Məhkəmə qərarları › İş №1(101)-1360/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1360/2024

01.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1360/2024 01.10.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Məmmədov Fəxri Afiq oğlu (sədrlik edən), X10, Kərimova Mahirə Nəzər qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi - X9, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru - Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 1980-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində 01 (bir) yetkinlik yaşına çatmayan uşağı olan, orta təhsilli, işləməyən, məhkum olunmuş, ünvan 1 ünvanında yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İttiham aktına əsasən Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə və narkotik vasitəni əldə edib daşıyaraq saxlamış və satmışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq ümumi təmiz çəkisi 12,842 qram külli miqdarda narkotik vasitə heroin, ümumi təmiz çəkisi 94,970 qram külli miqdarda psixotrop maddə metamfetamin əldə edib ünvan 1 ünvanına qədər saxlamaqla daşımış, əldə etdiyi narkotik vasitə heroindən 4,285 qramını qohumu X5 pay olaraq vermiş, 24 avqust 2023-cü il tarixdə saat 17:00 radələrində ünvan 1 ünvanında yerləşən evinin qarşısında Xəzər RPİnin 1-ci PŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq yaşadığı evdə təxirəsalınmaz axtarış nəticəsində yataq otağında çarpayının üzərində olan döşəyin altından 03 ədəd şəffaf sellofan torbada ayrı-ayrılıqda təmiz çəkiləri 0,180 qram və 2,573 qram kimyəvi komponent tərkiblərinə görə eyni olan narkotik vasitə heroin, 94,440 qram külli miqdarda psixotrop maddə metamfetamin aşkar olunmuş, Xəzər RPİ-nin İŞ-nə gətirilmiş, üzərində aparılmış şəxsi axtarış zamanı əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofanda kimyəvi komponent tərkiblərinə görə eyni olan 02 ədəd bükümdə təmiz çəkisi 0,530 qram psixotrop maddə metamfetamin və 5,804 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. İşin halları və dəlilləri: Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, onun barəsində Xəzər rayon məhkəməsində cinayət işi gedirmiş. O, məhkəmədən yayındığı üçün barəsində axtarış elan edilmiş və tutulmuşdur. xx.xx.2023-cü il tarixdə saat 16 radələrində evdən çıxanda polis əməkdaşları qapıda ona yaxınlaşaraq saxlayıb bölməyə gətirmişlər. Bölmədə ona bildirilmişdir ki, bibisi oğlu X1 və Rəşad üzərindən çıxan narkotik vasitəni onun Rəşada pay verdiyini bildirmişdir. Onlar yolda gedərkən avtomobildə Emin adlı əməliyyat müvəkkili bükümü göstərərək ona məxsus olduğu üçün əməlinin külli miqdarla narkotik vasitə ilə rəsmiləşəcəyini bildirmişdir. O da həmin polisə əli qandallı vəziyyətdə olduğunu və üzərində heç nə olmadığını bildirmişdir. O özünə məxsus olmayan narkotik vasitəni boynuna götürmək istəməyəndə, polislər külli miqdarda narkotik vasitəni onun evindən çıxaracaqlarını bildirmişlər. Atası onu hara aparacaqlarını soruşduqda “ağsaqqal, sən gözlə, biz gəlirik” demişlər. Bundan sonra polis əməkdaşları evinə daxil olaraq narkotik vasitəni evə qoymuşlar. Polis əməkdaşları ona dedikləri ilə razılaşmayacağı təqdirdə narkotik vasitənin miqdarını artıraracaqlarını bildirmişlər. Polislər atasını növbətçi hissənin qarşısında saxlamışlar. Polis əməkdaşları vəkilin iştirakı olmadan həyətində videoçəkiliş aparmışlar. Həmin vaxt onun mobil telefonu da bölmədə qalmışdır. Prokurorluğun nümayəndəsi təcridxanada onun yanına gəlmişdir. Həmin şəxs Rüstəm adlı müstəntiqi yığaraq onun narazılıq etdiyini bildirmişdir. Bundan sonra onu Narkoloji dispanserə aparmışlar. Üstündən 5-10 gün keçdikdən sonra müstəntiq onu qəbul etmiş və o narkotik vasitələrin ona məxsus olmadığını, yalnız narkotik vasitələrdən istifadə etdiyi üçün özünü qismən təqsirli bildiyini söyləmişdir. Müstəntiq isə ona narkomaniya xəstəliyindən əziyyət çəkdiyini bildirmişdir. Müstəntiq ona “özümü qismən təqsirli bilirəm” cümləsini yazdırmışdır. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirdi ki, o narkotik vasitənin heroin növündən inyeksiya vasitəsilə istifadə edir, lakin metamfetamin istifadə etmir. O 2004-cü ildən etibarən narkotik vasitə istifadə edir. Heroinin bir qramını 30 (otuz) manata alır. Polislər onu məhkəməyə aparmamışlar. Onu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkəmədə və prokurorluqda dindirən olmamışdır. Bibisi oğlu Rəşad Allahverdiyevin üzərindən narkotik vasitə aşkar edilmişdir. Rəşadın həmin narkotik vasitəni Suraxanıdan aldığını yazmağa qoymamışlar. Polislər Rəşadın dişini sındırmışlar və narkotik vasitəni məhz ondan aldığını bildirməsi üçün Rəşada təzyiqlər etmişlər. Rəşad sonradan prokurorluğa şikayət etmişdir. Onu saxlayanda küçədə vurmuşlar. Buna səbəb isə qaçmaq istəməyi olmuşdur. Onun xəsarətləri olmuş, lakin həmin xəsarətlər barədə söyləməmişdir. Buna səbəb isə ağrıda olması olmuşdur. O avqust ayının 23-də Suraxanı ərazisində olmamışdır. Evdə axtarış aparılan zaman o və 10-12 nəfər polis əməkdaşı olmuşdur. Həmin vaxt ailə üzvlərindən heç kəs iştirak etməmişdir. Polislər tərəfindən polis şöbəsinə aparılarkən yolda qolunu qandallayaraq burmuşlar. O saxlanılan zaman polis əməkdaşı Şahid1 də orada olmuşdur. O saat 16 radələrində bölmədə olmuşdur. Ona fiziki təsir olmamışdır. Emin adlı polis əməkdaşı bölmədə onun yanında olmuşdur. O, Rəşada narkotik vasitəni pay verməmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı müdafiəçisinin iştirakı ilə verdiyi ifadəsində göstərmişdir ki, iş üzrə ona məlum olan bütün hallar üzrə və verilən suallara cavab olaraq, aşağıdakıları göstərə bilər ki, əvvəllər dəfələrlə məhkumluq həyatı yaşamış və ruhi-əsəb xəstəliyindən əzab çəkmir. Uzun illərdir ki, narkotik vasitənin kakos kimi bildiyi heroin növündən və şüşədən istifadə edir. İstifadə etdiyi həmin maddəni tanımadığı şəxslərdən müxtəlif yerlərdən alır. Belə ki, 23 avqust 2023-cü il tarixdə səhər saatlarında Suraxanı qəsəbəsində tanımadığı İran İslam Respublikası vətəndaşı kimi özünü təqdim edən şəxslə görüşmüş və ondan nisyə təxminən 100 qrama yaxın «şüşə», yəni psixotrop maddə metamfetamin, təxminən 10 qramdan çox «kokos», yəni narkotik vasitə olan heroin almışdır, İran Vətəndaşı olan tanımadığı şəxsə həmin narkotik vasitələrin pulunu sonra verəcəyini demişdir. Əvvəllər bir neçə dəfə ondan nisyə narkotik vasitələr aldığı üçün onunla razılaşmışdır. Sonra həmin günü qohumu olan X7 öz istifadəsi üçün ondan narkotik vasitə istədiyi üçün Rəşada təxminən 5 qram heroini qohum olaraq pay vermişdir. Qalan narkotikləri isə yaşadığı evdə çarpayının üzərindəki döşəyin altında gizlətmişdir. Şəxsi istifadə üçün həmin narkotiklərdən bir hissəsini özü ilə götürmüşdür. xx.xx.2023-cü il tarixdə yaşadığı ünvan 3 ünvanının qarşısında olarkən polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmişlər və üzərində və evində narkotik vasitələrin olmasından şübhələndiklərini bildirmişlər. O çarəsiz qalaraq evində və üzərində narkotik vasitələrin olduğunu etiraf etmişdir. Sonra hadisə yerinə müstəntiq çağırmışlar və müstəntiq tərəfindən yaşadığı evdə öz razılığı ilə axtarış keçirilmişdir. Axtarış zamanı könüllü olaraq çarpayını göstərərək narkotik vasitənin döşəyin altında olduğunu bildirmiş və yataq otağından həmin 02 ədəd sellofan torbada heroin və 01 ədəd sellofan torbada metamfetamini götürmüşlər. Həmin heroin və metamfetamin qablaşdırılaraq üzəri möhürlənmişdir. Sonra Xəzər RPİ-nə getmişlər və orada ona müdafiəçi təqdim olunaraq videoçəkiliş ilə üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofan bükülünü çıxardaraq təqdim etmişdir. Həmin bükülü açılıb, 02 ədəd büküm aşkar olunmuşdur. 01 ədəd bükülünün içərisində kokos, digərində isə şüşə aşkar olunmuşdur. O bildirmişdir ki, həmin maddələri evində olan narkotik vasitələrin bir hissəsidir. Götürmüşdür ki, istifadə etsin. Həmin metamfetamin və heroinin olduğu şəffaf sellofan bükümlər qablaşdırılaraq üzəri möhürlənmiş və həmin zərfdə və tərtib olunmuş protokolda imza etmişdir. Baxışda iştirak edən digər şəxslər birlikdə imzalarını etmişlər. (Cild 1; iş vərəqə; 121-124) Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Xəzər RPİ-nin 1-ci PŞ-nin əməliyyat müvəkkili Şahid3 göstərmişdir ki, Təqsirləndirilən şəxs saxlanılan zaman o Xəzər RPİ-də işləyirmiş. Təxminən 2023-cü ilin avqust ayının sonlarında Təqsirləndirilən şəxs qohumu Rəşad Allahverdiyev barədə əməliyyat məlumatı daxil olmuşdur. Bölmə rəhbəri “əməliyyat axtarış tədbiri keçirilməsi barədə” qərar qəbul etmiş və tədbir keçirilmişdir. Rəşad Allahverdiyev tərəflərindən saxlanılaraq 1-ci Polis Şöbəsinə gətirilmişdir. X8rkən vəkilin iştirakı ilə könüllü şəkildə üzərində olan narkotik vasitəni təhqiqatçıya təqdim etmişdir. Daha sonra Rəşad Allahverdiyevə suallar verilərkən o, narkotik vasitələri öz yaxın qohumu Təqsirləndirilən şəxs ona pay verdiyini bildirmişdir. Daha sonra yeni əməliyyat qrupu yaradılmış və Təqsirləndirilən şəxs yaşadığı ünvana yaxınlaşmışlar. Orada Təqsirləndirilən şəxs tərəflərindən saxlanılaraq videokamera müşahidəsi altında onun yaşadığı evə baxış keçirilmiş və narkotik vasitələr və psixotrop maddələr aşkar edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs polis şöbəsinə gətirilmişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid3 bildirdi ki, əməliyyat qrupu 5 nəfərdən: Şahid2, Şahid4, Şahid5, Şahid1 və ondan ibarət olmuşdur. Rəşad Allahverdiyev səhər saatlarında saxlanılmış, günorta saat 15:00 radələrində isə Təqsirləndirilən şəxs evinə yaxınlaşmışlar. Evə baxış keçirilən zaman müstəntiqin suallarına cavab olaraq Təqsirləndirilən şəxs könüllü şəkildə narkotik vasitələri təqdim etmiş və bu da videoçəkilişlə qeydə alınmışdır. Evə baxış keçirilən zaman 3 büküm aşkar olunmuşdur. Həmin bükümlərin ikisində qəhvəyi rəngli heroinə bənzər narkotik vasitə, digərində isə metamfetamin aşkar edilmişdir. Bükümlər götürülərkən onların tərəzidə çəkilibçəkilmədiklərini xatırlamır. Evə baxış keçirildikdən sonra Təqsirləndirilən şəxs şöbəyə gətirilmiş və üzərinə baxış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs könüllü şəkildə üzərində olan qəhvəyi rəngli heroinə bənzər narkotik vasitəni və metamfetamini təqdim etmişdir. Təqsirləndirilən şəxs ilkin dindirmə zamanı Rəşada narkotik vasitə verdiyini özü demişdir. Təqsirləndirilən şəxs saxlanılan zaman onlara qarşı ciddi bir müqavimət göstərməmişdir. Tərəflərindən Təqsirləndirilən şəxs qarşı fiziki və psixi təsir və təzyiq olmamışdır. Rəşad Allahverdiyevi nə vaxt tutduqlarını xatırlamır. Təqsirləndirilən şəxs evinin qapısında olmuş və orada yaxalamışlar. Axtarış keçirilməsinə Təqsirləndirilən şəxs özü ərizə yazaraq etiraz etmədiyini bildirmişdir. Müstəntiq axtarışdan əvvəl şəxsə evində olan narkotik vasitələri könüllü şəkildə təqdim etməsini təklif etmiş, Təqsirləndirilən şəxs də öz növbəsində yataq otağında yastığın altında narkotik vasitə olduğunu bildirmişdir. Onlar da evə axtarış keçirərək narkotik vasitələri götürmüşlər. Daha sonra Təqsirləndirilən şəxs polis bölməsinə dəvət edilmişdir. Təqsirləndirilən şəxs bölməyə apararkən sonuncu tək olmuşdur. Axtarış keçirilərkən Təqsirləndirilən şəxs müdafiəçisi də iştirak etmişdir. Tərlanın qardaşı və Tərlan ayrı-ayrılıqda tutulmuşdur.Rəşad Allahverdiyev öz ifadəsində narkotik vasitəni Tərlanın ona verdiyini dedikdən sonra Təqsirləndirilən şəxs barəsində əməliyyat tədbiri keçirilmişdir. Təqsirləndirilən şəxs ünvanını portaldan öyrənmişlər. Onlar Tərlanın evinə yaxınlaşanda, Təqsirləndirilən şəxs özü evinin qarşısında olmuşdur. Tərlanın polis əməkdaşları tərəfindən döyülməsini bildirməsi yalandır. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Xəzər RPİ-nin 1-ci PŞ-nin əməliyyat müvəkkili Şahid1 göstərmişdir ki, 2023-cü ilin avqust ayı ərəfələrində Təqsirləndirilən şəxs tərəflərindən narkotik vasitələrin istifadəsi və satışında şübhəli bilinərək saxlanılmış və şöbəyə gətirilmişdir. Təqsirləndirilən şəxs şöbədə öz ərizəsi ilə evində narkotik vasitə olduğunu bildirmiş və daha sonra evinə baxış keçirilən zaman narkotik vasitə aşkar edilmiş və götürülmüşdür. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid1 bildirdi ki, o Tərlanın saxlanılmasında iştirak etməmiş, lakin evə baxış keçirilən zaman iştirak etmişdir. Evdə metamfetamin aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərindən nə çıxdığını bilmir. Rəşad Allahverdiyevi tanımır. Tərəflərindən Təqsirləndirilən şəxs qarşı fiziki və psixi təsir və təzyiq olmamışdır. O Tərlanın saxlanmasında iştirak etməmişdir. Tərlanın evinə baxış keçirilən zaman döşəyin altından narkotik vasitə aşkar etmişlər. Şahid1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq edilmiş ifadəsindən görünür ki, xx.xx.2023-cü il tarixdə üzərində narkotik vasitə aşkar olunaraq tutulmuş Rəşad Allahverdiyevin dayısı oğlu, ona narkotiki pay vermiş Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvanında yerləşən evinə xx.xx.2023- cü il tarixdə saat təxminən 17 radələrində gedilmiş və onun öz razılığı ilə evində axtarış keçirilmişdir. Axtarış zamanı Təqsirləndirilən şəxs evində yataq otağında olan çarpayının üzərində olan döşəyin altından 03 ədəd pelietilen torbanı götürüb təqdim edib içərisində psixotrop maddə metamfetamin və narkotik vasitə heroin olduğunu bildirmişdir. Həmin sellofan torba açıldıqda içərisində 01 ədəd torbada metamfetaminə bənzər maddə, 02 ədəd sellofan torbada isə heroinə bənzər maddə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs evində başqa narkotik vasitə olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs evindən aşkar olunmuş 3 ədəd sellofan torba zərfə qoyularaq möhürlənmiş və üzərində imza edilmişdir. Bu barədə protokol tərtib olunmuş və iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. (cild 1, iş vərəqə 158-159) Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə iclasında elan edildikdən sonra verilən əlavə suallara cavab olaraq bildirmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Xəzər RPİ-nin 1-ci PŞ-nin sahə müvəkkili Şahid4 göstərmişdir ki, o Təqsirləndirilən şəxs saxlandığı ərazinin sahə müvəkkilidir. Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsi və dövriyyəsi ilə məşğul olmasından məlumatı olmuşdur. Hadisə günü əvvəlcə Rəşad Allahverdiyevi saxlamışlar. Rəşad Allahverdiyevin üzərindən narkotik vasitə çıxmış və o, narkotik vasitəni Tərlan adlı şəxsdən aldığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs saxlanması üçün əməliyyat qrupu yaradılmışdır. Təqsirləndirilən şəxs evinin qarşısında velosipeddə saxlamışlar. Onlar Tərlanı saxlayan zaman sonuncu üzərində olan 1 ədəd sellofan bükümü kənara atmışdır. Onun atdığı büküm tərəflərindən götürülmüş və Təqsirləndirilən şəxs bölməyə gətirilmişlər. Təqsirləndirilən şəxs bölmədə ərizə yazaraq evində də narkotik vasitə olduğunu bildirmişdir. Daha sonra Tərlanın evinə yollanaraq oraya baxış keçirilmiş və evindən döşəyinin altında sellofan bükümdə narkotik vasitələr aşkar edilərək götürülmüşdür. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid4 bildirdi ki, o həm Rəşad Allahverdiyev, həm də Təqsirləndirilən şəxslə bağlı bütün əməliyyat tədbirlərində iştirak etmişdir. Təqsirləndirilən şəxs üzərindən atdığı bir ədəd bükümdə metamfetamin olmuşdur. Təqsirləndirilən şəxs evindən 3 büküm narkotik vasitə aşkar edilmişdir. Rəşad Allahverdiyev günün ikinci yarısı saxlanılmışdır. Təqsirləndirilən şəxs saxlanılarkən tək olmuşdur. Tərəflərindən Təqsirləndirilən şəxs qarşı fiziki təsir və təzyiq olmamışdır. Təqsirləndirilən şəxs üzərinə baxış istintaq hərəkətində iştirak etmişdir. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən o, narkotik vasitəni könüllü təqdim etmişdir. Şahid4 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq edilmiş ifadəsindən görünür ki, xx.xx.2023-cü il tarixdə X4 narkotik vasitələri istifadə etməsi və üzərində gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı rəhbərliyə raportla müraciət etmişlər və həmin şəxsin ətrafında əməliyyat-axtarış tədbirləri keçirilməsi barədə qərar qəbul olunmuşdur. Həmin qərar əsasında xx.xx.2023-cü il tarixdə saat 15:00-da Rəşad adlı şəxsi xarici əlamətlərinə uyğun şəxsə Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Zulkadayev küçəsində yaxınlaşıb narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu və üzərində şəxsi axtarış keçirilməsi üçün şöbəyə dəvət etmişlər. Müəyyən olunmuşdur ki, həmin şəxs 12 yanvar 1986-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 5 ünvanında yaşayan X6r. Rəşad Allahverdiyev şöbəyə getməyə heç bir etiraz etməmiş və birlikdə 1- ci PŞ-nə getmişlər. Orada hüquq və vəzifələri izah olunduqdan sonra Rəşad Allahverdiyevə üzərində videoçəkiliş ilə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Rəşad Allahverdiyev heç bir etirazının olmadığını bildirmişdir. Şəxsi axtarış zamanı əvvəlcə Rəşad Allahverdiyeva təklif olunmuşdur ki, üzərində narkotik vasitə və ya digər qanunsuz maddə varsa təqdim etsin. Rəşad Allahverdiyev əynində olan qara rəngli idman şalvarının sol yan cibindən 1 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş maddəni təqdim edib narkotik vasitə heroin olduğunu bildirmişdir. Həmin 01 ədəd bükümdə olan heroini xx.xx.2023-cü il tarixdə səhər saatlarında Mərdəkan qəsəbəsində yaşayan dayısı oğlu Tərlandan şəxsi istifadəsi üçün aldığını, həmin heroini dayısı oğlu Tərlan ona pay olaraq verdiyini bildirmişdir. Həmin büküm açıldıqda narkotik vasitə heroin bənzər maddə aşkar olunmuşdur. Rəşad Allahverdiyev üzərindən aşkar olunmuş 1 ədəd büküm zərfə qoyularaq möhürlənmiş və üzərində imza edilmişdir. Bu barədə protokol tərtib olunmuş və iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. (cild 1, iş vərəqə 145-147) Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə iclasında elan edildikdən sonra verilən əlavə suallara cavab olaraq bildirmişdir ki, ibtidai istintaq zamanı Rəşad Allahverdiyevlə bağlı verdiyi ifadəsini təsdiq edir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Xəzər RPİ-nin 1-ci PŞ-nin əməliyyat müvəkkili Şahid2 göstərmişdir ki, 24 avqust 2023-cü il tarixdə polis əməkdaşları Rəşad adlı şəxsi saxlayaraq Şöbəyə gətirmişlər. Rəşad Allahverdiyevin üzərinə şəxsi axtarış keçirilən zaman narkotik vasitə aşkar edilmiş və sonuncu narkotik vasitəni Təqsirləndirilən şəxs pay aldığını bildirmişdir. Həmin gün əməliyyat qrupu yaradılmış və Təqsirləndirilən şəxs evinə yaxınlaşaraq evinə baxış keçirmişlər. Təqsirləndirilən şəxs evinin yataq otağında döşəyin altında 3 bükümdə narkotik vasitə aşkar edilmişdir. Bükümlərdən birində metamfetamin, digər ikisində isə heroin olmuşdur. Daha sonra Təqsirləndirilən şəxs şöbəyə gətirilmiş və üzərinə baxış keçirilən zamanı sağ cibindən ağ şəffaf sellofan təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi sellofanın içində 02 ədəd büküm olmuşdur. Bükümlərdən birinin içində metamfetamin, digərində isə heroin olduğu aşkar edilmişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid2 bildirdi ki, Təqsirləndirilən şəxs barədə təhqiqat tapşırığı ilə əməliyyat keçirilmişdir. O, yalnız Təqsirləndirilən şəxs barədə əməliyyat tədbirində iştirak etmişdir. Təqsirləndirilən şəxs evinə günün ikinci yarısı getmişlər. Baxış keçirdikləri ev T.Rüstəmov 136 ünvanında yerləşirmiş. Təqsirləndirilən şəxs evindən sellofanın içində metamfetamin və heroin aşkar olunmuşdur. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman balaca şəffaf sellofanın içində iki ədəd bükümdə metamfetamin və heroin aşkar edilmişdir. Tərəflərindən Təqsirləndirilən şəxs qarşı fiziki və psixi təsir olmamışdır. Onlar Tərlanın evinə yaxınlaşanda, Tərlan, qapının ağzında durmuşdur. Tərlan onlara qarşı heç bir müqavimət göstərməmişdir. Onlar Tərlana yaxınlaşan zaman sonuncunun üzərindən nəsə atdığını görməmişdir. Şəxsin üzərinə baxış polis bölməsində həyata keçirilmişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də ittiham və müdafiə tərəfinin təqdim etdikləri sübut növləri kimi mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə tədqiq edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: Cinayət işi materiallarından digər cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində cinayət işi materiallarından Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi ayrılaraq ayrıca icraata qəbul olunmuşdur. (cild 1, iş vərəqə 1) xx.xx.2023-cü il tarixli “cinayət işi başlamaq və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. (Cild 1, iş vərəqə 2) xx.xx.2023-cü il tarixli raportdan görünür ki, xx.xx.1986-cı il təvəllüdlü, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, R.Qasımov küçəsi, ev 3, mənzil 6-da qeydiyyatda olan X4 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. (cild 1, iş vərəqə 5) xx.xx.2023-cü il tarixli əməliyyat qrupunun yaradılması barədə qərardan görünür ki, X4 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında əməliyyat qrupu yaradılmışdır. (cild 1, iş vərəqə 6) xx.xx.2023-cü il tarixli əməliyyat axtarış tədbirinin həyata keçirilməsinə dair qərardan görünür ki, X4 barəsində daxil olmuş məlumatın yoxlanılması məqsədi ilə əməliyyat qrupu yaradılmış, onun ətrafında əməliyyat-axtarış tədbirləri həyata keçirilmişdir. (cild 1, iş vərəqə 7) xx.xx.2023-cü il tarixli raportdan görünür ki, X7 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar xx.xx.2023-cü il tarixdə, saat 15:00 radələrində Mərdəkan qəsəbəsində saxlanılaraq Xəzər RPİ-nin 1-ci PŞ-nə gətirilmişdir. (cild 1, iş vərəqə 11) “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli qərar və protokoldan görünür ki, X7 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə şübhə yarandığından həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (Cild 1, iş vərəqə 12, 21) “Şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2023-cü il tarixli qərar və protokoldan görünür ki, şəxsi axtarış zamanı X5 üzərində hər hansı qanunsuz əşya və ya maddə olub-olmaması, olduğu halda onları təqdim etməsi təklif edilmişdir. Bundan sonra X7 əynində olan qara rəngli idman şalvarın sol yan cibindən çıxartdığı 1 ədəd siqaretin gümüşü kağızına bükülmüş, içərisində olan qəhvəyi rəngli spesifik iyə malik, narkotik vasitə olan heroinə bənzər kütləni təqdim edərək həmin kütlənin heroin olduğunu, xx.xx.2023-cü il tarixdə həmin narkotik vasitəni Mərdəkan qəsəbəsi, Zülkadayev küçəsində yaşayan dayısı oğlu Tərlan adlı şəxsdən aldığını bildirmişdir. Aşkar edilmiş bükümə baxış keçirilən zaman həmin bükümün içərisində şəffaf rəngli sellofanda qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə olan heroinə bənzər kütlənin olması müəyyən edilmişdir. Bundan sonra X3 üzərinə şəxsi axtarış keçirilməsinə qarşı hər hansı bir etirazının olub-olmaması soruşulmuşdur. X7 buna heç bir etirazının olmadığını bildirmişdir. Buna görə də X4 üzərinə baxış keçirilmiş, baxış zamanı Rəşad Allahverdiyevin üzərində dövriyyəsi, gəzdirilməsi və saxlanılması qadağan edilmiş başqa hər hansı bir əşya və ya qanunsuz hər hansı bir maddə aşkar olunmamışdır. Aşkar edilmiş heroinə bənzər kütlə zərfə qoyularaq qablaşdırılmışdır. (Cild 1, iş vərəqə 29, 30-31) xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Rafael Cəfərov küçəsi ev 36 ünvanında polis əməkdaşları tərəfindən axtarış aparılmasına etiraz etməmişdir. (Cild 1, iş vərəqə 42) Təxirəsalınmaz qaydada yaşayış yerinə baxış, axtarış və götürmə aparılması haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanında baxış, axtarış və götürmə aparılması qərara alınmışdır. (cild 1, iş vərəqə 43) Təxirəsalınmaz qaydada axtarış və götürmə keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanında axtarış aparılmış, axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs özünə məxsus qeyd edilən ünvanda axtarış və götürülmə aparılmasına etiraz etməmişdir. Daha sonra Təqsirləndirilən şəxs bildirmişdir ki, kakos və şüşə deyilən narkotik vasitələri könüllü şəkildə təqdim edə bilər. Bundan sonra Təqsirləndirilən şəxs evə daxil olmuş, evin yataq otağında çarpayının üzərində olan döşəyin altında olan 03 ədəd sellofan torbanı təqdim edib, içərisində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Həmin sellofan torbalar açıldıqda içərisində 01 ədəd sellofanda metamfetaminə bənzər maddə, 02 ədəd sellofan torbada isə heroinə bənzər madə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs evində başqa narkotik vasitə olmadığını və həmin narkotik vasitəni və psixotrop maddəni şəxsi istifadəsi üçün İran vətəndaşından aldığını bildirmişdir. Evdə axtarış zamanı digər qanunsuz maddə predmet aşkar olunmamışdır. Aşkar olunmuş 03 ədəd sellofan torba qablaşdırılaraq götürülmüşdür. (cild 1, iş vərəqə 44-46) “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə şübhə yarandığından həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (Cild 1, iş vərəqə 47, 57) Şəxsi axtarış, baxış və götürmə aparılması haqqında xx.xx.2023-cü il tarixli qərar və protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmamışdan əvvəl barəsində şəxsi axtarış və götürmə aparılmalı olan şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edilərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs özü könüllü olaraq, əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofan bükülünü çıxarıb təqdim edərək, həmin bükülünün içərisində “kokos” adlanan narkotik vasitə heroin və şüşə adlandırdığı psixotrop maddə metamfetamin olduğunu, təxminən 15 gün əvvəl İran İslam Respublikası vətəndaşından şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd şəffaf sellofan bükülü açıldıqda həmin bükülünün içərisindən aşkar olunmuş 02 ədəd büküm açıldıqda biri qəhvəyi rəngli, toz şəkilli, spesifik qoxuya malik narkotik vasitə heroinə bənzər maddə, digərindən isə metamfetaminə bənzər maddə aşkar edilmişdir. Aşkar olunmuş bir ədəd sellofan bükülüdəki narkotik vasitə heroinə bənzər maddə və metamfetaminə bənzər maddələr cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan qablaşdırılıb götürülmüşdür. Təqsirləndirilən şəxs üzərində aparılan əlavə axtarış zamanı üzərindən hər hansı bir qanunsuz əşya və ya predmet aşkar edilmədi. (cild 1, iş vərəqə 65, 67-68) Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli 6/4543 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Allahverdiyev ...» sözləri yazılmış zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 4,285 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş «Azərbaycan Respublmkası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin» siyahısına daxildir. QEYD: Heroinin təmiz çəkisi 4,285 qram, tədqiqata sərf edildi 0,050 qram, qalıq 4,235 qram. (cild 1, iş vərəqə 77-80) Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli 6/4542 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində « vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...» sözləri yazılmış zərfdəki bir ədəd bükümdə 0,530 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir, bir ədəd bükümdə təmiz çəkisi 5,804 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, üzərində «... vət. Təqsirləndirilən şəxs evindən aşkar olunmuş...» sözləri yazılmış kağız yapışdırılmış polietilen bağlamadakı bir ədəd bükümdə təmiz çəkisi 94,440 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə -metamfetamindir, 2 ədəd içərisində maddə qalıqları olan sellofan torbada ayrı-ayrılıqda təmiz çəkiləri 2,573 qr., 0,180 qr., ümumi təmiz çəkisi 2,753 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir. Zərfdəki və bağlamadakı psixotrop maddə metamfetaminlər kimyəvi komponent tərkiblərinə görə eynidirlər. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş «Azərbaycan Respublmkası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin» siyahısına daxildir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş «Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin» siyahısına daxildir.QEYD: heroinin ümumi təmiz çəkisi 8,557 qram, tədqiqata sərf edildi 0,100 qram, qalıq 8,475 qram. Metamfetaminin ümumi təmiz çəkisi 94,970 qram, tədqiqata sərf edildi 0,100 qram, qalıq 94,870 qram. (cild 1, iş vərəqə 81-87) Cinayət əməlinin tövsif edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan gönür ki, X4 əməli Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddələrindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilmişdir. (cild 1, iş vərəqə 98) Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə X7 Azərbaycan Respublikası CM-nin 234.1-1ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmişdir. (cild 1, iş vərəqə 99-100) Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmişdir. (cild 1, iş vərəqə 112-113 Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardan görünür ki, X7 barəsində 04 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. (cild 1, iş vərəqə 130-133) Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(003)-525/2023 saylı qərardan görünür ki, Xəzər Rayon Məhkəməsinin icraatında olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilmişdir. (cild 1, iş vərəqə 134-136) Diskə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Xəzər RPİ-nin 1-ci PB-nin təhqiqatçısı Bəşir Bəşirli şahidlərin iştirakı ilə, həmçinin vəkil İbad Mürvətovun iştirakı ilə Rəşad Allahverdiyevin üzərinə xidməti otaqda şəxsi axtarış keçirilir, Rəşad Allahverdiyevə hüquq və vəzifələri izah edildikdən sonra videoçəkilişin aparılması barədə bildirilir. Rəşad Allahverdiyev heç bir etiraz etmədiyini bildirdikdə üzərində hər hansı qanunsuz əşyanın olub-olmaması soruşulur. Bu təklifdən sonra Rəşad Allahverdiyev əynində olan qara rəngli idman şalvarının sol yan cibindən 1 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş maddəni təqdim edib narkotik vasitə heoin olduğunu bildirdi. Həmin 01 ədəd bükümdə olan heroini xx.xx.2023-cü il tarixdə səhər saatlarında Mərdəkan qqəsəbəsində yaşayan dayısı oğlu Tərlandan şəxsi istifadəsi üçün aldığını, həmin heroini dayısı oğlu Tərlan ona pay olaraq verdiyini bildirmişdir. Həmin büküm açıldıqda narkotik vasitə heroinə bənzər maddə aşkar edildi. Rəşad Allahverdiyevin üzərindən aşkar olunmuş 1 ədəd büküm zərfə qoyularaq möhürləndi və üzərində imza edildi. (cild 1, iş vərəqə 160) Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 8000 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində asılılıq sindromu narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (cild 1, iş vərəqə 186) Diskə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, müstəntiq R.İsmayılov şahidlərin iştirakı ilə, Təqsirləndirilən şəxs yaşadığı evdə axtarış keçirilir, Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunduqdan sonra videoşəkiliş aparılması barədə bildirilir. Təqsirləndirilən şəxs heç bir etiraz etmədiyini bildirdikdə evində narkotik vasitə və psixotrop maddə olduğunu bildirir və özü yerini göstərə biləcəyini deyir. Axtarış zamanı Təqsirləndirilən şəxs evində yataq otağında olan çarpayının üzərində olan döşəyin altından 03 ədəd polietilen torbanı götürüb təqdim edib içərisində psixotrop maddə metamfetamin və narkotik vasitə heroin olduğunu bildirir. Həmin sellofan torba aşıldıqda içərisində 01 ədəd torbada metamfetaminə bənzər maddə,02 ədəd sellofan torbada isə heroinə bənzər maddə aşkar olunur. Təqsirləndirilən şəxs evində başqa narkotik vasitə olmadığını bildirir. Aşkar olunmuş 03 ədəd sellofan torba zərfə qoyularaq möhürlənir və üzərinə imza edilir. Bundan başqa R.İsmayılov tərəfindən şahidlərin iştirakı ilə, həmçinin vəkil Fərman Cəfərovun iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə xidməti otaqda şəxsi axtarış keçirilir, Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunduqdan sonra videoçəkilişin aparılması barədə bildirilir. Təqsirləndirilən şəxs heç bir etiraz etmədiyini bildirdikdə üzərində hər hansı qanusuz əşyanın olub-olmaması soruşulur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd şəffaf sellofan bükümü təqdim edib narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu bildirir. Həmin 01 ədəd şəffaf sellofan büküm açıldıqda içərisində 02 ədəd bükümün biri qəhvəyi rəngli, tozşəkilli, spesifik qoxuya malik narkotik vasitə heroinə bənzər, digər bükümdə isə psixotrop maddə metamfetaminə bənzər maddə olması aşkar edilir. Həmin 02 ədəd bükümdə olan həmçinin evindən aşkar olunan heeroin və metamfetamini 15 gün əvvəl İran vətəndaşı kimi bildiyi lakin tanımadığı şəxsdən şəxsi istifadəsi üçün aldığını, həmin günü heroindən 5 qramını şəxsi istifadəsi üçün bibisi oğlu Rəşad Allahverdiyevə pay olaraq verdiyini bildirir. Həmin 02 ədəd bükümlər zərfə qoyularaq möhürlənir və üzərində imza edilir. (cild 1,iş vərəqə 194-195) DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Əzizbəyov Rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək psixonevroloji məcburi müalicə olunmaqla 01 il 06 ay azadıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 76-cı maddəsi ilə 04 ay 16 gün vaxtından əvvəl şərti azad edilmiş, Bakı Şəhəri Əzizbəyov Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci mddəsi ilə 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Əzizbəyov Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 04 (dörd) il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarxli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Şəhər Xəzər Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 03 ay azalıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2016-cı ildə cəzasının sonu ilə azad olunmuş, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2018-ci il tarixdə Nizami Rayon Məhkəməsinin qərarı ilə 05 ay 16 gün vaxtından əvvəl şərti azad olunmuş, xx.xx.2019-cu il tarixdə cəza müddəti başa çatdığından qeydiyyatdan çıxarılmış, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2019cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 17 dekabr 2020-ci ildə cəzasının sonu ilə azad edilmiş, Xəzər RPİ-nin İŞ-nin icraatında Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə olan ********* saylı materiala xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən xitam verilmişdir. (cild 1, iş vərəqə 196-199) Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-ci il tarixli hökmdən görünür ki, Təqsirləndirilən şəxs Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli 6/6394 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 № li paketdəki üzərində imza Allahverdiyev sözləri olan bir ədəd zərfin içərisində bir ədəd bükümdə təmiz çəkisi 4,235 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroinlə 2 №li paketdəki üzərində Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 5,764 qram olan və üzərində vət.Təqsirləndirilən şəxs evindən aşkar olunmuş .. sözləri yazılmış kağız yapışdırılmış polietilen bağlamadakı 2 ədəd içərisində maddə qalıqları olan sellofan torbada ümumi təmiz çəkisi 2,693 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroinlər kimyəvi komponent tərkiblərinə görə eynidirlər. QEYD:1№li kağız paketdəki heroinin təmiz çəkisi 4,235 qram, tədqiqta sərf edildi 0.050 qram, qalıq 4,185 qram. 2№li paketdəki heroinin təmiz çəkisi 8,457 qram, tədqiqata sərf edildi 0,100 qram, qalıq 8,357 qram. (cild 1, iş vərəqə 202-206) Sübutların qiymətləndirilməsi haqqında 20 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Gülbaala oğluna Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham dəyişdirilmədən saxlanılmış, həbsdə olması nəzərə alınmış, Təqsirləndirilən şəxs külli kiqdarda narkotik vasitə və psixotrop maddələri əldə etdiyi mənbə barəsində Cinayət işi materiallarından Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi ayrılaraq ayrıca icraata qəbul olunmuş, iş üzrə videogörüntü olan 01 ədəd dvd disk, 12,842 qram heroin, 94,970 qram metamfetamin maddi sübut kimi tanınmış, disk iş materiallarına əlavə olunmuş, qalıq 4,185 qram heroin, 8,357 qram heroin, 94,870 qram metamfetamin Xəzər RPİ-nin saxlanc anbarına təhvil verilmiş, X4 üzərindən aşkar olunmuş narkotik vasitə olan heroini Təqsirləndirilən şəxs alması kimyəvi komponent tərkiblərinə görə eyni olduğu üçün öz təsdiqini tapması nəzərə alınmışdır. (cild 1, iş vərəqə 207-213) Cinayət işi materiallarından digər cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında 20 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə və psixotrop maddələri əldə etdiyi mənbə barəsində cinayət işi materiallarından Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ********** nömrəli cinayət işi ayrılaraq ayrıca icraata qəbul edilmişdir. (cild 1, iş vərəqə 214) Bakı Şəhəri Xəzər Rayon Polis İdarəsinin xx.xx.2024-cü il tarili, 3-13-45/2-18028/24 saylı məktubdan görünür ki, Xəzər RPİ-nin 1-ci PŞ-nin sabiq CA üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid5 xx.xx.2024-cü il tarixdə Xəzər rayonu, Şüvəlan qəsəbəsi ərazisində baş vermiş silahlı insident zamanı həlak olmuşdur. Cinayət işinin materiallarında olan AZ İİ №542350 saylı doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.2010-cu il tarixdə anadan olmuş X11 adlı uşağın atası Təqsirləndirilən şəxsdur. Əməlin tövsifi və digər hüquqi məsələlər: Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəsifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermişdir. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Məhkəmədə təqsirləndirilən şəxs məhkəmə iclaslarında dindirilərkən xx.xx.2023-cü il tarixdə saat 16-da evdən çıxanda polis əməkdaşlarının qapıda ona yaxınlaşaraq saxlayıb bölməyə gətirdiklərini, onun üzərində və evində heç bir narkotik vasitə və ya psixotrop maddə olmadığını, üzərindən və evindən aşkar olunmuş narkotik vasitələri və psixotrop maddələrin polislər tərəfindən qoyulduğunu, narkotik vasitələrin satışı ilə məşğul olmadığını, həmçinin qohumu Rəşada narkotik vasitəni pay vermədiyini, bibisi oğlu Rəşad Allahverdiyevin üzərindən narkotik vasitə aşkar edildiyini, polislər tərəfindən Rəşadın dişini sındıraraq narkotik vasitəni məhz ondan aldığını bildirməsi üçün Rəşada təzyiqlər edildiyini, polislər onu saxlayanda küçədə vurduqlarını, polislər tərəfindən polis şöbəsinə aparılarkən yolda qolunu qandallayaraq burduqlarını, tutulan zaman polislər tərəfindən ona psixi təzyiqlər olunduğunu bildirmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarına əsasən, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibətini öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir.Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin qərarından görünür ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən şəxsin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.” Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olubolmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərdiyi həmin xüsusatın araşdırılması üçün müvafiq dövlət orqanlarına sorğu vermiş və cavabları alınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Belə ki, məhkəmə Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı fiziki, psixi və ya sair zorakılığa, işgəncəyə və sair qeyri-qanuni rəftara məruz qalıb-qalmaması ilə bağlı araşdırma aparılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına sorğu ünvanlamış, təcridxanadan daxil olmuş xx.xx.2024-cü il tarixli 20-12/246 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə 3 saylı istintaq təcridxanasının TSH-da təlimata uyğun olaraq tibbi müayinədən keçirilmişdir. Sorğu zamanı həbs edilmiş şəxs zədə aldığını bildirmişdir. Baxış zamanı bədən səthində xəsarət aşkar edilməmişdir. Bundan başqa Xəzər Rayon Polis İdarəsinə sorğu ünvanlamış Xəzər Rayon Polis İdarəsinin xx.xx.2024-cü il tarixli 3-13-45/2-10348/2024 nömrəli məktubuna əlavə edilmiş xx.xx.2023-cü il tarixli aktdan, tibbi və uçot qeydiyyat məlumatlarından görünür ki, Təqsirləndirilən şəxs bədənin arxa tərəfində yara var, sol dirsək nahiyəsində və baş nahiyəsində sıyrıqlar aşkar edilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, şəxsin üzərində hansısa zədə və ya xəsarətlərin olması heç də bütün hallarda ona zor tətbiqini və işgəncə verilməsini ehtiva edə bilməz. Nəzərə alınmalıdır ki, saxlanılan şəxs tutularkən, nəqliyyat vasitəsinə mindirilərkən, bir yerdən digər yerə daşınarkən, yəni, istənilən möhkəm səthə malik əşyalarla təmasda olarkən bədən səthinin müxtəlif nahiyələrində xırda xəsarətlərin, qançır və sıyrıqların yaranması istisna olunmur. Ona görə də, məhz polislər tərəfindən Təqsirləndirilən şəxs zor tətbiq olunması məntiqli görünmür. Bundan başqa məhkəmə baxışı zamanı dindirilmiş şahidlər ifadələrində təxminən 2023-cü ilin avqust ayının sonlarında Təqsirləndirilən şəxs qohumu Rəşad Allahverdiyev barədə əməliyyat məlumatı daxil olduğunu, “əməliyyat axtarış tədbiri keçirilməsi barədə” qərar qəbul edildiyini, Rəşad Allahverdiyev tərəflərindən saxlanılaraq 1-ci Polis Şöbəsinə gətirildiyini, X8rkən vəkilin iştirakı ilə könüllü şəkildə üzərində olan narkotik vasitəni təhqiqatçıya təqdim etdiyini, Rəşad Allahverdiyevin həmin narkotik vasitələri öz yaxın qohumu Təqsirləndirilən şəxs ona pay verdiyini bildirdiyini, daha sonra yeni əməliyyat qrupu yaradıldığını, Təqsirləndirilən şəxs evinin yaxınlığında saxladıqlarını, Təqsirləndirilən şəxs yaşadığı evdə axtarış aparılması ilə bağlı qərarla edildiyini, Təqsirləndirilən şəxs evə baxış keçirilməsinə etiraz etmədiyini, bunula bağlı ərizə alındığını, evə baxış keçirildiyini, baxış zamanı Təqsirləndirilən şəxs könüllü şəkildə 3 büküm narkotik vasitələri təqdim etdiyini, evə baxış keçirildikdən sonra Təqsirləndirilən şəxs şöbəyə gətirilərək vəkilin iştirakı ilə üzərinə baxış keçirildiyini, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs könüllü şəkildə üzərində olan qəhvəyi rəngli heroinə bənzər narkotik vasitəni və metamfetamini təqdim etdiyini, Təqsirləndirilən şəxs ilkin dindirmə zamanı Rəşad Allahverdiyevə narkotik vasitə verdiyini özünün dediyini, Təqsirləndirilən şəxs qarşı fiziki və psixi təsir və təzyiq olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dindirilərkən yaşadığı evdən və üzərindən aşkar olunmuş narkotik vasitənin və psixotrop maddələrin polislər tərəfindən qoyulduğunu, həmçinin qohumu Rəşad Allahverdiyevə narkotik vasitə pay vermədiyini bildirmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsi və götürmə aparılmasını özündə əks etdirən diskə məhkəmə tərəfindən baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs yaşadığı evdə axtarış keçirilir, Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunduqdan sonra videoçəkiliş aparılması barədə bildirilir. Təqsirləndirilən şəxs heç bir etiraz etmədiyini bildirdikdə evində narkotik vasitə və psixotrop maddə olduğunu bildirir və özü yerini göstərə biləcəyini deyir. Axtarış zamanı Təqsirləndirilən şəxs evində yataq otağında olan çarpayının üzərində olan döşəyin altından 03 ədəd polietilen torbanı götürüb təqdim edib içərisində psixotrop maddə metamfetamin və narkotik vasitə heroin olduğunu bildirir. Həmin sellofan torba açıldıqda içərisində 01 ədəd torbada metamfetaminə bənzər maddə, 02 ədəd sellofan torbada isə heroinə bənzər maddə aşkar olunur. Təqsirləndirilən şəxs evində başqa narkotik vasitə olmadığını bildirir. Aşkar olunmuş 03 ədəd sellofan torba zərfə qoyularaq möhürlənir və üzərinə imza edilir. Bundan başqa Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılması görüntüsünə məhkəmə tərəfindən baxış keçirilmiş və baxış zaman müəyyən edilmişdir ki, vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə xidməti otaqda şəxsi axtarış keçirilir, Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunduqdan sonra videoçəkilişin aparılması barədə bildirilir. Təqsirləndirilən şəxs heç bir etiraz etmədiyini bildirdikdə üzərində hər hansı qanusuz əşyanın olub-olmaması soruşulur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd şəffaf sellofan bükümü təqdim edib narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu bildirir. Həmin 01 ədəd şəffaf sellofan büküm açıldıqda içərisində 02 ədəd bükümün biri qəhvəyi rəngli, tozşəkilli, spesifik qoxuya malik narkotik vasitə heroinə bənzər, digər bükümdə isə psixotrop maddə metamfetaminə bənzər maddə olması aşkar edilir. Həmin 02 ədəd bükümdə olan həmçinin evindən aşkar olunan heroin və metamfetamini 15 gün əvvəl İran vətəndaşı kimi bildiyi lakin tanımadığı şəxsdən şəxsi istifadəsi üçün aldığını, həmin günü heroindən 5 qramını şəxsi istifadəsi üçün bibisi oğlu Rəşad Allahverdiyevə pay olaraq verdiyini bildirir. Həmin 02 ədəd bükümlər zərfə qoyularaq möhürlənir və üzərində imza edilir. Bundan başqa X4 üzərinə şəxsi axtarış aparılması görüntüsünə məhkəmə tərəfindən baxış keçirilmiş və baxış zaman müəyyən edilmişdir ki, Rəşad Allahverdiyevə hüquq və vəzifələri izah edildikdən sonra videoçəkilişin aparılması barədə bildirilir. Rəşad Allahverdiyev heç bir etiraz etmədiyini bildirdikdə üzərində hər hansı qanunsuz əşyanın olub-olmaması soruşulur. Bu təklifdən sonra Rəşad Allahverdiyev əynində olan qara rəngli idman şalvarının sol yan cibindən 1 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş maddəni təqdim edib narkotik vasitə heoin olduğunu bildirdi. Həmin 01 ədəd bükümdə olan heroini xx.xx.2023-cü il tarixdə səhər saatlarında Mərdəkan qəsəbəsində yaşayan dayısı oğlu Tərlandan şəxsi istifadəsi üçün aldığını, həmin heroini dayısı oğlu Tərlanın ona pay olaraq verdiyini bildirir. Həmin büküm açıldıqda narkotik vasitə heroinə bənzər maddə aşkar edilir. Rəşad Allahverdiyevin üzərindən aşkar olunmuş 1 ədəd büküm zərfə qoyularaq möhürlənir və üzərində imza edilir. Bundan başqa məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli 6/6394 saylı rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs evindən və üzərindən aşkar edilmiş narkotik vasitə heroinlə Rəşad Allahverdiyevin üzərindən aşkar edilmiş narkotik vasitə heroin kimyəvi komponent tərkiblərinə görə eynidirlər. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə edib saxlayaraq daşımasına görə ittiham irəli sürülmüşdür. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qeyd olunan Plenum qərarının 14-cü bəndinin 2-ci abzasına əsasən, bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs ittihamı mübahisələndirdiyi hissədəki ifadələrini, habelə evindən və üzərindən aşkar edilərək götürülmüş külli miqdarda narkotik vasitə və psixotrop maddələrin polis əməkdaşları tərəfindən onun evinə və üzərinə qoyulması, həmçinin Rəşad Allahverdiyevə pay olaraq narkotik vasitə və psixotrop maddə vermədiyi barədə məhkəmə iclaslarında verdiyi bu kimi ifadələrini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Onun öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla - işin faktiki halları cinayət işinin materialları, şahidlərin ifadələri, onun üzərinə “şəxsi axtarış və götürmə aparılması haqqında” protokol, “təxirəsalınmaz qaydada axtarış və götürmə keçirilməsi haqqında” protokol, həmçinin Rəşad Allahverdiyevin üzərinə “şəxsi axtarış və götürmə aparılması haqqında” protokol, ekspert rəyləri və iş üzrə toplanmış digər sübutların məcmusu ilə tam təkzib olunur. Məhz həmin sübutların məcmusu Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törətməsinin təsdiqini tapması ilə bağlı tərəddüdsüz yekun qənaətə gəlməyə tam əsas verir. Məhkəmə təqsirləndirilən şəxsin əməlinə yekun hüquqi qiymət verərkən məhz onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsini əsas götürür. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin evindən 03 ədəd sellofan torbada ayrı-ayrılıqda təmiz çəkiləri 0,180 qram və 2,573 qram kimyəvi komponent tərkiblərinə görə eyni olan narkotik vasitə heroin, 94,440 qram külli miqdarda psixotrop maddə metamfetamin, üzərindən 01 ədəd sellofanda kimyəvi komponent tərkiblərinə görə eyni olan 02 ədəd bükümdə təmiz çəkisi 0,530 qram psixotrop maddə metamfetamin və 5,804 qram narkotik vasitə narkotik vasitə heroinin aşkar edilməsi, həmçinin aşkar edilərək götürülmüş narkotik vasitə və psixotrop maddənin külli miqdarda olması, həmçinin, onun ibtidai istintaq zamanı eyniməzmunlu ifadə verməsini və təqsirsini etiraf etməsi işin mübahisəsiz hallarıdır. Məhkəmə, Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə, həmçinin, təxirəsalınmaz qaydada axtarış və götürmə keçirilməsi istintaq hərəkəti zamanı təqdim etdiyi narkotik vasitələrin və psixotrop maddələrin birdəfəlik istifadə üçün nəzərdə tutulan şəxsi istehlak miqdarından dəfələrlə çox olmasına, narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə etməsinə dair cinayət təqibi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini həll etmişdir. Məhkəmə belə qənaətə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə düzgün tövsif edilmiş, onun həmin cinayət əməlini törətməsi və əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər: “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarından görünür ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinməklə həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasına görə, həmin əməli törətmiş şəxs beş ildən on iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Cəza təyin edərkən məhkəmə Təqsirləndirilən şəxs himayəsində 01 (bir) nəfər yetkinlik yaşına çatamayan uşağının olmasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, əvvəllər də narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar anoloji cinayətlər törətməsini, ondan aşkar edilmiş narkotik vasitə və psixotrop maddənin növünü, həmçinin, çəkisini, iş üzrə cəzasını yüngülləşdirən halı, iş üzrə cəzasını ağırlaşdıran halların müəyyən edilməməsini, eləcə də işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Cinayətlərin təsnifatına görə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum edilmiş şəxslərin cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(003)-61/2024 nömrəli hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci il maddəsi ilə təqsirli bilinərək, 10 (on) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 17 mart 2023-cü il tarixdən, 18 mart 2023-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldıği 02 (iki) gün müddət çıxılaraq üzərində 09 (doqquz) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Göründüyü kimi, hazırki cinayət işi üzrə irəli sürülmüş ittiham birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş cinayətlə bağlıdır. Ona görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə cəza təyini məsələsini həll edərkən Cinayət Məcəlləsinin 66.5-ci maddəsi üzrə cinayətlərin məcmusu qaydasında cəza təyin edilməli, həmçinin cəza təyin edərkən Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbləri mütləq nəzərə alınmalıdır. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə azadlığı faktiki olaraq məhdudlaşdırılmaqla, şübhəli şəxs qismində saxlanılmış, xx.xx.2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, Xəzər Rayon Məhkəməsinin icraatında olan cinyət işi üzrə barəsində axtarış elan edilməklə həbs qətimkan tədbiri seçilməsi nəzərə alınmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs bugünədək davamlı olaraq həbsdə saxlanılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan (barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir (CPM-in 147.4-cü maddəsi)), o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.6-cı maddələrinə əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı ibtidai həbs müddəti onun cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli tutulduğu gündən, yəni 24 avqust 2023-cü il tarixdən hesablanmalıdır. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 162 (bir yüz altmış iki) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Məhkəmə hesab edir ki, hazırki məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut kimi tanınaraq Xəzər rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi 4,185 qram narkotik vasitə heroin, 94,870 qram psixotrop maddə metamfetamin, 8,357 qram heroin məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə, evə baxış və X4 üzərinə şəxsi axtarış zamanı aparılmış videoçəkilişlərin yazıldığı 1 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 26-cı bəndində göstərilmişdir ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 39 №-li qərarının 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir. Belə ki, Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün, məhkəmənin qərarı ilə onun məhkəmədə hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. CPM-in 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Həmçinin CPM-in 26.3-cü maddəsinin tələbinə əsasən cinayət mühakimə icraatının aparıldığı dili bilməyən cinayət prosesi iştirakçılarının bu Məcəllənin 26.2.2-ci maddəsində göstərilən hüquqlarının təmin olunması Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli Qərarına və həmin Qərara dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 19 noyabr 2020-ci il tarixli, 452 nömrəli Qərarına görə müdafiəçinin (vəkilin) hüquqi yardımın göstərilməsi və tərcüməçinin tərcümə xidmətləri ilə ilə bağlı təqdim etdikləri hesabatlara uyğun olaraq ödənilməli məbləğ cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı əsasında dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Odur ki, məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 4 mart 2011-ci il tarixli “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 07 (yeddi) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(003)-61/2024 nömrəli hökmü ilə təyin edilmiş 10 (on) ay müddətə azadlıqdan məhrumetmə cəzası hazırkı hökmlə təyin edilmiş 07 (yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzası ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən qismən toplanılmaqla ona qəti olaraq 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəlki cinayət işi üzrə 02 (iki) gün şübhəli şəxs qismində tutulduğu müddət hazırki cinayət işi üzrə ona qəti olaraq təyin edilmiş 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın, üzərində 07 (yeddi) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra, iş üzrə maddi sübut kimi tanınaraq Xəzər rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi 4,185 qram narkotik vasitə heroin, 94,870 qram psixotrop maddə metamfetamin, 8,357 qram heroin məhv edilsin, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə, evə baxış və X4 üzərinə şəxsi axtarış zamanı aparılmış videoçəkilişlərin görüntüləri olan 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 162 (yüz altmış iki) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Cinayət işi üzrə xüsusi müsadirə edilməli digər əmlakın və mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan, (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan) 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən hakim Fəxri Məmmədov Hakimlər Anar Sadıqov Mahirə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar