Məhkəmə qərarları › İş №1(101)-1368/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1368/2022

10.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1368/2022 10.08.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən Məhəmməd Hüseyn oğlu Əkbərov, X9 Qəniyev və İlham Ağa oğlu Mahmudovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi- X7, Dövlət ittihamçıları- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx xxxx 1983-cü ildə Naxçıvan Muxtar Respublikası, Babək rayonunun Cəhri kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Naxçıvan Muxtar Respublikası, Babək rayonu, Cəhri kəndində qeydiyyatda olmaqla faktiki yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Sabit oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədilə külli miqdarda, ümumi təmiz çəkisi 32,023 qram narkotik vasitə heroin və külli miqdarda ümumi təmiz çəkisi 24,004 qram psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib, yaşadığı ünvan 1 ünvanında daşıyaraq saxlamış, onun narkotik vasitə və psixatrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında 23 fevral 2022-ci il tarixdə saat 17:50 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi 13 ünvanında şübhəli şəxs qismində saxlanılaraq, ünvan 2 ünvanda yerləşən Nizami RPİ-nin 24-cü PŞ-nə gətirilmiş və xidməti otaqların birində üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarınm sağ yan cibinin üzərindəki kiçik cibindən 1 (bir) ədəd sellofan bükümdə külli miqdarda təmiz çəkisi 4,011 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini və 1 (bir) ədəd sellofan bükümdə külli miqdarda təmiz çəkisi 2,216 qram olan ağ rəngli kristalşəkilli kütlə psixotrop maddə kustar üsulla hazırlanmış metamfetamin aşkar edilərək götürülmüş, əməliyyat tədbirinin davamı olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən onun yaşadığı ünvan 1 ünvanına keçirilmiş baxış zamanı mənzildə dolabın içərisindən 1 (bir) ədəd karton qutununun içərisində olan 01 ədəd bükümdə külli miqdarda təmiz çəkisi 28,012 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroini və 1 ədəd bükümdə külli miqdarda təmiz çəkisi 21,788 qram olan ağ kiristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini və üzərində heroin izləri olan ekektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmədə dindirilmiş Təqsirləndirilən şəxs Sabit oğlu ittiham olunduğu əməl üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, ailəlidir, himayəsində bir azyaşlı övladı var. Hazırki iş üzrə tutulmamışdan əvvəl o, fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olmuşdur. Təxminən 10 ildir ki, narkotik vasitələrin istifadəçisidir. Hazırki ittihamla razı deyil. İbtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ilkin ifadələrini təsdiq etmir. O, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. 23 fevral 2022-ci il tarixdə axşam saatlarında yaşadığı ünvanının yaxınlığında piyada hərəkət edən zaman 4 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim etmişlər və onun külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər. Həmin vaxt tanışı X2 da onun yanında olmuş və baş verənlərin şahidi olmuşdur. Polis əməkdaşları onun polis bölməsinə onlarla birlikdə getməli olduğunu bildirərək onu avtomobilə əyləşdirmişlər. Avtomobildə polis əməkdaşları tərəfindən ona qarşı fiziki zor göstərilmişdir. Polis bölməsində təhqiqatçı üzərinə şəxsi axtarış keçirmiş və ona üzərində qanunla qadağan olan hər hansı əşya varsa təqdim etməyi təklif olunmuşdur. Bundan sonra o, əynində olan cins şalvarının sağ yan cibindən, içərisində olan yaşadığı evin açalarları olan qara rəngli, dəri açar qabını, sol arxa cibimdən 1 ədəd Samsung markalı, 1 ədəd “Huawei” markalı mobil telefonları, sağ yan cibinin üstündəki kiçik cibindən 1 bükümdə heroini və 1 bükümdə də metamfetamini təqdim edərək masanın üzərinə qoymuşdur. Təqdim etdiyi sellofan bükümlərdə olan maddələr elektron tərəzi ilə çəkilmiş və içərisində heroin olan bükümün çəkisinin 7 qram, metamfetaminin çəkisinin isə 3 qram olması müəyyən edilmişdir. Daha sonra polis əməkdaşları tərəfindən onun yaşadığı evə baxış keçirilmiş və o, otaqların birində olan dolabın sağ qapısını açaraq oradan 1 ədəd kağız qutunu, 1 ədəd elektron tərəzini təqdim etmişdir. Həmin qutuya baxış keçirilən zaman içərisində 1 bükümdə narkotik vasitə heroin, 1 bükümdə də psixotrop maddə metamfetamin olması müəyyən edilmişdir. Həmin bükümlər də elektron tərəzi ilə çəkimiş və aşkar olunmuş heroinin çəkisinin 30 qram, metamfetaminin çəkisinin 25 qram olması müəyyən edilmişdir. Şifahi sorğu zamanı o, şəxsi axtarış və evinə baxış zamanı təqdim etdiyi sellofan bükümlərdə olan maddənin narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu, həmin maddənin həm öz istifadəsi həm də satış məqsədilə, 15 gün öncə sosial şəbəkədə tanış olduğu İran İslam Respublikasının vətəndaşı “Əli” adlı şəxsin vasitəsilə Abşeron rayonunun ərazisindən 1 həftə öncə əldə etdiyini bildirmişdir. O, Əli adlı şəxsdən əvvəllər də bir neçə dəfə narkotik vasitə almışdır. Elan edilməklə ona təqdim olunmuş cinayət işini1-ci cildinin 124-126-cı vərəqlərində olan "xxxx" MMC-dən daxil olmuş diskə baxış keçirilməsi haqqında 28 may 2022-ci il tarixli protokol ona tanışdır, həmin protokolun məzmununda onun istifadəsində olmuş ********** saylı mobil nömrə üzrə göndərilmiş və daxil olmuş sms yazışmalarının olduğu, +**********83 nömrə ilə +**********54 nömrəsi arasında olan aşağıdakı məzmunda «qaqa 20m var yarip emele gelir xaloglu cvb deyerdin bide brat maqintafonda hell eliyek gelim men»«samir bularin yaninda danisa bilmirdim,2 dene 50 dollardij denede 100 yevrodu.bunu nece atim kartiva, inciyir sen mennen.gellem yoldayam.yer tapim xirdaliyimda»«amir cavab ver qorum ne verim ona'imen onnan saat zadisdememisem.dedim saat qoymaliydin qoydun Deyir ne saat.dedim bes sitin icine qoy Samir qelib qotrecey.deyir ne danisir bu.je vaxdan qalmisam saata yari kola olur, bu da teze cixdi.ona qore qardaş hecne vermedim.men ortaliqda qalan deyilem. Vermedim»«Samir nisye goturebileremde ama bahadie odemek lazm gaga 90m basliyir giymetleri istesen goturmeye calisaram 2 kola yari P deyi serik kola sana 40 yari p 15 m opsi 55manatpulun cikirgoturebilsem nisyegoturum ?»«Gelim qerdewim meneyarbala birdeptlazimdi qerdewim gelim ?»«Ay qehbe sen menim usaqin canina hergun niye and icirsen o sattigin mallarnan belke usagimi coreyin verirsen saxlayib usaq boyudubsen heee»,«Samir evdesense qelim 30 manat verim 1 dene kola lazimdi qotrum. basqäsinnan almiyim.mene xeber ele»,«abi kolada bir falqa layri qpy qaqa qada alarak yodaym gelem» məzmunlu smslərin yazıldığının müəyyən edilməsi ona aydındır. Sadalanan smslərin məzmunundan narkotik vasitə və psixotrop maddələrin satışının və müxtəlif ərazilərə çatdırılması ilə bağlı söhbətlərin aparılması ona aydındır. Lakin bildirir ki, qeyd olunan məzmunda smsləri onun yazdığını və ya ona yazıldığını xatırlamır. Polis əməkdaşları tərəfindən saxlanıldığı zaman üzərində yalnız 1 qram “kola” və 0,5 qram heroin olmuşdur. O heç vaxt narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. Son olaraq özünü yalnız Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bildiyini qeyd edib, əməlinin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsi ilə tövsif edilməsi və himayəsində bir azyaşlı övladının olmasını nəzərə alaraq barəsində qərar çıxarılmasını xahiş edir. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması özünün məhkəmə iclasında verdiyi qismən etirafedici ifadəsi ilə yanaşı, məhkəmədə tədqiq olunmuş təqsirləndirilən şəxsin iş üzrə ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində müdafiəçisinin iştirakı ilə verdiyi, hadisələrin baş vermə yeri, mexanizmi və ardıcıllığı ilə bağlı halları xırda detalları ilə təsvir etməklə iş materialları ilə uzlaşan ifadələri, şahid ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, istintaq hərəkətlərinin həyata keçirilməsinə dair protokollar və həmçinin məhkəmədə tədqiq olunmuş digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi hallarla iş üzrə ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələri arasında əhəmiyyətli ziddiyyətlər olduğundan Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin iş üzrə ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilərək tədqiq edilmiş və bu zaman müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2022 və xx.xx.2022-ci il tarixdə şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 23 fevral 2022-ci il tarixdə axşam saat təxminən 17:50 radələrində yaşadığı ünvan 4 ünvanının yaxınlığında piyada hərəkət edən zaman 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim etmişlər. Onun külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər. Barəsində əməliyyat axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış etdikdən sonra onu Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nə dəvət etmişlər. PB-də hüquqlarının müdafiə edilməsi məqsədilə vəkil dəvət edilmiş və ona hüquq və vəzifələri izah edilməklə buna dair bildiriş təqdim edilmişdir. Müdafiəçinin iştirakı ilə onun üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan olan hər hansı əşya varsa təqdim etməyini xahiş etmişlər. Bundan sonra o, əynində olan cins şalvarının sağ yan cibindən, içərisində olan yaşadığı evin açalarları olan qara rəngli, dəri açar qabını, sol arxa cibimdən 1 ədəd Samsung markalı (üzərində ***-***-**-**), 1 ədəd “Huavei” markalı mobil telefonlannı, sağ yan cibinin üstündəki kiçik cibindən 1 bükümdə heroini və 1 bükümdə də metamfetamini təqdim edərək masanın üzərinə qoymuşdur. Bundan sonra üzərinə şəxsi axtarış keçirilsə də, heç nə aşkar edilməmişdir. Təqdim etdiyi yaşadığı evin açarı özünə qaytarılsa da, “Samsung” və “Huavei” markalı mobil telefonları ona izah edilməklə götürülmüşdür. Təqdim etdiyi sellofan bükümlərdə olan maddələr elektron tərəzi ilə çəkilmişdir. İçərisində heroin olan bükümün çəkisinin 7 qram, metamfetaminin çəkisinin isə 3 qram olması müəyyən edilmişdir. Həmin sellofan bükümlər 1 ədəd içərisi boş olan ağ rəngli zərfə qoyularaq qablaşdırıİmışdır. Bu zaman o, həmin maddələrin qalan hissəsini yaşadığı evində də saxladığını və həmin maddələri təqdim edə biləcəyini söyləmişdir. Onun razılıq ərizəsi əsasında yaşadığı ünvana baxtş keçirilmişdir. Baxış zamanı onun yaşadığı evin ən sonda yerləşən otaqdakı dolabın sağ qapısını açaraq oradan 1 ədəd kağız qutunu, 1 ədəd elektron tərəzini təqdim etmişdir. Həmin qutuya baxış keçirilən zaman içərisində 1 bükümdə narkotik vasitə heroin, 1 bükümdə də psixotrop maddə metamfetamin olması müəyyən edilmişdir. Həmin bükümlərdə elektron tərəzi ilə çəkimişdir. Heroinin çəkisinin 30 qram, metamfetaminin çəkisinin 25 qram olması müəyyən edilmişdir. Şifahi sorğu zamanı o, şəxsi axtarış və evinə baxış zamanı təqdim etdiyi sellofan bükümlərdə olan maddənin narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu, həmin maddənin həm öz istifadəsi həm də satış məqsədilə, 15 gün öncə sosial şəbəkədə tanış olduğu İran İslam Respublikasının vətəndaşı “Əli” adlı şəxsin vasitəsilə Abşeron rayonunun ərazisindən 1 həftə öncə əldə etdiyini, özünün təxminən 1 ilə yaxındır ki, narkotik vasitə istifadəçisi olduğunu, əvvəllər 1-2 dəfə narktoik maddələri pul müqabilində satdığını, saxlanılan zaman və polis şöbəsində olan zaman ona qarşı heç bir zor tətbiq edilmədiyini əlavə olaraq bildirmişdir. Ona verilən suallar ətrafında cavab olaraq bildirmişdir ki, o, narkotik maddələrin satışı ilə məşğul olur və buna görə də pul əldə edir. O, 1 ildən artıqdır ki, narkotik vasitə heroindən və metafetamindən istifadə edir. Bu işlə məşğul olmağından heç kimin xəbəri yoxdur. Polis əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı hər hansı zorakılıq tətbiq edilməmişdir. Şəxsi axtarış keçirilmədən öncə onun üzərinə heç bir polis əməkdaşı baxış və ya şəxsi axtarış keçirməmişdir. Onun telefonunda Əli adlı şəxsin əlaqə nömrəsi vardır. Əlinin nömrəsi +**********50 olmuşdur. O, Əli afı şəxsdən əvvəllərdə narkotik vasitə almışdır. O, həmin şəxsi tanımır və onun anket məlumatları ondan yoxdur. Etdiyi əməlin mahiyyətini başa düşür və etdiyi əməldən peşmandır. xx.xx.2022-ci il tarixdə üzərinə və evinə baxış keçirilən zaman aşkar edilmiş Əli adlı şəxsdən aldığı narkotik vasitə olan heroin və metamfetamin ona məxsusdur (cild 01, iş vər. 64-66). Təqsirləndirilən şəxs Sabit oğlunun yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması özünün qismən etirafedici ifadəsi ilə yanaşı, məhkəmədə tədqiq olunmuş şahid ifadələri, istintaq hərəkətlərinin həyata keçirilməsini əks etdirən videogörüntülər, ekspertiza rəyləri və həmçinin məhkəmədə tədqiq olunmuş digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 23 fevral 2022-ci il tarixdə Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri, Nizami rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Həmin şəxsin qanunsuz olaraq narkotik vasitə saxlamasına görə və onun ifşa edilməsi məqsədi ilə ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmiş, həmin qərar rəhbərlik tərəfindən təsdiq edilmişdir. Bundan sonra onun rəhbərliyi ilə əməliyyat qrupu yaradılmış həmin qrupun üzvü Şahid2 iştirakı ilə əyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı 23 fevral 2022-ci il tarixdə, ünvan 4 ünvanının yaxınlığında Təqsirləndirilən şəxs piyada hərəkət edən zaman sonuncuya yaxınlaşıb, özlərini təqdim edib, qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri, Nizami rayonu ərazisində dövriyyəsi ilə məşğul olması şübhəli bilindiyi üçün Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs buna etiraz etmədiyini bildirib, onlarla birlikdə Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə getmişdir. Polis şöbəsində xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi üçün vəkil dəvət olunaraq Təqsirləndirilən şəxs təqdim olunmuş, daha sonra isə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilindiyi üçün şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi zamanı sonuncu könüllü olaraq, həmin vaxtı əynində olan göy rəngli cinsi şalvarının sağ yan cibinin üzərindəki kiçik cibindən 2 ədəd sellofan bükümü və digər hazırda xatırlamadığı əşyaları masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan bükümlərə baxış keçirilən zaman bükümlərdən birinin içərisində qəhvəyi rəngli kəskin iyli narkotik vasitə heroinə bənzər kütlə, digər bükümdə isə isə ağ rəngi kritalşəkilli psixotrop maddə metamfetaminə bənzər kütlə olması müəyyən edilmişdir. Həmin sellofan bükümlərdə aşkar edilmiş kütlənin təxmini çəkisinin müəyyən edilməsi məqsədilə sıfırlanmış halda olan elektron tərəzi ilə çəkilmişdir. İçərisində narkotik vasitə heroinə bənzər kütlə olan bükümün çəkisinin qablaşdırılma ilə birlikdə 7 qram, digər bükümdəki və psixotrop maddə metamfetaminə bənzər kütlənin çəkisinin 3 qram olması müəyyən edilmişdir. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan bükümlərdə olan maddənin narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu, həmin madəni həm özünün istifadə etməsi, həm də dostlarına hədiyyə etməsi məqsədilə üzərində saxladığını, 15 gün əvvəl sosial şəbəkə vasitəsilə tanış olduğu İran İslam Respublikasının vətəndaşı olan «Əli» adlı şəxsin vasitəsilə 1 həftə əvvəl Abşeron rayonu, Novxanı qəsəbəsi ərazisində yolun kənarında götürdüyünü, həmin şəxsin əlaqə nömrəsinin telefonunda qeyd olunduğunu, özünün təxminən 1 ilə yaxındır ki, narkotik vasitə istifadəçisi olduğunu, əvvəllər 1-2 dəfə narkotik maddələri pul müqabilində satdığını, narkotik maddələrin qalan hissəsini yaşadığı evində saxladığını, evinə baxış keçirilməsinə heç bir etirazının olmadığını və saxlanılan zaman və polis şöbəsinddə olduğu zaman ona qarşı heç bir zor tətbiq edilmədiyini əlavə olaraq bildirmişdir. Bundan başqa 23 fevral 2022-ci il tarixdə şübhəli şəxs Təqsirləndirilən şəxs Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə ərizə ilə müraciət edərək yaşadığı evə baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirmiş və həmin tarixdə polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs evində saxladığını bildirdiyi narkotik tərkibli maddələri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs mənzildə yerləşən ən sondakı otağa daxil olaraq, orada yerləşən qəhvəyi rəngli dolabın sağ tərəfindəki qapısını açaraq oradan 1 ədəd karton qutunu və 1 ədəd gümüşü rəngli elektron tərəzini təqdim etmiş və başqa heç bir yerdə narkotik tərkibli maddələr saxlamadığını bildirmişdir. Təqdim edilmiş qutuya və elektron tərəziyə yaxınlıqda yerləşən masanın üzərində baxış keçirilmişdir. Baxış zamanı həmin qutunun içərisində 1 bükümdə narkotik vasitə heroinə bənzər kütlə olması müəyyən olunmuşdur. Aşkar edilmiş həmin kütlənin təxmini çəkisinin müəyyən edilməsi məqsədilə sıfırlanmış halda olan elektron tərəzi ilə çəkilmişdir. İçərisində narkotik vasitə heroinə bənzər kütlə olan sellofan bükümün çəkisinin qablaşdırılma ilə birlikdə 30 qram, digər kütlə olan sellofan bükümün çəkisinin qablaşdırılma ilə birlikdə 30 qram, digər 1 bükümdəki psixotrop maddə metamfetaminə bənzər kütlənin çəkisinin 23 qram olması müəyyən edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin sellofan bükümlərdə olan maddələrin narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu, həmin maddələri həm satış, həm də öz istifadəsi üçün saxldığını, İran islam respublikasınm vətəndaşı olan «Əli» adlı şəxsin vasitəsilə Abşeron rayonu ərazisində əldə etdiyini, 1 ilə yaxındır ki, narkotik tərkibli maddələrdən istifadə etdiyini, başqa heç bir yerdə narkotik tərkibli maddələr saxlamadığını, bu fəaliyyətindən heç kimin məlumatlı olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs razılığı ilə evin digər otaqlarına baxış keçirilsə də oradan iş üzrə əhəmiyyət kəsb edəcək heç bir əşya və ya prdemet aşkar edilməmişdir. Keçirilmiş əməliyyat axtarış fəaliyyəti nəticəsində saxlanılan Təqsirləndirilən şəxs əməlini etiraf etmiş, sonuncuya qarşı heç bir zor və təziq göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı Şahid2 digər Şahid1 ifadəsinə uyğun eyni məzmunlu ifadə vermiş və öz ifadəsi ilə iş üzrə tərtib olunmuş raportlarda və istintaq hərəkətlərinin həyata keçirilməsinə dair protokolların məzmununda qeyd olunan xüsusatları təsdiq etmişdir. Təqsirləndirilən şəxs Sabit oğlunun yuxarıda qeyd edilən cinayət əməlini törətməkdə təqsirli olması cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq edilmiş aşağıda qeyd edilən digər sübutlarla da təsdiq olunur. Belə ki, “şübhəli şəxsin tutulması haqqında” 23 fevral 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3cü maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməsinə bilavasitə şübhə yarandığından, sonuncu həmin tarixdə saat 18:45-də şübhəli şəxs qismində tutulmuşdur (cild 01, iş vərəqə 25). İşdə olan şübhəli şəxs X3 üzərinə şəxsi axtarış aparılarkən Təqsirləndirilən şəxs könüllü olaraq, həmin vaxtı əynində olan göy rəngli cinsi şalvarının sol arxa cibindən 1 (bir) ədəd «Samsung» markalı, 1 (bir) ədəd «Huavei» markaiı mobil teiefonları, sağ yan cibindən 1 (bir) ədəd içərisində yaşadığı mənzilin açarları olan qara rəngli dəri açar qabını, sağ yan cibinin üzərindəki kiçik cibindən isə 2(iki) ədəd seilofan bükümü masanın üzərinə qoymaqia təqdim etmişdir. İçərisində narkotik vasitə heroinə bənzər kütlə oian bükümün çəkisinin qablaşdırılma ilə birlikdə 7(yeddi) qram, digər bükümdəki və psixotrop maddə metamfetaminə bənzər kütlənin çəkisinin 3(üç) qram olması müəyyən ediimişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan bükümlərdə olan maddənin narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu bildirmişdir (cild 01, iş vər.29-32). İşdə olan «baxış keçirilməsi və götürmə haqqında» 23 fevral 2022-ci il tarixli protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah oluqda sonra sonuncunun yaşadığı Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, ev 13, mənzil ünvanına baxış keçirilərkən yaşadığı evin otağında yerləşən qəhvəyi rəngli dotabın sağ tərəfindəki qapısını açaraq oradan 1 (bir) ədəd karton qutunu və 1(bir) ədəd gümüşü rəngli elektron tərəzini təqdim etmişdir. İçərisində narkotik vasitə heroinə bənzər kütlə olan sellofan bükümün çəkisinin qablaşdınlma ilə birükdə 30(otuz) qram, digər kütlə olan sellofan bükümün çəkimisinin qablaşdırılma ilə birlikdə 30(otuz) qram, digər 1 (bir) bükümdəki psixotrop maddə metamfetaminə bənzər kütlənin çəkisinin 23(iyirmi üç) qram olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin sellofan bükümlərdə olan maddələrin narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu bildirmişdir (cild 01, iş vər. 35-37). Məhkəmə kimyəvi ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 6/1146 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...” və s. yazılar, imzalar olan kağız paketdəki 01 ədəd bükümdə təmiz çəkisi 4,011 qram qəhvəyi rəngli maddə kütləsi (1HNe-]i oby.) kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. 01 ədəd bükümdə təmiz çəkisi 2,216 qram ağ rəngli kristalşəkilli kütlə (1MN°li oby.) kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Üzərində “Samin ismayılovun yaşadığı otaqdan aşkar edilmiş...” və s. yazılar, imzalar olan kağız paketdəki 01 ədəd karton qutuda 01 ədəd bükümdə təmiz çəkisi 28,012 qram qəhvəyi rəngli maddə kütləsi (2HNe-li oby.) kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. 01 ədəd bükümdə təmiz çəkisi 21,788 qram ağ rəngli, kritalşəkilli kütlə (2MNs-li oby) kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Elektron tərəzinin üzərində heroinin izləri müəyyən edildi. Tərəzinin üzərində heroin iz şəklində olduğundan təmiz çəkisinin müəyyən edilməsi və eyniləşdirmə üzrə tədqiqatın aparılması mümkün olmadı. Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilmiş heroin kütlələri kimyəvi tərkiblərinə görə fərqlidirlər, metamfetamin kütlələri isə kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Azərbaycan Respublikası 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq olunmuş siyahılar üzrə: Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildirlər (cild 01, iş vər. 44-49). “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 25 fevral 2022-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Sabit oğlu Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və müdafiəçinin iştirakı ilə ona həmin maddə ilə ittiham elan olunmuşdur (cild 01, iş vər. 56-57). İşdə olan “diskə baxış keçiriiməsi haqqında” 05 fevral 2022-ci il tarixli protokoldan görünür ki, 23 fevral 2022-ci il tarixdə Bakı şəhəri Nizami RPİ-nin 24-cü Polis Şöbəsində şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə haqqında qərarla tanış edərək paltarlarında əşyaiarında və ya bədənində olması ehtimai edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları könüllü sürətdə verməyi təklif edildi. Bu təklifdən sonra Samir İsmaytlov könüflü oiaraq, həmin vaxtı əynində olan göy rəngli cinsi şalvarının sol arxa cibindən 1 (bir) ədəd «Samsung» markalı, 1 (bir) ədəd «Huavei» markalı mobil telefonları, sağ yan cibindən 1 (bir) ədəd içərisində yaşadığı mənzilin açarları olan qara rəngli dəri açar qabını, sağ yan cibinin üzərindəki kiçik cibindən isə 2(iki) ədəd sellofan bükümü masanın üzərinə qoymaqla təqdim etdi. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirildi. Şəxsi axtarış zamanı sonuncunun üzərindən heç bir əşya və ya predmet aşkar edilmədi. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi yaşadığı mənzilin açarı özünə qaytarılsa da, sonuncuya məxsus 1 (bir) ədəd «Samsung» markalı, 1 (bir) ədəd «Huavei» markalı mobil telefonlar iş üzrə əhəmiyyət kəsb etdiyi üçün götürüldü. Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan bükümlərə baxtş keçirilən zaman bükümlərdən birin içərisində qəhvəyi rəngli kəskin iyli narkotik vasitə heroinə bənzər kütlə, digər bükümdə isə isə ağ rəngi kritalşəkilli psixotrop maddə metamfetaminə bənzər kütlə olması müəyyən edildi. Həmin sellofan bükümlərdə aşkar edilmiş kütlənin təxmini çəkisinin müəyyən edilməsi məqsədilə stfırlanmış halda olan elektron tərəzi ilə çəkildi. İçərisində narkotik vasitə heroinə bənzər kütlə olan bükümün çəkisinin qablaşdırılma ilə birlikdə 7(yeddi) qram, digər bükümdəki və psixotrop maddə metamfetaminə bənzər kütlənin çəkisinin 3(üç) qram olması müəyyən edildi. Həmin sellofan bükümlər 1 ədəd içərisi boş olan ağ rəngli zərfə qoyularaq qalaşdırıldı, zərfin üzəri DİN-in «Zərflər üçün» 7 saylı möhürü ilə möhürləndi, iştrakçılar tərəfindən imzalandı. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan bükümlərdə olan maddənin narkotik vasitə heroin və . psixotrop maddə metamfetamin olduğunu, həmin madəni həm özünün istifadə etməsi, həm də dostlarına hədiyyə etməsi məqsədilə üzərində saxladığtnı, 15(on beş) gün əvvəl sosial şəbəkə vasitəsilə tanış oiduğu İran İsiam Respublikasının vətəndaşı olan «Əli» adlı şəxsin vasitəsilə 1 (bir) həftə əvvəl Abşeron rayonu, Novxanı qəsəbəsi ərazisində yolun kənarında götürdüyünü, həmin şəxsin əlaqə nömrəsinin telefonunda qeyd olunduğunu, özünün təxminən 1 ilə yaxındır ki, narkotik vasitə istifadəçisi olduğunu, əvvəllər 1-2 dəfə narkotik maddələri pul müqabilində satdığını, narkotik maddələrin qalan hissəsini yaşadığı evində saxladığını, evinə baxış keçirilməsinə heç bir etiraztnın olmadtğını və saxlanılan zaman və Polis Şöbəsinddə olan zaman ona qarşı heç bir zor tətbiq edilmədiyini əlavə olaraq bildirdi (cild 01, iş vər. 70-71). İşdə olan “diskə baxış keçirilməsi haqqında” 25 fevral 2022-ci il tarixli protokoldan görünür ki, 23 fevral 2022-ci il tarixdə şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı ünvan 5 ünvanına baxış keçirilməsinə başlandı. Evə baxış keçirilmədən əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs evində saxladığını bildirdiyi narkotik tərkibli maddələri təqdim etməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs mənzildə yerləşən ən sondakı otağa daxil olaraq, orada yerləşən qəhvəyi rəngli dolabın sağ tərəfindəki qapısını açaraq oradan 1 (bir) ədəd karton qutunu və 1 (bir) ədəd gümüşü rəngli elektron tərəzini təqdim etdi və başqa heç bir yerdə narkotik tərkibli maddələr saxlamadığını bildirdi. Tərəfimizdən təqdim edilmiş qutuya və elektron tərəziyə yaxınlıqda yerləşən masanın üzərində baxış keçirildi. Baxış zamanı həmin qutunun içərisində 1 (bir) bükümdə narkotik vasitə heroinə bənzər kütlə olması məyyən olundu. Aşkar edilmiş həmin kütlənin təxmini çəkisinin müəyyən edilməsi məqsədilə sıfırlanıq halda olan elektron tərəzi ilə çəkildi. İçərisində narkotik vasitə heroinə bənzər kütlə olan sellofan bükümün çəkisinin qablaşdırılma ilə birlikdə 30(otuz) qram, digər kütlə olan sellofan bükümün çəkimisinin qablaşdırılma ilə birlikdə 30(otuz) qram, digər 1(bir) bükümdəki psixotrop maddə metamfetaminə bənzər kütlənin çəkisinin 23(iyirmi üç) qram olması müəyyən edildi. Aşkar edilmiş həmin bükümlər əvvəlcə karton qutuya, sonra isə elektron tərəzi ilə birlikdə içərisi boş kağız zərfə qoyularaq qablaşdırıdı, üzəri möhürlənərək və iştirakçılar tərəfindən imzalanaraq götürüldü. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin sellofan bükümlərdə olan maddələrin narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu, həmin maddələri həm satış, həm də öz istifadəsi üçün saxldığını, İran İslam Respublikasınm vətəndaşı olan «Əli» adlı şəxsin vasitəsilə Abşeron rayonu ərazisində əldə etdiyini bildirdi (cild 01, iş vər. 73). Cinayət işi üzrə Təqsirləndirilən şəxs məxsus mobil telefona Təqsirləndirilən şəxs və onun müdafiəçisi X1 iştirakı ilə baxış keçirilərkən müəyyən olundu ki, həmin telefon qara rəngli «Samsung» markalı, «Galaxy S6» modellidir.Mobil telefonda olan «vatsapp» tətbiqinə baxış keçirilən zaman aşağıdakılar müəyyən olundu.Həmin telefonun vatsapp sosial şəbəkəsi +994-55-873-15-54 mobil nömrəsi ilə yaradılmışdır. Vatsapp sosial şəbəkəsi daxil olduqda çoxulu sayda nömrələrlə o cümlədən də İran İslam Respublikasının mobil nömrələri ilə yazışmaları vardır. +98-***-***-**-** ,+98-***-***-**-**, +- 98-***-***-**-** saylı mobil nömrə ilə onun arasında narkotik vastələrin mütəmadi olaraq alqı-satqısına dair danışıqlar aparılması müəyyən olundu. Təqsirləndirilən şəxs mobil tefonuna baxış keçirilərkən bu məzmunda çoxlu sayda şəxsiərlə narkotik vasitəlrin alqısatqısına dair danışıqlar və yazışmalar aparılması müəyyən olundu. Bununla da Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəısi və satışı ilə məşğlul olan şəxs kimi xarakterizə olunur. Həmin telefonda aşkar olunan iş üçün əhəmiyyət kəsb edən məlumatların foto şəkilləri çəkilərək cinayət işinə əlavə olunmasından ötrü çap edildi. Bu şəbədən cinayət işi üzrə Təqsirləndirilən şəxs götürülmüş (bir) ədəd «Samsung» markalı mobil telefonlar əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və saxlanılmasından ötrü Bakı şəhəri Nizami RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir (cild 01, iş vər.75-91). Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 4(007)-94/2022 saylı, 25 fevral 2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs Sabit oğlunun barəsində həbsetmənin əvvəli 23 fevral 2022-ci il tarixdən hesablanaraq «həbs» qətimkan tədbiri seçilmişdir. (cild 1, iş vər. 99-103). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 01, iş vərəqə 115). Ambulator məcburi-narkoloji ekspertizası üzrə Azərbaycan Respubikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X10 Şəxsinin xx.xx.2022-ci il tarixlİ 1332 nömrəli rəyində qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs oğiunda opiolidlərin və psixotrop maddə olan matamfetamininin birgə qəbul edilməsi nəticəsində yäranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 01, iş vərəqi 121- 122). İşdə olan “mobil telefona baxış keçirilməsi haqqında” 28 may 2022-ci il tarxli protokoldan görünür ki, ********* nömrəli cinayət işi üzrə Bakcell MMC-dən Bakı şəhəri Nizami RPİ-nin istintaq şöbəsinə daxil olmuş məktuba qoşma olaraq əlavə edilmiş 01 ədəd «CD» diskə xidməti iş otağımda baxış keçirdim.Diskə baxış keçirilən zaman müəyyən edildi ki, təqdim edilmiş disk «CD-R» formatlıdır. Disk üzəri ağ rəngdədir, üzərində qırmızı rəngli "xxxx" və «8459» yazıları həkk olunmuşdur. Bakı şəhəri, Nizami RPİ-nin İstintaq şöbəsində xidməti iş otağımda olan həmin disk "Hp" markalı kompyuterin disk oxuyan cihazına daxil edildi. Həmin diskdə cəmi 04 ədəd olmaqla, «SMS_Tarixçəsi **********3454 558731554», SMS_Tarixçəsi_********************54»,«Zənglərin_Detallaşması **********54 **********_1» və «Zənglərin Məşğulluq_Tarixçələri_ **********5436 558731554_BKC_1» adlı, «Microsoft Edge PDF Document (.pdf> formatlı fayl olması müəyyən olundu.Həmin fayllara baxış keçirilən +**********83 nömrə ilə +**********54 nömrəsi arasında olan aşağıdakı məzmunda mesajlar müəyyən olundu:«qaqa 20m var yarip emele gelir xaloglu cvb deyerdin bide brat maqintafonda hell eliyek gelim men»«samir bularin yaninda danisa bilmirdim,2 dene 50 dollardij denede 100 yevrodu.bunu nece atim kartiva, inciyir sen mennen.gellem yoldayam.yer tapim xirdaliyimda»«amir cavab ver qorum ne verim ona'imen onnan saat zadisdememisem.dedim saat qoymaliydin qoydun Deyir ne saat.dedim bes sitin icine qoy Samir qelib qotrecey.deyir ne danisir bu.je vaxdan qalmisam saata yari kola olur, bu da teze cixdi.ona qore qardaş hecne vermedim.men ortaliqda qalan deyilem. Vermedim»«Samir nisye goturebileremde ama bahadie odemek lazm gaga 90m basliyir giymetleri istesen goturmeye calisaram 2 kola yari P deyi serik kola sana 40 yari p 15 m opsi 55manatpulun cikirgoturebilsem nisyegoturum ?»«Gelim qerdewim meneyarbala birdeptlazimdi qerdewim gelim ?»«Ay qehbe sen menim usaqin canina hergun niye and icirsen o sattigin mallarnan belke usagimi coreyin verirsen saxlayib usaq boyudubsen heee»,«Samir evdesense qelim 30 manat verim 1 dene kola lazimdi qotrum. basqäsinnan almiyim.mene xeber ele»,«abi kolada bir falqa layri qpy qaqa qada alarak yodaym gelem»Bundan başqa Təqsirləndirilən şəxs bu kimi çox sayda şəxslərlə narkotik vasitələrin alqı-satqısma dair mesajlar mövcuddur. Bununla da Təqsirləndirilən şəxs , narkotik vasitələrin alqı-satqısı ilə məşğul olan şəxs kimi, xarakterizə olunur.zaman iş üçün əhəmiyyət kəsb edən məlumatlar aşkar olunmadı. «Həmin «CD-R» formatlı disk iş üzrə əhəmiyyət kəsb etdiyindən saxlanılması üçün cinayət işinin materiallarına əlavə edilmişdir (cild 01, iş vər. 124-126). «Cinayət işindən başqa cinayət işinin ayrılması haqqında” 14 iyun 2022-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işindən Təqsirləndirilən şəxs qanunsuz əldə etdiyi narkotik vasitələrin və Psixotrop maddənin mənbəyinin müəyyən edilməsi məqsədi ilə ********* nömrəli cinayət işindən ayrıca icraata Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ayrı icraata cinayət işi ayrılaraq qəbul edilmişdir (cild 01, iş vər. 148-149). Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» Siyahılarında narkotik vasitə heroinin xalis çəkisi 2 qramdan yuxarı aşkar olunması külli miqdar, habelə İİ siyahının 67-ci bəndinə əsasən 2 qram pxisotrop maddə olan metafetamin külli miqdar hesab edilir. Məhkəmə iclasında nümayiş etdirilməklə cinayət işinin materiallarına əlavə edilmiş iki ədəd «DVD» diskdə olan videgörüntülərə baxış keçirilmiş və baxış zamanı həmin videogörüntülərdə “şəxsi axtarış aparılması haqqında” və “evə baxış və götürmə aparılması haqqında” 23 fevral 2022-ci il tarixli protokolların məzmununda qeyd olunan halların əyani olaraq öz əksini tapması müəyyən edilmişdir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxs və şahidləri dinləyərək iş materiallarını nəzərdən keçirib, iş üzrə əldə olunmuş sübutlara hərtərəfli və obyektiv qiymət verməklə hesab edir ki, Təqsirləndirilən şəxs Sabit oğlunun yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması onun özünün mahiyyət etibarı ilə qismən etirafedici ifadəsi, məhkəmə istintaqı zamanı toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, şahidlərin məhkəmə iclasında verdikləri ifadələr, ekspertiza rəyləri, maddi sübutlar, istintaq hərəkətlərinin həyat keçirilməsinə dair protokolların məzmunu, şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı qeydə alınan videogörüntülər, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmasına dəlalət edən istifadəsində olmuş telefon nömrəsi ilə aparılmış sms yazışmalarının məzmununu, və məhkəmə iclasında elan edilmiş digər sənəd və iş materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs Sabit oğlunun ona qarşı irəli sürülmüş ittihamla bağlı, narkotik vasitə və psixotrop maddəni satış məqsədi olmadan əldə edib, saxlamaqla, daşıdığı barədə məhkəmə baxışı zamanı verdiyi ifadələrinə tənqidi yanaşaraq hesab edir ki, onun bu kimi ifadələri cinayət məsuliyyətindən yaxa qurtarmaq məqsədi ilə verilmiş və onun yuxarıda qeyd edilən cinayət əməlini, yəni satış məqsədi ilə qanunsuz olaraq, külli miqdarda narkotik vasitə olan heroin və psixotrop maddə metamfetamini əldə edib, özündə saxlayıb daşımaqda təqsirli olması iş üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq edilmiş yuxarıda qeyd edilən obyektiv subutların məcmusu ilə tam təsdiq olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, 2 nömrəli qərarının 9-cu bəndinə əsasən təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi və işin digər halları nəzərə alınmalıdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11 maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrinin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətdir. Qanunun mənasına görə, narkotik vasitələrin satışı dedikdə yalnız qeyd olunan maddələrin əvəzli, qazanc əldə etmək, yaxud şəxsi maraq məqsədi ilə yayılması başa düşülür. Bu isə o deməkdir ki, şəxsin narkotik vasitələri satış üçün əldə edib gəzdirməsi haqqında nəticəyə gəlmək üçün onun məhz sadalanan məqsədlərin hər hansı birini izləyərək narkotik vasitələri əldə edib gəzdirməsi sübut edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun yuxarıda qeyd olunan həmin tövsiyyələri, Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun müddəalarını və işin faktiki hallarını, yəni əməliyyat axtarış və ibtidai istintaq hərəkətlərinin aparılmasına dair protokolların məzmununu, Təqsirləndirilən şəxs şübhəli və təqsirləndirilən şəxs qismində ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə verdiyi hadisələrin baş vermə yeri, vaxtı və ardıcıllığına və işin hallarına uyğun etirafedici ifadələri, Təqsirləndirilən şəxs üzərindən aşkarlanıb götürülmüş narkotik vasitələr və psixotrop maddələrin miqdarını, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmasına əsaslı şübhələr olduğuna dəlalət edən istifadəsində olan mobil telefon nömrələri ilə apardığı və cinayət işi materiallarına çıxarış şəklində əlavə edilmiş sms yazışmalarına dair məlumatları, mobil telefon aparatına baxış zamanı müəyyən edilmiş oxşar halları və digər sübutları qarşılıqlı şəkildə tədqiq və təhlil edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Sabit oğlu tərəfindən ittihamda qeyd olunan cinayət əməllərinin törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmiş və təqsirləndirilən şəxsin məhkəmə baxışında heç bir mötəbər hala əsaslanmayan ifadələri ittihamı təkzib edən sübut kimi qəbul edilə bilməz. Məhkəmə həmin tövsiyyələri və işin faktiki hallarını, yəni Təqsirləndirilən şəxs Sabit oğlunun üzərindən yuxarıda göstərilən şəraitdə külli miqdarda olmaqla 32,023 qram narkotik vasitə heroin və külli miqdarda ümumi təmiz çəkisi 24,004 qram psixotrop maddə metamfetaminin aşkar edilmiş olmasını, eləcə də digər halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs həmin narkotik vasitə və psixotrop maddəni məhz satış məqsədi ilə əldə etmiş olduğu təsdiq olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs Sabit oğlunun törətmiş olduğu cinayət əməlinin tövsifi məsələsini müzakirə edərək hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə tövsif edilmiş və o, həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs Sabit oğluna cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs Sabit oğlunun ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmaqla, cinayət əməlini qismən etiraf edib peşman olmasını, himayəsində bir azyaşlı övladının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Sabit oğlunun cəzasını ağırlaşdıran hal məhkəmədə müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Sabit oğlunun ilk dəfə ağır cinayət əməlini törətməkdə təqsirli bilindiyi nəzərə alınaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli faktiki olaraq azadlığının məhdudlaşdırıldığı 23 fevral 2022-ci il tarixdən hesablanmalıdır. İş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının rəyi ilə Təqsirləndirilən şəxs Sabit oğlunda opioidlərin qəbulu nəticəsində yaranan narkomaniya xəstəliyi aşkar olunaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğu müəyyən olunduğundan, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs Sabit oğlunun barəsində narkomaniyadan məcburi müalicə təyin edilməlidir. İş üzrə maddi sübutlar: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nizami rayon Polis İdarəsinin saxlanma kamerasında saxlanılan Təqsirləndirilən şəxs Sabit oğlundan aşkar olunmaqla, müvafiq ekspertiza tədqiqatlarından sonra qalıq qalmış,- ümumi çəkisi 31,923 qram narkotik vasitə heroin və 23,904 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, cinayət işinə əlavə edilmiş Təqsirləndirilən şəxs Sabit oğlunun xx.xx.2022-ci il tarixdə üzərinə və yaşadığı mənzilə baxış keçirilən zaman çəkilmiş videogörüntülər olan iki ədəd «DVD» disk və "xxxx" MMC tərəfindən təqdim olunmuş 01 ədəd CD disk isə cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza xərcləri cəmi 110 (yüz on) manat Təqsirləndirilən şəxs Sabit oğlundan tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Sabit oğlunun müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçilər təyin edilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla, ibtidai istintaq mərhələsində təqsirləndirilən şəxs X4 göstərilmiş 40 iş saatı həcmində hüquqi yardımla bağlı X1 vəkil işlədiyi “Mərkəz” Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində, məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilmiş 40 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi vəkil işlədiyi “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Sabit oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona 07 (yeddi) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Sabit oğlu cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 23 fevral 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsəsən Təqsirləndirilən şəxs Sabit oğlunun barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin. İş üzrə maddi sübutlar: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nizami rayon Polis İdarəsinin saxlanma kamerasında saxlanılan Təqsirləndirilən şəxs Sabit oğlundan aşkar olunmaqla, müvafiq ekspertiza tədqiqatlarından sonra qalıq qalmış,- ümumi çəkisi 31,923 qram narkotik vasitə heroin və 23,904 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, cinayət işinə əlavə edilmiş Təqsirləndirilən şəxs Sabit oğlunun xx.xx.2022-ci il tarixdə üzərinə və yaşadığı mənzilə baxış keçirilən zaman çəkilmiş videogörüntülər olan iki ədəd «DVD» disk və "xxxx" MMC tərəfindən təqdim olunmuş 01 ədəd CD disk isə cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərcləri cəmi 110 (yüz on) manat Təqsirləndirilən şəxs Sabit oğlundan tutularaq dövlət büdcəsinə ödənilsin. İbtidai istintaq mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına “Mərkəz” Vəkil Bürosunun vəkili X5 üçün 240 (iki yüz qırx) manat məbləğində pul köçürülsün. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi üçün 240 (iki yüz qırx) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, məhkuma isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Məhəmməd Əkbərov Hakimlər Faiq Qəniyev İlham Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar