Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-137/2022 01.03.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Qəribov Fikrət Atlıxan oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi: X15, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şöbəsinin Bakı Ağır cinayətlər məhkəməsi üzrə prokuroru Dövlət ittihamçısı, müdafiəçilər: Azərbaycan Respublikası Vəkillər Kollegiyası “Kredo” Vəkil Bürosunun vəkili X2, “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi, “ProBono” Vəkil Bürosunun vəkili X22, Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X11; zərərçəkmiş şəxsin nümayəndəsi: Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1995-ci il tarixdə Tərtər rayonu, Təzəkənd kəndində anadan olmuş, evli, orta təhsilli, işləməyən, Azərbaycan Respublikası vətəndaşı, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 02 may 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 2 müddətinə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etməklə, 4 il 3 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Tərtər rayonu, Təzəkənd kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında faktiki yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.4, 310 və 32.4,312.2-ci maddələri ilə; 06.08.1990-cı il tarixdə Bakı şəhərində anadan olmuş, evli, orta təhsilli, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum edilməmiş, fərdi əməklə məşğul olan, ünvan 2 ünvanında qeydiyyatda olmaqla faktiki yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.4, 310 və 32.4,312.2-ci maddələri ilə; xx.xx.1983-cü il tarixdə Quba rayonu, İsnovqışlaq kəndində anadan olmuş, subay, ali təhsilli, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum edilməmiş, "xxxx" MMC-nin direktoru vəzifəsində işləyən, ünvan 3 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 4 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.4, 310 və 32.4,312.2-ci maddələri ilə; xx.xx.1962-ci il tarixdə Ermənistan SSR-in, Qafan rayonunda anadan olmuş, evli, ali təhsilli, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum edilməmiş, "xxxx" MMC-də mühasib vəzifəsində işləyən, ünvan 5 ünvanında qeydiyyatda olmaqla faktiki yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.4, 310 və 32.4,312.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs qismində etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını xeyli miqdarda ziyan vurmaqla vahid niyyətlə ələ keçirərək təkrarən dələduzluq etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs qismində özbaşına özünü vəzifəli şəxs kimi təqdim edərək hüquqi şəxsin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətməklə vəzifəli şəxsin səlahiyyətlərini təkrarən mənimsəmiş, qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qeyrilərinin xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətlərin müqabilində özünün vasitəsilə birbaşa yolla şəxsən maddi nemətin vahid niyyətlə rüşvət qismində verilməsinə qeyrilərini təkrarən təhrik etmişdir. Belə ki, o, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə 2019cu ilin iyun ayında tanışı Şahid2 özbaşına özünü Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşı kimi təqdim edib onu aldatmaqla özü barəsində formalaşdırdığı inam və etibardan sui-istifadə edərək 2020-ci ilin aprel ayının əvvəllərində özünün istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsindən Şahid2 istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsinə zəng etməklə Dövlət Vergi “Xidmətinin X19 Fondunun” açıldığını və koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikası ərazisində yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən xüsusi karantin rejimi tətbiq edildiyinə görə zərər çəkən sahibkarlara 5.000 (beş min) manat məbləğdə birdəfəlik pul yardımının ediləcəyini, habelə yaxın münasibətdə olduğu həmin Xidmətin səlahiyyətli rəhbər vəzifəli şəxsinin qeyd edilən yardımları təyin etmək səlahiyyətlərinin olmasını yalandan bildirərək, vəzifəli şəxs qismində sonuncuya xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid2 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 2.500 (iki min beş yüz) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsi müqabilində həmin məsələni 2020-ci ilin aprel ayının sonunadək müsbət həll edəcəyini, yəni həmin uydurma “Fond”dan "xxxx" ASC-də sonuncunun adına 5.000 (beş min) manat pul vəsaitinin köçürüləcəyini yalandan vəd edərək, Şahid2 razılığını alıb onunla sövdələşərək, həmin niyyətlə özünün cinayətdən xəbərsiz olan atası Şahid4 adına olan "xxxx" ASC-yə məxsus ********** nömrəli plastik bank kartı hesabına "xxxx" şirkətinə məxsus istintaqla müəyyən edilməmiş MilliÖN ödəmə terminal vasitəsilə Şahid2 göndərdiyi 1.000 (min) manat pul vəsaitini naməlum şəraitdə nağdlaşdırmaqla, həmçinin bir neçə gün sonra Bakı şəhəri, Səbail rayonu, Bibiheybət yolundakı 20-ci sahə dairəsi kimi tanınan ərazidə görüşərək sonuncudan 1.500 (min beş yüz) manat pul vəsaitini alaraq, əldə etdiyi həmin pul vəsaitlərini özünün şəxsi ehtiyaclarına sərf edərək, vahid niyyətlə etibardan sui-istifadə etmə və aldatma yolu ilə Şahid2 məxsus 2.500 (iki min beş yüz) manat məbləğində pul vəsaitini ələ keçirib dələduzluq etmiş, həmin hərəkətləri ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əhali arasında nüfuzdan salınmaqla vətəndaşların qarşısında etimadsızlığına zəmin yaradaraq hüquqlarının və qanunla qorunan mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətməklə vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid2 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə sonuncunu vahid niyyətlə təhrik etmişdir. Bundan başqa, o, təkrarən, özgənin xeyli miqdarda əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədilə ünvan 6 ünvanında yerləşən “Şəki Market” ticarət obyektini işlətməklə sahibkarlıq fəaliyyəti ilə məşğul olan və 26.500 (iyirmi altı min beş yüz) manat vergi borcuna görə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən depozit hesablarına qoyulmuş məhdudiyyətlərin aradan qaldırılmasında köməklik edilməsi məqsədilə 16 avqust 2019-cu il tarixdə Yevlax rayonu ərazisində görüşərək özünə müraciət etmiş Zərərçəkmiş şəxs özbaşına özünü Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşı kimi təqdim edərək, həqiqi niyyəti barədə aldadıb görəcəyi işdə əminlik yaratmaq məqsədilə, Zərərçəkmiş şəxslə birlikdə 11 saylı Ərazi Vergilər Baş İdarəsinə gedərək yalandan özünü həmin Xidmətin vəzifəli şəxsi kimi nümayiş etdirərək, habelə mühasib kimi də fəaliyyət göstərdiyini bildirib həmin ticarət obyektinin mühasibatlıq sənədləri ilə tanış olmaqla yaranmış etibardan sui-istifadə edərək elə həmin gün, yəni 16 avqust 2019-cu il tarixdə Zərərçəkmiş şəxs vergi borcunun 20.000 (iyirmi min) manatdan yuxarı olduğundan barəsində toplanmış materialların İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırması Baş İdarəsinə göndəriləcəyini, bu səbəbdən vergi borcunu hissəvi ödəməsi üçün ona 6.000 (altı min) manat məbləğdə pul verməsini yalandan bildirməklə həmin məbləğdə pul vəsaitini yuxarıda qeyd edilən ticarət obyektində ondan almaqla, daha sonra öz cinayətkar niyyətini davam etdirərək 18 avqust 2019-cu il tarixdə qeyd edilən ticarət obyektinə gəlib Zərərçəkmiş şəxs işlədiyi Xidmətin Firdovsi adlı səlahiyyətli rəhbər vəzifəli şəxsinin vergi borclarını silmək və hesablara həmin Xidmət tərəfindən qoyulmuş məhdudiyyətləri ləğv etmək səlahiyyətlərinin olmasını yalandan bildirərək, vəzifəli şəxs qismində sonuncuya xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar onun xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 8.300 (səkkiz min üç yüz) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsi müqabilində həmin məsələni müsbət həll edəcəyini, yəni Zərərçəkmiş şəxs hesablarına qoyulmuş məhdudiyyəti ləğv etdirəcəyini, 20.500 (iyirmi min beş yüz) manat məbləğdə vergi borcunu dövlət büdcəsinə heç bir ödəniş edilmədən sildirəcəyini yalandan vəd edərək onunla razılaşmaqla sövdələşib, həmin niyyətlə, 8.300 (səkkiz min üç yüz) manat məbləğdə pul vəsaitini ondan almaqla, daha sonra öz cinayətkar niyyətini davam etdirərək Zərərçəkmiş şəxs depozit hesablarına məhdudiyyət qoyulduğundan mağazanın sonuncunun tanışı X12 ********** VÖEN-i əsasında fəaliyyət göstərdiyini öyrənərək müvafiq aylıq vergi hesabatlarını gecikdirməklə təsdiqlənməmiş vergi borclarının yaranmasına nail olaraq Zərərçəkmiş şəxs sonuncunun hesablarına məhdudiyyət qoyulmaması üçün həmin vergi borclarının ödənilməsinin zəruriliyinə inandırmaqla yalandan dövlət büdcəsinə ödəmək adı ilə tələb etdiyi 23 avqust 2019-cu il tarixdə "xxxx" şirkətinə məxsus MilliÖN ödəmə terminalı vasitəsilə istintaqla müəyyən edilməyən plastik bank kartı hesabına Zərərçəkmiş şəxs tərəfindən köçürülmüş 2.500 (iki min beş yüz) manat məbləğdə pul vəsaitini qeyri-aşkar şəraitdə nağdlaşdırmaqla, həmçinin, eyni niyyətlə, 25 avqust 2019-cu il tarixdə 3.873 (üç min səkkiz yüz yetmiş üç) manat pul vəsaitini həmin ticarət obyektində ondan şəxsən almaqla, həmçinin, 7 sentyabr 2019-cu il tarixdə "xxxx" şirkətinə məxsus MilliÖN ödəmə terminalı vasitəsilə istintaqla müəyyən edilməyən plastik bank kartı hesabına Zərərçəkmiş şəxs tərəfindən köçürülmüş 2.500 (iki min beş yüz) manat məbləğdə pul vəsaitini qeyri-aşkar şəraitdə nağdlaşdırmaqla ələ keçirdikdən sonra vergi hesabatlarını verməklə həmin borcların silinməsinə nail olaraq həmin niyyətlə ələ keçirdiyi 8.873 (səkkiz min səkkiz yüz yetmiş üç) manat pul vəsaitini şəxsi ehtiyaclarına sərf etməklə, daha sonra öz cinayətkar niyyətini davam etdirməklə Zərərçəkmiş şəxs ticarət obyektində satış üçün alınacaq malların alışı və dəyərinin ödənilməsi düzgün sənədləşmədiyindən satıcı şirkətlərə pul vəsaitlərini özünün köçürəcəyini yalandan bildirməklə aldadaraq 8 sentyabr 2019-cu il tarixdə qeyd edilən ticarət obyektində Zərərçəkmiş şəxs 11.000 (on bir min) manat, 10 sentyabr 2019-cu il tarixdə Zərərçəkmiş şəxslə Bakı şəhəri, Nərimanov rayonu ərazisində, “Gənclik” metrostansiyasının yaxınlığında yerləşən “Kişmiş” iaşə obyektində görüşüb həmin niyyətlə sonuncudan 4.000 (dörd min) manat, elə həmin gün Bakı şəhəri, Yasamal rayonu, Tiflis prospektində yerləşən “İst Petrol” YDM-də görüşərək 6.000 (altı min) manat olmaqla, cəmi 21.000 (iyirmi bir min) manat, ümumilikdə Zərərçəkmiş şəxs məxsus 44.173 (qırx dörd min bir yüz yetmiş üç) manat məbləğində pul vəsaitini ələ keçirib sonuncuya vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, həmin hərəkətləri ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əhali arasında nüfuzdan salınmaqla vətəndaşların qarşısında etimadsızlığına zəmin yaradaraq hüquqlarının və qanunla qorunan mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətməklə vəzifəli şəxsin səlahiyyətlərini təkrarən mənimsəmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Zərərçəkmiş şəxs xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 8.300 (səkkiz min üç yüz) manat məbləğdə pul vəsaitini rüşvət qismində verməyə sonuncunu vahid niyyətlə təkrarən təhrik etmişdir. Bundan başqa, o, təkrarən, özgənin xeyli miqdarda əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədilə 18.000 (on səkkiz min) manat məbləğdə vergi borcunun silinməsində köməklik edilməsi məqsədilə 2019-cu ilin avqust ayında özünə müraciət etmiş Şahid1 özbaşına özünü Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşı kimi təqdim edərək, tanışı olan həmin Xidmətin səlahiyyətli rəhbər vəzifəli şəxsinin vergi borclarını silmək və hesablara həmin Xidmət tərəfindən qoyulmuş məhdudiyyətləri ləğv etmək səlahiyyətlərinin olmasını yalandan bildirərək, vəzifəli şəxs qismində sonuncuya xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 8.000 (səkkiz min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsi müqabilində həmin məsələni müsbət həll edəcəyini, yəni Şahid1 18.000 (on səkkiz min) manat məbləğdə vergi borcunun dövlət büdcəsinə heç bir ödəniş edilmədən sildirəcəyini yalandan vəd etməklə aldadaraq, həqiqi niyyəti barədə aldatmaq, görəcəyi işdə əminlik yaratmaq məqsədilə, qeyd edilən vergi borcunun mühasibin səhvinə görə yarandığını, bununla əlaqədar həmin Xidmətə məktub yazmalı olduğunu yalandan bildirməklə yaranmış inam və etibardan sui-istifadə edərək Şahid1la razılaşmaqla sövdələşib, həmin niyyətlə 2019-cu ilin avqust ayında Şahid1la Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsində yerləşən “Çaysaray” iaşə obyektində görüşərək sonuncudan 4.000 (dörd min) manat, ünvan 8 ünvanda yerləşən “Medalyon” iaşə obyektində görüşərək 4.000 (dörd min) manat olmaqla, ümumilikdə Şahid1 məxsus 8.000 (səkkiz min) manat məbləğində pul vəsaitini ələ keçirib sonuncuya vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, həmin hərəkətləri ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əhali arasında nüfuzdan salınmaqla vətəndaşların qarşısında etimadsızlığına zəmin yaradaraq hüquqlarının və qanunla qorunan mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətməklə vəzifəli şəxsin səlahiyyətlərini təkrarən mənimsəmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə sonuncunu təkrarən təhrik etmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə özünü qardaşı Şahid2 vasitəsilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşı kimi tanıyan Şahid3 ilə 13 aprel 2020-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən “Həzi Aslanov” metrostansiyasının yaxınlığında görüşərək təkrarən özbaşına özünü Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşı kimi təqdim edib aldatmaqla ona Dövlət Vergi Xidmətinin “X19 Fondunun” təsis edildiyini və koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikası ərazisində yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən xüsusi karantin rejiminin tətbiq edildiyinə görə zərər çəkən sahibkarlara guya 5.000 (beş min) manat məbləğdə birdəfəlik pul yardımının ediləcəyini, habelə yaxın münasibətdə olduğu həmin Xidmətin səlahiyyətli rəhbər vəzifəli şəxsinin qeyd edilən yardımları təyin etmək səlahiyyətlərinin olmasını yalandan bildirərək, vəzifəli şəxs qismində sonuncuya xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid3 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 2.000 (iki min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsi müqabilində həmin məsələni 2020-ci ilin aprel ayının sonunadək müsbət həll edəcəyini, yəni həmin uydurma “Fond”dan "xxxx" ASC-də sonuncunun adına 5.000 (beş min) manat pul vəsaitinin köçürüləcəyini yalandan vəd edərək, özü barəsində formalaşdırdığı inam və etibardan sui-istifadə edərək, Şahid3 1.900 (bir min doqquz yüz) manat pul vəsaitini rüşvət qismində verəcəyinə dair razılığını alıb onunla sövdələşərək, həmin niyyətlə Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən “Neptun Market” mağazasındakı "xxxx" şirkətinə məxsus MilliÖN ödəmə terminalı vasitəsilə Şahid3 göndərdiyi özünün cinayətdən xəbərsiz olan atası Şahid4 adına olan "xxxx" ASC-yə məxsus ********** nömrəli plastik bank kartı hesabına 400 (dörd yüz) manat və 1.000 (min) manat olmaqla, cəmi 1.400 ( min dörd yüz) manat, özünün cinayətdən xəbərsiz olan bibisi X7 ********** nömrəli plastik bank kartı hesabına göndərdiyi 500 (beş yüz) manat, ümumilikdə 1.900 (bir min doqquz yüz) manat pul vəsaitini naməlum şəraitdə nağdlaşdırmaqla əldə etdiyi həmin pul vəsaitlərini özünün şəxsi ehtiyaclarına sərf edərək, vahid niyyətlə etibardan sui-istifadə etmə və aldatma yolu ilə Şahid3 məxsus 1.900 (bir min doqquz yüz) manat məbləğində pul vəsaitini ələ keçirib təkrarən dələduzluq etmiş, həmin hərəkətləri ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əhali arasında nüfuzdan salınmaqla vətəndaşların qarşısında etimadsızlığına zəmin yaradaraq hüquqlarının və qanunla qorunan mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətməklə təkrarən vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid3 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə sonuncunu vahid niyyətlə təkrarən təhrik etmişdir. Bundan başqa, o, tanışı Təqsirləndirilən şəxs2 ilə özgənin xeyli miqdarda əmlakını təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşib cinayət əlaqəsinə girərək Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən 7 sentyabr 2020-ci il tarixdə həyata keçirilmiş X29 nəticəsində Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işə götürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin yerinə yetirilməsinə, habelə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi halları aşkar edilərək barəsində təyin edilmiş 32.000 (otuz iki min) manat məbləğdə maliyyə sanksiyasının silinməsində köməklik göstərilməsi məqsədilə cinayətkar qrupun üzvü Təqsirləndirilən şəxs2 müraciət etmiş X3 7 sentyabr 2020-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu ərazisindəki iş yerində görüşləri əsnasında Təqsirləndirilən şəxs2 vasitəsilə özünün Dövlət Vergi Xidmətinin X29 Departamentinin rəisinin köməkçisi vəzifəsində işlədiyini yalandan bildirərək barəsində həqiqi olmayan fikir formalaşdırdıqdan sonra sonuncunun istifadəsində olmuş ***-***-**- ** mobil telefon nömrəsi ilə özünün istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsinə zəng etməklə Zahir Nuralıyevlə aralarında telefon əlaqəsi saxlanmasını təmin etdikdə sonuncuya şəxsən təkrarən özbaşına özünü Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşı kimi təqdim edib onu aldatmaqla Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin səlahiyyətli rəhbər vəzifəli şəxsi olan bilavasitə rəisinin maliyyə sanksiyalarını silmək səlahiyyətlərinin olmasını yalandan bildirərək, vəzifəli şəxs qismində sonuncuya xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Zahir Nuralıyevin xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 15.000 (on beş min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsi müqabilində həmin məsələni müsbət həll edəcəyini, yəni Zahir Nuralıyevin ümumilikdə 32.000 (otuz iki min) manat məbləğdə olan maliyyə sanksiyalarının dövlət büdcəsinə heç bir ödəniş edilmədən sildirəcəyini yalandan vəd edərək, özü barəsində formalaşdırdığı inam və etibardan sui-istifadə etməklə Zahir Nuralıyevlə şəxsən razılaşmaqla sövdələşib, həmin gün, yəni 7 sentyabr 2020-ci il tarixdə cinayətkar qrupun üzvü Təqsirləndirilən şəxs2 Zahir Nuralıyevlə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq yaşayış massivi ərazisində görüşərək 8.000 (səkkiz min) manat, 2020-ci ilin sentyabr ayının ortalarında istintaqla müəyyən edilməyən gündə Zahir Nuralıyevlə Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən iş yerində görüşüb 2.000 (iki min) manat pul vəsaitini almaqla, habelə cinayətdən xəbərsiz olan tanışı Şahid7 "xxxx" ASC-dəki ******************** nömrəli hesabına Zahir Nuralıyev tərəfindən ünvan 9 ünvanda yerləşən 179 nömrəli “eManat” ödəmə terminalı vasitəsilə 14 sentyabr 2020-ci il tarixdə 110426 nömrəli qəbz əsasında köçürülmüş 2.000 (iki min) manat pul vəsaitini qeyri-aşkar şəraitdə nağdlaşdırmaqla, bundan başqa 2020-ci ilin noyabr ayında cinayətkar qrupun üzvü Təqsirləndirilən şəxs2 vasitəsilə Zahir Nuralıyevə qeyd edilən məsələnin müsbət həll edilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin səlahiyyətli vəzifəli şəxsinin sonuncunun xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan əlavə 3.000 (üç min) manat pul vəsaitinin verilməli olduğunu yalandan bildirərək Zahir Nuralıyevlə cinayətkar qrupun üzvü Təqsirləndirilən şəxs2 vasitəsilə razılaşmaqla sövdələşib, sonuncu vasitəsilə Zahir Nuralıyevlə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq yaşayış massivi ərazisində görüşərək 3.000 (üç min) manat məbləğində pul vəsaitini alıb, qabaqcadan, əldə ediləcək 15.000 (on beş min) manat məbləğdə pul vəsaitinin 5.000 (beş min) manat məbləğdə hissəsini aralarında bölüşdürmək barədə razılaşdıqlarından həmin pul vəsaitinin 1.900 (bir min doqquz yüz) manatını qabaqcadan əlbir olduğu cinayətkar qrupun üzvü Təqsirləndirilən şəxs2 verməklə aralarında bölərək şəxsi ehtiyaclarına sərf edib, sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zahir Nuralıyevə məxsus 15.000 (on beş min) manat məbləğində pul vəsaitini ələ keçirib ona vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, Təqsirləndirilən şəxs2la qabaqcadan əlbir olan bir qrup şəxs qismində həmin hərəkətləri ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əhali arasında nüfuzdan salınmaqla vətəndaşların qarşısında etimadsızlığına zəmin yaradaraq hüquqlarının və qanunla qorunan mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətməklə vəzifəli şəxsin səlahiyyətlərini təkrarən mənimsəmiş, Təqsirləndirilən şəxs2la qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Zahir Nuralıyevin xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə sonuncunu vahid niyyətlə təkrarən təhrik etmişdir. Bundan başqa, o, tanışı Təqsirləndirilən şəxs4 ilə özgənin xeyli miqdarda əmlakını təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində cinayət əlaqəsinə girərək X8 rəhbəri olduğu "xxxx" MMC-nin depozit hesablarına vergi orqanı tərəfindən qoyulmuş məhdudiyyətin aradan qaldırılmasında köməklik göstərilməsi ilə əlaqədar özünə müraciət etmiş, 12 yanvar 2021-ci il tarixdə özbaşına özünü Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşı kimi təqdim etməklə tanış olduğu Şahid8 istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə öz istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsindən 2021-ci ilin yanvar ayında zəng edərək tanışı olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin səlahiyyətli rəhbər vəzifəli şəxsinin vergi borclarını silmək və hesablara həmin Xidmət tərəfindən qoyulmuş məhdudiyyətləri ləğv etmək səlahiyyətlərinin olmasını yalandan bildirərək, vəzifəli şəxs qismində sonuncuya xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Məmməd Cəfərovun xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 10.000 (on min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsi, habelə dövlət büdcəsinə 5.000 (beş min) manat məbləğində pul vəsaitinin ödənilməsi müqabilində həmin məsələni müsbət həll edəcəyini, yəni Məmməd Cəfərovun rəhbəri olduğu "xxxx" MMC-nin ümumilikdə hesablarına qoyulmuş məhdudiyyətin ləğv etdirəcəyini, riskli vergi ödəyicisi olan "xxxx" MMC ilə aparılmış maliyyə əməliyyatlarının ləğvi nəticəsində yaranmış 120.000 (yüz iyirmi min) manat məbləğdə vergi borcunun dövlət büdcəsinə heç bir ödəniş edilmədən sildirəcəyini yalandan vəd etməklə yaranmış etibardan sui-istifadə edib aldadaraq, həqiqi niyyəti barədə aldatmaq məqsədilə cinayətkar qrupun üzvü Təqsirləndirilən şəxs4 isə "xxxx" MMC-nin İnternet Vergi İdarəsindəki şəxsi vərəqəsinə daxil olmaqla əsassız dəqiqləşdirilmiş vergi bəyannaməsi verərək depozit hesabının müvəqqəti açılmasına nail olmaqla, 15 yanvar 2021-ci il tarixdə ünvan 10 ünvanında yerləşən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin inzibati binasının qarşısında Şahid8 ilə görüşməklə görəcəyi işdə əminlik yaradaraq 16 yanvar 2021-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsində cinayətdən xəbərsiz Şahid10 ilə görüşərək sonuncudan Məmməd Cəfərova məxsus 15.000 (on beş min) manat pul vəsaitini alıb, əldə edilmiş həmin pul vəsaitinin 5.000 (beş min) manatını Məmməd Cəfərovun təsisçisi olduğu "xxxx" MMC-nin vergi borcuna ödəsə də, qalan pul vəsaitini qabaqcadan əlbir olduğu cinayətkar qrupun üzvü Təqsirləndirilən şəxs4lə aralarında bölərək şəxsi ehtiyaclarına sərf etməklə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində Məmməd Cəfərova məxsus 10.000 (on min) manat məbləğində pul vəsaitini ələ keçirib ona vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, Təqsirləndirilən şəxs4lə qabaqcadan əlbir olan bir qrup şəxs qismində həmin hərəkətləri ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əhali arasında nüfuzdan salınmaqla vətəndaşların qarşısında etimadsızlığına zəmin yaradaraq hüquqlarının və qanunla qorunan mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətməklə vəzifəli şəxsin səlahiyyətlərini təkrarən mənimsəmiş, Təqsirləndirilən şəxs4lə qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Məmməd Cəfərovun xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə sonuncunu vahid niyyətlə təkrarən təhrik etmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Şahid11 satış direktoru olduğu "xxxx" MMC-nin depozit hesablarına vergi orqanı tərəfindən qoyulmuş məhdudiyyətin aradan qaldırılmasında köməklik göstərilməsi ilə əlaqədar özünə müraciət etmiş, 12 yanvar 2021-ci il tarixdə özbaşına özünü Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşı kimi təqdim etməklə tanış olduğu Şahid8 2021-ci ilin fevral ayında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin tanışı olan səlahiyyətli rəhbər vəzifəli şəxsinin vergi borclarını silmək və hesablara həmin Xidmət tərəfindən qoyulmuş məhdudiyyətləri ləğv etmək səlahiyyətlərinin olmasını yalandan bildirərək, vəzifəli şəxs qismində sonuncuya xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid11 xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 40.000 (qırx min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsi müqabilində həmin məsələni müsbət həll edəcəyini, yəni Şahid11 satış direktoru olduğu "xxxx" MMC-nin və ondan mal almış digər şəxslərin ümumilikdə hesablarına qoyulmuş məhdudiyyəti ləğv etdirəcəyini, vergi borcunu dövlət büdcəsinə heç bir ödəniş edilmədən sildirəcəyini yalandan vəd etməklə yaranmış etibardan sui-istifadə edib aldadaraq onunla razılaşmaqla sövdələşib, həmin niyyətlə, 2021-ci ilin fevral ayının ortalarında “Azsement ünvan 11 ünvanında yerləşən ofisinin yaxınlığında Şahid8 ilə görüşərək sonuncudan Şahid11 məxsus 40.000 (qırx min) manat pul vəsaitini alıb, əldə edilmiş həmin pul vəsaitini şəxsi ehtiyaclarına sərf etməklə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə Şahid11 məxsus 40.000 (qırx min) manat məbləğində pul vəsaitini ələ keçirib ona vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, həqiqi niyyəti barədə aldatmaq və görəcəyi işdə əminlik yaratmaq məqsədilə Şahid11la "xxxx" MMC-nin qeyd edilən ünvandakı ofisində görüş əsnasında sonuncuya təkrarən özbaşına özünü Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşı kimi təqdim edərək Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əhali arasında nüfuzdan salınmaqla vətəndaşların qarşısında etimadsızlığına zəmin yaradaraq hüquqlarının və qanunla qorunan mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətməklə vəzifəli şəxsin səlahiyyətlərini təkrarən mənimsəmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid11 xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə sonuncunu vahid niyyətlə təkrarən təhrik etmişdir. Bundan başqa, o, tanışı Təqsirləndirilən şəxs3 ilə özgənin xeyli miqdarda əmlakını təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində cinayət əlaqəsinə girərək tanışı Şahid15 vergi borcuna görə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən depozit hesablarına qoyulmuş məhdudiyyətlərin aradan qaldırılmasında kömək edilməsi məqsədilə cinayətkar qrupun üzvü Təqsirləndirilən şəxs3 2021-ci ilin fevral ayında müraciət etmiş cinayətdən xəbərsiz X13 Təqsirləndirilən şəxs3 guya özünün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Orxan” adlı əməkdaşı olduğunu yalandan bildirməklə özünün tanışı olan həmin Xidmətin səlahiyyətli rəhbər vəzifəli şəxsinin vergi borclarını silmək və hesablara həmin Xidmət tərəfindən qoyulmuş məhdudiyyətləri ləğv etmək səlahiyyətlərinin olmasını yalandan bildirərək, vəzifəli şəxs qismində sonuncuya xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid15 xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 20.000 (iyirmi min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsi müqabilində həmin məsələni müsbət həll edəcəyini, yəni Şahid15 hesablarına qoyulmuş məhdudiyyəti ləğv etdirəcəyini, vergi borcunu dövlət büdcəsinə heç bir ödəniş edilmədən sildirəcəyini yalandan vəd etməklə yaranmış etibardan sui-istifadə edib aldadaraq Şahid15 və Amalya Qasımova ilə cinayətkar qrupun üzvü Təqsirləndirilən şəxs3 vasitəsilə razılaşmaqla sövdələşib həmin niyyətlə, sonuncu 2021-ci ilin fevral ayının sonlarında ünvan 13 ünvanının yaxınlığında Amalya Qasımova ilə görüşərək sonuncudan Şahid15 məxsus 10.000 (on min) manat məbləğdə pul vəsaitini alaraq əldə edilmiş həmin pul vəsaitinin 7.500 (yeddi min beş yüz) manatını Təqsirləndirilən şəxs3 alıb, qalan 2.500 (iki min beş yüz) manat pul vəsaiti sonuncuda qalmaqla, öz aralarında bölüşdürmüş, habelə o, öz cinayətkar niyyətini davam etdirərək 21 mart 2021-ci il tarixdə öz istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsi ilə Amalya Qasımovanın istifadəsində olmuş ***-***-**- ** mobil telefon nömrəsinə zəng etməklə təkrarən özbaşına özünü Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşı kimi təqdim edib onu aldatmaqla işin həlli üçün ilkin olaraq istədiyi 20.000 (iyirmi min) manat pul vəsaitinin qalan hissəsini tələb etməklə ünvan 13 ünvanının yaxınlığında Amalya Qasımova ilə həmin tarixdə görüşərək 1.500 (min beş yüz) manat və 23 mart 2021-ci il tarixdə görüşərək 5.000 (beş min) manat olmaqla, sonuncuya məxsus cəmi 6.500 (altı min beş yüz) manat pul vəsaitini ondan almaqla, həmçinin, 27 mart 2021-ci il tarixdə "xxxx" şirkətinə məxsus MilliÖN ödəmə terminal vasitəsilə istintaqla müəyyən edilməyən plastik bank kartı hesabına Amalya Qasımovanın göndərdiyi Şahid15 məxsus 3.500 (üç min beş yüz) manat məbləğdə pul vəsaitini qeyri-aşkar şəraitdə nağdlaşdıraraq ələ keçirib şəxsi ehtiyaclarına sərf etməklə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə Şahid15 məxsus 13.500 (on üç min beş yüz) manat, o cümlədən 10.000 (on min) manatını Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində, habelə, Amalya Qasımovaya məxsus 6.500 (altı min beş yüz) manat olmaqla, ümumilikdə 20.000 (iyirmi min) manat məbləğində pul vəsaitini ələ keçirib sonuncu və Şahid15 vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, həmin hərəkətləri ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əhali arasında nüfuzdan salınmaqla vətəndaşların qarşısında etimadsızlığına zəmin yaradaraq hüquqlarının və qanunla qorunan mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətməklə Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifəli şəxsin səlahiyyətlərini təkrarən mənimsəmiş, Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid15 xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə sonuncunu və Amalya Qasımovanı vahid niyyətlə təkrarən təhrik etmişdir. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs qismində etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını xeyli miqdarda ziyan vurmaqla vahid niyyətlə ələ keçirərək dələduzluq etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs qismində özbaşına özünü vəzifəli şəxs kimi təqdim edərək hüquqi şəxsin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətməklə vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmiş, qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qeyrisinin xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətlərin müqabilində qeyrisi vasitəsilə birbaşa yolla maddi nemətin vahid niyyətlə rüşvət qismində verilməsinə qeyrisini təhrik etmişdir. Belə ki, o, tanışı Təqsirləndirilən şəxs1 ilə özgənin xeyli miqdarda əmlakını aldatma və etibardan suiistifadə etmə yolu ilə ələ keçirmək məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşib cinayət əlaqəsinə girərək Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən 7 sentyabr 2020-ci il tarixdə həyata keçirilmiş X29 nəticəsində Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işə götürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin yerinə yetirilməsinə, habelə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi halları aşkar edilərək barəsində təyin edilmiş 32.000 (otuz iki min) manat məbləğdə maliyyə sanksiyasının silinməsində köməklik göstərilməsi məqsədilə özünə müraciət etmiş X3 7 sentyabr 2020-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu ərazisindəki iş yerində görüşləri əsnasında şəxsən cinayətkar qrupun üzvü Çingiz X18 Xidmətinin X29 Departamentinin rəisinin köməkçisi vəzifəsində işlədiyini yalandan bildirərək barəsində həqiqi olmayan fikir formalaşdırdıqdan sonra özünün istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsinə zəng etməklə X25 Məcnunzadənin aralarında telefon əlaqəsi saxlanmasını təmin etdikdə cinayətkar qrupun üzvü Təqsirləndirilən şəxs1 Zahir Nuralıyevə özbaşına özünü Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşı kimi təqdim edib onu aldatmaqla Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin səlahiyyətli rəhbər vəzifəli şəxsi olan bilavasitə rəisinin maliyyə sanksiyalarını silmək səlahiyyətlərinin olmasını yalandan bildirərək, vəzifəli şəxs qismində sonuncuya xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Zahir Nuralıyevin xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla Təqsirləndirilən şəxs1 vasitəsilə maddi nemət olan 15.000 (on beş min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsi müqabilində həmin məsələni müsbət həll edəcəyini, yəni Zahir Nuralıyevin ümumilikdə 32.000 (otuz iki min) manat məbləğdə olan maliyyə sanksiyalarının dövlət büdcəsinə heç bir ödəniş edilmədən sildirəcəyini yalandan vəd edərək, özü barəsində formalaşdırdığı inam və etibardan sui-istifadə etməklə Zahir Nuralıyevlə şəxsən razılaşmaqla sövdələşib, həmin gün, yəni 7 sentyabr 2020-ci il tarixdə şəxsən Zahir Nuralıyevlə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq yaşayış massivi ərazisində görüşərək 8.000 (səkkiz min) manat, 2020-ci ilin sentyabr ayının ortalarında istintaqla müəyyən edilməyən gündə Zahir Nuralıyevlə Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən iş yerində görüşüb 2.000 (iki min) manat pul vəsaitini ondan almaqla, habelə cinayətkar qrupun üzvü Təqsirləndirilən şəxs1 cinayətdən xəbərsiz olan tanışı Şahid7 "xxxx" ASC-dəki ******************** nömrəli hesabına Zahir Nuralıyev tərəfindən ünvan 9 ünvanda yerləşən 179 nömrəli “eManat” ödəmə terminalı vasitəsilə 14 sentyabr 2020-ci il tarixdə 110426 nömrəli qəbz əsasında köçürülmüş 2.000 (iki min) manat pul vəsaitini qeyri-aşkar şəraitdə nağdlaşdırmaqla, bundan başqa 2020-ci ilin noyabr ayında şəxsən Zahir Nuralıyevə qeyd edilən məsələnin müsbət həll edilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin səlahiyyətli vəzifəli şəxsinin sonuncunun xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla Təqsirləndirilən şəxs1 vasitəsilə maddi nemət olan əlavə 3.000 (üç min) manat pul vəsaitinin verilməli olduğunu yalandan bildirərək Zahir Nuralıyevlə razılaşmaqla sövdələşib, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq yaşayış massivi ərazisində görüşərək 3.000 (üç min) manat məbləğində pul vəsaitini ondan şəxsən alıb, qabaqcadan, əldə ediləcək 15.000 (on beş min) manat məbləğdə pul vəsaitinin 5.000 (beş min) manat məbləğdə hissəsini aralarında bölüşdürmək barədə razılaşdıqlarından həmin pul vəsaitinin 1.900 (bir min doqquz yüz) manatını özünə götürməklə cinayətkar qrupun üzvü Təqsirləndirilən şəxs1 ilə aralarında bölərək şəxsi ehtiyaclarına sərf edib, sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zahir Nuralıyevə məxsus 15.000 (on beş min) manat məbləğində pul vəsaitini ələ keçirib ona vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində həmin hərəkətləri ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əhali arasında nüfuzdan salınmaqla vətəndaşların qarşısında etimadsızlığına zəmin yaradaraq hüquqlarının və qanunla qorunan mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətməklə vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmiş, Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Zahir Nuralıyevin xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla Təqsirləndirilən şəxs1 vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə Zahir Nuralıyevi vahid niyyətlə təhrik etmişdir. Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olan bir qrup şəxs qismində etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını xeyli miqdarda ziyan vurmaqla vahid niyyətlə ələ keçirərək dələduzluq etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs qismində özbaşına özünü vəzifəli şəxs kimi təqdim edərək hüquqi şəxsin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətməklə vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmiş, qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qeyrisinin xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətlərin müqabilində qeyrisi vasitəsilə birbaşa yolla maddi nemətin vahid niyyətlə rüşvət qismində verilməsinə qeyrisini təhrik etmişdir. Belə ki, o, tanışı Təqsirləndirilən şəxs1 ilə özgənin xeyli miqdarda əmlakını aldatma və etibardan suiistifadə etmə yolu ilə ələ keçirmək məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində cinayət əlaqəsinə girərək tanışı Şahid15 vergi borcuna görə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən depozit hesablarına qoyulmuş məhdudiyyətlərin aradan qaldırılmasında kömək edilməsi məqsədilə özünə 2021-ci ilin fevral ayında müraciət etmiş cinayətdən xəbərsiz X13 guya cinayətkar qrupun üzvü Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Orxan” adlı əməkdaşı olduğunu yalandan bildirməklə sonuncunun tanışı olan həmin Xidmətin səlahiyyətli rəhbər vəzifəli şəxsinin vergi borclarını silmək və hesablara həmin Xidmət tərəfindən qoyulmuş məhdudiyyətləri ləğv etmək səlahiyyətlərinin olmasını yalandan bildirərək, vəzifəli şəxs qismində sonuncuya xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid15 xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla Təqsirləndirilən şəxs1 vasitəsilə maddi nemət olan 20.000 (iyirmi min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsi müqabilində həmin məsələni müsbət həll edəcəyini, yəni Şahid15 hesablarına qoyulmuş məhdudiyyəti ləğv etdirəcəyini, vergi borcunu dövlət büdcəsinə heç bir ödəniş edilmədən sildirəcəyini yalandan vəd etməklə yaranmış etibardan sui-istifadə edib aldadaraq Şahid15 və Amalya Qasımova ilə şəxsən razılaşmaqla sövdələşib həmin niyyətlə, 2021-ci ilin fevral ayının sonlarında ünvan 13 ünvanının yaxınlığında Amalya Qasımova ilə görüşərək sonuncudan Şahid15 məxsus 10.000 (on min) manat məbləğdə pul vəsaitini şəxsən alaraq əldə edilmiş həmin pul vəsaitinin 7.500 (yeddi min beş yüz) manatını qabaqcadan əlbir olduğu cinayətkar qrupun üzvü Təqsirləndirilən şəxs1 verib, qalan 2.500 (iki min beş yüz) manat pul vəsaiti özündə saxlayıb, şəxsi ehtiyaclarına sərf etməklə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə Şahid15 məxsus 10.000 (on min) manat məbləğində pul vəsaitini ələ keçirib sonuncuya vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, həmin hərəkətləri ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əhali arasında nüfuzdan salınmaqla vətəndaşların qarşısında etimadsızlığına zəmin yaradaraq hüquqlarının və qanunla qorunan mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətməklə Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmiş, Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid15 xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla Təqsirləndirilən şəxs1 vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə Şahid15 vahid niyyətlə təhrik etmişdir. Təqsirləndirilən şəxs4 qabaqcadan əlbir olan bir qrup şəxs qismində etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını xeyli miqdarda ziyan vurmaqla vahid niyyətlə ələ keçirərək dələduzluq etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs qismində özbaşına özünü vəzifəli şəxs kimi təqdim edərək hüquqi şəxsin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətməklə vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmiş, qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qeyrisinin xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətlərin müqabilində qeyrisi vasitəsilə birbaşa yolla maddi nemətin vahid niyyətlə rüşvət qismində verilməsinə qeyrisini təhrik etmişdir. Belə ki, o, tanışı Təqsirləndirilən şəxs1 ilə özgənin xeyli miqdarda əmlakını aldatma və etibardan suiistifadə etmə yolu ilə ələ keçirmək məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində cinayət əlaqəsinə girərək X8 rəhbəri olduğu "xxxx" MMC-nin depozit hesablarına vergi orqanı tərəfindən qoyulmuş məhdudiyyətin aradan qaldırılmasında köməklik göstərilməsi ilə əlaqədar cinayətkar qrupun üzvü Təqsirləndirilən şəxs1 müraciət etmiş, 12 yanvar 2021-ci il tarixdə sonuncunun özbaşına özünü Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşı kimi təqdim etməklə tanış olduğu Şahid8 istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsindən 2021-ci ilin yanvar ayında zəng edərək tanışı olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin səlahiyyətli rəhbər vəzifəli şəxsinin vergi borclarını silmək və hesablara həmin Xidmət tərəfindən qoyulmuş məhdudiyyətləri ləğv etmək səlahiyyətlərinin olmasını yalandan bildirərək, vəzifəli şəxs qismində sonuncuya xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Məmməd Cəfərovun xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla Təqsirləndirilən şəxs1 vasitəsilə maddi nemət olan 10.000 (on min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsi, habelə dövlət büdcəsinə 5.000 (beş min) manat məbləğində pul vəsaitinin ödənilməsi müqabilində həmin məsələni müsbət həll edəcəyini, yəni Məmməd Cəfərovun rəhbəri olduğu "xxxx" MMC-nin ümumilikdə hesablarına qoyulmuş məhdudiyyəti ləğv etdirəcəyini, riskli vergi ödəyicisi olan "xxxx" MMC ilə aparılmış maliyyə əməliyyatlarının ləğvi nəticəsində yaranmış 120.000 (bir yüz iyirmi min) manat məbləğdə vergi borcunu dövlət büdcəsinə heç bir ödəniş edilmədən sildirəcəyini yalandan vəd etməklə yaranmış etibardan sui-istifadə edib aldadaraq, həqiqi niyyəti barədə aldatmaq məqsədilə şəxsən "xxxx" MMC-nin İnternet Vergi İdarəsindəki şəxsi vərəqəsinə daxil olmaqla əsassız dəqiqləşdirilmiş vergi bəyannaməsi verərək depozit hesabının müvəqqəti açılmasına nail olmaqla, cinayətkar qrupun üzvü Təqsirləndirilən şəxs1 isə 15 yanvar 2021-ci il tarixdə ünvan 10 ünvanında yerləşən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin inzibati binasının qarşısında Şahid8 ilə görüşməklə görəcəyi işdə əminlik yaradaraq 16 yanvar 2021-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsində cinayətdən xəbərsiz Şahid10 ilə görüşərək sonuncudan Məmməd Cəfərova məxsus 15.000 (on beş min) manat pul vəsaitini alıb, əldə edilmiş həmin pul vəsaitinin 5.000 (beş min) manatını Məmməd Cəfərovun təsisçisi olduğu "xxxx" MMC-nin vergi borcuna ödəsə də, qalan pul vəsaitini qabaqcadan əlbir olduğu cinayətkar qrupun üzvü Təqsirləndirilən şəxs1 ilə aralarında bölərək şəxsi ehtiyaclarına sərf etməklə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində Məmməd Cəfərova məxsus 10.000 (on min) manat məbləğində pul vəsaitini ələ keçirib ona vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində həmin hərəkətləri ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əhali arasında nüfuzdan salınmaqla vətəndaşların qarşısında etimadsızlığına zəmin yaradaraq hüquqlarının və qanunla qorunan mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətməklə vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmiş, Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Məmməd Cəfərovun xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla Təqsirləndirilən şəxs1 vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə Məmməd Cəfərovu vahid niyyətlə təhrik etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittihamlar üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, əvvəllər dondurma fabrikində mühasib olmuşdur, daha sonra həmin dondurma fabriki bağlandığından, özü qeyri-rəsmi mühasibatlıq fəaliyyəti ilə məşğul olmuşdur. O, xidmət göstərdiyi bütün şəxslərə etibarnamə əsasında xidmət göstərmiş və həmin xidməti göstərməyə səlahiyyəti olmuşdur. Xidmət göstərdiyi şəxslərə verdiyi vədləri yerinə yetirmişdir. Göstərdiyi xidmətlərə görə aldığı pulları digər şəxsə verməmişdir, onun öz zəhmət haqqı olmuşdur. O, Zərərçəkmiş şəxs pul alıb, onun adına olan hesaba daxil olub, Davudun adına olan Vergi borcunu silməmişdir. Həmin hesabdan 1 manat borc silmək belə qeyri-mümkündür. Vergidə olan borcun silinməsi üçün Vergi Xidmətinin 5 idarəsi var. Davudda olan borcdan 1 manat belə borc silinməyib. Vergidə olan borcun silinməsi üçün o, Davuddan 8000 manat pul alıb Firdovsiyə verməmişdir. Firdovsi Bakı şəhərində kassa aparatlarının satışı ilə məşğul olan şəxsdir. Davudun ona verdiyi 6500 manat pulu Firdovsiyə vermiş, Firdovsidən 06 ədəd kassa aparatı almış, daha sonra 2300 manat pul veribdir ki, kassa aparatlarının qoşulması üçün, Şəki rayonuna getmiş, kassa aparatları qoşulubdur və həmin qoşulmaya aid qəbzlər də mövcuddur. Nailə xanım ilə əlaqədar onu deyə bilər ki, o, Nailə xanımdan pul almışdır. Nailə xanım ona demişdir ki, onların depozit hesabı blokdadır. O, Nailə xanımın işinə baxmış və üç ay ərzində onun bütün işlərinə baxaraq hesabatları vermişdir. İmamqulu müəllimə sadəcə sənədləri göndərmiş, sənədlərə baxıb sadəcə harada səfv varsa, onları ona bildirib, bu işlərlə İmamqulunun əlaqəsi yoxdur. O, Şahid1 8000 manat pul alıb, onun vergi borcunu silməmişdir, ümumiyyətlə Şahid1 adına VÖEN yoxdur, VÖEN yoxdursa Şahid1 adına vergi borcu ola bilməz. Amalya xanımla onu Qoşqar tanış edibdir, Qoşqarın bu işlərlə əlaqəsi yoxdur. Amalya xanım ona demişdir ki, onun işlərini həll etsin, əziyyət haqını verəcəkdir. O, Amalya xanımın işinə görə mən dəfələrlə Zaqatalaya getmişdir. Amalya xanımın işini həll etmiş, Amalya xanımın işi həll oldunduqdan sonra Amalya xanımın ona 5000 manat pul borcu qalmışdır. Amalya xanımın məsələsində, həmin puldan Qoşqara pul verməmişdir. O, heç kimi aldatmamış və heç kimə bu işlərlə əlaqədar rüşvət verməmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittihamlar üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, Bakı şəhərində taksi fəaliyyəti ilə məşğul olur. Təqsirləndirilən şəxs1 ilə onu, dostu Şahid7 tanış etmişdir. Taksi fəaliyyəti ilə məşğul olduğu üçün Təqsirləndirilən şəxs1 bir neçə dəfə gedəcəyi yerlərə taksi kimi aparmış və bu əsnada bilmişdir ki, Təqsirləndirilən şəxs1 mühasib vəzifəsində işləyir. Onun dostu Zahirin vergidə 15.000 manat borcunun olması ilə əlaqədar problemi olmuşdur. Bu məsələ ilə əlaqədar olaraq o, dostu Zahir ilə Çingizin tanış olub bu barədə söhbət etməklərinə vasitəçi olmuşdur. Dostu Zahir ilə Çingiz özləri öz aralarında danışmışlar və Çingiz, dostu Zahirə kömək edə biləcəyini demişdir. Dostu Zahir vergidə olan borcunun ödənilməsi üçün 15.000 manat pulu Çingizə ödəməsi üçün vermişdir. Daha sonra məlum olmuşdur ki, Çingiz həmin 15000 manat borcu ödəməyib, dostu Zahirin vergidə olan 15000 manat borcu qalmışdır. Buna görə, dostu Zahir də Çingizə verdiyi 15000 manat pulun Çingiz tərəfindən geri qaytarılmasını istəmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ona elan edilmiş ittihamlar üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, onun şirkəti var və həmin şirkətdə mühasiblər çalışır. Amalya xanım telefon vasitəsilə ona zəng edərək yaxın qohumunun vergi problemi olduğunu və ona görə vergi borcunun yarandığını və köməklik göstərə bilib-bilməyəcəyini soruşmuşdur. O, Amalya xanımdan şifrə login aldıqdan sonra baxıb görmüşdür ki, onun şirkətinin göstərə biləcəyi xidmət deyil. Amalya xanımın çox israrlarından sonra o, Nailə xanım adlı mühasibdən Təqsirləndirilən şəxs1 əlaqə nömrəsini istəmişdir. Çingiz öz adını əvvəl ona Orxan olaraq demişdir. Çingiz ondan şifrə logini istəmiş və demişdir ki, əgər alınsa həll edəcək. Nailə xanım Çingizi ona vergi işçisi kimi tanış etmişdir. Daha sonra o, Çingiz ilə görüşmüş. Çingiz ilə görüşdükləri zaman, hansı idarədə işlədiyini soruşduqda, Çingiz demişdir ki, o, vergi işçisi deyil, sadəcə hesabat verməyə köməklik göstərə bilər, dəqiqləşdirmə verib, daha sonra dəqiqləşdirmələri təsdiqlətdirə bilər. Çingiz şifrə və loginə baxdıqdan sonra bu işi həll edəcəyini, lakin iki ay müddətində uzanacağını bildirmiş, qiyməti isə 20000 manat olacağını demişdir. Çingiz demişdir ki, bir-iki gün ərzində məbləğ verilərsə, o, işə başlayar. Çingizin göstərəcəyi xidmətə görə Amalya xanım ilə görüşmüş və Amalya xanımdan Çingizin göstərəcəyi xidmətə görə 10000 manatı götürmüşdür. O, Amalya xanımdan aldığı 10000 manat pulu bütöv formada Çingizə verməyə çəkinmiş, ilkin olaraq Çingizə 5000 manat vermiş, daha sonra 2500 manat və ondan sonra isə geri qalan 2500 manatı Çingizə vermişdir. Çingizin iki ay müddətində həll edəcəyi işi, Amalya xanım iki həftə ərzində həll edilməsini istədiyindən, gün ərzində dəfələrlə ona telefon vasitəsilə zəng vurduğu üçün, o, artıq geri çəkilərək, məsələni özlərinin həll etməsini bildirmişdir. Amalya xanımın verdiyi 10000 manatdan ona heç bir məbləğdə pul qalmamışdır. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs4 ona elan edilmiş ittihamlar üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 ona Şahid1, Şahid15 məlumatlarını versə də, o, həmin şəxslərlə əlaqədar hər hansı bir əməliyyat həyata keçirməmişdir. 2021-ci ilin fevral ayında ona ancaq "xxxx" MMC-nin giriş şifrəsini və digər məlumatlarını vermişdir. Həmin Cəmiyyətin vergi hesabatları ilə tanış olan zaman ona məlum olmuşdur ki, 2019-cu ilin dekabr ayında sistemə elektron qaimə daxil edilsə də, həmin mallara görə ödəniş 2020-ci ilin dekabr ayında edilmişdir. Bu səbəbdən 2019-2020-ci illərin hesabatlarında ziddiyət yaranmışdır. Qeyd edilən əməliyyatla əlaqədar o, dəqiqləşdirilmiş vergi hesabatı vermişdir. Həmin əməliyyata dair hessabat versə də, sənədləri müəssisə özü təqdim etməli olmuşdur. Belə ki, növbəti gün saat 00:00-dək sənədlər təqdim edilmədikdə həmin hesabat tədiqlənməmiş hesabat kimi sistemdə qalır. Lakin həmin hesabat təsdiqlənməmiş kimi qeydə alınanadək o, bankda hesab açmaq üçün sistem üzərindən müraciət etmişdir. Hesab açıldıqdan bir neçə gün sonra həmin əməliyyat təsdiq edilməsə, vergi orqanı tərəfindən hesablar yenidən məhdudlaşdırılır. Qeyd edilən əməliyyata aid sənədlər təqdim edilmədiyindən, həmin əməliyyat vergi orqanı tərəfindən qəbul edilməmişdir. Bundan başqa, qeyd edilən Cəmiyyətlə əlaqədar hər hansı bir əməliyyat aparmamışdır. Təqsirləndirilən şəxs1 hazırda adlarını xatırlamadığı fiziki və hüquqi şəxslərin e-taxes.gov.az İnternet Vergi İdarəsinə giriş kod və şifrəsini vermiş və həmin şirkətlərin vergi hesabatlarında nə kimi çatışmazlıqların olmasını müəyyən edərək aradan qaldırılmasını xahiş etmişdir. Lakin yalnız "xxxx" MMC-nin yuxarıda qeyd edilən əməliyyatlarını yerinə yetirmiş və şəxsi vərəqə üzrə azalma vermişdir. Lakin həmin azalmanı verəndən sonra Çingizə azalma üçün əsas olmuş sənədlərin həmin şirkətin mühasibi tərəfindən vergi orqanına təqdim etməsini tapşırmasını, əks halda azalmanın ləğv ediləcəyini bildirmişdir. Müvafiq alt sənədləri təqdim edilmədiyi üçün azalma ləğv edilmiş və vergi borcu geri bərpa edilmişdir. O, heç bir zaman heç kimdən pul almamış, əvvəllər Nailə adlı şəxsi tanımamış, Nailə xanımı ibtidai istintaq dövründə prokurorluqda görüb tanımışdır. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş İsayev Davud Ramazan oğlu ifadəsində göstərmişdir ki, fiziki şəxs kimi Şəki şəhərində yerləşən özünə məxsus "Şəki Market" ticarət obyektini işlədir. 01.01.2019-cu il tarixdə Dövlət Vergi Xidməti tərəfindən ona 26.500 manat məbəğində vergi borcu hesablanmışdır. Bu səbəbdən 16.08.2019-cu il tarixdə Yevlax şəhərində tanışı Vüsaqi adlı şəxsin vasitəsi ilə tanış olduğu Təqsirləndirilən şəxs1 ilə görüşmüş, sonuncu özünü Dövlət Vergi Xidmətində Lokal Gəlirlər Departamentinin əməkdaşı kimi təqdim etmiş, işdən sərbəst vaxtlarında mühasib kimi sahibkarlara yardım edərək əlavə pul qazandığını bildirmişdir. Təqsirləndirilən şəxs1 onunla birlikdə Şəki şəhərindəki ona məxsus “Şəki Market” ticarət obyektinə getmişlər. Təqsirləndirilən şəxs1 həmin marketin mühasibatlıq işlərini yoxlamış, 26.500 manat məbləğdə vergi borcu olduğunu, 20.000 manatdan yuxarı vergi borcunun ödənilməməsinə görə barəsində toplanmış materialların Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırması Baş İdarəsinə göndəriləcəyini, bu səbəbdən 6000 manat vergi borcunu ödəməli olduğunu bildirmiş, onun vergi borcuna görə dövlət büdcəsinə ödəmək üçün 6000 manat məbləğdə pul vəsaitini ondan istəmiş və elə həmin gün, yəni 16 avqust 2019-cu il tarixdə Şəki şəhərində “Şəki Market” mağazasında ondan 6.000 manat pulu almışdır. Təqsirləndirilən şəxs1 18 avqust 2019-cu il tarixdə ona məxsus qeyd edilən ticarət obyektinə gələrək 26.500 manat məbləğdə vergi borcunun 6.000 manatını ödədiyini, Dövlət Vergilər Xidmətində rəisi olan Firdovsi adlı şəxsin Qəbələ rayonu ərazisindəki “Qafqaz” otellərini yoxlamağa gəldiyini, sonuncuya rüşvət qisməndə pul verəcəyi halda qalan 20.500 manat vergi borcunun silinəcəyini bildirməklə nə qədər pulunun olduğunu soruşduqda, sonuncuya 8.300 manat məbləğdə pulunun olduğunu bildirmiş, Təqsirləndirilən şəxs1 onu aldadaraq sövdələşib elə həmin gün, yəni 18 avqust 2019-cu il tarixdə “Şəki Market” mağazasında ondan 8.300 manat məbləğdə pul vəsaitini almışdır. Təxminən 2019-cu ilin sentyabr ayında Təqsirləndirilən şəxs1 ilə birlikdə Bakı şəhərində olarkən sonuncu onunla birlikdə Ayna Sultanovanın heykəlinin yaxınlığındakı ofisə getmiş, orada bir nəfəri ona göstərərək rəisi Firdovsi olduğunu bildirmişdir. O, həmin şəxsin hansı səbəbə Dövlət Vergi Xidmətində yox, belə balaca ofisdə oturduğunu düşünərək Çingizdən bir qədər şübhələnməyə başlamışdır. Onun özünün vergi borcu olduğundan öz VÖEN-i ilə sahibkarlıq fəaliyyətini davam etdirə bilmədiyinə görə işçisi Nihad Abdullayevin VÖEN-i ilə fəaliyyət göstərmişdir. 23 avqust 2019-cu il tarixdə Təqsirləndirilən şəxs1 ona zəng edərək Nihad Abdullayevin vergi borcunun yarandığını, vergiləri ödəməyəcəyi halda hesablara məhdudiyyət qoyulacağını bildirərək Elvin Səmədov adlı şəxsin plastik bank kartına dair məlumatları ona verərək dövlət büdcəsinə ödəmək üçün 2500 manat məbləğdə pul köçürməsini bildirmiş və o, həmin gün, yəni 23 avqust 2019-cu il tarixdə qeyd edilən hesaba 2500 manat məbləğdə pul köçürmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs1 eyni səbəbdən ondan 25 avqust 2019-cu il tarixdə 3.783 manat pulu “Şəki Market” mağazasında ondan əlbəəl almış, habelə 07 sentyabr 2019-cu il tarixdə 2.500 manat pulu Təqsirləndirilən şəxs1 “Milliön” ödəniş terminalı vasitəsilə göndərmişdir. Daha sonra ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs1 qəsdən aylıq hesabatları gecikdirmiş, sistemdə bu səbəbdən onun vergi borcu göstərilmiş, ondan pul aldıqdan sonra hesabatları verdiyindən əsassız hesablanmış vergi borcları dərhal silinmiş, aldığı pulları isə mənimsəmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 mağazaya alınacaq mallara görə onların pul köçürmələrini düzgün həyata keçirmədikləri üçün sənədləşmələrin doğru aparılmadığı bildirərək pul vəsaitlərini müvafiq şirkətlərə özünün ödəyəcəyini bildirərək 08 sentyabr 2019-cu il tarixdə ondan 11.000 manat pulu “Şəki Market” mağazasında, 10 sentyabr 2019-cu il tarixdə 4.000 manat pulu Bakı şəhərində Gənclik metrostansiyasının yaxınlığında yerləşən “Kişmiş” iaşə obyektində, 6000 manat pulu isə Yasamal rayonu, Tibilisi prospektində yerləşən “İst Petrol” YDM-də əlbəəl almışdır. Lakin daha sonra ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs1 həmin pul vəsaitini ələ keçirərək şəxsi ehtiyaclarına sərf etmiş, heç kəsə həmin pul vəsaitini verməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Bakı şəhəri ərazisində fəaliyyət göstərən “Medalyon” adlı restoranlara sahiblik etməklə sahibkarlıqla məşğul olmuşdur. 2019-cu ilin ortalarında mühasibin səhvinə görə həmin iaşə obyektinə 18.000 manat məbləğdə vergi borcu hesablanmışdır. Dostu Zərərçəkmiş şəxs onu Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Departamentinin əməkdaşı kimi tanıdığı Təqsirləndirilən şəxs1 ilə tanış etmişdir. 2019-cu ilin avqust ayında Təqsirləndirilən şəxs1 ilə görüşləri zamanı sonuncu özünü Dövlət Vergi Xidmətinin həmin Departamentinin əməkdaşı kimi təqdim edərək ona kömək edəcəyini, məsələnin həlli ilə əlaqədar Dövlət Vergi Xidmətinə məktub yazacağını, qeyd edilən 18.000 manat vergi borcunun əsassız olduğunu sübut edəcəyini, mühasibin səhvinə görə vergi borcu hesablandığından həmin məsələnin asan həll ediləcəyini, lakin işin həlli üçün 8.000 manat məbləğdə pul vəsaitini adını çəkmədiyi şəxslərə verəcəyini bildirmişdir. O, Təqsirləndirilən şəxs1 ilə razılaşdıqdan bir neçə gün sonra Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsində yerləşən “Çaysaray” adlı iaşə obyektində 4000 manat, ünvan 8 ünvanda yerləşən “Medalyon” adlı iaşə obyektinin qarşısında isə 4000 manat olmaqla ümumilikdə 8000 manat pulu Təqsirləndirilən şəxs1 vermiş, lakin sonuncu heç bir vədinə əməl etməmiş və onun pulunu qaytarmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 onun Kapital Bank ASC-ə məxsus ********** nömrəli plastik bank kartına dəfələrlə pul vəsaitləri göndərmiş, daha sonra ya o, həmin pul vəsaitlərini nağdlaşdıraraq Çingizin özünə vermiş, ya da Çingiz özü həmin qeyd edilən plastik bank kartını götürərək bankomat terminalları vasitəsilə pul vəsaitlərini nağdlaşdıraraq öz şəxsi məsrəflərinə sərf etmişdir. Habelə bacısı X7 ********** nömrəli plastik bank kartı Çingizdə olmuş, qeyd edilən kart Rüxzarə Rzayevanın adına rəsmiləşdirilsə də, Çingiz tərəfindən istifadə edilmişdir. O, Şahid2 və Şahid3 tanımamışdır. Onun adına olan Kapital Bank ASC-ə məxsus ********** nömrəli plastik bank kartı hesabına 13 aprel 2020-ci il tarixdə göndərilmiş 1.400 manat pul vəsaitinin Şahid3 tərəfindən, 14 aprel 2020-ci il tarixdə göndərilmiş 1000 manat pul vəsaitinin isə Şahid2 tərəfindən göndərilməsini, habelə hansı məqsədlər və nə səbəbə göndərilməsini bilməmişdir. Belə ki, qeyd edilən pul vəsaitləri ona hər hansısa hesabdan köçürmə ilə yox, “Milli ön” ödəmə terminalları vasitəsilə göndərilmişdir. X21 kartı Çingizdə olduğundan sonuncunun ümumiyyətlə qeyd edilən pul köçürmələri barədə məlumatı olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, 07 oktyabr 2020-ci il tarixdə Dövlət Vergi Xidmətinin X16 müəssisəsində yoxlama apararaq 16 nəfər əmək müqaviləsi olmayan işçi aşkarlayaraq rəhbərlik etdiyi müəssisəyə 32.000 manat məbləğində cərimə yazmışdır. Həmin gün o, bu barədə dostu Rəşada demiş, sonuncu isə onu geniş əlaqələri olan Elşad adlı şəxslə tanış etmişdir. Həmin gün Elşad onun Nərimanov rayonunda yerləşən ofisinə gəlmiş və X29 Departamentində rəisin köməkçisi vəzifəsində çalışan tanışı Çingiz adlı şəxsə yığaraq telefonu ona vermiş, Çingiz isə ona qısaca söhbətdən xəbərdar olduğunu və axşam saat 12-yə qədər 15000 manat ödəyəcəyi təqdirdə cərimənin silinəcəyini bildirərək birbaşa cavab istəmiş və o, məcbur olub razılaşmış, daha sonra Elşada pulu axşama kimi verəcəyini bildirmişdir. Bir neçə saat sonra Elşada zəng vuraraq 8000 manat topladığını, qalan məbləğin verilməsi üçün isə 1 həftə vaxt verməsini istəmiş, Elşad Çingizlə danışdıqdan sonra ona razılıq vermiş və onlar axşam saatlarında Binə qəsəbəsi, Atçılıq massivində görüşərək 8000 manatı Elşada vermişdir. Bundan iki gün sonra o, Rəşada zəng vuraraq Çingiz ilə tanış olmaq istədiyini və onlara qonaqlıq vermək istədiyini bildirmiş və onlar axşam Elşad, Çingiz və Kamil adlı şəxslə süfrə arxasında oturmuş, Çingiz görüş əsnasında vergi qanunvericiliyi mükəmməl bilən şəxs təəssüratı bağışlamışdır. Bundan sonra o, 1 həftə ərzində Rəşadla bir dəfə həmin yerdə görüşərək sonuncuya 2000 manat məbləğində pul vermiş, bir neçə gün sonra isə yuxarıda Kamil adlı şəxsin kartına 2000 manat pul göndərmişdir. Bundan sonra ona vergi borcunun silinmədiyi barədə məktublar gəlmiş və o, şübhələnməyə başlamışdır. Bundan sonra Çingizin ümumiyyətlə Vergi Xidmətində işləmədiyini öyrənmiş və verdiyi pulu geri tələb etməyə başlamış, lakin Elşadla Çingiz müxtəlif bəhanələr gətirərək pulu ona verməmişlər. Bu hadisədən təqribən 2 ay sonra Elşad ona zəng edərək xoş xəbərinin olduğunu və sənədin Ədliyyə Nazirliyində təsdiq olunması üçün 3000 manat məbləğində pul lazım olduğunu bildirmiş və o, həmin pulu Binə qəsəbəsi, Atçılıq massivində 3000 manatı Elşada vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş X6 şahid Zahir Nuralıyevlə eyni məzmunlu ifadə vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid7 ifadəsində bildirmişdir ki, o, 2020-ci ilin iyun-iyul aylarında Təqsirləndirilən şəxs1 ilə yaşadığı məhlədə kirayə ev tutaraq yaşadığından tanış olmuşdur. O, Təqsirləndirilən şəxs2 Çingiz X18 Xidmətinin əməkdaşı olduğunu bildirməmiş, hətta Elşada Təqsirləndirilən şəxs1 avtomobil ilə piyadanı vuraraq öldürdüyünə görə X31 müəssisəsində cəza çəkdiyini demişdir. X40 Vergi Xidməti əməkdaşı olmadığını bilmişdir. Sadəcə olaraq Çingiz mühasibatlıq və vergi qanunvericiliyini bildiyinə görə vergi sahəsində köməklik göstərə bilmişdir. Çingiz ona Zahir üçün vergi hesabatlarını yazdığını, mühasibatlıq sənədlərini düzəltdiyini, bu səbəbdən Zahirin ona pul göndərəcəyini bildirərək, həmin pulu onun plastik kartına göndərməsini xahiş etdikdə o, razılıq vermişdir. Çingizlə birlikdə Nərimanov rayonunda Ağa Neymətulla küçəsindəki bankomatdan pulu çıxararaq sonuncuya vermişdir. Çingiz həmin puldan ona heç nə verməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, 2020-ci ilin dekabr ayının 30da "xxxx" MMC-nin illik hesabatını vermək üçün login və paroldan istifadə edərək sistemə daxil olduqda həmin Cəmiyyətin hesablarına vergi orqanı tərəfindən məhdudiyyət qoyulduğu və heç bir əməliyyat apara bilmədiyi məlum olmuşdur. Elə həmin gün də müəssisənin təsisçisi Məmməd Cəfərova bu barədə məlumat vermişdir. Lakin, ilin sonu və bayram olduğu üçün vergi orqanı fəaliyyət göstərmədiyi üçün heç bir iş görə bilməmişlər. 2021-ci ilin yanvar ayının təxminən 6-dan bayram qurtardıqdan sonra işə çıxmışlar. 12 yanvar 2021-ci il tarixdə o, "xxxx" MMC-nin direktoru Şahid9 ilə birlikdə məhdudiyyətin səbəbini müəyyən etmək üçün 2 Saylı Ərazi Vergilər Departamentinə getmişlər. Departamentin qabağında "xxxx" MMC və "xxxx" MMC-nin mühasibi vəzifəsində işləyən əvvəldən tanıdığı Hüseyn adlı şəxslə görüşmüşdür. Bu vaxt Hüseynin yanında Çingiz də olmuşdur. Hüseyn ona bildirmişdir ki, X45 Xidmətinin əməkdaşıdır. Hüseyn ona Çingizin normal adam olduğunu və vergilər orqanı ilə yaranmış problemlərini həll edə biləcəyini demişdir. Çingiz onunla görüşərək özünü Dövlət Vergi Xidmətinin əməkdaşı kimi təqdim etməklə Hüseynin dediklərini təsdiq edərək vergilər sahəsində nə kömək lazım olsa edə biləcəyini bildirmişdir. O da tələsdiyi üçün Hüseynə telefon nömrəsini Çingizi verməsini və sonuncunun onunla əlaqə saxlamasını bildirmişdir. Sonradan Çingiz ona zəng edərək özünü təqdim edib ondan problemin nə olduğunu soruşmuş, o, hesablarına məhdudiyyət qoyulduğunu bildirdikdə, bir neçə müəssisənin də eyni vəziyyətdə olduğunu, 15.000 manat pul verəcəkləri halda onların hesablarının açılmasına köməklik edə biləcəyini bildirmişdir. Çingiz həmin puldan 5.000 manat dövlət büdcəsinə, geridə qalanın isə Dövlət Vergi Xidmətinin rəhbərliyinə çatacağını bildirmişdir. Elə həmin vaxt Məmməd Cəfərov işi həll etdikdən sonra Çingizə pul verə biləcəyini bildirmişdir. Çingiz də buna razı olmuş və onları Dövlət Vergi Xidmətinin yaxınlığında görüşə dəvət etmişdir. O, yanvar ayının 15-i Çingizlə görüşə getmişlər. X45 Xidmətinin qəbul otağının qarşısında dayanmış və onu görən kimi özünə məxsus ağ rəngli markasını xatırlamadığı avtomobildə söhbət etməyi təklif etmişdir. Onlar elə Xidmətin qarşısında saxladığı avtomobildə əyləşərək Çingizlə işi hansı qaydada görəcəyini dəqiqləşdirmiş və 15.000 manat məbləğdə pul verəcəklərinə dair razılaşmışlar. Çingiz onunla növbəti gün əlaqə saxlayıb nə etmək lazım olduğunu bildirəcəyini demişdir. Növbəti gün, Çingiz ona zəng edərək ərizə yazıb vergi orqanına onlayn müraciət etməyi, həmin müraciətdə "xxxx" MMC ilə bir daha heç bir əməliyyat aparmayacaqlarını bildirmiş və alqı-satqıya dair qaimələri hesabatlarda ƏDV əvəzləşmələrdən çıxarmışdır. O, belə ediləcəyi halda onlara külli miqdarda vergi borcu hesablanacağını bildirmişdir. Çingiz isə bu məsələni həll edib onlara hesablanacaq vergi məbləği üzrə azalmalar verdirəcəyini bildirmişdir. O da Çingizin ona dediyi kimi eləmiş, təxminən yanvar ayının 25-i hesabları blokdan çıxmağı barədə qərar qəbul edilmişdir. Bundan sonra Çingiz 15.000 manatı tələb etməyə başlamışdır. O da Məmməd müəllimə bu barədə bildirmiş və Məmməd Cəfərov həmin pulu verməyə razılıq vermişdir. Həftənin şənbə günü olduğu üçün o işdə olmamış və Məmməd Cəfərov 15.000 manat pulu Əhməd Xudadzadə vasitəsilə Çingizə göndərmişdir. Onlar “Nərimanov” metrostansiyası yaxınlığında yerləşən vergi departamentinin qarşısında görüşmüş və pul Çingizə təqdim edilmişdir. Çingizin dediyi kimi elədikdən sonra onların şəxsi vərəqlərində 120.000 vergi borcu yaranmışdır. Həmin vergi borcundan 10.000 manat artıq ödəmələri hesabına silinmiş, bundan sonra ƏDV əvəzləşməsinin ləğvindən onların hesabına daxil olan 36.000 manat silinmişdir. Bundan sonra onlara kameral yoxlama barədə məktub daxil olmuş və azalma verilməsi istənilmişdir. O da bu səbəbdən, mənfəət vergisi üzrə dəqiqləşdirilmiş bəyannamələr təqdim etmişdir. Bu formada vergi borclarının bir hissəsi də silinmişdir. O düşünmüşdür ki, onlara kameral məktubu Çingizin köməkliyi ilə göndəriblər. Dəqiqləşdirilmiş bəyannamələr təqdim etdikdən sonra təxminən 40.000 manat azalmışdır. Bundan əlavə 6-7 min manat da özləri ödəmişlər. Bundan əlavə Çingiz də onların verdiyi puldan 5.000 manat onların borcuna ödəmişdir. 5.000 manatın dövlət büdcəsinə ödənilməsi barədə onlar lap əvvəldən razılaşmışlar. Lakin, 2021-ci ilin mart ayının sonlarında 2 Saylı ƏVDdən ona zəng gəlmiş və nə səbəbə azalma verdiyini soruşduqda o, bu barədə vergi orqanının özünün müraciəti olduğunu bildirsə də, həmin Xidmətin tanımadığı əməkdaşı onlara göndərilmiş kameral hesablama barədə məktub sistem tərəfindən avtomatik göndərildiyini, yeni dəqiqləşmə vermələrinə dair əlavə məktub göndəriləcəyini bildirmişlər. Çingiz heç bir kömək etməyərək onlardan 10.000 manat pul almışdır. Bundan başqa, 2021-ci ilin fevral ayında "xxxx" MMC-nin direktoru Şahid11 ona zəng edərək onunla öz ofisində görüşmək istədiyini bildirmişdir. Orucla Nərimanov metrostansiyası yaxınlığında yerləşən ofisində görüşləri əsnasında sonuncu dostu Aqibətə məxsus 2 müəssisə üzrə qoyulmuş məhdudiyyətin aradan qaldırılması və bundan sonra yaranacaq vergi borcunun sıfırlanması, eləcə də özünə məxsus 1 müəssisə üzrə səyyar vergi yoxlaması ilə yoxlaması üzrə hesablanmış vergi məbləğinin sıfırlanması üçün Çingizlə 40.000 manata razılığa gəldiyini bildirmiş, Çingizə güvənib-güvənə bilməyəcəyini soruşmuş və o, da Çingizi 1 ay müddətdir ki, tanıdığını və 15.000 manat qarşılığında sonuncunun "xxxx" MMC-nin hesabını blokdan çıxararaq hesablanmış vergi borcunun silməyə söz verdiyini bildirmişdir. Bundan sonra Şahid11 Çingizlə razılaşmalarına əsasən 40.000 manat verəcəklərini, lakin sonuncuya inanmadıqları üçün həmin pulu onun vasitəsilə vermək istədiklərini bildirdikdə o, razılıq vermişdir. Daha sonra o, pulu alaraq Çingizə təqdim etmiş və getmişdir. Bu söhbətdən təxminən 1-2 həftə sonra Şahid11 ona zəng edərək Çingizin vədinə əməl etmədiyini bildirərək pulunu geri tələb etmişdir. Daha sonra Şahid11 onu və Təqsirləndirilən şəxs1 ofisinə dəvət etmiş, sonuncudan pulunu tələb etdikdə Çingiz işi tezliklə həll edəcəyinə dair vəd vermişdir. Lakin sonrada o özü Çingizdən Orucun verdiyi pulu tələb etdikdə sonuncu pulu artıq Dövlət Vergi Xidmətinin rəhbərliyinə çatdırdığını və onların həmin pul qayıtmayacaqlarını bildirmişdir. O, bu barədə Şahid11 demiş, Oruc da pulu ondan tələb etmişdir. O da məcbur qalaraq pulu öz vəsaiti hesabına qaytarmağı boynuna almış və 40.000 manat pulu öz vəsaiti hesabına Şahid11 qaytarmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid9 Şahid8 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid10 ifadəsində bildirmişdir ki, 2015-ci ildən "xxxx" MMC-nin direktoru vəzifəsində çalışır. Onun rəhbərlik etdiyi MMC-də rəsmi olaraq baş mühasib vəzifəsində çalışan Şahid8 eyni zamanda qeyri-rəsmi olaraq "xxxx" MMC-də də baş mühasib kimi işləyir. Onun rəhbərlik etdiyi "xxxx" MMC-nin Azərbaycan Respublikasının İqdisadi İnkişaf Nazirliyi yanında X35 vergi borcu olmamışdır. "xxxx" MMC-nin isə son bir ilə olan vergi borcu təxminən 80-90 min manat təşkil etmişdir. Bu barədə həmin şirkətin rəhbəri Şahid9 məlumat vermişdir. Şahid9 övladı xəstə olduğu üçün 2021-ci ilin fevral ayında işə çıxmamışdır. İşlərinə MMC-də müvəqqəti olaraq Şahid8 rəhbərlik etmişdir. Şahid9 ona MMC-nin baş mühasibi Şahid8 onu Təqsirləndirilən şəxs1 adlı bir şəxslə tanış edəcəyini, MMC-nin vergi borcu silinməsi üçün həmin şəxsə pul verilməli olduğunu bildirmiş və razılaşaraq Çingiz ilə görüşə biləcəyini demişdir. Ədalət həmçinin X45 Xidmətinin əməkdaşı olduğunu bildirmişdir. Bu söhbətdən sonra 2021-ci ilin əvvəllərində şirkətdə baş mühasib vəzifəsində çalışan Şahid8 ona MMC-də yaxınlaşaraq Şahid9 dediyi Dövlət Vergilər Xidmətinin Təqsirləndirilən şəxs1 adlı əməkdaşı ilə görüşmək lazım olduğunu bildirmiş, Ədalət müəllimin adından 5000 manat pulun həmin şəxsə çatdırılacağını da qeyd etmişdir. O da Nailəyə məsələdən xəbərinin olduğunu bildirmişdir. Nailə Çingizin xatırlamadığı mobil telefon nömrəsini ona vermişdir. O, istifadəsində olan ***-***-**-** saylı telefon nömrəsiylə Çingizə zəng etmiş, sonuncuya Ədalət müəllimin adından pul çatacağını bildirmişdir. Çingiz ona Ədalətlə danışdığını deyərək Bakı şəhəri, Nərimanov rayonu ərazisində X1 yanında yerləşən poçt məntəqəsinin qarşısında görüşüb pulu birlikdə hesaba ödəməyi bildirmişdir. O da həmin günü qeyd olunan ünvana gedərək təklikdə Təqsirləndirilən şəxs1 ilə görüşüb nömrəsini xatırlamadığı poçt məntəqəsinə daxil olmuşlar. Çingiz poçtda "xxxx" MMC-nin hesabına 5.000 manat pul ödəmiş və həmin ödənişin qəbzini ona göndərmişdir. Təqsirləndirilən şəxs1 ona 10.000 manat nağd pul verildikdən sonra isə tamamən şirkətin vergi borcu məsələsi həll ediləcəyini bildirmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs1 ona da özünü Dövlət Vergi Xidmətinin əməkdaşı kimi təqdim etmişdir. O, həmin qəbzi götürdükdən sonra ofisdə Şahid8 təhvil vermiş, vergi borcunun təmiz silinməsi üçün Çingizin 10.000 manat da pul istədiyini bildirmişdir. Bundan sonra o, Çingizə zəng edərək Bakı şəhərində Hüseyn Cavid parkının yaxınlığında yerləşən Dövlət Vergi Xidmətinin yanında təklikdə görüşərək "xxxx" MMC-yə yazılan vergi borcunun silinməsi üçün Çingizə 10.000 manat pul nağd şəkildə vermişdir. Təqsirləndirilən şəxs1 həmin pul vəsaitinin Dövlət Vergi Xidmətindəki rəisinə veriləcəyini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid11 ifadəsində göstərmişdir ki, o, 2015-ci il tarixdən etibarən sement istehsal edən "xxxx" ASC-nin satış təmsilçisi olan "xxxx" MMC-də satış direktoru vəzifəsində çalışmışdır. Təxminən 2020-ci ilin dekabr ayında Dövlət Vergi Xidməti həmin şirkətdə yoxlamaya başladığı ərəfədə riskli şirkət kimi bütün sub-hesablara (ƏDV hesabı) blok qoymuşdur. Eyni zamanda "xxxx" MMC-nin iş gördüyü "xxxx" MMC və "xxxx" MMC-nin də bütün sub-hesablarına blok qoyulmuşdur. Bununla əlaqədar "xxxx" MMC alış və satış həyata keçirə bilməmişdir. 2021-ci ilin fevral ayının əvvəllərində "xxxx" MMC-nin mühasibi kimi əvvəldən tanıdığı Şahid8 zəng edərək onu ofisinə dəvət etmiş, söhbət zamanı Nailəyə qeyd edilən şirkətlərlə "xxxx" MMC arasında olan sement satışına dair ümumilikdə 55.000 manatlıq alqı-satqı qaimə-fakturası ləğv olunaraq həmin məbləğin mənfəət və ƏDV vergisi büdcəyə köçürülməli, əks halda həmin məbləğ tam həcmdə büdcəyə ödənilməli olduğunu bildirmiş, Şahid8 ilə ofisdə danışaraq sonuncudan bu problemi həll edə biləcək, yəni şirkətlərin hesablarına qoyulmuş blokları aça biləcək şəxs tanıyıbtanımadığını soruşmuşdur. Şahid8 Təqsirləndirilən şəxs1 adlı Vergi xidməti işçisini tanıdığını, həmin əməkdaşın bu problemi həll edəcəyini, nəticədə şirkətin bloklarının açılacağını demişdir. O, Nailədən həmin şəxsə, yəni Çingizə nə qədər pul verməli olmasını soruşduqda, Şahid8 Çingizin bu işi 40.000 manata həll edəcəyini, həmin pulu büdcəyə keçirmək yolu ilə həll olunacağını bildirmişdir. O, həmin gün ofisdə Şahid8 nağd şəkildə 40.000 manat pulu vermişdir. Nailə pulu alaraq 15 gün ərzində məsələnin həll olunacağını bildirmişdir. Lakin, o, şirkətin hesablarından blokların götürülmədiyini gördüyü üçün fevralın axırı Çingizlə ofisdə görüşmüşdür. Çingiz müxtəlif bəhanələr gətirərək "xxxx" MMC-nin Vergi Xidmətinin Vergi Cinayətləri departamentində araşdırması olduğu üçün işin uzandığını, ordan da razılıq almaq lazım olduğunu bildirmişdir. Görüş zamanı Çingiz 40.000 manat pulu Şahid8 ona verdiyini təsdiq etmişdir. Bundan sonra yenə gözləsə də, Çingiz hesablardan bloku götürməmişdir. Şahid8 ona 40.000 manat pulu mart ayında ofisinin qarşısında qaytarmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid13 ifadəsində göstərmişdir ki, təxminən 2020-ci ilin dekabr ayında Dövlət Vergi Xidməti "xxxx" MMC-də şirkətdə yoxlamaya başladığı ərəfədə riskli şirkət kimi bütün sub-hesablara (ƏDV hesabı) blok qoymuşdur. Eyni zamanda həmin Şirkətin iş gördüyü "xxxx" MMC və "xxxx" MMC-nin də bütün sub-hesablarına blok qoyulmuşdur. Bununla əlaqədar "xxxx" MMC alış və satış həyata keçirə bilməmişdir. Bu səbəbdən şirkətin satış müdiri Şahid11 qeyd edilən məsələnin həll edilməsinə çalışmışdır. 2021-ci ilin fevral ayında sonradan Şahid8 olduğunu bildiyim qadın “Azsement ünvan 11 ünvanda yerləşən ofisinə gələrək Şahid11 xidməti otağında sonuncu və mühasib Şahid12lə görüşmüşdür. Həmin vaxt o, dəhlizdə olduğundan sonuncuların otaqda nə danışdığını bilməmişdir. Lakin Şahid8 otaqdan çıxdıqdan sonra Şahid11 sonuncunu yola salmasını xahiş etmişdir. Ofisin binası bir qədər yoldan kənarda yerləşdiyindən Şahid8 “Kia” markalı avtomobilini yola qədər təxminən 100-150 metr o, sürmüşdür. Daha sonra Şahid8 yolun kənarında dayanmış “Mercedes Benz S class” markalı, JJ-601 dövlət qeydiyyat nişanlı avtomobili göstərərək, Çingiz olduğunu, həmin şəxslə görüşəcəyini, Çingizin onu görməsini istəmədiyini bildirərək avtomobilindən düşməsini xahiş etdiyindən o, sonuncunun avtomobilindən düşərək ofisə tərəf piyada addımlamışdır. Sonradan ona məlum olmuşdur ki, Çingiz "xxxx" MMC-nin hesablarına qoyulmuş məhdudiyyətlərin götürülməsi üçün Şahid8 vasitəsilə Şahid11 40.000 manat məbləğdə pul vəsaitini almış, daha sonra vədinə əməl etməyərək dələduzluq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid12 ifadəsində göstərmişdir ki, təxminən 2020-ci ilin dekabr ayında Dövlət Vergi Xidməti "xxxx" MMC-də yoxlamaya başladığı ərəfədə riskli şirkət kimi bütün subhesablara (ƏDV hesabı) blok qoymuşdur. Bu səbəbdən şirkətin satış müdiri Şahid11 qeyd edilən məsələnin həll edilməsinə çalışmışdır. O, bu məsələnin həllində kömək etməsi üçün tanışı Şahid8 ilə danışdıqda sonuncu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin qeyd edilən məsələni həll edə biləcək əməkdaşı ilə münasibətinin olduğunu, həmin şəxsin onlara kömək edə biləcəyini bildirmişdir. O, bu barədə Şahid11 məlumat verdikdə sonuncu Şahid8 telefon nömrəsini ondan alaraq Şahid8 şirkətin ofisinə dəvət etmişdir. 2021-ci ilin fevral ayının əvvəllərində dəqiq xatırlamadığı gündə Şahid8 işlədiyi şirkətin Bakı şəhəri, F.Yusifov küç., 51A ünvanda yerləşən ofisinə gəlmiş, o, Şahid11 və Şahid8 Orucun xidməti otağında görüşləri əsnasında Şahid8 İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində işləyən tanışının qeyd edilən məsələni həll edəcəyini, yəni "xxxx" MMC və müştəriləri olan digər şirkətlərin sub-hesablarından məhdudiyyətin götürüləcəyini, bunun müqabilində 40.000 manat məbləğdə pul verilməli olduğunu bildirmiş və Şahid11 Şahid8 40.000 manat pul vermişdir. Daha sonra Şahid13 Şahid8 ötürmüşdür. Sonradan Şahid8 vədinə əməl etmədiyindən Şahid11 ondan pulunu tələb etdikdə sonuncu pulu Dövlət Vergi Xidmətinin Çingiz adlı əməkdaşına verdiyini bildirərək sonuncunun əlaqə vasitələrini Oruca vermişdir. Lakin Çingiz nə işi həll etmiş, nə də pulu geri qaytarmışdır. Bu səbəbdən Oruc Şahid8 verdiyi 40.000 manat pulu sonuncunun özündən almışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid14 ifadəsində göstərmişdir ki, 2020-ci ilin fevral ayında Qax rayonunda market işlətməklə fəaliyyət göstərən tanışı X23 onunla telefonda şəxsi söhbət əsnasında vergi orqanı ilə problemi olduğunu, hesabının bloka salındığını bildirmişdir. O, vergidə tanıdığı adamlar olduğunu və bu məsələni araşdıracağını bildirmişdir. Bundan sonra o, vergilərdə işləyən bir neçə şəxsə müraciət etmiş, lakin hesabın blokdan çıxara bilməyəcəklərini demişlər. Bundan sonra mühasib tanışlarından Qoşqar adlı şəxs ilə söhbət edərkən bu problem barədə demiş, sonuncu isə ona bu məsələni həll edə biləcək bir tanışının olduğunu bildirmişdir. Qoşqar həmin şəxs ilə söhbət elədikdən sonra ona bildirmişdir ki, tanışı olan Orxan adlı şəxs həmin məsələni həll edə biləcəyini bildirib. Bundan sonra o, Mahirdən login və parolunu istəmiş ki, Qoşqarın tanışı olan Orxan adlı şəxs hesaba daxil olaraq, hesabatlarına baxa bilsin. O, login və parolu Mahirdən alaraq Qoşqara təqdim etmişdir. İlk vaxtlar Orxan adlı şəxs Qoşqara nömrəsini ona verməyə icazə vermədiyindən Orxan ilə Qoşqar vasitəsilə əlaqə saxlamışdır. Qoşqar ona Orxanın Mahirin hesabına daxil olaraq araşdırdığını, məsələnin həllinin mümkün olduğunu, lakin 20.000 manat müqabilində bu məsələni həll edə biləcəyini bildirmişdir. O isə həmin məbəği hiss-hissə, ilkin olaraq isə 10.000 manat verə biləcəyini demişdir. Bundan sonra Qoşqar Orxan adlı şəxslə danışaraq razılaşmışdır. O, Mahirlə danışaraq vəziyyəti izah etdikdə sonuncu Orxan adlı şəxsə 20.000 manat pul verməklə məsələnin həll olunmasına razılıq vermişdir. Mahir 10.000 manat pulu köçürmə sistemi ilə onun adına göndərmiş və o, həmin pulu "xxxx" ASC-nin 28 may filialından məxaric edərək Qoşqara vermişdir. Orxan hesabın 2021-ci ilin mart ayının əvvəlinədək blokdan çıxarılacağını bildirmişdir. Lakin, hesab həmin tarixədək blokdan çıxarılmadığından Mahir ona zəng edib bu barədə məlumat verdikdə o, öz növbəsində tez-tez Qoşqara zəng edib bununla əlaqədar iradını bildirmişdir. Bundan sonra ona tanımadığı nömrədən zəng gəlmiş, telefondakı şəxs ona özünü Orxan kimi təqdim etmiş və Qoşqarın tanışı olduğunu, Dövlət Vergi Xidmətinin əməkdaşı olduğunu demişdir. O, Orxandan Mahirin hesablarının nə vaxt blokdan çıxacağını soruşduqda təxminən 2021-ci ilin mart ayının 19-dək hesabı blokdan çıxardacağını bildirmişdir. Lakin mart ayının 19-da da hesab blokdan çıxmamışdır. Bundan sonra Mahir də ona zəng edib iradını bildirmiş və məsələnin alınmayacağı təqdirdə pulunu geri tələb eləmişdir. O da “Whatsapp” proqramı vasitəsilə Orxana yazaraq məslənin alınmayacağı halda pulu geri qaytarmağı tələb etmişdir. Orxan ona məsələnin Novruz bayramından sonra həll olunacağını bildirmiş və 2021-ci ilin mart ayının 21-də Orxan zəng edərək geridə qalan 10000 manatı istəmişdir. O da pulunun olmadığını, Mahirdən istəyəcək üzünün olmadığını demişdir. Orxan artıq hər şeyin həll olunduğunu və tez bir zamanda hesabın blokdan çıxarılacağını, lakin təcili pulu ödəməli olduğunu bildirmişdir. O Orxana cəmi 1500 manat pulunun olduğunu demiş və Orxan onun yaşadığı ünvan 15 ünvanında onunla görüşüb pulu almışdır. 2021-ci ilin mart ayının 23-də Orxan yenə onun yaşadığı ünvana gələrək 5000 manat pul almışdır. Orxan onu bir daha əmin etmişdir ki, məsələ artıq həll olunmaq üzrədir. Orxan bu pulun təcili olaraq Dövlət Vergi Xidmətinin rəhbər işçilərinə çatdırılacağını bildirmişdir. Bundan sonra təxminən mart ayının 27-də Orxan “Whatsapp” proqramı vasitəsilə görüntülü ona zəng eləmişdir. O cavab verə bilməmiş, bundan sonra yenə həmin proqram vasitəsilə sms yazaraq bildirmişdir ki, həbsxanadadır və ordan çıxmaq üçün 3500 manat pula ehtiyacı var. O, pulunun olmadığını bildirmişdir. Bu vaxt Orxan ona demişdir ki, əgər bugün həbsxanadan çıxsa növbəti gün hesabdakı blok götürüləcək. O da Mahirə zəng eləmiş və bu barədə bildirmişdir. Mahir də blokun çıxarılması üçün məcbur qalıb 3500 manat pulu Orxanın “Whatsapp” proqramı vasitəsilə ona göndərdiyi bank kartına Milliön sistemi vasitəsilə göndərmiş və çekinin şəklini yenə “Whatsapp” proqramı vasitəsilə ona çəkib göndərmişdir. O da həmin çekin şəklini Orxana göndərmişdir. Orxan mart ayının 29-u blokun açılacağını bildirmişdir. O da Mahirə bu barədə məlumat vermişdir. Mahir də açılmayacağı təqdirdə pulunu ondan geri istəyəcəyini demişdir. Lakin mart ayının 29-da hesab blokdan çıxarılmamışdır. O da məcbur qalıb Orxana verilmiş 13500 manat puldan 10000 manatını Mahirə geri qaytarmışdır. Mahirin hesabındakı blok mart ayının 31-i tarixində açılmış və bu barədə həm Orxan, həm də Mahir ona zəng edib bildirmişdir. Mahir həmçinin ona demişdir ki, Orxanın hesabın açılmasında heç bir rolu olmamış, özü 13 Saylı ƏVD-də bəyannamələrini verib və hesabını blokdan çıxarmışdır. O da Orxana Mahirin dediklərini demiş və bildirmişdir ki, hesab blokdan ona görə yox Mahirin bəyannamə verdiyi üçün çıxarılıb. Ona sonradan Orxan kimi tanıdığı şəxsin Təqsirləndirilən şəxs1 olması məlum olmuşdur. Məhkəmədə ifadəsi elan edilərək tədqiq edilmiş Şahid15 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, Qax rayonu ərazisində “Payız-74” adlı ərzaq mağazalarını işlətmişdir. Dövlət Vergi Xidməti tərəfindən 2020-ci ilin yaz aylarında hesablarına məhdudiyyət qoyulmuşdur. Səbəbini maraqlandıqda məlum olmuşdur ki, bəzi malları Bakı şəhəri, Qaradağ rayonu ərazisindəki “Sədərək” ticarət mərkəzindən aldığından ona malların sənədlərinin verilməməsi əsas götürülmüşdür. 2021-ci ilin əvvəllərində mühasib kimi tanıdığı Şahid14 müraciət edərək hesablarından məhdudiyyət götürülməsində ona köməklik etməsini xahiş etmişdir. Bir müddət sonra Amaliya ona zəng edərək İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşı vasitəsilə həmin qurumun rəhbər şəxslərinə 20.000 manat məbləğdə pul verməklə onun hesablarından məhdudiyyətin götürülməsinin mümkün olduğunu bildirdikdə o, 20.000 manat pulunun olmadığını, 10.000 manat məbləğdə pul göndərə biləcəyini 10.000 manat pulu isə hesablarından məhdudiyyət qaldırıldıqdan sonra verəcəyini bildirmişdir. Onlar razılaşdıqdan sonra 10.000 manat pul vəsaitini hazırda xatırlamadığı bank vasitəsilə Şahid14 göndərmişdir. Buna baxmayaraq onun hesablarından məhdudiyyətlər götürülməmişdir. 2021-ci ilin mart ayında Novruz bayramı ərəfəsində anası Fətimət Bayramovanın səhhətində problemlər yarandığından cərrahi əməliyyata pula ehtiyacını olduğu üçün Şahid14 ilə danışaraq 10.000 manat pulunu qaytarmasını, daha sonra həmin pulu verəcəyini bildirmişdir. Lakin sonradan özü Zaqatala rayonunda yerləşən 13 saylı ərazi vergi dairəsinə müraciət etdikdə sonuncular onun mühasibatlıq sənədlərindəki nöqsanlar barədə ona məlumat verərək həmin nöqsanları aradan qaldırmağını və vergi borclarını ödəməyini bildirmişlər. O, bütün nöqsanları aradan qaldıraraq vergi borclarını ödəsə də, hesablarının açılması bir qədər yubandığından A. Qasımovaya zəng edərək bu barədə məlumat vermişdir. Sonuncu həmin Dövlət Vergi Xidmətinin əməkdaşı vasitəsilə rəhbərliyinə pul verərək işin həllinin mümkün olduğunu bildirmişdir. Lakin o, Şahid14 nöqsanları aradan qaldıraraq vergi borclarını ödədiyinə görə 20.000 manat məbləğdə pul verməyəcəyini, 3500 manat pulunun olduğunu bildirmişdir. Sonuncu ona 3500 manatı göndərməyini, əlavə pul vermək lazım olarsa özünün verəcəyini, daha sonra ondan alacağını bildirmişdir. Bu səbəbdən o, “Milliön” ödəmə terminalı vasitəsilə Şahid14 3500 manat məbləğdə pul göndərmişdir. Bir müddət sonra onun hesablarına qoyulmuş məhdudiyyət aradan qaldırılmışdır. Daha sonra ona məlum olmuşdur ki, onun hesablarından məhdudiyyətlər özünün mühasibatlıq sənədlərindəki nöqsanları aradan qaldırdığına və vergi borclarını ödədiyinə görə götürülmüş, Çingiz adlı şəxs Şahid14 aldadaraq yalandan Dövlət Vergi Xidmətinin əməkdaşı kimi təqdim edərək rəhbərliyinə vermək adı ilə 20.000 manat məbləğdə pul almışdır. Məhkəmədə ifadəsi elan edilərək tədqiq edilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 təxminən 2019-cu ilin iyun ayında çalışdığı “Sədərək” TM-dən tanımışdır. Belə ki, Sosial Müdafiə Fonduna əsassız borcu olan dövrdə Çingiz özünü ona İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşı kimi təqdim edərək köməklik göstərə biləcəyini bildirmişdir. Çingizin onda mobil telefon nömrəsi olduğundan “Whatsapp” ani mətn mübadiləsi və internet telefoniya mobil tətbiqi vasitəsilə paylaşdığı məlumatları izləmiş, sonuncunun Dövlət Vergi Xidmətinin mavi rəngli, üç düyməli, “futbolka” tipli, yaxasında həmin Xidmətin fərqlənmə nişanı və poqonları olan qısaqol köynəkdə foto şəklini görərək Dövlət Vergi Xidmətinin əməkdaşı olmasına daha da arxayın olmuşdur. Həmin fotoşəkildə Təqsirləndirilən şəxs1 əynində olan köynəyə hansı xüsusi rütbəyə aid paqon taxıldığını xatırlamır. Habelə Çingizin çox bahalı avtomobillərlə fotoşəkillər paylaşmış, habelə bir neçə dəfə “Mercedes-Benz Gclass” markalı, “Porsche Cayyene” markalı bahalı avtomobillər ilə Sədərək Ticarət Mərkəzinə gəlmişdir. Bundan sonra o, X41 Xidmətinin əməkdaşı olmasına inanmış və aralarında səmimi münasibət yaranmışdır. 2020-ci ilin aprel ayında Çingiz özünə məxsus olan mobil nömrə ilə ona zəng edərək işlədiyi Dövlət Vergi Xidmətinin X19 fondunun açıldığını və pandemiyadan əziyyət çəkən sahibkarlara pul yardımının ediləcəyini bildirib ona ayrılacaq pulun yarı hissəsini əvvəlcədən verməklə həmin pulun əldə edilməsinə kömək edə biləcəyini bildirmişdir. O, 2500 manat verməklə həmin fonddan 5000 manat pulu götürməyə razılaşmışdır. Habelə Təqsirləndirilən şəxs1 həmin 2500 manat puldan özünə heçnə qalmayacağını, həmin pulu işlədiyi Xidmətin yüksək vəzifəli şəxslərinə çatdırmaqla ona yardım yazılmasına nail olacağını, münasibətləri olduğuna görə yaxşılıq etmək istədiyini, ona qeyd edilən pul vəsaiti yardım kimi köçdükdən sonra çay qonaqlığı verməsini bildirmiş və o, sonuncunun bu yalan sözlərinə inanmışdır. 14.04.2020-ci il tarixdə o, “Milli ön” ödəmə terminalı vasitəsilə Təqsirləndirilən şəxs1 dediyi Şahid4 hesabına ilkin olaraq 1000 manat pul vəsaiti göndərmişdir. Bundan 2-3 gün sonra Təqsirləndirilən şəxs1 onun yaşadığı 20-ci sahənin dairəsinə gələrək ondan 1500 manat pul almış və aprel ayının sonuna kimi ona Dövlət Vergi Xidmətindən zəng gələcəyini və bu zəngdən sonra “Paşa Banka” yaxınlaşaraq oradan 5000 manat pul götürəcəyini bildirib çıxıb getmişdir. 2020-ci ilin aprel ayının sonunda o, DVX- dən heç bir zəngin gəlmədiyini görüb Təqsirləndirilən şəxs1 zəng vurub maraqlanarkən sonuncu əvvəlcə müxtəlif bəhanələr gətirərək pulun gecikdiyini bildirsə də sonradan ümumiyyətlə telefonlarına cavab verməyərək nömrəni dəyişmişdir. Özü DVX-dən maraqlanarkən orada belə bir fondun yaradılmadığı, Təqsirləndirilən şəxs1 aldadaraq dələduzluq etdiyi məlum olmuşdur. Bundan başqa o, qardaşı Şahid3 Dövlət Vergi Xidmətinin əməkdaşı kimi tanıdığı Çingiz adlı şəxsin ona Dövlət Vergi Xidməti tərəfindən 5000 manat məbləğdə yardım verdirəcəyini bildirdikdə sonuncu özünün də yardım almaq istədiyini demişdir. Bu səbəbdən Təqsirləndirilən şəxs1 qardaşı Qədirin mobil telefon nömrəsini vermişdir. Sonradan ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs1 Qədirdən da eyni qaydada, yəni yüksək vəzifəli şəxslərə vermək adı ilə “Milli Ön” ödəmə terminalı vasitəsilə X10 adma 500 manat, Şahid4 adına isə 400 manat və 1000 manat olmaqla cəmi 1400 manat, ümumilikdə 1900 manat pul vəsaiti göndərməsinə nail olaraq həmin vəsaiti ələ keçirərək qardaşı Şahid3 qarşı da dələduzluq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 Şahid2 ifadəsində göstərdiyi xüsusatlarla eyni məzmunlu ifadə vermişdir. Cinayət işi üzrə ibtidai istintaq zamanı keçirilmiş üzləşdirmə istintaq hərəkəti protokolundan görünür ki, Şahid2 Təqsirləndirilən şəxs1 ilə üzləşdirilərkən ifadəsində göstərdiyi xüsusatları sonuncunun üzünə deməklə bir daha təsdiq edərək Təqsirləndirilən şəxs1 özünü Dövlət Vergi Xidmətinin əməkdaşı kimi təqdim edərək həmin Xidmətin tərkibində yaranmış fonddan ona 5.000 manat pul vəsaitinin köçürüləcəyini vəd edərək Xidmətin vəzifəli şəxslərinə vermək adı ilə ondan 2.500 manat pul vəsaitini alaraq dələduzluq etdiyini bildirmişdir. Cinayət işi üzrə ibtidai istintaq zamanı keçirilmiş üzləşdirmə istintaq hərəkəti protokolundan görünür ki, Şahid7 Təqsirləndirilən şəxs2la üzləşdirilərkən ifadəsində göstərdiyi xüsusatları sonuncunun üzünə deməklə bir daha təsdiq edərək Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşı olmadığını bildiyini bildirmişdir. Cinayət işi üzrə ibtidai istintaq zamanı keçirilmiş üzləşdirmə istintaq hərəkəti protokolundan görünür ki, Şahid8 Təqsirləndirilən şəxs1 ilə üzləşdirilərkən ifadəsində göstərdiyi xüsusatları sonuncunun üzünə qarşı deməklə bir daha təsdiq etmişdir. Cinayət işinin materiallarında olan "xxxx" MMC-ə məxsus 88586 nömrəli “MilliÖN” elektron ödəmə sistemi terminalı tərəfindən verilmiş 13 aprel 2020-ci il tarixli ********** nömrəli əməliyyata dair qəbzə əsasən X10 adına olan "xxxx" ASC-ə məxsus ********** nömrəli plastik bank kartı hesabına 500 manat məbləğdə, həmin tarixli ********** nömrəli əməliyyata dair qəbzə əsasən Şahid4 adına olan "xxxx" ASC-ə məxsus ********** nömrəli plastik bank kartı hesabına 400 manat məbləğdə pul vəsaiti köçürülməsi müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan "xxxx" MMC-ə məxsus 179 nömrəli “eManat” ödəmə terminalı tərəfindən verilmiş 14 sentyabr 2020-ci il tarixli ********** nömrəli əməliyyata dair 110426 nömrəli qəbzin fotoşəkli ilə müəyyən edilmişdir ki, Şahid7 "xxxx" ASC-dəki ******************** nömrəli hesabına 2.000 manat məbləğdə pul vəsaiti köçürülmüşdür. Cinayət işinin materiallarında olan X30 Xəlilovun “Whatsapp” ani mətn mübadiləsi və internet telefoniya mobil tətbiqindəki yazılışından çıxarışla müəyyən edilmişdir ki, Zahir Nuralıyev həmin mobil tətbiq üzərindən Təqsirləndirilən şəxs2 25 dekabr 2020-ci il tarixdə saat 00:34-də “Salam Edo. Məni niyə aldatdılar 15 minimi aldız. Hələ 10 gün qabaqki 3 mini necə gəlib aldın. Halaldır özüm ölüm. Babat ssenari oynadız.” məzmunlu mətn göndərmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan edilərək tədqiq edilmiş Təqsirləndirilən şəxs1 götürülmüş bir ədəd mobil telefona baxış keçirilməsi haqqında 02 iyun 2021-ci il tarixli protokoldan görünür ki, həmin mobil telefon həssas təzyiqlə (sensorlu) çalışan “İphone 11 pro max” markalıdır. Telefon sağ yan düyməsi vasitəsilə işə salındıqda “İOS” əməliyyat sistemi ilə təchiz edildiyi müəyyən edilmişdir. Telefonun giriş şifrəsi “338121”-dir. *#06# xüsusi şifrəsindən istifadə etməklə mobil telefonun İMEİ **********15215, İMEİ2 **********15215 kodlu olması aşkar edilmişdir. Mobil telefon türk dilli menyu ilə təchiz edilmişdir. Qeyd edilən mobil telefonun “Whatsapp” ani mətn mübadiləsi və internet telefoniya mobil tətbiqinə daxil olaraq axtarış bölməsində “Naile” yazmaqla axtarış verdikdə “X46 Hus” adlı kontaktla yazışmalarım olması müəyyən edilmişdir. Qeyd edilən kontakt Şahid8 istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi ilə qeydiyyatdan keçmişdir. Şahid8 ilə danışıqlar 05 fevral 2021-ci il tarixdən 12 mart 2021-ci il tarixədək olan dövrü əhatə etməklə mətnlərdən, səsli ismarıc və fotoşəkillərdən ibarətdir. Şahid8 05 fevral 2021-ci il tarixdə saat 12:48-də, 08 fevral 2021-ci il tarixdə saat 11:37-də, 10 fevral 2021-ci il tarixdə saat 19:01 və 19:35-də "xxxx" MMC-yə Dövlət Vergi Xidməti tərəfindən ünvanlanmış elektron məktubların fotoşəklini, 21:39-da “Sən məni ələ salırsan, Niyə belə edirsən, səndən xəbər gözləyirəm dəqiqləşmiş bəyannamə verim?” məzmunlu mətnlər, saat 12:35-də həmin Cəmiyyətin İnternet Vergi İdarəsinə giriş məlumatlarının əks olunduğu vərəqənin fotoşəklini, 11 fevral 2021-ci il tarixdə saat 17:50-də isə Şahid11 satış direktoru olduğu "xxxx" MMC-nin İnternet Vergi İdarəsinə giriş məlumatları və VÖEN-nin əks olunduğu vərəqənin fotoşəklini, 16 fevral 2021-ci il tarixdə saat 09:04-də “Gəl qurtaraq oyunu, sən düzgün adam deyilsən, yaxşılıqla qurtaraq pərdəni götürməyək” məzmunlu mətnlər, 17 fevral 2021-ci il tarixdə saat 12:34-də “Oruc hər dəqiqə zəng vurur, gic elədi məni, dəli olmuşam, qoymur işləməyə, sən neynəmisən orda” məzmunlu mətn, 09 mart 2021ci il tarixdə "xxxx" MMC-dən mal alan "xxxx" MMC və "xxxx" MMC-nin İnternet Vergi İdarəsinə giriş məlumatları əks olunan mətn göndərmişdir. Həmçinin baxış zamanı "xxxx" MMC-nin satış direktoru Şahid11 istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinin “X49” kimi qeyd edildiyi, həmin kontaktla yazışmaların 06 fevral 2021-ci il tarixdən 18 fevral 2021-ci il tarixədək olan dövrü əhatə etməsi, habelə 18 fevral 2021-ci il tarixdə saat 15:25-də Şahid11 Təqsirləndirilən şəxs1 “Salam Çingiz tel açmırsan artıq şikayət edəcəm, sən bilərsən, sən bu yolu seçdin” məzmunlu mənt göndərməsi müəyyən edilmişdir. Bundan başqa “X44” kimi qeyd edilmiş ***-***-**-** mobil telefon nömrəsinə Təqsirləndirilən şəxs1 20 mart 2021-ci il tarixdə saat 01:12də “Salam. Necəsiz? Yanımdadırlar danışa bilmirəm. Razı olmur, o tək deyil. Hələ bir yerdəyik. Səhər demişəm düzəldin verəcəm pul məndədir. Hələ verdiyinizi heç götürmədilər. Görüm neynirəm. Xəbər edəcəm sizə.” məzmunlu mətn, “Amalya xanım siz Mahir müəllimlə danışa bilərsiniz ki, sabaha elə bil bunlar vursunlar da, bunlar həmin dəqiqə vururlar, o da hazır eləsin ki, biz də götürək verək də, başa düşdüz necə, mən də qalıram pis vəziyyətdə onlara deyirəm belə, dedim yəni o görməmiş eləmir də, mənim adamın o pulu vermir, dedi mən sabah saat 12-ə hazır edirəm vururam sistemə saat 11-də həmin adam gətirsin lap verməsin sənə yanında dursun hazır olsun götürsün getsin. Bir dənə siz onu danışa bilərsiz Mahirlə” məzmunlu səsli ismarıc, 01:13-də “Yoxsa belə eləmirlər balamın canı. Siz danışa bilərsiz Mahirlə ki, səhər tezdən hazırdır. 12-yə girsin baxsın görəcək şəxsi vərəqəsində saat 11-ə pulu çatdırsın sizə” məzmunlu mətn göndərmiş, Amalya Qasımova saat 01:15-də “Səhər qubada olacam axşama gəlirəm inşallah siz həll edin narahat olmayın” məzmunlu mətn göndərdikdən sonra o, saat 01:16-da “Yenə deyəcəm, amma eləmirlər. Bir alçaq adamdır bunların rəisi. Heç kimə qardaşına belə deyir eləmirəm inciməyin. Adam bilmir nə desin” məzmunlu mətn göndərmiş, Amalya Qasımova saat 01:17-də “kimdir ki, rəis?” məzmunlu mətn göndərmiş, Təqsirləndirilən şəxs1 saat 01:18-də “Məllimlikdə heçbir şey yoxdur. Yəni qardfaş özü bayuaqdan 5-6 dəfə zəng edinb danışıbda ki, orda 8500 manat pul qalıb orda elə böyük pul qalmayıb bugün həll eləsin sabah versin. Yəni Allaha and olsun şey eləmir də, deyir mən sizə nə demişəm. Bunları da öldür bir sözü deyəsi deyil. Məllim deyir görməmiş o adam pulu verə bilmir, o da deyir gəlsin otursun yanında saat 12-nin yarsında sistemə girsin baxsın hazırdır. Səndə pulunu ordan götür gəl 15 dəqiqə sonra. Yəni onu eləsək Mahir müəllimə desəz onu gətirib versin sizə, lap özü inanmır sizə öz adamına versin gəlsin otursun orda 5 dəqiqəyə həll eləsinlər pulu da versin çıxsın getsin.” Məzmunlu səsli ismarıc, saat 01:25-də “Siz gedin gəlin görüm sabah yenə bizim rəisə deyəcəm danışsın. Görək ona nə deyir.” Məzmunlu mətn göndərmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan edilərək tədqiq edilmiş "xxxx" MMC-dən daxil olmuş bir ədəd kompakt diskə baxış keçirilməsi haqqında 09 iyun 2021-ci il tarixli protokoldan görünür ki, kompakt diski kompüter dəstinin sistem blokuna daxil etdikdə SMS_Tarixçəsi **********2534 507708181”,“SMS_Tarixçəsi **********2539__507708181”,“Zənglərin Detallaşması **********4413 ********* 189”,“Zənglərin Detallaşması **********4614 ********* 2021”,X5 **********2940 ********* BKC” adlı “.pdf” formatlı faylların olması aşkar edilmişdir. İş üçün əhəmiyyət kəsb etdiyindən “Zənglərin Detallaşması_ **********4413 ********* 1819” Zənglərin Detallaşması **********4614 ********* 20-21” adlı fayllarda olan məlumatların iş materialları ilə qarşılıqlı təhlili zamanı müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs1 ***-***-**-** mobil telefon nömrəsinə 16 avqust 2019-cu il tarixdə saat 11:23:19-də Yevlax rayonu, Aşağı Qarğun kəndindəki anten vasitəsilə zəng etmişdir. Habelə həmin gün saat 15:34-dən, 18 avqust 2019-cu il tarixdə saat 17:48-dən başlayaraq Təqsirləndirilən şəxs1 Şəki rayonu ərazisindəki antenlərə qoşulmuşdur. Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsindən Şahid2 istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsinə 12 aprel 2020-ci il tarixdə saat 15:10:20-də zəng edərək 132 saniyə, saat 17:26:15-də zəng edərək 116 saniyə danışıq aparmışdır. Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsindən Şahid3 istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə 13 aprel 2020-ci il tarixdə saat 16:40:48-də zəng edərkən hər ikisi Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsindəki antenlərə qoşularaq danışıq aparmışlar. Bundan başqa müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsi 12 yanvar 2021-ci il tarixdə saat 15:54:10-dan Sumqayıt şəhəri ərazisindəki antenlərə qoşulmuşdur. Habelə həmin gün saat 19:06:32-də Təqsirləndirilən şəxs1 həmin mobil telefon nömrəsi ilə Şahid8 istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsinə zəng etmişdir. Əhməd Xudatzadə istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsinə 16 yanvar 2021-ci il tarixdə saat 12:41:56-da Bakı şəhəri, Nərimanov rayonu ərazisindəki antenlərə qoşulmaqla danışıq aparması sonuncuların həmin tarixdə Nərimanov rayonu ərazisindəki görüşlərini təsdiq etmişdir. Təqsirləndirilən şəxs1 həmin mobil telefon nömrəsi ilə 01 fevral 2021ci il tarixdə saat 15:14:17-də Şahid8 istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsinə zəng edərək 11 saniyə danışıq aparmış, daha sonra sonuncu ona 15:16:00-da və 15:16:52-də zəng etməklə ümumilikdə 56 saniyə danışıq apardıqdan sonra saat 15:17:46-da o, "xxxx" MMC-nin mühasibi Şahid12 istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə zəng etməklə 85 saniyə danışıq aparmışdır. Habelə Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsi vasitəsilə Təqsirləndirilən şəxs3 istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi ilə 03 fevral 2021-ci il tarixdən, Amalya Qasımovanın istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi ilə isə 10 mart 2021-ci il tarixdən başlayaraq əlaqə saxlamışdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 özünü elan edilmiş ittihamlar üzrə təqsirli bilməyərək, özünü heç kəsə Dövlət Vergi Xidmətinin əməkdaşı kimi təqdim etmədiyini, heç kəsi rüşvət verməyə təhrik etmədiyini, dələduzluq etmədiyini, ancaq mühasibatlıq fəaliyyəti ilə əlaqədar göstərdiyi xidmətə görə şəxslərdən pul vəsaiti aldığını, habelə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3 ifadələrində özlərini elan edilmiş ittihamlar üzrə təqsirli bilmədiklərini göstərsələr də, onların ifadələrində göstərdikləri xüsusatlar yuxarıda sadalanmış zərəçəkmiş şəxsin ifadəsi, şahid ifadələri, üzləşdirmə istintaq hərəkətlərinin protokolları və toplanılmış digər sübutlarla qarşılıqlı təhlil edilib yoxlanıldığında həqiqətə uyğun olmadığı müəyyən edilmişdir. Bu səbəbdən məhkəmə təqsirləndirilən şəxslərin məhkəmə istintaqı zamanı ifadələrində göstərdiklərinə tənqidi yanaşmaqla, işin faktiki halları ilə uzlaşmadığından həmin ifadələri inandırıcı qəbul etmir və cinayət məsuliyyətindən yayınmaq məqsədilə verilmiş ifadə kimi qiymətləndirir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış, yuxarıda sadalanan sübutları tam, hərtərəfli və obyektiv yoxlamış, həmin subutların məcmusuna qiymət verməklə, belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs qismində etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını xeyli miqdarda ziyan vurmaqla vahid niyyətlə ələ keçirərək təkrarən dələduzluq etməsi, qabaqcadan əlbir olan bir qrup şəxs qismində özbaşına özünü vəzifəli şəxs kimi təqdim edərək hüquqi şəxsin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətməklə vəzifəli şəxsin səlahiyyətlərini təkrarən mənimsəməsi, qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qeyrilərinin xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətlərin müqabilində özünün vasitəsilə birbaşa yolla şəxsən maddi nemətin vahid niyyətlə rüşvət qismində verilməsinə qeyrilərini təkrarən təhrik etməsi, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 qabaqcadan əlbir olan bir qrup şəxs qismində etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını xeyli miqdarda ziyan vurmaqla vahid niyyətlə ələ keçirərək dələduzluq etməsi, qabaqcadan əlbir olan bir qrup şəxs qismində özbaşına özünü vəzifəli şəxs kimi təqdim edərək hüquqi şəxsin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətməklə vəzifəli şəxsin səlahiyyətlərini mənimsəməsi, qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qeyrisinin xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətlərin müqabilində qeyrisi vasitəsilə birbaşa yolla maddi nemətin vahid niyyətlə rüşvət qismində verilməsinə qeyrisini təhrik etmələri cinayətini törətmələri tam sübut olunmuşdur. Təqsirləndirilən şəxs1 əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4, 310 və 32.4, 312.2-ci maddələri, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 əməlləri həmin Məcəllənin 178.2.1, 178.2.4, 310 və 32.4, 312.2-ci maddələri ilə tövsif edilməli və onlara həmin maddələr ilə təqsirli bilinməklə cəza təyin edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxslərin əməllərinin cinayət olmasını aradan qaldıran hallar, habelə onların cinayət məsuliyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq törətdikləri cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətlərini, eləcədə cəzalarını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini müzakirə etmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 02 may 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki il) müddətinə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etməklə, 4 (dörd) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət işinin materiallarında olan Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 10 saylı X31 Müəssisəsinin məktubundan görünür ki, məhkum Təqsirləndirilən şəxs1 cəzasının çəkmək üçün həmin müəssisəyə 25.06.2018-ci il tarixdə gətirilmiş, cəzasının sonu 25.09.2022-ci il tarixdə bitməli imiş və Binəqədi rayon Məhkəməsinin 03.04.2021-ci il tarixli qərarına əsasən həbs edildiyindən, müəssisənin qeydiyyatından çıxarılmışdır. Cinayət işinin materiallarında olan İAMAS-dan çıxarışlardan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 əvvəllər məhkumluğu olmamışdır. Cinayət işinin materiallarında olan xasiyyətnamələrdən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3 yaşadıqları yer üzrə müsbət xarakterizə olunurlar. Məhkəmə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə cinayətini təkrar, habelə həmin cinayət əməlini və rüşvət verməyə təhrik etmə cinayətini qabaqcadan əlbir olmuş bir qrup şəxs halında törətməmələrini istintaq orqanından fərqli olaraq Azərbaycan Respublikası CM-in 61.1.1 və 61.1.3-cü maddələrinə əsasən onun cəzasını ağırlaşdıran hallar kimi nəzər ala bilməz. Çünki bu həmin şəxslərin vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə cinayətini təkrar, habelə həmin cinayət əməlini və rüşvət verməyə təhrik etmə cinayətini qabaqcadan əlbir olmuş bir qrup şəxs halında törətməsini Azərbaycan Respublikası CM-in 61.1.1 və 61.1.3cü maddələrinə əsasən onun cəzasını ağırlaşdıran hallar kimi nəzər alarsa qanunun tələblərini pozmuş olar. Çünki bu hallar həmin maddələrin tərkibinin əlaməti kimi nəzərdə tutulduğundan Cinayət Məclləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar kimi qiymətləndirilə bilməz. Məhkəmə Cinayət Məcəlləsinin 61.3-cü maddəsinin lələbinə riayət etməlidir. Məhkəmə təqsirləndirilən şəxslər tərəfindən törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onların şəxsiyyətlərini, cəzalarını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, onlara təqsirləndirildikləri Cinayət Məcəlləsinin müvafiq maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 barələrində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə cəzaları şərti hesab edilməlidir. Məhkəmə hesab edir ki, bu şəxslər gəncdirlər, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunurlar, yaşayış yerləri üzrə müsbət xarakterizə olunurlar, onların cəmiyyətdən təsrid olunmadan da islah olunmaları mümkündür. Həmçinin, təqsirləndirilən şəxslərin təqsirləndirildikləri cinayətlərin məcmusuna az ağır və ağır cinayətlər daxil olunduğundan, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən onlara təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti cəza təyin edilməlidir. Cinayət işi üzrə şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 2 aprel 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 3 aprel 2021ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin başlanğıcı ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxs Çingiz Məmmədzadənin cəza çəkməsinin başlanğıcı hazırki iş üzrə tutulduğu 2 aprel 2021-ci il tarixdən hesablanmalı, həmçinin barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Cinayət işi üzrə ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs2 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 azadlıqdan məhrumetmə növündə cəza təyin edildiyindən, barələrində ibtidai istintaq zamanı seçilmiş qətimkan tədbirləri dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs X14 Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinin tələbinə əsasən təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsində göstərilmişdir ki, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Məhkəmədə təqsirləndirilən şəxslərin Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakı müəyyən edilmədiyindən, barələrində xüsusi müsadirə tətbiq edilməməlidir. Cinayət işi üzrə məhkəmə xərcinin olmaması nəzərə alınmalıdır. Cinayət işi üzrə mülki iddia yoxdur. Cinayət işi üzrə maddi sübut kimi tanınmış "xxxx" MMC-ə məxsus 88586 nömrəli “MilliÖN” elektron ödəmə sistemi terminalı tərəfindən verilmiş 13 aprel 2020-ci il tarixli ********** nömrəli əməliyyata dair və həmin tarixli ********** nömrəli əməliyyata dair qəbzlərin surətləri, "xxxx" MMC-ə məxsus 179 nömrəli “eManat” ödəmə terminalı tərəfindən verilmiş 14 sentyabr 2020-ci il tarixli ********** nömrəli əməliyyata dair 110426 nömrəli qəbzin fotoşəkli, X30 Xəlilovun “Whatsapp” ani mətn mübadiləsi və internet telefoniya mobil tətbiqindəki yazılışından 01 vərəqə çıxarış, "xxxx" MMC -dən daxil olmuş 04 iyun 2021-ci il tarixli məktuba əlavə edilmiş bir ədəd kompakt disk cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs1 götürülmüş “İphone 11 pro max” markalı mobil telefon yaxın qohumlarından birinə qaytarılmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 hüquqlarını müdafiə etmiş Bakı şəhəri Pro Bono saylı Vəkil Bürosunun vəkili X47 oğluna 570 (beş yüz yetmiş) manat miqdarında pul ödənilməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrini rəhbər tutaraq Hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.4, 310, 32.4,312.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.4-cü maddələri ilə 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası CM-nin 310-cu maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası CM-nin 32.4,312.2-ci maddələri ilə 04 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 05 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 67-ci maddəsinə əsasən Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 02 may 2018-ci il tarixli hökmü ilə təyin edilmiş 2 (iki) il müddətinə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə əlavə cəzası tam və azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 1 il 5 ay 23 gün hissəsi hazırki hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilməklə, Təqsirləndirilən şəxs1 üzərində qəti olaraq 2 (iki) il müddətinə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum edilməklə, 06(altı) il müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 02 aprel 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2, Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.4, 310, 32.4,312.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.4-cü maddələri ilə 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası CM-nin 310-cu maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası CM-nin 32.4,312.2-ci maddələri ilə 04 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 qəti olaraq 05 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti hesab edilsin və 2 (iki) il sınaq müddəti müəyyən edilsin. Təqsirləndirilən şəxs2 müəyyən edilmiş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs2 üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 oğlunun davranışı üzərində nəzarət Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilsin və başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.4, 310, 32.4,312.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.4-cü maddələri ilə 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası CM-nin 310-cu maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası CM-nin 32.4,312.2-ci maddələri ilə 04 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs3 qəti olaraq 05 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs3 təyin edilmiş azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti hesab edilsin və 2 (iki) il sınaq müddəti müəyyən edilsin. Təqsirləndirilən şəxs3 müəyyən edilmiş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs3 üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs3 oğlunun davranışı üzərində nəzarət Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.4, 310, 32.4,312.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.4-cü maddələri ilə 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası CM-nin 310-cu maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası CM-nin 32.4,312.2-ci maddələri ilə 04 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs4 qəti olaraq 05 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs4 təyin edilmiş azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti hesab edilsin və 2 (iki) il sınaq müddəti müəyyən edilsin. Təqsirləndirilən şəxs4 müəyyən edilmiş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Sınaq müddəti ərzind X27 oğlunun üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək vəzifələri qoyulsun. X27 oğlunun davranışı üzərində nəzarət Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs4 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Cinayət işi üzrə məhkəmə xərcinin olmaması nəzərə alınsın. Cinayət işi üzrə mülki iddia yoxdur. Cinayət işi üzrə maddi sübut kimi tanınmış "xxxx" MMC-ə məxsus 88586 nömrəli “MilliÖN” elektron ödəmə sistemi terminalı tərəfindən verilmiş 13 aprel 2020-ci il tarixli ********** nömrəli əməliyyata dair və həmin tarixli ********** nömrəli əməliyyata dair qəbzlərin surətləri, "xxxx" MMC-ə məxsus 179 nömrəli “eManat” ödəmə terminalı tərəfindən verilmiş 14 sentyabr 2020-ci il tarixli ********** nömrəli əməliyyata dair 110426 nömrəli qəbzin fotoşəkli, X30 Xəlilovun “Whatsapp” ani mətn mübadiləsi və internet telefoniya mobil tətbiqindəki yazılışından 01 vərəqə çıxarış, "xxxx" MMC -dən daxil olmuş 04 iyun 2021-ci il tarixli məktuba əlavə edilmiş bir ədəd kompakt disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs1 götürülmüş “İphone 11 pro max” markalı mobil telefon yaxın qohumlarından birinə qaytarılsın. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 hüquqlarını müdafiə etmiş Bakı şəhəri Pro Bono saylı Vəkil Bürosunun vəkili X47 oğluna 570 (beş yüz yetmiş) manat miqdarında pul ödənilməlsin. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surətinin verildiyi) andan 20(iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Qəribov Hakimlər: Telman Hüseynov Əli Məmmədov
Məhkəmə qərarları › İş №1(101)-137/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-137/2022
01.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver