Məhkəmə qərarları › İş №1(101)-137/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-137/2021

09.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-137/2021 09.03.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Paşayev Azər İslah oğlunun sədrliyi ilə, hakimlər Quliyev Əhməd Qəhrəman oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, məhkəmə iclasının katibləri X8 və X3, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarənin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 iştirakı ilə xx xxxx 1982-ci ildə Quba şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, xx xxxxxx 2014-cü il tarixdən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü olmaqla Bakı şəhəri 13 saylı Hüquq məsləhətxanasının, 2019-cu ilin avqust ayından isə 13 saylı Vəkil Bürosunun vəkili vəzifəsində işləmiş, hazırda fəaliyyəti dayandırılmış, Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov küçəsi ev 4B, mənzil 21-də qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 32.4,312.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs xx xxxxxx 2014-cü il tarixdən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü olmaqla Bakı şəhəri 13 saylı Hüquq məsləhətxanasının, 2019cu ilin avqust ayından xx xxxxxx 2020-ci il tarixədək isə 13 saylı Vəkil Bürosunun vəkili vəzifəsində işləyərkən qulluq mövqeyindən istifadə edərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxx 2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 12.1, 218.2, 12.3, 214.2.1 və 12.3, 214.2.3-cü maddələri ilə təqsirli bilinərək 11 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli hökmü ilə təmin edilməklə barəsində təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 14 ilə artırılmış Şahid2 həmin hökmdən kassasiya şikayətinin verilməsi üçün buraxdığı müddətin bərpa edilməsi və apellyasiya protestinin təmin edilməsi ilə bağlı apellyasiya instansiyası məhkəməsinin həmin hökmünün ləğv olunaraq ona verilmiş 14 il müddətə azadlıqdan məhrum etmə cəzasının müddətinin Azərbaycan Respublikası Ali Məhkəməsində 8 ilə endirilməsinə dair Şahid2 qohumu olan özünün tanışı Şahid1 2018-ci ilin mart ayında özünə müraciəti ilə əlaqədar, sonuncuya əvvəllər özünün uzun müddət Ali Məhkəmədə müxtəlif vəzifələrdə işləməklə geniş əlaqələrə malik olmasını, həmçinin həmin orqanda yaxın qohumlarının işləməsini, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən ibtidai istintaqı aparılan cinayət işləri üzrə bir vəkil kimi özünün böyük təcrübəsi olduğunu, həmin münasibətdən istifadə edərək kassasiya şikayətinə baxacaq Azərbaycan Respublikası Ali Məhkəməsinin hakiminə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid2 xeyrinə edəcəyi hərəkətə, yəni sonuncu barəsində təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddətinin 8 ilə endirilməsinə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 43.000 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruriliyini Şahid1 yalandan bildirib aldadaraq onunla razılaşmaqla sövdələşib, həmin adla 2018-ci ilin mart ayının sonlarında Bakı şəhəri, Zərgərpalan küçəsində yerləşən «Azəristiliktəchizat» idarəsinin 150 saylı İstilik məntəqəsinin qarşısındakı un məmulatları bişirilən sexin yanında Şahid1 ilə görüşüb ondan sonuncuya məxsus 25.000 manat məbləğində pul vəsaitini alıb, qalan məbləğin isə aprel ayının sonlarına kimi çatdırılmasının zəruri olmasını və aldığı pul vəsaitini qeyd edilən işə baxan hakimə təqdim etmək üçün guya Ali Məhkəməyə gedəcəyini yalandan bildirib, eyni niyyətlə, 2018-ci ilin aprel ayının ortalarında Ali Məhkəmənin qarşısında Şahid1 ilə görüşüb sonuncunun idarə etdiyi «Toyota Prado» markalı, Az **-MJ-*** dövlət qeydiyyat nişanlı avtomaşında Şahid1 ona məxsus 18.000 manat məbləğində pul vəsaitini alıb, əldə etdiyi cəmi 43.000 manat məbləğində pul vəsaitini öz şəxsi məqsədlərinə sərf edərək qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şahid1 məxsus 43.000 manat məbləğində pul vəsaitini ələ keçirib ona vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, Şahid1 vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid2 xeyrinə edəcəyi hərəkətəgörə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə təhrik etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, qulluq mövqeyindən istifadə edərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə tanışı Şahid4 vasitəsilə tanıdığı Zərərçəkmiş şəxs1 1-ci qrup əlil olan tanışı X4 Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi ev 24, mənzil 38-lə bağlı Nizami rayon Mənzil Kommunal Təsərrüfatı Departamenti ilə mülki mübahisəsi ilə əlaqədar Ali Məhkəmənin Mülki Kollegiyasında baxılmaqla x xxx 2019-cu il tarixdə həmin mülki iş üzrə iddiası rədd edilmiş Emil Mirzəyevin xeyrinə yekun məhkəmə qərarının qəbul edilməsində köməklik göstərilməsinə dair Zərərçəkmiş şəxs1 2019-cu ilin iyun ayında özünə müraciəti ilə əlaqədar, sonuncuya özünün əvvəllər Azərbaycan Respublikası Ali Məhkəməsində işləməklə məhkəmələrdə geniş əlaqələrə malik olmasını, həmçinin uzun müddət vəkillik fəaliyyəti ilə məşğul olaraq həmin mülki iş üzrə sonuncu qərarı Ali Məhkəmənin Plenumunda ləğv etdirəcəyini, mülki işi baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərtdirəcəyini və həmin məhkəmədə işi Emil Mirzəyevin xeyrinə həll edəcəyini yalandan vəd edərək bunun müqabilində Zərərçəkmiş şəxs1 7.000 manat məbləğində pul vəsaitinin ona verilməsinin zəruri olmasını yalandan bildirib həmin adla ondan 2019-cu ilin iyul ayının əvvəlində Bakı şəhəri Xətai rayonu ərazisində yerləşən «Amay» ticarət mərkəzinin 4-cü mərtəbədə yerləşən özünün ofisində 2.000 manat, həmin ayın sonlarında isə 5.000 manat olmaqla cəmi 7.000 manat məbləğində pul vəsaitini alıb, Emil Mirzəyevlə özü arasında hüquqi yardım göstərilməsi haqqında xx.xx.2019-cu il tarixdə müqavilə bağlayıb, həmin tarixdə aldığı pul vəsaitindən 100 manatını vəkilə həvalə olunan işin haqqı üçün GSU №297807 saylı mədaxil qəbzi ilə VÖEN ********** vergi ödəyicisi kimi istifadəsində olan hesaba köçürüb, sonuncuya verdiyi vədlərə qəsdən əməl etməyib əldə etdiyi 6.900 manat pul vəsaitini öz şəxsi məqsədlərinə sərf edərək qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs1 məxsus 6.900 manat məbləğində pul vəsaitini ələ keçirib ona xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, qulluq mövqeyindən istifadə edərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə 2014-cü ildən tanıdığı Zərərçəkmiş şəxs2 əvvəllər şəxsi münasibətdə olduğu şəxsdən 60.000 ABŞ dolları məbləğində pul vəsaitinin tələb edilib alınmasında ona köməklik göstərilməsinə dair 2019-cu ilin oktyabr ayının əvvəllərində özünə müraciəti ilə əlaqədar, özünün uzun müddət vəkillik fəaliyyəti ilə məşğul olaraq geniş əlaqələrə malik olmasını və bu əlaqələri vasitəsilə həmin pulun geri qaytarılması üçün məhkəmədə iddia qaldıraraq sübutlar toplamaqla mülki işi onun xeyrinə həll edəcəyini yalandan vəd edərək həmin adla Zərərçəkmiş şəxs2 2019-cu ilin oktyabr ayının 4-də «Amay» ticarət mərkəzinin binasında 4-cü mərtəbədə yerləşən özünün ofisində 600 manat məbləğində pul vəsaitini alıb onunla həmin tarixdə hüquqi yardım göstərilməsi haqqında müqavilə bağlayıb, bundan sonra Zərərçəkmiş şəxs2 ilə telefon əlaqəsi saxlayıb onun şikayəti ilə bağlı yenə pul vəsaitinin ehtiyac olmasını yalandan bildirməsi ilə əlaqədar sonuncunun 2019-cu ilin oktyabr ayının ortalarında Türkiyənin İstanbul şəhərindən “AKBank” vasitəsilə özünün adına göndərmiş olduğu 2.000 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 3.400 manat məbləğində pul vəsaitini «xxxx» ASC-nin Bakı şəhəri Bülbül pospektində yerləşən filialında şəxsiyyət vəsiqəsini təqdim edərək şəxsən götürüb, sonuncuya verdiyi vədlərə qəsdən əməl etməyib əldə etdiyi 4.000 manat məbləğində pul vəsaitini öz şəxsi məqsədlərinə sərf edərək qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan suiistifadə etmə yolu ilə Zərərçəkmiş şəxs2 məxsus 4.000 manat məbləğində pul vəsaitini ələ keçirib təkrarən dələduzluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2 və 32.4, 312.1-ci maddələri ilə ona elan olunmuş ittihamlarda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2006-cı ilin iyun ayından 2011-ci ilin yanvar ayına kimi Azərbaycan Respublikasının Ali Məhkəməsində katib, məsləhətçi, böyük məsləhətçi vəzifələrində işləmişdir. 2011-ci ilin mart ayından 2014-cü ilin avqust ayına kimi «xxxx» ASC-nin katibliyinin rəisi, hüquq Departamentinin rəisi vəzifələrində, 2014-cü ilin avqust ayının 28-də Azərbaycan Respublikası Vəkillər Kollegiyasına üzv olmaqla 13 saylı hüquq məsləhətxanasına təhkim olunmuş, həmin məsləhətxana yaşayış yeri üzrə yerləşdiyinə görə orada vəkil kimi fəaliyyətə başlamışdır. 2019-cu ilin mart ayından fərdi qaydada fəaliyyət göstərmiş, həmin ilin avqust ayında yenidən 13 saylı Vəkil Bürosuna keçmişdir. Bakı şəhəri Xətai rayonu ərazisində yerləşən «Amay» ticarət mərkəzinin 4-cü mərtəbəsindəki ofisində hüquqlarının müdafiəsi üçün ona müraciət edən şəxsləri qəbul etmişdir. Öz fəaliyyətində Azərbaycan Respublikası «Vəkillər və vəkillik fəaliyyəti haqqında» Qanunu, Mülki-Prosessual, Cinayət- Prosessual və digər qanunları əsas tutaraq fəaliyyəti təhqiqat, istintaq və məhkəmə baxışı zamanı fiziki və hüquqi şəxslərin hüquqlarının müdafiəsi, apellasiya və kassasiya şikayətlərinin hazırlanması, məhkəmə instansiyalarında vətəndaşların hüquqlarının qorunması olmuşdur. Xətai rayon məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə keçmiş həyat yoldaşı Əkbərova Şölə Mürşüd qızı ilə aralarında olan nikah pozulmuşdur. 2006-cı il təvəllüdlü qızı Nuray və 2007-ci il təvəllüdlü oğlu Rəşid qətnaməyə əsasən anasının himayəsinə verilmişdir. Zərərçəkmiş şəxs1 ilə 2019-cu ilin iyun ayında tanış olmuş, onu «Amay» ticarət mərkəzində qonşu ofisdə işləyən ortaq tanışları Gülya xanım tanış etmişdir. Eşitdiyinə görə Gülya «Detektiv Lüks» qazetinin əməkdaşı olmuşdur. Zərərçəkmiş şəxs1 ona tanışı Emil Mirzəliyevin mülki işinin aparılması ilə bağlı müraciət etmiş və onunla razılaşaraq həmin işin aparılmasını öhdəsinə götürmüşdür. Həmin işə bütün məhkəmə instansiyalarında baxıldığından yalnız Ali məhkəmənin Plenumu və Konstitusiya Məhkəməsinə şikayət verilməsi hüququ qalmışdır. İşlə tanış olaraq ona işin başdan düz aparılmamasını, iddia tələbinin düz qoyulmamasını bildirmiş və bu işüzrə həm Plenuma şikayət, həm də yenidən hüquqi əsası dəyişməklə yeni iddia ilə məhkəməyə müraciət etmək lazım olduğunu söyləmişdir. İşin ümumi aparılması üçün 7.000 (yeddi min) manat məbləğə razılaşmışlar. x xxxx 2019-cu il tarixdə Zərərçəkmiş şəxs1 ilə hüquqi yardım göstərilməsi haqqında müqavilə bağladıqdan bir neçə gün sonra ondan ilkin olaraq 2.000 manat pulu ofisində almışdır. Həmin vaxt yanlarında heç kim olmamışdır. Pulu Ədalət özü tək gətirmişdir. Həmin pulla bağlı onunla aralarında hər hansı bir iltizam tərtib olunmamışdır. Həmin məbləğdən x xxxx 2019-cu il tarixdə məhsul iş və xidmət adı ilə 297807 nömrəli qəbzlə 100 manat məbləğində ödəniş rəsmiləşdirilmişdir. Həmin ərəfədə Emil Mirzəliyevin işi ilə Ədalətin təqdim etdiyi sənədlərlə, məhkəmə qərarları ilə tanış olmuş, iş üzrə Ali Məhkəmənin Plenumuna əlavə kassasiya şikayətinin, həmçinin birinci instansiya məhkəməsinə yeni iddia verilməsi ilə bağlı ərizələr hazırlamağa başlamışdır. Təxminən, iyul ayının sonlarına yaxın Ədalət ona əvvəlcədən razılaşdıqları kimi xidmət haqqı üçün qalan məbləğin 5.000 manatını gətirmişdir. Həmin pulu Ədalət ona ofisdə Gülya xanımın yanında vermişdir. Həmin vaxt Mülki iş üzrə Ali Məhkəmənin Plenumuna əlavə kassasiya şikayətinin verilmə müddəti hələ bitməmişdir. Plenumun vaxtı təxminən sentyabr-oktyabr ayına planlaşdırılmışdır. O, kassasiya şikayətini hazırlamış və həmin vaxtı gözləmişdir. Lakin Ədalət avqust ayının təxminən ortalarına yaxın həmin işin onun tərəfindən həll olunmasını istəmədiyini və verdiyi pulun geri qaytarılmasını xahiş etmişdir. O, da onun pulunu, yəni 7.000 manatı, 2019-cu ilin avqust ayında hissə-hissə özünə qaytarmışdır. Pul alınanda və veriləndə hər hansı bir sənədləşmə, iltizam tərtib olunmamışdır. O, həmçinin, ifadəsində ondan şikayət edən Zərərçəkmiş şəxs2 ilə 2014-cü ildən onunla birlikdə vəkilliyə imtahan verən vaxtdan tanış olduğunu, kurslarda bir yerdə olduqlarını, Dilarənin hansı vəkil bürosunda işləməsini dəqiq bilmədiyini göstərmişdir. Dilarə xanım ona təxminən 2019-cu ilin avqust ayının sonlarında Londondan zəng edərək bildirmişdir ki, o, boşandıqdan sonra təxminən 20 ildən artıq faktiki nikah münasibətində olduğu şəxs tərəfindən aldadılmış, həmin şəxs onun 60.000 ABŞ dollarını mənimsəmişdir. Həmin pulunu geri qaytarılması üçün ona köməklik göstərməyini xahiş etmişdir. Bir müddətdən sonra o, Bakıya qayıtmış və özünün ofisində onunla görüşmüşdür. Dilarə ona bildirmişdir ki, 20 ildən artıq şəxsi münasibətdə olduğu bir nəfərdən 2019-cu ilin mart ayında faktiki ayrılmışdır və həmin şəxs ondan 60.000 ABŞ dollardan çox pul almış və qaytarmamışdır. Həmin şəxs haqqında zəruri məlumatlara dair müvafiq qeydlərini götürmüş və Dilarəyə bu işin sırf mülki iş kimi sübutları yığıb məhkəməyə verilməsini söyləmişdir. Həmin gün onunla müqavilə bağlamış, Dilarə ona vəkil etibarnaməsi və 600 manat pul verərək, onun pulunu geri qaytara biləcəyi təqdirdə həmin məbləğin 15 faizini də ona verəcəyinə söz vermişdir. Dilarənin qızı Türkiyədə yaşadığından Dilarə də Türkiyəyə çıxıb getmişdir. O, gedəndən sonra oradan ona əlavə 2.000 ABŞ dolları məbləğində bank vasitəsilə pul göndərmişdir. Bundan sonra onun dediyi faktları yoxlamağa başlamış, Dilarənin dediyi həmin şəxslə telefon vasitəsilə əlaqə saxlamış, məsələ barədə ona məlumat vermiş, həmin şəxs qəti olaraq bildirmişdir ki, Dilarə yalan danışır, 20 ildən yuxarı onunla qeyri-rəsmi yaşadığı dövrdə həm ona, həm də onun qızına baxmış, maddi yardım etmişdir. Ondan ayrıldığına görə acıq çıxmaq üçün Dilarənin şikayət etmək istədiyini söyləmişdir. Dilarə iki ay ərzində iki dəfə Bakıya gəlib-qayıtmışdır. Onunla söhbət zamanı onun dediyi faktların təsdiqini tapmadığını Dilarəyə bildirmiş, əgər şahidi varsa, təqdim etməsini söyləmişdir. O, isə heç bir şahidi olmadığını bildirmiş, işin belə gedişatına görə onunla münasibəti pozulmuş və Dilarə ondan verdiyi pulu qaytarmağını tələb etmişdir. O, həmin pulu qısa müddətdə qaytaracağına söz versə də, onun pulunu qaytara bilməmişdir. O, daha sonra göstərmişdir ki, Şahid1 2018-ci ilin mart ayının sonlarında tanımışdır. Şahid3 adlı şəxs ona zəng vurub oğlunun cinayət işi ilə bağlı onunla görüşmək istədiyini bildirmişdir. Özünün ofisində Şahid3 və kürəkəni Şahid1la görüşmüşdür. Onlar onunla iki məsələ ilə bağlı danışıq aparmışlar. Demələrinə görə, Şahid2 2013-cü ildə Suriya Ərəb Respublikasında gedən müharibədə iştirak etdiyi üçün 2015-ci ilin oktyabr ayında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanımış və istintaqa cəlb edilmişdir. Aparılan istintaqdan sonra sonuncuya Azərbaycan Respublikası CM-nin 12.1,218.2, 12.3,214.2.1, 12.3,214.2.3 və 283-1.3-cü maddələri ilə ittiham elan olunaraq barəsində olan iş baxılmasıüçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmiş və həmin məhkəmənin hökmü ilə ona 11 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Həmin qərardan verilmiş apellyasiya protesti nəticəsində Bakı Apellyasiya Məhkəməsi Şahid2uin cəzasını artıraraq ona 14 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Həmin məsələlərdən birincisi Mirsahibin oğlu Mirrahimin cinayət işi üzrə Ali Məhkəməyə kassasiya şikayətinin verilməsi və ona təyin olunmuş cəzanın yüngülləşdirilməsi ilə bağlı olmuşdur. O, Şahid3lə x xxxxx 2018-ci il tarixdə müqavilə bağlamışdır. Oğlunun işinin aparılması və cəzasının azaldılması ilə bağlı hissə-hissə olmaqla ümumilikdə 43.000 manat məbləğində onlardan pul almışdır. Həmin pulun 25.000 manatını təxminən müqavilə bağlanandan bir ay ərzində öz ofisində, digər 15.000 manat məbləği isə Zaurun işlədiyi «Beş mərtəbə» ərazisindəki iş yerinin yaxınlığında, qalan təxminən 3.000 manatı isə Xətai rayonu ərazisində Ali Məhkəmə tərəfdə almış və həmin pulu öz şəxsi ehtiyaclarına xərcləmişdir. O, həmçinin, ifadəsində göstərmişdir ki, 2019-cu ilin may ayında valideynləri ilə birlikdə Şahid1 yaşadığı mənzilə gedərək pulun qaytarılması üçün vaxt istəmiş, həmin vaxt Zaur evlərində gizli kamera quraşdıraraq aralarında olan söhbətlərini kameraya çəkdiyini bildirmişdir. 2019-cu ilin noyabr ayında Zaur onu pulunun qaytarılmayacağı təqdirdə həmin videonu internetdə yaymaqla hədələmiş və həmin videonu WhatsApp-la ona göndərmişdir. O, həmin pulu hələlik qaytara bilmədiyini, bir müddət gözləməsini Zaurdan xahiş etmişdir. Sonradan onların evlərində qaynatasının, həyat yoldaşının yanında bu işi həll edə bilməsə aldığı pulu ikiqat, yəni 80.000 manat məbləğində qaytaracağı barədə ona iltizam yazdırmışlar. Şahid2 işi ilə bağlı Şahid1 aldığı 43.000 manat pulun hamısını qaytarmışdır. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Şağan qəsəbəsində mağaza işlətməklə ticarətlə məşğuldur. X7 dostunun qardaşıdır, birinci qrup əlildir. O, Moskva şəhərində yaşayır. Onun Bakı şəhəri Nizami rayonu, Naxçıvanski küçəsindəki 24 saylı evin 38 saylı mənzili ilə bağlı Bakı şəhəri Nizami Rayon Mənzil X2 ilə mülki mübahisəsi yaranmışdır. Həmin mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimi Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi ilə baxılmış və x xxx 2019-cu il tarixdə Emil Mirzəyevin iddiası rədd edilmişdir. Mülki işin X6 çıxarılması və Mülki Kollegiyanın qərarının ləğv olunması üçün «Detektiv Lüks» qəzetinin muxbiri kimi tanıdığı Gülya adlı qadın vasitəsi ilə vəkil Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. «Detektiv Lüks» qazetinin ofisi «Amay» Ticarət Mərkəzinin üçüncü mərtəbəsində, vəkilin ofisi dördüncü mərtəbədə yerləşmişdir. Təqsirləndirilən şəxs ona Kollegiyanın qərarını Ali Məhkəmənin Plenumunda ləğv etdirəcəyini, mülki işi baxılması üçün Bakı Apellyasiya məhkəməsinə göndərəcəyinə söz verərək bunun muqabilində ondan 7.000 manat istəmişdir. Bundan sonra, Bakı Apellyasiya məhkəməsində işin Emil Mirzəliyevin xeyrinə həll olunnacağını bildirmişdir. Aralarındakı razılaşmaya əsasən ümumilikdə 7.000 manat Ruhidə vəkil haqqı kimi verilməli, müqavilə bağlanmalı, order və qəbz verilməli idi. Ruhid ona həmin pulu kimə verəcəyi, kimin vasitəsi ilə məsələni həll edəcəyi barədə heç bir məlumat verməmişdir. Onunla razılaşdıqdan sonra müvafiq sənədləşmə işlərinin 2-3 gün ərzində aparılmalı olduğunu bildirmiş, xx xxx 2019-cu il tarixdə saat 16 radələrində 2.000 manat pulu Gülya xanımın iştirakı ilə Təqsirləndirilən şəxs onun ofisində vermişdir. Pul 100-lük əskinazlardan ibarət olmuş, Ruhid pulu sayıb ondan götürmüş, pulun qalan hissəsinin onun telefon zəngindən sonra ona çatdırılmalı olduğunu bildirmişdir. Lakin həmin ərəfədə aralarında hər hansı bir müqavilə bağlanmamış, pulun verilməsinə dair qəbz tərtib olunmamışdır. Ona görə də onda şübhələr yarandığından bir aydan sonra pulun qalan hissəsini, yəni 5.000 manatı Ruhidə verən zaman Gülyanın təklifi ilə pulun verilməsinin gizli videoçəkilişinin aparılması qərarına gəlmişdir. Gizli çəkiliş Ruhidin ofisdə aparılmışdır. Ruhid ona verildiyi pulun müqabilində heç bir iş görmədiyinə və onu aldatdığına görə 2019-cu ilin avqust ayında Vəkillər Kollegiyasına, həmin ilin oktyabr ayında isə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin «161-Qaynar xətt» Əlaqə Mərkəzinə şikayət etmişdir. Həmçinin, Ruhidə pul verən zaman gizli çəkilən video çəkiliş diskini Vəkillər Kollegiyasına təqdim etmişdir. Bundan sonra, Ruhid ondan aldığı pulu hissə-hissə qaytarmağa başlamışdır. Belə ki, 2019-cu ilin avqust ayından noyabr ayına kimi Ruhid hissə-hissə aldığı pulun 6300 manatını qaytarmışdır. Qalan 700 manatı xx xxxxxx 2019-cu il tarixdə qaytaracağına vəd vermişdir. Sonradan isə onun pulunu tam olaraq qaytardığına görə ərizə ilə müraciət edərək ondan hər hansı şikayəti və tələbinin olmadığını bildirmişdir. Məhkəməyə üzürlü səbəblərdən gələ bilməyən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə iclasında tədqiq olunarkən müəyyən olunmuşdur ki, o, Təqsirləndirilən şəxslə ilk dəfə Ədliyyə Nazirliyinin Vəkillər Kollegiyasına yeni qəbul olunan vəkillər üçün yaradılmış kurslarda tanış olmuş, ilk görünüşdə bilikli, bacarıqlı və dürüst bir insan kimi onda təsəvvür yaratmışdır. Bu səbəbdən özünün bəzi ailə problemləri və səhhəti ilə bağlı xaricə getməli olduğundan ona aid olan bir şəxsdən pulunun geri qaytarılması məqsədilə Azərbaycan Respublikası qanunvericiliyinə əsaslanaraq hüquqlarını təmsil və müdafiəsi üçün 13 saylı Vəkil bürosunda vəkil kimi fəaliyyət göstərən Təqsirləndirilən şəxs müraciət etmişdir. Onunla «WhatsApp»la yazışmış, sonradan İstanbuldan bir neçə günlüyə Bakıya uçub gəlmişdir. Təqsirləndirilən şəxs onu Xətai rayonu ərazisində ASAN xidmətin binasında yerləşən ofisinə dəvət etmiş, ona hansı məsələ ilə bağlı müraciət etdiyini bildirmiş və bu işin nə qədər perspektivli olduğunu, eləcə də bir vəkil kimi onun bu işlə məşğul ola bilib- bilməyəcəyini ondan soruşmuşdur. Ruhid ona tam güvənliklə bu işin «perspektivli» olduğunu və bir vəkil kimi qanunvericiliyin bütün normalarına əsaslanaraq onun tərəfindən addımların atılacağını söyləmişdir. O, Ruhidə inanaraq, həm də «kolleqası» olduğu üçün onunla müqavilə bağlamaq istədiyini bildirmişdir. Həmçinin, ASAN xidmətdən Ruhidin adına aldığı etibarnaməni ona vermişdir ki, Bakıda olmadığı müddətdə adından hüquq mühafizə orqanlarına müraciət edə bilsin. Müqaviləni isə ertəsi gün hazırlayıb ona verəcəyini söyləmiş və həmin vaxt Ruhidə 600 manat pul vermişdir. İşin təfərrüatını öyrənmək üçün telefon yazışmalarını və danışıqları diskə yazdırımaqla ona təqdim etməyi tapşırmış, səhərisi günü bunu edə bilmədiyindən Ruhidə həmin yazışmaları sonradan göndərəcəyini bildirmişdir. Müqavilə ilə bağlı Ruhid həmin gün ona heç nə deməmişdir. Bir müddətdən sonra ofisində olarkən Ruhid ona artıq işə başladığını, qarşı tərəflə danışığa getdiyini, ilk olaraq qeyri-rəsmi, yəni işi məhkəməyə göndərmədən pulunu alıb qaytaracağı üçün çalışdığını, hüquq mühafizə orqanlarında işləyən yaxın dostlarının da köməyindən istifadə edəcəyini bildirmiş və «rasxodları» olduğu üçün əlavə pul istəmişdir. x xxxxxx 2019-cu il tarixdə İstanbuldan Akbank vasitəsilə qızı və özünün adından cəmi 2.000 ABŞ dolları və əlavə 70 ABŞ dolları bank xərci ilə Ruhidə pul göndərmişdir. Pulu alandan sonra Ruhid ona noyabr ayının 25-dən sonra həmin şəxsdən pulu geri alacağını, bunun üçün gəlib ərizə yazmağını söyləmiş, o, isə «Ruhid bax a birdən verməz mən əlavə xərc çəkib Bakıya elə belə gəlməyim» dedikdə, Ruhid ona arxayın olmağı bildirmişdir. Həmin ilin noyabr ayının 2-də Bakıya gəlmiş, Ruhid həmin vaxtdan müxtəlif bəhanələrlə işini həll edəcəyənə söz versə də, heç bir iş görməmiş, ona qarşı dələduzluq etdiyindən verdiyi pulunu tələb etmiş, Ruhid onun pulunu qaytarmadığından prokurorluğa şikayət etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xalası oğlu Şahid2 Misahib oğlu 2013-cü ildə Suriya Ərəb Respublikasında gedən müharibədə iştirak etdiyi üçün 2015-ci ilin oktyabr ayında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanımış və istintaqa cəlb edilmişdir. Aparılan istintaqdan sonra sonuncu CM-nin 12.1, 218.2, 12.3,214.2.1, 12.3, 214.2.3 və 283-1.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq onun barəsində olan iş baxılmasıüçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmiş və orada ona 11 il 3 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Həmin qərardan verilmiş apellyasiya protesti nəticəsində Bakı Apellyasiya Məhkəməsi Şahid2uin cəzasını artıraraq ona 14 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. 2018-ci ilin mart ayında onlara xalası oğlu Şahid2lə birgə cinayət törətmiş Elşən İsmayılov cəza çəkdiyi cəzaçəkmə müəsissəsindən zəng vuraraq Ruhid adlı bir nəfər vəkilin oxşar hadisə ilə bağlı Marvin soyadlı bir şəxsin cəzasının məhkəmədə 5 il müddətinə azaldılmasına nail olduğunu bildirərək Ruhidin mobil nömrəsini vermişdir. Bu səbəbdən, o, Təqsirləndirilən şəxs zəng vuraraq onunla əlaqə saxlamış və onunla görüşmək istədiyini bildirmişdir. Ruhid onu 2018-ci ilin mart ayında işlədiyi «Amay» ticarət mərkəzinin yerləşdiyi binanın 4-cü mərtəbəsində liftdən sağ tərəfdə yerləşən ofisinə dəvət etmişdir. O, Mirrahimin atası Mirsahiblə ora gedərək baş vermiş hadisə barədə Ruhidə məlumat vermiş, sonuncu bu işdə onlara köməklik edəcəyini bildirərək müqavilə imzalamağı təklif etmiş, onun təklifini qəbul edərək Ruhid Mirrahimin atası Mirsahiblə müqavilə imzalamışdır. Müqavilə imzalanarkən Ruhid onun Ali Məhkəmədə yaxın qohumlarının olmasını və DTX tərəfindən aparılan cinayət işlərində onun yaxşı təcrübəsinin olduğunu bildirərək onlardan Mirahim Abdullayevin cazasının azaldılması üçün ilkin olaraq 25.000 manat pul istəmiş və həmin pulun müqablində Ali Məhkəmədə onun cəzasını 5 il müddətinə azaldacağına dair söz vermişdir. Bundan bir neçə gün sonra Ruhid ona zəng vuraraq Ali Məhkəmədə görüş keçirdiyini və Mirrahimin cəzasının 8 il müddətinə azalda biləcəyinə dair razılığa gəldiyini və bunun üçün 40.000 manat pul tələb olunduğunu bildirmişdir. O da Mirsahiblə bu barədə danışıqlar aparmış və həmin pulu Ruhidə vermək qərarına gəlmişlər. İlkin olaraq 2018-ci ilin mart ayının sonlarında o, Təqsirləndirilən şəxsla Bakı şəhərində Zərgərpalan küçəsində yerləşən və əvvəllər işlədiyi «Azəristiliktəchizat» idarəsinin 150 saylı istilik məntəqəsinin qarşısındakı un məmulatları bişirilən sexin yanında görüşərək özünün idarə etdiyi «Mersedes» markalı avtomaşında ona 100 manatlıq əskinazlarla cəmi 25.000 manat pul vermişdir. Həmin pulu dostu Şahid5la birlikdə saymış və həmin pulu Mirrahimin işi ilə bağlı vəkilə verəcəyini Samirə söyləmişdir. Ancaq pulu Ruhidə verən zaman Samir onun iş yerində qalmışdır. Ruhidə pulu verdikdən sonra Ruhid yerdə qalan 18.000 manat pulu isə aprel ayının sonlarına kimi ona çatdırmağı xahiş etmişdir. Yerdə qalan 18.000 manat pulu 2018-ci ilin aprel ayının ortalarında o, Mirsahiblə birlikdə Ali Məhkəmənin qarşısında Ruhidlə görüşərək Mirsahibin «Prado» markalı avtomaşının içində Ruhidə vermişlər. Lakin sonradan onlara məlum olmuşdur ki, Ruhid Ali Məhkəməyə müraciət vaxtını keçirtmiş və o, yalnız şikayət etmə müddətinin bərpa edilməsi üçün Ali Məhkəyə müraciət ünvanlamış, lakin məhkəmə müddətinin bərpa edilməsindən imtina etmişdir. Ruhid özü bu barədə onlara heç nə deməmişdir. Sonradan Mirrahim cəzaçəkdiyi 7 saylı ciddi rejimli cəzaçəkmə müəssisəsindən həmin qərarın sonuncu vərəqəsinə yazdığı məktubu onlara göndərmişdir. Həmin məktubda Mirrahim Ruhidin onları aldatdığını, ona verdikləri pulu təcili geri almaqlarını qeyd etmişdir. Bu səbəbdən o, Ruhidlə bir neçə dəfə görüşərək onları nəyə görə aldatmasını deyərək ondan vermiş olduğu pulu geri tələb etmişdir. Lakin Ruhid pulu Ali Məhkəmənin hakiminə verdiyini bildirərək pulu ondan alaraq hissə-hissə qaytaracağına dair söz vermişdir. Hətta bu barədə ona yazılı şəkildə iltizamı da öz xətti ilə yazıb vermişdir. Həmin iltizamda, Ruhid bu işi həll edə bilməsə onun pulunu ikiqat, yəni 80.000 manat qaytaracağını bildirmişdir. Bir müddət sonra o, görmüşdür ki, Ruhid pulu qaytarmaq istəmir və ondan şikayət etmişdir. O, daha sonra göstərmişdir ki, Ruhidə cəmi 43.000 manat pul vermiş, şikayət edənə qədər isə artıq 25.000 manatını qaytarmışdır. O, Ruhidlə işi həll etməyi 80.000 manata danışmamış, Ruhid ona yazılı surətdə bildirmişdir ki, əgər bu iş alınmazsa, o zaman onun pulunu ikiqat, yəni 80.000 manat qaytaracaqdır. Ruhidə verdiyi 40.000 manat işin həlli üçün hakimə veriləcək məbləğ olmuş, 3.000 manat isə Ruhidin özünə vəkil haqqı kimi ödəmişdir. Hazırda Ruhid onlardan aldığı 43.000 manat pulu tam qaytarmışdır. Şahid qismində dindirilmiş Şahid3 və Şahid5 Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadələr verərək, onun göstərdiyi xüsusatları təsdiq etdilər. Məhkəmədə şahid qismində ifadə verməkdən imtina edən Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Suriya Ərəb Respublikasında fəaliyyət göstərən qanunsuz silahlı birləşmənin tərkibinə daxil olmaq üçün xx xxxx 2013-cü il tarixdə «Şıxlı» nəzarət buraxılış məntəqəsindən qanuni sənədlər əsasında Gürcüstan Respublikasına, oradan isə avtobusla İstanbul şəhərinə getmişdir. Oradan milliyətcə türkmən olan Həsən adlı şəxs onu qanunsuz olaraq Suriya ərazisinə keçirmiş, orada iki nəfər ərəb millətindən olan şəxslər Həsəndən onu təhvil alara qeyri millətlərdən olan şəxslərin daxil olduqları silahlı birləşmələrin tərkibinə gətirmişlər. Təxminən, 2014-cü ilin noyabr ayının sonlarına kimi orada vuruşduqdan sonra həmin ilin dekabr ayının əvvəllərində onunla birlikdə Suriyaya gedən Elşən İsmayılovun tapdığı bir bələdçinin vasitəsilə qaçaq yolla Suriyadan Türkiyə ərazisinə keçmişdir. Pasportu itdiyinə görə, Azərbaycana qayıtmaq üçün sənəd lazım olduğu üçün Azərbaycan Respublikasının Türkiyədəki konsulluğuna müraciət etmiş, qayıdış şəhadətnaməsi almış və 2015-ci ilin fevral ayının 5-də qohumu Şahid1 köməkliyi ilə birlikdə Azərbaycan Rensurblikasına qayıtmışlar. Aeroportda onu Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları MTN-ə aparmış, bir gecə orada saxladıqdan sonra onu evə buraxmışlar. Təxminən 8 aydan sonra, yəni 2015-ci ilin oktyabr ayında onu yenidən MTNə çağırıb həbs etmişlər və barəsində olan cinayət işi üzrə istintaq aparılmış, CM-nin 12.1, 218.2, 12.3,214.2.1, 12.3, 214.2.3 və 283-1.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və xx xxx 2016-cı ildə cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsininə göndərilmiş, həmin məhkəmənin hökmü ilə ona 11 il 3 ay müddətə azadlıqdan məhrum etmə cəzası verilmişdir. Sonradan cəzasının yüngüllüyü ilə əlaqədar prokurorluq tərəfindən protest verilmiş və Bakı Appellyasiya məhkəməsi tərəfindən cəzası artırılaraq ona 14 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını 7 saylı cəzaçəkmə müəssisəsində çəkməyə başlamışdır. Həmin ərəfədə atası onun yanına gələrək işini həll edəcəyini söyləmiş, yəni ona verilən cəzanın müddətinin aşağı salınmasından ötrü Ruhid adlı vəkillə danışdığını bildirmişdir. O, atasına bu işin onun xeyrinə düzəlməsinin mümkün olmadığını, həmin vəkilin onları aldada biləcəyini söyləmişdir. Təxminən, bir neçə gündən sonra Ruhid cəzaçəkmə müəssisəsinə onun yanına gəlmiş, görüş otağında onun adından kassasiya şikayəti yazdırmış, cəzasının üstündən 7 il götürüləcəyini bildirmişdir. Ruhid sonradan bir neçə dəfə də onun yanına gəlmiş və son olaraq cəzasının 8 il 6 aydan aşağı salınmayacağını demişdir. Ruhidin onun işi ilə ciddi məşğul olmadığını görüb, ona etiraz edəcəyini bildirmiş, sonuncu isə bir növü təkidlə yalvararaq etiraz etməməsini, işini xeyrinə həll edəcəyinə bir daha söz vermişdir. Ruhid onun yanına gəlib getdikcə ona atası tərəfindən nə qədər pul verilməsini bildirməmişdir, heç bu barədə atası da ona söyləməmişdir. Sonradan Ruhidin onun işi ilə bağlı xalası oğlu Zaurdan və atasından ümumilikdə 80.000 manat pul aldığını bilmişdir. Təxminən, 2019-cu ilin yaz aylarında ona Ali Məhkəmədən məktub gəlmiş və həmin məktubda yazılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli hökmündən onun tərəfindən kassasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpası haqqında vəsatət təmin olunmamışdır. Həmin məktubu oxuduqdan sonra elə məktubun yazıldığı kağızda atasına öz xətti ilə məktub yazmışdır ki, «vəkil bizi aldadır, mənim işimlə bağlı heç bir iş görməmişdir. Ona görə də həmin vəkilə pul verməsinlər, o, dələduzluq edir. Əgər pul veriblərsə geri alsınlar». Sonradan isə özü də Vəkillər Kollegiyasına Ruhiddən şikayət ərizəsi yazmışdır. İşi ilə bağlı dələduzluq hərəkətləri etmiş vəkil Ruhidin onlardan aldığı pulların qaytarılmasına köməklik olunmasını xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 2015-ci ildən redaktor işlədiyi «Detektiv Lüks» qəzetinin redaksiyası «AMAY» ticarət mərkəzinin üçüncü mərtəbəsində yerləşir. Əvvəllər redaksiyada sürücü işləmiş Zərərçəkmiş şəxs1 xahişi ilə «Detektiv Lüks» qəzetində onun dostunun oğlu Emil Mirzəliyev adlı şəxsin mülki mübahisəsinə dair məqalə çap olunmuşdur. Həmçinin, Zərərçəkmiş şəxs1 dostunun oğlunun məhkəmə işi ilə bağlı ticarət mərkəzinin dördüncü mərtəbəsində vəkil Təqsirləndirilən şəxs ofisində sonuncuya müraciət etmiş və vəkil Təqsirləndirilən şəxs məsələnin Ali Məhkəmənin Plenumunda həll olunmasını üzərinə götürmüşdür. Təxminən, 2019-cu ilin yay ayında Vüqar Qaziyevlə ofisdə olan zaman Ədalət ofisə gəlib vəkil Təqsirləndirilən şəxs pul verəcəyini söyləmiş, Vüqardan mobil telefon vasitəsi iləsəs yazısının hansı qaydada aparılmasını, istifadəsini soruşmuş, sonuncu ona səs yazma qaydasını izah etmişdir. Həmin vaxt Ədalətlə birlikdə Təqsirləndirilən şəxs ofisinə getmişlər. Vəkilin ofisində Ədalət Ruhidə 5.000 manat pul vermişdir. Həmin vaxt o, mülki işi ilə bağlı Ruhidlə bir neçə dəqiqə söhbət etdikdən sonra onunla vidalaşıb ofisdən çıxmışlar. Cinayət işinin 01-ci cildinin 117-ci vərəqində olan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyan tam ödənildiyi üçün onun Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi yoxdur. Cinayət işinin 02-ci cildinin 37-ci vərəqində olan Şahid1 notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyan tam ödənildiyi üçün onun Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi yoxdur. Məhkəmədə ifadə verən Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilsə də, onun cinayət əməlləri zərər çəkmiş şəxs və şahidlərin ifadələri ilə yanaşı aşağıdakı sübut növləri ilə də tam təsdiq olunur. Belə ki, cinayət işinin 01-ci cildinin, 68-ci vərəqində olan, «diskə baxış keçirilməsi haqqında» xx xxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, baxış keçirilən diskdə «…bunu hara aparırsan…verməyə…nə qədər diki orda…beş min…o kimdir ki…Ruhid…Ruhid…yeddi min ver…işi aşırdım məhkəmə işini…hansı məhkəmə…Plenum…bu diktafondur…bu kamera…bunu verirəm sizə…bunu hansı formada qoysam…Ruhid…Mirzəliyev Emil…müqavilə bağlayıb mənimlə…vəkil haqqı…rəqəmi mənə göstərməyib… iki min vermişəm beş mində aparıram hindi…bu gün ikisidir...min yeddi yüz əlli manat…sabah…Apellyasiya…Xəyalə…mərdakan bağları…» səs yazıları Təqsirləndirilən şəxs məxsus olmaqla Zərərçəkmiş şəxs1 dostunun oğlunun mülki işi ilə bağlı ona köməklik göstərilməsi üçün pul istəməsi təsdiqini tapmışdır. Cinayət işinin 01-ci cildinin 143-149-cu vərəqlərində olan, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsindən görünür ki, X4 Nizami rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinə qarşı «özəlləşdirmənin etibarsız hesab olunması və qeydiyyat vəsiqəsinin ləğv edilməsi» tələbinə dair Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsindən X9 və X5 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsində baxılmış və xx xxxxxx 2018-ci il tarixli qətnamə ilə apellyasiya şikayətləri təmin edilmiş, Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsi ləğv olunaraq iş üzrə yeni qətnamə çıxarılmışdır. X4 Nizami rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinə qarşı «özəlləşdirmənin etibarsız hesab olunması və qeydiyyat vəsiqəsinin ləğv edilməsi» tələbinə dair iddiası təmin edilməmişdir. Cinayət işinin 01-ci cildinin 88-93-cü vərəqlərində olan, sənədlərdən görünür ki, xx xxxx 2019-cu il tarixdə Təqsirləndirilən şəxs tərəfindən Mirzəliyev Emil Abuzər oğluna hüquqi yardım göstərilməsi haqqında Zərərçəkmiş şəxs1 arasında müqavilə bağlanmış, həmin tarixdə vəkilə həvalə olunan işin haqqı üçün 100 manat pul vəsaiti GSU №297807 saylı mədaxil qəbzi ilə VÖEN ********** vergi ödəyicisi kimi Təqsirləndirilən şəxs istifadəsində olan hesaba köçürülmüşdür. Cinayət işinin 01-ci cildinin 80-82-ci vərəqlərində olan, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli qərarından görünür ki, həmin qərarla Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmaqla Mirzəliyev Emil Abuzər oğlunun kassasiya şikayəti təmin edilməmişdir. Cinayət işinin 01-ci cildinin 254-263-cü vərəqlərində olan, sənədlərdən görünür ki, Türkiyənin İstanbul şəhərindən AKBANK vasitəsilə xx xxxxxxx 2019-cu il tarixdə, saat 13:43-də Nəzrin Axundzadə tərəfindən 1000 ABŞ doları məbləğində, həmin gün saat 13:44-də Zərərçəkmiş şəxs2 tərəfindən 1000 ABŞ dolları məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs adına göndərilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs məhkəməyə qəbz təqdim edərək hazırda Türkiyə Respublikasında yaşayan Zərərçəkmiş şəxs2 vurulmuş ziyanın ödənilməsi məqsədilə Respublika X1 hesabına 4000 (dörd min) manat depozit qoyduğunu bildirmişdir. Cinayət işinin 2-ci cildinin 276-cı vərəqində olan qəbzdən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən vurulmuş ziyanın ödənilməsi üçün Respublika X1 AZ31CTRE******************** hesab nömrəsinə 4000 (dörd min) manat pul köçürülmüşdür. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihama əsasən, Təqsirləndirilən şəxs xx xxxxxx 2014-cü il tarixdən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü olmaqla Bakı şəhəri 13 saylı Hüquq məsləhətxanasının, 2019cu ilin avqust ayından xx xxxxxx 2020-ci il tarixədək isə 13 saylı Vəkil Bürosunun vəkili vəzifəsində işləyərkən qulluq mövqeyindən istifadə edərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxx 2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 12.1, 218.2, 12.3, 214.2.1 və 12.3, 214.2.3-cü maddələri ilə təqsirli bilinərək 11 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli hökmüilə təmin edilməklə barəsində təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 14 ilə artırılmış Şahid2 həmin hökmdən kassasiya şikayətinin verilməsi üçün buraxdığı müddətin bərpa edilməsi və apellyasiya protestinin təmin edilməsi ilə bağlı apellyasiya instansiyası məhkəməsinin həmin hökmünün ləğv olunaraq ona verilmiş 14 il müddətə azadlıqdan məhrum etmə cəzasının müddətinin Azərbaycan RespublikasıAli Məhkəməsində 8 ilə endirilməsinə dair Şahid2 qohumu olan özünün tanışı Şahid1 2018-ci ilin mart ayında özünə müraciəti ilə əlaqədar, sonuncuya əvvəllər özünün uzun müddət Ali Məhkəmədə müxtəlif vəzifələrdə işləməklə geniş əlaqələrə malik olmasını, həmçinin həmin orqanda yaxın qohumlarının işləməsini, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən ibtidai istintaqı aparılan cinayət işləri üzrə bir vəkil kimi özünün böyük təcrübəsi olduğunu, həmin münasibətdən istifadə edərək kassasiya şikayətinə baxacaq Azərbaycan Respublikası Ali Məhkəməsinin hakiminə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid2 xeyrinə edəcəyi hərəkətə, yəni sonuncu barəsində təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddətinin 8 ilə endirilməsinə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 80.000 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruriliyini Şahid1 yalandan bildirib aldadaraq onunla razılaşmaqla sövdələşib, həmin adla 2018-ci ilin mart ayının sonlarında Bakı şəhəri, Zərgərpalan küçəsində yerləşən «Azəristiliktəchizat» idarəsinin 150 saylı İstilik məntəqəsinin qarşısındakı un məmulatları bişirilən sexin yanında Şahid1 ilə görüşüb ondan sonuncuya məxsus 42.000 manat məbləğində pul vəsaitini alıb, qalan məbləğin isə aprel ayının sonlarına kimi çatdırılmasının zəruri olmasını və aldığı pul vəsaitini qeyd edilən işə baxan hakimə təqdim etmək üçün guya Ali Məhkəməyə gedəcəyini yalandan bildirib, eyni niyyətlə, 2018-ci ilin aprel ayının ortalarında Ali Məhkəmənin qarşısında Şahid1 ilə görüşüb sonuncunun idarə etdiyi «Toyota Prado» markalı, Az **-MJ-***dövlət qeydiyyat nişanlı avtomaşında Şahid1 ona məxsus 38.000 manat məbləğində pul vəsaitini alıb, əldə etdiyi cəmi 80.000 manat məbləğində pul vəsaitini öz şəxsi məqsədlərinə sərf edərək qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şahid1 məxsus 80.000 manat məbləğində pul vəsaitini ələ keçirib ona vahid niyyətlə külli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, Şahid1 vəzifəli şəxsə xidməti vəzifəsinin icrası iləəlaqədar Şahid2 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə təhrik etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şahid1 məxsus məhz 80.000 manat məbləğində pul vəsaitini ələ keçirib ona vahid niyyətlə külli miqdarda ziyan vurmaqla dələduzluq etməsi barədə ibtidai istintaq orqanının gəldiyi nəticə məhkəmə istintaqı zamanı toplanmış və tədqiq edilmiş sübutlarla təsdiq olunmur. Belə ki, Təqsirləndirilən şəxs istər ibtidai istintaq zamanı, istərsə də məhkəmə istintaqında Şahid1 80.000 manat deyil, 43.000 manat pul aldığını, sadəcə olaraq bu işi həll edə bilməsə aldığı pulu ikiqat, yəni 80.000 manat məbləğində qaytaracağı barədə iltizam yazdığını bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 da Təqsirləndirilən şəxs cəmi 43.000 manat pul verdiyini, ancaq sonuncunun işi həll edə bilməsə aldığı pulu ikiqat, yəni 80.000 manat məbləğində qaytaracağı barədə iltizam yazdığını bildirmişdir. Məhkəmədə ifadə verən şahidlər Şahid3 və Şahid5 da bu halı öz ifadələri ilə təsdiq etmişlər. Ona görə də məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, hərtərəfli və obyektiv hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4-cü maddələri ilə tövsif etməli olduğu halda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə tövsif etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 7.1-ci maddəsinə əsasən yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizlik) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 32.4,312.1-ci maddələrindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4 və 32.4,312.1-ci maddələrinə tövsif ediməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə itihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4-cü və 32.4,312.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi və onun həmin əməlləri törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir, onun əməllərinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur, ona qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, zərər çəkmiş şəxslərə vurulmuş maddi ziyanın ödənilməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin “cəzanı yüngülləşdirən hallar olduqda cəzanın təyin edilməsi”ndən bəhs edən 60-cı maddəsinin tələblərini də nəzərə alır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən, həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda vəəgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4 və 32.4,312.1-ci maddələri ilə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən həmin cəzalar qismən toplanmaqla ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməli, ona təyin ediləcək cəzanın əvvəli hökmün çıxarıldığı tarixdən hesablanmalı və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv olunmalı, onun barəsində həbs qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalında dərhal həbs edilməlidir. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq cəza ilə cəzanın məqsədini təmin etmək mümkündür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə qeyd edilən xarakterli, başqa sözlə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Məhkəmə hesab edir ki, iş üzrə nəzərdə tutulmuş müsadirə edilməli əmlak olmadığından yuxarıda qeyd olunan müddəa tətbiq olunmamalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinə əlavə olunmuş Təqsirləndirilən şəxs səs yazıları yazılmış və video görüntüləri əks olunmuş iki ədəd CD disk, həmçinin Təqsirləndirilən şəxs tərəfindən aldığı pulların qaytarılması vədi ilə bağlı yazılmış xx xxx 2019-cu il tarixli və xx xxxxxx 2019-cu il tarixli iltizamlar cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 vurulmuş ziyanın ödənilməsi məqsədilə Azərbaycan Respublikası X1 AZ31CTRE******************** hesab nömrəsinə köçürdüyü 4000 (dörd min) manat məbləğində pul Zərərçəkmiş şəxs2 ödənilməlidir. İş üzrə mülki iddia və məhkəmə məsrəfləri yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4 və 32.4,312.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4-cü maddələri ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 32.4,312.1-ci maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplanılsın və Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Həmin cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli xx xxxx 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin. Onun barəsində həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında həbsə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işinə əlavə olunmuş Təqsirləndirilən şəxs səs yazıları yazılmış və video görüntüləri əks olunmuş iki ədəd CD disk, həmçinin Təqsirləndirilən şəxs tərəfindən aldığı pulların qaytarılması vədi ilə bağlı yazılmış xx xxx 2019-cu il tarixli və xx xxxxxx 2019-cu il tarixli iltizamlar cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs vurulmuş ziyanın ödənilməsi məqsədilə Azərbaycan Respublikası X1 AZ31CTRE******************** hesab nömrəsinə köçürdüyü 4000 (dörd min) manat məbləğində pul Zərərçəkmiş şəxs2 ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar