Məhkəmə qərarları › İş №1(101)-1364/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1364/2021

04.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1364/2021 04.08.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər Ağayev Zeynal Qurban oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X12, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1986-ci il tarixdə Özbəkistan Respublikası, Daşkənd şəhərində anadan olmuş, subay, ali təhsilli, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 32.4, 312.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını vahid niyyətlə ələ keçirərək külli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qeyrisinin xeyrinə edəcəyi hərəkətə görə özü vasitəsilə birbaşa yolla maddi neməti rüşvət qismində verməyə qeyrisini təhrik etmişdir. Belə ki, o, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə tanışı Şahid1 Əlisgəndər oğluna 2020-ci ilin mart ayında özünü şirniyyat məhsullarını hazırlatdırıb satmaqla məşğul olan şəxs kimi təqdim edib işgüzar şəxs olması barədə fikir formalaşdırıb, özü barəsində formalaşdırdığı inam və etibardan sui-istifadə edərək Şahid1 maliyyə dəstəyi ilə biznes fəaliyyətini genişləndirib yüksək qazanc əldə edə biləcəklərinə inandırıb aldadaraq, vahid niyyəti ilə 17 mart 2020-ci il tarixdə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisində yerləşən Şahid1 məxsus mağazada 1.000 manat pulunu alıb inamını möhkəmləndirmək üçün almış olduğu 1.000 manat və əlavə olaraq qazanc kimi 300 manat pulu təqdim etdikdən sonra həmin tarixdən 2020-ci ilin avqust ayınadək olan müddətdə istintaqa məlum olmayan ünvanlarda 6 dəfə olmaqla, hər dəfəsində 1.000 manat məbləğində pul vəsaitini Şahid1 alıb, inandırmaq üçün 2.100 manat pul vəsaitini ona yenidən qazanc kimi həmin müddətdə təqdim etməklə cəmi 6.000 manat, həmçinin eyni niyyətlə cinayətkar əməllərini davam etdirib Çin Xalq Respublikasından hədiyyəlik əşyalar idxal edərək nüfuzlu dostları vasitəsilə imkanlı şəxslərə satıb daha çox gəlir əldə edəcəkləri adı ilə aldadıb, 27 aprel 2020-ci il tarixdə Şahid1 yaşadığı Bakı şəhəri, Yasamal rayonu, H.B.ünvan 2 ünvanında həmin dövrün rəsmi məzənnəsi ilə 11.900 (on bir min doqquz yüz) manat təşkil edən 7.000 (yeddi min) ABŞ dolları, 8 iyun 2020-ci il tarixdə həmin dövrün rəsmi məzənnəsi ilə 12.240 (on iki min iki yüz qırx) manat təşkil edən 7.200 (yeddi min iki yüz) ABŞ dolları, 18 iyun 2020-ci il tarixdə həmin dövrün rəsmi məzənnəsi ilə 3.060 (üç min altmış) manat təşkil edən 1.800 (bir min səkkiz yüz) ABŞ dolları olmaqla, cəmi həmin dövrün rəsmi məzənnələri ilə 27.200 (iyirmi yeddi min iki yüz) manat təşkil edən 16.000 (on altı min) ABŞ dolları, həmçinin, eyni niyyətlə, özü barəsində geniş əlaqələrindən istifadə edib Dövlət Təhlükəsizliyi Xidmətinin vəzifəli şəxslərinin vasitəsi ilə müxtəlif dövlət orqanlarında işə düzəltmək imkanının olmasına dair fikir formalaşdırıb, özünə 2020-ci ilin avqust ayında bununla bağlı müraciət etmiş Şahid1 Əlisgəndər oğlunda özü barəsində formalaşdırdığı inam və etibardan sui-istifadə edərək, həmin məsələnin müsbət həlli üçün yüksək vəzifədə işləyən tanışlarına xidməti vəzifələrinin icrası ilə əlaqədar sonuncunun oğlu Əlisgəndər Ədillinin Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə hüquq məsləhətçisi vəzifəsinə qəbul etdirməyə görə özü vasitəsilə birbaşa yolla həmin dövrün rəsmi məzənnəsi ilə 25.500 (iyirmi beş min beş yüz) manat təşkil edən 15.000 (on beş min) ABŞ dolları məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını aldatmaqla bildirərək, Şahid1 razılığını almaqla onunla sövdələşib, həmin niyyətlə 2020-ci ilin avqust ayının ortalarında sonuncunun yaşadığı mənzilin yerləşdiyi Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi küçəsi, ev 3153 ünvanının qarşısında həmin dövrün rəsmi məzənnəsi ilə 23.800 (iyirmi üç min səkkiz yüz) manat təşkil edən 14.000 (on dörd min) ABŞ dolları olmaqla ümumilikdə 57.000 (əlli yeddi min) manat məbləğində pul vəsaitini Şahid1 alıb şəxsi ehtiyaclarına sərf edərək, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şahid1 məxsus 57.000 (əlli yeddi min) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib ona külli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Əlisgəndər Ədillinin xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsinə Şahid1 təhrik etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək göstərmişdir ki, özünü CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilir, lakin CM-nin 32.4, 312.1-ci maddəsi ilə özünü təqsirli bilmir. Şahid1la “İçərişəhər” də bəzək əşyalarının, suvenirlərin satışı ilə məşğul olarkən tanış olmuşdur. “İçərişəhər” dən tanıdığı Namiq adlı şəxs 2020-ci ilin mart-aprel aylarında otellərə şirniyyat satdığını və qazanc əldə etdiyini bildirmişdir. O da pul verəcəyi təqdirdə dövriyyəni artırıb Namiqə qazanc verə biləcəyini bildirmişdir. O, Namiqlə razılaşmış və hazırda xatırlamadığı müxtəlif məbləğlərdə Namiqə pul vermişdir. Namiq onun verdiyi pulları bir neçə həftə sonra qazancla geri qaytarmışdır. Namiq hər ay təqribən o, verdiyi pulun nisbətində ona 30 faiz gəlir gətirmişdir. Namiqin anket məlumatlarını və telefon nömrəsini bilmir. Ölkədə 2020-ci ilin mart ayından COVİD-19 ilə bağlı pandemiya qaydalarının tətbiq edildiyi vaxtlarda bütün iş yerlərində olduğu kimi onların iş fəaliyyətində də ciddi çətinliklər yaranmışdır. Atasoltan ona yaxınlaşaraq, işlərin pis getdiyini bildirmiş və gəliri harada əldə etmək olmasını soruşmuşdur. Həmin ərəfələrdə Namiq dövriyyəni daha da artırmaqla daha çox qazanc əldə edə biləcəkləri və bunun üçün çox pul lazım olduğunu bildirmişdir. Bundan sonra, o, söhbət zamanı Şahid1 belə bir işlə məşğul olduğunu və Atasoltanı da bu işə daxil edə biləcəyini demişdir. Atasoltan da onun təklifi ilə razılaşmış və ilk dəfə təxminən 2020-ci ilin mart ayında ona 1.000 manat pul vermişdir. O, da həmin pulu Namiqə vermişdir. Təxminən 15 gün sonra Namiq həmin pulu hazırda xatırlamadığı qazancla birlikdə ona geri qaytarmışdır. O da 1.000 manat pulu və qazanc kimi Namiqin verdiyi pulu götürərək Atasoltanın yanına getmişdir. 1.000 manat pulu və qazanc kimi verilən pulun böyük hissəsini Atasoltana vermişdir. Qazancın az bir hissəsini isə özünə götürmüşdür. Bundan sonra o, bir neçə dəfə Atasoltandan pul götürərək Namiqə vermişdir. Namiq də həmin pulların qarşılığında onlara qazanc vermiş, qazancın böyük hissəsi Atasoltana, az bir hissəsi isə ona çatmaqla aralarında bölmüşlər. Şirniyyat işinin görülməsi üçün Atasoltan ümumilikdə ona təxminən 7.000 manat pul vermişdir. O da həmin pulların hamısını Namiqə vermişdir. Namiq də qazancla birlikdə verilən pulları geri qaytarmışdır. O da qazancın az bir hissəsini özünə götürərək əsas məbləğləri və qazancın qalan hissəsini Atasoltana vermişdir. Şirniyyat işi təxminən 2020-ci ilin avqust ayına kimi davam etmişdir. Namiqlə şirniyyat işini görən ərəfələrdə Namiq ona Çin Xalq Respublikasından suvenirlər, bəzək əşyaları və dekorlar gətirib satdığını, bunun müqabilində normal qazanc əldə etdiyini, həmin işin görülməsi üçün daha çox pul lazım olduğunu bildirdiyindən o da bu barədə Atasoltana demişdir. Atasoltan bu işlərin görülməsi üçün pul verə biləcəyini bildirmişdir. Bundan sonra, o, müxtəlif vaxtlarda müxtəlif məbləğlərdə Atasoltandan pul götürərək Namiqə vermişdir. Həmin pulları Atasoltandan götürərkən Atasoltan bu barədə ona əlyazma yazdırıb özündə saxlamışdır. İlk dəfə təxminən 27 aprel 2020-ci il tarixdə o, Namiqə vermək üçün Atasoltandan Atasoltanın yaşadığı evdə 7.000 ABŞ dolları məbləğində pul götürüb Namiqə vermiş, təxminən 1 ay sonra Namiq həmin məbləğdə pulu təxminən 2.600 ABŞ dolları məbləğində qazancla birlikdə geri qaytarmışdır. O da ümumilikdə 9.600 ABŞ dolları məbləğində pulu götürüb Atasoltanın Bakı şəhəri Yasamal rayonunda yerləşən mənzilinə getmiş və 9.600 ABŞ dolları məbləğində pulun 1.300 ABŞ dollarını özünə qazanc kimi götürüb 8.300 ABŞ dollarını isə Atasoltana vermişdir. Atasoltan da bu barədə dəftərdə qeydiyyat aparmışdır. Təxminən 08 iyun 2020-ci il tarixdə o, yenidən Atasoltandan 7.200 ABŞ dolları məbləğində pul götürmüş və bu barədə yenə də əlyazma yazıb imzalayaraq Atasoltana vermişdir. Aldığı 7.200 ABŞ dolları məbləğində pulu isə Namiqə vermişdir. Təxminən 1 həftə 10 gün sonra Namiq 7.200 ABŞ dolları məbləğində pulu hazırda xatırlamadığı məbləğdə qazancla birlikdə geri qaytarmışdır. O, həmin pulu da Atasoltangilə gedərək Atasoltana 7.200 ABŞ dolları məbləğində pulu vermiş, qazancı isə öz aralarında bölmüşlər. Bu barədə də Atasoltan dəftərdə qeydiyyat aparmışdır. Elə həmin vaxt yenidən qazanc əldə etmək məqsədilə Namiqə vermək üçün Atasoltandan təxminən 8.800 ABŞ dolları məbləğində pul götürmüş və bu barədə də əlyazma yazaraq imzalayıb Atasoltana vermişdir. 8.800 ABŞ dolları məbləğində pulu isə Namiqə vermişdir. Bir müddət sonra Namiq həmin pulu da hazırda xatırlamadığı məbləğdə qazancla geri qaytarmışdır. Həmin pulu da Atasoltana verdikdən sonra qazanc hissəsini Atasoltanla aralarında bölmüşlər. Bu qaydada Atasoltanla işləri 2020-ci ilin avqust-sentyabr aylarına kimi davam etmişdir. Atasoltandan aldığı pulları Namiqə vermişdir. 2020-ci ilin avqust-sentyabr aylarında Namiq Türkiyəyə getdiyindən sonradan verdikləri pulları geri qaytarmağı gecikdirməyə başlamışdır. Namiq Türkiyə vətəndaşı olduğundan orada da işləri olduğunu və onların pullarını da oradan hesaba göndərəcəyini bildirmiş, lakin sonradan pulları göndərməmiş və bu səbəbdən onunla Atasoltan arasında narazılıq yaranmağa başlamışdır. Atasoltan ondan qalan pulu geri tələb etməyə başlamışdır. O, isə Namiqi tapa bilmədiyindən pulu Atasoltana qaytara bilməmişdir. 2020-ci ilin sonlarına kimi Namiq türk nömrəsi ilə qeydiyyatdan keçmiş “whatsapp” vasitəsilə onunla əlaqə saxlayıb pulları geri qaytaracağını və onu pis vəziyyətdən çıxaracağını bildirdiyindən, o da Namiqə güvənib Atasoltana aralarında olan pul məsələlərini həll edəcəyinə söz vermişdir. Bu barədə Atasoltangilin evinə gedərkən tanış olduğu oğlu Əlisgəndər ilə də əlaqə saxlayıb danışmışdır. Lakin Namiq 2020-ci ilin sonlarında onunla əlaqələrini kəsdiyindən və bir daha Namiqdən xəbər ala bilmədiyindən Atasoltanla aralarında olan pul mübahisəsini həll edə bilməmişdir. Pulların bir hissəsi Atasoltana qaytarılmışdır. Hazırda xatırlamadığı miqdarda pullar qaytarılmamışdır. X3 Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində hüquq məsləhətçisi kimi işə düzəltmək adı ilə Atasoltandan 14.000 ABŞ dolları məbləğində pulunu almamışdır. Əməlindən peşmandır. Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, Namiq adlı şəxs dəfələrlə gəlib onun işlədiyi mağazadan suvenirlər alıb, hətta sürücü də göndərib suvenirlər aldırmışdır. Atasoltan özü şəxsən Namiqi tanımamış, lakin onun pulları Namiq adlı şəxsə verdiyindən və həmin işlərin Namiq tərəfindən görülməsindən məlumatı olmuşdur. Özünü ona Namiq kimi təqdim edən şəxs Türkiyə vətəndaşı olduğunu, əsasən Türkiyədə yaşadığını demişdir. Namiq bir neçə dəfə mağazaya gəldiyindən aralarında münasibət yaranmışdır. Eləcə də Naimiq əşyaları alarkən onları yüksək vəzifələrdə işləyən qohumlarına hədiyyə edəcəyini bildirmişdir. Namiq adlı şəxs onda özünə inam yaratdıqan sonra o, Namiqin təklifi ilə iş görməyə başlamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Əlisgəndər oğlu ifadəsində göstərmişdir ki, o, uzun müddətdir “İçərişəhər” də bəzək əşyalarının, suvenirlərin satışı ilə məşğul olur. Təqsirləndirilən şəxs 2020-ci ilin əvvəlindən tanımışdır. Belə ki, Teymur işlətdiyi mağazanın yaxınlığında bəzək əşyalarının satıldığı başqa bir mağazada satıcı işlədiyindən münasibətləri yaranmışdır. 2020-ci ilin mart ayından etibarən COVİD-19 ilə bağlı pandemiya qaydalarının tətbiq edildiyi vaxtlarda bütün iş yerlərində olduğu kimi onun iş fəaliyyətində də çətinliklər yaranmışdır. Həmin vaxt Teymur işlətdiyi mağazaya gəlmiş, özünü ağıllı və mədəni bir insan kimi göstərmişdir. Teymur onda müsbət fikir formalaşdırmışdır. Pandemiya ilə əlaqədar onun işlətdiyi və Təqsirləndirilən şəxs satıcı işlədiyi mağazaların fəaliyyəti dayandığından çətin vəziyyət yaranmışdır. O, ailəsini maddi cəhətdən təmin etmək üçün pul qazanmağın müəyyən yollarını axtarmağa başlamışdır. Həmin ərəfələrdə Teymur onun yanına gəlib pandemiya ilə bağlı məhdudiyyətlərin uzun müddət davam edəcəyini bildirib yeni iş qurmağı təklif etmişdir. Teymur şirniyyat müəssisəsi olduğunu, nüfuzlu şəxslər üçün müxtəlif şirniyyat növləri, tort və paxlava bişirtdirib satdığını demişdir. Teymur həmin işi böyütmək üçün müəyyən məbləğdə pul lazım olduğunu, bununla bağlı onun da pul verəcəyi təqdirdə həmin işi böyüdəcəyini və yaxşı qazanc əldə edəcəklərini bildirmişdir. Teymur 1.000 manat verəcəyi təqdirdə, 15 gün ərzində həm həmin pulu qaytaracağını, həm də əlavə 300 manat qazanc verəcəyini demişdir. O, Teymurun təklifini qəbul edərək ilk dəfə 2020-ci ilin mart ayının 17-də 1.000 manat pulu Teymura vermişdir. Teymur pulu ondan götürüb qısa vaxta həm verdiyi pulu, həm də əldə olunacaq qazancı verəcəyini demişdir. Teymur dediyinə əməl edərək 2020-ci ilin aprel ayının 1-də 1.400 manat pulla onun yanına gəlmişdir. O, həmin 1.400 manat puldan 100 manat götürərək qalan pulu Teymura verdmişdir. Teymurun belə davranışı onda inam yaratmış və Teymurun dəqiq insan olması fikrini yaratmışdır. Teymurla bu şəkildə iş görməyə başlamışdır. 17 mart 2020-ci il tarixdə verdiyi 1.000 manat puldan əlavə, həmin ilin avqust ayınadək hər dəfə 1.000 manat olmaqla 6 dəfə, ümumilikdə 6.000 manat məbləğində pulu da Teymura vermişdir. Teymur da ona hər 1.000 manat pula görə 300 manat qazanc kimi vermişdir. Teymur ilk dəfə ondan aldığı 1.000 manat pulu qaytarsa da, sonradan ona hər dəfə verdiyi 1.000 manat məbləğində olan pulları qaytarmayaraq dövriyyədə olduğunu demişdir. Çətin bir vaxtda Teymur ona hər dəfə 300 manat qazanc verdiyindən maya olaraq verdiyi pulu qaytarmamasından narahat olmamış və şübhələnməmişdir. Beləliklə, şirniyyat işi ilə bağlı Teymura verdiyi ümumilikdə 7.000 manat məbləğində puldan 1.000 manatını ona qaytarsa da, qalan 6.000 manat məbləğində pul Teymurun deməsinə görə guya dövriyyədə olmuşdur. Bundan əlavə, Teymur verdiyi pullar qarşılığında qazanc kimi ona hər dəfəsində 300 manat olmaqla 8 dəfə, ümumilikdə 2.400 manat məbləğində pul vermişdir. O, Teymura tamamilə inandığından 2020-ci ilin avqust ayına kimi Teymurla bu qaydada işləmişlər. Elə həmin ərəfələrdə Teymur xırda qazanc əldə olunan işlərdənsə, daha böyük qazanclar gətirən işlər görməyi təklif edərək maddi kömək edəcəyi təqdirdə həmin işlərdən yaxşı qazanc əldə edəcəklərini və qazancı böləcəklərini bildirmiş və nüfuzlu dostları olduğunu, həmin dostları üçün hədiyyəlik əşyaları Çin Xalq Respublikasından uyğun qiymətə gətirib dostları vasitəsilə gömrük işlərini həll etməklə, malları nüfuzlu dostlarına satıb yaxşı qazanc əldə edə biləcəklərini demişdir. O, Teymurdan nüfuzlu şəxslərin kimlər olduğunu soruşduqda “SOCAR” şirkətinin və Daxili İşlər Nazirliyinin vəzifəli şəxslərinin Rövnəq Abdullayev və Vilayət Eyvazovun olduqlarını bildirmişdir. O, Teymurun dediklərinə inanmasa da, Teymur telefonunda adlarını qeyd etdiyi şəxslərin olduqları şəkilləri göstərərək həmin şəxslərin yanında olan bir nəfəri qeyd edib dostu olduğunu, həmin şəxsin vasitəsilə əlaqələrinin geniş olduğunu demişdir. Bundan sonra, o, Teymura inanmışdır. X18 Respublikasından Rövnəq Abdullayevin oğlu üçün tez bir zamanda suvenir heykəl gətirməli olduğunu, ancaq bunun üçün müəyyən məbləğdə pul lazım olduğunu bildirib işin ən geci bir ay müddətində bitəcəyini və ondan alacağı pulu geri qaytaracağını demişdir. Teymur 7.000 ABŞ dolları məbləğində pul lazım olduğunu, təxminən 3-4 min qazanc əldə edəcəklərini demişdir. O, razılaşmış, 27.04.2020-ci il tarixdə Teymur yaşadığı evə qalxmışdır. Evdə hər biri 100 ABŞ dollar olmaqla 7.000 ABŞ dolları Teymura vermişdir. Bundan sonra Teymura ondan 7.000 ABŞ dolları pulu alması ilə bağlı dəftərdə öz xətti ilə yazıb qeydiyyat aparmasını və imza etməsini xahiş etmişdir. Teymur da ondan 7.000 ABŞ dolları pulu alması barədə öz xətti ilə yazıb imza etmişdir. Teymur həmin pulu alandan bir ay sonra hesablaşacaqlarını, yəni 25.05.2020-ci il tarixində həmin pulu qaytaracağını bildirmişdir. Paralel olaraq Teymur ilə şirniyyat işləri də davam etmişdir. Hər dəfə Teymurla görüşəndə Teymur işlərin qaydasında olduğunu demişdir. 2020-ci ilin təxminən iyun ayında Teymur işdə kiçik problem yarandığını, əlavə 7.200 ABŞ dolları pul lazım olduğunu bildirmişdir. O, Teymura inandığından işin həll olunması üçün 8 iyun 2020-ci il tarixdə yaşadığı evdə 7.200 ABŞ dolları məbləğində pulu Teymura vermiş, yenə də Teymur ondan aldığı pulu götürəndə öz xətti ilə dəftərdə qeydiyyat aparmış və imza etmişdir. Bundan təxminən 10 gün sonra Teymur onunla görüşən zaman yenidən 8.800 ABŞ dolları pul lazım olduğunu, əks təqdirdə işin batacağını demişdir. O, Teymura daha pulu olmadığını bildirdikdə, Teymur ondan birinci dəfə aldığı 7.000 ABŞ dolları pulu qaytarmağı, onun da həmin pulun üstünü düzəldib 8.800 ABŞ dolları pul şəklində verməyini təklif etmişdir. Teymur onu tam inandırdığından ticarətlərinin baş tutması üçün razılaşmış və 18 iyun 2020-ci il tarixdə Teymur yaşadığı evə gələrək 7.000 ABŞ dolları pulu çıxarıb stolun üzərinə qoymuşdur. O, Teymura inanaraq həmin 7.000 ABŞ dolları pulun üzərinə 1.800 ABŞ dolları qoyaraq Teymura qaytarmışdır. Teymur yenə həmişəki kimi pulu götürməsi ilə bağlı dəftərdə öz xətti ilə yazıb imza etmişdir. Teymur pulu götürüb bir aydan sonra, yəni 13 iyul 2020-ci il tarixdə qazanc ilə birlikdə verdiyi pulları geri qaytaracağını bildirmişdir. Teymurla söhbət əsnasında X7 Universitetində hüquq fakultəsini bitirib yeni qayıdan oğlunun işsiz olduğunu demişdir. Teymur da nüfuzlu tanışları olduğunu 15.000 ABŞ dolları pulun müqabilində oğlu Əlisgəndərin Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində hüquq məsləhətçisi kimi işə düzəldə biləcəyini demişdir. O, Teymura inanaraq razılıq vermişdir. Lakin həmin pulu dəqiq olaraq kimə verəcəyini deməmişdir. Teymur bu barədə heç kimə deməməyini tapşırmış və bu işin arxasında Dövlət Təhlükəsizlik Xidmətinin vəzifəli şəxslərinin olduğunu, onların adlarının hallanmaması və işin alınması üçün bu məsələnin gizli qalmasının vacib olduğunu bildirmişdir. Həmin vaxt bu barədə oğluna heç nə deməmiş və oğluna sürpriz etmək istəmişdir. Teymurla danışıqlarından bir həftə sonra borc xərc edərək 14.000 ABŞ dolları pul düzəldərək təxminən 2020-ci ilin avqust ayının ortalarında Teymur yaşadığını binanın həyətinə gəlmişdir. Teymurla görüşüb 14.000 ABŞ dollar pul düzəltdiyini demişdir. Teymur problem olmadığını, qalan 1.000 ABŞ dolları pulu onun əvəzindən verəcəyini bildirmişdir. O, hər biri 100 ABŞ dolları əsginasından ibarət olan 14.000 ABŞ dolları pulu şəxsən Teymura vermişdir. Teymur 2020-ci ilin dekabr ayının 25-nə kimi oğlu Əlisgəndərin əmrinin veriləcəyini demişdir. Həmin vaxtdan təxminən bir ay sonra bu barədə oğlu Əlisgəndərə məlumat vermiş, oğlu bundan çox əsəbiləşib belə bir iş gördüyü üçün onu qınamışdır. Bundan sonra, Teymur yenə guya işlə bağlı yaşadığı binanın həyətinə gələndə oğlu Əlisgəndərlə Teymuru tanış etmişdir. Oğlunun işə düzəlməsi üçün pulu Teymura verdikdən təxminən bir ay sonra Teymur ***-***-**-** mobil telefon nömrəsini verib oğlunun barəsində sağlamlıq haqqında arayışı və fotoşəkili həmin nömrənin sahibinə çatdırmağı tapşırmışdır. O, bu barədə oğluna demiş, oğlu da həmin telefon nömrəsinə “Whatsapp” proqramı vasitəsilə diplomunun, eləcə də digər sənədlərinin şəklini həmin şəxsə göndərmişdir. Bir müddət sonra Təqsirləndirilən şəxsla əlaqə saxlayıb oğlunun iş məsələsinin nə yerdə olduğunu soruşduqda Teymur Əlisgəndərin işi ilə bağlı əlavə 12.000 ABŞ dollarına ehtiyac olduğunu və həmin pulu çatdıracağı təqdirdə dekabr ayının 12-də Əlisgəndərin işə başlayacağını bildirmişdir. O, bu dəfə artıq Teymurun onu aldatdığını başa düşmüş və pulunu geri istəməyə başlamışdır. Bununla bağlı Teymura dəfələrlə zəng edib pulunu qaytarmasını tələb etmişdir. Teymur isə onu müxtəlif bəhanələrlə aldatmaqda davam etmişdir. Nəhayət Teymur ona bu işin arxasında DTX-nin vəzifəli şəxslərinin dayandığını, bu məsələni böyüdəcəyi təqdirdə guya onu yer üzündən siləcəklərini bildirmişdir. O, bütün bunlara baxmayaraq təkidlə Teymurdan pulunu tələb etmişdir. 2020-ci ilin oktyabr ayının ortalarında Teymur onunla Yasamal rayonu ərazisində “Qələbə dairəsi” deyilən yerdə görüşüb 9.000 ABŞ dolları pulunu qaytarmışdır. Həmin puldan əlavə bu günə qədər Teymur ona heç bir məbləğdə pul qaytarmamışdır. O, Teymurun istifadəsində olan telefonuna dəfələrlə zəng etsə də, hərdən bir telefona cavab verib yenə onu müxtəlif bəhanələrlə aldatmaqda davam etmişdir. 2020-ci ilin noyabr ayından isə Teymur ümumiyyətlə zənglərinə cavab verməmişdir. Beləlikə, Teymur ticarət adı ilə ümumilikdə 16.000 ABŞ dolları, oğlu Əlisgəndəri işə düzəltmək adı ilə 14.000 ABŞ dolları, eləcə də şirniyat işi ilə əlaqədar 7.000 manat pulunu aldadaraq ələ keçirmişdir. Şirniyyat işi ilə əlaqədar aldığı ümumilikdə 7.000 manatdan 1.000 manatı, həmçinin guya qazanc kimi hər dəfəsində 300 manat olmaqla 8 dəfəyə, ümumilikdə 2.400 manatı ona geri qaytarmışdır. Beləliklə, şirniyyat işi görüb qazanc əldə etmək adı ilə onu aldadıb aldığı ümumilikdə 7.000 manat puldan hissə-hissə olmaqla ümumilikdə 3.400 manat məbləğində pulu ona geri qaytarmışdır. Çin Xalq Respublikasından suvenir əşyalar gətirib sataraq qazanc əldə etmək adı ilə 16.000 ABŞ dolları, oğlu Əlisgəndər Ədillini işə düzəltmək adı ilə 14.000 ABŞ dolları olmaqla ümumilikdə ondan aldığı 30.000 ABŞ dolları məbləğində puldan isə 9.000 ABŞ dolları məbləğində pulu ona geri qaytarmışdır. Ona ümumilikdə 21.000 ABŞ dolları qaytarılmamışdır. Oğlunun işə düzəlməsi adı ilə aldığı pulu konkret kimə verəcəyini Teymur deməmişdir. İş üzrə şahid X1 Respublikasında olduğundan, 29 iyul 2021-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasında iştirak edə bilmədiyini, istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə elan olunaraq araşdırılmış şahid X2 ifadəsindən görünür ki, ali təhsillidir, Ankara Universitetinin hüquq fakültəsini bitirmiş, hazırda vəkil köməkçisi işləyir. Atası Şahid1 uzun müddətdən bəri “İçərişəhər” də bəzək əşyalarının satışı ilə məşğul olur. O, 2019-cu ilin sentyabr ayında universiteti bitirib vətəninə qayıtmış, vətənə qayıtdıqdan sonra iş axtarmağa başlamış, 2020-ci ilin mart ayında vəkil köməkçisi kimi işə başlamışdır. Təxminən 2020-ci ilin sentyabr ayında atasının Teymur adlı şəxsə onun işə düzəlməyi müqabilində 14000 ABŞ dolları pul verməyi barədə məlumatı olmuş, o isə atasına belə bir addım atdığına görə öz iradını bildirmiş, atası da onun yaxşı işə düzəlməyi üçün belə bir addım atdığını demişdir. Həmin ərəfədə yaşadığı binanın həyətində Teymur ilə tanış olmuş, ilk ünsiyyətindən Teymurun fırıldaq və düzgün biri olmadığını hiss etmiş, bu barədə atasına demişdir. Atası isə onun işə düzəlməyi müqabilində verdiyi 14000 ABŞ dolları puldan əlavə Teymurun ondan ticrat etmək adı ilə əlavə olaraq 16000 ABŞ dolları, eləcə də 7000 manat pul aldığını bildirmişdir. Bundan sonra o, şirin dil ilə Teymurdan pulları almaqdan başqa çarələrinin olmadığını başa düşmüşdür. O, Teymurun istifadəsində olan, hazırda xatırlamadığı mobil telefon nömrəsinə istifadəsində olan mobil telefon ilə zəng edib danışaraq görüşmək istədiyini demiş, Teymur isə hər dəfə onu aldadıb görüşməkdən boyun qaçırmışdır. Teymur atasına ***-***-**-** saylı mobil nömrəsini verib onun işə düzəlməsi ilə bağlı sənədləri həmin nömrənin sahibinə çatdırmağı və həmin nömrə ilə yalnız “Whatsapp” vasitəsilə əlaqə saxlamağı tapşırmışdır. O da istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə qeydiyyatdan keçdiyi “Whatsapp” proqramında ali təhsill haqqında diplomunun, şəxsiyyət vəsiqəsinin və 19 saylı şəhər poliklinikasından aldığı sağlamlıq haqqında arayışın şəkilini ***-***-**-** saylı mobil telefon nömrəsinə göndərmişdir. Nəhayət, təxminən 2020-ci il ilin oktyabr ayında Teymur ilə yaşadığı binanın qarşısında sonuncunun idarə etdiyi “Prado” markalı avtomobilin içərisində görüşmüşlər. Həmin vaxt avtomobilin içərisində o, və Teymur olmuşlar. Görüş zamanı onu necə işə düzəldəcəyi barədə soruşduqda, Teymur narahat olmamağını, işin həll olunacağını bildirmişdir. O da Teymurdan işin düzəlməyəcəyi təqdirdə atasının verdiyi pulu hansı formada geri alacaqları barədə soruşduqda, Teymur “Rəşad” müəllimin bu işə zamin olduğunu, bu iş alınmazsa həmin pulu Rəşad müəllimin öz cibindən də olsa qaytaracağını demişdir. O, Teymurdan Rəşad adlı şəxsin kim olduğunu soruşduqda, Teymur həmin şəxsin Dövlət Təhlükəsizlik Xidmətində işlədiyini bildirmişdir. Eyni zamanda Teymur işlərin qaydasında olduğunu və artıq yekunlaşmasına az qaldığını, sağlamlıq haqqında arayış alıb dediyi nömrə ilə əlaqə saxlayıb verdikdən sonra tam yekunlaşacağını bildirmişdir. Lakin Teymurun həmin an ona verdiyi mobil telefon nömrəsini hazırda xatırlamır. Bundan sonra o, Teymurdan pullarını geri alacaqlarına inandığından gözləmək qərarına gəlmişdir. Həmin vaxtdan təxminən bir həftə sonra onun istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə hazırda xatırlamadığı mobil telefon nömrəsindən zəng gəlmiş, telefon danışığı zamanı həmin şəxs adını ona demədən Teymurun dediyi sənədi həmin şəxsə verməli olduğunu demiş, o da həmin şəxsə “Qələbənin dairəsi” deyilən yerdə yerləşən “Baku Mall”un qarşısında görüşə biləcəklərini söyləmişdir. Həmin şəxs də onunla razılaşmış və iki gün sonra görüşmək üçün uyğun olduğunu demişdir. Həmin vaxtdan iki gün sonra, təxminən günorta saatlarında “Qələbənin dairəsi” deyilən yerdə yerləşən “Baku Mall” un qarşısında həmin şəxslə görüşmüşlər. Qeyd etdiyi şəxs Gürcüstan dövlət qeydiyyat nömrəli, qara rəngli, köhnə “BMW” markalı avtomobil ilə gəlmişdir. Həmin şəxs kişi cinsli, 30-35 yaşlarında, orta boylu, qara saçlı biri olmuşdur. O, sağlamlıq barədə arayışı həmin şəxsə təqdim etmiş, naməlum şəxs isə arayışı alıb heç nə demədən avtomobilinə əyləşib getmişdir. O da Teymurun ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng edib arayışı təqdim etdiyini, lakin arayışı götürən şəxsin dövlət strukturunda işləyən adama bənzəmədiyini demişdir. Teymur da həmin şəxsin diqqət çəkməmək üçün o cür özünü apardığını bildirmişdir. Arayışı verdiyi həmin şəxslə bir daha əlaqəsi olmamışdır. Həmçinin 15 noyabr 2020-ci il tarixdə ***-***-**- ** saylı mobil telefon nömrəsindən istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə “Whatsapp” messenger proqramı vasitəsilə yazı gəlmiş, həmin yazışmanın məzmunu aşağıdakı kimi olmuşdur: “Naməlum şəxs: Salam 3-4 fotoşəklinizi mən sizin faylda tapa bilmirəm. Siz təqdim etmişdinizmi? Mən: Salam xeyr təqdim etməmişəm. Naməlum şəxs: Özünüz hardasınız, Bakıdasınız?. Mən: Bəli Bakıdayam. Naməlum şəxs: Ok. mənə sabah 9-a kimi göndərin, təcilidir, zəhmət olmasa. Mən: Yaxşı mütləq göndərəcəm: Naməlum şəxs: Teymur telefona cavab vermədi, sizə yazdım, narahat etdimsə üzr istəyirəm. Mən: köhnə şəkillər olar, yoxsa təzə şəkillər çəkdirməliyəm. Əstağfurulla, heç bir narahatçılıq yoxdur. Naməlum şəxs: Təzə olsun çalışın oldu sağolun yoldaş sizi gözləyirəm. Mən: Yaxşı. daha sonra mən yenə yazıram: Salam şəkli çəkdirdim, hazırdı sizə necə çatdırım. Naməlum şəxs: Ok. sizə xəbər edərəm. yoldaş bir də sizin idman dərəcəniz varmı?”. Bundan sonra o, həmin şəxsə cavab yazmamış və bu yazışmadan şübhələnmişdir. Daha sonra Teymurun həmişə onunla əlaqə saxladığı mobil telefon nömrəsinə zəng etdikdə Teymur da onun əmrinin hazır olduğunu, lakin biraz da pul vermək lazım olduğunu demişdir. O da bu barədə atası ilə danışmasını bildirib sağollaşdıqdan dərhal sonra atasının mobil telefon nömrəsinə zəng edib Teymurla danışdığını, Teymura qətiyyən heç bir məbləğdə pul verməməyini tapşırmışdır. Bir gün sonra Teymur yenə mobil telefon nömrəsinə dəfələrlə zəng edib 12000 ABŞ dolları verməli olduqlarını, əks halda işin alınmayacağını demişdir. Atası və o, Teymura artıq inanmadıqlarını, onları aldatdığını, aldığı pulları qaytarmalı olduğunu demiş, Teymur isə yenə də onları inadırmağa çalışmışdır. Atası israrla pullarını geri istədiyindən Teymur 9000 ABŞ dolları məbləğində pulu atasına geri qaytarmışdır. Onlar Teymurdan qalan pulları tələb etməyə başladıqdan bir müddət sonra artıq Teymur zənglərə cavab verməmiş və bu günə qədərdə qalan pullarını qaytarmamışdır. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, cinayət işində olan protokolları və digər sənədləri də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin 11-13-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Şahid1 Əlisgəndər oğlunun19 fevral 2021-ci il tarixli ərizəsindən görünür ki, sonuncu Təqsirləndirilən şəxs başqa sahələrdə iş görmək fikri olduğunu, ona şərik olmağı təklif etdiyini, həmin işdən yaxşı qazanc əldə edəcəyini bildirirərək, birinci dəfə Teymura 500 və 1000 ABŞ dolları, daha sonra 7000, 7200 və 8800 ABŞ dolları verdiyini, həmçinin, nüfuzlu adamların adlarından istifadə edərək onu aldadıb ümumilikdə 38.000 ABŞ dolları aldığını bildirmişdir. Cinayət işinin 22-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Şahid1 Əlisgəndər oğlunun təqdim etdiyi əlyazmadan görünür ki, Təqsirləndirilən şəxs adından sonuncunun Şahid1 Əlisgəndər oğlundan 27 aprel 2020-ci il tarixdə 7000 dollar götürdüyünü, 25 may 2020-ci il tarixdə qaytaracğı qeyd edilmişdir. Həmin sənədın Təqsirləndirilən şəxs və Şahid1 tərəfindən imzalanmışdır. Cinayət işinin 23-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Şahid1 Əlisgəndər oğlunun təqdim etdiyi əlyazmadan görünür ki, Təqsirləndirilən şəxs adından sonuncunun Şahid1 Əlisgəndər oğlundan 08 iyun 2020-ci il tarixdə 7200 dollar götürdüyünü, bir ay müddətində qaytaracğı qeyd edilmişdir. Cinayət işinin 24-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Şahid1 Əlisgəndər oğlunun təqdim etdiyi yuxarısında «Borc sövdələşməsi» yazısı olan əlyazmadan görünür ki, Təqsirləndirilən şəxs adından sonuncunun Şahid1 Əlisgəndər oğlundan 18 iyun 2020-ci il tarixdə 8800 dollar götürdüyünü, 13 iyul 2020-ci il tarixdə qaytaracağı qeyd edilmişdir. Cinayət işinin 112-113-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 09 iyun 2021-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, "xxxx" MMC-dən daxil olmuş telefon danışıqlarına dair diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, diskdə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-**, Şahid1 Əlisgəndər oğlunun istifadəsində olmuş ***-***-**-** və X2 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrələrinə dair sms mətnləri, danışıqlar, abunəçilər və anten məlumatları vardır. Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsinə aid olan qovluqlara baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı hal aşkar olunmamışdır. Şahid1 Əlisgəndər oğlunun istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsinə aid olan qovluqlara baxış zamanı müəyyən edilmişdir ki, smslər qovluğunda iş üçün əhəmiyyət kəsb edən hər hansı hal yoxdur. Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsi ilə Şahid1 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsi arasında 27.03.2020-ci il tarixdə saat 09:34-də 23 saniyə, 09.04.2020-ci il tarixdə saat 19:18-də 97 saniyə, 14.04.2020-ci il tarixdə saat 09:42-də 128 saniyə, 25.04.2020-ci il tarixdə saat 18:53-də 333 saniyə, 26.04.2020-ci il tarixdə saat 17:18-də 28 saniyə, 29.04.2020-ci il tarixdə saat 12:04-də 55 saniyə, 25.05.2020-ci il tarixdə saat 21:15-də 107 saniyə, 08.06.2020-ci il tarixdə saat 20:12-də 144 saniyə, 18.06.2020-ci il tarixdə saat 17:13-də 471 saniyə, 14.07.2020-ci il tarixdə saat 13:07-də 183 saniyə, 21.07.2020-ci il tarixdə saat 10:26-da 192 saniyə, 11.08.2020-ci il tarixdə saat 21:25-də 364 saniyə, 21.08.2020-ci il tarixdə saat 12:45-də 437 saniyə, 23.08.2020-ci il tarixdə saat 20:14-də 249 saniyə, 27.08.2020-ci il tarixdə saat 11:12-də 214 saniyə, 18.10.2020-ci il tarixdə saat 11:03-də 545 saniyə, 06.11.2020-ci il tarixdə saat 20:12-də 558 saniyə, 01.12.2020-ci il tarixdə saat 11:56-da 31 saniyə telefon danışığı olmuş, Şahid1 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsi 24.05.2020-ci il, 21.08.2020-ci il, 27.08.2020-ci il, 18.10.2020-ci il, 25.10.2020-ci il, 06.11.2020-ci il və 01.12.2020-ci il tarixlərdə aparılan telefon danışıqları zamanı “İçəri şəhər, Muğam restoran, Neftçilər pr.”, digər telefon danışıqları zamanı isə “KT Qələbə” anten dairəsinin hüdudlarında olmuşdur. X2 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsinə aid olan qovluqlara baxış zamanı müəyyən edilmişdir ki, smslər qovluğunda iş üçün əhəmiyyət kəsb edən hər hansı hal yoxdur. Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsi ilə Əlisgəndər Ədillinin istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsi arasında 11.06.2020-ci il tarixdə saat 13:42-də 37 saniyə, 18.06.2020-ci il tarixdə saat 13:26-da 74 saniyə, 23.07.2020-ci il tarixdə saat 15:06-da 65 saniyə, 10.08.2020-ci il tarixdə saat 13:37-də 53 saniyə, 21.09.2020-ci il tarixdə saat 18:24-də 26 saniyə, 12.10.2020-ci il tarixdə saat 21:57-də 72 saniyə, 26.10.2020-ci il tarixdə saat 14:59-da 151 saniyə, 01.11.2020-ci il tarixdə saat 15:18-də 265 saniyə və 15.11.2020-ci il tarixdə saat 14:43-də 211 saniyə telefon danışığı olmuş, sonuncu telefon danışığı zamanı Əlisgəndər Ədillinin istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsi “Bakı şəhəri Yasamal rayonu 11-ci Xrebtovi küçəsi, 132” anten dairəsi, digər telefon danışıqları zamanı isə “KT Qələbə” anten dairəsinin hüdudlarında olmuşdur. Qeyd edilənlərdən başqa qovluqlara baxış zamanı iş üçün əhəmiyyət kəsb edən başqa bir hal, o cümlədən “Namiq” adlı şəxsə məxsus hər hansı mobil telefon nömrəsi ilə danışıqların aparılmağı müəyyən edilməmişdir. Cinayət işinin 114-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 09 iyun 2021-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, "xxxx" MMC-dən daxil olmuş telefon danışıqlarına dair diskə baxış zamanı müəyyən edilmişdir ki, diskdə 4 ədəd fayl, həmin fayllarda Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsinə dair sms mətnləri, danışıqlar, abunəçilər və anten məlumatları vardır. SMS mətnlərinin olduğu fayllara baxış zamanı ***-***-**-** saylı mobil telefon nömrəsi ilə müxtəlif mobil telefon nömrələri arasında şəxsi söhbətlərlə bağlı yazışmaların olduğu, lakin həmin yazışmalarda iş üçün əhəmiyyət kəsb edən hər hansı halın olmadığı müəyyən olunmuşdur. Telefon danışıqlarının əks olunduğu fayllara baxış zamanı ***-***-**-** saylı mobil telefon nömrəsi ilə Şahid1 Əlisgəndər oğlunun istifadəsində olmuş ***-***-**-** saylı və X2 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrələri arasında müxtəlif vaxtlarda danışıqların olduğu müəyyən olunmuşdur. Baxış zamanı iş üçün əhəmiyyət kəsb edən başqa bir hal, o cümlədən “Namiq” adlı şəxsə məxsus hər hansı mobil telefon nömrəsi ilə danışıqların aparılmağı müəyyən edilməmişdir. Cinayət işinin 115-122-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 10 iyun 2021-ci il tarixli üzləşdirmədə dindirmə protokolundan görünür ki, Şahid1 Əlisgəndər oğlu ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə zamanı Şahid1 istintaq zamanı verdiyi ifadəsini: “....Teymur mənim yanıma gəlib pandemiya ilə bağlı məhdudiyyətlərin uzun müddət davam edəcəyini, sahibkarlara çoxlu ziyan dəyəcəyini bildirib yeni iş qurmağı təklif etdi. Teymur özünün şirniyyat müəssisəsi olduğunu, nüfuzlu şəxslər üçün müxtəlif şirniyyat növləri, o cümlədən tort və paxlava bişirildiyini dedi. Teymur həmin işi böyütmək üçün müəyyən məbləğdə pul lazım olduğunu, ona bununla bağlı kömək edib, pul verəcəyim təqdirdə həmin işi böyüdəcəyini, həm özünün, həm də mənim yaxşı qazanc əldə edəcəyimizi bildirdi. Teymur fikrini dəqiqləşdirərək ona 1000 manat verəcəyim təqdirdə, 15 gün ərzində həm həmin pulu qaytaracağını, həm də əlavə 300 manat qazanc verəcəyini dedi. İlk dəfə 2020-ci ilin mart ayının 17-də özümdə olan 1000 manat pulu işlətdiyim mağazada Teymura verdim. Həqiqətən də, Teymur 2020-ci ilin aprel ayının 1-də 1400 manat pulla mənim yanıma gəldi. Həmin 1400 manat puldan 100 manat özünə götüərək qalan pulu mənə verdi. ...Teymura həmin ilin avqust ayınadək hər dəfə 1000 manat olmaqla 6 dəfə, ümumilikdə 6000 manat da pul verdim. Teymur da mənə hər 1000 manat pula görə 300 manat qazanc kimi verirdi. Teymur ilk dəfə məndən aldığı 1000 manat pulu qaytarsa da, sonradan ona hər dəfə verdiyim 1000 manat məbləğində olan pulları qaytarmayaraq dövriyyədə olduğunu deyirdi. Beləliklə, şirniyyat işi ilə bağlı Teymura verdiyim ümumilikdə 7000 manat məbləğində puldan 1000 manatını mənə qaytarsa da, qalan 6000 manat məbləğində pul Teymurun deməsinə görə güya dövriyyədə olmuşdur. ...Həmin gün 7000 ABŞ dolları pulu dəftər vərəqinə bükülü formada şəxsən Teymura verdim. ...2020-ci ilin təxminən iyun ayında Teymur mənə işdə kiçik problem yarandığını, əlavə 7200 ABŞ dolları pul lazım olduğunu bildirdi. Mən Teymura inandığımdan işin həll edilməsi məqsədilə 8 iyun 2020-ci il tarixdə yaşadığım evdə 7200 ABŞ dolları pulu saydıqdan sonra dəftər vərəqinə büküb Teymura verdim. ...Bundan sonra, Teymur yaxşı nüfuzlu tanışları olduğunu və oğlum Əlisgəndər Ədillini Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində hüquq məsləhətçisi kimi işə düzəldə biləcəyini dedi. Bunun üçün Teymur 15000 ABŞ dolları məbləğində pul lazım olduğunu bildirdi. ...Teymur ilə danışığımızdan təxminən bir həftə sonra borc xərc edərək 14000 ABŞ dolları pul düzəltdim. Mən kağıza bükülü formada, hər biri 100 ABŞ dolları əsginasında olan 14000 ABŞ dolları pulu şəxsən Teymura verdim, o da 2020-ci ilin dekabr ayının 25-nə kimi oğlum Əlisgəndərin əmrinin veriləcəyini dedi. ...Beləliklə, Teymur mənim ona olan etibarımdan sui-istifadə edərək ticarət adı ilə məndən 16000 ABŞ dolları, oğlum Əlisgəndəri işə düzəltmək adı ilə 14000 ABŞ dolları, eləcə də şirniyyat işi ilə əlaqədar 7000 manat pulumu aldadaraq ələ keçirmiş, mənə qarşı dələduzluq etmişdir. ...” hissəsində Təqsirləndirilən şəxs üzünə qarşı bir daha deyərək sonuncunu ifşa etmişdir. Cinayət işinin 123-127-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 10 iyun 2021-ci il tarixli üzləşdirmədə dindirmə protokolundan görünür ki, X5 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə zamanı Əlisgəndər Ədilov istintaq zamanı verdiyi ifadəsini “....təxminən 2020-ci ilin sentyabr ayında atamın Teymur adlı şəxsə mənim işə düzəlməyib müqabilində 14000 dolları pul verməyi barədə məlumatım oldu. ...Atam mənim işə düzəlməyib müqabilində verdiyi 14000 ABŞ dolları puldan əlavə Teymurun ondan ticarət etmək adı ilə əlavə olaraq 16000 ABŞ dolları, eləcə də 7000 manat pul aldığını bildirdi. ...Teymur atama ***-***-**-** mobil nömrəsini verib mənimlə bağlı sənədləri həmin şəxsə çatdırmağımızı demişdi və həmin nömrə ilə ancaq “Whatsapp” vasitəsilə əlaqə saxlamağımızı bərk-bərk tapşırmışdı. Mən də istifadəmdə olan ***-***-**-** mobil nömrəm ilə qeydiyyatdan keçdiyim “Whatsapp” proqramında diplomumun, şəxsiyyət vəsiqəmin və 19 saylı şəhər poliklinikasından aldığım sağlamlıq arayışını ***-***-**-** mobil nömrəyə göndərdim. ...Teymur yenə mobil telefonuma dəfələrlə zəng edib 12000 ABŞ dolları verməli olduğumuzu, yoxsa işin alınmayacağını dedi. Atam və mən Teymura artıq ona inanmadığımızı, bizi aldatdığını, aldığı pulları geri qaytarmalı olduğunu dedik, Teymur isə yenə də bizi inandırmağa çalışırdı. ...” hissəsində Təqsirləndirilən şəxs üzünə qarşı bir daha deyərək sonuncunu ifşa etmişdir. Buna görə məhkəmə həmin üzləşdirmə protokollarını da sübut növü kimi qəbul edir. Cinayət işinin 133-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 17 iyun 2021-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiyi Namiq adlı şəxsin şəxsiyyətinin müəyyən edilərək Baş İdarəyə gətirilməsi mümkün olmamışdır. Cinayət işinin 138-155-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsinin mühüm işlər üzrə müstəntiqi vəzifəsini icra edən, İİ dərəcəli hüquqşüna X4 17 iyun 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, Şahid1 Əlisgəndər oğlu rüşvət vermə haqqında müvafiq dövlət orqanına könüllü məlumat verdiyindən sonuncu zərərçəkmiş şəxs qismində tanınmadan barəsində cinayət təqibinin başlanması Azərbaycan Respublikası CM-nin 39.1.11-ci maddəsinə əsasən rədd edilmişdir. Cinayət işinin 98-101-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 17 may 2021-ci il tarixli, 4(009)- 289/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin Səbail RPİ-nin İstintaq Şöbəsində istintaqı aparılır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, Şahid1 şirniyyat işi üçün aldığı pulu Namiq adlı şəxsə vermiş, Namiq də əsas məbləği və qazancı qaytardıqda, pulu Atasoltana vermiş, həmçinin, Şahid1 oğlu Əlisgəndəri işə düzəltmək üçün ondan pul almamışdır. Məhkəmə kollegiyası, təqsirləndirilən şəxsin ifadələrinin ittihamda nəzərdə tutulan əməllərin törənmə ardıcıllığını və mexanizmini təsdiq edən hissəsini həmin hallarla əlaqədar məhkəmədə araşdırılmış sübutların məcmusu ilə təhlil edib hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə bu barədə verdiyi ifadələri özünümüdafiə və məsuliyyətdən yayınmaq xarakteri daşıyır. Məhkəmə şahidlərin ifadələrini, istintaq hərəkəti protokollarını və əsaslılığı heç bir şübhə doğurmayan digər sübut əhəmiyyətli sənədləri ayrı-ayrılıqda tədqiq edərək belə nəticəyə gəlir ki, bütün bu sübutlar bir-biri ilə vəhdət təşkil edib uyğunlaşaraq verilmiş ittihama uyğun cinayət hadisəsinin ardıcıllığının və vahid mexanizminin tam şəkildə gerçək təsvirini formalaşdırmışdır. Təqsirləndirilən şəxsin cinayət əməlini törətməkdə təqsirli olması cinayət təqibi ilə bağlı məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilib toplanmış iş materialları ilə kifayət qədər sübuta yetirildi. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11.06.2015ci il tarixli qərarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Beləki, plenumun qərarının 1-ci bəndində qeyd edilmişdi ki, Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgəsinin əmlakını ələ keçirmək və ya əmlak hüquqlarını əldə etmə o halda dələduzluq hesab edilir ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hərhansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməsinə və yaxud əmlak hüquqları əldə etməsinə yönəlmiş olsun. Həmin qərarın 36-cı bəndində bildrilir ki,rüşvət vermə və ya rüşvət verməyə cəhd etmə cinayətlərinin törədilməsi zamanı isə şəxs tərəfindən istər vəzifəli şəxsə, istərsə də rüşvətxorluqda vasitəçilik etmiş və ya rüşvətxorluqda vasitəçilik etmək adı ilə dələduzluq etmiş şəxsə verilmiş pul, qiymətli kağızlar və ya sair maddi nemətlər ona məxsus olmuş əmlakdan artıq rüşvətin predmetinə çevrilir və həmin şəxs bu maddi nemətlərin nə vaxtsa qaytarılmasını yox, rüşvətin müqabilində onun xeyrinə vəzifəli şəxs tərəfindən qanuni və ya qanunsuz hərəkətin (hərəkətsizliyin) edilməsini gözləyir. İzah edilsin ki, özgənin əmlakını ələ keçirmək məqsədi ilə vəzifəli şəxs öz qulluq mövqeyinə görə onun səlahiyyətlərinə aid olmayan hər hansı hərəkətin (hərəkətsizliyin) edilməsini vəd edərək buna görə pul, qiymətli kağızlar və sair maddi nemətlər aldıqda təqsirkarın əməli dələduzluq kimi qiymətləndirilməlidir.Şəxs, heç bir səlahiyyətə malik olmayan digər şəxsdən onun xeyrinə olan hər hansı hərəkətin (hərəkətsizliyin) vəzifəli şəxs tərəfindən edilməsində köməklik göstərilməsini xahiş etdikdə və onun razılığını aldıqdan sonra bunun müqabilində vəzifəli şəxsə çatdırılması üçün vasitəçiyə pul və ya sair nemətlər verdikdə, lakin vasitəçi pulu və ya sair nemətləri hansısa vəzifəli şəxsə çatdırmaq niyyətində olmayaraq ələ keçirdikdə sonuncunun əməli dələduzluq kimi qiymətləndirilir. Rüşvət verməyə cəhd edən şəxsin təşəbbüsü ilə vəzifəli şəxsə vermək məqsədi ilə pul və ya sair maddi nemətləri almış şəxs ondan asılı olmayan səbəblərdən (məsələn, vəzifəli şəxslə sövdələşmənin baş tutmaması, hüquq mühafizə orqanları tərəfindən ifşa edilməsi, son nəticədə rüşvət kimi verməli olduğu maddi nemətləri mənimsəmək niyyətinin yaranması və sair) rüşvətin predmetini səlahiyyətli şəxsə verə bilmədikdə onun əməli dələduzluq deyil, rüşvət verməyə cəhd etmədə iştirakçılıq və işin hallarından asılı olaraq özgənin əmlakını mənimsəmə kimi qiymətləndirilir. Şəxs, o cümlədən müvafiq səlahiyyətləri olmayan vəzifəli şəxs rüşvətxorluqda vasitəçilik etmək adı altında hər hansı hərəkətin (hərəkətsizliyin) edilməsinə görə səlahiyyətli vəzifəli şəxsə vermək adı ilə digər şəxsi rüşvət verməyə təhrik etdikdə və vədinə əməl etmək niyyətində olmayaraq pul və ya sair nemətləri ondan alıb ələ keçirdikdə onun əməli həm dələduzluq (CM-nin 178-ci maddəsi), həm də rüşvət verməyə təhrik etmə (CM-nin 32.4,312-ci maddələri) kimi qiymətləndirilir. Nəzərə almaq lazımdır ki, şərh edilmiş bütün bu hallarda təqsirkara rüşvət şəklində pul və sair maddi nemətlər vermiş şəxsin əməli rüşvət verməyə cəhd kimi CM-nin 29,312-ci maddələri ilə tövsif edilir, onların zərər çəkmiş qismində tanınması istisna olunur, CM-nin 312-ci maddəsinin qeydində nəzərdə tutulmuş hallar müəyyən edilmədikdə həmin şəxslərin də cinayət məsuliyyətinə cəlb edilmələri məsələsi qanuna müvafiq qaydada həll edilir. Beləliklə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədlərin sübut növü kimi qəbuledilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə cinayət əməlini törətməsində təqsirli olması kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 32.4, 312.1-ci maddələri lə tövsif olunmuş, o, həmin maddədə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Azərbaycan RespublikasıCinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin 81-ci vərəqəsində olan Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübariz Baş İdarəsinin verdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. Cinayət işinin 86-cı vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsindən daxil olmuş 27 may 2021-ci il tarixli, 4580 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmamışdır. Cinayət işinin 129-cu vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsindən daxil olmuş 03 iyun 2021-ci il tarixli, 19/51-6126 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs yuxarıda adı göstərilən mərkəzdə müalicədə olmayıb və qeydiyyatda yoxdur. Məhkəmə cəza təyini zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən və Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halları müəyyən etməmişdir. Məhkəmə kollegiyası vurulmuş maddi ziyanın külli miqdarda olmasınıda nəzərə alır. Belə ki, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cu il tarixli 4 saylı qərarının 1-ci bəndində qeyd edilmişdir ki, «Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə, onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakcılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir». Məhkəmə xüsusi ilə vurğulayır ki, qanuni, əsaslandırılmış və ədalətli cəzanın təyin edilməsi cinayətkarlıqla mübarizə aparılması və hüquq qaydalarının möhkəmləndirilməsi üçün vacib vasitə olmaqla, lazımı cəzalandırma tədbirini təmin edir, məhkumun islah olunması və yenidən tərbiyə edilməsinə köməklik göstərir, onun, həm də sair şəxslər tərəfindən yeni cinayət edilməsinin qarşısını alır. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Cəzaçəkmə müəssisəsinin növü ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə növündə təyin ediləcək cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair Bakı şəhəri Səbail Rayon Polis İdarəsində istintaq olunan cinayət işi üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 17 may 2021-ci il tarixli, 4(009)-289/2021 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 16 may 2021-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. (iş vərəqə 98- 101) Lakin, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 32.4, 312.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə ibtidai istintaq dövründə qətimkan tədbirinin seçilməsi ilə bağlı məsələyə baxılmadığından, Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 iyul 2021-ci il tarixli hazırlıq iclasının qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməklə, həbsetmənin əvvəli 14 iyul 2021-ci il tarixdən hesablanmışdır. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs tərəfindən etibarını qazanmaq üçün Şahid1 verilmiş, sonuncudan pul almasını təsdiq edən 3 ədəd əlyazma, eləcə də "xxxx" MMC və "xxxx" MMC-dən istintaq idarəsinə daxil olmuş 2 ədəd telefon danışıqlarına dair izahlı diskin cinayət işinin materiallarına əlavə edilib saxlanılması nəzərə alınmalıdır. İş üzrə ekspertiza xərci yoxdur. İş üzrə mülki iddia verilməmişdir. Cinayət işinin 88-89-cu vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X17 İdarəsindən daxil olmuş 25 may 2021-ci il tarixli, 016-58781-1221 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs adında 17.08.2020-ci il tarixdən “QAZ-24” markalı **-FZ-*** dövlət qeydiyyat nişanlı avtomobil qeydiyyatdadır. Cinayət işinin 91-92-ci vərəqələrində olan Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətindən daxil olmuş 31 may 2021-ci il tarixli, 102/g-9 saylı məktubdan və Yasamal-11 Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətindən daxil olmuş 19 may 2021-ci il tarixli, 34 nömrəli məktubdan görünür ki, Yasamal rayonu, Z.Xəlilov küçəsi, ev 26, mənzil 55 ünvanında Təqsirləndirilən şəxs adlı şəxsin yaşamadığı, həmin mənzilin 23.02.2015-ci il tarixdən etibarən X11 mülkiyyətində olduğu müəyyən olunmuşdur. Cinayət işinin 131-ci vərəqəsində olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən daxil olmuş 04 iyun 2021-ci il tarixli, **********58 nömrəli məktubdan görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələrində mövcud arxiv materiallarına əsasən Təqsirləndirilən şəxs adına qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. Məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla); Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Təqsirləndirilən şəxs cinayət yolu ilə əldə etdiyi əmlakı müəyyən edilməmiş, istintaq zamanı ona məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmamış, iş üzrə mülki iddia yoxdur. Buna əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qarşı xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25.06.2003-cü il tarixli, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11.06.2015-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 32.4, 312.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə 06 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312.1-ci maddəsi ilə 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 07 (yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli çəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 14 iyul 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs tərəfindən etibarını qazanmaq üçün Şahid1 verilmiş, sonuncudan pul almasını təsdiq edən 3 ədəd əlyazma, eləcə də "xxxx" MMC və "xxxx" MMC-dən istintaq idarəsinə daxil olmuş 2 ədəd telefon danışıqlarına dair izahlı diskin cinayət işinin materiallarına əlavə edilib saxlanılması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxsə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldıqdan 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar