Məhkəmə qərarları › İş №1(101)-1362/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1362/2021

13.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1362/2021 13.09.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi - Salmanov Rahib Vaqif oğlunun sədrliyi ilə, hakimlər - Hacıyev Siyavuş Həbib oğlu və Mikayılov Eldar Əli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi - X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxslərin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1993-cü ildə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Ağdam rayonu, İsmayılbəyli kəndində qeydiyyatda olmaqla, ünvan 1-də yaşamış, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitələri və psixotrop maddəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli qaçaqmalçılıqla keçirilməsinə qabaqcadan vəd etməklə köməklik edərək satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddəni əldə etmiş, daşımış və saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddəni əldə etmə, saxlama, daşıma, satma və İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli qaçaqmalçılıqla keçirilməsinə qabaqcadan vəd etməklə köməklik göstərmək barədə İran İslam Respublikasının vətəndaşı “Rövşən” adlı şəxs və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən “Rövşən" adlı şəxsin və qeyrilərinin naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirdiyi külli miqdarda külli miqdarda 29795 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini, külli miqdarda 5253,914 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini və külli miqdarda 453 ədəd narkotik vasitə metadon həblərini naməlum vaxtda, yerdə və şəraitdə satış məqsədilə qanunsuz olaraq əldə edib onlardan külli miqdarda 28790 qram çəkidə narkotik vasitə heroini, külli miqdarda 5150 qram çəkidə psixotrop maddə metamfetamini və külli miqdarda 453 ədəd narkotik vasitə metadon həblərini yaşadığı ünvan 1 ünvanına daşıyıb evdə gizlətməklə saxlamış, qalan külli miqdarda 103,914 qram çəkidə psixotrop maddə metamfetamini və külli miqdarda 1005 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini isə üzərində saxlamaqla ünvan 5 nömrəli evin yaxınlığına daşımış, onun qanunsuz əməlləri barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 12 aprel 2021-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs həmin gün saat 23.15-də qeyd olunan ünvanda saxlanılaraq ünvan 2ş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət olunub üzərinə şəxsi axtarış keçirilərkən sağ əlində saxladığı qırmızı rəngli sellofan torbadan bir ədəd bükümdə külli miqdarda 103,914 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və bir ədəd bükümdə külli miqdarda 1005 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Əməliyyat-axtarış tədbirinin davamı olaraq 13 aprel 2021-ci il tarixdə saat 02.00- da evə keçirilən baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, ev 5, 4 saylı mənzilin yataq otağından bir ədəd qara rəngli çantada iyirmi səkkiz ədəd bükümdə külli miqdarda 28790 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, beş ədəd bükümdə külli miqdarda 5150 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, həblərin təsiredici maddəsinin ümumi miqdarı külli miqdarda 18,12 qram təşkil edən üzərində “Methadone 40” yazısı olan 453 həb narkotik vasitə metadon dərman preparatı, eləcə də iki ədəd üzərində narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin izləri olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona edilmiş Azərbaycan Respublikası CM-nin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən 2 il əvvəl “İnstaqram” sosial şəbəkəsində özünü "Rövşən” kimi təqdim edən İran İslam Respublikasının vətəndaşı ilə tanış olmuş, həmin şəxs ona az miqdarda 3-5 qram çəkidə narkotik vasitə göndərməyə başlamışdır. Maddi çətinliyi olduğundan narkotik vasitələri “kuryer” kimi götürüb paylamaqla çörək pulu qazanmağı qərara almışdır. Tutulmamışdan 15 gün qabaq "Rövşən” adlı şəxslə Vatsap vasitəsi ilə danışıb bu işlə məşğul olmağına hazır olduğunu demiş, “Rövşən” də bildirmişdir ki, hər 1 kiloqram narkotikin paylanmasına görə ona 500 manat pul verə bilər. O da bu şərtlə razılaşmışdır. Özündə olan bank kartının nömrəsini “Rövşən" adlı şəxsə vermişdir. Bundan sonra “Rövşən” adlı şəxs “Whatsapp” proqramı vasitəsi ilə onunla əlaqə saxlayıb İran İslam Respublikasından ona narkotik vasitə və psixotrop maddələr göndərdiyini, həmin narkotik vasitə və psixotrop maddələri sonradan müxtəlif yerlərə yerləşdirməli olduğunu bildirib malın Fizuli rayonu ərazisində gizlədildiyini deyərək yeri izah etmişdir. O da yol maşını ilə oraya gedib təkərli çantada olan təxminən 30 kiloqramdan artıq narkotik vasitə heroin, çoxlu sayda metadon, 5 kiloqramdan artıq psixotrop maddə metamfetamin götürüb yaşadığı Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsində yerləşən 5 saylı binanın 4 nömrəli mənzilinə daşıyaraq mənzilin yataq otağında gizlədib saxlamışdır. Həmin narkotik vasitələrdən təxminən 2 kilosunu Əhmədli qəsəbəsində müxtəlif yerlərə qoyub fotoşəkilini “Rövşən” adlı şəxsə göndərmiş, əvəzində 1.000 manat pul kartına göndərilmiş, o da həmin pulu çıxarıb evində saxlamışdır. Narkotik vasitə heroindən bir kiloqrama yaxın şəkidə bükülü və metamfetaminin 100 qrama yaxın çəkidə bükümünü lazımi yerə çatdırılması məqsədi ilə götürüb üstündə gəzdirməyə başlamışdır. 13 aprel 2021-ci il tarixdə axşam saat 23:15 radələrində Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsində yaşadığı binanın yaxınlığında piyada hərəkət edərkən 3 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər. Onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək onu Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişlər. Orada dəvət edilmiş müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra üzərinə müdafiəçinin iştirakı ilə şəxsi axtarış keçirilən zaman ona üzərində qanunla qadağan olunmuş əşya, maddə, narkotik vasitə və narkotik vasitə qalıqları varsa təqdim etməyi təklif olunmuşdur. Bundan sonra o, sağ əlində saxladığı 1 ədəd qırmızı rəngli sellofan torbanı təqdim etmişdir. Həmin torbanın içindən 1 bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə heroin, 1 bükümdə ağ rəngli, kristal şəkilli, psixotrop maddə olan metamfetamin aşkar olunmuşdur. Sonra üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli şalvarının so! yan cibindən 1 ədəd “Samsung” markalı mobil telefon, şəxsiyyət və sürücülük vəsiqələri, plastik bank kartı, 300 manat pul və 3 ədəd açar aşkar olunmuşdur. Sonra 1 bükümdə metamfetamin elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 106 qram olduğu müəyyən edilmişdir. Bundan sonra 1 bükümdə heroin elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 1 kiloqram 9 qram olduğu müəyyən edilmişdir. Sonra həmin kütlələr aşkar olunduğu qırmızı rənglli sellofan torbada qablaşdırılaraq götürülmüşdür. İş üzrə əhəmiyyət kəsb etdiyi ona izah olunduqdan sonra 1 ədəd, “Samsung” markalı mobil telefon, şəxsiyyət və sürücülük vəsiqələri, plastik bank kartı götürülmüş, 300 manat pul və 3 ədəd açar özünə qaytarılmışdır. O, sorğu zamanı həmin narkotik vasitənin və psixotrop maddənin özünə məxsus olduğunu, həmin əşyaları İran İslam Respublikası vətəndaşı “Rövşən” adlı şəxin vasitəsi ilə əldə etdiyini, həmçinin yaşadığı mənzildə narkotik vasitə və psixotrop maddə saxladığını, həmin mənzilə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etirazının olmadığını bildirmiş və bununla bağlı onun ərizəsi alınmışdır. Bundan sonra o, müdafiəçisinin və polis əməkdaşlarının iştirakı ilə yaşadığı ünvan 3 ünvanına getmişdir. Həmin mənzilin girişindən sağ tərəfdə olan yataq otağında saxladığı 1 ədəd qara rəngli çantanı təqdim etmiş, çantanın içindən 28 ədəd bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə heroin, 5 ədəd bükümdə kristal şəkilli, ağ rəngli, psixotrop maddə metamfetamin, 453 ədəd metadon həbi, 2 ədəd elektron tərəzi aşkar olunmuşdur. Həmin otaqda olan dolabın üzərindən əlavə olaraq 1000 manat pul iş üzrə əhəmiyyət kəsb etdiyi üçün qablaşdırılaraq götürülmüşdür. Sonra heroin kütlələri elektron tərəzidə çəkilmiş və ümumi çəkisi 28 kiloqram 398 qram olmuşdur. Sonra metamfetamin elektron tərəzidə çəkilmiş və çəkisi 5 kiloqram 315 qram olmuşdur. Daha sonra aşkar olunmuş əşyalar həmin çantada qablaşdırılmış, üzərində müvafiq qeydlər aparılmaqla möhürlənmiş və götürülmüşdür. Daha sonra evin digər otağına və hissələrinə baxış keçirilmiş və əlavə olaraq iş üzrə əhəmiyyət kəsb edən əşya, predmet və maddə aşkar olunmamışdır. Bundan sonra yenidən Baş İdarəyə dəvət olunmuş və orada yaşadığı ünvana baxış keçirilməsi barədə protokol tərtib olunmuş və düzgün tərtib edildiyi üçün imzalarla təsdiq edilmişdir. Törətdiyi əmələ görə səmimi peşmançılıq çəkir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, işlədiyi Baş Narkotiklərlə Mübarizə İdarəsinə Xətai rayon sakini Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib Bakı şəhəri, Xətai rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs 12 aprel 2021-ci il tarixdə, saat 23:15 dəqiqədə ünvan 4 ünvanının yaxınlığında piyada hərəkət edən zaman tərəflərindən saxlanılaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirilmişdir. 13 aprel 2021-ci il tarixli qərara əsasən Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasında xidməti iş otağında video çəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs sağ əlində saxladığı bir ədəd qırmızı rəngli, sellofan torbanı təqdim etmişdir. Həmin torbanın içindən bir bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə heroinə bənzər, bir bükümdə ağ rəngli, kristal şəkilli psixotrop maddə olan metamfetaminə bənzər kütlələr aşkar olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman sonuncun əynində olan göy rəngli şalvarın sol yan cibindən bir ədəd “Samsung” markalı mobil telefon, Təqsirləndirilən şəxs məxsus şəxsiyyət və sürücülük vəsiqələri, plastik bank kartı, 300 manat və üç ədəd açar aşkar olunmuşdur. Sonra həmin kütlələr aşkar olunduğu qırmızı rənglli sellofan torbada qablaşdırılaraq götürülmüşdür. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün bir ədəd, “Samsung” markalı mobil telefon, Təqsirləndirilən şəxs məxsus şəxsiyyət və sürücülük vəsiqələri, plastik bank kartı götürülmüşdür. Sorğu sual zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olumuş narkotik maddələri İran İslam Respublikası vətəndaşı “Rövşən” adlı şəxsin vasitəsi ilə Füzuli rayonu ərazisindən əldə etdiyini, həmin narkotik maddələri “Rövşən” adlı şəxsin deyəcəyi ünvanlara çatdırıb əvəzində müxtəlif məbləğlərdə pul aldığını, əlavə olaraq Bakı şəhəri, Xətai rayonunda yerləşən yaşadığı mənzildə narkotik maddə saxladığını, orada saxladığı narkotik maddələri təqdim edə biləcəyini, həmin mənzilə baxış keçirilməsinə etirazı olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı mənzildə video çəkilişdən istifadə edilməklə baxış və götürmə aparmışdır. Bundan əvvəl Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək sözügedən mənzildə olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs həmin mənzilin girişindən sağ tərəfdə olan yataq otağında saxladığı, bir ədəd qara rəngli çantanı təqdim etmişdir. Həmin çantanın içindən 28 ədəd bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə heroinə bənzər, 5 ədəd bükümdə kristal şəkilli, ağ rəngli, psixotrop maddə metamfetaminə bənzər, 453 ədəd metadon həbinə bənzər kütlələr, 2 ədəd elektron tərəzi aşkar olunmuşdur. Həmin otaqda olan dolabın üzərindən əlavə olaraq 1000 manat pul iş üzrə əhəmiyyət kəsb etdiyi üçün qablaşdırılaraq götürülmüşdür. Sonra heroinə bənzər kütlələr elektron tərəzidə çəkilmiş və ümumi çəkisi 28 kiloqram 398 qram olduğu müəyyən edilmişdir. Sonra metamfetaminə bənzər kütlələr elektron tərəzidə çəkilərək 5 kiloqram 315 qram olduğu müəyyən edilmişdir. Daha sonra aşkar olunmuş predmetlər həmin çantada qablaşdırılaraq üzərində müvafiq qeydlər aparılmaqla möhürlənmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı Şahid3 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərilən xüsusatları təsdiq etdi. Şahid2 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində Şahid1 ifadəsində göstərilən xüsusatları bir daha təsdiq etmişdir. Cinayət işinin 46-55-ci vərəqlərində olan məhkəmə-kimyəvi ekspertizasının 13 aprel 2021-ci il tarixli 6/1434 №li rəyindən görünür ki: üzərində “...şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən..." sözləri yazılmış paketdəki bir ədəd bükümdə təmiz çəkisi 1005 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, bir ədəd bükümdə təmiz çəkisi 103,914 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. üzərində “...Şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı..." sözləri yazılmış çemodandakı 28 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1030 qr., 1040 qr., 1035 qr.. 1020 qr.. 1005 qr., 1015 qr., 1020 qr., 1025 qr., 1020 qr., 1050 qr., 1030 qr., 1010 qr., 995 qr.. 1015 qr.. 1055 qr., 1050 qr.. 1025 qr., 1015 qr., 1030 qr., 1065 qr., 1035 qr., 1050 qr.. 1070 qr., 1010 qr., 1000 qr., 1040 qr., 1045 qr., 990 qr.. ümumi təmiz çəkisi 28790 qram olan qəhvəyi rəngli maddələr qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir, 5 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1045 qr., 995 qr., 1055 qr., 1050 qr., 1005 qr.. ümumi təmiz çəkisi 5150 qram qram olan ağ rəngli kristalik hissəcikləridən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə - metamfetamindir. Üzərilərində “Methadona 40” göstəriciləri olan dərman konvolyut və konvolyut kəsiklərində ümumi sayı 453 ədəd olan açıq-qəhvəyi rəngli “F/M 40" göstəricili, eyni tərkibli dərman həblərinin əsas təsiredici maddəsi metadondur və həmin həblərin tərkibində metadonun təsir maddəsinin ümumi miqdarı 18,12 qram təşkil edir. İki ədəd elektron tərəzinin səthində narkotik vasitə heroinə və psixotrop maddə metamfetaminə məxsus izlər vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların çəkisini müəyyən etmək mümkün olmadı. Bir ədəd polietilen paketdəki və bir ədəd qara rəngli çemodandakı heroinlər xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olub, ümumi təmiz çəkisi 29795 qram təşkil edir. Bir ədəd polietilen paketdəki və bir ədəd çemodandakı metamfetaminlər xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olub, ümumi təmiz çəkisi 5253,914 qram təşkil edir. Qalıq: heroin 29194,76 qram, metamfetamin 5253,714 qram, metadon həbləri - 450 ədəd. Cinayət işinin 164-165-ci vərəqlərində olan iş üzrə təyin olunmuş məhkəmə-narkolojı ekspertizasının 24 may 2021-ci il tarixli 1579 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkolojı dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 30-33-cü vərəqlərində olan “Şəxsi axtarış və götürmə aparılması haqqında" 13 aprel 2021-ci il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 12 aprel 2021-ci il tarixdə saat 23:15-də ünvan 5 ünvanının qarşısında saxlanılaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət edilmiş və orada xidməti otaqların birində 13 aprel 2021-ci il saat 00:45-dən etibarən üzərinə keçirilən şəxsi axtarış zamanı sağ əlində saxladığı qırmızı rəngli sellofan torbadan bir ədəd bükümdə psixotrop maddə metamfetaminə və bir ədəd bükümdə narkotik vasitə olan heroinə bənzər kütlələr aşkar edilərək götürülmüşdür. Şəxsi axtarış və götürmənin aparılması videoçəkliliş əsasında keçirilərək bir ədəd CD diskə yazılaraq protokola əlavə edilmişdir. Cinayət işinin 36-39-cu vərəqlərində olan “mənzilə baxış keçirilməsi və götürmə haqqında” 13 aprel 2021-ci il tarixli protokoldan görünür ki, əməliyyat-axtarış tədbirinin davamı olaraq həmin tarixdə saat 02.00-dan etibarən Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanına baxış keçirilərkən mənzilin girişindən sağ tərəfdə olan yataq otağından bir ədəd qara rəngli çantada iyirmi səkkiz ədəd bükümdə narkotik vasitə heroin, beş ədəd bükümdə psixotrop maddə metamfetamin, üzərində “Methadone 40” yazısı olan 453 həb, iki ədəd elektron tərəzi və cinayət yolu ilə əldə edilməsinə ehtimal olunan 1.000 manat pul aşkar edilərək götürülmüşdür. Mənzilə baxış və götürmənin aparılması videoçəkliliş əsasında keçirilərək bir ədəd CD diskə yazılaraq protokola əlavə edilmişdir. İş üzrə maddi subut olan CD disklərə məhkəmə iclasında baxış keçirilmişdir. CD disklərdə olan görüntülər işin hallarına uyğundur. Cinayət işinin 122-129-cu vərəqlərində olan Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrəyə daxil olan və bu nömrədən çıxan zənglərin siyahısı, qəbul olunan və göndərilən SMS-lərin siyahısı, SMS-lərin mətnləri, daxil olan və çıxan zənglər siyahısına aid hər bir mobil nömrə sahibinin tam anket məlumatlarım əks etdirən telefonla aparılan danışıqların və məlumatlara dair məhkəmə qərarlarına əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən əldə edilmiş 01 ədəd diskə keçirilən baxış zamanı müxtəlif mobil telefon nömrələrindən Təqsirləndirilən şəxs istifadə etdiyi 055- ***-**-** mobil telefon nömrəsinə “Orxan cvb cer qaqa mənə bir az kola lazımdır. Gəlim götürüm brat?, "Mene cox xahiş edirem senle accit edecem bir dene kola at”, “Qardaşım keçen sefer sen Berdeye geldiyin kimi olacaq yoxsa deqiqdi? Lomkada qalaram ha afa yoxdu ha menim kanalımda menim planımı alt üst edersen birden?”, “Qardaşım senden artıq derecede xahiş edirem başıva dönüm sen anayın goru sen atanın baqlı qapısı o dermannan 2 list al gönder bura çatan kimi pulun verecem”, “Pati var?”, “Dede bir dene kola isteyirem, taksideyem, sen götürmədin cet arxasıncan gedirdim. 30 man pulum var ama alınırsa surdurum hara desen”, “Dede nevar ne yox? Brat meti duzub qoşmaq olar?”, “Qaqa qara tapılar? Tapılarsa o birini axtarmayaq hec” sözləri yazılmış SMS mesajları daxil olmuşdur. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 02 iyun 2016-cı il tarixli qərarında göstərilir ki, şəxs Azərbaycan Respublikasının gömrük sərhədindən CM-nin 206.2-ci maddəsində sadalanan əşyaların qeyri-qanuni yolla keçirilməsi ilə yanaşı narkotik vasitələrin, psixotrop maddələrin, güclü təsir edən, zəhərli, zəhərləyici, partlayıcı maddələr və qurğular, radioaktiv maddələr, odlu silah, döyüş sursatı (yivsiz ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, onların hazırlanmasında istifadə oluna bilən materialların və avadanlıqların qeyri-qanuni dövriyyəsi ilə bağlı cinayət əməlləri törətdiyi halda, bunun üçün əsasların olması şərti ilə təqsirkar şəxsin hərəkətləri cinayətlərin məcmusu ilə - CM-nin 206-cı maddəsi və həmin Məcəllədə qeyd olunmuş əşyaların qanunsuz dövriyyəsinə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə (məsələn, CM-nin 228, 234, 240-cı və sair) tövsif olunmalıdır. Həmin qərarın 19-cu bəndində göstərilir ki, bu cinayətin törədilməsində iştirak edən şəxslərdən yalnız biri (bir neçəsi) malları və ya digər əşyaları Azərbaycan Respublikasının gömrük sərhədindən qeyri-qanuni üsullarla bilavasitə keçirdikdə və ya qaçaqmalçılığın bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması üçün başqa hərəkətlər etdikdə, digəri (digərləri) isə bu əməllərin törədilməsini təşkil etdikdə və ya həmin əməllərin törədilməsinə icraçını təhrik etdikdə, yaxud da CM-nin 32.5-ci maddəsində nəzərdə tutulmuş hərəkətləri etməklə cinayətin törədilməsinə köməklik göstərdikdə, icraçının (icraçıların) əməlləri qaçaqmalçılıq predmetinin mənsubiyyətindən və başqa tövsifedici əlamətlərdən asılı olaraq CM-nin 206.1 və ya 206.2, yaxud 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə, digər iştirakçıların əməlləri isə (onların eyni vaxtda birgə icraçı kimi cinayətin törədilməsində iştirak etdikləri hallar istisna olunmaqla) iştirakçılığın növündən asılı olaraq CM-nin 32.3, 32.4 və ya 32.5-ci maddələrinə istinad edilməklə icraçının (icraçıların) əməllərinə uyğun olaraq CM-nin 206.1, 206.2, 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə tövsif edilir. İttiham olunduğu cinayət əməllərinin təqsirləndirilən şəxs tərəfindən törədilməsi özün etirafedici ifadələri ilə yanaşı şahid ifadələri, baxış, götürmə protokolları, maddi sübutlar, eləcə də məhkəmə ekspertiza rəyləri və işin digər faktiki halları ilə tam sübuta yetirilir, həmin sübutlar iş materiallarına uyğun və əsaslı olmaqla biri digərini əlaqəli şəkildə tamamlayaraq iş üzrə mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli, 961 №-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» siyahının 5-ci bəndinə görə 2 qram və daha artıq narkotik vasitə olan heroin külli miqdar hesab edilmişdir. Həmin siyahının 13-cü bəndinə görə 1,6 qram və daha artıq narkotik vasitə olan metadon külli miqdar hesab edilmişdir. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli, 961 №-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» İİ siyahının 67-ci bəndinə əsasən 2 qram və daha artıq pxisotrop maddə olan metamfetamin külli miqdar hesab edilir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməlləri ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq tövsif edilmiş və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək ona həmin maddələrlə cəza təyin edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hal, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Cinayət işinin 20-21, 89-91-ci vərəqlərində olan protokol və qərardan görünür ki, Təqsirləndirilən şəxs 12 aprel 2021-ci il tarixdən şübhəli şəxs qismində tutularaq barəsində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materillarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİdən daxil olmuş tələbnumədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Əməlindən səmimi peşman olması Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdırıcı halların olmamasını, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 64.1-ci maddəsinə əsasən iştirakçılıqla törədilmiş cinayətə görə cəza təyin edilərkən iştirakçılardan hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakteri və dərəcəsi, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyəti, vurulmuş zərərin həcminə və xarakterinə onun təsiri nəzərə alınır. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və onların şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də onlara təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. İbtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı 12 aprel 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, CM-nin 56.1.2-ci maddəsinə müvafiq olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Məhkəmə məsrəfi olan 81,82 (səksən bir manat səksən iki qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Maddi sübut - Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Növbətçi Hissəsinin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş tədqiqatdan sonra qalıq qalan bir ədəd çantada qablaşdırılan 29194,76 qram çəkidə narkotik vasitə heroin, 5253,714 qram çəkidə psixotrop maddə metamfetamin, 450 ədəd narkotik vasitə metadon həbləri və iki ədəd elektron tərəzi məhv edilməli və onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası» tərəfindən həyata keçirilməlidir. 02 ədəd CD disk isə cinayət işi materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə Müdafiəçi üçün 300 AZN (üç yüz manat) fəaliyyət göstərdiyi Bakı şəhər «Mərkəz» Vəkil Bürosunun nəfinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32,5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək CM-nin 32.5, 206.3.2-ci maddəsi ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 17 (on yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin başlanğıcı 12 aprel 2021-ci il tarixdən hesablansın, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Məhkəmə məsrəfi olan 81,82 (səksən bir manat səksən iki qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Maddi sübut - Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Növbətçi Hissəsinin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş tədqiqatdan sonra qalıq qalan bir ədəd çantada qablaşdırılan 29194,76 qram çəkidə narkotik vasitə heroin, 5253,714 qram çəkidə psixotrop maddə metamfetamin, 450 ədəd narkotik vasitə metadon həbləri və iki ədəd elektron tərəzi məhv edilsin və onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası» tərəfindən həyata keçirilsin. 02 ədəd CD disk isə cinayət işi materiallarında saxlanılsın. Məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə Müdafiəçi üçün 300 AZN (üç yüz manat) fəaliyyət göstərdiyi Bakı şəhər «Mərkəz» Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Apelyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Rahib Salmanov

2. Siyavuş Hacıyev

3. Eldar Mikayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar