Məhkəmə qərarları › İş №1(101)-1361/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1361/2024

29.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1361/2024 29.02.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmənin hakimləri Tağıyev Azər Heydər oğlunun sədrliyi, X11 və X2 ibarət tərkibdə, Bəşirli Pərvanə Böyükağa qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1992-ci il tarixdə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, ali təhsilli, işləməyən, məhkum olunmamış, Biləsuvar rayonu, Xırmandalı kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroini və psixotrop maddə olan meramfetamini əldə edərək saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı «Abbas» adlı şəxslə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında özünə məxsus ***-***-**-** və ***-***-**-** nömrələri olan «Honor» markalı mobil telefonu ilə «Whatsapp» vasitəsilə «Abbas» adlı şəxslə +**********34 saylı mobil telefon nömrəsi ilə əlaqə saxlamış və aralarındakı razılığa əsasən istintaqa məlum olmayan şəxs tərəfindən Qaradağ rayonu ərazisində xatırlamadığı ünvana qoyulmuş təmiz çəkisi 212,208 qram olan külli miqdarda narkotik vasitə heroini, təmiz çəkisi 824,558 qram olan külli miqdarda psixotrop maddə metamfetamini əldə edib saxlayaraq daşımış və sonradan həmin narkotik vasitə olan heroinin 19,345 qramını və psixotrop maddə metamfetaminin 29,558 qramını əynində olan qara rəngli şalvarının sağ yan cibinə, qalan narkotik vasitə və psixotrop maddəni isə yaşadığı evdə saxlamış, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində o, xx.xx.2023-cü il tarixdə, saat 18:25-də ünvan 4 ünvanın yaxınlığında saxlanılıb ünvan 5in 36-cı PŞ-nin inzibati binasına gətirilərək videoçəkilişdən istifadə edilməklə müdafiəçinin iştirakı ilə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli şalvarının sağ yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 19,345 qram olan külli miqdarda qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, bir ədəd bükümdə təmiz çəkisi 29,558 qram olan külli miqdarda ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, həmin şalvarının sol yan cibindən üzərində ***-***-**-** və ***-***-**-** nömrələri olan «Honor» markalı mobil telefon, özünə məxsus «Uni Bank»a aid 1 ədəd 4098 5844 6547 6917 nömrəli «Leobank» kartı, əməliyyat tədbirlərinin davamı olaraq həmin günü saat 20:50-də yaşadığı Xətai rayonu, Zığ yolu küçəsi, ev 31, mənzil 65-də videoçəkilişdən istifadə edilməklə müdafiəçinin iştirakı ilə baxış və götürmə aparılan zaman mənzilin sanitar qovşağından bir ədəd bükümdə təmiz çəkisi 795 qram olan külli miqdarda ağ rəngli kristallik hissəciklərdən ibarət kimyəvi komponent tərkiblərinə görə eyni olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, bir ədəd bükümdə təmiz çəkisi 192,863 qram olan külli miqdarda qəhvəyi rəngli kimyəvi komponent tərkiblərinə görə eyni olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd səthində narkotik vasitə heroinə məxsus izlər olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitə və psixotrop maddə istifadəçisi deyil, həmin maddələrin qanunsuz dövriyyəsi ilə də məşğul olmamışdır. Belə ki, bir neçə il əvvəl İİR-nın Təbriz şəhərində olan zaman “Abbas” adlı şəxslə tanış olmuşdur. Belə ki, Abbas onun işləmədiyini bilib ona Bakı şəhərinə narkotik vasitələr və psixotrop maddələr göndərib yerini deyəcəyini və dediyi yerdən götürüb başqa ünvana qoyduqdan sonra müəyyən məbləğdə pulu kartına yükləyəcəyini təklif etmiş, o, bu təkliflə razılaşmış və ***- ***-**-** və ***-***-**-** nömrələrini Abbasa vermişdir. Sonuncu onunla uzun müddət əlaqə saxlamasa da 2023-cü ilin avqust ayından təxminən hər iki nömrəsi ilə +**********34 saylı mobil nömrəsidən «Whatsapp» vasitəsilə əlaqə saxlamağa başlamışdır. Sonuncu ona zəng vurub kart nömrəsini istədiyindən o, «Uni Bank»a aid 4098 5844 6547 6917 nömrəli «Leobank» kartının nömrəsini göndərmişdir. Abbas bir neçə dəfə Bakı şəhərinin müxtəlif yerlərinə narkotik vasitələr qoydurmuş və dediyi yerlərdən narkotik vasitələri götürüb başqa ünvanlara çatdırdıqdan sonra əvəzində onun kartına müxtəlif məbləğlərdə pul göndərmişdir. Sonuncu dəfə 2023-cü ilin sentyabr ayının ortalarında Abbas ona zəng edərək Qaradağ rayonu ərazisində narkotik vasitə və psixotrop maddə qoydurduğunu və onları götürməsini istəmiş, o da Abbasın sözündən sonra Qaradağ rayonu, Lökbatan qəsəbsinə getmiş və həmin vaxtı zəng edib dediyi yerdən 1 ədəd sellofan torbanı götürüb kirayə yaşadığı Xətai rayonu, Zığ yolu küçəsi, ev 31, mənzil 65-ə gəlmişdir. Abbas həmin işin müqabilində ona 6000 manat verəcəyəni bildirmişdi. Həmin torbanı açdıqda orada iki bağlamada maddə və 1 ədəd elektron tərəzi olduğunu görmüş, «Abbas»la əlaqə saxlayaraq balaca bağlamada olan maddə narkotik vasitə heroin və digər iri bağlamada olan maddə isə psixotrop maddə metamfetamin, tərəzinin isə həmin maddələri çəkmək üçün olduğunu bildirmişdir. Bundan sonra xx.xx.2023-cü il tarixdə parkda oturan zaman 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq, özlərini təqdim edərək ona İranlı ilə danışmağın qadağan olduğunu demiş və onu avtomobilə otuzdurub bölməyə aparmışlar. O, həmin zaman polis əməkdaşlarına yaşadığı evdə narkotik vasitə olduğunu və onlara təqdim etmək istədiyini bildirmişdir. Bundan sonra öz razılığı ilə yaşadığı ünvana baxış keçirilmiş və evin sanitar qovşağından sellofan bağlamanı onlara təqdim etmişdir. Bağlamanın içindən bir büküm çəkildikdə 211 qram heroin və digər bükümdə isə 814 qram metamfetamin olması müəyyən edilmişdir. Həmçinin onların çəkilməsi üçün elektron tərəzi də aşkar olunmuşdur. Onları da Abbas adlı şəxsin göndərdiyini və onun dediyi kimi çəkərək ünvanlara aparıb qoyacağını və əvəzində pul alacağını bildirmişdir. Sonra həmin maddələr və elektron tərəzi zərfə qoyulub möhürlənmiş və protokol tərəfindən imzalanmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o ifadəsində göstərmişdir ki, o, bir neçə il əvvəl İİR-nın Təbriz şəhərində olan zaman «Abbas adlı şəxslə tanış olmuşdur. Belə ki, Abbas onun işləmədiyini bilib təklif etmişdir ki, Bakı şəhərinə narkotik vasitələr və psixotrop maddələr göndərib yerini deyəcək və dediyi yerdən götürüb başqa ünvana qoyduqdan sonra müəyyən məbləğdə pulu kartına yükləyəcəkdir. Lakin özü heç vaxtı narkotik vasitələrdən istifadə etməmişdir. Təklif ilə razılaşmış və ***-***-**-** və ***-***-**-** nömrələri Abbasa vermişdir. Abbas uzun müddət əlaqə saxlamasa da 2023-cü ilin avqust təxminən ayından Abbas hər iki nömrəsi ilə əlaqə saxlamağa başlamışdır. Belə ki, Abbasın bir neçə nömrəsi olsa da əsasən +**********34 saylı mobil nömrəsi ilə «Whatsapp» vasitəsilə əlaqə saxlamışdır. Abbas zəng varub kart nömrəsini istədiyindən «Uni Bank»a aid 4098 5844 6547 6917 nömrəli «Leobank» kartının nömrəsini göndərmişdir. Belə ki, Abbas bir neçə dəfə Bakı şəhərinin müxtəlif yerlərinə narkotik vasitələr qoydururmuş və dediyi yerlərdən narkotik vasitələri götürüb başqa ünvanlara çatdırdıqdan sonra əvəzində onun kartına müxtəlif məbləğlərdə pul göndərirmişdir. Sonuncu dəfə 2023-cü ilin sentyabr ayının ortalarında Abbas zəng edib bildirmişdir ki, Qaradağ rayonu ərazisində narkotik vasitə və psixotrop maddə qoydurmuş onları götürsün. Abbasın sözündən sonra Qaradağ rayonu, Lökbatan qəsəbsinə getmiş və həmin vaxtı zəng edib dediyi fikrində qalmayan yerdən 1 ədəd sellofan torbanı götürüb yaşadığı Xətai rayonu, Zığ yolu küçəsi, ev 31, mənzil 65-ə gəlmişdir. Torbanı açdıqda orada iki bağlamada maddə və 1 ədəd elektron tərəzi olduğunu görmüşdür. «Abbas» əlaqə saxlayıb bildirmişdir ki, balaca bağlamada olan maddə narkotik vasitə heroin və digər iri bağlamada olan maddə isə psixotrop maddə metamfetamindir. Tərəzinin isə həmin maddələri çəkmək üçün olduğunu bildirmişdir. xx.xx.2023-cü il tarixdə isə «Abbas» ona zəng edib bildirmişdir ki, heroindən 20 qram, metamfetamindən isə 30 qram götürüb üzərində saxlayıb dediyi yerə qoyar. Abbasın dediyi kimi edib evdən çıxıb gedən zaman saat 18.25 radələrində mülki geyimli şəxslər yaxınlaşıb polis işçisləri olduğunu bildirib, özünü təqdim etməyini xahiş etmişlər. Özünü təqdim etdikdən sonra narkotik vasitələr satmaqda şübhəli olduğunu bildirib Xətai RPİ-nin 36-cı PŞ-nə aparmışlar. Şöbənin xidməti otaqlarından birində vəkilillə təmin olunduqdan sonra üzərində axtarış və götürmə aparılmışdır. Bu zaman təklif olunmuşdur ki, üzərində qanunla qadağan edilmiş maddə və ya əşya varsa təqdim etsin. Təklifdən sonra əynində olan qara rəngli şalvarının sağ yan cibindən 2 bükümdə heroin və metamfetamini çıxarıb təqdim etmişdir. Sol cibindən isə üzərində ***-***-**-** və ***-***-**-** nömrələri olan Honor markalı mobil telefonu, «Uni Bank»a aid 4098 5844 6547 6917 saylı «Leobank» kartı və yaşadığı evin 1 ədəd açarı aşkar olunmuşdur. Açar heç bir əhəmiyyət daşımadığından özünə qaytarılmışdır. Bundan başqa ondan qanunla qadağan olunmuş maddə və ya əşya aşkar edilməmişdir. Həmin maddələrin nə olması soruşulduqda bildirmişdir ki, bir bükümdə olan maddə heroin və digər maddə isə metamfetamindir, onları İİR-nın vətəndaşı Abbas adlı şəxs vermişdir ki, onun zəngindən sonra digər ünvanlara aparıb qoymalıymış və əvəzində ona pul verməli imiş. Heroin bükümlə birlikdə çəkildikdə 23 qram, Metamfetamin bükümü ilə birlikdə 32 qram olması məlum olmuşdur. Daha sonra başqa bir yerdə qanunla qadağan olunmuş maddə və ya əşya olub-olmaması soruşulduqda bildirmişdir ki, yaşadığı evdə həm heroin və həm də metamfetamin varıdır. Sonra həmin maddələr zərfə qoyulub möhürlənmiş və protokol tərtib edilib iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra öz razılığı ilə yaşadığı mənzildə baxış və götürmə aparılmışdır. Həmin vaxtı evin sanitar qovşağından sellofan bağlamanı onlara təqdim etmişdir. Bağlamanın içindən bir büküm çəkildikdə 211 qram heroin olması və digər bükümdə isə 814 qram metamfetamin olması müəyyən edilmişdir. Həmçinin onların çəkilməsi üçün elektron tərəzi də aşkar olunmuşdur. Onları da Abbas adlı şəxsin göndərdiyini və onun dediyi kimi çəkərək ünvanlara aparıb qoyacağını və əvəzində pul alacağını bildirmişdir. Sonra həmin maddələr və elektron tərəzi zərfə qoyulub möhürlənmiş və protokol tərtib edilib iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında verilmiş suallara Təqsirləndirilən şəxs cavab olaraq bildirmişdir ki, polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində narkotik vasitə və ya psixotrop maddə olmamış, üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli şalvarın sağ yan cibindən aşkar olunmuş iki büküm polis bölməsində polis əməkdaşları tərəfindən cibinə qoyulmuş, o, da psixi təzyiq nəticəsində çəkiliş zamanı həmin bükümlərin ona məxsus olmasını bildirmişdir. Lakin polis əməkdaşları tərəfindən ona psixi təzyiq göstərilməsi ilə bağlı heç bir orqana vəsatət və şikayət verməmişdir. O, narkotik vasitənin qanunsuz dövriyyəsi ilə məşğul olmasının səbəbi kimi maddi vəziyyətinin yaxşı olmaması və kredit borclarının olmasını göstərmişdir. Həmçinin o, bildirmişdir ki, saxlanılarkən polis əməkdaşları tərəfindən ona qarşı hər hansı fiziki təzyiq göstərilməmişdir. Daha sonra özünü qismən təqsirli bilməsini, ailəli olmaqla himayəsində iki azyaşlı uşağınını olmasını nəzərə alaraq barəsində ədalətli qərarın çıxarılmasını məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün qismən etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri, DVD diskdə olan videogörüntülər, CD diskdə olan sms yazışmaları, “Honor” markalı mobil telefonda olan foto-şəkillər və iş materiallarında olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin şöbə rəisinin müavini Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə iş yerinə Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satış məqsədi ilə əldə edərək Xətai rayonu ərazisində satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumatı aldıqdan sonra Baş İdarə rəisinə məruz etmiş və əməliyyat tədbirlərinin keçirilməsi ilə bağlı göstəriş verilmişdir. Qrupun rəhbəri özü, üzvləri isə İdarənin baş əməliyyat müvəkkili Şahid2 və əməliyyat müvəkkili Şahid3 təyin olunmuşlar. Bundan sonra Habilin yaşadığı Xətai rayonu, Zığ 31 saylı evin yaxınlığına gedib müşahidə aparmağa başlamış, saat 18:25 radələrində həmin binanın yaxınlığında zahiri əlamətlərindən Təqsirləndirilən şəxs bənzəyən bir şəxsi görüb yaxınlaşaraq özünü təqdim etməsini xahiş etmiş, onun qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olmasını bildirib polisə getməli olduğunu demişlər. O, buna etiraz etməmiş və Təqsirləndirilən şəxs ərazi üzrə Xətai RPİ-nin 36-cı PŞ-nə aparmış, orada xidməti otaqlardan birində Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmə aparılmışdır. Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş maddə və ya əşya varsa təqdim etməsi təklif olunduqdan sonra sonuncu əynində olan qara rəngli şalvarının sağ yan cibindən 1 ədəd bükümdə açıq qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə heroinə bənzər vasitəni və 1 ədəd bükümdə ağ rəngli kristall şəkill psixotrop maddə olan metamfetaminə bənzər kütləni təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra üzərinə axtarış davam etdirilmiş və həmin şalvarının sol yan cibindən 1 ədəd içərisində ***-***-**-** və ***-***-**-** nömrələri olan «Honor» markalı mobil telefon, 1 ədəd üzərində 4098 5844 6547 6917 nömrəsi olan plastik bank kartı, 1 ədəd şəxsiyyət vəsiqəsi və 1 ədəd açar aşkar edilmişdir. Bundan başqa ondan qanunla qadağan olunan maddə və ya predimet aşkar olunmamışdır. Sonra elektron tərəzi ilə çəkildikdə heroinə bənzər maddə 23 və metamfetaminə bənzər maddənin isə 32 qram olması məlum olmuşdur. Bundan sonra həmin maddələr zərfə qoyulub möhürlənərək imzalanmışdır. Telefon, şəxsiyyət vəsiqəsi və bank kartı götürülmüş və açarı isə özünə qaytarılmışdır. Həmin maddələrin Təqsirləndirilən şəxs nə olması soruşulduqda, o, həmin maddələrin özünə məxsus olduğunu, İİR-nın vətəndaşı olan Abbas adlı şəxsin vasitəsi ilə 5 gün əvvəl Bakı şəhərinin Qaradağ rayonu ərazisində əvvəlcədən təyin olunmuş yerdən sonuncunun göstərişi ilə deyilən ünvana qoymaq məqsədi ilə əldə etdiyini, Abbas adlı şəxsin göstərişi ilə onları müəyyən ünvanlara qoymağına görə Abbasla pul danışacağını və Bakı şəhərində yaşadığı ünvanda da narkotik maddə olduğunu və polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etməydini, ona qarşı fiziki və psixi zor tətbiq olunmadığını bildirmişdir. Sonra protokol tərtib edilib iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra, Təqsirləndirilən şəxs razılığı ilə yaşadığı ünvan 7 ünvanına getmiş, sonuncuya yaşadığı mənzildə qanunla qadağan olunmuş maddə və ya əşya varsa təqdim etməsi təklif olunmuşdur. Təklifdən sonra Təqsirləndirilən şəxs sanitar qovşağından 1 ədəd bağlamada açıq qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə heroinə bənzər vasitəni, 1 ədəd bağlamada ağ rəngli kristall şəkill psixotrop maddə olan metamfetaminə bənzər kütləni və 1 ədəd elektron tərəzini təqdim etmişdir. Sonra elektron tərəzi ilə çəkildikdə heroinə bənzər maddə 211 və metamfetaminə bənzər maddənin isə 814 qram olması məlum olmuşdur. Bundan sonra həmin maddələr zərfə qoyulub möhürlənərək imzalanmışdır. Sonra mənzilə baxış davam etdirilsə də qanunla qadağan olunmuş maddə və ya predimet aşkar olunmamışdır. Bundan sonra protokol tərtib edilib iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında verilmiş suallara Şahid1 cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs qarşı onlar tərəfindən istər saxlanılarkən, istərsə də polis bölməsində hər hansı zorakı, fiziki və psixi hərəkətlər edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili X6 və əməliyyat müvəkkili Şahid3 məhkəmə iclasında onlardan əvvəl şahid qismində dindirilmiş Şahid1 ifadəsinə oxşar eyni məzmunlu ifadə verərək bildirmişlər ki, həqiqətən də Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman sonuncu əynində olan qara rəngli şalvarının sağ yan cibindən 1 ədəd bükümdə açıq qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə heroinə bənzər vasitəni və 1 ədəd bükümdə ağ rəngli kristall şəkill psixotrop maddə olan metamfetaminə bənzər kütləni təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra üzərinə axtarış davam etdirilmiş və həmin şalvarının sol yan cibindən 1 ədəd içərisində ***-***-**-** və ***-***-**-** nömrələri olan «Honor» markalı mobil telefon, 1 ədəd üzərində 4098 5844 6547 6917 nömrəsi olan plastik bank kartı, 1 ədəd şəxsiyyət vəsiqəsi və 1 ədəd açar aşkar edilmişdir. Bundan başqa onun üzərindən qanunla qadağan olunan hər hansı maddə və ya predimet aşkar olunmamışdır. Daha sonra elektron tərəzi ilə çəkildikdə heroinə bənzər maddə 23 və metamfetaminə bənzər maddənin isə 32 qram olması məlum olmuşdur. Bundan sonra həmin maddələr zərfə qoyulub möhürlənərək imzalanmışdır. Telefon, şəxsiyyət vəsiqəsi və bank kartı götürülmüş və açar isə özünə qaytarılmışdır. Təqsirləndirilən şəxs həmin maddələrin nə olduğu soruşulduqda sonuncu maddələrin özünə məxsus olduğunu, İİR-nın vətəndaşı olan Abbas adlı şəxsin vasitəsi ilə 5 gün əvvəl Bakı şəhərinin Qaradağ rayonu ərazisində əvvəlcədən təyin olunmuş yerdən sonuncunun göstərişi ilə deyilən ünvana qoymaq məqsədi ilə əldə etdiyini, Abbas adlı şəxsin göstərişi ilə onları müəyyən ünvanlara qoymağına görə Abbasla pul danışacağını və Bakı şəhərində yaşadığı ünvanda da narkotik maddə olduğunu və polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini, ona qarşı fiziki və psixi zor tətbiq olunmadığını bildirmişdir. Sonra protokol tərtib edilib iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra, Təqsirləndirilən şəxs razılığı ilə yaşadığı ünvan 7 ünvanına getmiş, sonuncuya yaşadığı mənzildə qanunla qadağan olunmuş maddə və ya əşya varsa təqdim etməsi təklif olunmuşdur. Təklifdən sonra Təqsirləndirilən şəxs sanitar qovşağından 1 ədəd bağlamada açıq qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə heroinə bənzər vasitəni, 1 ədəd bağlamada ağ rəngli kristall şəkill psixotrop maddə olan metamfetaminə bənzər kütləni və 1 ədəd elektron tərəzini təqdim etmişdir. Sonra elektron tərəzi ilə çəkildikdə heroinə bənzər maddə 211 və metamfetaminə bənzər maddənin isə 814 qram olması məlum olmuşdur. Bundan sonra həmin maddələr zərfə qoyulub möhürlənərək imzalanmışdır. Sonra mənzilə baxış davam etdirilsə də qanunla qadağan olunmuş maddə və ya predimet aşkar olunmamışdır. Bundan sonra protokol tərtib edilib iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında verilmiş suallara E.N.Qasımov və Şahid3 cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs qarşı onlar tərəfindən istər saxlanılarkən, istərsə də polis bölməsində hər hansı zorakı, fiziki və psixi hərəkətlər edilməmişdir. Cinayət işinin 20-ci vərəqəsində olan xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə tutulmuşdur. Cinayət işinin 86-90-cı vərəqələrində olan Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2023cü il tarixdən hesablanmaqla 04 ay həddində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 175-178-ci vərəqələrində olan Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 20 gün, yəni xx.xx.2024-cü il tarixədək uzadılmışdır. Cinayət işinin 192-193-cü vərəqələrində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 41-47-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2-6/5032 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş: - üzərində “...Təqsirləndirilən şəxs təqdim etdiyi...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 19,345 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, bir ədəd bükümdə təmiz çəkisi 29,558 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir; - üzərində “...Təqsirləndirilən şəxs yaşadığı ünvanda...” sözləri olan bağlamadakı bir ədəd bükümdə təmiz çəkisi 795 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir, bir ədəd bükümdə təmiz çəkisi 192,863 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, bir ədəd elektron tərəzinin səthində narkotik vasitə heroinə məxsus izlər vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların çəkisini müəyyən etmək mümkün olmadı. İz mikrohissəcikləri ilə maddə nümunələrinin müqayisəli tədqiqatı aparılmadığından bu barədə qoyulmuş sual cavablandırılmadı. Zərfdəki və bağlamadakı narkotik vasitə heroinlər kimyəvi komponent tərkiblərinə görə eynidirlər, ümumi təmiz çəkisi 212,208 qramdır, zərfdəki və bağlamadakı psixotrop maddə metamfetaminlər kimyəvi komponent tərkiblərinə görə eynidirlər, ümumi təmiz çəkisi 824,558 qramdır. Qeyd: zərfdəki heroinin təmiz çəkisi – 19,345 qram, tədqiqata sərf edildi – 0,100 qram, qalıq – 19,245 qram. Zərfdəki metamfetaminin təmiz çəkisi – 29,558 qram, tədqiqata sərf edildi – 0,100 qram, qalıq – 29,458 qram. Bağlamadakı heroinin təmiz çəkisi - 192,863 qram, tədqiqata sərf edildi – 0,100 qram, qalıq – 192,763 qram. Bağlamadakı metamfetaminin təmiz çəkisi – 795 qram, tədqiqata sərf edildi – 0,100 qram, qalıq – 794,9 qram. Cinayət işinin 47-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 81 (səksən bir) manat müəyyən edilmişdir. Cinayət işinin 139-140-cı vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının xx.xx.2023-cü il tarixli, 7097 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixistimulyatorlardan istifadə etmə halları olub. Lakin hal-hazırda sonuncuda müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı sonuncu narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 146-153-cü vərəqələrində olan xx.xx.2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmasını, mənzilinə baxış keçirilməsini özündə əks etdirən, Bakcell, Azerfonn MMC-dən daxil olmuş telefon danışıqlarına dair 4 ədəd «CD» disk, 1 ədəd «Honor» markalı mobil telefon maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş, digər maddi sübutlar Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş tədqiqata sərf edildikdən sonrakı qalıq qalmış 19,245 qram heroin və 29,458 qramı psixotrop maddə metamfetamin, mənzilindən aşkar edilmiş tədqiqata sərf edildikdən sonrakı qalıq qalmış 192,763 qram narkotik vasitə heroin və qalıq çəkisi 794,9 qram psixotrop maddə metamfetamin, səthində narkotik vasitə heroinə məxsus izlər olan bir ədəd elektron tərəzi Xətai RPİ-nin maddi sübutların saxlanc kamerasına təhvil verilmişdir. Cinayət işinin 109-cu vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 31-ci vərəqəsində olan ərizədən görünür ki, Təqsirləndirilən şəxs onun kirayədə yaşadığı ünvan 8 ünvanına polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmir. Cinayət işinə əlavə edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında DVD diskə məhkəmə iclasında baxış keçirilərək müəyyən edilmişdir ki, həmin görüntülər xx.xx.2023cü il tarixdə saat 19:50-dən 19:59-dək qeydə alınmışdır. Baş Narkotiktlərlə Mübarizə İdarəsinin inzibati binasında təhqiqat qrupunun təhqiqatçısı özünü, əməliyyat müvəkkillərini və müdafiəçini təqdim edir, bundan sonra Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş maddə və ya əşya varsa təqdim etməsi təklif olunur. Bu təklifdən sonra sonuncu əynində olan qara rəngli şalvarın sağ yan cibindən 1 ədəd bükümdə açıq qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə heroinə bənzər vasitəni və 1 ədəd bükümdə ağ rəngli kristall şəkilli psixotrop maddə olan metamfetaminə bənzər kütləni təqdim edərək masanın üzərinə qoyur. Daha sonra üzərinə axtarış keçirilir və həmin şalvarının sol yan cibindən 1 ədəd içərisində ***-***-**-** və ***-***-**-** nömrələri olan «Honor» markalı mobil telefon, 1 ədəd üzərində 4098 5844 6547 6917 nömrəsi olan plastik bank kart, 1 ədəd şəxsiyyət vəsiqəsi və 1 ədəd açar aşkar edilir. Sonuncu həmin maddələrin özünə məxsus olduğunu, onları İİR-nın vətəndaşı olan Abbas adlı şəxsin vasitəsi ilə 5 gün əvvəl Bakı şəhəri, Qaradağ rayonu ərazisində əvvəlcədən təyin olunmuş yerdən sonuncunun göstərişi ilə deyilən ünvana qoymaq məqsədi ilə əldə etdiyini, Abbas adlı şəxsin göstərişi ilə onları müəyyən ünvanlara qoymağına görə Abbasla pul danışacağını, Bakı şəhərində yaşadığı ünvanda da narkotik maddə olduğunu və polis əməkdaşları tərəfindən evə baxış keçirilməsinə etiraz etməydini bildirir. Təqsirləndirilən şəxs təqdim etdiyi heroinə bənzər maddə elektron tərəzi ilə çəkildikdə həmin maddənin miqdarı 23 qram və metamfetaminə bənzər maddənin isə miqdarının 32 qram olması müəyyən edilir. Bundan sonra həmin maddələr zərfə qoyulub möhürlənərək iştirakçılar tərəfindən imzalanır. Telefon, şəxsiyyət vəsiqəsi və bank kartı götürülür, açarı isə özünə qaytarılır. Bundan əlavə Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili X13 Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən ona qarşı hər hansı fiziki, psixi və mənəvi hərəkətlərin olub-olmamasını soruşduqda sonuncu belə halın baş vermədiyini bildirir. Cinayət işinin 31-ci vərəqəsində olan ərizədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 8 ünvanında olan mənzilə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmir. Cinayət işinə əlavə edilmiş mənzilə baxış keçirilmə və götürmə aparılma haqqında DVD diskə məhkəmə iclasında baxış keçirilərək müəyyən edilmişdir ki, həmin görüntülər xx.xx.2023-cü il tarixdə Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat Qrupunun təhqiqatçısı, həmin idarənin şöbə rəisinin müavini, əməliyyat müvəkkilləri və müdafiəçsinin iştirakı ilə saat 20:50-dən 21:02-dək Təqsirləndirilən şəxs yaşadığı mənzilə baxış keçirilir. Sonuncuya mənzildə qanunla qadağan olunmuş maddə və ya əşya varsa təqdim etməsi təklif olunur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs mənzilin sanitar qovşağından 1 ədəd bağlamada açıq qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə heroinə bənzər vasitəni, 1 ədəd bağlamada ağ rəngli kristal şəkilli psixotrop maddə olan metamfetaminə bənzər kütləni və 1 ədəd elektron tərəzini təqdim edir. Həmin maddələr elektron tərəzi ilə çəkildikdə heroinə bənzər maddə 211 və metamfetaminə bənzər maddənin isə 814 qram olması müəyyən edilir. Sonuncu həmin maddələri və elektron tərəzinin özünə məxsus olduğunu, həmin maddələri İİR-nın vətəndaşı olan “Abbas” adlı şəxsin vasitəsi ilə 5 gün əvvəl Bakı şəhəri, Qaradağ rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, adı çəkilən şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymağına görə “Abbas” adlı şəxslə narkotik vasitələri ünvan etdikdən sonra pul barədə danışacaqlarını bildirir. Bundan sonra həmin maddələr zərfə qoyularaq möhürlənir və protokol tərtib olunaraq iştirakçılar tərəfindən imzalanır. Daha sonra mənzilə baxış davam etdirilir, qanunla qadağan olunmuş maddə və ya predimet aşkar olunmur. Cinayət işinin 57-ci vərəqəsində olan təqsirləndirilən şəxsə məxsus “Honor” markalı mobil telefona baxış keçirilməsi haqqında protokoldan və 58-60-cı vərəqələrində olan fotoşəkillərdən görünür ki, həmin mobil telefonun içərisində ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələr vardır. Təqsirləndirilən şəxs özünə məxsus nömrələrlə İİR-nın vətəndaşı «Abbas» adlı şəxsin +**********34 saylı nömrəsi ilə xx.xx.2023-cü il tarixdə, saat 17:59-dan başlayaraq xx.xx.2023-cü il tarixdə, saat 18:16-dək olan müddət ərzində «Whatsapp» vasitəsilə narkotik alqı-satqısı ilə bağlı dəfələrlə əlaqə saxlamış, «Abbas» adlı şəxsin naməlum şəraitdə Bakı şəhərinin müxtəlif ərazilərinə göndərdiyi narkotik vasitələri götürüb «Abbas»ın sözündən sonra müəyyən yerlərə qoyduqdan sonra «Abbas» tərəfindən onun müxtəlif kart nömrələrinə müxtəlif məbləğlərdə (303, 94.40, 252 manat məbləğində) pullar göndərilmişdir. Cinayət işinin 133-135-ci vərəqələrində olan "xxxx" MMC-dən alınmış Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsində olan sms yazışmalardan və telefon məlumatlarına baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs danışdığı şəxslərə hər şeydən qurtardığını və bir daha belə işlərlə məşğul olmayacağını bildirir. Cinayət işinin 137-ci vərəqəsində olan AZ-İİ № 150768 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə X4 arasında xx.xx.2016-cı il tarixdə nikah bağlanmış, ərə və Əsədzadə soyadı verilmişdir. Cinayət işinin 138-ci vərəqəsində olan AZ-İV № 602321 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası Təqsirləndirilən şəxs, anası isə S.Ə.Əsədzadədir. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi CMS – AZEMİS Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, X7 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində anadan olmuş, atası Təqsirləndirilən şəxs, anası isə S.Ə.Əsədzadədir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Van Mexelen və başqalarının Niderlanda qarşı» işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olubolmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPMnin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə isə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Balakən Rayon Məhkəməsinin müraciətinə dair” 23 iyul 2021-ci il tarixli qərardadı). “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun: - 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. - 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. - 1.0.10-cu maddəsinə görə isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. - 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər kimi təsbit edildiyindən, narkotik vasitənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması dedikdə onun yaymaq məqsədi ilə əldə edilməsi, saxlanılması başa düşülməlidir. - 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahıları”na əsasən heroin Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitədir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılar”a əsasən heroinin kütləsi 0,15 qram təşkil etdikdə - şəxsi istehlak miqdarından artıq miqdarda, 2 qram olduqda isə külli miqdarda narkotik vasitə hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarında izah olunur ki, “təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitənin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır” (qərarın 9-cu bəndi). Beləliklə, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroini və psixotrop maddə olan meramfetamini əldə etmə, saxlama və daşıma cinayətini törətməsini qismən etiraf etsə də, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, şahidlərin ifadələri, ekspertiza rəyləri, DVD diskdə olan videogörüntülər, CD diskdə olan sms yazışmaları, “Honor” markalı mobil telefonda olan foto-şəkillər və digər iş materialları ilə onun təqsirli olması tam sübuta yetirilmişdir. Onun əməlləri məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif olunmalı və həmin maddələrin sanksiyası həddində cəzalanmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitə olan heroinin şəxsi istehlak miqdarından təxminən 1415 dəfə, külli miqdarından təxminən 106 dəfə artıq olması, 2 ədəd bükümdə, bükümlərin 1-nin böyük 1-nin isə nisbətən kiçik olması, psixotrop maddə olan metamfetaminin şəxsi istehlak miqdarından təxminən 5497 dəfə, külli miqdarından təxminən 412 dəfə artıq olması, 2 ədəd bükümdə, bükümlərin 1-nin böyük 1-nin isə nisbətən kiçik və tərəzinin olması narkotik vasitə və psixotrop maddənin məhz satış məqsədi ilə əldə edildiyini bir daha təsdiq edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun” 04 mart 2011-ci il tarixli 2 №-li qərarında göstərilmişdir ki, bəşəriyyəti düşündürən, cəmiyyətin ciddi bəlasına çevrilən, insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq ən ağrılı problemlərdən biridir; Azərbaycan Respublikası narkotiklərin qanunsuz dövriyəsinə qarşı mübarizəni tənzimləyən beynəlxalq hüquq normalarını tam, hərtərəfli və sistemli şəkildə əks etdirən Birləşmiş Millətlər Təşkilatının Konvensiyalarına, o cümlədən 1972-ci il protokolu ilə edilmiş düzəlişlərlə “Narkotik vasitələrə dair 1961-ci il Vahid Konvensiyasına”, “Psixotrop maddələr haqqında” 1971-ci il Konvensiyasına və “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 1988-ci il Konvensiyasına qoşulmaqla bu cinayətlərə qarşı mübarizədə öz üzərinə mühüm vəzifələr götürmüşdür. Göründüyü kimi, yuxarıda qeyd edilən kriminal (qanunazidd) hərəkətlərin məqsədi narkotik vasitələri satılmasına yönəldilmiş, burada kriminal əməl niyyətlə ifadə olunaraq qarşıya qoyulmuş məqsədə çatmaq üçün hazırlıq işlərinin aparılması ilə başa çatdırılmasına yönəldilmiş, formal quruluşa malik olan tərkiblərdə olduğu kimi cinayət tərkibinin obyektiv cəhəti ictimai təhlükəli hərəkətdən ibarət olmuş və qanunla qadağan edilən hərəkət törədildiyi andan başa çatmışdır. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilməsi, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaması və bu əməlləri tamah məqsədi ilə etməməsi barədə ifadələrini müdafiə xarakterli vasitə kimi qiymətləndirir və iş üzrə mövcud olan sübutlarla təkzib edildiyini nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadələri həqiqətə uyğun olmamaqla yanaşı, eyni zamanda işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Belə ki, şəxsi axtarış və götürmə aparılması (i/v 29-30), mənzilə baxış keçirilməsi (i/v 33-34), şübhəli şəxsin izahatı (i/v 35-36), şübhəli şəxsi və təqsirləndirilən şəxsin dindirmə, mobil telefona baxış keçirilməsi protokollarından (i/v 51-54, 57-64, 74-76) və Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri barədə qərardan (i/v 86-90) görünür ki, təqsirləndirilən şəxs istər məhkəməyədək istintaq dövründə istərsədə məhkəmədə özünü qismən təqsirli bilərək törətdiyi əməli könüllü olaraq etiraf etmiş, məhkəməyədək istintaq dövründə protokolları və digər sənədləri imzalamışdır. Həmçinin şübhəli şəxs qismində saxlanılarkən iş materialları ilə tanış olmuş, heç bir fiziki təzyiqə və zorakılığa məruz qalmadığını bildirmişdir. Bundan başqa məhkəmə iclasında baxış keçirilmiş DVD diskdə olan (şəxsi axtarış və götürmə aparılması) video görüntülərdə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən 1 ədəd bükümdə açıq qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə heroinə bənzər vasitəni və 1 ədəd bükümdə ağ rəngli kristall şəkilli psixotrop maddə olan metamfetaminə bənzər kütləni təqdim edərək masanın üzərinə qoyur. Sonuncu həmin maddələrin özünə məxsus olduğunu, onları İİR-nın vətəndaşı olan Abbas adlı şəxsin vasitəsi ilə 5 gün əvvəl Bakı şəhəri, Qaradağ rayonu ərazisində əvvəlcədən təyin olunmuş yerdən sonuncunun göstərişi ilə deyilən ünvana qoymaq məqsədi ilə əldə etdiyini, Abbas adlı şəxsin göstərişi ilə onları müəyyən ünvanlara qoymağına görə Abbasla pul danışacağını, Bakı şəhərində yaşadığı ünvanda da narkotik maddə olduğunu və polis əməkdaşları tərəfindən evə baxış keçirilməsinə etiraz etməydini bildirir. Təqsirləndirilən şəxs təqdim etdiyi heroinə bənzər maddə elektron tərəzi ilə çəkildikdə həmin maddənin miqdarı 23 qram və metamfetaminə bənzər maddənin isə miqdarının 32 qram olması müəyyən edilir. Bundan əlavə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən ona qarşı fiziki və psixi zor tətbiq olunmadığını bildirir (i/v 29-30). Bundan başqa məhkəmə iclasında baxış keçirilmiş DVD diskdə olan (mənzilə baxış keçirilməsi) video görüntülərdə müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 20:50dən 21:02-dək Təqsirləndirilən şəxs yaşadığı ünvan 8 ünvanında yerləşən mənzilə baxış keçirilir. Sonuncuya mənzildə qanunla qadağan olunmuş maddə və ya əşya varsa təqdim etməsi təklif olunur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs mənzilin sanitar qovşağından 1 ədəd bağlamada açıq qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə heroinə bənzər vasitəni, 1 ədəd bağlamada ağ rəngli kristal şəkilli psixotrop maddə olan metamfetaminə bənzər kütləni və 1 ədəd elektron tərəzini təqdim edir. Həmin maddələr elektron tərəzi ilə çəkildikdə heroinə bənzər maddə 211 və metamfetaminə bənzər maddənin isə 814 qram olması müəyyən edilir. Sonuncu həmin maddələri və elektron tərəzinin özünə məxsus olduğunu, həmin maddələri İİR-nın vətəndaşı olan “Abbas” adlı şəxsin vasitəsi ilə 5 gün əvvəl Bakı şəhəri, Qaradağ rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, adı çəkilən şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymağına görə “Abbas” adlı şəxslə narkotik vasitələri ünvan etdikdən sonra pul barədə danışacaqlarını bildirir (i/v 33- 34). Bundan başqa məhkəmə iclasında tədqiq edilmiş “Honor” markalı mobil telefona baxış keçirilməsi haqqında protokoldan və 58-60-cı vərəqələrində olan foto-şəkillərdən görünür ki, həmin mobil telefonun içərisində ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələr vardır. Təqsirləndirilən şəxs özünə məxsus nömrələrlə İİR-nın vətəndaşı «Abbas» adlı şəxsin +**********34 saylı nömrəsi ilə xx.xx.2023-cü il tarixdə, saat 17:59-dan başlayaraq xx.xx.2023-cü il tarixdə, saat 18:16-dək olan müddət ərzində «Whatsapp» vasitəsilə narkotik alqı-satqısı ilə bağlı dəfələrlə əlaqə saxlamış, «Abbas» adlı şəxsin naməlum şəraitdə Bakı şəhərinin müxtəlif ərazilərinə göndərdiyi narkotik vasitələri götürüb «Abbas»ın sözündən sonra müəyyən yerlərə qoyduqdan sonra «Abbas» tərəfindən onun müxtəlif kart nömrələrinə müxtəlif məbləğlərdə (303, 94.40, 252 manat məbləğində) pullar göndərilmişdir. Həmçinin məhkəmə iclasında tədqiq edilmiş "xxxx" MMC-dən alınmış Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsində olan sms yazışmalardan və telefon məlumatlarına baxış keçirilməsi haqqında protokoldan da müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs danışdığı şəxslərə hər şeydən qurtardığını və bir daha belə işlərlə məşğul olmayacağını bildirir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs izahatında məhkəməyədək istintaq dövründə polis bölməsində polis əməkdaşları tərəfindən ona qarşı psixi təzyiq edildiyini bildirsə də, bununla bağlı hər hansı orqana vəsatət və ya şikayət verməmişdir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs tərəfindən məhkəmə iclasında verdiyi bu ifadələr cinayət məsuliyyətindən yaxa qurtarmaq üçün verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinə əsasən bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddələrində nəzərdə tutulmuş əməllər: qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilməsini, ailəli olmaqla himayəsində iki azyaşlı uşağınını olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, yüngülləşdirici halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, şəxsin əvvəllər məhkum olunmasına baxmayaraq islah olunmamasını, yaşadığı evdən aşkar edilən narkotik vasitə heroinin miqdarını (cəmi çəkisi – 212,208 qram) və psixotrop maddə metamfetaminin miqdarını (cəmi çəkisi – 824,558 qram), təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Yuxarıdakılara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığı xx.xx.2023-cü il tarixdən faktiki olaraq məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən həmin tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının xx.xx.2023-cü il tarixli, 7097 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış şəxsi axtarışın gedişatını əks etdirən 01 ədəd DVD və 03 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə digər maddi sübut təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs məxsus və Bakı şəhəri Xətai RPİnin maddi sübutların saxlanc kamerasında saxlanılan 01 ədəd “Honor” markalı mobil telefon sonuncuya qaytarılmalı, Bakı şəhəri Xətai RPİ-nin maddi sübutların saxlanc kamerasında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış ayrı-ayrılıqda 19,245 qram, 192,763 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, ayrı-ayrılıqda 29,458 qram, 794,9 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin və 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 81 (səksən bir) manat sonuncudan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 356, 358, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 23 sentyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk və 03 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Bakı şəhəri Xətai RPİ-nin maddi sübutların saxlanc kamerasında saxlanılan iş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Honor” markalı mobil telefon sonuncuya qaytarılsın. Bakı şəhəri Xətai RPİ-nin maddi sübutların saxlanc kamerasında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış ayrı-ayrılıqda 19,245 qram, 192,763 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, ayrı-ayrılıqda 29,458 qram, 794,9 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin və 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 81 (səksən bir) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 20 saata görə 120 (bir yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim (sədrlik edən): Azər Tağıyev Elnur Nuriyev Kamran Muxtarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar