Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1363/2024 06.11.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Siyavuş Həbib oğlu (sədrlik edən), Əliyeva Aytən Heydər qızı və Quliyev Vüqar Elbrus oğlundan ibarət tərkibdə məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri “Sirius” Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 2000-ci il tarixdə Beyləqan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Beyləqan şəhəri, SMD 4 qəsəbəsində qeydiyyatda olan, Xırdalan şəhəri, ünvan 1 ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə etmə, saxlama, daşıma və satma barədə şəxsiyyəti məlum olmayan İran İslam Respublikasının vətəndaşı “Hadi” adlı şəxs və qeyriləri ilə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə aralarındakı cinayətkar razılaşmaya əsasən İran İslam Respublikasının vətəndaşı “Hadi” adlı şəxsin və qeyrilərinin həmin tarixdə qüvvədə olan müvafiq qanunun «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in İ siyahısına daxil edilən külli miqdarda - 27 kq 144,88 qram çəkidə heroini və «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»-in İ siyahısına daxil edilən külli miqdarda 21 kq 20,6 qram çəkidə psixotrop maddə metamfetamini gizlədiləcəyi yerdən götürüb özündə saxlamaq və digər şəxslərə satışını təşkil etmək barədə verdiyi təlimatına, həmçinin, bu qanunsuz fəaliyyəti yerinə yetirmək müqabilində qazanc olaraq pul vədinə əsasən qeyd edilən narkotik vasitələri və psixotrop maddələri əldə etmək qərarına gəldikdən sonra 11 may 2023-cü il tarixdən 12 may 2023-cü il tarixə keçən gün gecə saatlarında tanışı Şahid4 məxsus olmaqla idarə etdiyi «Renauit Tondar» markalı, **-SE-*** qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Qaradağ rayonu ərazisinə gedib İran İslam Respublikasının vətəndaşı “Hadi” adlı şəxsin və qeyrilərinin göndərdiyi qeyd edilən külli miqdarda narkotik vasitələri və psixotrop maddələri gizlədildiyi, istintaqla müəyyən edilməmiş yerdən götürüb qeyd edilən çəkidə narkotik vasitə heroinin 44,280 qramını bir bükümdə qablaşdırmaqla üzərində qanunsuz olaraq saxlamış, qalan narkotik vasitələri və psixotrop maddələri idarə etdiyi «Renault Tondar» markalı, **-SE-*** qeydiyyat nişanlı avtomobilin arxa sərnişin oturacağında daşıyaraq saxlamış, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 12 may 2023-cü il tarixdə keçirilmiş əməliyyataxtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs həmin gün saat 01:10-da Bakı şəhəri, Qaradağ rayonu, Xocasən yolunda yerləşən «RS Petrol» YDM-nin yaxınlığında idarə etdiyi «Renault Tondar» markalı, **-SE-*** qeydiyyat nişanlı avtomobilin qarşısında saxlanılaraq ünvan 2 ünvanında yerləşən Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparılıb orada üzərinə həmin tarixdə saat 03:00-dan etibarən şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxsin əynində olan qara rəngli gödəkcəsinin sağ yan cibindən 01 ədəd sellofan bağlamada 44,280 qram çəkidə narkotik vasitə heroin, həmin tarixdə saat 04:15dən etibarən Baş İdarənin inzibati binasının həyətində idarə etdiyi «Renauit Tondar» markalı, **-SE-*** dövlət qeydiyyat nişanlı avtomobilə özünün icazəsi və iştirakı ilə baxış keçirilərkən isə avtomobilin arxa sərnişin yerində olan bir ədəd qara rəngli çantanın içərisindən 21 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkilən 1012,2 qram, 1036,2 qram, 1043 qram, 1040,1 qram, 1013,8 qram, 1031,3 qram, 954.6 qram, 1020,6 qram, 1049,8 qram, 1080,8 qram, 1003,4 qram, 691,5 qram, 989.3 qram, 1026,3 qram, 962,6 qram, 1004,7 qram, 998,3 qram, 999,2 qram, 1004.3 qram, 1029,7 qram, 1028,9 qram olmaqla ümumi təmiz çəkisi 21 kq 20,6 qram çəkidə psixotrop maddə metamfetamin, 29 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 932,1 qram, 927,8 qram, 934,3 qram, 921,3 qram, 932,8 qram, 945.7 qram, 958,7 qram, 921,1 qram, 926,1 qram, 967,8 qram, 927,6 qram, 949,1 qram, 950,7 qram, 968,6 qram, 855,2 qram, 944,9 qram, 945,7 qram, 918,8 qram, 982.8 qram, 952,4 qram, 921,5 qram, 953,6 qram, 934,9 qram, 833,8 qram, 955,5 qram, 934,2 qram, 926,8 qram, 939,7 qram və 937,1 qram olmaqla ümumi təmiz çəkisi 27 kq 100,6 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, tanışı Sərvanın günlük icarəyə verdiyi avtomobillə taksi fəaliyyəti ilə məşğul olurdu. 12 may 2023-cü il tarixdə gecə saatlarında M.Əcəmi metrosu yaxınlığında Sərvan, Kənan və Xəyalla birgə çay içərkən Sərvan ondan Xəyalla birlikdə gedərək onun dediyi yerdən çantanı gətirməsini bildirmişdir. Həmin vaxt Xəyal maşında olmuş və o, Sərvanla razılaşmış, problem olmadığını bildirmişdir. Onun işlətdiyi telefon Sərvana, nömrə isə onun özünə məxsus olmuşdur. O Xəyalla Sərvana məxsus avtomobillə sonuncunun göndərdiyi konuma getmişlər. Xocasən ərazisinə çatdıqda Xəyal avtomobili saxlamasını bildirdikdə o, yanacaq doldurma məntəqəsinin yanında avtomobili saxladıqda sonuncu avtomobildən düşərək balaca qara bir çanta götürüb geri qayıtmışdır. Yenicə avtomobili hərəkətə gətirmişkən polis əməkdaşları onları saxlayaraq özlərini Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları kimi təqdim edib onları idarəyə aparmışlar. İdarədə ona fiziki təzyiqlər göstərərək, döymüş və narkotik vasitə və psixotrop maddələrin guya ona məxsus olmasını etiraf etməsini tələb etmişlər. Üzərindən və avtomobilindən aşkar edilərək götürülmüş narkotik vasitə olan psixotrop maddələr ona məxsus deyildir, narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Polis bölməsində videoçəkiliş aparılmış, edilmiş təzyiqlər nəticəsində videoçəkiliş zamanı polis əməkdaşlarının dediklərini təkrarlayaraq etirafedici sənədlərə imza etmişdir. Azərbaycan Respublikası CPM-in 327.1.3-cü maddəsinə əsasən, təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduqda (belə halda təqsirləndirilən şəxsin ifadələrinin elan edilməsi yalnız onun sərbəst ifadə verməsindən və verilmiş suallara cavab verməsindən sonra mümkündür) təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı, davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verdiyi ifadələr və həmin ifadələrin audio yazısı, video və ya kino çəkilişi elan edilə və ya göstərilə bilər. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə baxşı zamanı elan olunaraq tədqiq olunmuş ifadəsində CM-in 234.4.3-cü maddəsi ilə özünü təqsirli bilərək göstərmişdir ki, o, “kakos” adı ilə tanınan narkotik vasitə heroindən, hərdənbir də psixotrop maddə metamfetamindən istifadə edir. O, bir müddət əvvəl sosial şəbəkə vasitəsi ilə İran İslam Respublikası vətəndaşı kimi tanıdığı “Hadi” adlı şəxsi tanımışdır, Hadi onun narkotik istifadəçisi olduğunu bildikdən sonra ona təklif etmişdir ki, ona narkotik vasitələr və psixotrop maddələr göndərsin, o, da onları Bakı şəhərinə müxtəlif yerlərə qoyub şəkillərini çəkərək iranlıya göndərsin. O, Hadi ilə razılaşdıqdan sonra sonuncu ilk əvvəl ona şəxsi istifadəsi üçün narkotik vasitələr və psixotrop maddələr göndərməyə başlamışdır. Avtomobili olmadığı üçün tanışı Sərvana məxsus Renault Tondar markalı **-SE-*** nömrəli avtomobili günlük icarəyə götürməklə idarə etmişdir. 11 may 2023-cü il tarixdən 12 may 2023-cü il tarixə keçən gün o, M.Əcəmi metrosu yaxınlığında Sərvanla və Xəyalla çay içmişdir. Xəyal pivə içmiş və sərxoş olmuşdur. O, Xəyalı 2-3 gündür ki, tanımış, Xəyal Sərvanın tanışı olmuşdur. Onlar birlikdə olan zaman İranlı Hadi ona Vatsap proqramı vasitəsi ilə Qaradağ rayonu ərazisində yerin məkanını göndərərək demişdir ki, gedib oradakı narkotik vasitələr və psixotrop maddələr olan çantanı götürərək özündə saxlasın, ona yer deyəcək həmin yerə aparıb qoymalıdır. Hadi bu iş üçün ona 2000 manat pul təklif etmişdir. Həmin gün hamı gedəndən sonra Xəyal onun maşınına oturub telefonla danışmışdır. O, Xəyala təklif etmişdir ki, bir yerə gedib gəlsinlər. Xəyal da onunla razılaşmış, lakin ondan hara getdiklərini və nə məqsədlə getdiklərini soruşmamış, sərxoş olduğu üçün oturacağı açıb uzanmışdır. 12 may 2023-cü il tarixdə, saat 01:10 dəqiqədə Bakı şəhəri, Qaradağ rayonu, Xocasən yolunda yeriəşən RS Petrol YDM-nin yaxınlığında idarə etdiyi Renault Tondar markalı **-SE-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında tanışı Şahid3 Qəhrəman oğlu ilə birlikdə olarkən 3 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edərək onun külli miqdarda qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirərək, xidməti vəsiqələrini göstərib barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış edərək onu və Xəyalı BNMİ-nin inzibati binasına dəvət etmişlər, avtomobil isə idarənin həyətinə yerləşdirilmişdir. Baş İdarədə dəvət etmiş, baş idarədə müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri elan olunmuş və buna dair bildiriş təqdim edilmişdir. Bundan sonra onun üzərinə şəxsi axtarış apanlmağa başlanılmışdır, Şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan olunmuş əşya varsa onları təqdim etməyi təklif olunmuşdur. Bu təklifdən sonra o, əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 1 (bir) ədəd bükümdə heroini təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan həmin gödəkçənin sağ yan cibindən 2(iki) ədəd avtomobil açarı, əynində olan göy rəngli şalvarın sol yan cibindən 1 (bir) ədəd içərisində ***-***-**-** simkart nömrəsi olan “İphone” markalı mobil telefon aşkar edilərək götürülmüşdür. Daha sonra təqdim etdiyi heroin elektron tərəzidə çəkilmişdir. Heroinin çəkisi 49(qırx doqquz) qram olmuşdur. Sonra şəxsi axtarış zamanı üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra aşkar olunmuş həmin kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılaraq möhürlənmiş və üzəri imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 (bir) ədəd İphone markalı mobil telefon bu barədə ona izah verildikdən sonra götürülmüş, 2(iki) ədəd avtomobil açarı isə özünə geri qaytarılmışdır. O, verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, həmin kütləni tanıdığı İran İslam Respublikası vətəndaşı olan ‘Hadi” adlı şəxsin vasitəsi ilə saxlanılmamışdan əvvəl Bakı şəhəri, Qaradağ rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, adı çəkilən şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymağına görə “Hadi” adlı şəxsin ona 2000(iki min) manat pu! verəcəyini, “Hadi” adlı şəxsi təxminən 1 (bir) ay olar ki, tanıdığını, əvvəl də ondan narkotik vasitə götürdüyünü, idarə etdiyi avtomobildə də narkotik maddə saxladığını, həmin narkotik maddəni təqdim edə biləcəyini, avtomobilə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etirazının olmadığını bildirmiş və avtomobilə baxışın keçirilməsi üçün inzibati binadan çıxmışlar. Sonra idarə etdiyi Renault Tondar markalı **-SE-*** dövlət qeydiyyat nişanlı avtomaşının yanında olarkən ona avtomobildə saxladığı narkotik maddələri təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra o, avtomobilin arxa oturacağından 1 (bir) ədəd qara rəngli çantadan 29(iyirmi doqquz) ədəd bağlamada heroini və 21 (iyirmi bir) ədəd bağlamada metamfetamini təqdim etmişdir. Sonra ilk öncə qara rəngli çantanın çəkisinin 1 (bir) kq 70(yetmiş) qram olması müəyyən edilməklə həmin kütlələr elektron tərəzidə çəkilmişdir. Heroinin ümumilikdə çəkisi 27(iyirmi yeddi) kq 130(yüz otuz) qram, metamfetaminin ümumilikdə çəkisi 21 (iyirmi bir) kq 30 (otuz) qram olmuşdur. Sonra həmin kütlələr qablaşdırılaraq möhürlənmiş, üzəri o, Xəyal, müdafiəçisi və təhqiqatçı tərəfindən imzalanmışdır. Daha sonra avtomobilin digər hissələrinə baxış keçirilmiş və qanunla qadağan olunuş hər hansı əşya, predmet və ya maddə aşkar olunmamışdır. O, sorğu zamanı təqdim etdiyi kütlələrin özünə məxsus olduğunu, həmin kütlələri tanıdığı İran İslam* Respublikası vətəndaşı olan “Hadi” adlı şəxsin vasitəsi ilə saxlanılmamışdan əvvəl Bakı şəhəri, Qaradağ rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, adı çəkilən şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymağına görə “Hadi” adlı şəxsin ona 2000(iki min) manat pul verəcəyini, “Hadi” adlı - şəxsi təxminən 1 (bir) ay olar ki, tanıdığını, avtomobilində kütlələrin olmasından heç kimin məlumatı olmadığını bildirmişdir. Şahid3 ona verilən suallara cavab olaraq avtomobildə narkotik vasitə və psixotrop maddə olmasından məlumatı olmadığını, onun ona avtomobildə narkotik vasitə və psixotrop maddə saxlamağını demədiyini bildirmişdir. O, üzərindən və idarə etdiyim avtomobildən aşkar edilmiş küli miqdarda narkotik vasitəni və psixotrop maddəni satmaq və istifadə etmək məqsədi ilə llR-si vətəndaşı Hadi adlı şəxsdən onun göndərdiyi yerdən götürməklə əldə edib üzərində saxlamaqla daşıdığını, İran İslam Respublikasının vətəndaşı “Hadi” adlı şəxslərin tam anket məlumatlarını bilmədiyini, əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmadığını, ona heç bir fiziki və ya psixi zor göstərilmədiyini, bundan başqa heç bir cinayət törətmədiyini, nə vərəm və nə də psixo-nevroloji dispanserdə qeydiyyatda olmadığını bildirmişdir (cild 1, iş vərəqi 78-81) Məhkəmə zamanı şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı Şahid1 ifadəsində bildirmişdir ki, 11 may 2023-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. 12 may 2023-cü il tarixdə, saat 01:10 dəqiqədə Bakı şəhəri, Qaradağ rayonu, Xocasən yolunda yerləşən “RS Petrol” yanacaq doldurma məntəqəsinin yaxınlığında Təqsirləndirilən şəxs idarə etdiyi “Renault Tondar’’ markalı **- SE-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında olan zaman yaxınlaşaraq özlərini təqdim etmiş, sonuncunu Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirmiş, idarə etdiyi avtomobil İdarənin həyətinə yerləşdirilmişdir. Videoçəkilişdən İstifadə edilməklə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçədən 1 (bir) ədəd bükümdə narkotik vasitə olan heroinə bənzər kütləni təqdim edərək masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs sorğu zamanı, təqdim etdiyi kütlənin özünə məxsus olduğunu, həmin kütləni İran İslam Respublikası vətəndaşı olan “Hadi” adlı şəxsin vasitəsi ilə saxlanılmamışdan əvvəl Bakı şəhəri, Qaradağ rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, adı çəkilən şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymağına görə “Hadi” adlı şəxsin ona 2000 (iki min) manat pul verəcəyini, “Hadi” adlı şəxsi təxminən 1 (bir) ay olar ki, tanıdığını, əvvəl də ondan narkotik vasitə götürdüyünü, idarə etdiyi avtomobildə də narkotik maddə saxladığın bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs idarə etdiyi “Renault Tondar” markalı **-SE-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, avtomobildən külli miqdarda narkotik vasitə və psixotrop maddələr aşkar edilmişdir. Təqsirləndirilən şəxs qarşı hər hansı polis əməkdaşı tərəfindən istər saxlanılan zaman istərsə də polis bölməsində heç bir fiziki və ya psixi təsir və təzyiq edilməmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə və işin faktiki hallarına uyğun ifadə vermişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid3 Qəhrəman oğlu ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs Bakı şəhərinə gələndən sonra tanımışdır. Namiq onun tanışı Sərvana məxsus Renault markalı avtomobili günlük icarəyə taksi kimi idarə etmişdir. 11 may 2023-cü il tarixdə dayısıoğlu Elaminin yanına Xutor qəsəbəsinə gedib orada kafelərdən birində pivə içmişlər. Həmin gün gecə saatlarında artıq 12 may 2023-cü il tarixdə Sərvanla Namiq də onların yanına gəlmişdir. Onlar birlikdə M.Əcəmi metrostansıyasına gedib orada çay evlərinin birində çay içmişlər. Dayısıoğlu və Sərvan çıxıb getmiş, o, isə hava soyuq olduğu üçün telefonla danışaraq Namiqin idarə etdiyi Renault markalı avtomobilə əyləşmişdir. Təxminən 10 dəqiqə sonra Namiq maşına oturaraq bir yerə gedib yük götürüb qayıtmağı təklif etmişdir. Onlar Xocasən yolu deyilən yerə getdikdə Namiq yoldan bir qədər içəri avtomobili saxlayaraq haradansa qara çantanı götürüb maşının arxa oturacağına qoyub maşını biraz irəli sürmüşdür ki, onları mülki geyimli şəxslər saxlayaraq polis əməkdaşları olduqlarını bildirərək onları Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişlər, avtomobili isə idarənin həyətinə yerləşdirilmişdir. Narkotik vasitələrin və psixotrop maddələrin istifadəsi və satışı ilə məşğul olmamışdır. Bir qədər sərxoş vəziyyətdə olmuş, Namiqin belə bir-hərəkət etməsindən, yəni narkotik dalınca getməsindən, eləcə də maşına qoyduğu çantada narkotik olmasından məlumatı olmamışdır. Həmçinin onlar az məsafə gedəndən sonra polis əməkdaşları onları saxlamış, həmin anadək o, çantadakı maddələr barədə Namiqdən heç nə soruşmamışdır. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, taksi fəaliyyəti ilə məşğul olur. Təqsirləndirilən şəxs uzun müddətdir ki, tanıyır. Onlar Beyləqan rayonunda bir məktəbdə, qardaşı Nicatla isə bir sinifdə oxumuşlar. O, taksi ilə rayona gedib gələn zaman Namiq ona demişdir ki, Bakı şəhərində ona iş lazımdır. Onun özü Renault markalı avtomobillə taksi işləsə də, Daevo markalı avtomobili üçün gündəlik sürücü axtarmışdır. Namiqə bu barədə dedikdə o, razılaşmış və 2022-ci ilin oktyabrnoyabr aylarından onun yanına gəlmişdir. Qalmağa yeri olmadığı üçün onunla bir evdə qalmışdır. Təqsirləndirilən şəxs onun yanına gələn zaman ara-sıra narkotik vasitədən istifadə etmişdir. O, Namiqə demişdir ki, narkotikdən istifadə etsə onun yanına gəlməsin. Namiq də ona demişdir ki, guya ondan qurtarmışdır. İran İslam Respublikası vətəndaşı Hadi adlı şəxsi 6-7 ay bundan əvvəl tanımışdır. O, Hadidən əvvəllər narkotik vasitə olan marixuana alıb istifadə etmişdir. Namiq də onun vasitəsi ilə iranlı Hadini tanımışdır. Hadi ona dəfələrlə demişdir ki, İrandan narkotik maddələr göndərsin o, da Bakıda bir yerdən başqa yerə qoyaraq pul qazansın. Lakin o, heç vaxt Hadinin təklifini qəbul etməmişdir. Hadi Namiqə də dəfələrlə bu təklif etmişdir ki, Namiq ona bu barədə dedikdə o, Namiqə həmişə bunun axrının olmadığını deyib Namiqi bu yoldan çəkindirmişdir. 11 may 2023-cü il tarixdə gündüz vaxtı Xəyal onun yanına gəlmişdir. Həmin gün o, başqa bir neçə dostu ilə birlikdə yeyib içmişlər. İlk əvvəl onun evində oturub araq içmişlər, ardınca Xutorda oturub pivə içmişlər. Xutorda pivə içən zaman Namiq də onların yanında olmuşdur. Onlar oradan çıxıb Memar Əcəmi metrostansiyası istiqamətinə gedib orada çay içmişlər. Onların dostlarından biri olan Kənan Namiqin idarə etdiyi Daevo markalı avtomobilin açarını əlində oynada-oynada çaşıb cibinə qoyub çıxıb Masazıra getmişdir ki, maşın yerində olsa da qapılarını açıb işə salmaq olmamışdır. Onun Renault markalı avtomobili də orda olmuşdur. Xəyal həmin vaxt telefonla danışa-danışa onun avtomobilinə əyləşmişdir. Namiqə tez-tez zəng gəlmişdir ki, Namiq ondan avtomobilin açarını istəmiş və demişdir ki, bir yer var gedib 5-10 dəqiqəyə qayıdacaqdır. O, etiraz etməmiş avtomobilin açarını Namiqə vermişdir. Lakin Namiqin həmin maşına etibarnaməsi olmamışdır. Xəyal maşında oturmuşdur ki, Namiq Xəyal da maşında olmaqla sürüb getmişdir. Bir müddət keçəndən sonra o, Namiqə zəng etmiş, lakin Namiq cavab verməmişdir. Sonra Xəyala zəng etmiş, Xəyalda Xırdalan yolunda olduqlarını, gəldiklərini demişdir. Bundan sonra nə Namiqə, nə də Xəyala zəng çatmamışdır. O, Kənana Daevo markalı avtomobilin açarını gətizdirib Daevo markalı avtomobillə bütün gecə boyu Namiqlə Xəyalı axtarmış, lakin tapa bilməmişdir. Sonradan ona məlum olmuşdur ki, iranlı Hadi Namiqə narkotik maddələr göndərmiş, Namiq də həmin maddələri götürəndən sonra polis Namiqi saxlamışdır. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs tutulmamışdan 3-4 ay əvvəl tanımışdır. Namiqi tanışı Sərvan Əliyevə görə tanımışdır. X8 Centra markalı avtomobilini günlük icarəyə sürmüşdür. 12 may 2023cü il tarixə keçən gün Namiq, Sərvan, sonuncunun tanışı Xəyal adlı şəxslə birlikdə Bakı şəhərində Memar Əcəmi metrostansiyası yaxınlığında çayxanalardan birində oturmuşlar. Sərvan və Xəyal həmin gün haradansa spirtli içki içib gəlmişlər. O, maşınını sürüb yaşadığı Masazır qəsəbəsinə getmişdir. Sonra Sərvan ona zəng etmişdir ki, Namiq harasa tələsir sonuncuya təcili maşın lazımdı açarı gətirib qaytarsın. Sərvan bir neçə dəfə zəng eləyib onu tələsdirmişdir. O, geri qayıdanda görmüşdür ki, X4 Tondar markalı avtomobilini sürüb getmişdir. O, də gəlib Daevo markalı maşının açarını Sərvana verib çıxıb getmişdir. X5 və ya Xəyalın arasında nə söhbətin baş verdiyindən. Namiqin Xəyalla bir maşınla harasa getmələrindən və sair məsələlərdən məlumatı olmamışdır. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də ittiham və müdafiə tərəfinin təqdim etdikləri sübut növləri kimi mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə tədqiq edir. Belə ki, şübhəli şəxsin tutulması haqqında 12 may 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild 1, iş vərəqi 23). “Təqsirləndirilən şəxs qismində cəlb etmə” haqqında qərardan görünür ki, 12 may 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan ittiham elan edilməklə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir (cild 1, iş vərəqi 70-71). Nərimanov Rayon Məhkəməsinin 13 may 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay həddində həbs qətimkan tədbiri seçilmişdir (cild 1, iş vərəqi 93-104). “Əməlin tövsif edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.4.1 və 234.4.3-cü maddələrinə tövsif edilmişdir (cild 1, iş vərəqi 274-292). Şəxsi axtarış və götürmə aparılması haqqında 12 may 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə zamanı üzərində narkotik vasitə heroin olduğunu bildirmiş, əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 1 (bir) ədəd bükümdə narkotik vasitə olan heroinə bənzər kütləni təqdim edərək masanın üzərinə qoymuşdur (cild 1, iş vərəqi 32-34). Avtomobilə baxış və götürmə aparılması barədə 12 may 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs avtomobildə olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs həmin avtomobilin arxa oturacağından 1 (bir) ədəd qara rəngli çantadan 29 (iyirmi doqquz) ədəd bağlamada içərisində açıq qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitə olan heroinə bənzər kütlələri və 21 (iyirmi bir) ədəd bağlamada ağ rəngli, kristall şəkilli, psixotrop maddə olan metamfetaminə bənzər kütlələri təqdim etmişdir. Sonra ilk öncə qara rəngli çantanın çəkisinin 1 (bir) kq 70 (yetmiş) qram olması müəyyən edilməklə həmin kütlələr elektron tərəzidə çəkilmişdir. Heroinə bənzər kütlənin ümumilikdə çəkisi 27(iyirmi yeddi) kq 130(yüz otuz) qram, metamfetaminə bənzər kütlənin ümumilikdə çəkisi 21 (iyirmi bir) kq 30(otuz) qram olmuşdur. Təqsirləndirilən şəxs sorğu zamanı təqdim etdiyi kütlələrin özünə məxsus olduğunu, həmin kütlələri tanıdığı İran İslam Respublikası vətəndaşı olan “Hadi” adlı şəxsin vasitəsi ilə saxlanılmamışdan əvvəl Bakı şəhəri, Qaradağ rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə yenidən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, adı çəkilən şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymağına görə “Hadi” adlı şəxsin ona 2000 (iki min) manat pul verəcəyini, “Hadi” adlı şəxsin təxminən 1 (bir) ay olar ki, tanıdığını, əvvəl də ondan narkotik vasitə götürdüyünü, avtomobilində kütlələrin olmasından heç kimin məlumatı olmadığını bildirmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs tanışı Şahid3 ona verilən suallara cavab olaraq avtomobildə narkotik vasitə və psixotrop maddə olmasından məlumatı olmadığını, Namiqin ona avtomobildə narkotik vasitə və psixotrop maddə saxlamasını demədiyini bildirmişdir (cild 1, iş vərəqi 37-39). xx.xx.2023-cü il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitələrin və prixotrop maddələrin ölkə ərazisində satışını həyata keçirmək məqsədilə İİR vətəndaşı “Hadi” adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək külli miqdarda narkotik vasitəni və külli miqdarda psixotrop maddəni satış məqsədi ilə əldə etməsi müəyyən edilmişdir (cild 1, iş vərəqi 163-164). “Mobil telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus 01 ədəd “İphone” markalı mobii telefon aparatına baxış keçirilmiş, baxış zamanı mobil telefonun “Whatsapp Busines” tətbiqində Təqsirləndirilən şəxs İran İslam Respublikasına məxsus mobil operatorların +98 939 *** **** (Rezabaradari), +98 905 *** **** və adı Hadi kimi qeyd edilmiş şəxsə məxsus +98 930 *** **** nömrələri ilə mütəmadi əlaqə saxladığı müəyyən edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs 06 may 2023-cü U tarixdə saat 16:11 -də +98 939 *** **** (Rezabaradari) nömrəsi ilə, həmin tarixdə saat 19:23-də +98 905 *** **** (Hadi) nömrəsi ilə videozəng vasitəsi ilə 59 saniyə müddətində, həmin tarixdə saat 20:13-də +98 905 *** **** nömrəsi ilə iki dəfə 19 dəqiqə və 1 dəqiqə 30 saniyə müddətində zəng vasitəsi ilə danışdığı, bundan başqa 10 may 2023-cü il tarixdə saat 22:50-də +98 939 *** **** (Rezabaradari) nömrəsi ilə iki dəfə zəngnən danışdığı, 12 may 2023-cü il tarixdə saat 00:26 (12 saniyə), 00:28 (20 saniyə) və 00:30-da (1 dəqiqə 9 saniyə) müddətində +98 905 *** **** (Hadi) nömrəsi ilə zənglə danışdığı müəyyən edilmişdir. Həmçinin Təqsirləndirilən şəxs “Whatsapp Busines” tətbiqində +98 905 *** **** (Hadi) nömrəsi və +98 939 *** **** (Rezabaradari) nömrəsi ilə sms yazışmlar aparmış, əvvəlki yazışmaları silməklə 11 may 2023-cü il tarixdə +98 905 *** **** (Hadi) nömrəsi ilə "... Seymurun maşını lanjironu qırılıb gələ bilmir..”, “neyniyex..”..” Sabaha düzələcək, Bubiri maşındakı cəlb edicidi peredoku zadi var Hər an qayi saxlaya bilir...” kimi yazışmaları vardır. Mobil telefondan yazışmalar çıxarılaraq cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqi 251-256). Məhkəmə-kimyəvi ekspertiza üzrə 12 may 2023-cü il tarixli, 6/2738 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilən üzərində “...Təqsirləndirilən şəxs...1' sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 44,280 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Üzərində “...Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildə...” sözləri olan kağız yapışdırılmış çantadakı 21 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 1012,2 qr., 1036,2 qr., 1043,0 qr., 1040,1 qr., 1013,8 qr.,1031,3 qr., 954,6 qr., 1020.6 qr., 1049,8 qr., 1080,8 qr., 1003,4 qr., 691,5 qr., 989,3 qr., 1026,3 qr., 962,6 qr., 1004,7 qr., 998,3 qr., 999,2 qr., 1004,3 qr., 1029,7 qr., 1028,9 qr., ümumi təmiz çəkisi 21020,6 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə - metamfetamindir, 29 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkilən 932,1 qr., 927,8 qr., 934,3 qr., 921,3 qr., 932,8 qr., 945,7 qr., 958,7 qr., 921,1 qr., 926,1 qr., 967,8 qr., 927,6 qr., 949,1 qr., 950,7 qr.,968.6 qr., 855,2 qr., 944,9 qr., 945,7 qr., 918,8 qr., 982,8 qr., 952,4 qr., 921,5 qr., 953.6 qr., 934,9 qr., 833,8 qr., 955,5 qr., 934,2 qr., 926,8 qr., 939,7 qr., 937,1 qr,, ümumi təmiz çəkisi 27100,6 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir. Zərfdəki və çantadakı narkotik vasitə heroinlər xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olub, ümumi təmiz çəkisi 27144,88 qramdır; ekspertiza tədqiqatından sonra 44,180 qram narkotik vasitə heroin, 21.020,5 qram psixotrop maddə metamfetamin və 27.100,5 qram narkotik vasitə heroin qalıq qalmışdır; ekspertiza üzrə tədqiqatının dəyəri 81 (səksən bir) manat təşkil edir. (cild 1, iş vərəqi 48-54). Məhkəmə-narkoloji ekspertizası üzrə 21 iyul 2023-cü il tarixli 5355 nömrəli ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmayır. Hal-hazırda müayinə zamanı Məmmədov X1 xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqi 271-272). Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur (cild 1, iş vərəqi 125). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələblərinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmaması, üzərindən və avtomobilindən aşkar edilmişnarkotik vasitə və psixotrop maddələrin ona aid olmaması, polis əməkdaşları tərəfindən polis bölməsində olarkən döyülməsi, polis əməkdaşları tərəfindən üzərinə və avtomobilinə narkotik vasitələr və psixotrop maddələr qoyulması, polis əməkdaşlarının təsiri və təzyiqi ilə əvvəlcədən üzərinə qoyulmuş narkotik vasitələri və psixotrop maddələri videoçəkiliş aparılarkən çıxararaq təqdim etməsi və təzyiqlər nəticəsində etirafedici ifadələr verməsi barədə məhkəmə zamanı verdiyi ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi işin faktiki hallarına uyğun deyildir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Van de Hark Niderlanda qarşı işində məhkəmə 51(b)-ci bəndində qeyd etmişdir ki, ədalətli məhkəmə araşdırması hüququ tələb edir ki, məhkəmə çıxardığı qərarları əsaslandırsın. Nərimanov Rayon Məhkəməsinin 13 may 2023-cü il tarixli qərarından görünür ki, həbs qətimkan tədbiri seçilməsi məsələsinə baxılarkən Təqsirləndirilən şəxs məhkəmədə polis əməkdaşları tərəfindən fiziki və psixi təzyiqlərə məruz qalması barədə bildirməmişdir. Təqsirləndirilən şəxs ilkin izahat və ifadələrində, o cümlədən üzərinə və idarə etdiyi avtomobilə baxış keçirilən zaman aşkar edilmiş narkotik vasitələrin və psixotrop maddələrin özünə məxsus olmasını etiraf etmiş; şəxsi axtarış keçirilməsi barədə 12 may 2023-cü il tarixli protokolun məzmunundan görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki və psixi təsirlərə məruz qalması barədə heç bir qeydi olmamış, həmin istintaq hərəkətlərinin qeydə alındığı videoçəkiliş məhkəmə zamanı nümayiş etdirilib tədqiq olunarkən Təqsirləndirilən şəxs sərbəst şəkildə üzərindən və idarə etdiyi avtomobildən aşkar edilən qanunsuz əşya və predmetləri polis əməkdaşlarına könüllü təqdim etməsi müəyyən edilmişdir. Bundan başqa, təqsirləndirilən şəxsin tutulmasında və üzərinə şəxsi axtarış keçirilməsində bilavasitə iştirak etmiş şahid qismində dindirilmiş polis əməkdaşları məhkəmədə dindirilərkən Təqsirləndirilən şəxs qarşı hər hansı polis əməkdaşı tərəfindən istər saxlanılan zaman, istərsə də idarədə heç bir fiziki və ya psixi təsir edilmədiyini bildirmişlər. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən və polis bölməsində olarkən işgəncəyə, fiziki zorakılığa və digər qanunsuz hərəkətlərə məruz qalması barədə Bakı şəhəri Səbail Rayon Prokurorluğu tərəfindən araşdırma aparılmış, qeyd olunan xüsusatların təsdiq olunmamasına istinad olunmaqla toplanmış material üzrə Bakı şəhəri Səbail rayon prokurorluğu tərəfindən 13 iyul 2023-cü il tarixdə Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Təqsirləndirilən şəxs məxsus 01 ədəd “İphone” markalı mobii telefon aparatına baxış zamanı mobil telefonun “Whatsapp Busines” tətbiqində Təqsirləndirilən şəxs İran İslam Respublikasına məxsus mobil operatorların +98 939 *** **** (Rezabaradari), +98 905 *** **** və adı Hadi kimi qeyd edilmiş şəxsə məxsus +98 930 *** **** nömrələri ilə mütəmadi əlaqə saxladığı müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən müdafiə tərəfinin Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmaması, saxlanılarkən və polis bölməsində olarkən döyülməsini, fiziki təzyiqlərə məruz qalmasını, polis bölməsinə aparıldıqdan sonra orada polis əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələr təqdim edilərək boynuna götürməsini tələb etmələri, sonuncunun təzyiqlərə və işgəncələrə dözməyərək narkotik vasitəni boynuna götürərək videoçəkilişlə aparılan baxış və götürmə zamanı etiraf etməsi, verilmiş ittiham üzrə onun təqsirsiz olması barədə göstərdiyi xüsusatlar məhkəmə zamanı öz təsdiqini tapmamışdır. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutların məcmuyuna əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəktələrdir. Qanunun bu tələbinə görə, satış dedikdə yalnız qeyd olunan 3 əsas amil əvəzli, qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması nəzərdə tutulmuşdur. Bu isə o deməkdir ki, şəxsin narkotik vasitələri satış məqsədilə əldə edib gəzdirməsi haqda nəticəyə gəlmək üçün sadalanan 3 məqsəddən heç olmasa birinin mövcud olması (əvəzli, qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması) sübut edilməlidir. «Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 9-cu bəndində qeyd edilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci tarixli № 961-İİQ №-li Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarına (1-ci siyahı narkotik vasitələr, 2-ci siyahı psixotrop maddələr)» əsasən narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin psixotrop maddə metamfetaminin külli miqdarının aşağı həddi 2 qram müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ağır cinayətlər kateqoriyasına daxildir. Belə ki, Azərbaycan Respublikası CM-in 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Məhkəmə kollegiyası Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları o cümlədən şəxsiyyətini səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-in 59.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirlən hal müəyyən edilməmişdir. Həmin Məcəllənin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 45-ci bəndinin tövsiyyəsinə görə, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Azərbaycan Respublikası CM-in 8 və 9-cu maddələrinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza ədalət və humanizm prinsiplərinə əsaslanaraq, hər bir halda zərər çəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsində birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı Qərarının 56-cı bəndində göstərilir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablandığı heç bir şübhə doğurmamalıdır. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli, 5 saylı Qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı tutulduğu 12 may 2023-cü il tarixdən hesablanmalıdır. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi ağır cinayətlər kateqoriyasına aid edilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halın və ağırlaşdıran halın olmamasını və işin digər hallarını nəzərə alaraq, törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən azadlıqdan məhrumetmə cəzasının çəkilməsi üçün ümumi rejimli cəzaçəkmə müəssisəsinin müəyyən edilməsini, cəza çəkməsinin başlanğıcının tutulduğu 12 may 2023-cü il tarixdən hesablanmasını cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə kolegiyası Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 62 və 70-ci maddələrini tətbiqinə heç bir əsas görmür. Məhkəmə hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikasının CPM-in 132.0.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 №-li qərarının 30cu bəndinə əsasən Narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlar, güclü təsir edən və zəhərli maddələr üzrə cinayət işlərində maddi sübutların məsələsi həll edilərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 oktyabr 2005-ci il tarixli 181 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi Qaydası” və “Qanunsuz dövriyyədən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş, lakin dərman preparatları şəklində olduğuna və tibbi məqsədlərlə istifadə oluna biləcəyinə görə məhv edilməsi mədsədə uyğun olmayan narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi üçün təhvil verilməsi Qaydası”na uyğun olaraq məhkəmələr onların məhv edilməsini və ya tibb məqsədləri üçün istifadəyə yararlı olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə verilməsini hökmdə mütləq göstərməli və bu işlər üzrə hökmlərin icrası haqqında sənədlərin işə əlavə olunması təmin edilməlidir. Qeyd olunanlara əsasən hökm qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar - Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlama kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalan 44,180 qram narkotik vasitə heroin, 21.020,5 qram psixotrop maddə metamfetamin və 27.100,5 qram narkotik vasitə heroin məhv edilməli, Təqsirləndirilən şəxs məxsus 1 ədəd «İphone» markalı mobil telefon onun yaxın qohumlarından birinə qaytarılmalı, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və gütürmə istintaq hərəkətinin və Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilə baxış və götürmə istintaq hərəkətinin video görüntülərinin köçürüldüyü 2 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının CPM-in 346.1.2 və 353.4.10-cü maddələrinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Məhkəmə hesab edir ki, iş üzrə məhkəmə məsrəfləri - məhkəmə-kimyəvi ekspertiza üzrə tədqiqatın dəyəri 81 (səksən bir) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddianın və cinayət işi üzrə müsadirə edilməli digər əmlakın olmaması nəzərə alınmalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli sərəncamının, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə. hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 12 may 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxsnın barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar - Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlama kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalan 44,180 qram narkotik vasitə heroin, 21.020,5 qram psixotrop maddə metamfetamin və 27.100,5 qram narkotik vasitə heroin məhv edilsin, Təqsirləndirilən şəxs məxsus 1 ədəd «İphone» markalı mobil telefon onun yaxın qohumlarından birinə qaytarılsın, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və gütürmə istintaq hərəkətinin və Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilə baxış və götürmə istintaq hərəkətinin video görüntülərinin köçürüldüyü 2 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri - məhkəmə-kimyəvi ekspertiza üzrə tədqiqatının dəyəri 81 (səksən bir) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə mülki iddianın və cinayət işi üzrə müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Hökmdən Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Siyavuş Hacıyev hakimlər: Aytən Əliyeva Vüqar Quliyev
Məhkəmə qərarları › İş №1(101)-1363/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1363/2024
06.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver