Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1365/2024 07.05.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, Feyzi Günay Rasim qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokuroru, İ dərəcəli hüquqşünas X3, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx xxx 1978-ci il tarixdə Cəlilabad rayonu, Pakrovka kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən cəzasının çəkilməmiş 01 il 2 ay 28 gün hissəsindən vaxtından əvvəl şərti azad edilmiş, məhkumluğu ödənilməmiş və götürülməmiş, Cəlilabad rayonu, Günəşli kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, 31 oktyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 02 noyabr 2023-cü il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin satışını təşkil etmək məqsədi ilə şəxsiyyəti istintaqa məlum olmayan “Reza” adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək aralarında əldə olunmuş razılığa əsasən müəyyən ünvanlara çatdırmaq üçün həmin şəxsin +98 933 *** ** ** mobil nömrəsindən onun istifadəsində olan 077 *** ** ** mobil nömrəyə “WhatsApp” ani mesajlaşma proqramı vasitəsilə göndərdiyi fotoşəkillərə uyğun Bakı şəhərinin Qaradağ rayonu ərazisində müvafiq yerə qoyulmuş, tərkiblərinə görə eyni olan, ümumi təmiz çəkisi 1564,82 qram təşkil edən külli miqdarda qurudulmuş marixuana narkotik vasitəsini götürüb bir hissəsini yaşadığı mənzildə saxlamış, digər hissəsini isə üzərində saxlamaqla daşımış, Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin (bundan sonra: BNMİ) əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 31 oktyabr 2023-cü il tarixdə, saat 15:05-də Bakı şəhəri, Xətai rayonu, Zığ yolu, bina 19 ünvanın yaxınlığında saxlanılaraq ünvan 2i Rayon Polis İdarəsinə (bundan sonra; RPİ) gətirilmiş, orada müdafiəçinin iştirakı ilə videoçəkilişlə şəxsi axtarış və götürmə keçirilən zaman əynində olan yaşıl rəngli gödəkçənin sol iç cibindən bir ədəd qara rəngli polietilen bükülüdə təmiz çəkisi 44,82 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş, bundan sonra əməliyyat tədbirinin davamı olaraq həmin gün saat 17:30 dəqiqədən saat 17:40 dəqiqəyədək Təqsirləndirilən şəxs kirayə yaşadığı ünvan 4 ünvanına müdafiəçinin iştirakı ilə videoçəkilişlə baxış keçirilən zaman isə mənzilin girişindən sol tərəfdə yerləşən mətbəxin sol tərəfindəki taxta konstruksiyalı dolabın içində gizlətdiyi üç ədəd sellofan bağlamalarda külli miqdarda ayrı-ayrılıqda təmiz çəkiləri 510,0 qram, 510,0 qram və 500,0 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuana narkotik vasitəsi və bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür, yəni qeyd olunan bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs münasibətdə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, araşdırılan mötəbər və təkzibedilməz sübutlarla onun qabaqcadan əlbir olan bir qrup şəxs kimi satış məqsədilə qanunsuz olaraq külli miqdarda qurudulmuş marixuana narkotik vasitəsini əldə etməsi, üzərində gəzdirməsi, daşıması, yəni Azərbaycan Respublikası CMnin 234.4.1 və 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tam təsdiq edilmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, taksidə sürücü işləmiş, nəşə kimi bilinən narkotik vasitədən istifadə etmişdir. 29 oktyabr 2023-cü il tarixdə Hacıqabul rayonuna müştəri apardığından o, tanışı iranlıdan şəxsi istifadəsi üçün Hacıqabul rayonunda «Nəvai» postu tərəfə nəşə atılmasını xahiş etmiş və o, müştərini düşürəndən sonra həmin nəşəni götürməyə getmişdir. Ona görə də o, iranlıdan nəşəni həmin istqamətə qoyulmasını istəmişdir. Lakin o, nəşəni deyilən «konum»da, yəni qoyulmalı olduğu yerdə tapa bilməmişdir. Hası ki, onun üçün 35 qram marixuana atılmalı idi. O, nəşəni əvvəllər də özü götürmüş, dəyərini sonra ödəmişdir. Həmin gün də alacağı narkotikə görə 100 azn pul ödəməli idi. O, həmin şəxsə zəng edib «konum»da neşə olmadığını bildirmişdir. İranlı da onu tutduracağını bildirmişdir. Həmin günün səhərisi də o, tutulmuşdur. Əməliyyatçılar onu «8 noyabr» prospektində yerləşən “Nargilə” kafesinin yanında 31 oktyabr 2023-cü il tarixdə, gündüz saat 1-ə işləmiş saxlamışlar. Onlar 3 nəfər olmuşlar. Üstünə, maşınına baxış keçirilmiş, lakin heç nə aşkar edilməmişdir. Saxlanılan gün onun üzərində narkotik vasitə olmamışdır. Onu saxlayan polislərin deməsinə görə, hansısa iranlı şəxs onlara onun evində nəşə olduğunu demişdir. Bundan sonra polislər onun evinə axtarış aparmağa getmişlər. Maşında əməliyyatçılar onu döymüş, lakin o, onu döyən şəxslərin adlarını bilməmişdir. Evində olarkən onun ailə üzvlərini yataq otağına, onu isə qonaq otağına salmış və axtarış aparmağa başlamışlar. Şirəli adlı bir rəis gəldikdən sora mətbəxdən klyok çıxarılmış və “bu sənindir” demişlər. O, inkar edəndə onu ailəsiylə hədələməyə başlamış, onun oğlunu da ona qoşacaqları ilə hədə-qorxu gəlmişlər. Sonra isə onu ailəsi ilə birlikdə bölməyə aparmışlar. Ailəsi ona hədə-qorxu gəlmək üçün aparmışlar. Bölmədə video çəkilişlə onun üstünə şəxsi axtarış aparılmış, uşağının adına ləkə gəlməsin deyə, ona verilən narkotiki boynuna götürmüşdür. Üzərindən çıxan narkotik vasitəni polis əməkdaşları üstünə özləri qoymuş və sonra özləri də götürmüşlər. Daha sonra çəkilişlə təkrar onun evinə gəlmiş, evindən kilo yarim narkotik vasitə çıxarılmışdır. Evə baxışda, video çəkilişdə həyat yoldaşı da olmuşdur. Həyat yoldaşı və onun iki övladı polislərin narkotik vasitə götürməsini görməmişlər. Polislər tərəzi ilə birlikdə kilo yarim narkotiki vasitəni mətbəxdən götürmüş, sənədləşməni isə bölmədə etmişlər. Ailəsi ilə şantaj olunduğuna görə narkotiki etiraf edib protokolları imzalanmışdır. Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, o özü narkotik istifadəçisi olmuş, lakin heç vaxt satışı ilə məşğul olmamışdır. O, Elnur adlı şəxsi cəzaçəkmə müəssisəsindən tanımış, cəzaçəkmə müəssisəsindən çıxandan sonra onunla əlaqəsi olmuşdur. Elnur ona iranlı şəxsdən narkotik vasitə almağı məsləhət görməmişdir. Lakin o, Rza adlı iranlıdan bir dəfə nəşə götürmüş, onunla WhatsApp proqramı vasitəsilə əlaqə saxlamışdır. Döyülməklə bağlı xəsarəti olmamışdır. Şillə-təpiklə vurulmuş, lakin xəsarəti olmamışdır. Belə ki, polislər xəsarət olmaması üçün hansı nahiyyələrə vurmaq lazım olduğunu çox gözəl bilmişlər. Xətai Məhkəməsində barəsində qətimkan tədbiri seçilən vaxt ehtiyyat etdiyi üçün hakimə şantaj olduğunu, döyüldüyünü deməmişdir. Hazırda məhkəmənin ədalətinə inandığı üçün olanları danışmışdır. Anlayışı olmadığı üçün heç yerə şikayət etməmişdir. Müəyyən olunan ziddiyytlərlə bağlı Təqsirləndirilən şəxs məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadələri elan edilməklə tədqiq olundu və müəyyən edildi ki, Təqsirləndirilən şəxs tədqiq olunan həmin ifadəsində ona qarşı Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilmiş və göstərmişdir ki, təxminən bir ay bundan əvvəl, hazırda cəzaçəkmə müəssisəsində olan Elnur adlı dostunun vasitəsilə İran İslam Respublikasının (bundan sonra: İİR və ya İran) vətəndaşı olan Reza adlı şəxslə tanış olmuşdur. Elnur ona Rezanın istifadə etdiyi mobil nömrəni verərək nəşə istədiyi halda Rezaya müraciət edə biləcəyini demişdir. Reza ilə WhatsApp vasitəsilə telefon əlaqəsi saxlamış, lakin Rezanın özünü şəxsən görməmiş və onunla əlbir olmamışdır. Reza ona «malı»nı dediyi yerlərdən götürüb digər yerlərə aparıb qoyacağı təqdirdə pulsuz nəşə və ya metadon dərmanı verəcəyini demişdir. Rezanın təklifini qəbul edib iki-üç dəfə dediyi yerlərdən narkotik vasitə götürüb dediyi digər yerlərə aparıb qoymuşdur. Reza onun gördüyü işə görə «zakladka» yolu ilə ona bir dəfə 200 manat pul vermiş, bir dəfə də ona pulsuz olaraq öz istifadəsi üçün «zakladka» yolu ilə qurudulmuş marixuana və bir neçə metadon dərmanı vermişdir. Bu təxminən bir həftə bundan əvvəl olmuşdur. Rezanı şəxsən görməmiş, onunla yalnız mobil telefonla WhatsApp vasitəsilə əlaqə saxlamışdır. Sonuncu dəfə Reza, xatırladığı qədər, 29 oktyabr 2023-cü il tarixdə WhatsApp vasitəsilə ona zəng edib Qaradağ rayonu ərazisində olan bir yerdən nəşəni götürüb özündə saxlamağı demişdir. Rezanın ona mobil telefonda izah etdiyi yerə gedib oradan bir sellofan torbada olan elektron tərəzini, üç iri və bir xırda ölçüdə olan bağlamaları götürüb ailəsi ilə birlikdə kirayə yaşadığı mənzilə gətirib mətbəxdə gizlətmişdir. Reza ona xırda ölçüdə olan bağlamada 50 qram çəkidə nəşə olduğunu, həmin bağlamadan öz istifadəsi üçün 10 qram nəşə götürə biləcəyini, qalan hissəsini isə özündə saxlamağı və 31 oktyabr 2023-cü il tarixdə deyəcəyi vaxtda həmin nəşəni deyəcəyi yerə aparıb qoyacağını ona demişdir. Həmçinin, Reza ona bu işə görə sonra əlavə olaraq pul da verəcəyini bildirmişdir. Buna etiraz etməmişdir. Böyük ölçüdə olan üç bağlamadakı qurudulmuş marixuana ilə nə edəcəyini Reza ona sonra təlimat verəcəyini bildirmişdir. İki günə xırda ölçüdə olan bağlamadan az çəkilərdə hissə-hissə 5 qram nəşə götürüb çəkmiş, qalan hissəsini isə gödəkçəsinin iç sol cibində saxlamışdır ki, Rzanın deyəcəyi yerə həmin narkotikin 40 qramını aparıb gizlətsin. Rezanın 31 oktyabr 2023-cü il tarixdə axşam saatlarında ona zəng edəcəyini, ona görə də özünə çatası, qalıq qalan 5 qram nəşəni sonra xırda ölçülü bağlamadan özünə götürəcəyini fikirləşmişdir. Təqsirləndirilən şəxs tədqiq olunan ifavdəsinin davamında göstərmişdir ki, 31 oktyabr 2023-cü il tarixdə, saat 15 radələrində yaşadığı bina istiqamətində piyada hərəkət edərkən 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim etmiş və narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu bildirərək onu Xətai RPİ-yə aparmış, əllərini ciblərinə salmağa ona imkan verməmişlər. Polis İdarəsində dəvət edilmiş müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuş və ona şübhəli şəxs kimi hüquq və vəzifələri izah olunmuşdur. Sonra üzərində müdafiəçinin iştirakı ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan olunmuş əşya, maddə, narkotik vasitə və narkotik vasitə qalıqları olduğu təqdirdə, təqdim etmək təklif olunmuşdur. Bundan sonra əynində olan yaşıl rəngli gödəkçənin sol iç cibindən bir bükümdə yaşıl rəngli, narkotik vasitə qurudulmuş marixuananı polis əməkdaşına təqdim etmişdir. Sonra üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı əynində olan həmin gödəkçənin sol yan cibindən bir ədəd astma xəstələri üçün nəzərdə tutulmuş inqalyator, əynində olan göy rəngli şalvarın sol yan cibindən bir ədəd “Samsung” markalı mobil telefon, 62 (altmış iki) AZN pul və bir ədəd açar aşkar olunmuşdur. Sonra qurudulmuş marixuana təhqiqatçı tərəfindən elektron tərəzidə çəkilmiş və bir ədəd zərfdə qablaşdırılmışdır. Özü və müdafiəçisi həmin zərfdə imza etmişlər. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün mobil telefon götürülmüş, digər əşyalar və pul ona geri qaytarılmışdır. Sorğu zamanı üzərindən aşkar olumuş narkotik vasitəni İran vətəndaşı olan “Reza” adlı şəxsin vasitəsi ilə iki gün əvvəl Qaradağ rayonu ərazisində gizlədilən yerdən müxtəlif yerlərə çatdırıb pul və istifadə etmək üçün narkotik vasitə əldə etmək məqsədi ilə götürdüyünü, şəxsi axtarışdan əvvəl üzərinin yoxlanılmadığını, polis əməkdaşları tərəfindən ona zor tətbiq edilmədiyini, əlavə olaraq Xətai rayonunda yerləşən, yaşadığı mənzildə narkotik vasitə saxladığını, orada saxladığı narkotik vasitələri təqdim edə biləcəyini, həmin mənzilə baxış keçirilməsinə etirazının olmadığını bildirmiş və bununla bağlı ərizəsi alınmışdır. Bundan sonra müdafiəçisinin və polis əməkdaşlarının iştirakı ilə ünvan 4 ünvanına getmişlər. Mənzilə baxış zamanı həmin mənzilin girişindən sol tərəfdə yerləşən mətbəxin sol tərəfindəki taxta konstruksiyalı dolabın içində gizlətdiyi üç bükümdə, yaşıl rəngli, narkotik vasitə qurudulmuş marixuananı və bir ədəd elektron tərəzini polis əməkdaşlarına təqdim etmişdir. Sonra bağlamalar elektron tərəzidə çəkilmiş və qablaşdırılmışdır. Elektron tərəzi də bağlamalarla birlikdə qablaşdırılmışdır. Əlavə olaraq kirayə yaşadığı mənzildən iş üzrə əhəmiyyət kəsb edə biləcək əşya və ya maddə aşkar olunmamışdır (iş vərəqə: səh. 154-156). Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Azərbaycan Respublikası DİN-nin BNMİ-nin baş əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərdi ki, barəsində cinayət işinə baxılan Təqsirləndirilən şəxs barəsində qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri, Xətai rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə qərəzsiz mənbədən daxil olmuş məlumat əsasında saxlamışar. Yəni Təqsirləndirilən şəxs vəzifəsi qara yollarla əldə edilmiş narkotik vasitələri satış məqsədi ilə, kuryer kimi onların dediyi ünvanlara aparıb qoymaq olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs barəsində məlumat daxil olduqdan sonra onun yaxalanması üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərara qəbul edilmiş və bu məqsədlə əməliyyat qrupu yaradılmışdır. Qrupa rəhbərlik onun özünə həvalə edilmiş, İdarənin əməliyyat müvəkkili Şahid1 isə qrup üzvü kimi qrupa daxil edilmişdir. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs olduğu yer Xətai rayonu, Zığ yolu, bina 19 ünvanın yaxınlığında piyada hərəkət edərkən müəyyən edilmiş və 31 oktyabr 2023-cü ildə saat 15:05 dəqiqədə saxlanılaraq Xətai RPİ-yə gətirilmiş və tədbir görülməsi üçün müvafiq raportla məruzə edilmişdir. Təqsirləndirilən şəxs RPİ-yə aparılarkən onun üzərində qanunla qadağan olunmuş maddələrin və ya əşyaların olmasına əsaslı şübhələr olduğundan o, nəzarət altında Xətai RPİ-ə gətirilmiş, lakin əllərinin ciblərinə salınmasına imkan verilməmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmənin aparılması BNMİ-nin Təhqiqat Qrupunun baş təhqiqatçısı Nəcəf Aburşya həvalə edilmişdir. Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra ona dövlət hesabına vəkil təqdim edilmiş və üzərində şəxsi axtarışın keçiriləcəyi bildirilmişdir. Sonra xidməti otaqda videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın aparılmasına başlanılmışdır. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın aparılmasında o, Əbilin vəkili və əməliyyat müvəkkili Şahid1 iştirak etmişlər. Baş təhqiqatçı Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olduğu halda onu təqdim etməyi təklif etmiş və bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan yaşıl rəngli gödəkçənin sol iç cibindən bir ədəd sellofan bükümü çıxardıb masanın üzərinə qoymuşdur ki, həmin sellofanın içərisində daha bir qara rəngli sellofan büküm olmuşdur. Baş təhqiqatçı həmin qara rəngli sellofan bükümü açmış və bükümün içərisində narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlənin olması müəyyən edilmişdir. Sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmış, şəxsi axtarış zamanı onun üzərindən astma dərmanı, bir ədəd “Samsung” markalı mobil telefon, bir ədəd açar və 62 manat pul aşkar olunmuşdur. Bir bükümdə aşkar olunan marixuanaya şübhəli kütlə bir ədəd kağız zərfdə qablaşdırılmışdır. Mobil telefon və marixuana istisna olmaqla Təqsirləndirilən şəxs qalan əşyaları özünə qaytarılmışdır. Təqsirləndirilən şəxs suallara cavab olaraq üzərindən aşkar olunmuş narkotik vasitəni İran vətəndaşı “Reza” adlı şəxsin vasitəsi ilə iki gün əvvəl Qaradağ rayonu ərazisində gizlədilən yerdən müxtəlif yerlərə çatdırıb pul və istifadə etmək üçün narkotik vasitə əldə etmək məqsədi ilə götürdüyünü bildirmişdir. Şəxsi axtarış və götürmənin keçirilməsi ilə bağlı baş təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, Təqsirləndirilən şəxs özü və digər iştirakçılar protokol imzalarla təsdiq etmişlər. Şahid2 ifadəsinin davamında göstərdi ki, Təqsirləndirilən şəxs şəxsi axtarışın yekununda yaşadığı mənzildə narkotik vasitə saxladığını, həmin narkotik vasitəni polis əməkdaşlarına təqdim edə biləcəyini bildirmiş, yaşadığı mənzilə baxış keçirilməsinə etirazının olmadığını demiş, odur ki, təhqiqatçının rəhbərliyi ilə bütün iştirakçılar, o cümlədən Təqsirləndirilən şəxs və onun müdafiəçisi birlikdə Əbilin yaşadığı Zığ yolundakı mənzilə getmişlər. Baxışda Təqsirləndirilən şəxs arvadı Şahid3 Ağaəli qızı da iştirak etmişdir. Baxış və götürmə aparılmazdan əvvəl Təqsirləndirilən şəxs yaşadığı mənzildə saxladığı narkotik vasitəni təqdim etmək təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs mənzilin girişindən sol tərəfdə yerləşən mətbəxin sol tərəfindəki taxta konstruksiyalı dolabın içində gizlətdiyi bir ədəd qara rəngli sellofan torbalara qoyulmuş üç bükümdə olan yaşıl rəngli, narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələri və bir ədəd elektron tərəzini təqdim etmişdir. Bükümlərin içində olan kütlələr elektron tərəzidə çəkmiş, qablaşdırma ilə birlikdə onların çəkisi 1 kq 577 qram olmuşdur. Daha sonra üç ədəd büküm və bir ədəd elektron tərəzi baş təhqiqatçı tərəfindən bir ədəd qara rəngli sellofan torbada qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs verilən şifahi suallara cavab olaraq aşkar olunmuş narkotik vasitələri İran vətəndaşı “Reza” adlı şəxsin vasitəsi ilə Qaradağ rayonu ərazisində gizlədilən yerdən müxtəlif yerlərə çatdırıb, yəni kuryerlik edib pul qazanmaq, və istifadə etmək üçün narkotik vasitə əldə etmək məqsədi ilə götürdüyünü bildirmişdir. Baxış zamanı mənzildən iş üçün əhəmiyyət kəsb edə biləcək başqa əşya aşkar edilməmişdir. Mənzildə baxış və götürmə keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, Təqsirləndirilən şəxs, onun vəkili və digər iştirakçılar protokolu imzalamaqla təsdiq etmişlər. Şahid2 ifadəsinin yekununda göstərdi ki, Təqsirləndirilən şəxs saxlanılarkən onlara qarşı heç bir müqavimət göstərməmiş, polis işçiləri tərəfindən ona hər hansı formada fiziki və ya psixi təsir göstərilməmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən onların yanınıda Şirəli adlı polis əməkdaşı olmamışdır. Evə baxış keçirilərkən onun ailə üzvləri heç hara salınmamışdır. Qeyd etdiyi kimi, evə baxışda Təqsirləndirilən şəxs arvadı da iştirak etmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı şahid qismində dindirilən Azərbaycan Respublikası DİN-nin BNMİ-nin əməliyyat müvəkkili Şahid1 məhkəmədə şahid qismində dindirilmiş həmkarı Şahid2 ilə oxşar məzmunlu ifadə verib, sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Bundan başqa, cinayət işinə məhkəmə baxışı zamanı şahid qismində dindirilən Təqsirləndirilən şəxs arvadı Şahid3 məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadəsini bir daha təsdiq edib göstərdi ki, Əbillə 2002-ci ildə ailə həyatı qurmuşdur. Bu nikahdan üç uşaqları olmuş, sonbeşikləri - 2014-cü il təvəllüdlü Dəniz Hüseynzadə azyaşlıdır. Bildiyi qədər Əbil uzun müddət narkotik vasitədən istifadə edən olmuş, ilk dəfə Əbil 2020-ci ilin may ayında tutulmuş və Nərimanov Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Şahid3 ifadəsinin davamında mahiyyət üzrə göstərdi ki, 31 oktyabr 2023-cü il tarixdə BNMİ-nin əməkdaşları onların kirayə yaşadıqları ünvan 4 ünvanına baxış keçirmiş, mənzilin girişindən sol tərəfdə yerləşən mətbəxin sol tərəfindəki taxta konstruksiyalı dolabın içərisindən üç ədəd sellofan bağlamalarda bitki mənşəli kütlə və bir ədəd elektron tərəzini aşkar edib götürmüşlər. Aşkar olunan maddənin çətənədən alınan narkotik vasitə olduğunu o, polis əməkdaşlarından eşitmişdir. O, Əbilin həmin narkotik vasitəni və elektron tərəzini yaşadıqları mənzilə nə vaxt gətirib gizlətdiyini bilməmiş və bu haqda nə özünün, nə də övladlarının məlumatı olmamışdır. Nə o, nə də övladları polis əməkdaşları tərəfindən onların evinə hər hansı formada bükülü və ya narkotik vasitə gətirdiklərini görməmişdir. Əbil sonuncu dəfə tutulmazdan təxminən bir həftə əvvəl özünü bir təhər aparmış, ev gecə gəlmiş, gecə saatlarında tanımadığı şəxslərlə görüşlərə getmişdir. Soruşduqda isə ona taksi ilə müştəri apardığını demişdir. Əbilin mobil telefonla “Reza” adlı şəxslə danışdığının şahidi olmamış və “Reza” adlı şəxs haqda heç bir məlumatı olmamışdır. Tədqiq olunan «şəxsi axtarış və götürmə aparılması haqqında” 31 oktyabr 2023-cü il tarixli protokolun məzmunundan görünür ki, Xətai RPİ-nin inzibati binasında videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış prosesində Təqsirləndirilən şəxs əynində olan yaşıl rəngli gödəkçənin sol iç cibindən bir ədəd sellofan bükümü çıxardıb masanın üzərinə qoymuş, həmin sellofanın içərisində daha bir qara rəngli sellofan büküm olduğu müəyyən edilmişdir. Təhqiqatçı tərəfindən qara rəngli həmin sellofan büküm açmış və bükümün içərisində narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlənin olması müəyyən edilmişdir. Tədqiq olunan protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı onun üzərindən bir ədəd astma xəstəliyinə qarşı dərman, bir ədəd “Samsung” markalı mobil telefon, bir ədəd açar və 62 manat pul aşkar olunmuşdur. Bir bükümdə aşkar olunan marixuanaya şübhəli kütlə bir ədəd kağız zərfə qablaşdırılmış, bütün iştirakçılar tərəfindən imzalarla təsdiqlənmişdir. Mobil telefon və marixuanaya şübhəli maddə istisna olmaqla Təqsirləndirilən şəxs qalan əşyaları özünə qaytarılmışdır. Tədqiq olunan protokoldan, həmçinin görünür ki, Təqsirləndirilən şəxs suallara cavab olaraq üzərindən aşkar olunmuş narkotik vasitəni İİR vətəndaşı “Reza” adlı şəxsin vasitəsi ilə iki gün əvvəl Qaradağ rayonu ərazisində gizlədilən yerdən müxtəlif yerlərə çatdırıb pul qazanmaq və istifadə etmək üçün narkotik vasitə əldə etmək məqsədi ilə götürdüyünü bildirmişdir. Tədqiq olunan həmin protokoldan daha sonra görünür ki, şəxsi axtarış və götürmənin keçirilməsi ilə bağlı, həmçinin təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, həmin protokol təqsirləndlirilən şəxsin özü və prosesin digər işitrakçıları tərəfindən imzalanmışdır. Ən nəhayət, tədqiq olunan həmin protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi prosesi «Sony» markalı videokamera ilə videolentə alınmış və görüntülər bir ədəd bir DVD formatlı optik diskə köçürülərək tərtib olunmuş protokola əlavə olunmuşdur (iş vərəqə: səh. 30-33, 37-39). Bundan başqa, məhkəmə baxışı zamanı tədqiq olunan «evə baxış keçirilməsi və götürmə haqqında” 31 oktyabr 2023-cü il tarixli protokolun məzmunundan görünür ki, ünvan 4 ünvanına videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs, onun müdafiəçisinin və həyat yoldaşı Şahid3 Ağaəli qızının iştirakları ilə baxış keçirilmişdir. Evə baxış prosesində Təqsirləndirilən şəxs mənzilin girişindən sol tərəfdə yerləşən mətbəxin sol tərəfindəki taxta konstruksiyalı dolabın içində gizlətdiyi bir ədəd qara rəngli sellofan torbalara qoyulmuş üç bükümdə olan yaşıl rəngli, narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələri və bir ədəd elektron tərəzini təqdim etmişdir. Bükümlərin içində olan kütlələrə baxış keçirilmiş, elektron tərəzidə çəkmiş, qablaşdırma ilə birlikdə çəkisinin 1 kq 577 qram olduğu müəyyən edilmişdir. Aşkar olunan marixuanaya şübhəli kütlələr qablaşdırılmış, möhürlənmiş və bütün iştirakçılar tərəfindən imzalarla təsdiqlənmişdir. Tədqiq olunan protokoldan, həmçinin görünür ki, Təqsirləndirilən şəxs suallara cavab olaraq üzərindən aşkar olunmuş narkotik vasitəni İİR vətəndaşı “Reza” adlı şəxsin vasitəsi ilə iki gün əvvəl Qaradağ rayonu ərazisində gizlədilən yerdən müxtəlif yerlərə çatdırıb pul qazanmaq və istifadə etmək üçün narkotik vasitə əldə etmək məqsədi ilə götürdüyünü bildirmişdir. Tədqiq olunan həmin protokoldan daha sonra görünür ki, evə baxış və götürmənin keçirilməsi ilə bağlı, həmçinin təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, həmin protokol təqsirləndlirilən şəxsin özü və prosesin digər işitrakçıları tərəfindən imzalanmışdır. Ən nəhayət, tədqiq olunan həmin protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsi prosesi «Sony» markalı videokamera ilə videolentə alınmış və görüntülər bir ədəd bir DVD formatlı optik diskə köçürülərək tərtib olunmuş protokola əlavə olunmuşdur (iş vərəqə: səh. 30-33, 37-39). Tədqiq edilmiş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə, həmçinin onun yaşadığı evdə baxış keçirilməsi və götürmə proseslərinin videogörüntülərinin ayrı-ayrılıqda yükləndiyi 2 ədəd DVD formatlı optik disklərə ayrı-ayrılıqda baxış keçirilməsi haqqında 01 noyabr 2023-cü il tarixli protokollardan görünür ki, hər iki DVD formatlı optik disklərdə videofayllarda olan videogörüntülər “şəxsi axtarış və götürmə aparılması haqqında” və “evə baxış keçirilməsi və götürmə haqqında” 31 oktyabr 2023-cü il tarixli protokolların məzmununu tam əhatə edir və hər hansı qanun pozuntusuna yol verildiyi müəyyən edilməmişdir(iş vərəqə: səh. 56, 57). Daha sonra tədqiq olunan məhkəmə-bioloji ekspertizasının 01 noyabr 2023-cü il tarixli 7/1525 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən ...” yazısı və imzalar olan kağız paketdəki sellofan torbanın içərisində 01 ədəd qara rəngli polietilen bükülüdə təmiz çəkisi - 44,82 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiq olunan həmin rəydən, həmçinin görünür ki, tədqiqata təqdim edilmiş ağ kağız üzərində “Təqsirləndirilən şəxs yaşadığı evdən...” yazısı və imzalar olan qara rəngli polietilen bağlamadakı 03 ədəd sellofan bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri: 510,0 qram; 510,0 qram; 500,0 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Ən nəhayət, tədqiq olunan həmin rəydən görünür ki, təqdim edilmiş marixuananın ümumi çəkisi – 1564,82 qramdır və tərkiblərinə görə eynidirlər(iş vərəqə: səh. 46-50). Bundan başqa, tədqiq olunan məhkəmə-narkoloji ekspertizasının 04 dekabr 2023-cü il tarixli 7918 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs sintetik opioidlərin və kannabinoidlərin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür(iş vərəqə: səh. 120- 121). Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus «Samsung» markalı bir ədəd mobil telefona baxış keçirilməsi haqqında protokol tədqiq olundu. Baxış nəticəsində Təqsirləndirilən şəxs mobil telefonun giriş kodu deşifrə etdikdən sonra mobil telefonda Təqsirləndirilən şəxs istifadə etdiyi 077 *** ** ** mobil nömrəsinə bağlı olan WhatsApp ani mesajlaşma proqramına mobil telefonunda «reza» kimi qeyd edilmiş abunəçinin +98 933 *** ** ** mobil nömrəsindən xx.xx.2023-cü il tarixdə, saat 14:11 və 14:12 dəqiqədə istintaqa məlum olmayan məzmunda iki mesajın göndərilməsi (mesajlar sonradan silinmişdir), saat 17:39 dəqiqədə «.» işarəsi, saat 18:33 dəqiqədə əl işarəsi göndərilməsi və audiozəng etməsi (zəng cavablandırılmamışdır) müəyyən edilmişdir. Tədqiq olunan protokoldan görünür ki, baxışda iştirak edən Təqsirləndirilən şəxs ona verilmiş şifahi suallara cavab olaraq ifadəsində «Rza» kimi göstərdiyi şəxsin mobil telefonunda +98 933 *** ** ** mobil nömrənin abunəçisi kimi qeyd edilmiş «reza» adlı şəxs olduğunu və «reza» tərəfindən ona göndərilmiş (sonradan silinmiş) iki mesajın məzmununu xatırlamadığını bildirmişdir. Mobil telefondan iş üçün əhəmiyyət kəsb edə biləcək başqa heç nə aşkar olunmamışdır(iş vərəqə: səh. 69-71). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan “Azerfon” mobil operatorundan əldə edilmiş məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş 077 *** ** ** mobil nömrənin xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək əhatə dairəsinə dair məlumatlar, həmin nömrənin abunəçisi haqqında məlumatlar, həmin tarixlərdə 077 *** ** ** mobil nömrəsinə daxil olmuş və çıxmış zənglər, həmin nömrələrin abunəçiləri barədə məlumatlar, həmin tarixdə 077 *** ** ** mobil nömrəsinə daxil olmuş və çıxmış SMS mətnlərinə dair məlumatlar bir ədəd optik diskdə istintaqa təqdim edilmiş, təqdim edilmiş məlumatlara baxış keçirilmiş və iş üçün əhəmiyyət kəsb edən məlumatlar 5 vərəqdə çap edilərək protokola əlavə edilmişdir (iş vərəqə: səh. 125-130). İstintaq orqanının 08 yanvar 2023-cü il tarixli «sübutları qiymətləndirilməsi haqqında» qərarı ilə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış ümumi təmiz çəkisi 1564,82 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və “şəxsi axtarış və götürmə”, həmçinin “evə baxış və götürmə” istintaq hərəkəti zamanı aparılmış videoçəkilişin yazıldığı iki ədəd DVD formatlı optik disk cinayət işi üzrə maddi sübut kimi tanınmış, narkotik vasitə saxlanılması üçün Bakı şəhəri Xətai RPİ-nin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş, iki ədəd DVD formatlı optik diskin isə cinayət işinin materiallarında saxlanılması nəzərdə tutulmuşdur(iş vərəqə: səh. 138-145). Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş narkotik vasitənin mənbəyini müəyyənləşdirmək məqsədilə baxılan cinayət işindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə ayrıca icraatda ********* saylı cinayət işi ayrılmışdır (iş vərəqə: 146-147, 148). Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı”nın konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən qurudulmuş marixuana narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 5,0 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 500 qram müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı isə müəyyən edildi ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş 1564,82 qram qurudulmuş marixuana narkotik vasitəsinin çəkisi «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»da nəzərdə tutulmuş qurudulmuş marixuana narkotik vasitəsinin start külli miqdar həddindən təqribən üç dəfə artıq olmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 14-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-nin 234.2 və 234.3-cü maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda törədilib-törədilməməsi məsələsi Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli həmin qərarının doqquzuncu bəndində məhkəmələrə tövsiyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Ali Məhkəmə Plenumunun 04 mart 2011-ci il tarixli qərarının bu hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə edərək üzərində saxlaması, daşıması, barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı əməliyyat orqanının məlumatları, məhkəməyədək icraat mərhələsində Əbil Hüsyenovun əməlini etiraf etməsi, şahid ifadələri, məhkəmə baxışı zamanı tədqiq edilmiş mobil məlumatlar, aşkar edilmiş narkotik vasitənin ayrı-ayrı bükümlərə təqribən bərabər miqdarlarda qablaşdırılması, əvvəllər narkotik vasitələrin satışına göbrə məhkum olunması və bu məhkumluğunun ödənilməməsi təqsirləndirilən şəxsin həmin narkotik vasitəni satış məqsədilə qanunsuz olaraq külli miqdarda əldə etməsinə, saxlamasına, daşımasına və satmasına dəlalət edir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs tərəifndən satış məqsədilə qanunsuz olaraq külli miqdarda qurudulmuş marixuana narkotik vasitəsini alıb əldə etməklə, daşımaqla və saxlamaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır. Məhkəmə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə özünü təqsirli bilməməsini, məhkəmə baxışı zamanı ifadələrində saxlanılarkən ondan, daha sonra yaşadığı mənzildən aşkar edilib götürülən külli miqdarda qurudulmuş marixuana narkotik vasitəsinin ona aid oldmaması, polis əməkdaşları tərəfindən psixoloji təsirə məruz qalması və ailəsi ilə şantaj edilməsinə görə dözməyib narkotik vasitəni boynuna götürməyə məcbur olması, aşkar olunan narkotik vasitəni satış məqsədilə əldə etməsinə dair verdiyi inkaredici və ziddiyyətli ifadələri, barəsində olan sübutların qanun pozuntusu ilə əldə olunması barədə göstərdikləri onun ağır cinayət törətməyə görə cinayət məsuliyyətindən və cəzadan azad oluna bilmək üçün seçmiş olduğu müdafiə taktikası kimi qiymətləndirir. Belə ki, təqsirləndirilən şəxsin özünün müdafiəsi üçün gətirdiyi dəlillər məhkəmə baxışı zamanı araşdırılan mötəbər və təkzibedilməz sübutlarla nəinki tam inkar olunur, hətta əksinə, onun təqsirliliyini təsdiq edir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar və onu cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddəsi ilə tövsif edilməli və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin əməliyyat arayışından və müvafiq məhkəmə hökmündən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalmış 01 il 2 ay 28 gün hissəsindən vaxtından əvvəl şərti azad edilmişdir. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs 31 oktyabr 2023-cü il tarixdə baş vermiş hazırda baxılan cinayət işi üzrə cinayət hadisəsini Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü üzrə təyin edilmiş cəzasının Qaradağ Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərara əsasən çəkilməmiş qalmış 01 il 2 ay 28 gün hissəsindən vaxtından əvvəl şərti azad edildiyi müddətdə (xx.xx.2022-xx.xx.2022) tarixdə, məhkumluğu ödənilmədən və götürülmədən törətmişdir. Azərbaycan Respublikası CM-nin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Həmin Məcəllənin 83.3 və 83.3.3-cü maddəsinin tələblərinə görə az ağır cinayət törətməyə görə (burada: Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi) azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Azərbaycan Respublikası CM-nin 15.3-cü maddəsinə əsasən bu Məcəllə ilə qəsdən və ya ehtiyyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Məhkəmə baxışı zaimanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətlərin residivini yaradır. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal hesab olunur. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs himayəsində 2014-cü il təvəllüdlü bir nəfər azyaşlı uşağı vardır və qeyd olunan bu hal Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı yüngülləşdirən hal qismində nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən ağır cinayət törətməsi, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsinin sanksiyası daxilində, residivə görə cəza təyin etmənin prinsipləri nəzərə alınmaqla, şəxsiyyətinə uyğun müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Bundan başqa məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs vaxtından əvvəl şərti məhkum etmə dövründə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsində nəzərdə tutulan qəsdən ağır cinayəti törətməsi nəzərə alınmalı, Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsi tətbiq edilməklə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü üzrə Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən tətbiq edilmiş şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilməli və bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birlişdirir. Məhkəmə, eyni zamanda Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlinin cinayətlərin residivini yaratmasını, onun əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkməsi nəzərə alınmalı və Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinin tələblərinə əsasən təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinin tələblərinə görə xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün cəza çəkmə müəssisəsi ciddi rejimli cəzaçəkmə müəssisələri olaraq müəyyən olunur. Məhkəmə Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli ilə bağlı məsələni müzakirə edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs Əbil X2 cəza çəkməsinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 31 oktyabr 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, baxılan iş üzrə Təqsirləndirilən şəxs 31 oktyabr 2023-cü il tarixdən başlayaraq məhkəmə hökmü çıxarılanadək qanuni əsaslarla fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Bu hissədə məhkəmə, həmçinin belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, yəni 31 oktyabr 2023cü tarixdən hesablanmaqla onun tutulduğu və həbsdə saxlanıldığı bütün müddət onun həbsdə saxlama müddətinə daxil edilməlidir. Məhkəmə təqsirlilik və cəza məsələsi ilə yanaşı, həm də belə nəticəyə gəlir ki, işdə olan məhkəmə-narkoloji 04 dekabr 2023-cü il tarixli, 7918 nömrəli rəyi əsas götürülməli, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacının olması nəzərə alınmalı, barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi-xarakterli məcburi tədbirlər tətbiq edilməli, həmçinin ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilməlidir: - Bakı şəhəri Xətai RPİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən və yaşayış ünvanından aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 1564,42 qram qurudulmuş marixuana narkotik vasitəsi və bir ədəd elektron tərəzi məhv edilməli; - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması və götürmə, həmçinin yaşadığı evə baxış keçirilməsi və götürmə proseslərinin videogörüntülərinin yükləndiyi iki ədəd optik disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, iş üzrə məhkəmə məsrəfləri olaraq 78 (yetmiş səkkiz) manat məbləğində ekspertiza xərci müəyyən edilmişdir ki, qeyd olunan həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 11 avqust 2022-ci il tarixli qərarına əsasən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 sentyabr 2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 01 il 2 ay 28 gün hissəsindən vaxtından əvvəl şərti azad etmə ləğv edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs yeni hökm üzrə təyin edilmiş 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 sentyabr 2020-ci il tarixli hökmü üzrə təyin edilmiş, lakin çəkilməmiş 01 il 2 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə qismən birləşdirilsin və Təqsirləndirilən şəxs qəti olaraq 7 (yeddi il) 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu 31 oktyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbixarakterli məcburi tədbirlər tətbiq edilsin və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilsin: - Bakı şəhəri Xətai RPİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən və yaşayış ünvanından aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 1564,42 qram qurudulmuş marixuana narkotik vasitəsi və bir ədəd elektron tərəzi məhv edilsin; - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması və götürmə, həmçinin yaşadığı evə baxış keçirilməsi və götürmə proseslərinin videogörüntülərinin yükləndiyi iki ədəd optik disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri – 78 (yetmiş səkkiz) manat məbləğində ekspertiza xərci məhkum Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1365/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1365/2024
07.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver