Məhkəmə qərarları › İş №1(101)-1365/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1365/2025

08.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1365/2025 08.01.2026 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Namazov Fərid Arif oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi- “Praym Leqal” Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1984-cü il tarixdə Kürdəmir rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, himayəsində 01 (bir) azyaşlı uşağı olan, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(012)-301/2023 nömrəli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş və Salyan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 7(057)-345/2024 nömrəli qərarı ilə həmin cəzadan vaxtından əvvəl azad edilmiş, məhkumluğu olan, işsiz, Şirvan şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Xətai rayonu, ünvan 2nında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra Cinayət Məcəlləsi və ya CM) 234.4.1-ci və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ:

1. Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə qurudulmuş marixuana edib, üzərində saxlayıb daşımaqla Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilir.

İşin faktiki halları

2. Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqla müəyyən edilməmiş İran İslam Respublikası vətəndaşı olan “Səyid” adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək sonuncu tərəfindən 17 yanvar 2025-ci il tarixdə səhər saatlarında əvvəlcədən aralarında olan razılaşmaya əsasən Cəlilabad rayonu, Göytəpə kəndinin girişinə istintaqa məlum olmayan şəxs vasitəsi ilə satış məqsədilə qoyulmuş qanunsuz olaraq külli miqdarda 3 ədəd bükümdə ümumi təmiz çəkisi 2015,0 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış tərkiblərinə görə eyni olan narkotik vasitə qurudulmuş marixuana əldə edib, daşımaqla Bakı şəhəri, Xətai rayonu, ünvan 2nında saxlamış, Baş Narkotiklərlə Mübarizə İdarəsinə barəsində narkotik vasitələri satış məqsədi ilə əldə edib, saxlayıb, daşıması ilə əlaqədar daxil olmuş məlumat əsasında 20 yanvar 2025-ci il tarixdə saat 18:18-də Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 74 saylı evin 124 nömrəli mənzilinin qarşısında keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs həmin baş idarənin əməkdaşları tərəfindən saxlanılaraq üzərinə baxış keçirilən zaman üzərindən hər hansı qadağan olunmuş əşya aşkar olunmamış və həmin gün saat 18:22 radələrindən idarənin əməkdaşları tərəfindən darhal həmin tədbirin davamı olaraq onun yaşadığı Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 74 saylı evin 124 nömrəli mənzilə videoçəkilişdən istifadə etməklə aparılmış baxış və axtarış tədbirləri keçirilən zaman mənzildə olan otaqda divanın alt hissəsində bir bükümdə 1035,0 qram, ikinci bükümdə isə 475,0 qram, üçüncü bükümdə 505,0 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış tərkiblərinə görə eyni olan ümumi təmiz çəkisi 2015,0 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilib götürülmüşdür.

Təqsirləndirilən şəxsə qarşı ittiham tərəfinin təqdim etdiyi sübutlar aşağıdakılardan ibarətdir:

3. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2025-ci il tarixli əməliyyat raportuna, “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərara, 3/37/Ə12/2025 nömrəli əmrə və əməliyyat raportuna əsasən etimad doğuran, məlum, qərəzsiz mənbədən xx.xx.1984-cü il tarixdə ünvan 3 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Xətai rayonu, ünvan 2nında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib Bakı şəhəri, Xətai rayonu ərazisində dövriyyəsi ilə məşğul olması, həmçinin yaşadığı Bakı şəhəri, Xətai rayonu, ünvan 2nında külli miqdarda narkotik vasitə gizlətməsi barədə məlumat daxil olduğundan, təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməklə yaxalanmasından ötrü Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkilləri Şahid1, Şahid2 və Şahid3 ibarət əməliyyat qrupu yaradılmış, 20 yanvar 2025-ci il tarixdə, saat 18:18 dəqiqədə Bakı şəhəri, Xətai rayonu, ünvan 2nının qarşısında X7 ilə birlikdə saxlanılmışdır. (Cild 1, iş vərəqi 5; 6- 7; 14)

4. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasına və mənzilə baxış keçirilməsinə dair” xx.xx.2025-ci il tarixli və “Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında” xx.xx.2025-ci il tarixli protokollardan, xx.xx.2025-ci il tarixli “DVD kompakt diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 20 yanvar 2025ci il tarixdə, saat 18:18-də Bakı şəhəri, Xətai rayonu, ünvan 2nının qarşısında X7 ilə birgə saxlanılmış, həmin şəxsin saxlanılan zaman paltarında, əşyalarında və ya bədənində narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan saxlanıldığı yerdə Təqsirləndirilən şəxs üstü yoxlanılmağa başlanmışdır. Üstünü yoxlama və götürmə aparılmasından əvvəl paltarında, əşyalarında və ya bədənində narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədləri verməsi təklif edildikdən sonra Təqsirləndirilən şəxs əynində olan şalvarın arxa cibindən 01 (bir) ədəd “Redmi” markalı, üzərində ***-***-**-** saylı mobil nömrə olan mobil telefonu, həmin şalvarın sağ yan cibindən 01 (bir) ədəd açarı və sol yan cibindən isə 01 (bir) ədəd bank kartını təqdim etmiş, üstü yoxlanılan zaman Təqsirləndirilən şəxs üzərində başqa heç bir kütlə və ya əşya aşkarlanmamışdır. Daha sonra X5 üstü yoxlanılan zaman sonuncunun əynində olan şalvarın sağ yan cibindən 01 (bir) ədəd “Mi” markalı mobil telefon, həmin şalvarın sol yan cibindən 01 (bir) ədəd şəxsiyyət vəsiqəsi aşkarlanmış, başqa heç bir kütlə və ya əşya aşkarlanmamışdır. Daha sonra həmin mənzilə baxış keçirilərkən Təqsirləndirilən şəxs mənzilin otağında olan divanın alt hissəsindən 03 (üç) ədəd bağlamada açıq yaşıl rəngli, narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkarlanmış, qablaşdırılıb möhürlənərək götürülmüşdür. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq mənzildən aşkar olunmuş kütlələri İran İslam Respublikasının vətəndaşı “Səyid” adlı şəxsin vasitəsilə 02 (iki) gün əvvəl Cəlilabad rayonu ərazisində gizlədilmiş yerdən ayrı-ayrı yerlərə çatdırıb pul qazanmaq məqsədilə əldə etdiyini, əvəzində “Səyid” adlı şəxsin ona 2000-3000 manat pul verəcəyini, mənzildə kütlə olması ilə bağlı heç kimin məlumatının olmadığını bildirmişdir. X7 isə verilən suallara cavab olaraq aşkar edilmiş kütlələrdən xəbərsiz olduğunu söyləmişdir. (Cild 1, iş vərəqi 11-13; 23-25; 176-177)

5. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2025-ci il tarixli “Şübhəli şəxsin tutulması” haqqında qərardan və protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (Cild 1, iş vərəqi 34)

6. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 7/130 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş ağ kağız üzərində “vət. Təqsirləndirilən şəxs götürülmüş kütlə...” yazılar və imzalar olan bir ədəd narıncı rəngli sintetik torbada 03 (üç) ədəd üzərləri skoçla bağlanmış sellofan bağlamalarda (çəhrayı, sarı və qara rəngli) ayrı-ayrılıqda təmiz çəkiləri 1035 qram, 475 qram və 505 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanalardır. Marixuananın ümumi təmiz çəkisi 2015,0 qramdır. Təqdim olunmuş 03 (üç) ədəd sellofan bağlamalarda olan marixuanalar tərkiblərinə görə eynidirlər. Qeyd: marixuanaların ümumi çəkisi 2015,0 qram olmuş, 0,15 qram tədqiqata sərf edildikdən sonra 2014,85 qram qalıq qalmışdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 72 (yetmiş iki) manat təşkil edir. (Cild 1, iş vərəqi 51-53)

7. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş AA3498186 nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2017-ci il təvəllüdlü azyaşlı övladı var. (Cild 1, iş vərəqi 60)

8. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2025-ci il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmək və ittiham elan etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmişdir. (Cild 1, iş vərəqi 62-63)

9. Məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(011)-31/2025 nömrəli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində əvvəli 20 yanvar 2025-ci il tarixdən hesablanmaqla 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin xx.xx.2025-ci il tarixli, 4(011)-256/2025 saylı qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri 20 gün olmaqla xx.xx.2025-ci il tarixədək uzadılmışdır (Cild 1, iş vərəqi 102-105; 243-246).

10. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin Xətai Rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin 29 saylı Mənzil- Kommunal İstismar Sahəsinin xx.xx.2025-ci il tarixli, 036 nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilmişdir. (Cild 1, iş vərəqi 124)

11. Məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin xx.xx.2025-ci il tarixli tələbnaməsindən, görünür ki, o, əvvəllər bir neçə dəfə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum edilmiş, sonuncu dəfə Abşeron Rayon Məhkəməsinin xx.xx.2003cü il tarixli, 1(012)-301/2023 nömrəli hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunmuş, Salyan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 7(057)-345/2024 nömrəli qərarı ilə vaxtından əvvəl həmin cəzadan azad edilmişdir. (Cild 1, iş vərəqi 126-128)

12. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin xx.xx.2025-ci il tarixli, 55-1/2-1725 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs narkotik maddəni kimdən əldə etməsi, kimlərlə yaxınlıq etməsi, kimlərə həmin narkotik vasitə va psixotrop maddəni satmasının müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri keçirilmiş, lakin müsbət nəticə əldə etmək mümkün olmamışdır. (Cild 1, iş vərəqi 163)

13. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2025-ci il tarixli “Mobil telefona baxış keçirilməsi” haqqında protokoldan görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olan, üzərində "xxxx" MMC-yə məxsus ***-***-**-** mobil nömrəsi olan “Redmi” markalı mobil telefonun iş üçün sübut əhəmiyyəti kəsb etdiyi müəyyən edilmişdir. Həmin mobil telefonun şəkillər faylına daxil olduqda 327 ədəd fotoşəklin, videolar faylında isə 13 ədəd videonun olduğu müəyyənləşmişdir. Qeyd olunan şəkillərin içərisində "xxxx" ASC-yə aid, son rəqəmləri “6721” olan hesab nömrəli bank kartının “set” bölməsində fars əlifbası ilə yazılar olan karta 1000 (min) manat pul vəsaitinin uğurla köçürülməsi barədə onlayn qəbz, 4 ədəd sellofan bükümdə narkotik vasitəyə bənzər kütlənin olması, iki ədəd "xxxx" ASC-yə aid 5239-1517-5703-6721 və 4169-7388-6741-0791 nömrəli bank kartlarının, eləcə də Təqsirləndirilən şəxs məxsus şəxsiyyəti təsdiq edən vəsiqənin şəkillərinin olduğu müəyyən edilmişdir. Mobil telefonun “Mesajlar” faylına daxil olduqda iş üçün sübut əhəmiyyəti kəsb edən SMS aşkarlanmış, mobil telefonun iş masasındakı “Whatsapp” mobil tətbiqinə texniki nasazlıq səbəbindən daxil olmaq mümkün olmamışdır. Mobil telefonun iş masasındakı “Fayl İdarəçisi” faylına daxil olduqda məzmununa görə iş üçün sübut əhəmiyyəti kəsb edən, “onu 3 edərsən də qardaşım, 10 manatda atırlar sona, ağacın yanında dibində daş var, daşın altındadır, gedən getsin götürsün, orda saxlatdır qoy görüm bu tranzitdir ya yox, deyən indi yazıram, tapa bilməsə gedən gələr taparsan, bağım xarab olub, bu da bir yandan gec cavab verir, əsəbim lap xarab olub, deyən səhv getmisən, ora konumla düz gəlmir, qb onla axırdadır, ayırda ki yol ayrılır iki tərəfə, sən gələn yoldan yenə yol olur, üç yol görən kimi orda dayanacaqsan, sağ əlindədir, çox gəlmisən, son ünvanın heç özünə getməmisən, konum atsın, özüm baxım görüm hansıdır, görüm düz gedib ya səhv gedib, bildim, bir vaxt desin, vaxt demir, biz də bilək işimizi, başqasına deməyək də, amma çox gec olmasın da qardaşımsan, pulu tez vursan həll edərik, amma daha o yatıb, 1-2 saat gələndə vurasan, saat 6-ya, 7-yə götürərsən, yox, son pulunu nə qədər tez vursan mən sənin işini bir qədər tez alındıracam, çünki adam qabaqcadan nə vaxt çölə çıxsa deyəcəyəm çıxsın qoysun, yatasan gün batanda pulu vurarsan, o qalacaq saat doqquz-ona” məzmunlu səs yazılarının olduğu müəyyən edilmişdir. (Cild 1, iş vərəi 178-183)

14. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X10 Ambulator X1 üzrə xx.xx.2025-ci il tarixli 359 nömrəli ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin, kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 1, iş vərəqi 187-188)

15. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X10 xx.xx.2025-ci il tarixli 179 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl dövründə hər hansı psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmamışdır. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs qeyd olunan cinayət törədilən anda əqli inkişafında ruhi xəstəliklə bağlı olmayan gerilik əlamətləri olmamışdır. Təqsirləndirilən şəxs əqli inkişafında hal-hazırda gerilik əlamətləri aşkar edilməmişdir. Təqsirləndirilən şəxs idrak prosesləri, dünyagörüşü, intellektual imkanlarının normaya uyğun olması müəyyən edilməklə, adaptivlik, ünsiyyətlilik, özünəməxsus mövqeyə və prinsipə malik olmaq və s. kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Onda özündən uydurmaya və başqalarının təsiri altında hərəkət etməyə meyillilik əlamətləri müəyyən edilmədi. Təqsirləndirilən şəxs hazırda ifadə vermək qabiliyyətinə və baş verənləri düzgün qavrayıb təsvir edə bilmək imkanına malikdir. Təqsirləndirilən şəxs cinayət törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır. Təqsirləndirilən şəxs cinayət törədildiyi zaman onun şüuruna və fəaliyyətinə təsir göstərə bilən emosional vəziyyətdə olmamışdır. (Cild 1, iş vərəqi 190-193)

16. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2025-ci il tarixli “Sübutların qiymətləndirilməsi, müxtəlif xüsusatlar üzrə cinayət təqibinin başlanılmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunub tədqiqata təqdim edilmiş marixuana təmiz çəkisi 2015,0 qram marixuana maddi sübut hesab olunmaqla, qalıq 2014,85 qram marixuana Xətai Rayon Polis İdarəsinə məsul saxlanca verilmiş, Təqsirləndirilən şəxs barəsində “əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanması və baxış keçirilməsi haqqında” 20 yanvar 2025-ci il tarixli protokola əlavə edilmiş 1 ədəd DVD disk maddi sübut kimi tanınmaqla, cinayət işinin materiallarına əlavə edilmiş, Təqsirləndirilən şəxs aşkar olunmuş 1 ədəd “Redmi” markalı mobil telefon maddi sübut kimi tanınmaqla, Xətai Rayon Polis İdarəsinə məsul saxlanca verilmiş, Təqsirləndirilən şəxs aşkar olunmuş 1 ədəd "xxxx" ASC-yə məxsus “**********036721” nömrəli plastik bank kartı maddi sübut hesab olunmaqla, onun anası X3 məsul saxlanca verilmişdir. Təqsirləndirilən şəxsin etirafedici ifadəsi, şahid ifadələri, istintaq hərəkəti protokolları və digər sənədlər sübut növü kimi qiymətləndirilmişdir. (Cild 1, iş vərəqi 203-215)

17. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili vəzifəsində xidmət etməklə, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında ədavət və düşmənçilik olmamışdır. 20 yanvar 2025-ci il tarixdə Baş Narkotiklərlə Mübarizə İdarəsinə daxil olmuş əməliyyat məlumatı əsasında saat 18 radələrində yaradılmış əməliyyat qrupu vasitəsilə Təqsirləndirilən şəxs saxlanılmış, üzərinə baxış keçirilən zaman sonuncunun üzərində hər hansı qanunsuz əşya aşkarlanmamış, Ramil Quliyevin səmimi etirafından sonra sonuncunun Bakı şəhəri, Xətai rayonu, ünvan 2nında yerləşən mənzilinə baxış keçirilən zaman 3 ədəd bağlamada narkotik tərkibli maddə marixuana aşkar edilərək götürülmüşdür. Şahid2 həmçinin bildirmişdir ki, o, yaradılmış əməliyyat qrupunun rəhbəri olmuş, Təqsirləndirilən şəxs özü polis əməkdaşlarını evə dəvət etmiş, saxlanılarkən elektron tərəzi və ya digər avadanlığın aşkar edilib-edilməməsini xatırlamamış, o, aparılmış videoçəkilişdə iştirak etmişdir. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir, həmin ifadədəki imzalar ona məxsusdur. Polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs hər hansı fiziki və psixi zorakılıq tətbiq edilməmişdir.

18. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkilləri Şahid1 və Şahid3 məhkəməyədək icraat zamanı verdikləri ifadələrində Şahid2 məhkəmədə verdiyi ifadəsinə oxşar məzmunda ifadə vermişdir.

19. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, İran İslam Respublikası vətəndaşı olan “Səyid” adlı şəxslə internet vasitəsilə tanış olmuş, “Səyid” adlı şəxs ilə həmin mobil nömrə və telefonu vasitəsi ilə əlaqə saxlamışdır. Son danışıq zamanı “Səyid” adlı şəxs ona “whatsapp” mobil tətbiqi vasitəsi ilə Cəlilabad rayonu, Göytəpə şəhəri adlanan yerdə şəhərin girişində olan şəhid bulağının yaxınlığına bir ədəd bükümdə qurudulmuş marixuna qoyulduğunu tanımadığı şəxs vasitəsi ilə təmin edib həmin bükümün fotoşəklini çəkib ona göndərəcəyini bildirmiş və həmin bükümü qeyd edilən yerdən götürməklə saxlamasını, daha sonra eyni ilə “whatsapp” vasitəsilə demiş olduğu yerə qoyub fotoşəklini çəkib atmasını, deyəcəyi şəxs tərəfindən həmin ünvandan götürüləcəyini demişdir. O da həmin formada etmiş, 17 yanvar 2025-ci il tarixdə saat 22 və ya 23 radələrində Cəlilabad rayonu, Göytəpə şəhərinin girişinə getmiş, orada “whatsapp” mobil tətbiqində fotoşəkil vasitəsi ilə ona atılmış ünvanda gizlədilmiş bir bağlamada ayrı-ayrı 3 ədəd bükümdə olan qurudulmuş marixunanı üzərində gizlətməklə daşıyıb yaşadığı Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 74 saylı evin 124 nömrəli mənzilinə gətirmiş, orada otaqda divanın altına gizlətməklə saxlamışdır ki, daha sonra ona yenidən ediləcək zəngdən sonra ona deyiləcəyi yerə qoyulmasını təmin etsin. 20 yanvar 2025-ci il tarixdə saat 18:18-də Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 74 saylı evin 124 nömrəli mənzilinin pilləkən meydançasında qohumu X7 ilə birlikdə dayanarkən, 3 nəfər tanımadığı mülkü geyimdə olan şəxslər ona yaxınlaşıb özlərini polis əməkdaşları kimi təqdim edərək xidməti vəsiqələrini göstərib, şəxsiyyətini təsdiq edən sənəd təqdim etməsini bildirmişlər. O, özünü Təqsirləndirilən şəxs kimi təqdim etmiş, polis əməkdaşları ona narkotik vasitə və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu bildirərək üzərində narkotik vasitə və ya psixotrop maddə olubolmamasını xəbər alıb əgər üzərində vardırsa, təqdim etməsini demişlər. Bu təklifdən sonra o, əynində olan şalvarın arxa sağ cibindən 1 ədəd “Redmi” markalı üzərində ***-***- **-** saylı mobil nömrə olan mobil telefonunu, həmin şalvarın sağ yan cibindən 1 ədəd açarı və sol yan cibində öz adına olan "xxxx" ASC-nin **********036721 nömrəli plastik bank kartını təqdim etmişdir. Daha sonra üstü yoxlanılan zaman başqa heç bir kütlə və ya əşya aşkarlanmamışdır. Həmçinin onun yanında olan Elşən Məmmədov əynində olan şalvarın sağ yan cibindən 1 ədəd “Mi” markalı üzərində ***-***-**-** saylı mobil nömrə olan mobil telefonu və həmin şalvarın sol yan cibindən 1 ədəd özünə məxsus şəxsiyyət vəsiqəsini təqdim etmişdir. Ardınca həmin şəxsin də üzəri yoxlanmış, başqa heç bir kütlə və ya aşkar edilməmişdir. İş üçün əhəmiyyət kəsb etdiyi üçün 2 ədəd mobil telefon, 1 ədəd şəxsiyyət vəsiqəsi, 1 ədəd bank kartı götürülmüş və 1 ədəd açar isə ona geri qaytarılmışdır. Daha sonra onun yaşadığı mənzildə həmçinin narkotik vasitə və ya psixotrop maddə olması ilə bağlı məlumat olmasına görə mənzilə baxış və axtarış keçirilməli olması deyildikdə, o, etiraz etməmiş və həmin evin girişindən 124 nömrəli mənzilə onun razılığı ilə videomüşahidə kamerasının çəkilişi altında mənzilə keçib baxış keçirilən zaman mənzilin otağında divanın alt hissəsindən 3 ədəd bağlamada qurudulmuş marixuananı təqdim etmişdir. Həmin kütlə elektron tərəzidə çəkilmiş, daha sonra həmin kütlə qablaşdırılmış, o və iştirakçılar tərəfindən imzalanmış, möhürlənmiş və götürülmüşdür. O, mənzildə olarkən polis əməkdaşlarına mənzildən aşkar olunmuş kütlələri X12 vətəndaşı “Səyid” adlı şəxsin vasitəsi ilə 2 gün əvvəl Cəlilabad rayonu ərazisində gizlədilmiş yerdən ayrı-ayrı yerlərə çatdırıb pul qazanmaq məqsədi ilə əldə etdiyini, əvəzində isə “Səyid” adlı şəxsin ona 2000-3000 manat verəcəyini və mənzildə kütlə olması ilə bağlı hər hansı şəxsin, o cümlədən anasının məlumatı olmadığını bildirmişdir. Elşən Məmmədov da həmçinin həmin kütlələrdən xəbərsiz olmuşdur. Daha sonra polis əməkdaşları onu Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparmışlar və Elşən Məmmədovu da həmin baş idarəyə dəvət etmişlər. Orada mənzildən aşkar olunmuş kütlələrə yenidən baxış keçirilən zaman o, yuxarıda qeyd etmiş olduğu narkotik vasitəni necə, hansı yolla, hardan əldə etdiyini və nə məqsədlə yaşadığı mənzildə otaqda divanın altında gizlətməklə saxladığını bildirmişdir. Saxlanılan zaman, mənzilinə baxış zamanı və daha sonra baş idarədə olan zaman polis əməkdaşları tərəfindən ona qarşı hər hansı fiziki və ya psixi zorakılıq olmamışdır.

20. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi əlavə ifadəsində istifadəsində olan mobil telefona baxış keçirilməsi protokoluna dair verilmiş suallara cavab olaraq müvafiq bank kartının ona məxsus olduğunu, marixuananın yerini göstərən fotoşəkilləri “Səyid” adlı şəxsin göndərdiyini, həmin marixuananın polis əməkdaşları tərəfindən aşkar olunmuş narkotik vasitə olduğunu, həmin səslərin “Səyid” adlı şəxsə məxsus olduğunu və həmin şəxsin sonradan ona 2000-3000 manat pul göndərəcəyinə dair söz veriyini bildirmişdir.

Təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürdüyü sübutlar aşağıdakılardır:

21. Təqsirləndirilən şəxs məhkəmə baxışında Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti ərazisində anamla birlikdə kirayə mənzildə yaşamışdır. İran İslam Respublikasının vətəndaşı ilə aralarında yaranan münasibətdən sonra sonuncunun ona göndərdiyi konuma (ünvana) gedib çəkisini əvvəldən bilmədiyi, sonradan ona məlum olan təxminən 2 kiloqram çəkidə narkotik tərkibli maddə marixuananı götürərək özü ilə birlikdə evə gətirmişdir. O, həmin bağlamadan bir qədər özü üçün götürdükdən sonra İran İslam Respublikası vətəndaşının göstərişi əsasında bir neçə gün həmin narkotik tərkibli maddələri evdə özü ilə birlikdə saxlamışdır. 20 yanvar 2025-ci il tarixdə səhər saatlarında yaşadığı evdə yatarkən polis əməkdaşları evə daxil olub ondan evdə saxladığı 2 kiloqram narkotik tərkibli maddəni tələb etdikdə, o da həmin bağlamanı polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları tərəfindən videoçəkiliş bir neçə dəfə aparılmışdır. Təqsirləndirilən şəxs həmçinin bildirmişdir ki, o, İran İslam Respublikasının vətəndaşı ilə mobil telefon vasitəsilə tanış olmuş, sonuncunun mobil nömrəsini, neçə müddətdən bəri əlaqə saxladığını xatırlamır, həmin şəxsi görməmişdir. İlk əməkdaşlıq təklifi İran İslam Respublikasının vətəndaşı tərəfindən edilmiş, aralarında razılaşmaya görə konumlara, yəni ünvanlara narkotik tərkibli maddələri yerləşdirdikdən sonra müəyyən məbləğdə, təxminən 1000-1500 manat aralığında pul əldə edəcəkmiş. O, narkotik tərkibli maddə istifadəçisidir. İran İslam Respublikasının vətəndaşı içərisində narkotik tərkibli maddə marixuana olan bağlamanı Cəlilabad rayonu ərazisinə qoymuş və o da 18 yanvar 2025-ci il tarixdə həmin ünvana avtomobillə gedərək götürüb evə gətirmiş, narkotik tərkibli maddəni yaşadığı evdə yatdığı divanın altına yerləşdirmişdir. Yaşadığı evə polis əməkdaşları tərəfindən videoçəkiliş vasitəsilə baxış keçirilmiş, ona hər hansı fiziki və psixi təsir göstərilməmiş, polis əməkdaşları ona təqdim etməsi üçün əlavə heç bir kütlə təqdim etməmiş, İran İslam Respublikasının vətəndaşı onun bank kart hesabına 1000 manat pul göndərmiş, polis əməkdaşlarına qapını özü açmış, polis əməkdaşlarına evdə baxış keçirməyə icazə verməmiş, hər hansı qərardan məlumatı olmamışdır.

Hüquqi məsələlər: Azərbaycan Respublikasının Cinayət Məcəlləsi:

22. CM-in 234.4.1-ci və 234.4.3-cü maddələrinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma; Narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz hazırlanmasında və emalında istifadə etmək məqsədi ilə prekursorları satma, yaxud prekursorları eyni məqsədlə xeyli miqdarda hazırlama, əldə etmə, saxlama, göndərmə və ya daşıma; Yetkinlik yaşına çatmayanlara qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma, habelə bu Məcəllənin 234.2-ci və 234.3-cü maddələrində nəzərdə tutulmuş əməlləri təhsil və ya tibb müəssisələrində, eləcə də cəzaçəkmə müəssisələrində yaxud həbs yerlərində törətmə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən və yaxud külli miqdarda törədildikdə beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

23. Maddə 8.1. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.

24. Maddə 15.4. Cinayət Məcəlləsi ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur.

25. Maddə 18.1. Qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır.

26. Maddə 41.1. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.

27. Maddə 41.2. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.

28. Maddə 56.1.3. Xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün cəzanın çəkilmə yeri ciddi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir.

29. Maddə 58.3. cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır.

30. Maddə 65.1. Residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır.

31. Maddə 65.2. Residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz.

32. Maddə 69.3. Hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır.

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi:

33. Maddə 44.1. Məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.

34. Maddə 124. İstintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini, maddi sübutlar və digər sənədləri sübut növləri kimi qəbul edilir.

35. Maddə 125.8. Cinayət-Prosessual Məcəlləsinin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür.

36. Maddə 126.6. Təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər.

37. Maddə 132. Məhkəmə yekun qərar çıxararkən maddi sübutlar barədə məsələni həll etməlidir.

38. Maddə 145. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.

39. Maddə 158.2. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir.

40. Maddə 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir.

41. Maddə 198.1. Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1–197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər.

42. Maddə 349. Məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır.

43. Maddə 351.2. Məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır.

44. Maddə 351.3.4. Məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir.

Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu:

45. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən narkotik vasitə qurudulmuş marixuananın təmiz halda 500 qramdan 50000 qramadək miqdarı külli miqdar hesab olunur.

Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu

46. Maddə 1.0.1. narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir (onların hissələridir).

47. Maddə 1.0.8. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir.

48. Maddə 1.0.9. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir.

49. Maddə 1.0.10. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir.

50. Maddə 1.0.11. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir.

Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli 8 saylı Qərarı

51. Qərarın 9-cu bəndi. Məhkəmələrə tövsiyə edilir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır.

Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarı

52. Qərarın 24-cü bəndi. CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər.

Məhkəmənin hüquqi dəyərləndirməsi:

53. Məhkəmə müdafiə tərəfinin mövqeyini araşdırmışdır.

54. Belə ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən bir neçə dəfə videoçəkilişin aparıldığını bildirdiyindən, məhkəmə həmin xüsusatı araşdırarkən müəyyən etmişdir ki, cinayət işinin materiallarında olan xx.xx.2025-ci il tarixli “Əməliyyataxtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasına və mənzilə baxış keçirilməsinə dair” və həmin tarixli “Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında” protokollara əsasən, videoçəkilişin 2 dəfə, yəni ilk dəfə Təqsirləndirilən şəxs saxlanılarkən, daha sonra isə xidməti otaqda aşkarlanmış predmetə baxış keçirilərkən aparılması müəyyən edilmişdir. Cinayət işinin materialları və digər sənədlərlə təqsirləndirilən şəxsin iştirakı ilə 2 dəfədən çox videoçəkilişin aparılması müəyyən edilməmişdir. Bu səbəbdən, məhkəmə müdafiə tərəfinin həmin iddiasını əsassız, hər hansı dəlilə söykənməyən iddia hesab etmişdir.

55. Bundan əlavə, Təqsirləndirilən şəxs yaşadığı mənzildə, yəni Bakı şəhəri, Xətai rayonu, ünvan 2nında olarkən qapı döyüldüyündən, mənzilin qapısını açdıqda polis əməkdaşlarının içəri daxil olduğunu bildirsə də, xx.xx.2025-ci il tarixli “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasına və mənzilə baxış keçirilməsinə dair” protokoldan və həmin protokola əlavə edilmiş videoçəkilişə baxışdan görünür ki, Təqsirləndirilən şəxs həmin mənzilin pilləkənində polis əməkdaşları tərəfindən saxlanılmış və onun razılığı əsasında daha sonra həmin mənzilə baxış keçirilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs həmin iddiası əsassız və həqiqətə uyğun olmayandır.

56. Məhkəmə, son dövrlər məhkəmə təcrübəsində bu kateqoriya işlər üzrə AR CM-in 234.4.1-ci maddəsinə münasibətdə fərqli yanaşmaların olduğunu nəzərə alaraq həmin maddə ilə bağlı ətraflı dəyərləndirmə aparılmasını zəruri hesab edir.

57. Məhkəmə hazırki iş üzrə iş materiallarını və məhkəmə iclasında müəyyən edilmiş halları tam və hərtərəfli tədqiq edərək aşağıda şərh edilən hüquqi dəyərləndirmədən çıxış edərək hesab edir ki, təqsirləndirilən şəxsə qarşı CM-in 234.4.1-ci maddəsi ilə irəli sürülmüş ittiham (qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edərək daşıyıb saxlama) qanuni və əsaslı hesab edilməlidir.

58. Belə ki, Cinayət Məcəlləsinin: - 31-ci maddəsinə əsasən iki və ya daha çox şəxsin qəsdən cinayət törətməkdə qəsdən birgə iştirakı iştirakçılıq sayılır; - 32.2-ci maddəsinə əsasən cinayəti bilavasitə törətmiş və ya başqa şəxslərlə birlikdə onun törədilməsində bilavasitə iştirak etmiş şəxs (birgə icraçılıq), eləcə də bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda cinayət məsuliyyətinə cəlb edilə bilməyən şəxslərdən istifadə etməklə cinayəti törətmiş şəxs icraçı sayılır; - 34.2-ci maddəsinə əsasən qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur.

59. Birgəlik cinayətdə iştirakçılığın obyektiv əlaməti kimi çıxış edir və iştirakçıların hər birinin onlar üçün ümumi (vahid) olan cinayətin törədilməsinə yönəlmiş hərəkətlərinin qarşılıqlı surətdə biri-birini tamamlamasını və şərtləndirməsini ehtiva edir. Cinayətin digər iştirakçılarının hərəkətləri obyektiv olaraq icraçı tərəfindən cinayətin törədilməsini, qoyulmuş cinayətkar məqsədə nail olunmasını asanlaşdırır və bu səbəbdən onun cinayət törətməsi üçün zəruri şərt (zəruri şəraiti yaradan hal) kimi çıxış edir.

60. İştirakçılığın subyektiv əlamətləri ondan ibarətdir ki, əvvəla, iştirakçılıq yalnız qəsdən törədilən cinayətlərdə mümkündür, ikincisi isə cinayətin törədilməsində iştirak edən bütün şəxslər qəsdən hərəkət etməlidirlər. İştirakçılıqda təqsirin qəsd forması onu ehtiva edir ki, həm icraçı, həm də cinayətin digər iştirakçıları konkret cinayətin törədilməsi üçün birgə hərəkət etdiklərini bilirlər, cinayəti səylərini birləşdirməklə törətdiklərini dərk edirlər, yəni bilə-bilə birgə hərəkət edirlər.

61. Cinayət Məcəlləsinin 34.2-ci maddəsi onu nəzərdə tutur ki, cinayətin "qabaqcadan əlbir olan bir qrup şəxs" tərəfindən törədilməsi üçün iki və daha çox şəxsin qabaqcadan razılaşmaqla cinayətin törədilməsində birgə icraçı kimi iştirak etməsi müəyyən edilməlidir. Cinayətin yalnız qabaqcadan cinayət əlaqəsinə girmiş iki və daha çox icraçı tərəfindən törədildiyi, təşkilatçı, təhrikçi, köməkçinin isə icraçıların törətdikləri cinayətdə iştirak etdiyi halda, onların əməlləri Məcəllənin 32.3, 32.4 və 32.5-ci maddələrinə istinad edilməklə, həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə cinayətin təşkilatçısının, təhrikçisinin və ya köməkçisinin əməli kimi tövsif edilməlidir.

62. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 may 2022-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanununun tələbləri baxımından icraçıların əməllərinin həm Cinayət Məcəlləsinin 32-ci maddəsinə, həm də Məcəllənin Xüsusi hissəsinə əsasən "qabaqcadan əlbir olan bir qrup şəxs" əlaməti üzrə tövsif edilməsi istisna edilir. İştirakçılar qabaqcadan razılaşmaqla cinayətin obyektiv cəhətinin törədilməsində birgə icraçı kimi iştirak etdikləri təqdirdə, onların əməlləri qabaqcadan əlbir olan bir qrup şəxs əlamətini yaratdığından, Məcəllənin 32-ci maddəsinə istinad edilməsinə də ehtiyac yaranmır. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, təşkilatçının, təhrikçinin və ya köməkçinin iştirakı ilə yalnız bir icraçı tərəfindən törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət sayıla bilməz. Adı çəkilən iştirakçıların cinayət əməlinin obyektiv cəhətini təşkil edən hərəkətlərin icrasında bilavasitə iştirak etmədiyi və ya onların əməllərində cinayətin obyektiv cəhətinin tərkib əlamətlərinin mövcud olmadığı halda, əməl qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət kimi qiymətləndirilməməlidir.

63. Həmin qərarda göstərilmişdir ki, cinayətin törədilməsində iştirak edən şəxslər cinayətin obyektiv cəhətini təşkil edən hərəkətləri qismən icra etdikdə, onların hərəkətləri icraçının hərəkətini tamamlamış olur və bu cür iştirakçılar cinayətin birgə icraçısı sayılmaqla cinayət tərkibinin obyektiv cəhətini səciyyələndirən hərəkəti əlaqəli şəkildə icra edirlər.

64. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, ictimai təhlükəlilik baxımından bir qrup şəxs cinayətkar qrupların digər növlərinə nisbətən az təhlükəlidir. Əvvəlcədən əlbir olan bir qrup şəxs və mütəşəkkil dəstə bir və ya bir neçə cinayət törədilməsi məqsədi ilə iki və yaxud daha çox şəxsin mürəkkəb formada birləşməsidir. Onları adi bir qrup şəxsdən əvvəlcədən əlbir olma əlamətinin mövcudluğu fərqləndirir. Bu cinayətkar qruplarda cinayətin birlikdə törədilməsinə dair razılıq cinayətin törədilməsi anına qədər əldə olunur. Burada cinayət törədilməsinə dair qərarın qəbul edilməsi ilə onun həyata keçirilməsi arasında müəyyən müddət mövcuddur.

65. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli Qərarının 12-ci bəndində göstərilmişdir ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir.

66. CM-in 34.2-ci maddəsinin mənasına görə CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir.

67. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin.

68. Yalnız CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi CM-in 234.4.1-ci maddəsinin tərkibini yaratdığı üçün təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Odur ki, digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyi, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsi, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsi araşdırılmalıdır.

69. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir.

70. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd olunan 14 iyun 2024-cü il tarixli qərarının 8-ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11ci maddəsində "digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür.

71. Hazırki iş üzrə Təqsirləndirilən şəxs həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrində göstərmişdir ki, polis əməkdaşları tərəfindən Bakı şəhəri, Xətai rayonu, ünvan 2nında saxlanılmış, evinə baxış keçirilən zaman polis əməkdaşları yaşadığı mənzildə olan divanın altından 2 kiloqram marixuana aşkar etmişlər. Aşkar olunmuş narkotik tərkibli maddəni o, Cəlilabad rayonu ərazisində yol kənarından götürmüşdür. Cəlilabad rayonundan götürdüyü narkotik tərkibli maddəni yolun kənarına İran İslam Respublikasının vətəndaşı qoymuş, həmin İran vətəndaşını tanımamış, yolun kənarında olan marixuananı oradan götürməyi İran vətəndaşı ona söyləmiş, bağlamanın içərisində narkotik tərkibli maddə olduğunu bilmiş, lakin həmin narkotik tərkibli maddənin miqdarını bilməmişdir. Həmin bağlamanı Cəlilabad rayonundan götürüb Bakı şəhəri, Xətai rayonu, ünvan 2nına gətirmiş, İran İslam Respublikası vətəndaşının deyəcəyi ünvana qoyması üçün sonuncudan xəbər gözləmiş və bu məqsədlə mənzilində saxlamışdır.

72. Məhkəmə, hazırki işin faktiki hallarını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 7-ci fəslində göstərilən normalar, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 06 may 2022-ci il tarixli Qərarı, o cümlədən, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli Qərarının AR CM-nin 234.4.1-ci maddəsinə dair hissəsini tənzimləyən 12-ci bəndində göstərilən müddəalarla əlaqəli şəkildə təhlil edərək təqsirləndirilən şəxsin İran İslam Respublikasının vətəndaşı ilə qabaqcadan əlbir olaraq cinayət barədə razılığa gəlmələrinə, təqsirləndirilən şəxsin mənfəət əldə etməsi müqabilində iranlı ilə əlbir olmasına dəlalət edir.

73. Hazırki cinayət işinin faktiki halları baxımından əks yanaşmanın sərgilənməsi, yəni təqsirləndirilən şəxsin narkotik vasitəni əldə etdiyi İran İslam Respublikası vətəndaşının müəyyən olunmamasına, onun ifadəsinin alınmamasına istinadən Təqsirləndirilən şəxs CM-in 234.4.1-ci maddəsi ilə elan edilmiş ittihamın sübuta yetirilməməsi qənaətinə gəlinməsi işin faktiki halları və istintaqla müəyyən edilmiş hallarla bir araya sığmır.

74. Eyni zamanda məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, cinayətin digər şəxslə qabaqcadan əlbir olaraq törədilməsi məsələlərinin həlli zamanı “digər şəxsin” şəxsiyyətinin konkret olaraq bəlli olmaması halı əməlin tövsifi üçün əhəmiyyət kəsb etmir. Analoji ittihamların təsdiqi üçün “digər şəxsin” cinayətin obyektiv cəhətini təşkil edən hərəkətləri əvvəlcədən əlbir olmaqla icra (qismən icra) etməsi kifayətdir.

75. Konkret halda, məhkəmə iclasında tədqiq edilmiş sübutlar “digər şəxs”in təqsirləndirilən şəxslə qabaqcadan əlbir olmaqla cinayətin obyektiv cəhətini təşkil edən müəyyən hərəkətləri icra etməsi təsdiq olunduğundan təqsirləndirilən şəxsə qarşı CM-in 234.4.1-ci maddəsilə irəli sürülmüş ittiham əsaslı hesab edilməlidir.

76. Bununla yanaşı, məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin CM-in 234.4.3-cü maddəsi ilə ittiham olunmasının əsasında onun narkotik vasitələri konkret hər hansı şəxsə satması və ya narkotik vasitələrin satışına dair başqa şəxslərlə danışıqlar (yazışmalar və.s.) aparması, istehlakçı ilə əvvəldən razılığın olması deyil, məhz öz ifadəsində göstərdiyi xüsusat, yəni mənzilindən aşkar olunmuş narkotik vasitəni şəxsi maraq müqabilində müxtəlif ünvanlara yerləşdirməsini, yəni narkotik vasitənin yayılmasına yönəlmiş hərəkət etmək niyyətinin olmasını göstərməsi olmuşdur.

77. Belə olan halda, CM-in 234.4.3-cü maddəsinə münasibətdə ittihamla razılaşaraq həmin hissədə onun ifadələrinin sübut kimi qiymətləndirildiyi halda CM-in 234.4.1-ci maddəsinə münasibətdə isə İran İslam Respublikası vətəndaşının şəxsiyyətinin müəyyən olunmaması və ifadəsinin alınmamasına istinad edərək təqsirləndirilən şəxsin ifadəsinin sübut kimi qiymətləndirilməməsi təzad yaratmaqla cinayət işi üzrə obyektiv araşdırmanın nəticəsi kimi dəyərləndirilə bilməz.

78. Bununla yanaşı, məhkəmə onu da nəzərə alır ki, Cəlilabad rayonundan götürülmüş narkotik vasitənin hələ də təqsirləndirilən şəxsin mənzilində olması onun tək deyil, ifadəsində də göstərdiyi kimi məhz iranlı ilə birgə hərəkət etməsinə, narkotik vasitələrin hansı qaydada yayılacağına dair qabaqcadan razılıqlarının olmasına dəlalət edən hallardandır ki, belə olan halda məhkəmə təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə verilmiş ittihamın qanuni və əsaslı olması qənaətindədir.

79. Məhkəmə təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittihamla bağlı qeyd edir ki, təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində ona elan edilmiş ittihamla özünü təqsirli bilərək narkotik tərkibli maddəni Cəlilabad rayonu əraizisində yol kənarından götürüb evinə gətirməklə X6 vətəndaşının deyəcəyi ünvana qoymağı planlamasını ifadəsində göstərmişdir.

80. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə qarşı narkotik vasitələri satış məqsədilə əldə etməsi, saxlaması və daşımasına dair irəli sürülmüş ittiham toplanmış sübutlarla tam olaraq təsdiq olunur. Belə ki, təqsirləndirilən şəxsdən aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuananın miqdarı, yəni şəxsi istehlak miqdarından 403 dəfədən çox olması onu təsdiq edir ki, təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədilə əldə etmiş, saxlamış və daşımışdır.

81. Narkotik vasitənin təqsirləndirilən şəxsin yaşadığı mənzildə olan bağlamadan aşkar edilməsi, qablaşdırılması, həmin vasitənin kimyəvi tərkibinin müəyyən edilməsi ilə bağlı ilkin sübutların əldə edilməsi ilə əlaqədar istintaq hərəkətlərinin etibarsız hesab olunması üçün əsaslar müəyyən edilmədiyindən həmin hərəkətlərin nəticələri, habelə təqsirləndirilən şəxsin ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi ifadələri, şahidlərin ifadələri, istintaq hərəkəti protokolları iş üzrə mötəbər sübutlar kimi qəbul edilir. Məhkəmə qeyd edir ki, cinayət işinin materiallarında olan və məhkəmə araşdırılması zamanı tədqiq edilmiş sənədlərdən sübut kimi yol verilməz olanı yoxdur. İş materiallarında olan sübutlar yol veriləndir.

82. Təqsirləndirilən şəxsdə aşkar edilərək götürülmüş narkotik vasitələrin növü qadağan olunmuş əşya olduğundan və miqdarı qüvvədə olan qanunvericiliyə əsasən külli miqdar təşkil etdiyindən irəli sürülmüş ittihama uyğun cinayət məsuliyyəti yaradır.

83. Məhkəmə təqsirləndirilən şəxsdə aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananın külli miqdarından dəfələrlə artıq olmasını, onun mobil telefonunda narkotik vasitənin qanunsuz dövriyyəsi ilə əlaqədar yazışmaların mövcudluğunu, habelə iş üzrə toplanmış digər sübutları məcmu halda qiymətləndirərək hesab edir ki, o, narkotik vasitəni məhz satış məqsədilə əldə etmişdir.

84. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır.

85. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif olunmuşdur.

86. Məhkəmə baxışı gedişində tədqiq olunmuş yuxarıda qeyd olunan sübutların məcmusu təqsirləndirilən şəxsin cinayətdə təqsirini təsdiq etdiyi üçün məhkəmə ittiham hökmü çıxarmaq qənaətinə gəlir.

87. Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət qanunun müvafiq normasının sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur.

88. Məhkəmə cəza təyin edərkən cəza təyini ilə bağlı cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərini nəzərə alır.

89. Məhkəmə CM-in 59.1.4-cü maddəsinə əsasən himayəsində 01 (bir) azyaşlı uşağının olmasını, 59.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin məhkəməyədək icraat və məhkəmə baxışı zamanı davranışını, əvvəllər məhkum olunmamasını, səmimi peşmanlığını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır.

90. Məhkəmədə CM-in 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal kimi müəyyən edilmişdir.

91. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halların olmasını, ağırlaşdıran halın mövcudluğunu nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının hüdudları daxilində cəza təyin edilməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar.

92. Təqsirləndirilən şəxs cinayətlərin residivi olduğundan, cəzanın çəkilmə yeri ciddi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilməlidir.

93. İşdə olan tutma protokolundan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs 20 yanvar 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qərarı ilə barəsində 22 yanvar 2025-ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Təqsirləndirilən şəxs hökm çıxarılanadək həbsdə saxlandığı üçün həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə bir günə bir gün hesablanmaqla daxil edilməlidir.

94. Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun tutulduğu 20 yanvar 2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir.

95. İş üzrə mülki iddia, həbs qoyulmuş və xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir.

96. İş üzrə maddi sübut olan, Bakı Şəhəri Xətai Rayon Polis İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan, Təqsirləndirilən şəxs üzərində aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 2014,85 qram qurudulmuş marixuana məhv edilməli, həmin yerdə saxlanılan, Təqsirləndirilən şəxs aşkar olunmuş 1 ədəd “Redmi” markalı mobil telefon onun yaxın qohumlarından birinə qaytarılmalı, Təqsirləndirilən şəxs barəsində “əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanması və baxış keçirilməsi haqqında” 20 yanvar 2025-ci il tarixli protokola əlavə edilmiş 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 1 ədəd "xxxx" ASC-yə məxsus “**********036721” nömrəli plastik bank kartının onun anası X3 məsul saxlanca verilməsi nəzərə alınmalıdır.

97. İbtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 72 (yetmiş iki) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir.

98. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinsin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə təqsirli bilinsin və ona 06 (altı) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs hazırkı iş üzrə tutulduğu və həbsdə saxlanıldığı müddət, yəni ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 20 yanvar 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olmaqla, Bakı Şəhəri Xətai Rayon Polis İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan, Təqsirləndirilən şəxs üzərində aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 2014,85 qram qurudulmuş marixuana məhv edilsin, həmin yerdə saxlanılan, Təqsirləndirilən şəxs aşkar olunmuş 1 ədəd “Redmi” markalı mobil telefon onun yaxın qohumlarından birinə qaytarılsın. Təqsirləndirilən şəxs barəsində “əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanması və baxış keçirilməsi haqqında” 20 yanvar 2025-ci il tarixli protokola əlavə edilmiş 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 1 ədəd "xxxx" ASC-yə məxsus “**********036721” nömrəli plastik bank kartının onun anası X3 məsul saxlanca verilməsi nəzərə alınsın. Hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs 72 (yetmiş iki) manat məbləğində məhkəmə məsrəfi olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddianın, üzərinə həbs qoyulmuş əmlakın və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu, hökmün surətinin Təqsirləndirilən şəxs isə verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən hakim Fərid Namazov Hakimlər Telman Hüseynov Aygün Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar