Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1369/2021 08.12.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə Məhkəmə iclasının katibi: Bayramlı Ləman Bünyad qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1969-cu ildə ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olmayan, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasmda saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs ittiham verilmişdir ona görə ki, o, 18 mart 2021-ci il tarixdə, saat 21 radələrində yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, N.Məlikov küçəsi dalan 7, ev 2-də borca görə yaranmış elektrik enerjisinin verilişinin dayandırılması səbəbindən həmin ünvanda ikinci mərtəbədə yaşayan qardaşı xx.xx.1968-ci il təvəllüdlü Zərərçəkmiş şəxs Feyzəmməd oğlunun evinə qalxıb borcun ödənilməsi üçün onun da maddi köməklik göstərməsini xahiş etmiş, sonuncu köməklik edəcəyini bildirdikdən sonra birinci mərtəbədə yerləşən özünün yaşadığı evə qayıdıb saat 23-24 radələrində növbəti dəfə Zərərçəkmiş şəxs yaşadığı evə qalxıb qapını döyüb içəri keçərək, əsəbi şəkildə Zərərçəkmiş şəxs bayram günü onları qaranlıqda qoymamasım və işıq pulunu verməsi üçün köməklik etməsini dedikdən sonra onlar mübahisə edib əlbəyaxa olduqları zaman Zərərçəkmiş şəxs ona kəllə ilə alnından vurmuş, o, heç nə etmədən öz yaşadığı evə gedib anasına bu barədə danışdıqdan və bunların günahını Təqsirləndirilən şəxs arvadı Kəmalə Camalovada görməsini deyərək sonuncunun ünvanına təhqiramiz sözlər işlətdiyi zaman bu sözləri Kəmalə Camalova eşidərək öz evlərinə qalxıb bu barədə Zərərçəkmiş şəxs bildirdiyindən sonuncu buna əsəbiləşərək saat 24 radələrində onun yaşadığı evin qapısını açıb qapının kandarından əlindəki soyuq silah hesab edilməyən bıçaqla iki dəfə zərbə vuraraq ona döş qəfəsinin daxilə nüfuz etməyən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası, təpə-alm-burun nahiyələrinin kəsilmiş yarası kimi həm ümumilikdə, həm də ayrı- ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirməsindən qəzəblənib qisas almaq niyyətilə qəsdən onu öldürmək məqsədilə evin qonaq otağındakı stolun üzərindən soyuq silah hesab edilməyən bıçağı götürüb Zərərçəkmiş şəxs iki dəfə zərbə vuraraq ona ölümünə səbəb olan qanaxma və ürəyin tamponadası ilə nəticələnən döş qəfəsinin ön səthinin sağ yarısının 1 (bir) ədəd daxilə nüfuz edərək sağ ağciyəri, ürək kisəsini və ürəyin sağ qulaqcığını zədələyən deşilmiş-kəsilmiş yarası kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid, döş qəfəsinin ön səthinin sağ yansınm 1 (bir) ədəd daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yarası kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid, həmçinin sonuncunun özünü müdafiə etmək məqsədi ilə ona müqavimət göstərməsi ilə əlaqədar sağ saidin 3 (üç) ədəd deşilmiş-kəsilmiş yaraları kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid, döş qəfəsinin sağ yarısının 1 (bir) ədəd kəsilmiş yarası, sol qulaq seyvanının 1 (bir) ədəd səthi kəsilmiş yarası, sol yanaq nahiyəsinin sıyrığı kimi dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirərək Zərərçəkmiş şəxs qəsdən öldürmüş, yəni onu qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, o, anası, bacısı və digər qardaşı Elbrus və onun ailəsi eyni evdə yaşamışlar. Qardaşı Etibar öz arvadı ilə 3-4 ay idi ki, onunla birgə yaşayırmış. Həmin vaxta qədər yaşadıqları evdə qardaşı Elbrusun istifadə etdiyi elektrik xətti ayrı olmuşdur. Qardaşı Etibar gəldikdən sonra onun mənzilinin elektrik xətti olmadığına görə onun xəttinə qoşdurmuşlar. Buna görə də işıq pulunu birgə ödəməli olmuşlar. Evin birinci mərtəbəsində onunla anası, ikinci mərtəbəsində isə qardaşı Etibar arvadı ilə birgə yaşayırmış. Qardaşı Etibar işıq pulunun özünə düşən hissəsini ödəməkdən boyun qaçırmışdır. Bayram ərəfəsi pulu ödəmədiklərinə görə işıq sönmüşdür. Bu səbəbdən o, evin ikinci mərtəbəsinə qalmış və Etibara demişdir ki, işıq pulunun yarısını o, yarısını isə özü versin, köməkləşib ödəsinlər, bayram günü onları qaranlıqda qoymasın. Etibar isə ödəyəcəyini deyib onu yola vermişdir. O da Etibara israr etdikdə, Etibar ona pulu ödəməyəcəyini deyib kəllə və yumruğu ilə zərbələr yetirmiş, lakin o heç nə etmədən aşağı mərtəbəyə, yəni anasının yanına qayıtmışdır. Anasına dostlarının yanına gedəcəyini demiş, onun da bayram günündə qaranlıqda qalmaması üçün tanışlarının yanına getməsini xahiş etmişdir. O hazırlaşırmış ki, çıxsın çölə, qapını açmış və bu vaxt qardaşı Etibar əlində bıçaqla əvvəlcə onun başına, sonra isə döş qəfəsinə zərbə vurmuşdur. O bu an hərəkət edə bilmirmiş, qorxurmuş ki, arxaya dönsə, onu kürəyindən də vuracaq. Ona üçüncü dəfə də boğazından zərbə vurmaq istəyəndə o, arxaya çəkilmişdir. O an başa düşmüşdür ki, Etibarın məqsədi onu öldürməkdir. Bu vaxt Etibarın ona bıçaqla yenidən vurmaq istədiyini gördükdə, o da yanında olan masanın üstündə olan bıçağı görüb götürmüş, onun sağ döşünün aşağı hissəsindən iki dəfə bıçaqla vurmuşdur. Etibar bıçaq xəsarətləri aldıqdan sonra arxaya doğru gedib “vurdu məni vurdu məni” demiş və pilləkəndə oturmuşdur. Onun üzü aldığı zərbələrdən qan içindəymiş və heç nə görə bilmirmiş. Bundan sonra tez evdəkilərə demişdir ki, təcili yardım çağırsınlar. Polislər gəlmiş və onu aparmışlar. Adətən işıq pulunu onunla anası verirmiş, onun qardaşını öldürmək məqsədi olmamış, onu özünü qorumaq məqsədilə bıçaqlamışdır. Qardaşını öldürdüyü üçün əməlindən peşmandır, heç vaxt istəməmişdir ki, belə bir hadisə baş versin. Zərərçəkmiş şəxsin hüquqi varisi X5 qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə prosesləri barədə məlumat verilsə də məhkəmə proseslərinə gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə onun iştirakını təmin edilməsi məqsədi ilə, onun məcburi qaydada gətirilməsi barədə qərar qəbul etmişdir və qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəsimi rayon Polis İdarəsinə həvalə edilmişdir. Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis Bölməsindən məhkəməyə daxil olmuş məktubla barəsində məcburi gətirilmə barədə qərar qəbul edilmiş X4 yaşadığı ünvana polis əməkdaşları tərəfindən baxış keçirilməsi və onun həmin ünvanda yaşamadığının aşkar edilməsi barədə məlumat verilmişdir. Məhkəmə proses iştirakçılarının fikirini nəzərə alıb, məhkəmə proseslərini zərərçəkmiş şəxsin hüquqi varisinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İbtidai istintaqda zərərçəkmiş şəxsin hüquqi varisi X6 ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs ilə 13 dekabr 2013-cü ilə ailə həyatı qurmuşlar. 2015-ci ildə qız övladları dünyaya gələrkən ölmüş, bundan sonra övladları olmamışdır. Etibar ondan əvvəl evli olub sonra boşanmışdır. Onlar Etibarla birlikdə qaynanasına məxsus ünvan 2 ünvanında yaşamışlar. Ev ümumilikdə 2 mərtəbəlidir. Birinci mərtəbədə üç otaq, ikinci mərtəbədə ayrı girişi olan 2 ədəd 2 otaqlı ev vardır. Birinci mərtəbədə Elçinlə anası Milayim, ikinci mərtəbədəki evlərin birində Etibarla o, ikincisində qaynı Elbrusla arvadı yaşayır. Həmin evlərin yanında bir otaq var ki, orada da baldızı Şəbinə tək yaşayır. Etibar əvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş, son vaxtlar isə işləməmiş, arada bir iş olanda gedib haradasa fəhləlik edib pul qazanmışdır. Onun qaynanası və qaynı Elçinlə münasibəti yaxşı olmasa da aralarında ədavət olmamışdır. 18 mart 2021-ci il tarixdə, saat 10 radələrində Etibarla yuxudan oyanıb səhər yeməyi yeyib çay içmişlər. Etibar işi olduğunu deyib getmiş, saat 15 radələrində evə qayıtmışdır. Yaşadıqları evin işıqları iki gün idi ki, yanmamışdır. Etibarla şirniyyat yeyib çay içdikdən sonra Etibar yatmış, o da evdə telefonla oynamışdır. Saat təxminən 21 radələrində qaynı Elçin onların yaşadıqları otağa qalxaraq Etibara işıq pulunu ödəməsini demiş, Etibar da ödəyəcəyini demiş, Elçin aşağı düşmüşdür. Təxminən 2 saat sonra saat 23 radələrində Elçin yenə ikinci mərtəbəyə qalxıb Etibara əsəbi şəkildə işıq pulunu ödəməsini, qaranlıqda qaldığını demiş, Etibar tezliklə ödəyəcəyini demiş, aralarında mübahisə yaranmış, tutaşdıqları vaxt Etibar yerə yıxılmış, durub kəllə ilə Elçinin alnından vurmuş, sonra Elçin aşağı düşmüşdür. Bundan sonra o, evin yaxınlığındakı dükana gedib şam alıb yuxarı çıxanda Elçinin anası ilə danışarkən onun barəsində nalayiq sözlər işlətdiyini eşitmiş, yuxan çıxıb Etibara Elçinin onun haqda nalayiq sözlər işlətdiyini demiş, Etibar da zal evdə olan karobkanm içərisindən qatlanan sarımtıl-qəhvəyi rəngli bıçağı götürüb qapını örtüb aşağı düşmüşdür. Təxminən 5 dəqiqə sonra, gecə saat 12-ə işləmiş Etibarın qışqırıq səsini eşidib çölə çıxmış, Etibar al qan içində olmuşdur. Səs-küyə qonşuları Coşqun onun qardaşı Araz da gəlmiş, Etibarı evə qaldırıb TTYS-a zəng etmişdir. Etibar qardaşı Elçinin onu bıçaqla pis vurduğunu demiş, təxminən 15-20 dəqiqə ərzində ölmüşdür. TTYS-nin əməkdaşları gələndə Etibar artıq ölmüşdür. Bundan sonra hadisə yerinə gələn hüquq mühafizə orqanlarının əməkdaşları hadisə yerinə baxıb Etibarın meyitini morqa göndərmişlər. Etibarla Elçinin qardaş kimi arabir şifahi söz-söhbətləri olsa da, İndiyə kimi heç vaxt dalaşıb bir-birinə xəsarət yetirməmişdilər. O, hadisə vaxtı Etibara Elçini vurması barədə heç nə deməmişdir. 18.03.2021-ci İl tarixdə, gecə saat 12-ə işləmiş şam alıb qayıdarkən Elçin öz yaşadığı evdə onun barəsində nalayiq sözlər işlədə-işlədə onun və Etibarın başını kəsəcəyini dediyi üçün DİN-nin 102 xidmətinə məlumat vermiş, lakin Elçin konkret olaraq bıçaqla onun üstünə gəlməmiş, onu hədələməmişdir. Zərərçəkmiş şəxs hadisə zamanı karobkanm içərisindən götürdüyü bıçağı haradan almasını bilmir, həmin bıçaq sarımtıl-qəhvəyi rəngli bıçaqdır. O, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla vurub xəsarət yetirməyini görməmişdir. Hadisə baş verən vaxt Şəbinə ikinci mərtəbədə öz otağında, qaynı Elburusun arvadı öz evində olmuşdur. Aşağıda isə Elçin və anası olmuş, başqa heç kim olmamışdır. O, Elçinə yaxud Milayimə heç vaxt pislik etməmiş, Etibarı heç vaxt onlara qarşı qoymamış, əksinə Etibarın onlarla həmişə mehriban olmasını istəmişdir. Hadisə günü də Etibarı qızışdırmamış, sadəcə Elçinin onun barəsində nalayiq sözlər danışmasını demişdir. Elçin onun barəsində nalayiq sözlər işlədəndə evlərinin qapısı aralı olduğu üçün onun dediklərini eşitmişdir. “Hadisə yerindən götürülmüş tutacağı açıq mavi rəngli və nazik uzun tiyəsi olan olan bıçağın fotoşəkilləri sizə təqdim edilir. Həmin bıçaq barədə nə deyə bilərsiniz?” sualına cavab olaraq bildirmişdir ki, həmin bıçaq Elçinlə qaynanasının yaşadığı evin mətbəxində olan bıçaqdır. “Hadisə yerindən götürülmüş tutacağı qara rəngli və uzun tiyəsi olan olan bıçağın fotoşəkilləri sizə təqdim edilir. Zərərçəkmiş şəxs hadisə zamanı götürdüyü bıçaq həmin bıçaqdırmı?” sualına cavab olaraq bildirmişdir ki, həmin bıçaq da qaynanasının mətbəxində olan bıçaqdır. Etibarın hadisə vaxtı götürdüyü bıçaq qatlanan bıçaq olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Elçin və mərhum Etibar onun oğlanlarıdır, hadisə olduğu gün işıqları kəsilmişdi. Yuxarı mərtəbəyə çıxıb Etibara deyib ki, 30 manat versin, o da üzərinə 20 manat əlavə edib, gedib işıq pulunu ödəsin. Etibar da ona pulu verəcəyini deyib. O, aşağı mərtəbəyə enib Elçinə deyib ki, Etibarla danışıb və o pulu verəcəyini deyib. Elçin ona deyib ki, Etibarın özündən olsa pulu mütləq verər, ancaq onu arvadı “qançığ” Kəmalə öyrədir ki, pul verməsin. Elçin ona bu sözləri deyən zaman Etibarın arvadı Kəmalə onların evinin qapısının önündəki mətbəxdə imiş və onları dinləyib. Kəmalə Elçinin dediklərin eşidib yuxarı mərtəbəyə qalxıb və Etibara nələrsə deyərək onu qızışdırıb aşağıya göndərib. Bu vaxt o, Elçinlə evində oturubmuş. Elə Kəmalə yuxarıya qalxdıqdan qısa zaman sonra Etibar gələrək, evin qapısını açıb və onun əlində bıçaq var imiş. Etibar sol əli ilə Elçinin boğazından yapışıb və əlindəki bıçaqla onun üzünə zərbə vurub. Bu vaxt Elçin evdəki divanın üstünə xırıldayaraq yıxılıb. Etibar Elçinə daha bir zərbə də vurub. Elçinin üz-gözü və paltarları qan içindəymiş. Bu vaxt Elçin özünü qorumaq üçün stulun üstündə olan mətbəx bıçağını götürüb Etibarı bıçaqlayıb, amma hadisə çox tez bir zamanda baş verdiyindən hansı nahiyəyə vurduğunu görməyib. Etibar bıçaq xəsarətlərini aldıqdan sonra arxaya doğru gedib “vurdu məni vurdu məni” deyib və pilləkəndə oturub. Sonra təcili yardım çağırıblar, lakin həkimlər gələndə artıq Etibar keçinibmiş. Etibar arvadı ilə evləndikdən sonra təqribən 8 ay onlardan ayrı yaşayıb, hadisənin baş verdiyi günə qədər 2-3 ay idi ki, onların evində qalırlarmış. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, yaşadıqları ev ikimərtəbəlidir, birinci mərtəbədə anası, Elçin, ikinci mərtəbədə isə o, bacısı, Etibar və onun arvadı hər biri ayrı-ayrı otaqlarda yaşayırmışlar. Hadisənin olduğu gün taksi fəaliyyəti ilə məşğul olduğuna görə evdə olmamışdır. Ona anası baş verənləri danışıb demişdir ki, Etibar arvadının qızışdırması ilə əsəbiləşib Elçini bıçaqlamışdır və bu vaxt Elçin evdəki stulun üzərində olan bıçağı götürüb Etibara bıçaqla zərbə vurmuşdur və Etibar ölmüşdür. Elçinlə Etibar arasında hadisəyə qədər normal münasibət olmuşdur. Anasının dediyinə görə Etibarın arvadı onu qızışdırmış və o da aşağı mərtəbəyə enib Elçinə bıçaqla xəsarət yetirmişdir. Elçin və Eldar arasında mübahisənin böyüməsinə Etibarın arvadı səbəb olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, Elçin və Etibar onun qayınlarıdır. Elbrusla ailə həyatı qurduqdan sonra təqribən 22 ildir ki, qaynanası Milayimlə birlikdə yaşayırmışlar. Evləri 2 mərtəbəli olmaqla, birinci mərtəbədə qaynanası ilə qaynı Elçin yaşamışdır. İkinci mərtəbədə ayrı-ayrı iki mənzil var imiş, onların birində Elbrus və o birlikdə, digərində mərhum Etibar arvadı ilə birlikdə yaşamışdır. Kəmalə Etibarla birgə hadisəyə qədər 6 ay idi ki, yaşadıqları evdə qalırmış. Kəmalə evlərinə gəldiyi gündən bəri hər gün evdə söz-söhbət olmuşdur. Kəmalə heç biri ilə yola getməmiş və problemlər yaratmışdır. Elçin çox içki içməsinə baxmayaraq heç vaxt heç kəslə mübahisə etməmiş və içkili olduğu zaman gedib kənarda sakitcə otururmuş. Elçinin o və əri ilə də heç vaxt problemi olmamışdır. Elçinin Etibarla ara-sıra problemi olsa da, o, həmişə Etibara hörmət etmişdir. Onlar mübahisə edərkən Etibar Elçini döysə belə Elçin heç nə etməzmiş. Onlar arasında sanki ata və oğul münasibəti var imiş. Hadisə olduğu gün o, işdən gəldiyi üçün yorğun olmuş və yatmışdır. Həmin gün Kəmalənin qışqırıq səsini eşitsə də, Kəmalə hər gün evdə söz-söhbət yaratdığı üçün adi hal olduğunu düşünüb mənzildən çıxmamışdır. Buna görə də hadisənin necə baş verdiyini görməmişdir. Səs-küyü eşitdikdən bir müddət sonra baldızı Səbinə evin qapısını döyüb Etibarın öldüyünü qışqıraraq demişdir. Sonra o, mərhum Etibarın yaşadığı evə getmiş və görmüşdür ki, o artıq keçinib və sonra ona məlum olmuşdur ki, Elçin Etibarı bıçaqlayıb. Cinayət işinin materiallarında olan məhkəmə-tibb ekspertizasının 21.04.2021-ci il tarixli, 35 saylı rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs meyitində aşağıdakı xəsarətlər aşkar edilmişdir: - döş qəfəsinin ön səthinin sağ yarısının 1 (bir) ədəd deşilmiş- kəsilmiş yarası (1,2x0,3sm ölçüdə). Yaradaxilə nüfuz edərək sağ ağciyəri, ürək kisəsini və ürəyin sağ qulaqcığını zədələyir. Yara kanalının ümumi dərinliyi 12sm-dir, istiqaməti öndən-arxaya, bir qədər aşağıdan yuxarıya və sağdan-sola doğrudur; döş qəfəsinin ön səthinin sağ yarısının 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası (l,2x0,3sm ölçüdə). Yara daxilə nüfuz etmir, dərinliyi l,2smdir, istiqaməti öndən-arxaya və bir qədər aşağıdan yuxarıya, sağdan-sola doğrudur, döş qəfəsinin sağ yarısının 1 (bir) ədəd kəsilmiş yarası (4,0x0,2sm ölçüdə); sağ saidin 3 (üç) ədəd deşilmiş-kəsilmiş yaraları (0,8x0,3sm, 0,8x0,3sm, 0,8x0,2sm ölçülərdə); sol qulaq seyvanının 1 (bir) ədəd səthi kəsilmiş yarası( 0,4x0,2sm ölçüdə); sol yanaq nahiyəsinin sıyrığı (l,0x0,2sm ölçüdə). Qeyd edilən xəsarətlər Zərərçəkmiş şəxs ölümündən az əvvəl əmələ gəlmişdirlər, həyatidirlər. Həmin xəsarətlərdən döş qəfəsinin ön səthinin sağ yarısının l(bir) ədəd daxilə nüfuz edərək sağ ağciyəri, ürək kisəsini və ürəyin sağ qulaqcığını zədələyəndeşilmiş-kəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmanın əlamətlərinə malikdirlər. Döş qəfəsinin ön səthinin sağ yarısının 1 (bir) ədəd daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yarası və sağ saidin 3(üç) ədəd deşilmiş-kəsilmiş yaraları dərəcəsinə görə hər biri ayrı- ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmanın əlamətlərinə malikdir. Döş qəfəsinin sağ yarısının kəsilmiş yarası və sol qulaq seyvanının səthi kəsilmiş yarası, sol yanaq nahiyəsinin sıyrığı xəsarətləri İsə hər biri ayrı- ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərin əlamətinə malik olduğundan dərəcələri təyin edilmir. Zərərçəkmiş şəxs ölümünə səbəb döş qəfəsinin sağ yarısının ön səthinin daxilə nüfuz edərək sağ ağciyəri, ürək kisəsini və ürəyi zədələyən deşilmiş-kəsilmiş yaranın törətdiyi qanaxma və ürəyin tamponadası olmuşdur. Zərərçəkmiş şəxs ölümü onun meyitinin meyitxanada müayinəsi başlanandan (19.03.2021 -ci il tarixdə saat 09:30-da) 8-12 saat əvvəl baş vermişdir. Zərərçəkmiş şəxs meyitində aşkar olunmuş deşilmiş- kəsilmiş yaralar deşici-kəsici əşyanm(alətin), kəsilmiş yaralar isə iti kənarlı əşyanın (alətin) təsirindən əmələ gəlmişdirlər. Bu yaraların ekspertizaya təqdim olunmuş bıçağın və ona oxşar bıçaqların tiyəsinin deşici-kəsici və kəsici təsirindən əmələ gələ bilmələri mümkündür. Zərərçəkmiş şəxs meyitində aşkar olunmuş sol yanaq nahiyəsinin sıyrığı xəsarəti isə küt əşyanın təsirindən əmələ gəlmişdir. Qeyd olunan sıyrığm xarakterini və lokalizasiyasım nəzərə alaraq demək olar ki, həmin sıyrığm müxtəlif şəraitlərdə və həmçinin insan bədəninin hissəsinin (əl barmağı, dırnaq və s.) təsirindən əmələ gələ bilməsi mümkündür. Zərərçəkmiş şəxs meyitində aşkar edilmiş xəsarətlərin lokalizasiyasım, yara kanalının istiqamətini nəzərə alaraq demək olar ki, həmin xəsarətlər yetirilərkən xəsarət yetirən şəxslə Təqsirləndirilən şəxs müxtəlif qarşılıqlı duruş vəziyyətlərində ola bilərdi, qərarın təsviri hissəində göstərilən vəziyyətdə, yəni üzbəüz vəziyyətdə olmaları inkar olunmur. Zərərçəkmiş şəxs döş qəfəsinin ön səthinin sağ yarısının daxilə nüfuz edən deşilmiş-kəsilmiş yarası yetirildikdən sonra o, dəqiqələrlə ölçülən zaman kəsiyində məqsədyönlü hərəkətlər (yerimək, danışmaq, kömək çağırmaq və s.) edə bilərdi. Zərərçəkmiş şəxs meyitində aşkar edilmiş xəsarətlər yetirilərkən o, ayaqüstü, oturaq, yarımoturaq və uzanmış vəziyyətlərdə ola bilərdi. Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda, HİV müayinəsinin nəticəsi mənfi olmuşdur (aşkar edilməmişdir). Cinayət işinin materiallarında olan məhkəmə-tibb ekspertizasının 23.04.2021-ci il tarixli, 186 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs bədən səthində aşkar edilmiş xəsarətlər- döş qəfəsinin daxilə nüfuz etməyən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası deşicikəsici əşyanın (alətin), təpə-alın-burun nahiyələrinin kəsilmiş yarası iti kənarlı əşyanın (alətin) təsirindən müayinədən bir günə qədər əvvəl əmələ gəlmişdirlər, qərarın təsviri hissəsində göstərilən 18.03.2021 -ci il tarixdən 19.03.2021 -ci İl tarixə keçən gecə müddətində əmələ gələ bilərdilər və həm ümumilikdə, həm də ayn-aynlıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər. Təqsirləndirilən şəxs bədən səthində aşkar edilmiş xəsarətlərin xarakterini, lokalizasiyasım və ekspertizaya təqdim olunmuş maddi sübut olan bıçağın konstruktiv xüsusiyyətlərini nəzərə alaraq demək olar kİ, həmin xəsarətlərdən döş qəfəsinin ön səthinin daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yarası ekspertizaya təqdim olunmuş bıçağın və ona oxşar bıçaqların tiyəsinin deşici-kəsici, təpəalın-burun nahiyələrinin kəsilmiş yarası isə kəsərinin təsirindən əmələ gələ bilərdilər. Cinayət işinin materiallarında olan məhkəmə-lifli ekspertizasının 27.04.2021-ci il tarixli, 6/1277 saylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən 01 ədəd köynəyin, 01 ədəd idman şalvarının, 01 ədəd alt geyim şalvarının, 01 ədəd alt tumanın; Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən 01 ədəd köynəyin, 01 ədəd şalvarın səthləri üzərində kənar lif mikrohissəcikləri vardır. Tərkib və kənar lif mikrohissəciklərinin növü və rəngi rəyin l№-li cədvəlində göstərilmişdir. Tədqiqata təqdim edilmiş, Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən 01 ədəd idman şalvarının səthi üzərindən aşkar edilmiş göy rəngli təbii pambıq lifləri rənginə və təbiətinə görə Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən 01 ədəd şalvarın tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş, Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən 01 ədəd şalvann səthi üzərindən aşkar edilmiş qara rəngli matiraolunmuş kimyəvi liflər rənginə və təbiətinə görə Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən 01 ədəd idman şalvarının tərkib liflərinə uyğun gəlirlər. Cinayət işinin materiallarında olan kompleks məhkəmə psixatrik və psixoloji eskpertizasının 07.05.2021-ci il tarixli, 1010 №-li rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə, yəni 18 may 2021-ci il tarixdə hər-hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs “emosional davamsız şəxsiyyət pozuntusu (kompensasiya vəziyyətində)” qeyd edilmişdir. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi (ruhi) xəstəlik qeyd olunmur. Hal-hazırda Təqsirləndirilən şəxs emosional davamsız şəxsiyyət pozuntusu (kompensasiya vəziyyəti) aşkar olunur. Təqsirləndirilən şəxs hər-hansı ruhi xəstəlik qeyd olunmur. Təqsirləndirilən şəxs qeyd olunan emosional davamsız şəxsiyyət pöozuntusunun konkret olaraq nə zaman formalaşmasım və onun dinamikasına təqdim olunmuş cinayət işi materiallarına əsasən müəyyən etmək mümkün deyil. Təqsirləndirilən şəxs hal-hazırda ona qeyd edilən emosional davamsız şəxsiyyət pozuntusunun kompensasiya vəziyyətində olduğundan hazırkı psixi vəziyyətinə görə onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs aşkar edilən emosional davamsız şəxsiyyət pozuntusu onu törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs iş üçün vacib olan halları düzgün qavrayıb təsvir etmək və onlar barəsində istintaqa düzgün ifadə verməkqabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədən zaman onda psixikanın pozulması baş verməmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz əməlinin faktiki xarakterini və ictimai təlükəliliyİni tam dərk etmək və həmin əməli idarə edə bilmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs psixi vəziyyətinə görə istintaq hərəkətlərinin aparılmasında iştirak edə bilər. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində ANLAQLİ hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci mədələrinin təsiri altına düşmür. Elçin Feyzəməd oğlu kobudluq, eqosentrizm, impulsivlik,emosional dayanıqsızlıq, emosional reaksiyalara meyillilik, qıcığa qarşı həssaslıq kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs fərdi-psixi xüsusiyyətləri nəzərə alınmaqla o, hadisədən az əvvəl və ya hadisə zamanı psixi-emosional vəziyyətində impulsivlik, hirslilik, qəzəb yaranmış, həmin halın yaranması onda müəyyən edilən “Emosional davamsız şəxsiyyət pozuntusu’’ ilə şərtləşmişdir. Emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs baş vermiş hadisə zamanı hərəkətlərinə təsir edə bilən fərdi-psixoloji (kobudluq, eqosentrizm, impulsivlik, emosional dayanıqsızlıq, emosional reaksiyalara meyillilik, qıcığa qarşı həssaslıq və s.) xüsusiyyətlərin olduğu müəyyən edilir. Cinayət işinin materiallarında olan məhkəmə tibbi-bioloji ekspertizasının 18.05.2021-ci il tarixli, 197/2021-MTBŞ №-li rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs ABO sistemi üzrə qan qrupu: A-/P/.(şəxsiyyət vəsiqəsinin ksero surətinə əsasən). Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu: A-/İİ/. Ekspertizaya təqdim edilən Təqsirləndirilən şəxs məxsus şalvar, kofta, Zərərçəkmiş şəxs məxsus kofta, şalvar, pijama şalvar, tursik, 01 ədəd mavi dəstəkli bıçaq, 06 ədəd plastmass çubuqlar və 03 ədəd əski parçaları üzərində insan qanı ləkələri aşkar olundu. Ləkələrdə qanın qrupu ABO sistemi üzrə təyin edildikdə A antigenİ və beta aqqlyutinini alındı. Bu qanləkələri ABO sistemiüzrə A-beta (İİ) qruplu şəxsə(lərə), o cümlədən Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs məxsus ola bilər. Ekspertizaya təqdim edilən 01 ədəd qara dəstəkli bıçaq üzərində qan aşkar olunmadı. Cinayət işinin materiallarında olan məhkəmə tibbi-bioloji ekspertizasının 10.06.2021-ci il tarixli, 369/2021-MTBŞ №-li rəyində göstərilmişdir ki, ekspertizaya təqdim edilən 01 ədəd bıçaq üzərində qan aşkar olunmadı. Cinayət işinin materiallarında olan məhkəmə tibbi-kriminalistik ekspertizasının 11.06.2021-ci il tarixli, 260-MTKŞ/2021 №-li rəyində göstərilmişdir ki,ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı turist bıçağıdır və soyuq silah hesab edilmir. Bıçağın üzərində sonradan təyinatının dəyişdirilməsi üçün heç bir əlavə və dəyişiklik edilməmişdir. Cinayət işinin materiallarında olan məhkəmə tibbi-kriminalistik ekspertizasının 10.06.2021- ci il tarixli, 177-MTKŞ/2021 №-li rəyində göstərilmişdir ki, ekspertizaya təqdim edilmiş mərhum Zərərçəkmiş şəxs məxsus köynəyin ön səthinin sağ nahiyəsində aşkar edilmiş bir ədəd deşilmiş-kəsilmiş və bir ədəd kənarİ zədə ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən, o cümlədən ekspertizaya təqdim edilmiş göy rəngli dəstəkli bıçağın tiyəsinin təsirindən və ya ona oxşar konstruktiv xüsusiyyətə malik digər bıçağm tiyəsinin təsirindən əmələ gəlməsi inkar olunmur. Köynəkdə aşkar edilmiş zədələrin digər qara rəngli dəstəkli bıçağm tiyəsinin təsirindən əmələ gəlməsi inkar olunur. Ekspertizaya təqdim edilmiş mərhum Zərərçəkmiş şəxs məxsus idman şalvar, alt şalvar və tuman üzərində əhəmiyət kəsb edən hər hansı bir zədə aşkar olunmadı. Ekspertizaya təqdim edilmiş mərhum Zərərçəkmiş şəxs məxsus köynəyin ön səthinin sağ nahiyəsində aşkar edilmiş bir ədəd deşilmiş-kəsilmiş zədə onun bədəninin döş qəfəsinin ön səthinin sağ yarısında olan iki ədəd deşilmiş-kəsilmiş yarasından yerləşməsinə görə yalnız biri ilə üst-üstə düşür, digər yara paltarda öz əksini tapmamışdır, bu da, paltarın yuxarı qalxması ilə izah oluna bilər. Mərhum Təqsirləndirilən şəxs məxsus köynəyin ön səthinin sağ aşağı nahiyəsində aşkar edilmiş bir ədəd kənari zədə onun bədəninin döş qəfəsinin sağ yarısının bir ədəd kəsilmiş yarası ilə yerləşməsinə görə üst-üstə düşürlər. Mərhum Təqsirləndirilən şəxs bədəninin sağ saidin üç ədəd deşilmiş-kəsilmiş yaraları onun paltarları (idman şalvar, alt şalvar və tuman) üzərində öz əksini tapmamışdır. Təqsirləndirilən şəxs bədəninin sol qulaq seyvanının bir ədəd səthi kəsilmiş yarası onun paltarları üzərində öz əksini tapmamışdır, bu da həmin nahiyənin paltarların örtülməməsi ilə izah oluna bilər. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus köynəyin ön səthinin sol nahiyəsində bir ədəd dəlib-keçən zədə aşkar olunudu. Bu zədə deşilmiş-kəsilmiş zədədir, ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən törənmişlər. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs cins şalvar üzərində əhəmiyət kəsb edən hər hansı bir zədə aşkar olunmadı. Ekspertizaya təqdim olunmuş 02 ədəd bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsini iş materialları və məhkəmədə dindirilmiş şahidlərin ifadələri ilə müqayisəli şəkildə təhlil edərək, toplanmış materialların məcmusuna qiymət verməklə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirsizliyinə dair ifadələrində göstərdikləri bütün xüsusatlar məhkəmə istintaqı zamanı mötəbər sübutlarla təsdiq olunmaqla, ibtidai araşdırma orqanı tərəfindən toplanmış sübutların məcmusu, onun ittiham olunan cinayət əməlində təqsirliliyini təsdiq etmək üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan vermir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətini müəyyən edən və cinayət törətmiş şəxsin cəzalandırılmasını nəzərdə tutan qanunlar yalnız bu Məcəlləyə daxil olunduqdan sonra tətbiq edilə bilər. Həmin məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin məcəllənin 7.1-ci maddəsinə əsasən yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində hec bir cinayət tərkibi yoxdur. Aparılmış məhkəmə istintaqının nəticələrinə əsasən məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın və həyata keçirilmiş ibtidai araşdırmanın əsasını cinayət prosesini həyata keçirən istintaq orqanın subyektiv mülahizələri təşkil etmişdir. Hadisəni birbaşa görən yeganə şahid olan Şahid1 ifadəsində bildirmişdir ki, mərhum Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsə qəfildən etdiyi hucumla Təqsirləndirilən şəxs bir neçə bıçaqla xəsarət yetirmişdir və Elçin də aldığı xəsarətlər və mərhumun dayanmadan bıçaqla onu vurduğunu görüb, Elçin masanın üstündə olan bıçağı götürüb onu bıçaqla vurmuşdur. Eyni zamanda Elçin də ifadəsində ölməsindən ehtiyyat edərək onu özündən aralamaq məqsədi ilə masadan bıçaığı götürüb qardaşı Etibarı vurmuşdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə görə cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.3-cü maddəsinin tələblərinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsi ilə cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifələrindən biri kimi müəyyən olunmuşdur. Həmin Məcəllənin 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Həmin məcəllənin 349.1-ci maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin məcəllənin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli, 5 №-li qərarında qeyd edilir ki, hər bir şübhə obyektiv olaraq şübhə edilən şəxslə güman edilən cinayət hadisəsi arasında əlaqə fakt və məlumatlarla təsdiq olunduqda əsaslı hesab oluna bilər. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 28.5-ci maddəsində təsbit edilmiş cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 36.1-ci maddəsinə görə zəruri müdafiə vəziyyətində, yəni özünü müdafiə edənin və ya başqa şəxsin həyatını, sağlamlığını və hüquqlarını, dövlətin və cəmiyyətin mənafelərini qəsd edənə zərər vurmaq yolu ilə ictimai təhlükəli qəsddən qoruyarkən törədilmiş hərəkət, zəruri müdafiə həddini aşmamışdırsa, cinayət sayılmır. İbtidai istintaq Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda güya Zərərçəkmiş şəxs qəsdən vuraraq onun öldürməsinə qənaətinə gəlsə də, məhkəmə prosessual qanunvericiliyinin yuxarıda qeyd olunan müddəlarını rəhbər tutmaqla bunu əsaslı saymır və zəruri müdafiə qəsdin qarşısını alınmamasının fəal forması kimi təkçə hücum edənin təhlükəli hərəkətlərini neytrallaşdırmağı deyil, eyni zamanda qəsd edənə əks hücumu nəzərdə tutduğundan hesab edir ki, Təqsirləndirilən şəxs zəruri müdafiə həddində qeyriixtiyari, özünün ölümünü qarşısını almaq məqsədi ilə ona edilmiş qəsdlə müqayisədə açıq uyğun olaraq, onda gərgin psixi vəziyyət yarandığından və dərin həyəcanda olduğundan, həqiqi və real təhlükəli qəsdən mühafizə olunmaq üçün öz sübyektiv hüququnda istifadə edərək, qəsdin xarakterini və təhlükəlilik dərəcəsini aşmamaqla qardaşını bıçaqla vurmuşdur və nəticədə sonuncu ölmüşdür. Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 dekabr 2002-ci il il tarixli, 3 №-li qərarında qeyd edilir ki, qəsdən adam öldürmə cinayətlərinin ictimai-təhlükəlilik dərəcəsi nəzərə alınaraq məhkəmələrin diqqəti törədilmiş cinayət hadisəsinin hərtərəfli, tam və obyektiv araşdırılması zəruriliyinə cəlb edilsin. İşin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün hallar,yəni təqsirin xarakteri,dərəcəsi, təqsirləndirilən və zərərçəkmiş şəxslərin hadisədən əvvəlki münasibətləri, cinayətin məqsədi,motivi,törədilmə üsulu, təqsirləndirilən şəxsin hadisədən əvvəl, hadisə vaxtı və hadisəni törətdikdən sonrakı davranışı, təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə kömək edən digər hallar hərtərəfli araşdırılmalıdır. Qəsdən adam öldürməyə görə cəza təyin edilərkən cinayətin baş verməsinin bütün halları, qəsdin növü, motivi və məqsədi, üsulu, edilmə mərhələsi və şəraiti, həmçinin təqsirkarın şəxsiyyəti, törətdiyi əmələ münasibəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Eyni zamanda zərərçəkmişin şəxsiyyətinə aid məlumatlar, onun təqsirkarla qarşılıqlı münasibəti, həmçinin hadisəyə qədərki davranışı təhqiq olunmalıdır. Məhkəmə hazırki cinayət hadisəsinin hərtərəfli, tam və obyektiv tədqiq edərkən hesab edir ki, Təqsirləndirilən şəxs niyyəti qardaşı Etibarı öldürmək olsaydı, ona özünü sonuncunun bıçaqla vurduğu xəsarətlərdən müdafiə edilməsi məqsədi ilə təsadüfən hadisə yerinin yanında olan masanın üstündə olan gözünə sataşan bıçağı götürüb vurduğu zərbədən mərhumun kənara çəkildiyi görüb, ona yaxınlaşıb təkrar olaraq zərbələr vuraraq öz niyyətini başa çatdıra bilsə də, bunu etməmiş, əksinə olaraq tez bu barədə evdəkilərə məlumat verərək, hadisə yerinə tibbi yardım çağırılmasını israr etmişdir. Məhkəmə hesab edir ki, cinayətin obyektiv cəhətini xarakterizə edən qəsdən adam öldürmə cinayəti, maddi tərkibli olduğundan, hazırki cinayət əməlində məsuliyyətin həllində hərəkətlə, içtimai təhlükəli nəticə arasında səbəbli əlaqə yoxdur və buna görə də, hərəkətlə nəticə arasında səbəbli əlaqə olmadığından, məsuliyyət yaranmır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin tələbinə görə, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 6cı maddəsinə əsasən ədalətli məhkəmə araşdırması hüququ hər bir şəxsin prosessual hüququdur. Həmin hüquq o halda pozulmuş olur ki, məhkəmələr tərəfindən prosessual qaydalar pozulmuş olsun. (X1rşı iş üzrə 03 dekabr 1997-ci il tarixli Komissiyanın Qərarı) “Vera Fernandez-Huidobro İspaniyaya qarşı” iş üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 06 yanvar 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, qərəzsizlik tələbi “məhkəmə” mahiyyətindən irəli gələrək, öz mühakimə funksiyası baxımından səciyyələndirilməli, hüquq normaları əsasında və prosessual qaydalara uyğun olaraq öz səlahiyyətinə aid məsələləri həll etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair" 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə hətta istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə işə baxdıqdan sonra, öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı, həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli, cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli, cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli, şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 42.2.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan aldıran hallar mövcud olduqda bəraət hökmü çıxarılır. Həmin məcəllənin 138.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Həmin məcəllənin 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Beləliklə də, məhkəmə yuxarıda təsvir olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə ittiham olunmasına dair əməlində cinayət tərkibi olmadığından Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə bəraət verilməli və iş üzrə onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 350, 352, 353, 356, 357 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə əməlində cinayət tərkibi olmadığına görə ona bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və dərhal məhkəmə iclas zalından azad edilsin. Tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası Təqsirləndirilən şəxs izah edilsin. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Bakı Ağır Cinayətlər məhkəməsinin hakimləri: Samir Əliyev (sədrlik edən) Cavid Hüseynov Eldar İsmayılov
Məhkəmə qərarları › İş №1(101)-1369/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1369/2021
08.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver