Məhkəmə qərarları › İş №1(101)-1360/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1360/2021

18.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1360/2021 18.10.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, Hazıqov Əliqismət Nurəli oğlunun katibliyi, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokurorları, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı2 və İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı1, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 04 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx xxxxxxxx 1999-cu il tarixdə Bakı şəhərində anadan olması, Azərbaycan Respublikası vətəndaşı olması, subay, işləməyən, məhkum olunmamış, Bakı şəhəri ünvan 1 ünvanda yaşamış, 11 yanvar 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və 13 yanvar 2021-ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, faktiki həbsdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitə və psixotrop maddə əldə edərək saxlamaqla üzərində daşımış və təkrarən qanunsuz olaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə narkotik vasitə əldə edib saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 06.01.2021-ci il tarixdə, saat 15:00 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, hərbi şəhərcik ərazisində qanunsuz olaraq şəxsiyyəti müəyyənləşdirilməmiş “Mehti” adlı şəxsdən satış məqsədi ilə ümumi çəkisi 0,737 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroini və ümumi çəkisi 0,240 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib daşımaqla üzərində saxlayarkən 11.01.2021-ci il tarixdə, saat təxminən 20:15 radələrində Qaradağ rayon Polis İdarəsinin 11-ci Polis Bölməsinin (bundan sonra: RPİ, PB) əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində ünvan 2 ünvanının qarşısında saxlanılaraq Qaradağ RPİ-nin 11-ci PB-nin inzibati binasına aparılmış, orada onun üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki göy rəngli cins şalvarının sol yan cibindən 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,675 qram və 0,062 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin, üç ədəd bükümdə isə ayrı-ayrılıqda təmiz çəkiləri 0,052 qram, 0,087 qram və 0,101 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək ondan götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən barəsində psixi xəstəliyi ilə əlaqədar ayrıca icraatda cinayət işi ayrılmış Şahid4 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 08.01.2021-ci il tarixdə, saat 11:00 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Ələt bazarının yaxınlığında birgə qazanc əldə etmək üçün qanunsuz olaraq satış məqsədi ilə ümumi çəkisi 9,811 qram təşkil edən çətənə bitkisindən küstar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib daşıyaraq üzərində saxlayarkən 11.01.2021-ci il tarixdə, saat təxminən 20:15 radələrində Qaradağ RPİ-nin 11ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində ünvan 2 ünvanının qarşısında saxlanılaraq Qaradağ RPİ-nin 11-ci polis bölməsinin inzibati binasına aparılmış, orada onun üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkçəsinin sol yan cibindən iki ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 2,972 qram və 3,348 qram, əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən 10 ədəd ağ kağız kəsiyinə bükülmüş ayrı-ayrılıqda təmiz çəkiləri 0,339 qram, 0,327 qram, 0,329 qram, 0,350 qram, 0,309 qram, 0,339 qram, 0,332 qram, 0,398 qram, 0,380 qram, 0,388 qram təşkil edən çətənə bitkisindən küstar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək ondan götürülmüşdür, yəni qeyd olunan bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs münasibətdə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, araşdırılan mötəbər və təkzibedilməz sübutlarla onun satış məqsədilə qanunsuz olaraq külli miqdar təşkil etməyən miqdarda heroin narkotik vasitəsi və külli miqdar təşkil etməyən miqdarda metamfetamin psixotrop maddəsi alıb əldə etməsi, daşıması və saxlaması, yəni Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi tam təsdiq edilmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.2-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilmədi və ifadəsində göstərdi ki, o, narkoman olmuş, həm metamfetamin psixotrop maddəsindən və həm də heroin narkotik vasitəsindən demək olar ki, hər gün istifadə etmişdir. O, işləməmiş, istifadə etdiyi narkotikləri aldığı 130 manat pensiyanın pulu ilə alıb əldə etmiş, yemək-içməyini isə ataanası təmin etmişdir. Heroin və metamfetamini tutulmazdan təxminən 2-3 gün əvvəl Mehdi adlı şəxsdən 110 manata alıb əldə etmişdim. Aldığı metamfetamin və heroin əvvəlcədən, yəni hələ o alarkən bükümlərdə olmuşdur. Marixuananı isə Mais İsrafilovdan almışdır. Marixuananı alarkən o, kibrit qutusunda yaş vəziyyətdə olmuşdur. Odur ki, çıxarıb quruması üçün bükümlərə yığmış, gözünün ağrılarının qarşısını ala bilməsi üçün çəkməkdən ötrü qurumasını gözləmişdir. Təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, 11 yanvar 2021-ci il tarixdə, saat təxminən 23:00 radələrində Qaradağ RPİ-nin 11-ci PB-nin əməkdaşları tərəfindən Qaradağ rayonunun Ələt qəsəbəsində, yaşadığı evin qarşısında saxlanılaraq polis bölməsinə aparılmış, narkotiklə bağlı sorğu-sual olmuş, ona məxsus mobil telefona baxmışlar. Telefona baxarkən orada Maisin nömrəsini görmüşlər. O, WhatsApp proqramı vasitəsi ilə Maisə ona (t/ş Təqsirləndirilən şəxs) nəşə verməsini yazmışdır. Mais isə ona burada olmadığını, gələndə verəcəyini bildirmişdir. O, bölməyə aparılarkən üzərində narkotik vasitə olmuş, həmin narkotik vasitələr dəvət olunmuş vəkilin, polislərin özlərinin iştirakı ilə videoçəkilişlə ondan götürülmüşdür. Ondan narkotik vasitələr aldığı Mehdinin kim olduğu soruşulmuş, lakin o, tanımadığını bildirmişdir. Polisə belə izah vermişdir ki, guya o, çayxanadan çıxarkən tanımadığı uşaqların narkotik çəkdiklərini görmüş, onlardan özü üçün də narkotik vasitə istəyib almışdır. Lakin sonradan Mehdinin adını çəkmiş və heroinlə metamfetamini ondan aldığını etiraf etmişdir. Təqsirləndirilən şəxs daha sonra ifadəsində göstərdi ki, onun üzərinə baxış keçirilməzdən əvvəl ad çəkmədiyi və narkotik vasitələrin satışı ilə məşğul olmasını etiraf etməsi üçün Qaradağ RPİ-nin 11-ci PB-nin əməkdaşları tərəfindən döyülmüş və ona işgəncə verilmişdir. Ona görə də videoçəkiliş zamanı kameraya narkotik vasitələrin satışı ilə məşğul olduğunu boynuna almışdır. Üzərinə baxış keçirilərkən vəkili olmamış, vəkil Şükür Şxaliyevi yalnız qətimkan tədbiri seçilərkən məhkəmədə görmüşdür. O, narkotik vasitələrin satışı ilə heç vaxt məşğul olmamış, satışla bağlı müstəntiq özündən yazmış, o isə əvvəlcədən döyüldüyündən, gözləri şişdiyindən ifadəni oxumadan imzalamışdır. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə onun məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadəsi arasında müəyyən olunan ziddiyyətlə bağlı təqsirləndirilən şəxsin ibtidai istintaq mərhələsində vermiş olduğu ifadəsi elan edilməklə tədqiq olundu. Təqsirləndirilən şəxs tədqiq olunan ifadəsində Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.2-ci maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, mütəmadi olaraq həm narkotik maddələri qəbul etmiş və həm də narkotik vasitələrin satışı ilə məşqul olmuşdur. Narkotik maddə qəbul etdiyinə və satdığına görə əvvəllər məhkum olunmamışdır. 06 yanvar 2021-ci il tarixdə, saat 15:00 radələrində Ələt qəsəbəsi, hərbi şəhərcik ərazisində Mehdi adlı şəxslə qarşılaşmış, həmin vaxt Mehdi ona psixatrop maddə olan şüşə və heroin almağını təklif etmişdir. O da Mehdidən həmin narkotik vasitəni satmaq üçün hər biri 10 manat olmaqla 50 manata 03 ədəd siqaretin gümüşü kağızının kəsiyinə yığılmış psixatrop maddə şüşə və 02 ədəd siqaretin gümüşü kağızının kəsiyinə yığılmış narkotik vasitə heroin almış və əynindəki göy rəngli cins şalvarının sol yan cibində saxlamışdır. Təqsirləndirilən şəxs tədqiq olunan ifadəsində, həmçinin göstərmişdir ki, 08 yanvar 2021-ci il tarixdə, saat 11:00 radələrində Ələt qəsəbə sakini Mais adlı şəxslə Ələt bazarın yaxnlığında rastlaşmışdır. Söhbət zamanı Mais narkotik vasitə olan qurudulmuş marixuana olduğunu bildirmiş və ona almağı təklif etdiyi üçün ondan 150 manata 03 ədəd kibrit qutusuna yığılmış narkotik vasitə olan qurudulmuş marixuana almışdır. Həmin narkotik vasitədən istifadə etmək və satmaq üçün bir kibrit qutusundakı narkotik vasitəi 10 ədəd ağ kağız kəsiyinə yığmışdır. İki ədəd kibrit qutusundakı narkotik vasitəni əynindəki qara rəngli gödəkcənin sol yan cibinə, 10 ədəd ağ kağız kəsiyindəki narkotik vasitəini isə əynindəki göy rəngli cins şalvarının sağ yan cibinə qoyub üzərində saxlamışdır. 11 yanvar 2021-ci il tarixdə, saat 20:15 radələrində Ələt qəsəbəsi K.Məmmədov küçəsi ev 15 ünvanın qarşısından keçərkən iki nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq özlərini təqdim edib 11-ci PB-nin əməkdaşları olduqlarnı bildirmiş və ondan Murad olub-olmadığını soruşmuşlar. O da özünü təqdim edib Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Bundan sonra ona, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu bildirilmiş və onu 11-ci PB-yə aparmışlar. 11 -ci PB-də üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl ona könüllü olaraq üzərindəki əşyaları masanın üzərinə qoymaq təklif olunmuşdur. O da əynindəki qara rəngli gödəkcənin sol yan cibindən iki ədəd kibrit qutusunu, göy rəngli cins şalvarının sağ yan cibindən 10 ədəd ağ kağız kəsiyinə bükülmüş bükümü və əynindəki göy rəngli cins şalvarının yan cibindən 5 ədəd siqaretin gümüşü kağızına bükülmüş bükümü masanın üzərinə qoyaraq iki ədəd kibrit qutusundakı narkotik vasitənin marixuana, 10 ədəd kağız kəsiyindəki narkotik vasitənin qurudulmuş marixuana, 05 ədəd siqaretinin gümüşü kağız kəsiyinə yığılmış kütlənin ikisinin içərisində narkotik vasitə heroin, digər üçünün isə psixatrop maddə şüşə olmasını, həmin narkotik vasitələrin onun özünə məxsus olmasını bildirmişdir. Həmin narkotik vasitələri satmaq və istifadə etmək üçün 08 yanvar 2021-ci il tarixdə, saat 11:00 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbə Bazarının yaxınlığında Mais adlı şəxsdən hər biri 50 manat olmaqla üç kibrit qutusunda narkotik vasitə olan qurudulmuş marixuana almış, kibrit qutularından birinin içərisindəki marixuananı 10 ədəd kağız kəsiyinə yığmışdır. 02 ədəd siqaretin gümüşü kağız kəsiyinə yığılmış narkotik vasitə heroin və 03 ədəd siqaretin gümüşü kağız kəsiyinə yığılmış psixatrop maddə olan şüşəni isə 06.01.2021-ci il tarixdə, saat 15:00 radələrində Ələt qəsəbəsində, hərbi şəhərcik ərazisində Mehdi adlı şəxsdən hər birini 10 manata alaraq üzərində saxlayıb gəzdirmişdir. Daha sonra Təqsirləndirilən şəxs tədqiq olunan ifadəsində göstərmişdir ki, polis əməkdaşları tərəfindən iki ədəd kibrit qutusu açılmış, kibrit qutusunun içərisində yaşıl rəngli, spesifik iyə malik narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilmişdir. 10 ədəd kağız kəsiyindəki bükümlər açılmış hər birinin içərisində yaşıl rəngli spesifık iyə malik qurudulmuş marixuanaya oxşar kütlə aşkar edilmişdir. 05 ədəd siqaretin gümüşü kağızına bükülümüş büküm açılmış, iki ədəd bükümdə qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər kütlə, 03 ədəd bükümdə isə ağ rəngli kristallardan ibarət metamfetamin psixatrop maddəsinə bənzər kütlə aşkar olunmuşdur. Üzərindən aşkar olunmuş narkotik maddələr və psixotrop maddə zərflərə qoyularaq möhürlənmiş, bu barədə protokol tərtib olunmuş, zərflərin üzəri və protokol imzalarla təsdiq edilmişdir (iş vərəqə: səh. cild İ, səh.133-137). Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Qaradağ RPİ-nin 11-ci PB-nin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 11 yanvar 2021-ci il tarixdə Qaradağ RPİ-nin 11-ci PB-də xidmətdə olarkən Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsində yaşayan Murad adlı şəxsin narkotik vasitələrin qanunsuz olaraq qəbulu və satışı ilə məşğul olması barədə əməliyyat malumatı almışdır. Əməliyyat məlumatı yoxlanılarkən Murad adlı şəxsin bir Ələt qəsəbə sakini kimi onun da əvvəldən tanıdığı Təqsirləndirilən şəxs olduğunu müəyyənləşdirmişdir. Lakin Muradla onun heç bir münasibəti olmamışdır. Daxil olmuş əməliyyat məlumatı ilə mərhələli şəkildə əvvəlcə rəhbərliyə məruzə olunmuş, sonra əməliyyat qrupu yaradımış və o əməliyyat qrupu ilə birlikdə Ələt qəsəbəsinə getmişdir. Əməliyyat məlumatında göstərilən ərazilər müşahidəyə götürülmüş, müşahidələr nəticəsində Təqsirləndirilən şəxs Ələt qəsəbəsi, K.Məmmədov küçəsi, ev 15 ünvanının qarşısında olduğunu müəyyən etmişlər. Onlar göstərilən əraziyə getmiş və Muradın həqiqətən də orada olduğunu görmüşlər. Onlar Murada yaxınlaşmış, özlərini təqdim edib onu polis bölməsinə dəvət etmişlər. Polis bölməsində saxlanılan şəxsin həqiqətən də Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Axundov küçəsi, ev 22də yaşayan Təqsirləndirilən şəxs olduğu bir daha təsdiq olunmuşdur. Bundan sonra təhqiqatçı tərəfindən dəvət edilmiş vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah etdilmiş və videoçəkiliş vasitəsilə onun üzərində şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcəsinin sol yan cibindən iki ədəd kibrit qutusunu, göy rəngli cins şalvarının sağ yan cibindən 10 ədəd ağ kağız kəsiyinə bükülmüş bükülüləri və əynindəki göy rəngiı cins şalvarının yan cibindən 5 ədəd siqaretin gümüşü kağızına bükülmüş bükülüləri masanın üzərinə qoymuş və iki ədəd kibrit qutusundakı bitki mənşəli kütlənin narkotik vasitə olan qurudulmuş marixuana, 10 ədəd kağız kəsiyindəki bitki mənşəli kütlənin yenə də narkotik vasitə olan qurudulmuş marixuana, 05 ədəd siqaretin gümüşü kağız kəsiyinə yığılmış kütlənin ikisində narkotik vasitə heroin, digər üçündə psixotrop maddə şüşə olmasını, həmin narkotik vasitələrin özünə məxsus olmasını bildirmişdir. Təqsirləndirilən şəxs deməsinə görə həmin narkotik vasitələri satmaq və istifadə etmək üçün 08 yanvar 2021-ci il tarixdə, saat 11:00 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbə Bazarının yaxınlığında Mais adlı şəxsdən hər biri 50 manat olmaqla üç kibrit qutusunda narkotik vasitə olan qurudulmuş marixuananı almış, kibrit qutularından birində olan marixuananı 10 ədəd kağıza kəsiyinə yığıb bükmüşdür. Təqsirləndirilən şəxs deməsinə görə 02 ədəd siqaretin gümüşü kağız kəsiyinə yığılmış narkotik vasitə heroini və 03 ədəd siqaretin gümüşü kağız kəsiyinə yığılmış psixotrop maddə olan şüşəni isə 06 yanvar 2021-ci il tarixdə, saat 15:00 radələrində Ələt qəsəbəsində hərbi şəhərcik ərazisində Mehdi adlı şəxsdən hər birini 10 manata alaraq ümumilikdə 50 manat pul vermiş və üzərində saxlayıb gəzdirmişdir. Şahid1 ifadəsinin davamında göstərdi ki, Təqsirləndirilən şəxs üzərindəki narkotik vasitə və psixotrop maddələrə bənzər əşyaları təqdim etməsindən sonra istər iki ədəd kibrit qutusu, istərsə də 10 ədəd kağızı kəsiyindəki bükümlər açılmış, kibrit qutusunun və bükümlərin içərisində yaşıl rəngli, spesiflk iyə malik qurudulmuş marixuana narkotik vasitəsinə bənzər kütlə aşkar edilmişdir. Sonra 05 ədəd siqaretin gümüşü kağızına bükülmüş büküm açılmış, iki ədəd bükümdə qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər kütlə, 03 ədəd bükümdə isə ağ rəngli kristallardan ibarət psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar olunmuşdur. Bundan sonra həmin maddə götürülərək qablaşdırılmış, bu barədə protokol tərtib olunaraq imzalarla təsdiq edilmiş, narkotik vasitələr və psixotrop maddə isə zərfə qoyulub möhürlənmişdir. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Qaradağ RPİ-nin 11-ci PB-nin əməliyyat müvəkkili Şahid2 və həmin PB-nin sahə inspektoru X3 məhkəmədə şahid qismində dindirilmiş əməliyyat müvəkkili Şahid1 ilə oxşar məzmunlu ifadələr verib, sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etdilər. Bundan başqa, məhkəmə baxışı zamanı iş üzrə məhkəməyədək icraat mərhələsində şahid qismində dindirilmiş, lakin sonradan – ibtidai istintaq zamanı psixi xəstəliyi ilə əlaqədar barəsində ayrıca icraatda cinayət işi ayrılmış Şahid4 məhkəmə prosesində dindirilməsi mümkün olmadığından onun məhkəməyədək icraat mərhələsində verdiyi şahid ifadəsi elan edilməklə tədqiq edilmişdir. Şahid4 tədqiq olunan həmin ifadəsində göstərmişdir ki, əvvəllər 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və uzun illər narkotik vasitə olan marixuanadan istifadə etmişdir. Tutulmazdan təqribən 20 gün əvvəl baş etibarnamə ilə «Niva» markalı, **-BH-*** dövlət nömrə nişanlı avtomobil idarə etməyə başlamışdır. 2020ci ilin iyul ayının son günlərində o, İsmayıllı rayonu ərazisində yerləşən meşələrin birində olarkən yerdə qurudulmuş marixuana görmüş və özü də istifadə etdiyi üçün paketə və bir neçə kibrit qutularına yığmış və həmin vaxt idarə etdiyi “Kia” markalı, **-PU-*** dövlət nömrə nişanlı avtomobilə qoyub orada saxlamışdır. Əvvəldən tanıdığı Təqsirləndirilən şəxs ilə əvlləcədən qurudulmuş marixuana narkotik vasitəsinın satışına və qazanc əldə edilməsinə dair razılığa gəlmişlər. O, Murada bir neçə dəfə böyük miqdarda marixuana narkotik vasitəsi satmış, Murad isə öz növbəsində xırda bükümlərə bölüb tanımadığı müxtəlif şəxslərə sataraq əldə edilən qazancdan həm onun pulunu vermiş və həm də özünə pul qazanmışdır. O, «Niva” markalı avtomobili alan zaman içərisi marixuana dolu həmin torbanı avtomobilin sürücü tərəfdən olan qabaq oturacağın altında gizlədib saxlamışdır. Kibrit qutularını isə özündə olan yaşıl rəngli əl çantasına qoyub saxlamışdır ki, müştəri olduqda sata bilsin. Şahid4 tədqiq olunan ifadəsinin davamında daha sonra göstərmişdir ki, 08 yanvar 2021-ci il tarixdə o, Ələt qəsəbəsində yenə də Muradla görüşmüş və ona 150 manat müqabilində xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuana satmışdır. Murad həmin marixuananı xırda bükümlərə bölüb satışını həyata keçirməli imiş. Bundan başqa, Şahid4 tədqiq olunan ifadəsinin davamında göstərmişdir ki, o, Vüsal Babayevi uzun illər əvvəl tanımış, onunla eyni məhəllədə yaşamış və çox yaxşı münasibətləri olmuşdur. O, Vüsala arada bir istifadə etməsi üçün pay olaraq bir kibrit qutusu marixuana vermişdir. 11 yanvar 2021-ci il tarixdə o Vüsalla yaşadığı binanın qarşısında görüşmüş və onlar onun idarə etdiyi “Niva” markalı avtomobilə əyləşmişlər. Bir az söhbət etdikdən sonra o, Vüsala yenə də həmişəki kimi pay olaraq pulsuz bir kibrit qutusu marixuana vermiş və Vüsal da alıb onu cibinə qoymuşdur. Bir qədər sonra onlara bir neçə nəfər şəxs yaxınlaşmış və özlərini təqdim edərək Qaradağ RPİ-nin 11-ci PB-nin əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları onu və Vüsalı 11-ci polis bölməsinə aparmış və polis bölməsində otaqların birində onun üzərində şəxsi axtarış və götürmə aparmışlar. Həmin vaxt orada ona təqdim edilmiş 10 saylı vəkil bürosunun vəkili X4 da iştirak etmiş, axtarış müstəntiq tərəfindən aparılırmış. Həmin vaxt videoçəkilişdən istifadə olunmuşdur. Müstəntiq ona üzərində qanunla daşınması saxlanılması qadağan olunmuş nə varsa, təqdim etməyi tələb etmişdir. O da əlində olan yaşıl rəngli əl çantasının içərisindən 25 ədəd içərisində qurudulmuş marixuana olan kibrit qutularını çıxardıb polisə təqdim etmişdir. Bundan sonra onun avtomobilinə baxış keçirilmiş və avtomobilinin sol tərəfində, qabaq oturacağın altında gizlətdiyi, içərisində narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Ondan və avtomobilindən aşkar edilmiş narkotik vasitə zərfə qoyularaq möhürlənmiş və bu barədə müvafiq protokol tərtib edilmişdir. O, özü də zərfi və protokolu imzası ilə təsdiq etmişdir. Sorğu-sual zamanı o, həmin narkotik vasitə qurudulmuş marixuananı öz istifadəsi və satışını təşkil etməsi üçün saxladığını bildirmişdir (iş vərəqə: cild İ, səh.113-115). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Təqsirləndirilən şəxs ilə barəsində ayrıca icraatda cinayət işi ayrılmış Şahid4 arasında keçirilmiş üzləşmədə dindirmə protokolundan görünür ki, üzləşmə zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs sərbəst ifadəsində göstərdiyi etirafedici xüsusatları bir daha Şahid4 üzünə qarşı təsdiq etmiş, sonuncu isə üzünə qarşı deyilənləri inkar etməmişdir (iş vərəqə: cild İ, səh.116-117). Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Şahid4 barəsində stasionar məhkəməpsixiatrik ekspertizası təyin edilib keçirilmiş və müvafiq rəy alınmışdır. Məhkəmə baxışı zamanı tədqiq olunan stasionar məhkəmə-psixiatrik ekspertizasının 07 iyun 2021-ci il tarixli, 67 saylı rəyindən görünür ki, Şahid4 emosional davamsız şəxsiyyət pozuntusu müəyyən edilmişdir və kompensasiya vəziyyətində olduğundan o, əməli törətdiyi dövrdə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur, yəni onun əməli Azərbaycan Respublikasının CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür. Lakin tədqiq olunan rəydən, həmçinin görünür ki, Şahid4 əməli törətdikdən sonra onda müəyyən olunan emosional davamsız şəxsiyyət pozuntusu neqativ psixogen amillərin təsirindən kəskinləşmiş, kompensasiya vəziyyətindən dekompensasiya vəziyyətinə keçmiş və onu öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etmişdir. Şahid4 əməli Azərbaycan Respublikasının CM-nin 21.3-cü maddəsinin təsiri altına düşür. Qeyd olunanlara əsasən Şahid4 barəsində Azərbaycan Respublikasının CM-nin 234.4. ayrıca icraatda cinayət işi ayrılmışdır (iş vərəqə: cild İİ, səh.35-42). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan «şəxsi axtarış və götürmə aparılması haqqında» 11 yanvar 2021-ci il tarixli protokoldan görünür ki, həmin protokolun tərtib olunduğu 11 yanvar 2021-ci il tarixdə Qaradağ RPİ-nin 11-ci PB-nin əməkdaşlarının keçirdikləri tədbir nəticəsində baxılan iş üzrə Təqsirləndirilən şəxs saxlanılmış və RPİ-nin 11-ci PB-də üzərində şəxsi axtarış və götürmə aparılan zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sol yan cibindən iki ədəd kibrit qutusu, göy rəngli cins şalvarının sağ yan cibindən 10 ədəd ağ kağız kəsiyində olan bükümlər və həmin şalvarın sol yan cibindən 05 ədəd siqaretin gümüşü kağızında olan bükümlər aşkar edilərək götürülmüşdür. Tədqiq olunan protokoldan daha sonra görünür ki, aparılan istintaq hərəkəti ilə bağlı tədqiq olunan həmin protokol tərtib edilmiş və tərtib edilmiş protokol bütün iştirakçılar tərəfindən, o cümlədən Təqsirləndirilən şəxs özü tərəfindən imzalarla təsdiqlənmişdir. Ən nəhayət, tədqiq olunan protokoldan görünür ki, axtarış və götürmə videoçəkiliş müşaiyəti altında aparılmış və bir ədəd DVD diskə köçürülməklə cinayət işinə əlavə olunmuşdur (iş vərəqə: cild İ, səh. 45-46). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması prosesinin yerləşdirildiyi bir ədəd DVD diskə baxış keçirilməsi haqqında 11 mart 2021-ci il tarixli protokoldan və həmin diskin məhkəmə istintaqı zamanı aparılan nümayişindən görünür ki, həm protokolun məzmunu və həm də DVD diskdə olan videogörüntülər Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması haqqında protokolun məzmunu ilə uyğundur (iş vərəqə: cild İ, səh. 148). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-kimyəvi ekspertizasının 12 yanvar 2021-ci il tarixli, 6/139 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş,“vət.Təqsirləndirilən şəxs aşkar olunmuş...” sözləri olan zərfdəki iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,675qr., 0,062qr., ümumi təmiz çəkisi 0,737 qram olan qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli heroin narkotik vasitəsidir, üç ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,052 qr., 0,087qr., 0,101qr., ümumi təmiz çəkisi 0,240 qram olan ağ rəngli kristallik hissəciklərindən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli metamfetamin psixotrop maddəsidir. Metamfetamin 2005-ci il 28 iyun tarixli “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin” siyahısına (Siyahı İ) daxildir. Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına” (Siyahı İ) daxildir (iş vərəqə: cild İ, səh.55-59). Bundan başqa, məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəməbioloji ekspertizasının 12 yanvar 2021-ci il tarixli, 7/51 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs aşkar olunmuş...” sözləri yazılmış kağız paketdə 02 (iki) ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 2,972 qram, 3,348 qram, və 10 (on) ədəd kağız bükülüdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,339 qram, 0,327 qram, 0,329 qram, 0,350 qram, 0,309 qram, 0,339 qram, 0,332 qram, 0,398 qram, 0,380 qram və 0,338 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Ümumi təmiz çəkisi-9,811qramdır. Tədqiq olunan həmin rəydən daha sonra görünür ki, tədqiqata təqdim olunmuş 02 (iki) kibrit qutusunda və 10 (on) ədəd kağız bükülüdə olan narkotik vasitə olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər (iş vərəqə: cild İ, səh. 63-66). Həmçinin, işdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə- bioloji ekspertizasının 09 aprel 2021-ci il tarixli, 7/298 saylı rəyindən görünür ki, Şahid4, Təqsirləndirilən şəxs və X2 götürülmüş və ekspertiza tədqiqatına təqdim edilmiş marixuana narkotik vasitələri tərkibilərinə görə eynidirlər (iş vərəqə: cild İ, səh. 162-164). İbtidistintaq orqanının müvafiq qərarlarına əsasən iş üzrə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 0,737 qr. heroin narkotik vasitəsi, 0,240 qr. metamfetamin psixotrop maddəsi və təmiz çəkisi 9,811 qr. qurudulmuş marixuana narkotik vasitəsi maddi subut kimi tanınmış və tədqiqata sərf edildikdən sonra qalıq qalmış 0,637 qr. heroin narkotik vasitəsi, tədqiqata sərf edildikdən sonra qalıq qalmış 0,120 qr. metamfetamin psixotrop maddəsi və tədqiqata sərf edildikdən sonra qalıq qalmış 9,451 qr. qurudulmuş marixuana narkotik vasitəsi saxlanılması üçün Qaradağ RPİ-nin saxlancına təhvil verilmişdir(iş vərəqə: cild İ, səh. 182). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məcburi ambulator məhkəmə-narkoloji tibbi yoxlamının 25.01.2021-ci il tarixli, 201 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Təqsirləndirilən şəxs İİİ dərəcəli əlil olması ilə əlaqədar olaraq ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (iş vərəqə: cild İ, səh. 102-103). Məhkəmə təqsirləndirilən şəxsin əməllərinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı”nın konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «heroin» narkotik vasitəsinin və «metafetamin» psixotrop maddəsinin hər birinin ayrılıqda şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram, “qurudulmuş marixuana” narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 5,0 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 500 qram müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı isə müəyyən edildi ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş heroin və marixuana narkotik vasitələrinin, həmiçinin metamfetamin psixotrop maddəsinin çəkiləri «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»ya əsasən külli miqdar hədlərində deyildir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 14-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-nin 234.2 və 234.3cü maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda törədilib-törədilməməsi məsələsi Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli həmin qərarının doqquzuncu bəndində məhkəmələrə tövsiyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Ali Məhkəmə Plenumunun 04 mart 2011-ci il tarixli qərarının bu hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş heroin və marixuana narkotik vasitələrinin, həmçinin metamfetamin psixotrop maddəsinin külli miqdar təşkil etməməsinə baxmayaraq, həm narkotik vasitələrin və həm də psixotrop maddənin çəkilib ayrı-ayrı bükümlərdə qablaşdırılması, aşkar edilib götürülmüş vpredmetlərin müxtəlif növlərdə olması, Təqsirləndirilən şəxs əməlini məhkəməyədək icraat mərhələsində tam, məhkəmə baxışı mərhələsində qismən etiraf etməsi, şahid ifadələri, şahid ifadələri, üzləşmədə dindirmələr və işin ayrı-ayrı halları təqsirləndirilən şəxsin həm heroin, həm qurudulmuş marixuana narkotik vasitələrini və həm də metamfetamin psixotrop maddəsini satış məqsədilə qanunsuz olaraq əldə etməsinə, saxlamasına və daşımasına dəlalət edir. Məhkəmə baxışı zamanı müdafiə tərəfinin vəsatətlərində qeyd olunduğu kimi, barəsində ayrıca icraatda cinayət işi ayrılmış Şahid4 şahid ifadəsinin, onun psixi xəstəliyi ilə əlaqədar sübutlar siyahısından xaric edilməsi ilə bağlı məhkəmə münasibət bildirib qeyd edir ki, sonuncu əməli törətdiyi dövrdə və ifadə verərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur, onda müəyyən olunan emosional davamsız şəxsiyyət pozuntusu cinayət törətdikdən sonra neqativ psixogen amillərin təsirindən kəskinləşmiş və kompensasiya vəziyyətindən dekompensasiya vəziyyətinə keçmişdir. Odur ki, məhkəmə Şahid4 şahid ifadəsinin sübutlar siyahısından xaric edilməsinə heç bir əsas görmür. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclaslarında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitə və psixotrop maddə əldə edərək saxlamaqla üzərində daşıması və təkrarən qanunsuz olaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə narkotik vasitə əldə edib saxlamaqla daşıması, yəni Azərbaycan Respublikasının CMnin 234.4.1-ci və 234.4.2-ci maddələri ilə nəzərdə tutulan cinayəti törətməsi məhkəmə baxışı nəticəsində təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.4.1-ci və 234.4.2-ci maddələri ilə düzgün ixtisaslaşdırılmışdır. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs 06.01.2021-ci il tarixdə, saat 15:00 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, hərbi şəhərcik ərazisində şəxsiyyəti müəyyənləşdirilməmiş “Mehti” adlı şəxsdən satış məqsədi ilə qanunsuz olaraq ümumi çəkisi 0,737 qram təşkil edən kustar üsulla hazırlanmış heroin narkotik vasitəsi və ümumi çəkisi 0,240 qram təşkil edən kustar üsulla hazırlanmış metamfetamin psixotrop maddəsi əldə edib daşımaqla üzərində saxlamasına görə olan cinayət epizodu üzrə əməl Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddələsində ehtiva olunur. Belə ki, Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan miqdarda və növdə narkotik vasitəni və psixotrop maddəni satış məqsədi ilə qanunsuz olaraq əldə etməsi və saxlaması kifayət qədər mötəbər sübutlarla təsdiq olunmasına baxmayaraq, bu epizod üzrə aşkar olunub götürülmüş heroin narkotik vasitəsinin və metamfetamin psixotrop maddəsinin miqdarı külli miqdar təşkil etmir. Lakin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 13-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, əvvəllər Azərbaycan Respublikasının CM-nin 234.2-ci və 234.3-cü maddələri ilə cinayət törətmiş təqsirkar tərəfindən təkrarən bu maddələrdə nəzərdə tutulan cinayət və ya Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayətlərin hər hansı birini törətdikdə, şəxsin hərəkətlərinin hamısı CM-nin 234.4.2-ci maddəsi və ya CM-in 234.4.1, 234.4.2 yaxud 234.4.3-cü, 234.4.2-ci maddələri ilə tövsif edilməli, belə olan halda əməlin əlavə olaraq CM-in 234.2 və 234.3-cü maddələri ilə tövsif edilməsinə ehtiyac yoxdur (bu maddələrdə nəzərdə tutulan cinayətlər başqa ardıcıllıqla törədildikdə də əməllər yuxarıda göstərilən qaydada tövsif edilməlidir). Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.1-ci və 234.4.2-ci maddələri ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar və onu cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı qeyri-etirafedici ifadələrini, o cümlədən narkotik vasitələrin satışı ilə məşğul olmaması ilə əlaqədar göstərdiklərini onun ağır cinayət törətməyə görə cinayət məsuliyyətindən və cəzadan azad oluna bilmək üçün seçmiş olduğu müdafiə taktikası kimi qiymətləndirir. Belə ki, təqsirləndirilən şəxsin özünü müdafiə üçün gətirdiyi dəlillər məhkəmə baxışı zamanı araşdırılan mötəbər və təkzibedilməz sübutlarla tam inkar olunur. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan, Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin əməliyyat arayışından və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər olunmamışdır (iş vərəqə: cild İ, səh. 138). İşdə olun məhkəmə-narkoloji ekspertizasının 25 yanvar 2021-ci il tarixli, 201 saylı rəyindən görünür ki, ekspert sorğusuna Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən verilmiş 25 fevral 2021-ci il tarixli aktla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 09 yanvar 2018-ci il tarixdən müddətsiz olaraq «Buynuz qişanın çapıqları və bulanması, OD xəsarətdən sonrakı buynuz qişanın bitişmiş çapığı» diaqnozu ilə İİİ qrup əlildir və məhkəmə qeyd olunan bu vəziyyəti Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində yüngülləşdirici hal kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən ağır cinayət törətməsi nəzərə alınmalı, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikası CM-nin 234.4.1-ci və 234.4.2-ci maddəsnin sanksiyası daxilində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli, şəxsiyyətinə uyğun cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, həmçinin işdə olan məhkəmə-narkoloji ekspertizasının 25.01.2021-ci il tarixli, 201 nömrəli rəyini əsas götürüb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs tiryək alkaloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyinin aşkar olunmasına baxmayaraq, məhkəmə-narkoloji ekspertizasının rəyi nəzərə alınmalı, onun barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi-xarakterli məcburi tədbirlər tətbiq edilməməli, lakin həmin xəstəliyə görə ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Belə ki, Təqsirləndirilən şəxs xəstəliyə görə İİİ qrup əlildir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli, 39 saylı «Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlər tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə» qərarının 3.2-ci bəndinə əsasən əlilliyi olan şəxslərə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq oluna bilməz. Məhkəmə, eyni zamanda təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün Təqsirləndirilən şəxs barəsində cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən, törədilən cinayətin ağır cinayətlər kateqoriyasına aid olmasını, onun ilk dəfə azadlıqdan məhnum etmə cəzasına məhkum olunduğunu qeyd edir və onun təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini qanuna uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 11 yanvar 2021-ci il tarixdən hesablanmalıdır. Belə ki, Təqsirləndirilən şəxs baxılan iş üzrə 11 yanvar 2021-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində tutulmuş, 13 yanvar 2021-ci il tarixdə müvafiq məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 11 yanvar 2021-ci il tarixdən hesablanmışdır. Bundan sonra məhkəmə hökmü çıxarılanadək Təqsirləndirilən şəxs qanuni əsaslarla fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 11 yanvar 2021-ci il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunmalı olan cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi qiymətləndirilmiş hökm qanuni qüvvəsini aldıqdan sonra Qaradağ Rayon Polis İdarəsinin saxlama kamerasında saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 0,637 qram kustar üsulla hazırlanmış heroin və 9,451 qram qurudulmuş marixuana narkotik vasitələri, həmçinin 0,120 qram kustar üsulla hazırlanmış metamfetamin psixatrop maddəsi məhv edilməlidir. İş üzrə məhkəmə məsrəfləri - 249,64 (iki yüz qırx doqquz manat 64 qəpik) manat ekspertiza xərsi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu 11 yanvar 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs İİİ qrup əlil olması nəzərə alınmaqla onun barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi müalicə təyin edilməsin. O, narkotik vasitələrdən sui-istifadə etməsi ilə əlaqədar ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutlar - hökm qanuni qüvvəyə mindikdən Qaradağ Rayon Polis İdarəsinin saxlama kamerasında saxlanılan məhkum Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 0,637 qram kustar üsulla hazırlanmış heroin və 9,451 qram qurudulmuş marixuana narkotik vasitələri, həmçinin 0,120 qram kustar üsulla hazırlanmış metamfetamin psixatrop maddəsi məhv edilsin. İş üzrə məhkəmə məsrəfləri – 249,64 (iki yüz qırx doqquz manat 64 qəpik) manat məbləğində ekspertiza xərci məhkum Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar