Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1362/2025 24.07.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmənin hakimləri Tağıyev Azər Heydər oğlunun sədrliyi, X3 və Ələkbərli Roman Nəriman oğlundan ibarət tərkibdə, Bəşirli Pərvanə Böyükağa qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçilər “Güvən” Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx.xx.1997-ci ildə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, “Vətən müharibəsi” iştirakçısı, subay, orta təhsilli, məhkum olunmayan, Şəki rayonu, Qudula ərazi dairəsi, Babaratma kəndində qeydiyyatda olaraq, ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının CM-in) 126.2.4 və 221.3-cü maddələri ilə, xx.xx.1994-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olan, ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşamış, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(060)-62/2023 saylı hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 315-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ:
1. Təqsirləndirilən şəxs1 bir qrup şəxs halında xuliqanlıq niyyəti ilə insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuş və silah qismində istifadə olunan əşyadan istifadə etməklə zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət olunan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə xuliqanlıq əməlini törətmişdir.
2. Təqsirləndirilən şəxs2 bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə xuliqanlıq əməlini törətmişdir.
İşin faktiki halları:
3. Təqsirləndirilən şəxs1 dostu Təqsirləndirilən şəxs2 ilə bir qrup şəxs halında xx.xx.2024cü il tarixdə, saat 17:05-də ictimai yer hesab edilən Bakı şəhəri, Yasamal rayonu, X2 küçəsi 70 saylı ünvanın qarşısında insanların sıx toplaşdığı küçədə sonuncunun idarə etdiyi avtomobildə yolun sağ kənarında gözləmişlər. Bu zaman Şahid2 idarə etdiyi avtomobildə olan Zərərçəkmiş şəxs yol istəməsi zamanı kobudluğunu cüzi səbəb kimi bəhanə gətirib əvvəlkinə yaxınlaşmış və ətrafda digər şəxslərin olmasına əhəmiyyət vermədən Təqsirləndirilən şəxs2 ilə birlikdə Zərərçəkmiş şəxs barəsində nalayiq ifadələr işlətməklə sonuncuya yumruq və təpik zərbələri endirmişdir. Təqsirləndirilən şəxs1 və ətrafdakı şəxslərin gözü qarşısında xuliqanlıq niyyətilə belində gəzdirdiyi silah qismində istifadə etdiyi istintaqla müəyyən edilməyən bıçaqla sonuncuya zor tətbiq edib qəsdən qarının ön səthinin qarın boşluğuna nüfuz edən qaraciyəri zədələyən 1 ədəd, döş qəfəsində olan, döş boşluğuna keçməyən 1 ədəd, sağ sağrı nahiyəsində 1 ədəd olmaqla 3 ədəd bıçaq zərbəsi vuraraq sonuncuya, döş qəfəsində olan, döş boşluğuna keçməyən və sağ sağrı nahiyəsinin 2 ədəd kəsilmiş deşilmiş yaraları həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya və qarının ön səthinin qarın boşluğuna nüfuz edən qaraciyəri zədələyən deşilmış kəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirməklə qərəzli xuliqanlıq hərəkətləri etmişdir.
4. Digər Təqsirləndirilən şəxs2 dostu Təqsirləndirilən şəxs1 ilə bir qrup şəxs halında 07 iyul 2024-cü il tarixdə, saat 17:05-də ictimai yer hesab edilən Bakı şəhəri, Yasamal rayonu, X2 küçəsi 70 saylı ünvanın qarşısında insanların sıx toplaşdığı küçədə özünün idarə etdiyi avtomobildə yolun sağ kənarında gözləmişlər. Bu zaman Şahid2 idarə etdiyi avtomobildə olan Zərərçəkmiş şəxs yol istəməsi zamanı kobudluğunu cüzi səbəb kimi bəhanə gətirib sonuncuya yaxınlaşaraq ətrafda digər şəxslərin olmasına əhəmiyyət vermədən Təqsirləndirilən şəxs1 ilə birlikdə Zərərçəkmiş şəxs barəsində nalayiq ifadələr işlətməklə ona yumruq və təpik zərbələri endirmişdir. Təqsirləndirilən şəxs2 dostu Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs bıçaq zərbələri endirməsindən sonra sonuncunun belindən yapışaraq başı üzərinə qaldırıb yerə yıxmaqla qərəzli xuliqanlıq etmişdir. Bununla da Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ictimai qaydanı, yəni cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarına qərəzli surətdə pozub, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq etməklə cəmiyyətə açıqca hörmətsizlik etmişlər.
Təqsirləndirilən şəxsə qarşı ittiham tərəfinin təqdim etdiyi sübutlar aşağıdakılardan ibarətdir:
5. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, hadisə yol vermək üstündə baş vermişdir. Belə ki, ünvan 6 ünvanda sevgilisi Şahid2 idarə etdiyi maşınla yolu keçmək istəyən zaman əlini maşından çıxardıb yolun kənarında duran maşından onlara yol verməsini istəmiş, maşını sürən şəxs isə maşının içindən əlini şitə əsəbi halda vurmuş, o da nə olduğunu soruşmuşdur. Digər maşında iki nəfər şəxs olmuş, həmin şəxslər maşından ona səslənərək söhbətə çağırmışlar. O, Şahid2 maşını kənara verib saxlamasını bildirmiş, maşından düşüb həmin şəxslərlə söhbətə başlamış, sonuncular onu kənara çəkmək istəsələr də, o, kameranın altından çəkilməmişdir. Bundan sonra hansının onu vurduğunu xatırlamasa da, həmin şəxslərdən biri onu yumruqla vurmuş, daha sonra ona bir neçə zərbə endirilmiş, o isə sadəcə özünü müdafiə etməyə çalışmışdır. Daha sonra isə ətrafda olanlar onları ayırmış, o, üstünün qan olduğunu görüb maşınına əyləşərək xəstəxanaya getmişdir. Təqsirləndirilən şəxslər hadisədən sonra ona üzrxahlıq etməmiş, cəmi bir dəfə atasıyla əlaqə saxlamışlar. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ibtidai istintaq dövründə verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində bildirmişdir ki, xx.xx.2024cü il saat 16:00 radələrində özünə məxsus Hyundai Santafe markalı boz rəngli **-KQ- *** dövlət qeydiyyat nişanlı avtomobili ilə təxminən 1 ildir sevgili olduğu Şahid2 ilə birlikdə ünvan 7 ünvanından Elmlər Akademiyası istiqamətində getmişdir. Bir qədər getdikdən sonra başı ağrıdığı üçün avtomobili sürücülük hüququ olan Şahid2 idarə etməsini xahiş etmişdir. Şahid2 idarə etdiyi maşınıa Əbdürrəhim bəy Haqverdiyev küçəsindən Hüseyn Cavid prospektinə dönən zaman qara rəngli avtomobil onların avtomobilinin önünə sürmüşdür. Həmin avtomobil sanki qəsdən edirmiş kimi, avtomobillər arasında qalan az məsafəni də yenidən qaz verərək bağlamağa çalışmış, avtomobillər demək olar ki, bir-birlərinə yapışmışdır. Həmin vaxt avtomobilin sürücüsü əli ilə işarə edərək ondan maşından düşməsini tələb etmiş, o, Şahid2 avtomobili saxlamasını tapşırsa da, sonuncu problemdən uzaq olmalı olduqlarını bildirərək Hüseyn Cavid prospektində biraz daha qabağa sürmüşdür. Lakin onun təkidi ilə Şahid2 avtomobili saxlamışdır. O, avtomobildən düşüb arxa tərəfə getmiş, digər maşındakı iki nəfər maşından düşüb ona yaxınlaşmışlar. Onların aralarında mübahisə yaranmış, həmin şəxslər onunla nalayiq formada danışmış, daha sonra sonunculardan biri ona yumruq atmaq istəmişdir. O, cəld geri çəkildiyi üçün yumruq ona dəyməmiş, həmin yumruq vuran şəxsi geri vurmuş və bu zaman digər şəxs də ona yumruq zərbələri endirmişdir. Daha sonra həmin şəxlərdən biri onu yerə yıxmışdır. Ətrafdakı şəxslər yaxınlaşaraq onları ayırmış, ayağa qalxdıqda qarnında istilik hiss etmiş və həmin şəxslərdən Taleh adlı şəxsin ona bıçaq zərbəsi vurduğunu anlamışdır. Təxminən 5-10 dəqiqə sonra o, maşınına qayıtmış və Şahid2 Semaşko xəstəxanasına sürməsini tapşırmışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs verilmiş suallara cavab olaraq bildirmişdir ki, nə qarşı maşındakı şəxslər, nə də o, söyüş söyməmişlər. O, məhlədən yola çıxmaq istəyən zaman digər şəxslərin içərisində olduğu avtomobil yolu kəsmiş, o da yol vermələrini istəmiş, Şahid2 maşını hadisə yerindən bir qədər kənarda saxladığından hadisəni görməmiş, maşına qayıtdıqdan sonra Şahid2 maşını xəstəxanaya sürməsini bildirmiş, lakin sonuncuya bıçaqlandığını deməmişdir. Mübahisəni təqsirləndirilən şəxslər başlatmış, o, “Azərbaycan övladıyıq, qan-qaraçılığa ehtiyac yoxdur” dedikdən sonra sonunculardan uzun olanı onu yumruqla vurub davanı başlatmış, o özünü geri çəkdiyindən yumruq ona dəyməmiş, daha sonra təqsirləndirilən şəxslər ona bir neçə zərbə daha endirmiş, o da özünü müdafiə etmişdir. Təqsirləndirilən şəxslərdən hansının onu vurmasını dəqiq xatırlamır. Davadan sonra o, başını əyəndə qan gəldiyini görmüş, o zaman bıçaqla vurulduğunu anlamış, hadisənin şokunda olduğundan kimin onu bıçaqla vurduğunu görməmişdir. Həmçinin Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək, təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbinin olmadığını, səhhətiylə bağlı növbəti məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini bildirmiş və təqsirləndirlən şəxslərə yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir.
6. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə, 1 ildir sevgili olduğu Zərərçəkmiş şəxs məxsus “Hyundai Santafe” markalı boz rəngli **-KQ-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmiş, sonuncu da yanında əyləşmişdir. Əbdürrəhim bəy Haqverdiyev küçəsindən Hüseyn Cavid prospektinə sağa dönən zaman qara rəngli avtomobil soldan onun idarə etdiyi avtomobilin yoluna keçərək onun sağa dönməsinə mane olmuş, o yol istəyəndə sanki qəsdən edirmiş kimi qarşı avtomobil bir az da qabağa sürmüş və yolu kəsmişdir. Avtomobillər demək olar ki, birbirlərinə yapışmış, sağ tərəfdən yol olmasına baxmayaraq digər avtomobil o tərəfə getməmişdir. Daha sonra sonuncular əlləri ilə arxadan onların avtomobilə “düş-düş” deyə bildirərək vurmuş, o da Zərərçəkmiş şəxs problemdən uzaq olmalı olduqlarını bildirmiş və lakin onlar yenə düşməyi təkid etmişlər. O, Zərərçəkmiş şəxs təkidi ilə avtomobili saxlamış, sonuncu avtomobildən düşmüş və arxa tərəfə getməyə başlamış, dönüb arxaya baxsa da, onları görməmişdir. Təxmini olaraq 5-10 dəqiqə sonra Zərərçəkmiş şəxs yenidən avtomobilə qayıtmış və Semaşko xəstəxanasına sürməsini tapşırmışdır. Nəyə görə xəstəxanaya getdiklərini soruşanda isə Zərərçəkmiş şəxs ona heç nə bildirmədən sadəcə maşını sürməsini tələb etmiş, o, yalnız Xəstəxanaya çatanda sonuncunun bıçaqlandığını öyrənmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, o söyüş eşitməmiş, mübahisəni qarşı tərəf bilə-bilə başlatmış, yol verə biləcəkləri halda avtomobili qəsdən onların üstünə sürmüşlər. Qarşı tərəf ona heç nə deməmiş, o, davanın şahidi olmamış, avtomobili təqsirləndirilən şəxslərdən uzun olan idarə etmişdir.
7. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2018-ci ildən Bakı şəhəri, Yasamal rayonu, X2 küçəsi 70 ünvanında yerləşən “Gloria Flowers” gül mağazasında florist yəni gülçü vəzifəsində çalışır. Hər səhər 09:00 radələrində işə gəlir və axşam 21:00-dək işdə olur. Mağazanın pəncərələri də cam balkon olduğu üçün içəridən mağazanın qarşısını və sol tərəfini rahatlıqla görmək olur. xx.xx.2024-cü ildə axşam 17:00 radələrində mağazada həmişəki kimi güllərə qulluq etmə ilə məşğul olmağa başlamış, təxminən 5 dəqiqə sonra çöldən səs-küy gəldiyini eşitmiş, bu zaman mağazada olan Məhəmməd ilə birlikdə çölə çıxmışlar. O, mağazanın sol kənarının biraz arxasında 3 nəfər şəxsin mübahisə etdiyini görmüş, bu zaman həmin şəxslərdən biri digərinə yumruq vurmuş və zərbə alan şəxs yerə yıxılmayaraq vuran şəxsin yaxasından yapışmışdır. Daha sonra birinci yumruğu atan şəxsin yanında dayanmış üçüncü şəxs də mübahisə etdikləri şəxsə zərbələr endirmişdir. Bundan sonra zərərçəkmiş şəxsin təkləndiyini görüb araya girərək onları aralamışlar. Aralaşdıqdan sonra zərbə vurulan şəxs Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospektində avtomobilə minmək üçün yol istiqamətinə getmiş, digər iki şəxs isə mağazadan biraz qabaqda saxladıqları qara rəngli “Toyota Prius” markalı avtomobilə minib hadisə yerindən uzaqlaşmışlar. Hadisə vaxtı o, kiminsə bıçaqlandığını görməmişdir. Məhkəmə iclasında Şahid1 verilmiş suallara cavab verərək bildirmişdir ki, hadisə vaxtı üçü də dava etmiş, hər hansı söyüş eşitməmiş, yerdə qan görməmişdir. Bıçaqlanma olduğunu isə onlara polis əməkdaşları bildirmişdir.
8. xx.xx.2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (İ cild i/v 93- 94).
9. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində xx.xx.2024-cü il tarixdən hesablanmaqla 04 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir (İ cild i/v 136-138).
10. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 həbsdə saxlanma müddəti xx.xx.2025-ci il tarixədək uzadılmışdır (İ cild i/v 248-251).
11. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 həbsdə saxlama müddəti xx.xx.2025-ci il tarixədək uzadılmışdır (İİ cild i/v 74-77).
12. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 həbsdə saxlama müddəti xx.xx.2025-ci il tarixədək uzadılmışdır (İİ cild i/v 84-87).
13. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 həbsdə saxlama müddəti xx.xx.2025-ci il tarixədək uzadılmışdır (İİ cild i/v 108-111).
14. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 həbsdə saxlama müddəti xx.xx.2025-ci il tarixədək uzadılmışdır (İİ cild i/v 145-148).
15. xx.xx.2024-cü il tarixli axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (İ cild i/v 147).
16. 13.09.2024-cü il tarixli təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs2 həbsə saxlanılmaqdan azad edilmiş və saxlanıldığı Yasamal RPİ-nin MSY-dən buraxılmışdır (İ cild i/v 194- 195).
17. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində xx.xx.2024-cü il tarixdən hesablanmaqla xx.xx.2024-cü il tarixədək, yəni 27 gün müddətə həbs qətimkan tədbiri seçilmişdir (İ cild i/v 197-202).
18. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 həbsdə saxlanma müddəti xx.xx.2024-cü il tarixədək uzadılmışdır (İ cild i/v 207-210).
19. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 həbsdə saxlanma müddəti xx.xx.2025-ci il tarixədək uzadılmışdır (İ cild i/v 252-255).
20. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 həbsdə saxlanma müddəti xx.xx.2025-ci il tarixədək uzadılmışdır (İİ cild i/v 22-25).
21. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 həbsdə saxlama müddəti xx.xx.2025-ci il tarixədək uzadılmışdır (İİ cild i/v 70-73).
22. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 həbsdə saxlama müddəti xx.xx.2025-ci il tarixədək uzadılmışdır (İİ cild i/v 88-89).
23. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 həbsdə saxlama müddəti xx.xx.2025-ci il tarixədək uzadılmışdır (İİ cild i/v 112-115).
24. xx.xx.2025-ci il tarixli təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs2 həbsə saxlanılmaqdan azad edilmiş və saxlanıldığı Yasamal RPİ-nin MSY-dən buraxılmışdır (İİ cild i/v 121-123).
25. xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “Başqa yerə getməmək” haqqında iltizam qətimkan tədbirinin seçilmişdir( İİ cild i/v 125-126)
26. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır (İİ cild i/v 240-241).
27. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X1” X4 canlı şəxsin ekspertizasının xx.xx.2024-cü il tarixli, 442 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs adına tərtib olunmuş tibbi sənəddə qeyd olunan xəsarətlər - qarının ön səthinin, qarın boşluğuna nüfuz edən qaraciyəri zədələyən 1 (bir) ədəd, döş qəfəsində olan, döş boşluğuna keçməyən 1 (bir) ədəd, sağ sağrı nahiyəsində 1(bir) ədəd deşilmiş-kəsilmiş yaralar deşici-kəsici alətin (alətlərin) təsirindən törənmişlər, törənmə müddəti onun xəstəxanaya daxil olduğu vaxtdan az əvvəl olmaqla, qərarda qeyd olunan xx.xx.2024-cü il tarixə uyğundur, qərarın təsviri hissəsində qeyd olunduğu kimi bıçaqla yetirilə bilərdilər, dərəcəsinə görə qarının ön səthinin, qarın boşluğuna nüfuz edən qaraciyəri zədələyən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya, döş qəfəsində olan, döş boşluğuna keçməyən və sağ sağrı nahiyəsinin 2 (İki) ədıd deşilmiş-kəsilmiş yaraları həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir (İİ cild i/v 1-4).
28. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X4 Ambulator Məhkəmə-Psixiatrik Ekspertizasının xx.xx.2025-ci il tarixli 1298 saylı rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs1 hal-hazırda psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və hal-hazırki psixiatrik müayinənin nəticələri və s. sübut edir. Təqsirləndirilən şəxs1 xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. hal-hazırda hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmayıb. Təqsirləndirilən şəxs1 xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs1 hal-hazırda hər hansı xroniki psixi xəstəliyik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmayıb. Təqsirləndirilən şəxs1 xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs1 həmçinin törətdiyi əməl dövründə də hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmayıb. Həmin dövrdə Təqsirləndirilən şəxs1 öz hərərkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs1 törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs1 anlaqlılığı istisna etməyən psixi pozuntu aşkar olunmayıb. Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 21- ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs1 hal- hazırda da öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur (İİ cild i/v 130-132).
29. Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan və fotoşəkillərdən görünür ki, hadisə Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 55 ünvanında “Çinici” mağazasının qarşısında baş vermişdir. Zərərçəkmiş şəxs ilə 2 nəfər naməlum şəxs arasında baş vermiş mübahisə bıçaqlanma ilə nəticələnir. Hadisə nəticəsində Zərərçəkmiş şəxs bıçaq zərbələrindən xəsarət alaraq 1 saylı BTM-ə getmişdir. Əməliyyat qrupu hadisə yerinə gələn zaman Zərərçəkmiş şəxs və ona zərər yetirən şəxslər hadisə yerində olmamışlar (İ cild i/v 42-47).
30. İfadənin yerində yoxlanmasına dair xx.xx.2024-cü il tarixli protokoldan və fotocədvəldən görünür ki, xx.xx.2024-cü ildə saat 15:40-dan 16:05-dək olan müddət ərzində Təqsirləndirilən şəxs1 habelə onun müdafiəçisinin iştirakı ilə ifadəsi yerində yoxlanılmış və təqsirləndirən şəxs Təqsirləndirilən şəxs1 ifadəsində göstərilən xüsusatları hadisə yerində əyani şəkildə bir daha təsdiq etmişdir (İ cild i/v 109-112).
31. Cinayət işinin materiallarına əlavə edilmiş DVD disk və xx.xx.2024-cü il tarixli protokolu məhkəmə iclasında tədqiq edilərək müəyyən edilmişdir ki, 01 dəqiqə 20 saniyəlik videogörüntünün 00:01-ci saniyəsində 2 nəfər şəxsin mübahisə və bir nəfər şəxsin də onları müşahidə etməsi görünür. Həmin videogörüntünün 00:07-ci saniyəsində yaşıl koftalı, cins şalvarlı Təqsirləndirilən şəxs2 açıq göy rəngli uzunqol köynək geyinmiş Zərərçəkmiş şəxs yumruq zərbəsi endirməsi, bununla da onlar arasında əlbəyaxa davanın başlanması, videonun 00:10-cu saniyəsində qara köynək və açıq göy rəngli cins şalvarda olan Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs yaxınlaşaraq əlində olan bıçaqla sonuncuya zərbələr endirməsi, Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs yerə yıxması, yenidən sonuncunu vurmağa cəhd edəndə ətrafdakı şəxslərin araya girərək onları ayırası və daha sonra isə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 oradan uzaqlaşması öz əksini tapmışdır (İ cild i/v 126-127).
32. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır (İ cild i/v 141-142).
33. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2: 1) Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2014-cü ill tarixli qərarı ilə xx.xx.20214-cü ildə hökm dəyişmiş və Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsi ilə aylıq qazancının 20%-i dövlət nəfinə tutulmaqla 04 ay 15 gün islah işləri cəzası ilə azad olunmuşdur; 2) Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 315-ci maddəsi ilə təqsirli bilinərək 03 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, hökm xx.xx.2023-cü il tarixdə qüvvəyə minmişdir (İ cild i/v 143-145).
34. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı Şəhər Probasiya İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-62/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315-ci maddəsi ilə təqsirli bilinərək 3 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Hökm və hökmün icrası barədə hakimin göstərişi xx.xx.2023-cü il tarixdə Bakı şəhər probasiya idarəsinə daxil olmuş və həmin tarixdə məhkumun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Məhkum Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmış və həmin tarixdə ona elektron nəzarət vasitəsi tətbiq edilmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 4(004)-847/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə məhkum Təqsirləndirilən şəxs2 barəsində 27 gün müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. xx.xx.2025-ci il tarixdə barəsində seçilmiş həbs qətimkan tədbiri başqa yerə getməmək barədə qətimkan tədbiri ilə əvəz edilərək həbsdən azad edilmişdir. Həbsdə olduğu 6 ay 24 gün müddət nəzərə alınmaqla məhkum Təqsirləndirilən şəxs2 cəzasının sonu xx.xx.2027-ci il tarixə hesablanmışdır. xx.xx.2025-ci il tarixə məhkum Təqsirləndirilən şəxs2 cəzasının 1 il 6 ay 2 gününü çəkmiş, çəkilməmiş hissəsi 1 il 11 ay 28 gün təşkil edir (İİ cild i/v 247).
Təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürdüyü sübutlar aşağıdakılardır:
35. Təqsirləndirilən şəxs1 məhkəmə baxışında Azərbaycan Respublikasının CM-in 126.2.4 və 221.3-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 16:00 radələrində Təqsirləndirilən şəxs2 ilə yaşadıqları Bakı şəhəri, Nərimanov rayonu, Ü.Bünyadzadə küçəsində görüşmüş, daha sonra sonuncunun taksi fəaliyyəti ilə məşğul olduğu “Toyota Prius” markalı avtomobillə Bakı şəhəri, Yasamal rayonu Elmlər Akademiyası metrostansiyası tərəfə getmişlər. Təxminən 10-15 dəq yol getdikdən sonra saat 17:00 radələrində Bakı şəhəri, Yasamal rayonu, Əbdürrəhim bəy Haqverdiyev küçəsindən H.Cavid prospektinə dönən zaman avtomobili parklanma üçün nəzərdə tutulmamış yolun hərəkət hissəsində siqaret çəkmək üçün saxlamışlar. Bu zaman arxadan iri qabaritli “offroader” ban növlü bir avtomobil uzaq işıqlarını yandırıb söndürərək yol istəməyə başlamış və daha sonra səs siqnalından istifadə etmişdir. O da əlini avtomobildən çölə çıxararaq kənardan sürməsini bildirmiş, həmin avtomobil yanlarından keçən zaman içəridə sağda əyləşmiş təxminən 28-29 yaşlarında bir oğlan pəncərəni salaraq “Nə deyirsən əə” ifadəsini işlətmişdir. Maşını sürən qadın olmuş, o da həmin maşındakı oğlana yanında qadın olduğunu, bu cürə danışmamasını bildirmiş, kənara çəkilib danışmağı təklif etmişdir. Oğlan maşından düşüb yanlarına gəldikdən sonra söyüşlə danışmağa başladığından əvvəldən belə bir niyyəti olmasa da üstündə olan bıçaqla 3 dəfə həmin oğlana zərbə vurmuşdur. Əslində isə onun məqsədi Təqsirləndirilən şəxs2 ilə həmin şəxsi aralamaq olmuşdur.
36. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ibtidai istintaq dövründə verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs2 təxminən 3-4 ilə yaxındır ki, məhləuşağı kimi tanıyır, sonuncu ilə demək olar ki, hər gün görüşüb söhbətləşirlər. xx.xx.2024-cü ildə, saat 16:00 radələrində Təqsirləndirilən şəxs2 ilə yaşadıqları Bakı şəhəri, Nərimanov rayonu, Ü.Bünyadzadə küçəsində görüşmüş, sonuncunun taksi fəaliyyəti ilə məşğul olduğunu bildiyindən onu Bakı şəhəri, Yasamal rayonu, Elmlər Akademiyası metrostansiyasının yaxınlığına aparmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs2 da onun bu xahişinə etiraz etməmişdir. Beləliklə onlar Bakı şəhəri, Nərimanov rayonundan Yasamal rayonu istiqamətində hərəkət etmişdirlər. Təxminən 10-15 dəq yol getmiş və xx.xx.2024-cü ildə, saat 17:00 radələrində Bakı şəhəri, Yasamal rayonu, Əbdürrəhim bəy Haqverdiyev küçəsindən Hüseyn Cavid prospektinə dönən zaman avtomobili parklanma üçün nəzərdə tutulmamış yolun hərəkət hissəsində siqaret çəkmək üçün saxlamışlar. Bu zaman arxadan iri qabaritli “offroader” ban növlü bir avtomobil gələrək uzaq işıqlarını yandırıb söndürərək yol istəməyə başlamış və daha sonra səs siqnalından istifadə etmişdir. O, əlini avtomobildən çölə çıxararaq kənardan sürməsini bildirmiş, həmin avtomobil onların yanından keçən zaman içəridə sağda əyləşmiş təxminən 28-29 yaşlarında bir oğlan pəncərəni aşağı salaraq “Nə deyirsən əə” ifadəsini işlətmişdir. Bu zaman o, bildirmişdir ki, bu cürə danışmaq lazım deyil. Bundan sonra dostu Təqsirləndirilən şəxs2 ilə həmin şəxs kənara çəkilmiş, o da avtomobili qabağa sürərək gəlib gül mağazasının yanına park etmiş, daha sonra avtomobildən düşüb mübahisəyə qoşulmuşdur. Bu zaman o, belində gəzdirdiyi bıçağı açılmış şəkildə hazır tutmuş, əlini isə arxada saxlamışdır. Mübahisə zamanı anlaşılmazlıq yaranmış və dostu Təqsirləndirilən şəxs2 həmin şəxsə yumruq zərbəsi endirmiş və beləcə onlar arasında əlbəyaxa dava başlamışdır. Bu zaman o, həmin şəxsə yaxınlaşıb əlində saxladığı bıçaqla 3 dəfə zərbə endirmiş, lakin həmin şəxslə dostu Təqsirləndirilən şəxs2 dalaşmağa davam etmişlər. Ətrafda olan şəxslər onlara yaxınlaşaraq əvvəlcə onu, sonra isə Təqsirləndirilən şəxs2 ilə həmin şəxsi aralaşdırmışlar. Daha sonra onun xəsarət yetirdiyi şəxs yeriyərək oradan uzaqlaşıb avtomobilinin dayandığı istiqamətə getmiş, o, da dostu ilə birlikdə “Toyota Prius” markalı avtomobilə əyləşərək oradan uzaqlaşmışdır. O, xəsarət yetirdiyi şəxsi əvvəllər tanımamış, həmçinin həmin şəxslə arasında düşmənçilik və yaxud da ədavət də olmamışdır. Hadisə zamanı gözlə görünən hər hansı xəsarət almamış və tibbi müayinədən keçmək istəməmişdir. Uzun illərdir ki, bıçaq həvəskarı olduğu və həmin bıçaq xoşuna gəldiyi üçün üzərində həmişə həmin bıçağı gəzdirmiş, onunla hər hansı bir şəxsə xəsarət yetirmək kimi bir niyyəti olmamışdır. Həmin bıçağı təxminən 5-6 il bundan qabaq hal-hazırda Rusiya Federasiyasında yaşayan keçmiş dostu Rəsul hədiyyə olaraq ona bağışlamışdır. O, həmin bıçağı hadisə günü həyəcanlı olduğundan və qorxduğundan Yasamal rayonu ərazisində xatırlamadığı zibil qutusuna atmışdır. Həmin bıçaq qara rəngli, açıq vəziyyətdə, təxminən 12-13 sm böyüklüyündə olan bıçaq olmuşdur. O, həmin şəxsə həyati bir xəsarət yetirmək məqsədilə zərbə endirməmişdir. Sadəcə həmin şəxs onun dostuna əl qol atdığı üçün o, özünü itirmiş və həmin şəxsi dayandırmaq məqsədilə bıçaq zərbəsi endirmiş, sonuncunu öldürmək kimi bir niyyəti olmamışdır. Onların arasında olan mübahisə təxminən 5 dəqiqə davam etmiş, mübahisə zamanı ətrafda hansısa müşahidə kamerasının olub olmadığını görməmiş və fikir verməmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 verilmiş suallara cavab olaraq bildirmişdir ki, mübahisə yol üstündə çıxmışdır. Belə ki, yoldan keçmək istəyən maşında əyləşən oğlan yanındakı qadına özünü göstərmək üçün onlardan kobud şəkildə yol istəmiş, o, alçaq tonla danışsa da, oğlan yenə də onunla kobud danışmışdır. Oğlan maşından enəndən sonra onlar bir az söhbət etmiş, əvvəlkini qorxutmaq məqsədilə bıçağı çıxarmış, lakin oğlanı vurmaq niyyəti olmamışdır. Bununla belə mübahisə əsnasında həmin oğlan yenidən onlarla kobud şəkildə danışdığından, o, həyəcanlanmış və əlində hazır saxladığı bıçaq ilə sonuncunun sinəsindən, ayağından, qarnından vurmuşdur. Hadisə vaxtı özündə olmamış, həmin şəxsi sadəcə yumruqla vurduğunu zənn etmiş, daha sonra ətrafda olan şəxslər onları aralamışlar. O, ətrafdakı şəxslərə qarşı heç bir qanunsuz davranış etməmişdir. Maşının sürücüsü olan qadın hadisə vaxtı çıxıb getmişdir. O, hadisə vaxtı içkili olmamışdır, ümumiyyətlə içki və narkotik vasitə qəbul edən biri deyildir. O, Vətən müharibəsində iştirak etmiş, onda kontuziya var. Daha sonra əməlindən səmimi peşman və vətən müharibəsi iştirakçısı olduğunu, zərərçəkmiş şəxslə barışdığını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir.
37. Digər Təqsirləndirilən şəxs2 məhkəmə iclasında Azərbaycan Respublikasının CM-in 221.2.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs1 ondan Bakı şəhəri, Yasamal rayonu Elmlər Akademiyası metrostansiyası ünvanına getməyi xahiş etmişdir. O, “Toyota Prius” markalı taksi fəaliyyəti ilə məşğul olduğu avtomobillə Təqsirləndirilən şəxs1 Bakı şəhəri, Yasamal rayonu, Elmlər Akademiyası metrostansiyasının yaxınlığına aparmışdır. Təxminən 10-15 dəq yol getmişlər və saat 17:00 radələrində Bakı şəhəri, Yasamal rayonu, Əbdürrəhim bəy Haqverdiyev küçəsindən H.Cavid prospektinə dönən zaman avtomobili parklanma üçün nəzərdə tutulmamış yolun hərəkət hissəsində siqaret çəkmək üçün maşını yolun solunda saxlamışdır. Yol enli və birtərəfli olmuş, qarşıdan qadın tərəfindən idarə edilən bir maşın gəlmiş, yanındakı oğlan oturacağı endirdiyinə görə görünməmişdir. O, digər maşına yolun enli olduğunu bildirərək, imkan varsa, sağla sürməsini xahiş etmiş, maşın yanlarından keçən zaman həmin maşının içərisində olan cavan oğlan “nə deyirsən əə” ifadəsini işlətmişdir. O, sonuncuya pis söz demədiyini, sadəcə maşını pis saxladığını bildirmişdir. Bu zaman o və Təqsirləndirilən şəxs1 birlikdə maşında olmuş, digər maşındakı oğlan ona “maşını qıraqda saxla görüm nə deyirsən” deyə bildirmişdir. Bu zaman Təqsirləndirilən şəxs1 da oğlana “bu cürə danışmaq lazım deyil” deyə bildirmişdir. Daha sonra onlar maşınları gül dükanının yanında saxlamış, kənara söhbət etməyə getmişlər. Söhbət edərkən o, oğlana pis söz demədiyini, kənardan keçmələrini xahiş etdiyini bildirmiş, oğlan da cavabında “bilirsən mən kiməm?, mən polis işçisiyəm, səni bilirsən nə edərəm?” deyə kobudlanmış,o da “polis işçisisən deyə, üstümüzdən keçəsi deyilsən, heç nə edə bilməzsən” deyə cavab vermişdir. Daha sonra o, oğlana çıxıb getməsini bildirəndə oğlan onlara söyüşlə “çıxın gedin burdan” dediyindən, o oğlana yumruq zərbəsi atmış, bu vaxt Təqsirləndirilən şəxs1 da orada olmuş və xatırladığı qədərilə sonuncu həmin oğlanın çənəsindən yumruqla vurmuş, dava əsnasında o, həmin oğlanı yerə yıxmış, sonra isə ətrafdakılar onları aralaşdırmışlar. O, Təqsirləndirilən şəxs1 bıçaq çıxartmasını və zərərçəkmiş şəxsə bıçaq zərbəsi endirməsini görməmişdir.
38. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ibtidai istintaq dövründə verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs1 təxminən 3-4 ilə yaxındır ki, məhləuşağı kimi tanıyır, sonuncu ilə demək olar ki, hər gün görüşüb söhbətləşirlər. xx.xx.2024-cü ildə Təqsirləndirilən şəxs1 ona Elmlər Metrostansiyası yaxınlığına getməli olduğunu bildirmiş, o da əvvəlkini taksi fəaliyyəti ilə məşğul olduğu “Toyota Prius” markalı avtomobili ilə Bakı şəhəri, Yasamal rayonu, Elmlər Akademiyası metrostansiyasının yaxınlığına aparmışdır. Onlar təxminən 10-15 dəq yol getmiş və xx.xx.2024-cü ildə saat 17:00 radələrində Bakı şəhəri, Yasamal rayonu, Əbdürrəhim bəy Haqverdiyev küçəsindən Hüseyn Cavid prospektinə dönən zaman avtomobili parklanma üçün nəzərdə tutulmamış yolun hərəkət hissəsində siqaret çəkmək üçün saxlamışlar. Bu zaman arxadan iri qabaritli “offroader” ban növlü bir avtomobil uzaq işıqlarını yandırıb söndürərək yol istəməyə başlamış və daha sonra səs siqnalından istifadə etmişdir. Təqsirləndirilən şəxs1 əlini avtomobildən çölə çıxararaq kənardan sürməsini bildirmiş, daha sonra həmin avtomobildə sağda əyləşmiş təxminən 28-29 yaşlarında bir oğlan pəncərəni aşağı salaraq “Nə deyirsən əə” ifadəsini işlətmişdir. Bu zaman Təqsirləndirilən şəxs1 “bu cürə danışmaq lazım deyil” deyə oğlana bildirmişdir. Onlar maşını kənara çəkmişlər və o, həmin oğlanla danışmağa getmiş, sonrasında Təqsirləndirilən şəxs1 da maşından düşərək mübahisəyə qoşulmuşdur. Bu zaman sonuncu belində gəzdirdiyi bıçağı açılmış şəkildə əlində hazır tutmuş və əlini arxada saxlamışdır. Mübahisə zamanı onlar arasında anlaşılmazlıq yaranmış və o, həmin şəxsə yumruq zərbəsi endirmiş və daha sonra onlar əlbəyaxa olmuşlar. Bu zaman Təqsirləndirilən şəxs1 həmin şəxsə yaxınlaşıb əlində saxladığı bıçaqla sonuncuya 3 dəfə zərbə endirmişdir. Ətrafda olan şəxslər araya girərək onları aralaşdırmışlar. Həmin şəxs yeriyərək oradan uzaqlaşıb avtomobilinin dayandığı istiqamətə getmiş, o da dostu ilə birlikdə idarə etdiyi “Toyota Prius” markalı avtomobilə əyləşərək oradan uzaqlaşmışdır. Bundan sonra Təqsirləndirilən şəxs1 niyə bıçaq vurduğunu soruşmuş və sonuncuya irad bildirmişdir. O, xəsarət yetirilən şəxsi əvvəllər tanımamış, həmçinin həmin şəxslə aralarında düşmənçilik və yaxud da ədavət də olmamışdır. O, hadisə zamanı gözlə görünən hər hansı xəsarət almamış və tibbi müayinədən keçmək istəməmişdir. Onların arasında olan mübahisə təxminən 5 dəqiqə davam etmişdir. Mübahisə zamanı ətrafda hansısa müşahidə kamerasının olub olmadığını görməmiş və fikir verməmişdir. Daha sonra əməlindən səmimi peşman olduğunu, evində xəstə anasının olmasını və xəstəsinə tək özünün baxmasını nəzərə alaraq yüngül cəzanın verilməsini məhkəmədən xahiş etmişdir.
HÜQUQİ MƏSƏLƏLƏR:
Azərbaycan Respublikasının Cinayət Məcəlləsi:
39. Maddə 126.2.4. Qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurma ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə törədildikdə altı ildən on bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 40.Maddə 221.2.1 xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 41.Maddə 221.3. Bu Məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
42. Maddə 8.1. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.
43. Maddə 18.4.4. Residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır.
44. Maddə 41.1. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. 45.Maddə 41.2. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 46.Maddə 56.1.2. Qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələri müəyyən edilir.
47. Maddə 58.3. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır.
48. Maddə 66.3. Cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Cinayətlərin məcmusuna daxil olan cinayətlərdən birinə görə ömürlük azadlıqdan məhrum etmə növündə cəza və ya iyirmi il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edildikdə isə az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə qəti cəza təyin edilir.
49. Maddə 67.1. Hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir.
50. Maddə 68.1.1-1. Cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. 51.Maddə 69.3. Hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır.
52. Maddə 99-1.2. Məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər.
Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi:
53. Maddə 44.1. Məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.
54. Maddə 124. İstintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini, maddi sübutlar və digər sənədləri sübut növləri kimi qəbul edilir. 55.Maddə 145. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 56.Maddə 125.8. Cinayət-Prosessual Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. 57.Maddə 158.2. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı, həmçinin ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir.
58. Maddə 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir.
59. Maddə 132. Məhkəmə yekun qərar çıxararkən maddi sübutlar barədə məsələni həll etməlidir. 60.Maddə 179.1. Cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. 61.Maddə 193.2. Şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2025-ci il tarixli, 141 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir). 62.Maddə 198.1. Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1 – 197.1.9cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər.
“Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli 1 saylı Qərarı:
63.Qərarın 8-ci bəndi. Xuliqanlıq hərəkətlərinin odlu silah, soyuq silah, habelə silah qismində istifadə edilə bilən əşyaların tətbiqi və yaxud tətbiqinə cəhd edilməsi, təqsirkar şəxsin əməlinin Azərbaycan Respublikasının CM-in 221.3-cü maddəsilə tövsif edilməsi üçün əsasdır. 64.Qərarın 9-cu bəndi. İzah edilsin ki, xüsusilə qərəzli xuliqanlığa görə məsuliyyət nəzərdə tutan Azərbaycan Respublikasının CM-in 221.3-cü maddəsinin mənasına görə, silah dedikdə, hücum və ya müdafiə üçün uyğunlaşdırılmış texniki cəhətdən yararlı olan vasitələrin məcmuyu başa düşülür. Burada cinayət qanunu ilə qadağan edilib- edilməməsindən asılı olmayaraq, zavodda və ya kustar üsulla hazırlanmış odlu və soyuq silah, həmçinin qaz silahı aid edilir. Digər əşyalar dedikdə isə silah olmayan, lakin silah kimi istifadə edilə bilən predmet (dəyənək, kərpic, dəmir çubuq, zəncir, çəkic və s.) başa düşülür.
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarı:
65. Məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarı:
66. Qərarın 1-ci bəndi. Məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər.
Avropa Məhkəməsinin Presedent Hüququ:
67. B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-nin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-nin 349.3., 349.4., 349.5-ci maddələri).
Məhkəmənin hüquqi dəyərləndirməsi:
68. Beləliklə, Təqsirləndirilən şəxs1 bir qrup şəxs halında xuliqanlıq niyyəti ilə insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuş və silah qismində istifadə olunan əşyadan istifadə etməklə zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət olunan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə xuliqanlıq əməlini törətməsində özünü qismən təqsirli bilsə də, digər Təqsirləndirilən şəxs2, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, DVD diskdə olan videogörüntülər, hadisə yerinə baxış, ifadənin yerində yoxlanması, ekspertiza rəyləri, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə və digər iş materialları ilə onun təqsirli olması tam sübuta yetirilmişdir. Onun əməlləri məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə tövsif olunmalı və həmin maddələrin sanksiyası həddində cəzalanmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur (hökmün 55-ci bəndi).
69. Bundan başqa digər Təqsirləndirilən şəxs2 bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə xuliqanlıq əməlini törətməsində özünü təqsirli bilməsə də, digər Təqsirləndirilən şəxs1, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, DVD diskdə olan videogörüntülər, hadisə yerinə baxış, ifadənin yerində yoxlanması, ekspertiza rəyləri, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə və digər iş materialları ilə onun təqsirli olması tam sübuta yetirilmişdir. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddələri ilə tövsif olunmalı və həmin maddənin sanksiyası həddində cəzalanmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur (hökmün 55-ci bəndi).
70. Məhkəmə Təqsirləndirilən şəxs1 özünü qismən təqsirli bilməsi, zərərçəkmiş şəxsin kobudluğu nəticəsində mübahisələrinin yaranması və sonuncunun söyüşlə danışması nəticəsində özünü itirərək bıçaqla zərərvurması, digər Təqsirləndirilən şəxs2 özünü təqsirli bilməməsi, zərərçəkmiş şəxsin söyüşlə danışması nəticəsində sonucunu vurması barədə ifadələrini müdafiə xarakterli vasitə kimi qiymətləndirir və iş üzrə mövcud olan sübutlarla təkzib edildiyini nəzərə alır.
71. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə iclasında verdikləri ifadələri həqiqətə uyğun olmamaqla yanaşı, eyni zamanda işin həqiqi halları ilə uyğunluq təşkil etmir.
72. Belə ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şübhəli şəxs və təqsirləndirilən şəxs qismində dindirilməsi protokollarından (İ cild i/v 102-105, 123-125, 162-164, 175- 176), eləcə də məhkəmə qərarlarından (İ cild i/v 136-138, 107-202) görünür ki, təqsirləndirilən şəxlər məhkəməyədək istintaq dövründə törətdikləri əməlləri ətraflı izah etməklə dəfələrlə etiraf etmişlər, məhkəməyədək istintaq dövründə protokolları və digər sənədləri imzalamışlar. Həmçinin şübhəli şəxs qismində saxlanılarkən iş materialları ilə tanış olmuş, heç bir fiziki təzyiqə və zorakılığa məruz qalmadıqlarını bildirmişlər.
73. Həmçinin iş materiallarında olan cinayət hadisəsini özündə əks etdirən DVD diskdən görünür ki, videogörüntünün 00:01-ci saniyəsində 2 nəfər şəxs bir-biri ilə mübahisə edir, 3-cü şəxs isə onları müşahidə edir , videogörüntünün 00:07-ci saniyəsində yaşıl kofta, cins şalvarlı Təqsirləndirilən şəxs2 ilk olaraq açıq göy rəngli uzunqol köynək geyinmiş Zərərçəkmiş şəxs yumruq zərbəsi endirməyə cəhd edir, bununla da aralarında əlbəyaxa dava başlayır, videogörüntünün 00:10-cu saniyəsində qara köynək və açıq göy rəngli cins şalvarda olan Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs yaxınlaşaraq əlində olan bıçaqla sonuncuya zərbələr endirir, Təqsirləndirilən şəxs2 isə daha sonra Zərərçəkmiş şəxs yerə yıxır, yenidən sonuncunu vurmağa cəhd edəndə ətrafdakı şəxslər araya girərək onları ayırır, daha sonra isə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 oradan uzaqlaşırlar (hökmün 31-ci bəndi).
74. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, xuliqanlıq öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması isə təqsirkarın elə hərəkətləridir ki, bu hərəkətlər vətəndaşların, idarə, müəssisə və digər təşkilatların normal həyat və fəaliyyəti üçün təhlükə yaradır, qorxu və narahatçılıq hissinə səbəb olur.
75. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 məhkəmə iclasında ifadəsində zərərçəkmiş şəxsi qorxutmaq məqsədilə bıçağı çıxarması, onu vurmaq niyyətinin olmaması, məqsədinin Təqsirləndirilən şəxs2 ilə həmin şəxsi aralamaq olması barədə, digər Təqsirləndirilən şəxs2 isə zərərçəkmiş şəxsin “bilirsən mən kiməm?, mən polis işçisiyəm, səni bilirsən nə edərəm?” deyə kobudlaşması, sonuncuya çıxıb getməsini bildirəndə onlara söyüşlə “çıxın gedin burdan” deməsi və bu səbəbdən də ona yumruq zərbəsi vurması şəklində gətirdikləri əsaslandırmaları məhkəmə tərəfindən onların heç bir cüzi səbəb belə olmadan, hətta bəhanə ilə zərərçəkmiş şəxsə ayrı-ayrılıqda Təqsirləndirilən şəxs2 yumruq və təpik zərbələri endirməsi, onu belindən yapışaraq başı üzərinə qaldırıb yerə yıxması, Təqsirləndirilən şəxs1 3 ədəd bıçaq zərbəsi vuraraq onun həyat üçün təhlükəli olan sağlamlığına ağır zərər vurması qənaətinə gətirib.
76. Bununla da məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 əməli bir qrup şəxs halında xuliqanlıq niyyəti ilə insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurma və silah qismində istifadə olunan əşyadan istifadə etməklə zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət olunan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə xuliqanlıq, Təqsirləndirilən şəxs2 əməli isə bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə xuliqanlıq kimi qiymətləndirilməlidir.
77. Beləliklə də məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə iclasında verdikləri bu ifadələri cinayət məsuliyyətindən yaxa qurtarmaq üçün verilmişdir.
78. Məhkəmə cəza təyin edərkən cəza təyini ilə bağlı cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərini nəzərə alır (hökmün 39 və 41-ci bəndləri).
79. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır.
80. Azərbaycan Respublikasının CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs1 özünü qismən təqsirli bilməsini, gənc olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını və yüngül cəza təyin edilməsi xahiş etməsini, “Vətən müharibəsi iştirakçısı” və əməlindən səmimi peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır.
81. Həmin Məcəllənin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır.
82. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, yüngülləşdirici halları və ağırlaşdırıcı halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının hüdudları daxilində cəza təyin edilməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar.
83. Yuxarıdakılara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-in 126.2.4 və 221.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılaraq ona qəti cəza təyin edilməlidir.
84. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir (hökmün 43-cü bəndi).
85. İşdə olan tutma protokolundan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü ildə şübhəli şəxs qismində tutulmuş və xx.xx.2024-cü ildə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin qərarı ilə onun barəsində xx.xx.2024-cü ildən hesablanmaqla barəsində 04 ay müddətə həbs qətimkan tədbiri seçilmiş və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (i/v 93, 136-138).
86. Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs1 cəza çəkməsinin başlanğıcı onun tutulduğu xx.xx.2024-cü ildən hesablanmalı və həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə bir günə bir gün hesablanmaqla daxil edilməlidir (hökmün 8ci bəndi).
87. Məhkəmə cəza təyin edərkən cəza təyini ilə bağlı cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərini nəzərə alır(hökmün 40-cı bəndi).
88. Məhkəmə digər Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır.
89. Azərbaycan Respublikasının CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs2 gənc olması, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını və yüngül cəza təyin edilməsi xahiş etməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır.
90. Həmin Məcəllənin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır.
91. Belə ki, müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 törətdiyi əvvəlki cinayət əməlinə görə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(060)-62/2023 saylı hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 315-ci maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 69.3-cü maddəsi tətbiq edilməklə qəti olaraq 03 (üç) il 06 (altı) aymüddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir.
92. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, yüngülləşdirici halları, təqsirləndirilən şəxsin əvvəllərdə eyni xarakterli cinayət əməlini törətməsini, cəza almasına baxmayaraq islah olunmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının hüdudları daxilində cəza təyin edilməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar.
93. Yuxarıdakılara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-in 221.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir.
94. Bundan əlavə məhkəmə hesab edir ki, hazırkı hökmlə Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlıqdan məhrum etmə cəzası Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş və xx.xx.2025-ci il tarixə çəkilməmiş 01 (bir) il 10 (on) ay 03 (üç) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına Azərbaycan Respublikasının CM-in 67.1-ci maddəsinə əsasən qismən birləşdirməklə və həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən çəkilməmiş 01 (bir) il 10 (on) ay 03 (üç) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) günü 01 (bir) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq 11 (on bir) ay 01 (bir) gün müddət nəzərə alınmaqla, ona qəti cəza təyin edilməlidir.
95. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikasının CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 06 (altı) ay 24 (iyirmi dörd) gün müddət ona təyin ediləcək cəzadan çıxılmaqla onun üzərində qəti cəza saxlanılmalıdır.
96. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir (hökmün 46-cı bəndi).
97. Təqsirləndirilən şəxs2 azadlığı faktiki olaraq hökmün çıxarıldığı xx.xx.2025-ci il tarixdən, saat 15:30-dan məhdudlaşdırıldığından, sonuncunun cəzaçəkmə müddətinin əvvəli həmin vaxtdan hesablanmalıdır.
98. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilərək, barəsində həbs qətimkan tədbiri seçilməli o, məhkəmə iclas zalından həbsə alınmalı, saxlanılması üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilməli və hökmün icrası Xidmətin Konvoy Toboruna həvalə edilməlidir.
99. Bundan başqa məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Güvən” Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir (hökmün 61-ci bəndi).
100. İş üzrə maddi sübut, mülki iddia yoxdur və xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir (hökmün 52, 59 və 60-cı bəndləri).
101. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir.
102. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 356, 358, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə
HÖKMETDİ:
Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, həmin Məcəllənin 126.2.4-cü maddəsi ilə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına, həmin Məcəllənin 221.3-cü maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 06 (altı) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 09 iyul 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 hazırkı hökmlə təyin edilmiş 01 (bir) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(060)-62/2023 saylı hökmü ilə təyin edilmiş və xx.xx.2025-ci il tarixə çəkilməmiş 01 (bir) il 10 (on) ay 03 (üç) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən qismən birləşdirməklə və həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən çəkilməmiş 01 (bir) il 10 (on) ay 03 (üç) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) günü 01 (bir) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq 11 (on bir) ay 01 (bir) gün müddət nəzərə alınmaqla, ona qəti olaraq 02 (iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 06 (altı) ay 24 (iyirmi dörd) gün müddət ona təyin ediləcək cəzadan çıxılaraq sonuncunun üzərində qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay 06 (altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 24 iyul 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilərək, barəsində həbs qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalından həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilsin. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Konvoy Toboruna həvalə edilsin. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi xidmətlərə görə “Güvən” Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1 məhkəmədə iştirak etdikləri 25 saata görə hər birinə ayrı-ayrılıqda 275 (iki yüz yetmiş beş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Güvən” Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan və elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Hakim (sədrlik edən): Azər Tağıyev Elnur Nuriyev Roman Ələkbərli