaviləsi bağlanan zaman qüvvədə olan “Banklarda kreditlərin verilməsi Qaydaları”nın 4.1.7-ci yarımbəndinə əsasən təminatın (kredit öhdəliklərinin icrasının təmin edilməsi üsulunun) qiymətləndirilməsi və götürülməsi bankdaxili qaydalarda təminatın dəyəri bankı kredit əməliyyatı üzrə dəyən zərərdən qorumaq üçün kifayət etməli, eyni zamanda kreditlərin qaytarılması üçün yeganə və əsas mənbə olmamalı, kreditin qaytarılması üçün əsas borcalanın sağlam maliyyə vəziyyəti və fəaliyyəti dövründə əldə etdiyi pul vəsaiti olmalı, Qaydanın 4.1.8-ci yarımbəndinə əsasən bankdaxili qaydalarda borcalanların krediti qaytarmaq qabiliyyətini müəyyənləşdirmək məqsədi ilə həm kreditlər verilməzdən əvvəl, həm də kreditlər verildikdən sonra maliyyə hesabatlarının təqdim edilməsi tələbi müəyyən olunmalı, fiziki şəxslər üçün maliyyə hesabatları qismində əmək haqqı və ya rəsmi qaydada təsdiq edilmiş fiziki şəxsin digər mənbələrdən aldığı gəlir barədə arayış tələb olunmalı olduğu halda göstərilən sənədlərin heç biri mövcud olmamış, təminat kimi qoyulmuş əmlak digər kredit üzrə girovda olmuş, həmin kreditin bağlanmasına yönəldilmiş, borcalanın kredit ödəmə qabiliyyəti qiymətləndirilməmiş və göstərilən digər tələblər icra olunmamışdır. Təqsirləndirilən şəxs bankın rəhbəliyi özü şəxsən tanıdığı üçün ona yalnız kredit sənədlərinin hazırlanması barədə Vasiliy Xamaza tərəfindən tapşırıq verilmişdir. O, sadəcə ona verilən tapşırıq əsasında kompyuterdə kredit müqaviləsini tərtib etmişdir. Həmin kredit verilməsinə dair qərarı isə İdarə Heyəti qəbul etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid7 göstərdi ki, o, 2004-cü ildən 2020-ci ilədək "xxxx" ASC-də çalışmış, 2011-ci ildən 2020-ci ilin may ayınadək İdarə Heyətinin sədr müavini vəzifəsində işləmiş, bankın maliyyə və “İT” sahələrinə nəzarəti həyata keçirmişdir. İdarə heyətinin sədr müavini kimi kredit verilməsi ilə bağlı İdarə heyətinin iclaslarında iştirak edərək rəylərin verilməsində iştirak etmişdir. Qaydalara əsasən həftədə 2-3 dəfə İdarə heyətinin iclasları keçirilmiş, iclaslarda bütün suallar, o cümlədən kreditlərin verilməsi ilə bağlı məsələlər müzakirə olunaraq rəylər verilmişdir. Kreditlərin verilməsi ilə bağlı suallar müzakirə olunarkən adətən aidiyyatı üzrə kredit mütəxəssisi kredit portfeli ilə iclasa gələrək kreditin verilməsini əsaslandırmış və sonuncunun çıxışının nəticəsinə əsasən üzvlər tərəfindən rəy verilmişdir. O, Təqsirləndirilən şəxs bankın müştərisi kimi tanımış, onunla heç bir düşmənçiliyi və ya ədavəti, başqa şəxsi münasibətləri olmamışdır. Təqsirləndirilən şəxs həmin dövrdə tikinti sahəsi ilə məşğul olan sahibkar kimi tanımışdır. 09 avqust 2012-ci il tarixli "xxxx" ASC-in İdarə Heyəti iclasının 32 nömrəli protokolunda “Şahid7” qrafası qarşısındakı imza ona məxsusdur. Protokolda Təqsirləndirilən şəxs kredit verilməsinə dair kredit dosyesini kredit mütəxəssisi Şahid6 iclasda təqdim edərək kredit verilməsini təklif etməli olsa da hazırda uzun müddət keçdiyi üçün bunu dəqiq xatırlamır. İdarə Heyətinin üzvü kimi Təqsirləndirilən şəxs sahibkarlıqla məşğul olduğunu, girovunun yüksək qiymətləndirildiyini və indiqativ meyarlarına görə ödəmə qabiliyyətinin yüksək olduğunu qiymətləndirib ona kredit verilməsinə dair müsbət rəy vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş X25 Şahid7 ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid9 göstərdi ki, 2014-cü ildən 2021-ci ilin yanvar ayınadək "xxxx" QSC-də Korporativ Kreditləri üzrə mütəxəssis vəzifəsində işləmiş, 2021-ci ilin yanvar ayındən hal-hazıradək isə "xxxx" ASC-də Korporativ kreditlər üzrə problemli şöbənin müdiri vəzifəsində çalışır. 14 avqust 2012-ci il tarixdə "xxxx" İKB-nin İdarə Heyətinin sədr müavini X16 ilə fiziki şəxs Təqsirləndirilən şəxs arasında illik 18% dərəcəsi ilə 36 ay müddətinə 300.000 manat məbləğində 6-İ2-4-0- 63-12 saylı istehlak məqsədi ilə kredit müqaviləsi imzalanmışdır. 14 avqust 2012-ci il tarixdə 300.000 manat kassa məxaric orderi ilə Təqsirləndirilən şəxs tərəfindən bankın kassasından məxaric olunmuşdur. Kredit müqavilənin 1.13 yarım bəndinə (kreditin ödəmə qaydasına) əsasən kredit üzrə faizlər hər ay, əsas məbləğ isə müddətin sonunda ödənilməli olmuşdur. Lakin borcalan Təqsirləndirilən şəxs tərəfindən əsas və faiz borcları üzrə heç bir ödəniş aparılmamışdır. 24 yanvar 2019-cu il tarixdə borcalanın hesablaşma hesabına 150 manat ödəniş olunmuş və həmin məbləğ əsas borcdan silinmişdir. Təqdim olunmuş borcalanın hesablaşma hesabından çıxarışa əsasən 30 noyabr 2015-ci il tarixdə 31/01 saylı hərracdan 239052.50 manat məbləğində vəsait Təqsirləndirilən şəxs hesablaşma hesabına daxil olmuş və əmlakın girovda olduğu digər kreditinin ödənişinə silinmişdir. Bank çıxarışından göründüyü kimi 14 avqust 2012-ci il tarixdə 300.000 manat məbləğində verilən kreditdən əvvəl Təqsirləndirilən şəxs "xxxx" İKB-yə kredit borcu mövcud olmuşdur. Beləliklə, bəlli tarixə borcalan Təqsirləndirilən şəxs 14 avqust 2012-ci il tarixli 6-İ2-4-0-63-12 saylı kredit müqaviləsi üzrə 299.850 manat əsas və 79.500 manat məbləğində faiz borcu, cəmi 379.350 manat məbləğində "xxxx" İKB-yə mövcud olmuşdur. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə yanaşı Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs ilə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 arasında keçirilmiş üzləşdirmə istintaq hərəkətləri zamanı zərərçəkmiş şəxslər ifadələrində göstərdikləri xüsusatları bir daha Təqsirləndirilən şəxs üzünə qarşı deyərək təsdiq etmişlər (cild 2, iş vərəqə 22-27, 242-246). 21 aprel 2004-cü il tarixli "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Nizamnaməsindən görünür ki, Cəmiyyətin təsisçisi təsdiq edilmiş Nizamnaməsinin 9-cu bölməsinə əsasən, cəmiyyətin ümumi yığıncağında iştirak etmək, orqanlarını seçmək (təyin etmək), onlara seçilmək, səsvermədə (şəxsən) iştirak etmək və ya müəyyən edilmiş qaydada təyin etdiyi nümayəndə vasitəsi ilə təmsil olunmaq, nizamnaməni və onun nizamnamə kapitalının miqdarını dəyişdirmək, icra orqanlarını yaratmaq və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam vermək, o cümlədən direktor və baş mühasibi təyin etmək və geri çağırmaq, icra orqanlarının səlahiyyətlərini kənar idarəçiyə vermək, illik hesabatları və mühasibat balanslarını təsdiq etmək, mənfəəti və gəliri bölüşdürmək, yenidən təşkil və ya ləğv haqqında qərar qəbul etmək, təftiş komissiyasını (müfəttiş) seçmək, üçüncü şəxsi (şəxsləri) təsisçiliyə qəbul etmək, nizamnamə kapitalına ödənilən pul olmayan əmanətlərin dəyərini təsdiq etmək, cəmiyyətin fəaliyyətinin əsas istiqamətlərini müəyyən etmək, onların yerinə yetirilməsinə dair plan və hesabatları təsdiq etmək, onun filial və nümayəndəlikləri də daxil olmaqla cəmiyyətin fəaliyyətinin illik nəticələrini, auditor rəy və hesabatlarını təsdiq etmək, zərərin ödənilməsi qaydasını müəyyən etmək və sair səlahiyyətləri vardır (cild 1, iş vərəqə 33-54). Məhkəmə-mühasibatlıq ekspertizasının 18 iyun 2021-ci il tarixli 9/3937 nömrəli rəyindən görünür ki, 19.05.2021-ci il tarixə borcalan Təqsirləndirilən şəxs 14.08.2012-ci il tarixli 6-İ2-4-0-63-12 saylı kredit müqaviləsi üzrə 299.850.0 manat əsas və 79500.0 manat məbləğində faiz borcu, cəmi 379.350.0 manat məbləğində "xxxx" İKB-yə borcu olmuşdur (cild 3, iş vərəqə 81-87). Məhkəmə-xətşünaslıq və sənədlərin texniki-ekspertizasının 21 iyun 2021-ci il tarixli 4/827-5/621 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 08 fevral 2007-ci il 18 nömrəli müqavilənin surətində, 20 fevral 2007-ci il, 16 fevral 2007-ci il, 13 mart 2007-ci il, 18 aprel 2007-ci il, 25 may 2007-ci il (1.700 ABŞ dollar məbləğli), 25 may 2007-ci il (27.400 ABŞ dollar məbləğli), 25 may 2007-ci il (2.600 ABŞ dollar məbləğli), 25 iyun 2007-ci il, 02 oktyabr 2007-ci il, 22 oktyabr 2008-ci il, 15 iyul 2008-ci il, 25 noyabr 2008-ci il, 04 mart 2008-ci il, 06 dekabr 2007-ci il, 18 yanvar 2008-ci il tarixli kassa mədaxil orderlərinin qəbzlərinin surətlərindəki möhür əkslərinin təsvirləri ekspertizaya təqdim edilmiş “STS” şirkətinə məxsus möhürün eksperimental əks nümunələri eynilik təşkil edir. Tədqiqata təqdim edilmiş 10 oktyabr 2007-ci il tarixli 135 nömrəli müqavilənin və həmin müqaviləyə 1 nömrəli əlavənin surətlərində, 17 oktyabr 2007-ci il, 10 oktyabr 2007-ci il tarixli kassa mədaxil orderlərinin qəbzlərinin surətlərindəki möhür əkslərinin təsvirləri ekspertizaya təqdim edilmiş "xxxx" MMC-yə məxsus möhürün eksperimental əks nümunələri ilə eynilik təşkil edir. Tədqiqata təqdim edilmiş 31 dekabr 2009-cu il tarixli müqavilənin və 04 sentyabr 2008-ci il tarixli arayışın surətlərində olan möhür əkslərinin təsvirləri ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs və Məzahir Cəfərovdan götürülmüş üzərində "xxxx" və s. yazıları olan möhürün eksperimental əks nümunələri ilə eynilik təşkil edir (cild 3, iş vərəqə 88-95). 01 iyun 2021-ci il tarixli mütəxəssis rəyindən görünür ki, 14 avqust 2012-ci il tarixdə "xxxx" İKB-nin İdarə Heyətinin sədr müavini X16 ilə fiziki şəxs Təqsirləndirilən şəxs arasında istehlak məqsədi ilə illik 18% dərəcəsi ilə 36 ay müddətinə 300.000.0 manat məbləğində 6-İ2-4-0-63-12 saylı kredit müqaviləsi imzalanmışdır. 14 avqust 2012-ci il tarixdə 300.000 manat kassa məxaric orderi ilə Təqsirləndirilən şəxs tərəfindən bankın kassasından məxaric olunmuşdur. 14 avqust 2012-ci il tarixdə 300.000 manat məbləğində verilən kreditin və ona hesablanmış faizlərin, habelə qanunvericiliklə və bu müqavilə ilə nəzərdə tutulmuş digər ödənişlərin qaytarılmasının təminatı kimi İdarə Heyətinin sədr müavini Şahid7 ilə Təqsirləndirilən şəxs arasında 6-İ2-4-0-12(İ) saylı sonrakı ipoteka müqaviləsi imzalanmışdır. Kredit müqavilənin 1.13 yarım bəndinə (kreditin ödəmə qaydasına) əsasən kredit üzrə faizlər hər ay, əsas məbləğ isə müddətin sonunda ödənilməli idi. Lakin Kreditin bağlanma tarixi müqavilə üzrə 14 avqust 2015-ci il olmuş, lakin borcalan Təqsirləndirilən şəxs tərəfindən əsas və faiz borcları üzrə heç bir ödəniş aparılmamışdır. Təqdim olunmuş borc alanın hesablaşma hesabından çıxarışa əsasən 30 noyabr 2015-ci il tarixdə 31/01 saylı hərracdan 239052.50 manat məbləğində vəsait borcalanın hesabına daxil olmuş və həmin vəsait digər kreditin ödənişinə silinmişdir (cild 2, iş vərəqə 129-135). 135 nömrəli 10 oktyabr 2007-ci il tarixli Zərərçəkmiş şəxs2 ilə “STS” şirkətinin direktoru X17 arasında bağlanmış müqavilədən görünür ki, satıcı, yəni “STS” şirkəti tərəfindən inşa edilən ünvan 10 ünvanında inşa edilən 2 saylı yaşayış binasının ümumi sahəsi 435 kv.metr olan qeyri-yaşayış sahəsi alıcının, yəni Zərərçəkmiş şəxs2 mülkiyyətinə verilmişdir. 18 nömrəli 08 fevral 2007-ci il tarixli Zərərçəkmiş şəxs2 ilə “STS” şirkətinin direktoru X17 arasında bağlanmış müqavilədən görünür ki, satıcı, yəni “STS” şirkəti tərəfindən inşa edilən ünvan 10 ünvanında inşa edilən 2 saylı yaşayış binasının ümumi sahəsi 126 kv.metr olan qeyri-yaşayış sahəsi alıcının, yəni Zərərçəkmiş şəxs2 mülkiyyətinə verilmişdir (cild 1, iş vərəqə 154-155, 160-161). Cinayət işinin istintaq materiallarına əlavə edilmiş “kassa mədaxil qəbz”lərindən görünür ki, Zərərçəkmiş şəxs2 tərəfindən “STS” şirkətinə 16.02.2007-ci il tarixdə 100.000 ABŞ dolları, 20 fevral 2007-ci il tarixdə 110.000 ABŞ dolları, 13 mart 2007-ci il tarixdə 131.000 ABŞ dolları, 18 aprel 2007-ci il tarixdə 19.000 ABŞ dolları, 25 may 2007-ci il tarixdə 31.700 ABŞ dolları, 25 iyun 2007-ci il tarixdə 18.300 ABŞ dolları, 2 oktyabr 2007-ci il tarixdə 4.057 ABŞ dolları , 17 oktyabr 2007-ci il tarixdə 400.000 ABŞ dolları, 6 dekabr 2007-ci il tarixdə 170.000 ABŞ dolları, 143.905 manat, 18 yanvar 2008-ci il tarixdə 70.000 ABŞ dolları, 4 mart 2008-ci il tarixdə 210.000 ABŞ dolları, 15 iyul 2008-ci il tarixdə 210.000 ABŞ dolları, 22 oktyabr 2008-ci il tarixdə 75.000 ABŞ dolları, 25 dekabr 2008-ci il tarixdə 102.000 ABŞ dolları ödənmişdir (cild 1, iş vərəqə 15-16, 22-24). 04 sentyabr 2008-ci il tarixli “STS” şirkətinin direktoru X17 tərəfindən möhürlənərək imzalanmış maliyyə arayışından görünür ki, Zərərçəkmiş şəxs1 ünvan 10 ünvanında inşa edilən 2 saylı yaşayış binasının 3-cü mərtəbəsində ümumi sahəsi 101.5 kv.metr olan 2 otaqlı mənzilin dəyərini tam ödəmiş və şirkətə borcu yoxdur (cild 2, iş vərəqə 95). 31 dekabr 2009-cu il tarixli Zərərçəkmiş şəxs1 ilə “STS” şirkətinin direktoru X17 arasında bağlanmış müqavilədən görünür ki, satıcı, yəni “STS” şirkəti tərəfindən inşa edilən ünvan 10 ünvanında inşa edilən 2 saylı yaşayış binasının 3-cü mərtəbəsində ümumi sahəsi 101.5 kv.metr olan 2 otaqlı yaşayış sahəsi 71.050 ABŞ dolları müqabilində alıcının, yəni Zərərçəkmiş şəxs1 oğlunun mülkiyyətinə verilmişdir (cild 2, iş vərəqə 96-97). Cinayət işinin istintaq materiallarına əlavə edilmiş bank sənədlərindən görünür ki, Nikoyl” İKB-nin İdarə Heyətinin sədr müavini X16 ilə fiziki şəxs Təqsirləndirilən şəxs arasında 14 avqust 2012-ci il tarixdə illik 18% dərəcəsi ilə 36 ay müddətinə 300.000 manat məbləğində 6-İ2-4-0-63-12 saylı istehlak məqsədi ilə kredit müqaviləsi imzalanmışdır. 14 avqust 2012-ci il tarixdə 300.000 manat kassa məxaric orderi ilə Təqsirləndirilən şəxs tərəfindən bankın kassasından məxaric olunmuşdur (cild 1, iş vərəqə 223-228). Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 26 may 2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs adına 12 fevral 2003-cü il tarixli, 000123 nömrəli mülkiyyət hüququ haqqında şəhadətnamə ilə ünvan 11 ünvanda yerləşən ümumi sahəsi 1267,5 kv.metr olan qeyri-yaşayış sahəsi qeydiyyata alınmışdır (cild 2, iş vərəqə 127-128). Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 07 iyun 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs tərəfindən vurulmuş maddi zərərin ödənilməsini təmin etmək və mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə 12 fevral 2003-cü il tarixli, 000123 nömrəli mülkiyyət hüququ haqqında şəhadətnamə verilmiş, ünvan 11 ünvanda yerləşən ümumi sahəsi 1267,5 kv.metr olan qeyriyaşayış sahəsi üzərinə həbs qoyulmuşdur (cild 2, iş vərəqə 162-166). Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 may 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs tərəfindən vurulmuş maddi zərərin ödənilməsini təmin etmək və mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə "xxxx" MMC-nin adına rəsmiləşdirilmiş **-AA-*** dövlət qeydiyyat nişanlı, “BMW 750” markalı minik avtomobilinin üzərinə həbs qoyulmuşdur (cild 2, iş vərəqə 113- 116). 22 iyun 2021-ci il tarixli mütəxəssis rəyindən görünür ki, 2012-ci il buraxılışlı “BMW 750” markalı avtomobilin orta bazar dəyəri təxminən 42000 manat təşkil edir (cild 2, iş vərəqə 101-104,129-135). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin məlumatından və müvafiq hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 iyun 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2ci, 192.2.2-ci, 213.2.2-ci, 308.2-ci, 310-cu maddələri ilə təqsirli bilinib 01 il sınaq müddəti ilə 03 il 07 ay 21 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına şərti məhkum edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 28 dekabr 2021-ci il tarixli Qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 iyun 2020-ci il tarixli hökmü dəyişdirilərək, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci, 192.2.2-ci, 213.2.2-ci, 308.2-ci, 310-cu maddələri ilə qəti olaraq 2 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 08 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, həbsdə və ev dustaqlığında olduğu müddət, yəni 01 il 10 ay 09 gün təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılmaqla üzərində qəti olaraq 2 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 6 (altı) il 7 (yeddi) ay 21 (iyirmi bir) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır (cild 2, iş vərəqə 90). Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmin əməllər qəsdən törədilmişdir, başa çatmış cinayətlərdir, təsnifata görə ağır, az ağır və böyük ictimai təhlükə törətməyən cinayətlərdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 11 iyun 2015-ci il tarixli, 7 nömrəli qərarının 1-ci bəndində göstərilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan suiistifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin qərarın 5-ci bəndində göstərilmişdir ki, şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərərçəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun. Həmin qərarın 31-ci bəndində göstərilir ki, vahid qəsdlə əhatə olunan istər bir neçə şəxsə, istərsə də eyni şəxsə qarşı törədilən dələduzluq, ümumilikdə, vurulmuş zərərin miqdarına uyğun olaraq tövsif edilir. Məhkəmə, Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamlar üzrə özünü təqsirli bilməməsinə dair ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməllərinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməllərini törətməsini sübuta yetirilmiş hesab edir. Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla cinayət işinin materialları, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci, 308.2-ci və 313-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirli bilindiyi zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 qarşı törətdiyi cinayət epizodları üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci, 308.2-ci və 313-cü maddələri ilə ona cəza təyin edilməsi məsələsini müzakirə edərək qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş əməl həmin Məcəllənin 15-ci maddəsinə əsasən təsnifata görə ağır, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə nəzərdə tutulmuş əməl az ağır, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 313cü maddəsi ilə nəzərdə tutulmuş əməl isə böyük ictimai təhlükə törətməyən cinayətdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 75.1-ci maddəsinin tələbinə görə ağır cinayətin törədildiyi gündən on iki il, az ağır cinayətin törədildiyi gündən yeddi il, böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 10.2-ci maddəsində göstərilir ki, ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilmə vaxtı, onun nəticələrinin baş verdiyi andan asılı olmayaraq, cinayətin törədildiyi vaxt sayılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 qarşı cinayət əməllərini müvafiq olaraq 2008-ci ilin dekabr və 2009-cu ilin dekabr aylarında törətmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 75-ci maddəsinə əsasən müddətlər cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Göründüyü kimi Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 qarşı törətdiyi əməldən 13 ildən çox, Zərərçəkmiş şəxs1 qarşı törətdiyi əməldən isə 12 ildən çox vaxt keçmişdir. Bundan başqa, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs "xxxx" İKB ASC-yə (22.11.2019-cu il tarixdən Müşahidə Şurasının qərarı və həmin tarixli Vergilər Nazirliyinin Şəhadətnaməsinə əsasən cəmiyyətin adının dəyişdirilərək Zərərçəkmiş şəxs3 ASC adlandırılması da nəzərə alınmaqla) qarşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci və 308.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini 14 fevral 2012-ci tarixdə törətmişdir. Göründüyü kimi, bu epizod üzrə də Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin həmin Məcəllənin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş halda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Lakin cinayət işinin məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülən ittihamlarla, o cümlədən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci, 308.2-ci və 313-cü maddələri ilə verilən ittihamla özünü təqsirli bilməmiş, əməlini etiraf etməmiş, onun özü və ya müdafiəçisi tərəfindən həmin maddələr ilə cinayət məsuliyyətinə cəlbetmə müddətinin keçməsi ilə əlaqədar icraata xitam verilməsi üçün məhkəməyə müraciət edilməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2-ci və 44.2.1-ci maddələrinin tələblərini rəhbər tutaraq Təqsirləndirilən şəxs barəsində zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 qarşı törədilmiş cinayətlərə, həmçinin "xxxx" İKB ASC-yə qarşı törədilmiş vəzifə səlahiyyətlərindən sui-istifadə etmə cinayət əməlinə görə cəza təyin etməməklə ittiham hökmü çıxarılmalı olması nəticəsinə gəlir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı nəticəsində bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq həmin Məcəllənin 42-ci və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə həmin Məcəllənin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş halda - cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə - təqsirləndirilən şəxsə cəza təyin etməməklə ittiham hökmü çıxarır. Yuxarıda şərh olunanları nəzərə almaqla məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci və 313-cü maddələri ilə, həmçinin zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 qarşı törətdiyi dələduzluq əməllərinə görə cəza təyin etməməklə ittiham hökmü çıxarılmalı, o, yalnız "xxxx" İKB ASC-yə qarşı törətdiyi dələduzluq əməlinə görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə qeyd olunan Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Məhkəmə bu qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin sanksiyasında əlavə cəza nəzərdə tutulmasa da təqsirləndirilən şəxsə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 46.2-ci maddəsində nəzərdə tutulmuş qaydada müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əlavə cəza təyin edilməsi zəruridir. Belə ki, məhkəmə, təqsirləndirilən şəxsin qəsdinin yönəldiyi ictimai münasibətlərin xarakterini, Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törətməsinin faktiki hallarını da nəzərə alaraq hesab edir ki, bu əlavə cəzanın yaradacağı digər məhdudiyyətlərlə bərabər həm də mənəvi-psixoloji təsiri cəzanın tənbeh təsirinin gücləndirilməsinə, təqsirləndirilən şəxsin təkrar cinayət törətməsinin qarşısını almağa, bununla da cəzanın Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərinə nail olunmasına xidmət edəcəkdir. Məhkəmə gəldiyi bu qənaəti Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair” 14 noyabr 2011-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqe baxımından da əsaslı hesab edir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza, həmçinin müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əlavə cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı Apelyasiya Məhkəməsinin 28 dekabr 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs təyin olunmuş 2 (iki) il müddətinə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 8 (səkkiz) il 6 (alt) ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin ediləcək cəza ilə qismən toplamaq və əlavə cəzanı əsas cəzaya birləşdirmək yolu ilə ona cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, hazırki cinayət işi üzrə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 17 aprel 2021-ci il tarixli tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli həmin tarixdən hesablanmışdır. Bundan başqa Təqsirləndirilən şəxs əvvəlki cinayət işi üzrə 1 (bir) il 10 (on) ay 9 (doqquz) gün ibtidai həbsdə və ev dustaqlığında olmuşdur. Qeyd olunanlara və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hazırki iş üzrə ibtidai həbsdə olduğu 10 (on) ay və əvvəlki iş üzrə həbsdə və ev dustaqlığında olduğu 1 (bir) il 10 (on) ay 9 (doqquz) gün, yəni cəmi 2 (iki) il 8 (səkkiz) ay 9 (doqquz) gün ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın müddətindən çıxılmalı, cəzanın çəkilmə müddətinin başlanğıcı hazırkı hökmün elan edildiyi tarixdən hesablanmalıdır (cild 2, iş vərəqə 71- 77). Vurulmuş maddi zərərlə bağlı, hazırkı cinayət işi üzrə zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs2 mülki iddiası vardır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia həmin Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 181.1-ci maddəsinə əsasən ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda və ya ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda, əmlakına dəymiş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır. Zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs2 qanunun bu və digər tələblərinə əməl etməklə mülki iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və vurulmuş maddi ziyana görə Təqsirləndirilən şəxs 3.495.296 manat məbləğdə pulun tutularaq ona ödənilməsini xahiş etmişdir. Məhkəmə mülki idda ilə bağlı məsələləri müzakirə edərək və mövcud sübutların məcmusu əsasında irəli sürülmüş ittiham həcmində Zərərçəkmiş şəxs2 oğluna ümumilikdə 1.735.506,69 manat ziyan vurulmasının təsdiqini tapmasını da nəzərə alaraq bu nəticəyə gəlir ki, mülki iddia qismən təmin olunmalı, vurulmuş maddi zərərlə bağlı 1.735.506 manat 69 qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs2 ödənilməli, iddia qalan hissədə təmin olunmamalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 99-3-cü maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan müsadirə edilmiş əmlak hesabına ödənilməli, bundan sonra əmlakın qalan hissəsi dövlət nəfinə alınmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Binəqədi Rayon Məhkəməsinin 19 may 2021-ci il tarixli və 7 iyun 2021-ci il tarixli qərarları ilə üzərinə həbs qoyulmuş Təqsirləndirilən şəxs məxsus olan ünvan 11 ünvanda yerləşən ümumi sahəsi 1267,5 kv.metr olan qeyri-yaşayış sahəsi və "xxxx" MMC-nin adına rəsmiləşdirilmiş **-AA-*** dövlət qeydiyyat nişanlı “BMW 750” markalı minik avtomobilinə xüsusi müsadirə tətbiq edilməli və onlar müvafiq qaydada satılmaqla əldə olunacaq pul vəsaitinin 1.735.506,69 manatı vurulmuş ziyanla bağlı Zərərçəkmiş şəxs2, 379.350 manatı "xxxx" İKB Açıq Səhmdar Cəmiyyətinə (22.11.2019-cu il tarixdən Müşahidə Şurasının qərarı və həmin tarixli Vergilər Nazirliyinin Şəhadətnaməsinə əsasən cəmiyyətin adının dəyişdirilərək Zərərçəkmiş şəxs3 Açıq Səhmdar Cəmiyyəti adlandırılması nəzərə alınmaqla) ödənilməli, qalan hissəsi isə dövlət nəfinə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda onlara verilməlidir. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, cinayət işi üzrə maddi sübut - 135 nömrəli 10 oktyabr 2007-ci il tarixli Zərərçəkmiş şəxs2 ilə “STS” şirkətinin direktoru X17 arasında bağlanmış müqavilə, 18 nömrəli 10 oktyabr 2007-ci il tarixli Zərərçəkmiş şəxs2 ilə “STS” şirkətinin direktoru X17 arasında bağlanmış müqavilə, Zərərçəkmiş şəxs2 tərəfindən “STS” şirkətinə 16.02.2007-ci il tarixdə 100.000 ABŞ dolları, 20 fevral 2007-ci il tarixdə 110.000 ABŞ dolları, 13 mart 2007-ci il tarixdə 131.000 ABŞ dolları, 18 aprel 2007-ci il tarixdə 19.000 ABŞ dolları, 25 may 2007-ci il tarixdə 31.700 ABŞ dolları, 25 iyun 2007-ci il tarixdə 18.300 ABŞ dolları, 2 oktyabr 2007-ci il tarixdə 4.057 ABŞ dolları, 17 oktyabr 2007-ci il tarixdə 400.000 ABŞ dolları, 6 dekabr 2007-ci il tarixdə 170.000 ABŞ dolları, 143.905 manat, 18 yanvar 2008-ci il tarixdə 70.000 ABŞ dolları, 4 mart 2008-ci il tarixdə 210.000 ABŞ dolları, 15 iyul 2008-ci il tarixdə 210.000 ABŞ dolları, 22 oktyabr 2008-ci il tarixdə 75.000 ABŞ dolları, 25 dekabr 2008-ci il tarixdə 102.000 ABŞ dolları ödənilməsi barədə qəbzlər, 31 dekabr 2009-cu il tarixli Zərərçəkmiş şəxs1 ilə “STS” şirkətinin direktoru X17 arasında bağlanmış müqavilə və 04 sentyabr 2008-ci il tarixli maliyyə arayışı, "xxxx" İKB-nin İdarə Heyətinin sədr müavini X16 ilə fiziki şəxs Təqsirləndirilən şəxs arasında bağlanmış 14 avqust 2012-ci il tarixli kredit müqaviləsi cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 282 (iki yüz səksən iki) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir (cild 1, iş vərəqə 59,228). Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25.06.2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30.03.2006-cı il tarixli, “Dələduzluq cinayətlərinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 11.06.2015-ci il tarixli 7 saylı qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 qarşı törətdiyi cinayət epizodları üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci, 308.2-ci və 313-cü maddələri ilə təqsirli bilinsin, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 75.1.1-ci, 75.1.2-ci, 75.1.3cü, Cinayət-Prosessual Məcəlləsinin 44.2.1-ci maddələrinə əsasən həmin cinayət epizodları üzrə Təqsirləndirilən şəxs cəza təyin edilməsin. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs "xxxx" İKB ASC-yə (22.11.2019-cu il tarixdən Müşahidə Şurasının qərarı və həmin tarixli Vergilər Nazirliyinin Şəhadətnaməsinə əsasən cəmiyyətin adının dəyişdirilərək Zərərçəkmiş şəxs3 ASC adlandırılması da nəzərə alınmaqla) qarşı törətdiyi cinayət epizodu üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci və 308.2-ci maddələri ilə təqsirli bilinsin. Ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə 2 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 7 (yeddi) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 75.1.2-ci və Cinayət-Prosessual Məcəlləsinin 44.2.1-ci maddələrinə əsasən həmin cinayət epizodu üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə cəza təyin edilməsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı Apelyasiya Məhkəməsinin 28 dekabr 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs təyin olunmuş 2 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 8 (səkkiz) il 6 (alt) ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş 2 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 7 (yeddi) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaq və əlavə cəzanı əsas cəzaya birləşdirmək yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 3 (üç) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 9 (doqquz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki iş üzrə ibtidai həbsdə olduğu 10 (on) ay və əvvəlki iş üzrə həbsdə və ev dustaqlığında olduğu 1 (bir) il 10 (on) ay 9 (doqquz) gün olmaqla cəmi 2 (iki) il 8 (səkkiz) ay 9 (doqquz) gün təyin olunmuş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq onun üzərində qəti olaraq 3 (üç) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 6 (altı) il 9 (doqquz) ay 21 (iyirmi bir) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzanın başlanğıcı 17 fevral 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs2 mülki iddiası qismən təmin edilsin. Vurulmuş maddi zərərlə bağlı 1.735.506 manat 69 qəpik (bir milyon yeddi yüz otuz beş min beş yüz altı manat altmış doqquz qəpik) məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs2 ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə üzərinə həbs qoyulmuş Təqsirləndirilən şəxs məxsus ünvan 11 ünvanda yerləşən ümumi sahəsi 1267,5 kv.metr olan qeyri-yaşayış sahəsinə və "xxxx" MMC-nin adına rəsmiləşdirilmiş **-AA-*** dövlət qeydiyyat nişanlı “BMW 750” markalı minik avtomobilinə xüsusi müsadirə tətbiq edilsin və onlar müvafiq qaydada satılmaqla əldə olunacaq pul vəsaitinin 1.735.506 manat 69 qəpiyi (bir milyon yeddi yüz otuz beş min beş yüz altı manat altmış doqquz qəpik) vurulmuş ziyanla bağlı Zərərçəkmiş şəxs2, 379.350 (üç yüz yetmiş doqquz min üç yüz əlli) manatı "xxxx" İKB Açıq Səhmdar Cəmiyyətinə (22.11.2019-cu il tarixdən Müşahidə Şurasının qərarı və həmin tarixli Vergilər Nazirliyinin Şəhadətnaməsinə əsasən cəmiyyətin adının dəyişdirilərək Zərərçəkmiş şəxs3 Açıq Səhmdar Cəmiyyəti adlandırılması nəzərə alınmaqla) ödənilsin, qalan hissəsi isə Azərbaycan Respublikasının dövlət nəfinə alınsın. İş üzrə maddi sübutlar - 135 nömrəli 10 oktyabr 2007-ci il tarixli Zərərçəkmiş şəxs2 ilə “STS” şirkətinin direktoru X17 arasında bağlanmış müqavilə, 18 nömrəli 10 oktyabr 2007-ci il tarixli Zərərçəkmiş şəxs2 ilə “STS” şirkətinin direktoru X17 arasında bağlanmış müqavilə, Zərərçəkmiş şəxs2 tərəfindən “STS” şirkətinə 16.02.2007-ci il tarixdə 100.000 ABŞ dolları, 20 fevral 2007-ci il tarixdə 110.000 ABŞ dolları, 13 mart 2007-ci il tarixdə 131.000 ABŞ dolları, 18 aprel 2007-ci il tarixdə 19.000 ABŞ dolları, 25 may 2007-ci il tarixdə 31.700 ABŞ dolları, 25 iyun 2007-ci il tarixdə 18.300 ABŞ dolları, 2 oktyabr 2007-ci il tarixdə 4.057 ABŞ dolları, 17 oktyabr 2007-ci il tarixdə 400.000 ABŞ dolları, 6 dekabr 2007-ci il tarixdə 170.000 ABŞ dolları, 143.905 manat, 18 yanvar 2008-ci il tarixdə 70.000 ABŞ dolları, 4 mart 2008-ci il tarixdə 210.000 ABŞ dolları, 15 iyul 2008-ci il tarixdə 210.000 ABŞ dolları, 22 oktyabr 2008-ci il tarixdə 75.000 ABŞ dolları, 25 dekabr 2008-ci il tarixdə 102.000 ABŞ dolları ödənilməsi barədə qəbzlər, 31 dekabr 2009-cu il tarixli Zərərçəkmiş şəxs1 ilə “STS” şirkətinin direktoru X17 arasında bağlanmış müqavilə və 04 sentyabr 2008-ci il tarixli maliyyə arayışı, "xxxx" İKB-nin İdarə Heyətinin sədr müavini X16 ilə fiziki şəxs Təqsirləndirilən şəxs arasında bağlanmış 14 avqust 2012-ci il tarixli kredit müqaviləsi cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 282 (iki yüz səksən iki) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən, apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-136/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-136/2022
17.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver