Məhkəmə qərarları › İş №1(101)-1367/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1367/2021

19.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1367/2021 19.11.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsi hakimlər Qəribov Fikrət Atlıxan oğlu (sədrlik edən), Hüseynov Telman Qulaməli oğlu və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi: X5, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyası “Arbitrum” Vəkil Bürosunun vəkili X7, zərərçəkmiş şəxsin hüquqi varisi: X1 iştirakları ilə, xx.xx.1971-cı ildə Biləsuvar şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkum olunmayan, işsiz, Biləsuvar rayonu, Bəydili kəndi Fizuli küçəsi ev 35-də qeydiyyatda olmaqla həmin evdə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs, nəqliyyat vasitəsini idarəetmək hüququ, yəni sürücülük vəsiqəsi, nəqliyyat vasitəsini idarəetmək hüququna dair müəyyən edilmiş qaydada təsdiqlənmiş etibarnamə və ya nəqliyyat vasitəsinə ümumi mülkiyyət hüququna dair şəhadətnaməsi olmadan avtomobili idarə edərkən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 2015-ci ilin dekabr ayında Rusiya Federasiyasından Azərbaycan Respublikasına gəldikdən sonra daimi qeydiyyatda olduğu Biləsuvar rayonunun Bəydili kəndində yaşamasına baxmayaraq «X10» Azərbaycan Respublikası Qanununun 35-1-ci maddəsinin 1-ci hissəsinə əsasən, yol hərəkətinin tənzimlənməsi sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq Rusiya Federasiyasının səlahiyyətli orqanı tərəfindən 28.04.2015-ci ildə ona verilmiş 28.04.2015-ci ildən 28.04.2025-ci ilədək etibarlılıq müddəti olan 24 13 724341 nömrəli sürücülük vəsiqəsini ölkə ərazisinə daxil olduğu gündən bir ay ərzində dəyişdirməli olduğu halda həmin vəsiqəni dəyişdirməyib, 05 mart 2021-ci ildə saat 20 radələrində «X10» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq nəqliyyat vasitəsini idarəetmək hüququ, yəni sürücülük vəsiqəsi, nəqliyyat vasitəsini idarəetmək hüququna dair müəyyən edilmiş qaydada təsdiqlənmiş etibarnamə və ya nəqliyyat vasitəsinə ümumi mülkiyyət hüququna dair şəhadətnaməsi olmadan Bakı-Qazax-Gürcüstan sərhəddi yolunun Qaradağ rayonu Sahil qəsəbəsi ərazisindən keçən 34,5-ci kilometrində idarə etdiyi “MERCEDES BENZ C200 CDİ” minik markalı, 90OF971 dövlət qeydiyyat nişanlı avtomobillə 3 zolaqlı yolun orta zolağı ilə Bakı şəhəri istiqamətində 80 km/saat sürətlə hərəkətdə olarkən hərəkəti üçün təhlükə yarandığını görüb nəqliyyat vasitəsinin sürətini tam dayandırma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda bunu etməyib «X10» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, hadisənin qarşısını almağa texniki imkanı olsa da ala bilməyib yolun sağ kənarından yolun hərəkət hissəsinə daxil olub iti qaçışla 9 metr məsafə qət etmiş piyada Zərərçəkmiş şəxs avtomobilin qabaq sağ tin hissəsi ilə vurmuş, nəticədə ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs baş beyin toxumasına, onun mədəciklərinə və qişalarına qansızma ilə müşayiət olunan başın sol gicgah-ənsə sümüklərinin xətti sınığı və sol gicgah nahiyəsinin əzilmiş yarası, sağ bazu sümüyünün orta 1/3-nin qapalı, yerinidəyişmiş sınıqları, alın-təpə nahiyəsinin sıyrılmış yarası kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlərini yetirərək onun ölümünə səbəb olmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs oğlu ona Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2015-ci ildə Rusiya Federasiyasının Norilsk şəhərində səlahiyyətli orqan, yəni “QİBDD” tərəfinən ona 2015-ci ildən 2025-ci ilədək etibarlılıq müddəti olan sürücülük vəsiqəsi verilmişdir. 2015-ci ilin dekabr ayında Rusiya Federasiyasından Azərbaycan Respublikasına qayıtmış və həmin vaxtdan daimi qeydiyyatda olduğu Biləsuvar rayonu Bəydli kəndində yaşayır. Azərbaycan Respublikasında sürücülük vəsiqəsi heç vaxt almamış və Rusiya Federasiyasnın səlahiyyətli orqanı tərəfindən verilmiş həmin sürücülük vəsiqəsini də dəyişdirməmişdir. Rusiya Federasiyasından qayıdaraq Azərbaycan Respublikasında bir aydan artıq yaşadığı təqdirdə həmin vəsiqəni də dəyişdirməmişdir. Rusiya Federasiyasından qayıdaraq Azərbaycan Respublikasında bir aydan artıq yaşadığı təqdirdə həmin vəsiqənin dəyişdirilməsinin zəruri olduğunu bilməmiş və heç kim onu məlumatlandırmamışdır. O, «BC» kateqoriyalı sürücülük vəsiqəsi olmaqla baş etibarnamə əsasında özünə məxsus “MERCEDES BENZ C200 CDİ” minik markalı 90OF971 dövlət qeydiyyat nişanlı avtomobili idarə edir. 05 mart 2021-ci ildə saat 18 radələrində Biləsuvar şəhəri ərazisindən 4 nəfər tanımadığı sərnişin mindirib Bakı şəhərinə yola düşmüşlər. Saat 20 radələrində Bakı- Qazax-Gürcüstan sərhədi yolunun Qaradağ rayonu Sahil qəsəbəsi ərazisindən keçən hissəsində üç zolaqlı yolun orta zolağı ilə 80 km/saat sürətlə Bakı şəhəri istiqamətinə hərəkətdə olarkən yolun sağ kənarından təxminən 65-70 yaşlarında piyada kişinin yolu sağdan sola doğru qaçaraq keçməyə başladığını görmüşdür. Piyadanı vurmamaq üçün ayağını tormoza atıb avtomobili yolun sol zolağına doğru istiqamətləndirmiş, lakin hadisənin qarşısını ala bilməyib yolun soldan 3-cü və 2-ci zolaqlarını ayıran ağ xəttə yaxın məsafədə avtomobilin qabaq sağ hissəsi ilə piyadanı vurmuşdur. Zərbədən piyada avtomobilin alın şüşəsinə dəyib bir qədər qarşıda yolun sol metal arakəsmə çəpərin yaxınlığına düşmüşdür. Avtomobili yolun sağ kənarına çıxarıb saxlayaraq, avtomobildən düşüb piyadaya yaxınlaşaraq piyadanın baş nahiyəsindən ciddi xəsarət aldığını, yerdə hərəkətsiz vəziyyətdə olduğunu görmüşdür. Özü və hadisəni görən şəxslər DİN-nin 102 xidmətinə və TTYS-na zəng edib hadisə barədə məlumat vermişlər. Az sonra hadisə yerinə TTY avomobili gəlmiş, həkimlər piyadanı müayinə edib onun öldüyünü bildirmişlər. Məhkəmədə zərər çəkmiş şəxsin hüquqi varisi X2 ifadəsində göstərmişdir ki, 05 mart 2021-ci ildə saat 20 radələrində Bakı-Qazax-Gürcüstan sərhədi yolunun Qaradağ rayonu Sahil qəsəbəsi ərazisindən keçən 34,5-ci kilometrində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində ölmüş 1953-cü il təvəllüdlü Zərərçəkmiş şəxs onun atasıdır. Atası Sabirəhməd ölümündən təxminən 1 ay əvvəl Sabirabad rayonunda yaşayan qızıgilə qonaq gedib orada qalmışdır. 05 mart 2021-ci ildə yeznəsinin qardaşı Samir ona zəng edərək bildirmişdr ki, Bakı-Qazax-Gürcüstan sərhədi yolunun Qaradağ rayonu Sahil qəsəbəsi ərazisindən keçən hissəsində atası yolu keçərkən avtomobil onu vuraraq hadisə yerində ölüb və onu Qaradağ rayonu Lökbatan qəsəbəsindəki 19 saylı xəstəxanaya aparıblar. Bundan sonra, xəstəxanaya getmiş, atasının meyiti morqda müayinə olunaraq onlara təhvil verilmiş və meyiti 06.03.2021-ci ildə atasının doğulduğu Ağsu rayonu Gəgəli kənd qəbirstanlığında dəfn etmişlər. Sonradan məlum olmuşdur ki, atasını vuran MERCEDES BENZ C200 CDİ minik markalı 90OF971 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Biləsuvar rayon sakini Təqsirləndirilən şəxsdur. Zərər çəkmiş şəxsin hüquqi varisi Nəriman Bulutxanlı həmçinin ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs ilə barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 05 mart 2021ci ildə qayınatası Zərərçəkmiş şəxsla birlikdə səhər saatlarında idarə etdiyi BMW minik markalı 01BH332 dövlət qeydiyyat nişanlı avtomobillə Qaradağ rayonu Sahil qəsəbəsində yaşayan qardaşı Samirgilə qonaq getmək üçün Sabirabad rayonundan yola düşmüşdür. Yola çıxdıqları vaxt Sabirabad rayonu ərazisində yağış yağmış, saat 10:30 radələrində Qaradağ rayonuna çatdıqda artıq yağış kəsilmişdir. Bundan sonra gün ərzində Qaradağ rayonu ərazisində olduqları müddətdə yağış yağmamışdır. Həmin gün saat 20 radələrində qayınatası ilə birlikdə Bakı-Qazax-Gürcüstan sərhədi yolunun Bakı şəhəri istiqamətinə olan hissəsinin kənarına getmiş, qardaşı Samir də idarə etdiyi Vaz-21015 minik markalı 10OH244 dövlət qeydiyyat niaşnlı avtomobillə həmin yerə gəlmişdir ki, avtomobilləri dəyişdirsinlər. Məqsədi qardaşının avtomobilini Sabirabad rayonunda təmir etmək olmuşdur. Həmin vaxt Sahil qəsəbəsində yaşayan dostu Əhməd də orada olmuşdur. Qardaşı ilə birlikdə yolun kənarında avtomobilin yanında dayanıb sənədləri, açarları dəyişdikdən sonra birlikdə yolun Qazax istiqamətinə olan hissəsinin sağ kənarındakı çayxanada çay içmək istəmişlər. Sabirəhmədlə dostu Əhməd yolu əks tərəfə keçmək üçün yolun kənarında dayanıb gözləmişlər. Bu vaxt görmüşdür ki, qayınatası yolu keçməyə başlamış, Əhməd isə onlara tərəf qayıtmışdır. Qayınatası üç zolaqlı yolu keçib tamamlamağa az qalmış yolun sol zolağı ilə Bakı şəhəri istiqamətinə hərəkətdə olan Mercedes Benz minik markalı avtomobil onu vurmuşdur. Zərbədən qayınatası yolun sol arakəsmə metal çəpərin yaxınlığına düşmüş, avtomobil isə yolun sağ kənarına çıxıb dayanmışdır. Qaçıb Sabirəhmədə yaxınlaşaraq onun hərəkətsiz vəziyyətdə olduğunu görərək TTYS-na zəng edib məlumat vermişlər. Az sonra TTY avtomobili gəlib həkimlər Sabirəhmədi müayinə edərək onun öldüyünü bildirmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə uyğun məzmunda ifadə vermişdir. Şahid qismində dindirilmiş Şahid3 Xəlil oğlu ifadəsində göstərmişdir ki, Qaradağ rayonu Sahil qəsəbəsi ərazisində aşbaz kimi işləmişdir. 05 mart 2021-ci ildə dostu Şahid1 ona zəng edərək öz qayınatası Sabirəhmədlə birlikdə idarə etdiyi BMW minik markalı 01BH332 dövlət qeydiyyat nişanlı avtomobillə Sahil qəsəbəsi ərazisinə saat 20 radələrində gəlib onunla görüşərək yeməkxana icarəyə götürərək birlikdə işlətməyi ona təklif etmişdir. Raminin qardaşı Samir də idarə etdiyi Vaz-21015 minik markalı 10OH244 dövlət qeydiyyat niaşnlı avtomobillə həmin yerə gəlmiş və Ramin öz avtomobilini Samirlə dəyişmişdir. Sonra birlikdə yolun Qazax istiqamətinə olan hissəsinin sağ kənarındakı çayxanada çay içmək qərarına gəlmişlər. Sabirəhmədlə birlikdə yolu əks tərəfə keçmək üçün yolun kənarından təxminən 1-2 metr aralıda dayanıb gözləmişlər. Bu vaxt öz avtomobilinin açarını götürmək üçün Raminin avtomobilinə tərəf getmişdir. Az sonra tappıltı səsinə yola tərəf baxdıqda X8 markalı avtomobillə vurulduğunu görmüşdür. Zərbədən Sabirəhməd yolun sol arakəsmə metal çəpərin yaxınlığına düşmüş, avtomobil isə yolun sağ kənarına çıxıb dayanmışdır. Tez qaçıb Sabirəhmədə yaxınlaşıb onun hərəkətsiz vəziyyətdə qaldığını görmüşlər. Ona görə TTYS-na zəng edib məlumat vermişlər. Az sonra TTY avtomobili gələrək həkimlər Sabirəhmədi müayinə edib onun öldüyünü bildirmişlər. Şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 05 mart 2021-ci ildə saat 20 radələrində idarə etdiyi VAZ-21074 minik markalı **-DL-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhərindən çıxıb yaşadığım Qaradağ rayonu Ümid qəsəbəsinə gedərkən Bakı-Qazax-Gürcüstan sərhədi yolunun Qaradağ rayonu Sahil qəsəbəsi ərazisindən keçən hissəsinə çatdıqda yolun Bakı şəhəri istiqamətində olan tərəfində qəza baş verdiyini görmüşdür. Yolun əks tərəfinə keçdikdə «Mercedes Benz C200» minik markalı **-OF-*** dövlət qeydiyyat nişanlı avtomobilin yolu keçən piyadanı vurduğunu və ölən piyadanın morqa aparıdığını görmüşdür. Müstəntiq onu və tanımadığı digər şəxsi hal şahidi qismində dəvət edib birlikdə hadisə yerinə baxış keçirəcəyini bildirmişdir. DYP əməkdaşları yolda avtomobillərin hərəkətini tənzimlədikdən sonra onların iştirakı ilə hadisə yerinə baxış keçirilmiş, tərtib olunmuş sxemi və protokolu imzalamışlar. Həmçinin baxışda iştirak edən sonradan adını bildiyi sürücü Əflatun piyadanı vurduğu yeri göstərmiş və hadisə yerinin foto şəkilləri çəkilmişdir. Hadisə yeri yolun Qaradağ rayonu Sahil qəsəbəsi ərazisindən keçən hissəsi olmaqla şəhər elektrik işıqları ilə işıqlandırılmış, yolun hərəkət hissəsi quru, görünüş dairəsində isə məhdudiyyət olmamışdır. Məlum olmuşdur ki, sürücü Əflatun idarə etdiyi «Mercedes Benz C200» minik markalı **-OF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri istiqamətinə hərəkətdə olarkən avtomobilin qabaq sağ hissəsi ilə yolu sağdan sola keçən təxminən 65-70 yaş həddində piyadanı vurmuşdur. Həmin vaxt yaxınlıqda piyadanın qohumları da olmuşdur. Şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, 05 mart 2021-ci il tarixdə iş yoldaşı Məhəmməd Şeyxovla birlikdə xidmətdə olarkən, saat 20:10 radələrində Bakı- Qazax-Gürcüstan sərhədi yolunun Qaradağ rayonu Sahil qəsəbəsi ərazisindən keçən 34,5-ci kilometrində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsinin baş verməsi barədə məlumat alıb hadisə yerinə getmişlər. Hadisə yerinə çatanda görmüşdür ki, sürücü Biləsuvar rayon sakini Təqsirləndirilən şəxs idarə etdiyi «Mercedes Benz C200» minik markalı **-OF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri istiqamətinə hərəkətdə olarkən yolu sağdan sola keçən piyada, yəni sonradan adını bildiyi Sumqayıt şəhərində yaşayan 1953-cü il təvəllüdlü, Zərərçəkmiş şəxs vurub, zərbədən piyada yolun sol metal arakəsmə çəpərin yaxınlığına düşüb və hərəkətsiz vəziyyətdə qalmışdır. Az sonra hadisə yerinə TTY avtomobili gəlmiş, həkimlər piyadanı müayinə edib bildirmişlər ki, piyada aldığı xəsarətlərdən ölmüşdür. Bundan sonra piyadanı Qaradağ rayon 19 saylı xəstəxanasının morquna yola salmışlar və hadisə yerinin mühafizəsini təşkil etmişlər. Müstəntiq hadisə yerinə hal şahidlərinin iştirakı ilə baxış keçirib protokol, sxem tərtib etmişdir. Cinayət işi üzrə ibtidai istintaq zamanı keçirilmiş və məhkəmədə elan edilərək tədqiq edilmiş məhkəmə tibbi ekspertizasının 01.04.2021-ci il tarixli 23 nömrəli rəyinə əsasən Zərərçəkmiş şəxs meyitində baş beyin toxumasına, onun mədəciklərinə və qişalarına qansızma ilə müşayiət olunan başın sol gicgah-ənsə sümüklərinin xətti sınığı və sol gicgah nahiyəsinin əzilmiş yarası, sağ bazu sümüyünün orta 1/3-nin qapalı, yerinidəyişmiş sınıqları, alın-təpə nahiyəsinin sıyrılmış yarası xəsarətləri aşkar edilmişdir. Qeyd olunan xəsarətlər həyatidirlər, bərk küt əşyanın (əşyaların) təsirindən onun ölümündən az əvvəl əmələ gəlmişdir və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər. İlkin meyit əlamətlərinin inkişaf səviyyəsinə əsasən Zərərçəkmiş şəxs ölümü 05.03.2021-ci ildə saat 23:45-də meyitin müayinəsi başlanandan 4-6 saat əvvəl baş vermişdir. Zərərçəkmiş şəxs meyitində aşkar olunmuş xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən həmin xəsarətlər 05.03.2021-ci ildə avtomobilin piyadanı vurması nəticəsində əmələ gələ bilər. Zərərçəkmiş şəxs ölümünə səbəb baş beyin toxumasına, onun mədəciklərinə və qişalarına qansızma ilə müşayiət olunan başın sol gicgah-ənsə sümüklərinin xətti sınığı olmuşdur. Cinayət işi üzrə ibtidai istintaq zamanı keçirilmiş və məhkəmədə elan edilərək tədqiq edilmiş məhkəmə yol nəqliyyat hadisəsi ekspertizasının 16 aprel 2021-ci il tarixli 8/804 №li rəyi ilə müəyyən edilmişdir ki, baş vermiş yol-nəqliyyat hadisəsində MERCEDES BENZ C200 CDİ minik markalı 90OF971 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «X10» Azaybaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Cinayət işi üzrə DİN BDYP Qİİ-nin verdiyi 16.03.2021-ci il tarixli 016-30025-12201 nömrəli arayışla müəyyən edilmişdir ki, Azaybaycan Respublikası DİN BDYPİ Qeydiyyat- İmtahan İdarəsinin kompüter uçot bazasına əsasən Təqsirləndirilən şəxs 16.03.2021-ci il tarixədək Azaybaycan Respublikasında sürücülük vəsiqəsi verilməmişdir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144- 145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış, yuxarıda sadalanan sübutları tam, hərtərəfli və obyektiv yoxlamış, həmin subutların məcmusuna qiymət verməklə, belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs irəli sürülmüş ittiham üzrə cinayəti əməlini törətməsi tam sübut olunmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə tövsif edilməli və ona həmin maddə ilə təqsirli bilinməklə cəza təyin edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini müzakirə etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmədə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs oğlu X6 Azərbaycan Respublikasının Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirərək Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Vətən uğrunda ” medalı ilə təltif edilmiş və 27 sentyabr 2020-ci il tarixdən, 27 oktyabr 2020-ci il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Cəbrayıl və Qubadlı istiqamətində gedən döyüşlərdə iştirak edərək yaralanmışdır. Həmçinin Zərərçəkmiş şəxsin hüquqi varisi X2 məhkəmə iclasında ifadəsində və ərizəsində qeyd etmişdir ki, baş vermiş hadisə ilə bağlı Təqsirləndirilən şəxs qarşı hər hansı bir şikayəti və tələbi yoxdur, onunla barışmış və onu bağışlamışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinin tələblərinə əsasən cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsində göstərilmişdir ki, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakı müəyyən edilmədiyindən, barəsində xüsusi müsadirə tətbiq edilməməlidir. Cinayət işi üzrə mülki iddianın olmaması nəzərə alınmalıdır. Cinayət işi üzrə maddi sübut kimi tanınmış “MERCEDES BENZ C200 CDİ” minik markalı 90OF971 dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınmalıdır. İş üzrə məhkəmə xərcini təşkil edən ekspertiza xərci 100 (bir yüz) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: X3, KOD 210005, VÖEN**********, Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22) ödənilməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrini rəhbər tutaraq Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəllsinin 263-1.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 05 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minib icraya yönələnədək dəyişdirilməsin. Hökmün icrasına nəzarət yaşayış yeri üzrə Biləsuvar rayon İcra şöbəsinə həvalə edilsin. Cəzasının əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Cinayət işi üzrə maddi sübut kimi tanınmış “MERCEDES BENZ C200 CDİ” minik markalı 90OF971 dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınsın. İş üzrə məhkəmə xərcini təşkil edən ekspertiza xərci 100 (bir yüz) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: X3, KOD 210005, VÖEN**********, Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22) ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar