Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-136/2024 13.02.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Məmmədzadə Səbinə Adil qızının sədrliyi ilə, Hakimlər: Məmmədov Əli İrfan oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, X1 və Qafarova-Məmmədova Turan Zakir qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 5 saylı Vəkil Bürosunun Müdafiəçi iştirakı ilə, xx.xx.1968-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, fərdi əməklə məşğul olan, Bakı şəhəri Nizami rayonu, Rüstəmov küçəsi, ev 35, mənzil 69-da qeydiyyatda olmaqla yaşayan və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham verilmişdir. İttihamın qənaətincə Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqa məlum olmayan “Bəhruz” adlı şəxslə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda qurudulmuş marixuananın Azərbaycan Respublikasının ərazisində satışını həyata keçirib hər dəfəsində şəxsi istifadəsi üçün qurudulmuş marixuana və 200-300 manat pul əldə edəcəyi qarşılığında “Bəhruz” adlı şəxs ilə razılaşdıqdan sonra, sonuncu dəfə 2022-ci ilin sentyabr ayının axırıncı günlərində “Bəhruz” adlı şəxsin tapşırığına əsasən Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev metrostansiyasının yaxınlığında yerləşən internat məktəbinin yanındakı ağacın dibində gizlədilmiş yerdən qurudulmuş marixuananı satmaq məqsədilə qanunsuz əldə edib üzərində saxlayaraq daşımış, daxil olmuş əməliyyat məlumatına əsasən 04 oktyabr 2022-ci il tarixdə, saat 12:30-da ünvan 1 ünvanın qarşısında BNMİnin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəli şəxs qismində saxlanılaraq Nərimanov RPİ-yə gətirilmiş, xidməti otaqda müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılaraq üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarının üzərindəki kəmərin sağ tərəfindən külli miqdarda olmaqla 1 ədəd bükümdə şəffaf rəngli sellofana bükülmüş 30,345 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana aşkar edilərək götürülmüş, bundan sonra idarə etdiyi “Ravon Nexia” markalı **-PM-*** dövlət qeydiyyat nişanlı avtomobilə keçirilən axtarış zamanı yük yerində olan ağ rəngli torbada külli miqdarda olmaqla 1 ədəd bükümdə açıq yaşıl rəngli sellofana bükülmüş 975 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışının nəticəsində Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda göstərilən cinayət əməlinin onun tərəfindən törədilməsi qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilməmiş, təqsirliliyini təsdiq edən sübutlar kifayət etməmişdir. Məhkəmə bu nəticəyə gəlməsini aşağıdakı sübutlarla əsaslandırır: Belə ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 04 oktyabr 2022-ci il tarixdə, saat 11:30 radələrində mülki geyimdə olan polis əməkdaşları olan Elşad və Şirəli ona yaxınlaşaraq, narkotik vasitə marixuana istifadəçisi olduğunu deyib, onlara narkotik vasitələrin dövriyyəsi ilə məşğul olan adam verməsini tələb etmişlər. O, polis əməkdaşlarına özünün narkotik vasitələrin istifadəçi olduğunu deyib, onlara heç kimin adını verə bilməyəcəyini bildirmişdir. Bundan sonra həmin polis əməkdaşları “Ulduz” metrostansiyasının yanında, polis bölməsi ilə üzbəüz onun üzərində axtarış aparmış və ona fiziki zor tətbiq etmişlər. Hətta onu döyən zaman Elşad adlı əməliyyatçının ayağı sürüşüb yıxılmış, qolları da cızılmışdır. Həmin şəxslər yolda onu döydükləri üçün üzbəüz yerləşən bölmədən 3-4 nəfər polis əməkdaşı onlara yaxınlaşmış, bu zaman Şirəli adlı əməliyyatçı sonunculara xidməti vəsiqəsini göstərmiş, əməliyyatçı olduqlarını bildirmiş, bundan sonra polis əməkdaşları geri qayıtmışlar. Təxminən 1 saat sonra Şahid1 bir nəfərə zəng etmiş, onların yanına daha bir nəfər polis əməkdaşı da gəlmişdir. Həmin polis əməkdaşları ona onlara ya 1 kiloqram marixuana, ya da pul verməli olduğunu demişlər. Danışıqlar nəticəsində o, polis əməkdaşları ilə 10.000 manata razılaşmış, belə ki, həmin məbləği vermədiyi halda onu 1 kq marixuana ilə “yükləyəcəklərini” bildirmişlər. Daha sonra polis əməkdaşları onu “Neftçilər” metrostansiyası tərəfdə yerləşən yaşadığı evə aparmış, evin yaxınlığında 2 nəfər də onları gözləmişdir. Daha sonra 5 nəfər polis əməkdaşı onların evinə girərək axtarış aparmış, lakin heç nə tapmamışlar. Həmin vaxt qardaşı, anası, atası, oğlu da evdə olmuşdur. Təxminən saat 12-dən 15-ə qədər polis əməkdaşları onların evində olmuş, heç bir əşya tapmamışlar. O, oğluna ondan pul tələb etdiklərini, əks halda maşınına 1 kq narkotik vasitə qoyacaqları ilə hədələdiklərini demişdir. Oğlu onun buraxılması üçün Şahid1 1500 ABŞ dolları və 3300 manat pul vermiş, yerdə qalan 4.000 manat pulu da axşama qədər çatdıracağına söz vermişdir. Pul verildikdən sonra onu aparıb, izahatını alıb, daha sonra buraxacaqlarını demişlər. Onlar təxminən saat 15-də evdən çıxmış, qalan 4.000 manat pulu da almaq üçün saat 18-dək onu maşında gəzdirmiş və bundan sonra maşınını gətirib Nərimanov RPİ-nin qarşısında saxlamışlar. Bundan sonra Şirəli onların yanından çıxıb getmiş, təxminən 1 saat sonra geri gəlmiş, həmin müddətdə onlar da maşında oturub Şirəlini gözləmişlər. Şirəli gəldikdən sonra söyüşlü sözlərlə ona, söz danışıqlarının olduğunu, onları aldatmaması üçün formal çəkiliş aparacaqlarını, onun maşınına paket qoyacağını, çəkiliş zamanı onların dediyini təkrar etməsini demişdir. Həmin vaxt onun əlləri qandallı olmuşdur. Bundan sonra polis əməkdaşları maşınını Nərimanov RPİ-nin MSY-nin qarşısında saxlamış və onu inzibati otaqlarından birinə aparmışlar. Orada onu otaqların birində döymüş, digər otaqda isə dindirmişlər. Bundan sonra həmin otağa təhqiqatçı gəlmiş və təhqiqatçı da ona hər şeyin artıq danışıldığını, pulunun onlarda olduğunu, onların dediklərini təkrar etdikdən sonra onu buraxacaqlarını deyərək, 20 qram marixuananı çəkiliş zamanı üzərindən çıxarmasını, maşınında da 970 qram marixuana olduğunu, 1 həftə maşınında gəzdirdiyini, tanımadığı İran İslam Respublikasının əməkdaşından əldə etdiyini, saxlanılıb bölməyə gətirildikdən sonra üstündən aşkarlandığını deməsini tapşırmışdır. O da polis əməkdaşlarına inanaraq çəkiliş zamanı sonuncuların ona dediklərini söyləmişdir. Polis əməkdaşları ona qalan 4.000 manat pulu da gətirdikdən sonra videoçəkilişi silib, onu da buraxacaqlarını demişlər. Videoçəkilişdən sonra isə Şirəli ona rəisin işdə olmadığını, onu sabah səhər buraxacaqlarını demiş, lakin səhəri gün müstəntiq gəlmiş və onu təqsirləndirilən şəxs qismində cəlb etmişlər. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, 04 oktyabr 2022-ci il tarixdə, saat 11:30 radələrində adına olan cəriməni ödəmək məqsədi ilə Bakı Nəqliyyat Agentliyinə getmiş, “Ulduz” metrostansiyasının yaxınlığında maşında olan zaman Şirəli və Elşad ona yaxınlaşıb onu maşından düşürtmüş, o, əvvəlcə həmin şəxslərin polis olduğunu anlamamış, hadisənin olduğu yerin yaxınlığında olan bölmədən polis əməkdaşı onlara yaxınlaşanda Şirəli həmin polis əməkdaşına xidməti vəsiqəsini göstərmiş, o, yalnız həmin vaxt Şirəli və Elşadın polis olduğunu anlamışdır. Həmin əməliyyatçılar onun qoluna qandal vurub, üzərini axtarmağa başlamış, onun üzərində 980 manat pul, 219 manat cərimənin pulu olmuşdur. Getdiyi yerdə cəriməni ödəməyə yer olmamış, ona görə də pul üzərində qalmışdır. Həmin əməliyyatçılar onun maşınını da axtarmış, lakin heç nə aşkar etməmişlər. O, çox nadir hallarda narkotik vasitə olan marixuanadan istifadə etmiş, lakin saxlanılan zaman üzərində heç bir narkotik vasitə olmamışdır. Şahid1 ondan pul tələb etdiyi üçün, əks təqdirdə onun üzərinə külli miqdarda narkotik vasitə qoyacağını bildirdiyi üçün, o da 10.000 manat pul verməyə razılaşmışdır. Həmin yerdən birlikdə onun yaşadığı mənzilə getmişlər. Yaşadığı mənzil 9 mərtəbəli binada yerləşir, o, həmçinin qardaşı ilə qapı qonşusudur. Polis əməkdaşları onu evə gətirəndə qardaşıgil də səs-küyü eşidib onun evinə gəlmişlər. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq həmçinin bildirmişdir ki, bölmədə polis əməkdaşları onu döymüş, şəxsi axtarış zamanı müdafiəçi iştirak etmiş, müdafiəçi saat 09-10 radələrində gəlmişdir. O, səhərə qədər müvəqqəti saxlama yerində qalmış, səhər müstəntiq gəlib hüquqlarını izah etmiş, o, təzyiq altında olduğuna görə belə ifadələr verdiyini demişdir. O, Şirəlini əvvəllər görməmişdir. Saxlanılan zaman üzərində olan 1000 manatdan artıq pulu da Şirəli götürüb öz cibinə qoymuşdur. O, istintaq təcridxanasına daxil olan zaman üzərində xəsarətlər aşkar olunmuş, buna görə də döyülməsi ilə bağlı prokurorluq tərəfindən araşdırma aparılmış, o, prokurorluğa da eyni məzmunlu izahat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 04 oktyabr 2022-ci il tarixdə Baş Narkotiklərlə Mübarizə İdarəsinə Təqsirləndirilən şəxs barəsində əməliyyat məlumatı daxil olmuş və məlumat barədə rəhbərliyə məruzə olunduqdan sonra məlumatın yoxlanılması üçün əməliyyat qrupunun təşkilinə göstəriş verilmişdir. Əməliyyat qrupu təşkil olunmuş, idarənin digər əməliyyat müvəkkili Şahid2 da əməliyyat qrupuna daxil edilmişdir. Əməliyyat yolu ilə Təqsirləndirilən şəxs olduğu yer müəyyənləşdirildikdən sonra, həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmişlər. Yanlış xatırlamırsa Təqsirləndirilən şəxs Bakı şəhərinin Nərimanov rayonu ərazisində saxlamış, sonuncuya barəsində əməliyyat məlumatı daxil olduğunu bildirib, Nərimanov Rayon Polis İdarəsinə dəvət etmişlər. Orada onların iştirakı ilə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, Təqsirləndirilən şəxs kəmər hissəsindən narkotik vasitə marixuanaya oxşar maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs özü bildirmişdir ki, həmin narkotik vasitəni İran İslam Respublikasının vətəndaşı Bəhruz adlı şəxsdən əldə etmişdir. Daha sonra Təqsirləndirilən şəxs avtomaşınına baxış keçirilmiş və yük hissəsindən göy açıq sellofanda narkotik vasitə aşkar edilmişdir. Təqsirləndirilən şəxs özü səmimi hər şeyi etiraf edərək aşkar olunmuş narkotik vasitələrin özünə məxsus olduğunu bildirmişdir. Şahid1 məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs saxlanılarkən və Polis İdarəsinə gətirilən zaman ona qarşı heç bir fiziki və psixoloji təsir olmamışdır. Saxlanılan zaman Təqsirləndirilən şəxs onlara müqavimət göstərib-göstərmədiyini dəqiq olaraq xatırlamır. Şəxsin üzərindən daha sonra xatırladığı qədəri ilə mobil telefon və açar kimi əşyalar da aşkar edilmişdir. Şahid ona verilən suallara cavab olaraq həmçinin bildirmişdir ki, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman, üzərindən narkotik vasitə hesab olunan qurudulmuş marixuana aşkar edilmiş, Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitənin konkret olaraq hansı yolla ölkəyə gətirilməsi barədə məlumatı yoxdur. Təqsirləndirilən şəxs barəsində daxil olmuş əməliyyat məlumatı barədə əməliyyat-qeydiyyat işi açmamış və bunu əməliyyat məlumatı üzrə tez və cəld bir zamanda əməliyyat tədbiri keçirilməsinin zəruri olması ilə əlaqələndirir. Əməliyyat tədbirinin keçirilməsindən sonra tərəfindən əməliyyat qeydiyyat işi açılmamış, habelə keçirilmiş tədbir zamanı əldə etdikləri “Bəhruz” adlı şəxs barəsində davam etdirilən əməliyyat tədbirləri ilə bağlı gizliliyi qorumaq məqsədilə hazırda heç bir məlumat verə bilmir. Əvvəllər Təqsirləndirilən şəxs ətrafında hər hansı əməliyyat-axtarış tədbiri keçirməmiş, Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilib-keçirilməməsini xatırlamır. Təqsirləndirilən şəxs saxladıqları ərazinin Bakı şəhəri Nərimanov rayonu ərazisi olduğunu bilir, lakin dəqiq hansı ərazi olduğunu xatırlamır. Təqsirləndirilən şəxs saxladıqları vaxtı dəqiq xatırlamır. Təqsirləndirilən şəxs saxladıqları vaxt təxmini olaraq saat 22-23 radələri olmuş, həmin vaxt hava şəraiti qaranlıq olmuşdur. Şərait, mühit əlverişli olmadığı üçün şəxsi saxladıqları yerdə üzərinə baxış keçirməmişlər. Məhkəmə istintaqı zamanı Şahid1 müdafiəçi tərəfindən verilmiş əməliyyataxtarış tədbiri ilə bağlı sualların bir qisminə xatırlamadığını qeyd etməklə cavab verdiyindən, sonuncunun ibtidai istintaq zamanı verdiyi, cinayət işinin 1-ci cildinin 147- 150-ci vərəqlərində olan ifadəsi elan edilərək tədqiq edilmişdir. Bu zaman müəyyən edilmişdir ki, ibtidai istintaq zamanı Şahid1 ifadəsində göstərmişdir ki, 04 oktyabr 2022-ci il tarixdə BNMİ-nə etimad doğuran, məlum, qərəzsiz mənbədən Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə və psixotrop maddələri satış məqsədi ilə əldə edib qanunsuz dövriyyəsi ilə məşğul olması və həmin gün saat 12 radələrində ünvan 1 ünvana gəlməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədi ilə o və BNMİ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ibarət əməliyyat qrupu təşkil olunmuşdur. 04 oktyabr 2022-ci il tarixdə, saat 11:30-dan ünvan 2 ünvanın qarşısında tərəflərindən müşahidə aparılmasına başlanılmışdır. Saat 12:30-da narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs müəyyən edib ona yaxınlaşmışlar. Onlar özlərini təqdim edərək BNMİ-nin əməkdaşları olduqlarını bildirmişlər. Təqsirləndirilən şəxs hərəkətlərində özünü şübhəli apardığını görmüşlər, özünü təqdim etməsini təklif edən zaman Təqsirləndirilən şəxs danışarkən suallardan yayınmağa, oradan getməyə, həmçinin rabitəsiz danışığından narkotik vasitə və yaxud psixotrop maddələrin təsiri altında olduğundan və üzərində narkotik vasitə və psixotrop maddələrin olmasından şübhələnib Nərimanov RPİ-nə dəvət etmişlər. Daha sonra Təqsirləndirilən şəxs o və BNMİ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 xidməti avtomobillə ərazi aidiyyəti üzrə Nərimanov RPİ-nə gətirmişlər. Təqsirləndirilən şəxs tərəflərindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq Nərimanov RPİ-nə gətirilməsi barədə raportla rəhbərliyə məruzə edildikdən sonra, raportun icrası BNMİ-nin TQ-un baş təhqiqatçısı, polis kapitanı Nəcəf Aburşuya həvalə edilmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi məqsədilə “Mərkəz” Vəkil Bürosunun vəkili X12 dəvət edilərək Təqsirləndirilən şəxs təqdim edilmiş və Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsinə başlanılaraq sonuncuya təklif edilmişdir ki, üzərində dövriyyəsi qanunla qadağan olunmuş hər hansı bir əşya və yaxud maddə varsa onları könüllü olaraq təqdim etsin. Təqsirləndirilən şəxs üzərində müdafiəçisinin və polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış aparılan zaman başqa çıxış yolunun olmadığını görərək əynində olan göy rəngli cins şalvarının üzərindəki kəmərin sağ tərəfindən 1 büküm narkotik vasitə olan qurudulmuş marixuananı könüllü olaraq təqdim etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs şalvarının sağ arxa cibindən özünə məxsus istifadəsində olan 01 ədəd “Samsung” markalı mobil telefonu, sol arxa cibindən 1 ədəd avtomobil və 3 ədəd mənzil açarını, içərisində siqaret dənələri olan siqaret qutusunu, şalvarının sol yan cibindən isə "xxxx" ASC-yə məxsus bank kartının, “Umico”ya məxsus alış-veriş kartının, 1500 ABŞ dolları və 3223 manat pulun, eyni zamanda özünə məxsus şəxsiyyət və sürücülük vəsiqəsinin, avtomobilin qeydiyyat şəhadətnaməsinin, 1 ədəd tibbi sığorta kartının, 1 ədəd avtomobil ehtiyat hissələri kartının və 1 ədəd ərzaq mağazası kartının olduğu pul qabı aşkar olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuananı 2022-ci ilin sentyabr ayının axırıncı günlərində İran İslam Respublikasının vətəndaşı olaraq tanıdığı şəxsin tapşırığına əsasən Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev metrostansiyasının yaxınlığında yerləşən internat məktəbinin yanında gizlədilmiş yerdən şəxsi istifadə və gəlir qazanmaq məqsədi ilə əldə etdiyini, bundan əvvəl də, “Bəhruz” adlı şəxsin 2 dəfə qurudulmuş marixuana göndərdiyini bildirmişdir. Sonra, təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində əlavə axtarış keçirilmiş, bu zaman sonuncunun üzərindən hər hansı bir əşya və yaxud maddə aşkar edilməmişdir. Daha sonra BNMİ-nin TQ-un baş təhqiqatçısı, Nəcəf Aburşu tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsi barədə protokol tərtib edilmiş, protokol ucadan oxunmuş, düzgün tərtib edildiyi üçün Təqsirləndirilən şəxs və iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Eyni zamanda şəxsi axtarış və götürmə protokolu ilə müdafiəçisi tanış olmuş və tanış olduqdan sonra müdafiəçi protokolu imzalamışdır. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilməsi videoçəkiliş vasitəsi ilə qeydə alınmışdır. Bundan sonra, Təqsirləndirilən şəxs idarə eldiyi “Ravon Nexia” markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobilə müdafiəçisinin və polis əməkdaşlarının iştirakı ilə baxış keçirilməsinə başlanılaraq sonuncuya təklif edilmişdir ki, avtomobildə dövriyyəsi qanunla qadağan olunmuş hər hansı bir əşya və yaxud maddə varsa onları könüllü olaraq təqdim etsin. Təqsirləndirilən şəxs idarə etdiyi “Ravon Nexia” markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobilə müdafiəçisinin və polis əməkdaşlarının iştirakı ilə baxış aparılan zaman sonuncu avtomobilin yük yerində olan ağ rəngli torbada açıq yaşıl rəngli sellofana bükülmüş narkotik vasitə olan qurudulmuş marixuananı könüllü olaraq təqdim etmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuananı 2022-ci ilin sentyabr ayının axırıncı günlərində İran İslam Respublikasının vətəndaşı olaraq tanıdığı Bəhruz adlı şəxsin tapşırığına əsasən Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev metrostansiyasının yaxınlığında yerləşən internat məktəbinin yanında gizlədilmiş yerdən şəxsi istifadə və gəlir qazanmaq məqsədi ilə əldə etdiyini bildirmişdir. Sonra, təhqiqatçı tərəfindən avtomobilə əlavə baxış keçirilmiş, bu zaman avtomobildən dövriyyəsi qanunla qadağan olunmuş hər hansı bir əşya və yaxud maddə aşkar edilməmişdir. Daha sonra, BNMİ-nin TQ-un baş təhqiqatçısı, polis kapitanı Nəcəf Aburşu tərəfindən avtomobilə baxış və götürmə keçirilməsi barədə protokol tərtib edilmiş, protokol ucadan oxunmuş, düzgün tərtib edildiyi üçün Təqsirləndirilən şəxs və iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Eyni zamanda baxış və götürmə protokolu ilə müdafiəçisi tanış olmuş və tanış olduqdan sonra müdafiəçi protokolu imzalamışdır. “Ravon Nexia” markalı **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış və götürmə keçirilməsi videoçəkiliş vasitəsi ilə qeydə alınmışdır. İfadəsi elan olunduqdan sonra Şahid1 verilmiş əlavə suallara cavab olaraq göstərmişdir ki, ibtidai istintaq dövründə verdiyi ifadə ilə, məhkəmə iclas zalında verdiyi ifadədə əməliyyatın saatını yanlış deməyi aradan uzun müddət keçməsi və dəqiq xatırlamaması ilə bağlıdır. İbtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq edir. Daha əvvəl maşına baxış keçirilib- keçirilməməsini dəqiq xatırlamır, belə hesab edir ki, şəxsin üzərinə şəxsi axtarış keçirilmədən avtomobilinə baxış keçirməkləri üçün əsas olmamışdır. Daxil olmuş ilkin əməliyyat məlumatı, Təqsirləndirilən şəxs narkotik vasitənin istifadəsi və dövriyyəsi ilə məşğul olması ilə bağlı olmuşdur. Təqsirləndirilən şəxs şəxsi avtomobilini İdarənin həyətinə qədər kimin idarə edib gətirdiyini xatırlamır. Şəxsi saxlayan zaman orada baxış keçirməmələrinə səbəb saxladıqları yerdə şəraitin olmaması və son zamanlarda kənardan keçən vətəndaşların həmin anları telefon vasitəsi ilə videogörüntüyə qeyd edib, sosial şəbəkələrdə paylaşmağı və bu paylaşım nəticəsində digər həmin ərazidə yaşayan narkotik vasitələrin istifadəsi və ya dövriyyəsi ilə məşğul olan şəxsləri zərərsizləşdirə bilməmələri ilə bağlı olmuşdur. Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov rayonu ərazisində saxlamışlar. Məhkəmə istintaqının sonrakı mərhələlərində Şahid1 məhkəmə iclasında təkrar dindirilmiş və Şahid1 ona verilən suallara cavab olaraq həmçinin bildirmişdir ki, təqsirləndirilən şəxsin üzərindən 1500 dollar və 3000 manat pul aşkar edilmiş, həmin pulun şəxsi axtarış və götürmə aparılması haqqında protokolda qeyd edilibedilməməsini xatırlamır. O, heç vaxt təqsirləndirilən şəxsin evində olmamışdır. Şəxsin mənzilində axtarış aparmaq onun səlahiyyətinə aid deyil. Əməliyyat məlumatının şəxsin saxlanılmasından nə qədər vaxt əvvəl daxil olduğunu xatırlamır. Məlumat daxil olduqdan sonra rəhbərliyə məruzə etmiş, əməliyyat məlumatının yoxlanılması məqsədilə əməliyyat qrupu yaradılmışdır. Şəxsin evinə baxışın istintaq orqanı tərəfindən aparıldığını ehtimal edir. Əməliyyat tədbirində o və Şahid2 iştirak etmiş, başqa şəxslər olmamışdır. Şəxsin əvvəllər saxlanılması və barəsində tədbir aparılması barədə onda heç bir məlumat yoxdur. O, təqsirləndirilən şəxsin evinə daxil olmamış, təqsirləndirilən şəxsə qarşı heç bir zor tətbiq etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərdi ki, 04 oktyabr 2022-ci il tarixdə BNMİ-nin əməliyyat müvəkkili X14 adlı şəxsin narkotik vasitələrin satışı və dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədilə o və digər polis əməkdaşı Şahid1 ibarət əməliyyat qrupu yaradılmış, Bakı şəhəri Nərimanov rayonu ərazisində Təqsirləndirilən şəxs adlı şəxsi müəyyən etdikdən sonra ona yaxınlaşaraq özlərini təqdim etmiş və onunla birlikdə gəlməsi üçün bölməyə dəvət etmişlər. Təqsirləndirilən şəxs Nərimanov rayon Polis İdarəsinə gətirilmiş və İdarədə inzibati otaqların birində video çəkiliş vasitəsilə müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, axtarış zamanı şəxsin üzərindən və özünün idarə etdiyi avtomaşından narkotik vasitə aşkar edilmişdir. Şahid2 məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs Nərimanov rayonu ərazisində saxlanılmış, sonuncunu əvvəllər tanımamışdır. Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbiri günorta vaxtlarında, xatırladığı qədərilə təxminən saat 11-dən sonra, saat 10-13 aralığında keçirilmişdir. Şahid1 ifadəsində nəyə görə saat 18 radələri dediyini bilmir, xatırladığı qədərilə əməliyyat tədbiri saat 18 radələrində keçirilməmişdir. Təqsirləndirilən şəxs evinə baxış keçirilməmişdir. Əməliyyat tədbirində Şahid1 və o, iştirak etmişdir. Təqsirləndirilən şəxs Nərimanov rayonunda saxlamışlar, dəqiq hansı küçə olduğunu xatırlamır. Təqsirləndirilən şəxs evinə baxış keçirilib-keçirilməməsi ilə əlaqədar olaraq heç bir müzakirə aparılmamışdır, şəxsin üzərindən və maşınından narkotik vasitə aşkar olunduğu üçün evinə baxış keçirilməsinə ehtiyac olmamışdır. Təqsirləndirilən şəxs qarşı heç bir təzyiq göstərilməmiş, özü könüllü olaraq özünün idarə etdiyi avtomaşında narkotik vasitə olduğunu demişdir. Şəxs saxlanıldığı zaman müdafiəçi olmadığı üçün hadisə yerində şəxsin üzərinə baxış keçirilməmiş, bu səbəbdən şəxs Polis İdarəsinə gətirildikdən sonra müdafiəçi dəvət olunmuş və müdafiəçinin iştirakı ilə şəxsin üzərinə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs saxladıqları ərazi inzibati binaya yaxın ərazi olmuşdur. Şəxs saxlanıldığı zaman narkotik vasitə olan marixuananı Balakəndən deyil, İrandan gətirdiyini bildirmişdir. Şəxsin narkotik vasitələri satdığı şəxsi və ya şəxsləri müəyyən etmək istintaq orqanın işidir, onların işi deyildir. Əməliyyat məlumatı Şahid1 daxil olmuş, o da həmin qrupun üzvü olmuşdur. Təqsirləndirilən şəxsin avtomaşınına baxış keçirilərkən iştirak etmişdir. Avtomaşında narkotik vasitə sellofan paketdə olmuş, həmin paketin rəngini xatırlamır. Xatırladığı qədərilə Təqsirləndirilən şəxs idarə etdiyi maşın ağ rəngli “Ravon” markalı avtomobil olmuşdur. Təqsirləndirilən şəxs daha əvvəl saxlanılıb buraxılmış olması ilə bağlı heç bir məlumatı yoxdur. Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra Nərimanov RPİ-yə aparılmış və sonuncunun üzərinə şəxsi axtarışın idarədə kimin xidməti otağında, habelə neçənci mərtəbədə aparıldığını xatırlamır. Təqsirləndirilən şəxs saxladıqları ərazinin yaxınlığında polis bölməsinin olub-olmadığını xatırlamır. Müdafiəçini BNMİ-nin təhqiqatçısı dəvət etmişdir. Əməliyyat tədbirində Şahid1 və ondan başqa heç kim olmamış, Təqsirləndirilən şəxs 5 nəfər polis əməkdaşı yaxınlaşmamışdır. Təqsirləndirilən şəxs saxlayarkən ona qarşı heç bir fiziki təsir göstərilməmişdir. Şahid1 və o, Təqsirləndirilən şəxs 10.000 (on min) manat pul istəməmişlər. Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış zamanı pul vəsaiti aşkar edilmiş, lakin həmin pulun məbləğini dəqiq xatırlamır. Məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, atasının saxlanması hadisəsi günü evdə olmuş, onların bir-biri ilə qonşuluqda olmaqla iki mənzilləri var ki, onun birində nənəsigil, birində isə onlar özləri yaşayırlar. O, otaqda uzandığı vaxt birdən qapı döyülmüş, əmisi qızı qapını açmış və Xəyal deyə onu səsləmişdir. Həmin vaxt o, görmüşdür ki, qapı açıldıqdan sonra 4 nəfər atası ilə birlikdə içəri girmişlər. Tanımadığı həmin şəxslər ona tərpənməməsini tapşırmış, əks halda onun da təqsirli sayılacağını demişlər. Bundan sonra həmin şəxslər atasını divanda otuzdurub, atası ilə söhbət etməsini demişlər. Həmin söhbət vaxtı atası ona başına belə bir iş gəldiyini, pul lazım olduğunu, evdə olan pulu verməsini demişdir. O da evin büdcəsi olan 3300 manat və 1500 ABŞ dolları pulu vermiş, lakin həmin pul bəs etməmişdir. Bu zaman atası lazım olan əlavə pulu həll edəcəyini demiş, onlar bunun üçün vaxt tələb olunduğunu bildirmişlər. İki mənzil ortaq dəhlizli olmuş, əmisini içəri buraxmamışlar. Daha sonra getdikləri vaxt həmin şəxslərdən biri öz nömrəsini əmisinə verib, axşam özünün əlaqə saxlayacağını bildirmişdir. Həmin gün axşam saatlarında əmisi zəng etdikdə isə cavab olaraq artıq alınmadığını, atasını “rəsmiləşdirdiklərini” demişlər. Şahid X5 məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, 3300 manat və 1500 ABŞ dolları miqdarında evin büdcəsi olan pulu polis əməkdaşlarına vermiş, qalan hissəni düzəltmək üçün isə nənəsinə müraciət etmiş, o da bunun üçün maraqlanıb, soraqlaşacaqlarını bildirmişdir. Onun atası taksi fəaliyyəti ilə məşğul olmuş, atasının narkotik vasitələrlə bağlı hər hansı fəaliyyət göstərməsi və ya qəbul etməsi barədə məlumatı olmamışdır. Atası bəzən axşamlar pivə və ya spirtli içki olan araq içmiş, növbəti gün isə günorta saatlarından etibarən taksi fəaliyyətinə başlamışdır. O, həmin gün əmisinə polis əməkdaşlarının verdiyi nömrəyə zəng etməsini demiş, sonuncu 3-4 dəfə zəng etsə də zəng baş tutmamış, daha sonra axşam saatlarında isə artıq alınmadığını bildirmişlər. Atasının istifadəsində olan mobil telefon nömrəsi ***-***-**-** olmuşdur. Onların evinə gələn polis əməkdaşlarından biri balacaboy qarayanız, gur saçlı olmuş, digəri ortaboy olmuş, digər bir nəfərin saçsız, digəri isə qarasaçlı uzunboy şəxs olmuşdur. Şahid ona verilən suallara cavab olaraq həmçinin bildirmişdir ki, həmin gün mənzilin qapısını əmisi qızı açmış, mənzilə daxil olan polis əməkdaşları dərhal sonuncunun əlindən mobil telefonu alaraq, heç kimə zəng etməmələrini, heç nə etməmələrini deyib, işlərinin daha da çətinləşəcəyini diqqətlərinə çatdırmışlar. Həmin vaxt evdə 73 yaşlı nənəsi, 86 yaşlı babası, özü, əmisi, əmisinin yoldaşı və əmisi qızı olmuşdur. Əmisinin evi qonşuluqdadır və ortaq dəhlizləri var. Əmisi qızı onların evinin qapısını açdıqdan sonra evdə olan digər şəxslərin də hadisələrdən xəbəri olmuşdur. Evə daxil olandan sonra polis əməkdaşları atasını divanda oturdub ona atasının üstündə və maşınında narkotik vasitə tutduqlarını deyib, ondan atasının belə əməllərindən xəbəri olub-olmadığını soruşmuşlar. O da cavabında belə bir hadisədən xəbəri olmadığını bildirmişdir. Daha sonra polis əməkdaşları atası ilə onu söhbət etmələri üçün sərbəst buraxdıqları zaman, atası asta səslə ona “məni yükləyiblər, evdəki pulu ver, qalanını mən sənə deyəcəm” deyə bildirmişdir. Evdəki pul divanın altında bir yerdə olmuş, o da pulu adını bilmədiyi balacaboy, qarayanız olan polis əməkdaşına vermişdir. Həmin şəxsin polis əməkdaşı olduğunu xidməti vəsiqəsini göstərməsi səbəbindən bilmişdir. Onun pulu verdiyi polis əməkdaşı onun yanında pulu öz cibinə qoymuş, həmin pulu otaqda sayıb-saymadığı barədə məlumatı olmamışdır. Polis əməkdaşları pulu götürəndən sonra ona olduğu otaqda qalmasını demiş və bundan sonra atası ilə birlikdə mənzilin mətbəxində təxminən saat yarım qalaraq söhbət etmiş, onun bilmədiyi şəxslərə zənglər etmişlər. Sonradan getməmişdən qabaq atası ona 4500-4600 manat məbləği də düzəltməsini demiş və bundan sonra polis əməkdaşı nömrəsini əmisinə vermişdir. Həmin günün axşamı isə onlara məlumat verərək artıq alınmadığını demişlər. Pul ilə bağlı şikayət verməmişlər, həmin vaxt müstəntiq məsələni araşdırmış, 20 gündən sonra vəkil tutaraq baş verənlər barədə məlumat vermişlər. Şahid ona verilən suallara cavab olaraq həmçinin bildirmişdir ki, telefon nömrəsi əmisinə verilmiş, amma həmin nömrənin qalıb-qalmadığı barədə hazırda məlumatı yoxdur. Sonradan əmisi ona zəng etdiyi polis əməkdaşının adının Şirəli olduğunu demişdir. Yanlış xatırlamırsa elə Şirəlinin özü məbləğin kifayət etmədiyini demişdir. İlkin olaraq onlara konkret məbləğ deyilməmiş, əmisinə axşam zəng edib əlavə nə qədər pul məbləği lazım olduğunu deyəcəklərini bildirmişdilər. O, ilk olaraq pulu polis əməkdaşına verdikdən sonra həmin şəxs pula baxaraq nə olduğunu soruşmuş, bu zaman atası da qalan hissəni axşama kimi düzəldəcəklərini həmin polis əməkdaşına demişdir. Axşam saatlarında əmisi Şirəliyə zəng etdiyi zaman, sonuncu əmisinə artıq heç nə lazım olmadığını, sənədləşdirdiklərini bildirmişdir. Polis əməkdaşları onun atası ilə təxminən saat 13:00-13:30 aralığında gəlmiş, təxminən saat 16 radələrində getmişlər. Əmisi ilə Şirəli arasında mobil telefon danışığı isə saat 23-24 radələrində baş tutmuşdur. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, qardaşı Təqsirləndirilən şəxsla qonşuluqda yaşayır. 04 oktyabr 2022-ci il tarixdə evdə yatdığı vaxt, təxminən saat 13 radələrində evlərinin qapısının zəngi çalınmış, qızı qapıdan baxdıqda qapını döyənin əmisi olduğunu görüb qapını açmışdır. Bu vaxt adının Şirəli olduğunu sonradan bildiyi şəxs qızını itələmiş, həyat yoldaşı isə həmin şəxsə uşağın onun qızı olduğunu dedikdən sonra onu buraxmışlar. O, İlqarın evinə getdikdə sonuncunun əli qandallı vəziyyətdə saxlandığını görmüşdür. Həmin vaxt 102 xidmətinə yığıb bu şəxslərin evə qanunsuz daxil olması barədə məlumat vermək istəsə də, Şirəli ona heç yerə xəbər etməməsini, özlərinə problem yaratmamalarını demişdir. Onlar da məcbur qalıb sonuncu ilə razılaşmışlar. Daha sonra mənzilin içərisinə girdikdə Şirəlinin pul saydığını görmüşdür. O, Xəyaldan həmin pulun nə olduğunu soruşmuş, Xəyal da evin pulu olduğunu demişdir. Polislər 2-3 saat evdə olduqdan sonra mənzildən çıxıb aşağı düşdükləri zaman Şirəlidən onunla əlaqə saxlaya bilməsi üçün mobil telefon nömrəsini istəmişdir. Şirəli ona nömrəsini verdikdən sonra aşağıda olan polis əməkdaşları Şirəlidən İlqarı hara aparmalarını soruşmuşlar. Cavabında Şirəli onlara İlqarı Nərimanova tutduqları yerə aparmalarını demişdir. Polis əməkdaşları İlqarı apardıqdan sonra o, bir saatdan bir Şirəli ilə əlaqə saxlamış, sonuncu isə cavab olaraq ona darıxmamasını, düzələcəyini deyib, səhər zəng etməsini istəmişdir. Səhər isə ona idarədən zəng edilərək qardaşının tutulduğunu və gəlib maşınını aparmasını demişlər. O, maşına baxdıqda maşının içində axtarış aparılmasına dair heç nə bir əlamət görməmişdir. Ehtimal edir ki, polislər özləri qoyduqları narkotiki özləri də götürmüşlər. Şahid X6 məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, Şirəli evdən 1500 ABŞ dolları və 3.300 manat pul götürmüş, onun özünə də pulun qalanını düzəltməsini, bununla da məsələnin həll olunacağını demişdir. Pul barədə danışıqlar İlqarın oğlu Xəyal ilə Şirəli arasıda olmuş, qalan pulun dəqiq məbləği deyilməmişdir. Qardaşına məxsus pul istintaq zamanı ona qaytarılmış, həmin pulun evin pulu olduğunu deyilərək ona qaytarılmışdır. Müstəntiq İlqarın həyat yoldaşından və oğlundan izahat aldıqdan sonra pulu geri qaytarmışdır. Şirəliyə pulu verəndə İlqarın oğlu və yoldaşı heç bir sənədi imzalamamış, o, pulu zərfdə alaraq, onu açmadan İlqarın arvadına və oğluna qaytarmışdır. İlqar məhkəməyə gəlməmişdən təxminən 2 ay əvvəl pullar geri qaytarılmışdır. Həmin pulların içində həm dollar, həm də manat olmuşdur. O, verilən pulu saymamış, olduğu kimi alıb sahibinə vermişdir. Şahid X6 məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq həmçinin bildirmişdir ki, o, İlqarla bir blokda qonşu evlərdə yaşayır. Evə gələn polislər 3 nəfər olmuş, sonradan 2 nəfər də çağırmışlar. Şirəli ona heç kimə zəng edib özlərinə problem yaratmamalarını dediyi üçün onlar da bu sözə aldanmışlar. Polis əməkdaşları 2 saat İlqarın evində axtarış aparmış, onun özünü evə buraxmamışlar. Polis əməkdaşları təxminən saat 16 radələrinədək evdə qalmışlar. Həmin şəxslər ona darıxmamasını, düzələcəyini, İlqarı buraxacaqlarını demişlər. O, Şirəlinin saydığı pulun nə pulu olduğunu əvvəl bilməmiş, Xəyaldan həmin pulun nə pulu olduğunu soruşduqda Xəyal ona atasını buraxmaları üçün polis əməkdaşlarına verdiyi pul olduğunu demişdir. O, qapını açanda Şirəlinin pul saydığını görmüş, onun özünü isə içəri buraxmamışlar. O, həmin gün idarəyə getməmiş, səhəri günü getmişdir. Pulu evdən Şirəli götürmüş, o, Şirəlinin evdə pulu saydığını görmüşdür. Şahid1 pulu sayıb cibinə qoymuş, həmin pulu heç bir formada zərfləşdirilməmişdir. Həmin pulu Təqsirləndirilən şəxs oğlu Xəyal Şahid1 vermişdir. Məhkəmə cinayət işinin materiallarına əlavə edilmiş ekspertiza rəylərini və sənədləri bilavasitə məhkəmə iclasında tədqiq etmişdir. BNMİ-nin baş əməliyyat müvəkkili Şahid1 həmin idarənin rəisinə olan xx.xx.2022ci il tarixli raportundan görünür ki, əməliyyat müvəkkili yazılı şəkildə məruzə edərək, xx.xx.1968-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş, ünvan 3 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri, Nərimanov rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olduğunu bildirib, həmin məlumatın əməliyyat yolu ilə yoxlanılması, Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa olunması, onun cinayət törədərkən, yaxud törətdikdən bilavasitə sonra yaxalanması, narkotik vasitələrin, cinayət izlərinin vaxtında aşkar edilərək götürülməklə qanunvericilikdə nəzərdə tutulmuş qaydada aşkar və gizli üsullarla müvafiq əməliyyataxtarış tədbirlərinin keçirilməsinə icazə verilməsini xahiş etmişdir. (cild İ, iş vər. 5) BNMİ-nin rəisi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli Ə-333-008-22 nömrəli “Əməliyyat qrupunun yaradılması haqqında” əmrindən görünür ki, Təqsirləndirilən şəxs barəsində idarəyə daxil olmuş məlumatla bağlı təxirəsalınmaz tədbirlər görülməklə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş əsaslar olduğundan adi təhqiqat üsulları vasitəsi ilə zəruri məlumatların alınmasının və haqqında tədbir keçirilməsi təklif edilən şəxsin ifşa edilməsinin qeyri-mümkünlüyü, o cümlədən operativ şəkildə lazımı qabaqlayıcı tədbirlər görülmədiyi halda Təqsirləndirilən şəxs tərəfindən qısa müddət ərzində külli miqdarda narkotik vasitə və psixotrop maddələrin realizə olunacağı, gizlədiləcəyi və ya məhv ediləcəyi ehtimalını nəzərə alaraq, daxil olmuş məlumatın əməliyyat yolu ilə yoxlanılması, həmin şəxsin cinayət əməllərinin ifşa olunması, onun cinayət törədərkən, yaxud törətdikdən bilavasitə sonra yaxalanması, cinayətin izlərinin vaxtında aşkar edilərək götürülməsi, zərurət yaranarsa yaşadığı mənzilə baxış və həmin şəxsin üzərinə şəxsi axtarış keçirilməsi məqsədi ilə, BNMİnin əməkdaşları olan Şahid1 və Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. (cild İ, iş vər. 6) “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, qeyd edilən əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi ilə yaxalanmasından ötrü əməliyyat qrupunun yaradılması, operativ şəkildə lazımi qabaqlayıcı tədbirlər görülmədiyi halda Təqsirləndirilən şəxs tərəfindən külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin realizə olunacağı, gizlədiləcəyi və ya məhv ediləcəyi ehtimalını nəzərə alaraq, daxil olmuş məlumatın əməliyyat yolu ilə yoxlanılması, həmin şəxsin cinayət əməllərinin ifşa olunması, onun cinayət törədərkən, yaxud törətdikdən bilavasitə sonra yaxalanması, narkotik vasitələrin, cinayətin izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədi ilə yaradılmış əməliyyat qrupunun üzvlərinin iştirakı ilə təxirəsalınmaz tədbirlər görülməklə hakimin qərarı olmadan qanunvericilikdə nəzərdə tutulmuş qaydada aşkar və gizli üsullarla müvafiq əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi, Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilməsi, tədbirin gedişi zamanı şəraitdən asılı olaraq onun olduğu yerin və nəqliyyat vasitəsinin müşahidəsinin aparılması, tutulduqdan sonra zərurət olduğu təqdirdə üstünün yoxlanılması, polis orqanına gətirilməsi və üzərinə, ondan aşkar edilmiş əşyalara, nəqliyyat vasitəsinə və yaşayış yerinə baxış keçirilməsi, əməliyyat-axtarış tədbirləri həyata keçirilən zaman zərurət yarandığı halda mövcud şəraitdən asılı olaraq “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş digər əməliyyat tədbirlərinə istinad edilməklə qanunvericiliyə uyğun şəkildə davam etdirilməsi, Təqsirləndirilən şəxs müəyyən edilib ifşa edilməsi məqsədilə əməliyyat qrupunun yaradılması, qrupun tərkibinə Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 daxil edilməsi, qrupa rəhbərliyin baş əməliyyat müvəkkili Şahid1 həvalə edilməsi, qərarın müvafiq tədbir aparıldıqdan sonra 48 saat müddətində məhkəmə nəzarətini həyata keçirən məhkəməyə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora təqdim edilməsi qərara alınmışdır. (cild İ, iş vər. 7-8) BNMİ-nin baş əməliyyat müvəkkili Şahid1 həmin idarənin rəisinə olan xx.xx.2022ci il tarixli raportundan (müvafiq ştampla 306 nömrə ilə qeydiyyata alınmışdır) görünür ki, əməliyyat müvəkkili yazılı şəkildə məruzə edərək, NMBİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tdəbirləri nəticəsində xx.xx.1968-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş, ünvan 3 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri, Nərimanov rayonu ərazisində dövriyyəsi ilə məşğul olmasında şübhəli bilindiyi üçün xx.xx.2022-ci il tarixdə, saat 12:30 dəqiqədə Bakı şəhəri, Nərimanov rayonu, Müzəffər Nərimanov küçəsi 1 ünvanının yaxınlığında “Ravon Nexia” markalı **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobilin qarşısında saxlanılaraq hava və əməliyyat şəraiti, nəqliyyat vasitələrinin və insanların vaxtaşırı olaraq hərəkəti, o cümlədən təhlükəsizlik tədbirləri nəzərə alınmaqla Nərimanov RPİ-nin inzibati binasına gətirildiyi, avtomobilin isə idarənin həyətinə yerləşdirildiyini bildirmiş, habelə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs üzərində və paltarında, əşyalarında, bədənində, yaşadığı ünvanda olması ehtimal edilən nakrotik vasitənin, psixotrop maddənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların, sənədlərin və cinayətin izlərinin aşkar olunaraq götürülməsi üçün müvafiq tədbirlərin görülməsi ilə bağlı aidiyyəti üzrə göstəriş verilməsini xahiş etmişdir. Raportun üzərinə dərkənar qoyulmaqla, N.Aburşudan qərar qəbul edilməsi xahiş edilmiş, o cümlədən sözügedən raport BNMİ-nin “törədilmiş və ya hazırlanan cinayətlər barədə məlumatların qeydiyyat kitabında xx.xx.2022-ci il tarixində, 306 nömrəli ilə Mehdiyev tərəfindən qeydə alınmışdır. (cild İ, iş vər. 9) xx.xx.2022-ci il tarixli “Şübhəli şəxsin tutulması haqqında” qərar və protokoldan görünür ki, AR DİN BNMİ-nin təhqiqat qrupunun təhqiqatçısı Nəcəf Aburşu tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində, xx.xx.2022-ci il tarixdə, saat 14:00 dəqiqədə Nərimanov RPİ-nin inzibati binasında müdafiəçi vəkil X7 iştirakı ilə tutulmuşdur. (cild İ, iş vər. 20; 21) Tutulmanın əsasları olaraq xx.xx.2022-ci il tarixdə AR DİN BNMİ-yə Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı xx.xx.2022-ci il tarixdə, saat 12:30 dəqiqədə Bakı şəhəri, Nərimanov rayonu, Müzəffər Nərimanov küçəsi 1 ünvanının yaxınlığında “Ravon Nexia” markalı, **-PB-*** nörməli avtomobilin qarşısında saxlanılaraq Nərimanov RPİ-yə gətirilməsi, avtomobilinin isə duracağa yerləşdirilməsi qeyd edilmişdir. Şübhəli şəxsin tutulması haqqında protokol xx.xx.2022-ci il tarixdə, saat 14:00 dəqiqədə tərtib edilmişdir. (cild İ, iş vər. 21) “Məhkəmə-bioloji” ekspertizasının xx.xx.2022-ci il tarixli, 7/1139 saylı rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən....” yazı və imzalar olan zərfdə 1 ədəd sellofan kəsiyi bükümündə təmiz çəkisi 30,348 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən aşkar olunan kütlə...” yazı və imzalar olan bağlamada 1 ədəd yaşıl sellofanda təmiz çəkisi 975 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Təqdim edilmiş marixuanalar eyni tərkiblidir. Marixuananın ümumi təmiz çəkisi 1005,345 qram, tədqiqata sərf edilən ümumi miqdar - 0,1 qram, qalıq 1005,245 qram. (cild 01, iş vər. 45-48) Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(005)- 1075/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsdə saxlanılma müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablanmaqla, 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (cild İ, iş vər. 87-91) AR DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamə arayışından və məhkəmə qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs Moskva şəhər Məhkəməsinin xx.xx.2006-cı il tarixli hökmü ilə Rusiya Federasiyasının CM-in 33.3, 105.2(Z), 222.2 və 69.3-cü maddələri ilə təqsirli bilinərək 16 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. xx.xx.2008-ci il tarixdə Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin qərarı ilə əməli CM-in 32.3, 120.2.5, 228.2.1 və 66.3-cü maddələri ilə tövsif edilərək üzərində 15 il müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmış və Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə 1 il 8 ay 13 gün vaxtından əvvəl şərti olaraq azad edilmişdir. “Ambulalor məcburi-narkoloji” ekspertizasının xx.xx.2022-ci il tarixli, 7283 saylı rəyi ilə müəyyən edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmamışdır. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. (cild 01, iş vər. 165-166) Bakı şəhəri Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli 080- 18767-1222 nömrəli məktubundan görünür ki, istintaq orqanının əməliyyat tapşırığına cavab olara polis şöbəsinin rəisi bildirmişdir ki, Təqsirləndirilən şəxs üzərində və idarə etdiyi “Ravon Nexia” markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobildən aşkar edilmiş qurudulmuş marixuana əldə etdiyi mənbəyi və eləcə də onun kimlərə narkotik vasitələrin və psixotrop maddələrin satılması istiqamətində bir sıra əməliyyat tədbirləri keçirilsə də, müsbət nəticə əldə olunmamışdır. (cild İ, iş vər.151) “Telefona baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Nərimanov RPi-nin İŞ-nin müstəntiqi İlkin İmanov tərəfindən cinayət işinin istintaqı ilə əlaqədar Təqsirləndirilən şəxs istifadəsində olan “Samsung” markalı, “Galaxy A10” modelli mobil telefona baxış keçirmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olan həmin mobil telefonda iş üçün əhəmiyyət kəsb edən hal aşkar edilməmişdir. (cild İ, iş vər. 115) Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxs və şahidlərin ifadələrinin, ekspertiza rəylərinin, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı istintaq orqanının gəldiyi nəticə əsassız olmaqla, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsiri sübuta yetirilməmişdir. Bu baxımdan məhkəmə əvvəlcə Təqsirləndirilən şəxs elan edilmiş ittihamın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri olmaqla, müvafiq olaraq 2 maddəsi ilə əhatə edilmişdir ki, hər iki norma özlüyündə CMin Bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddəsində nəzərdə tutulmuş əməllərin tövsifedici əlamətlərdə (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən və ya külli miqdarda) törədilməsini ehtiva edir. CM-in 234.2-ci maddəsi ilə isə satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma – qanunla qadağan edilir. Məhkəmə hazırki cinayət işinin hallarından çıxış edərək qeyd edir ki, Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə hər iki cinayət əməli üzrə ilk növbədə sonuncu tərəfindən qanunla dövriyyəsi qadağan edilmiş predmetlərin əldə edilmiş olması və həmin predmetlərin Təqsirləndirilən şəxs (üzərindən və avtomobilindən) aşkar edilməsi qanuni yollarla əldə edilmiş sübutlarla təsdiq olunmalıdır. Yalnız bundan sonra Təqsirləndirilən şəxs hərəkətlərində yuxarıda sadalanan tövsifedici əlamətlərin mövcud olub-olmaması tədqiq edilməlidir. Bununla bağlı məhkəmə ilk növbədə qeyd edir ki, cinayət işi üzrə ibtidai istintaq materiallarında Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirləri keçirilməklə xx.xx.2022-ci il tarixdə, saat 12:30-da Bakı şəhəri, Nərimanov rayonu, Müzəffər Nərimanov küçəsi 1 ünvanının yaxınlığında “Ravon Nexia” markalı **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobilin qarşısında saxlanması, habelə bundan sonra polis idarəsinə aparılması və üzərinə şəxsi axtarış, daha sonra isə avtomobilində baxış keçirilməsi və bu mexanizm üzrə ittihamın əsasını təşkil edən sübutların toplanmış olması rəsmiləşdirilmişdir. Məhkəmə istintaqı zamanı ifadəsində Təqsirləndirilən şəxs ilk növbədə hadisələrin tamamilə başqa formada cərəyan etdiyini bildirmiş, həmçinin məhkəmə istintaqı zamanı müdafiə tərəfi sübutlarını məhkəməyə təqdim etmişdir. O cümlədən aparılmış məhkəmə istintaqının gedişatında tərəflərin vəsatəti əsasında bir sıra yeni obyektiv sübutlar əldə olunmuşdur. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında Avropa Məhkəməsi bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən, təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir və bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür, istənilən şübhə isə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarında qeyd edilmişdir ki, məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni isə CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən (cinayət hadisəsinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilib-yetirilməməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin əməlinin ittihamda CM-in müvafiq maddəsi əsasında ona istinad edilən cinayətin əlamətlərinə uyğun olub-olmaması kimi) məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir. Hökmdə məhkəmənin əsaslandığı bütün məsələlər təhlil edilməli və bu zaman təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət qazandıran sübutlara qiymət verilməlidir. İlk növbədə qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs elan edilmiş ittihamdan göründüyü kimi, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələri ilə ittiham elan edilməsinin əsasını 3 mərhələdə toplanmış sübutlar məcmusu təşkil etmişdir. Bunlar Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə keçirilmiş əməliyyat tədbiri nəticəsində saxlanması və bundan sonrakı üzərinə şəxsi axtarış keçirilənədək dövr, həmin tarixdə keçirilmiş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və daha sonra avtomobilinə baxış istintaq hərəkətləri olmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs ətrafında keçirilmiş yuxarıda sadalanan tədbir və prosessual hərəkətlərin bir-biriləri ilə qarşılıqlı şəkildə bağlı olduğunu qeyd edərək belə hesab edir ki, hər bir mərhələdə keçirilmiş tədbirlərin və onların rəsmiləşdirilməsi ilə bağlı protokolların məzmunu, məhkəmə istintaqı zamanı əldə olunmuş digər sübutlarla qarşılıqlı şəkildə tədqiq və təhlil edilməklə, ətraflı şəkildə araşdırılmalıdır. Məhkəmə yuxarıda qeyd edilən Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və ilkin olaraq polis əməkdaşları tərəfindən saxlanması ilə bağlı birinci növbədə qeyd edir ki, istintaq materiallarına və verilmiş ittihama görə Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 12:30 dəqiqədə Bakı şəhəri, Nərimanov rayonu, Müzəffər Nərimanov küçəsi 1 ünvanının yaxınlığında “Ravon Nexia” markalı **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobilin qarşısında saxlanılmış və Nərimanov RPİ-nin inzibati binasına gətirilmiş, bu barədə əməliyyat müvəkkili tərəfindən müvafiq raport tərtib edilmişdir. Təqsirləndirilən şəxs isə məhkəmə istintaqı zamanı ifadəsində polis əməkdaşları tərəfindən 04 oktyabr 2022-ci il tarixdə, saat 11:30 radələrində Bakı şəhəri, Nərimanov rayonu ərazisində, “Ulduz” metrostansiyasının yanında, polis bölməsi ilə üzbəüz saxlandığını, elə oradaca həm üzərində axtarış, həm də avtomobilinə baxış aparıldığını və ona təzyiq göstərildiyini, habelə bundan sonra polis əməkdaşlarının onu yaşadığı evinə apararaq oraya da baxış keçirdiklərini bildirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirini həyata keçirmiş olan Şahid1 isə ifadəsində Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 22-23 radələrində saxladıqlarını bildirmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “04” mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 28-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası CPM-nin 246.2.1ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. Azərbaycan Respublikası CPM-nin 153-cü maddəsinin mənasına görə isə tutulmuş şəxs təxirə salınmadan polis və digər tətqiqat orqanlarının müvvəqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədi ilə məhkəmələrə izah edilsin ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. Yuxarıda sadalananlardan göründüyü kimi, Təqsirləndirilən şəxs ifadəsində saxlandığı vaxtı xx.xx.2022-ci il, saat 11:30 olaraq qeyd etmiş, rəsmiləşdirilmiş protokollarda Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 12:30-da (şəxsin qeyd etdiyindən bir saat sonra) saxlandığı, Şahid1 isə ifadəsində həmin hadisənin ümumiyyətlə axşam saatlarında baş tutmasını qeyd etmişdir. Bu qeyd olunanlar özlüyündə Təqsirləndirilən şəxs həqiqətən saxlanmasının protokollarda olan vaxtda icra edilmiş olmasına şübhə ilə yanaşılmasına məhkəmə üçün əsas verir ki, bu şübhələr özünü məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs və şahidlərin ifadələrində qeyd etdiyi halların obyektiv sübutlarla müqayisəli tədqiqinin aparılması məqsədilə məhkəmənin xx.xx.2023-cü il tarixli qərarı ilə əldə edilmiş Təqsirləndirilən şəxs hadisə günü istifadəsində olan +994(55)283-15-95 mobil telefon nömrəsinin anten məlumatları ilə təsdiqini tapır. Belə ki, iş materiallarına əlavə edilmiş "xxxx" MMC-dən əldə edilmiş həmin məlumatlarda Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefonun xx.xx.2022-ci il tarixdə, saat 11:23 və 11:28-də ünvan 5 ünvanında yerləşən antenin əhatə dairəsində olduğu, saat 12:11-dən başlayaraq son məlumatın qeyd edildiyi saat 12:45-dək isə artıq ünvan 6 ünvanında yerləşən antenin əhatə dairəsində olması müəyyən edilmişdir. Digər tərəfdən məhkəmə istintaqı zamanı məhkəmənin qərarı ilə əldə olunaraq iş materiallarına əlavə edilmiş BNMİ-nin baş əməliyyat müvəkkili Şahid1 məxsus +994(50) ***-**-** mobil telefon nömrəsinin xx.xx.2022-ci il tarixinə olan anten məlumatlarına nəzər saldıqda həmin şəxsin xx.xx.2022-ci il tarixdə saat 11:36-da Heydər Əliyev prospekti 117, BEGOC ofisi kimi qeyd edilən ünvanda olan antenin əhatə dairəsində (Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə məxsus “gomap.az” internet xəritənaviqasiya portalından müəyyən edilən məlumata əsasən Təqsirləndirilən şəxs saxlandığı ünvanla cəmi 3 dəqiqəlik məsafədə yerləşən antenin əhatəsində), daha sonra saat 12:40-da Bakı şəhəri, Böyükşor gölü, Olimpik stadionu ərazisində yerləşən antenin əhatə dairəsində, saat 13:42-də Bakı şəhəri, Nizami rayonu, Neftçilər dairəsi ünvanında yerləşən antenin əhatə dairəsində olduğu müəyyən edilir. Göründüyü kimi Təqsirləndirilən şəxs saxlandığı qeyd edilən Nərimanov rayonu ərazisində olması imkanı fiziki olaraq saat 12:11-dək (həmin vaxt artıq anten dairəsi Nizami rayonu ərazisində müəyyən edilir) məhdudlaşmışdır ki, bu da öz növbəsində istintaq hərəkətinin protokollarında və digər istintaq sənədlərində Təqsirləndirilən şəxs Bakı şəhəri, Nərimanov rayonu, Müzəffər Nərimanov küçəsi 1 ünvanının yaxınlığında xx.xx.2022-ci il tarixdə, saat 12:30-da saxlanılmasını mümkünsüz edir, habelə həmin sənədlərin ittihamı təsdiq edən sübut olaraq qəbul edilənliyini və mötəbərliyini şübhə altına qoyur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Hüseyn və başqaları Azərbaycana qarşı” iş üzrə 26 iyul 2011-ci il tarixli qərarında qeyd edilir ki, şahidlərin müxtəlif vaxtlarda verdikləri ifadələri arasındakı uyğunsuzluqlar, habelə ittiham tərəfinin təqdim etdiyi müxtəlif növ dəlil arasındakı ciddi uyğunsuzluqlar şahidlərin etibarlılığına və ifadələrinin sübut qismində dəyərinə etiraz etmək ücün ciddi əsas yaradır. Belə etiraz özlüyündə işin faktoloji hallarını həmin ifadələr əsasında verilmiş qiymətə və son nəticədə məhkəmə araşdırmasının nəticəsinə təsir göstərə bilən etirazdır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs istintaq orqanı tərəfindən xx.xx.2022ci il tarixdə, saat 11:30-da saxlanmış olması halını sübuta yetirilmiş hesab etməklə yanaşı qeyd edir ki, Təqsirləndirilən şəxs faktiki olaraq saxlanması vaxtı ilə hadisələrin qeyd edilən formada cərəyan etməsi halında istintaq orqanının iş materiallarında rəsmiləşdirdilməklə təsvir etdiyi İ.T.Məmədovun saat 14:30-dan üzərində şəxsi axtarış aparılması (bu istintaq hərəkətlərinə daha sonra qiymət veriləcəkdir) kimi hadisələrin cərəyan etməsi mexanizmi arasında 3 saat müddətində fərq yaranır. Bu müddətdə isə Təqsirləndirilən şəxs tamamilə polisin nəzarəti altında olmuş olması işin mübahisəsiz halı kimi məhkəmə tərəfindən qəbul edilir və bu halın şəxslə bağlı faktiki olaraq saxlandıqdan sonra atılmış addımların təfsilatlı şəkildə araşdırılmalı olmasının iş üzrə obyektiv həqiqətin müəyyən edilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulamağı zəruri edir. Belə olan halda məhkəmə həmin zaman kəsiyində baş vermiş hadisələrin təhlilinin aparılmasını oxşar işlər üzrə İnsan hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında əks etdirilmiş “əldə edilmiş sübutların saxlanılan şəxslərin polisin nəzarəti altında saxlandığı müddətdə üzərinə yerləşdirilməsinin mümkünlüyü və bu hallara dair haqlı şübhəyə əsas yaranıb-yaranmaması ilə bağlı” mövqeyi baxımından zəruridir. Belə ki, “Layıcov Azərbaycana qarşı” şikayətlə bağlı qərarında Avropa Məhkəməsi bildirmişdir ki, ərizəçinin üzərində və onun avtomobilində axtarışın onun həbsindən dərhal sonra həyata keçirilmədiyi tərəflər arasında mübahisə doğurmur. Bu axtarış onun həbs olunduğu yerin yaxınlığında deyil, Zaqatala Rayon Polis Şöbəsində aparılmışdır. Məhkəmə bununla bağlı qeyd edir ki, həbslə axtarış arasındakı təxminən otuz dəqiqəlik vaxt boşluğu sübutun “qoyulması” mümkünlüyü ilə bağlı qanuni narahatlıqlar ortaya çıxarır, belə ki, bu vaxt ərzində ərizəçi tamamilə polisin nəzarəti altında idi. "Savalanlı və digərləri Azərbaycana qarşı" şikayətlərlə bağlı qərarında da Avropa Məhkəməsi bildirmişdir ki, ərizəçilərin ayrıca cinayət mühakimə icraatları çərçivəsində tutulmalarına və həbs olunmalarına baxmayaraq, hazırkı ərizələrin ümumi xüsusiyyəti ondan ibarətdir ki, ərizəçilər barəsində seçilmiş həbs qətimkan tədbiri və həbs müddətinin uzadılmasında istintaq orqanları tərəfindən irəli sürülən və yerli məhkəmələrin istinad etdikləri yeganə sübutlar polis tərəfindən tutulduqdan sonra onların üzərində aşkar edilmiş narkotik vasitələrdir. Belə olan halda məhkəmə hesab edir ki, yerli hakimiyyət orqanları tərəfindən sözügedən sübutlara dair aparılan istintaq tədbirlərinin ərizəçilərin ittiham olunduqları cinayətləri törədə biləcəyini müəyyən etmək üçün obyektiv bir müşahidəçini inandırmağa kifayət edib- etmədiyi də daxil olmaqla, həmin sübutların toplanması, istifadəsi və tədqiqi ilə bağlı bütün müvafiq halları diqqətlə yoxlanılmalıdır (müqayisə edin, Rəşad Həsənov və başqaları Azərbaycana qarşı, № 48653/13, §§ 98-106, 7 iyun 2018-ci il, və İbrahimov və Məmmədov Azərbaycana qarşı, № 63571/16, §§ 113-30, 13 fevral 2020). Məhkəmə polisin axtarışın aparması qaydası ilə bağlı Azərbaycana qarşı əvvəlki işlərdə gəldiyi nəticələrə istinad edir. Məhkəmə əvvəlki işlərdə müəyyən etmişdir ki, şübhəli şəxsin üzərinə baxışın üzrlü səbəb olmadan tutulduqdan dərhal sonra aparılmaması, əldə edilən sübutların polis tərəfindən yerləşdirilməsinin mümkün olduğu barədə əsaslı şübhə yaradır (bax, Layıcov Azərbaycana qarşı, № 22062/07, § 69, 10 aprel 2014- cü il və Sakit Zahidov Azərbaycana qarşı, № 51164/07, §53,12 noyabr 2015- ci il). Məhkəmə hesab edir ki, qeyd edilən həmin nəticələr hazırkı işin hallarına da aid edilir. Tutulmaları və üzərinə aparılmış baxışlar arasında keçən müddət ərzində ərizəçilər tamamilə polisin nəzarəti altında olduğundan, əldə edilmiş sübutların bu müddətdə onların üzərinə yerləşdirilməsinin mümkün olduğu üçün haqlı şübhəyə əsas yaranır. Üstəlik, axtarışın aparılmasını ərizəçilərin tutulmalarından dərhal sonra qeyrimümkün edən hər hansı xüsusi halların mövcud olması ilə bağlı heç bir əsas aşkar edilmir. Bununla yanaşı, hal şahidlərinin çağırılması və rəsmi axtarış və götürmənin aparılmasından əvvəl tutulan şəxslərin şəxsi əşyalarına polis tərəfindən narkotik vasitə və ya digər sübuti əhəmiyyətə malik olan əşyaların qoyulmasına dair çoxsaylı ardıcıl hallar barədə beynəlxalq insan haqları təşkilatlarının hesabatlarında əksini tapan məlumatlara əsaslanaraq məhkəmə həmçinin hesab edir ki, hazırkı axtarışlar zamanı hal şahidlərinin iştirakının təmin edilməsi mövcud vəziyyətin aradan qaldırılmasına əsas kimi qəbul edilə bilməz (İbrahimov və Məmmədov, § 127). Təqsirləndirilən şəxs saxlanmasından sonrakı mərhələ ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs ifadəsində polis əməkdaşlarının onu saxladıqdan dərhal sonra ilk öncə ona təzyiq edilərək zor tətbiq olunduğunu, habelə daha sonra Bakı şəhəri Nizami rayonunda yerləşən yaşadığı evə apardıqlarını, orada axtarış etdiklərini, təxminən 3 saat müddətində orada olduqlarını və yalnız Şahid1 oğlundan 3300 manat və 1500 ABŞ dolları məbləğində pulu aldıqdan sonra Nərimanov RPİ-nin inzibati binasına getdiklərini, ona videoçəkilişdən sonra pulun geri qalan hissəsinin gətiriləcəyi halda buraxılacağını dediklərini, bu səbəbdən polis əməkdaşlarının ona diktə etdikləri məzmunda şəxsi axtarış və götürmə, habelə avtomobilinə baxış zamanı bildirdiyini qeyd etmişdir. İş materiallarında olan 3 saylı İstintaq Təcridxanasından vəkilin sorğusuna cavab olaraq təqdim edilmiş xx.xx.2023-cü il tarixli, 20-12/393 nömrəli məktubda əks olunan məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə 3 saylı İstintaq Təcridxanasına daxil olduğu zaman təlimata uyğun olaraq həkim baxışından keçirilmiş, Təqsirləndirilən şəxs sorğu zamanı xəsarət aldığını bildirmişdir. Baxış zamanı İ.Məmmədivun qarnının ön divarında ön xətt boyunca cərrahi əməliyyatdan sonrakı çapıq toxuma, sol baldır nahiyəsində köhnə çapıq toxuma, bel nahiyəsində 1 ədəd qərtməkli yara, bənövşəyi rəngli qançır izi aşkar edilmişdir. Cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxsin üzərində aşkar edilmiş xəsarətlərlə bağlı Bakı şəhəri Nərimanov rayon prokurorluğunda araşdırma aparılmış və nəticədə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul olunmuşdur. Lakin, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 6(005)-228/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Bakı şəhəri Nərimanov rayon prokurorluğunun müstəntiqi X3 tərəfindən qəbul edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 03 noyabr 2022-ci il tarixli qərarından Təqsirləndirilən şəxs müdafiəçisi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkəmə nəzarəti qaydasında verilmiş şikayət təmin edilmiş, Təqsirləndirilən şəxs müdafiəçisinin şikayətdə göstərdiyi xüsusatlarla bağlı əlavə araşdırma aparılması qərara alınmış, qərarın icrasına nəzarət ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora tapşırılmışdır. Məhkəmə kollegiyası ilk növbədə, Təqsirləndirilən şəxs “şəxsi axtarış və götürmə”, o cümlədən “avtomobilinə baxış və götürmə” istintaq hərəkətləri, habelə ibtidai istintaq zamanı verdiyi “etirafedici” ifadələrinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Halbuki, cinayət işinin materiallarından görünən iş üzrə əhəmiyyətli və mübahisəsiz məqam odur ki, Təqsirləndirilən şəxs cinayət işi üzrə məhkəmə istintaqında özünü təqsirli bilməyərək, narkotik vasitələrin satışı ilə məşğul olmadığını, hadisə günü üzərində və avtomobilində qanunsuz heç bir predmet olmadığını, əməliyyatçılar tərəfindən saxlanılarkən üzərindən və avtomobilindən ümumiyyətlə narkotik vasitə aşkar olunmadığını, işgəncələrə məruz qalaraq və aldadılaraq üzərində və avtomobilində narkotik vasitələrin olması barədə ondan “etirafedici” ifadələr alındığını bildirmişdir. Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə bağlı qeyd edilməlidir ki, nəinki işgəncənin mövcudluğu, hətta işgəncə barədə iddiaların araşdırılmaması, təqsirləndirilən şəxsin Avropa Konvensiyasının 3-cü maddəsi ilə təsbit edilən hüququnu pozur, yəni artıq özüözlüyündə müdafiə tərəfinin işgəncə və digər qanunsuz metodlardan istifadə olunmaqla əldə olunması kimi dəlillə mübahisələndirdiyi sübutların mümkünlüyü, kifayətedənliyi üzrə məhkəmə qənaətini, ümumiyyətlə aparılan icraatın nəticələrini şübhə altına alan ciddi pozuntu kimi çıxış edir. Belə ki, Avropa Məhkəməsinin şərh olunan məsələ üzrə hüquqi mövqeyini açıqlayan presedentlərə misal olaraq “Assenov və digərləri Bolqarıstana qarşı iş” üzrə 28 oktyabr 1998-ci il tarixli qərarı, “Aksoy Türkiyəyə qarşı iş” üzrə 26 noyabr 1996-cı il tarixli qərarı göstərmək olar. Birinci işdə Assenov və onu təmsil edən valideynləri iddia edirdilər ki, Assenov polis əməkdaşları tərəfindən qəddarlıqla döyülmüşdür. Bolqarıstan höküməti bu iddiaya etiraz etmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə qədər məsələni araşdıran Avropa Komissiyası hadisələrin üstündən dörd ildən artıq vaxt keçdiyinə və Bolqarıstanının dövlət orqanları tərəfindən vaxtında kifayət qədər müstəqil istintaq aparılmadığına görə iddiaçının, və yaxud Bolqarıstan hökümətinin mülahizələrinin daha mötəbər olduğunu müəyyən edə bilməmişdir. Avropa Məhkəməsi də Komissiya kimi, ona təqdim olunmuş sübutlar əsasında ərizəçiyə xəsarətlərin polis tərəfindən yetirilibyetirilməməsinin müəyyən edilməsini qeyri-mümkün hesab etmişdir. Buna baxmayaraq, Avropa Məhkəməsi Assenovun iddiasının əsaslı olması, Konvensiyanın 3-cü maddəsinin pozuntusunun baş verməsi haqqında qənaətə gəlmiş və belə nəticə üçün əsas yaradan hal olaraq xüsusilə onu qeyd etmişdir ki, “polis və ya digər dövlət nümayəndələri tərəfindən qeyri-qanuni şəkildə və 3-cü maddəyə zidd olaraq pis rəftara məruz qalması barədə sübut oluna bilən iddianın qaldırıldığı belə hallarda, bu müddəa, Konvensiyanın 1-ci maddəsinə əsasən Dövlətin “yurisdiksiyası daxilində hər kəsin Konvensiyada müəyyən olunmuş hüquq və azadlıqlarının təmin edilməsinə” dair ümumi öhdəliyi ilə birlikdə götürülməklə, effektiv rəsmi istintaqın aparılmasını birbaşa tələb edir. Həmin istinaq məsuliyyət daşıyanların müəyyən edilməsi və cəzalandırılmasına gətirib çıxartmaq iqtidarında olmalıdır. Əks halda, işgəncələrin və qeyri-insani, yaxud alçaldıcı rəftar və cəzaların ümumi hüquqi qaydada qadağan edilməsi, bunun fundamental vacibliyinə baxmayaraq, təcrübədə qeyri-effektiv olacaqdır və bəzi hallarda, Dövlət nümayəndələrinin faktiki olaraq cəzalandırılmadan öz nəzarəti altında olanların hüquqlarını pozmaq imkanı kimi çıxış edəcəkdir”. “Aksoy Türkiyəyə qarşı iş” üzrə qərarında da eyni mövqeyi sərgiləyən Avropa Məhkəməsi qeyri-insani rəftarla bağlı hadisənin rəsmən araşdırılmamasını 3-cü maddənin pozulması kimi səciyyələndirməklə yanaşı, həm də Konvensiyanın 13-cü maddəsinin pozulması kimi dəyərləndirdi (Konvensiyanın 13-cü maddəsində deyilir: “Bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqları pozulan hər kəs, hətta bu pozulma rəsmi fəaliyyət göstərən şəxslər tərəfindən törədildikdə belə, dövlət orqanları qarşısında təsirli hüquqi müdafiə vasitələrinə malikdir”). Xəsarətlər üzrə araşdırmanın vaxtına aparılmaması ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Məmmədov Azərbaycana qarşı” qərarında qeyd etmişdir ki, döyülmədən sonrakı üç gün ərzində vəkili ilə görüşməyinə icazə verilmədiyindən ərizəçi pis rəftar barədə şikayətini dövlət orqanlarının nəzərinə təqdim etmək imkanında olmamışdır. Məsələ birinci dəfə dövlət orqanlarının diqqətinə 2003-cü il oktyabrın 22-də, ərizəçinin vəkili tibbi müayinənin keçirilməsi barədə vəsatəti qaldırdıqda çatdırılmışdır. Lakin onun vəsatətinə kifayət qədər səylərlə baxılmamışdır, çünki beş gündən sonra tibbi müayinənin keçirilmədiyi barədə şikayət vəkil tərəfindən prokurora verilənə qədər heç bir hərəkət yerinə yetirilməmişdir. Hətta bundan sonra tibbi müayinə iki gündən sonra keçirilmişdir. Bununla əlaqədar məhkəmə qeyd edir ki, polis orqanlarının müvəqqəti saxlanma yerlərində işgəncə qurbanı xarici aləmdən təcrid edildiyi, zəruri sübutları təsdiq və ya toplaya biləcək həkim, vəkil, ailə üzvləri və dostları ilə görüşmək imkanından məhrum edildiyi halda işgəncə barədə şikayətlərin əsaslandırılması xüsusilə çətindir. Məhkəmə-tibb ekspertizası rəyinin vaxtında təmin edilməməsi hazırkı işdə araşdırmanın effektsizliyinə gətirib çıxaran vacib amillərdən biri olmuşdur. Vaxtında keçirilmiş tibbi müayinə məhkəmə-tibb eksperti üçün xəsarətlərin səbəbləri və onların yetirilməsi vaxtı barədə daha dəqiq nəticələrə gəlmək imkanını yaradacaqdır. “Tomasi Fransaya qarşı iş”də (1992-ci il) Avropa Məhkəməsi qərara almışdır ki, “əgər şəxs həbs olunarkən sağlam olubsa, lakin azad olunarkən onun bədəni üzərində xəsarətlərin olması müəyyən edilirsə, dövlət belə xəsarətlərin səbəbləri barədə inandırıcı izahat təqdim etməlidir, yox əgər dövlət bunu edə bilmirsə, onda Konvensiyanın 3-cü maddəsinin pozulması haqqında məsələnin qaldırılması üçün tam əsas yaranır”. Yuxarıda sadalanan məhkəmə qərarının məzmununda isə görünən odur ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibb Ekspertiza və Pataloji Anatomiya Birliyi X17 1336 nömrəli, xx.xx.2022-ci il tarixli rəyi ilə, Təqsirləndirilən şəxs məhkəmə-tibbi ekspertizası zamanı onun bədəni üzərində hər-hansı bir xəsarət aşkar edilmədiyi qənaətinə gəlinmişdir. Göründüyü kimi müvafiq ekspert rəyinin verilmə tarixi ilə Təqsirləndirilən şəxs saxlanması vaxtı arasında 2 ay 1 gün vaxt keçmişdir ki, bu müddət ərzində şəxsin saxlanıldıqdan sonra ona yetirilmiş xəsarət izlərinin artıq yox olmasının mümkünlüyü məhkəmə kollegiyasında heç bir şübhə doğurmur və formalaşmış məhkəmə təcrübəsində və Avropa Məhkəməsinin presedentlərində qəbul edilən hal kimi qiymətləndirilir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, polis əməkdaşları tərəfindən saxlandıqdan sonra istintaq müddətində Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən xəsarətlər yetirilməklə, sonuncunun pis rəftara məruz qalmış olması və bunun nəticəsində etirafedici sübutların toplanmış olması mübahisəsiz şəkildə qəbul edilməlidir. Bu halda isə həmin sübutların mötəbər hesab olunması, mümkün olaraq qiymətləndirilməsi və ittihamın əsasına qoyulması cinayət prosessual qanunvericiliyin tələbləri baxımından yolverilməzdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin, “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun konkret müddəalarını rəhbər tutaraq Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməllərinə hüquqi qiymət verərkən müəyyən etmişdir ki, məhkəməyədək icraat mərhələsində təqsirləndirilən şəxsin əleyhinə sübutlar toplanılarkən polis tərəfindən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin, “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri kobud şəkildə pozulmuş, Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunmasına nail olunması məqsədilə onun hüquqları pozulmuş, eyni məqsədlə sübutlar qəsdən saxtalaşdırılmış, iş üzrə ilkin materiallar toplanılarkən qeyri-hüquqi metodlardan istifadə olunmuşdur. Digər tərəfdən iş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs tərəfindən imzalanmış, xx.xx.2022-ci il tarixli BNMİ-nin təhqiqatçısı Nəcəf Aburşuya ünvanlanan kompyuter vasitəsilə tərtib edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs hüquqlarının ona izah edildiyini, hüquqlarının müdafiə olunmasından ötrü maddi imkanı olmadığını, ona görə də hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi verilməsini xahiş etmişdir. (cild İ, iş vər. 12) Belə olan halda isə məhkəmə tərəfindən, üzərindən az sonra 3300 manat və 1500 ABŞ dolları aşkar ediləcək şəxsin maddi imkanı olmaması barədə ərizə ilə istintaq orqanına ərizə yazmasının və bununla da ala biləcəyi arzuladığı keyfiyyətli hüquqi yardım imkanlarından özünü məhrum etməsinin könüllü ola biləcəyi ağlabatan hesab edilmir və bunun da məhz maraqlı tərəf kimi istintaq orqanı tərəfindən saxlanılmış şəxslə “azad ediləcəyi barədə” sövlədələşmə çərçivəsində atılmış məqsədyönlü addım olaraq qiymətləndirilir. Həmçinin qeyd edilməlidir ki, məhkəmə istintaqı zamanı şahidlər Şahid1 və Şahid2 Təqsirləndirilən şəxs saxlandıqdan sonra sonuncunu birbaşa polis idarəsinə apardıqlarını, Təqsirləndirilən şəxs yaşadığı evdə hər hansı baxış istintaq hərəkəti həyata keçirmədiklərini bildirmiş, əlavə şahid qismində dindirilmiş Xəyal Məmmədov və İlham Məmmədov isə xx.xx.2022-ci il tarixdə saat 13 radələrində İqar Məmmədovun polis əməkdaşları ilə birlikdə onların yaşadıqları evə gəldiklərini, təxminən 3 saat orada olduqlarını, habelə yalnız Xəyal Məmmədov tərəfindən polis əməkdaşı Şahid1 3300 manat və 1500 ABŞ dolları məbləğində pul verildikdən sonra çıxıb getdiklərini bildirmişlər. Digər tərəfdən artıq yuxarıda qeyd edildiyi kimi xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs mobil telefonunun anten məlumatlarından sonuncunun Nərimanov rayonu ərazisində faktiki olaraq saxlandığı vaxtdan sonra, Bakı şəhəri Nizami rayonu istiqamətində hərəkətdə olmuş (istintaq sənədlərinə görə isə Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin inzibati binasına aparılmış) və mobil telefonun aktiv olaraq mobil operator anteninə qoşulduğu son anadək Təqsirləndirilən şəxs ünvan 6 ünvanında yerləşən antenin əhatə dairəsində qaldığı müəyyən edilir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BPQMİ-nin Maps şöbəsi tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli arayış və Bakı şəhəri İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamenti, Nizami rayonu MKTB-nin 57 saylı MKİS tərəfindən verilmiş 466 nömrəli, xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs ünvan 8 ünvanında, 69 nömrəli mənzildə qeydiyyatda olmaqla yaşayır. Göründüyü kimi Təqsirləndirilən şəxs anten məlumatları ilə sonuncunun yaşadığı ünvan arasında hər ikisi Bakı şəhəri Nizami rayonunda yerləşməklə uyğunluq mövcud olmuşdur. Bundan başqa, o da qeyd edilməlidir ki, məhkəmə qərarı ilə əldə olunmuş 7 aylıq müddəti əhatə edən sonuncunun mobil telefonunun anten məlumatlarında Təqsirləndirilən şəxs mobil telefonunun ünvan 6 ünvanında yerləşən antenin əhatə dairəsinə 205 dəfə düşdüyünün müəyyən edilməsi həmin antenin həqiqətən də Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında və yaxud evinə doğru Təqsirləndirilən şəxs hərəkət etdiyi yolunun üzərində yerləşdiyini deməyə əsas verir. Məhkəmə həmçinin bu hissədə mövcud texnoloji inkişaf mərhələsində əksər mənzillərdə artıq internet paylaşan Wİ-Fİ avadanlıqlarının olmasını, insanlar arasında ünsiyyətin mobil telefon zənglərindən daha çox internet vasitəsilə çalışan sosial şəbəkə və bu kimi proqram təminatlarının üzərindən aparılmasının, belə hallarda isə şəxslərin yaşadıqları mənzildə olduqları zaman mobil operatorun xidmətlərindən istifadə hallarının xeyli azalmış olmasının da obyektiv həqiqət olduğunun vurğulanmasını zəruri hesab edir. Digər tərəfdən məhkəmə istintaqı zamanı məhkəmənin qərarı ilə əldə olunaraq iş materiallarına əlavə edilmiş BNMİ-nin baş əməliyyat müvəkkili Şahid1 məxsus +994(50) ***-**-** mobil telefon nömrəsinin xx.xx.2022-ci il tarixinə olan anten məlumatlarına nəzər saldıqda həmin şəxsin xx.xx.2022-ci il tarixdə saat 11:36-da Heydər Əliyev prospekti 117, BEGOC ofisi kimi qeyd edilən ünvanda olan antenin əhatə dairəsində (Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə məxsus “gomap.az” internet xəritənaviqasiya portalından müəyyən edilən məlumata əsasən Təqsirləndirilən şəxs saxlandığı ünvanla cəmi 3 dəqiqəlik məsafədə yerləşən antenin əhatəsində), daha sonra saat 12:40-da Bakı şəhəri, Böyükşor gölü, Olimpik stadionu ərazisində yerləşən antenin əhatə dairəsində, saat 13:42-də Bakı şəhəri, Nizami rayonu, Neftçilər dairəsi ünvanında yerləşən antenin əhatə dairəsində olduğu müəyyən edilir. Göründüyü kimi Təqsirləndirilən şəxs faktiki olaraq saxlandığı saat 11:30-dan sonra sonuncunu ifadələrinə görə dərhal Nərimanov RPİ-nin inzibati binasına aparan Şahid1 həmin gün üçün anten məlumatlarının ifadəsi ilə uzlaşmaması, əksinə həmin şəxsin saxlanmasından sonra mühafizəsini təşkil etməli və təhqiqat orqanına təhvil verməli olan şəxsin Təqsirləndirilən şəxsla birlikdə tamamilə başqa rayonun ərazisinə keçərək uzun müddət orada olması həqiqətən də sonuncuların birlikdə Təqsirləndirilən şəxs yaşadığı evə gedərək orada sənədləşdirilməmiş baxış həyata keçirdiklərini deməyə əsas verir. Polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirmədiklərinə dair məhkəmə istintaqı zamanı verilmiş ifadələrə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, ilkin əməliyyat-axtarış sənədlərindən yuxarıda sadalanan BNMİ-nin rəisi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli Ə-333-008-22 nömrəli “Əməliyyat qrupunun yaradılması haqqında” əmrində əməliyyat qrupunun Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa olunması, onun cinayət törədərkən, yaxud törətdikdən bilavasitə sonra yaxalanması, cinayətin izlərinin vaxtında aşkar edilərək götürülməsi, zərurət yaranarsa yaşadığı mənzilə baxış və həmin şəxsin üzərinə şəxsi axtarış keçirilməsi məqsədi ilə yaradıldığı, baş əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərarda isə Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilməsi, tədbirin gedişi zamanı şəraitdən asılı olaraq onun olduğu yerin və nəqliyyat vasitəsinin müşahidəsinin aparılması, tutulduqdan sonra zərurət olduğu təqdirdə üstünün yoxlanılması, polis orqanına gətirilməsi və üzərinə, ondan aşkar edilmiş əşyalara, nəqliyyat vasitəsinə və yaşayış yerinə baxış keçirilməsinin konkret olaraq əməliyyat-axtarış tədbirinin qərara alınması üçün əsas olduğu vurğulanmış və faktiki olaraq tərtib edilən sənədlərə görə Təqsirləndirilən şəxs yaşadığı ev potensial olaraq qanunsuz predmetlərin saxlanması şübhəsi doğuran obyekt olaraq qiymətləndirilmişdir. Belə olan halda Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlandıqdan sonra yaşadığı evə baxış keçirilməməsi və bunun üçün əsas olmaması ilə bağlı əməliyyat müvəkkillərinin məhkəmə istintaqı zamanı verdikləri ifadələr həqiqətə uyğun hesab edilməməli, əksinə Təqsirləndirilən şəxs saxlandıqdan sonra heç bir rəsmi sənədlərdə qeyd edilmədən yaşadığı evinə aparılaraq orada digər ailə üzvlərinin gözü qarşısında evə daxil olmaları və baxış keçirmələri məhkəmə istintaqı ilə tam sübuta yetirilmiş hesab olunmalıdır. Təqsirləndirilən şəxsin oğlu X10 Babayev arasında pul alış-verişinin olması faktı və polis əməkdaşları tərəfindən bu istiqamətdə tələblərin irəli sürülmüş olması faktorunu da məhkəmə işin mübahisəsiz halı kimi qəbul edir və bu halı təsdiq edən amil kimi əvvəllər aralarında heç bir münasibət olmamış təqsirləndirilən şəxsin qardaşı İlham Məmmədovla əməliyyat müvəkkili Şahid1 arasında məhz müdafiə tərəfinin təsvir etdiyi kimi saat 16 radələrində polis əməkdaşlarının təqsirləndirilən şəxsin evindən çıxdıqdan sonra 4 dəfə baş tutmuş telefon danışıqlarını qiymətləndirir. Belə ki, məhkəmə istintaqı zamanı məhkəmənin qərarı ilə əldə olunaraq iş materiallarına əlavə edilmiş BNMİ-nin baş əməliyyat müvəkkili Şahid1 məxsus +994(50) ***-**-** mobil telefon nömrəsinin xx.xx.2022-ci il tarixinə olan telefon danışıq məlumatlarında həmin telefon nömrəsi ilə İlham Məmmədovun istifadəsində olan ***-***- **-** mobil telefon nömrəsi (şahid həmin mobil nömrənin ona məxsus olması ilə bağlı GSM operatoru ilə onun arasında bağlanmış müqavilənin surətini məhkəməyə təqdim etmişdir) arasında saat 16:40-da 11 saniyə, 17:59-da 6 saniyə, 20:38-də 33 saniyə, 22:34-də 21 saniyəlik telefon danışıqları baş tutmuşdur. Məhkəmə iclasında ifadə verən X13 Babayevin onlara əlaqə saxlamaları üçün mobil telefonunu verdiyini, pulu ona vermələrindən sonra qardaşının işinin nə yerdə qalması ilə bağlı maraqlanmaq üçün Şahid1 zənglər etdiyini, habelə axşam saatlarındakı telefon danışıqları zamanı sonucunun artıq qardaşının saxlanmasını rəsmiləşdirmələri, sövdələşmələrinin baş tutmayacağı barədə məlumat verdiyini qeyd etmişdir. Bundan sonra istintaq hərəkətlərinin sonrakı mərhələsi üzrə verilmiş ittihamın əsası olan digər sübutlarla bağlı qeyd edilməlidir ki, istintaq sənədlərindən xx.xx.2022-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” qərar və protokola nəzər saldıqda müəyyən edilir ki, həmin sənədlərdə Nərimanov RPİ-nin inzibati binasında xidməti otaqlardan birində video çəkilişdən istifadə olunmaqla BNMİ-nin təhqiqatçısı N.Aburşu tərəfindən BNMİ-nin əməliyyat müvəkkilləri Şahid2 və Şahid1, müdafiəçi Elman Abıyevin iştirakları ilə Təqsirləndirilən şəxs üzərinə xx.xx.2022-ci il tarixdə, saat 14:30-dan 14:48-dək olan müddət ərzində şəxsi axtarış və götürmə istintaq hərəkətinin keçirildiyi qeyd olunmuşdur. Protokolun məzmununda qeyd edilmişdir ki, şəxsi axtarış və götürmə başlamazdan əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edilərək, paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyəinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təşkil olunmuş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli cins şalvarın üzərində olan qayışın sağ tərəfində gizlətdiyi 1 bükümdə, yaşıl rəngli, narkotik vasitə, qurudulmuş marixuanaya bənzər kütləni təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, bu zaman həmçinin sonuncunun əynində olan şalvarın sağ arxa cibindən 1 ədəd “Samsung” markalı mobil telefon, sol arxa cibindən 1 ədəd avtomobil, 3 ədəd mənzil açarı, içində siqaret dənələri olan siqaret qutusu, həmin şalvarın sol yan cibindən 1 ədəd pul qabı, həmin pul qabının içindən 1500 ABŞ dolları və 3223 manat pul, **********676850, **********9 nömrəli bank kartları, sonuncuya məxsus sürücülük və şəxsiyyət vəsiqələri, sözügedən avtomobilə dair qeydiyyat şəhadətnaməsi, 1 ədəd tibb kartı, 1 ədəd avtomobil ehtiyat hissələri kartı və 1 ədəd ərzaq mağazası kartı aşkar edilmişdir. Sonra qurudulmuş marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə cəmisi 33 qram çəkisinin olduğu müəyyən edilmişdir. Daha sonra həmin kütlələr qablaşdırılmış, şübhəli şəxs, müdafiə və təhqiqatçı tərəfindən imzalanmış və götürülmüşdür. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 ədəd “Samsung” markalı mobil telefon, **********676850, **********9 nömrəli bank kartları, sürücülük və şəxsiyyət vəsiqələri, sözügedən avtomobilə dair qeydiyyat şəhadətnaməsi, 1500 ABŞ dolları və 3223 manat pul narkotik vasitələrin qanunsuz dövriyyəsindən əldə olunmasına əsaslı şübhələr olduğu üçün götürülmüş, digər əşya, predmeti və pullar aidiyyəti üzrə geri qaytarılmışdır. Təqsirləndirilən şəxs istintaq hərəkəti zamanı verilmiş suallara cavab olaraq aşkar olunmuş narkotik maddələri İran İslam Respublikası vətəndaşı “Bəhruz” adlı şəxsin vasitəsi ilə Nizami rayonu ərazisindən müxtəlif yerlərə çatdırıb pul qazanmaq üçün əldə etdiyini, bundan əvvəl 3 dəfə də “Bəhruzun” göstərişi ilə götürdüyü narkotik maddəni deyilən yerə çatdırıb əvəzində pul qazandığını və istifadə etmək üçün marixuana götürdüyünü, aşkar olunan 1500 ABŞ dolları və 3223 manat pulu “Bəhruzun” göstərişi ilə əldə etdiyi narkotik vasitənin içindən götürdüyünü və deyilən yerə çatdırmalı olduğunu, həmin pulların narkotik vasitələrin qanunsuz dövriyəsindən əldə olunan pul olduğunu, şəxsi axtarışdan əvvəl üzərinin yoxlanılmadığını, polis əməkdaşları tərəfindən ona hər hansı fiziki və ya psixi təsir olunmadığını, ***-***-**-** nömrəsini işlətdiyini, əlavə olaraq “Ravon Nexia” markalı, **-PB-*** nömrəli avtomobildə narkotik maddə saxladığını, orada saxladığı narkotik maddələri təqdim edə biləcəyini, həmin avtomobilə baxış keçirilməsinə etirazı olmadığını bildirmişdir. Sözügedən protokol xx.xx.2022-ci il tarixdə, saat 15:00-da tərtib edilməyə başlanmış, 15:45-də protokolun tərtibi bitmişdir. (cild 01, iş vər.) İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli Təqsirləndirilən şəxs tərəfindən imzalanmış, BNMİ-nin təhqiqatçısı Nəcəf Aburşuya ünvanlanan kompyuter vasitəsilə tərtib edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs “Ravon Nexia” markalı, **-PB-*** nömrəli avtomobilə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. (cild İ, iş vər. 33) İş materiallarında olan xx.xx.2022-ci il tarixli “avtomobilə baxış və götürmə aparılması haqqında” qərar və protokola nəzər saldıqda müəyyən edilir ki, həmin sənədlərdə Nərimanov RPİ-nin inzibati binasının həyətində video çəkilişdən istifadə olunmaqla BNMİ-nin təhqiqatçısı N.Aburşu tərəfindən BNMİ-nin əməliyyat müvəkkilləri Şahid2 və Şahid1, müdafiəçi Elman Abıyevin və Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.2022-ci il tarixdə, saat 16:00-dan 16:09-dək olan müddət ərzində sonuncuya məxsus “Ravon Nexia” markalı, **-PB-*** nömrəli avtomobilə baxış keçirilmişdir. Protokolun məzmununda qeyd edilmişdir ki, baxış və götürmə aparılmasından əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edilərək, sözügedən avtomobildə olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs həmin avtomobilin yük hissəsində saxladığı bir ədəd torbanı təqdim etmiş, həmin torba içindən 1 ədəd nisbətən böyük bükümdə, açıq yaşıl rəngli, spesifik iyə malik, qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilmiş, daha sonra həmin kütlə elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 988 qram olmuş, aşkar edilmiş predmetlər qablaşdırılmış və müvafiq qeydlər aparılmaqla möhürlənərək götürülmüşdür. Daha sonra avotomobilə baxış keçirilmiş, əlavə olaraq iş üzrə əhəmiyyət kəsb edən əşya, predmet və maddə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs verilən sallara cavab olaraq, aşkar olunmuş narkotik maddələri İran İslam Respublikası vətəndaşı “Bəhruz” adlı şəxsin vasitəsi ilə Nizami rayonu ərazisindən müxtəlif yerlərə çatdırıb pul qazanmaq üçün əldə etdiyini, bundan əvvəl 3 dəfə də “Bəhruzun” göstərişi ilə götürdüyü narkotik maddəni deyilən yerə çatdırıb əvəzində pul qazandığını və istifadə etmək üçün marixuana götürdüyünü bildirmişdir. Protokolda baxış və götürmənin süni işıqlandırma şəraitində keçirildiyi də qeyd edilməklə, protokolun saat 16:15-də tərtib edilməyə başlandığı və saat 17:00da bitdiyi də göstərilmişdir. (cild 01, iş vər. 35-36) Əvvəla artıq yuxarıda sadalanan sübutlarla Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra Bakı şəhəri Nizami rayonunda yerləşən evinə aparılması, təxminən 3 saat müddətində həmin mənzildə olmaları, yalnız Şahid1 müəyyən məbləğdə pul verildikdən sonra yenidən Nərimanov rayon Polis İdarəsinə gətirilməsi məhkəmədə heç bir şübhə doğurmadığından, şəxsi axtarış və götürmə aparılması, həmçinin avtomobilə baxış və götürmə aparılması istintaq hərəkətlərinin müvafiq protokollarda qeyd olunan saatlarda həyata keçirilməsinin qeyri-mümkün olduğu, bununla da təqsirləndirilən şəxsin onun üzərində şəxsi axtarışın faktiki olaraq axşam saatlarında keçirilməsi ilə bağlı məhkəmə iclasında verdiyi ifadəsinin öz təsdiqini tapdığı qənaətinə gəlməyə əsas verir. Bundan başqa Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkətinin keçirilməsi barədə protokolun məzmununda Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış zamanı çıxan əşyaların ardıcıllığı qeyd edilməsə də, məhkəmə baxışı zamanı istintaq hərəkətinin videogörüntüləri tədqiq edilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən videoçəkilişin fasiləsiz aparıldığı ilkin andan etibarən Təqsirləndirilən şəxs üzəri təhqiqatçı N.Aburşunun şəxsən özü tərəfindən yoxlanmaqla, Təqsirləndirilən şəxs şalvarının sol yan cibindən bir ədəd pulqabı, sağ yan cibindən 1 ədəd mobil telefon, sol arxa cibindən bir ədəd siqaret qutusu aşkar edilərək stolun üstünə qoyulmuş, bundan sonra Təqsirləndirilən şəxs şalvarının arxa və ön cibləri yenidən yoxlanmaqla hər hansı əşya aşkar edilmədən (cibdə açara məxsus metala xarakterik səslər də eşidilmir) təhqiqatçı videoçəkiliş aparan şəxsə yaxınlaşaraq “ver bir dənə çəkim” deyə bildirməklə videokameranı öz əlinə almış və videokamera üzü aşağı tutularaq kadrda yalnız otaqda olan Təqsirləndirilən şəxs və Şahid1 ayaqları və stolun üzərində olan predmetlər görünmüşdür. (videogörüntünün 03:09 taymkodu) Bundan sonra aşkar surətdə videogörüntüdə videoqeydiyyatın kəsildiyi (03:10cu dəqiqədən başlayaraq) və yenidən başlandığı zaman yenə də kameranın kadrının əsasən şəxslərin ayaqları istiqamətində çəkilərək, bu dəfə artıq təhqiqatçının yenidən Təqsirləndirilən şəxs yaxınında olmaqla, “digər ciblərinə baxılır” dedikdən sonra Təqsirləndirilən şəxs əynində olan şalvarın sol arxa cibinə baxıldığını vurğulayaraq, açarın Təqsirləndirilən şəxs cibindən çıxması görünməyən şəkildə (daha əvvəl həmin cib yoxlandığı zaman orada açarın olması müəyyən edilməmişdi), bir-birinə bağlı olan 1 ədəd avtomobil və 3 ədəd mənzil açarı aşkarlanaraq götürülmüşdür (açarlar təhqiqatçının əlində olduğu zaman onların bir-birinə dəyməsindən gələn səslər aydın eşidilir). Qeyd edilən faktor özlüyündə Təqsirləndirilən şəxs üzərindən avtomobil açarının tapılmasının aşkar şəkildə istintaq hərəkəti zamanı pozuntulara yol verilməklə, yəni şəxsin cibinə həmin açarların məhz videoyazının qeydə alınmasının kəsildiyi aralıqda qoyularaq videoyazının aparılması bərpa edildikdən sonra aşkar edilməsi (bu hal məhkəmədə heç bir şübhə doğurmur) və həmin avtomobilin Nərimanov RPİ-yə kim tərəfindən, hansı formada, içərisində olan əşyaların tamlığının qorunmasının və kənar müdaxilələrə yol verilməməsinin kim tərəfindən təşkil edilməsinin iş materiallarında olan sənədlərə, habelə əməliyyat müvəkkillərinin ifadələrinə görə müəmmalı qaldığı fonunda, əlavə olaraq bu müddətdə avtomobilin açarlarının polis əməkdaşlarında olduğu halda avtomobilə kənar əşyaların və qanunsuz predmetlərin məhz sonuncular tərəfindən qoyula bilməsi imkanlarını ağlabatan edir və təkzib edilməz şübhələrin yaranması üçün əsas olaraq çıxış edir. Bu hal eyni zamanda Təqsirləndirilən şəxs avtomobilinə baxış keçirilməsi və götürmə aparılması istintaq hərəkətinin videogörüntüləri ilə bağlı məhkəmə baxışı zamanı tədqiq edilərkən aşkarlanmış diqqətçəkən məqamlarla təsdiqlənir ki, həmin xüsusatlar da aşağıdakılardan ibarətdir. Belə ki, sözügedən videogörüntü ümumilikdə 8 dəqiqə 11 saniyə müddətində davam etməklə, videogörüntünün 42-ci saniyəsində Təqsirləndirilən şəxs avtomobilin arxa yük yerini açır və orada olan bir ədəd ağ rəngli sellofan torbanı təhqiqatçıya təqdim edir, bundan sonra videonun 58-ci saniyəsindən 1 dəqiqə 16-cı saniyəsinədək olan müddət ərzində, yəni cəmi 18 saniyə müddətində təhqiqatçı tərəfindən həmin avtomobilin arxa yük yerinə baxış keçirilməsi görüntüsü yaradılır və faktiki olaraq yük yerində olan çoxsaylı sellofan torba, karton və plastik qutuların içərinə heç bir baxış keçirilmədən yalnız Təqsirləndirilən şəxs özündən “başqa narkotik maddə yoxdur burda?” soruşulduqdan sonra yük yeri bağlanır. Daha sonra videogörüntünün 6 dəqiqə 36-cı saniyəsindən başlayaraq 7 dəqiqə 8ci saniyəsinədək avtomobilin salonuna kənardan müşahidə edilməklə baxış keçirildiyi görüntüsü yaradılmış və bundan sonra faktiki olaraq istintaq hərəkətinin aktiv mərhələsi başa çatmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 86.2.1-ci maddəsinə əsasən törədilmiş və ya hazırlanan cinayətlərə dair daxil olmuş ərizə və digər məlumatlara baxmaq, kifayət qədər səbəblər və əsaslar olduqda cinayət işi başlamaq, işi öz icraatına götürmək, cinayətin açılması, işin hərtərəfli, tam və obyektiv araşdırılması üçün zəruri tədbirlər görmək, səlahiyyəti daxilində bütün istintaq və ya digər prosessual hərəkətləri həyata keçirmək təhqiqatçının vəzifəsidir; 86.3-cü maddəsinə əsasən cinayət təqibini həyata keçirən təhqiqatçı səlahiyyətləri daxilində istintaq və ya digər prosessual hərəkətləri qanuni və vaxtında aparmağa borcludur; 236.1. Cinayətin izlərinin, sübut mənbəyi ola biləcək digər maddi obyektlərin aşkar edilməsi, cinayətin törədilmə hallarının və iş üçün əhəmiyyətli olan digər halların müəyyən edilməsi məqsədi ilə müstəntiq hadisə yerinin, binaların, sənədlərin, əşyaların, insan meyitinin və heyvan cəsədinin baxışını aparır; 242.1-ci maddəsinə əsasən əldə edilmiş (mövcud) sübutlar və ya əməliyyataxtarış fəaliyyətinin materialları hər hansı yaşayış, xidməti və ya istehsalat binasında, digər yerdə, yaxud hər hansı şəxsdə iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşyaların və ya sənədlərin olmasını güman etməyə kifayət qədər əsas verdikdə, müstəntiq axtarış apara bilər. Göründüyü kimi təhqiqatçı tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs avtomobilində qanunsuz predmetlərin olması ilə bağlı daxil olmuş məlumat əsasında faktiki olaraq axtarış istintaq hərəkəti keçirilsə də, bu baxış istintaq hərəkəti olaraq qeyd edilmiş və ümumilikdə isə hər iki istintaq hərəkətinin mahiyyəti və aparılması məqsədlərindən irəli gələn addımlar faktiki olaraq atılmadan yalnız şəxsin özünün təqdim etdiyi sellofan bağlamanın içərisi yoxlanılmışdır. Təhqiqatçının məhz baxış (axtarış) keçirilməsi ilə bağlı sadalanan səhlənkar hərəkətləri (faktiki olaraq keçirilməməsi) məhkəmədə sonuncuların baxış keçirdikləri avtomobilə əvvəlcədən bələd olmaları və avtomobildə olan digər yerlərdə və əşyaların daxilində iş üzrə əhəmiyyət kəsb edən heç bir predmetin olmamasına əmin olmaları təəssüratı doğurmuşdur. Formalaşmış istintaq və məhkəmə təcrübəsində rast gəlinən (o cümlədən təhqiqatçı Nəcəf Aburşunun özü tərəfindən digər işlər üzrə aparılmış) əvvəlcədən içərisində aşkar oluna biləcək qanunsuz predmetlər barədə məlumatlı olunmadığı təqdirdə istintaq orqanının əməkdaşı tərəfindən axtarış keçirilən ev və yaxud avtomobildə görünən hər bir predmet (o cümlədən içərisində qanunsuz predmeti ola bilməsi mümkün olan) təfsilatlı olaraq yoxlanılır və içərilərinə baxış keçirilir. Məhz hazırkı cinayət işi üzrə istintaq hərəkətinin bu formada həyata keçirilmiş olması məhkəmə kollegiyasında işin mübahisəsiz şəkildə qəbul edilən digər halları nəzərə alınmaqla tərtib edilmiş protokollardakı məlumatların obyektivliyi və həqiqiliyinə, o cümlədən onların sübut qismində mötəbərliyinə şübhə doğuran hallar olaraq qiymətləndirilməsinin prosessual qanunvericiliyin tələbləri baxımından qaçılmaz olduğunu deməyə əsas verir. Məhkəmə qeyd edilənləri Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi və iş materiallarında olan obyektiv sübutlar – anten məlumatları ilə də uzlaşan Təqsirləndirilən şəxs evinə istintaq orqanı tərəfindən daha öncədən rəsmiləşdirmə aparılmadan axtarış keçirilməsinə dair xüsusatlarla qarşılıqlı şəkildə tədqiq və təhlil edərək hesab edir ki, göstərilən hallar sözügedən sübutun mötəbərliyinə təsir edən hal kimi qiymətləndirilməlidir. Göstərilənlərə əsasən məhkəmə istintaq orqanı tərəfindən yuxarıda qeyd edilən prosessual qanunvericiliyin tələblərinin pozulması fonunda, Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiyi ona polis əməkdaşları tərəfindən köməklik göstəriləcəyi, üzərindən və avtomobilindən aşkar edilmiş narkotik vasitənin ona məxsus olmaması, bunun üçün videoçəkilişlər zamanı öyrədildiyi kimi hərəkət etməsinin məsləhət görülməsi və onun özünün bu məsləhət üzrə davranışı ilə bağlı halların mümkünlüyünü buna dair yuxarıda sadalanan kifayət qədər əsaslı şübhələrin mövcudluğunu məcmu halında qiymətləndirərək ağlabatan hesab edir. Bu isə özlüyündə yuxarıda qeyd edilən Təqsirləndirilən şəxs üzərindən və avtomobilindən dövriyyəsi qadağan edilmiş predmetlərin aşkar edilməsi ilə bağlı ittihamın sübutlarının əsasını təşkil edən xx.xx.2022-ci il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” və “Avtomobilə baxış və götürmə aparılması haqqında” protokolların mötəbər sübut kimi qəbul edilməsini cinayət-prosessual qanunvericiliyin tələbləri baxımından mümkünsüz edir. Eyni zamanda, Azərbaycan Respublikasının Konstitusiyası və cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinin təhlili göstərir ki, Avropa Məhkəməsinin mövqeyinə görə, “İnsan hüquqlarının və X2 haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Məhkəmə həmçinin bu halı onun sıx bağlı olduğu Təqsirləndirilən şəxs saxlandığı andan istintaq orqanının üzvləri tərəfindən sonuncuya qarşı qanunsuz tələblərin irəli sürülmüş olmasına əsaslı şübhələrin mövcudluğu ilə bağlı da aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, məhkəmə istintaqı zamanı müəyyən edilmiş hallardan göründüyü kimi Təqsirləndirilən şəxs oğlu Xəyal Məmmədov 1500 ABŞ dolları və 3300 manat məbləğində pulu yaşadıqları ünvanda əməliyyat müvəkkili Şahid1 atasının buraxılması üçün vermiş və geri qalan miqdarın da onlara bildiriləcəyi diqqətlərinə çatdırılmışdır. İş materiallarında olan yuxarıda sadalanmış istintaq hərəkətinin protokollarından isə müəyyən edilir ki, qeyd edilən pul məbləği cinayət yolu ilə əldə edilmiş əmlakın bir hissəsi kimi qiymətləndirilərək, Təqsirləndirilən şəxs ilkin sorğu-sual zamanı həmin pulların “Bəhruz” adl şəxsin göstərişi ilə əladə etdiyi narkotik vasitənin içindən götürdüyünü və deyilən yerə çatdırmalı olduğunu, həmin pulların narkotik vasitələrin qanunsuz dövriyyəsindən əldə olunan pul olduğunu bildirmişdir. Belə olan halda, məhkəmə təqsirləndirilən şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsindən əldə olunduğunu bildirdiyi pul vəsaitlərinin sonradan onun ailə üzvlərinə qaytarılmasını məntiqi və ağlabatan hesab etmir. Verilmiş ittihamın məzmunundan və sonrakı istintaq sənədlərindən isə göründüyü kimi istintaq orqanı təqsirləndirilən şəxsin özünün məhz zorakılığa məruz qalması nəticəsində verdiyi etirafedici ifadələr əsasında qurulmuş ittihamın “Bəhruz” adlı şəxsin Təqsirləndirilən şəxs törətdiyi cinayətlə bağlı pul məbləği göndərməsi ilə bağlı hissəsindən imtina etmiş, habelə həmin pul məbləğlərini Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş digər bank kartları və əşyalarla birlikdə onun ailə üzvlərinə qaytarmışdır. Belə ki, Təqsirləndirilən şəxs qardaşı X6 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs məxsus 1 ədəd “Samsung” markalı mobil telefon, "xxxx" ASC-yə məxsus bank kartı, “Umico”ya məxsus alış-veriş kartı, sürücülük vəsiqəsi, həmçinin 1500 ABŞ dolları və 3223 manat pul İlham Məmmədova müstəntiq tərəfindən təhvil verilmişdir. (cild İ, iş vər. 176) Göründüyü kimi elə istintaq orqanının özünün hərəkətləri ilə faktiki olaraq xx.xx.2022-ci il tarixli istintaq hərəkətinin protokollarında “Təqsirləndirilən şəxs özünün etirafedici ifadələri” ilə səhnələşdirilmiş halların həqiqət olmadığı qənaətinə gəlinmiş və məhz bu yanaşmadan çıxış edilərək ilkin olaraq cinayət yolu ilə əldə edilmiş kimi göstərilən pul məbləğinin təqsirləndirilən şəxsin yaxın qohumuna qaytarılması kimi bir addım atılmışdır. Məhkəmə yuxarıda qeyd edilən halı digər faktlarla qarşılıqlı şəkildə qiymətləndirərək, təqsirləndirilən şəxsin təhqiqat və ibtidai istintaq zamanı ona məxsus olmayan dövriyyəsi qadan edilmiş maddələrin ona məxsus olmasına dair etirafedici ifadələr verməsinin səbəbi kimi polis əməkdaşlarının tələb etdikləri pul məbləğinin qalan hissəsini onlara (polislərə) verəcəyi təqdirdə onu buraxacaqları ilə aldatmaları ilə əsaslandırmasını ağlabatan hesab edir. Qeyd edilən hal isə özlüyündə qanunvericiliyin tələblərinin kobud pozulması olmaqla, ümumilikdə iş üzrə aparılmış istintaq hərəkətlərinin qanuniliyini şübhə altına almağa əsas verməklə yanaşı, Təqsirləndirilən şəxs artıq yuxarıda sadalanan sübutlarla təsdiqini tapmış saxlanması ilə əlaqədar prosessual qanunvericiliyin tələblərinin pozulması, habelə ittihamın əsası kimi qoyulmuş istintaq hərəkətlərinin həyata keçirilməsi nəticəsində əldə edilmiş sübutların mötəbərliyinin digər sübutlarla şübhə altına alınması fonunda saxlandığı andan üzərində və avtomobilində heç bir qanunsuz predmet aşkar edilməmiş şəxsə münasibətdə qanunsuz tələblərin irəli sürülməsi kimi addımların atılmış ola biləcəyini güman etməyə məhkəmədə əsas verir. Məhkəmə bu nəticəyə gələrkən cinayət işi üzrə həm əməliyyat, həm də təhqiqat mərhələsində yol verilmiş kobud qanun pozuntularının fonunda təqsirləndirilən şəxsə qarşı qanuni və əsaslı ittihamın irəli sürülməsinin qeyri-mümkünlüyünü də göz önündə saxlayır. Yuxarıda sadalanan kobud prosessual pozuntularla əlaqədar məhkəmə hesab edir ki, Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkilləri Şahid1 və Şahid2, habelə Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat Qrupunun baş təhqiqatçısı, polis kapitanı X4 barəsində xüsusi qərar çıxarılmalı, eyni zamanda Şahid1 hərəkətlərində cinayət tərkibinin olub-olmaması məsələsinə hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikası Baş Prokurorluğuna Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 207-ci maddəsinə əsasən məlumat göndərilməlidir. Məhkəmə yuxarıda qeyd edilənlərdən sonra Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə əhatə olunan – qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə narkotik vasitələrin əldə edib, saxlama və daşıma cinayətinin törədilməsi ilə əlaqədar qeyd edir ki, verilmiş ittihamdan göründüyü kimi Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqa məlum olmayan «Bəhruz» adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında, qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama və daşınması barədə razılığa gəlib, sonuncu dəfə 2022-ci ilin sentyabr ayının axırıncı günlərində “Bəhruz” adlı şəxsin tapşırığına əsasən Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev metrostansiyasının yaxınlığında yerləşən internat məktəbinin yanındakı ağacın dibində gizlədilmiş yerdən əldə edib edib, saxlamaq və daşımaqda ittiham edilmişdir. Məhkəmə ilk növbədə qeyd edilmiş ittihamın bilavasitə Təqsirləndirilən şəxs üzərindən və avtomobilindən aşkar edildiyi qeyd edilən narkotik vasitələrlə bağlı olmasını, hazırki məhkəmə baxışı zamanı isə Təqsirləndirilən şəxs həmin ittihamla bağlı hissədə toplanmış sübutlarla təqsirinin sübuta yetirilmədiyini qeyd edir. Bu isə özlüyündə Təqsirləndirilən şəxs həmin cinayəti (satış məqsədi ilə külli miqdarda narkotik vasitə əldə edib, saxlama və daşıması) törətməsinin sübuta yetirilmədiyi təqdirdə, həmin cinayəti təkbaşına deyil, digər bir şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında törədilməsini, yəni cinayətin müvafiq tövsifedici əlamətlə törədilmiş olmasını cinayət qanunvericiliyin tələbləri baxımından mümkünsüz edir. Başqa sözlə desək, şəxs özü cinayətin törədilməsində təqsirli hesab edilmirsə, onun bu cinayəti başqa bir şəxslə qabaqcadan əlbir halda törətməsinin israr edilməsi yolverilməzdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 34.2-cü maddəsinə əsasən qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. Məhkəmə qeyd edilənlərin verilmiş ittiham çərçivəsində şəxsin təqsirsiz hesab edilməsi üçün kifayət etməsini vurğulamaqla yanaşı, hesab edir ki, istintaq orqanının qeyd edilən hissədə də yol verdiyi cinayət prosessual qanunvericiliyin tələbləri baxımından aradan qaldırıla bilməyən natamamlıqların vurğulanmasını zəruridir. Belə ki, ittihamdan göründüyü kimi Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqla müəyyən edilməmiş “Bəhruz” adlı şəxslə hansı şəkildə (mobil telefon danışığı, yoxsa internet üzərindən sosial şəbəkələr vasitəsilə) əlaqə saxlaması, “aralarındakı razılıq” əsasında necə davranmaları barədə hər hansı məlumat qeyd edilməmişdir. Bununla bağlı yuxarıda sadalanan “mobil telefona baxış keçirilməsi” barədə protokolun məzmunu, habelə Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefona daxil olan, çıxan zənglərin və sms mətnlərindən sonuncunun “Bəhruz” adlı hər hansı bir şəxslə narkotik vasitə əldə etməsi, həmin vasitənin ona göndərilməsi və yeri barədə məlumat verilməsi, Təqsirləndirilən şəxs ona deyilən yerə gedərək həmin narktotik vasitəni götürüb “Bəhruz” adlı şəxsə məlumat verməsi, o cümlədən “Bəhruz” adlı şəxsin narkotik vasitənin çatdırılması yeri kimi təlimatlarını gözləməsini təsdiq edən hər hansı məlumatlar aşkar edilməmişdir. Habelə yuxarıda sadalanmış xx.xx.2022-ci il tarixli Nərimanov RPİ-nin 17-ci PŞnin əməliyyat tapşırığına cavab məktubunda da Təqsirləndirilən şəxs üzərində və idarə etdiyi “Ravon Nexia” markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobildən aşkar edilmiş qurudulmuş marixuana əldə etdiyi mənbəyi və eləcə də onun kimlərə narkotik vasitələrin və psixotrop maddələrin satılması istiqamətində bir sıra əməliyyat tədbirləri keçirilsə də, müsbət nəticə əldə olunmadığı qeyd edilmişdir. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan hüquqlarının və X2 haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddəsində öz əksini tapan, Azərbaycan Respublikasının Konstitusiyasında və Cinayət-Prosessual Məcəlləsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Eyni zamanda, Azərbaycan Respublikasının Konstitusiyası və cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinin təhlili göstərir ki, Avropa Məhkəməsinin mövqeyinə görə, “İnsan hüquqlarının və X2 haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Beləliklə, məhkəmənin gəldiyi qənaətinə görə, Təqsirləndirilən şəxs bu cür qanunsuz əldə olunmuş sübutlar əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsi nə cinayət mühakimə icraatının prinsiplərinə, sübutlar və sübutetməyə dair cinayətprosessual qaydalara, o cümlədən CPM-nin 125, 143-146-cı maddələrinə, nə də ki, (nəticə etibarı ilə) İnsan Hüquqlarının və X2 Haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun ehtiva etdiyi tələblərə uyğun deyil. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. 125.2.1-ci maddəsinə əsasən İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir; 125.2.7. istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda; 125.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. 145.3-cü maddəsinə əsasən, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir; 146.1-ci maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Bütün yuxarıda qeyd edilən hallara əsaslanaraq məhkəmə hesab edir ki, iş materiallarında olan sübutlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinməsi üçün kifayət etmir, toplanmış sübutların mötəbərliyi şübhə doğurur və cinayət işi üzrə aparılmış istintaq hərəkətlərinin prosessual pozuntularla həyata keçirilməsi həmin şübhələrin mövcudluğunu bir daha təsdiq edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Məhkəmə kollegiyası iş üzrə əldə olunmuş sübutlar məcmusuna hərtərəfli və obyektiv qiymət verərək Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2, 145.3 və 351.3.4-cü maddələrinin ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll, təfsir edilməli və şərh edilməli olmasına dair tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ona verilmiş ittiham üzrə cinayətin törədilməsinə təqsirliliyi sübuta yetirilmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir; 36.1-ci maddəsinə əsasən cinayət prosesinin gedişində bu Məcəllənin 55, 56-cı maddələrində nəzərdə tutulmuş şəxslərin pozulmuş hüquq və azadlıqlarının bərpasını və onlara vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququ cinayət prosesini həyata keçirən orqan tərəfindən təmin edilməlidir; 39.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış cinayət təqibinə həmçinin onun cinayət törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə xitam verilir. 39.3-cü maddəsinə əsasən bu Məcəllənin 39.1.1, 39.1.2 və 39.2-ci maddələrində nəzərdə tutulmuş hallarda cinayət təqibi bəraətverici əsaslarla xitam verilmiş hesab olunur; 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır; 42.2.4-cü maddəsinə əsasən bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır; 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir; 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər; 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır; Beləliklə, məhkəmə ibtidai araşdırma zamanı toplanmış və məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, cinayət işinin materiallarına qanuna müvafiq qaydada qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsiri sübuta yetirilmədiyindən barəsində təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinin mənası baxımından məhkəmə məsrəfləri məhkəmə tərəfindən yalnız məhkumun üzərinə qoyula bildiyindən, hazırkı iş üzrə isə Təqsirləndirilən şəxs barəsində olan cinayət işinə bəraət verildiyindən, o, cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 88 manat məhkəmə məsrəflərindən tam şəkildə azad edilməli və həmin məbləğ Dövlət Büdcəsi vəsaiti hesabından ödənilməlidir (CPM- 198.2.). Eyni zamanda iş üzrə maddi sübut kimi tanınmış və qalıq qalmış 1005, 245 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana qanunla dövriyyəsi qadağan edildiyindən və həmin narkotik vasitələrin mövcudluğu mübahisə doğurmadığından, onun qanunsuz olaraq əldə olunması saxlanılması, satışı və s. cinayət təqibi üçün əsas götürülə bildiyindən, hazırkı iş üzrə narkotik vasitənin əldə olunmasında və saxlanmasında aidiyyəti şəxslərin cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işinin materialları ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Nərimanov rayon prokuroruna göndərilməli və Nərimanov Rayon Polis İdarəsində saxlanılmaqla maddi sübut kimi tanınmış və qalıq 1005,245 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana həmin iş materiallarına əlavə edilməlidir. Həmçinin, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs bəraət alması ilə əlaqədar onun cinayət məsuliyyətinə cəlb edilməsi, habelə pozulmuş hesab etdiyi hüquqlarının bərpası, vurulmuş maddi, fiziki və yaxud mənəvi ziyanın ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsiri sübuta yetirilmədiyindən təqsirsiz hesab edilsin, ona Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qismində qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalından azad edilsin. Tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, barəsində həbs qətimkan tədbirinin seçilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ və bu hüququn həyata keçirilməsi qaydası Təqsirləndirilən şəxs izah edilsin. İş üzrə məhkəmə məsrəfi olan 88 manat məbləğində pul dövlət büdcəsi hesabına aid edilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış narkotik vasitələr ilə bağlı cinayət təqibi məsələsinin həll edilməsi üçün hazırki cinayət işinin materialları ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Nərimanov rayon prokuroruna göndərilsin və Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsində saxlanılmaqla maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq qalmış 1005,245 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana həmin iş materiallarına əlavə edilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Səbinə Məmmədzadə Hakimlər: Əli Məmmədov Telman Hüseynov
Məhkəmə qərarları › İş №1(101)-136/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-136/2024
13.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver