Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-136/2025 18.07.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibləri - X5 və X6, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Vəkillər Kollegiyasının 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakı ilə, xx xxxxxxxx 1980-ci il tarixdə Ermənistan Respublikası, Yexeqnadzor rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş, işləməyən, Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov Qardaşları küçəsi, dalan 2, ev 2 qeydiyyatda olmaqla faktiki olaraq ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edərək daşımış və üzərində saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, yəni 1 ədəd sellofanda 1 ədəd bükümdə ümumi xalis çəkisi 348,855 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsinə daşıyaraq üzərində saxlamış, 22 iyul 2023-cü il tarixdə, saat 00:50 radələrində Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Sovxoz sahəsi, ev 14 ünvanın yaxınlığında saxlanılaraq Xəzər rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinə dəvət olunmuş və orada saat 02:30 radələrində Təqsirləndirilən şəxs Cəlal oğlunun üzərində video çəkiliş vasitəsi ilə şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli şalvarın sağ yan cibindən sellofana bükülmüş 1 ədəd bükümdə qeyd olunan çəkidə, yəni külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 21 iyul 2023-cü il tarixdə, saat 21:30 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Sovxoz sahəsi, ev 14 ünvanının yaxınlığında piyada hərəkət edən zaman mülki geyimli şəxslər ona yaxınlaşaraq polis bölməsinə getmək lazım olduğunu bildirmişlər. Onu Xəzər RPİnin 3-cü Polis Şöbəsinə aparmışlar. Həmin zaman üzərindən açar və telefon aşkar olunmuşdur. Şəxsi axtarışdan əvvəl onu döyməyə başlamışlar, bədəninin müxtəlif nahiyələrinə zərbələr endirmiş və qandalı sümüyünə kimi sıxaraq ona işgəncə vermişlər. Şəxsi axtarışı 4 dəfə çəkmişlər. Onu çölə çıxarıb cibinə narkotik vasitə qoymuş və sonradan şəxsi axtarışa davam etmişlər. Həmin zaman onu döydüklərinə görə özündə olmamış və ona təqdim etdikləri sənədlərin heç birinə imza etməmişdir. 4cü dəfə keçirilən şəxsi axtarışda məcbur qalıb cibinə qoyduqları narkotik vasitəni cibindən çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs məhkəmədə ona verilən sualları cavablandıraraq göstərmişdir ki, onu 2 nəfər saxlamış, arxada isə maşında 8 nəfər olmuşdur. Narkotik vasitəni təhqiqatçı özü ilə gətirmişdir. Tutulmamışdan 1 gün qabaq narkotik vasitə almışdır. Öz istifadəsi üçün heroin almışdır. Onu tutduqları zaman üzərində narkotik vasitə olmamışdır. Yaşadığı evə də baxış keçirmişlər, baxışda o da iştirak etmişdir. Evindən 1,5 qram heroin aşkar edilmişdir. Həmin narkotik vasitəni sənədləşdirməmişlər. Baxış keçirilən zaman ailə üzvləri də orada olmuşdur. Polis əməkdaşları onu döymüşlər. Onu 21 iyul 2023-cü il tarixdə saat 21:30 radələrində saxlamışlar. Tutulduqdan 15 dəqiqə sonra bölməyə çatmışlar. Onu maşında da döymüşlər. Özünü Səttar kimi təqdim edən şəxsi əvvəllər tanımamışdır. Səttar onu döyə-döyə özünü təqdim etmişdir. Səhərə yaxın onu MSY-yə göndərmişlər. Bölmədə və idarədə baş verənlərlə bağlı onun şikayətinə heç kəs baxmamışdır. Onu tutduqları zaman əynində idman şalvarı olmuşdur. Üzərinə qoyduqları 300 qram narkotik vasitəni zorla paltarına sıxışdırmışlar. Şikayəti ilə bağlı Baş Prokurorluğun əməkdaşları gəlmişlər. O, heç bir sənədi imzalamamışdır. Əsasən onun sinə nahiyyəsinə vurmuşlar. 3 saylı İstintaq Təcridxanasına daxil olan zaman bədənində olan xəsarətləri qeyd etmişlər. İbtidai istintaq zamanı yazılan həmin ifadə ona məxsus deyil, ona görə həmin ifadəni imzalamamışdır. Məhkəmə istintaqında ifadələri elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, 22 iyul 2023-cü il tarixdə, saat 00:50 dəqiqədə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Sovxoz sahəsi, ev 14 ünvanının yaxınlığında piyada hərəkət edən zaman 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini ona polis əməkdaşı kimi təqdim edərək onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirərək, xidməti vəsiqələrini göstərərək, barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış edib onu Xəzər RPİ-nin 3-cü PŞ-nin inzibati binasına dəvət etmişlər. Burada dəvət olunmuş müdafiəçinin iştirakı ilə onu şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri elan olunmuş və buna dair bildiriş təqdim edilmişdir. Bundan sonra onun üzərinə şəxsi axtarış aparılmağa başlanılmışdır. Şəxsi axtarış zamanı ona üzərində olan qanunla qadağan olunmuş əşya varsa onları təqdim etməyi təklif olunmuşdur. Bu təklifdən sonra o əynində olan qara rəngli şalvarın sağ yan cibindən, 1 ədəd sellofanda açıq qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə olan heroin kütləsini təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra üzərinə şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarın sol yan cibindən, 1 ədəd açar, və 1 ədəd içərisində ***-***-**-** sim kart nömrəsi olan “Mİ” markalı mobil telefon aşkar olunaraq götürülmüşdür. Daha sonra şəxsi axtarış zamanı üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra təqdim etdiyi heroin kütləsi elektron tərəzidə çəkilmişdir. Heroinin çəkisi 353 (üç yüz əlli üç) qram olmuşdur. Sonra aşkar olunmuş həmin kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmıış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş, üzəri o, müdafiəçisi və təhqiqatçı tərəfindən imzalanmış və iş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 ədəd “Mİ” markalı mobil telefon bu barədə izah verildikdən sonra götürülmüşdür. 1 ədəd açar ona geri qaytarılmışdır. Üzərinə şəxsi axtarış aparıldıqdan sonra o, müdafiəçisi və polis əməkdaşları ilə yaşadığı ünvan 1 ünvanında yerləşən evinə getmişlər. Bundan sonra o, müdafiəçisi və polis əməkdaşları ilə birlikdə evə baxış keçirilməsinə başlamışlar. Evə baxış zamanı yaşadığı evin hissələrinə baxış keçirilmiş və narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər aşkar edilməmişdir. Polis əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı heç bir zorakılıq tətbiq edilməmişdir (cild 1, iş vərəqi 67-69). Həmin ifadənin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı törətdiyi cinayət əməlini etiraf etmiş və işin faktiki hallarına uyğun ifadə vermişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi iş materiallarına və işin faktiki hallarına uyğun olduğundan, obyektiv həqiqəti əks etdirdiyindən məhkəmə onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsini mötəbər hesab edir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə tam təqsirli olması ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı aşağıdakı sübutlarla da öz təsdiqini tapmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, Mərdan Qardaşları küçəsi, dalan 2, ev 2 qeydiyyatda olan, ünvan 3 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı məqsədi ilə əldə edərək Xəzər rayon ərazisində dövriyyəsi ilə məşğul olması barədə, etimad doğuran, məlum və qərəzsiz mənbədən məlumat daxil olduğu üçün 21 iyul 2023-cü il tarixdə Baş Narkotiklərlə Mübarizə İdarəsində əməliyyat qrupu yaradılaraq Təqsirləndirilən şəxs olduğu ünvana, yəni ünvan 4ər apardıqdan sonra onun yaşadığı ünvanın yaxınlığında küçə ilə piyada hərəkətdə olduğunu görüb ona yaxınlaşıb özlərini təqdim etdikdən sonra Təqsirləndirilən şəxs hava və əməliyyat şəraiti, o cümlədən təhlükəsizlik tədbirlərini nəzərə alınmaqla Xəzər RPİ-nin 3-cü Polis Şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs heç bir etiraz etmədən onlarla birlikdə Xəzər RPİ-nin 3-cü Polis Şöbəsinə gəlmiş, polis Şöbəsində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsindən ötrü aidiyyəti əməkdaşlara göstəriş verilməsi üçün raportla DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisinə müraciət edilmişdir. Faktla bağlı araşdırma aparılmasından ötrü material Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat qrupunun təhqiqatçısı, polis mayoru X7 həvalə edildiyindən Təqsirləndirilən şəxs təhqiqatçıya təqdim olunmuşdur. Təhqiqatçı Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutmuş, daha sonra təhqiqatçı şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs, onun hüquqlarını müdafiə etmək üçün təyin olunmuş Bakı şəhər 38 saylı vəkil bürosunun vəkili, müdafiəçi Ramiz Mirzəyev və onların iştirakı ilə videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Şəxsi axtarış keçirilməmişdən qabaq təhqiqatçı tərəfindən Ağabəyə hüquq və vəzifələri izah edib üzərində qeyri-qanuni əşya varsa təqdim etməsi bildirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən, 1 ədəd sellofanda açıq qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə olan heroinə bənzər kütləni təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra şübhəli şəxsin üzərinə şəxsi axtarış aparılmış şəxsi axtarış zamanı sonuncunun əynində olan qara rəngli şalvarın sol yan cibindən,1 ədəd açar, 1 ədəd içərisində ***-***- **-** sim kart nömrəsi olan “Mİ” markalı mobil telefon aşkar olunaraq götürülmüşdür. Daha sonra şəxsi axtarış zamanı sonuncunun üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitə heroinə bənzər kütlə elektron tərəzidə çəkilmişdir. Narkotik vasitə heroinə bənzər kütlənin çəkisi 353 (üç yüz əlli üç) qram olmuşdur. Sonra aşkar olunmuş həmin kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış və DİN-in 7 saylı möhürü ilə möhürlənmiş, üzəri şübhəli şəxs, müdafiəçi və tərəflərindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 ədəd içərisində 055-722- 02-06 sim kart nömrəsi olan “Mi” markalı mobil telefon bu barədə sonuncuya izah verildikdən sonra götürülmüş, 1 ədəd açar Təqsirləndirilən şəxs geri qaytarılmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, həmin kütləni sosial şəbəkədən tanış olduğu İran İslam Respublikasının vətəndaşı “Yəhya” adlı şəxsdən Bakı şəhəri, Nəsimi rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən 5 gün bundan əvvəl sonuncunun qeyd etdiyi ünvanlara çatdırmaq məqsədi ilə əldə etdiyini, bunun müqabilində sonuncunun ona narkotik vasitə verdiyini, heç kimə narkotik vasitə satmadığını və bağışlamadığını qeyd etmişdir. Şahid2 məhkəmədə ona verilən sualları cavablandıraraq göstərmişdir ki, şəxsi axtarış zamanı o da iştirak etmişdir. Təqsirləndirilən şəxs saxlayan zaman 2 nəfər olmuşlar, o və Şahid1 iştirak etmişlər. Təqsirləndirilən şəxs gecə 1 radələrində tutmuşlar. Təqsirləndirilən şəxs Binə qəsəbəsi, Sovxoz sahəsi adlanan yerdə tutmuşlar. Əməliyyat məlumatı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı olmuşdur. Təqsirləndirilən şəxsə qarşı fiziki və psixi təsir göstərilməmişdir. O, Təqsirləndirilən şəxs evinə baxış keçirilməsində iştirak etməmişdir. Təqsirləndirilən şəxs küçədə yeriyən zaman saxlamışlar. Baxış keçirilən evdən qanunsuz hər hansı bir əşya aşkar olunmadığı üçün ifadənin həmin hissəsi yadından çıxmışdır. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid2 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, Mərdan Q keçəsi dalan 2, ev 2 qeydiyyatda olan, ünvan 3 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı məqsədi ilə əldə edərək Xəzər rayon ərazisində dövriyyəsi ilə məşğul olması barədə, etimad doğuran, məlum və qərəzsiz mənbədən məlumat daxil olduğu üçün 21 iyul 2023-cü il tarixdə Baş Narkotiklərlə Mübarizə İdarəsində əməliyyat qrupu yaradılaraq Təqsirləndirilən şəxs olduğu ünvana, yəni ünvan 5 apardıqdan sonra onun yaşadığı ünvanın yaxınlığında küçə ilə piyada hərəkətdə olduğunu görüb ona yaxınlaşıb özlərini təqdim etdikdən sonra Təqsirləndirilən şəxs hava və əməliyyat şəraiti, o cümlədən təhlükəsizlik tədbirlərini nəzərə alınmaqla Xəzər RPİ-nin 3-cü Polis Şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs heç bir etiraz etmədən onlarla birlikdə Xəzər RPİ-nin 3-cü Polis Şöbəsinə gəlmiş, polis Şöbəsində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsindən ötrü aidiyyəti əməkdaşlara göstəriş verilməsi üçün raportla DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisinə müraciət etmişlər. Faktla bağlı araşdırma aparılmasından ötrü material Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat qrupunun təhqiqatçısı, polis mayoru X8 həvalə edildiyindən Təqsirləndirilən şəxs təhqiqatçıya təqdim olunmuşdur. Təhqiqatçı Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutmuş, daha sonra təhqiqatçı şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs, onun hüquqlarını müdafiə etmək üçün təyin olunmuş Bakı şəhər 38 saylı vəkil bürosunun vəkili, müdafiəçi Ramiz Mirzəyev və onların iştirak ilə videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Şəxsi axtarış keçirilməmişdən qabaq təhqiqatçı tərəfindən Ağabəyə hüquq və vəzifələri izah edib üzərində qeyri-qanuni əşya varsa təqdim etməyi bildirildi. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən, 1 ədəd sellofanda açıq qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə olan heroinə bənzər kütləni təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra şübhəli şəxsin üzərinə şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı sonuncunun əynində olan qara rəngli şalvarın sol yan cibindən, 1 ədəd açar, 1 ədəd içərisində ***-***-**-** sim kart nömrəsi olan “Mİ” markalı mobil telefon aşkar olunaraq götürülmüşdür. Daha sonra şəxsi axtarış zamanı sonuncunun üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitə heroinə bənzər kütlə elektron tərəzidə çəkilmişdir. Narkotik vasitə heroinə bənzər kütlənin çəkisi 353(üçü yüz əlli üç ) qram olmuşdur. Sonra aşkar olunmuş həmin kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış və DİN-in 7 saylı möhürü ilə möhürlənmiş, üzəri şübhəli şəxs, müdafiəçi və tərəflərindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 ədəd içərisində ***-***-**-** sim kart nömrəsi olan “Mi” markalı mobil telefon bu barədə sonuncuya izah verildikdən sonra götürülmüşdür, 1 ədəd açar Təqsirləndirilən şəxs geri qaytarılmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, həmin kütləni sosial şəbəkədən tanış olduğu İran İslam Respublikasının vətəndaşı “Yəhya” adlı şəxsdən Bakı şəhəri, Nəsimi rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən 5 gün bundan əvvəl sonuncunun qeyd etdiyi ünvanlara çatdırmaq məqsədi ilə əldə etdiyini, bunun müqabilində sonuncunun ona narkotik vasitə verdiyini, heç kimə narkotik vasitə satmadığını və bağışlamadığını qeyd etmişdir. Üzərindən başqa ünvan 6 ünvanında və başqa bir yerdə narkotik maddə olmadığını, həmin evə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini bildirib və bu barədə ərizə təqdim etmişdir. Daha sonra onların iştirakı ilə ünvan 6 ünvanında evdə narkotik vasitənin, psixotrop maddənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan «Baxış və götürmə aparılması haqqında» 22 iyul 2023-cü il tarixli qərara əsasən video çəkilişdən istifadə edilməklə baxış və götürmə aparılmışdır. Baxış və götürmə aparılmasından əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək sözü gedən evdə olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs yaşadığı evin heç bir yerində qanunla qadağan edilmiş heç bir əşya və predmet olmadığı qeyd etmişdir. Sonra Təqsirləndirilən şəxs yaşadığı evin digər hissələrinə baxış keçirilmiş və narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər aşkar edilməmişdir. Tərəflərindən ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir (cild 1, iş vərəqi 99-102). Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi iş materiallarına və işin faktiki hallarına uyğun olduğundan, obyektiv həqiqəti əks etdirdiyindən məhkəmə onun ibtidai istintaq zamanı verdiyi ifadəsini mötəbər hesab edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X10 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur. 22 iyul 2023-cü il tarixdə, axşam saat 00:50-da evdə öz otağında dincəlmək üçün uzanmışdır. Bir qədər sonra həyətdən səs-küy gəlməyə başlamış və o, artıq yataqdan qalxmışdır. Öz otağından çıxanda evə 9-10 nəfər polis əməkdaşının daxil olduğunu görmüşdür. Onlar Təqsirləndirilən şəxs evə gətirmişlər. Oğlunun əllərində qandal olmuş, üzü isə torpağa bulaşmışdır. Polis əməkdaşları onların telefonlarını götürərək və oğlunu özləri ilə apararaq başqa bir otağa keçmişlər. O, oğlunun yanına onun üzünü silmək məqsədi ilə yaxınlaşanda polis əməkdaşlarından biri onu itələmiş və o, yerə yıxılmışdır. Sonra polis əməkdaşları Ağabəyi özləri ilə aparıb evdən çıxmışlar. Həmin hadisədən təqribən bir saat keçdikdən sonra gəlini X3 namaz qılacağını ona bildirib yanında durmağını ondan xahiş etmişdir. Həmin ərəfədə o, polis əməkdaşlarının yenidən evə gəldiklərini görmüşdür. Onlar bütün evi axtarıb sonra çıxıb getmişlər. Şahid X10 məhkəmədə ona verilən sualları cavablandıraraq göstərmişdir ki, oğlunu küçədə saxlayıb sonra evə gətirmişlər. Polis əməkdaşarı evə iki dəfə gəlmişlər. Hadisə baş verən zaman evdə o, gəlini və uşaqlar olmuşdur. Bunula bağlı heç yerə şikayət etməmiş və əlaqə saxlamamışdır. Polis əməkdaşları oğluna qarşı fiziki təzyiq göstərmişlər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxs həyat yoldaşıdır. Hadisə günü evdə hamı yatmışdır. Birdən evə bir nəçə nəfər polis əməkdaşları daxil olmuşlar. Yoldaşı da pis vəziyyətdə olmuşdur. Evdə olan ailə üzvləri onun başqa bir otağa keçməyini tələb etmiş, özləri isə həyat yoldaşını apararaq digər bir otağa keçmişlər. Artıq otaqda həyat yoldaşına nə baş verdiyi barədə məlumatı yoxdur. Polis əməkdaşları evə baxış zamanı heç nə aşkar etməmişlər. Şahid X3 məhkəmədə ona verilən sualları cavablandıraraq göstərmişdir ki, hadisənin üstündən 1 il 2 ay keçmişdir. Həyat yoldaşı ona qarşı polis əməkdaşları tərəfindən fiziki təzyiq göstərildiyini bildilmişdir. Bununla bağlı hər hansı yerə müraciət etməmişlər. Polis əməkdaşları həyat yoldaşını evə gətirəndə yoldaşı acınacaqlı vəziyyətdə olmuş, alnından tər axmışdır. Tərini silmək üçün anası həyat yoldaşına yaxınlaşmış, lakin, polis əməkdaşları qaynanasını itələmiş və sonuncu yıxılmışdır. Polis əməkdaşları qaynanasını döyməmişlər. Cinayət işinin materiallarında olan “şəxsi axtarış və götürmə aparılması” haqqında 22 iyul 2023-cü il tarixli protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edildi. Bun təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən, 1 ədəd sellofanda açıq qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə olan heroinə bənzər kütləni təqdim edərək masanın üzərinə qoydu. Sonra şübhəli şəxsin üzərinə şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı sonuncunun əynində olan qara rəngli şalvarın sol yan cibindən, 1 ədəd açar, 1 ədəd içərisində ***-***-**-** sim kart nömrəsi olan “Mİ” markalı mobil telefon aşkar olunaraq götürüldü. Şəxsi axtarış zamanı sonuncunun üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilmədi. Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitə heroinə bənzər kütlə elektron tərəzidə çəkildi və çəkisi 353 (üç yüz əlli üç) qram oldu. Sonra aşkar olunmuş həmin kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırıldı, DİN-in 7 saylı möhürü ilə möhürləndi, üzəri şübhəli şəxs, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 ədəd içərisində ***-***-**-** sim kart nömrəsi olan “Mİ” markalı mobil telefon bu barədə sonuncuya izah verildikdən sonra götürüldü, 1 ədəd açar Təqsirləndirilən şəxs geri qaytarıldı. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, həmin kütləni sosial şəbəkədən tanış olduğu İran İslam Respublikası vətəndaşı olan “Yəhya” adlı şəxsin vasitəsi ilə Bakı şəhəri, Nəsimi rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən 5 gün bundan əvvəl sonuncunun qeyd etdiyi ünvanlara çatdırmaq məqsədi ilə əldə etdiyini, bunun müqabilində sonuncunun ona narkotik vasitə verdiyini, heç kimə narkotik vasitə satmadığını və bağışlamadığını qeyd etdi. Üzərindən başqa heç bir yerdə narkotik vasitə saxlamadığını, yaşadığı evə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir (cild 1, iş vərəqi 31-32). Cinayət işinin materiallarında olan “evə baxış keçirilməsi və götürmə haqqında” 22 iyul 2023-cü il tarixli protokoldan görünür ki, baxış və götürmə aparılmasından əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək evində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs evdə heç bir qanunla qadağan edilmiş predmet saxlamadığını bildirdi. Sonra Təqsirləndirilən şəxs yaşadığı evin hissələrinə baxış keçirildi və narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər aşkar edilmədi (cild 1, iş vərəqi 34). Cinayət işinin materiallarında olan “diskə baxış keçirilməsi haqqında” 22 iyul 2023cü il tarixli protokoldan görünür ki, həmin iki ədəd diskin hər birində ayrı-ayrılıqda bir ədəd video görüntü var idi. Həmin bir ədəd diskdə olan video görüntüyə baxış keçirilən zaman müəyyən edildi ki, 22 iyul 2023-cü il tarixdə saat 2:30-da Xəzər RPİ-nin 3-cü PŞnin inzibati binasında xidməti iş otağında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilir. Şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs təklif edildi ki, üzərində qanunla əldə edilməsi, saxlanılması və daşınması qadağan edilmiş maddə və ya əşya varsa təqdim etsin. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən, 1 ədəd sellofanda açıq qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə olan heroinə bənzər kütləni təqdim edərək masanın üzərinə qoydu. Sonra şübhəli şəxsin üzərinə şəxsi axtarış aparıldı şəxsi axtarış zamanı sonuncunun əynində olan qara rəngli şalvarın sol yan cibindən, 1 ədəd açar, 1 ədəd içərisində ***- ***-**-** sim kart nömrəsi olan “Mİ” markalı mobil telefon aşkar olunaraq götürülür. Daha sonra şəxsi axtarış zamanı sonuncunun üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilmir, Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitə heroinə bənzər kütlə elektron tərəzidə çəkilir, qurudulmuş marixuanaya bənzər kütlənin çəkisi 353 (üç yüz əlli üç) qram oldu. Sonra aşkar olunmuş həmin kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırıldı, DİNin 7 saylı möhürü ilə möhürləndi, üzəri şübhəli şəxs, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 ədəd içərisində ***-***-**-** sim kart nömrəsi olan “Mİ” markalı mobil telefon bu barədə sonuncuya izah verildikdən sonra götürüldü, 1 ədəd açar Təqsirləndirilən şəxs geri qaytarıldı. Digər diskdə olan video görüntüyə baxış keçirilən zaman müəyyən edildi ki, 22 iyul 2023-cü il tarixdə saat 03:30-da Təqsirləndirilən şəxs evində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilir və bu təklifdən sonra Təqsirləndirilən şəxs evdə hər hansı bir psixotrop maddə və narkotik vasitə heroin olmadığını bildirdi. Baxış zamaını hər hansı bir qanunla qadağan edilmiş əşya və ya predmet aşkar edilmədi. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq aşkar olunmuş kütlələrin özünə məxsus olduğunu, həmin kütlələri sosial şəbəkədə tanış olduğu İran İslam Respublikası vətəndaşı olan “Yəhya” adlı şəxsin vasitəsi ilə 5 gün öncə Nəsimi rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən öz istifadəsi üçün əldə etdiyini, əvvələrdə bir neçə dəfə narkotik tərkibli maddələri ona deyilən yerlərdən götürdüyünü ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirir (cild 1, iş vərəqi 51-52). Cinayət işinin materiallarında olan “mobil telefona baxış keçirilməsi haqqında” 7 avqust 2023-cü il tarixli protokoldan görünür ki, üzərində ***-***-**-** sim kart nömrəsi olan “Redmi Note 5” markalı mobil telefona baxış zamanı istintaq üçün əhəmiyyətli heç bir hal müəyyən edilməmişdir (cild 1, iş vərəqi 90). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 22 iyul 2023-cü il tarixli, 3-16-16/2- 6/3952 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: «AR DİN Zərflər üçün №7» möhür əksi: «Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ...» və s. yazıları, imzalar olan kağız paketdəki 1 bədəd bükümdə təmiz çəkisi 348,855 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in siyahısına (Siyahı İ) daxildir (Qeyd: heroinin ümümi təmiz çəkisi 348,855 qram, tədqiqata sərf edildi 0,15 qram, qalıq 348,705 qram, cild 1, iş vərəqi 44-45). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X12 Şəxsi Ambulator X1 6 oktyabr 2023-cü il tarixli, 6333 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür (cild 1, iş vərəqi 103-104). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasından Müdafiəçi1 ünvanlanmış 26 aprel 2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs 24 iyul 2024-cü il tarixdə 3 saylı İstintaq Təcridxanasına daxil olmuşdur. Təlimata uyğun olaraq ilkin tibbi müayinədən keçirilərkən təqsirləndirilən şəxs xəsarət aldığını bildirmiş, döş qəfəsinin sol tərəfində bənövşəyi rəngli qançır, sağ baldırın ön səthinin aşağı 1/3-də qərtməkli yara, sağ saidin aşağı 1/3-də qərtməli yara aşkar edilmişdir (cild 2). Cinayət işinin materiallarında olan 8 noyabr 2023-cü il tarixli “sübutların qiymətləndirilməsi və cinayət işindən materialın ayrılması barədə ” qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunmuş və tədqiqatdan sonra qalıq çəkisi 348,705 qram olan narkotik vasitə heroin maddi sübut kimi tanınaraq Xəzər RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı çəkilmiş videogörüntülərini özündə əks etdirən 1 ədəd disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqi 105-111). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8 yanvar 2003-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.1, 185.2.2 və 185.2.4-cü maddələri ilə təqsirli bilinib 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir (cild 1, iş vərəqi 97-98). Təqsirləndirilən şəxs törətdiyi həmin cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinin tələbinə görə “az ağır” cinayətlər təsnifatına aiddir. Həmin Məcəlləsinin 83.3.3-cü maddəsinin tələbinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən 2 il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Təqsirləndirilən şəxs cəzasını çəkib qurtardıqdan sonra 2 il ərzində cinayət törətmədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinin tələbinə əsasən onun məhkumluğu ödənilmişdir. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 22 iyul 2023-cü il tarixdə tutulmuşdur (cild 1, iş vərəqi 22). Cinayət işinin materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 23 iyul 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 22 iyul 2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilərkən Təqsirləndirilən şəxs izahatında 3 ildir ki, narkotik aludəçisi olduğunu, heç vaxt narkotik satışı ilə məşğul olmadığını, yalnız öz istifadəsi üçün narkotik vasitə əldə etməkdən ötrü və narkotik vasitəni ucuz almaq üçün iranlı deyilən şəxslə əlaqə yaratdığını bildirmiş və hakimə polis əməkdaşları tərəfindən döyülməsi və işgəncəyə məruz qalması barədə heç bir məlumat verməmişdir (cild 1, iş vərəqi 79-84). Cinayət işinin materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 21 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Binə qəsəbəsində saxlanılması, sonra Xəzər RPİ-nin 3-cü PB-yə gətirilərək ona həmin idarənin əməkdaşları tərəfindən psixi və fiziki təsir edilməsi barədə arvadı X2 Baş Prokurorluğa və digər qurumlara etdiyi müraciəti əsasında Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsində aparılmış araşdırma zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən döyülməsi halı təsdiqini tapmadığından material üzrə CPM-in 39.1.1-ci maddəsinə əsasən material üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir (cild 2). Cinayət işinin materiallarında olan “AZEMIS” Elektron Məhkəmə İnformasiya Sistemindən götürülmüş məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2011-ci il təvəllüdlü Calal Şahbazlı adlı bir azyaşlı uşağı vardır (cild 2). Məhkəmə iclasının 29 aprel 2025-ci il tarixli protokolundan görünür ki, Bakı şəhər Xəzər RPİ-nin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs aşkar olunmuş və tədqiqatdan sonra qalıq çəkisi 348,705 qram olan narkotik vasitə heroinin qablaşdırıldığı zərf məhkəməyə gətirilərək baxış keçirilmiş və zərfin üzərində “Şübhəli ş.” və “Təqsirləndirilən şəxs” ifadələri arasında müvafiq imzanın olması müşahidə edilmişdir (cild 2). Təqsirləndirilən şəxs məhkəmədə ifadə verərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyib saxlanılarkən polis əməkdaşları tərəfindən döyüldüyünü və işgəncəyə məruz qaldığını, üzərinə narkotik vasitə qoyulduğunu, 4-cü dəfə keçirilən şəxsi axtarış zamanı məcbur qalıb narkotik vasitəni cibindən çıxarıb özününkü kimi təqdim etdiyini və ona təqdim edilən sənədlərə imza etmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi məhkəmədə dindirilmiş və tədqiq edilmiş şahid ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, iş üzrə toplanmış çoxsaylı protokollar və işin faktiki halları ilə təkzib edildiyindən məhkəmə onun ifadəsini iş materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi ifadə kimi qiymətləndirərək sübut hesab etmir. Belə ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülməsi halı Baş Prokurorluğun Xidməti Araşdırmalar İdarəsində araşdırılmış və öz təsdiqini tapmadığından material üzrə CPM-in 39.1.1-ci maddəsinə əsasən material üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Təqsirləndirilən şəxs ona təqdim edilən heç bir sənədə imza etmədiyini bildirsə də, cinayət işinin materiallarında olan “diskə baxış keçirilməsi haqqında” 22 iyul 2023-cü il tarixli protokoldan görünür ki, o, içərisinə üzərindən aşkar olunmuş narkotik vasitə heroinin yerləşdiriləcəyi kağız zərfin üzərini könüllü olaraq imzalanmışdır. Məhkəmə iclasının 29 aprel 2025-ci il tarixli protokolundan görünür ki, həmin zərf məhkəməyə gətirilmiş və baxış keçirilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaqın heç bir mərhələsində, nə barəsində həbs qətimkan tədbiri seçilərkən, nə də uzadılarkən məhkəmədə hakimə polis əməkdaşları tərəfindən döyülməsi və işgəncəyə məruz qalması barədə heç bir məlumat verməmiş, bu barədə iddiaları yalnız məhkəmə baxışı zamanı səsləndirmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. O, həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək ona qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini, cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edildiyini, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halı, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edərək nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinin tələbinə əsasən “ağır” cinayətlər təsnifatına aiddir. Həmin Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Bu normaların tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı 22 iyul 2023-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 110 (yüz on) manat Təqsirləndirilən şəxs oğlundan tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Xəzər RPİ-nin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs aşkar olunmuş və tədqiqatdan sonra qalıq çəkisi 348,705 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, -Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı çəkilmiş videogörüntüləri özündə əks etdirən 1 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməli və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 197, 198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 22 iyul 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 110 (yüz on) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Xəzər RPİ-nin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs aşkar olunmuş və tədqiqatdan sonra qalıq çəkisi 348,705 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, -Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı çəkilmiş videogörüntüləri özündə əks etdirən 1 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-136/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-136/2025
18.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver