Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1364/2022 22.12.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 13:00-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Paşayev Azər İslah oğlu, (sədrlik edən), Quliyev Əhməd Qəhrəman oğlu və Sadıxov Rasim Əkrəm oğlundan ibarət tərkibdə, məhkəmənin iclas katibi, X7, dövlət ittihamçıları Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokurorları Dövlət ittihamçısı və X3, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Yusif Allahverdiyev və Partnyorları” Vəkil Bürosunun vəkili X4 iştirakı ilə, xx.xx.1976-cı il tarixdə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkum olunmuş, Yevlax rayonu, Aran Qəsəbəsində qeydiyyatda olan və Abşeron rayonu, Xırdalan şəhəri, ünvansız evdə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə edib satmaq məqsədi ilə “Röyal” adlı İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı şəxs və qeyriləri ilə cinayət əlaqəsinə girərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında, qazanc əldə etmək müqabilində mütəmadi olaraq “Röyal” adlı şəxsə məxsus külli miqdarda narkotik vasitə və psixotrop maddənin satışını həyata keçirəcəyi barədə razılığa gəlib 08 fevral 2022-ci il tarixdə şəxsiyyəti istintaqa məlum olmayan şəxs tərəfindən qabaqcadan ünvan 2 ünvanında yerləşən su sayğacının qutusuna qoyulmuş külli miqdarda, ümumi təmiz çəkisi 1.010,0 qram narkotik vasitə heroini və ümumi təmiz çəkisi 1,578 qram psixotrop maddə metamfetamini həmin yerdən götürüb qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Nəsimi RPİ-nin 19-cu PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 08 fevral 2022-ci il tarixdə saat 19 radələrində ünvan 3 ünvanının qarşısında şübhəli şəxs qismində saxlanılaraq ünvan 4nda yerləşən Bakı şəhəri Nəsimi RPİ-nin 19-cu PŞ-nə gətirilib orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 1,578 qram olan ağ rəngli kristallik formada maddə, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və əlində daşıdığı, üzərində “Royal Canin” yazılmış paketin içərisindən külli miqdarda, ümumi təmiz çəkisi 1.010,0 qram olan qəhvəyi rəngli maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməllərinə görə Bakı şəhəri Nəsimi RPİ-nin İstintaq şöbəsində istintaqı aparılan cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndiriləndirilərək Bakı şəhəri Nəsimi rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilməklə Bakı şəhəri, Nizami rayonu, Böyükşor qəsəbəsi, 8-ci Köndələn küçəsində yerləşən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Müalicə Müəssisəsində saxlanılarkən istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə əldə edib üzərində saxlamaqla daşıması barədə daxil olmuş əməliyyat məlumatı əsasında Müalicə Müəssisəsinin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə saat 09 radələrində müəssisənin İntensiv terapiya şöbəsində üzərinə, şəxsi əşyalarına və yataq yerinə keçirilmiş baxış zaman əynində olan boz rəngli idman şalvarının sağ cibindən 01 ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi 0,386 qram ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində özünü təqsirli bilərək göstərmişdir ki, 4 ildir ki, özü narkotik vasitə istifadəçisidir. Həmin narkotik vasitəni ayrı-ayrı şəxslərdən alır. Həmin şəxslərin anket məlumatları ona məlum olmamış və xarici görünüşlərini xatırlamır. “Facebook” sosial şəbəkəsində İran İslam Respublikası vətəndaşı ilə tanış olmuşdur. Həmin şəxs danışıq zamanı narkotik vasitə satdığını və Bakı şəhərinin ərazisində narkotik vasitələrin onlayn satışını həyata keçirdiyini demişdir. Həmin şəxsin məlumatlarını tam bilməsə də, özünü “Röyal” kimi təqdim etmişdir. Belə ki, “Röyal” adlı şəxs bildirmişdir ki, narkotik almaq istəyən şəxslər ona “PayPoint” onlayn ödəniş sistemi vasitəsi ilə onun qeyd etdiyi hesablara ödəniş edir. Bu danışıqdan sonra “Röyal” adlı şəxs satmaq məqsədilə 2021 -ci ilin fevral ayının 8-də ünvan 3 ünvanına narkotik vasitə heroin və psixotrop maddə metamfetamin göndərmişdir. Həmin narkotik vasitənin olduğu yerin foto şəklini Whatsapp” sosial şəbəkəsi vasitəsi ilə mobil telefonuna göndərmişdir. O, narkotik vasitəni götürdükdən sonra “Röyal” adlı şəxs ilə əlaqə saxlamışdır. Röyal narkotik vasitəni özündə saxlamağı, alıcı olduğu halda ona deyəcəyini və onun həmin yerə gedərək narkotik vasitəni satacağını demişdir. İstifadə etmək məqsədilə 1 büküm olan psixotrop maddə metamfetamini əynində olan idman şalvarının sağ yan cibinə qoymuşdir. Qalanı isə üzərində “Royal Canın” yazılan paketin içərisində olmuşdur. Belə ki, həmin paketin içərisindəki narkotik vasitə heroin bükümünün üzəri “skoçla" örtülmüşdür. Oradan çıxdıqdan sonra həmin gün saat 19 radələrində 3 nəfər daha əvvəl tanımadığı şəxs ona yaxınlaşıb narkotik vasitə əldə etməkdə və satmaqda şübhəli olduğunu, buna görə də onlarla polis şöbəsinə getməli olacağını demişlər. O həmin şəxslərlə polis şöbəsinə getmişdir. Polis şöbəsinə gəldikdən sonra ona maddi durumumun zəif olduğu üçün dövlət hesabına vəkil təyin edilmiş və o şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra üzərinə video kameranın müşayiəti ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı o, şalvarının sağ yan cibində olan 1 ədəd bükümdə psixotrop maddə metafetamini və üzərində “Royal Canın” yazılmış paketin içərisində olan üzəri “skoçla” örtülmüş 1 ədəd bükümdə heroini təqdim etmişdir. Üzərinə keçirilmiş baxış zamanı zaman həmin narkotik vasitə maddəni İran İslam Respublikası vətəndaşı kimi tanıdığı Royal adlı şəxsin ona şəxsi istifadəsi üçün göndərdiyini demişdir. Üzərindən çıxan psixotrop maddəni isə Xutor qəsəbəsindən tanamadığı şəxsdən aldığını desə də həqiqətdə həmin psixotrop maddəni də Royal adlı İran İslam Respublikası vətəndaşından almışdır. Daha sonra təhqiqatçı tərəfindən şəxsi axtarış keçirilməsi haqqında protokol tərtib edilmiş və bütün iştirakçılar tərəfindən protokol imzalanmışdır. Bundan başqa, 08 fevral 2022-ci il tarixdə Nəsimi rayon polis idarəsinin əməkdaşları tərəfindən saxlanılaraq Azərbaycan Respublikası CM-nin 234.4.3-cü və 234.4.1 -ci maddəsi ilə təqsirləndirilən şəxs qismində təqsirli bilinərək barəsində həbs qətimkan tədbiri seçilmiş və 11 fevral 2022-ci il tarixdə saxlanılması üçün Bakı İstintaq Təcridxanasına göndərilmişdir. Sağlamlığında yaranılan problemlər nəticəsində o, 15 fevral 2022-ci il tarixdə Penitesİar Xidmətin Müalicə Müəssəsinə gətirilmişdir. O, ağır şəkər xəstəsi olduğundan 2 aya yaxın müalicə müəssəsində qalmışdır. 28 fevral 2022-ci il tarixdə, səhər saat 09:00 radələrində o, palatada olduğu zaman 3 nəfər penitensiar xidmətin zabiti palataya daxil olmuş və ona ayağa durmağını xahiş etmişlər. Sonra isə, onun üzərinə və yatağına baxış keçirmişlər. Həmin zaman müalicə müəssəsinin koridorunda olan iki nəfər məhkumu çağırmış və sonuncuların iştiraki ilə üzərinə baxış keçirmişlər. Onun üzərində olan boz rəngli şalvarın sağ yan cibindən 01 (bir) ədəd şəffaf seloffana bükülən özünə məxsus olan psixotrop maddə olan metamfetamini aşkar etmişlər. Sonra isə orada olan həmin iki nəfər şəxsin iştiraki ilə üzərində aşkar olunan metamfetamini protokollaşdıraraq qablaşdırmışlar. Həmin psixotrop maddə olan metamfetamin ona məxsus olmuş və o, həmin metamfetamini şəxsi istifadəsi üçün əldə etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ona verilən ittihamla özünü təqsirli bilməsi barədə məhkəmədə verdiyi etirafedici ifadəsi ilə yanaşı onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsinin məhkəmə baxışı zamanı tədqiq edilmiş aşağıdakı sübut növləri ilə tam təsdiq olunması qənaətinə gəlir. Elə ki, məhkəmədə şahid qismində dindirilmiş Nəsimi RPİ-nin 19-cu PŞ-nin baş əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, 08 fevral 2022-ci il tarixdə etimad doğuran məlum qərəzsiz mənbədən Təqsirləndirilən şəxs qanunsuz narkotik vasitələri və psixotrop maddələri satış məqsədilə əldə edib, Nəsimi rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə şöbənin əməliyyat müvəkkili Şahid1 əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə müvafiq icazə verildikdən sonra o, şöbənin əməliyyat müvəkkili X5 və Şahid1 ibarət əməliyyat qrupu yaradılmışdır. 08 fevral 2022-ci il tarixdə saat 19:00-da Təqsirləndirilən şəxs ünvan 3 ünvanının qarşısında saxlanılmışdır. Onlar Təqsirləndirilən şəxs xidməti vəsiqələrini göstərərək, özlərini təqdim etmiş və narkotik vasitə və psixotrop maddələrin əldə edilərək satışında şübhəli olduğunu izah etmişlər. Bundan sonra həmin şəxsə izah etmişlər ki, hazırda müvafiq prosessual hərəkətlərinin keçirilməsi məqsədilə birlikdə polis şöbəsinə getməlidir. Həmin şəxs etiraz etmədən onlarla razılaşmış və polis şöbəsinə gəlmişlər. Şöbəyə gəldikdən sonra müvafiq hərəkətlərin keçirilməsi Nəsimi RPİ-nin 19-cu PŞ-nin təhqiqatçısı Yaqub Cəlilova həvalə edilmişdir. X10 saxlanılan şəxs Təqsirləndirilən şəxs müdafiə hüququnu izah edib, vəkillərin siyahısını vermişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi üçün vəkil təyin edildikdən və həmin vəkil inzibati binaya gələrək, şübhəli şəxsə təqdim edildikdən sonra Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuş və daha sonra üzərinə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış video kameranın müşayiəti İlə keçirilmişdir. Şəxsi axtarış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sağ yan cibindəki 1 ədəd kağız bükülünü və əlində olan 1 ədəd bükülünü təqdim etmişdir. Cibində olan bükülünün “şüşə-patı” adlanan psixotrop maddə metamfetamin və əlində olan üzəri yapışqanlı lentlə bərkidilmiş bükümün isə “kakos” -heroin adlanan narkotik vasitə olduğunu demişdir. Haradan əldə etməsi soruşulan zaman Təqsirləndirilən şəxs narkotik vasitə heroini İran vətəndaşı olan Röyal adlı şəxsdən “Online” yəni, internet vasitəsi ilə 400 manata aldığını bildirmişdir. Üzərində olan psixotrop maddəni isə tutulmamışdan 2-3 gün əvvəl “Xutor” deyilən ərazidə tanımadığı şəxsdən 20 manata aldığını demişdir. Aşkar olunmuş heroinə bənzər və psixotrop maddə metamfetaminə bənzər maddələr sübut əhəmiyyəti kəsb etdiyindən qablaşdırılaraq götürülmüşdür. Bundan sonra şəxsi axtarış keçirilməsi haqqında protokol tərtib edilmiş və bütün iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Nəsimi RPİ-nin 19-cu PŞ-nin baş əməliyyat müvəkkili Şahid1 Sadiq oğlu Şahid2 verdiyi ifadə ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Müalicə müəssisəsinin Əməliyyat bölməsinin böyük inspektoru Şahid3 ifadəsində göstərmişdir ki, 28 fevral 2022-ci il tarixdə təxminən saat 09:00 radələrində daxil olmuş əməliyyat məlumatı əsasında aparılmış axtarış-baxış tədbirləri zamanı müəssisənin İntensiv Terapiya şöbəsində müalicə alan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs üzərinə, şəxsi əşyalarına və yataq yerinə hal şahidlərinin iştirakı ilə baxış keçirilən zaman əynində olan boz rəngli idman şalvarının sağ cibindən 1 (bir) ədəd şəffaf sellofan bükülüdə ağ rəngli şəffaf şüşə qırıqları şəklində narkotik vasitəyə bənzər maddə aşkarlanaraq götürülmüş, iştirakçıların və hal şahidlərinin iştirakı ilə xüsusi zərfdə qablaşdırılaraq möhürlənmişdir. Götürülmüş maddə barədə hal şahidlərinin iştirakı ilə protokol tərtib olunmuş, protokol hamıya ucadan oxunmuş, hamı tərəfindən İmzalanmışdır. Məhkəməd şahid qismində dindirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Müalicə müəssisəsinin Əməliyyat bölməsinin inspektoru Şahid4 Şahid3 verdiyi ifadə ilə eyni məzmunlu ifadə vermişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmədə ifadəsi tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Müalicə müəssisəsinin Əməliyyat bölməsinin inspektoru X1 yuxarıda qeyd olunan şahid ifadələri ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinə əlavə olunmuş məhkəmə-kimyəvi ekspertizasının 31 mart 2022-ci il tarixli 6/1305 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs aşkar olunan bir ədəd bükümdə ümumi təmiz çəkisi 0,336 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan respublikasının qanunu ilə təstiq edilmiş “ Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qağan edilən psixotrop maddə “-nin siyahısına (Siyahı 1) daxildir. Cinayət işinə əlavə olunmuş məhkəmə-kimyəvi ekspertizasının 09 fevral 2022-ci il tarixli 6/792 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs aşkar olunan bir ədəd bükümdə təmiz çəkisi 1010,0 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və bir ədəd bükümdə təmiz çəkisi 1,578 qram olan ağ rəngli kristallik formada maddə kustar üsulla hazırlanmış psixotrop maddə meamfetamindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan respublikasının qanunu ilə təstiq edilmiş “ Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qağan edilən narkotik vasitə “-nin siyahısına (Siyahı 1) daxildir. Cinayət işinə əlavə olunmuş məhkəmə-psixiatrik ekspertizasının 20 aprel 2022-ci il tarixli 1943 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs Opioidlərin qəbul nəticəsində ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinə əlavə olunmuş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 1316 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı PSİXİ XƏSTƏLİYİN ƏLAMƏTLƏRİ AŞKAR OLUNMUR. Bunu cinayət işi mterialları, həmin cinayət işindəki anamnestik məlmatlar və hal-hazırda ki psixiatrik müainənin nəticələri və sayri sübut edir. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Cinayət işinə əlavə edilmiş 28 fevral 2022-ci il tarixli “Baxış və götürmə haqqında” protokoldan görünür ki, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Müalicə Müəssisəsində xx.xx.2022-ci il tarixdə saat 09:00 radələrində daxil olmuş əməliyyat məlumatı əsasında müəssisənin İntensiv Terapiya şöbəsində saxlanılan həbs edilmiş şəxs Təqsirləndirilən şəxs üzərinə, şəxsi əşyalarına və yataq yerinə hal şahidlərinin iştirakı ilə baxış keçirilən zaman əynində olan boz rəngli idman şalvarının sağ cibindən 1 (bir) ədəd şəffaf selofan bükülüdə ağ rəngli şəffaf şüşə qırıqları şəklində narkotik vasitəyə bənzər maddə aşkarlanaraq götürüldü, iştirakçıların və hal şahidlərinin iştirakı ilə xüsusi zərfdə qablaşdırılaraq möhürləndi. Götürülmüş maddə barədə hal şahidlərinin iştirakı ilə protokol tərtib olundu, protokol hamıya ucadan oxundu, hamı tərəfindən imzalandı. Bütün proses zamanı şikayət və təkliflər daxil olmadı. Cinayət işinə əlavə edilmiş 08 fevral 2022-ci il tarixli “Şəxsi axtarış və götürmə haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs keçiriləcək şəxsi axtarış və götrürmədən əvvəl iştirakçıların tərkibi elan olunaraq hüquqları izah edilir. Bundan sonra polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməyə başlanır. Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olan hər-hansı qanunsuz saxlanılan narkotik vasitə, qanunla dövriyyəsi qadağan edilmiş əşya və ya predmet varsa onları könüllü olaraq təqdim etmək təklif olundu. Təqsirləndirilən şəxs oturduğu stuldan qalxaraq əlində olan üzərində “Royal Canin” yazısı yazılmış paketi və eyni zamanda əynində olan qara rəngli idman şalvarının sağ yan cibində olan ağ rəngli 1 ədəd kağız bükülünü təqdim etmişdir. Bütün bunlardan sonra Təqsirləndirilən şəxs üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edildi, həmin şəxs üzərində hər hansı bir əşya olmadığım bildirdi. Bundan sonra Təqsirləndirilən şəxs üzərində axtarış aparılmağa başlanıldı: ilk öncə onun üst və alt geyiminə baxıldı, lakin hər hansı bir əşya aşkar edilmədi. Sonra isə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş əşyaların bir-bir adlarını deməklə təqdim etməsi təklif olundu. O, bir ədəd üzərində “Royal Canin” yazısı olan paketin içərisindən qara rəngli polietlietilen paketə bükülmüş və üzəri yapşıqanlı lentlə bərkidilmiş bükülünü təqdim edərək içərisində «kakos» deyilən narkotik maddə olduğunu, daha sonra isə əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən çıxartdığı və kağız parçasına bükülmüş kütlənin isə “şüşə-patı" adlandırılan psixotrop maddə olmasını bildirdi, ondan həmin bükülüləri hardan əldə etdiyini və nə məqsədlə üzərində gəzdirdiyini sual edəndə həmin şəxs qeyd edilən narkotik maddəyə maddəyə bənzər kütləni bugün online yolla tanış olduğu, İran İslam Respublikasının vətəndaşı olan və adının “Röyal” olduğunu bildiyi şəxsdən şəxsi istifadəsi üçün 400 manata aldığını, “şüşə-patı” adlanan psixotrop maddəni isə 2-3 gün əvvəl “Xutor" adlanan ərazidə, tanımadığı şəxsdən, şəxsi istifadəsi üçün 20 manata aldığını bildirmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərindən həm narkotik vasitə heroinin, həm də psixotrop maddə metamfetamin aşkar edilməsi, aşkar olunaraq götürülən narkotik vasitə heroinin külli miqdarda yəni 1.010,0 qram olması, onun narkotik vasitələri və psixotrop maddələri satış məqsədilə əldə edib üzərində saxlaması qənaətinə gəlməyə əsas verir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi və onun həmin əməlləri törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir, onun əməllərinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur, ona qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Binəqədi Rayon Məhkəməsinin 12 sentyabr 2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Republikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək Azərbaycan Republikası CM-nin 69.3-cü maddəsinə əsasən 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cinayət işinə əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı Şəhər Probasiya İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Binəqədi Rayon Məhkəməsinin 12 sentyabr 2019-cu il tarixli hökmünə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs Bakı Şəhər Probasiya İdarəsinin qeydiyyatında yoxdur. Göründüyü kimi, Təqsirləndirilən şəxs təyin olunmuş 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası onun tərəfindən çəkilməmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16 dekabr 2022-ci il tarixli 7(001)-939/2022 saylı qərarın surətindən görünür ki, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 1(001)-397/2019 saylı, xx.xx.2019cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddələri ilə təqsirli bilinərək 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs barəsində “8 X15 münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 5-ci bəndi tətbiq edilməklə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 1(bir) il azaldılmışdır. Beləliklə, hazırda Təqsirləndirilən şəxs həmin hökm üzrə çəkilməmiş azadlığın məhdudlaşdırılması cəzası 01(bir) il 05(beş) ay 26 (iyirmi altı) gün təşkil edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən, cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulur. Göründüyü kimi Təqsirləndirilən şəxs qəsdən cinayət törətməyə görə əvvəllər azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş və cəzanı çəkmədən yenidən qəsdən ağır cinayət törətmişdir. Ona görə də, Vəli Restəmova cəza təyin edilərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən yeni hökmlə təyin olunacaq cəzaya əvvəlki hökmlə təyin edilmiş cəza çəkilmədiyindən çəkilməmiş hissəsi qismən birləşdirilməklə yekun cəza təyin edilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzasını ağırlaşdıran halı, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 234.1-ci maddələri ilə təqsirli bilinərək, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 234.1-ci maddələrinin hər biri üzrə ayrı-ayrılıqda müəyyən müddətə azadlıqdan məhrum etmə cəzaları təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Binəqədi Rayon Məhkəməsinin 12 sentyabr 2019-cu il tarixli hökmü ilə ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) günü həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz olunaraq hazırki hökmlə ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirməklə qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 08 fevral 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq cəza ilə cəzanın məqsədini təmin etmək mümkündür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu iləəldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə nəzərdə tutulmuş müsadirə edilməli əmlak olmadığından yuxarıda qeyd olunan müddəa tətbiq olunmamalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınmaqla Nizami rayon Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və ekspert tədqiqatından sonra qalıq qalmış 0,286 qram psixotrop maddə olan metamfetamin, Nəsimi rayon Polis İdarəsində saxlanılan və ekspert tədqiqatından sonra qalıq qalmış 1009.95 qram narkotik vasitə heroin və 1 ədəd bükümdə 1,528 qram psixotrop maddə metamfetamin məhv ediməlidir. İş üzrə maddi sübut kimi tanınmış şəxsi axtarış və götürməni özündə əks etdirən 2 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə-ekspertizası ilə əlaqədar Təqsirləndirilən şəxs 260 (iki yüz altmış) manat məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq dövlət büdcəsinə ödənilməlidir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi “Yusif Allahverdiyev və Partnyorları” Vəkil Bürosunun vəkili X9 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən isə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği də məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 193.2 və 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş 56 (əlli altı) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsi hesabından müdafiəçi X8 336 (üç yüz otuz altı) manat pul onun vəkil işlədiyi “Yusif Allahverdiyev və Partnyorları” Vəkil bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3–cü maddəsi ilə 09 (doqquz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası və Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 10 (on) il müddətə müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Binəqədi Rayon Məhkəməsinin 12 sentyabr 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təyin edilmiş və çəkilməmiş 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulmaqla müəyyən edilən 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası Cinayət Məcəlləsinin 67.1ci maddəsinə əsasən hazırki hökm üzrə təyin edilmiş 10 (on) il müddətə azadlıqdan məhrumetmə cəzasına qismən birləşdirilsin və Təqsirləndirilən şəxs qəti olaraq 10 (on ) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 08 fevral 2022-ci il tarixdən hesablansın, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin. Nizami rayon Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və ekspert tədqiqatından sonra qalıq qalmış 0,286 qram psixotrop maddə olan metamfetamin, Nəsimi rayon Polis İdarəsində saxlanılan və ekspert tədqiqatından sonra qalıq qalmış 1009,95 qram narkotik vasitə heroin və 1 ədəd bükümdə 1,528 qram psixotrop maddə metamfetamin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış şəxsi axtarış və götürməni özündə əks etdirən 2 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İbtidai istintaq zamanı keçirilmiş məhkəmə-ekspertizası ilə əlaqədar Təqsirləndirilən şəxs 260 (iki yüz altmış) manat məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq dövlət büdcəsinə ödənilsin. Dövlət büdcəsi hesabından müdafiəçi X8 336 (üç yüz otuz altı) manat pul onun vəkil işlədiyi “Yusif Allahverdiyev və Partnyorları” Vəkil bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qadasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1364/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1364/2022
22.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver