Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1366/2025 12.11.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Pənahov Babək Əkbər oğlu (sədrlik edən) Kamranov Hafiz Eldar oğlu və X4 ibarət tərkibdə Məhkəmə iclasının katibi: X5 Dövlət ittihamçısı: Baş prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi: “Mərkəz” Vəkil bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1995-ci il tarixdə Şəmkir rayonu, Dəllər kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN:xxxxxxx), orta təhsilli, subay, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş, Şəmkir rayonu, Dəllər qəsəbəsi, Təzə məhəllə, M.Müşfiq küçəsi, ev 7-də qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 29, 177.2.2, 29, 177.2.3, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə xx.xx.2024-cü il tarixdə, saat 02:15 radələrində Şəmkir rayonu, Dəllər qəsəbəsi, X6 yerləşən Dəllər poçt şöbəsinin inzibati binasına qanunsuz daxil olaraq oradan dolabda saxlanılan, şöbənin müdiri X8 məxsus 126 manat pulu oğurlayıb A.Sariyevaya maddi ziyan vurmuşdur. Bundan başqa o, özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə xx.xx.2024-cü il tarixdə, saat 03 radələrində Şəmkir rayonu, Dəllər qəsəbəsi, X6 yerləşən, Zərərçəkmiş şəxs1 Yahya oğluna məxsus mağazaya qanunsuz daxil olub orada saxlanılan 200 manat pul vəsaitini götürməkdən ötrü mağazanın giriş qapısının qıfılını sındırmağa çalışan zaman küçədən səs gəldiyini eşidib ifşa ediləcəyini dərk edib oradan qaçıb uzaqlaşmaqla öz iradəsindən asılı olmayan səbəblərə görə cinayətini başa çatdıra bilməyib təkrar oğurluğa cəhd etmişdir. Bundan əlavə o: • İstintaqa məlum olmayan vaxtda və mənbədən xeyli miqdarda, ümumi təmiz çəkisi 1,065 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini qanunsuz olaraq satış məqsədi ilə əldə edib üzərində saxlayaraq daşımış, Gəncə Şəhər Baş Polis İdarəsinin 1-ci polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2024cü il tarixdə, saat 18:20 radələrində Gəncə şəhəri, Şeyx Bahəddin küçəsi, Gəncə çayının yaxınlığında saxlanılaraq orada üstünün yoxlanılması zamanı əynində olan tünd göy rəngli cins şalvarın sağ ön kiçik cibindən 01 ədəd ağ rəngli kağız bükümün içərisindən həmin maddə aşkar edilərək götürülmüşdür; • İstintaqa məlum olmayan “Baba” adlı İran vətəndaşı ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında istintaqa məlum olmayan vaxtda külli miqdarda, ayrıayrılıqda 805, 320 və 510 qram olmaqla ümumi təmiz çəkisi 1.635 qram təşkil edən çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı təkrarən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşımış, 23 noyabr 2024-cü il tarixdə, saat 22:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Xəstəxanayanı küçəsində özünü şübhəli aparması səbəbindən Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 12-ci polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq şöbəyə gətirilmiş və orada şəxsi axtarış keçirilən zamanı üzərində “Bravo” yazısı olan əl torbasının içərisindən 02 ədəd “Polo” yazılı ağ və qara rəngli şəffaf polietilen bükümdə olan həmin narkotik vasitə aşkar edilərək götürülmüşdür. İşin halları və dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, özünə iş tapa bilmədiyindən oğurluq etmək qərarına gəlmiş, bununla əlaqədar yaşadığı Dəllər qəsəbəsində yerləşən poçt şöbəsindən oğurluq etməyi düşünmüşdür. 05 noyabr 2024-cu il tarixdə, təxminən saat 02:15 radələrində X6 yerləşən poçt şöbəsinə gəlmiş, poçtun dəmir barmaqlığını, daha sonra isə taxta qapının üzərindəki qıfılı qırmış və binanın içərisinə daxil olmuşdur. Poçta daxil olduqdan sonra orada seyfin bağlı olduğunu görmüş, buna görə də dolabların içərisini axtarmağa başlamış və 120 manat məbləğində pulu götürüb oradan uzaqlaşmışdır. Bu pulu öz ehtiyacları üçün xərcləmiş, pul bitdikdən sonra yenidən oğurluq etmək istəmişdir. Bu səbəbdən X3 paltar mağazasından oğurluq etmək üçün 07 noyabr 2024-cü il tarixdə, təxminən saat 03:10 radələrində mağazanın qarşısına gəlmiş, müşahidə etdiyi zaman mağazanın içərisindəki rəfdə 200-300 manat məbləğində pulun olduğunu görüb özü ilə gətirdiyi dəmir boru ilə əvvəlcə dəmir barmaqlıqların üzərində olan qıfılı qırmışdır. Daha sonra isə qapının kilidini açmağa çalışmış, lakin aça bilməmişdir. Bundan sonra dəmir boru ilə qapının aşağı hissəsindən zor tətbiq edərək açmağa çalışmış, lakin səs gəldiyini eşidib tutulmamaq üçün oradan uzaqlaşmışdır. Bununla belə o, həmin günü polis əməkdaşları tərəfindən tutulmuş, müfaviq sənədləşmə işlərindən sonra 09 noyabr 2024cü il tarixdə buraxılmışdır. Bundan sonra o, həmin günü axşam saat 06 radələrində Gəncə şəhərində çayın qırağında gəzərkən diqqətini ağ rəngli kağız büküm cəlb etmiş, onun içərisinə baxan zaman “patı” kimi tanıdığı maddənin olmasını görüb istifadə etməsi üçün cibinə qoymuşdur. Lakin 10-15 dəqiqədən sonra polis əməkdaşları tərəfindən saxlanılıb Gəncə şəhər 1-ci polis şöbəsinə gətirilmiş, orada da 2 gün saxlanıldıqdan sonra buraxılmışdır. 23 noyabr 2024-cü il tarixdə iş axtarmaq üçün Bakı şəhərinə gəlmiş, bu zaman özü ilə bir müddət öncə mobil telefon vasitəsi ilə tanış olduğu “Baba” adlı İran vətəndaşından 3 ədəd polietilen bükümdə 2 kq çəkidə aldığı marixuananı da gətirmişdir. Sabunçu rayonunda mənzillərin kirayəsi ucuz olduğundan oraya gəlmiş, lakin saat 22 radələrində Sabunçu qəsəbəsində olan xəstəxananın yanında polis əməkdaşları tərəfindən saxlanılıb 12-ci polis şöbəsinə aparılmışdır. Şöbədə üzərində axtarış aparılan zaman həmin narkotiki təqdim etmişdir. Polis əməkdaşları tərəfindən saxlanılarkən və digər istintaq hərəkətləri zamanı təzyiqə məruz qalmamışdır. Məhkəməyə dəfələrlə çağırmalarına baxmayaraq Şəmkir rayonunda yaşayan zərər çəkmiş şəxslər X13 və Zərərçəkmiş şəxs1 məhkəməyə gəlməmiş, eyni zamanda Zərərçəkmiş şəxs2 məhkəməyə teleqram ünvanlamış, Zərərçəkmiş şəxs1 isə yataq xəstəsi olduğu bildirilmişdir. Tərəflərin razılığı ilə zərər çəkmiş şəxslərin ibtidai istintaq dövründə verdiyi ifadələri elan olunmuşdur. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ifadəsində göstərilmişdir ki, o, Şəmkir rayonu Dəllər qəsəbəsi, X3 mağazada sahibkar kimi fəaliyyət göstərir. Mağazada müxtəlif geyim mallarının satışını həyata keçirir. 07 noyabr 2024-cü il tarixdə, təxminən saat 09:10 radələrində mağazaya gələrək qapını açmaq istəyərkən qoruyucu barmaqlıqların qıfılının açıq olduğunu və giriş qapısının alt hissəsinə zor tətbiq olunaraq açmağa cəhd olunduğunu görmüşdür. Bu barədə polisə məlumat vermişdir. Mağazada mütəmadi olaraq 200 manat məbləğində pul olur, aylıq hesabat etdiyindən, mağazanın gəlir və xərclərini hesablamaq üçün pulu daima orada saxlayır. Giriş qapısı sındırıla bilinmədiyindən bu pul oğurlamamışdır (İİ cild, i.v.29-31) Zərər çəkmiş şəxs X13 ifadəsinə əsasən o, "xxxx" MMC-nin Şəmkir rayon filialı, Dəllər poçt şöbəsinin müdiri vəzifəsində işləyir. Şöbə X6 yerləşir. 05 noyabr 2024-cu il tarixdə, təxminən saat 08:45 radələrindəişə gəlmiş, qapını açmaq istəyən zaman qıfılların hər ikisinin açıq olduğunu görmüşdür. Bundan sonra dərhal polisə məlumat vermişdir. Məlum olmuşdur ki, oturduğu stolun yanında olan dolabda saxladığı 126 manat məbləğində pulu oğurlanmışdır (İ cild, i.v.37-39). Məhkəmədə şahid qismində dindirilmiş Gəncə Şəhər Baş Polis İdarəsinin 1-ci polis şöbəsinin əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərdi ki, xx.xx.2024-cü il tarixdə şöbəyə Şəmkir rayon sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin əldə edib üzərində saxlaması və daşıması barədə əməliyyat məlumatı daxil olmuş, onun saxlanılması üçün həmin tarixdə əməliyyat qrupu yaradılmışdır. Bundan sonra Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci polis şöbəsinin əməkdaşları Şahid4 və X15 ilə birlikdə Gəncə şəhəri ərazisində Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirləri keçirməyə başlamış və həmin günü saat 18:20 radələrində onu Gəncə şəhəri, Şeyx Bahəddin küçəsi, Gəncə çayının yaxınlığında saxlamışlar. Təqsirləndirilən şəxs məsələ barədə məlumat verilib yerində video çəkilişlə baxış keçirilmiş və sonuncu əynində olan cins şalvarın cibindən bir ədəd ağ rəngli kağız bükümü təqdim etmişdir. Həmin kağız bükümün içərisində metamfetaminə bənzər aşkar olunmuş kütlə tərəzidə çəkilib qablaşdırılmış və müvafiq protokol tərtib edilmiş, Təqsirləndirilən şəxs da polis şöbəsinə aparılmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 12-ci polis şöbəsinin əməliyyat müvəkkili Şahid1 Müqabil oğlu ifadəsində göstərdi ki, 23 noyabr 2024-cü il tarixdə iş yoldaşı ilə birlikdə xidməti ərazidə gəzintidə olarkən saat 22:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Xəstəxanayanı küçəsində bir nəfər kişi cinsli şəxsin özünü şübhəli aparmasını görüb ona yaxınlaşaraq özlərini təqdim etmiş və onun şəxsiyyətini dəqiqləşdirmək üçün sənədlərini istəmişlər. Bu zaman həmin şəxs onlardan yayınmağa çalışmış, buna görə də onu saxlayaraq şöbəyə gətirmişlər. Orada həmin şəxsin Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman o, əlində olan “Bravo” yazılı müxtəlif rəngli torbanın içərisindən 02 ədəd “polo” yazılı ağ və qara rəngli şəffaf sellofandakı ot kütlələrini təqdim etmişdir. Suallara cavab olaraq Təqsirləndirilən şəxs bu maddənin marixuana olmasını, onu İran vətəndaşından aldığını bildirmişdir. Məhkəmədə tədqiq edilmiş (elan olunmuş): • “Şübhəli şəxsi dindirmə” və “Təqsirləndirilən şəxsi dindirmə” protokollarında Təqsirləndirilən şəxs əks olunmuş ifadələrinə əsasən o, əvvəllər əvvəllər məhkum olunmuş, 2024-cü ilin sentyabr ayının 7-də cəzaçəkmə müəssisəsindən çıxdıqdan sonra heç bir yerdə iş tapa bilməmişdir. Təxminən bir ay bundan öncə mobil telefon vasitəsilə “Baba” adlı İran vətəndaşı ilə tanış olmuş və ondan 3.000 manat müqabilində 3 ədəd sellofan bükümdə 2 kq marixuana almışdır. O, “Baba”dan narkotiki aldıqdan sonra ona pul ödəməyərək mobil nömrəsini və telefonunu sındırıb tullamış və narkotiki mütamadi olaraq özü istifadə edirdi. 23 noyabr 2024-cü il tarixdə iş axtarmaq üçün Bakı şəhərinə gəlmək qararına gəldişdir. O, həmin bükümləri götürüb ikisini bir yerə, digərini isə ayrı olmaqla iki büküm düzəldərək sellofan bağlamaya qoyub üzərlərini yapışqan lentlə bağlamış və “Bravo” yazısı olan əl yükü üçün nəzərdə tutulmuş paketə qoymuşdur. Həmin gün axşam saatlarında Bakı şəhərinə gəlmişdir. Sabunçu rayonunda kirayə mənzillərin ucuz olmasını bildiyi üçün həmin yerə gəlmişdir. Saat 22 radələrində Sabunçu qəsəbəsində yerləşən xəstəxananın yanı ilə küçədə piada hərəkətdə olduğum vaxt iki nəfər polis əməkdaşı yaxınlaşıb onu sorğu-sual etmiş, o da üzərində narkotik vasitə olduğundan onların suallarından yayınaraq uzaqlaşmaq istədikdə onu 12-ci polis şöbəsinə dəvət etmişlər (cild İ, i.v.48-50, 59-62, cild İİ, i.v.144-150); • Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin: • 24.11.2024-cü il tarixli, 3-16-16-2-7/1916 nömrəli rəyinə əsasən tədqiqata təqdim edilmiş, ağ kağız üzərində “Vətəndaş Təqsirləndirilən şəxs üzərindən ...” yazıları və imzalar olan sintetik çantadakı 01 ədəd qara rəngli polietilen bağlamada təmiz çəkisi 805 qram, “polo” yazısı olan polietilen bağlamada 01 ədəd qara rəngli polietilen torbada təmiz çəkisi 320 qram, həmin “polo” yazısı olan polietilen bağlamanın içərisində təmiz çəkisi 510 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır, ümumi çəkisi 1.635 qramdır. Təqdim olunmuş marixuanalar tərkiblərinə görə eynidirlər. Tədqiqatdan sonra marixuananın qalıq çəkisi 1.634,4 qram, aparılmış tədqiqatın dəyəri 78 manat təşkil edir (İ cild, i.v.39-42); • X7 xx.xx.2024-cü il tarixli, 16/1066 nömrəli rəyinə görə tədqiqata təqdim edilmiş, üzərində “Vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd ağ kağız büküm” yazı və imzalar olan kağız paketdəki 1 ədəd ağ kağız bükümdə təmiz çəkisi 1,065 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqatdan sonra metamfetaminin qalıq çəkisi 0,995 qram, aparılmış tədqiqatın dəyəri 30,40 manat təşkil edir (İ cild, i.v.144-145); • Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X18 Ambulator X2 haqqında xx.xx.2025-ci il tarixli 1055 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-ndən alınan məlumata əsasən o, xx.xx.2024-cü il tarixdən X10 (F12x2) diaqnozu ilə dispanser qeydiyyatdadır (İİ cild, i.v.91-93); • “Baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokola və ona əlavə edilmiş fotoşəkillərə görə Şəmkir rayonu, X6 yerləşən Dəllər poçt şöbəsinə baxış keçirilmişdir. Şöbənin giriş qapısının qarşısında olan dəmir barmaqlıqların qıfılı və giriş qapısının qıfılı sındırılmışdır. Binanın içərisində girişdən sağ tərəfdə işçilərin əyləşməsi və müəyyən işlərin görülməsi üçün şkaf var, həmin şkafın sol tərəfində əşyalar, otağın sağ küncündə dəmir seyf aşırılmış vəziyyətdədir, seyfin qarşısında isə kompyuter masası və üzərində kompyuter avadanlığı var. Zərərçəkmiş şəxs2 iş masasının orta hissəsində olan çəkməcədən ona məxsus 126 manat dəyərində pulun oğurlandığını bildirir (İ cild, i.v.229-232); • “Toplanmış sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərarla Təqsirləndirilən şəxs götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalan 0,995 qram çəkidə psixotrop maddə metamfetamin və 1.634,4 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, habelə 02 ədəd CD disk maddi sübut kimi tanınmış, narkotik vasitə və psixotrop maddə saxlanılması üçün Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin maddi sübutların saxlanc kamerasına təhvil verilmiş, disklər isə cinayət işinin materiallarına əlavə edilmişdir (İ cild, i.v.93-103); • “Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında” xx.xx.2025-ci il tarixli qərarla ********* saylı cinayət işinin materiallarından naməlum mənbəyə və cinayətkar qrupun üzvü olan şəxsiyyəti istintaqa məlum olmayan İran vətəndaşına dair Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ********* saylı cinayət işi ayrılmışdır (İ cild, i.v.104-105); • “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokola əsasən Bayramov X1 Xətt polis şöbəsinin baş müstəntiqi tərəfindən həmin günü tutulmuş, xx.xx.2024-cü il tarixli qərarla isə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (İİ cild, i.v.18, 56); • “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokola görə Təqsirləndirilən şəxs Gəncə Şəhər Baş Polis İdarəsinin 1-ci şöbəsinin təhqiqatçısı tərəfindən həmin günü tutulmuş, müstəntiqin xx.xx.2024-cü il tarixli qərarı ilə isə o, müvəqqəti saxlama yerindən azad olunaraq barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (İ cild, i.v.125, 171-172); • Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(008)- 707/2024 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 23 noyabr 2024-cü il tarixdən hesablanmışdır (İ cild, i.v.74-80); • Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli arayışı və məhkəmə aktlarından aydın olur ki, Təqsirləndirilən şəxs əvvəllər quldurluğa və oğurluğa görə məhkum edilmiş, o cümlədən Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2024-cü il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Habelə, o, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, məhkəməyədək icraat dövründə tutulduğu 02 gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzadan çıxılmaqla qəti olaraq üzərində 02 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasının əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmışdır (İ cild, i.v.186-187, İİ cild); • Zərərçəkmiş şəxs2 məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli teleqramında ona dəymiş zərər ödənildiyindən Təqsirləndirilən şəxs şikayət və tələbinin olmadığı, onunla barışdığı göstərilmişdir (cild İİİ). Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri oğurluğun təkrar və yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsinə görə cinayət məsuliyyətini müəyyən edir. Həmin Məcəllənin 29-cu maddəsinə görə bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarında göstərilir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir (19-cu bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər (27-ci bənd). Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 29,177.2.2 və 29,177.2.3-cü maddələri ilə irəli sürülmüş ittihamla bağlı təqdim edilmiş sübutları araşdıraraq belə nəticəyə gəlir ki, onun özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə xx.xx.2024-cü il tarixdə, saat 02:15 radələrində Şəmkir rayonu, Dəllər qəsəbəsi, X6 yerləşən Dəllər poçt şöbəsinin inzibati binasına qanunsuz daxil olaraq oradan dolabda saxlanılan, şöbənin müdiri X8 məxsus 126 manat pulu oğurlanması, habelə eyni məqsədlə xx.xx.2024-cü il tarixdə, saat 03 radələrində həmin ünvanda yerləşən, Zərərçəkmiş şəxs1 Yahya oğluna məxsus mağazaya qanunsuz daxil olub orada saxlanılan 200 manat pul vəsaitini götürməkdən ötrü mağazanın giriş qapısının qıfılını sındırmağa çalışan zaman küçədən səs gəldiyini eşidib ifşa ediləcəyini dərk edib oradan qaçıb uzaqlaşmaqla öz iradəsindən asılı olmayan səbəblərə görə cinayətini başa çatdıra bilməyib təkrar oğurluğa cəhd etməsi təqsirləndirilən şəxsin, zərər çəkmiş şəxslərin ifadələri, hadisə yerinə baxış keçirilməsi haqqında protokol ilə təsdiq olunur. Eyni zamanda, məhkəmə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittihama dair aşağıdakıları qeyd etməyi zəruri bilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri həmin Məcəllənin 234.2 (satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma), 234.3 (narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz hazırlanmasında və emalında istifadə etmək məqsədi ilə prekursorları satma, yaxud prekursorları eyni məqsədlə xeyli miqdarda hazırlama, əldə etmə, saxlama, göndərmə və ya daşıma) və 234.3-1-ci (yetkinlik yaşına çatmayanlara qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma, habelə bu Məcəllənin 234.2-ci və 234.3-cü maddələrində nəzərdə tutulmuş əməlləri təhsil və ya tibb müəssisələrində, eləcə də cəzaçəkmə müəssisələrində yaxud həbs yerlərində törətmə) maddələrində nəzərdə tutulmuş əməlləri qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən, təkrar və külli miqdarda törədilməsinə görə cinayət məsuliyyətini müəyyən edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununa görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş (1.0.9-cü maddə), narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür (1.0.11-ci maddə). “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli Qərarında göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Məhkəmələrə izah edilsin ki, Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Şəxsin bəxşiş şəklində narkotik vasitələri və ya psixotrop maddələri başqasına verməsi də onların qanunsuz yayılmasına yönələn (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən) ictimai zərərli maraqla şərtləndirildiyindən, belə motivasiya Qanunun 1.0.11-ci maddəsində nəzərdə tutulmuş “digər şəxsi maraq”, törədilmiş əməl isə narkotik vasitənin və ya psixotrop maddənin satılması kimi qiymətləndirilməlidir (8-ci bənd); Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır (9-cu bənd). Cinayət Məcəlləsinin 234.4-cü maddəsində əməlin tövsifedici əlamətləri kimi Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddələrində sadalanan əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədilməsi, təkrar törədilməsi, külli miqdarda törədilməsi, habelə mediadan, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə törədilməsi nəzərdə tutulmuşdur. Qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir. Cinayət Məcəlləsinin 34.2-ci maddəsinin mənasına görə Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir (12-ci bənd). “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda psixotrop maddə metamfetaminin xeyli miqdar (təmiz halda qramlarla) daxil olmaqla aşağı həddi 0,15 qram, külli miqdarın isə 02 qram, narkotik vasitə qurudulmuş marixuananın külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı həddi 500 qram təşkil edir. Məhkəmə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3cü maddələri ilə irəli sürülmüş ittihamla bağlı da toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən xeyli miqdarda, ümumi təmiz çəkisi 1,065 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini qanunsuz olaraq satış məqsədi ilə əldə edib üzərində saxlayaraq daşımış, Gəncə Şəhər Baş Polis İdarəsinin 1-ci polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2024cü il tarixdə, saat 18:20 radələrində Gəncə şəhəri, Şeyx Bahəddin küçəsi, Gəncə çayının yaxınlığında saxlanılaraq orada üstünün yoxlanılması zamanı əynində olan tünd göy rəngli cins şalvarın sağ ön kiçik cibindən 01 ədəd ağ rəngli kağız bükümün içərisindən həmin maddə, habelə “Baba” adlı İran vətəndaşı ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında istintaqa məlum olmayan vaxtda külli miqdarda, ayrı-ayrılıqda 805, 320 və 510 qram olmaqla ümumi təmiz çəkisi 1.635 qram təşkil edən çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı təkrarən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşımış, 23 noyabr 2024-cü il tarixdə, saat 22:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Xəstəxanayanı küçəsində özünü şübhəli aparması səbəbindən Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 12-ci polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq şöbəyə gətirilmiş və orada şəxsi axtarış keçirilən zamanı üzərində “Bravo” yazısı olan əl torbasının içərisindən 02 ədəd “polo” yazılı ağ və qara rəngli şəffaf polietilen bükümdə olan həmin narkotik vasitə aşkar edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamini və ümumi çəkisi 1.635 qram olan 3 ayrı bağlamada qablaşdırılmış narkotik vasitə marixuananı guya şəxsi istifadəsi üçün saxlaması barədə verdiyi ifadəni işin faktiki hallarına uyğun hesab etmir. Belə ki, iş materiallarına əlavə edilmiş ambulator məcburi-narkoloji tibbi müayinənin nəticələrinə əsasən təqsirləndirilən şəxsdə yalnız kannabinoidlərin qəbulu ilə əlaqədar yaranmış asılılıq sindromu (narkomaniya xəstəliyi) müəyyən edilir. Tibbi ədəbiyyatda marixuana çətənə tərkibli kannabinoidlər qrupuna, metamfetamin isə tam fərqli təsir mexanizminə malik psixostimulyatorlara aid edilir. Təqsirləndirilən şəxsdə metamfetaminə dair hər hansı asılılıq əlamətinin qeyd olunmaması, onun metamfetamini yalnız guya şəxsi istifadəsi üçün əldə etməsi barədə izahatının tibbi və məntiqi əsasını aradan qaldırır və bu ifadəni etibarsız edir. Bundan əlavə, aşkar edilmiş marixuananın çəkisi (1.635 qram) və onun 3 ayrı bağlamada qablaşdırılması şəxsi istehlak məqsədi üçün deyil, qanunsuz satış məqsədi üçün xarakterik əlamətlər kimi qiymətləndirilir. Məhkəmə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı məhkəmə təcrübəsini nəzərə alaraq müəyyən edir ki, narkotik vasitənin belə bağlamalara bölünməsi, adətən, onun satış məqsədi ilə əldə edilməsinin və saxlanmasının göstəricisidir. Göstərilən sübutlar və müəyyən edilmiş faktiki hallar ümumilikdə məhkəməyə əsas verir ki, Təqsirləndirilən şəxs metamfetamini və marixuananı yalnız şəxsi istehlakı üçün saxlaması barədə verdiyi ifadəsi inandırıcı deyil, iş materialları ilə təsdiqini tapmır və müdafiə xarakterli izahat kimi qiymətləndirilməlidir. Bununla da Təqsirləndirilən şəxs tərəfindən Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsi də sübuta yetirilir. Yuxarıda qeyd olunan bütün əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3, 29,177.2.2, 29,177.2.3, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş əməllərin törətməsində təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı tövsiyələri nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli Qərarına görə şəxs bir neçə başa çatmamış cinayət törətmişsə onlardan hər birinə görə cəza Cinayət Məcəlləsinin 63-cü maddəsinə uyğun təyin edilir, lakin cinayətlərin məcmusu üzrə qəti cəza Cinayət Məcəlləsinin 66.2 və 66.3-cü maddələri ilə müəyyən edilən qaydalara uyğun olmalıdır. Bu zaman Cinayət Məcəlləsinin 66.2-ci maddəsi ilə müəyyən edilən qaydalara uyğun olaraq (cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə) təyin edilmiş azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə Cinayət Məcəlləsinin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinin müəyyən etdiyi qaydalara uyğun təyin edilmiş qəti azadlıqdan məhrum etmə cəzasının müddəti isə iyirmi ildən çox ola bilməz. Başa çatmış və başa çatmayan cinayətlərin çoxluğu cinayətlərin təkrar törədilməsi əlaməti üzrə Cinayət Məcəlləsinin bir (məsələn, 177.2.2-ci) maddəsi ilə deyil, başa çatmayan və başa çatmış cinayətlərin məcmusu kimi tövsif edildiyi, yəni başa çatmış və başa çatmayan cinayətlərin istər real, istərsə də ideal məcmusu olduğu hallarda təqsirkar şəxsə cəza da cinayətlərin məcmusuna görə cəzaların təyin edilməsi qaydalarına riayət olunmaqla təyin olunmalı, yəni Cinayət Məcəlləsinin 66.1-ci maddəsi tələb etdiyi kimi əvvəlcə cinayətlərin məcmusuna daxil olan hər bir cinayətə, o cümlədən başa çatmış və Cinayət Məcəlləsinin 66-cı maddəsinin müəyyən etdiyi hədlər daxilində başa çatmayan cinayətə görə ayrı-ayrılıqda cəzalar təyin edilməli və daha sonra məcmuya daxil olan cinayətlərin təsnifatından asılı olaraq Cinayət Məcəlləsinin 66.2 və yaxud 66.3-cü maddəsinə müvafiq olaraq cinayətlərin məcmusu üzrə qəti cəzanın müddəti və ya həcmi müəyyən olunmalıdır. Başa çatmış və başa çatmayan cinayətlərin məcmusu üzrə birbaşa vahid cəzanın təyin edilməsi cinayətlərin məcmusu üzrə cəzaların təyin edilməsi qaydalarına zidd olmaqla yanaşı həm də ona görə yolverilməzdir ki, başa çatmayan cinayətlərə görə cəzanın Cinayət Məcəlləsinin 63-cü maddəsinə müvafiq olaraq təyin edilməli olmasını, yəni həmin maddəyə görə məcmuya daxil olan başa çatmayan və başa çatmış cinayətlər üzrə sanksiyaların fərqli olduğunu nəzərə almır (15-ci bənd). Məhkəmə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 təqsirləndirilən şəxslə barışmasını Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Eyni zamanda, Təqsirləndirilən şəxs qəsdən az ağır cinayət törətdiyinə görə əvvəllər ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə bağlı məhkumluğu ödənilmədən yenidən qəsdən hazırkı ağır cinayəti törətmişdir ki, bu da cinayətlərin residivini yaradır. Bu halı da məhkəmə Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə uyğun olaraq cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Cinayət Məcəlləsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivi sayılır (18.1-ci maddə); cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır (83.1-ci maddə); az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə şəxs məhkumluğu olmayan hesab edilir (83.3.3-cü maddə). Bu Məcəllənin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2013-cü il tarixli Qərarına görə cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Məhkəmə cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onların törədilməsi halarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini xarakterizə edən halları, o cümlədən məhkəmə tərəfindən əvvəllər təyin edilmiş cəzalardan nəticə çıxarmayaraq yenidən belə qanunsuz hərəkətlərin etməsini, bununla da kriminal və ictimai təhlükəli şəxs olaraq qalmaqda davam etdiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 29,177.2.2, 29,177.2.3, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Cinayət Məcəlləsinə görə cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz (66.3-ci maddə); cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır (66.5-ci maddə); hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır (69.3-cü maddə). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə, həmçinin onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddətlər daxil edilir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə məhkum olunsa da, o, hazırki iş üzrə cinayət əməlini həmin hökmdən əvvəl törətmişdir. Buna görə də ona cinayətlərin məcmusu üzrə cəza təyin edilməli, qeyd olunan hökmlə ona təyin edilmiş 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin olunacaq cəza ilə qismən toplanılmaqla ona qəti cəza təyin olunmalı, eyni zamanda əvvəlki iş üzrə məhkəməyədək icraat dövründə saxlanıldığı 02 gün müddət və hazırki iş üzrə ümumilikdə tutulduğu 04 gün müddət təyin edilən cəzanın müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla onun üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli onun hazırki iş üzrə həbsə alındığı andan – 23 noyabr 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri də hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, habelə onun digər iş üzrə azadlıqdan məhrum etmə cəzasının çəkməsi nəzərə alınmalıdır. Eyni zamanda, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq narkomaniyadan müalicə ilə bağlı tibbi xarakterli məcburi tədbir tətbiq edilməli, iş üzrə maddi sübut kimi tanınaraq Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin maddi sübutların saxlama kamerasına təhvil verilmiş qalıq qalan 0,995 qram çəkidə psixotrop maddə metamfetamin və 1.634,4 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhv edilməli, 02 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, ekspertiza tədqiqatlarının dəyəri 108,40 manat pul ondan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi 32 saat üçün nəzərdə tutulan 352 manat pul ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318, 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.2 və 29,177.2.3-cü maddələrində nəzərdə tutulmuş əməllərin törədilməsində təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə, həmin Məcəllənin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə, bu Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş əməllərin törədilməsində təqsirli bilinərək 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs təyin edilmiş cəzalar qismən toplanılmaqla ona qəti olaraq 07 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətində azadlıqdan məhrum etmə cəzası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə müəyyən olunan cəza ilə qismən toplanılsın və ona qəti olaraq 07 (yeddi) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs əvvəlki iş üzrə məhkəməyədək icraat dövründə tutulduğu 02 (iki) gün müddət və hazırkı iş üzrə məhkəməyədək icraat dövründə tutulduğu ümumi 04 (dörd) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin olunmuş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 07 (yeddi) il 05 (beş) ay 24 (iyirmi dörd) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli 23 noyabr 2024-cü il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın və onun hazırda azadlıqdan məhrum etmə cəzasının çəkməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs narkomaniyadan müalicə ilə bağlı tibbi xarakterli məcburi tədbir tətbiq edilsin, ekspertiza tədqiqatlarının dəyəri 108,40 (yüz səkkiz manat qırx qəpik) manat pul ondan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınaraq Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin maddi sübutların saxlama kamerasına təhvil verilmiş qalıq qalan 0,995 qram çəkidə psixotrop maddə metamfetamin və 1.634,4 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana məhv edilsin, 02 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş “Mərkəz” Vəkil bürosunun vəkili Müdafiəçi 32 saat üçün nəzərdə tutulan 352 (üç yüz əlli iki) manat pul ödənilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Babək Pənahov Hakimlər: Hafiz Kamranov Hüseyn Hüseynli
Məhkəmə qərarları › İş №1(101)-1366/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1366/2025
12.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver