Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1362/2024 27.09.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Vüqar Elbrus oğlu (sədrlik edən), Hacıyev Siyavuş Həbib oğlu və Əliyeva Aytən Heydər qızından ibarət tərkibdə, məhkəmə iclas katibi – X4 və X7, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Xırdalan şəhər Vəkil Bürosunun vəkilləri Müdafiəçi3 və Müdafiəçi2, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxx 1993-cü ildə Əli-Bayramlı şəhərində (hazırda Şirvan şəhəri) anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2iz fərdi tikilidə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs (Fin: xxxxxxx) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 27 sentyabr 2024-cü il tarixdə, saat 17:45-də Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasının 1 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i:
1. Təqsirləndirilən şəxs məlum olmayan mənbədən və vaxtda satış məqsədi ilə tərkiblərinə görə eyni olmaqla kustar üsulla hazırlanmış ümumilikdə 817,27 qram olan külli miqdarda narkotik vasitə qurudulmuş marixuana, xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olmaqla ümumilikdə 434,710 qram olan kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamin və şəxsi istehlak miqdarından artıq, yəni ümumilikdə 0,869 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Ə.İsazadə küçəsində yerləşən nömrəsiz evə daşımış, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin (bundan sonra mətndə - BNMİ) əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 21 sentyabr 2023-cü il tarixdə, saat 21:30 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Ə.İsazadə küçəsində yaşadığı evin yaxınlığında saxlanılaraq Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin (bundan sonra mətndə - Xəzər RPİ-nin 3-cü PŞ) inzibati binasına gətirilməklə orada xidməti otaqların birində üzərində videoçəkilişlə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilərkən əynindəki qara rəngli şalvarın sağ yan cibindən müvafiq olaraq 4,68 qram və 5,61 qram olmaqla iki ədəd şəffaf yapışqan lentlə (skoçlanmış) bağlanmış kibrit qutusunda ümumilikdə 10,29 qram narkotik vasitə qurudulmuş marixuana, sol yan cibindən isə bir ədəd sellofan bükümdə 16,210 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüş, 21 sentyabr 2023-cü il tarixdən 22 sentyabr 2023-cü il tarixə keçən gecə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Ə.İsazadə küçəsində yerləşən nömrəsiz evə baxış və götürmə keçirilərkən qeyd edilən evin yataq otağında olan taxta konstruksiyalı dolabın içərisindən bir ədəd bağlamada külli miqdarda 418,5 qram psixotrop maddə metamfetamin, müvafiq olaraq 140,0 qram, 48,0 qram, 195,0 qram və 405,0 qram olmaqla 4(dörd) ədəd sellofan bağlamada ümumilikdə 788 qram narkotik vasitə qurudulmuş marixuana, müvafiq olaraq 6,51 qram və 5,60 qram olmaqla 2(iki) ədəd kibrit qutusunda ümumilikdə 12,11 qram narkotik vasitə qurudulmuş marixuana, 1(bir) ədəd kibrit qutusunun içərisində müvafiq olaraq 0,65 qram, 0,35 qram, 0,40 qram, 0,67 qram, 0,51 qram, 0,38 qram, 0,50 qram, 0,78 qram, 0,66 qram, 0,44 qram, 0,37 qram, 0,54 qram və 0,62 qram olmaqla 13(on üç) ədəd kağız bükümdə ümumilikdə 6,87 qram narkotik vasitə qurudulmuş marixuana, 1(bir) ədəd ağ rəngli siqaret qutusunda 0,869 qram narkotik vasitə heroin və 2(iki) ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür.
İşin halları və dəlilləri:
2. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, fərdi qaydada taksi sürücüsü kimi fəaliyyət göstərməklə hazırkı iş üzrə saxlanılmazdan 15-20 gün əvvəl narkotik vasitə istifadəsinə başlamışdır. 21 sentyabr 2023-cü il tarixdə Koroğlu metrostansiyasında olarkən müştəri tərəfindən verilmiş sifariş əsasında Binə qəsəbəsinə getmiş, sovxoz adlanan ərazidə yerləşən Ə.İsazadə küçəsinin sonunda, 160 nömrəli avtobusun son dayanacağına yaxın yerdə təxminən saat 21:20 radələrində 8-9 nəfər polis əməkdaşı tərəfindən avtomobildə olarkən saxlanılaraq orada (avtomobildə) döyülmüş, növbəti gün səhər saat 6 radələrində sonuncular onu ailəsi, habelə nişanlısı ilə hədələyib təqdim olunan sənədlərin imzalanması tələb edilmiş, Xəzər RPİ-nin 3-cü PŞ-də onun üzərində şəxsi axtarış istintaq hərəkəti keçirilərkən hədələrə məruz qalmışdır. Onun iştirakı ilə videoçəkilişin aparıldığı evin kimə məxsus olmasını bilməmiş, ailə üzvləri ilə birgə ümumiyyətlə həmin evdə deyil, Binə qəsəbəsi, “X23” adlanan ərazidə yaşamışdır. Polis əməkdaşları əvvəlcə onu yaşadığı evə gətirmiş, polis əməkdaşlarına kimsə onu “narkobaron” kimi tanıtmış, sonuncular əkiz qardaşını da hədələmiş, o cümlədən anası ilə bacısını da tutub evə gətirərək evinə narkotik vasitə qoyub ailəsini də şərləyəcəklərinə dair hədə-qorxu gəlmişlər. O, istintaq təcridxanasına daxil olarkən polis əməkdaşları tərəfindən döyülərək fiziki təzyiqlərə məruz qalması barədə şikayət etmişdir.
3. Davam edən məhkəmə iclaslarında verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs ifadəsinə əlavə edərək göstərdi ki, onun faktiki saxlanıldığı Binə qəsəbəsi, Ə.İsazadə küçəsi ilə ittihamda göstərilən yer arasında təxminən 2-3 kilometr məsafə olmuşdur. Belə ki, o, avtomobilindən düşüb su almaq üçün mağazaya daxil olmuş, mağazadan çıxıb avtomobilinə əyləşərkən saxlanılaraq avtomobilin açarı əlindən alınmaqla dörd nəfər şəxslə birlikdə öz avtomobilinə mindirilmiş, digərləri isə polis əməkdaşlarına məxsus “Mercedes Benz” markalı avtomobillə onları təqib etmişdir. O, əli qandallı vəziyyətdə avtomobilin arxa oturacağında oturarkən sağ və sol tərəfində iki nəfər tanımadığı polis əməkdaşı olmuşdur. Polis əməkdaşları onu döyərərək “Nə var, nə yox?” dedikdə o, narkotik vasitə istifadəçisi olduğunu, lakin üzərində heç nə olmadığını bildirmiş, lakin buna baxmayaraq avtomobildə onu döyməyə davam etmişlər. Polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə gətirildikdən sonra 2-3 saat ərzində döyülmüş, o cümlədən sonuncular onun evinə gedib narkotik vasitə qoymaqla anası ilə bacısını da tutduracaqları ilə hədələmişlər. O, 1-ci dərəcə əlil olan anası ilə birgə iki otaqlı evdə yaşamış, sonuncunun əlilliyi ilə əlaqədar 100 manat məbləğində müavinət almışdır. Polis əməkdaşları onun evinə daxil olarkən o, 40 dəqiqə sonuncuları avtomobilində gözləmiş, bu zaman məhlədə, eləcə də evin içərisində səs-küy yaranmış, o da qonşulara biabır olmaması üçün yanındakı polislərə evdəki polisləri çağırmalarını, habelə anası ilə bacısından uzaq olmalarını bildirmiş, onlar isə anası ilə bacısını da tutacaqlarını bildirmişlər. Polis əməkdaşları ondan narkotik vasitənin yerini soruşduqda o, sonunculara onu kiminləsə səhv saldıqlarını bildirmiş, lakin onlar “Sənin üçün gəlmişik” demişlər. O, idarə etdiyi avtomobili icarəyə götürməklə aylıq icarə haqqını ödəmiş, onun taksi sürücülüyü ilə məşğul olmasına dair VÖEN-i də olmuşdur. Onun əkiz qardaşı da polis əməkdaşları tərəfindən tutulmuş, sonuncular əkiz qardaşının buraxılması üçün onunla sövdələşərək ona nəyi və necə etməsini bildirmiş, o da ondan tələb edilən qaydada etməklə və deməklə törətmədiyi əməli etiraf etmiş, bu səbəbdən qardaşı sonradan buraxılmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ümumiyyətlə onun saxlanılmasında iştirak etməmiş, sonuncu yalnız 21 sentyabr 2023-cü il tarixdən 22 sentyabr 2023-cü il tarixə keçən gecə, yəni təxminən saat 00-01 radələrində videoçəkiliş zamanı iştirak etmişdir. Onu saxlayan polis əməkdaşları özünü təqdim etməmiş, yalnız videoçəkiliş zamanı polislər BNMİ-dən gəldiklərini bildirmişdir. O, evə baxış keçirilməsinə razılıq verilməsinə dair ərizə verməmiş, baxış keçirilmiş evə onun aidiyyəti olmamış, özü daimi olaraq anası ilə birgə yaşamış, gün ərzində iki dəfə anasının yanına gedib ona yemək hazırlayıb evdən çıxmış, yaşadığı evin qaz, işıq və su sayğacları anasının adına olmuşdur. Anasının yaşadığı evlə baxış keçirilən ev arasında təxminən 3-4 kilometr məsafə olmuşdur. Polis şöbəsində olarkən ona baxış keçirilən evin açarı təqdim olunmuş, videoçəkiliş evin qapısından başlanılmışdır. O, polislərə evin ünvanını göstərməmiş, evin açarı ona verilməklə qapını açıb içəri girməsi bildirilmişdir. Evdə olarkən polis əməkdaşları narkotik vasitənin evin içərisindəki “krovatın” altında olduğunu, digər şəxs isə orada deyil, şkafda olduğunu bildirmişdir. O, taksi sürücüsü kimi fəaliyyət göstərərkən narkotik vasitə istifadə etməsi ilə bağlı sağlamlıq vəziyyəti barədə hər hansı arayış almamış, yalnız anasının əlilliyi ilə bağlı göstərdiyi yardımla bağlı sağlamlıq vəziyyəti yoxlanılmışdır. Cinayət işində olan ibtidai istintaq zamanı toplanmış materiallardakı guya onun imzası və əlyazması olan sənədlərin heç biri onun tərəfindən imzalanmamış və ya icra edilməmişdir.
4. Davam edən məhkəmə iclaslarında verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs ifadəsinə əlavə olaraq göstərdi ki, Binə qəsəbəsində faəliyyət göstərən taksi sürücüsü onu polislərlə birlikdə avtomobildə olarkən görmüşdür. Evə baxış zamanı anası onu görməmiş, lakin avtomobilini evin qarşısında görmüşdür. Polislər qardaşını tutub polis bölməsinə gətirərək ona “bax, qardaşını tutmuşuq, istəyirsən ailəni də gətirək” deyərək hədə-qorxu gəlmişlər. O, qardaşı ilə əkiz olmuş, lakin sonuncunun onun narkotik vasitə istifadə etməsindən məlumatı olmamış, qardaşı narkotik vasitələrdən uzaq durmuş, hazırkı cinayət işi üzrə polis bölməsinə çağrılmamışdır. O, saxlanılarkən üzərində narkotik vasitə olmamış, müstəntiq ondan üzərində 30-40 qram marixuana olmasına dair etirafedici ifadə verməsini tələb etmiş, döyülüb hədələrə məruz qaldığından barəsində qətimkan tədbiri məsələsi həll edilərkən məhkəmədə narkotik vasitə istifadə etdiyini bildirmişdir. İstintaq təcridxanasında müayinə edilərkən xəsarəti olduğunu bildirmiş, döyülərək başına yumruq vurulması nəticəsində başında yaranmış şiş hazırda da qalmışdır. Həmçinin polis əməkdaşları tərəfindən saxlanılarkən qolunun burulması ilə əlaqədar dırnaq izləri də qolunda qalmışdır. Cinayət işi materiallarında olan ibtidai istintaq orqanı tərəfindən toplanmış bəzi sənədlər, yəni cild 1, iş vərəqi 14, 24, 25, 27, 28, 29, 32, 33, 35, 36-37, 42, 78 (yazı və imza), 79, 81, 84 (imza və yazı) və 92-də (yazı və imza) olan müvafiq olaraq imza və yazılar onun tərəfindən yazılmamış və ya imzalanmamış, o həmin sənədləri imzalamaqdan imtina etmişdir. Eyni zamanda cild 1, iş vərəqi 55, 56, 60, 61, 68, 73,74, 76 və 77-də olan imzalar onun imzasına oxşadılmışdır. Ə.İsazadə küçəsi ilə Nadirşah küçəsi arasında təxminən 4-5 kilometr məsafə olmaqla, Ə.İsazadə küçəsi ilə yaşadığı ev arasındakı məsafə isə 3-4 kilometrdir. İbtidai araşdırma zamanı baxış keçirilmiş evi tanımır, polis əməkdaşları tərəfindən həmin evə zorla aparılmışdır. Sonda Təqsirləndirilən şəxs himayəsində İ dərəcə əlilliyi olan xəstə və yaşlı anasının olduğunu, özünün gənc olmaqla nişanlı olduğunu, tutulmazdan əvvəl təxminən bir ay sonra toylarının keçirilməsini razılaşdırdıqlarını, lakin həbs olunması ilə əlaqədar ailə qura bilmədiyini bildirərək məhkəmədən ona bəraət verilməsini xahiş etdi.
5. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı verdiyi ifadələri arasında kəskin ziddiyyətlər olduğundan həmin ifadələr elan edilərək tədqiq edilmişdir. Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə verdiyi həmin ifadələrində ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, 21 sentyabr 2023-cü il tarixdə, saat 22:30 dəqiqədə Xəzər rayonu, Binə qəsəbəsi, Ə.İsazadə küçəsində yerləşən yaşadığı nömrəsiz fərdi yaşayış evinin yaxınlığında piyada hərəkət edən zaman 2 nəfər mülki geyimli şəxs yaxınlaşaraq özlərini ona polis əməkdaşı kimi təqdim edərək onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirmiş, xidməti vəsiqələrini göstərmiş, barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış edib onu Xəzər RPİ-nin 3-cü PŞ-nin inzibati binasına dəvət etmişlər. PŞ-də dəvət olunmuş müdafiəçi Toğrul Şimiyevin iştirakı ilə o, şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri elan olunmuş və buna dair bildiriş təqdim edilmişdir. Bundan sonra onun üzərində şəxsi axtarış aparılmağa başlanılmışdır. Şəxsi axtarış zamanı ona üzərində olan qanunla qadağan olunmuş əşyaları təqdim etməsi təklif olunmuş, o, əynindəki qara rəngli şalvarın sağ yan cibindən içərisində narkotik vasitə qurudulmuş marixuana olan 2 (iki) ədəd kibrit qutusunu və şalvarın sol yan cibindən içərisində psixotrop maddə olan metamfetamini təqdim edərək masanın üzərinə qoymuşdur. O, şalvarının arxa sağ cibindən 1 (bir) ədəd içərisində ***-***-**-** mobil nömrəsi olan “Samsung” markalı mobil telefonu, şalvarının arxa sol cibindən 1 (bir) ədəd özünə məxsus şəxsiyyət vəsiqəsi, şalvarının sol yan cibindən içərisində siqaret dənələri olan 1 (bir) ədəd kibrit qutusunu və şalvarının sağ yan cibindən 1 (bir) ədəd açarı təqdim etmişdir. Bundan sonra şəxsi axtarış zamanı üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra təqdim etdiyi metamfetaminə bənzər kütlə elektron tərəzidə çəkilmiş və çəkisi 18 (on səkkiz) qram olmuş, təqdim etdiyi qurudulmuş marixuanaya bənzər 2 (iki) ədəd kütlə elektron tərəzidə çəkilmiş, onların hər birinin çəkisi 6 (altı) qram olmuşdur. Aşkar olunmuş maddələr qablaşdırılmış, möhürlənmiş və imzalanmış, “Samsung” markalı mobil telefon və 1 (bir) ədəd şəxsiyyət vəsiqəsi götürülmüş, 1 (bir) ədəd açar və içərisində siqaret dənələri olan siqaret qutusu isə ona geri qaytarılmışdır. Ona verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, satmaq məqsədilə saxladığını, həmçinin yaşadığı evdə də narkotik vasitə və psixotrop maddə saxladığını demiş və həmin evə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini bildirdikdən sonra yaşadığı evə getmişlər. Yaşadığı evdə ona saxladığı narkotik vasitə və psixotrop maddələri təqdim etməsi təklif olunmuş, o, evdə qonaq otağında olan taxta konstruksiyalı dolabın içərisindən 1 (bir) ədəd bağlamada psixotrop maddə olan metamfetaminə bənzər maddə, 4 (dörd) ədəd sellofan bağlamada narkotik vasitə qurudulmuş marixuanaya bənzər, 2 (iki) ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuanaya bənzər, 1 (bir) ədəd kibrit qutusunun içərisində qurudulmuş marixuanaya bənzər və 1 (bir) ədəd bükümdə narkotik vasitə olan heroinə bənzər kütlələri, habelə 2 (iki) ədəd elektron tərəzini təqdim etmişdir. Bundan sonra aşkar olunmuş maddələr elektron tərəzidə çəkilmiş, 1 (bir) ədəd bağlamada olan metamfetaminə bənzər maddənin çəkisi 432 (dörd yüz otuz iki) qram, 4 (dörd) ədəd sellofan bağlamada olan qurudulmuş marixuanaya bənzər vasitələrin çəkiləri ayrı-ayrılıqda 424 (dörd yüz iyirmi dörd) qram, 222 (iki yüz iyirmi iki) qram, 150 (yüz əlli) qram və 58 (əlli səkkiz) qram, 2 (iki) ədəd kibrit qutusunda olan marixuanaya bənzər vasitələrin çəkiləri isə ayrı-ayrılıqda hər biri 6 qram, 13 (on üç) ədəd kağız bükümdə olan marixuanaya bənzər vasitələrin çəkiləri ümumilikdə 8 qram və 1 (bir) ədəd bükümdə olan heroinə bənzər vasitənin çəkisi isə 1,6 qram olmuşdur. Daha sonra aşkar olunmuş maddələr və 2 (iki) ədəd elektron tərəzi qablaşdırılmış və imzalanmışdır. Yaşadığı evin digər hissələrinə baxış keçirilsə də, oradan narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər aşkar edilməmişdir. Aşkar olunmuş maddələr və elektron tərəzilər özünə məxsus olmuş, həmin maddələri və narkotik vasitələri Mərdəkan qəsəbəsindən tanımadığı şəxsdən satmaq məqsədilə almış, tərəzilərdən narkotik və psixotrop maddələrin çəkilərini dəqiqləşdirmək məqsədilə istifadə etmişdir. Polis əməkdaşları tərəfindən saxlanılarkən ona qarşı heç bir fiziki və ya psixi zorakılıq tətbiq edilməmiş, onun üzərinə Xəzər RPİ-nin 3-cü PŞ-də yalnız təhqiqatçı tərəfindən şəxsi axtarış keçirilmişdir (Cild 1, iş vərəqi (bundan sonra mətndə - i.v.) 42-43; 59-61; 76-81;).
6. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir.
7. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə hüquqi qiymət verilməsini zəruri hesab edir.
8. Məhkəmədə şahid qismində dindirilmiş BNMİ-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, 21 sentyabr 2023-cü il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi fərdi tikilidə yaşayan Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, tərəfindən daxil olmuş məlumatla əlaqədar dərhal idarənin rəhbərliyinə raportla məruzə edilmiş, əməliyyataxtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilmiş, əməliyyat qrupunun yaradılması haqqında əmr imzalanmış və BNMİ-nin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid2 əməliyyat qrupuna daxil edilmişdir. 21 sentyabr 2023-cü il tarixdə, saat 21 radələrində o, Şahid2 ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Ə.İsazadə küçəsinə gəlmişdir. Bir qədər ətrafda olan şəxsləri müşahidə etməyə başlamışlar. Həmin gün təxminən saat 21:30 radələrində bir nəfər şəxsin piyada hərəkətdə olduğunu və zahirən Təqsirləndirilən şəxs oxşadığını görüb ona yaxınlaşmışlar. Onlar özlərini təqdim edərək həmin şəxsdən özünü təqdim etməsini xahiş etmiş, həmin şəxs isə onlara Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Onlar Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər. Hava və əməliyyat şəraitini, o cümlədən təhlükəsizlik tədbirini nəzərə alaraq onlar Təqsirləndirilən şəxs Xəzər RPİ-nin 3-cü PŞ-yə dəvət etmişlər. Xəzər RPİ-nin 3-cü PŞ-də inzibati otaqların birində Təqsirləndirilən şəxs BNMİ-nin Təhqiqat qrupunun təhqiqatçısı X11 təhvil vermişlər. Daha sonra Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmək üçün özünün seçdiyi vəkil dəvət edilmiş, 22 saylı Vəkil Bürosunun vəkili X2 RPİ-nin 3-cü PŞ-yə dəvət edilərək təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs təqdim edilmişdir. Müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş, daha sonra videoçəkilişdən istifadə etməklə üzərində şəxsi axtarış və götürmə keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs və müdafiəçisi X15 videoçəkilişlə şəxsi axtarış və götürmə keçirilməsinə etirazları olmadıqlarını bildirmiş, bundan sonra şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs üzərində olan bütün əşyaları masanın üzərinə qoyması təklif edilmiş, sonuncu əynindəki qara rəngli şalvarın sağ yan cibindən 2 ədəd kibrit qutusunu, şalvarının sol yan cibindən bir ədəd sellofan bükümü, şalvarının arxa sağ cibindən “Samsung” markalı mobil telefonu, özünə məxsus şəxsiyyət vəsiqəsini, şalvarın sol yan cibindən bir qutu siqaret və şalvarın sağ yan cibindən bir ədəd açarı çıxardaraq masanın üzərinə qoyaraq təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 2 ədəd kibrit qutusu açılan zaman içərisində ota bənzər kütlə olduğu müəyyən edilmiş, şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin siqaret qutusunun içərisindəki kütlənin qurudulmuş marixuana olduğunu bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd sellofan büküm açılan zaman içərisində ağ rəngli kristalşəkilli kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin bükümün içərisində psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi qurudulmuş marixuanaya bənzər kütlələr ayrı-ayrılıqda elektron tərəzidə ölçülən zaman hər birinin 6 qram olduğu müəyyən edilmişdir. Həmçinin Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd sellofan bükümdə ağ rəngli kristalşəkilli psixotrop maddə metamfetaminə bənzər maddə elektron tərəzidə çəkilmiş və çəkisinin 18 qram olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərində aşkar edilən bir ədəd şəxsiyyət vəsiqəsi, bir ədəd “Samsung” markalı mobil telefon və bir ədəd açar əhəmiyyət kəsb etmədiyindən özünə geri qaytarılmış, lakin üzərindən aşkar edilmiş 2 ədəd kibrit qutusu və bir ədəd sellofan büküm əhəmiyyət kəsb etdiyindən zərfə qoyularaq qablaşdırılmış, iştirakçılar və Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddələri pul müqabilində satış üçün əldə etdiyini, yaşadığı evdə də satış üçün narkotik vasitə və psixotrop maddə saxladığını, polis əməkdaşları tərəfindən onun iştirakı ilə evə baxış keçirilməsi və götürülməsinə etirazı olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs, müdafiəçi X15, təhqiqatçı X16 və Şahid2 ilə birlikdə birincinin yaşadığı Bakı şəhəri, Binə qəsəbəsi, Ə. İsazadə küçəsində yerləşən nömrəsiz fərdi tikiliyə getmişlər. Həmin fərdi tikilinin qarşısında videoçəkilişlə Təqsirləndirilən şəxs yaşadığı evə daxil olmuşlar. Evdə olan zaman Təqsirləndirilən şəxs yaşadığı evdə saxladığı narkotik vasitə və psixotrop maddələri təqdim etməsi təklif olunmuş, sonuncu yaşadığı evin yataq otağında taxta konstruksiyalı dolabdan bir ədəd bağlamada ağ rəngli, kristalşəkilli psixotrop madə olan metamfetaminə bənzər kütləni, dörd ədəd sellofon bağlamada spesifik iyə malik bitki tərkibli narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələri, iki ədəd kibrit qutusunda spesifik iyə malik bitki tərkibli narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələri, bir ədəd kibrit qutusunun içərisində on üç ədəd kağız bükümdə spesifik iyə malik bitki tərkibli narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələri, bir ədəd bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitə heroinə bənzər kütləni və iki ədəd elektron tərəzini təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd bağlamada psixotrop maddə metamfetamin, dörd ədəd sellofon bağlamada, iki ədəd kibrit qutusunda, bir ədəd içərisində on üç ədəd kağız bükümlər olan kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuana və bir ədəd bükümdə isə narkotik vasitə heroinin olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitələr qablaşdırılmışdır. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla hər hansı münasibəti olmamış, birinci saxlanılkən və Xəzər RPİ-nin 3-cü PŞ-yə aparılarkən ona qarşı hər hansı fiziki və pxisi təsir olmamış, pis rəftara məruz qalmamışdır.
9. Verilən suallara cavab olaraq Şahid1 ifadəsinə əlavə edərək göstərdi ki, əməliyyat məlumatı Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddələri əldə edib Xəzər rayonu ərazisində dövriyyəsi ilə məşğul olması ilə bağlı daxil olmuş, əməliyyat məlumatı əsasında özü və Şahid2 ibarət əməliyyat qrupu yaradılmış, əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Xəzər rayonu, Binə qəsəbəsi, Ə.İsazadə küçəsində yerləşən fərdi evlərin yaxınlığında tək halda saxlanılaraq Xəzər RPİ-nin 3-cü PŞ-yə gətirilmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən, o cümlədən üzərindən və kirayə yaşadığını bildirdiyi evindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddələrə hər hansı etiraz etməmiş, həmin qanunsuz predmetləri tanımadığı şəxsdən satış məqsədilə əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs saxlanılmasında özü və Şahid2 başqa digər polis əməkdaşları iştirak etməmiş, tərəflərindən və ya hər hansı şəxs tərəfindən ona qarşı hər hansı fiziki və ya psixi təzyiq olmamışdır. O, Təqsirləndirilən şəxs məxsus hər hansı avtomobili görməmiş, sonuncunun polis əməkdaşları tərəfindən guya bacısı, nişanlısı və ya qardaşı ilə hədələnməsinə və sair digər hallara dair verdiyi ifadələri tamamilə yalandır.
10. Məhkəmədə şahid qismində dindirilmiş BNMİ-nin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili, polis mayoru Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə eyni məzmunlu və Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq edib əlavə olaraq göstərdi ki, Təqsirləndirilən şəxs fiziki və psixi təzyiqlərə məruz qalması ilə bağlı verdiyi ifadələr özünümüdafiə xarakteri daşımaqla həqiqəti əks etdirmir. Təqsirləndirilən şəxs videoçəkiliş zamanı kirayə qaldığı evdə narkotik vasitə saxladığını bildirdiyindən sonuncunun evinə baxış keçirilmiş, baxış zamanı özü (Təqsirləndirilən şəxs) narkotik vasitələri təqdim etmişdir. Təqsirləndirilən şəxs saxlanılaraq avtomobilə mindirildikdən sonra onunla profilaktik söhbətlər aparılmış, lakin sonuncu əzbərlənmiş sözlər danışdığından həmin söhbət uzun çəkməmişdir.
11. Məhkəmədə müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun doğma qardaşıdır. O, qardaşı Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanıldığı dəqiq xatırlamadığı gündə 3 yaşlı uşağı ilə birlikdə anasıgilə gəlmiş, polis əməkdaşları gecə saatlarında İsmayılı həmin evə gətirmiş, təxminən 10 nəfər polis əməkdaşı hər hansı səbəb göstərmədən evə basqın edib mobil telefonunu əlindən almış, habelə uşağını götürüb onu da polis bölməsinə aparmaqla hədələmişlər. O, çölə çıxdıqda həyətdə İsmayılın metallik rəngli “Chevrolet” markalı avtomobilin içərisindən qışqırdığını eşitmiş, avtomobilin sükanında mülki geyimli polis əməkdaşları olmuşdur. Polislərin gəldikləri Binə qəsəbəsi, Nadirşah küçəsində yerləşən iki otaqlı ev anasının evi olmuş, İsmayıl anası ilə birgə həmin evdə yaşamış, özü isə sonunculardan ayrı yaşamışdır. Polis əməkdaşları onları hədələyərək evdən çıxarmış, evdən çıxmayacaqları təqdirdə isə əllərindəki predmeti evlərindən çıxaracaqlarını bildirmişlər. İsmayıl taksi fəaliyyəti ilə məşğul olmuş, siqaret çəkməkdən başqa hər hansı pis vərdişi olmamış, 1-ci dərəcə əlil olan anasına qulluq etmiş, bunun müqabilində dövlət məvacibi də almışdır. Hadisə vaxtı üzərində ***-***-**-** mobil telefon nömrəsi olmuşdur. Polis əməkdaşları evdən hər hansı qanunsuz predmet tapmamışlar. O həmin hadisə ilə bağlı 102 məlumat mərkəzinə zəng edib məlumat vermək istəmiş, lakin qorxduğundan hər hansı məlumat verə bilməmişdir. Növbəti gün İsmayılın yanına polis bölməsinə getmiş, orada İsmayılın kirayə yaşadığı evdən narkotik vasitə çıxdığını bildirmişlər. Qardaşı İsmayılı görərkən sonuncu polislərin onu hansısa evə apararaq həmin evin açarını ona verib qapını açmasını deməsini eşitmişdir. Ə.İsazadə küçəsi ilə Nadirşah küçəsi arasında 4-5 kilometr məsafə olmuşdur. O, polis əməkdaşları tərəfindən qanunsuz əşyalar aşkar edilmiş baxış keçirilən evi tanımır, həmin evin harada yerləşdiyini bilmir. Anası yanıq xəsarəti alması ilə əlaqədar sonradan yataq şəraitində olduğundan ətrafda baş verənləri dərk etməkdə çətinlik çəkir.
12. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də ittiham və müdafiə tərəfinin təqdim etdikləri sübut növləri kimi mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə tədqiq edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:
13. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs BNMİ-nin əməkdaşları tərəfindən 21 sentyabr 2023-cü il tarixdə, saat 21:30 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Ə.İsazadə küçəsində yaşadığı evin yaxınlığında saxlanılaraq həmin idarəyə gətirilmiş, orada üzərində aparılan şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı əynindəki qara rəngli şalvarın sağ yan cibindən müvafiq olaraq 4,68 qram və 5,61 qram olmaqla 2 (iki) ədəd skotçlanmış kibrit qutusunda ümumilikdə 10,29 qram narkotik vasitə qurudulmuş marixuananın və əynindəki qara rəngli şalvarın sol yan cibindən 1 (bir) ədəd sellofan bükümdə 16,210 qram psixotrop maddə metamfetaminin aşkar edilərək götürülməsi, 21 sentyabr 2023-cü il tarixdən 22 sentyabr 2023-cü il tarixə keçən gecə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Ə.İsazadə küçəsində yerləşən yaşadığı nömrəsiz evə baxış zamanı qeyd edilən evin yataq otağında olan taxta konstruksiyalı dolabın içərisindən 1 (bir) ədəd bağlamada 418,5 qram psixotrop maddə metamfetamin, 4 (dörd) ədəd sellofan bağlamada ümumilikdə 788 qram narkotik vasitə qurudulmuş marixuana, 2 (iki) ədəd kibrit qutusunda ümumilikdə 12,11 qram narkotik vasitə qurudulmuş marixuana, 1 (bir) ədəd kibrit qutusunun içərisində cəmi 13 (on üç) ədəd kağız bükümdə ümumilikdə 6,87 qram narkotik vasitə qurudulmuş marixuana və bir ədəd ağ rəngli siqaret qutusunda 0,869 qram narkotik vasitə heroinin aşkar edilərək götürülməsi faktına görə Xəzər RPİ-nin İstintaq şöbəsinin müstəntiqi, polis mayoru X14 tərəfindən 22 sentyabr 2023-cü il tarixdə, saat 17:00-da Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılaraq icraata qəbul edilməklə istintaqı aparılmışdır (Cild 1, i.v.1- 2;).
14. “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 21 sentyabr 2023-cü il tarixli qərardan və bu barədə müvafiq materiallardan görünür ki, BNMİ-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 tərəfindən xx xxxxxx 1993-cü ildə Əli-Bayramlı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, ünvan 3 ünvanında qeydiyyatda olmaqla ünvan 4siz fərdi yaşayış evində yaşayan Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədilə əldə edərək Bakı şəhəri, Xəzər rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməsi qərara alınmış, həmin qərar BNMİnin rəisi, polis general-mayoru İslam Hümbətov tərəfindən təsdiq edilərək Şahid1 rəhbərliyi ilə həmin idarənin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili, polis mayoru Şahid2 ibarət əməliyyat qrupu təşkil edilmiş, Təqsirləndirilən şəxs 21 sentyabr 2023-cü il tarixdə, saat 21:30 radələrində Xəzər rayonu, Binə qəsəbəsi, Ə.İsazadə küçəsi, nömrəsiz fərdi yaşayış evinin yaxınlığında piyada hərəkət edərkən saxlanılaraq Xəzər RPİ-nin 3-cü PŞyə gətirilmişdir(Cild 1, i.v.4-13;).
15. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 25 sentyabr 2023-cü il tarixli, 5(003)- 598/2023 saylı qərarından görünür ki, BNMİ-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 tərəfindən qəbul edilmiş və həmin idarənin rəisi, polis general-mayoru İslam Hümbətov tərəfindən təsdiq edilmiş 21 sentyabr 2023-cü il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərar məhkəmə nəzarəti qaydasında yoxlanılmışdır (Cild 1, 165-166;).
16. “Şübhəli şəxsin tutulması haqqında” 21 sentyabr 2023-cü il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs BNMİ-nin Təhqiqat Qrupunun təhqiqatçısı, polis kapitanı X16 tərəfindən həmin tarixdə, saat 22:35-də müdafiəçisi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri, 22 saylı Vəkil Bürosunun vəkili X9 iştirakı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş və həmin tarixdə, saat 22:38-də bu barədə protokol tərtib edilmişdir. Qərar və protokolun məzmunundan görünür ki, Təqsirləndirilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı 21 sentyabr 2023-cü il tarixdə, saat 21:30-dan tutulmuş hesab edilmiş, sonuncuya tutulması barədə qardaşı X5 xəbər vermək hüququ təmin edilmişdir (Cild 1, i.v.14;25;).
17. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 21 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, qeyd edilən tarixdə qəbul edilməklə müdafiəçisi X9 iştirakı ilə Təqsirləndirilən şəxs elan edilmiş müvafiq qərar əsasında həmin gün BNMİ-nin Təhqiqat Qrupunun təhqiqatçısı, polis kapitanı X16 tərəfindən həmin idarənin baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 və xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid2, habelə müdafiəçi X9 iştirakı ilə Xəzər RPİ-nin 3-cü PŞnin inzibati binasında xidməti iş otaqlarından birində saat 22:50-dən 23:05-dək Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. Protokoldan görünür ki, videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməzdən əvvəl təhqiqatçı tərəfindən ona özünü təqdim etməsi təklif edilmiş və Təqsirləndirilən şəxs özü barədə məlumat verdikdən sonra ona təhqiqatçı tərəfindən hüquq və vəzifələri ətraflı izah edilərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü olaraq təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sağ yan cibindən 2 (iki) ədəd kibrit qutusunda spesifik iyə malik, bitki tərkibli, narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni və şalvarının sol yan cibindən 1 (bir) ədəd sellofan bükümdə ağ rəngli, kristalşəkilli psixotrop maddə olan metamfetaminə bənzər maddəni təqdim edərək masanın üzərinə qoymuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs şalvarının arxa sağ cibindən 1 (bir) ədəd içərisində ***-***-**-** simkart nömrəsi olan “Samsung” markalı mobil telefon, şalvarının arxa sol cibindən 1 (bir) ədəd özünə məxsus şəxsiyyət vəsiqəsini, şalvarın sol yan cibindən içərisində siqaret dənələri olan 1 (bir) ədəd kibrit qutusunu və şalvarın sağ yan cibindən 1 (bir) ədəd açarı təqdim etmişdir. Eyni zamanda mobil telefonun arxa hissəsində olan qoruyucu ilə mobil telefonun arasından 1 (bir) ədəd qəbz aşkar olunmuşdur. Daha sonra şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi metamfetaminə bənzər kütlə elektron tərəzidə çəkilmiş, həmin kütlənin çəkisi 18 (on səkkiz) qram olmuşdur. Təqdim olunan qurudulmuş marixuanaya bənzər 2 (iki) ədəd kütlə elektron tərəzidə çəkilmiş, onların hər birinin çəkisi 6 (altı) qram olmuşdur. Aşkar olunmuş metamfetaminə bənzər maddə içərisi boş olan ağ rəngli kağız zərfə, aşkar olunmuş qurudulmuş marixuanaya bənzər maddələr içərisi boş olan digər ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 7 saylı möhürü ilə möhürlənərək üzəri şübhəli şəxs, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 (bir) ədəd “Samsung” markalı mobil telefon və 1 (bir) ədəd şəxsiyyət vəsiqəsi bu barədə Təqsirləndirilən şəxs izah verildikdən sonra götürülmüş, 1 (bir) ədəd açar və içərisində siqaret dənələri olan siqaret qutusu isə onun özünə geri qaytarılmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş narkotik vasitə və psixotrop maddələrin özünə məxsus olduğunu, onları tanımadığı şəxsdən aldığını və pul qarşılığında satacağını, həmçinin yaşadığı Xəzər rayonu, Binə qəsəbəsi, Ə.İsazadə küçəsində yerləşən fərdi yaşayış evində narkotik vasitə və psixotrop maddə olduğunu, həmin evə polis əməkdaşları tərəfindən baxış keçirilməsnə etiraz etmədiyini, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və ya psixi zor tətbiq edilmədiyini bildirmişdir. Şəxsi axtarış və götürmə xidməti iş otağında, süni işıqlandırma şəraitində aparılmışdır. Qeyd edilən istintaq hərəkəti başa çatdıqdan sonra bu barədə saat 23:08-dən 23:23-dək protokol tərtib edilmiş, protokolda BNMİ-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 tərəfindən “Sony” markalı videokameradan istifadə edilməklə videoçəkilişin aparılması, videoyazının əks olunduğu məlumat daşıyıcısının protokala əlavə edilməsi qeyd edilmişdir. Protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuş, iştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamış, düzgünlüyü imzalarla təsdiq edilmişdir (Cild 1, i.v. 31-33;).
18. “Evə baxış keçirilməsi və götürmə haqqında” 21 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə qəbul edilməklə müdafiəçi X9 iştirakı ilə Təqsirləndirilən şəxs elan edilmiş müvafiq qərar və sonuncunun müdafiəçisinin iştirakı ilə verdiyi öz xətti ilə yazdığı razılıq ərizəsi əsasında 21 sentyabr 2023-cü il tarixdə, saat 23:45-dən 22 sentyabr 2023-cü il tarixdə, saat 00:08-dək BNMİ-nin Təhqiqat Qrupunun təhqiqatçısı, polis kapitanı X16 tərəfindən həmin idarənin baş əməliyyat müvəkkili, polis mayoru Şahid1, xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili, polis polkovnikleytenantı Şahid2 və müdafiəçi X9 iştirakı ilə ünvan 4siz fərdi yaşayış evində baxış və götürmə istintaq hərəkəti keçirilmişdir. Protokoldan görünür ki, baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş, videoçəkilişlə yaşadığı evə baxış keçirilməsinə dair etirazının olub-olmaması soruşulmuş və o, etirazının olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs evdə olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs evində yataq otağında olan taxta konstruksiyalı dolabın içərisindən 1 (bir) ədəd bağlamada ağ rəngli, kristallik halda psixotrop maddə olan metamfetaminə bənzər maddəni, 4 (dörd) ədəd sellofan bağlamada spesifik iyə malik, bitki tərkibli narkotik vasitə qurudulmuş marixuanaya bənzər vasitələri, 2 (iki) ədəd kibrit qutusunda spesifik iyə malik, bitki tərkibli narkotik vasitə qurudulmuş marixuanaya bənzər vasitələri, 1 (ədəd) ədəd kibrit qutusunun içərisində 13 (on üç) ədəd kağız bükümdə spesifik iyə malik, bitki tərkibli narkotik vasitə qurudulmuş marixuanaya bənzər vasitələri, 1 (bir) ədəd bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitə olan heroinə bənzər kütləni və 2 (iki) ədəd elektron tərəzini təqdim etmişdir. Bundan sonra aşkar olunmuş maddələr elektron tərəzidə çəkilmişdir. 1 (bir) ədəd bağlamada olan metamfetaminə bənzər maddənin çəkisi 432 (dörd yüz otuz iki) qram, 4 (dörd) ədəd sellofan bağlamada olan qurudulmuş marixuanaya bənzər maddələrin çəkiləri ayrı-ayrılıqda 424 (dörd yüz iyirmi dörd) qram, 222 (iki yüz iyirmi iki) qram, 150 (yüz əlli) qram və 58 (əlli səkkiz) qram olmuşdur. 2 (iki) ədəd kibrit qutusunda olan marixuanaya bənzər maddələrin çəkiləri hər biri ayrı-ayrılıqda 6 (altı) qram olmuşdur. 13 (on üç) ədəd kağız bükümdə olan marixuanaya bənzər maddələrin çəkiləri ümumilikdə 8 (səkkiz) qram, 1 (bir) ədəd bükümdə olan heroinə bənzər maddənin çəkisi 1,6 qram olmuşdur. Daha sonra aşkar olunmuş maddələr və 2 (iki) ədəd elektron tərəzi qablaşdırımış, Azərbaycan Respublikası Respublikası Daxili İşlər Nazirliyinin 7 saylı möhürü ilə möhürlənərək üzəri şübhəli şəxs, müdafiəçi, iştirakçı və təhqiqatçı tərəfindən imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evin digər hissələrinə baxış keçirilmiş və narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər aşkar edilməmişdir. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq aşkar olunmuş maddələrin və elektron tərəzilərin özünə məxsus olduğunu, həmin maddələri tanımadığı şəxsdən bir neçə gün öncə aldığını, həmin maddələri aşkar olunmuş elektron tərəzilər vasitəsilə çəkisini müəyyən edərək satmaq üçün hazırladığını, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və ya psixi zor tətbiq edilmədiyini bildirmişdir. Baxış və götürmə istintaq hərəkəti başa çatdıqdan sonra bu barədə 22 sentyabr 2023-cü il tarixdə, saat 00:20-dən 00:40-dək protokol tərtib edilmiş, protokolda BNMİ-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 tərəfindən “Sony” markalı videokameradan istifadə edilməklə videoçəkilişin aparılması, videoyazının əks olunduğu 1 (bir) ədəd DVD məlumat daşıyıcısının protokala əlavə edilməsi qeyd edilmişdir. Protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuş, iştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamış, düzgünlüyü imzalarla təsdiq edilmişdir (Cild 1, i.v. 34-37;).
19. “Şəxsi axtarış və götürmə aparılması haqqında” və “Evə baxış keçirilməsi və götürmə haqqında” 21 sentyabr 2023-cü il tarixli protokollarda əks olunan istintaq hərəkətləri videoçəkilişlə aparılmış və bununla bağlı iki ədəd “DVD” formatlı disk istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən müvafiq olaraq müddəti 13 dəqiqə 5 saniyə və 22 dəqiqə 48 saniyə olan həmin videoçəkilişlərin əks olunduğu iki ədəd diskdəki videogörüntülərə müstəntiq Hüseyn Məmmədov tərəfindən keçirilmiş 22 sentyabr 2023-cü il tarixli “DVD diskə baxış keçirilməsi haqqında” protokollarla, habelə həmin videogörüntülərə məhkəmədə təqsirləndirilən şəxsin və digər proses iştirakçılarının iştirakı ilə baxılarkən müəyyən edildi ki, təqsirləndirilən şəxsin üzərində keçirilmiş şəxsi axtarış və götürmə, habelə evə baxış və götürmə istintaq hərəkətləri zamanı protokollarda qeyd olunan hallar və aşkar olunmuş dəlillər videogörüntülərdə öz əksini tapmışdır. Videogörüntülərdən Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə üzərində keçirilmiş şəxsi axtarış və götürmə, habelə evində keçirilmiş baxış və götürmə istintaq hərəkətləri zamanı xarici görkəminin səliqəli olması, sərbəst olmaqla suallara ətraflı şəkildə cavablar verməsi, xüsusilə evə baxış zamanı fəal olması, onun hər hansı fiziki, psixi və sair təsirə məruz qalması halları müəyyən edilməmişdir (Cild 1, i.v.62-63;).
20. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə fiziki-kimyəvi (materialların məhkəmə) ekspertizasının 3-16-16/2-6/4993 saylı, 22 sentyabr 2023-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №7” dairəvi möhür əksləri olan üzərində “..(imza) Təqsirləndirilən şəxs...” sözləri və imzalar olan zərfin içərisində 1 (bir) ədəd bükümdə təmiz çəkisi 16,210 qram olan ağ rəngli, kristalşəkilli maddə kütləsi psixotrop maddə - metamfetamindir. Üzərində “Şübhəli şəxs (imza) Təqsirləndirilən şəxs...” sözləri və imzalar olan bağlamanın içərisində 1 (bir) ədəd bükümdə təmiz çəkisi 418,5 qram olan ağ rəngli, kristalşəkilli maddə kütləsi psixotrop maddə - metamfetamindir, bir ədəd ağ rəngli siqaret qutusunun içərisində 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,869 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. İki ədəd elektron tərəzinin üzərində psixotrop maddə olan metamfetaminin izləri vardır, metamfetamin iz şəklində olduğundan təmiz çəkisinin müəyyən edilməsi və digər bükümlərdə olan metamfetaminlərlə müqayisəli tədqiqat aparılması mümkün deyildir. Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar olunmuş ümumilikdə 2 (iki) ədəd bükümdə ümumi təmiz çəkisi 434,710 qram olan metamfetaminlər xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynidirlər. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin” siyahısına (Siyahı İ) daxildir. Heroinin təmiz çəkisi - 0,869 qram, tədqiqata sərf edildi - 0,1 qram, qalıq - 0,769 qram. Metamfetaminin ümumi təmiz çəkisi - 434,710 qram, cəmi tədqiqata sərf edildi - 0,2 qram, ümumi qalıq - 434,510 qram. Aparılmış tədqiqatın dəyərinin 80 (səksən) manat olması müəyyən edilmişdir (Cild 1, i.v. 44-49;).
21. “Məhkəmə-bioloji” ekspertizasının 22 sentyabr 2023-cü il tarixli, 3-16-16/2-7/1342 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1(bir) ədəd zərfdə olan 2 (iki) ədəd kibrit qutularda ayrı-ayrılıqda təmiz çəkiləri 6,51 qram və 5,60 qram, skotçlanmış sellofan bağlamada olan 2(iki) ədəd kibrit qutularda ayrı-ayrılıqda təmiz çəkiləri 4,68 qram və 5,61 qram, 4 (dörd) ədəd sellofan bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri 140,0 qram, 48,0 qram, 195,0 qram və 405,0 qram, 1(bir) ədəd siqaret qutusunun içərisində 13 (on üç) ədəd kağız bükülülərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,65 qram, 0,35 qram, 0,40 qram, 0,67 qram, 0,51 qram, 0,38 qram, 0,50 qram, 0,78 qram, 0,66 qram, 0,44 qram, 0,37 qram, 0,54 qram və 0,62 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidirlər. Təqdim edilmiş iki ədəd elektron tərəzinin üzərində cüzi miqdarda marixuananın hissəcikləri vardır. Marixuananın hissəciklər cüzi miqdarda olduğu üçün çəkisi müəyyən edilmədi və müqayisəli tədqiqatı aparılmadı. Marixuananın ümumi çəkisi - 817,27 qram, tədqiqata cəmi sərf edildi - 1,05 qram (hər obyetkdən 0,05 qram), qalıq - 816,22 qram. Aparılmış tədqiqatın dəyərinin 72 (yetmiş iki) manat olması müəyyən edilmişdir (Cild 1, i.v. 50-54;).
22. “Telefona baxış keçirilməsi haqqında” 23 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, Xəzər RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis mayoru X14 tərəfindən Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş “Samsung” markalı mobil telefona baxış keçirilmiş, baxış zamanı iş üzrə əhəmiyyət kəsb edən sms və mətnlər aşkar edilməmişdir (Cild 1, i.v.64;).
23. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 23 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulmuş ittiham müdafiəçisinin iştirakı ilə elan edilməklə ittihamın mahiyyəti, habelə hüquq və vəzifələri ətraflı şəkildə izah edilmişdir (Cild 1, i.v. 66-68;).
24. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 23 sentyabr 2023-cü il tarixli, 4(003)- 462/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 21 sentyabr 2023-cü il tarixdən hesablanmaqla 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həmin qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilmişdir ki, “Məhkəmə iclasında Təqsirləndirilən şəxs əməli qismən etiraf edərək göstərdi ki, onun üzərində narkotik maddə aşkar olunmamışdır. Yaşadığı evdə isə təxminən 30-40 qram çəkidə qurudulmuş marixuana olmuşdur. Adlarını bilmədiyi polis əməkdaşları tərəfindən saxlanılarkən döyülmüşdür. Barəsində həbs qətimkan tədbirinin seçilməməsini xahiş etdi.” (Cild 1, i.v.93-94;).
25. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsi tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin 10 dekabr 2023-cü il tarixli cavabından, müvafiq məhkəmə hökmünün surətindən və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinin məktubundan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 18 aprel 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, həmin Məcəllənin 69.3cü maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərində 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, hökmlə təyin edilmiş cəza çəkildiyindən Təqsirləndirilən şəxs 18 may 2022-ci il tarixdə Bakı şəhər Probasiya İdarəsinin qeydiyyatından çıxarılmışdır (Cild 1, i.v. 106-110; Cild 2;).
26. Xəzər RPİ-nin 3-cü PŞ-nin rəisi, polis polkovnik-leytenantı Rahid Nağıyevin 20 noyabr 2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitə heroini, narkotik vasitə qurudulmuş marixuananı və psixotrop maddə metamfetamini aldığı şəxsin yerini müəyyən etmək mümkün olmamışdır (Cild 1, i.v. 111;).
27. “Ambulator məcburi komisyon məhkəmə-narkoloji ekspertizasının” 8 dekabr 2023cü il tarixli, 8062 saylı rəyindən görünür ki, hazırda Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, o, narkomaniya xəstəliyindən əzab çəkmir və narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur (Cild 1, i.v.114-115;).
28. “Sübutların qiymətləndirilməsi haqqında” 9 yanvar 2024-cü il tarixli qərardan və müvafiq raportdan görünür ki, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar olunaraq götürülmüş ümumi təmiz çəkisi 0,869 qram olan narkotik vasitə heroin, ümumi təmiz çəkisi 434,710 qram olan psixotrop maddə metamfetamin və ümumi təmiz çəkisi 817,27 qram olan narkotik vasitə qurudulmuş marixuana iş üzrə maddi sübut kimi tanınmaqla tədqiqatlardan sonra qalıq çəkiləri müvafiq olaraq 0,769 qram olan narkotik vasitə heroin, 434,510 qram olan psixtrop maddə metamfetamin, 816,22 qram olan narkotik vasitə qurudulmuş marixuana və 2 (iki) ədəd elektron tərəzi, o cümlədən üzərindən aşkar edilərək götürülmüş 1 (bir) ədəd “Samsung” markalı mobil telefon saxlanılmaları üçün Xəzər RPİ-nin maddi sübutları saxlama otağına təhvil verilmiş, habelə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə, həmçinin yaşadığı evə baxış və götürmə zamanı qeydə alınmış videogörüntülərin əks olunduğu 2 (iki) ədəd diskin maddi sübut kimi tanınmaqla cinayət işinin materiallarında saxlanılması, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddəni əldə etdiyi mənbənin müəyyən edilib cinayət məsuliyyətinə cəlb edilməsi xüsusatı üzrə cinayət işinin materillarından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ayrıca icraata cinayət işinin ayrılması qərara alınmışdır (Cild 1, 117-125; 142;).
29. “Cinayət işinin materiallarından yeni cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” 9 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitə olan heroin və qurudulmuş marixuana, habelə psixotrop maddə metamfetaminin əldə edilmə mənbəsinin müəyyən edilməsi üçün ********* saylı cinayət işindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ********* saylı cinayət işi ayrılmaqla istintaqı davam etdirilir (Cild 1, i.v. 127-130;).
30. “Cinayət işindən materialın ayrılması barədə” 9 yanvar 2024-cü il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs qarşı fiziki təsir göstərilməklə xəsarət yetirilməsi xüsusatının araşdırılması üçün ********* saylı cinayət işindən material ayrılaraq Bakı şəhəri Xəzər rayon prokurorluğuna göndərilmişdir (Cild 1, i.v.132-133;).
31. “Təqsirləndirilən şəxsi və onun müdafiəçisini cinayət işinin materialları ilə tanış etmə haqqında” 12 yanvar 2024-cü il tarixli protokolda Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə öz xətti ilə yazdığı əlyazmasında göstərmişdir ki, “Verilmiş ittihamla razı deyiləm. Özümü AR CM 234.1-ci maddəsi ilə təqsirli bilirəm. Məndə sadəcə 30-40 qram marixuana olmuşdur. Mən həmin marixuananı şəxsi istifadəm üçün istifadə edirdim. Videoçəkiliş zamanı üzərimə və evimə şəxsi axtarış aparılan zaman mən məcburiyyət qarşısında və psixi və fiziki iztirablara əsasən etiraf etmişəm.” (Cild 1, i.v.138;).
32. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə müstəntiq H.V.Məmmədov tərəfindən 16 yanvar 2024-cü il tarixdə tərtib edilmiş ittiham aktından görünür ki, həmin ittiham aktı 22 yanvar 2024-cü il tarixdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq edilərək baxılması üçün Bakı Ağır Cinayət Məhkəməsinə göndərilmişdir (Cild 1, i.v.143-153;).
33. Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 fevral 2024-cü il tarixli, 1(101)-1362/2024 saylı məhkəmə hazırlıq iclasının qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkəməyə verilməklə iş məhkəmə baxışına təyin edilmişdir (Cild 2;).
34. Müdafiə tərəfindən təqdim edilmiş **********5 və ********** nömrəli sənədlərdən görünür ki, 10 may 1958-ci il təvəllüdlü X8 1 aprel 2019-cu il tarixdən ümumi xəstəliklə əlaqədar “İ qrup əlilliyə görə əmək pensiyası almaq hüququ olan bəzi kateqoriyalı şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü növündə” müavinət və Təqsirləndirilən şəxs isə “Bəzi kateqoriyalı (İ qrup əlilliyi olan) şəxslərə qulluq edənlərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü” növündə müavinət təyin edilmişdir (Cild 2;).
35. Xəzər rayonu Binə Bələdiyyəsinin 16 aprel 2024-cü il tarixli 553 saylı arayışında göstərilmişdir ki, Təqsirləndirilən şəxs anası X12 ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi yeni yaşayış sahəsində qeydiyyatsız olaraq yaşayır (Cild”;)
36. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsi tərəfindən təqdim edilmiş Təqsirləndirilən şəxs adına tərtib edilmiş 9029/2023 saylı məhkumun tibb kitabçasının 12-ci bəndində göstərilmişdir ki, Təqsirləndirilən şəxs həbsdən əvvəl xəsarət aldığını bildirmişdir. Həmin kitabçanın 13 və 14-cü bəndlərində Təqsirləndirilən şəxs sağ əlin üst nahiyəsində üzəri qərtməkli yaranın aşkar olunması və obyektiv müayinə zamanı şikayətinin olmaması qeyd edilmişdir (Cild 2;).
37. Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti Araşdırmalar İdarəsinin böyük prokuroru, İ dərəcəli hüquqşünas X17 tərəfindən 491-C-24 nömrəli material üzrə qəbul edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 20 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən və polis bölməsinə aparıldıqdan sonra pis rəftara, fiziki, psixi və sair zorakılığa, habelə hədə-qorxu və təzyiqə məruz qalması ilə bağlı məhkəmə baxışı üzrə məhkəmə iclasında bildirdiyi xüsusatlar cinayət xarakterli məlumat kimi araşdırılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilmiş, aparılmış araşdırma zamanı Təqsirləndirilən şəxs göstərdiyi xüsususatlar öz təsdiqini tapmadığından toplanmış material üzrə Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsi ilə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir (Cild 2;).
38. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş “Məhkəmə-xətşünaslıq” ekspertizasının 11 iyun 2024-cü il tarixli, 3-16- 16/2-4/748 nömrəli rəyindən görünür ki, 1.1. Ekspertizaya təqdim edilmiş, 1(101)- 1362/2024 nömrəli cinayət işinin 14-cü vərəqəsində olan xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında qərarda “Təqsirləndirilən şəxs” qrafasındakı imza, 17-ci vərəqəsində olan xx.xx.2023-cü il tarixli ərizədə “Təqsirləndirilən şəxs” qrafasındakı imza, 19-cu vərəqəsində olan xx.xx.2023-cü il tarixli şübhəli şəxsə vəkillər siyahısının təqdim edilməsi haqqında protokolda “Təqsirləndirilən şəxs” qrafasındakı imza, 24-cü vərəqəsində olan xx.xx.2023-cü il tarixli vəkillərin şübhəli şəxsə təqdim edilməsi haqqında protokolda “Təqsirləndirilən şəxs” qrafasındakı imza, 25-ci vərəqədə olan xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokolda “Təqsirləndirilən şəxs” qrafasındakı imza, 26-27-ci vərəqələrdə olan şübhəli şəxs qismində tutulmuş şəxsin hüquq və vəzifələri haqqında bildirişin 2-ci vərəqəsində “Təqsirləndirilən şəxs” qrafasındakı imza, 28-ci vərəqəsində olan xx.xx.2023-cü il tarixli şübhəli şəxsin “İnsan hüquqlarının və X6 haqqında” Avropa Konvensiyasında nəzərdə tutulan hüquqları haqqında bildirişdə “Təqsirləndirilən şəxs” qrafasındakı imza, 29-cu vərəqəsində olan xx.xx.2023-cü il tarixli şübhəli şəxsə hüquq və vəzifələrinin izah edilməsi haqqında protokolda “Təqsirləndirilən şəxs” qrafasındakı imza, 30-cu vərəqəsində olan xx.xx.2023-cü il tarixli etiraz edilə bilən şəxslər barədə məlumatların şübhəli şəxsə bildirilməsi haqqında protokolda “Təqsirləndirilən şəxs” qrafasındakı imza, 31-ci vərəqədə olan xx.xx.2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında qərarda “Təqsirləndirilən şəxs” qrafasındakı imza, 32-33-cü vərəqələrində olan xx.xx.2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokolun 1-ci vərəqəsinin aşağı hissəsində “3” rəqəmi qarşısındakı imza, 2-ci vərəqəsində “Təqsirləndirilən şəxs” qrafasındakı imza, 34-cü vərəqədə olan xx.xx.2023-cü il tarixli ərizənin mətni və “Təqsirləndirilən şəxs” soyadı önündəki imza, 35-ci vərəqəsində olan xx.xx.2023-cü il tarixli evə baxış və götürmə haqqında qərarda “Təqsirləndirilən şəxs” qrafasındakı imza, 36-37-ci vərəqələrdə olan evə baxış keçirilməsi və götürmə haqqında protokolun 1-ci vərəqəsində “3” rəqəmi qarşısında və 2-ci vərəqəsində “Təqsirləndirilən şəxs” qrafasındakı imza, 40-cı vərəqədə olan xx.xx.2023-cü il tarixli şübhəli şəxsin ekspertiza təyin olunmasına dair qərarla tanış edilməsi haqqında protokolda “Təqsirləndirilən şəxs” qrafasındakı imza, 42-43-cü vərəqələrində olan xx.xx.2023-cü il tarixli izahatın 1-ci vərəqəsində olan 2 ədəd imza, 2-ci vərəqəsində olan “Təqsirləndirilən şəxs” qrafasındakı imza, 55-56-cı vərəqələrində olan xx.xx.2023-cü il tarixli şübhəlin şəxsin ekspert rəyi ilə tanış edilməsi haqqında protokolda “Təqsirləndirilən şəxs" qrafasındakı imzalar, 57-ci vərəqəsində olan xx.xx.2023-cü il tarixli şübhəli şəxsə müdafiəçi təqdim edilməsi barədə protokolda “Təqsirləndirilən şəxs” qrafasındakı imza, 58-ci vərəqəsində olan xx.xx.2023-cü il tarixli şübhəli şəxsin cinayət prosesini həyata keçirən orqana qarşı etirazının olmaması haqqında protokolda “Təqsirləndirilən şəxs” qrafasındakı imza, 59-61-ci vərəqələrində olan xx.xx.2023-cü il tarixli şübhəli şəxsin dindirilməsi haqqında protokolda Təqsirləndirilən şəxs adından olan imzalar və axırıncı vərəqədə “Cavab” qrafasındakı yazılar, 68-ci vərəqədə olan sənəddə “Təqsirləndirilən şəxs” qrafasındakı imza, 70-72-də olan təqsirləndirilən şəxsin hüquq və vəzifələri haqqında bildirişdə Təqsirləndirilən şəxs adından olan imzalar, 73-cü vərəqəsində olan təqsirləndirilən şəxsin “İnsan hüquqlarının və X6 haqqında” Avropada Konvensiyasında nəzərdə tutulan hüquqları haqqında bildirişdə “Təqsirləndirilən şəxs” qrafasındakı imza, 74-cü vərəqədə olan xx.xx.2023-cü il tarixli ittihamın elan edilməsi, təqsirləndirilən şəxsə onun hüquq və vəzifələrinin izah edilməsi və qərarın surətinin verilməsi haqqında protokolda “Təqsirləndirilən şəxs” qrafasındakı imza, 75-ci vərəqəsində olan xx.xx.2023cü il tarixli etiraz edilə bilən şəxslər barədə məlumatların cinayət prosesinin iştirakçısına bildirilməsi haqqında protokolda “Təqsirləndirilən şəxs” qrafasındakı imza, 76-81-də olan xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxsi dindirmə protokolunun 1-ci vərəqəsinin üz tərəfindəki imzalar, 2-ci vərəqəsinin sonundakı imza, 3-cü vərəqəsinin sonundakı imza, 5ci vərəqənin sonundakı imza, 6-cı vərəqədə “Cavab” qrafasındakı yazılar və imza, 84-cü vərəqədə olan xx.xx.2024-cü il tarixli ekspertizanın təyin edilməsi haqqında qərarla təqsirləndirilən şəxsin tanış edilməsi barədə protokolda “Təqsirləndirilən şəxs” qrafasındakı imza, 92-ci vərəqəsində olan təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsi ilə əlaqədar məhkəməyə təqdim edilən materiallarla tanış olması barədə protokolda “Təqsirləndirilən şəxs” qrafasındakı imza, 134-cü vərəqədə olan xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxsə ibtidai istintaqın qurtarması barədə məlumat verilməsi haqqında protokolda “Təqsirləndirilən şəxs” qrafasındakı imza, 138-ci vərəqəsində olan xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxsi və onun müdafiəçisinin cinayət işinin materialları ilə tanış etmə haqqında protokolda “Təqsirləndirilən şəxs” qrafasındakı imza - eyni şəxs Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. 1.2. Ekspertizaya təqdim edilmiş, 1(101)-1362/2024 nömrəli cinayət işinin 76-81-də olan xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxsi dindirmə protokolunun 4-cü vərəqənin yuxarı hissəsindəki “Təqsirləndirilən şəxs” qrafasındakı imza və aşağı hissəsindəki imza - eyni şəxs tərəfindən icra olunmuşdur. 2.1. Ekspertizaya təqdim edilmiş, 1(101)-1362/2024 nömrəli cinayət işinin 76-81-ci vərəqələrində olan xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxsi dindirmə protokolunun 4-cü vərəqənin yuxarı hissəsindəki “Təqsirləndirilən şəxs” qrafasındakı imza və aşağı hissəsindəki imza, 113-cü vərəqədə olan xx.xx.2024-cü il tarixli etiraz edilməli şəxslərin dairəsi və onlar barədə zəruri məlumatları zərər çəkmiş şəxsə bildirilməsi haqqında protokolda “Təqsirləndirilən şəxs” qrafasındakı imza, 116-cı vərəqədə olan xx.xx.2024-cü il tarixli ekspertiza rəyi ilə təqsirləndirilən şəxsin tanış edilməsi barədə protokolda “Təqsirləndirilən şəxs” qrafasındakı imza, 134-cü vərəqədə olan xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxsə ibtidai istintaqın qurtarması barədə məlumat verilməsi haqqında protokolda “Təqsirləndirilən şəxs” qrafasından yuxarıdakı yazılar - Təqsirləndirilən şəxs tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. 2.2. Ekspertizaya təqdim edilmiş, nəticənin “1.1” bəndində göstərilən imzalar ilə nəticənin “1.2” bəndində göstərilən imzalar öz aralarında - müxtəlif şəxslər tərəfindən icra olunmuşdur. 3. Ekspertizaya təqdim edilmiş, 1(101)-1362/2024 nömrəli cinayət işinin 76- 81-ci vərəqələrində olan xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxsi dindirmə protokolunun 4-cü vərəqənin yuxarı hissəsindəki “Təqsirləndirilən şəxs” qrafasındakı və aşağı hissəsindəki imzaların, 113-cü vərəqədə olan xx.xx.2024-cü il tarixli etiraz edilməli şəxslərin dairəsi və onlar barədə zəruri məlumatları zərər çəkmiş şəxsə bildirilməsi haqqında protokolda “Təqsirləndirilən şəxs” qrafasındakı imzanın, 116-cı vərəqədə olan xx.xx.2024-cü il tarixli ekspertiza rəyi ilə təqsirləndirilən şəxsin tanış edilməsi barədə protokolda “Təqsirləndirilən şəxs” qrafasındakı imzanın eyni şəxs və müxtəlif şəxslər tərəfindən icra olunub-olunmamasını tədqiqat prosesinin təsviri hissəsinin 3-cü bəndində göstərilən səbəblərə görə müəyyən etmək mümkün olmadı. 4. Ekspertizaya təqdim edilmiş, 1(101)-1362/2024 nömrəli cinayət işinin 76-81-də olan xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxsi dindirmə protokolunun 3-cü vərəqəsinin ortasında “İmza” qrafasındakı imza tədqiqat prosesinin təsviri hissəsinin 4-cü bəndində göstərilən səbəblərə görə tədqiqat üçün yararsız olduğundan, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 97.4.2-ci və “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Qanunun 12-ci maddələrinə əsasən bildirilir ki, həmin imzanın Təqsirləndirilən şəxs tərəfindən və tədqiq olunan digər imzalar ilə eyni şəxs və ya müxtəlif şəxslər tərəfindən icra olunub-olmaması haqqında rəy vermək mümkün deyildir. 5. Ekspertizaya təqdim edilmiş, 1(101)-1362/2024 nömrəli cinayət işinin 76-81-ci vərəqələrində olan xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxsi dindirmə protokolunun 4-cü vərəqənin yuxarı hissəsindəki “Təqsirləndirilən şəxs” qrafasındakı imzada və aşağı hissəsindəki imzada Təqsirləndirilən şəxs imzalarına oxşadılmaqla icra olunma əlamətləri müəyyən olundu. 6. Ekspertizaya təqdim edilmiş, 1(101)-1362/2024 nömrəli cinayət işinin 113-cü vərəqədə olan xx.xx.2024-cü il tarixli etiraz edilməli şəxslərin dairəsi və onlar barədə zəruri məlumatları zərər çəkmiş şəxsə bildirilməsi haqqında protokolda “Təqsirləndirilən şəxs” qrafasındakı imzada, 116-cı vərəqədə olan xx.xx.2024-cü il tarixli ekspertiza rəyi ilə təqsirləndirilən şəxsin tanış edilməsi barədə protokolda “Təqsirləndirilən şəxs” qrafasındakı imzada, 134-cü vərəqədə olan xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxsə ibtidai istintaqın qurtarması barədə məlumat verilməsi haqqında protokolda “Təqsirləndirilən şəxs” qrafasından yuxarıdakı yazılarda Təqsirləndirilən şəxs xəttinə və imzasına oxşadılmaqla icra olunma əlamətləri müəyyən olunmadı. Aparılmış tədqiqatın dəyərinin 126 (bir yüz iyirmi altı) manat olması müəyyən edilmişdir (Cild 2;).
39. Müdafiə tərəfindən verilmiş sorğuya alınmış “Azəriqaz” İB-nin 31 iyul 2024-cü il tarixli məktubunda göstərilmişdir ki, Xəzər rayonu, Binə qəsəbəsi, Ə.İsazadə küçəsində yaşayan Təqsirləndirilən şəxs adına birliyin arxivində hər hansı sənəd toplusu və avtomatlaşdırılmış Qaz İnformasiya proqramında abonent kodu tapılmamışdır (Cild 2)
Əməlin tövsifi və digər hüquqi məsələlər:
40. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CM-in) 3cü maddəsinin tələbinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.
41. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.
42. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir.
43. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə - CPM-in) 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayət-prosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarla birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş ola, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər.
44. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir.
45. CM-in 234.4.3-cü maddəsi satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmaya görə cinayət məsuliyyətini müəyyən edir. Həmin maddənin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulmuşdur.
46. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş Siyahıların İ siyahısının 12-ci bəndinin a) yarımbəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün narkotik vasitə qurudulmuş marixuananın (kannabis) şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 5 qram, külli miqdar daxil olmaqla aşağı həddi isə 500 qram müəyyən edilmişdir. Həmin siyahının 5-ci bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün narkotik vasitə heroininin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi isə 2 qram müəyyən edilmişdir. Həmin Siyahıların İİ siyahısının 67-ci bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün psixotrop maddə metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi isə 2 qram müəyyən edilmişdir.
47. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əldə edərək saxladığı və daşıdığı ümumilikdə 434,27 qram olan psixotrop maddə metamfetaminin miqdarının şəxsi istehlak miqdarından təxminən 2895 dəfədən, külli miqdarından isə təxminən 217 dəfədən artıq olması, eyni zamanda ümumilikdə 817,27 qram olan narkotik vasitə qurudulmuş marixuananın miqdarının şəxsi istehlak miqdarından təxminən 163 dəfə, külli miqdarından isə təxminən 1,6 dəfədən artıq olması və 0,869 qram narkotik vasitə heroinin miqdarının isə şəxsi istehlak miqdarından təxminən 5,7 dəfədən artıq olması, həmin narkotik vasitə və psixotrop maddələrin müxtəlif növlərə aid olmaqla satış üçün çoxsaylı ayrı-ayrı bükümlərdə, o cümlədən xırda bükümlərdə qablaşdırılması, üzərində narkotik vasitə qurudulmuş marixuana və psixotrop maddə metamfetamin izləri olan 2 (iki) ədəd elektron tərəzinin aşkar edilməsi, habelə Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddə istehlakçısı olmaması və iş materiallarında olan digər sübutlar onun məqsədinin məhz satışla bağlı olduğunun bilavasitə təzahürüdür.
48. Məhkəmə, Təqsirləndirilən şəxs ittihamda göstərilən yerdə deyil başqa yerdə 8-9 nəfər tərəfindən saxlanılması, aşkar olunmuş narkotik vasitə və psixotrop maddələrin ona məxsus olmaması, habelə ibtidai araşdırma zamanı fiziki və psixoloji təzyiqlərə məruz qalmaqla narkotik vasitə və psixotrop maddələri boynuna almayacağı təqdirdə evinə narkotik vasitələr qoymaqla ailə üzvlərinin, o cümlədən nişanlısının da tutulacağı ilə hədələnməsi, evə baxış və götürmə istintaq hərəkətinin aparıldığı evdə yaşamamaqla həmin evin ona aidiyyətinin olmaması, həmin evin açarının polis idarəsində olarkən polis əməkdaşları tərəfindən ona verilməsi, barəsində qətimkan tədbiri məsələsini həll edən məhkəmədə müstəntiqin tələbinə əsasən qismən etirafedici ifadələr verməsi ilə bağlı ifadəsində göstərdiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi ağır cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir.
49. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini rəhbər tutaraq, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 4 mart 2011-ci il tarixli və “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarlarının müddəalarını da nəzərə alır.
50. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir.
51. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qeyd edilən plenum qərarında yuxarıda təsvir olunan halların, o cümlədən narkotik vasitənin miqdarının ayrıca olaraq deyil, “başqa sübutlarla yanaşı” nəzərə alınması vurğulanmışdır.
52. Plenumun hüquqi mövqeyinə görə, özü-özlüyündə narkotik vasitənin külli miqdar təşkil etməsi təqsirkar şəxsin satış məqsədi ilə hərəkət etməsinə dəlalət edən hal kimi qiymətləndirilə bilməz. Belə nəticəyə gəlmək üçün bütün diqqətəlayiq halların məcmusundan çıxış etmək lazımdır. O cümlədən, külli miqdarda narkotik vasitəni əldə edib saxlayan, daşıyan şəxsin özünün narkotik istehlakçısı olmaması, başqa şəxslərlə (istehlakçılarla) razılığın mövcudluğu, satış üçün narkotik vasitənin çəkilib xırda bağlamalarda qablaşdırılması kimi hallar da müəyyən olunduqları təqdirdə, başqa sübutlarla birlikdə götürülməklə şəxsin məhz satış məqsədilə narkotik vasitəni əldə edib saxlamasına dəlalət edən əsaslar kimi nəzərdən keçirilə bilərlər.
53. Həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının 24-cü bəndində göstərilmişdir ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Həmin qərarın 26-cı bəndində göstərilmişdir ki, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olubolmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür.
54. Avropa İnsan Hüquqları Məhkəməsinin “Andandonskinin Rusiyaya qarşı” iş üzrə 28 sentyabr 2006-cı il tarixli, həmçinin “Saidinin Fransaya qarşı” iş üzrə 20 sentyabr 1993-cü il tarixli qərarlarında izah edilir ki, sübutların mümkünlüyü daxili qanunvericilik tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma və məhkəmə istintaqı mərhələsində əldə edilən, milli məhkəmələr tərəfindən sübut kimi qəbul edilən şahid ifadələri də, məhkəmə baxışında sübut qismində istifadə oluna bilər.
55. Avropa İnsan Hüquqları Məhkəməsinin İnsan Hüquqlarının və X6 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 6-cı maddəsi ilə əlaqədar “X1rşı” işi ilə bağlı qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər.
56. Məhkəmə ilk növbədə qeyd edir ki, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə və psixotrop maddələrin aşkar edildiyi Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Ə.İsazadə küçəsində yerləşən nömrəsiz evdə yaşamaması, həmin evin kimə məxsus olmasını bilməməsi və sair xüsusatları məhkəməyədək icraat zamanı ümumiyyətlə bildirməmiş, həmin evlə özünün hər hansı əlaqəsinin olmamasını mübahisələndirməmiş, əksinə hökmün 24-cü bəndində göstərildiyi kimi barəsində qapalı məhkəmə iclasında həbs qətimkan tədbiri seçilməsi məsələsi həll edilərkən üzərində narkotik vasitə olmamasını, yaşadığı evdə isə təxminən 30-40 qram çəkidə qurudulmuş marixuana olmasını bildirmişdir. Eyni zamanda, hökmün 31-ci bəndində göstərildiyi kimi Təqsirləndirilən şəxs müdafiəçisi ilə birlikdə iş materialları ilə tanış olarkən öz əlyazması ilə özünü CM-in 234.1ci maddəsi ilə təqsirli bildiyini bildirərək videoçəkiliş zamanı həmçinin evinə baxış keçirilərkən psixi və fiziki iztirablara əsasən məcburiyyət qarşısında etiraf etməsini qeyd etmişdir. Başqa sözlə, Təqsirləndirilən şəxs ittiham tərəfinin qanunsuz predmetlərin aşkar edildiyi kimi göstərilmiş evin özünə məxsusluğunu məhkəməyədək icraat zamanı mübahisələndirməmişdir. Əksinə hökmün 5 və 17-19-cu bəndlərində göstərilmiş sübutlarla həmin evdə özünün müvəqqəti olaraq kirayədə tək yaşamasını, üzərindən aşkar edilmiş qapı kilidinin açarının həmin evə məxsus olmasını bildirməklə baxış zamanı qeyd edilən evin giriş qapısının kilidini də üzərində olan həmin açarla açaraq evdə gizlədilmiş qanunsuz predmetləri təhqiqat orqanına təqdim etmişdir. Təqsirləndirilən şəxs yalnız məhkəmə istintaqı zamanı həmin evlə hər hansı əlaqəsinin olmamasını bildirmiş, müdafiə tərəfi isə guya bunu təsdiq edən hal kimi hökmün 39-cu bəndində göstərilmiş sənədi təqdim edərək təqsirləndirilən şəxsin adına hər hansı qaz abonent kodunun olmamasına istinad etmişdir. Halbuki, şəxsin adına hər hansı kommunal ödəniş sənədlərinin və ya müvafiq daşınmaz əmlakın mülkiyyətçisi olmasına dair sənədlərin olmaması qeyd edilən şəxsin həmin ünvanda müvəqqəti yaşamasını istisna edən hal kimi qəbul edilə bilməz.
57. Bundan başqa, Təqsirləndirilən şəxs saxlanılarkən və bundan sonra üzərində müdafiəçisinin iştirakı ilə videoçəkilişlə şəxsi axtarış və götürmə, habelə kirayə yaşadığı evdə baxış və götürmə istintaq hərəkətləri keçirilərkən bədəni üzərində hər hansı xəsarətinin olması və ya ona qarşı hər hansı fiziki, psixi və sair zorakılıq tətbiq edilməsinə dair hər hansı mötəbər sübut müəyyən edilməmişdir. Habelə, hökmün 17-19, 24 və 37-ci bəndlərində göstərilən mötəbərliyi şübhə altına bilinməyən məhkəmədə tədqiq edilmiş sübutlarla da Təqsirləndirilən şəxs saxlanılarkən və ondan sonra üzərində müdafiəçisinin iştirakı ilə videoçəkilişlə şəxsi axtarış və götürmə, habelə kirayə yaşadığı evdə baxış və götürmə istintaq hərəkətləri keçirilərkən hər hansı fiziki, psixi və sair təzyiq və təsirə məruz qalması öz təsdiqini tapmamışdır. Hökmün 36-cı bəndində göstərilmiş halla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs istintaq təcridxanasına daxil olarkən müayinə zamanı bədən səthində aşkar edilmiş xəsarətin hazırkı işlə hər hansı bağlılığı müəyyən edilməmişdir. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ifadələrində polis əməkdaşları tərəfindən qolunun sıxılaraq burulması nəticəsində dırnaq izlərinin qollarında qalması, habelə başından vurulması nəticəsində baş nahiyəsində şişlərin yaranması barədə göstərdiyi hallar onun istintaq təcridxanasına daxil olarkən tibbi müayinəsi zamanı müəyyən edilməmiş, habelə müayinə zamanı onun özü tərəfindən bildirilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində məhkəməyədək icraat zamanı məhkəmə nəzarəti qaydasında 23 sentyabr 2023-cü il tarixdə Bakı şəhəri Xəzər Rayon Məhkəməsində qətimkan tədbiri məsələsinə qapalı məhkəmə iclasında müdafiəçisinin iştirakı ilə baxılarkən, Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş CM-in 234.4.3-cü maddəsi ilə olan ittiham üzrə özünü qismən təqsirli bilmişdir.
58. Məhkəmə həmçinin müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Təqsirləndirilən şəxs doğma bacısı olan Şahid3 ifadəsinə tənqidi yanaşaraq qeyd edir ki, sonuncunun ifadəsində göstərdiyi xüsusatlar işin faktiki hallarına uyğun olmamaqla qardaşının ağır cinayət əməlinə görə məsuliyyətə cəlb olunmaqdan və cəzalanmaqdan yayındırmaq məqsədi daşıyır. Bununla yanaşı, müdafiə tərəfindən verilmiş vəsatət əsasında Təqsirləndirilən şəxs qardaşı Yusif Seyfullayevin də məhkəmə icraatı zamanı dindirilməsi təmin edilsə də, sonuncu məhkəmə iclasına gəlməkdən yayınmış, bununla əlaqədar obyektiv həqiqətin müəyyən edilməsi məqsədi ilə Yusif Seyfullayevin sonrakı məhkəmə baxışı üzrə məhkəmə iclasına məcburi gətirilməsinə dair müvafiq qərar qəbul edilməsi ilə bağlı məhkəmə tərəfindən təklif verilməsinə baxmayaraq, müdafiə tərəfi təkidlə Yusif Seyfullayevin məhkəmə iclasında dindirilməsi ilə bağlı verdikləri vəsatətdən imtina etdiklərini və sonuncunun məhkəmə iclasında dindirilməsi üçün barəsində məcburi gətirmə haqqında qərar qəbul edilməsini istəmədiklərini bildirmişlər. Qeyd edilənlər bir daha Təqsirləndirilən şəxs məhkəmə istintaqı, o cümlədən də ibtidai istintaq zamanı da verdiyi ifadələrinə tənqidi yanaşılmalı olması qənaətinə gəlməyə əsas verir.
59. Bununla yanaşı cinayət işi üzrə məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə ibtidai araşdırma zamanı bir sıra kobud qanun pozuntularına yol verilmişdir.
60. Belə ki, CPM-in 124.1-ci maddəsinin tələbinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 125.1-ci maddəsinin tələblərinə görə məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər.
61. CPM-in 125.2-ci maddəsinin tələbinə görə insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyriinsani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin hüquqlarının pozulması ilə, cinayət prosesində iştirak edən şəxsin hüquq və vəzifələrinin izah edilməməsi, tam və ya düzgün izah edilməməsi nəticəsində öz hüquq və vəzifələrini yanlış başa düşməsindən istifadə etməklə, cinayət təqibi üzrə icraatı həyata keçirmək, istintaq və ya digər prosessual hərəkətlər aparmaq hüququ olmayan şəxs tərəfindən bu hərəkətlər edildikdə, cinayət prosesində onun iştirakını istisna edən halları bildiyi və ya bilməli olduğu halda etiraz edilməli şəxsin iştirakı ilə, istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda, sənədi və ya digər əşyanı tanımağa qadir olmayan, onun həqiqiliyini, mənbəyini, əldə olunma hallarını təsdiq edə bilməyən şəxsdən alındıqda, məhkəmə iclasında məlum olmayan şəxsdən, yaxud müəyyən olunmayan mənbədən alındıqda və müasir elmi baxışlara zidd üsulların tətbiqi nəticəsində alındıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir.
62. CPM-in 125.3-cü maddəsinə əsasən bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Həmin Məcəllənin 125.5-ci maddəsinin tələbinə görə cinayət-prosessual qanunvericiliyinin tələblərinin ittiham tərəfindən pozulması nəticəsində sübuti əhəmiyyətini itirmiş hesab oluna bilən materialın sübut qismində qəbul edilməsinə müdafiə tərəfinin vəsatəti əsasında yol verilir. Bu halda həmin sübut digər proses iştirakçılarına deyil, yalnız müvafiq şübhəli və ya təqsirləndirilən şəxsə sübut kimi aid olur. Bu materialların sübut kimi qəbul edilməsi onun düzgünlüyünün mübahisə olunmasına mane olmur.
63. Təqsirləndirilən şəxs sonuncunun müqavilə əsasında müdafiəçiləri işə qoşulduqdan sonra məhkəmə istintaqı zamanı verdiyi ifadələrinə əlavə edərək ibtidai araşdırma zamanı toplanmış sənədlərdə hər hansı imzasının olmadığını, onun adından icra edilmiş imza və yazıların onun imzasına oxşadılmaqla saxtalaşdırıldığını bildirmişdir. Qeyd edilən halın araşdırılması ilə əlaqədar müdafiə tərəfindən verilmiş müəyyən sənədlər üzrə məhkəməxətşünaslıq ekspertizasının keçirilməsinə dair vəsatət təmin edilməklə, əlavə olaraq məhkəmə tərəfindən məhkəməyədək icraat zamanı toplanmış materiallarda Təqsirləndirilən şəxs adından imzalanmış və yazılmış bütün imza, yazı və rəqəmlər üzrə müvafiq suallar qoyulmaqla rəy verilməsi üçün cinayət işinin ibtidai istintaq materialları və digər materiallar ekspertiza tədqiqatına təqdim edilmişdir. Bununla əlaqədar hökmün 38-ci bəndində göstərilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş “Məhkəmə-xətşünaslıq” ekspertizasının 11 iyun 2024-cü il tarixli, 3-16-16/2-4/748 nömrəli rəyi məhkəməyə daxil olmuş və həmin rəy tərəflərin iştirakı ilə məhkəmə istintaqı zamanı tədqiq edilmişdir. Qeyd edilən rəydən görünür ki, ekspertizaya təqdim edilmiş, 1(101)-1362/2024 nömrəli cinayət işinin 76-81-ci vərəqələrində olan xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxsi dindirmə protokolunun 4-cü vərəqənin yuxarı hissəsindəki “Təqsirləndirilən şəxs” qrafasındakı imza və aşağı hissəsindəki imza, 113-cü vərəqədə olan xx.xx.2024-cü il tarixli etiraz edilməli şəxslərin dairəsi və onlar barədə zəruri məlumatları zərər çəkmiş şəxsə bildirilməsi haqqında protokolda “Təqsirləndirilən şəxs” qrafasındakı imza, 116-cı vərəqədə olan xx.xx.2024-cü il tarixli ekspertiza rəyi ilə təqsirləndirilən şəxsin tanış edilməsi barədə protokolda “Təqsirləndirilən şəxs” qrafasındakı imza, 134-cü vərəqədə olan xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxsə ibtidai istintaqın qurtarması barədə məlumat verilməsi haqqında protokolda “Təqsirləndirilən şəxs” qrafasından yuxarıdakı yazılar - Təqsirləndirilən şəxs tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, 1(101)-1362/2024 nömrəli cinayət işinin 76-81-də olan xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxsi dindirmə protokolunun 3-cü vərəqəsinin ortasında “İmza” qrafasındakı imza tədqiqat prosesinin təsviri hissəsinin 4-cü bəndində göstərilən səbəblərə görə tədqiqat üçün yararsız olduğundan həmin imzanın Təqsirləndirilən şəxs tərəfindən və tədqiq olunan digər imzalar ilə eyni şəxs və ya müxtəlif şəxslər tərəfindən icra olunubolmaması haqqında rəy vermək mümkün deyildir. Ekspertizaya təqdim edilmiş, 1(101)- 1362/2024 nömrəli cinayət işinin 76-81-ci vərəqələrində olan xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxsi dindirmə protokolunun 4-cü vərəqənin yuxarı hissəsindəki “Təqsirləndirilən şəxs” qrafasındakı imzada və aşağı hissəsindəki imzada Təqsirləndirilən şəxs imzalarına oxşadılmaqla icra olunma əlamətləri müəyyən olundu.
64. “Kondraşinanın Rusiya Federasiyasına qarşı” işində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin.
65. “Təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq, yəni qanuni yolla əldə olunmalıdır” müddəası Avropa Məhkəməsinin Barbera, Messegue və Habardo İspaniyaya qarşı işində xüsusi vurğulanmışdır. CPM-in 21.2-ci maddəsinin tələblərinə həmin məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Həmin məcəllənin 145.3-cü maddəsinin tələblərinə görə isə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin tələblərinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir.
66. Beləliklə, məhkəmə cinayət prosessual qanunvericiliyinin həmin müddəalarının tələblərini rəhbər tutaraq hesab edir ki, məhkəməyədək icraat zamanı toplanılmaqla cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş hökmün 63-cü bəndində qeyd edilmiş sənədlər (Cinayət işinin 1-ci cildinin 76-81-ci vərəqələrində olan xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxsi dindirmə protokolu, 113-cü vərəqədə olan xx.xx.2024-cü il tarixli etiraz edilməli şəxslərin dairəsi və onlar barədə zəruri məlumatları zərər çəkmiş şəxsə bildirilməsi haqqında protokol, 116-cı vərəqədə olan xx.xx.2024-cü il tarixli ekspertiza rəyi ilə təqsirləndirilən şəxsin tanış edilməsi barədə protokol, 134-cü vərəqədə olan xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxsə ibtidai istintaqın qurtarması barədə məlumat verilməsi haqqında protokol) cinayət-prosessual qanunvericiliyin tələblərinin pozulması ilə əldə edildiyindən və mötəbərliliyinə şübhələr olduğundan həmin sənədlər sübut qismində qiymətləndirilərək Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə onun əməlinin sübuta yetirilməsində nəzərə alına bilməz. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cinayət işinin 1-ci cildinin 76-81-ci vərəqələrində olan xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxsi dindirmə protokolunun məzmununun Təqsirləndirilən şəxs şübhəli şəxs qismində dindirmə protokolu və onun izahatı ilə tamamilə eyni məzmunlu olmasına, həmin protokolun yalnız bir vərəqindəki (79-cu səhifə) imzaların Təqsirləndirilən şəxs məxsus olmaması, əksinə həmin protokoldakı digər imza və yazıların sonuncu tərəfindən icra edilməsinə baxmayaraq, protokolun yalnız bir vərəqindəki aradan qaldırılması mümkün olmayan şübhəyə görə həmin protokolun bütövlükdə sübut kimi qiymətləndirilməsi yolverilməzdir.
67. Belə ki, “Şenk İsveçrəyə qarşı” Avropa İnsan Hüquqları Məhkəməsinin 12 iyul 1988ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir.
68. “Yallo Almaniyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 11 iyul 2016-cı il tarixli qərarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özülyündə sübutların “qanunsuz” yolla əldə edilib-edilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir.
69. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquq və azadlıqlarının qorunması sahəsində məhkəmələrin fəaliyyəti haqqında” 2000-ci il 10 mart tarixli qərarında qeyd olunmuşdur ki, ədalət mühakiməsinin həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Ona görə də məhkəmələr işlərə baxarkən heç bir halda qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməməlidir. Məhkəmə təhqiqat və ibtidai istintaq orqanı tərəfindən təqdim edilən sübutun qanunsuz yolla əldə olunması nəticəsinə gəldikdə, bütün hallarda həmin sübutu iş üzrə toplanmış başqa sübutların cəmindən çıxmaqla qanunu pozmuş vəzifəli şəxsin hərəkətinə münasibətini bildirməlidir”.
70. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə məhkəmə istintaqı zamanı tədqiq edilmiş digər sübutlarla onun qeyd edilən cinayət əməlini törətməsi tam sübuta yetirilir. Belə ki, məhkəmə istintaqı zamanı tədqiq edilmiş mötəbərliyi şübhə doğurmayan çoxsaylı və təkzibedilməz digər sübutlarla Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törətməsi mübahisəsiz olaraq sübuta yetirilir.
71. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir.
72. CPM-in 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır.
73. CPM-in 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.
74. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur.
75. Qeyd edilənlərə əsasən, məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CM-in 234.4.3cü maddəsi ilə tövsif edilmiş və o həmin maddə ilə təqsirli bilinərək cəzalanmalıdır.
76. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır.
Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər:
77. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları nəzərə alır.
78. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır.
79. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır.
80. Məhkəmə CM-in 59.2-ci maddəsinin tələbinə əsasən anasının 1-ci dərəcə əlil olmaqla daima qulluğa ehtiyacı olmasını, hazırkı cinayət işi üzrə saxlanılmazdan əvvəl özünün anasına qulluq etməklə ona yardım etməsini, 32 yaşında olmaqla cavan olmasını və narkomaniya xəstəliyindən əziyyət çəkməməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır.
81. Qeyd edilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş məhz azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər.
82. Təqsirləndirilən şəxs əməlində CM-in 61.1-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi.
83. Məhkəmə həmçinin təqsirləndirilən şəxsin cəzaçəkmə müəssisəsinin növünün də müəyyən edilməsinin zəruriliyini qeyd edir.
84. CM-in 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl ağır cinayətlər kimi təsnif edilmişdir.
85. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir.
86. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, CPM-in 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6).
87. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 21 sentyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 23 sentyabr 2023-cü il tarixli qərarı ilə onun barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduğu 21 sentyabr 2023-cü il tarixdən hesablanmış, həmin məhkəmənin 18 yanvar 2024-cü il tarixli qərarı ilə həbsdə saxlanılma müddəti 10 fevral 2024-cü il tarixədək uzadılmışdır. Məhkəmə icraatı zamanı da təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır.
88. CPM-in 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət daxildir.
89. Məhkəmə, CPM-in 353.4.8-ci maddəsinə əsasən, ibtidai həbs müddətinin CM-in 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə (həmçinin CPM-in 158.2-ci maddəsinə əsasən ev dustaqlığında saxlama müddətinə) bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 21 sentyabr 2023-cü il tarixdən hesablanmalıdır.
90. Məhkəmə hökmün 27-ci bəndində qeyd edilən ekspertiza rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır.
91. Məhkəmə, CPM-in 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edərək iş üzrə xüsusi müsadirə edilməli əmlakın müəyyən edilmədiyini qeyd edir.
92. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar CPM-in 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olmaqla Xəzər RPİ-nin maddi sübutları saxlama otağında saxlanılan, tədqiqatlardan sonra qalıq çəkiləri 0,769 qram olan narkotik vasitə heroin, 434,510 qram olan psixotrop maddə olan metamfetamin, 816,22 qram olan narkotik vasitə qurudulmuş marixuana və 2 (iki) ədəd elektron tərəzi məhv edilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə, yaşadığı evə baxış və götürmə istintaq hərəkətləri zamanı aparılmış videoçəkilişlərin əks olunduğu 2 (iki) ədəd disk hazırkı cinayət işinin materiallarında saxlanılmalı, habelə hökmün 28-ci bəndində göstərilənlərə əsasən “Samsung” markalı mobil telefon təqsirləndirilən şəxsin ailə üzvlərinə və ya onun digər qohumlarına qaytarılmalıdır.
93. CPM-ə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır.
94. Məhkəmə hesab edir ki, CPM-in 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 278 (iki yüz yetmiş səkkiz) manat məbləğində məhkəmə məsrəflərinə aid olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir.
95. İş üzrə mülki iddia verilməmiş və üzərinə həbs qoyulmuş əmlak yoxdur.
96. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır.
97. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 4 mart 2011-ci il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və X6 haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müəddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir.
98. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 21 sentyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut olmaqla Bakı şəhəri Xəzər Rayon Polis İdarəsində saxlanılan tədqiqatlardan sonra qalıq çəkisi 0,769 qram olan narkotik vasitə heroin, 434,510 qram olan psixotrop maddə metamfetamin, 816,22 qram olan narkotik vasitə qurudulmuş marixuana və 2 (iki) ədəd elektron tərəzi məhv edilsin, 2 (iki) ədəd disk hazırkı cinayət işinin materiallarında saxlanılsın və “Samsung” markalı mobil telefon isə təqsirləndirilən şəxsin ailə üzvlərinə və ya onun digər qohumlarına qaytarılsın. Təqsirləndirilən şəxs 278 (iki yüz yetmiş səkkiz) manat məbləğində məhkəmə məsrəfi olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, hökmün surətinin Təqsirləndirilən şəxs isə verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.