Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1367/2024 24.07.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Ağakərim oğlu Kərimovun sədrliyi ilə, hakimlər Rasim Əkrəm oğlu Sadıxovdan və X6-Məmmədovadan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X4, X1, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 9 saylı Vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə məhkəmə, xx.xx.1992-ci il tarixdə Bakı şəhərində anadan olmuş, subay, orta təhsilli, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında kirayədə yaşamış, barəsində Nərimanov rayon Məhkəməsi tərəfindən “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs 15 oktyabr 2023-cü il tarixdə Bakı şəhəri, Nizami rayonunda naməlum mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda təmiz çəkisi 2,058 qram çəkidə, 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”İn siyahısına (Siyahı 1) daxil edilmiş, qəhvəyi rəngli tozşəkilli, narkotik vasitə olan heroini şəxsi istifadəsi üçün əldə edib saxlayaraq daşımış, 17 oktyabr 2023-cü il tarixində saat 15:30 dəqiqədə ünvan 4 ünvanın qarşısında Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq, ünvan 6 ünvanda yerləşən Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinə dəvət edilmiş və orada üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan boz rəngli cins şalvarının sol yan cibindən 1 (bir) ədəd bükümdə təmiz çəkisi 2,058 qram qəhvəyi rəngli tozşəkilli kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək, götürülmüşdür. Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilib ifadələrində göstərdi ki, onu evdən polis əməkdaşı çağırdıqda küçəyə çıxdı, həmin vaxt üzərinə baxış keçirilmiş, daha sonra üzərindən 10 dəqiqə keçdikdən sonra polis əməkdaşları tərəfindən Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsinə “LADA (VAZ) 2107” markalı avtomobil ilə aparılmışdır. Polis əməkdaşlarının təzyiqləri nəticəsində polis əməkdaşları tərəfindən ona verilən narkotik vasitənin ona məxsus olduğunu təsdiq etmək məcburiyyətində qalmışdır. Əvvəllər məhkum olunmamışdır. Polis əməkdaşı evindən onu küçəyə çağırıb üzərinə baxış keçirdi. 2 aydır ki, narkotik vasitə olan heroin istifadə edirdi. Polis əməkdaşları tərəfindən fiziki zor tətbiq edildiyi üçün narkotik vasitənin özünə məxsus olduğunu təsdiq etmişdir. 17 oktyabr 2023cü il tarixdə polis əməkdaşları tərəfindən yaşadığı ünvan olan X12 küçəsi, ev 96C, mənzil 2 ünvanında saxlanılmışdır. Polis əməkdaşları üzərindən 1 büküm narkotik vasitə olan heroin və ona məxsus olan mobil telefon aşkar edildiyini qeyd ediblər. Narkotik vasitə olan heroini 2 aydır ki, istifadə etmiş, lakin polis əməkdaşları tərəfindən saxlanılan zaman üzərində narkotik vasitə olmamışdır. Narkotik vasitəni Elzamin adlı şəxsdən “Monte Karlo” Şadlıq sarayının yaxınlığından 10-20 manata əldə etmişdir. 1 gündə 1-2 dəfəlik istifadə üçün olan narkotik vasitə alıb istifadə etmişdir. İfadələrinə başqa əlavəsi yoxdur. Məhkəmədə elan olunub araşdırılmış Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ona Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 1 ildir narkotik vasitə heroindən istifadə etdiyini, istifadə etdiyi narkotik vasitəni Bakı şəhəri, Nizami rayonu, Babək prospektində yerləşən “Monte Kario” şadlıq sarayının yaxınlğında “Əlizamin” adlı şəxsdən aldığını, sonra münasib yer taparaq orada istifadə etdiyini bildirmişdir. Sonuncu dəfə 15 oktyabr 2023-cü il tarixdə saat 22:00 radələrndə Bakı şəhəri, Nizami rayonu, Babək prospektində yerləşən “Monte Karlo” şadlıq sarayının yaxınlğına gedərək “Əlizamin”i taparaq ona 25 manat verib, bir büküm narkotik vasitə heroin gətirməsini istəmişdir. Təxminən 5-10 dəqiqədən sonra həmin şəxs 01 ədəd sellofan bükümdə narkotik vasitə heroini gətirib ona vermişdir, Aldığı həmin narkotik vasitə heroindən lazım olduqda istifadə etməsi üçün əynində olan boz rəngli cins şalvarın sol yan cibinə qoyaraq, saxlamışdır. 17 oktyabr 2023-cü il tarixdə, saat 15.30 dəqiqədə Bakı şəhəri, Nərimanov rayonu, A.M.Cümə küçəsi 26 ünvanının qarşısında olduğu zaman mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirib, onu Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinə dəvət etdiklərinə görə, onlarla birlikdə polis şöbəsinə getmişdir. Polis şöbəsində narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu və üzərinə şəxsi axtarış keçiriləcəyi ona bildirilmiş, hüquq və vəzifələri izah olunmuş, müdafiəçi təqdim olunmuş və şübhəli şəxs qismində tutulduqdan sonra xidməti otaqların birində polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə video çəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Həmin vaxt ona üzərində qanunsuz əşya və ya maddə varsa könüllü təqdim etməsi təklif olunduqdan sonra, gizlətməyin heç bir əhəmiyyəti olmadığını başa düşüb əynində olan boz rəngli cins şalvarın sol yan cibində saxladığı içərisində narkotik vasitə heroin olan həmin 01 ədəd şəffaf rəngli sellofan bükümü və “Oppo” markalı mobi telefonu çıxarıb masanın üzərinə qoymaqla təqdim edərək, bükümün içərisində narkotik vasitə heroin olduğunu bildirmişdir. Polis əməkdaşları üzərindən aşkar olunaraq götürülmüş heroini haradan aldığını soruşanda, heroini öz istifadəsi üçün Bakı şəhəri, Nizami rayonu, Babək prospektində yerləşən “Monte Karlo” şadlıq sarayının yaxınlığında “Əlzamin" adlı şəxsdən 25 manata aldığını bildirmişdir. Bundan sonra üzərinə şəxsi axtarış keçirilsə də, üzərindən heç bir əşya aşkar olunmamışdır. Bu barədə protokol tərtib edilmiş, narkotik vasitə heroin zərfə qoyulub möhürlənmiş və imzalanmışdır. Ona narkotik vasitə heroini satan şəxs adını “Əlizamin” olduğunu demiş, ancaq adını ona düz deyib-demədiyini, onun anket məlumatlarını bilmədiyini, tanışlarını tanımadığını, mobil telefon nömrəsini ona vermədiyini, bildirmişdir. Şahid1 ifadələrində göstərdi ki, 17 oktyabr 2023-cü il tarixdə Nərimanov rayonu, A.M.Cümə küçəsi 26 ünvanının qarşısından keçərkən Təqsirləndirilən şəxs diqqətlərini cəlb etdiyinə görə o, tərəflərindən saxlanılıb bölməyə gətirilmiş, bölmədə təhqiqatçının otağında üzərinə baxış keçirilmiş və üzərindən mobil telefon və 1 büküm narkotik vasitə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs narkotik vasitəni Nizami rayonu ərazisində hansısa Şadlıq Sarayının qabağından şəxsi istifadəsi üçün 25 manata əldə etdiyini bildirmişdir. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadələrində Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin CA üzrə əməliyyat müvəkkili işlədiyini, polis mayoru rütbəsində olduğunu, bildirmişdir. 17 oktyabr 2023-cü il tarixdə, saat 15: 30 radələrində xidmət etdiyi Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinin sahə rəisi, polis mayoru Müşviq Süleymanov ilə birlikdə inzibatı ərazidə xidmətdə olduqları vaxt, ünvan 8 ünvanın qarşısında bir kişinin onları gördükdə hərəkətlərindən narahat olduğunu, onu bədən və gözlərinin qurluşundan narkotik vasitə istifadəçisinə oxşadığına görə, ona yaxınlaşıb özlərini təqdim edərək 18-ci Polis Şöbəsinin polis əməkdaşları olduqlarını, bildirmişlər. Həmin kişi narkotik vasitə istifadəsində şübhəli olduğundan onu xidmət etdikləri Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinə dəvət etmiş və orada şəxsiyyətini müəyyən edildikdə onun xx xxxxx 1992-ci il tarixdə anadan olmuş, Təqsirləndirilən şəxs olduğu aydın olmuşdur. Bu barədə raport ilə xidmət etdiyi 18-ci Polis Şöbəsinin rəhbərliyinə məruzə etdikdən sonra, Polis Şöbəsinin təhqiqatçısı, polis kapitanı Vüqar Ələkbərli onların və Təqsirləndirilən şəxs hüquqi yardım göstərilməsi üçün dəvət edilmiş 25 saylı Vəkil Bürosunun vəkili X3 iştirakı ilə xidməti otağında video çəkiliş aparmaqla Təqsirləndirilən şəxs, üzərində olan əşyaları masanın üzərinə qoyması təklif olunmuşdu. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarının sol yan cibindən 01 ədəd mobil telefon və 01 ədəd şəffaf rəngli sellofana bükülmüş bükülünü çıxarıb, masanın üzərinə qoyub təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi həmin 01 ədəd şəffaf rəngli sellofan bükümə baxış keçirilən zaman içərisində qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə heroinə oxşar maddənin olması aşkar olunmuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi həmin bükümdə “kakos ” adı ilə bildiyi narkotik vasitəni 2 gün əvvəl Nizami rayonunda yerləşən, “Monte Karlo” şadlıq sarayının yaxınlığında tanımadığı şəxsdən 25 manata özü üçün aldığını və əynindəki şalvarının cibinə qoymaqla, üstündə saxladığını, bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitə heroinin olduğu büküm götürülərək qablaşdırılmış, Daxili İşlər Nazirliyinin 224 nömrəli möhürü ilə möhürlənmiş və təhqiqatçı Vüqar Ələkbərli tərəfindən bu barədə sənədləşmə aparılmışdır. Təqsirləndirilən şəxs saxlanılan zaman və ya Polis Şöbəsində olduğu vaxt ona qarşı heç bir zor tətbiq edilməmişdir. Təqsirləndirilən şəxs üstündən aşkar edilib götürülmüş narkotik vasitəni kimdən alması və onun narkotik vasitə və ya psixotrop maddələr satması barədə məlumatı olmadığını, bildirmişdir. Şahid2 ifadələrində göstərdi ki, 2023-cü ilin oktyabr ayında məlumat daxil olduğuna görə Təqsirləndirilən şəxs polis şöbəsinə gətirdilər. Şöbədə özü etiraf etdi ki, üzərində olan narkoitk vasitə heroindir. Təqsirləndirilən şəxs narkotik vasitənin mənbəyi kimi onu Nizami rayonu ərazisindən tanımadığı şəxsdən əldə etdiyini bildirmişdi. Məhkəmədə elan olunub araşdırılmış ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 ifadələrində Şahid1 ifadələrində göstərdiyi halları bir daha təsdiq etmişdir. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş protokoldan görünür ki, keçirilmiş üzləşdirmə zamanı şahid Ülvi Musayev yuxarıda göstərilən ifadəsini Təqsirləndirilən şəxs üzünə qarşı deyərək ifadəsinin doğruluğunu bir daha təsdiq etmişdir. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş 17 oktyabr 2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokolla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərinə Nərimanov RPİ-nin 18-ci PŞ-də video çəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilən zaman sonuncunun əynində olan boz rəngli cins şalvarın sol yan cibində 01 (bir) ədəd bükümdə qəhvəyi rəngli, spesifik qoxuya malik narkotik vasitə heroin saxlaması, daşıması aşkar edilmiş və keçirilmiş istintaq hərəkətinin görüntüsü olan 01 ədəd DVD disk protokola əlavə edilmişdir. xx.xx.2023-cü il tarixdə tərtib edilmiş «şübhəli şəxsin üzərində şəxsi axtarış aparılması haqqında^ protokol və həmin protokola əlavə edilmiş şəxsi axtarışı əks etdirən video görüntüsü olan 01 ədəd «DVD » disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş 01 ədəd «DVD » diskə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan boz rəngli cins şalvarın sol yan cibində 1 (bir) ədəd bükümdə təmiz çəkisi 2,058 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroinin aşkar edilərək götürülməsi öz təsdiqini tapmışdır. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin 18 oktyabr 2023-cü il tarixli, 3-16- 16/2-6/5572 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün Nə 224...” dairəvi möhür əksi və "... Təqsirləndirilən şəxs - imza, iştirakçılar: iki-imza, V.Ələkbərlİ-imza...” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə 01 (bir) ədəd bükümdəki təmiz çəkisi- 2,058 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanun ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş və maddi sübut kimi tanınmış 01 ədəd bükümdə ilkin təmiz çəkisi 2,058 qram olan və tədqiqatdan sonra qalıq qalmış 2,008 qram narkotik vasitə heroinin saxlanması üçün Nərimanov RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsinin görüntüsü olan 01 ədəd DVD formatlı disk maddi sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və istintaq materiallarına əlavə edilmişdir. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X11 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 33 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir Psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham elan olunun əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respubliksaı CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal- hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021ci il tarixli qərarına əsasən, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibətini öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda nəzərdə tutulan cinayət əməlini törətməkdə özünü qismən təqsirli bilib ifadələrində göstərdi ki, ona elan olunmuş ittihamda nəzərdə tutulan narkotik vasitənin ona aid deyil, o, ona ibtidai istintaq zamanı polis əməkdaşları tərəfindən təsir edildiyi üçün ittihamda nəzərdə tutulan narkotik vasitənin özünə məxsus olmasını etiraf etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs bu ifadələri araşdırılarkən həmin ifadələri təsdiq edən sübut müəyyən olunmadı. Əksinə onun saxlanılıb polis bölməsinə aparılmasını həyata keçirmiş və bu iş üzrə şahid qismində dindirilmiş X5 və Şahid1 onun ifadələrinində göstərdiyi halları təkzib etdilər. Məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Konstitutsiyasının 63-cü maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası hüququna əsasən özünün təqsirsizliyini sübut etməyə borclu olmadığını nəzərə alır, lakin onun özünün müdafiəsi üçün göstərdiyi halları təsdiq edən sübutları məhkəməyə təqdim etmək vəzifəsi daşadığını qeyd edir. O isə bunu etmədi və həmin halları təsdiq edən sübut təqdim etmədi. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs sərbəst ifadə vermək hüquna malikdir. O, bilə-bilə yalan xəbərçilik etməkdən başqa özünün müdafiəsi üçün göstərdiyi hallara görə məsuliyyət daşımır. O, xəbərçilik etdikdə isə bunu təsdiq edən sübutları da təqdim etməlidir. Əks halda özündə dəqiq faktı nəzərdə tutmayan məlumatın əsassız olaraq yoxlanılması hüquq müstəvisinə çıxarılardı. Bu da hüququ müəyyənlikdən “in abstrakto”-ya, yəni mücərəddiyə, qeyri-müəyyənliyə çevirərdi. Buna isə qanunla yol verilmir. Bu səbəbdən də, yuxarıda göstərilənlər əsasında məhkəmə, Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadələrini həqiqətə uyğun olmayan, özünün müdafiəsinə yönələn ifadələr kimi qiymətləndirir. Odur ki, məhkəmə, Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadələrini həqiqətə uyğun olmayan, özünün müdafiəsinə yönələn ifadələr kimi qiymətləndirdiyindən onun ibtidai istintaq zamanı vermiş olduğu etirafedici ifadələrini əsas götürür. Beləliklə də, məhkəmə, yuxarıda təsvir olunan ittihamı təsdiq edən sübutlar əsasında Təqsirləndirilən şəxs elan olunmuş ittihamda nəzərdə tutulan cinayət əməlinin onun tərəfindən qəsdən törədilməsinin sübuta yetirildiyinin, onun əməlinin Azərbaycan Respublikası CM-nin 234.1-1 ci maddəsi ilə tövsif olunmasını əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirli bilinib onun bu əmələ görə həmin maddədə nəzərdə tutulan qaydada cəzalanmasını əsaslı sayır. Çünki onun təqsirli bilindiyi əməlin cinayət olmasını aradan qaldıran hal və onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas müəyyən olunmadı. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus cinayət qanununun tələblərinə uyğun müsadirə edilə bilən əmlak müəyyən edilmədi. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmədə istintaq zamanı materialların məhkəmə ekspertizasının keçirilməsinə 92 (doxsan iki) manat xərclənməsi müəyyən olundu. Məhkəmə bu məbləğin Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsini əsaslı sayır. Məhkəmə, iş üzrə maddi sübut kimi tanınıb ekspertiza tədqiqatından sona qalıq qalmış, saxlanılması üçün Bakı şəhəri Nərmanov RPİ-nin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunmuş bir ədəd şəffaf sellofan bükümdə, ümumi çəkisi 2,008 qram heroin sərbəst dövriyyəsi qadağan olunmuş əşya kimi məhv edilməsini, axtarış və götürmə aparılmasını əks etdirən 01 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılmasını əsaslı sayır. Məhkəmə, cinayət işinin predmetini təşkil edən və iş üzrə maddi sübut kimi tanınmış narkotik vasitələrin və maddələrin miqdarları arasında yaranmış fərqi onların ekspertiza tədqiqatı zamanı istifadə edilib aşınmasının nəticəsi kimi qəbul edir. Məhkəmə, narkotik xassəli vasitələrin məhv edilməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq, yaradılmış komissiya tərəfindən həyata keçirilməsini nəzərə alır. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş DİN-in BƏSlldən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmədə Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən hal kimi ibtidai istintaq zamanı etirafedici ifadələr verib cinayətin üstünün açılmasında fəal iştirak etməsi və əvvəllər məhkum olunmaması müəyyən olundu. Məhkəmədə Təqsirləndirilən şəxs hazırkı iş üzrə tutulmasının əvvəli 17 oktyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulub 19 oktyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası CMnin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində həbs tədbiri seçilməsi müəyyən olundu. Məhkəmə bu halların Təqsirləndirilən şəxs cəzasının başlanğıcını müəyyən edərkən nəzərə alınmasını əsaslı sayır. Məhkəmədə Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə, yuxarıda göstərilən halları, həmçinin cinayət əməlinin xarakterini və Təqsirləndirilən şəxs şəxsiyyətini xarakterizə edən məlumatları nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini əsaslı sayır və ona qəsdən ağır cinayət törətməyə görə azadlıqdan məhrumetmə cəzası təyin edildiyini nəzərə alıb təyin edilmiş cəzanın Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli olmasını nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzalandırılmalı və barəsində azadlıqdan məhrumetmə cəzası tətbiq edilməli olması qənaətinə gəldiyindən onun barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmasını əsaslı sayır. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş iş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 108 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs eyni zamanda bir neçə narkotik vasitə və digər psioaktiv maddənin qəbulu nəticəsində ASİLİLİQ SİNDROMU aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməsini və narkomaniya ilə əlaqədar ərazi narkoloji dispanserində qeydiyyata alınmasını əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın müddətini müəyyən edərkən, onun tərəfindən törədilmiş cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən halların olmasını, ağırlaşdıran halın olmamasını, o cümlədən də, təyin ediləcək cəzanın onun islah olunmasına, həyat və ailə şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-cü maddəsi ilə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın başlanğıcı 17 oktyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəsisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, narkomaniya ilə əlaqədar ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Dövlət büdcəsi hesabına 92 ( doxsan iki ) manat Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Ekspertiza xərcələrini təşkil edən 92 ( doxsan iki ) manat Təqsirləndirilən şəxs məhkəmə məsrəfi kimi tutulub dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün Bakı şəhəri Nərimanov RPİ-nin maddi sübutların saxlanc otağına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunmuş ekspert tədqiqatından sonra qalıq hissəni təşkil edən 2,008 qram narkotik vasitə heroin sərbəst dövriyyəsi qadağan olunmuş əşya kimi məhv edilsin. 01 ədəd rəqəmsal video disk (DVD-R) cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti ona təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm yuxarıdakı müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Novruz Kərimov Hakimlər: Rasim Sadıxov Leyla Əsgərova-Məmmədova
Məhkəmə qərarları › İş №1(101)-1367/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1367/2024
24.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver