Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-1361/2021 12.07.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ hakim İradə Xəlil qızı Həsənzadənin sədrliyi ilə hakimlər Əhməd Qəhrəman oğlu Quliyevdən və Azər İslah oğlu Paşayevdən ibarət tərkibdə Zülfiyyə Asif qızı Salmanzadənin katibliyi ilə dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru X3 müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili X1 iştirakı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 126.1.-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq məhkəmə müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinə 2021-ci il iyulun 01-də Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 126.1.-ci maddəsi ilə təqsirləndirilməsinə dair 1(101)–1361/2021 saylı cinayət işi daxil olmuşdur. Cinayət işi üzrə ittiham aktı 2021-ci il iyunun 30-da Sumqayıt şəhər prokuroru tərəfindən təsdiq edilərək eyni tarixli məktubla baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Həmin iş üzrə ibtidai istintaq orqanı tərəfindən tərtib edilən ittiham aktından görünür ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs 2020-ci il martın 21-də saat 01 radələrində Abşeron rayonu, Saray qəsəbəsi, Nizami küçəsində ona borca 60 manat pul vermədiyinə və bunun əsasında aralarında yaranan mübahisə zamanı onun baş nahiyəsinə daşla vurduğuna görə əlində olan mətbəx bıçağı ilə yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs qarın nahiyəsinin sol yarısına və sağ qoluna qəsdən vurub qarın nahiyəsinin sol yarısının periton boşluğuna nüfuz edərək böyük piyliyi və S-vari bağırsaq müsariqəsini yaralayan bir ədəd deşilmiş-kəsilmiş yarası ilə müşayiət olunmaqla insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmaya aid, sağ bazu nahiyəsinin yuxarı 1/3-nin bir ədəd və sağ bazu nahiyəsinin aşağı 1/3-nin bir ədəd deşilmiş-kəsilmiş yaraları həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirmişdir. Azərbaycan Respublikasının CPM-nin 29-cu maddəsinə əsasən, işin qanuni hakimin icraatından əsassız götürülməsi və ya bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla məhkəmə aidiyyətinin dəyişdirilməsi qadağandır. Azərbaycan Respublikasının CPM-nin 74-cü maddəsinin tələbinə uyğun olaraq, cinayət işinə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsində baxılır. Azərbaycan Respublikasının CPM-nin 75-ci maddəsinə görə, məhkəməyə daxil olmuş cinayət işinin həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə məhkəmə onu aidiyyəti üzrə göndərməlidir. «Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası»nın təsdiq edilməsi barədə Məhkəmə Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli qərarına əlavə edilmiş siyahının 8-1.9.-cu bəndinə müvafiq olaraq Sumqayıt şəhəri ərazisində törədilmiş ağır cinayətlərə baxılması ərazi vahidi üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin yurisdiksiyasına aiddir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 126.1.-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi baxılması üçün aidiyyəti üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının CPM-nin 174.2.-ci maddəsinə əsasən, məhkəmə ibtidai istintaqı başa çatmış işi öz icraatına qəbul etdikdən sonra məhkəməyədək icraatın gedişində tətbiq edilmiş qətimkan tədbirini öz qərarı ilə təsdiq və ləğv edir, yaxud dəyişdirir. Qanunun bu tələbi də nəzərə alınmaqla məhkəmənin həmin məsələ ilə bağlı gəldiyi qənaət isə ondan ibarətdir ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qismində qətimkan tədbiri dəyişdirilməməlidir. Məhkəmə göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının CPM-nin 74- 75-ci, 174-cü və 321-ci maddələrinin tələblərini rəhbər tutaraq qərara aldı:
1. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CMninn 126.1.-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi baxılması üçün aidiyyəti üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilsin.
2. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qismində qətimkan tədbiri dəyişdirilməsin.
3. Qərarın surətinin 3 gün müddətində cinayət prosesi tərəflərinə verilməsi və ya poçtla göndərilməsi təmin edilsin.
Sədrlik edən İradə Həsənzadə
Hakimlər Əhməd Quliyev
Azər Paşayev