Məhkəmə qərarları › İş №1(101)-1365/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1365/2022

12.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1365/2022 12.10.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər Ağayev Zeynal Qurban oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X10, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokurorları Dövlət ittihamçısı və X6, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının fərdi qaydada fəaliyyət göstərən vəkili Müdafiəçi, tərcüməçi Almaz Ramazın, zərərçəkmiş-hüquqi şəxs Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin nümayəndəsi Nümayəndə, Zərərçəkmiş şəxs1 Kobanın iştirakları ilə, xx xxxxxx 1986-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, himayəsində 4 azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat İstintaq Baş İdarəsi İstintaq və Təhqiqat İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi vəzifəsində işləmiş, hazırda işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qismində qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2. 308.2 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş özgə əmlakını vahid niyyətlə külli miqdarda ziyan vurmaqla mənimsəmə yolu ilə talamış, vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, vəzifəli şəxs kimi vahid tamah niyyətilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətmişdir. Belə ki, o, 01 mart 2019-cu il tarixli, 1000/242-Ş saylı əmrlə 01 mart 2019-cu il tarixdən 14 mart 2022-ci il tarixədək Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsi İstintaq və Təhqiqat idarəsinin İstintaq şöbəsinin müstəntiqi vəzifəsində işləyərkən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 85-ci maddəsinə əsasən, qanunla nəzərdə tutulmuş hallarda cinayət işi başlamaq, səlahiyyəti daxilində bütün istintaq və digər prosessual hərəkətləri aparmaq, şəxsi cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb etmək və onun barəsində qətimkan tədbirinin seçilməsini təmin etmək, cinayətin törədilməsi nəticəsində vurulmuş maddi ziyanın ödənilməsi, habelə tətbiq oluna biləcək xüsusi müsadirənin təmin edilməsi üçün tədbirlər görmək, cinayət işi üzrə icraatın xitam olunması barədə qərar qəbul etmək və digər səlahiyyətlərə malik vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük, yəni qazanc əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə, öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş əmlakı mənimsəmə yolu ilə talamaq məqsədilə 8 sentyabr 2020-ci il tarixdə Gürcüstan Respublikasının vətəndaşı Zərərçəkmiş şəxs1 53.000 ABŞ dolları məbləğində pul vəsaitini Bakı şəhəri X17 Aeroportu vasitəsilə Bakı-Dubay aviareysi ilə X5 apararkən Dövlət Gömrük Komitəsinə bəyan etməməsi faktına görə xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.1-ci maddəsi ilə başlanaraq icraatına verilmiş ********* nömrəli cinayət işi üzrə istintaq zamanı Gürcüstan Respublikasının vətəndaşı Zərərçəkmiş şəxs1 üzərində aşkar edilərək xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Maliyyə və Təchizat idarəsinə təhvil verilmiş 53.000 ABŞ dolları məbləğində pul vəsaitini vəzifəsindən irəli gələn prosessual hərəkətlərin icrası ilə bağlı, yəni sənədlərin məhkəmə-texniki ekspertizasının təyin edilməsi üçün xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Maliyyə və Təchizat idarəsinin mühasibat və uçot şöbəsinin cinayətdən xəbərsiz rəisi Şahid3 özü və Şahid3 tərəfindən imzalanmış xx.xx.2020-ci il tarixli protokolla təhvil alaraq həmin tarixdə tərəfindən təyin edilmiş müvafiq ekspertizanın xx.xx.2020-ci il tarixli ekspert rəyini aldıqdan sonra qeyd edilən dövrün rəsmi məzənnəsi ilə 90.100 manat təşkil edən 53.000 ABŞ dolları məbləğində pul vəsaitini ünvan 3 ünvanında yerləşən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzində qəbul edib, mənimsəmə cinayətkar əməlinin aşkar olunmasının qarşısını almaq məqsədilə ünvan 4 ünvanında yerləşən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat və İstintaq Baş İdarəsində yerləşən xidməti iş otağında xx.xx.2020-ci il tarixdə tərtib etdiyi rəsmi sənəd olan “pulların təhvil verilməsi barədə” xx.xx.2020-ci il tarixli protokolun məzmununa tamah niyyətilə cinayətin predmeti olmayan 10.000 ABŞ dolları məbləğində pul vəsaitinin guya Gürcüstan Respublikasının vətəndaşı Zərərçəkmiş şəxs1 qaytarılmasına dair bilə-bilə yalan məlumatları daxil etməklə həmin protokolda Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Maliyyə və Təchizat İdarəsinin mühasibat və uçot şöbəsinin rəisi Şahid3, Gürcüstan Respublikasının vətəndaşı Zərərçəkmiş şəxs1 və tərcüməçi Şahid4 adlarının qarşısındakı imzaları oxşatmaqla çəkib, həmçinin, cinayətkar niyyətini davam etdirib 43.000 ABŞ dolları məbləğində pul vəsaitinin cinayət işi üzrə özünün xx.xx.2020-ci il tarixli “maddi sübutun tanınması və saxlanca təhvil verilməsi barədə” prossesual qərarının məzmununa guya 43.000 ABŞ dolları məbləğində pul vəsaitinin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Maliyyə və Təchizat idarəsinin mühasibat uçotu şöbəsində saxlanılmasına dair bilə-bilə yalan məlumatları vahid tamah niyyətilə həmin tarixdə ünvan 4 ünvanında yerləşən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat və İstintaq Baş İdarəsində yerləşən xidməti iş otağında daxil edib həmin qərarı öz imzası ilə təsdiqləyib pul vəsaitlərinin saxlanca təhvil verilməsini təmin etməməklə 53.000 ABŞ dolları məbləğində pul vəsaitini Bakı şəhəri ərazisində özünün şəxsi ehtiyaclarına sərf edərək, həmin rəsmi sənədləri cinayət işinin materiallarına əlavə edib, xx.xx.2020-ci il tarixdə ibtidai istintaqını apardığı cinayət işi üzrə istintaqı yekunlaşdıraraq cinayət işinin Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilməsinə nail olub, öz qulluq mövqeyindən istifadə edərək Zərərçəkmiş şəxs1 məxsus olmaqla ona etibar edilmiş həmin dövrün rəsmi məzənnəsi ilə 90.100 (doxsan min bir yüz) manat təşkil edən 53.000 (əlli üç min) ABŞ dolları məbləğində pul vəsaitini vahid niyyətlə külli miqdarda ziyan vurmaqla mənimsəyərək talamış, həmin hərəkətləri ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi əməkdaşının və dövlət qurumunun cəmiyyətdə nüfuzunun qorunub-saxlanılması ilə əlaqədar qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, vəzifəli şəxs qismində vahid tamah niyyətilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2009-2019-cu illərdə X13 müxtəlif vəzifələrdə işləmişdir. 2019-cu ilin fevral ayından isə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsi İstintaq və Təhqiqat İdarəsinin İstintaq şöbəsinin müstəntiqi vəzifəsinə təyin olunmuşdur. İşində yol verdiyi nöqsana görə xx.xx.2022-ci il tarixdə gömrük orqanlarında xidmətinə xitam verilmişdir. Belə ki, 8 sentyabr 2020-ci il tarixdə Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Heydər X1 yerləşən “Terminal 1” beynəlxalq gömrük postunda Bakı-Dubay aviareysi ilə Azərbaycan Respublikasından X5 gedən Gürcüstan vətəndaşı Jaba Jibgashivili tərəfindən özünə məxsus əl çantasından bəyan etmədiyi 53.000 ABŞ dolları məbləğində pulun aşkar edilərək götürülməsi faktı əsasında toplanmış material 14 sentyabr 2020-ci il tarixdə Əməliyyat-İstintaq Baş İdarəsinə göndərilmişdir. Həmin tarixdə material üzrə Azərbaycan Respublikası CM-in 206.1-ci maddəsi ilə cinayət işi başlanaraq istintaqın aparılması üçün onun icraatına verilmişdir. Cinayət işi tərəfindən öyrənilərkən maddi sübut olan 53.000 ABŞ dolları məbləğində pulun saxlanılması üçün protokolla Dövlət Gömrük Komitəsi Maliyyə və Təchizat İdarəsinin Mühasibat Uçotu şöbəsinə təhvil verildiyinin şahidi olmuşdur. Maddi sübut olan həmin pulla bağlı sənədlərin texniki ekspertizasının təyin edilməsi məqsədilə 14 sentyabr 2020-ci il tarixdə tərtib edilmiş protokolla Komitənin Maliyyə və Təchizat İdarəsinin Mühasibat uçotu şöbəsinin rəisi Şahid3 53.000 ABŞ dollarını təhvil almışdır. Ekspertiza təyin edilməsi barədə qərarla həmin pul əsginaslarını 29 oktyabr 2020-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə təqdim etmişdir. 24 noyabr 2020-ci il tarixdə isə Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq rəyini və 53.000 ABŞ dolları ekspertizadan götürmüş, lakin pulu X14 şöbəsinə təhvil verməmiş və uzun müddət yığılmış şəxsi borclarının qaytarılmasına sərf etmişdir. 50.000 manatdan çox borcu olmuşdur. Həmin pulları ödəyə bilmirmiş. Borclu olduğu şəxslər pullarını ondan tələb etdiklərindən, həmçinin gələcəkdə ondan şikayət edəcəklərindən ehtiyat edərək həmin maddi sübut olan 53.000 ABŞ dollarını şəxsi ehtiyaclarına xərcləmiş və düşünmüşdür ki, Jaba Jibgashivilinin barəsində məhkəmə hökmü çıxarılanadək geri qaytarar. Həmin ərəfələrdə kirayədə yaşadığı mənzilin kirayə xərclərinə, azyaşlı oğlu Mansur Qasımovun hər aylıq 800-1.000 manat arası müayinə xərclərinin ödənilməsinə də sərf etmişdir. xx.xx.2020-ci il tarixdə 53.000 ABŞ dollarından cinayətin predmeti olmayan 10.000 ABŞ dollarının guya qaytarılmasına dair protokolu Zərərçəkmiş şəxs1 imzalatdırmağa çalışsa da, həmin istintaq proseslərində tərcüməçi iştirak etdiyindən bunu edə bilməmişdir. Həmin protokolu xidməti otağında komputerdən çıxarmaqla Zərərçəkmiş şəxs1, Şahid3 və Şahid4 yerinə özü imza etmişdir. Həmçinin, ümumilikdə 53.000 ABŞ dolları tərəfindən mənimsənildiyindən, cinayət işinin materiallarına əlavə etdiyi sənədlər formal olaraq tərtib edilmişdir. Ona görə də 43.000 ABŞ dollarının guya xx.xx.2020-ci il tarixli “Maddi sübutun tanınması və saxlanca təhvil verilməsi barədə qərarla” təhvil verilməsi qeyd olunsa da, həmin vaxt həmin pul reallıqda olmadığından təhvillə bağlı tərəfindən heç bir protokol tərtib edilməmişdir. xx.xx.2020-ci il tarixdə 53.000 ABŞ dollarının maddi sübutun tanınması və saxlanca təhvil verilməsi haqqında qərar qəbul edilmişdir. Maddi sübütun tanınması və saxlanca təhvil verilməsi haqqında qərarda Zərərçəkmiş şəxs1 götürülmüş 53.000 ABŞ dolları məbləğində pulun 10.000 ABŞ dolları olan hissəsinin hüquqpozma predmeti olmadığından təqsirləndirilən şəxsin özünə qaytarılması, həmin puldan qalıq qalmış 43.000 ABŞ dollarının isə maddi sübut kimi tanınması, məhkəmə hökmünün çıxarılmasınadək Dövlət Gömrük Komitəsinin Maliyyə və Təchizat İdarəsinin Mühasibat uçotu şöbəsində saxlanılmasını göstərmişdir. Həmin müddətdə isə təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 və onun işi üzrə tərcüməçisi Şahid4 yaxın vaxtlarda 10.000 ABŞ dollarında pulu onlara qaytaracağını demişdir. Lakin, maddi vəziyətiylə əlaqədar həmin pulu təqsirləndirilən şəxsə və ya təqsirləndirilən şəxsin etibar etdiyi şəxslərə qaytara bilməmişdir. Zərərçəkmiş şəxs1 barəsində olan cinayət işi 19 dekabr 2020-ci il tarixdə yekunlaşdırılaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. 2021ci ilin mart ayının əvvəlində Zərərçəkmiş şəxs1 barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin müvafiq hökmü çıxmış, həmin hökmə əsasən Zərərçəkmiş şəxs1 məhkəmə zalından həbs edilmiş və 5 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Həmin hökmə əsasən Dövlət Gömrük Komitəsinin Maliyyə və Təchizat İdarəsinin Mühasibat uçotu şöbəsində saxlanılan 43.000 ABŞ dolları məbləğində pulun təqsirləndirilən şəxsin özü və ya onun tərəfindən etibar edilmiş şəxsə qaytarılması göstərilmişdir. Lakin həmin hökmdən apellyasiya şikayəti verildiyindən Bakı Apellyasiya məhkəməsində proseslər davam etdirilmişdir. 2021-ci ilin iyun ayının əvvəlində Bakı Apellyasiya Məhkəməsi tərəfindən qərar qəbul edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü qüvvəsində saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsində məhkəmə prosesləri davam edən dövrdə Jaba Jibgashivili tərəfindən verilmiş etibarnamə üzrə pulun özünə verilməsinə çalışan Şahid2 və Jaba Jibgashivilinin qeyri-rəsmi arvadı Şahid1 arasında pulun alınmasına dair mübahisələr yaranmışdır. Bu barədə məlumatı ona tərcüməçi kimi iştirak edən Şahid4 bildirmişdir. Şahid2 məhkəmə prosesində təqsirləndirilən şəxs Jaba Jibgahvilinin hüquqlarını müdafiə etmək üçün ona Bəkir adlı vəkil tutmuşdur. Gələcəkdə pulun verilməsinə dair problemlərin yaşana biləcəyindən ehtiyat edərək pulun Şahid1 qaytarılmasını demişdir. Həmçinin Şahid1 ilə Zərərçəkmiş şəxs1 arasında olan nikah şəhadətnaməsinin, Jabanın arvadına etibarnamə və razılıq ərizəsi verməsinin tələb olunduğunu və Apellyasiya Məhkəməsinin qərarının qüvvəyə minməsindən sonra pulu Şahid1 qaytarılacağını demişdir. 2021-ci ilin iyul ayında onun tərəfindən tələb olunan sənədlərin hazırlanması ilə əlaqədar Şahid1 Gürcüstan Respublikasına getdiyini Şahid4 eşitmişdir. 2021-ci ilin sonlarına yaxın Şahid4 ona Zərərçəkmiş şəxs1 cəza çəkdiyi cəzaçəkmə müəssisəsində Şahid2 pulu götürməsinə dair etibarnamə verdiyini, Şahid2 idarəyə gəlib həmin pulu götürmək istədiyini demişdir. O, Şahid2 pulu qaytarsa gələcəkdə Şahid1 ilə problem yaranacağını düşünsə də, Şahid2 qeyd olunan sənədləri qəbul etmişdir. 2022-ci ilin fevral ayının əvvəllərində Şahid2 ona zəng edərək sənədləri təqdim etmək istədiyini bildirdiyindən, Baş İdarəsinin inzibati binasının qarşısında Hikmətlə görüşmüşdür. Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş etibarnaməni qəbul etməklə, Şahid2la əlaqə saxlayacağını demişdir. Hətta həmin müddətdə vəkil Bəkir də ona zəng edərək sənədlərlə maraqlandıqda, Bəkirə də əlaqə saxlayacağını demişdir. Bir neçə gün sonra Şahid4 ona zəng edərək Şahid1 əlaqə saxladığını, yaxın müddətdə Bakı şəhərinə gələcəyini demiş və pulun Şahid2 və ya digər şəxslərə qaytarılmamasını, Şahid1 özünün şəxsən gəlib təhvil götürəcəyini bildirmişdir. xx.xx.2021-ci il tarixdə Şahid4 ona zəng edərək Şahid1 artıq Bakı şəhərində olduğunu və pulu təhvil almaq istədiyini demişdir. O, Şahid1 43.000 ABŞ dollarını keçən il təhvil almasını soruşan olsa bildirməsini deməyini, əks halda isə pulun başqa şəxslərə verilməsini təmin edəcəyini demişdir. Şahid4 ondan soruşan olsa 10.000 ABŞ dollarının idarədə onun iştirakı ilə Zərərçəkmiş şəxs1 verildiyini, 43.000 ABŞ dollarının isə Apellyasiya məhkəməsində olan proseslərdən sonra Şahid1 təhvil verildiyini deməsini xahiş etmişdir. Hətta Şahid4 guya pulun 12 avqust 2021-ci il tarixdə qaytarılması barədə protokol göndərməklə, həmin sənədi gürcü dilinə tərcümə etməsini xahiş etmişdir. Pulu hazırda olmadığından, həmçinin Şahid1 təkidlə pulu tələb etdiyini görərək, müəyyən vaxt qazanmaq üçün Şahid1 ilə görüşüb, söhbət etmək qərarına gəlmişdir. Ona görə də Şahid4la birlikdə Şahid1 ilə görüşərək “Atatürk” parkına gedib bir kafedə oturmuşar. Görüş zamanı Şahid1 pulun nə vaxt qaytarılacağını, necə müraciət etmək lazım olduğunu ondan soruşduqda, o, nikah şəhadətnaməsinin surətini, Zərərçəkmiş şəxs1 razılıq ərizəsi verməli olmasının zəruriliyini demişdir. Həmçinin Şahid1 “Novruz” bayramından sonra pulu qaytaracağıyla bağıl razılaşmışlar. 2022-ci ilin mart ayında artıq törətmiş olduğu əməllərlə bağlı Komitədə yoxlama aparıldığı ona məlum olmuşdur. Ona görə də xx.xx.2022-ci il tarixdə səhər saatlarında Şahid4 “whatsapp” vasitəsilə mesaj yazaraq rəhbərliyə heç nə deməməsini, Şahid1 ilə məsələni özünün həll edəcəyini, rəhbərliyə Şahid1 özünün idarəyə gəlib pulu təhvil aldığını deməsini xahiş etmişdir. Şahid4 isə ona cavab yazmamışdır. xx.xx.2022-ci il tarixdə şöbə rəisi İ.Bağırov onu yanına çağıraraq bu məsələ ilə bağlı soruşduqda, o, artıq məsələnin açıldığını görərək İlkin müəllimə törətmiş olduğu qanunsuzluqla bağlı izahat vermişdir. Həmçinin, öz ərizəsiylə işdən azad olunmağıyla bağlı ərizə yazaraq sistemə yerləşdirmişdir. Lakin, həmin zaman ziyanı ödəmək üçün pulu olmamışdır. Həmin gün pul axtarmağa çalışsa da, tapa bilməmiş və xx.xx.2022-ci ildə X2 İdarəsində təkrar izahatı alınmışdır. xx.xx.2022-ci il tarixdə isə işdən çıxarılmağına dair əmr ona təqdim olunmuşdur. Bundan sonra, o, atasına vəziyyəti tam olaraq danışmışdır. Atası hardansa 53.000 ABŞ dollarını taparaq xx.xx.2022-ci il tarixdə pul Komitənin Maliyyə və Təchizat İdarəsinin Mühasibat Uçotu şöbəsinə təhvil verilmişdir. Hərəkətindən peşman olmuşdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 Koba ifadəsində göstərmişdir ki, o, 2020-ci ilin sentyabr ayında X4 Dubay şəhərinə getməklə əlaqədar üzərində bəyan etmədən 53.000 ABŞ dollarını qanunsuz olaraq Gürcüstandan Azərbaycan Respublikasına gətirməyiylə əlaqədar Gömrük Komitəsində barəsində cinayət işi başlanılmış və istintaq yekunlaşmaqla məhkəməyə göndərildiyindən məhkəmənin hökmü ilə 5 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Həmin cinayət işinin ibtidai istintaqını Gömrük Komitəsinin müstəntiqi Təqsirləndirilən şəxs aparmış və bəyan etmədiyi 53.000 ABŞ dollarını ona qaytarmamaqla özünə götürmüşdür. Bununla əlaqədar istintaq müddətində Təqsirləndirilən şəxs özü, tanışı Şahid2, vəkili Bəkir vasitəsilə pulunu tələb etsə də, Təqsirləndirilən şəxs hər dəfə müxtəlif bəhanələr bildirməklə ilkin olaraq 10.000 ABŞ dolları, daha sonra isə 43.000 ABŞ dolları pulu ona verməmişdir. Sonradan məlum olmuşdur ki, Təqsirləndirilən şəxs həmin pulu mənimsəməklə, şəxsi ehtiyaclarına xərcləmişdir. Təqsirləndirilən şəxs nə istintaq müddətində nə sonrakı müddətdə 10.000 ABŞ dolları və ya digər məbləğdə ona pul qaytarmamışdır. O, pulun qaytarılması ilə bağlı heç bir protokola, sənədə imza etməmişdir. Çünki, imza etdiyi bütün sənədləri tərcüməçi Şahid4 ona oxumuş və izah etmişdir. İstintaqın yekununda 10.000 ABŞ dolları məbləğində pul keçirməyə icazəsinin olmasını və ondan gömrük əməkdaşları tərəfindən götürülmüş 53.000 ABŞ dollarından 10.000 ABŞ dolları özünə qaytarılmalı olmasını tərcüməçi Şahid4 ona dedikdən sonra bilmiş və dəfələrlə Şahid4 vasitəsilə Təqsirləndirilən şəxs həmin məbləği geri tələb etmişdir. Təqsirləndirilən şəxs isə vaxtının olmadığını, əlaqə saxlayacağını, məruzə edəcəyini deməklə vaxtı uzatmağa çalışmışdır. Hətta o, Azərbaycan Respublikasında qaldığı dövrdə Bakı şəhərində yerləşən “Astoria” otelində qaldığı vaxt yaranmış 5.100 manat borcunu ödəmək və gündəlik xərclərini təmin etməyi üçün Şahid2 3.000 manat, sonra isə 7.000 manat olmaqla cəmi 10.000 manat borc pul almışdır. Həmin borcunu qaytarmaq üçün ona pul lazım olduğundan yenə də Şahid4 vasitəsilə Təqsirləndirilən şəxs məlumat göndərsə də, nəticəsi olmamışdır. İstintaq müddətində köməklik edilməsi üçün bir dəfə Şahid4 və Şahid2la birlikdə Təqsirləndirilən şəxsla idarədən kənarda görüşmüşlər. Görüş zamanı Şahid4 vasitəsilə Təqsirləndirilən şəxs istintaqın nəticəsini soruşmaqla köməklik edilməsini xahiş etsə də, Təqsirləndirilən şəxs ondan hər hansı bir məbləğdə pul tələb etməməklə, onsuz da ona aşağı cəza veriləcəyini deməklə narahat olmamağını bildirmişdir. Sonuncu dəfə 2021-ci ilin fevral ayının əvvəlləri əl barmaq izləri götürülərkən Təqsirləndirilən şəxs şəxsən 10.000 ABŞ dollarını qaytarılmasını xahiş etsə də, yenə də nəticəsi olmamışdır. Üzərindən müsadirə olunmuş 53.000 ABŞ dollarının qaytarılması ilə əlaqədar həbs edilməmişdən qabaq 2020-ci ilin dekabr ayında və ya 2021-ci ilin yanvar ayında Azərbaycan vətəndaşı Şahid2 etibarnamə vermişdir. Sonradan həmin etibarnamənin müddəti bitmişdir. Sonra təxminən 2021-ci ilin dekabr ayının sonlarında cəzaçəkmə müəssisəsində olduğu zaman pulunu götürüb ailəsinə göndərmək üçün müraciəti əsasında notarius, tərcüməçi Şahid4 iştirakı ilə Şahid2 ikinci dəfə etibarnamə vermişdir. Lakin Şahid2 həmin etibarnamə ilə Təqsirləndirilən şəxs müraciət etsə də, nəticəsi olmamışdır. Bundan sonra həyat yoldaşı Şahid1 ilə telefon əlaqəsi ilə danışarkən Eka ona Şahid4 vasitəsilə Təqsirləndirilən şəxsla danışdığını, Təqsirləndirilən şəxs rəsmi nikah sənədləri üzrə pulu ona təhvil verə biləcəyini dediyini bildirmişdir. Lakin həmin müddətdə sərhədlər bağlandığından Şahid1 Bakı şəhərinə gələ bilməmişdir. Sonradan isə Şahid1 Bakı şəhərinə gəlmiş, Eka özü birbaşa və ya Şahid4 vasitəsilə Təqsirləndirilən şəxs pulu tələb etsə də, nəticəsi olmamışdır. Bakı Ağır Cinayətlər Məhkəməsində hökm elan olunarkən əvvəl 43.000 ABŞ dollarının onun etibar etdiyi şəxsə qaytarılacağını, 10.000 ABŞ dollarının isə iş materiallarından göründüyü kimi artıq istintaq orqanı tərəfindən ona qaytarıldığı əks olunmuşudr. Lakin, ona həmin pullar qaytarılmamışdır. Yenə də Təqsirləndirilən şəxs müraciət etsə də, nəticəsi olmamışdır. Təqsirləndirilən şəxs tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli “pulların təhvil verilməsi barədə” protokolda göstərilənlər həqiqəti əks etdirmir, 10.000 ABŞ dolları ona təhvil verilməmişdir. Həmin protokolda adı və soyadının qarşısında olan imza ona məxsus deyil. Ona nə 10.000 ABŞ dolları qaytarılmamış, nə də qalan pul nə etibar etdiyi şəxsə, nə də arvadına qaytarılmamışdır. O, pulun qaytarılmasına dair heç bir sənədə imza etməmişdir. Ona bildirmişlər ki, sabiq müsəntiq Təqsirləndirilən şəxs ona vurmuş olduğu 53.000 ABŞ dollarlıq ziyanın Azərbaycan Respublikası valyuta məzənnəsi olan manatla, yəni 90.100 manatı ödəmiş və hal-hazırda həmin pul vəsaiti Respublika Baş Prokurorluğunun depozit hesabına köçürülmüşdür. Əgər həmin pul vəsaiti onun arvadı X15ytarılsa, belə olan halda onun Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi olmayacaq. Elan olunmuş cinayət işinin 1-ci cild 79-cu vərəqəsində olan 25 noyabr 2020-ci il tarixli 10.000 ABŞ dollarının zərərçəkmiş şəxsə qaytarılması haqqında protokola əsasən Zərərçəkmiş şəxs1 bildirmişdir ki, həmin 25 noyabr 2020-ci il tarixli protokolda imza ona məxsus deyil. O, Təqsirləndirilən şəxs 10.000 ABŞ dolları təhvil almamışdır. Məhkəmə iclasında zərərçəkmiş-hüquqi şəxs Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin nümayəndəsi Nümayəndə izahatında göstərmişdir ki, təqsirləndirilən şəxs öz hərəkətləri ilə Dövlət Gömrük Komitəsinə 90.100 manat ziyan vurmuşdur. Halhazırda Dövlət Gömrük Komitəsinə həmin məbləğdə dəymiş maddi ziyan təqsirləndirilən şəxs tərəfindən Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin depozit hesabına ödənildiyindən təqsirlədirilən şəxsə qarşı şikayətləri və tələbləri yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, 2006-ci il tarixdə Zərərçəkmiş şəxs1 ilə qeyri-rəsmi olaraq ailə həyatı qurmuşdur. Birgə yaşadıqları dövrdə iki övladları olmuşdur. Zərərçəkmiş şəxs1 əvvəllər avtomobil ehtiyyat hissələrinin satışı ilə məşğul olmuş, lakin 2020-ci il tarixdə Azərbaycan Respublikasına üzərində 53.000 ABŞ dollar ilə bəyan etmədən Dubay şəhərinə getməyə hazırlaşarkən gömrük orqanlarının əməkdaşları tərəfindən tutulmuşdur. Jaba barəsində cinayət işi başlanılmış və məhkəmə hökmü ilə azadlıqdan məhrum edilmişdir. İbtidai istintaq müddətində Zərərçəkmiş şəxs1 ölkədən çıxışına məhdudiyyət qoyulduğundan Azərbaycan Respublikasının Bakı şəhərində qalmışdır. Həmin müddətdə onunla əlaqə saxlayaraq sonuncu Bakı şəhərində aeroportda üzərindəki pulu bəyan etmədiyi üçün saxlanıldığını və üzərində olan 53.000 ABŞ dolları pulun ondan götürüldüyünü bildirmişdir. Zərərçəkmiş şəxs1 bir neçə ay Bakı şəhərində hoteldə və az müddət isə tanışı Ziyadın dostu olan Şahid2 evində qalmışdır. Zərərçəkmiş şəxs1 ölkə qanunvericiliyinə əsasən 10.000 ABŞ dolları məsuliyyət yaratmadığından həmin pulu müstəntiq Təqsirləndirilən şəxs yaxın günlərdə ona verəcəyini bildirmişdir. Zərərçəkmiş şəxs1 Azərbaycan dilini tam olaraq bilmədiyindən, rus dilinidə az bildiyindən müstəntiq Təqsirləndirilən şəxsla onun arasında tərcüməçi kimi Şahid4 adlı tərcüməçi olmuşdur. Pulun qaytarılması ilə bağlı davamlı olaraq Zərərçəkmiş şəxs1 Şahid4 vasitəsilə və ya birbaşa özü müstəntiq Təqsirləndirilən şəxs müraciət etsə də, Təqsirləndirilən şəxs gah “Covidə” yoluxduğunu, gah pandemiyaya görə işləmədiklərini deyərək müxtəlif bəhanələrlə Zərərçəkmiş şəxs1 aldatmış və 10.000 ABŞ dolları pulu qaytarmamışdır. Gürcüstan Respublikasında olduğu vaxt Zərərçəkmiş şəxs1 hüquqlarının müdafiəsi üçün tərcüməçi Şahid4 vasitəsilə o, özü məhkəmə istintaqı zamanı Rəşad Cabbarlı adlı başqa bir vəkil tutmuşdur. Lakin, xx.xx.2021-ci il tarixdə məhkəmə tərəfindən Zərərçəkmiş şəxs1 həbs olunmuş, vəkil tərəfindən apellyasiya şikayəti verilmişdir. Jabanın işi ilə bağlı xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikasına gəlmişdir. Məhkəmə dövründə Zərərçəkmiş şəxs1 azadlığa buraxılması prosesinə önəm verdiyindən, pulun qaytarılması məsələsi ilə çox da maraqlanmamışdır. Apellyasiya məhkəməsi nəticəsində Zərərçəkmiş şəxs1 barəsində verilmiş cəza dəyişdirilməmiş və Jabadan götürülmüş 53.000 ABŞ dollarının qaytarılması barədə qərar da qüvvədə saxlanılmışdır. Lakin, ona pul qaytarılmamışdır. Burada olduğu dövr ərzində Zərərçəkmiş şəxs1 barəsində olan cinayət işinin istintaqını aparan müstəntiq Təqsirləndirilən şəxsla danışıb görüşə bilməmişdir. Yalnız pulun qaytarılması barədə sözünü tərcüməçi Camal vasitəsilə Təqsirləndirilən şəxs çatdırmışdır. Təqsirləndirilən şəxs isə bunun üçün Zərərçəkmiş şəxs1 etibarnamə verməli olduğunu, həmçinin rəsmi nikahlarının olmalı olduğunu Şahid4 vasitəsilə ona demişdir. Təqsirləndirilən şəxsla bir neçə dəfə görüşmək istəsə də, Təqsirləndirilən şəxs buna hüququnun və vaxtının olmadığını demişdir. Azərbaycan Respublikasında qalmaq müddəti başa çatdığı üçün, xx.xx.2021-ci il tarixdə Gürcüstan Respublikasına qayıtmışdır. Zərərçəkmiş şəxs1 cəzaçəkmə müəssisəsində olduğu vaxt özünə məxsus istintaq orqanında saxlanılan 53.000 ABŞ dollarını təhvil ala bilməyi üçün Gürcüstan səfirliyi vasitəsilə xx.xx.2021-ci il tarixdə ona etibarnamə vermişdir. Etibarnaməni aldıqdan sonra pandemiya ilə əlaqədar sərhədlər bağlı olduğundan Azərbaycan Respublikasına gələ bilməmişdir. Həmçinin Zərərçəkmiş şəxs1 Şahid2 da etibarnamə verdiyindən, o, etirazını Zərərçəkmiş şəxs1 bildirmişdir. 2021-ci ilin fevral ayında tərcüməçi Şahid4 “Whatsapp” vasitəsilə mesaj yazaraq yaxın günlərdə Bakı şəhərinə gələcəyini və Zərərçəkmiş şəxs1 götürülmüş 53.000 ABŞ dollarını təhvil almaq üçün müraciət etmək istədiyini demiş və ondan Təqsirləndirilən şəxs telefon nömrəsini istəmişdir. Şahid4 isə Təqsirləndirilən şəxs nömrəsini icazəsiz verə bilməyəcəyini, onun nömrəsini Təqsirləndirilən şəxs verdiyini demişdir. xx.xx.2022-ci il tarixdə Tbilisi-Bakı aviareysi ilə Bakı şəhərinə gəlmiş, əvvəlcə Zərərçəkmiş şəxs1 ilə nikah bağlamaq məqsədilə Gürcüstan Respublikasının səfirliyinə müraciət etmişdir. Səfirlik vasitəsilə xx.xx.2022-ci il tarixdə nikahları qeydə alınmışdır. xx.xx.2022-ci il tarixdə Şahid4 ona mesaj yazaraq etibarnamə varsa müstəntiqə göstərməyi üçün ona göndərməyini bildirdiyindən, həmin sənədlərin fotoşəkillərini “Whatsapp” vasitəsilə göndərmişdir. Bundan sonra “Whatsapp” vasitəsilə Təqsirləndirilən şəxs rus dilində ona “Salam, sabahınız xeyir” yazmışdır. O da ona etibarnamə olduğunu yazmışdır. Təqsirləndirilən şəxs onunla əlaqə saxlayacağını bildirmişdir. Sonra həmin gün axşam saatlarında Təqsirləndirilən şəxs ondan pasportunun şəklini istədiyindən, o, həmin sənədin şəklini həm Təqsirləndirilən şəxs, həm də hər ehtimala qarşı tərcüməçi Şahid4 göndərmişdir. Həmçinin Təqsirləndirilən şəxs pulu gəlib götürməyi üçün idarənin ünvanını soruşduğu zaman Təqsirləndirilən şəxs cavab verməmişdir. Həmin ərəfədə Şahid4 ona mesaj yazaraq müstəntiqin əvvəlki tarixə protokol yazmaq istədiyini dediyi zaman, o, etiraz edərək heç bir köhnə tarixə sənədə imza etməyəcəyini və hər şeyin rəsmi olmasını istədiyini müstəntiqə deməsini Şahid4 xahiş etmişdir. Həmin gün axşam saatlarında Şahid4 ona zəng edərək Təqsirləndirilən şəxs onunla görüşmək istədiyini bildirmişdir. O, razılaşmış və “Medilüks” klinikasının yaxınlığında olan parkda tanışı Nizamın iştirakı ilə Şahid4 və Təqsirləndirilən şəxsla görüşmüşlər. O, Təqsirləndirilən şəxs bütün sənədləri hazırladığını bildirmiş və 53.000 ABŞ dollarını nə zaman götürə biləcəyini soruşduqda, Təqsirləndirilən şəxs görüşdüklərini heç kəsin bilməməsini, bu prosedurun bir qədər uzun çəkdiyini, belə asanlıqla alınmadığını, Zərərçəkmiş şəxs1 mütləq ərizə almaq lazım olduğunu demişdir. O, etiraz etmiş və Gürcüstan səfirliyindən, ombudsmandan hər şeyi öyrəndiyini dediyi zaman, Təqsirləndirilən şəxs ona köhnə tarixə protokol tərtib edəcəyini və ondan imzalamağını xahiş etmişdir. Lakin, o, heç bir köhnə tarixli sənədə imza etməyəcəyini, rəsmi qaydada gömrük idarəsinə müraciət edəcəyini dediyi zaman, Təqsirləndirilən şəxs Şahid2 da pulu ələ keçirmək istədiyini demişdir. Lakin, Hikmətə etibar etmədiyindən pulu vermədiyini, odur ki, 1 həftəyə, ən geci bayramdan sonrakı ilk iş günü təhvil verəcəyini, həmçinin pulları təhvil aldıqdan sonra 36% rüsum ödəməli olduğunu demişdir. O, buna etiraz etmiş və heç bir rüsum ödənilməyəcəyini, belə bir halın olmadığını demişdir. xx.xx.2022-ci il tarixdə səhər saatlarında Təqsirləndirilən şəxs mesaj yazaraq idarənin ünvanını soruşsa da, Təqsirləndirilən şəxs ona idarənin ünvanını deməmiş və ondan Zərərçəkmiş şəxs1 ilə nə vaxt görüşəcəyini soruşduqda, o, Təqsirləndirilən şəxs bu gün Zərərçəkmiş şəxs1 ilə görüşə gedəcəyini və ertəsi gün saat 16 radələrində idarəyə gəlmək istədiyini bildirdiyi zaman, Təqsirləndirilən şəxs ona idarəyə gəlməmişdən əvvəl əlaqə saxlamağını demişdir. Həmin gün axşam saatlarında Zərərçəkmiş şəxs1 ona zəng edərək, təcili olaraq ertəsi gün idarəyə getməyini, nəsə baş verdiyini demişdir. O da səhər saatlarında Təqsirləndirilən şəxs mesaj yazaraq tezliklə idarəyə gələcəyini dediyi zaman, Nicat hələ işdə olmadığını, məlumat verəcəyini desə də, o, artıq yolda olduğunu demişdir. Təqsirləndirilən şəxs yenə də ona iclasda olduğunu saat 2-dən sonra gəlməyini demiş, lakin, o, Dövlət Gömrük Komitəsinin İstintaq idarəsinə getmişdir. Orada İstintaq İdarəsinin əməkdaşları onu qəbul edərək, şikayətini dinləməklə izahatını almışlar. Həmçinin söhbət zamanı Təqsirləndirilən şəxs həmin 53.000 ABŞ dollarını götürərək öz ehtiyaclarına xərclədiyini bildirmişlər. Buna görə də ondan üzr istənilməklə bu prosesdən yeni xəbər tutduqlarını demişlər. Bundan bir neçə gün sonra o, yenidən Komitəyə getdikdə həyətdə Təqsirləndirilən şəxsla atasını görmüş və Nicatın atası ona yaxınlaşaraq oğlunun hərəkətlərinə görə üzrxahlıq edərək verilməli olan 53.000 ABŞ dolları gətirdiyini bildirməklə ona təqdim etmişdir. Lakin, o, pulların saxta olmasından ehtiyat edərək həmin pulları qəbul etməmişdir. Bundan sonra Təqsirləndirilən şəxsla atası Komitəyə daxil olmuşlar. Sonradan isə idarənin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs tərəfindən təqdim edilən pulların təhvil alınmaqla saxlanca verildiyi bildirilmişdir. Təqsirləndirilən şəxs tərəfindən nə ona, nə Zərərçəkmiş şəxs1, nə də ki Şahid2 heç bir məbləğdə pul qaytarılmamışdır. Məhkəmə qərarlarının birində 10.000 ABŞ dolları məbləğində pulun müstəntiq Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs1 qaytarılmasını görmüşdür. Bu barədə Şahid4 bunun nə demək olduğunu soruşduqda, Camal belə bir şey yazılmadığını yenə də bu halı Təqsirləndirilən şəxsla aydınlaşdıracağını demişdir. O, hər dəfə Təqsirləndirilən şəxs pulu tələb etdikdə, Nicat hər dəfə bir bəhanə ilə vaxtı uzadırmış. Sonradan ona aydın olmuşdur ki, həmin pulu Təqsirləndirilən şəxs mənimsəmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 onun dostu Gürcüstan Respublikasının vətəndaşı Zviyadın yaxını olmuşdur. Zərərçəkmiş şəxs1 2020-ci ilin sentyabr ayında bəyan etmədən üzərində olan 53.000 ABŞ dolları ilə H.Əliyev adına Hava Limanından “Bakı-Dubay” aviareysi ilə Dubaya getmək istəyərkən Gömrük Komitəsinin əməkdaşları tərəfindən saxlanılmışdır və barəsində cinayət işi başlanılmışdır. Zərərçəkmiş şəxs1 saxlanılması barədə Zviyad ona zəng edərək məlumat vermiş və Zərərçəkmiş şəxs1 yanına getməyini, Jabanın işi ilə maraqlanmağını xahiş etmişdir. Bundan sonra, o, hava limanına geədərək Zərərçəkmiş şəxs1 ilə görüşmüşdür. Zərərçəkmiş şəxs1 izahat verdikdən sonra buraxıldığından istintaq müddətində Zərərçəkmiş şəxs1 bütün xərclərini ödəməklə Bakı şəhərində qalmasına şərait yaratmışdır. İlk günlər təxminən 3 ay müddətində Zərərçəkmiş şəxs1 “Astoria” otelində qalmış, qalan müddətdə isə onun evində qalmışdır. Zviyadın xahişi əsasında o, Zərərçəkmiş şəxs1 bütün xərclərini öz üzərinə götürmüş, çünki Zviyad ona Zərərçəkmiş şəxs1 pulu qaytarıldıqdan sonra onun xərclərinin ödəniləcəyini demişdir. Bu müddət ərzində təxminən 12.000 manat Zərərçəkmiş şəxs1 Bakı şəhərində saxlanılmasına pul xərcləmişdir. Zərərçəkmiş şəxs1 üzərindən aşkar edilmiş 53.000 ABŞ dollarından 10.000 ABŞ dolları məsuliyyət yaratmadığından Zərərçəkmiş şəxs1 ilə birlikdə bir neçə dəfə cinayət işinin istintaqını aparan Təqsirləndirilən şəxs müraciət etsələr də, hər dəfə müxtəlif bahanələrlə pulun verilməsini təmin etməmişdir. Hətta bununla bağlı Jabanın istəyi ilə ona Bəkir adlı vəkil də təyin edilməsini təmin etsə də, yenə də nəticəsi olmamışdır. Hətta Zərərçəkmiş şəxs1 ona pulun onun tərəfindən götürülməsi üçün adına etibarnamə versə də, Təqsirləndirilən şəxs yenə də pulu verməyi müxtəlif bəhanələrlə uzatmışdır. Yekunda Zərərçəkmiş şəxs1 Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə azadlıqdan məhrum edildiyi zaman Təqsirləndirilən şəxs pulu qaytarmamaq üçün yalandan bəhanələr gətirərək etibarnamənin müddətinin bitməsini, yenidən etibarnamə alınmalı olduğunu dediyindən, yenə də Zərərçəkmiş şəxs1 razılığı ilə Jaba təcridxanada saxlanıldığı müddətdə adına etibarnamə vermişdir. Həmin etibarnaməni də Təqsirləndirilən şəxs təqdim etsə də, Nicat yenə də pulu verməmişdir. Bundan sonra Zərərçəkmiş şəxs1 qeyri rəsmi yoldaşı Şahid1 Bakı şəhərinə gəldiyindən pulun Ekaya verilməsini təmin edəcəyini deməklə, bunu da etməmişdir. O, Zviyada zəng vurub vəziyyəti izah etməklə həmin 12.000 manatı ondan almışdır. Bundan sonra Şahid1 özü də Təqsirləndirilən şəxs pulu tələb etsə də, nəticəsi olmamışdır. Sonradan ona məlum olmuşdur ki, həmin pulla bağlı araşdırma aparılmış və Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 üzərindən götürülmüş 53.000 ABŞ dollarını şəxsi işlərinə xərcləmişdir. Təqsirləndirilən şəxs ona etibarnamə vermişdir ki, Jaba üçün xərclədiyi pulu ona qaytara bilsin. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, Gürcüstan vətəndaşı olsa da ailəsiylə birlikdə Azərbaycan Respublikasında yaşayır. 2010cu ildən hazırkı vaxtadək Gürcü və Rus dilləri üzrə “Şəms” tərcümə mərkəzində tərcüməçi işləyir. 2020-ci ilin sentyabr ayının əvvəllərində Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin təhqiqat şöbəsinə dəvət edilmiş və orada Gürcüstan vətəndaşı Zərərçəkmiş şəxs1 ilə aparılan təhqiqat hərəkətlərində rəsmi olaraq qərarla tərcüməçi kimi iştirak etmişdir. Zərərçəkmiş şəxs1 üzərində bəyan edilməmiş Bakı-Dubay aviareysi ilə gedən zaman 53.000 ABŞ dolları pul aşkar edilmişdir. Zərərçəkmiş şəxs1 ancaq gürcü dilini bildiyindən Hava Nəqliyyatında Baş Gömrük İdarəsində aparılan təhqiqat hərəkətləri bitdikdən sonra Zərərçəkmiş şəxs1 ilə idarənin inzibati binasını tərk etmişlər. Orada bir nəfər sonradan şəxsiyyəti ona məlum olan Şahid2 adlı şəxsin Jabanı gözlədiyini görmüşdür. Həmin şəxsin Zərərçəkmiş şəxs1 tanışı olduğunu öyrənmişdir. Sonra həmin material üzrə Komitənin Əməliyyat-İstintaq Baş İdarəsinin istintaq və təhqiqat idarəsinin istintaq şöbəsində cinayət işi başlanmış və müstəntiq Təqsirləndirilən şəxs tərəfindən istintaq aparılmışdır. 2020-ci ilin noyabr ayının sonlarında bir dəfə Təqsirləndirilən şəxs dəvəti ilə Baş İdarənin inzibati binasında Zərərçəkmiş şəxs1 ilə aparılan istintaq hərəkətlərində tərcüməçi kimi iştirak etmişdir. İşdə olan bir sıra sənədləri, eləcə də Jabanın uşaqlarının doğum şəhadətnamələri və digər sənədləri tərcümə etmiş, lakin Zərərçəkmiş şəxs1 həyat yoldaşı Şahid1 ilə rəsmi nikahı olmadığından Jaba nikah şəhadətnaməsini təqdim edə bilməmişdir. Cinayət işi yekunlaşdıqda Təqsirləndirilən şəxs 10.000 ABŞ dollarının Jabaya qaytarıla biləcəyini bildirmişdir. Bundan sonra Zərərçəkmiş şəxs1 bir neçə dəfə ona zəng edərək Təqsirləndirilən şəxsla danışıb 10.000 ABŞ dollarının nə vaxt qaytarılacağını soruşmağını xahiş etdiyindən, o, Təqsirləndirilən şəxsla əlaqə saxlamış, Təqsirləndirilən şəxs rəhbərliyə məruzə etdiyini, lakin icazə verilmədiyini, məhkəmə hökmü çıxarıldıqdan sonra qaytarılacağını bildirmişdir. O da Təqsirləndirilən şəxs cavablarını Zərərçəkmiş şəxs1 bildirmişdir. İbtidai istintaq dövründə Zərərçəkmiş şəxs1 həbs edilməmişdir. İstintaq tamamlandıqdan sonra cinayət işi 2020-ci ilin sonlarında baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Məhkəmədə işə baxılan zaman da orada tərcüməçi kimi işə cəlb edilmişdir. 2021-ci ilin mart ayının əvvəlləri məhkəmənin hökmü ilə Zərərçəkmiş şəxs1 5 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Sonra Zərərçəkmiş şəxs1 müdafiəçiləri tərəfindən apellyasiya şikayəti verilmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs1 həyat yoldaşı Şahid1 də Gürcüstan Respublikasından gəlmiş və 2 aya yaxın Bakı şəhərində istintaq orqanından pulu təhvil alacağını Təqsirləndirilən şəxs deməyini bildirmişdir. Apellyasiya Məhkəməsində də işə baxılan zaman o, tərcüməçi kimi cəlb edilmişdir. İlkin məhkəmə baxışında iştirak etsə də, sonradan göstərdiyi xidmətlə bağlı ona ödəniş edilmədiyindən sonrakı proseslərdə iştirak etməmişdir. Sonradan Bakı Apellyasiya Məhkəməsi tərəfindən Zərərçəkmiş şəxs1 barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxarmış olduğu hökmün dəyişdirilmədən saxlanıldığını bilmişdir. Hökm qanuni qüvvəyə mindikdən sonra Şahid2 onunla əlaqə saxlayaraq Zərərçəkmiş şəxs1 Hikmətə etibarnamə verdiyini, Təqsirləndirilən şəxsla əlaqə saxlamaq istədiyini dediyindən, o da bu barədə Təqsirləndirilən şəxs bildirdikdə Təqsirləndirilən şəxs nömrəsini Şahid2 verməyini, Nicatın müvafiq sənədləri rəsmi şəkildə komitəyə təqdim etməsini deməyini ondan xahiş etmişdir. Sonra isə Şahid2 müvafiq etibarnamə ilə müraciət etsə Zərərçəkmiş şəxs1 götürülmüş pulun Şahid2 qaytarılmasına qanunun icazə vermədiyini, mütləq ailə üzvünün müraciət etməli olduğunu bildirmişdir. O da bu barədə Şahid2 məlumat vermişdir. Bundan sonra təxminən ayda 1-2 dəfə Şahid2 ona zəng edərək Zərərçəkmiş şəxs1 məxsus olan və istintaq orqanında saxlanılan pulun qaytarılmasının hansı yolla, hansı sənədlər əsasında qaytarıla biləcəyini müstəntiqdən soruşmağını xahiş etmişdir. Təqsirləndirilən şəxs isə yalnız ailə üzvünə rəsmi etibarnamə ilə qaytarıla biləcəyini demişdir. Bundan sonra 2021-ci ilin dekabr ayında 17 saylı cəzaçəkmə müəssisəsində notariusun iştirakı ilə Zərərçəkmiş şəxs1 tərəfindən pulun Şahid2 qaytarılması ilə bağlı razılıq ərizəsi yazılsa da, Təqsirləndirilən şəxs bu prosesi yenə də uzatmaqda davam etmişdir. Hətta dəfələrlə Şahid2 ona Təqsirləndirilən şəxsla maraqlanmağını xahiş etdiyindən, yenə də nəticəsi olmamışdır. Zərərçəkmiş şəxs1 arvadı da “Whatsapp” vasitəsilə ona zəng vurub maraqlanmaqla Gürcüstan Respublikasının səfirliyi vasitəsilə Zərərçəkmiş şəxs1 ona verdiyi etibarnamənin şəklini də ona göndərmiş və Zərərçəkmiş şəxs1 məxsus olan və istintaq orqanında saxlanılan pulun qaytarılması ilə bağlı yaxın günlərdə gələcəyini deməklə, Təqsirləndirilən şəxs nömrəsini istəsə də, Təqsirləndirilən şəxs nömrəni heç kimə verməməyini tapşırdığından, o, Nicatın nömrəsini Ekaya verməmişdir. Ona görə də Şahid1 nömrəsini Təqsirləndirilən şəxs göndərmişdir ki, zərurət olsa özü əlaqə saxlasın. O, Təqsirləndirilən şəxs Şahid1 pulu özünün götürmək istədiyini dediyi zaman, Təqsirləndirilən şəxs problem olmadığını Zərərçəkmiş şəxs1 pulunu Şahid2 verilməməsinə dair ərizə yazmasından sonra bu işə baxacağını demişdir. Şahid1 ona vəkil lazım olduğunu bildirdiyindən o da qiyabi tanıdığı vəkil Rəşadın nömrəsini Şahid1 vermişdir. Bundan sonrakı proseslərdən xəbəri olmamışdır. xx.xx.2022ci il tarixdə Təqsirləndirilən şəxs ona “Whatsapp” vasitəsilə mesaj yazaraq Şahid1 ilə danışıb-danışmadığını soruşmuşdur. O, son vaxtlar onunla danışmadığını bildirmişdir. Təqsirləndirilən şəxs ondan Şahid1 nömrəsini istəmiş, həmçinin Ekanın ərizə yazıbyazmaması barədə maraqlanmağını xahiş etdiyindən, Şahid1 ilə əlaqə saxlamış, Eka səfirlik vasitəsilə Zərərçəkmiş şəxs1 etibarnamə aldığını, həmçinin rəsmi arvadı olduğunu, heç bir problem olmadığını demişdir. Həmçinin, etibarnamənin fotoşəkillərini müstəntiqə yönləndirməyi üçün ona göndərdiyindən, həmin şəkilləri Təqsirləndirilən şəxs atmışdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 ilə bağlı onunla əlaqə saxlayan olarsa heç nə bilmədiyini deməyini tapşırmışdır. Həmçinin, ondan Şahid1 aid pasportun şəklini istəməklə, Apellyasiya məhkəməsinin yekun qərarından sonra pulun qaytarılmasını təmin edəcəyini Şahid1 deməyini bildirmişdir. Lakin, o, Təqsirləndirilən şəxs bu barədə özünün Ekaya deməsini bildirmişdir. O, Təqsirləndirilən şəxs şübhələnməyə başlamışdır. Ona görə də bu barədə Şahid1 özü ilə danışmasını bildirmişdir. O, artıq aralıqda söz aparıb-gətirməkdən bezmişdir. Bundan sonra Təqsirləndirilən şəxs ondan soruşan olarsa 10.000 ABŞ dollarını onun iştirakıyla Zərərçəkmiş şəxs1 verildiyini, 43.000 ABŞ dollarının isə Apellyasiya məhkəməsində aparılan prosesdən sonra arvadı Şahid1 təhvil verildiyini deməyi barədə sms yazsa da, o, həmin sms-ə cavab verməmişdir. Elə həmin ərəfələrdə Təqsirləndirilən şəxs ona pulun Ekaya qaytarılmasına dair protokol göndərərək həmin protokolu gürcü dilinə tərcümə etməyini xahiş etmişdir. Həmçinin Şahid1 ilə əlaqə saxlayaraq onun xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikasında olub-olmamasını aydınlaşdırmağını xahiş etsə də, o, bunu etməmişdir. Təqsirləndirilən şəxs hərəkətləri onda konkret olaraq şühbə doğurduğundan, pulu nə vaxt qaytaracağını soruşduğu zaman Təqsirləndirilən şəxs görüşüb vəziyyəti ona danışacağını demişdir. Yenə də Şahid1 Təqsirləndirilən şəxs dediklərini bildirsə də, Eka heç bir köhnə tarixli sənədə imza etməyəcəyini demişdir. Sonra Təqsirləndirilən şəxs ona zəng edərək Şahid1 ilə görüşmək istədiyini bildirmişdir. O, Şahid1 ilə əlaqə saxlamış və Bakı şəhəri, Nərimanov rayonu, Atatürk parkında görüş təyin edilmişdir. Təqsirləndirilən şəxs onunla birlikdə həmin görüşə getmişdir. Yolda gedərkən Təqsirləndirilən şəxs bu proseslərdən bezdiyini, nə iş olduğunu soruşduğu zaman, Təqsirləndirilən şəxs maddi sübut olan 53.000 ABŞ dollarından heç bir məbləğdə pul qaytarmadığını, həmin pulun bir hissəsini isə şəxsi işlərinə xərclədiyini, lakin qaytaracağını, ondan soruşan olarsa pulun qaytarıldığını deməyini, Nicatın dediklərini təsdiq etməyini xahiş etmişdir. O, buna etiraz edərək, öz əməllərinə onu alət etdiyinə iradını bildirmiş və ondan soruşulduqda, düzgün şəkildə məlumatları verəcəyini demişdir. Nərimanov rayonu, Atatürk parkında kafedə Şahid1 ilə görüşmüşlər və görüş zamanı o, onların arasında tərcüməçi prosesini həyata keçirmişdir. Şahid1 pulun nə vaxt qaytarılacağını, necə müraciət etmək lazım olduğunu, Zərərçəkmiş şəxs1 notariusun iştirakı ilə ərizə verməsinin mütləq lazım olub-olmadığını Təqsirləndirilən şəxs soruşarkən Nicat Zərərçəkmiş şəxs1 adından ərizə alınmalı olduğunu desə də, sonradan Şahid1 özünün Zərərçəkmiş şəxs1 adından ərizə yazmasını dediyi zaman, Şahid1 etiraz edərək prosesin qanuni olmasını ərizəni də qanuni şəkildə alıb, idarəyə göndərəcəyini demişdir. Bu zaman Təqsirləndirilən şəxs etiraz edərək ərizənin birbaşa özünə verilməli olduğunu demişdir. Bu zaman Şahid1 Təqsirləndirilən şəxs etiraz etdiyindən Təqsirləndirilən şəxs ərizəyə heç bir ehtiyac olmadığını, 1 həftə ərzində ya da ki, “Novruz” bayramından sonra pulun qaytarılacağını təmin edəcəyini desə də, pulun müəyyən məbləğini xərcləməsi barədə bir söz deməmişdir. xx.xx.2022-ci il tarixdə, səhər saatlarında Təqsirləndirilən şəxs ona mesaj yazaraq övladlarının xatirinə rəhbərliyə heç bir söz deməməyini, Şahid1 ilə məsələni özü həll edəcəyini, Ekaya idarənin ünvanını verməməyini, rəhbərliyə Şahid1 özünün idarəyə gəlib pulu təhvil aldığını deməyini xahiş edərək, əks halda işdən çıxarılacağını bildirmiş və 4 övladı olduğunu, onlara heç kəsin baxmayacağını, Nicata yazığının gəlməyini bildirmişdir. Lakin, o, həmin mesaja cavab verməmiş və Şahid1 Əməliyyat–İstintaq Baş İdarəsinin ünvanını göndərməklə, özü də həmin yerə getmişdir. O, idarəyə çatdıqda Ülvi müəllim onu qəbul etmiş və bu işlə bağlı ona suallar verdiyi zaman bütün hallar barədə ətraflı məlumatı Ülvi müəllimə vermiş və Təqsirləndirilən şəxsla aralarında olan telefon yazışmalarını da təqdim etmişdir. Həmçinin, Təqsirləndirilən şəxs onun iştirakıyla Zərərçəkmiş şəxs1 10.000 ABŞ dolları qaytarmadığını, təqdim olunmuş protokolda adının qarşısında olan imzanın ona məxsus olmadığını demişdir. O, yalnız Nicatla Eka və ya Jaba arasında tərcümə işlərini həyata keçirmişdir. Elan olunmuş cinayət işinin 1-ci cild 79-cu vərəqəsində olan protokola və protokolda olan imzaya əsasən Şahid4 bildirmişdir ki, ona təqdim olunmuş imza onun imzası deyil, onun iştirakıyla 10.000 ABŞ dolları Zərərçəkmiş şəxs1 verilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, 2009-cu ildən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində müxtəlif vəzifələrdə işləmişdir. 2017-ci ildən hazırki vaxtadək isə Komitənin Maliyyə və Təchizat idarəsi, Mühasibat uçotu şöbəsinin rəisi vəzifəsində işləyir. 2020-ci ilin sentyabr ayında Gürcüstan Respublikasının vətəndaşı Zərərçəkmiş şəxs1 bəyan etmədən gömrük keçid məntəqəsindən 53.000 ABŞ dolları pul keçirdiyinə görə Dövlət Gömrük Komitəsinin əməkdaşları tərəfindən saxlanılmış və fakta görə cinayət işi başlanılmışdır. Bu zaman Jabanın üzərində olan 53.000 ABŞ dolları pul vəsaiti xx.xx.2020-ci il tarixdə qablaşdırılmış şəkildə ona təhvil verilmişdir. Onun tərəfindən həmin pul vəsaiti depozit seyfində saxlanılmışdır. Cinayət işi üzrə istintaqın aparılması Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsi İstintaq və Təhqiqat idarəsinin, İstintaq şöbəsinin müstəntiqi Təqsirləndirilən şəxs həvalə edilmişdir. Həmin pul vəsaiti üzrə sənədlərin məhkəmə-texniki ekspertizasının təyin edilməsi üçün Təqsirləndirilən şəxs tərəfindən 53.000 ABŞ dolları xx.xx.2020-ci il tarixli protokolla ondan təhvil alınmışdır. Lakin sonradan həmin pul qaytarılmamışdır. Bundan sonrakı proses onun fəaliyyət sahəsiylə əlaqəli olmadığından maraqlanmamışdır. Lakin sonradan məhkəmə tərəfindən ona pulun qaytarılması barədə məktub daxil olduqda, o, araşdıraraq həmin pulun Təqsirləndirilən şəxs tərəfindən qaytarılmadığını müəyyən etmiş və bununla bağlı rəhbərliyə məlumat vermişdir. Bundan sonra daxili araşdırma zamanı həmin 53.000 ABŞ dolları pul vəsaitinin Təqsirləndirilən şəxs tərəfindən mənimsənildiyi müəyyən edilmişdir. Elan olunmuş cinayət işinin 1-ci cild 14-cü vərəqəsində olan pulların təhvil alınması barədə protokola və protokolda olan imzaya əsasən Şahid3 bildirmişdir ki, ona təqdim olunmuş imza onun imzasıdır. Elan olunmuş cinayət işinin 1-ci cild 79-cu vərəqəsində olan pulların təhvil verilməsi barədə protokola və protokolda olan imzaya əsasən Şahid3 bildirmişdir ki, ona təqdim olunmuş imza onun imzası deyil. Zərərçəkmiş şəxs1 10.000 ABŞ dollarının təhvil verilməsinə dair guya onun iştirakıyla tərtib edilmiş bu protokolda adının və soyadının qarşısındakı imza ona məxsus deyil, ümumiyyətlə onun bu prosesdə iştirakı olmamışdır. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin izahatı ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin 2-ci cild 107-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin 01 mart 2019-cu il tarixli, 1000/242Ş saylı Əmrinin təsdiq olunmuş kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsi İstintaq və Təhqiqat İdarəsinin İŞ-nin müstəntiqi vəzifəsinə işə qəbul edilmişdir. Cinayət işinin 110-139-cu vərəqələrində olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsi haqqında Əsasnamədən görünür ki, İstintaq Şöbəsinin müstəntiqləri fəaliyyətlərində qanunun tələblərini rəhbər tutaraq Baş İdarə və İdarə rəhbərliyinin göstərişlərinə və öz daxili inamına əsaslanaraq qərarlar qəbul edir, cinayət təqbi üzrə zəruri olan istintaq hərəkətlərini həyata keçirir, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş digər vəzifə və funksiyaları həyata keçirir və.s Cinayət işinin 1-ci cild 117-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Eka Gioergadzenin tərcümə edilmiş 12 mart 2022-ci il tarixli ərizəsindən görünür i, sonuncu ərizə yazaraq Gürcüstan vətəndaşı Zərərçəkmiş şəxs1 həyat yoldaşı olduğunu, sərhədi keçən zaman Zərərçəkmiş şəxs1 götürülmüş pulu təhvil almaq üçün gəldiyini, lakin müstəntiq Təqsirləndirilən şəxs 10.000 ABŞ dollarını qaytarması barədə saxta sənəd tərtib etdiyini, əslində isə pulun qaytarılmadığını bildirmişdir. Cinayət işinin 1-ci cild 32-33-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 8 sentyabr 2020-ci il tarixli yoxlama, əşyaların və sənədin götürülməsi haqqında protokolun təsdiq olunmuş kserosurətindən görünür ki, Gürcüstan Respublikası vətəndaşı Zərərçəkmiş şəxs1 üzərindən yoxlama zamanı bəyan edilmədən sərhəddən keçirilmiş 53.000 ABŞ dolları pul götürülmüşdür. Cinayət işinin 1-ci cild 13-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış DGK-nı Mühasibat Uçotu şöbəsinin rəisi Şahid3 və Hava Nəqliyyatında Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinin rəis müavini Elxan Səmədov tərəfindən tərtib edilərək imzalanmış 10 sentyabr 2020-ci il tarixli maddi sübutun təhvil verilməsi haqqında protokolun kserosurətindən görünür ki, Gürcüstan Respublikası vətəndaşı Zərərçəkmiş şəxs1 götürülmüş 53.000 ABŞ dolları pulu saxlanc məqsədilə Dövlət Gömrük Komitəsinn xəzinəsinə təhvil verilmişdir. Cinayət işinin 1-ci cild 14-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Dövlət Gömrük Komitəsinin İstintaq və Təhqiqat İdarəsinin İŞ-nin keçmiş müstəntiqi Təqsirləndirilən şəxs tərəfindən tərtib edilmiş 14 senyabr 2020-ci il tarixli pulların təhvil alınması barədə protokolun kserosurətindən görünür ki, Gürcüstan Respublikası vətəndaşı Zərərçəkmiş şəxs1 götürülmüş Dövlət Gömrük Komitəsinn xəzinəsində saxlanlan 53.000 ABŞ dolları pulu İŞ-nin müstəntiqi Təqsirləndirilən şəxs Maliyyə və Təchizat İdarəsinin mühasibat və uçot şöbəsinin rəisi Şahid3 iştirakı ilə təhvil almışdır. Cinayət işinin 1-ci cild 49-56-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Dövlət Gömrük Komitəsinin İstintaq və Təhqiqat İdarəsinin İŞ-nin keçmiş müstəntiqi Təqsirləndirilən şəxs 24 noyabr 2020-ci il tarixli cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında qərarının təsdiq olunmuş kserosurətindən görünür ki, Zərərçəkmiş şəxs1 götürülmüş 53.000 ABŞ dollarının 10.000 dolları hüquqpozma predmeti olmadığından özünə qaytarılması, 43.000 ABŞ dollarının isə məhkəmənin hökmü çıxarılanadək Dövlət Gömrük Komitəsinin Maliyyə və Təchizat İdarəsinin mühasibat uçotu şöbəsində saxlanlması qərara alınmışdır. Cinayət işinin 1-ci cild 77-78-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Dövlət Gömrük Komitəsinin İstintaq və Təhqiqat İdarəsinin İŞ-nin keçmiş müstəntiqi Təqsirləndirilən şəxs 25 noyabr 2020-ci il tarixli maddi sübutun tanınması və saxlanca təhvil verilməsi barədə qərarının təsdiq olunmuş kserosurətindən görünür ki, 53.000 ABŞ dollarının 10.000 dolları hüquqpozma predmeti olmadığından özünə qaytarılması, 43.000 ABŞ dollarının isə məhkəmənin hökmü çıxarılanadək Dövlət Gömrük Komitəsinin Maliyyə və Təchizat İdarəsinin mühasibat uçotu şöbəsində saxlanlması qərara alınmışdır. Cinayət işinin 1-ci cild 79-cu vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Dövlət Gömrük Komitəsinin İstintaq və Təhqiqat İdarəsinin İŞ-nin keçmiş müstəntiqi Təqsirləndirilən şəxs tərərfindən tərtib edilmiş 25 noyabr 2020-ci il tarixli pulların təhvil verilməsi barədə protokoldan görünür ki, həmin protokolda 10.000 ABŞ dolları pulun Zərərçəkmiş şəxs1 təhvil verilməsi qeyd edilmişdir. Həmin protokolda təhvil Şahid3, Zərərçəkmiş şəxs1 və tərcüməçi Şahid4 adlarının qarşısında imzalar qeyd edilmişdir. Cinayət işinin 1-ci cild 89-99-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı Ağır Cinayətlər Məhkəməsinin 03 mart 2021-ci il tarixli, 1(101)- 692/2021 saylı hökmünün təsdiq olunmuş kserosurətindən görünür ki, Zərərçəkmiş şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.1-ci maddəsi ilə təqsirli bilinərək 05 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Dövlət Gömrük Komitəsinin Maliyyə və Təchizat İdarəsinin mühasibat uçotu şöbəsində saxlanılan 43.000 ABŞ dolları məbləğində olan pulun müvafiq dövlət rüsumu ödənildikdən sonra, mülkiyyətçisi Zərərçəkmiş şəxs1 tərəfindən müəyyən edilən şəxsə qaytarılması hökm edilmişdir. Cinayət işinin 1-ci cild 16-cı vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin icra məmuru X3 27 yanvar 2022-ci il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-692/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Dövlət Gömrük Komitəsinin Maliyyə və Təchizat İdarəsinin mühasibat uçotu şöbəsində saxlanılan 43.000 ABŞ dolları məbləğində olan pulun müvafiq dövlət rüsumu ödənildikdən sonra, mülkiyyətçisi Zərərçəkmiş şəxs1 tərəfindən müəyyən edilən şəxsə qaytarılması qərara alınmışdır. Cinayət işinin 1-ci cild 112-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 12 mart 2022-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 Zərərçəkmiş şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.1-ci maddəsi ilə təqsirli bilinməsi üzrə cinayət işinin materiallarına baxış keçirildikdə, 53.000 ABŞ dollarının 10.000 dolları hüquqpozma predmeti olmadığından özünə qaytarılması, 43.000 ABŞ dollarının isə məhkəmənin hökmü çıxarılanadək Dövlət Gömrük Komitəsinin Maliyyə və Təchizat İdarəsinin mühasibat uçotu şöbəsində saxlanılması qərara alınsa da, 10.000 ABŞ dollarının Zərərçəkmiş şəxs1 qaytarılması və digər 43.000 dolları pulun Maliyyə və Təchizat İdarəsinin mühasibat uçotu şöbəsinə təhvil verilməsi barədə hər hansı bir protokolun və ya aktın nəzarət icraatına əlavə edilmədiyi məlum olmuşdur. Cinayət işinin 1-ci cild 115-116-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 12 mart 2022-ci il tarixli baxış keçirilməsi haqqında prtokoldan və protokola əlavə edilmiş cədvəldən görünür ki, Dövlət Gömrük Komitəsinin Növbətçi Hissəsində quraşdırılmış komputerdə olan qəbula gələnlər qovluğuna baxış keçirildikdə, Gürcüstan vətəndaşı Zərərçəkmiş şəxs1 və tərcübəçi Şahid4 yalnız bir dəfə 27 noyabr 2020-ci ildə istintaq orqanına gəlməsi, qəbul edən vəzifəli şəxsin keçmiş müstəntiq Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Cinayət işinin 1-ci cild 165-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 17 mart 2022-ci il tarixli pul vəsaitinin xəzinəyə müvəqqəti saxlanca verilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs iştirakı ilə Gürcüstan vətəndaşı Zərərçəkmiş şəxs1 və ya onun səlahiyyətli nümayəndəsinə qaytarılmalı olan 53.000 ABŞ dolları məbləğində pul Dövlət Gömrük Komitəsinin Xəzinəsinə müvəqqəti saxlanca verildiyi göstərilmişdir. Ciinayət işinin 2-ci cild 57-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış AZN məzənnələrindən çıxarışdan görünür ki, 23 noyabr 2020-ci il tarixdən 10 dekabr 2020-ci il tarixədək 1 ABŞ dolları 1,70 AZN etmişdir. Cinayət işinin 2-ci cild 93-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 17 may 2022-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 barəsində olan ********* nömrəli cinayət işinin materiallarına Bakı Ağır Cinayətlər Məhkəməsində baxış keçirilərkən də, 43.000 ABŞ dollarının saxlanca verilməsinə dair hər hansı protokolun olmaması müəyyən edilmişdir. Cinayət işinin 2-ci cild 94-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 20 may 2022-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, iş üzrə Şahid4 təqdim etdiyi Təqsirləndirilən şəxs ilə aralarında “whatsapp” tətbiqi vasitəsilə aparılmış yazışmalara baxış keçirilmişdir. Həmin yazışmalar əsasən rus dilində aparılmışdır. Həmin yazışmaların ümumi məzmunu Zərərçəkmiş şəxs1 və Şahid1 pulun qaytarılmasına dair Şahid4 etmiş olduqları müraciətlərin Təqsirləndirilən şəxs çatdırılmasından ibarət olmuşdur. Cinayət işinin 1-ci cild 150-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin 14 mart 2022-ci il tarixli, 1000/264Ş saylı Əmrindən görünür ki, xidməti vəzifəsinin icrasına səhlənkar yanaşaraq, xidməti intizam qaydalarının tələblərini kobud şəkildə pozduğuna görə Azərbaycan Respublikası Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsi İstintaq və Təhqiqat İdarəsinin İŞ-nin müstəntiqi, gömrük xidməti mayoru Təqsirləndirilən şəxs Gömrük Orqanlarında xidmət haqqında Əsasnamənin 69-cu maddəsinin 7-ci bəndinə əsasən gömrük orqanlarından xaric edilmiş və həmin Əsasnamənin 120-ci maddəsinin 1ci hissəsinin 8-ci bəndinə əsasən onun gömrük orqanlarında xidmətinə xitam verilmişdir. Beləliklə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, şahidlərin, zərərçəkmiş şəxsin ifadələrini, zərərçəkmiş-hüquqi şəxsin nümayəndəsinin izahatını, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, digər sənədləri sübüt növü kimi qəbul edilməsinə, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməsində təqsirli olması kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2, 308.2 və 313-cü maddələri ilə tövsif olunmuş, o həmin maddələrdə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayətn işinin 2-ci cild 59-cu vərəqəsində olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. Cinayət işinin 2-ci cild 81-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanası publik hüquqi şəxsindən daxil olmuş 10 may 2022-ci il tarixli, 4015 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıb. Cinayət işinin 2-ci cild 98-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsindən daxil olmuş 16 may 2022-ci il tarixli, xx/xx-7017 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs yuxarıda adı göstərilən mərkəzdə müalicədə olmayıb və qeydiyyatda yoxdur. Cinayət işinin 2-ci cild 177-180-ci vərəqələrində olan doğum haqqında şəhadətnamələrin kserosurətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində dörd azyaşlı uşağı – xx.xx.2014-cü il təvəllüdlü X11, xx.xx.2020-ci il təvəllüdlü X12, xx.xx.2018ci il təvəllüdlü X16 və xx.xx.2010-cu il təvəllüdlü X8 vardır. Cinayət işinin 2-ci cild 100-103-cü vərəqələrində olan 20 may 2022-ci il tarixli pul vəsaitinin depozit hesabına köçürülməsi haqqında protokoldan, 20 may 2022-ci il tarixli, FJB**********174 saylı mədaxil qəbzinin surətindən və 20 may 2022-ci il tarixli milli valyuta ilə nağd pulların təhvil verilməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komit\si tərəfindən 53.000 ABŞ dolları Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabına qoyulmuşdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 20 iyul 2022-ci il tarixli ərizə ilə müraciət edərək, ona dəymiş maddi ziyan 53.000 ABŞ dolları, yəni 90.100 manat pulun məhkəmə qərarı çıxarıldıqdan sonra həyat yoldaşı Şahid1 verilməsini xahiş etmiş və həmin pul həyat yoldaşına çatdıqdan sonra təqsirlndirilən şəxsə qarşı şikayət və tələbinin olmayacağını bildirmişdir. Həmçinin, məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümyəndəsi Nümayəndə 27 iyul 2022-ci il tarixli ərizə ilə müraciət edərək, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə dəymiş ziyan hazırda Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin depozit hesabında olduğundan, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələblərinin olmadığını bildirmişdir. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs cinayət nəticəsində dəymiş ziyanı cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılmasını Azərbaycan Respublikası CM-nin 59.1.13-cü maddəsinə əsasən, himayəsində dörd azyaşlı uşağının olmasını isə Azərbaycan Respublikası CM-nin 59.1.4cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Azərbaycan Respublikası CM-nin 60-cı maddəsində göstərilmişdir ki, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs tərəfindən vurulmuş ziyanın tamamilə ödənilməsi CM-in 59.1.13-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar olduğundan və əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmədiyindən onun barəsində CM-in 60.1ci maddəsi tətbiq edilməlidir. Məhkəmə xüsusi ilə vurğulayır ki, qanuni, əsaslandırılmış və ədalətli cəzanın təyin edilməsi cinayətkarlıqla mübarizə aparılması və hüquq qaydalarının möhkəmləndirilməsi üçün vacib vasitə olmaqla, lazımı cəzalandırma tədbirini təmin edir, məhkumun islah olunması və yenidən tərbiyə edilməsinə köməklik göstərir, həm onun, həm də sair şəxslər tərəfindən yeni cinayət edilməsinin qarşısını alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. ...Hər bir konkret halda təqsirləndirilən şəxslərə qarşı cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. İnsan Hüquqlarının və X7 haqqında Avropa Konvensiyasının 5-ci maddəsində insan hüquqlarının müdafiəsinin mühüm elementi yer almışdır. Şəxsi azadlıq elə bir əsas şərtdir ki, hamı ondan istifadə etmək imkanına malik olmalıdır. Bu azadlıqdan məhrum edilmə bir çox digər hüquqlardan istifadəyə birbaşa mənfi təsir göstərə bilər. Hakimlər hər zaman yadda saxlamalıdırlar ki, azadlıq hüququna verilən təminatın hər hansı məna kəsb etməsi üçün istənilən azadlıqdan məhrum edilmə həmişə müstəsna tədbir olmalı, obyektiv əsaslandırılmalı və mütləq zərurət tələb etdiyi müddətdən artıq davam etməməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Amyur Fransaya qarşı işində” (25 iyun 1996-cı il) qeyd etmişdir ki, 5-ci maddənin 1-ci bəndində “azadlıq hüququ” bəyan edilərkən şəxsin fiziki azadlığı nəzərdə tutulur; Məhkəmənin məqsədi heç kəsin qanunsuz olaraq azadlıqdan məhrum edilməməsini təmin etməkdir. Digər tərəfdən, bu sadəcə hərəkət azadlığının məhdudlaşdırılmasına aid prinsip deyil, belə məhdudiyyətlər 4 saylı Protokolun 2-ci maddəsi ilə tənzimlənir. 5-ci maddənin mənası baxımından hər hansı şəxsin “azadlıqdan məhrum” edilib-edilmədiyini müəyyənləşdirərkən çıxış nöqtəsi kimi onun konkret vəziyyəti götürülməli və bütün meyarlara, məsələn, sözügedən tədbirin (azadlıqdan məhrum etmənin) növünə, müddətinə, nəticələrinə və həyata keçirilmə üsuluna diqqət yetirilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinin mühüm prinsiplərindən biri–humanizm prinsipidir (CM-nin 9-cu maddəsi). Humanizm prinsipi cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işkəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Yəni cinayət törədən şəxs barəsində nisbətən yüngül cəza növünü seçmək və tətbiq etməklə cəzanın məqsədinə nail olmasını nəzərdə tutur. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevrvl 2017-ci il tarixli Sərəncamının 10.1-c ibəndində cinayətlərin, xüsusilə iqtisadi fəaliyyət sahəsində cinayətlərin dekriminallaşdırılmasından, 10.3-cü bəndində törədilən əməlin ictimai-təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrumetməyə alternativ cəzaların təyin edilməsinin əsaslarının müəyyən olunmasından bəhs edilməklə, 13-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilsin. Bununla yanaşı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında“ olan xx.xx.1999cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb eyni zamanda məhkumları islah etmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Cinayət nəticəsində Təqsirləndirilən şəxs tərəfindən dəymiş maddi ziyanın tamamilə ödənilməsini, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin ərizəsində təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmamasını bildirməsi, zərərçəkmiş şəxsin depozit hesabında olan pulun qaytarıldıqdan sonra təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmayacağını bildirməsi, Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, himayəsində dörd azyaşlı uşağının olmasını nəzərə alaraq məhkəmə kollegiyası belə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi onun ailəsini ciddi məhrumiyyətlərə düçar edə bilər. Onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini mümkün sayan məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinin tətbiq edilməsi üçün əsaslar vardır və ona şərti cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Göstərilənlərlə yanaşı, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Belə kİ, cinayət işinin 2-ci cild 201-203-cü vərəqələrində olan Azərbaycan Respublikasınını Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq Şöbəsinin mühüm işlər üzrə müstəntiqi, kiçik ədliyyə müşaviri X9 23 may 2022-ci il tarixli qətimkan tədbiri seçilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş üzrə maddi sübut kimi tanınmış xx.xx.2022-ci il tarixli qərarla xx.xx.2020-ci il tarixli pulların təhvil verilməsi barədə protokol, xx.xx.2020-ci il tarixli maddi sübutun tanınması və saxlanca təhvil verilməsi barədə prosessual qərar və Şahid4 təqdim etdiyi «vhatsapp! tətbiq etməsində Təqsirləndirilən şəxs ilə aralarında olan yazışmaların çıxarışın cinayət işinin materiallarına əlavə edilib saxlanılması nəzərə alınmalıdır. İş üzrə məhkəmə xərci yoxdur. Cinayət işinin 2-ci cild 79-cu vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X28 İdarəsindən daxil olmuş 11 may 2022-ci il tarixli, 016-56067-1222 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs adına nəqliyyat vasitəsi qeydiyyatdan keçmir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həl etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla). Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabında saxlanılan 53.000 (əlli üç min) ABŞ dolları, həmin dövrün ekvivalenti ilə 90.100 (doxsan min yüz) manat pul vəsaitini xüsusi müsadirə cinayət-hüquqi tədbiri kimi məcburi qaydada və əvəzsiz olaraq müsadirə edərək Zərərçəkmiş şəxs1 tərəfindən etibar edilmiş şəxs həyat yoldaşı –Şahid1 ödənilməsini məqsədəmüvafiq sayır. Cinayət işinin 1-ci cild 129-cu vərəqəsində olan Azərbaycan respublikasında yerləşən Gürcüstan səfirliyinin verdiyi 09 mart 2022-ci il tarixli **********7 saylı nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Gürcüstan Respublikası vətəndaşları Şahid1 və Zərərçəkmiş şəxs1 09 mart 2022-ci il tarixdə nikaha daxil olmuşlar. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsində qeyd edilmişdir ki, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə d,övlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərinə böyük içtimai təhlükə törətməyən və ağır cinayətlər daxil olduğundan, məcmuya daxil olan cinayətlərə görə təyin olunan cəzalar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə uyğun olaraq qismən toplanılmalı və bu yolla təqsirləndirilən şəxsə qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrlə əlavə cəza növü də təyin edildiyindən, cinayətlərin məcmusu üzrə təyin edilən əlavə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.4-cü maddəsinə uyğun olaraq qismən toplanılmalı və bu yolla təqsirləndirilən şəxsə qəti əlavə cəza təyin edilməlidir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli və “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da, əsaslı hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2, 308.2 və 313-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin. O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə 05 (beş) il müddətə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə 01 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə 01 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 01 (bir) il 06 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə əsas cəzası şərti hesab edilsin. Ona 02 (iki) il sınaq müddəti təyin edilsin. Sınaq müddəti ərzində üzərinə davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, davranışına nəzarəti həyata keçirən orqanın çağırışına vaxtında gəlmək və öz davranışı ilə islah olunmasını sübut etmək vəzifəsi qoyulsun. Sınaq müddətinin əvvəli məhkəmə hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış xx.xx.2022-ci il tarixli qərarla xx.xx.2020-ci il tarixli pulların təhvil verilməsi barədə protokol, xx.xx.2020-ci il tarixli maddi sübutun tanınması və saxlanca təhvil verilməsi barədə prosessual qərar və Şahid4 təqdim etdiyi vhatsapp tətbiq etməsində Təqsirləndirilən şəxs ilə aralarında olan yazışmaların çıxarışın cinayət işinin materiallarına əlavə edilib saxlanılması nəzərə alınsın. Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabında saxlanılan 53.000 (əlli üç min) ABŞ dolları, yəni, həmin dövrün ekvivalenti ilə 90.100 (doxsan min yüz) manat pul vəsaitini xüsusi müsadirə cinayət-hüquqi tədbiri kimi məcburi qaydada və əvəzsiz olaraq müsadirə edilərək Zərərçəkmiş şəxs1 tərəfindən etibar edilmiş şəxs həyat yoldaşı –Şahid1 ödənilsin. Hökmdən elan olunduğu vaxtdan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldıqdan 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Azad Məcidov Hakimlər: Zeynal Ağayev Səbuhi Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar