Məhkəmə qərarları › İş №1(101)-1368/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1368/2021

21.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1368/2021 21.10.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən Mikayılov Eldar Əli oğlu Hakimlər Hacıyev Siyavuş Həbib oğlu və Ağalarov Mahmud Muradxan oğlu ndan ibarət tərkibdə Məhkəmə icals katibi- X11 qızı, Dövlət ittihamçıları- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı1 və Dövlət ittihamçısı2, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasi “Prospekt” Vəkil Bürosunun vəkili Müdafiəçi, xx xxxx 1982-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri Yasamal rayonu X.Q.Mustafayev küçəsi ev 56da qeydiyyatda olmaqla, ünvan 3-də yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında, qəsdən, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddəni əldə edib, kirayədə yaşadığı mənzildə və üzərində saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs təxminən 2021-ci ilin yanvar ayında qanunsuz olaraq satış məqsədilə narkotik vasitələri külli miqdarda əldə etmə, saxlama və daşıma niyyəti ilə şəxsiyyəti istintaq orqanına məlum olmayan İran İslam Respublikasının vətəndaşı «Rza» adlı şəxslə cinayət əlaqəsinə girərək, qabaqcadan əlbir olan qrup yaratmış, qrup üzvləri arasında əldə olunmuş ümumi niyyətə uyğun olaraq sonuncunun qanunsuz olaraq satış məqsədilə istintaqla müəyyən edilməsi mümkün olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda, əldə edərək istintaqla müəyyən olunmayan qaydada “Xırdalan” dairəsi yaxınlığında əvvəlcədən təyin edilmiş yerdə gizlətdirdiyi, bir ədəd bağlamada olmaqla külli miqdarda “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələrin İ siyahısına daxil edilmiş ümumi təmiz çəkisi 62,999 qram olan kustar üsulla hazırlanmış qəhvəyi rəngli tozşəkilli narkotik vasitə heroini və 2,541 qram olan ağ rəngli kristallik formada olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini 2021-ci ilin mart ayının 8-də həmin yerdən götürüb, sonradan ayrı-ayrı şəxslərə satıb, əldə olunmuş gəlirin bir hissəsini özünə götürmək şərtilə daşımaqla kirayədə yaşadığı ünvan 3-də qonaq otağında divanın sol küncündə saxlamış, 13 mart 2021-ci il tarixdə axşam saatlarında kirayədə yaşadığı mənzildə qonaq otağında divanın sol küncündə saxladığı narkotik vasitə hesab edilən həmin heroinin 4,418 qram çəkidə olan hissəsini bir bükümdə ayırıb əynindəki göy rəngli cins şalvarın sağ yan cibinə qoyaraq istintaqa məlum olmayan şəxslərə satmaq niyyəti ilə kirayədə yaşadığı mənzildən çıxmış, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib Bakı şəhəri, Yasamal rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 21:00-da kirayədə yaşadığı Bakı şəhəri Yasamal rayonu Dadaş Bünyadzadə küçəsi ev 15-in yaxınlığında piyada hərəkət edərkən saxlanılaraq ünvan 1 ünvanda yerləşən Yasamal RPİ 29-cu PŞ-nin inzibati binasına gətirilmiş, xidməti otaqların birində polis əməkdaşlarının və hüquqlarını müdafiə edən vəkilin iştirakı ilə mobil telefon vasitəsilə videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış və götürmə aparılan zaman əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd bükümdə olmaqla təmiz çəkisi 4,418 qram olan kustar üsulla hazırlanmış qəhvəyi rəngli tozşəkilli narkotik vasitə hesab edilən külli miqdarda heroin aşkar olunub götürülmüş, bundan sonra keçirilən əməliyyat-axtarış tədbirlərinin davamı olaraq həmin tarixdə, saat 23:00 dəqiqədə Təqsirləndirilən şəxs kirayədə yaşadığı ünvan 3 ünvanında baxış və götürmə aparılarkən qonaq otağında divanın sol küncündə saxladığı 1 ədəd sellofan bağlamanın içərisindəki 1 ədəd qara rəngli qabın içərisində 1 ədəd bükümdə külli miqdarda təmiz çəkisi 45 qram olan qəhvəyi rəngli maddə üzərindən aşkar edilmiş narkotik vasitə heroinlə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynilik təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 1 ədəd qırmızı rəngli qutunun içərisində 12 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 1,311 qram, 0,384 qram, 0,926 qram, 0,889 qram, 0,288 qram, 0,400 qram, 0,683 qram, 0,847 qram, 0,892 qram, 0,419 qram, 2,620 qram, 3,922 qram - külli miqdarda ümumi təmiz çəkisi 13,581 qram olan qəhvəyi rəngli maddə,üzərindən aşkar edilmiş və mənzilinə baxış zamanı aşkar edilmiş qara rəngli qabın içərisindəki narkotik vasitə heroinlə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynilik təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 1 ədəd plastik ağ rəngli qabda 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 1,688 qram, 0,853 qram – külli miqdarda ümumi təmiz çəkisi 2,541 qram olan ağ rəngli kristallik formada olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və üzərində narkotik vasitə heroinin izləri olan 1 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittihamda qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 13 mart 2021-ci il tarixdə saat 19:00- radələrində yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsi, 15 saylı evdən çıxarkən 7-8 nəfər polis əməkdaşları onu saxlamış, öz avtomaşınlarına aparmış, ciblərini axtararaq, bir bükümdə narktoik vasitə olan heroini və cibində olan yaşadığı mənzilin açarlarında götürmüşlər. Bundan sonra 2 saat avtomaşında oturduqdan sonra onu polis şöbəsinə aparmış, döyüb, işgəncə vermiş və bildirmişlər ki, hazırda yaşıdğı mənzilə gedəcəklər, orada qonaq otağında olan divanın sol küncündə sellofan bağlamada narkotik vasitələr var, onları çıxarıb, özü onlara təqdim etsin. Ona təzyiq göstərdiklərindən polislərin dediklərini etmişdir. Lakin yaşadığı evdə həmin sellofan bağlama heç vaxt olmamış və ona məxsus olmamışdır. Ona qarşı zor tətbiq edilmiş və bunun nəticəsində onun qolu çıxmışdır. Kürdəxanı kəndində yerləşən istintaq təcrdixanasına onu qəbul etməmişlər, onu 3 saylı xəstəxanaya aparmışlar və ona tibbi müdaxilə etdikdən sonra istintaq təcridxanasına qəbul etmişlər. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, özünü yalnız Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə təqsirli bilir. Yaşadığı mənzildən aşkar olunmuş narkotik vasitələr ona məxsus olmamışdır. Məhkəmə iclasında nümayiş etdirilməklə ona təqdim olunmuş “Şəxsi axtarış və götürmə aparılması haqqında” 13 mart 2021-ci il tarixli protokolun əks olunduğu videogörüntülər və həmin protokol ona tanışdır. Həmin vidogörüntülərdəki şəxsi axtarış keçirilən şəxs odur. Videogörüntülərdə özünü “Mərkəz Vəkil Bürosunun vəkili Xəyalə Babayeva” kimi təqdim edən şəxs həqiqətəndə onun müdafiəçisi qismində iştirak etmişdir.“Şəxsi axtarış və götürmə aparılması haqqında” 13 mart 2021-ci il tarixli protokolun sonunda Təqsirləndirilən şəxs adının qarşısındakı imza ona məxsusdur. Həmin protokolun məzmununda verilmiş suallara cavab olaraq üzərindən aşkar olunmuş heroinin özünə məxsus olduğunu, həmin kütləni 3 ay bundan əvvəl internet vasitəsi ilə tanış olduğu İran İslam Respublikası vətəndaşı “Rza” adlı şəxsin vasitəsi ilə 5 gün bundan əvvəl Xırdalan dairəsi yaxınlığından, əvvəlcədən təyin edilmiş yerdən götürdüyünü, narkotik vasitənin pulunu isə “Rza” adlı şəxsin ona göndərdiyi hesaba köçürdüyünü, narkotik vasitələrin satışını həyata keçirdiyini, narkotik vasitənin granını 18 manatdan alaraq qramını 20 manatdan satışını həyata yeçirdiyini, narkotik vasitələrin aludəçisi olduğunu, həmçinin yaşadığı yaşamal rayonunda" yerləşən mənzilində də narkotik vasitələr olduğunu, həmın ünvana polis əməkdaşları tərəfindən baxış keçriilməsinə etirazının olamdığını. Verilən suallaraı tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirməsi ona aydındır. Hazırki ifadəsində nəyə görə fərqli ifadə verdiyini izah etməkdə çətinlik çəkir. Elan edilməklə ona təqdim edilmiş cinayət işinin birinci cildinin 61-63-cü vərəqələrində olan 14 mart 2021-ci il tarixli şübhəli şəxsi dindirmə protokolunun sonunda əlyazma ilə yazılmış “İfadəmi oxudum, düzdü, peşmanam, təqsirli bilirəm, ifadəmi təsdiq edirəm.” sözləri ona tanışdır. Həmin əlyazma onun tərəfindən yazılmışdır. Həmin protokolda “Qədirov” adının qarşısındakı imza ona məxsusdur. Həmin protokolda olan ifadəsində “Polis əməkdaşları tərəfindən saxlanılan zaman, PŞ-də və hazırda sizə qarşı hər hansı zorakılıq tətbiq edilmişdirmi?” sualına cavab olaraq “ Xeyr, mənə polis əməkdaşları tərəfindən saxlanılan zaman, PŞ-də və hazırda mənə qarşı heç bir zorakılıq tətbiq edilməmişdir” dediyi ona aydındır. Hazırki ifadəsində bunun əksini bildirməsini izah etməkdə çətinlik çəkir. İş materiallarına əlavə edilmiş DVD disklərdə olan videogörüntülərdə üzündə tibbi maska və əynində boz qolları olan göy rəngli qollu geyimdə olan şəxs həqiqətən də odur və yanında sarı rəngli geyimdə olan qadın onun müdafiəçisi qismində iştirak etmişdir. Hazırda məhkəmə iclasında ona qarşı zor tətbiq edildiyini bildirdiyi halda videogörüntülər qeydə alınan zaman müdafiəçisinin saxlanılarkən və ya daha sonra ona qarşı polis əməkdaşları tərəfindən hər hansı təsir və ya təzyiq olub-olmamasına dair suallarına ona qarşı heç bir təzyiq və ya təsir olmamasını bildirməsi ona aydındır. Son olaraq göstərdi ki, özünü yalnız Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli hesab edir və əməlinin düzgün tövsif olunaraq, barəsində həmin maddənin sanksiyası həddində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması onun özünü qismən təqsirli bilməsinə və ittihamı təkzib edən məzmunda ifadə verməsinə baxmayaraq, sonuncunun elə ibtidai istintaq zamanı verdiyi etirafedici və işin faktiki halları və xüsusatları ilə uzlaşan müdafiəçisinin iştirakı ilə verdiyi ifadələri və məhkəmədə tədqiq olunmuş şahid ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, istintaq hərəkətlərinə dair protokollar və bu zaman qeydə alınmış videogörüntülərdə əks olunanlar və həmçinin məhkəmədə tədqiq olunmuş digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi hallarla iş üzrə ibtidai istintaq zamanı 14 mart 2021-ci il tarixdə şübhəli və 15 mart 2021-ci il tarixdə təqsirləndirilən şəxs qismində verdiyi ifadələri arasında əhəmiyyətli ziddiyyətlər olduğundan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin iş üzrə ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilərək tədqiq edilmiş və bu zaman müəyyən edilmişdir ki, o həmin ifadələrində göstərmişdir ki, maddi ehtiyac ucbatından bu işlə məşğul olmuş, 2 və 9 yaşlı övladı var, ailə üzvlərindən gizlin narkotik vasitədən istifadə etmiş, lakin sonradan xəbər tutduqları üçün atası onu evdən qovmuş və buna görə də Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsi ev 15 mənzil 535-də kirayədə yaşamağa başlamış, həmin mənzildə əvvəllər dostu Rəşad yaşamış, lakin sonra Rəşad başqa yerə köçmüş və həmin mənzildə tək kirayədə yaşamağa başlamışdır. Aylıq kirayə pulunu da Rəşada vermiş, Rəşad da ev sahibinə vermişdir. Özü əvvəl fərdi işlərlə məşğul olmuş, sonradan təxminən 2021 -ci ilin yanvar ayında internet vasitəsilə tanış olduğu özünü İran İslam Respublikasının vətəndaşı «Rza» kimi təqdim etmiş şəxsdən narkotik vasitələr alıb satmaqla məşğul olmağa başlamışdır. Belə ki, İran İslam Respublikası vətəndaşı "Rza” adlı şəxslə "WhatsApp” sosial şəbəkəsində Rzanın +**********30 saylı nömrəsi ilə danışıb razılaşdıqdan sonra Rzanın əvvəlcədən narkotik vasitələri gizlətdiyi yerdən həmin vasitələri götürmüş, narkotik vasitənin pulunu "Rza” adlı şəxsin göndərdiyi kart hesablarına köçürmüş, narkotik vasitələrin satışını həyata keçirməklə, yəni narkotik vasitənin qramını 18 manatdan alaraq qramını 20 manatdan satmaqla pul qazanc əldə etmişdir. Özü də narkotik vasitələrin aludəçisi olduğundan Rzadan aldığı narkotik vasitələrdən özü də istifadə etmişdir. Sonuncu dəfə Rzanın göndərdiyi narkotik vasitəni Xırdalan dairəsindən körpünün altından qabaqcadan gizlədilmiş yerdən əldə edib, yaşadığı mənzilə gətirib gizlətmişdir. Narkotik vasitənin bir hissəsini həm satmaq, həm də özü istifadə etmək məqsədilə götürüb evdən çıxmış, qalanını isə evdə gizlətmişdir. 13 mart 2021-ci il tarixdə, təxminən saat 21:00 radələrində kirayədə yaşadığı ünvanın yaxınlığında gəzərkən 2 nəfər mülki geyimli şəxs yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edərək onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirərək, xidməti vəsiqələrini göstərərək, onu Yasamal RPİ-nin 29-cu PŞ-nə dəvət etmişlər. PŞ-də dəvət olunmuş vəkilin iştirakı ilə şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri elan olunmuş və buna dair bildiriş təqdim edilmişdir. Bundan sonra onun üzərində aparılmış şəxsi axtarış zamanı üzərində olan qanunla qadağan olunmuş əşya varsa onları təqdim etməyi təklif olunmuş, bu təklifdən sonra əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 1 (bir) bükümdə narkotik vasitə olan heroin kütləsini təqdim etmiş, sonra üzərinə şəxsi axtarış keçirilmiş və əynindəki göy rəngli cins şalvarın sol yan cibindən özünə məxsus şəxsiyyət vəsiqəsi, **********507250 və **********765970 nömrəli plastik kartlar və 15 manat pul, həmin şalvarın arxa sağ cibindən 2 (iki) ədəd “Samsung” markalı mobil telefon aşkar olunaraq götürülmüşdür. Daha sonra şəxsi axtarış zamanı üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra təqdim etdiyi heroin kütləsi içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş, üzəri onun, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 2 (iki) ədəd "Samsung” markalı mobil telefon, şəxsiyyət vəsiqəsi, **********507250 və **********765970 nömrəli plastik kartlar bu barədə ona izah verildikdən sonra götürülmüş, 15 manat pul isə özünə qaytarılmışdır. Verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş heroinin özünə məxsus olduğunu, həmin kütləni də İran İslam Respublikası vətəndaşı “Rza” adlı şəxsin vasitəsi ilə 5 gün bundan əvvəl Xırdalan dairəsi yaxınlığından, əvvəlcədən təyin edilmiş yerdən götürdüyünü, həmçinin kirayədə yaşadığı Yasamal rayonunda yerləşən mənzilində də narkotik vasitələr olduğunu, həmin ünvana polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Sonra polis əməkdaşları ilə birlikdə mənzilə yollanmış, kirayədə yaşadığı ünvan 6-də girişdən sağ tərəfdə yerləşən qonaq otağında olan divanın sol küncündən 1 ədəd sellofan torbanı təqdim edərək içərisində narkotik vasitə olduğunu bildirmiş, bundan sonra həmin sellofan torbanın içərisinə baxış keçirilməsi üçün sellofan torba həmin otaqda olan masanın üzərinə qoyulmuş, sellofan torbaya baxış zamanı torbadan aşkar edilmiş dəmir qutunun içərisində ayrıca olaraq 1 bükümdə, daha sonra qırmızı rəngli qutunun içərisində 11 bükümdə narkotik vasitə olan heroin kütləsi, ağ rəngli plastik qutuda 2 bükümdə psixotrop maddə olan metamfetamin kütləsi, həmçinin həmin dəmir qutunun içərisində açıq şəkildə narkotik vasitə olan heroin kütlələri, 1 ədəd elektron tərəzi və **********552242 nömrəli plastik kart aşkar olunmuşdur. Həmin kütlələr və 1 ədəd elektron tərəzi içərisi boş olan kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş və üzəri onun, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmışdır. Həmçinin iş üzrə əhəmiyyət kəsb etdiyi üçün **********552242 nömrəli plastik kart bu barədə izah verildikdən sonra götürülmüş, daha sonra isə yaşadığı evin digər hissələrinə baxış keçirilmiş və iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər aşkar edilməmişdir. Baxış zamanı verilən suallara cavab olaraq təqdim etdiyi narkotik vasitələrin özünə məxsus olduğunu, həmin kütlələri də İran İslam Respublikası vətəndaşı “Rza” adlı şəxsin vasitəsi ilə tutulmamışdan 5 gün qabaq, yəni 2021 -ci ilin mart ayının 8-də Xırdalan dairəsi yaxınlığından, əvvəlcədən təyin edilmiş yerdən götürdüyünü bildirmişdir. Əlavə olaraq bildirmişdir ki, narkotik vasitədən özü də istifadə etmiş və satıb qazanc əldə etmiş, pulunun bir hissəsini İran İslam Respublikası vətəndaşı “Rza” adlı şəxsin ona göndərdiyi kart hesablarına ödəmə terminalları vasitəsilə göndərmişdir. Həmin kart hesablarının sahiblərini tanımamış, görməmiş, həmçinin İran İslam Respublikası vətəndaşı “Rza” adlı şəxsi də əyani olaraq görməmişdir. 2021-ci ilin mart ayının 8-də İran İslam Respublikası vətəndaşı “Rza” adlı şəxsin Xırdalan dairəsi yaxınlığında, əvvəlcədən təyin edilmiş yerdə gizlətdirdiyi narkotik vasitə və psixotrop maddəni həmin yerdən götürüb kirayədə yaşadığı mənzilə gətirib qonaq otağında divanın sol küncündə saxlamışdır. 13 mart 2021-ci il tarixdə narkotik vasitə olan heroinin bir hissəsini bir bükümdə götürüb həm özü istifadə edəcəkmiş, həm də satacaqmış, lakin həmin gün tutulmuş və üzərindən həmin narkotk vasitə aşkar edilib götürülmüş, əlavə olaraq kirayədə yaşadığı mənzildə saxladığı narkotik vasitə heroin və şüşə adlandırılan metamfetamin aşkar edilib götürülmüşdür. **********507250 nömrəli Umico kartı bibisi oğlu Kamran Məmmədova məxsusdur, **********765970 nömrəli kart Gülsurə Əhədovaya məxsus “Kapital Bank”a aid kartdır, **********552242 nömrəli kart Fidan Məmmədovaya məxsus “Albalı” kartdır.Gülsurə və Fidana məxsus kartları xatırlamadığı vaxtda və yerdən tapmış və yoxladıqda kartların işləmədiyi məlum olmuşdur. Üzərindən və kirayədə yaşadığı mənzildən aşkar olunmuş narkotik vasitə və psixotrop maddə ona məxsusdur, həmin kütlələri İran İslam Respublikası vətəndaşı “Rza” adlı şəxsin vasitəsi ilə Xırdalan dairəsi yaxınlığından, əvvəlcədən təyin edilmiş yerdən götürmüşdür. Rza ilə təxminən 2021-ci ilin yanvar ayında internet vasitəsilə tanış olmuş, Rza özünü İran İslam Respublikasının vətəndaşı «Rza» kimi təqdim etmişdir, Rzadan narkotik vasitələr alıb satmaqla məşğul olmuş, belə ki, İran İslam Respublikası vətəndaşı “Rza” adlı şəxslə “WhatsAPP” sosial şəbəkəsində Rzanın +**********30 saylı nömrəsi ilə danışıb razılaşdıqdan sonra Rzanın əvvəlcədən narkotik vasitələri gizlətdirdiyi yerdən həmin vasitələri götürmüş, narkotik vasitənin pulunu “Rza” adlı şəxsin göndərdiyi hesaba köçürmüş, narkotik vasitələrin satışını həyata keçirməklə, yəni narkotik vasitənin qramını 18 manatdan alaraq qramını 20 manatdan satmaqla pul qazanc əldə etmişdir. İstifadəsində ***-***-**-** və ***-***-**-** saylı nömrələr var, sonuncu nömrə ilə “Rza” adlı şəxslə “WhatsAPP” sosial şəbəkəsində danışıb narkotik vasitəni əldə etdikdən sonra həmin danışıqları telefonundan silmişdir. Mobil telefonda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə əlaqədar söhbət etdiyi şəxsləri tanımamış, anket məlumatlarını bilməmiş, ola bilər ki, hardansa onun narkotik vasitələrin satışı ilə məşğul olmağı barədə eşidib-bilib zəng vurmuşlar, telefona cavab verməyəndə isə sms yazmışlar, qəbzlər narkotik vasitənin alqı-satqısından əldə etdiyi pulların köçürülməsi ilə əlaqədardır, həmin pulları İran İslam Respublikası vətəndaşı “Rza” adlı şəxsin göndərdiyi kart hesablarına göndərmiş, qəbzlərin şəklini çəkib Rzaya göndərmişdir ki, xəbəri olsun ki, aldığı narkotikin pulunu ödəmişdir, sonra Rzanın həmin pulu hansı formada nağdlaşdırıb götürməsindən xəbəri olmamışdır. Pul göndərdiyi kart hesablarının sahiblərini görməmiş və tanımamışdır. Bir dəfə 2020-ci ilin dekabr ayında eyni qaydada İran İslam Respublikası vətəndaşı “Rza” adlı şəxsdən narkotik vasitə almış, belə ki, Rza əvvəlcədən narkotik vasitəni gizlətdiyi yeri ona “WhatsAPP” sosial şəbəkəsində demiş və həmin yerdən narkotik vasitəni götürdükdən sonra Rzanın göndərdiyi hesaba pul köçürmüş, həmin narkotik vasitənin çəkisi və Rzanın göndərdiyi hesaba köçürdüyü pulun məbləği yadında qalmadığı üçün bilməmişdir. Rzanın həmin narkotik vasitəni kimin vasitəsilə gətirməsini, gizlətməsini bilmədiyi üçün və Rza da bu barədə nəsə demədiyi üçün bu barədə məlumatı yoxdur. Rzadan başqa hər hansısa bir başqa İran vətəndaşı ilə narkotik vasitələrin alqı-satqısı ilə bağlı söhbəti olmamışdır. Rza ilə yalnız “WhatsAPP" ilə əlaqə saxlamış, anket məlumatlarını tam dəqiq bilməmiş və bu şəxsin harada olduğunu bilməmiş, yəni İranda yaşadığını bilmiş, sifətdən də görməmiş və Rzanın “WhatsAPP" sosial şəbəkəsində nömrəsi +**********30-dur. Polis əməkdaşları tərəfindən saxlanılan zaman, PŞ-də və hazırda ona qarşı heç bir formada təzyiq, zorakılıq tətbiq edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş DİN BNMİ-nin baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid1 ifadəsində göstərmişdir ki, DİN BNMİ-də baş əməliyyat müvəkkili vəzifəsində xidmət etmiş, 13 mart 2021-ci il tarixdə DİN BNMİ-nə xx.xx.1982- ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, əvvəllər məhkum olunmamış, Bakı şəhəri Yasamal rayonu X.Q.Mustafayev küçəsi ev 56-da qeydiyyatda olmaqla ünvan 3-də kirayədə yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib Bakı şəhəri Yasamal rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Qeyd edilən hüquqazidd əməllərin ifşa olunması məqsədilə əməliyyat axtarış tədbirləri həyata keçirilməli idi. Bu məqsədlə o və DİN BNMİ-nin XMİÜ baş əməliyyat müvəkkili polis mayoru Şahid2 ibarət əməliyyat qrupu yaradılmış və 13 mart 2021-ci il tarixdə saat 21:00 dəqiqədə Bakı şəhəri Yasamal rayonu D.Bünyadzadə küçəsi ev 15-in yaxınlığında Təqsirləndirilən şəxs piyada hərəkət etdiyini görmüşdür. Bu zaman Aydına yaxınlaşıb özlərini təqdim edərək xidməti vəsiqələrini göstərmişlər, Aydının narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmiş və üzərinə baxış keçirilməsi üçün Yasamal RPİ 29-cu PŞ-yə dəvət etmişlər. Orada xidməti otaqda Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dəvət olunmuş vəkilin iştirakı ilə Aydına hüquq və vəzifələri izah edilmiş, onun tərəfindən videoçəkilişdən istifadə edilməklə Aydının üzərinə baxış keçirilmişdir. Şəxsi axtarış və götürülmə aparılmasından əvvəl prosessual hərəkətin aparılması zamanı videoçəkilişin həyata keçirilməsi ilə bağlı iştirakçılar tərəfindən şikayət və ya etiraz daxil olmamışdı. Şəxsi axtarış və götürülmə aparılmasından əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs geyimində, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla qadağan edilmiş yaxud iş üzrə sübutedici əhəmiyyətə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs sağ əlini əynindəki tünd göy rəngli cins şalvarın sağ yan cibinə salib 1 ədəd sellofana bükülmüş olan bükümü təqdim etmiş, həmin bükümün narkotik vasitə “kakos" adlandırdığı heroin olduğunu və özünə məxsus olduğunu bildirmişdir. Həmin sellofan büküm təhqiqatçı tərəfindən açılmış və içərisində açıq qəhvəyi rəngli spesifik iyə malik maddənin olması müəyyən edilmişdir. Sellofan büküm yapışqanlı lentlə bağlanmış, bundan sonra Aydın Əliyevin üzərinə keçirilən baxış zamanı əynindəki şalvarın sol yan cibindən özünə məxsus şəxsiyyət vəsiqəsinin əsli, “Umico” plastik kartı, “Kapital Bank”a aid kart 15 (on beş) manat pul, şalvarın arxa sağ yan cibindən 2 ədəd “Samsung" markalı mobil telefon aşkar olunmuşdur. Bundan sonra sorğu-sual zamanı Təqsirləndirilən şəxs üzərindən çıxarıb təqdim etdiyi heroinin özünə məxsus olduğunu, həmin bükümü internet vasitəsilə tanış olduğu İran İslam Respublikası vətəndaşı “Rza" adlı şəxsin vasitəsi ilə Xırdalan dairəsi yaxınlığında qoyulan yerdən həftənin birinci günü, yəni 08.03.2021-ci il tarixdə götürdüyünü, narkotik vasitələrin satışı ilə məşğul olduğunu, narkotik vasitəni 18 manata alıb 20 manata satdığını, bundan başqa yaşadığı Yasamal rayonu ərazisindəki evində narkotik vasitə olduğunu, yaşadığı mənzilə baxış keçirilməsinə etirazının olmamasını, üzərində aşkar edilmiş 15 manat pulun özünə məxsus olmasını, narkotik vasitələrin dövriyyəsindən əldə edilmiş pul olmadığını, həmçinin üzərində aşkar edilmiş 2 ədəd plastik kartın da narkotik vasitələrin dövriyyəsində istifadə edilmədiyini, saxlanılarkən və PŞ-yə gətirilərkən hər hansı bir təzyiq göstərilmədiyini, verilən sualları tam aydın formada başa düşdüyünü, səmimi və doğru cavablar verdiyini bildirmişdir. Şəxsi axtarış və götürülmə zamanı Təqsirləndirilən şəxs üzərində cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik digər əşya və maddələr aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə zərfə qoyulmuş, möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün Təqsirləndirilən şəxs məxsus 2 ədəd plastik kart, şəxsiyyət vəsiqəsi və 2 ədəd mobil telefon bu barədə izah verildikdən sonra götürülmüş, 15 manat pul isə Aydına qaytarılmışdır. Bundan sonra həmin gün, yəni 13 mart 2021-ci il tarixdə saat 23.00-da Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanına getmişlər. Onun tərəfindən videoçəkilişdən istifadə edilməklə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs yaşadığı mənzildə olması ehtimal edilən narkotik vasitələri, qanunla qadağan edilmiş yaxud iş üzrə sübutedici əhəmiyyətə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs mənzildə girişdən sağ tərəfdə yerləşən qonaq otağında olan divanın sol küncündən 1 ədəd sellofan torbanı təqdim edərək içərisində narkotik vasitə olduğunu bildirmişdi. Bundan sonra həmin sellofan torba həmin otaqda olan masanın üzərinə qoyulmuş, sellofan torbaya baxış zamanı aşkar edilmiş dəmir qutunun içərisindən ayrıca olaraq 1 bükümdə, daha sonra qırmızı rəngli qutunun içərisində 11 bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə olan heroinə bənzər kütlə, ağ rəngli plastik qutuda 2 bükümdə, ağ rəngli, kristall şəkilli, psixotrop maddə olan metamfetaminə bənzər kütlə, həmçinin həmin dəmir qutunun içərisində açıq şəkildə açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə olan heroinə bənzər kütlələr, 1 ədəd elektron tərəzi və **********552242 nömrəli plastik kart aşkar olunmuşdur. Daha sonra aşkar olunmuş ümumilikdə 12 bükümdə olan heroinə bənzər kütlələr elektron tərəzidə çəkilmiş və çəkisi ümumilikdə 17,37 (on yeddi tam yüzdə otuz yeddi) qram olmuş, 2 bükümdə psixotrop maddə olan metamfetaminə bənzər kütlənin ümumi çəkisi isə 3,02 (üç tam yüzdə iki) qram, dəmir qabda açıq şəkildə olan heroinə bənzər kütlənin qablaşdırması ilə birlikdə çəkisi isə 384 (üç yüz səksən dörd) qram olmuşdur. Sonra həmin kütlələr və 1 ədəd elektron tərəzi içərisi boş olan kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş və şübhəli şəxs, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmışdır. Həmçinin iş üzrə əhəmiyyət kəsb etdiyi üçün **********552242 nömrəli plastik kart bu barədə şübhəli şəxsə izah verildikdən sonra götürülmüşdür. Daha sonra isə Təqsirləndirilən şəxs yaşadığı mənzilin digər hissələrinə baxış keçirilmiş və narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər aşkar edilməmişdir. Aşkar olunmuş narkotik vasitə və psixotrop maddə qablaşdırılaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi MEM-ə göndərilmiş və ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs və yaşadığı mənzildən aşkar olunmuş kütlə - təmiz çəkisi 62,999 qram narkotik vasitə heroin və təmiz çəkisi 2,541 qram psixotrop maddə metamfetamindir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş, iş üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 Bəhram oğlu ifadəsində digər Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs barəsində daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası DİN BNMİ-nin əməliyyat müvəkkilləri Şahid1 və Şahid2 tərəfindən keçirilmiş əməliyyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 13 mart 2021-ci il tarixdə ünvan 5 ünvanının yaxınlığında piyada hərəkət edən zaman görülmüş və ona narktik vasitələrin satışında şübhəli olduğunu bildirərək, üzərinə baxış keçirilməsi üçün Yasamal RPİ-nin 29-cu PŞ-nə dəvət etmişlər. Xidməti otaqda Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dəvət edilmiş vəkil təqdim etmiş və vəkilin iştirakı ilə hüquq və vəzifələri izah edilmişdir. Şəxsi axtarış və götürmə aparılmazdan əvvəl prosessual hərəkətin aparılması zamanı videoçəkilişin həyata keçirilməsi ilə bağlı iştirakçılar tərəfindən şikayət və etiraz daxil olmamışdır. Şəxsi axtaış və götürmə aparımazdan əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs geyimində, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla qadağan edilmiş yaxud iş üzrə sübutedici əhəmiyyətə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs sağ əlini əynindəki tünd göy rəngli cins şalvarın sağ yan cibinə salıb 1 ədəd sellofana bükülmüş olan bükümü təqdim etmiş, həmin bükümün narkotik vasitə “kakos" adlandırdığı heroin olduğunu və özünə məxsus olduğunu bildirmişdir. Həmin sellofan bükümü o açmış və içərisində açıq qəhvəyi rəngli spesifik iyə malik maddənin olmasını müəyyən etmişdir. Sellofan bükümü yapışqanlı lentlə bağlamışdır. Bundan sonra Aydın Əliyevin üzərinə keçirilən baxış zamanı əynindəki şalvarın sol yan cibindən özünə məxsus şəxsiyyət vəsiqəsinin əsli, “Umico” plastik kartı, “Kapital Bank”a aid kart 15 (on beş) manat pul, şalvarın arxa sağ yan cibindən 2 ədəd “Samsung" markalı mobil telefon aşkar olunmuşdur. Bundan sonra sorğu-sual zamanı Təqsirləndirilən şəxs üzərindən çıxarıb təqdim etdiyi heroinin özünə məxsus olduğunu, həmin bükümü internet vasitəsilə tanış olduğu İran İslam Respublikası vətəndaşı “Rza" adlı şəxsin vasitəsi ilə Xırdalan dairəsi yaxınlığında qoyulan yerdən həftənin birinci günü, yəni 08.03.2021-ci il tarixdə götürdüyünü, narkotik vasitələrin satışı ilə məşğul olduğunu, narkotik vasitəni 18 manata alıb 20 manata satdığını, bundan başqa yaşadığı Yasamal rayonu ərazisindəki evində narkotik vasitə olduğunu, yaşadığı mənzilə baxış keçirilməsinə etirazının olmamasını, üzərində aşkar edilmiş 15 manat pulun özünə məxsus olmasını, narkotik vasitələrin dövriyyəsindən əldə edilmiş pul olmadığını, həmçinin üzərində aşkar edilmiş 2 ədəd plastik kartın da narkotik vasitələrin dövriyyəsində istifadə edilmədiyini, saxlanılarkən və PŞ-yə gətirilərkən hər hansı bir təzyiq göstərilmədiyini, verilən sualları tam aydın formada başa düşdüyünü, səmimi və doğru cavablar verdiyini bildirmişdir. Şəxsi axtarış və götürülmə zamanı Təqsirləndirilən şəxs üzərində cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik digər əşya və maddələr aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə zərfə qoyulmuş, möhürlənmiş, bu barədə tərəfindən protokol tərtib edilmiş, protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün Təqsirləndirilən şəxs məxsus 2 ədəd plastik kart, şəxsiyyət vəsiqəsi və 2 ədəd mobil telefon bu barədə izah verildikdən sonra götürülmüş, 15 manat pul isə Aydına qaytarılmışdır. Bundan sonra həmin gün, yəni 13 mart 2021-ci il tarixdə saat 23.00-da Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanına getmişlər. Onun tərəfindən videoçəkilişdən istifadə edilməklə onun tərəfindən Təqsirləndirilən şəxs yaşadığı mənzildə olması ehtimal edilən narkotik vasitələri, qanunla qadağan edilmiş yaxud iş üzrə sübutedici əhəmiyyətə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs mənzildə girişdən sağ tərəfdə yerləşən qonaq otağında olan divanın sol küncündən 1 ədəd sellofan torbanı təqdim edərək içərisində narkotik vasitə olduğunu bildirmişdi. Bundan sonra həmin sellofan torba həmin otaqda olan masanın üzərinə qoyulmuş, sellofan torbaya baxış zamanı aşkar edilmiş dəmir qutunun içərisindən ayrıca olaraq 1 bükümdə, daha sonra qırmızı rəngli qutunun içərisində 11 bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə olan heroinə bənzər kütlə, ağ rəngli plastik qutuda 2 bükümdə, ağ rəngli, kristall şəkilli, psixotrop maddə olan metamfetaminə bənzər kütlə, həmçinin həmin dəmir qutunun içərisində açıq şəkildə açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə olan heroinə bənzər kütlələr, 1 ədəd elektron tərəzi və **********552242 nömrəli plastik kart aşkar olunmuşdur. Daha sonra aşkar olunmuş ümumilikdə 12 bükümdə olan heroinə bənzər kütlələr elektron tərəzidə çəkilmiş və çəkisi ümumilikdə 17,37 (on yeddi tam yüzdə otuz yeddi) qram olmuş, 2 bükümdə psixotrop maddə olan metamfetaminə bənzər kütlənin ümumi çəkisi isə 3,02 (üç tam yüzdə iki) qram, dəmir qabda açıq şəkildə olan heroinə bənzər kütlənin qablaşdırması ilə birlikdə çəkisi isə 384 (üç yüz səksən dörd) qram olmuşdur. Sonra həmin kütlələr və 1 ədəd elektron tərəzi içərisi boş olan kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş və şübhəli şəxs, müdafiəçi və onun tərəfindən imzalanmışdır. Həmçinin iş üzrə əhəmiyyət kəsb etdiyi üçün **********552242 nömrəli plastik kart bu barədə şübhəli şəxsə izah verildikdən sonra götürülmüşdür. Daha sonra isə Təqsirləndirilən şəxs yaşadığı mənzilin digər hissələrinə baxış keçirilmiş və narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər aşkar edilməmişdir. Aşkar olunmuş narkotik vasitə və psixotrop maddə qablaşdırılaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi MEM-ə göndərilmiş və ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs və yaşadığı mənzildən aşkar olunmuş kütlə - təmiz çəkisi 62,999 qram narkotik vasitə heroin və təmiz çəkisi 2,541 qram psixotrop maddə metamfetamindir. Verilmiş sullara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs üzərinə baxış zamanı ona qarşı heç bir zorakılıq göstərilmədiyini bildirmişdir.Təqsirləndirilən şəxs üzərinə baxış zmanaı gözlə görünən hər hansı xəsarəti olmamışdır. Mənzilə baxış zamanı narkotik vasitələrin yerini özü göstərmişdir. Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən cinayət əməllərini törətməkdə təqsirli olması cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq edilmiş aşağıda qeyd edilən digər sübutlarla da təsdiq olunur. “Cinayət işinin başlanması və icraata qəbul olunması haqqında” 14 mart 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs, internet vasitəsilə tanış olduğu özünü İran İslam Respublikasının vətəndaşı “Rza” kimi təqdim etmiş şəxsin vasitəsilə 2021-ci ilin mart ayının 8-də “Xırdalan” dairəsi yaxınlığında əvvəlcədən təyin edilmiş yerdən qəsdən, satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda, “Azərbaycan Respublikasının ərzisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələr”in İ siyahısına daxil edilmiş ümumi təmiz çəkisi 62,999 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini və 2,541 qram olan ağ rəngli kristallik formada olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib Bakı şəhəri, Yasamal rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında DİN BNMİnin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 13 mart 2021-ci il tarixdə, saat 21:00 dəqiqədə kirayədə yaşadığı Bakı şəhəri Yasamal rayonu Dadaş Bünyadzadə küçəsi ev 15-in yaxınılığında piyada hərəkət edərkən DİN BNMİ-nin əməkdaşları tərəfindən saxlanılaraq Yasamal RPİ-nin 29cu PŞ-nə gətirilmiş, xidməti otaqların birində polis əməkdaşlarının və hüquqlarını müdafiə edən vəkilin iştirakı ilə mobil telefon vasitəsilə videoçəkilişdən istifadə edilməklə üzərində axtarış və götürmə aparılan zaman əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd bükümdə, satış məqsədilə qanunsuz olaraq əldə edib, üstündə saxladığı külli miqdarda təmiz çəkisi 4,418 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunub götürülmüş, əməliyyat-axtarış tədbirlərinin davamı olaraq Təqsirləndirilən şəxs kirayədə yaşadığı ünvan 6 ünvanına baxış keçirilən zaman qonaq otağında divanın sol küncündə olan 1 ədəd sellofan bağlamanın içərisindəki 1 ədəd qara rəngli qabın içərisində 1 ədəd bükümdə təmiz çəkisi 45 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 1 ədəd plastik ağ rəngli qabda 2 ədəd bükümdə ümumi təmiz çəkisi 2,541 qram olan ağ rəngli kristallik formada olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və üzərində narkotik vasitə heroinin izləri olan bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüş, vətəndaş Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsi 234.4.3-cü maddəsi ilə ********* saylı cinayət işi başlanmış və ibtidai araşdırma aparılması üçün icraata qəbul edilmişdir. ( iş vər 01) DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid1 həmin İdarənin rəisinə olan 13 mart 2021-ci il tarixli raportdan görünür ki, etimad doğuran, məlum, qərəzsiz mənbədən daxil olmuş məlumatdan xx.xx.1982-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, məhkum olunmamış, ünvan 7 ünvanında qeydiyyatda olmaqla ünvan 6 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri, Yasamal rayonu ərazisində dövriyyəsi ilə məşğul olması bildirilmiş, Təqsirləndirilən şəxs oğlinun cinayət əməlinin ifşa olunması, onun cinayət törədərkən, yaxud törətdikdən bilavasitə sonra yaxalanması, narkotik vasitələrin, cinayətin izlərinin vaxtında aşkar edilərək götürülməsi mqəsədi ilə əməliyyat qrupunun yaradılmasına və təxirəsalınmaz tədbirlər görülməklə qanunvericiliklə nəzərdə tutulmuş qaydada aşkar və gizli üsullarla müvafiq əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verilməsini xahiş etmişdir. (iş vər 40) “Əməliyyat-axtarış tədbrilərinin həyata keçirilməsi haqqında” 13 mart 2021-ci il tarixli qərardan görünür ki, BNMİ-nin baş əməliyyat-müvəkkili, polsi polkovnik-leytenantı Şahid1 tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş əsaslar olduğundan zəruri məlumatların alınmasının və haqqında tədbir keçirilməsi təklif edilən şəxsin ifşa edilməsinin adi təhqiqat üsulları vasitəsi ilə qeyri-mümkünlüyü nəzərə alınaraq xx.xx.1982-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vəətndaşı, evli, əvvəllər məhkum olunmamış, ünvan 8 ünvanında qeydiyyatda olmaqla ünvan 9 ünvanında yaşayan Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyataxtarış tədbirləri keçirilməklə yaxalanmasından ötrü əməliyyat qrupunun yaradılması, operativ şəkildə lazımi qabaqlayıcı tədbirlər görülmədiyi halda Təqsirləndirilən şəxs tərəfindən onda saxlanılan narkotik vasitənin qısa müddətdə realizə olunacağı, gizlədiləcəyi və ya məhv ediləcəyi ehtimalını nəzərə alaraq, daxil olmuş məlumatın əməliyyat yolu ilə yoxlanılması, həmin şəxsin cinayət əməllərinin ifşa olunması, onun cinayət törədərkən, yaxud törətdikdən bilavasitə sonra yaxalanması, narkotik vasitənin, cinayətin izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədi ilə yaradılmış əməliyyat qrupunun üzvlərinin iştirakı ilə təxirəsalınmaz tədbirlər görülməklə hakimin qərarı olmadan qanunvericilikdə nəzərdə tutulmuş qaydada aşkar və gizli üsullarla müvafiq əməliyyataxtarış tədbirləri həyata keçirilməsi, Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilməsi, tədbirin gedişi zamanı şəraitdən asılı olaraq onun olduğu yerin və nəqliyyat vasitəsinin müşahidəsinin aparılması, tutulduqdan sonra zərurət olduğu təqdirdə üstünün yoxlanılması, polis orqanına gətirilməsi, üzərində şəxsi axtarış, ondan aşkar edilmiş əşyalara, nəqliyyat vasitəsinə, yaşayış yerinə, bina və saxlanc yerlərinə baxış keçirilməsi, əməliyyat-axtarış tədbirləri həyata keçirilən zaman zərurət yarandığı halda mövcud şəraitdən asılı olaraq «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş digər əməliyyat tədbirlərinə istinad edilməklə qanunvericiliyə uyğun şəkildə tədbirin davam etdirilməsi qərara alınmışdır. (iş vər. 6-7) “Şübhəli şəxsin tutulması haqqında” 13 mart 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində 13.03.2021-ci il tarixdə, saat 21:35 dəqiqədə Yasamal RPİ-nin 29-cu PB-nin inzibati binasında müdafiəçi Bakı şəhəri Mərkəz Vəkil Bürosunun vəkili X6 iştirakı ilə tutulmuş, tutulmanın əsası kimi 13 mart 2021-ci il tarixdə AR DİN BNMİ-ə Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə etməsi və dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat göstərilmişdir. Təqsirləndirilən şəxs azadlığının məhdudlaşdırıldığı vaxtdan, yəni 13 mart 2021-ci il tarixdə, saat 21:00 dəqiqədən tutulmuş hesab edilmişdir. ( iş vər. 21) “Şəxsi axtarış və götürmə aparılması haqqında” 13 mart 2021-ci il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib Bakı şəhəri, Yasamal rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Daxili işlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə idarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı sonuncu 13 mart 2021-ci il tarixdə, saat 21:00 dəqiqədə yaşadığı ünvan 10 ünvanının yaxınlığında piyada hərəkət edən zaman saxlanılaraq Yasamal RPİ-nin 29-cu PB-nin inzibati binasına gətirilmişdir. Həmin şəxsin saxlanılan zaman paltarında, əşyalarında və ya bədənində narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola 4 biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan «Şəxsi axtarış və götürmə aparılması haqqında» 13 mart 2021-ci il tarixli qərara əsasən Yasamal RPİ-nin 29-cu PBnin inzibati binasında xidməti iş otaqlarından birində video çəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılmışdır. Barəsində şəxsi axtarış və götürmə aparılan şübhəli şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-in 19-cu maddəsinə əsasən hüquqi yardım almaq, həmin Məcəllənin 26-cı maddəsinə əsasən cinayət mühakimə icraatının aparıldığı dili bilmədiyi halda öz ana dilindən istifadə etmək, ibtidai araşdırma zamanı tərcüməçinin köməyindən pulsuz istifadə etmək hüquqları, həmin Məcəllənin 90-cı maddəsi ilə nəzərdə tutulmuş şübhəli şəxsin hüquq və vəzifələri izah edildi. Eyni zamanda izah edildi ki, Azərbaycan Respublikası CPM-in 20-ci maddəsinə əsasən heç kəs şəxsən özünün və yaxın qohumlarının əleyhinə ifadə verməyə məcbur edilə bilməz və buna görə hər hansı təqibə məruz qala bilməz. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış yə götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qöy rəngli cins şalvarın sağ yan cibindən 1 (bir) bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə olan heroinə bənzər kütləni təqdim etdi. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış "keçirildi və əynində olan göy rəngli cins şalvarın sol yan cibindən Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsi, **********507250 və б7б**********97 nömrəli plastik kartlar və 15 manat pul, həmin şalvarın arxa sağ cibindən 2 (iki) ədəd Samsung markalı mobil telefon aşkar olunaraq götürüldü. Daha sonra şəxsi axtarış zamanı sonuncunun üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilmədi. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi heroinə bənzər kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırıldı, DİN-in 7 saylı möhürü ilə möhürləndi,üzəri şübhəli şəxs, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmış, iş üzrə əhəmiyyət kəsb etdiyi üçün 2 (iki) ədəd “Samsung” markalı mobil telefon, Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsi, **********507250 və **********765970 nömrəli plastik kartlar bu barədə sonuncuya izah verildikdən sonra götürüldü, 15 manat pul isə şübhəli şəxsə geri qaytarılmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş heroinin özünə məxsus olduğunu, həmin kütləni 3 ay bundan əvvəl internet vasitəsi ilə tanış olduğu İran İslam Respublikası vətəndaşı “Rza” adlı şəxsin vasitəsi ilə 5 gün bundan əvvəl Xırdalan dairəsi yaxınlığından, əvvəlcədən təyin edilmiş yerdən, götürdüyünü, narkotik vasitənin pulunu isə “Rza” adlı şəxsin ona göndərdiyi-hesaba köçürdüyünü, narkotik vasitələrin satışını həyata keçirdiyini, narkotik vasitənin gramını 18 manatdan alaraq qramını 20 manatdan satışını həyata yeçirdiyini, narkotik vasitələrin aludəçisi olduğunu, həmçinin yaşadığı yaşamal rayonunda yerləşən mənzilində də narkotik vasitələr olduğunu, həmın ünvana polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etirazının olmadığını, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Şəxsi axtarış və götürmə Yasamal RPİ-nin 29-cu PB-nin xidməti iş otaqlarından birində axşam vaxtı, süni işıqlandırma şəraitində keçirilmişdir. Şəxsi axtarış və götürmə zamanı «Samsung Galaxy» markalı mobil telefondan istifadə etməklə BNMİ-nin baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid1 tərəfındən video çəkiliş aparılmışdır. (iş vər 28-30) “Mənzilə baxış keçirilməsi və götürmə haqqında” 13 mart 2021-ci il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə idarəsinə Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib Bakı şəhəri, Yasamal rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə idarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı sonuncu 13 mart 2021-ci il tarixdə, saat 21:00 dəqiqədə yaşadığı ünvan 10 ünvanının yaxınlığında piyada hərəkət edən zaman saxlanılaraq Yasamal RPİ-nin 29-cu PB-nin inzibati binasına gətirilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Yasamal rayonu ərazisindəki mənzilində narkotik vasitə saxladığını, həmin ünvana baxış keçirilməsinə etirazı olmadığını bildirmiş və bu barədə ərizə təqdim etmişdir. ünvan 6 ünvanında narkotik vasitənin, psixotrop maddənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan «Baxış və götürmə aparılması haqqında» 13 mart 2021ci il tarixli qərara əsasən video çəkilişdən istifadə edilməklə baxış və götürmə aparılmışdır. Baxış və götürmə aparılmasından əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edilərək sözü gedən ünvanda olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs yaşadığı ünvan 6 ünvanında girişdən sağ tərəfdə yerləşən qonaq otağında olan divanın sol küncündən 1 ədəd sellofan torbanı təqdim edərək içərisində narkotik vasitə olduluğunu bildirmişdir. Bundan sonra həmin sellofan torbanın içərisinə baxış keçirilməsi üçün sellofan torba həmin otaqda olan masanın üzərinə qoyulmuşdur. Sellofan torbaya baxış zamanı torbadan aşkar edilmiş dəmir qutunun içərisində içərisindən ayrıca olaraq 1 bükümdə, daha sonra qırmızı rəngli qutunun içərisində 11 bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə olan heroinə bənzər kütlə, ağ rəngli plastik qutuda 2 bükümdə, ağ rəngli, kristall şəkilli, psixotrop maddə olan metamfetaminə bənzər kütlə, həmçinin həmin dəmir qutunun içərisində açıq şəkildə açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə olan heroinə bənzər kütlələr, 1 ədəd elektron tərəzi və **********552242 nömrəli plastik kart aşkar olunmuşdur. Daha sonra aşkar olunmuş ümumilikdə 12 bükümdə olan heroinə bənzər kütlələr elektron tərəzidə çəkilmiş və çəkisinin ümumilikdə 17,37 (on yeddi tam yüzdə otuz yeddi qram) olduğu müəyyən edilmiş, 2 bükümdə psixotrop maddə olan metamfetaminə bənzər kütlənin ümumi çəkisi isə 3,02 (üç tam yüzdə iki qram), dəmir qabda açıq şəkildə olan heroinə bənzər kütlənin qablaşdırması ilə birlikdə çəkisinin isə 384 (üç yüz səksən dörd qram) qram olduğu müəyyən edilmişdir. Sonra həmin kütlələr və 1 ədəd elektron tərəzi içərisi boş olan kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürləndikdən sonra isə üzəri şübhəli şəxs, müdafiəçi və polis əməkdaşları tərəfindən imzalanmışdır. Həmçinin iş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1**********552242 nömrəli plastik kart bu barədə şübhəli şəxsə izah verildikdən sonra götürülmüşdür. Daha sonra isə Təqsirləndirilən şəxs yaşadığı evin digər hissələrinə baxış keçirilmiş və Narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər aşkar edilməmişdir. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq təqdim etdiyi narkotik vasitələrin özünə məxsus olduğunu, həmin kütlələri internet vasitəsi ilə tanış olduğu İran İslam Respublikası vətəndaşı “Rza” adlı şəxsin vasitəsi ilə 5 gün bundan əvvəl Xırdalan dairəsi yaxınlığından, əvvəlcədən təyin edilmiş yerdən götürdüyünü, narkotik vasitənin pulunu isə "Rza" adlı şəxsin ona göndərdiyi hesaba köçürdüyünü, narkotik vasitələrin satışını həyata keçirdiyini, narkotik vasitənin qramı 18 manatdan alaraq qramını 20 manatdan satışını həyata keçirdiyini, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini, səmimi və doğru cavablar verdiyini bildirmişdir. Baxış və götürmə süni işıqlandırma şəraitdə keçirilmiş, baxış və götürmə zamanı «Samsung Galaxy» markalı mobil telefondan istifadə etməklə BNMİ-nin baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid1 tərəfindən video çəkiliş aparılmışdır. (iş vər 33-35) Materialların məhkəmə fiziki-kimyəvi ekspertizasının 14 mart 2021-ci il tarixli, 6/1036 saylı rəyindən görünür ki, üzərində “Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı təqdim etdiyi sözləri və imzalar qeyd olunmuş bir ədəd kağız paketdə bir ədəd bükümdə təmiz çəkisi 4,418 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Üzərində “Təqsirləndirilən şəxs mənzilə baxış zamanı təqdim etdiyi” sözləri və imzalar qeyd olunmuş bir ədəd qara rəngli qabın içərisində bir ədəd bükümdə təmiz çəkisi 45,0 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Bir ədəd qırmızı rəngli qutunun içərisində 12 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 1,311 qram, 0,384 qram, 0,926 qram, 0,889 qram, 0,288 qram, 0,400 qram, 0,683 qram, 0,847 qram, 0,892 qram, 0,419 qram, 2,620 qram, 3,922 qram ümumi təmiz çəkisi 13,581 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Bir ədəd plastik ağ rəngli qabda iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 1,688 qram, 0,853 qram ümumi təmiz çəkisi 2,541 qram olan ağ rəngli kristallik formada olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Heroin 28.06.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in İ siyahısına daxildir. Metamfetamin 28.06.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına daxildir.Tədqiqata təqdim edilmiş 14 ədəd bükümdə olan heroinlər xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynidirlər. Tədqiqata təqdim edilmiş 2 ədəd bükümdə olan metamfetaminlər xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynidirlər.Bir ədəd elektron tərəzidə narkotik vasitə olan heroinin izləri vardır. Heroin iz şəklində olduğu üçün çəkisini müəyyən etmək mümkün olmamış və Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı təqdim etdiyi və yaşadığı mənzildən aşkar edilmiş heroin ilə müqayisəli tədqiqat aparılması mümkün deyildir. (Heroinin təmiz çəkisi - 62,999 qram, tədqiqata sərf edildi - 0,39 qram, qalıq - 62,609 qram. Metamfetaminin təmiz çəkisi - 2,541 qram, tədqiqata sərf edildi - 0,08 qram, qalıq - 2,491 qram).(iş vər. 46-51) “DVD-R disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi barədə” 14 mart 2021-ci il tarixli protokoldan görünür ki, DİN BNMİ-dən daxil olmuş üzərində "ZYKLEN” yazısı olan boz rəngli DVD-R formatındakı disk məlumatlarına baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, həmin DVD diskdə əks edilmiş görüntülər 11 dəqiqə 59 saniyədən ibarətdir. 13 mart 2021-ci il tarixdə, saat 22.00-da Yasamal RPİ 29-cu PŞ-nin inzibati binasında xidməti iş otağında süni işıqlandırma şəraitində qeydə alınır. Videogörüntüdən müəyyən edilir ki, DİN BNMİ-nin TQ-nin təhqiqatçısı polis kapitanı X7 tərəfindən Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürülmə aparılır. N.Omarov özünü təqdim etdikdən sonra iştirakçılar DİN BNMİ-nin xmiü baş əməliyyat müvəkkili polis mayoru Şahid2, Təqsirləndirilən şəxs və Bakı şəhəri “Mərkəz” vəkil bürosunun vəkili X12 özlərini təqdim etmişlər. Videoçəkiliş DİN BNMİ-nin baş əməliyyat müvəkkili polis polkovnik- İ leytenantı Şahid1 tərəfindən “Samsung Galaxy” markalı mobil telefon vasitəsilə həyata keçirilmişdir. Təqsirləndirilən şəxs müdafiəçi qismində təyin edilmiş vəkil Babayeva Xəyalə təqdim edilir, Təqsirləndirilən şəxs həmin vəkili qəbul etdiyini bildirir. Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib Bakı şəhəri Yasamal rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında saxlanılaraq şübhəli şəxs qismində tutulması, Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində, geyimində, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla qadağan edilmiş yaxud iş üzrə sübutedici əhəmiyyətə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilir. Təqsirləndirilən şəxs könüllü olaraq sağ əlini əynindəki tünd göy rəngli cins şalvarın sağ yan cibinə salib 1 ədəd sellofana bükülmüş olan bükümü təqdim etməsi müşahidə olunur. Təqsirləndirilən şəxs həmin bükümün narkotik vasitə “kakos” adlandırdığı heroin olduğunu və özünə məxsus olduğunu bildirir. Həmin sellofan büküm təhqiqatçı tərəfindən açılır və içərisində açıq qəhvəyi rəngli spesifik iyə malik maddənin olması videogörüntü zamanı qeydə alınır. Sellofan büküm yapışqanlı lentlə bağlanır. Bundan sonra Aydın Əliyevin üzərinə keçirilən baxış zamanı əynindəki şalvarın sol yan cibindən özünə məxsus şəxsiyyət vəsiqəsinin əsli, “Umico" plastik kartı, “Kapital Bank”a aid kart, 15 (on beş) manat pul, şalvarın arxa sağ yan cibindən 2 ədəd “Samsung” markalı mobil telefon aşkar olundu. Şəxsi axtarış zamanı əlavə olaraq hər hansı əşya, predmet aşkar olunmadı. Bundan sonra sorğu-sual zamanı Təqsirləndirilən şəxs üzərindən çıxarıb təqdim etdiyi İheroinin özünə məxsus olduğunu, həmin bükümü internet vasitəsilə tanış olduğu İran İslam Respublikası vətəndaşı “Rza” adlı şəxsin vasitəsi ilə Xırdalan dairəsi yaxınlığında qoyulan yerdən həftənin birinci günü, yəni 08.03.2021-ci il tarixdə götürdüyünü, narkotik vasitələrin satışı ilə məşğul olduğunu, narkotik vasitəni 18 manata alıb 20 manata satdığını, bundan başqa yaşadığı Yasamal rayonu ərazisindəki evində narkotik vasitə olduğunu, yaşadığı mənzilə baxış keçirilməsinə etirazının olmamasını, üzərində aşkar edilmiş 15 manat pulun özünə məxsus olmasını, narkotik vasitələrin dövriyyəsindən əldə edilmiş pul olmadığını, həmçinin üzərində aşkar edilmiş 2 ədəd plastik kartın da narkotik vasitələrin dövriyyəsində istifadə edilmədiyini, saxlanılarkən və PŞ-yə gətirilərkən ona qarşı hər hansı bir təzyiq göstərilmədiyini, verilən sualları tam aydın formada başa düşdüyünü, səmimi və doğru cavablar verdiyini bildirmişdir. Həmin sellofan büküm görüntüdəki şəxslərin gözü qarşısında içi boş olan, ağ rəngli zərfə qoyuldu, həmin zərf möhürləndi, üzərində müvafiq qeydlər aparıldı, imzalarla təsdiqləndi. 15 manat pul Təqsirləndirilən şəxs qaytarılır, digər 2 ədəd plastik kart, şəxsiyyət vəsiqəsi və 2 ədəd mobil telefon izah verildikdən sonra götürülür. Sonda iştirakçıların hər hansı bir sualının olub-olmaması soruşulduqda vəkil X.Babayeva Təqsirləndirilən şəxs üzərindəki narkotik vasitənin ona aid olub-olmamasını və hansı məqsədlə əldə etməsini soruşmuş, Təqsirləndirilən şəxs narkotik vasitənin ona aid olmasını və özünün istifadəsi üçün əldə etməsini, mənzilindəki narkotik vasitələri isə satış məqsədilə əldə etdiyini, narkotik vasitələri 2-3 ay olar ki, İİR vətəndaşı Rza adlı şəxsdən əldə etdiyini, özünün 6-7 aydırki, narkotik vasitə istifadə etdiyini, 2-3 ay olar ki, yəni Rza adlı şəxslə tanış olduqdan sonra isə satışı ilə məşğul olmasını, Rza adlı şəxsi əyani olaraq görməməsini, onunla internetdə tanış olmasını bildirmişdir. (iş vər 54-55) “DVD-R disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi barədə” 14 mart 2021-ci il tarixli protokoldan görünür ki, DİN BNMİ-dən daxil olmuş üzərində “ZYKLEN” yazısı olan boz rəngli DVD-R formatındakı disk məlumatlarına baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, həmin DVD diskdə əks edilmiş görüntülər 23 dəqiqə 52 saniyədən ibarətdir, 13 mart 2021-ci il tarixdə saat 23.00-da ünvan 3 ünvanında süni işıqlandırma şəraitində qeydə alınmışdır. Videogörüntüdən müəyyən edilir ki, DİN BNMİ-nin TQ-nin təhqiqatçısı polis kapitanı X7 tərəfindən Təqsirləndirilən şəxs yaşadığı mənzilə baxış keçirilməsi və götürülmə aparılır. N.Omarov özünü təqdim etdikdən sonra iştirakçılar DİN BNMİ-nin XMİÜ baş əməliyyat müvəkkili polis mayoru Şahid2, Təqsirləndirilən şəxs və Bakı şəhəri “Mərkəz” vəkil bürosunun vəkili X12 özlərini təqdim etmişlər. Videoçəkiliş DİN BNMİ-nin baş əməliyyat müvəkkili polis polkovnik-leytenantı Şahid1 tərəfindən “Samsung Galaxy" markalı mobil telefon vasitəsilə həyata keçirilmişdir. Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və pslxotrop maddələri satış məqsədi ilə əldə edib Bakı şəhəri Yasamal rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında saxlanılaraq şübhəli şəxs qismində tutulması, Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilir. Təqsirləndirilən şəxs mənzildə tək yaşamasını, narkotik vasitələr saxladığı ünvanın qeyd edilən mənzil olmasını bildirir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı mənzildə olması ehtimal edilən narkotik vasitələri, qanunla qadağan edilmiş yaxud iş üzrə sübutedici əhəmiyyətə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs mənzildə girişdən sağ tərəfdə yerləşən qonaq otağında olan divanın sol küncündən 1 ədəd sellofan torbanı təqdim edərək içərisində narkotik vasitə olduğunu bildirdi. Bundan sonra həmin sellofan torba həmin otaqda olan masanın üzərinə qoyuldu. Sellofan torbaya baxış zamanı aşkar edilmiş dəmir qutunun içərisindən ayrıca olaraq 1 bükümdə, daha sonra qırmızı rəngli qutunun içərisində 11 bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə olan heroinə bənzər kütlə, ağ rəngli plastik qutuda 2 bükümdə, ağ rəngli, kristall şəkilli, pslxotrop maddə olan metamfetaminə bənzər kütlə, həmçinin həmin dəmir qutunun içərisində açıq şəkildə açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə olan heroinə bənzər kütlələr, 1 ədəd elektron tərəzi və Fidan Məmmədovaya məxsus **********552242 nömrəli Albalı kart aşkar olundu. Təqsirləndirilən şəxs həmin narkotik vasitələri kokos və şüşə adlandırdığını bildirdi. Daha sonra aşkar olunmuş ümumilikdə 12 bükümdə olan heroinə bənzər kütlələr elektron tərəzidə çəkildi və çəkisi ümumilikdə 17,37 (on yeddi tam yüzdə otuz yeddi) qram oldu, 2 bükümdə pslxotrop maddə olan metamfetaminə bənzər kütlənin ümumi çəkisi isə 3,02 (üç tam yüzdə iki) qram, dəmir qabda açıq şəkildə olan heroinə bənzər kütlənin qablaşdırması ilə birlikdə çəkisi isə 384 (üç yüz səksən dörd) qram oldu. Sonra həmin kütlələr və 1 ədəd elektron tərəzi içərisi boş olan kağız zərfə qoyularaq qablaşdırıldı, DİN-in 7 saylı möhürü ilə möhürləndi və şübhəli şəxs, müdafiəçi və təhqiqatçı tərəfindən imzalandı. Həmçinin iş üzrə əhəmiyyət kəsb etdiyi üçün **********552242 nömrəli plastik kart bu barədə şübhəli şəxsə izah verildikdən sonra götürüldü. Daha sonra isə Təqsirləndirilən şəxs yaşadığı mənzilin digər hissələrinə baxış keçirildi və narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər aşkar edilmədi.Bundan sonra sorğu-sual zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitələrin özünə məxsus olduğunu, həmin kütlələri internet vasitəsilə tanış olduğu İran İslam Respublikası vətəndaşı “Rza” adlı şəxsin vasitəsi ilə Xırdalan dairəsi yaxınlığında qoyulan yerdən həftənin birinci günün, yəni 08.03.2021-ci il tarixdə əvvəlcədən təyin edilmiş yerdən götürdüyünü, üzərindən və yaşadığı mənzilindən aşkar edilmiş narkotik vasitələri eyni vaxtda və yerdən götürdüyünü, narkotik vasitədən özünün də istifadə etdiyini və narkotik vasitələrin satışı ilə məşğul olduğunu, narkotik vasitənin pulunu Rza adlı şəxsin göndərdiyi hesablara göndərdiyini, narkotik vasitənin qramını 18 manata alıb 20 manata satdığını, yaşadığı mənzildə narkotik vasitə saxlaması barədə heç kimin məlumatının olmamasını, saxlanılarkən və PŞ-yə gətirilərkən ona qarşı hər hansı bir təzyiq göstərilmədiyini, verilən sualları tam aydın formada başa düşdüyünü, səmimi və doğru cavablar verdiyini bildirmişdir.Həmin narkotik vasitələr və psixotrop maddə, elektron tərəzi görüntüdəki şəxslərin gözü qarşısında içi boş olan, ağ rəngli zərfə qoyuldu, həmin zərf möhürləndi, üzərində müvafiq qeydlər aparıldı, imzalarla təsdiqləndi. 1 ədəd plastik kart isə izah verildikdən sonra götürülür.Sonda iştirakçıların hər hansı bir sualının olub-olmaması soruşulduqda heç kimin sualı olmadığından mənzilə baxış yekunlaşmışdır.( iş vər 56-57) Bakı şəhər Yasamal Rayon Məhkəməsinin “təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi haqqında” 15 mart 2021-ci il tarixli, 4(004)-140/2021 saylı qərardan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsdə saxlama müddətinin əvvəli 13 mart 2021-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. (iş vər 84) AR DİN-nin BƏSİİ-nin 20 mart 2021-ci il tarixli tələbnamə arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (, iş vər. 85) “Mobil telefonlara baxış keçirilməsi barədə” 26 mart 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus istifadəsində olan qara rəngli **********74510/01 İMEİ 1, **********74518/01 İMEİ 2 kodlu “Samsung Galaxy A 10” markalı və qara rəngli **********33854/01 İMEİ 1, **********33850/01 İMEİ 2 kodlu "Samsung Galaxy A 10s" markalı mobil telefonlara müstəntiq tərəfindən baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur kl, “Samsung Galaxy A 10” markalı mobil telefonda 055 *** ** ** və 099 *** ** ** saylı nömrələr, “Samsung Galaxy A 10s” markalı mobil telefonda 099 *** ** ** və 099 *** ** ** saylı nömrələr vardır. Hər iki telefonda Whatsapp sosial şəbəksinin olması aşkar edilmədi. Samsung Galaxy A 10” markalı mobil telefonda iş üçün əhəmiyyət kəsb edəcək dəlillər aşkar edilməmişdir. “Samsung Galaxy A 10s” markalı mobil telefonun “qalereya" bölməsində Sərhədova Vüsalə adlı şəxsə məxsus 5117 7622 2266 5634 saylı Albalı kart şəkli, 16.12.2020-ci il tarixdə 416973******3029 saylı Kapital Banka aid kartdan Sərhədova Vüsalə adlı şəxsə məxsus Albalı karta 51,50 və 21,50 manat, 416974******9166 saylı Kapital Banka aid kartdan Sərhədova Vüsalə adlı şəxsə məxsus Albalı karta 101,50 manat ödənilməsi barədə şəkil, 30.12.2020-ci il tarixdə X4 Kapital bankdakı ******************** saylı hesab nömrəsinə 1200 manat pul köçürülməsinə dair şəkillər, **********546369 saylı Umico kartı, 13.03.2021-ci il tarixli elektron tərəzidə narkotik vasitəyə bənzər kütlələr şəkili, 13.03.2021-ci il tarixdə saat 13.08-də qeydə alınmış “Gemi” restoranın qarşısının şekli və altında “Novxanı kruqundan üzü Sumqayıta gələndə Gəmi restoranı var onunla üzbəüz məhəlləyə gir bir az qabağa get sağında turbanın dibində yerdə” sözləri yazılmış şəkil, “hasar kənarında turba” şəkli və altında “bax bu turbanın dibində yerdə” sözləri yazılmış şəkillər, bundan başqa müxtəlif şəxslərə müxtəlif məbləğlərdə pul köçürülməsinə dair qəbzlər aşkar edilmişdir. Bundan başqa, İran İslam Respublikası vətəndaşı “Rza” adlı şəxslə “WhatsAPP” sosial şəbəkəsində Rzanın +**********30 saylı nömrəsi ilə danışıqlara baxış zamanı aşağıdakı tarixdə, müddətdə və növdə danışıqların olması məlum oldu. 16.12.2020-ci il tarixdə saat 15:00-da Təqsirləndirilən şəxs Rza adlı şəxs “Rza salam, mənimlə əlaqə saxla”, Rza adlı şəxs ona “Ay can qaqa eşidirəm, necəsən, yaxşısan?”, 15:19-dəqiqədə Təqsirləndirilən şəxs “Rza mən bir 15-20 dəqiqəyə pulu vursam 5 tamama həmin adam deyim əmanəti? Pul alıram uşaqdan” 15:21- dəqiqədə Təqsirləndirilən şəxs “Bir dənə kart at mənə, 50 dənə hələlik bundan, 8 dənə də o birisindən elətdir mənimçün, görüm bəlkə yenə də dedim sənə, 5-10 dəqiqə səbrli ol” 15:22 dəqiqədə Rza adlı şəxs “Yaxşı oldu gözüm üstə” 17:00 dəqiqədə Təqsirləndirilən şəxs “Rza sən hazırlat da onu 60, 10 pulu vuran kimi çıxıram mən Novxanıdan” 17:00-da Rza “Demişəm hazırlayır”, 17:55-də Təqsirləndirilən şəxs “Mən Masazırın kruqundayam” Rza “5 dəqiqə səbrli ol atıram” məmzunda ismarıc göndərmişdir. Təqsirləndirilən şəxs mobil telefonunda aşkar edilmiş şəkillər, qəbzlər, şəkilaltı yazılarla onun qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması öz təsdiqini tapmışdır. Baxış zamanı mobil telefondan istintaq əhəmiyyətli fotoşəkillər-ödəniş qəbzləri çıxarılaraq protokola əlavə edilmişdir. (iş vər. 87-88) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 05 aprel 2021-ci il tarixli, 5(004)- 322/2021 nömrəli qərarından görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs Bəram oğlunun istifadəsində olmuş ***-***-**-**,***-***-**-**,***-***-**-** və ***-***-**-** saylı mobil nömrələrə 01.10.2020-ci il tarixdən 14.03.2021-ci il tarixəədk oaln müddətdə daxil olan və çıxan zəngləri, “sms” lərin mətnlərini və “whatsapp” sosial şəbəkəsində aparılmış danışıqlar barədə, o cümlədən həmin nömərlərlə +**********0 saylı nömrə arasında aparılan zəng, sms, sosial şəbəkə danışıqları bardəə məlumatların "xxxx" mobil operatorundan elektron daşıyıcıda "xxxx" MMC-dən götürülməsi qərar alınmışdır.( iş vər 98-99) "xxxx" MMC tərəfindən təqdim edilmiş 27.04.2021-ci il tarixli BKC/LGL-7571/21 saylı məktubda göstərilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olan *** *** ** **, *** *** ** **, 099 *** ** ** və 099 *** ** ** saylı mobil nömrələrlə +**********30 saylı nömrə arasında zənglər qeydə alınmamışdır. Həmçinin “WhatsApp” proqramı vasitəsilə mətnlərə dair məlumatların təqdim edilməsi texniki cəhətdən mümkün deyildir. Məktuba qoşma olan 1 ədəd CD diskdə “Zənglərin_Detallaşması adlı fayllara baxış zamanı zəng olunan nömrələr, zəngin tarixi və müddəti, “Zənglərin_Məxsusluq_Tarixçələri” adlı fayllara baxış zamanı nömrə sahibin adı, soyadı və ünvanı, “SMS_Tarixçəsi” adlı fayllara baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olan nömrələrə gələn və gedən mesajlar öz əksini tapmış, mesajlarda qeyri-etik danışıqlar, sosial-məişət məzmunlu söhbətlər, həmçinin, narkotik vasitənin satışı, qiyməti barədə, eləcə də Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasını təsdiq edən SMS mətnlər, söhbətlər öz əksini tapmışdır. Bu barədə müvafiq protokol tərtib edilərək cinayət işinin materiallarına əlavə edilmişdir.( iş vər 112-113) Bakı şəhər Yasamal rayon Məhkəməsinin 19 mart 2021-ci il tarixli qərarından görünür ki, AR DİN BNMİ-nin baş əməliyyat müvəkkili, polis polkovnik leytenantı Şahid1 tərəfinədn qəbul edilmiş “Əməliyyat-axtarış tədbrilərinin həyata keçirilməsi haqqında” 13 mart 2021-ci il tarixli qərar qanuni hesab edilmişdir. (iş vər 177) “Maddi sübut kimi tanıma haqqında” 08 may 2021-ci il tarixli qərardan görünür ki, təmiz çəkisi 62,999 qram narkotik vasitə heroin və təmiz çəkisi 2,541 qram psixotrop maddə metamfetamin və elektron tərəzi cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və MEM-nin 4 mart 2021-ci il tarixli 6/1036 saylı rəyindən sonra qalıq qalmış 62,609 qram heroin və 2,491 qram metamfetamin və elektron tərəzi saxlanılması üçün Yasmal RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. ( iş vər 178-179) Cinayət işi üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi PHŞ-ın ambulator məcburi-narkoloji tibbi yoxlamasına dair 31.05.2021-ci il tarixli 1663 saylı rəyindən müəyyən edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür.( iş vər. 252-253) Ambulator məhkəmə-psixiatrik ekspertizasının 02.06.2021-ci il tarixli, 1158 saylı rəyindən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və hal-hazırki psixiatrik müayinənin nəticələri və sair sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, şahid ifadələrində onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21ci maddəsinin təsiri altına düşmür və barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyac yoxdur. (iş vər. 254-255) “Cinayət işi üzrə sübutların qiymətləndiirlməsi, yeni məzmunlu ittihamın elan edilməsi və cinayət işinin materiallaırndan başqa cinayət işinin ayrılması barədə” 14 iyun 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsindən əlavə CM-nin 234.4.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin tərkib əlamətləri olduğundan Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.4.1 və 234.4.3-cü maddələrinə tövsif olunması, onun qeyd olunan maddələr ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərar qəbul olunaraq ona həmin maddələrdə nəzərdə tutulan yeni məzmunlu ittiham elan edilməsi, Təqsirləndirilən şəxs üzərindəki narkotik vasitəni polis əməkdaşlarına təqdim etməsinin könüllü təqdimetmə kimi qiymətləndirilə bilməməsinin nəzərə alınması, ********* nömrəli cinayət işinin materiallarından külli miqdarda 62,999 qram çəkidə narkotik vasitə olan heroini və 2,541 qram psixotrop maddə metamfetamini Təqsirləndirilən şəxs göndərmiş İran İslam Respublikası vətəndaşı «Rza» adlı şəxsin barəsində Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə başqa cinayət işi ayrılmaqla, həmin cinayət işi üzrə istintaq davam etdirilməklə, həmin şəxsin şəxsiyyəti, oniann əlaqələri müəyyən edilərək, bu şəxsin cinayət məsuliyyətinə cəlb olunmasının təmin edilməsi, cinayət işindən zəruri sənədlər ayrılaraq yeni cinayət işinə əlavə edilməsi, yeni ayrılmış cinayət işinə əlavə edilmiş istintaq sənədlərinin siyahısı hər ifa' cinayət işinə əlavə edilməsi, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmaması nəzərə alınması, Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası CM-nin 206.3.2-ci və 234.4.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlinin tərkib əlamətlərinin olması istintaq materialları ilə tam təkzib edildiyindən, bu hissədə barəsində cinayət təqibi üzrə icraat rədd edilməsi, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə zamanı aşkar edilmiş **********765970 nömrəli “Kapital Bank”a aid kartın sahibi X1 və **********507250 nömrəli Umico kartın sahibi X8 göstərdiklərinə,eləcə də F.Məmmədovaya aid **********552242 nömrəli Atbah plus kartla bağlı və kart üzrə çıxarışlara əsasən Təqsirləndirilən şəxsla əlaqəli narkotik vasitənin dövriyyəsindən ələd edilmiş pulların köçürülməsinə dair hər hansı bir dəlil aşkar edilməmmədini, eləcə də Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlində adları qeyd olunan şəxslərin birgə iştirakının müəyyən olunmamasını nəzərə alaraq, X2 və X8, Fidan Məmmədovanın hərəkətlərində hər hansısa bir cinavət əməlinin tərkib əlamətləri olmadığından, bu hissədə barələrində həmin xüsusatla əlaqədar cinayət təqibi üzrə icraat rədd edilməsi, iş üzrə Təqsirləndirilən şəxs ifadələri işin digər halları ilə təsdiq edildiyindən, şahidlər Şahid1, Şahid2, X5, X14, X13, X9, X15, X15 ifadələri, Təqsirləndirilən şəxs üstündən narkotik vasitənin götürülməsi DİN BNMİ-nin əməkdaşları tərəfindən tərtib olunmuş 13.03.2021-ci il tarixli şəxsi axtarış və götürmə aparılması barədə, Təqsirləndirilən şəxs yaşadığı mənzildən narkotik vasitə və psixotrop maddənin götürülməsi DİN BNMİ-nin əməkdaşları tərəfindən tərtib olunmuş 13.03.2021-ci il tarixli mənzilə baxış keçirilməsi və götürmə barədə protokollar, eləcə də videoçəkilişdən istifadə etməklə həmin prosessual hərəkətlərin edilməsini özündə əks etdirən 2 ədəd «DVD» disk, "Bakcell” MMC tərəfindən təqdim edilmiş 27.04.2021-ci İİ tarixli BKC/LGL-7571/21 saylı məktuba qoşma olan 1 ədəd CD disk, həmin diskə, Təqsirləndirilən şəxs götürülmüş istifadəsində olan Samsung Galaxy A 10” markalı və "Samsung Galaxy A 10s" markalı mobil telefonlara baxış protokolları, cinayət işi üzrə materialların məhkəmə fiziki-kimyəvi ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-in verdiyi 14 mart 2021-ci il tarixli 6/1036 saylı rəy, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi PHŞ-ın ambulator məcburi-narkoloji tibbi yoxlamasına dair 31.05.2021-ci il tarixli 1663 saylı rəy, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi PHŞ-ın ambulator məhkəmə-psixiatrik ekspertizasına dair 02.06.2021ci il tarixli 1158 saylı rəy, iş üzrə maddi sübut kimi tanınmış 62,999 qram narkotik vasitə heroin və 2,541 qram psixotrop maddə metamfetamin,elektron tərəzi sübut kimi qiymətləndirilməsi, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə, yaşadığı mənzilə baxış keçirilməsi və götürmə prosessual hərəkətlərini özündə əks etdirən 2 ədəd «DVD» disk, "xxxx" MMC tərəfindən təqdim edilmiş 27.04.2021-ci il tarixli BKC/LGL- 7571/21 saylı məktuba qoşma olan 1 ədəd CD disk istintaq əhəmiyyəti kəsb etdiyindən cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınması, hazırki cinayət işinin yekunlaşma mərhələsində olmasını nəzərə alaraq, Azərbaycan Respublikası CM-nin 234 4 1 və 234.4.3-cü maddələri ilə ayrılmış cinayət işinin istintaqı zamanı mobil operatordan göndərilmiş diskdəki fayllarla bağlı ətraflı araşdırma aparılması, qeyd olunan mobil nömrələrlə bağlı sorğular verilməsi, habelə Təqsirləndirilən şəxs narkotik vasitənin satışı ilə əlaqədar söhbətlər apardığı şəxslərin, eləcə də mobil telefonundan baxış zamanı götürülmüş pul köçrüdüyü şəxslərin adlarına olan ödəniş qəbzləri ilə bağlı həmin şəxslənn müəyyən edilməsi, nəticəsindən asılı olaraq ortaya çıxa biləcək bir sıra xüsusatlarla bağlı araşdırmanın aparılması təmin edilməsi, Təqsirləndirilən şəxs götürülmüş istifadəsində olan “Samsung Galaxy A 10” markalı və “Samsung Galaxy A 10s” markalı mobil telefonlar hazırki iş üzrə maddi sübut kimi tanınsın, eləcə də ayrılmış cinayət işi üzrə də həmin telefonların maddı sübut hesab edilməsini nəzərə alaraq, Təqsirləndirilən şəxs cinayət işinin materialları ilə tanış olub qurtardıqdan sonra həmin telefonlar istintaq əhəmiyyəti kəsb etdiyindən ayrılmış cinayət işi üzrə saxlanılması nəzərə alınması, cinayət işi üzrə materialların məhkəmə fiziki-kimyəvi ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-in verdiyi 14 mart 2021-ci il tarixli 6/1036 saylı rəyin 3-cü səhifəsinin sağ yuxarı küncündə “ekspertizanın nömrəsinin 6/372, tarixin 28 yanvar 2021-ci il” göstərilməsinə baxmayaraq, rəyin nömrəsi və tarixi 14 mart 2021-ci il tarixli 6/1036 saylı rəy kimi qəbul olunub oxunması, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə zamanı, mənzilinə keçirilmiş baxış və götürmə zamanı aşkar edilərək götürülmüş X10 məxsus **********507250 nömrəli Umico kart, X3 məxsus **********765970 nömrəli “Kapital Bank”a aid kart və Fidan Məmmədova **********552242 nömrəli Albalı" kart istintaq əhəmiyyəti daşımadığından sahiblərinə qaytarılması qərara alınmışdır. ( iş vər 256-270) “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” 16 iyun 2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs verilmiş ittihama əlavə və dəyişikliklər edilərək o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrlə yenidən ittiham elan edilmişdir. ( iş vər. 279-280) “210090110 saylı cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” 17 iyun 2021-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işinin materiallarından külli miqdarda 62.999 qram çəkidə narkotik vasitə olan heroini və 2,541 qram psixotrop maddə metamfetamini Təqsirləndirilən şəxs göndərmiş İİR vətəndaşı “Rza” adlı şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə başqa cinayət işi ayrılaraq həmin cinayət işi üzrə istintaq davam etdirilməklə, həmin şəxsin şəxsiyyəti, onun əlaqələri müəyyən edilərərk, bu şəxsin cinayət məsuliyyətə cəlb olunmasının təmin edilməsi qərara alınmışdır. ( iş vər 290- 291) Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» Siyahılarında narkotik vasitələrin siyahısında narkotik vasitə olan heroinin 02 qramdan yuxarı, psixotrop maddələrin siyahısında isə metafetaminin çəkisinin 02 qramdan yuxarı olması külli miqdar hesab olunur. Məhkəmə iclasında kompüter texnikasının vasitəsilə cinayət işinin materiallarına əlavə edilmiş iki ədəd DVD diskdə olan videgörüntülərə baxış keçirilmiş, və baxış zamanı həmin videogörüntülərdə “Şübhəli şəxsin üzərinə şəxsi axtarış və götürmə aparılması barədə” 13 mart 2021-ci il tarixli protokolda və “Mənzilə baxış keçirilməsi və götürmə haqqında” 13 mart 2021-ci il tarixli protokolda qeyd olunan halların əyani olaraq öz əksini tapması müəyyən edilmişdir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxs və şahidləri dinləyərək iş materiallarını nəzərdən keçirib, iş üzrə əldə olmuş sübutlara hərtərəfli və obyektiv qiymət verməklə hesab edir ki, Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən cinayət əməllərini törətməkdə təqsirli olması sonuncunun məhkəmə istintaqı zamanı özünü təqsirli bilməməsinə baxmayaraq, Təqsirləndirilən şəxs özünün ibtidai istintaq zamanı verdiyi işin faktiki hallarına uyğun tam etirafedici ifadələri ilə yanaşı, məhkəmə istintaqı zamanı toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, şahid ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin həyata keçirilməsi barədə protokollar və qeydə alınmış videogörüntülər (həmin videogörüntülərdə əks olunan Təqsirləndirilən şəxs qeyd etdiyi və iş materialları ilə tam olaraq uzlaşan hallar), maddi sübutlar, təqsirləndirilən şəxsin mobil telefonundan aşkar edilmiş qabaqcadan əlbir olduğu şəxslə narkotik vasitələrin dövriyyəsi və satışı ilə bağlı mütəmadi yazışmaları və o cümlədən, məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş digər sənəd və iş materialları ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməllərində təqsirini təkzib edə biləcək hal məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs ifadəsində ona qarşı zor tətbiq olunduğuna dair göstərdikləri ilə bağlı qeyd edir ki, yuxarıda sadalananlardan göründüyü kimi, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmadığına dair göstərdiyi xüsusatların həqiqətə uyğun olmadığı və özünümüdafiə xarakteri daşıdığı artıq tam təsdiqini tapmışdır ki, məhkəmə göstərilən halı və bununla yanaşı məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələrində qeyd etdikləri xüsusatları istintaq hərəkətlərinin həyata keçirilməsinə dair protokolların məzmununu, o cümlədən istintaq hərəkətlərinin keçirilməsi zamanı qeydə alınmış videogörüntülərdən Təqsirləndirilən şəxs dəfələrlə həm təhqiqatçı, həm də müdafiəçisi tərəfindən bu barədə verilmiş suallara Təqsirləndirilən şəxs ona qarşı heç bir fiziki və ya psixi təsir göstərilməməsi və zor tətbiq olunmaması barədə bildirməsinin müəyyən edilməsi və iş materiallarında olan digər sübutları qarşılıqlı şəkildə tədqiq və təhlil edərək hesab edir ki, Aydın Qədriovun ona qarşı zor tətbiq olunduğuna dair göstərdikləri iş materialları ilə təsdiq olunmur və bu kimi ifadələri təqsirləndirilən şəxs cinayət məsuliyyətindən yaxa qurtarmaq üçün vermişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki təqsirləndirilən şəxs verilmiş ittihamı təkzib edə biləcək sübutları məhkəməyə təqdim edə bilməmiş, təqsirləndirilən şəxsin bu hallara istinad edilməklə qurulmuş müdafiəsi onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən yayınmağa cəhdləri kimi qiymətləndirilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlinin tövsifi məsələsini müzakirə edərək hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən onun törətmiş olduğu cinayət əməlləri düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmiş və o, həmin maddələrdə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, həmin maddələrin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza ilə cəzalandırılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən himayəsində iki yetkinlik yaşına çatmayan övladının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal məhkəmədə müəyyən edilmədi. Yuxarıda qeyd edildiyi kimi, iş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunmuş və onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğu müəyyən olunmuşdur. Odur ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Həmçinin Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübutlar,- Azərbaycan Respublikası DİN Bakı şəhəri Yasamal Rayon Polis İdarəsində saxlanılan aparılmış ekspertiza tədqiqatından sonra qalıq qalan təmiz çəkisi 62,999 qram narkotik vasitə heroin və təmiz çəkisi 2,541 qram psixotrop maddə metamfetamin və elektron tərəzi iş üzrə maddi sübut kimi tanınmış və ekspertizadan sonra qalıq qalmış 62,609 qram heroin və 2,491 qram metamfetamin və 01 (iki) ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, eləcə də Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan Təqsirləndirilən şəxs götürülmüş istifadəsində olan “Samsung Galaxy A 10” markalı və “Samsung Galaxy A 10s” markalı mobil telefonların hazırki cinayət işinin materiallarından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ayrılmaqla ********* nömrəsi ilə Yasamal Rayon Prokurorluğunda istintaqı aparılan cinayət işi üzrə əhəmiyyət kəsb edə biləcək məlumatları özündə əks etdirmələrinin mümkünlüyü nəzərə alınmaqla, maddi sübutların taleyi həmin cinayət işi üzrə həll edilənədək saxlanılması təmin edilməklə iki ədəd ““Samsung Galaxy A 10” markalı və “Samsung Galaxy A 10s” markalı mobil telefonlar Yasamal Rayon Prokurorluğuna təhvil verilsin, cinayət işinə əlavə edilmiş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılarkən qeydə alınmış videogörüntülərin əks olunduğu bir ədəd DVD disk cinayət işi materiallarında saxlanmalıdır. İş üzrə məhkəmə xərcləri cəmi 65 (altmış beş) manat Təqsirləndirilən şəxs dövlətin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası CPM-nin 345-349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib 07 (yeddi) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 13 mart 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübutlar,- Bakı şəhəri Yasamal Rayon Polis İdarəsində saxlanılan aparılmış ekspertiza tədqiqatından sonra qalıq qalan təmiz çəkisi 62,999 qram narkotik vasitə heroin və təmiz çəkisi 2,541 qram psixotrop maddə metamfetamin və elektron tərəzi iş üzrə maddi sübut kimi tanınmış və ekspertizadan sonra qalıq qalmış 62,609 qram heroin və 2,491 qram metamfetamin və 01 (iki) ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, eləcə də Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan Təqsirləndirilən şəxs götürülmüş istifadəsində olan “Samsung Galaxy A 10” markalı və “Samsung Galaxy A 10s” markalı mobil telefonların hazırki cinayət işinin materiallarından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ayrılmaqla ********* nömrəsi ilə Yasamal Rayon Prokurorluğunda istintaqı aparılan cinayət işi üzrə əhəmiyyət kəsb edə biləcək məlumatları özündə əks etdirmələrinin mümkünlüyü nəzərə alınmaqla, maddi sübutların taleyi həmin cinayət işi üzrə həll edilənədək saxlanılması təmin edilməklə iki ədəd “Samsung Galaxy A 10” markalı və “Samsung Galaxy A 10s” markalı mobil telefonlar Yasamal Rayon Prokurorluğuna təhvil verilsin, cinayət işinə əlavə edilmiş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılarkən qeydə alınmış videogörüntülərin əks olunduğu iki ədəd DVD disk cinayət işi materiallarında saxlansın. İş üzrə məhkəmə xərcləri cəmi 65 (altmış beş) manat Təqsirləndirilən şəxs dövlətin xeyrinə tutulsun. Hökmdən elan olunduğu, məhkuma isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Eldar Mikayılov Hakimlər: Siyavuş Hacıyev Mahmud Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar