Məhkəmə qərarları › İş №1(101)-1362/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1362/2022

02.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1362/2022 02.09.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, Hazıqov Əliqismət Nurəli oğlunun katibliyi, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokurorları, ədliyyə müşavirləri Dövlət ittihamçısı1, Dövlət ittihamçısı2, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı3, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 17 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx xxxxxxxx 1994-cü il tarixdə Siyəzən şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşamış, 01 mart 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 03 mart 2022-ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ittiham olunur ondan ötrü ki, o, satış məqsədilə külli miqdarda narkotik vasitə heroini və külli miqdarda psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib, saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 28 fevral 2022-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən «Kubinka» adlanan yaşayış sahəsində olan məscidin yaxınlığında satış məqsədi ilə qanunsuz olaraq naməlum mənbədən şəffaf sellofan kəsiyi parçasından ibarət olan 1 ədəd bükümdə, külli miqdarda, təmiz halda çəkisi 15,819 qram təşkil edən qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroini və şəffaf sellofan kəsiyi parçasından ibarət olan 1 ədəd bükümdə, külli miqdarda, təmiz halda çəkisi 2,030 qram təşkil edən ağ rəngli kristaldan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini əldə edib üzərində saxlamaqla daşıyaraq 01 mart 2022-ci il tarixdə ünvan 2 ünvanın qarşısına gətirdikdən sonra, həmin gün saat 14:00 dəqiqədə Bakı şəhəri, Yasamal RPİ-nin 27-ci Polis bölməsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində göstərilən ünvanda saxlanılıb Yasamal RPİ-nin 27ci PB-nin inzibati binasına gətirilərək üzərinə keçirilmiş şəxsi axtarış zamanı həmin 15,819 qram çəkidə olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və 2,030 qram çəkidə olan ağ rəngli kristaldan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin yuxarıda göstərilən 2 ədəd bükümlərdə və çəkilərdə onun əynindəki qara rəngli «cins» şalvarının sağ yan cibindən, eləcə də əynindəki qara rəngli gödəkçənin sağ iç cibindən üzərində narkotik vasitə heroinin izləri olan bir ədəd elektron tərəzi aşkar olunaraq götürülmüşdür, yəni qeyd olunan bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs münasibətdə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittihamla bağlı məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış və Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda heroin narkotik vasitəsi və külli miqdarda metamfetamin psixotrop maddəsi əldə edərək saxlaması və daşıması, yəni Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunmuşdur. Belə ki, cinayət işinə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, ünvan 5 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, əvvəllər iki dəfə məhkum olunmuşdur. 19 aprel 2013-cü il tarixdə qanunsuz narkotik vasitə saxladığına görə iki il, 10 oktyaör 2016-cı il tarixdə yenə də qanunsuz narkotik vasitə saxladığına görə iki il iki ay məhkumluq həyatı yaşamışdır. Sonuncu dəfə 02 fevral 2018-ci il tarixdə azadlığa buraxılmışdır. Təxminən son 7-8 il müddətində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin qəbul etmişdir. Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, 28 fevral 2022-ci il tarixdə, axşam saatlarında narkotik vasitə heroini almaq məqsədi ilə Bakı şəhəri, Nəsimi rayonunda yerləşən “Kubinka” adlanan əraziyə gedib, orada olan məscidin yanında üzdən tanıdığı, lakin adını bilmədiyi orta yaşlı, orta bədən quruluşlu, orta boylu, qarayanız, qarasaç, əynində qara rəngli gödəkçə və qara rəngli şalvar olan şəxsə yaxınlaşmış, sonuncudan narkotik vasitə heroinin olub-olmamasını soruşmuşdur. Həmin şəxs cavabında üzərində satlıq olan 15 qramdan artıq çəkidə “kokos” adlanan narkotik vasitə heroin və 02 qramdan artıq çəkidə olan “şüşə” adlanan psixotrop maddə metamfetamin olduğunu və onları bir yerdə cəmi 100 manata satdığını bildirmişdir. O da həmin vaxt üstündə pul olduğundan həmin şəxslə razılaşmış və özündə olan balaca elektron tərəzi ilə həmin maddələri çəkəcəyini və əgər çəkisi deyildiyi kimi olarsa alacağını bildirmişdir. Həmin şəxs də onunla razılaşdığı üçün onlar birlikdə döngəni dönmüş, orada heç kimin olmadığı bir yerdə dayanmışlar. Həmin şəxs ona şəffaf rəngli sellofan kəsiyi parçalarına bükülmüş vəziyyətdə olan 01 bükümdə heroin və 01 bükümdə metamfetamini vermiş, o da öz növbəsində əynində olan gödəkçəsinin sağ iç cibində olan balaca elektron tərəzini çıxarıb əlində tutaraq, həmin bükümləri tərəzinin üzərinə qoyaraq çəkmişdir. Nəticədə göstərilən bükümlərdə olan heroinlə metamfetamin çəkiləri həmin şəxsin dediyi çəkilərdə olduğu üçün, o, hər iki bükünü əynindəki şalvarının sağ yan cibinə qoyaraq, sol cibindən bir ədəd yüzlük manat pul əskinasından ibarət yüz manat pulu çıxarıb həmin şəxsə verməklə aldığı “mal”ların dəyərini ödəmişdir. Bundan sonra həmin gün yaşadığı evə gəlmiş və aldığı həmin heroin və metamfetaminin hər birindən azacıq bir hissələrini istifadə etmişdir. Təqsirləndirilən şəxs ifadəsinin davamında daha sonra göstərdi ki, 01 mart 2022-ci il tarixdə, günorta saatlarında yaşadığı evdən çıxıb piyada olaraq Bakı şəhəri, Yasamal rayonu, Nəriman ünvan 7 ünvanın qarşısında üç nəfər polis əməkdaşı ona yaxınlaşıb özlərini Bakı Şəhər Yasamal RPİ-nin əməkdaşları kimi təqdim etmiş və qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirərək onu Bakı Şəhər Yasamal RPİ-nin 27-ci Polis Bölməsinə dəvət etmişlər. Həmin vaxt imkan edib üzərində olan narkotik vasitələri və psixotrop maddələri üzərindən ata bilməmiş, polis əməkdaşları ilə birlikdə Bakı Şəhər Yasamal RPİ-nin 27-ci Polis Bölməsinə getmişdir. Bölmədə ora dəvət edilmiş müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuş və şübhəli şəxs kimi hüquq və vəzifələri ona izah olunmuşdur. Bundan sonra videoçəkilişlə onun üzərində şəxsi axtarış aparılacağı izah edilmiş və onun münasibəti soruşulmuşdur. O, videoçəkilişlə onun üzərində şəxsi axtarış aparılmasına etiraz etmədikdə şəxsi axtarışa başlanılmışdır. Əvvəlcə ona üzərində qanunla qadağan olunmuş əşya, maddə, narkotik vasitə və ya psixotrop maddə və sair olduğu təqdirdə təqdim etməsi təklif olunmuşdur. Bundan sonra səmimi olaraq üzərindəkiləri təqdim etmək qənaətinə gəlib əynindəki qara rəngli cins şalvarının sağ yan cibində saxladığı 02 ədəd şəffaf sellofan kəsiyi bükümlərində olan 01 bükümdə tünd qəhvəyi rəngli narkotik vasitə olan heroini və 01 bükümdə psixotrop maddə olan metamfetamini, eləcə də onları çəkdiyi elektron tərəzini əynindəki qara rəngli gödəkçənin sağ iç cibindən çıxarıb masanın üstünə qoymaqla könüllü olaraq təqdim edib həmin bükümlərin birində “kokos” adlanan narkotik vasitə heroin, digərində isə “patı”, “şüşə” adlanan psixotrop maddə metamfetamin olduğunu, həmçinin onları birlikdə olmaqla 28 fevral 2022-ci il tarixində axşam saatlarında Bakı şəhəri, Nəsimi rayonu ərazisində, “Kubinka” adlanan yerdə yerləşən məscidin yanında, yalnız üzdən tanımadığı və barəsində heç bir anket məlumatını bilmədiyi kişi cinsli şəxsdən öz istifadəsi üçün 100 manat pul müqabilində alıb əynindəki qara rəngli cins şalvarının sağ yan cibinə qoymaqla sonradan istifadə etməkdən ötrü üstündə saxladığını bildirmişdir. Gödəkçəsinin cibində saxladığı həmin elektron tərəzini istifadə edəcəyi narkotik maddənin miqdarını ölçmək üçün, eləcə də narkotik vasitələr alarkən aldanmamaqdan ötrü onların çəkisini yoxlamaqdan ötrü üzərində gəzdirmişdir. Bundan sonra, təhqiqatçı tərəfindən onun təqdim etdiyi həmin bükümlərə və tərəziyə baxış keçirilərək bükümlər açılmış və içərisində həqiqətən də tünd qəhvəyi rəngli maddə, yəni narkotik vasitə olan heroinin, eləcə də ağ kristal şəkildə olan psixotrop maddə metamfetaminin olması müəyyən edilmişdir. Həmçinin, ondan aşkar olunmuş həmin bükümlər içindəki narkotik vasitə heroin və psixotrop maddə metamfetamin, eləcə də elektron tərəzi müdafiəçinin, polis əməkdaşlarının iştirakı ilə birlikdə içi boş, iri zərfə qoyularaq qablaşdırılmış və möhürlənib bağlandığı üçün, o, həmin zərfin tamlığını da öz imzası ilə təsdiq etmişdir. Təqsirləndirilən şəxs ifadəsinin yekununda göstərdi ki, o, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamış, heç kimə narkotik vasitə pay belə, verməmişdir. O, özü narkoman olmuş, ifadəsinin əvvəlində göstərdiyi kimi, son 7-8 il müddətində narkotik vasitə heroin və psixotrop maddə metamfetamindən istifadə etmişdir. Demək olar ki, o, gün ərzində yarım qram narkotik vasitə və ya psixotrop maddələrdən istifadə etmişdir. Ondan aşkar edilib götürülən narkotik vasitə və psixotrop maddəni yalnız özünün şəxsi istifadəsi üçün alıb əldə etmişdir. İstər saxlanılarkən, istər üzərində şəxsi axtarış aparılarkən və istərsə də ibtidai istintaq mərhələsində ona fiziki və ya mənəvi təzyiqlər olmamış, ona heç bir xəsarət yetirilməmiş, o, əməlini səmimi etiraf etmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Yasamal RPİ-nin 27-ci PB-nin CA üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid1 ifadəsində göstədi ki, Təqsirləndirilən şəxs adlı şəxsin Yasamal rayonu ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə Bakı Şəhər Yasamal RPİ-nin 27-ci Polis Bölməsinə əməliyyat məlumatı daxil olmuş, həmin məlumatı yoxlamaq məqsədi ilə 01 mart 2022-ci il tarixdə o, 27-ci Polis Bölməsinin rəhbərliyinə raportla müraciət edib məlumat vermişdir. Məlumatın yoxlanılması ilə əlaqədar əvvəlcə onun şəxsiyyəti müəyyənləşdirilmiş, onun xx xxxxxxxx 1994-cü il təvəllüdlü, Siyəzən şəhərində anadan olmuş, Bakı şəhəri, ünvan 10 ünvanda yaşayan Təqsirləndirilən şəxs olduğu müəyyənləşdirilmişdir. Bundan sonra onun rəhbərliyi ilə Cinayət Axtarışı üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 və polis leytenantı Şahid2 ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində həmin gün, yəni 01 mart 2022-ci il tarixdə, saat 14:00 radələrində ünvan 11 ünvanın qarşısında barəsində əməliyyat məlumatı daxil olmuş şəxsə, yəni hazırda baxılan iş üzrə Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim edərək onu Yasamal RPİ-nin 27-ci Polis Bölməsinə gəlməyə dəvət etmişlər. Həmin vaxtı Təqsirləndirilən şəxs etiraz etməmiş və onlarla birlikdə Bölməyə getmişdir. Bölmənin xidməti otaqlarının birində video çəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış aparılacağı ona bildirilmişdir. Şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs hüquq və vəzifələri, həmçinin vəkildən istifadə etmək hüququ izah edilərək vəkillərin siyahısı təqdim edilmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üstündə hər hansı qeyri-qanuni və ya qanuni nə varsa təqdim etsin. Təqsirləndirilən şəxs həmin vaxt əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən iki ədəd şəffaf rəngli polietilenə bükülmüş bükümləri və həmçinin əynindəki qara rəngli gödəkçəsinin sağ iç cibindən arxa hissəsi qara, ön hissəsi isə göy rəngli, üzərinə PCS, MODE,ON/OFF və TARE sözləri yazılmış elektron tərəzini çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi büklümlərə baxış keçirilmiş və həmin bükümlərdən birinin içərisində ağ rəngli kristal şəkilli maddə psixotrop maddə metamfetaminə bənzər maddə, digər bükümün içərisində isə qəhvəyi rəngli narkotik vasitə heroinə oxşar maddənin olması aşkar olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükümlərin içərisində olan maddələrin nədən ibarət olması, nə vaxt, haradan və hansı məqsədlə əldə etməsi barədə sorğu edilərkən Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərdən birinin içərisində ağ rəngli kristal şəkilli maddənin “şüşə ”adlanan metamfetamin, digər bükümün içərisindəki qəhvəyi rəngli maddənin isə “kokos” adlanan narkotik vasitə heroin olduğunu, həmin heroini və metamfetamini bir gün əvvəl yəni 28 fevral 2022-ci il tarixdə, axşam saatlarında Bakı şəhəri, Nəsimi rayonunda yerləşən “Kubinka” adlanan ərazidən küçədə üzdən tanıdığı, lakin adını, yaşadığı ünvanı bilmədiyi şəxsdən 100 manata aldığını, bir qismini istifadə etdiyini, qalanını isə sonradan istifadə etmək üçün şalvarının cibində saxlağını, tərəzidən isə istifadə edəcəyi narkotik vasitə və psixotrop maddəni ölçmək və narkotik vasitə alarkən aldanmamağı üçün istifadə etdiyini bildirmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs götürülmüş narkotik vasitə olan heroinə bənzər maddə və psixotrop maddə olan metamfetaminə bənzər maddə qablaşdırılaraq DİN-nin 168 saylı möhürü ilə möhürlənmiş və bu barədə təhqiqatçı tərəfindən müvafiq protokol tərtib edilmişdir. Həmin protokol iştirakçılara ucadan oxunmuş və düzgün tərtib edildiyinə görə imzalarla təsdiq edilmişdir. İstər saxlanılarkən, istər üzərində şəxsi axtarış aparılarkən və istərsə də ibtidai istintaq mərhələsində Təqsirləndirilən şəxs qarşı fiziki, psixi və ya mənəvi təzyiqlər göstərilməmiş, onun hüquqları tam təmin edilmişdir. Şahid - əməliyyat müvəkkili Şahid1 ifadəsinin davamında göstərdi ki, şəxsi axtarış başa çatdıqdan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs izahatı alınmış və sonuncu barəsində toplanmış material baxılmasından ötrü Yasamal RPİ-nin İstintaq Şöbəsinə təhvil verilmişdir. Bundan sonra müstəntiqin qərarı ilə Təqsirləndirilən şəxs yaşadığı ünvan 12 ünvanında yerləşən fərdi evə, ev sahibəsi X1 razılığı ilə müstəntiq tərəfindən onların və hal şahidlərinin iştirakı ilə baxış keçirilmiş və baxış nəticəsində Təqsirləndirilən şəxs yaşadığı evdən qanunla qadağan olunmuş hər hansı əşya aşkar olunmamışdır. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Bakı Şəhər Yasamal RPİnin 27-ci Polis Bölməsinin CA üzrə əməliyyat müvəkkili Şahid2 Şahid1 ilə oxşar məzmunda ifadə verib sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etdi. Məhkəməyədək icraat zamanı iş üzrə şahid qismində dindirilən Bakı Şəhər Yasamal RPİ-nin 27-ci Polis Bölməsinin CA üzrə əməliyyat müvəkkili Şahid3 ifadəsi elan edilməklə tədqiq olundu və müəyyən edildi ki, Şahid3 tədqiq olunan həmin ifadəsində məhkəmə baxışı zamanı dindirilən Şahid1 və Şahid2 ilə oxşar məzmunda ifadə verərək onların ifadələrində göstərdikləri xüsusatları bir daha təsdiq etmişdir (iş vərəqə: 135-138). Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Yasamal RPİ-nin 27-ci PB-nin sahə inspektoru, polis mayoru Şahid4 ifadəsində göstədi ki, o, sahə müvəkkili olaraq Bakı şəhəri, ünvan 13 ünvan olan ərazidə xidmət aparmış, baxılan iş üzrə Təqsirləndirilən şəxs tanımış, sonuncu saxlanılana qədər ünvan 14 ünvanda yaşamışdır. Təqsirləndirilən şəxs əvvəllər şəxsi istelak miqdarından artıq miqdarda qanunsuz narkotik vasitə saxlamasına görə iki dəfə məhkum olunmuşdur. Təqsirləndirilən şəxs yenidən tutlması barədə xidmət etdiyi Yasamal RPİ-nin 27-ci Polis Bölməsinin əməkdaşlarından məlumat almışdır. Təqsirləndirilən şəxs mənfi xarakterizə olunmamış, heç bir yerdə işləməmiş, onun bir qardaşı həbsdə, digər ailə üzvləri xaricdə yaşamış, ətrafına daim öz xarakterinə uyğun şəxsləri toplamış, onu islah etməyə dəvəti nəticəsiz qalmışdır. Ətrafda olan inanılmış şəxslərdən Təqsirləndirilən şəxs cibində narkotik vasitə, psixotrop maddə gəzdirməsi, həmçinin üzərində olan tərəzisi ilə binaların tinlərində dayanaraq naməlum şəxslərə gizlin olaraq narkotik vasitələr və psixotrop maddələri satmaqla məşğul olması barədə məlumat almışdır. Əvvəllər bir neçə dəfə Təqsirləndirilən şəxs tutulub istintaqa təhvil verilməsindən ötrü tərəfindən bir sıra tədbirlər həyata keçirilmiş, lakin buna baxmayaraq sonuncunu faktla tutmaq mümkün olmamışdır. Məhkəmə baxışı zamanı adı məhkəməyə dəvət olunmalı şahidlər siyahısına əlavə edilməmiş, lakin məhkəməyədək icraat zamanı şahid qismində dindirilməklə iş üzrə ittiham aktında ifadələrinə qiymət verilmiş şahid X1 ifadəsi elan edilməklə tədqiq edildi və müəyyən olundu ki, şahid X3 tədqiq olunan həmin ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Yasamal rayonu, T.Şahbazi küçəsi, ev 75/79 ünvanında yaşamışdır. Təqsirləndirilən şəxs onun qohumudur, anası ilə birlikdə ona məxsus Bakı şəhəri Yasamal rayonu, T.Şahbazi küçəsi, ev 75/79 ünvanında yaşamışdır. Maddi vəziyyətləri çətin olduğu üçün evinin bir otağını onlara təmənnasız olaraq yaşamaq üçün vermişdir. Elmanın anası hazırda onun evində yaşamır. Elmanın anasının xarici ölkələrə gedib gəldiyini sonradan bilmişdir. Təqsirləndirilən şəxs bir qardaşı hazırda həbsdədir. Təqsirləndirilən şəxs onun evində yaşadığı müddətdə tüfeyli həyat tərzi yaşamış, heç bir yerdə işləməmiş, işlətməyə mobil telefonu olmamış, daim küçələri avara-avara gəzməklə məşğul olmuşdur. Elman onun verdiyi evdə çox vaxt qalmamışdır. Bəzi vaxtlar gecələr Elmanın evindən səslər eşidib, Elmanın yanına çoxlu adam gəlib-getdiyini bilmişdir. Şahid X3 tədqiq olunan həmin ifadəsində daha sonra göstərmişdir ki, 04 mart 2022ci il tarixdə Yasamal RPİ-nin əməkdaşları onun yaşadığı ünvan 12 ünvanında yerləşən fərdi evinə gələrək həmin evdə yaşayan Təqsirləndirilən şəxs üzərində külli miqdarda narkotik vasitə gəzdirərkən polis əməkdaşları tərəfindən saxlanılması və Elmanın evdə narkotik vasitə saxlamasında şübhələr olduğundan evinə baxış keçirilməli olduğunu ona bildirmişlər. O da polis əməkdaşlarının evinə baxış keçirilməsi ilə bağlı fikirlərini qəbul edib özünün razılığı əsasında evində narkotik vasitənin axtarışı ilə bağlı polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etməmişdir. Polis əməkdaşları onun yaşadığı evdə baxış keçirmiş, lakin evdən narkotik vasitə və qanunla qadağan olunmuş əşya və predmet tapılmamışdır. Qohumu Təqsirləndirilən şəxs tüfeyli həyat tərzi yaşamasını bilsə də narkotik vasitə qəbul etməsindən, saxlamasından və satmasından xəbəri olmamışdır. O, polis əməkdaşları yaşadığı evə gələn zaman qohumu Təqsirləndirilən şəxs narkotik vasitə qəbul etməsini, saxlamasını öyrənib bilmişdir (iş vərəqə: cild İ, səh. 105-107). Cinayət işinə məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan “Şəxsi axtarış və götürmə aparılması haqqında” 01 mart 2022-ci il tarixli protokoldan görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli «cins» şalvarının sağ yan cibindən şaffav sellofana bükülmüş iki ədəd bükümdə narkotik vasitə heroinə və psixotrop maddə metamfetaminə bənzər kütlə, eləcə də əynindəki qara rəngli gödəkçənin sağ iç cibindən üzərində narkotik vasitə heroinin izləri olan bir ədəd elektron tərəzi aşkar götürülmüşdür (iş vərəqə: cild İ, səh. 37-38). Məhkəmə baxışı zamanı tədqiq olunan, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması və ondan narkotik vasitəyə şübhəli maddənin və s. götürülməsi prosesinin videogörüntülərinin yerləşdirildiyi bir ədəd CD formatlı diskə baxış keçirilməsi haqqında 15 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Bakı Şəhər Yasamal RPİ-nin 27-ci PB-nin təhqiqatçısı polis mayoru X4 xidməti otağında şübhəli şəxs Təqsirləndirilən şəxs müdafiəçisi X5, Yasamal RPİ-nin 27-cı PB-nin əməliyyat müvəkkilləri polis leytenantı Şahid1, polis baş leytenantı Şahid3 və polis leytenantı Şahid2 iştirakları ilə Təqsirləndirilən şəxs özünü təqdim etməsini təklif edir və həmin şəxs özü barədə məlumat verdikdən sonra ona təhqiqatçı tərəfindən Azərbaycan Respublikası CPM-nin 246-cı maddəsinin tələbləri izah edilərək üzərində əldə edilməsi, saxlanması və gəzdirilməsi qanunla qadağan olunmuş əşya və ya maddəni könüllü olaraq təqdim etməsi təklif edilir. Videogörüntülərdə bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən iki ədəd şəffaf rəngli sellofana bükülmüş bükülüləri və həmçinin əynindəki qara rəngli gödəkçəsinin sağ iç cibindən arxa hissəsi qara ön hissəsi isə göy və qara rəngləri tərəzini çıxarab təqdim edərək masanın üzərinə qoyması, sonra isə təhqiqatçı S.Gözəlov tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparması, lakin üzərindən digər heç bir qeyri-qanuni əşya və ya predmetlərin aşkar olunmaması müşahidə olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs Rldar oğlu təqdim etdiyi bükümlərdən birinin içərisində olan ağ rəngli kristal şəkilli maddənin “şüşə” adlanan metamfetamin, digərinin isə içərisində olan qəhvəyi rəngli maddənin “kokos» adlanan heroin olduğunu, həmin heroini və metamfetamini bir gün əvvəl axşam saatlarında “Kubinka” adlanan ərazidən küçədə üzdən tanıdığı, lakin adını, yaşadığı ünvanı bilmədiyi şəxsdən 100 manata aldığını, bir qismini istifadə etdiyini, qalanını isə sonradan istifadə etmək üçün şalvarının cibində saxlağı, tərəzidən isə istifadə edəcəyi narkotik vasitən ölçmək və narkotik vasitə alarkən aldanmamağı üçün istifadə etdiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi yuxarıda göstərilən arxa hissəsi qara ön hissəsi isə göy və qara rəngli üzərinə PCS,MODE,ON\OFF və TARE sözləri yazılmış tərəzinin, eləcə də 1 ədəd sellofan parçasından ibarət olan bükümün içərisində ağ rəngli kristal şəkilli maddə və 1 ədəd sellofan parçasından ibarət olan bükümün içərisində qəhvəyi rəngli maddə ilə birlikdə kağız zərfə qoyularaq qablaşdırılıb möhürlənməsi və iştirakçılar tərəfindən imzalanması ilə videogörüntülər tamamlanmışdır (iş vərəqə: cild İ, səh.125- 126). Məhkəmə baxışı zamanı nümayiş etdirilməklə tədqiq olunan, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması və ondan narkotik vasitəyə şübhəli maddənin və s. götürülməsinə dair bir ədəd CD formatlı diskdə olan videogörüntülərdən görünür ki, həmin videogörüntülər Təqsirləndirilən şəxs üzərində “Şəxsi axtarış və götürmə aparılması haqqında” 01 mart 2022-ci il tarixli protokolun və təqsirləndirilən şəxsin üzərində şəxsi axtarış aparılması və ondan narkotik vasitəyə şübhəli maddənin və s. götürülməsi prosesinin videogörüntülərinin yerləşdirildiyi bir ədəd CD formatlı diskə baxış keçirilməsi haqqında 15 aprel 2022-ci il tarixli protokolların məzmunu ilə eynidir və hər hansı ziddiyyət müəyyən edilməmişdir (iş materiallarında olan CD formatlı disk). Cinayət işinə məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan, “baxış keçirmə və götürmə keçirilməsi haqqında” 04 mart 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 12 ünvanında yerləşən mənzilə baxış keçirilmiş, lakin iş üzrə sübut əhəmiyyəti kəsb edən hər hansı bir əşya, piridmet, narkotik və psixotrop maddələr aşkar olunmamışdır (iş vərəqə: cild İ, səh. 97-104). Cinayət işinə məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan, məhkəməkimyəvi ekspertizasının 02 mart 2022-ci il tarixli 6/1263 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN-nin Zərflər üçün № 168” dairəvi möhür əksi olan Yarıyev sözləri, soyad və imzalar qeyd edilmiş kağız paketin içərisində bir ədəd bükümdə təmiz çəkisi 15,819 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir. Digər bir ədəd bükümdə təmiz çəkis 2.030 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təstiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in siyahısına (Siyahı İ) daxildir. Metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixorop maddələri”-in siyahısına (siyahı İ) daxildir. Təqdim edilmiş bir ədəd elektron tərəzidə narkotik vasitə olan heroinin izləri vardır. Heroin iz şəklində olduğu üçün çəkisini müəyyən etmək və bir ədəd bükümdə olan heroinlə müqayisəli tədqiqatın aparılması mümkün deyildir. Qeyd: heroinin təmiz çəkisi - 15,819 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq- 15.769 qram; metamfetaminin təmiz çəkisi - 2,030 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq - 1.980 qram (iş vərəqə: cild İ, səh. 46-51). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan ambulator məhkəmə-narkoloji ekspertizasının 25 may 2022-ci il tarixli, 2756 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (iş vərəqə: cild İ, səh. 150-151). Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan ambulator məhkəmə-psixiatrik ekspertizasının 06 iyun 2022-ci il tarixli, 1439 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs «X7 pzuntusu» (f 60.4) qyd olunur. Bunu cinayət işi materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri-yeniyetmə yaşlarından xasiyyətcə əsəbi, qıcıqlara qarşı həssas olması, əsəbi gərginlikzamanı özünə xasarətlər yetirməsi, hərbi xidməyə çağırış zamanı 2 nömrəli kliniki psixatriya Xəstəxanasında müayinə olunarkən yuxarıda göstərilən diaqnozun müəyyən edilməsi, həmçinin hazırrki müayinə zamanıdavranışda nümayişkarlıq əlamətlərinin qeyd olunmasə, əhval ruhiyyə fonunun dəyişkənliyi, emosional dayanıqsızlığıvə sair sübut edir. Bununla yanaşı qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs aşkar edilən “X7 pozuntusu” onun törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövündə öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Tədqiq olunan həmimn rəydən görünür ki, hal-hazırda Təqsirləndirilən şəxs aşkar edilən “X7 pozuntusu” onun törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Təqsirləndirilən şəxs hazırki, psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür (iş vərəqə: cild İ, səh. 152-154). İbtidai istintaq orqanının 16 iyun 2022-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərarına əsasən Təqsirləndirilən şəxs üzərində aparılan şəxsi axtarış nəticəsində aşkar edilib götürülmüş 15,819 qram heroin narkotik vasitəsi, həmçinin 2,030 qram metamfetamin psixotrop maddəsi, bir ədəd elektron tərəzi və Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması və ondan narkotik vasitə və psixotrop maddələrə şübhəli maddələrin və s. götürülməsi prosesinin videogörüntülərinin yerləşdirildiyi bir ədəd CD formatlı disk iş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatlarından sonra qalıq qalmış müvafiq olaraq 15,769 qram heroin narkotik vasitəsi və 1,980 qram metamfetamin psixotrop maddəsi, həmçinin bir ədəd elektron tərəzi saxlanılması üçün Yasamal RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, bir ədəd CD disk isə cinayət işi materiallarına əlavə edilmişdir (iş vərəqə: cildİ, səh.187-199; 210). Baxılan cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs aşkar olunub götürülən narkotik vasitənin və psixotrop maddənin mənbəyi müəyyənləşdirilmədiyindən onun barəsində istintaq olunmuş cinayət işindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ayrıca icraatda ********* saylı başqa bir cinayət işi ayrılmışdır (iş vərəqə: cild İ, səh. 202-206). Ən nəhayət, işdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan, “əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə” Yasamal RPİ-nin 27-ci PB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 tərəfindən qəbul edilmiş və Yasamal RPİ-nin 27-ci PB-nin rəisi Cavid Usubov tərəfindən təsdiq edilmiş 01 mart 2022-ci il tarixli qərar Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 5(004)-220/2022 nömrəli, 02 mart 2022-ci il tarixli qərarına əsasən qanunauyğun hesab edilmişdir (iş vərəqə: cild İ, səh.6-7; 53). Məhkəmə təqsirləndirilən şəxsin əməllərinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı”nın konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «heroin» narkotik vasitəsinin və «metafetamin» psixotrop maddəsinin hər birinin ayrılıqda şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı isə müəyyən edildi ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş heroin narkotik vasitəsinin təmiz çəkisi 15,819 qram, metamfetamin psixotrop maddəsinin təmiz çəkisi isə 2,030 qram olmaqla «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»da nəzərdə tutulmuş heroin narkotik vasitəsi və metamfetamin psixotrop maddəsi külli miqdar hədlərində olmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 14-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-nin 234.2 və 234.3cü maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda törədilib-törədilməməsi məsələsi Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli həmin qərarının doqquzuncu bəndində məhkəmələrə tövsiyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Ali Məhkəmə Plenumunun 04 mart 2011-ci il tarixli qərarının bu hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş heroin narkotik vasitəsinin təmiz çəkisinin 15,819 qram, metamfetamin psixotrop maddəsinin təmiz çəkisinin isə 2,030 qram olmaqla külli miqdar təşkil etməsi, aşkar edilib götürülmüş vasitə və maddələrin müxtəlif növlərdə olması, təqsirləndirilən şəxsdən həmçinin kiçik ölçülü predmetlərin çəkisinin müəyyənləşdirilməsi üçün nəzərdə tutulan və üzərində heroin narkotik vasitəsinin izlərinin müəyyənləşdirildiyi bir ədəd elektron tərəzinin aşkar edilib götürülməsi və işin ayrı-ayrı halları təqsirləndirilən şəxsin həm heroin narkotik vasitəsini və həm də metamfetamin psixotrop maddəsini satış məqsədilə qanunsuz olaraq külli miqdarda əldə etməsinə, saxlamasına və daşımasına dəlalət edir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclaslarında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq heroin narkotik vasitəsini və metamfetamin psixotrop maddəsini külli miqdarda əldə edib saxlaması və daşıması, yəni Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayəti törətməsi məhkəmə baxışı nəticəsində təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır və ona görə də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin həmin maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar və onu cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı qeyri-etirafedici ifadələrini, onun əldə etməklə saxlayıb daşıdığı külli miqdarda heroin narkotik vasitəsi və metamfetamin psixotrop maddəsini satış məqsədi ilə deyil, öz istifadəsi üçün nəzərdə tutması ilə əlaqədar göstərdiklərini onun ağır cinayət törətməyə görə cinayət məsuliyyətindən və cəzadan azad oluna bilmək üçün seçmiş olduğu müdafiə taktikası kimi qiymətləndirir. Belə ki, təqsirləndirilən şəxsin özünü müdafiə üçün gətirdiyi dəlillər məhkəmə baxışı zamanı araşdırılan mötəbər və təkzibedilməz sübutlarla tam inkar olunur. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş əməliyyat-sorğu arayışından görünür ki, Təqsirləndirilən şəxs baxılan cinayət işi üzrə hadisənin baş verdiyi 01 mart 2022-ci il tarixə məhkumluğu olmamışdır (iş vərəqə: cild İ, səh. 159-161). Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən və Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən ağır cinayət törətməsi nəzərə alınmalı, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası daxilində, barəsində olan yüngülləşdirici hallar nəzərə alınmaqla müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli, şəxsiyyətinə uyğun cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə iş üzrə təqsirlilik və cəza məsələsi ilə yanaşı, həm də belə nəticəyə gəlir ki, işdə olan məhkəmə-narkoloji ekspertizasının 25 may 2022-ci il tarixli, 2756 nömrəli rəyi əsas götürülməli, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacının olması nəzərə alınmalı və barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi-xarakterli məcburi tədbirlər tətbiq edilməli, Təqsirləndirilən şəxs, həmçinin ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, eyni zamanda təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün Təqsirləndirilən şəxs barəsində cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən, törədilən cinayətin ağır cinayətlər kateqoriyasına aid olmasını, onun ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunacağını qeyd edir və onun təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini qanuna uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 01 mart 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, Təqsirləndirilən şəxs baxılan iş üzrə 01 mart 2022-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılmış və həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. 03 mart 2022-ci il tarixdə müvafiq məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 01 mart 2022-ci il tarixdən hesablanmışdır. Bundan sonra məhkəmə hökmü çıxarılanadək Təqsirləndirilən şəxs qanuni əsaslarla fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs baxılan iş üzrə 01 mart 2022-ci il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunmalı olan cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilməlidir: - Bakı şəhəri Yasamal RPİ-nin saxlama kamerasında saxlanılan, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən aşkar edilib götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 15,769 qram narkotik vasitə heroin, 1,980 qram psixatrop maddə metamfetamin və bir ədəd elektron tərəzi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli; - maddi sübut kimi qiymətləndirilən və cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılması proseslərini özündə əks etdirən videogörüntülərin yerləşdirildiyi 01 ədəd CD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, iş üzrə 65,00 (altmış beş) manat məbləğində ekspertiza xərci mövcuddur ki, həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu 01 mart 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbixarakterli məcburi tədbirlər tətbiq edilsin və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilsin: - Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin saxlama kamerasında saxlanılan, məhkum Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən aşkar edilib götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 15,769 qram narkotik vasitə heroin, 1,980 qram psixotrop maddə metamfetamin və bir ədəd elektron tərəzi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin; - maddi sübut kimi qiymətləndirilən və cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılması proseslərini özündə əks etdirən videogörüntülərin yerləşdirildiyi 01 ədəd CD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri – 65,00 (altmış beş) manat məbləğində ekspertiza xərci məhkum Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar