Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1369/2022 07.09.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə Məhkəmə iclas katibi: X4 və Hüseynova Aytac Faiq qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi: “Pro Bono” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1991-ci ildə Astara rayonu, Ərçivan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 faktiki yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə 22 noyabr 2021-ci il tarixdə Sumqayıt şəhəri Saray qəsəbəsi ərazisində şəxsiyyəti istintaqa Səxavət adlı İlə məlum olan şəxsdən 75 manat pul müqabilində külli miqdarda ümumi təmiz çəkisi 3.202 qram narkotik vasitə heroini qanunsuz olaraq əldə edib, daşıyaraq ünvan 2 yerləşən yataqxananın 16 nömrəli otağına daşıyaraq həmin narkotik vasitəni bölüb bir hissəsini üzərində, qalan hissəsində evdə saxlamış, 24 noyabr 2021-ci il tarixdə saat 01:10 radələrində ünvan 3 ünvanında həmin narkotik vasitə heroinin 0,288 qram hissəsini 50 manat pul müqabilində tanışı Şahid4 satmış, 24 noyabr 2021-ci il tarixdə saat 02:15 radələrində Bakı şəhəri, Nizami RPİ-nin PPXB-nin əməkdaşları tərəfindən, ünvan 3 ünvanında o, Şahid4lə birlikdə şübhəli şəxs qismində saxlanılaraq ünvan 4 ünvanında yerləşən Nizami RPİ-nin 25-ci PŞ-nə gətirilmiş, orada xidməti otaqların birində üzərinə şəxsi axtarış keçirilərkən, onun əynində olan tünd boz rəngli şalvarın sağ cibindən 01 ədəd şəffaf sellofana bükülmüş təmiz çəkisi 2,507 qram qəhvəyi rəngli maddə kütləsi, kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüş, Şahid4 üzərinə şəxsi axtarış keçirilərkən, onun əynində olan qara rəngli şalvarın sağ cibindən 01 ədəd şəffaf sellofana bükülmüş təmiz çəkisi 0,288 qram qəhvəyi rəngli maddə kütləsi, kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüş, bundan sonra onunla qeyri rəsmi ər arvad münasibətində olan Şahid7 Zahid qızının 29 noyabr 2021-ci il tarixdə verdiyi məlumat əsasında həmin tarixdə saat 19:20 radələrində yaşadığı ünvan 6 ünvanında olan yataqxananın 16 nömrəli otağına baxış zamanı otağın sol tərəfində yerləşən dolabın qarşısında xalçanın alt hissəsinə qoyulmuş, ona məxsus olan 01 ədəd bükümdə təmiz çəkisi 0,407 qram, kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o narkotik vasitə satmamış, az müddət imiş ki, narkotik vasitədən istifadə etməyə başlamışdır. Gecə saat 2-də tanışı Şahid4 ona zəng edib, ağrılarının olduğunu bildirərək onda narkotik vasitə olub-olmadığını soruşduqda, o ona narkotik vasitə olduğunu bildirmişdir. 24 saat açıq olan Gloria Marketinin arxasında görüşmüşlər. Orada Cavidə balaca kağız bükümdə olan narkotik vasitəni vermişdir. Cavidə narkotik vasitə satmamış və ittiham aktında göstərilən miqdarda Cavidə narkotik vasitə verməmişdir. Cavidə narkotik vasitəni verdikdən sonra onunla bir az söhbət etmişdir. Bu vaxt Post Patrul Xidmətinin avtomobili onlara yaxınlaşaraq saxlamışdır. Avtomobildən düşən polis əməkdaşları yaxınlaşaraq üzərlərində olanları çıxarmaqlarını istəmişlər. Saxlanılarkən idman şalvarının diz hissəsində balaca cib var imiş və onun içərisində 1 ədəd balaca kağız büküm var imiş. Cavidin üzərində əlavə nə olduğunu bilmir. Onları 25-ci Polis bölməsinə aparmışlar. Orada əməliyyatçı sellofan paket vasitəsilə yeni bir büküm hazırlayaraq ona təqdim etmişdir və ona təzyiq göstərərək həmin bükümün guya onun olduğunu boynuna almağını və bu təqdirdə hər şeyin yaxşı olacağını bildirmişdir. O da məcburiyyət qarşısında qalıb, yüklədikləri narkotik vasitələrin onun olduğunu bildirmişdir. Sonra yaşadığı ünvanda baxış keçirmişlər və narkotik vasitə aşkar edilmişdir, evdə aşkar edilən narkotik vasitə ilə Cavidə verdiyi narkotik vasitə eyni imiş, aşkar edilmiş narkotik vasitə onun olmuşdur. Cavidə 2-3 dəfə pulsuz olaraq narkotik vasitə vermişdir, amma satmamışdır, ağrının nə olduğunu yaxşı bildiyi üçün öz istifadəsi üçün nəzərdə tutduğu narkotik vasitədən kəsib Cavidə vermişdir. Əməlindən peşmandır. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, o Bakı şəhəri Nizami rayon Polis İdarəsinin Cinayət-axtarış Şöbəsinin kiçik inspektoru vəzifəsində işləyir. 29 noyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs həyat yoldaşı Şahid7 Nizami rayon Polis İdarəsinə müraciət edərək, Təqsirləndirilən şəxs ilə birlikdə yaşadığı ünvan 7 ünvanında yerləşən yataqxananın 16 saylı otağında Təqsirləndirilən şəxs məxsus narkotik vasitə olduğunu və həmin narkotik vasitəni təqdim etmək istədiyini bildirmişdir. 29 noyabr 2022-ci il tarixdə həmin yataqxananın nəzarətçisi X8 rayon Polis İdarəsinin İstintaq şöbəsinə ərizə ilə müraciət edərək, Təqsirləndirilən şəxs və Şahid7 birgə yaşamış olduqları ünvan 7 ünvanında yerləşən yataqxanının 16 saylı otağına polis əməkdaşları tərəfindən baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirmişdir. Həmin tarixdə, yəni 29 noyabr 2022-ci il tarixdə saat 19:20-dən etibarən həmin ünvanda baxış keçirməyə başlamışlar. Şahid7 otağa daxil olduqda sol kənarda olan şkafın qarşısında xalçanın altında siqaretin iç kağızına bükülmüş 01 ədəd bükümü təqdim etmişdir. Şahid7 təqdim etdiyi büküm açıldıqda kağızın içərisində heroinə bənzər kütlə aşkar edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 Şahid6 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Rəşadla məhəllədə tanış olmuşdur. Rəşad 23 noyabr 2021-ci İl tarixdə saat 22-23 radələrində ona zəng edərək, onda narkotik vasitə heroin olduğunu, istəsə ona xəbər etməyini bildirmişdir. Təxminən 1 saat sonra o Rəşada zəng etmişdir ki, 50 manata nə verə bilər. O, isə «Narahat olma yaxşı olacaq» demişdir. 24 noyabr 2021-ci il tarixdə saat 00:10 radələrində məhəllədə Rəşadla görüşüb, 50 manatı ona vermişdir və Rəşad bir büküm kakos heroini ona vermişdir. Lakin o bükümə baxmamışdır. Kiminsə görməsindən qorxub tez cibinə qoyub evə getmişdir. Evdə bükümü açıb görmüşdür ki, ona az miqdarda narkotik vasitə verilmişdir. O Rəşadın ***-***-**-** nömrəsinə zəng etmiş, lakin əlaqə saxlaya bilməmişdir. O, telefonunu söndürmüşdür. Onun nömrəsinə sms yazıb ona az miqdarda narkotik verdiyi üçün iradını bildirmişdir, sonra Rəşad ona zəng etmiş və onlar görüşmək qərarına gəlmişlər. O Rəşadın ona verdiyi bükümü əlində tutaraq məhəlləyə düşmüşdür, Rəşadla söhbət edib ona narazılığını bildirdikdə, Post Patrul Xidmətinin əməkdaşları məhləyə girmişlər. Bu vaxt polis əməkdaşları tərəfindən saxlanılmışlar. Hazırda barəsində də cinayət işi var və məhkəmə tərəfindən baxılır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, Rəşadla əvvəllər birgə yaşamışlar. Rəşad ilə 2020-ci ilin fevral ayında tanış olmuşlar. Həmin vaxtlar Rəşad narkotik vasitədən istifadə edirmiş, lakin sonradan o, Rəşadı müalicə etdirmiş və Rəşad narkotiki tərgitmişdir. Lakin 2021-ci ilin yay aylarından yenidən narkotik vasitə istifadə etməyə başlamışdır. O, Rəşada müalicə almalı olduğunu bildirmişdir, rəsmi evli olmasalar da, imam nikahı ilə birlikdə yaşayırmışlar. Rəşada narkotik vasitəni Səxavət adlı, “Saxı“ ləqəbli şəxs və Əhməd adlı şəxs gətirib vermişdir. Onlar yaşadıqları yataqxanada olan şəxslərin hamısına satırmışlar. Rəşada da gətirib onlar vermişlər. Yataqxanada olan 16 nömrəli otaq Rəşada məxsus olmuşdur. Rəşadın evdə narkotik vasitəsi var imiş, o həmin narkotik vasitəni polis əməkdaşlarına təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o Bakı şəhəri Nizami rayon Polis İdarəsinin Post Patrul Xidmətinin polis nəfəri işləyir. 24 noyabr 2021-ci il tarixdə saat 02:15 radələrində o da digər əməkdaş Şahid1lə təhkim olunduqları ərazidə xidmət apararkən, ünvan 3 ünvanında şübhəli hərəkətləri ilə diqqəti çəkən şəxslər, yəni anket məlumatları sonra onlara məlum olan Şahid4 və Təqsirləndirilən şəxs tərəflərindən saxlanılmışdır. Bu zaman özlərini onlara təqdim etmişlər və Şahid4 və Təqsirləndirilən şəxs üzərlərində şəxsiyyətlərini təsdiq edən sənədlərininin olub-olmadığını soruşmuşlar. Təqsirləndirilən şəxs və Şahid4 üzərlərində şəxsiyyətini təsdiq edən sənəd olmadığını, həmçinin özlərini şübhəli apardığına və zahiri əlamətlərinə görə narkotik vasitələrindən istifadə olunmasından şübhəli olduqlarından onları ərazi aidiyyətinə görə Nizami rayon Polis İdarəsinin 25-ci Polis şöbəsinə dəvət etmişlər. Şahid4 və Təqsirləndirilən şəxs könüllü olaraq onlarla birlikdə Nizami rayon Polis İdarəsinin 25-cü Polis şöbəsinə getmişlər, onları bölməyə təhvil vermişlər. Orada Təqsirləndirilən şəxs üzərinə təhqiqatçı tərəfindən şəxsi axtarış keçirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iş üzrə sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli olması sübuta yetirilir və onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olmaması və eyni zamanda narkotik vasitənin satmamasına dair verdiyi ifadəsi ilə məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslərin biri birinə, habelə işin faktiki hallarına uyğun olan ifadələri ilə, eyni zamanda iş materiallarında olan sübutlarla təkzib olunduğundan, məhkəmə təqsirləndirilən şəxsin ifadəsinə tənqidi yanaşaraq, inandırıcı saymır və onun ifadəsini özünü müdafiə edilməsi kimi qiymətləndirir. Cinayət işində olan 24 noyabr 2021-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan 24 noyabr 2021-ci il tarixli “şəxsi axtarış və götürmə haqqında” protokoldan görünür ki, təqsirləndirilən şəxs Şahid4 qərarla tanış edildikdən sonra paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edildi. Bu təklifdən sonra Şahid4 əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş, qəhvəyirəngli, tozşəkilli, narkotik vasitə olan heroin kimi tanıdığı maddəni çıxardıb təqdim edərək, həmin maddənin narkotik vasitə olduğunu və narkotik vasitəni onunla birlikdə saxlanılan Rəşad adlı tanışından 50 (əlli) manat müqabilində aldığını və şəxsi istifadəsi məqsədi ilə üzərində saxlayıb gəzdirdiyini bildirdi. Aşkar olunmuş 01 ədəd şəffaf sellofana bükülmüş, qəhvəyi rəngli, tozşəkilli, narkotik vasitəyə oxşar maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan tərəfimdən 1 ədəd kağız zərfdə qablaşdırılıb, Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin «Zərflər üçün» 165 saylı möhürü ilə möhürlənərək götürüldü. Şəxsi axtarış zamanı Şahid4 üzərindən hər-hansı cinayət əhəmiyyəti kəsb edəcək maddə və ya əşya aşkar edilməmişdir. Cinayət işində olan 24 noyabr 2021-ci il tarixli “şəxsi axtarış və götürmə haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs qərarla tanış edildikdən sonra paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli idman şalvarının sağ yan cibindən içərsində bir ədəd şəffaf sellofan bükümündə narkotik vasitə heroinə oxşar maddəni çıxardıb təqdim edərək, həmin narkotik maddəni tanımadığı İran Respublikasının vətəndaşının hesabına 40 manat ödəməklə, Nizami rayonu, metronun «Koroğlu» stansiyası yaxınlığında körpünün altından götürdüyünü, şəxsi istifadəsi məqsədi ilə üzərində saxlayıb gəzdirdiyini bildirdi. Aşkar olunmuş bir ədəd şəffaf sellofan bükümündə olan narkotik vasitə heroinə oxşar maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan tərəfimdən bir ədəd kağız zərfdə qablaşdırılıb. Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin «Zərflər üçün» 165 saylı möhürü ilə möhürlənərək götürüldü. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilmədi. Cinayət işində olan 29 noyabr 2021-ci il tarixli “baxış və götürmə haqqında” protokoldan görünür ki, Şahid7 evdə olan narkotik vasitənin götürülməsi üçün könüllü olaraq evdə olan narkotik vasitənin yerini göstərilməsi təklif edildi. Şahid7 Nizami rayonu X10 Balakişiyev ev 25-də yerləşən yataqxananın 2-ci mərtəbəsində onun deməsinə görə 16 nömrəli olan otaqda daxil olduqda sol kənarda olan şkafın qarşısında xalçanın altında siqaretin iç kağızna bükülmüş olan 1 ədəd büküm təqdim etdi. Bükümü açdıqda kağızın içərisində qəhvəyi rəngli spesifik qoxulku heroinə bənzər kütlə aşkar edildi. Şahid7 hənin kütlənin “kakos” olmasını və həyat yoldaşı Təqsirləndirilən şəxs özünün istifadə etməsi üçün Səxavət adlı şəxsdən tutulmamışdan bir gün əvvəl 150 manata almasını bildirmişdir.Həmin kütlələr götürülüb, zərfdə qablaşdırılıb, ağızları möhürləndi və iştirakçılar tərəfindən imzalanmışdır. Cinayət işində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 25 noyabr 2021-ci il tarixli 6/5219 nömrəli ekspert rəyindən görünür ki, təqsirləndirilən şəxs Şahid4 satış məqsədi olmadan əldə etdiyi və ondan aşkar olunan bir ədəd bükümdə təmiz çəkisi 0,288 qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroinin ümumi təmiz çəkisi 0,288 qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq 0,238 qram. (ekspertiza tədqiqatın dəyəri 114 (yüz on dörd) manat) Cinayət işində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 25 noyabr 2021-ci il tarixli 6/5220 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə əldə etdiyi və ondan aşkar olunan bir ədəd bükümdə təmiz çəkisi 2,507 qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroinin ümumi təmiz çəkisi 2,507 qram, tədqiqata sərf edildi 0,01 qram, qalıq 0 2,407 qram. (ekspertiza tədqiqatın dəyəri 114 (yüz on dörd) manat) Cinayət işində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 08 dekabr 2021-ci il tarixli 6/5319 nömrəli ekspert rəyindən görünür ki, təhqiqata təqdim edilmiş, üzərində Azərbaycan Respublikası DİN-nin zərflər üçün N162 dairəvi möhür əksi və X1 olaraq təqdim etdiyi ... “ yazısı və imzalar olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,407 qram qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Təhqiqata təqdim edilmiş üzərində AR ƏN MEM-nİn “ təhqiqat obyekti nömrə 59” ştamp əksi olan paketlərdəki vətəndaş Şahid4 üzərindən aşkar edilmiş narkotik vasitə heroin və Təqsirləndirilən şəxs oğlıundan götürülmüş heroin kimyavi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər. X1 olaraq təqdim etdiyi heroin vətəndaş Şahid4 və Təqsirləndirilən şəxs götürülmüş heroinlərlə kimyəvi tərkib əlamətləri və xarici əlamətlərinə görə fərqlidir. Heroinin ümumi təmiz çəkisi 0,238 qram, tədqiqata sərf edildi 0,02 qram, qalıq 0,218 qram heroin, heroinin ümumi təmiz çəkisi 2,407 qram, tədqiqata sərf edildi 0,02 qram, qalıq 2,387 qram, heroinin ümumi təmiz çəkisi 0,407 qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq 0,357 qram. (ekspertiza tədqiqatın dəyəri 114 (yüz on dörd) manat) Cinayət işində olan xx.xx.2021-ci il tarixli “CD diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, təhqiqatçısı Sadiq Həsənov tərəfindən şübhəli şəxs qismində 25cü PB-nə gətirilmiş Şahid4 heç bir etiraz bildirmədən könüllü olaraq qara rəngli şalvarının sağ yan cibindən şəffaf rəngli paketin içində olan bir bükümdə kustar üsulla hazırlanmış ümumi xalis çəkisi 0.288 qram qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin təqdim edərək Nizami rayonu “Gloriya” marketin arxasında Təqsirləndirilən şəxs 50 manata aladığını bildirdi. Cinayət işində olan xx.xx.2022-ci il tarixli CD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ku, Təqsirləndirilən şəxs üzərinə şəxsi və axtarış aparılarkən sonuncya üzərində, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli idman şalvarının sağ yan cibindən içərsində bir ədəd şəffaf sellofan bükümündə narkotik vasitə heroinə oxşar maddəni çıxardıb təqdim edərək, həmin narkotik maddəni tanımadığı İran Respublikasının vətəndaşının hesabına 40 manat ödəməklə Nizami rayonu, metronun «Koroğlu» stansiyası yaxınlığında körpünün altından götürdüyünü, şəxsi istifadəsi məqsədi ilə üzərində saxlayıb gəzdirdiyini bildirdi. Aşkar olunmuş bir ədəd şəffaf sellofan bükümündə olan narkotik vasitə heroinə oxşar maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan tərəfimdən bir ədəd kağız zərfdə qablaşdırılıb. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 165 saylı möhürü ilə möhürlənərək götürüldü. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Cinayət işində olan "xxxx" MMC-dən xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Nizami RPİnin istintaq şöbəsinə daxil olmuş məktuba qoşma olaraq əlavə edilmiş 01 ədəd «CD» diskən müəyyən olunur ki, +**********95 saylı nömrədən **********87 nömrəyə «Daş var heç olmuya?», «2 dene yari ayrl ayri ama cekisi duz olsun bawva donerem», «Cox saqol ay resad ama mene duwmurdu bu mene sen ol vurdun yenede p», «Sabah menim ya pulumu yada amanatimi qaytar yoxsa berk purablem olacaq aramizda men ozum onu bunu loxlayiram onsuzda bir gun tez bir gun gec rasdawacuq m» «SMS..+**********95 saylı nömrədən +**********06 «Heci 20 manat pulum qalib yarı ver 5 diyde pati xecaletinnen cixaram söz verirem», «Qardawim gelim qloriyanin yanına ora gelirem onsuz gozduyum orda», «Demeki tema goturubde mencun deki 5 manat isdemiwdi borç verirem rewad qaytaracaq mene denen» yazımalarının aparılması müəyyən oludu. xx-xx- 2021-cü il tarixdə saat: 01:27:54 1.1.**********04 mobil nömrədən **********87 mobil nömrəyə sms yazılmışdır ki: “Cox saqol ay resad ama mene duwmurdu bu mene sen ol vurdun yenede pox temani soxdun mene iksi bir yerde temiz bir dor yairm hele salafandi”, xx-xx-2021 -cü il tarixdə saat: 01:51:34 **********04 mobil nömrədən **********87 mobil nömrəyə sms yazılmışdır ki: “Sabah menim ya pulumu yada amanatımi qaytar yoxsa berk purablem olacaq aramizda men ozum onu bunu loxlayiram onsuzda bir gun tez bir gun gec rasdawacuq m en senin bir kelmene durdum geldim ordan bura” Cinayət işi materiallarından müəyyən olunur ki, Şahid4 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır. Cinayət işində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X9 Şəxsinin 10 dekabr 2021-ci il tarixli 5022 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs opoidlərin və psixotrop maddə olan metamfetamindən birgə qəbul edilməsi nəticəsində asililiq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. narkomaniyadan məcburi müalicəyə ehtiyaci vardir, ərazi narkoloji dispanserində qeydiyyata alinmasi məsləhət görülür. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyini halları nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu nəzərə alıb barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə əlaqədar cəzanın seçilməsini və cəzasını tutulduğu vaxtdan, yəni 24 noyabr 2021-ci il tarixdən hesablanmaqla, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasının cəzanı yüngülləşdirən hal kimi nəzərə alır, cəzasını ağırlaşdıran hallar müəyyən etməmişdir. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Nizami rayon Polis İdarəsində saxlanılan barəsində cinayət təqibi aparılan digər təqsirləndirilən şəxs Şahid4 aid olan qalıq 0,218 qram heroin onun barəsində cinayət işinə baxılıb qurtardıqdan sonra hüquqi qiymət veriləcəyi nəzərə alınmalı, Təqsirləndirilən şəxs aid olan qalıq 2,387 qram heroin və qalıq 0,357 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1.1-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, Təqsirləndirilən şəxs aid olan ekspertiza xərci təşkil edən 228 (iki yüz iyirmi səkkiz) manat ondan alınıb dövlət büdcəsinə verilməli və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, Təqsirləndirilən şəxs üzərində baxış keçirilməsini, mənzilə baxış keçirilməsi əks etdirən və "xxxx" MMC-dən alınmış ümumilikdə 03 ədəd “CD” formatlı disk cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197 və 198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib, 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 24 noyabr 2021-ci tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 228 (iki yüz iyirmi səkkiz) manat alınaraq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut olan və Nizami rayon Polis İdarəsində saxlanılan barəsində cinayət təqibi aparılan digər təqsirləndirilən şəxs Şahid4 aid olan qalıq 0,218 qram heroin, onun barəsində cinayət işinə baxılıb qurtardıqdan sonra hüquqi qiymət veriləcəyi nəzərə alınsın, Təqsirləndirilən şəxs aid olan qalıq 2,387 qram heroin və qalıq 0,357 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs üzərində baxış keçirilməsini, mənzilə baxış keçirilməsini əks etdirən və "xxxx" MMC-dən alınmış ümumilikdə 03 ədəd “CD” formatlı disk cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən 20 gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Bakı Ağır Cinayətlər məhkəməsinin hakimləri: Samir Əliyev (sədrlik edən) Cavid Hüseynov Eldar İsmayılov
Məhkəmə qərarları › İş №1(101)-1369/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1369/2022
07.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver