Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1368/2024 08.10.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Əsgərova-X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvi, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 iştirakı ilə açıq məhkəmə iclasında xx xxxxxxx 1993-cü ildə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, himayəsində 2017-ci il təvəllüdlü uşağı olan, əvvəllər məhkum olunmamış, işləməyən, Şəmkir rayonu, Dəllər Cırdaxan kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Tavaylıq adlanan ərazidə fərdi evdə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hal-hazırda Bakı İT-da saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq, külli miqdarda ümumi təmiz çəkisi 8,983 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edib daşıyaraq üzərində saxlamış, onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında Bakı şəhəri, Sabunçu RPİ-nin 14-cü PŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2023-cü il tarixdə saat 14:30 radələrində ünvan 1 ünvanında yerləşən “Aslan” idman kompleksinin yaxınlığında şübhəli şəxs qismində saxlanılaraq ünvan 2 ünvanında yerləşən 14-cü PŞ-nin inzibati binasına gətirilmiş və xidməti otaqda üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan boz rəngli cins şalvarın sol yan cibindən külli miqdarda 01 ədəd bükümdə ümumi təmiz çəkisi 8,983 qram qəhvəyi rəngli maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroin, həmin şalvarın sağ yan cibindən bir ədəd “Samsung” markalı mobil telefon aparatı aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 2018-ci ildə barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə Şəmkir rayon polis şöbəsində cinayət işinə xitam verilmiş, məhkum olunmamışdır. Onu saxlayan polis əməkdaşlarını əvvəllər tanımamış, onların heç biri ilə ədavət və ya düşmənçiliyi olmamışdır. Hadisə baş verən ərəfədə Maştağada dostunun evində qalırmış. xx.xx.2023cü il tarixdə saat 13.30-da dostu Samir Babayevin arvadı Günel Babayeva ona zəng edərək polis əməkdaşlarının qapını döydüklərini bildirmiş, qorxduğu üçün ondan onların evlərinə gəlməyi xahiş etmişdir. Günelin əri Samir Babayev narkotiklə bağlı cəza çəkir, bu səbəbdən o, velosipedə minərək təxminən 10-15 dəqiqədən sonra Günelin yaşadığı evin qarşısına çatmışdır. Həmin vaxt 4-ü mülki geyimdə, biri isə polis geyimində olan şəxslərin həyət evinin darvazasının qarşısında durduqlarını görmüş, velosipeddən enib həmin şəxslərə yaxınlaşaraq salamlaşmış və onlardan nə baş verdiyini soruşmuşdur. Həmin şəxslər ondan kim olduğunu soruşduqda bu evdə yaşayan Samir Babayevin dostu olduğunu bildirmişdir. Polislər onun bu sözlərindən sonra onlarla getməli olduğunu deyərək qollarını burub gəldikləri maşina mindirmişlər. Onu maşina mindirən əməkdaşlardan biri polis geyimində olan Ceyhun, mülki geyimdə olan isə Elmir olmuşdur. Oradan Bakı şəhəri Sabunçu RPİ-nin 14-cü PB-nə aparmışlar. Orada qabağına sənədlər qoyaraq qol çəkməsini istəmişlər, qol çəkməsə 4 nəfər şahidin gəlib onun əleyhinə ifadə verəcəklərini, ailəsini də gətirəcəklərini demişlər. Bundan ehtiyat edərək polislərin tələbi ilə razılaşmış, Elmir onun cibinə bir büküm qoymuş və bundan sonra onu təhqiqatçıya təqdim etmişlər. O, saxlanılmamışdan əvvəl üzərində heç bir qanunsuz əşya olmamışdır. Belə ki, polislərlə görüşməyə getdiyini, dostunun evinin qarşısında polisləri gördüyü halda cibində hər hansı bir qanunsuz əşya olsaydı həmin əşyanı üzərindən kənarlaşdırmağa kifayət qədər imkanı olmuşdur. Videoçəkiliş aparılmaqla həmin bükümü cibindən çıxarıb təhqiqatçıya təqdim etmiş, təhqiqatçı da bu vəziyyəti sənədləşdirmişdir. O isə həmin sənədlərə imza atmışdır. O, 30 yaşı olduğunu, indiyədək narkotik vasitələrdən istifadə etmədiyini, Mastağa bağlarında cücə saxlamaqla məşğul olduğunu, üzərində narkotik vasitə saxlamadığını, Günelin ona vatçap vasitəsilə polislərin gəlməsi barədə məlumat verdiyini bildirmiş, həmçinin qeyd etmişdir ki, Günelin deməsinə görə sonuncu əvvəlcə kömək üçün əmisinə zəng etmiş, lakin əmisinə zəng çatmadığı üçün onu köməyə çağırmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Sabunçu RPİ-nin 14-cü PŞ-nin sahə inspektoru Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs keçirdikləri tədbirlə bağlı tanımışdır. Belə ki, xx.xx.2023-cü il tarixdə saat 14.30-da həmkarı Şahid1la birlikdə Təqsirləndirilən şəxs narkotik vasitələrin daşınmasında, saxlanılmasında və satışında şübhəli olduğu üçün onun saxlanılaraq şöbəyə gətirilməsi məqsədilə şöbənin xidməti ərazisi olan ünvan 3 ünvanında yerləşən «Aslan» idman kompleksinin yaxınlığında Təqsirləndirilən şəxs müəyyən edərək onu saxlayıb polis şöbəsinə gətirmiş, orada təhqiqatçının müdafiəçinin iştirakı ilə keçirdiyi şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən, yəni şalvarının cibindən bir ədəd bükümdə heroinə bənzər maddə aşkar edilərək götürülmüşdür. İbtidai araşdırma zamanı o, müstəntiqə iki dəfə ifadə vermişdir. Sonuncu ifadəsində hadisə barədə məlumatları dəqiqləşdirərək göstərmişdir ki, Təqsirləndirilən şəxs ünvan 3 ünvanında yerləşən X4 evində ola biləcəyi barədə məlumatı yoxlamaq üçün xx.xx.2023-cü il tarixdə saat 14 radələrində həmin ünvana gəlmişlər. Qapını döydükdə həmin ünvanda yaşayan Günel qapını açmaqdan imtina etmiş, bir müddət sonra həmin ünvana yaxınlaşan Təqsirləndirilən şəxs gördükdə onu dərhal saxlayaraq polis şöbəsinə aparmışlar. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Sabunçu RPİnin 14-cü PŞ-nin baş əməliyyat müvəkkili Şahid1 ifadəsi elan olunaraq müəyyən edilmişdir ki, sonradan adı ona məlum olan Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir düşmənçiliyi, ədavəti və qohumluğu olmamışdır. 23 sentyabr 2023-cü il tarixdə Sabunçu rayonu, Maştağa qəsəbəsi, Tavaylıq deyilən ərazidə yaşayan Təqsirləndirilən şəxs mütəmadi olaraq narkotik vasitələri üzərində saxlaması, daşıması və satması barədə daxil olmuş məlumat alındıqdan sonra, yaradılmış əməliyyat qrupu üzvləri ilə birlikdə həmin gün saat 14:30 radələrində Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar küçəsi ev 8 ünvanında yerləşən “Aslan” İdman kompleksinin yaxınlığına getdikdə, orada xarici əlamətləri Təqsirləndirilən şəxs xarici əlamətləri ilə üst-üstə düşən şəxsi görüb sonuncuya yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirərək, həmin şəxsə özünü təqdim etməsi təklif olunduqda o, özünü təqdim edərək xx xxxxxxx 1993-cü il tarixdə Şəmkir rayonu, Dəllər Cırdaxan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkum olunmuş, işləməyən, Şəmkir rayonu, Dəllər Cırdaxan ərazi dairəsi, Dəllər Cırdaxan kəndində qeydiyyatda olub, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Tavaylıq adlanan ərazidə fərdi evdə yaşayan Təqsirləndirilən şəxs olmasını bildirmişdir. Bundan sonra həmin şəxsə narkotik vasitələrin üzərində gəzdirilməsində və istifadəsində şübhəli olması barədə izah verib onu 14-cü PŞ-nə dəvət etmişlər. Polsi şöbəsinə gəldikdən sonra bu barədə şöbə rəisi adına raportla müraciət olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərində axtarış aparılana kimi olan müddət ərzində onlar tərəfindən o, müşahidə altında saxlanılmış və bu səbəbdən də sonradan məlum olduğu kimi Təqsirləndirilən şəxs üzərində olan narkotik vasitəni hər hansı bir üsulla özündən kənarlaşdırmağa imkanı olmamışdır. Təqsirləndirilən şəxs tutulan andan təhqiqatçı polis baş leytenantı Əfsun Əzimov tərəfindən ona hüquqları izah edilib, müdafiəçi ilə təmin olunmuşdur. Onun öz tələbi və rəsmi xahişi ilə müdafiəçinin iştirakı olmadan üzərinə axtarış keçirilməyə başlanılmış, o və digər iş yoldaşı da Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürmə zamanı həmin prossesual hərəkətdə iştirak etmişlər. PŞ-də xidməti otaqlardan birində videoçəkiliş ilə Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində olan qeyri qanuni əşyaları masanın üzərinə qoyaraq təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki boz rəngli cins şalvarının sol yan cibindən 01 ədəd şəffaf sellofan bükümü çıxarıb təqdim edərək həmin bükümün içərisində narkotik vasitə olduğunu bildirmişdir. Daha sonra o və digər iş yoldaşı tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və həmin şalvarının sağ yan cibindən gümüşü rəngli “Samsung” markalı mobil telefon aşkar edilərək stolun üzərinə qoyulmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitəni Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisində üzdən tanıdığı adını və ünvanını bilmədiyi şəxsdən həmin gün səhər saatlarında 25 manat pul müqabilində öz istifadəsi üçün alıb öz üzərində gəzdirdiyini, ilk dəfədir ki, narkotik istifadə etmək istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd şəffaf sellofan bükümdə olan qəhvəyi rəngli spesifik iyə malik maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılıb, möhürlə möhürlənmiş, üzərində müvafiq qeydlər aparılmış, iştirakçılar tərəfindən imzalanmış və ekspertizaya göndərilməsi üçün götürülmüşdür. Bundan başqa bir ədəd “Samsung” markalı mobil telefon da cinayət təqibi üçün əhəmiyyət kəsb edə biləyəci ehtimalı ilə qablaşdırılaraq götürülmüşdür. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, o və iş yoldaşı Şahid2 vətəndaş Təqsirləndirilən şəxs narkotik vastələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə Sabunçu rayon Pois İdarəsinin 14-cü polis şöbəsinə daxil olmuş məlumat əsasında “Əməliyyat-axtarış tədbirləri haqqında” «Azərbaycan Respublikasının qanununun tələblərinə iriayət etməklə Təqsirləndirilən şəxs yaxalamaqdan ötrü müvafiq əməliyyat qrupu tərkibində əməliyyat tədbirləri qurub Təqsirləndirilən şəxs məhz həmin tarixdə ünvan 5 ünvanında yerləşən X4 evində ola biləcəyi ehtimalını yoxlamaq üçün saat 14 rədələrində həminmənzilə getmişlər. Təqsirləndirilən şəxs dostu Samir Babayevin əvvəllər həmin mənzildə yaşadığını və Təqsirləndirilən şəxs dostunun ailəsi ilə münasibət saxlayaraq həmin ünvana gəlib-getdiyi barədə məlumat almışlar. Mənzilin qarşısına gələrək qapını döymüş, qapıdan özünü “Günel” kimi təqdim etmiş şəxs ondan başqa mənzildə heç kimin olmadığını bildirmişdir. Onlar da bir qədər ətrafda müşahidə aparmış və təxmini saat 14:30 raqdələrində Təqsirləndirilən şəxs həmin mənzilə «Aslan» idman kompleksinin yanından gəldiyini görüb onu saxlamışlar. «Aslan» idman kompleksi ünvan 5 saylı evin yaxınlığında, yolun qarşı tərəfində, təxminən 6-7 metr aralıda evlə üzbəüz yerləşir. Təqsirləndirilən şəxs saxladıqdan sonra onu 14-cü PŞ-nə gətirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs üzərində axtarış aparılana kimi olan müddət ərzində onlar tərəfindən o, müşahidə altında saxlanılmış və bu səbəbdən də sonradan məlum olduğu kimi üzərində olan narkotik vasitəni hər hansı bir üsulla özündən kənarlaşdırmağa imkanı olmamışdır. Təqsirləndirilən şəxs tutulan andan təhqiqatçı, polis baş leytenantı Əfsun Əzimov tərəfindən ona hüquqları izah edilib, müdafiəçi ilə təmin olunmuşdur. O, öz tələbi və rəsmi ərizə yazaraq xahişi ilə müdafiəçi ilə təmin olunduqdan və onun müdafiəçi tərəfindən də hüquqları izah edildikdən sonra müdafiəçinin iştirakı olmadan üzərinə şəxsi axtarış keçirilməsini istəmişdir. Buna görə də müdafiəçinin iştirakı olmadan onun üzərinə şəxsi axtarış keçirilmiş və artıq bilindiyi kimi narkotik vasitə olan heroin bükümü onun üzərindən aşkar edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır, İsfəndiyar onun əri Samirin dostudur. Samir təxminən bir il olar ki, narkotiklə bağlı məhkum olunaraq cəza çəkir. O, iki övladı və qaynanası Xanım Mayılova ilə birlikdə Maştağa qəsəbəsi , Xanlar küçəsi 8 ünvanında olan fərdi evdə yaşayır. Təxminən xx.xx.2023-cü il tarixdə onun mobil telefonuna gizli nömrədən zəng gəlmiş, o cavab verməmişdir. Bundan sonra görünən nömrədən ona zəng gəlmiş, o, zəngə cavab verdikdə zəng edən özünü polis əməkdaşı kimi təqdim edərək ona evinin yanındakı H.Əliyev adına parka gəlməyi, onunla söhbəti olduğunu bildirmişdir. Lakin qaynanası Xanım Mayılova onun təhlükəsizliyindən ehtiyyatlanaraq onu parka buraxmamış, nə də ki, onun özü də parka getməyə razılaşmamışdır. Bundan sonra elə həmin gün, yəni xx.xx.2023-cü il tarixdə saat 13 radələrində yaşadığı ünvana 4 nəfər mülki geyimli və bir nəfər polis formasında olan şəxslər gələrək qapını döyməyə başlamışlar. Bu zaman qaynanası Xanım Mayılova da evdə olmuşdur. Qapının arxasından o və qaynanası qapını döyən şəxslərdən nə məqsədlə gəlmələrini soruşduqda cavab vermişlər ki, sözləri var, qapını açsınlar. Lakin qorxduqları üçün nə o, nə də qaynanası qapını açmamış, polislərə bildirmişlər ki, evdə kişi xeylağı yoxdur, qaynanasının qaynına zəng edib çağıracaqlar, sonuncu gələndən sonra qapını aça bilərlər. Qaynanası qaynı Habilə 2 dəfə zəng etsə də sonuncu cavab verməmiş, bu səbəbdən o, telefonun Vatsap proqramı vasitəsilə yazaraq polislərin qapısını döymələrini, evə daxil olmaq istədiklərini ona bildirmişdir. İsfəndiyar da ona yazmışdır ki, qapını açmasın, özü gəlir. İsfəndiyar da Mastağa qəsəbəsində Tavaylıq adlanan məhəllədə fərdi evdə yaşayırdı. Bir azdan sonra qapının arasından görmüşdür ki, polis əməkdaşları onların həyətindən küçəyə çıxmış və velosipedlə yanlarına gələn Təqsirləndirilən şəxs əl-qolunu burub parka tərəf aparmışlar. Bu vaxt qaynanasının qaynı Habil onlara gəlmiş, telefonun evdə olduğunu, özünün isə bayırda olduğu üçün zəngləri eşitmədiyini bildirmiş, hadisəni ona danışdıqda Habillə birlikdə İsfəndiyarın aparıldığı parka tərəf getmişlər, lakin orada olan adamlar bildirmişlər ki, polislər bir nəfəri maşına mindirib özləri ilə aparmışlar. İsfəndiyarın onun evinin yanına gəldiyi velosiped bu gün də onun evindədir. Polislərin ifadələrində guya onun evinə İsfəndiyarın dalınca gəlmələri barədə məlumatları həqiqətə uyğun deyildir. Belə ki, polislər ona zəng etdikdə və qapını döydükdə İsfəndiyarı axtardıqlarını deməmişlər. Həmçinin İsfəndiyar öz evində yaşayır. İsfəndiyar onun evində heç vaxt yaşamamış, əri Samir tutulmamışdan əvvəl sadəcə bir neçə dəfə evlərinə qonaq gəlmişdir. Telefonda olan Vatçap yazışmaları artıq silinmişdir, onları istintaqa təqdim edə bilməmişdir. İbtidai araşdırma zamanı müstəntiq onu ifadə vermək üçün idarəyə dəvət etsə də qaynanası qoymadığı üçün vəkil Şəhla xanımın vasitəsilə izahatını müstəntiqə göndərmişdir. Həmin izahat ona elan edildi. İzahatda yazılanları təsdiq edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır, İsfəndiyar onun oğlu Samirin dostudur. Oğlu Samir təxminən bir il olar ki, narkotiklə bağlı məhkum olunaraq cəza çəkir. O, gəlini Günel Babayeva və iki nəvəsi ilə birlikdə Maştağa qəsəbəsi , Xanlar küçəsi 8 ünvanında olan fərdi evdə yaşayır. Həmin həyətdə iki ev vardır, birində gəlini Günel uşaqları ilə yaşayır, digər evdə isə o yaşayır. Lakin hadisə günü Günel ona telefonuna zənglər gəldiyini, özünü polis kimi təqdim edən şəxsin ondan evinin yanına çıxmağını, ona nə isə bir söz deyəcəyi barədə məlumat verdikdə o, gəlinin yaşadığı evə gəlmişdir. Həmin gün günorta saatlarında qapıları döyülmüş, qapıya gəlmiş şəxslər özlərini polis kimi təqdim etmiş, qapını açmalarını, onlara sözləri var deyərək evə girmək istədiklərini bildirmişlər. O, özü qapının arxasından polislərlə danışaraq bildirmişdir ki, evdə kişi olmadığı üçün qaynını çağıracaq, qaynı gəldikdən sonra qapını aça bilər. Hətta polislərdən biri cavab vermişdirki, « bəs sən, ağbirçək xanımsan, nədən qorxursan qapını aç». Lakin o, polislərlə razılaşmayıb qaynı Habilə 2 dəfə dalbadal zəng etmişdir ki, sonuncu onların evinə gəlsin. Lakin Habil telefonu götürmədiyi üçün gəlini Günel İsfəndiyara telefonla yazı yazıb polislərin qapını döydüklərini bildirmiş, İsfəndiyar da cavabında yazmışdır ki, qapını açmasınlar, özü gəlir. Bir azdan sonra o və gəlini qapının arasından görmüşlər ki, polis əməkdaşları onların həyətindən küçəyə çıxmış və velosipedlə yanlarına gələn Təqsirləndirilən şəxs əl-qolunu burub parka tərəf aparmışlar. Bu vaxt qaynı Habil onlara gəlmiş, telefonun evdə olduğunu, özünün isə bayırda olduğu üçün zəngləri eşitmədiyini bildirmiş, hadisəni ona danışdıqda Habillə birlikdə İsfəndiyarın aparıldığı parka tərəf getmişlər, lakin orada olan adamlar bildirmişlər ki, polislər bir nəfəri maşına mindirib özləri ilə aparmışlar. Polislər qapını döydükdə İsfəndiyarı axtardıqlarını deməmişlər. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməli üzrə təqsirli olması özünün məhkəməyədək verdiyi ifadələri və şahidlərin ifadələri ilə yanaşı, məhkəmədə tədqiq edilmiş cinayət işinin digər materialları ilə də tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə elan edilib araşdırılmış Sabunçu RPİ-nin 14-cü PŞ-nin rəisinə ünvanlanmış xx.xx.2023-cü il tarixli raportdan müəyyən olunur ki, etimad doğuran, məlum, qərəzsiz mənbədən daxil olmuş məlumatda xx xxxxxxx 1993-cü il tarixdə Şəmkir rayonu, Dəllər Cırdaxan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, deməsinə görə əvvəllər məhkum olunmuş, Şəmkir rayonu, Dəllər Cırdaxan kəndində qeydiyyatda olan, ünvan 7 ünvanında faktiki yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələ əldə etməsi, üzərində saxlaması, satması və daşıması bildirilmişdir. Məhkəmədə elan edilib araşdırılmış “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq saxladığı, daşıdığı külli narkotik maddələrin vaxtında aşkar edilərək götürülməsi məqsədi ilə Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməklə yaxalanmasından ötrü əməliyyat qrupu yaradılmış, əməliyyat qrupunun üzvlərinin iştirakı ilə təxirəsalınmaz tədbirlər görülməklə hakimi qərarı olmadan qanunvericilikdə nəzərdə tutulmuş qaydada aşkar və gizli üsullarla müvafiq əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. Məhkəmədə elan edilib araşdırılmış Sabunçu RPİ-nin 14-cü PŞ-nin rəisinə ünvanlanmış xx.xx.2023-cü il tarixli raportan müəyyən olunur ki, Təqsirləndirilən şəxs həmin gün saat 14:30 dəqiqədə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar küçəsində yerləşən yerləşən “Aslan” idman kompleksinin yaxınlığında yol kənarında saxlanılaraq 14-cü PŞ-nə gətirilmişdir. Məhkəmədə elan edilib araşdırılmış “şübhəli şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan müəyyən olunur ki, həmin tarixdə saat 15:40-da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə müdafiəçisi Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili X6 iştirakı ilə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)-732/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından müəyyən olunur ki, Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həbsdə saxlama müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmədə elan edilib araşdırılmış “şəxsi axtarış və götürmə haqqında” xx.xx.2023-cü il tarixli protokoldan müəyyən olunur ki, bu istintaq hərəkəti videoçəkiliş aparılmaqla və müdafiəçisinin iştirakı ilə həmin tarixdə saat 16:45-dən saat 16:51-dək həyata keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın sol yan cibindən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş bükülünü çıxarıb təqdim edərək həmin bükülünün içərisində narkotik vasitə olduğunu, bu narkotik vasitəni xx.xx.2023-cü il tarixdə səhər saatlarında Balaxanı qəsəbəsi ərazisində üzdən tanıdığı, lakin, şəxsiyyəti barədə məlumatı olmayan şəxsdən 25 manata almış və şəxsi istifadəsi məqsədilə üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Həmin bükülü bir ədəd kağız zərfdə qablaşdırılıb, möhürlənərək götürülmüşdür. Bundan başqa şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə baxış zamanı ona məxsus istifadəsində olan Smasung markalı mobil telefon aparatı aşkar edilərək bir ədəd kağız zərfdə qablaşdırılıb, möhürlənərək götürülmüşdür. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər alkar edilməmişdir. Bundan sonra şəxsi axtarış və baxış keçirilməsi barədə protokol tərtib olunmuş, protokol düzgün tərtib edildiyi üçün o və digər iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı şübhəli şəxs qismində verdiyi ifadəsindən müəyyən olunur ki, üzərində şəxsi axtarış keçirilən zaman narkotik vasitə hesab edilən heroin aşkar edilməsi ilə bağlı bildirmişdir ki, tutulmağından təxminən 2-3 gün əvvəl narkotik vasitə istifadə etmək istəmiş, bunun üçün üzərində 20-30 manat pul da saxlamış və yaşadığı ərazidə, həmçinin Balaxanı qəsəbəsində boş vaxtında gəzmişdir ki, narkotik satan şəxs görərsə ondan narkotik alsın. Narkotik satanların və istifadəçilərin xarici görkəmindən onları tanımaq olmuşdur. xx.xx.2023-cü il tarixdə səhər saatlarında Balaxanı qəsəbəsində narkotik vasitə satmasını bildiyi, üzdən tanıdığı, lakin şəxsiyyəti barədə məlumatı olmayan şəxsi görmüş və ondan öz şəxsi istifadəsi üçün 25 manat pul verərək bir büküm narkotik vasitə heroin almışdır. Həmin 1 ədəd şəffaf rəngli sellofana bükülü heroini olduğu kimi, büküm şəklində üzərində saxlayıb, gizli yerdə istifadə etmək fikrində olmuşdur. Lakin elə həmin gün, yəni 23 sentyabr 2023-cü il tarixində saat təxminən 14:30-da Sabunçu rayonu Maştağa qəsəbəsi Xanlar küçəsindəki “Aslan” İdman kompleksinin yaxınlığında yol kənarında olan zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmiş və o, üzərində gəzdirdiyi narkotik vasitəyə görə narahat olduğundan həmin yerdən uzaqlaşmaq istəmişdir. Bundan sonra polis əməkdaşları onu saxlayaraq PŞ-nə dəvət etmişlər. Ona müdafiəçi vəkil təyin və təqdim olunduqdan sonra şöbədə şəxsi axtarış keçirilən zaman ilk əvvəl üzərində olan əşyaları özünün təqdim etməsi təklif edilmişdir. Bu səbəbdən o əynindəki boz rəngli cins şalvarının sol yan cibindən 1 ədəd şəffaf rəngli sellofana bükülmüş narkotik maddə olan heroini təqdim etmişdir. Üzərinə şəxsi axtarış zamanı sağ cibindən isə istifadəsində olan bir ədəd “Samsung” markalı mobil telefon aşkar edilmiş və bundan başqa üzərindən başqa əşya və ya maddə aşkar edilməmişdir. Üzərindən aşkar edilən narkotik maddə olan heroin qablaşdırılmış və ekspertizaya göndərilmişdir. Şəxsi axtarışın keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, o və iştirak edən digər şəxslər həmin protokolu imzalamışlar. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-kimyəvi ekspertizasının 23 sentyabr 2023-cü il tarixli 3-16-16/2-6/5024 №-li rəyindən müəyyən olunur ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN «Zərflər üçün nömrə 100” möhür əksi olan, “Şübhəli şəxs ... Təqsirləndirilən şəxs ...” və s. ad, soyad, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 8,983 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazsində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına daxildir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-narkoloji ekspertizasının 07 oktyabr 2023-cü il tarixli 6364 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 5(008)-846/2023-cü il nömrəli xx.xx.2023-cü tarixli qərarından müəyyən olunur ki, əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi haqqında Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin baş əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş qərar qanunauyğun hesab edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış mobil telefon aparatına baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs götürülmüş gümüşü rəngli “Samsung” markalı mobil telefon aparatına baxış keçirilmiş, baxış zamanı mobil telefon aparatının qovluqlarında, sms yaddaşında, “vatsapp” və sosial tətbiqlərində istintaq üçün əhəmiyyət kəsb edən hər hansı məlumat müəyyən edilməmişdir. Məhkəmədə tədqiq olunmuş Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış məlumatdan müəyyən olunur ki, iş üzrə Təqsirləndirilən şəxs barəsində xx.xx.2016-ci il tarixdə Şəmkir RPŞ-də Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə araşdırma aparılmış və Azərbaycan Respublikası CPM-nin 40.2.2-ci maddəsi ilə xitam edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” Publik Hüquqi şəxsin xx.xx.2023-cü il tarixli 13356 nömrəli məktubundan müəyyən olunur ki, arxiv məlumatlarına görə Təqsirləndirilən şəxs yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmamışdır. Məhkəmədə elan edilib araşdırılmış CD diskə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan müəyyən olunur ki, "xxxx" MMC-dən daxil olmuş 1 ədəd CD diskə baxış keçirilmiş, həmin CD disk açılan zaman “506342506-SMS”, “506342506ant”, “506342506-k.m” və “506342506” adlı qovluqların olması müəyyən edilmiş, baxış zamanı həmin qovluqlar bir-bir açılmış və baxış keçirilmişdir. Lakin istintaq üçün əhəmiyyət kəsb edən hər hansı məlumat aşkar edilməmişdir. Məhkəmədə elan edilib araşdırılmış CD diskə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan müəyyən olunur ki, "xxxx" MMC-dən daxil olmuş 1 ədəd CD diskə baxış keçirilmiş, həmin CD disk açılan zaman “SMS_Tarixcesi_**********3750_702178919”, “SMS_Tarixcesi_**********3754_702178919”, “Zenglerin_Detallaşması_**********2755_702178919_12438”, “Zenglerin_Mexsusluq_Tarixceleri_**********2855_702178919_NAR_24192” adlı qovluqların olması müəyyən edilmiş, baxış zamanı həmin qovluqlar bir-bir açılmış və baxış keçirilmişdir. Lakin istintaq üçün əhəmiyyət kəsb edən hər hansı məlumat aşkar edilməmişdir. Məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində verdiyi ifadəsindən müəyyən olunur ki, 23 sentyabr 2023-cü il tarixdə saat 13:00 radələrində ona dostu Samir Babayevin ailəsindən mesaj gəlmişdir. Demişlər ki, polislər qapını dayanmadan döyür. Hətta qapını sındıracaqlarını demişdir. O da ona, oraya gələcəyini demişdir. O, həmin ünvana getmiş və onlara yaxınlaşmışdır. Demişdir ki, “nə lazımdır sizə?”. Onlar da demişlər ki, “sən kimsən?” O cavab olaraq onlara Samirin dostu olmasını demişdir. Onlar 4 nəfər olmuş, onu kənara çəkmiş və söhbət etmələrini demişlər. Onu kənara çəkəndən sonra zorla maşına aparmışlar. Onu 14cü polis bölməsinə aparmışlar. Orada Elmir adlı əməliyyatçı ona demişdir ki, “ya sən narkotik sənədinə qol çəkəcəksən, ya da dostun Samirin ailəsini bölməyə gətirəcəklər”. Bundan başqa dört şahid üzünə duracaqmış. O, bunlarla razılaşmış və onu otağa aparmaq istəyəndə ona bir büküm narkotik vermişlər ki, cibinə qoy, otağa daxil olanda videoçəkiliş olacaqdır. Ona demişdir ki, “çəkilişdə narkotiki cibindən çıxarıb, həmin bir bükümü Balaxanıdan, tanımadığı adamdan 25 manata aldığını deyəcəksən”. O da onun dediyi kimi etmişdir. Onun cibində 1 Samsung markalı telefon, 1 elektron qulaqcıq, 1 saat daşı, 2 “uezbe” olmuşdu. Çəkilişdən sonra dövlət tərəfindən bir vəkil gəlmişdir. O həmin vəkilə narkotik onun olmadığını desə də, vəkil ona inanmaq istəməmişdir. Lakin həmin vəkil bütün sənədlərə imza etmişdir. Həmçinin bildirmişdir ki, protokolda cibindən çıxan yalnız telefon qeyd olunmuşdur. Verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, həbsdə olan dostu Samir Babayevin ailəsi dedikdə onun yoldaşı Günel Babayevanı nəzərdə tutmuşdur. Məhkəmədə elan edilib araşdırılmış xx.xx.2023-cü il tarixli “cinayət işi başlanmasının rədd edilməsi haqqında” Bakı şəhəri Sabunçu rayon prokurorluğunun qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs verdiyi izahatında 23 sentyabr 2023-cü il tarixdə saat 13 radələrində dostu Samirin yaşadığı ünvana getmiş, onun evinin qarşısında 4 nəfər şəxsin dayandığını görmüş, onlara yaxınlaşıb “nə lazımdır sizə?”deyə soruşmuş, onlar da demişlər ki, “sən kimsən?” O, cavab olaraq onlara Samirin dostu olmasını demişdir. Bundan sonra onlar onu öz avtomobillərinə məcburi şəkildə otuzdurub 14-cü polis şöbəsinə aparmışlar. 14-cü polis şöbəsində Elmir adlı əməliyyatçı ona demişdir ki, “ya sən narkotik sənədinə qol çəkəcəksən, ya da dostun Samirin ailəsini bölməyə gətirəcəklər”. Bundan başqa dört şahid üzünə duracaq ki, cibindən narkotik çıxıb. Onlar dostunun ailəsini bölməyə çağırmasın deyə özü üzərindən narkotik aşkar olunmasıilə bağlı tərtib ediləcək sənədlərə imza etməyə razılaşmışdır. Bundan sonra ona bir büküm narkotik vermişlər ki, cibinə qoy, otağa daxil olanda videoçəkiliş olacaqdır. Ona demişdir ki, “çəkilişdə narkotiki cibindən çıxarıb, həmin bir bükümü Balaxanıdan, tanımadığı adamdan 25 manata aldığını deyəcəksən”. O da məcbur qalıb onların dediyi kimi etmişdir. Ona fiziki zor tətbiq edilməmiş, xəsarət almamışdır. Lakin, ona qarşı 14-cü PŞ-də Elmir adlı polis və digər adını bilmədiyi polis əməkdaşları tərəfindən ona qarşı psixi zor tətbiq olunmuşdur, yəni dosutunun ailəsinin polis bölməsinə gətiriləcəyi ilə bağlı ona hədə-qorxu gəlmişlər. Dostunun ailəsinin polis bölməsinə gətirilməsi özü üçün mənəvi olaraq qəbul edilən hal olmadığından üzərində narkotik vasitə aşkar edilməsi barədə tərtib edilmiş sənədləri imza etmişdir. Qeyd edilən hallarla bağlı polis əməkdaşları Ceyhun Məmməov və Şahid1 izahatları alınmış, araşdırma zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs qarşı fiziki və ya psixi zor tətbiq edilməsini təsdiq edən onun öz izahatından başqa hər hansı sübut yoxdur. Araşdırma nəticəsində müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə nsarkotik vasitənin qanunsuz dövriyyəsi ilə şübhəli bilinərək Sabunçu RPİ-nin 14cü PŞ-nin əməkdaşları tərəfindən tutulan zaman ona qarşı psixi və ya fiziki zor tətbiq edilməmişdir. Toplanmış materialda Təqsirləndirilən şəxs izahatında göstərdiyi Xüsusatlar öz təsdiqini tapmamış, eyni zamanda, Sabunçu RPİ-nin 14-cü PŞ-nin əməkdaşları Şahid2 və Şahid1 əməlində cinayət tərfkibinin olması müəyyən edilmədiyindən ilkin yoxlama materialı üzrə cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış «sübutların qiymətləndirilməsi və cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında» 04 yanvar 2024-cü il tarixli qərardan müəyyən olunur ki, təqsirəndirilən şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd sellofan bağlamada ümumi təmiz çəkisi 8,983 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 23 sentyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürməni özündə əks etdirən 1 ədəd CD disk maddi sübut kimi tanınmış, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 ədəd sellofan bağlamada ümumi təmiz çəkisi 8,983 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroinin tədqiqatdan sonrakı qalıq çəkisi 8,883 qramı və Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş bir ədəd “Samsung” markalı mobil telefon aparatı maddi sübutların saxlanc kamerasına verilmiş, 23 sentyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürməni özündə əks etdirən 1 ədəd CD disk, “Azərfon” və "xxxx" MMC-dən daxil olmuş 02 ədəd CD disk cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış “cinayət işi materiallarından ayrıca icraata material ayrılması haqqında” xx.xx.2024-cü il tarixli qərardan müəyyən olunur ki, cinayət işinin materiallarından narkotik vasitənin əldə etmə mənbəyini müəyyən etmək məqsədilə mənbə xüsusatlarına görə ayrıca icraata material ayrılmışdır. Beləliklə, məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi onun ibtidai araşdırma zamanı verdiyi ifadələri və şahidlərin ifadələri, şəxsi axtarış protokolu və bu axtarışı əks etdirən CD-də olan videogörüntü, digər istintaq protokolları, prokurluğun “cinayət işinin başlanmasının rədd edilməsi” qərarı, məhkəmə ekspertiza rəyləri, eləcə də cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs tutulan zaman üzərində heç bir qanunsuz əşya olmaması və psixotrop maddəni polis əməkdaşları tərəfindən üzərinə psixoloji təzyiqlər nəticəsində qoyulması barədə ifadələri əməliyyat tədbirini keçirmiş polis əməkdaşlarının ifadələri, üzərinə videoçəkilişlə keçirilmiş baxış protokolu və ona əlavə olunmuş diskdəki görüntülərlə, məhkəmə ekspertiza rəyi, Bakı şəhəri Sabunçu rayon prokuorluğunun “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarı və cinayət işinin digər materialları ilə təkzib olunur. Məhkəmə tərkibi hesab edir ki, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs hərəkətləri düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqələri və həmin cinayət əməllərinin törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər. Məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Belə olan halda, məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin etdikdə cəzaçəkmə müddətinin əvvəlini tutulduğu andan, yəni xx.xx.2023-cü il tarixdən hesablamalıdır. Həmçinin Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Belə olan iş üzrə maddi sübutlar – Bakı şəhəri Sabunçu RPİİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmiş, Təqsirləndirilən şəxs götürülmüş, ekspertiza tədqiqatına sərf olunduqdan sonra qalıq çəkisi 8,883 qramı qalmış heroin məhv edilməli, “cinayət işinin materiallarına əlavə edilmiş şəxsi axtarış və götürmə görüntüsü olan 02 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş bir ədəd “Samsung” markalı mobil telefon aparatı yaxın qohumlarına qaytarılmalıdır. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilməlidir. İş üzrə ekspertiza xərci olan 110 (yüz on) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖİN**********, ABB mərkəzi filialı, VÖİN**********, Kod 805250, m/h **********944, H/h COR 328518 AZN 3201-01, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə iclaslarında məhkəmənin qərarına əsasən təyinatla Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 xx.xx.2024-cü il tarixədək müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafəçi Müdafiəçi1 üçün 504 AZN (beş yüz dörd) manat Bakı şəhəri 18 saylı Vəkil Bürosunun nəfinə ödənilməlidir. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 03 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 23 sentyabr 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Bakı şəhəri Sabunçu RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmiş, Təqsirləndirilən şəxs götürülmüş, tədqiqatdan sonrakı qalıq çəkisi 8,883 qramı narkotik vasitə heroin məhv edilsin, cinayət işinin materiallarına əlavə edilmiş 02 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məxsus bir ədəd “Samsung” markalı mobil telefon aparatı yaxın qohumlarına qaytarılsın. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilsin. İş üzrə ekspertiza xərci 110 manat (yüz on manaa) manat məbləğində pul X5 tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h **********9328518204 ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilsin. Göstərdiyi hüquqi yardımla bağlı Müdafiəçi1 üçün 504 AZN (beş yüz dörd manat) pul Bakı şəhəri 18 saylı Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Rasim Sadıxov Novruz Kərimov Leyla Əsgərova-Məmmədova
Məhkəmə qərarları › İş №1(101)-1368/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1368/2024
08.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver