Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1367/2022 18.08.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi ilə, hakimlər Mahmudov İlham Ağa oğlu və Əkbərov Məhəmməd Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1992-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və faktiki həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə etmiş, daşımış və saxlamışdır. Belə ki, o, 04 aprel 2022-ci il tarixdə günorta saatlarında şəxsiyyəti istintaqa məlum olmayan, İran İslam Respublikasının vətəndaşı kimi bildiyi şəxsin sosial şəbəkə vasitəsilə göndərdiyi elektron kart hesabına 300 manat məbləğində pul köçürməklə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda - ümumilikdə təmiz çəkisi 71,303 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və ümumilikdə təmiz çəkisi 15,298 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini qanunsuz olaraq şəxsiyyəti istintaqa məlum olmayan şəxs tərəfindən qabaqcadan qoyulduğu Abşeron rayonunun Xırdalan şəhəri ərazisindən götürüb daşıyaraq üzərində saxlamış, onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında 5 aprel 2022-ci il tarixdə saat 18 radələrində Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 2 ünvanın qarşısında saxlanılaraq 25-ci Polis Şöbəsinə gətirilmiş, Şöbədə üzərinə şəxsi axtarış aparılarkən əynindəki qara rəngli gödəkçənin sol yan cibindən 01 ədəd şəffaf sellofan bağlamada saxladığı xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə birbirləri ilə eynilik təşkil edən 40 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,873 qram, 1,076 qram, 0,889 qram, 1,736 qram, 0,906 qram, 1,324 qram, 0,898 qram, 0,927 qram, 0,832 qram, 0,902 qram,0,920 qram, 1,454 qram,0,902 qram, 0,890 qram, 0,808 qram, 0,865 qram, 0,898 qram, 0,930 qram, 1,056 qram, 1,015 qram,0,932 qram, 0,939 qram, 0,862 qram, 1,128 qram, 0,927 qram, 0,885 qram, 0,857 qram,0,847 qram, 0,520 qram, 0,891 qram, 0,897 qram, 0,981 qram,0,958 qram, 0,934 qram, 0,922 qram,0,899 qram, 0,923 qram, 0,996 qram, 0,268 qram və 0,272 qram olmaqla ümumi təmiz çəkisi külli miqdarda - 37,939 qram təşkil edən qəhvəyi rəngli maddə - kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, həmin şəffaf sellofan bağlamada saxladığı xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə bir-birləri ilə eynilik təşkil edən 32 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,153 qram, 1,255 qram, 1,204 qram, 0,861 qram, 1,046 qram, 1, 491 qram, 1,254 qram, 1,031 qram, 1,043 qram, 1,045 qram, 0,777 qram,0,924 qram, 0,756 qram, 0,641 qram, 1,085 qram, 0,895 qram, 0,722 qram, 0,871 qram, 0,582 qram, 0,965 qram, 1,140 qram, 1,159 qram, 1,053 qram, 1,017 qram, 1,241 qram, 1,283 qram, 1,027 qram, 1,454 qram, 1,162 qram, 1,063 qram, 0,903 qram və 1,261 qram olmaqla ümumi təmiz çəkisi külli miqdarda - 33,364 qram təşkil dən qəhvəyi rəngli maddə - kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, digər şəffaf sellofan bağlamada saxladığı xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə bir-birləri ilə eynilik təşkil edən 18 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,808 qram, 0,926 qram, 0,871 qram, 0,911 qram, 0,871 qram, 0,446 qram, 0,540 qram, 0,899 qram, 0,869 qram, 0,892 qram, 0,944 qram, 0,926 qram, 0,904 qram, 0,814 qram, 0,930 qram, 0,898 qram, 0,978 qram və 0,871 qram olmaqla ümumi təmiz çəkisi külli miqdarda -15,298 qram təşkil edən ağ rəngli kristalşəkilli maddə - kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək göstərdi ki, valideynlərini heç vaxt görməmiş, uşaqlıqdan nənəsinin himayəsində böyümüşdür. İkinci qrup əlildir, anadangəlmə bir böyrəyi yoxdur. O, müxtəlif yerlərdə fəhləlik etmiş, həmçinin reklam şirkətində də işləmişdir. Təxminən 6 il əvvəldən başlayaraq mütəmadi şəkildə “kakos” və “kola” kimi adlandırılan heroindən, həmçinin arabir “şüşə” və “patı” kimi tanınan metamfetamindən istifadə etmişdir. O, sosial şəbəkələrdən narkotik vasitə və psixotrop maddə satan şəxslərin profillərini tapmış, həmin adamlarla əlaqə saxlayaraq onların dediyi kart hesabına pul yüklədikdən sonra deyilən yerlərə gedib qoyulmuş narkotik vasitə və psixotrop maddəni götürmüşdür. 04 aprel 2022-ci il tarixdə günorta saatlarında özünü iranlı kimi təqdim edən tanımadığı şəxsin dediyi kart hesabına 300 manat yükləyərək 72 bükümdə heroin və 18 bükümdə metamfetamin almış, həmin heroin və metamfetamini Xırdalan şəhərində hazırda xatırlamadığı yerdən gedib götürmüşdür. Həmin 72 bükümü bir ədəd sellofan bağlamaya, digər 18 bükümü isə digər sellofan bağlamaya qoymuş və iki bağlamanı üstündə gəzdirmişdir. 05 aprel 2022-ci il tarixdə təxminən saat 18 radələrində Nizami rayonunun Qara Qarayev prospektində yerləşən “Sevinc” kinoteatrının yaxınlığında bir evin girişində olarkən polislər ona yaxınlaşıb özlərini təqdim etmişlər və üstündə narkotik vasitə saxlamaqda, daşımaqda şübhəli olduğunu bildirərək onu Polis Şöbəsinə aparmışlar. Şöbədə ona hüquq və vəzifələrini izah etmiş və vəkil çağırılmışdır. Daha sonra ona üstündə videoçəkiliş aparılmaqla axtarış keçiriləcəyi bildirilmiş, o da etiraz etməmişdir. Axtarışdan əvvəl polislər ona üstündə narkotik vasitələr, psixotrop maddə və qanunsuz hər hansı əşya varsa təqdim etməsini təklif etmişlər. O da içərisində metamfetamin və heroin olan iki ədəd sellofan bağlamaları çıxarıb təqdim etmişdir. Aşkar edilmiş həmin maddələr polislər tərəfindən götürülmüşdür. Daha sonra protokol tərtib olunmuş, o və polislər həmin protokolu imzalamışlar. Həmin narkotik vasitə və psixotrop maddəni öz şəxsi istifadəsi üçün əldə etmişdir. Bükümlərin sayını çox almaqda məqsədi isə, əldə etdiyi həmin narkotik vasitə və psixotrop maddəni aparıb evə qoyub, az-az istifadə etmək olmuşdur. Əməlindən çox peşmandır. Məhkəmədən bütün bu halların, ikinci qrup əlil olmasının nəzərə alınaraq barəsində ədalətli qərar qəbul edilməsini, istifadəçi kimi məhkum olunmasını xahiş edir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı əsasən oxşar məzmunlu ifadələr vermiş, amma bununla bərabər külli miqdarda narkotik vasitəni və psixotrop maddəni məhz satış məqsədilə əldə etdiyini etiraf etmişdir. Belə ki, ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadələrində həm də göstərmişdir ki, heroin və metamfetamini əldə etmək üçün sosial şəbəkələrdən narkotik və psixotrop maddə satan şəxslərin profillərini tapmış, həmin adamlarla əlaqə saxlayaraq hansı narkotik və ya psixotrop maddə istədiyini demiş, həmin üzdən görmədiyi, səsini eşitdiyi adam ona kart hesabına pul yükləməyini bildirmişdir. O, həmin hesaba pul yüklədikdən sonra həmin şəxs ona hansısa bir yerdə narkotik və psixotrop maddə olduğunu demiş, o da həmin yerə gedərək istədiyi maddəni götürmüşdür. Çox hallarda bu yolla narkotik və psixotrop maddə əldə etmiş və satmışdır. Həmçinin, o tanımadığı İran İslam Respublikasının vətəndaşından heroin və metamfetamin alarkən həmin maddələri satdıqdan sonra əldə edəcəyi qazancı müvafiq şəkildə bölməyi barədə razılaşmamışdır. Belə ki, o həmin maddələri pul verərək almış, daha sonra isə özü həm istifadə edirmiş, həm də istədiyi qiymətə satmışdır. Əldə etdiyi qazanc da yalnız özünə qalmışdır (cild 1, iş vərəqə 63-66). Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli ilə bağlı məhkəmədə verdiyi ifadəsində qismən etirafını, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin Cinayət-Axtarış üzrə əməliyyat müvəkkili Şahid1 göstərdi ki, 05 aprel 2022-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitənin saxlanılması və daşınması ilə məşğul olması barədə 25-ci Polis Şöbəsinə məlumat daxil olmuşdur. Buna görə də əməliyyataxtarış tədbirinin keçirilməsi barədə qərar qəbul edilmiş, həmin qərar əsasında əməliyyat qrupu yaradılmış, əməliyyat qrupu onun özündən, 25-ci Polis Şöbəsinin baş əməliyyat müvəkkili Şahid2 və və əməliyyat müvəkkili Şahid3 ibarət olmuşdur. İlkin məlumat həm də belə olmuşdur ki, bəlli ərazidəki narkotik vasitə istifadəçilərinə narkotik vasitələri gətirib müntəzəm satan şəxs balacaboylu bir şəxsdir. 05 aprel 2022-ci il tarixdə saat 18 radələrində onlar məhz balaca boylu Təqsirləndirilən şəxs ünvan 2 ünvanın qarşısında, binanın blokunun girişində dayandığını görüb ona yaxınlaşmışlar və özlərini təqdim etmişlər. Daha sonra əməliyyataxtarış tədbirinin keçirilməsi haqqında qərarla Təqsirləndirilən şəxs tanış etmişlər, ona qanunsuz olaraq narkotik vasitələrin saxlanılması və daşınması ilə məşğul olmasında şübhəli olduğunu bildirərək üzərində şəxsi axtarış aparılması məqsədilə onlarla birlikdə Polis Şöbəsinə getməsi təklif olunmuşdur. Tural əvvəlcə qaçıb yayınmağa cəhd etmiş, amma onlar cəld hərəkətlə bunun qarşısını almışlar və vəziyyətin çıxılmaz olduğunu görən Təqsirləndirilən şəxs daha etiraz etməyərək onlarla birlikdə getmişdir. X9 Kərimovun hüquqlarının müdafiə edilməsi üçün 6 saylı Vəkil Bürosundan vəkil dəvət edilmişdir. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqdan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən öncə Təqsirləndirilən şəxs üzərində narkotik vasitələr, psixotrop maddə, eləcə də digər qanunsuz əşya və predmetlər varsa təqdim etməyi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçənin sol yan cibindən içərisində metamfetamin və heroin olan iki ədəd sellofan bağlamaları çıxarıb təqdim etmişdir. Təhqiqatçı bağlamada olan bükümləri saymış və onların ümumilikdə 18 ədəd, digər sellofan bağlamanın içərisində isə 72 ədəd bükümlərin olduğu müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin maddələri internet vasitəsilə tanımadığı İran vətəndaşından 300 manata həm satış, həm şəxsi istifadə məqsədilə aldığını bildirmişdir. Şəxsi axtarış zamanı müəyyən edilmişdir ki, Tural həmin maddələri həm də şalvarının orta hissəsinə içəridən ayrıca cib kimi tikilmiş torbada daşıyırmış. Aşkar edilmiş həmin maddələr zərfə qoyularaq qablaşdırılmış və polis əməkdaşları tərəfindən götürülmüşdür. Üzərində şəxsi axtarış davam etdirilsə də, başqa qanunla qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir. Şəxsi axtarış zamanı videoçəkiliş aparılmış, protokol tərtib olunmuş, tərtib edilmiş protokol ucadan oxunmuş, o və polis əməkdaşları həmin protokolun doğruluğunu imzalarıyla təsdiq etmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin digər əməkdaşları Şahid2 və Şahid3 Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq etdilər. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Şəxsi axtarış və götürmə aparılması haqqında 05 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs paltarında, əşyalarında və bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmiş, bundan sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçənin sol yan cibindən içərisində metamfetamin və heroin olan iki ədəd sellofan bağlamaları çıxarıb təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitə və psixotrop maddəni Xırdalan şəhəri ərazisində tanımadığı İran İslam Respublikası vətəndaşından onlayn qaydada 300 manata alaraq həm satış, həm şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Şəxsi axtarış və götürmə zamanı videoçəkiliş aparılmış və müvafiq disk protokola əlavə edilmişdir (cild 1, iş vərəqə 30-31,52). Məhkəmə-kimyəvi ekspertizasının 06 aprel 2022-ci il tarixli 6/1847 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi “Zərflər üçün № 165” möhür əksi, “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...” və sair yazılar, imzalar olan kağız paketdəki 01 ədəd paketdə 40 ədəd bükümdə ümumilikdə təmiz çəkiləri 37,939 qram eyni tərkibli tünd qəhvəyi rəngli maddə kütlələri, 32 ədəd bükümdə ümumilikdə təmiz çəkiləri 33,364 qram eyni tərkibli qəhvəyi rəngli maddə kütlələri kustar üsülla hazırlanmış narkotik vasitə-heroindir; 40 ədəd bükümdə olan tünd qəhvəyi rəngli heroin kütlələri kimyəvi tərkiblərinə görə 32 ədəd bükümdə olan qəhvəyi rəngli heroin kütlələrindən fərqlidir; 18 ədəd bükümdə ümumilikdə təmiz çəkiləri 15,298 qram eyni tərkibli ağ rəngli, kristalşəkilli maddə kütlələri kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Metamfetamin həmin Qanunla təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin siyahısına” daxildir (Siyahı İ). Ekspert tədqiqatından sonra heroinin qalıq çəkisi 71,087 qram, metamfetaminin qalıq çəkisi 18,118 qram təşkil etmişdir (cild 1, iş vərəqə 37-42). Ambulator məcburi-narkoloji tibbi yoxlamasının 10 may 2022-ci il tarixli 2368 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır (cild 1, iş vərəqə 131-132). Diskə baxış keçirilməsi haqqında 15 iyun 2022-ci il tarixli protokoldan görünür ki, 02 aprel 2022-ci il tarixdə saat 16:39:53-də 99***-***-**-** nömrəsindən 99***-***-**-** nömrəsinə “X12 X10, 1dene Pati 3 Qrammda Kakos, X11 X4 X7 Atdelni, X5 X13 Qardashimsan” məzmunlu mesaj, 05 aprel 2022-ci il tarixdə saat 03:01:37-də 99***-***-**-** mobil nömrəsindən 99***-***-**-** mobil nömrəsinə “Qapidayam temani gotur telesirem” məzmununda SMS mətnləri göndərilmişdir (cild 1, iş vərəqə 106-119, 143). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının 21 aprel 2022-ci il tarixli, 3417 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs göstərilən xəstəxanada müalicədə olmamışdır (cild 1, iş vərəqə 97). Təqsirləndirilən şəxs narkotik vasitə olan heroini əldə etdiyi mənbə ilə bağlı ibtidai istintaq orqanının 15 iyun 2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmışdır (cild 1, iş vərəqə 178-179). Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nizami rayon Şöbəsi tərəfindən verilmiş 029353 nömrəli vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs ikinci dərəcə əlillik müəyyən edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin məlumatından və müvafiq hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 05 mart 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-2-ci və 234.1-ci maddələri ilə təqsirli bilinərək 02 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir (cild 1, iş vərəqə 94-95, 99-105). Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 14 dekabr 2021-ci il tarixli 7(010)-648/2021 nömrəli qərarından görünür ki, məhkum Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 05 mart 2021-ci il tarixli hökmü ilə təyin edilmiş 02 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasının “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarının qüvvəyə mindiyi 05 noyabr 2021-ci il tarixə çəkilməmiş 07 ay 04 gün hissəsi 06 ay azaldılmış, azadlıqdan məhrumetmə cəzasını çəkib qurtardığı üçün cəzaçəkmə müəssisəsindən azad edilmişdir (cild 1, iş vərəqə 139-142). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Təqsirləndirilən şəxs cəzadan azad olunandan sonra məhkumluğun götürülməsi üçün zəruri olan iki il müddət keçmədiyinə görə onun barəsində məhkumluq ödənilməmiş hesab edilməlidir. Bu hal isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən onun əməlində cinayətlərin residivini yaradır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmişdir, başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir.Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qeyd olunan Plenum qərarının 14-cü bəndinin 2-ci abzasına əsasən, bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs narkotik vasitənin və psixotrop maddənin satışı ilə məşğul olmaması barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Onun öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla - cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları, o cümlədən özünün narkotik vasitənin və psixotrop maddənin satışı ilə məşğul olmasını birbaşa özündə əks etdirən sms yazışmalarının məzmunları ilə tam təkzib olunur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadəni də sübut kimi qəbul edir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə, ambulator məcburi-narkoloji tibbi yoxlamasının 10 may 2022-ci il tarixli 2368 nömrəli rəyi ilə bağlı bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmamalıdır. Belə ki, həmin rəyin məzmunundan da görünür ki, tədqiqat aparılan müddətdə Təqsirləndirilən şəxs məcburi müalicəsinə əks göstəriş olmasını təsdiq edən heç bir tibbi sənəd və ya digər məlumat təqdim edilməmişdir. Bununla belə, məhkəmə istintaqı zamanı təqdim olunmuş müvafiq sənədlərin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs ümumi xəstəlikdən ikinci dərəcəli əlillik müəyyən edilmişdir. Belə olan vəziyyətdə isə məhkəmə onun barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməsini mümkün hesab etmir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 9 fevral tarixli 39 nömrəli Qərarı ilə təsdiq edilmiş “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası”nın 3.2-ci bəndinə əsasən narkomanlıq xəstəliyinə düçar olmuş əlilliyi olan şəxslərə məcburi müalicə tətbiq oluna bilməz. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək səmimi peşman olmasını, ikinci dərəcə əlil olmasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal qismində nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivini Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 05 aprel 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 07 aprel 2022-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 05 aprel 2022-ci il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 19, 74- 75). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 05 aprel 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Bakı şəhəri Nizami rayon Polis İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkisi 18,118 qram təşkil edən metamfetamin və qalıq çəkisi 71,087 qram təşkil edən heroin məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd ədəd disk və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təqdim olunmuş 01 ədəd ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 110 (bir yüz on) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir (cild 1, iş vərəqə 38,202). Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ibtidai istintaq orqanının və məhkəmənin qərarları ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Başqa sözlə, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi ibtidai istintaq mərhələsində Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili X3 tərəfindən, məhkəmə zamanı Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla, ibtidai istintaq mərhələsində göstərilmiş 40 iş saatı həcmində hüquqi yardımla bağlı X2 vəkil işlədiyi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat, məhkəmə mərhələsində göstərilmiş 30 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına 180 (bir yüz səksən) manat məbləğində pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 7 (yeddi) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 05 aprel 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübutlar: - Bakı şəhəri Nizami rayon Polis İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkisi 18,118 qram təşkil edən metamfetamin və qalıq çəkisi 71,087 qram təşkil edən heroin məhv edilsin; - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd ədəd disk və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təqdim olunmuş 01 ədəd ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 110 (bir yüz on) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. İbtidai istintaq mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 6 saylı Vəkil Bürosunun hesabına vəkil X3 üçün 240 (iki yüz qırx) manat məbləğində pul köçürülsün. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına vəkil Müdafiəçi üçün 180 (bir yüz səksən) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1367/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1367/2022
18.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver