Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1363/2025 07.10.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Məmmədov Fəxri Afiq oğlu (sədrlik edən), Kərimova Mahirə Nəzər qızı və X1 ibarət tərkibdə, Zeynallı Həcər Zahid qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - «MBM» Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1991-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olaraq, yaşamış, «həbs» növündə qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İttiham aktına əsasən Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan müddətdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısına daxil olan 01 ədəd bükümdə təmiz çəkisi 12,353 qram olan heroini və külli miqdarda Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr siyahısına daxil olan 01 ədəd bükümdə təmiz çəkisi 6,770 qram olan metamfetamini əldə edib üzərində saxlamaqla xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Arif Heydərov küçəsi 1 ünvanına daşımış və xx.xx.2025-ci il tarixdə, saat 05:20 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Arif Heydərov küçəsi 1 ünvanında olan zaman Bakı şəhəri, Nərimanov RPİ-nin PPXB-nün əməkdaşları tərəfindən saxlanılaraq, ünvan 3 ünvanında yerləşən Nərimanov RPİ-nin 17ci PŞ-nin inzibati binasına gətirilmiş və üzərində aparılan axtarış və götürmə zamanı əynində olan şalvarının sağ yan cibindən qanunsuz olaraq külli miqdarda əldə edib üstündə saxladığı 01 (bir) ədəd bükümdə təmiz çəkisi 12,353 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 (bir) ədəd bükümdə təmiz çəkisi 6,770 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. İşin halları və dəlilləri: Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, hadisə gecə saat 04 radələrində baş vermişdir. O avtomobilində əyləşmiş, bu vaxt PPX əməkdaşları onu saxlamış və bölməyə aparmışlar. Bölmədə narkotik vasitəni onun üzərinə qoymuşlar və onun işinə AR CM-nin 234.1-ci maddəsilə baxılacağını demişlər. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirdi ki, o avtomobilində bir qadını gözləyirmiş. 09 il narkotik vasitə heroin və metamfetamin istifadə etmişdir. O, heyvandarlıqla məşğul olur, həmçinin mühafizədə işləmişdir. O, Corat qəsəbəsində heyvan saxlayır. Aylıq ən çox 2000 manata qədər qazancı olurmuş. O, gündə yarım qram narkotik vasitə istifadə edirmiş. Narkotikin qramını 50-60 manata almışdır. O, narkotik vasitəni hərdən alırmış, bundan başqa metadon həbi də qəbul edir. O, heç bir vaxt narkotik vasitə satışı ilə məşğul olmamışdır. Saxlanılan zaman onun üzərində narkotik vasitə olmamışdır. O, saxlanılan zaman yanında taksi sürücüsü olmuş, həmin taksi sürücüsünü sonradan buraxmışlar. Polis əməkdaşları tərəfindən ona qarşı heç bir fiziki təsir olmamış və onu döyməmişlər. Sadəcə demişlər ki, narkotik vasitənin onun olduğunu qəbul etməsə, onu zirzəmiyə aparacaqlar, o da bilir ki, onu zirzəmiyə aparsalar, orada döyəcəklər. Bu səbəbdən narkotikin onun olduğunu qəbul etmişdir. Barəsində həbs qətimkan tədbiri seçilən zaman məhkəmədə ona söz verilməmişdir. Onun üzərindən çıxan narkotik vasitələrin qiyməti 100 manat ola bilməz. Həmin narkotik vasitənin təxmini 1500-2000 manat qiyməti var. O saxlanılan zaman 1-2 qram narkotik vasitə heroin almaqla bağlı telefonda danışmışdır. Ona konum atmışlar, lakin gedib yeri tapa bilməmişdir. Narkotik vasitə onun saxladığı yerdə olmamışdır. O, daimi həmin şəxsdən narkotik vasitə almamışdır. O, narkotik vasitənin pulunu verməmişdir. Belə ki, o, həmin şəxslə üz-üzə görüşüb narkotik vasitə alacaqmış. O, özünü narkotik vasitə istifadəçisi kimi təqsirli bilir, lakin satışla məşğul deyil. O, üzündən oxuya bilmir. O, ifadəsini oxumamış, müstəntiq ona AR CM-nin 234.1-1-ci maddəsi ilə ittiham elan edildiyini demiş, o da bu səbəbdən imza çəkmişdir. Sonradan bilmişdir ki, ona CM-nin 234.4.3-cü maddəsi ilə iş açılmışdır. Birinci dəfə dindirilən zaman yanında müdafiəçi olmamışdır. İkinci dəfə dindiriləndə müdafiəçi gəlmişdir. O, saxlanılan gün evində narkotik vasitə istifadə etmişdir. Məhkəmədə ona təzyiq edən olmamışdır. Onun üzərində narkotik vasitə olmamışdır. O, məhkəmə zamanı “ağrıda” olmuşdur. O, düşünmüşdür ki, narkotik vasitənin onun olduğunu qəbul etsə, həbs edildikdən sonra narkotik vasitə istifadəsindən uzaqlaşar. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilən zaman məhkəmə verdiyi və tərəflərin razılığı ilə məhkəmə iclasında elan edilərək tədqiq edilmiş ifadəsindən görünür ki, o, ittiham olunduğu əməldə özünü təqsirli bilir, polis əməkdaşları tərəfindən üzərindən aşkar edilərək götürülmüş narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etmiş, təxminən 3-4 ildir ki, narkotik vasitə istifadə edir. Polis əməkdaşları tərəfindən şiddət və təzyiqə məruz qalmamışdır. Son olaraq barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsini xahiş etmişdir. (cild 1, iş vərəqə 75-79) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və tərəflərin razılığı ilə məhkəmə iclasında elan edilərək tədqiq edilmiş ifadəsindən görünür ki, ifadəsini Azərbaycan dilində vermək istəyir. Heç bir psixiatrik xəstəxanada qeydiyyatda deyildir. Qeyd olunan ünvanda yaşayır. İşin mahiyyəti üzrə bildirmişdir ki, ünvan 5 ünvanda ailəsi ilə birlikdə yaşayır. Təxminən 5 ilə yaxındır ki, psixotrop maddə və narkotik vasitələrdən istifadə edir. 09 fevral 2025-ci il tarixdə, axşam saatlarında, yəni gecə vaxtında xatırlamadığı “M 10” hesabına ümumilikdə 100 manat məbləğində pul vəsaiti göndərməklə, hal-hazırda xatırlamadığı mobil nömrədən ona göndərilən yer ilə yəni geolokasiya üzrə ünvana gedib Bakı şəhəri, Nərimanov rayonu, Keşlə qəsəbəsi ünvanında yerləşən "xxxx" ASC-yə məxsus ödəniş terminalının yanında qoyulmuş bir bükümdə qablaşdırılmış içərisində ayrı-ayrı bükümlərdə olmaqla bir büküm psixotrop maddə metamfetamin və bir büküm narkotik vasitə olan heroini götürüb üzərində saxlamaqla, ünvan 7 ünvanına getmişdir. Həmin tarixdə, saat 05:20 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Arif Heydərov küçəsi 1 ünvanında olan zaman xidməti geyimdə olan polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edib narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib, onu Nərimanov RPİ-nin 17-ci PŞ-nə dəvət etmişlər. O polis əməkdaşlarına heç bir etiraz etmədi və onlarla birlikdə Nərimanov RPİ-nin 17-ci PŞ-nə getmişdir. Polis şöbəsində olan zaman ona dövlət hesabına müdafiəçi təyin olundu və həmin müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə olunmaqla üzərinə baxış keçirildi. Üzərinə baxış keçirilən zaman ona qanunla dövriyyəsi qadağan edilmiş əşya və ya predmetlər varsa könüllü təqdim etməyi təklif edilmişdir. O əynində olan cins şalvarın sağ yan cibində olan bir ədəd şəffaf rəngli polietilen paketin içərisində olan ayrı-ayrı bükümlərdə olmaqla bir büküm psixotrop maddə metamfetamini və bir büküm narkotik vasitə olan heroini, əynində olan cins şalvarın sol yan cibindən isə "xxxx" ASC tərəfindən verilmiş 5239-1517-1909-4438 nömrəli bank kartını və özünə məxsus olan içərisində ***-***-**-** saylı mobil nömrə istifadə olunan “Samsung J3” markalı mobil telefonu təqdim etmişdir. Təqdim etdiyi bükümə baxış keçirildi və o, içərisi boş olan ağ rəngli zərfdə qablaşdırıldı. Həmin zərf möhürləndi və iştirakçılar tərəfindən imzalandı. O da həmin zərfin üzərində müvafiq hissədə imza etmişdir. "xxxx" ASC tərəfindən verilmiş 5239-1517-1909-4438 nömrəli bank kartını və özünə məxsus olan içərisində ***-***-**-** saylı mobil nömrə istifadə olunan “Samsung J3” markalı mobil telefon isə sübut əhəmiyyətinə malik ola biləcəyi üçün götürüldü. Bundan sonra ona təqdim olunmuş smslərlə tanış oldu qeyd etmək istəyir ki, orda qeyd olunan ondan nə isə istənilir, o həmin mobil nömrəni tanımır və həmin şəxsə heç nə verməmişdir. Əlavə qeyd etmişdir ki, o sadəcə tutulduğu müddətdə narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə edir. Qeyd etdi ki, heç bir psixiatrik dispanserdə və ya xəstəxanada qeydiyyatı yoxdur. Narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmur. Üzərindən aşkar edilmiş narkotik vasitə olan heroini heç kəsə satmamış və kiməsə satmaq niyyəti olmamışdır. Tutularkən və Nərimanov RPİ-nin 17-ci PŞ-də olarkən polis əməkdaşları tərəfindən ona hər hansı fiziki və ya psixi zor tətbiq edilməmişdir. (cild 1; iş vərəqə; 141- 143) İbtidai istintaq zamanı verdiyi verdiyi ifadəsi məhkəmə iclsında elan edildikdən sonra verilən əlavə suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, o ifadələrini oxumamışdır. Heç bir vaxt narkotik vasitə satışı ilə məşğul olmamışdır. ***-***-**-** və ***- ***-**-** saylı mobil nömrələr ona məxsusdur. ***-***-**-** saylı nömrənin kimə məxsus olduğunu bilmir. Tanışlarının ondan narkotik vasitə istədikləri olmuş, lakin o, narkotik vasitə verməmişdir. O narkotik vasitəni özü üçün almışdır. Yazı yaza bilmir, yalnız səs yazısı göndərmişdir. “Göyçək” adlı şəxsin kim olduğunu bilmir. Onun üzərinə narkotik vasitəni polis əməkdaşı Şahid2 qoymuşdur. Onu təhdid etdikləri üçün ibtidai istintaq zamanı sənədlərə imza çəkmişdir. Onun barəsində həbs qətimkan tədbiri seçilən zaman məhkəmədə ağrıları olduğu üçün narkotik vasitənin onun olduğunu demişdir. ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələr ona məxsusdur. O, ondan narkotik vasitə istəyən şəxslərə cavab yazmamışdır. Ona yazan şəxslər də narkomandır, onlar bir-birinə pulsuz narkotik vasitələr verirmişlər. Onun onurğasında skolioz xəstəliyi var, bu səbəbdən videoda əyri durmuşdur. Ona mesajlarda yazılmış “5-lik qoy” deyəndə, 5 manatlıq narkotik qoymağı demişlər. Məhkəmə şahid ifadələrini, habelə cinayət işinin materiallarında olan çoxsaylı sübutları ayrı-ayrılıqda və məcmu halda nəzərə alaraq, eləcə də qeyd edilən sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsi barədə vermiş olduğu ifadələrini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı inkaredici məzmunda ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Nərimanov RPİ-nin PPXB-nin polis nəfəri Şahid2 göstərmişdir ki, xidmətdə olan zaman gecə saat 03-04 radələrində Əliyar Əliyev küçəsində bir nəfər şəxs onları görəndə uzaqlaşmağa və qaranlıq küçədə gözdən itməyə çalışmışdır. Daha sonra həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmişlər. Ondan bu ərazidə yaşayıb-yaşamadığını, nəyə görə şübhəli hərəkətlər etdiyini soruşmuşlar. Şəxs qonaq gəldiyini bildirmişdir. Vətəndaşdan şübhəli hərəkət etdiyinə görə şəxsiyyət vəsiqəsini təqdim etməsini xahiş etmişlər. Həmin şəxs şəxsiyyət vəsiqəsinin üzərində olmadığını bildirmişdir. Həmçinin şəxsdən şifahi şəkildə şəxsiyyətini təsdiq edən məlumatları soruşub portal vasitəsilə dəqiqləşdirmə etmək istəyən zaman həqiqəti əks etdirməyən məlumatlar verdiyinin şahidi olmuşlar. Bundan sonra şəxsi şöbəyə dəvət etmişlər. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid2 bildirdi ki, xidmətdə Şahid1la birlikdə olmuşlar. Ayın tarixini xatırlamır. Təqsirləndirilən şəxs gecə 3-4 radələrində saxlamışlar. Üzərinə onun işitirakı ilə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərindən 01 ədəd skoça bükülmüş büküm aşkar edilmiş, bükümün üzərində “13” və digər rəqəmlər yazılmışdır. Şəxsin narkotik vasitəni haradan və nəyə görə aldığını deməsini xatırlamır. Təqsirləndirilən şəxs saxlanılan zaman heç bir müqavimət göstərməmişdir. Tərəflərindən şəxsə qarşı heç bir fiziki və psixi təsir olmamışdır. İfadəsində də həmin küçədə saxladıqlarını bildirmişdir. Təqsirləndirilən şəxs üzərində 01 ədəd iri büküm olmuşdur. Bükümün içində nə olduğunu bilmir. Büküm açılmış, lakin ekspert rəyi olmadan bükümdə hansı maddə olduğunu bilə bilməz. Bükümdə ağ və qara rəngli iki növdə maddə var olmuşdur. Şəxsin saxlandığı ərazi onun xidməti ərazisidir. Şahid2 ibtidai istintaq zamanı verdiyi və tərəflərin razılığı ilə məhkəmə iclasında elan edilərək tədqiq edilmiş ifadəsindən görünür ki, 09 fevral 2025-ci il tarixdə, saat 05:20 radələrində Nərimanov RPİ-nin polis nəfəri, polis serjantı Şahid1 ilə xidmətdə olan zaman ünvan 8 ünvanın qarşısında dayanmış bir nəfər şəxsin bədən quruluşundan gözlərinin rənginin formasından və hərəkətlərindən həmin şəxsin narkotik vasitə istifadəçisi və daşıya bilməsində şübhələnərək dərhal həmin şəxsə yaxınlaşaraq xidməti vəsiqələrimizi ona göstərərək özlərini təqdim etmişlər. Onlar həmin şəxsdən özünü təqdim etməsini istədikdə həmin şəxs özünü dahada şübhəli aparmağa başlayaraq suallardan yayınaraq uzaqlaşmağa çalımışdır. Bu səbəbdən həmin şəxs tərəflərindən ünvan 3 ünvanında yerləşən Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinin inzibati binasına aparılmışdır. PŞ-də olarkən müəyyən olmuşdur ki, həmin şəxs xx.xx.1991-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, Təqsirləndirilən şəxsdur. Təqsirləndirilən şəxs polis şöbəsində olarkən özünü şübhəli apararaq davranışı və qeyri adi hərəkətləri ilə həmçinin gözlərinin forması və davranışları ilə rabitəsiz danışdığından narkotik vasitənin təsiri altında olmasından və bundan əlavə üzərində narkotik vasitə daşımasından şübhələnib ondan narkotik vasitə audəçisi olub-olmaması barədə sual verdikdə o, səmimi olaraq etiraf edərək narkotik vasitə istifadə etdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Nərimanov RPİ-nin 17-ci PŞ-nin təhqiqatçısına təhvil verilmişdir ki, barəsində araşdırma aparılması həyata keçirilsin. Təhqiqatçı Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət edərək həmin vəkilin iştirakı ilə şübhəli şəxs qismində tutmaqla hüquq və vəzifələrini izah etmişdir. Bundan sonra onlar və müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış keçirməmişdən əvvəl Təqsirləndirilən şəxs üzərində qeyri qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsini təklif edilmişdir. Hidayət də əynində olan şalvarının sağ yan cibindən 01 ədəd bükümü təqdim etmişdir. Bükümün içərisində nə olduğunu soruşduqda Təqsirləndirilən şəxs həmin 01 ədəd bükümün içərisində ayrı-ayrılıqda 02 ədəd büküm olmaqla, 01 ədədi narkotik vasitə heroin və digər 01 ədədi psixotrop maddə metamfetamin olduğunu və həmin bükümlərin ona məxsus olmasını bildirmişdir. Təqsirləndirilən şəxs həmin 02 ədəd büküm olmaqla, 01 ədədi narkotik vasitə heroini və digər 01 ədədi psixotrop maddə metamfetamini xx.xx.2025-ci il tarixdə, axşam saatlarında Bakı şəhəri, Nərimanov rayonu, Keşlə qəsəbəsi ünvan ərazisindən anket məlumatlarını bilmədiyi şəxsin yönləndirməsi ilə 100 manat müqabilində, onlayn ödəyərək aldığını bildirmişdir. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və axtarış zamanı onun üzərindən başqa heç bir qanunsuz maddə və ya əşya aşkar olunmamışdır. Bundan sonra axtarış iştirakçılarının iştirakı ilə üzərindən aşkar olunmuş maddə qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, iştirakçılar və Təqsirləndirilən şəxs tərəfindən həmin protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir zor, təzyiq göstərilməmişdir. Bu faktı o və baxışda iştirak edən hal şahidləri də təsdiq edə bilərlər. Təqsirləndirilən şəxs həmin 01 ədəd büküm olan narkotik vasitəni 09 fevral 2025-ci il tarixdə, axşam saatlarında Bakı şəhəri, Nərimanov rayonu, Keşlə qəsəbəsi ünvan ərazisindən anket məlumatlarını bilmədiyi şəxsin yönləndirməsi ilə 100 manat müqabilində, onlayn ödəyərək aldığını bildirmişdir. (cild 1, iş vərəqə 107-109) İbtidai istintaq zamanı verdiyi verdiyi ifadəsi məhkəmə iclsında elan edildikdən sonra verilən əlavə suallara cavab olaraq Şahid2 bildirmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Onun xidməti ərazisi üzü “Koroğlu” metrostansiyasına gedən tərəfdə Heydər Əliyev prospektindən sağda qalır. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Nərimanov RPİ-nin PPXB-nün polis nəfəri Şahid1 göstərmişdir ki, ərazidə xidmətdə olan zaman gecə yarı bir nəfər şəxs onları görən zaman təntimiş və məhləyə dönüb gözdən itməyə çalışmışdır. Onlar həmin şəxsə yaxınlaşıb özlərini təqdim etmiş və şəxsiyyətini müəyyənləşdirmək üçün sənədi təqdim etməsini bildirmişlər. Həmin şəxs şəxsiyyət vəsiqəsinin üzərində olmadığını bildirmişdir. Daha sonra ona ad və soyadını bildirməsini demişlər. Portal vasitəsilə şəxsiyyətini yoxlayan zaman, qeyd etdiyi ad və soyadda bir şəxs çıxmamışdır. Daha sonra şəxsi 17-ci PŞ-ya dəvət etmişlər. Şöbədə üzərinə baxış keçirilən zaman bir büküm aşkar edilmiş, şəxs bükümdə narkotik vasitə olduğunu bildirmişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid1 bildirdi ki, xidmətdə Şahid2la birlikdə olmuşlar. Şəxsi fevral ayında təxmini gecə saat 04-05 radələrində saxlamışlar. Saxlanılan zaman Təqsirləndirilən şəxs onlara qarşı heç bir müqavimət göstərməmişdir. Tərəflərindən şəxsə qarşı fiziki və psixi təsir olmamışdır. Şəxsin üzərindən aşkar edilmiş bükümün üzərində yazılar yazılmışdır. Büküm özü skoçla bükülmüşdür. Müstəntiqin bükümü açıb-açmadığını dəqiq xatırlamır. Şəxsin üzərindən narkotikdən başqa nə aşkar edildiyini xatırlamır. Təqsirləndirilən şəxs narkotik vasitəni haradan aldığını deməsini xatırlamır. İbtidai istintaq zamanı o hadisəni danışmış, təhqiqatçı isə yazmışdır. İbtidai istintaq zamanı da məhkəmədə verdiyi ifadəni vermişdir. Şəxsi saxlayan zaman küçədə heç bir başqa adam olmamışdır. Şəxs onları gördükdən sonra təntiyib uzaqlaşmağa çalışmış, bu da şübhə doğurmuşdur. Bundan başqa heç bir əlamətlər şübhəli olmamışdır. Təqsirləndirilən şəxs avtomobilin içində tutmamışlar. Şahid1 ibtidai istintaq zamanı verdiyi və tərəflərin razılığı ilə məhkəmə iclasında elan edilərək tədqiq edilmiş ifadəsindən görünür ki, 09 fevral 2025-ci il tarixdə, saat 05:20 radələrində Nərimanov RPİ-nin polis nəfəri, polis serjantı Şahid2 ilə xidmətdə olan zaman ünvan 8 ünvanın qarşısında dayanmış bir nəfər şəxsin bədən quruluşundan gözlərinin rənginin formasından və hərəkətlərindən həmin şəxsin narkotik vasitə istifadəçisi və daşıya bilməsində şübhələnərək dərhal həmin şəxsə yaxınlaşaraq xidməti vəsiqələrini ona göstərərək özlərini təqdim etmişlər. Onlar həmin şəxsdən özünü təqdim etməsini istədikdə o özünü dahada şübhəli aparmağa başlayaraq onların suallarınan yayınaraq ordan uzaqlaşmağa çalışırdı. Bu səbəbdən həmin şəxs tərəflərindən ünvan 3 ünvanında yerləşən Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinin inzibati binasına aparmışlar. PŞ-də olarkən müəyyən oldu ki, həmin şəxs xx.xx.1991-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, Təqsirləndirilən şəxsdur. Təqsirləndirilən şəxs polis şöbəsində olarkən özünü şübhəli apararaq davranışı və qeyri adi hərəkətləri ilə həmçinin gözlərinin forması və davranışları ilə rabitəsiz danışdığından narkotik vasitənin təsiri altında olmasından və bundan əlavə üzərində narkotik vasitə daşımasından şübhələnib ondan narkotik vasitə audəçisi olubolmaması barədə sual verdikdə o, səmimi olaraq etiraf edərək narkotik vasitə istifadə etdiyini bildirmişdir. Bundan sonra o Nərimanov RPİ-nin 17-ci PŞ-nin təhqiqatçısına təhvil verildiki barəsində araşdırma aparılması həyata keçirilsin. Təhqiqatçı Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət edərək həmin vəkilin iştirakı ilə onu şübhəli şəxs qismində tutmaqla hüquq və vəzifələrini izah etdi. Bundan sonra bizim və müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməyə başlandı. Şəxsi axtarış keçirməmişdən əvvəl Təqsirləndirilən şəxs üzərində qeyri qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsini təklif edildi. O da əynində olan şalvarının sağ yan cibindən 01 ədəd bükümü təqdim etdi. Bükümün içərisində nə olduğunu soruşduqda Təqsirləndirilən şəxs həmin 01 ədəd bükümün içərisində ayrıayrılıqda 02 ədəd büküm olmaqla, 01 ədədi narkotik vasitə heroin və digər 01 ədədi psixotrop maddə metamfetamin olduğunu və həmin bükümlərin ona məxsus olmasını bildirdi. Təqsirləndirilən şəxs həmin 02 ədəd büküm olmaqla, 01 ədədi narkotik vasitə heroini və digər 01 ədədi psixotrop maddə metamfetamini xx.xx.2025-ci il tarixdə, axşam saatlarında Bakı şəhəri, Nərimanov rayonu, Keşlə qəsəbəsi ünvan ərazisindən anket məlumatlarını bilmədiyi şəxsin yönləndirməsi ilə 100 manat müqabilində, onlayn ödəyərək aldığını bildirmişdir. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirildi və axtarış zamanı onun üzərindən başqa heç bir qanunsuz maddə və ya əşya aşkar olunmadı. Bundan sonra axtarış iştirakçılarının iştirakı ilə üzərindən aşkar olunmuş maddə qablaşdırıldı, möhürləndi və iştirakçılar tərəfindən imzalandı. Bu barədə protokol tərtib olundu, iştirakçılara ucadan oxundu, iştirakçılar və Təqsirləndirilən şəxs tərəfindən həmin protokolun doğruluğu imzalarla təsdiq edildi. Təqsirləndirilən şəxs saxlanılan zaman və üzərində şəxsi axtarış və götürmə keçirilərkən ona qarşı hər hansı bir zor, təzyiq göstərilməmişdir. (cild 1, iş vərəqə 104-106) Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə iclasında elan edildikdən sonra verilən əlavə suallara cavab olaraq bildirmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. İbtidai istintaq zamanı o hadisəni danışmış, təhqiqatçı isə yazmışdır. Şəxsin gözündə qızartı olmuş, narkotik vasitə istifadə etmişə oxşayırmış. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də ittiham və müdafiə tərəfinin təqdim etdikləri sübut növləri kimi mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə tədqiq edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli “cinayət işi başlamaq haqqında” qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. (cild 1, iş vərəqə 1) xx.xx.2025-ci il tarixli raportdan görünür ki, xx.xx.2025-ci il tarixdə, saat 05:20 radələrində “Arif Heydərov” küçəsində xidmətdə olan zaman bir nəfər şəxsin şübhəli hərəkətlərini müşahidə edərək Nərimanov RPİ-nin 17-ci PŞ-nə gətirilmiş və şöbədə həmin şəxsin Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. (cild 1, iş vərəqə 3) “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2025-ci il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə şübhə yarandığından həmin tarixdə, saat 06:10-da şübhəli şəxs qismində tutulmuş, o, azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 09 fevral 2025-ci il tarixdən, saat 05:20-dən tutulmuş hesab edilmişdir. (cild 1, iş vərəqə 13-14) “Şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2025-ci il tarixli qərar və protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə, saat 05:20 radələrində Nərimanov RPİ-nin PPXB-nün əməkdaşları tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Arif Heydərov 1 ünvanda Təqsirləndirilən şəxs saxlanılaraq şübhəli şəxs qismində 17-ci PŞ-nə gətirilmişdir. 17-ci PŞ-də ona üzərində olan hər hansı bir qanunsuz əşya və ya maddəni könüllü təqdim etmək təklif olunmuşdur. İştirakçıların iştirakları ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış apaılmışdır. Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ cibindən üzərində “13K” və “7 P” yazıları olan 01 ədəd şəffaf sellofan bükümü könüllü olaraq təqdim etmişdir. Həmin bükümün üzərində qırmızı və qara rəngli rənglər var. Bükümün içərisi açılaraq içərisinə baxış baxış keçirilmişdir. İçərilərində iki ədəd ayrı ayrı büküm aşkar edilmişdir. Həmin bükümlərdə narkotik vasitə və psixotrop maddələrə bənzər kütlələr aşkar edilmişdir. Bundan sonra o şalvarının sol yan cibindən Kapital Banka aid **********094438 saylı Bir kart hesab akrtı və eyni cibindən Samsung markalı mobil telefonu çıxararaq təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, axtarış zamanı əynində hər hansı digər əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik maddələri bir müddət əvvəl Bakı şəhəri, Nərimanov rayonu, Keşlə qəsəbəsi yaxınlığında adını bilmədiyi şəxsdən 100 manata aldığını və daha sonra istifadə etmək üçün özündə saxladığını bildirmişdir. 09 fevral 2025-ci il tarixdə, saat 05:20 radələrində isə Bakı şəhəri, Nərimanov rayonu, Arif Heydərov 1 ünvanda olarkən polis əməkdaşları tərəfindən saxlanılmışdır. Aşkar olunmuş narkotik vasitəyə və psixotrop maddəyə bənzər maddə iştirakçıların və Təqsirləndirilən şəxs iştirakları ilə qablaşdırılmış, möhürlə möhürlənmişdir. (cild 1, iş vərəqə 22, 23-24) Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2025-ci il tarixli, 6/584 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 219” dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs (imza)” yazısı və imzalar olan zərfdəki l(bir) ədəd bükümdə təmiz çəkisi 12,353 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və 1 (bir) ədəd bükümdə təmiz çəkisi 6,770 qram ağ rəngli krİstalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Narkotik vasitə heroin və psixotrop maddə metamfetamin müxtəlif növ və tərkibli maddələr olduğu üçün, onlar arasında müqayisəli tədqiqat aparılmamışdır. Qeyd: heroinin ümumi təmiz çəkisi - 12,353 qram, tədqiqata sərf edildi - 0,1 qram, qalıq - 12,253 qram. Metamfetaminin təmiz çəkisi - 6,770 qram, tədqiqata sərf edildi - 0,1 qram, qalıq - 6,670 qram. (cild 1, iş vərəqə 32-36) Törədilməsi müəyyən edilən cinayət əməlinin hüquqi tövsifi haqqında 10 fevral 2025ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə törədilməsi müəyyən edilən cinayət əməli Azərbaycan respublikası CM-nin 234.1-ci maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilmişdir. (cild 1, iş vərəqə 51-52) Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmişdir. (cild 1, iş vərəqə 54-55) Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmışdır. (cild 1, iş vərəqə 75-79) Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 712 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs Opioidlərin və Psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (cild 1, iş vərəqə 80-81) Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Abşeron-Xızı Regional Təhsil İdarəsi Sumqayıt Şəhəri 7 X3 Ümumtəhsil Məktəbinin verdiyi 13 fevral 2025-ci il tarixli, 21 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs 2005-ci ildə Sumqayıt şəhər 7 X3 ümumtəhsil məktəbin azərbaycan Bölməsi üzrə 7-ci sinifinə qəbul olmuş və xx.xx.2007-ci il tarixli, 8 nömrəli protokola əsasən seriya AN№ 520462 nömrəli əsas təhsil haqqında şəhadətnamə almışdır. (cild 1, iş vərəqə 92) DİN-nin BƏSİİ-nin verdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024cü il tarixdə Sumqayıt Şəhər Məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinin tələbləri nəzərə alınaraq 01 il 11 ay 26 gün müddətində azadlığından məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. (cild 1, iş vərəqə 93-94) Nərimanov RPİ-nin 17-ci PŞ-dən daxil olan xx.xx.2025-ci il tarixli, 3-13-50-2/2-4632 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitələrin və psixotrop maddələrin mənbəyinin, bundan əlavə, Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddələri satdığı şəxslərin müəyyən edilməsi istiqamətində zəruri əməliyyat axtarış tədbirləri keçirilsə də, sonuncunun narkotik vasitələri və psixotrop maddələri əldə etdiyi mənbəni və Təqsirləndirilən şəxs narkotik vasitələri satdığı şəxsləri müəyyən etmək mümkün olmamışdır. (cild 1, iş vərəqə 114) Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2025-ci il tarixli 1555 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmamışdır. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altma düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. (cild 1, iş vərəqə 119-120) DVD diskə baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması zamam qeydə alınmış video görüntünün olduğu CD diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxsin üzərinə müdafiəçisi və polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış keçirilir. Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan şalvarın sağ cibində olan 01 (bir) ədəd bükümü çıxarıb masanın üzərinə qoymaqla könüllü olaraq təqdim edir. Təqsirləndirilən şəxs şifahi sorğu zamanı təqdim etdiyi bükümün içərisindəki “heroin” adlanan narkotik vasitə və psixotrop maddə metamfetamin olduğunu, bir müddət əvvəl Bakı şəhəri, Nərimanov rayonu, Keşlə qəsəbəsi yaxınlığında adını bilmədiyi şəxsdən 100 manata aldığını, onlayn ödəyərək onun yönləndirməsi ilə həmin məkana gedib, götürərək öz istifadəsi üçün üzərində saxladığını bildirir. Aşkar edilmiş 01 (bir) ədəd olmaqla içərisində 02 (iki) ədəd bükümlərin içindəkilərlə birlikdə axtarış və götürmədə iştirak etmiş şəxslərin iştirakı ilə qablaşdırlaraq imzalanır. Bundan sonra Təqsirləndirilən şəxs üzərində iş üçün əhəmiyyət kəsb edən əşya və ya maddə aşkar edilmədi. Bu barədə protokol tərtib edilir, tərtib edilmiş protokolun doğruluğu imzalarla təsdiq edilir. (cild 1, iş vərəqə 125) DVD diskə baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan 055-841- 08-06 və ***-***-**-** saylı mobil nömrələrə dair "xxxx" MMC-dən daxil olmuş məktubun qoşmasında olan CD diskə baxış zamanı digər sms mətnlərində, zənglərin detallaşması və zənglərin məxsusluq tarix sahəsində narkotik vasitələrin alqı-satqısını əks etirən satış məzmunlu sms həyata keçirilməsinə dair məlumatlar aşkar edilmişdir: xx.xx.2025 15:59:43 1.1.**********06 1.1.**********20 Vallah düz elisən mən dünən oturub səni gözdirəm ki gələsən gecən səfər ki yaxşı olmadı indi yaxşısı var gətirim verim elyəsən mənim üəyimə bax sənin elədiyvə bax ama eybi yox canun saxolsun; xx.xx.2025 14:13:42 1.1.**********04 1.1.**********06 Atam das varsa 5 diy qoyda; xx.xx.2025 17:14:50 xx.xx.2025 17:14:50 1.1.**********06 1.1.**********20 Göycəy vahid cavab vermir də başqasman gəlim gətirim ged evdə edərsən də olmaz elə ay gözəlim?; xx.xx.2025 19:09:46 xx.xx.2025 19:09:46 1.1.**********06 1.1.**********37 Qardaş dinənki əmiyə 5 dənəsini indi çörəyimi yiyim gedim almı verim 5 bir iki Saad ahm verim gör nədiyir. (cild 1, iş vərəqə 126) Cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsindən həmin Məcəllənin 234.4.3-cü maddəsinə tövsif edilmişdir. (cild 1, iş vərəqə 128) Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə yenidən ittiham elan edilmişdir. (cild 1, iş vərəqə 130) Maddi sübut kimi tanınma haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 12,353 qram qram olan narkotik vasitə heroin maddi sübut kimi tanınsın və qalıq qalmış 12,253 qram çəkidə narkotik vasitə heroin və 6,770 qram qram olan psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və qalıq qalmış 6,670 qram çəkidə psixotrop maddə metamfetamin saxlanılması üçün Nərimanov RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. (cild 1, iş vərəqə 149-150) Cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında 13 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3cü maddəsi ilə elan edilmiş ittiham qüvvəsində saxlanılmış, barəsində Bakı şəhəri, Nərimanov rayonu Məhkəməsi tərəfindən seçilmiş “həbs” qətimkan tədbiri nəzərə alınmış, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Azərbaycan Respublikası 234-cü maddəsinin 1-ci qeyd hissəsi Təqsirləndirilən şəxs şamil edilməmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 12,353 qram qram olan narkotik vasitə heroin maddi sübut kimi tanınmış və qalıq qalmış 12,253 qram çəkidə narkotik vasitə heroin və 6,770 qram qram olan psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və qalıq qalmış 6,670 qram çəkidə psixotrop maddə metamfetamin maddi sübut kimi tanınması nəzərə alınmış, cinayət işi üzrə mühüm əhəmiyyət kəsb etdiyindən, xx.xx.2025-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması” haqqında protokola əlavə edilmiş 01 ədəd CD formatlı disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmiş, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə heroini və psixotrop maddə metamfetamini əldə etdiyi şəxsiyyəti istintaqa məlum olmayan şəxsin müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə olan ********* nömrəli cinayət işindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə cinayət işi ayrılmışdır. (cild 1, iş vərəqə 152-163) Cinayət işinin materiallarından ayrıca cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında 13 may 2025-ci il tarixli qərardan görünür ki, cinayət işinin materiallarından Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə naməlum şəxsi müəyyənləşdirilməsi məqsədi ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmışdır. (cild 1, iş vərəqə 164-165) Azərbaycan Respublikası Sumqayıt Şəhər Səhiyyə Şöbəsi 2 saylı Şəhər Xəstəxanasının verdiyi arayışdan görünür ki, Təqsirləndirilən şəxs İsgəndər oğlu sol aşağı ətrafın qamış arteriyalarında mülayim dərəcəli, sol pəncə arteriyasında orta dərəcəli angiopatiya əlamətləri və daralmalar. Eyniadlı damarlarda pulsasiya nisbətən zəifləyib. Sol pəncənin üzərində çoxsaylı dərialtı limfatik ödemlər diaqnozu ilə xəstədir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt Şəhər Probasiya Şöbəsinin verdiyi 04 avqust 2025-ci il tarixli, 4880 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli höküm ilə 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, həmin cəzadan 01 (bir) il 29 (iyirmi doqquz) gün hissəsi çəkilməmiş qalmışdır. Əməlin tövsifi və digər hüquqi məsələlər: Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəsifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermişdir. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarına əsasən, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibətini öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir.Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmədə təqsirləndirilən şəxs məhkəmə iclaslarında dindirilərkən avtomobilində olan zaman polis əməkdaşlarının onu saxladığını, saxlanılan zaman üzərində narkotik vasitə və psixotrop maddə olmadığını, üzərindən aşkar olunmuş narkotik vasitə və psixatrop maddənin polislər tərəfindən onun üzərinə qoyulduğunu, narkotik vasitə istifadəçisi olsa da, heç vaxt narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmadığını, ibtidai istintaq zamanı etirafedici ifadə verməsinin səbəbini narkotik vasitənin və psixotrop maddənin onun olduğunu qəbul etməsə, onu zirzəmiyə aparacaqlarını bildirmələri olmuşdur. Bununla bağlı məhkəmə qeyd edir ki, xx.xx.2025-ci il tarixli Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması haqqında protokol və həmin istintaq hərəkətinin (protokolun) video görüntüləri köçürülmüş 01 ədəd DVD formatlı diskdəki görüntüyə məhkəmə tərəfindən baxış keçirilmiş və baxış zaman müəyyən edilmişdir ki, özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxsin üzərinə müdafiəçisi və polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış keçirilir. Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan şalvarın sağ cibində olan 01 (bir) ədəd bükümü çıxarıb masanın üzərinə qoymaqla könüllü olaraq təqdim edir. Təqsirləndirilən şəxs şifahi sorğu zamanı təqdim etdiyi bükümün içərisindəki “heroin” adlanan narkotik vasitə və psixotrop maddə metamfetamin olduğunu, bir müddət əvvəl Bakı şəhəri, Nərimanov rayonu, Keşlə qəsəbəsi yaxınlığında adını bilmədiyi şəxsdən 100 manata aldığını, onlayn ödəyərək onun yönləndirməsi ilə həmin məkana gedib, götürərək öz istifadəsi üçün üzərində saxladığını bildirir. Aşkar edilmiş 01 (bir) ədəd olmaqla içərisində 02 (iki) ədəd bükümlərin içindəkilərlə birlikdə axtarış və götürmədə iştirak etmiş şəxslərin iştirakı ilə qablaşdırlaraq imzalanır. Bundan sonra Təqsirləndirilən şəxs üzərində iş üçün əhəmiyyət kəsb edən əşya və ya maddə aşkar edilmədi. Bu barədə protokol tərtib edilir, tərtib edilmiş protokolun doğruluğu imzalarla təsdiq edilməsi müəyyən edilmişdir. Həmin şəxsi axtarış və götürmə aparılması istintaq hərəkəti Cinayət-Prossesual Məcəllənin tələblərinə uyğun şəkildə aparılmış, xx.xx.2025-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması” protokolun məzmununda qeyd edilən hallar burada əyani olaraq öz əksini tapmışdır. Bundan başqa Təqsirləndirilən şəxs saxlanılmasında bilavasitə iştirak etmiş Nərimanov RPİ-nin PPXB-nün polis nəfərləri Şahid1 və Şahid2 məhkəmədə şahid qismində dindirilən zaman ifadələrində xidmətdə olan zaman gecə saat 03-04 radələrində küçədə bir nəfər şəxsin özünü şübhəli apararaq onları görən zaman uzaqlaşmağa və qaranlıqda gözdən itməyə çalışdığını, həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etdiklərini, şəxsiyyət vəsiqəsini təqdim etməsini xahiş etdiklərini, həmin şəxsin şəxsiyyət vəsiqəsinin üzərində olmadığını bildirdiyini, bu zaman şəxsdən şifahi şəkildə şəxsiyyətini təsdiq edən məlumatları soruşub portal vasitəsilə dəqiqləşdirmə etmək istəyən zaman həqiqəti əks etdirməyən məlumatlar verdiyini, buna görə də həmin şəxsi Nərimanov RPİ-nin 17-ci PŞnə gətirdiklərini, şöbədə həmin şəxsin Təqsirləndirilən şəxs olmsının müəyyən edildiyini, sonuncunun üzərinə müdafiəçinin iştirakı ilə şəxsi axtarış keçildiyini, baxış zamanı Təqsirləndirilən şəxs üzərindən 01 ədəd skoça bükülmüş büküm aşkar edildiyini, bükümdə ağ və qara rəngli iki növdə maddə olduğunu və tərəflərindən şəxsə qarşı heç bir fiziki və psixi təzyiq və təsirlərin olmadığını bildirmişlər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs saxlanılarkən üzərində narkotik vasitə və psoxotrop maddə olmaması, üzərindən aşkar edilmiş narlotik vasitənin və psixotrop maddənin polislər tərəfindən onun üzərinə qoyulmasına dair hər hansı mötəbər sübut müəyyən edilməmişdir. Əksinə, Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı ilə videoçəkilişlə üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilərkən, habelə barəsində məhkəmə nəzarəti qaydasında qətimkan tədbiri seçilməsi məsələsinə məhkəmə iclasında müdafiəçisinin iştirakı ilə baxılarkən saxlanıldığı zaman üzərində narkotik vasitə və psixotrop maddə olmaması, aşkar edilən narkotik vasitə və psixotrop maddənin polislər tərəfindən onun üzərində qoyulmasına dair hər hansı məlumat verməmişdir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı saxlanılarkən üzərində narkotik vasitə və psoxotrop maddə olmaması, üzərindən aşkar edilmiş narlotik vasitənin və psixotrop maddənin polislər tərəfindən onun üzərinə qoyulması barədə ifadələrinə tənqidi yanaşır və qeyd edir ki, həmin xüsusatlar iş materialları ilə öz təsdiqini tapmamışdır. Bu hal artıq ona dəlalət edir ki, Təqsirləndirilən şəxs məhkəmədə ifadə verərkən səmimi olmamış, əksinə işin hallarına uyğun olmayan məlumatlar verərək həqiqəti təhrif etmiş və bununla da məsuliyyətdən yayınmaq istəmişdir. Əvvəla, hadisənin baş verməsi ilə bağlı yuxarıda qeyd olunan hallar təqsirləndirilən şəxsin narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasını tam olaraq təsdiq edir. O cümlədən, şəxsi axtarış və götürmənin audio-video ilə aparılması, həmin prosesdə təqsirləndirilən şəxsin cinayət əməlini qismən etiraf etməsi, narkotik vasitənin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı təqsirləndirilən şəxsin özünün şəxsi mobil telefonunda (nömrəsi ilə SMS) apardığı əməliyyatlar və digər təkzibedilməz sübutlar onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasını təsdiq edir. Beləliklə, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda təmiz çəkisi 12,353 qram olan heroini və külli miqdarda təmiz çəkisi 6,770 qram olan metamfetamini əldə edib üzərində saxlamaqla xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Arif Heydərov küçəsi 1 ünvanına daşıması və xx.xx.2025-ci il tarixdə, saat 05:20 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Arif Heydərov küçəsi 1 ünvanında olan zaman Bakı şəhəri, Nərimanov RPİ-nin PPXB-nün əməkdaşları tərəfindən saxlanılaraq, ünvan 3 ünvanında yerləşən Nərimanov RPİ-nin 17-ci PŞ-nin inzibati binasına gətirilməsi, üzərində aparılan axtarış və götürmə zamanı əynində olan şalvarının sağ yan cibindən qeyd edilən miqdarda narkotik vasitə heroin və psixotrop maddə metamfetaminin aşkar edilməsi məhkəmədə öz təsdiqini tapmışdır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddəni əldə edib saxlayaraq daşımasına görə ittiham irəli sürülmüşdür. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin mənasına görə həmin cinayət əməli alternativ tərkibli olmaqla, obyektiv cəhətdən külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmada ifadə olunur. Belə ki, bu cinayət bir hərəkətin, yaxud alternativ hərəkətlərin mövcudluğu ilə səciyyələnir. Bundan başqa göstərilən cinayət əməli formal tərkibli olduğundan onun başa çatmış hesab olunması üçün təqsirkarın qeyd edilən maddə ilə nəzərdə tutulan hərəkətləri külli miqdarda törətməsi faktının müəyyən edilməsi kifayətdir. Həmçinin cinayətin subyektiv cəhətinin ünsürlərindən biri olan “məqsəd” Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə cinayət tərkibinin zəruri əlaməti olmaqla Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə görə sübut edilməli olan hallardan biridir. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il tarixli Qərarında göstərilmişdir ki, Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Qeyd olunan Qərarda məhkəmələrə izah edilmişdir ki, Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Şəxsin bəxşiş şəklində narkotik vasitələri və ya psixotrop maddələri başqasına verməsi də onların qanunsuz yayılmasına yönələn (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən) ictimai zərərli maraqla şərtləndirildiyindən, belə motivasiya Qanunun 1.0.11-ci maddəsində nəzərdə tutulmuş “digər şəxsi maraq”, törədilmiş əməl isə narkotik vasitənin və ya psixotrop maddənin satılması kimi qiymətləndirilməlidir. Bununla yanaşı, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə əsasən, narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir (onların hissələridir). Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər, 1.0.9-cu maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin Qanunun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Belə ki, qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Yuxarıda sadalananlardan da, göründüyü kimi təqsirləndirilən şəxs irəli sürülən ittiham üzrə özünü təqsirli bilməsə də, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən sübutların məcmusuna əsasən onun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə, təqsirləndirilən şəxsin ittihamı mübahisələndirdiyi hissədəki ifadələrini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətmsini sübuta yetirilmiş hesab edir. Onun öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdükləri mülahizələri yuxarıda göstərilən sübutlarla - işin faktiki halları cinayət işinin materialları, şahidlərin ifadələri, “şəxsi axtarış və götürmə aparılması haqqında” protokol, ekspert rəyləri, mobil nömrəsi ilə narkotik vasitələrin alış-verişi ilə bağlı aparılan smslər və iş üzrə toplanmış digər sübutların məcmusu ilə tam təkzib olunur. Məhz həmin sübutların məcmusu Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törətməsinin təsdiqini tapması ilə bağlı tərəddüdsüz yekun qənaətə gəlməyə tam əsas verir. Məhkəmə təqsirləndirilən şəxsin əməlinə yekun hüquqi qiymət verərkən məhz onun ibtidai istintaq zamanı verdiyi qismən etirafedici ifadələrini əsas götürür. Məhkəmə təqsirləndirilən şəxsin həm üzərinə şəxsi axtarış keçirilməsi, eyni zamanda ibtidai istintaq zamanı eyni məzmunlu ifadə verməsini və təqsirlərini qismən etiraf etməsini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin üzərindən qeyd olunan narkotik vasitənin və psixotrop maddənin aşkar edilməsi, həmçinin istifadəsində olmuş mobil nömrələr vasitəsi ilə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi (satışı) ilə bağlı smslərin olması işin mübahisəsiz hallarıdır. Narkorik vasitənin və psixotrop maddənin miqdarının külli miqdar təşkil etməsi özüözlüyündə satış məqsədinin müəyyən edilməsində həlledici rol oynamasa da, məhkəmə hazırkı iş üzrə Təqsirləndirilən şəxs aşkar edilən narkotik vasitənin və psixotrop maddənin şəxsi istehlak miqdarından dəfələrlə artıq olması, əldə etdiyi narkotik vasitəni və psixotrop maddəni üzərində gəzdirməsini, istifadəsində olmuş mobil nömrələrdə narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə bağlı smslərin olmasını və bu kimi halları birgə qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitəni və psixotrop maddəni satış məqsədilə qanunsuz əldə etmiş, saxlamış və daşımışdır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrələrə dair məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs, o cümlədən sonuncudan digər şəxslərə narkotik vasitələrin, psixotrop maddələrin alqı-satqısında ehtiva olunan məzmunda çoxsaylı smslər göndərilmişdir. Belə ki, Təqsirləndirilən şəxs göndərilmiş, o cümlədən sonuncudan digər şəxslərə göndərilmiş narkotik vasitələrin, psixotrop maddələrin alqı-satqısı ilə bağlı aşağıdakı məzmunlu smslər aşkar edilmişdir: xx.xx.2025 15:59:43 1.1.**********06 1.1.**********20 “vallah düz elisən mən dünən oturub səni gözdirəm ki gələsən gecən səfər ki yaxşı olmadı indi yaxşısı var gətirim verim elyəsən mənim üəyimə bax sənin elədiyvə bax ama eybi yox canun saxolsun”; xx.xx.2025 14:13:42 1.1.**********04 1.1.**********06 “Atam das varsa 5 diy qoyda”; xx.xx.2025 17:14:50 xx.xx.2025 17:14:50 1.1.**********06 1.1.**********20 “Göycəy vahid cavab vermir də başqasman gəlim gətirim ged evdə edərsən də olmaz elə ay gözəlim?”; xx.xx.2025 19:09:46 xx.xx.2025 19:09:46 1.1.**********06 1.1.**********37 “Qardaş dinənki əmiyə 5 dənəsini indi çörəyimi yiyim gedim almı verim 5 bir iki Saad ahm verim gör nədiyir”. Göründüyü kimi, Təqsirləndirilən şəxs mobil nömrəsinə daxil olan və həmin mobil nömrələrdən müxtəlif şəxslərin mobil nömrələrinə göndərilmiş sms-lərin (mesajların) məzmunundan açıq-aşkar görünür ki, müxtəlif şəxslər Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrəyə mesaj göndərərək sonuncudan jarqon terminlərdə ifadə olunan, əslində isə dövriyyəsi qadağan olunmuş narkotik vasitə və psixotrop maddələri almaq istədiklərini bildirmişlər. Beləliklə məhkəmə, Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı təqdim etdiyi narkotik vasitənin və psixotrop maddənin birdəfəlik istifadə üçün nəzərdə tutulan şəxsi istehlak miqdarından dəfələrlə çox olmasına, narkotik vasitəni və psixotrop maddəni satış məqsədi ilə əldə etməsinə, istifadəsində olmuş mobil nömrə vasitəsilə narkotik vasitələrin və ya psixotrop maddələrin alış-verişini əks etdirən yazışmaların olmasına, əldə etdiyi külli miqdarda narkotik vasitəni və psixotrop maddəni üzərində gəzdirməsinə dair cinayət təqibi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib hüquqi qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini həll etmişdir. Məhkəmə belə qənaətə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə düzgün tövsif edilmiş, onun həmin cinayət əməlini törətməsi və əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər: “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarından görünür ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinməklə həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasına görə, həmin əməli törətmiş şəxs beş ildən on iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Cəza təyin edərkən məhkəmə Təqsirləndirilən şəxs xəstə olmasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, ondan aşkar edilmiş narkotik vasitənin və psixotrop maddənin növlərini, həmçinin, çəkilərini, iş üzrə cəzasını yüngülləşdirən hal kimi xəstə olmasını, iş üzrə cəzasını ağırlaşdıran halların müəyyən edilməməsini, eləcə də işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Cinayətlərin təsnifatına görə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum edilmiş şəxslərin cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinin tələbləri nəzərə alınaraq üzərində qəti olaraq 01 il 11 ay 26 gün müddətində azadlığından məhdudlaşdırılması cəzası saxlanılmışdır. Həmçinin, məhkəmə istintaqı zamanı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt Şəhər Probasiya Şöbəsinin verdiyi 04 avqust 2025-ci il tarixli, 4880 saylı məktubla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli höküm ilə 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, həmin cəzadan 01 (bir) il 29 (iyirmi doqquz) gün hissəsi çəkilməmiş qalmışdır. Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə cəza təyini məsələsini həll edərkən Cinayət Məcəlləsinin 67.1-ci maddəsi üzrə hökmlərin məcmusu qaydasında cəza təyin edilməlidir. Cinayət Məcəlləsinin 68.1 və 68.1.1-1-ci maddələrinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə azadlığı faktiki olaraq məhdudlaşdırılmaqla, şübhəli şəxs qismində saxlanılmış, xx.xx.2025-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin həmin tarixli qərarı ilə barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs bugünədək davamlı olaraq həbsdə saxlanılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan (barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir (CPM-in 147.4-cü maddəsi)), o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.6-cı maddələrinə əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı ibtidai həbs müddəti onun cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli tutulduğu gündən, yəni 09 fevral 2025-ci il tarixdən hesablanmalıdır. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 114 (bir yüz on dörd) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəsini aldıqdan sonra maddi sübut kimi tanınaraq, Azərbaycan Respublikası DİN-in Nərimanov RPİ-nin Maddi sübutları saxlama yerinə təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 12,253 qram çəkidə narkotik vasitə heroin, 6,670 qram çəkidə psixotrop maddə metamfetamin məhv edilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması zamanı qeydə alınmış videogörüntünü özündə əks etdirən 01 ədəd DVD disk, "xxxx" MMC-dən daxil olmuş 02 ədəd CD disk və DİN-nin BİKİ-dən 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli, 8 nömrəli Qərarının 28-cı bəndində göstərilmişdir ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 39 №-li qərarının 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə Cinayət Məcəlləsinin 93-1-ci maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir. Belə ki, Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Müdafiəçi “MBM” Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, xx.xx.2025-ci il tarixdən məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə ümumilikdə 11 saat vaxt sərf etmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 11 saat hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına “MBM” Vəkil Bürosunun vəkili Müdafiəçi üçün hər iş saatına 11 manat hesab edilməklə, cəmi 121 (bir yüz on bir) manat məbləğində pul köçürülməlidir. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin 02 fevral 2024-cü il tarixli hökmü ilə təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 01 (bir) il 29 (iyirmi doqquz) gün azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68-ci maddəsinə əsasən 06 (altı) ay 14 (on dörd) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulsun, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən 06 (altı) ay 14 (on dörd) gün müddətinə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin edilmiş 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilsin və Təqsirləndirilən şəxs qəti olaraq 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 09 fevral 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Hökm qanuni qüvvəsini aldıqdan sonra maddi sübut kimi tanınaraq, Azərbaycan Respublikası DİN-in Nərimanov RPİ-nin Maddi sübutları saxlama yerinə təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 12,253 qram çəkidə narkotik vasitə heroin, 6,670 qram çəkidə psixotrop maddə metamfetamin məhv edilsin, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması zamanı qeydə alınmış videogörüntünü özündə əks etdirən 01 ədəd DVD disk, "xxxx" MMC-dən daxil olmuş 02 ədəd CD disk və DİN-nin BİKİ-dən 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 114 (bir yüz on dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 11 saat hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına “MBM” Vəkil Bürosunun vəkili Müdafiəçi üçün hər iş saatına 11 manat hesab edilməklə, cəmi 121 (bir yüz iyirmi bir) manat məbləğində pul köçürülsün. Cinayət işi üzrə xüsusi müsadirə edilməli digər əmlakın və mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan, (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan) 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən hakim Fəxri Məmmədov Hakimlər Anar Sadıqov Mahirə Kərimova
Məhkəmə qərarları › İş №1(101)-1363/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1363/2025
07.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver