Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-137/2023 28.02.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Siyavuş Həbib oğlu (sədrlik edən), Salmanov Rahib Vaqif oğlu və Əkbərov Məhəmməd Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər - Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkilli Müdafiəçi2, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakı ilə 6 iyul 1991-ci il tarixdə Masallı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə, xx xxxxx 1980-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, ünvan 2 ünvanında qeydiyyatda olmaqla ünvan 3 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli yolla keçirilməsinə və satılmasına qabaqcadan vəd verməklə kömək etmiş, eləcə də qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs1 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə etmə, saxlama, daşıma, göndərmə və satma barədə tanışı Təqsirləndirilən şəxs2 ilə, habelə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli külli miqdarda narkotik vasitə və psixotrop maddələrin İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə keçirilməsi və Azərbaycan Respublikası ərazisində satışının təşkil edilməsinə köməklik göstərəcəyi barədə şəxsiyyəti müəyyən edilməmiş İran İslam Respublikası vətəndaşı “Hacı” adlı şəxsə və qeyrilərinə əvvəlcədən vəd verməklə onlarla razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən Təqsirləndirilən şəxs1 İran İslam Respublikasının vətəndaşı “Hacı” adlı şəxsin 5000 manat məbləğində pul təklifi və təlimatı əsasında gələcəkdə ayrı-ayrı müştərilərə çatdırılması üçün onun naməlum tarixdə, vaxtda və şəraitdə şəxsiyyətləri məlum olmayan qeyriləri vasitəsi ilə qanunsuz olaraq satış məqsədi ilə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirərək göndərdiyi və Yardımlı rayonu ərazisində məlum olmayan yerdə 1 ədəd ağ rəngli sintetik kisənin içərisində gizlədilib yerləşdirilmiş külli miqdarda ümumilikdə 22113,015 qram təmiz çəkidə kustar üsulla hazırlanmış “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in İ siyahısına daxil olan narkotik vasitə heroini, külli miqdarda ümumilikdə 6892,762 qram təmiz çəkidə kustar üsulla hazırlanmış “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr’-in İ siyahısına daxil olan psixotrop maddə metamfetamini və külli miqdarda ümumilikdə 2000,1 qram təmiz çəkidə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in İ siyahısına daxil olan narkotik vasitə tiryəki satış məqsədi ilə həmin yerdən qanunsuz əldə edib öz idarə etdiyi “Niva” markalı **-OU-*** dövlət qeydiyyat nişanlı avtomobillə Yardımlı rayonundan Bakı şəhəri istiqamətində daşıdıqdan sonra həmin narkotik vasitələr və psixotrop maddə olan kisəni cinayətdə əlbir olduğu tanışı Təqsirləndirilən şəxs2 sonradan təhvil alması üçün Ələt-Bakı magistral yolunun Bakı şəhərinə 35-40 kilometr məsafə qalmış hissəsində yol kənarındakı torpaq sahədə istintaqa məlum olmayan yerdə gizlədib yerləşdirməklə bu barədə İran İslam Respublikasının vətəndaşı “Hacı” adlı şəxsi məlumatlandırmış, bundan sonra cinayətin digər iştirakçısı Təqsirləndirilən şəxs2 İran İslam Respublikasının vətəndaşı “Hacı” adlı şəxsin təlimatı və Təqsirləndirilən şəxs1 2000 manat pul təklifi əsasında həmin narkotik vasitələr və psixotrop maddə olan kisəni qeyd edilən yerdən qanunsuz əldə edərək aralarındakı cinayətkar razılaşmaya əsasən sonradan İran İslam Respublikasının vətəndaşı “Hacı” adlı şəxsin deyəcəyi ünvana və ya ünvanlara yerləşdirməklə müştərilərə çatdırıb satışını həyata keçirmək məqsədi ilə öz idarə etdiyi «Kia Pride» markalı **-MY-*** dövlət qeydiyyat nişanlı avtomobillə özünün yaşadığı ünvan 3 ünvanına daşıyaraq orada qanunsuz saxlamış, bundan sonra aralarındakı cinayətkar razılaşmaya əsasən Təqsirləndirilən şəxs2 həmin kisədə olan narkotik vasitələrdən heroinin ayrı-ayrılıqda təmiz çəkiləri 1,958 qram və 1,670 qram olmaqla ümumilikdə külli miqdarda 3,628 qram təmiz çəkidə olan hissəsini 2 ədəd bükümlərdə, habelə psixotrop maddə metamfetaminin təmiz çəkisi 1,134 qram olan hissəsini 1 ədəd bükümdə satış məqsədi ilə Bakı metropoliteninin «20 Yanvar» stansiyası yaxınlığında tanışı Təqsirləndirilən şəxs1 təqdim edib vermiş, eləcə də kisədə olan narkotik vasitələrdən heroinin təmiz çəkisi 1,587 qram və psixotrop maddə metamfetaminin 1,028 qram olan hissəsini 2 ədəd bükümlərdə satış məqsədi ilə öz üzərində daşıyaraq qanunsuz saxlamış, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qanunsuz əməlləri barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 22 noyabr 2021-ci il tarixdə saat 12:35-də Bakı şəhəri, Sabunçu rayonu, 2-ci Zabrat qəsəbəsi ərazisində yerləşən, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasının yaxınlığında müəyyən edilib saxlanıldıqdan və DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət edilib gətirildikdən sonra orada həmin gün saat 14:48-dən etibarən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərilərində aparılan şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 əynindəki boz rəngli cins şalvarının sağ yan cibindən satış məqsədi ilə qanunsuz saxladığı 2 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,958 qram və 1,670 qram olmaqla ümumilikdə külli miqdarda 3,628 qram təmiz çəkidə narkotik vasitə heroin, 1 ədəd bükümdə 1,134 qram təmiz çəkidə psixotrop maddə metamfetamin, Təqsirləndirilən şəxs2 əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən satış məqsədi ilə qanunsuz saxladığı 1 ədəd bükümdə 1,587 qram təmiz çəkidə narkotik vasitə heroin və 1 ədəd bükümdə 1,028 qram təmiz çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür; bundan sonra Təqsirləndirilən şəxs2 yaşadığı ünvan 3 ünvanına 22 noyabr 2021-ci il tarixdə saat 17:08-dən etibarən onun öz razılığı və iştirakı ilə keçirilmiş baxış zamanı qeyd edilən narkotik vasitələrin və psixotrop maddənin qalan hissələri olan 28 ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 793,9 qram, 796,6 qram, 790,6 qram, 796,4 qram, 793,4 qram, 799,9 qram, 796,7 qram, 796,3 qram, 796,4 qram, 796,1 qram, 792,3 qram, 795,7 qram, 796,1 qram, 795,3 qram, 796,3 qram, 794,1 qram, 798,0 qram, 798,2 qram, 798,6 qram, 798,6 qram, 792,7 qram, 743,4 qram, 797,0 qram, 794,9 qram, 794,7 qram, 673,6 qram, 796,6 qram və 795,4 qram olmaqla ümumilikdə külli miqdarda 22107,8 qram təmiz çəkidə narkotik vasitə heroin, 2 ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 1002,0 qram və 998,1 qram olmaqla ümumilikdə külli miqdarda 2000,1 qram təmiz çəkidə narkotik vasitə tiryək və 6 ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 844,2 qram, 1336,8 qram, 873,2 qram, 1159,5 qram, 1347,8 qram və 1329,1 qram olmaqla ümumilikdə külli miqdarda 6890,6 qram təmiz çəkidə psixotrop maddə metamfetamin Təqsirləndirilən şəxs2 çıxarıb təqdim etdiyi, mənzilin yataq otağındakı dolabın içərisində gizlədilmiş halda olan 1 ədəd ağ rəngli sintetik kisənin içərisindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli yolla keçirilməsinə və satılmasına qabaqcadan vəd verməklə kömək etmiş, eləcə də qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddəni əldə etmiş, saxlamış və daşımışdır; belə ki, Təqsirləndirilən şəxs2 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə etmə, saxlama, daşıma, göndərmə və satma barədə tanışı Təqsirləndirilən şəxs1 ilə, habelə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli külli miqdarda narkotik vasitə və psixotrop maddələrin İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə keçirilməsi və Azərbaycan Respublikası ərazisində satışının təşkil edilməsinə köməklik göstərəcəyi barədə şəxsiyyəti müəyyənedilməmiş İran İslam Respublikası vətəndaşı “Hacı” adlı şəxsə və qeyrilərinə əvvəlcədən vəd verməklə onlarla razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən Təqsirləndirilən şəxs1 İran İslam Respublikasının vətəndaşı “Hacı” adlı şəxsin 5000 manat məbləğində pul təklifi və təlimatı əsasında gələcəkdə ayrı-ayrı müştərilərə çatdırılması üçün onun naməlum tarixdə, vaxtda və şəraitdə şəxsiyyətləri məlum olmayan qeyriləri vasitəsi ilə qanunsuz olaraq satış məqsədi ilə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirərək göndərdiyi və Yardımlı rayonu ərazisində məlum olmayan yerdə 1 ədəd ağ rəngli sintetik kisənin içərisində gizlədilib yerləşdirilmiş külli miqdarda ümumilikdə 22113,015 qram təmiz çəkidə kustar üsulla hazırlanmış “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in İ siyahısına daxil olan narkotik vasitə heroini, külli miqdarda ümumilikdə 6892,762 qram təmiz çəkidə kustar üsulla hazırlanmış “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına daxil olan psixotrop maddə metamfetamini və külli miqdarda ümumilikdə 2000,1 qram təmiz çəkidə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in İ siyahısına daxil olan narkotik vasitə tiryəki satış məqsədi ilə həmin yerdən qanunsuz əldə edib öz idarə etdiyi "Niva” markalı **-OU-*** dövlət qeydiyyat nişanlı avtomobillə Yardımlı rayonundan Bakı şəhəri istiqamətində daşıdıqdan sonra həmin narkotik vasitələr və psixotrop maddə olan kisəni cinayətdə əlbir olduğu tanışı Təqsirləndirilən şəxs2 sonradan təhvil alması üçün Ələt-Bakı magistral yolunun Bakı şəhərinə 35-40 kilometr məsafə qalmış hissəsində yol kənarındakı torpaq sahədə istintaqa məlum olmayan yerdə gizlədib yerləşdirməklə bu barədə İran İslam Respublikasının vətəndaşı “Hacı” adlı şəxsi məlumatlandırmış, bundan sonra cinayətin digər iştirakçısı Təqsirləndirilən şəxs2 İran İslam Respublikasının vətəndaşı “Hacı” adlı şəxsin təlimatı və Təqsirləndirilən şəxs1 2000 manat pul təklifi əsasında həmin narkotik vasitələr və psixotrop maddə olan kisəni qeyd edilən yerdən qanunsuz əldə edərək aralarındakı cinayətkar razılaşmaya əsasən sonradan İran İslam Respublikasının vətəndaşı “Hacı” adlı şəxsin deyəcəyi ünvana və ya ünvanlara yerləşdirməklə müştərilərə çatdırıb satışını həyata keçirmək məqsədi ilə öz idarə etdiyi «Kia Pride» markalı **-MY-*** dövlət qeydiyyat nişanlı avtomobillə özünün yaşadığı ünvan 3 ünvanına daşıyaraq orada qanunsuz saxlamış, bundan sonra aralarındakı cinayətkar razılaşmaya əsasən Təqsirləndirilən şəxs2 həmin kisədə olan narkotik vasitələrdən heroinin ayrı-ayrılıqda təmiz çəkiləri 1,958 qram və 1,670 qram olmaqla ümumilikdə külli miqdarda 3,628 qram təmiz çəkidə olan hissəsini 02 ədəd bükümlərdə, habelə psixotrop maddə metamfetaminin təmiz çəkisi 1,134 qram olan hissəsini 01 ədəd bükümdə satış məqsədi ilə Bakı metropoliteninin «20 Yanvar» stansiyası yaxınlığında tanışı Təqsirləndirilən şəxs1 təqdim edib vermiş, eləcə də kisədə olan narkotik vasitələrdən heroinin təmiz çəkisi 1,587 qram və psixotrop maddə metamfetaminin 1,028 qram olan hissəsini 02 ədəd bükümlərdə satış məqsədi ilə öz üzərində daşıyaraq qanunsuz saxlamış, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qanunsuz əməlləri barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 22 noyabr 2021 -ci il tarixdə saat 12:35-də Bakı şəhəri, Sabunçu rayonu, 2-ci Zabrat qəsəbəsi ərazisində yerləşən, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasmın yaxınlığında müəyyən edilib saxlanıldıqdan və DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət edilib gətirildikdən sonra orada həmin gün saat 14:48-dən etibarən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərilərində aparılan şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 əynindəki boz rəngli cins şalvarının sağ yan cibindən satış məqsədi ilə qanunsuz saxladığı 02 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,958 qram və 1,670 qram olmaqla ümumilikdə külli miqdarda 3,628 qram təmiz çəkidə narkotik vasitə heroin, 1 ədəd bükümdə 1,134 qram təmiz çəkidə psixotrop maddə metamfetamin, Təqsirləndirilən şəxs2 əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən satış məqsədi ilə qanunsuz saxladığı 1 ədəd bükümdə 1,587 qram təmiz çəkidə narkotik vasitə heroin və 01 ədəd bükümdə 1,028 qram təmiz çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür; bundan sonra Təqsirləndirilən şəxs2 yaşadığı ünvan 3 ünvanına 22 noyabr 2021-ci il tarixdə saat 17:08-dən etibarən onun öz razılığı və iştirakı ilə keçirilmiş baxış zamanı qeyd edilən narkotik vasitələrin və psixotrop maddənin qalan hissələri olan 28 ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 793,9 qram, 796,6 qram, 790,6 qram, 796,4 qram, 793,4 qram, 799,9 qram, 796,7 qram, 796,3 qram, 796,4 qram, 796,1 qram, 792,3 qram, 795,7 qram, 796,1 qram, 795,3 qram, 796,3 qram, 794,1 qram, 798,0 qram, 798,2 qram, 798,6 qram, 798,6 qram, 792,7 qram, 743,4 qram, 797,0 qram, 794,9 qram, 794,7 qram, 673,6 qram, 796,6 qram və 795,4 qram olmaqla ümumilikdə külli miqdarda 22107,8 qram təmiz çəkidə narkotik vasitə heroin, 02 ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 1002,0 qram və 998,1 qram olmaqla ümumilikdə külli miqdarda 2000.1 qram təmiz çəkidə narkotik vasitə tiryək və 06 ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 844,2 qram, 1336,8 qram, 873,2 qram, 1159,5 qram, 1347,8 qram və 1329,1 qram olmaqla ümumilikdə külli miqdarda 6890,6 qram təmiz çəkidə psixotrop maddə metamfetamin Təqsirləndirilən şəxs2 çıxarıb təqdim etdiyi, mənzilin yataq otağındakı dolabın içərisində gizlədilmiş halda olan 1 ədəd ağ rəngli sintetik kisənin içərisindən aşkar edilərək götürülmüşdür. Məhkəmə zamanı Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 22 noyabr 2021-ci il tarixdə taksi fəaliyyəti ilə məşğul olan Təqsirləndirilən şəxs2 onu qardaşının və atasının saxlanıldıqları Bakı İstintaq Təcridxanasına aparmasını xahiş etmiş, Ramin onu həmin yerə çatdırmış, o, atası və qardaşı üçün müxtəlif ərzaq məhsulları aparmış, həmin məhsulları qardaşına və atasına ötürmək üçün Bakı İstintaq Təcridaxanasında rəsmi ərizə yazdığı vaxt Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları onu və Ramini saxlamışlar və idarəyə aparmışlar, İdarədə polis əməkdaşları ona təzyiq edərək külli miqdarda nakotik vasitənin Bakı şəhərinə gətirməsini etiraf etməsini tələb etməyə başlamışlar, o isə narkotik vasitələrdən xəbərinin olmamasını bildirmiş, bundan sonra polis əməkdaşlarının ona qarşı təzyiqləri davam etmiş, təzyiqlər hədə-qorxu gəlməkdə özünü göstərmişdir, ona 3 qrama yaxın çəkidə metamfetamn vermişlər və videoçəkiliş zamanı çıxarıb təqdim etməsinə məcbur etmişlər, bundan sonra polis əməkaşlarının təzyiqi və təsiri ilə etirafedici ifadələr vermişdir. Əslində isə ondan narkotik vasitə olmamış, nakrotik vasitəni Bakı şəhərinə gətirməmiş, ittihamda göstərilən tarixdə, yəni 20 noyabr 2021-ci iltarixdə, o, ümumiyyətlə Bakı şəhərinə gəlməmişdir; onun həbs olunması sifarişli xarakter daşıyır və bütün bu işləri əmisinin yeznəsi Vüqar Nərimanovun uşaqlıq dostu olan Vüsal Məmmədov adlı şəxs təşkil etmişdir. Belə ki, Vüsal ona qardaşı və atası Azərbaycan Respublikası Cinayət Məcəlləsin 120-ci maddəsi ilə həbs olunmuş qardaşının və atasının vəziyyətlərinin yüngülləşdirəcəyinə vəd vermiş, həmin işin görülməsi üçün ondan 85.000 manat pul almışdır, lakin Vüsal Məmmədov pulu aldıqdan sonra vədinə əməl etməmiş, onun qardaşı ilə atasına köməklik göstərməmiş, bu səbəbdən Vüsaldan verdiyi 85.000 manat pulun geri qaytarmasını tələb etmişdir. Vüsal da həmin pulu qaytarmamaq üçün Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində olan tanışları vasitəsi ilə onu tutdurmuşdur. Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən, təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduqda (belə halda təqsirləndirilən şəxsin ifadələrinin elan edilməsi yalnız onun sərbəst ifadə verməsindən və verilmiş suallara cavab verməsindən sonra mümkündür) təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı, davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verdiyi ifadələr və həmin ifadələrin audio yazısı, video və ya kino çəkilişi elan edilə və ya göstərilə bilər. İbtidai istintaqın ilkin mərhələlərində təqsirləndirilən şəxs qismində dindirilmiş və məhkəmə zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ünvan 1-da anası Şərafət Hüseynova ilə və öz ailə üzvləri ilə birlikdə yaşayır. Evlidir, üç azyaşlı övladı var. 2012-ci ildə X1 ilə rəsmi nikahla ailə həyatı qurmuş, bu nikahdan 2013-cü il təvəllüdlü Səma adlı bir qızı, 2016-cı il təvəllüdlü İbrahim və 2017-ci il təvəllüdlü Nurəddin adlı iki oğlu var. Arvadı Fidan heç yerdə işləmir, evdar qadındır. Atası Nurəddin və qardaşı Kənan hər ikisi qəsdən adam öldürmə cinayəti ittihamı ilə hazırda Lənkəran Ağır Cinayətlər Məhkəməsində barələrində baxılan cinayət işi ilə əlaqədar Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılırlar. Anası Şərafət də evdar qadındır, heç yerdə işləmir. Bir bacısı var, bacısı Vəfa da evlidir, Bakı şəhərində öz ailə üzvləri ilə yaşayır. Özü təxminən 2 ildir ki, Azərbaycan Beynəlxalq Bankı ASC-nin Cəlilabad rayon filialında kredit mütəxəssisi işləyir. Daimi yaşayış yeri Masallı şəhəridir, işlədiyi müddətdə hər gün Masallıdan Cəlilabad şəhərinə işə gedib gəlirmiş. İran İslam Respublikasının vətəndaşı olan Hacı adlı şəxsi təxminən 3-4 il olar ki tanıyır, lakin onun anket məlumatlarını, dəqiq adını, soyadını, atasının adını və İrandakı yaşayış ünvanını dəqiq bilmir. O, Hacı ilə sosial şəbəkədə internet üzərindən tanış olmuş, danışıqları mobil telefonda WhatsApp proqramı vasitəsi ilə olmuşdur. Hacı ilə real üz bə üz də heç vaxt görüşü olmamışdır, lakin mobil telefonda WhatsApp proqramı ilə bir neçə dəfə videogörüntü ilə danışmışdır. Təxminən 3-4 ay qabaq aralarındakı telefon danışıqları zamanı Hacı ona təklif etmişdir ki, onun İrandan Azərbaycana göndərdiyi narkotik və psixotrop maddələr var, həmin maddələri onun qoydurduğu yerlərdən götürüb özündə saxlasın, sonra həmin maddələri ayrı-ayrı müştəri şəxslərə çatdırılması üçün onun sözü ilə Bakı şəhərinə aparsın, onun deyəcəyi yerlərə aparıb qoysun, bunun müqabilində ona 3000-5000 manat məbləğində qazanc pul verəcəkdir. Bu barədə Hacı ona əvvəllər də təklif etmiş, lakin onun bu təklifini əvvəllər qəbul etməmişdir. Sonuncu dəfə həmin təklifi edərkən isə maddi vəziyyəti ilə əlaqədar razılaşmalı olmuş, çünki pula ehtiyacı var imiş. Atası və qardaşı həbs olunandan sonra həm özünün, həm də qardaşının ailə üzvlərinə maddi cəhətdən o, baxırmış, onları dolandırmaq məcburiyyətində qalmışdır. Ona görə də Hacının həmin təklifi ilə razılaşmışdır. Bundan sonra 2021-ci ilin avqust ayından etibarən X9 və Masallı rayonlarında müxtəlif ərazilərdə diqqət cəlb etməyən yerlərə qoydurduğu içində narkotik və psixotrop maddələr olan bağlamaları 3-4 dəfə gedib götürərək özündə saxlamış və özü tək idarə etdiyi Niva markalı **-OU-*** qeydiyyat nömrəli avtomobillə Bakı şəhərinə gətirmiş, Hacının ona dediyi təxmini ərazilərə qoymuşdur. Belə ki, həmin maddələri Yardımlıda və ya Masallıda qoydurduğu yerlərin fotoşəkillərini Hacı ona mobil telefonla WhatsApp proqramı ilə göndərirmiş, o da gedib götürürmüş, sonradan o, həmin maddələri aparıb qoyandan sonra Hacının sözü ilə həmin yerlərin də fotoşəkillərini özü çəkib mobil telefonla Hacıya göndərirmiş. Həmin maddələr Hacının deməsinə görə bilir ki, əsasən narkotik vasitə "kokos”, yəni heroin, “şüşə", yəni metamfetamin və bəzən də tiryək olurmuş. Lakin onları açıb baxmırmış, Hacı onları hansısa torbada, yaxud bağlamada bağlı paketlərdə göndərirmiş, bəzən də yapışqan lentlə sarınmış halda olurmuş. Bu işi görməyi müqabilində Hacı onun zəhmət haqqı pulunu sonradan Masallı rayonuna gəlibgedən hansısa tanımadığı taksi sürücüləri ilə göndərirmiş. İrandan həmin maddələri Hacının necə göndərdiyini və Azərbaycanda kimlərin vasitəsi ilə müxtəlif yerərə qoydurduğunu, yaxud özü harasa qoyandan sonra kimlərin gəlib həmin maddələri oradan götürdüyünü dəqiq bilmir, bu barədə məlumatı yoxdur. Bir neçə gün qabaq Hacı ona yenə telefonda bildirmişdir ki, özü Yardımlı rayonu Arus kəndinə gedən yolda narkotik maddələr olan bir ədəd kisə qoydurmuş, həmin kisəni oradan götürüb Bakı şəhərinə aparmaq lazım imiş, bunun müqabilində ona 5000 manat qazanc pul göndərəcəkmiş. O da yenə pula ehtiyacı olduğu üçün razılaşmışdır. Hacının Yardımlı rayonunda qoydurduğu həmin narkotiki özü gedib götürmək fikrində olsa da, sonradan həmin kisəni özündə saxlamağa bir qədər ehtiyat etmişdir. Təxminən 3-4 gün qabaq tanıdığı Təqsirləndirilən şəxs2 ondan 2000 manat borc pul istəmiş, ona görə də qərara gəlmişdir ki, Hacı ilə gördüyü bu iş barədə Raminə bildirsin, ona da təklif etsin ki, onun kimi Hacının bu işini yerinə yetirsin və pul qazansın. O, Raminlə təxminən 5 ilə yaxındır ki, dostdur, aralarında yaxşı münasibət var. Ramin əvvəllər “SAB” kolbasa məhsulları satılan firmada satış təmsilçisi işləyirmiş, həmin firmanın maşınları ilə Bakıdan Masallı rayonuna firmanın məhsullarını paylamaq üçün gəlirmiş, onunla elə Masallıda tanış olmuş, sonradan aralarında 'yaxın dostluq yaranmışdır. Ramin özü Bakı şəhərində yaşayır, evlidir. Ona görə də Raminə mobil telefonda WhatsApp proqramı vasitəsi ilə demişdir ki, Hacı adlı şəxsin İrandan göndərəcəyi narkotik və psixotrop maddələr var, onları götürüb özündə saxlasın, sonra Hacının deyəcəyi hansısa bir yerə aparıb qoysun, buna görə Hacı ona 2000 manat pul verə bilər. Ramin də onunla razılaşmış, çünki pula ehtiyacı var imiş. O, dostu Raminin həmin maddələri Bakıda götürüb saxlaya biləcəyi ibarədə İranlı Hacıya da demişdir. Bundan sonra 20 noyabr 2021-ci il tarixdə o, idarə etdiyi Niva markalı **-OU-*** qeydiyyat nömrəli avtomobili ilə tək Yardımlı rayonuna getmişdir. Hacı narkotik və psixotrop maddələr olan kisəni qoydurduğu yerin fotoşəklini ona göndərmişdir. Yardımlı rayonu Arus kəndinə gedən yolun kənarında Hacının əvvəldən qoydurduğu, içində narkotik və psixotrop maddələr olan həmin kisəni tapıb götürərək öz idarə etdiyi avtomobilə qoymuş və həmin kisəni avtomobili ilə Bakı şəhərinə gətirmişdir. Belə ki, həmin gün saat təxminən 20:00 radələri olarmış ki, Bakı şəhərinə çatmağa təxminən 35-40 km məsafə qalmış avtomobili yol kənarındakı “Dəniz liman” sözü yazılmış lövhənin yanında saxlamış və içində narkotik və psixotrop maddələr olan həmin kisəni avtomobildən götürüb həmin lövhənin arxa tərəfində çökək bir yerə qoyub gizlətmiş, həmin yerin fotoşəklini də çəkərək WhatsApp proqramı ilə telefonla Hacıya göndərmişdir. Fotoşəkli dostu Raminə yox, Hacının özünə göndərmişdir ki, heç həmin kisəni onun gətirib qoyduğunu dostu Ramin də bilməsin, Hacı özü onunla danışsın. Təxminən bir saat yarımdan sonra dostu Ramin elə həmin gün axşam saatlarında ona bildirmişdir ki, özü Hacının sözü ilə həmin yerdən içində narkotik və psixotrop maddələr olan kisəni götürüb öz yaşadığı evinə aparmışdır. 22 noyabr 2021-ci il tarixdə səhər saatlarında o, dostu Ramindən xahiş etmişdir ki, İranlı Hacının göndərdiyi narkotik maddə heroindən və psixotrop maddə metamfetamindən bir neçə büküm ayırıb ona gətirib versin. Özü çəkib qəbul etmək fikrində imiş. Belə ki ara bir ürəyi istəyəndə həmin maddələrdən çəkib qəbul edirmiş. Ramin də etiraz etməmişdir. Bakı şəhərində saat təxminən 11 radələrində 20 Yanvar dairəsi adlanan ərazidə Raminlə görüşmüş və Raminin gətirdiyi heroin və metamfetamin bükümlərindən iki büküm heroini və bir büküm metamfetamini ondan özü üçün götürmüş, Ramində əlavə bir büküm heroin və bir büküm də metamfetamin var imiş, ona tapşırmışdır ki, özündə olan həmin bükümləri aparıb Hacının göndərdiyi həmin kisədə olan narkotik və psixotrop maddələrin üzərinə qoysun. Ramin də bildirmişdir ki, aparıb həmin kisəyə geri qoyacaq və özündə saxlamışdır. Sonra isə həmin gün, yəni 22 noyabr 2021-ci il tarixdə saat təxminən 12:30 radələrində o, dostu Raminlə onun idarə etdiyi “Kia Pride” markalı **-MY-*** nömrəli avtomobillə Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsi ərazisində yerləşən Bakı İstintaq Təcridxanasının yaxınlığına getmişdir. Məqsədi həmin təcridxanada həbsdə saxlanılan atası və qardaşı üçün bir qədər ərzaq məhsulu alıb göndərmək imiş. Həmin ərəfədə Bakı İstintaq Təcridxanasının yaxınlığında “Kia Pride” markalı **-MY-*** nömrəli avtomobilin yanında o və Ramin dayandıqları zaman onlara tərəf mülki geyimli bir neçə nəfər yaxınlaşıb onu və Ramini saxlamışlar, özlərini təqdim edib Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin polis əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları onlara bildirmişlər ki, narkotik və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaları barədə məlumat var, əməliyyat axtarış tədbiri keçirilir. Polis əməkdaşları onlardan üzərlərində bu kimi maddələrin olub olmadığı barədə soruşmuşlar, o və Ramin təsdiq edəndən sonra polis əməkdaşları onu və Ramini elə “Kia Pride” markalı **-MY-*** nömrəli avtomobillə birlikdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət edib gətirmişlər. Orada hər ikisi şübhəli şəxs qismində tutulmuşlar, onlara vəkillər də dəvət edilib təqdim olunmuş, sonra isə videoçəkitiş aparılmaqla üzərlərində şəxsi axtarış prosesi keçirilməyə başlanılmışdır. Polis əməkdaşları əvvəlcə ona təklif etmişlər ki, üzərində olan əşyaları çıxarıb təqdim etsin. O da əynində boz rəngli cins şalvarının sağ yan cibində saxladığı iki ədəd heroin və bir ədəd metamfetamin bükümlərini çıxarıb masanın üzərinə qoyaraq təqdim etmişdir. Həmçinin, şalvarının sol yan cibindəki bir ədəd “Samsung” markalı, gödəkçəsinin sol yan cibindəki bir ədəd "Redmi” markalı öz mobil telefonlarını, şalvarının arxa sağ cibindəki 30 manat şəxsi pulunu çıxarıb təqdim etmişdir. Polis əməkdaşları özləri də onun üzərində axarış etmişlər, başqa heç nə aşkar etməmişlər. Sonra polis əməkdaşları onun təqdim etdiyi həmin bükümləri açaraq iki bükümdə olan heroini və bir bükümdə olan metamfetamini aşkar etmişlər, sonra qablaşdırıb zərfə qoyaraq möhürləmişlər. 30 manat şəxsi pulunu özünə qaytarmışlar, lakin iki ədəd mobil telefonlarını da iş üzrə əhəmiyyət kəsb etdiyini bildirərək götürmüşlər. Polis əməkdaşlarının sorğu-sualına cavab olaraq o, hazırkı ifadəsində göstərdikləri barədə onlara da danışıb bildirmişdir. Dostu Ramin də onun dediklərini sorğu-sual zamanı təsdiq etmişdir. Bundan sonra polis əməkdaşları dostu Raminə də təklif etmişlər ki, üzərində olan əşyaları çıxarıb təqdim etsin. Ramin də həmin vaxt əynindəki göy cins şalvarının sağ yan cibində saxladığı bir büküm heroini və bir büküm metamfetamini, həmçinin şalvarının ciblərindən avtomobilinin və mənzilinin açarlarını, əynindəki gödəkçəsinin ciblərindən özünün iki ədəd “Samsung” markalı mobil telefonlarını, üç ədəd siqaret qutularını, tibbi maskasını və şalvarının cibindən özünün 20 manat 80 qəpik şəxsi pulunu çıxarıb təqdim etmişdir. Polis əməkdaşları Raminin üzərində axtarış etmişlər, başqa heç nə aşkar olunmamışdır. Polis əməkdaşları Raminin də təqdim etdiyi həmin bir büküm heroini və bir büküm metamfetamini açıb baxmışlar, sonra isə götürüb zərfə qoyaraq qablaşdırmışlar. Həmçinin onun siqaret qutularını da açıb baxmışlar, siqaret qutusunun birinin içindən alışqan da aşkar olunmuşdur. Sonra isə aşkar olunmuş şəxsi pulunu, siqaretlərini, alışqanını, tibbi maskasını və açarlarını Raminə qaytarmışlar, mobil telefonlarını isə götürmüşlər. Sorğu-sual zamanı Ramin də ondan aşkar edilmiş bükümləri özünün ona verdiyini, həmçinin həm ona verdiyi, həm də özündən aşkar olunmuş heroin və metamfetamin bükümlərini İranlı Hacının göndərdiyi narkotik və psixotrop maddələr olan kisədən götürdüyünü, eləcə də onun təklifi ilə İranlı Hacının göndərdiyi narkotik və psixotrop maddələr olan kisəni Hacının sözü ilə onun göstərdiyi yerdəki lövhənin yanından götürdüyünü və sonra öz yaşadığı Bakı şəhəri Binəqədi rayonu 6-cı mikrorayonda yerləşən mənzilinə aparıb orada yataq otağında gizlədib saxladığını səmimi danışaraq etiraf etmişdir. Ramin bildirmişdir ki, İranlı Hacının göndərdiyi narkotik və psixotrop maddələr olan kisəni özünün yaşadığı mənzildən polis əməkdaşlarına təqdim edə bilər. Bütün bunlardan sonra şəxsi axtarış prosesi başa çatmış, videoçəkiliş dayandırılmış, sonra isə aşkar olunanlarla bağlı polis əməkdaşları tərəfindən protokol yazılıb tərtib olunmuş, o və Ramin, həmçinin digər iştirak edən şəxslər protokolun doğruluğunu imzalarla təsdiq etmişlər. Verilən suallara cavab olaraq bildirmişdir ki, onun istifadə etdiyi mobil nömrələr ***-***-**-**, ***-***-**-**, ***-***-**-** mobil nömrələrdir, başqa mobil nömrə yoxdur, həmin nömrələrlə danışıqlar aparmışdır. Narkotik və psixotrop maddələr olan kisəni, yaxud onun içindəki həmin maddələri sonradan hansı ünvana yerləşdirilməsi, kimlərə verilməsi, satılması, hansı şəxslərin gəlib həmin maddələri əldə edəcəyi barədə İran İslam Respublikasının vətəndaşı olan Hacı adlı şəxs ona heç nə deməmişdir. Hacı sadəcə ona bildirmişdi ki, həmin maddələr olan kisəni onun dediyi yerdən götürsün və onun deyəcəyi yerə aparıb qoysun. O da özü gedib Yardımlıda Arus kəndinə gedən yolun kənarından götürmüş, sonra isə dostu Raminin götürməsi üçün onu öz avtomobili ilə gətirib Bakı şəhərinə çatmağa təxminən 35-40 kilometr məsafə qalmış Qaradağ rayonu ərazisində yol kənarındakı “Dəniz limanı” sözü yazılmış lövhənin arxa tərəfinə qoymuşdur. İranlı Hacı həmin kisəni Yardımlıda Arus kəndinə gedən yolun kənarında Arus kəndi istiqamətində baxanda ziyarətgahı keçəndən 150 metr sonrakı dəmir elektrik dirəyinin altında yerə qoydurmuşdur. Kimin vasitəsi ilə həmin kisəni oraya qoydurduğunu bilmir. Ona və Raminə qarşı polis əməkdaşları tərəfindən heç bir təzyiq, zorakılıq edilməmişdir. O, tanışı Raminə 2000 manat pul verəcəkmiş, özünə də bu barədə əvvəldən demiş, Ramin də onunla razılaşmışdır. Belə ki, X11 5000 manat pul göndərməyi söz vermiş, o da həmin pulun 2000 manatını Raminə verməyi düşünürmüş. Hacı onunla telefonda danışanda çox vaxtlar üstü örtülü olaraq danışırmış, məsələn ona “buğda" deyəndə bilirmiş ki, “kokos”, yəni heroini nəzərdə tutur, yaxud “arpa” deyəndə “şüşə”ni, yəni metamfetamini, yaxud “qara” deyəndə tiryəki nəzərdə tutduğunu başa düşürmüş. O, kisəni açıb baxmamış, lakin Hacının deməsinə görə bilirmiş ki, kisənin içində həmin maddələrdən var. Bu barədə özü də əvvəldən tanışı Raminə bildirmişdir. Bundan əvvəlki dəfələrdə Hacı ona 3-4 dəfə narkotik və ya psixotrop maddələr olan bağlamalar göndərmişdir. O, bağlamaları Masallı və Yardımlı rayonları ərazisindən Hacının qoydurduğu müxtəlif yerlərdən götürüb sonra Bakı şəhəri Qaradağ rayonu ərazisinə gətirmiş, sonra isə orada hazırda xatırlamadığı yerlərə qoymuşdur. Fotoşəkillərini də çəkib Hacıya göndərmişdir. Heç kimə əlbəəl narkotik və ya psixotrop maddələr satmamış, nə də verməmişdir. İran İslam Respublikasının vətəndaşı Hacı tərəfindən ona əvvəlki dəfələrdə göndərilmiş narkotik və ya psixotrop maddələrlə tanışı Raminin heç bir əlaqəsi, iştirakı və rolu olmamış, o, özü tək hərəkət etmişdir. O, Hacı adlı həmin iran vətəndaşı olan şəxslə sosial şəbəkədə tanış olmuş, mobil telefonda WhatsApp danışıqları və mesajları olmuş, lakin onunla üzbəüz real həyətda görüşməmiş, ara bir videogörüntü ilə danışmışdır. Onun iki mobil nömrəsi varmış, nömrənin biri +98 rəqəmi ilə başlayırmış, sonrakı rəqəmlərini, eləcə də digər mobil nömrəsini xatırlamır, hər ikisi xarici ölkəyə aid mobil nömrələr imiş. Hacının anket məlumatları da ona məlum deyil. Hacının həmin narkotik və ya psixotrop maddələri İrandan göndərdiyini bilirmiş, lakin hansı yolla, kimlərin vasitəsi ilə necə, nə vaxt göndərdiyini dəqiq bilmir. O, mütəmadi olmasa da ara-bir düşəndə heroin və metamfetamin çəkib qəbul edir. Heç vaxt ruhi-psixi xəstəlikdən müalicə almamış və belə xəstəliklərdən də əziyyət çəkmir (1-ci cild iş vərəqi 130-137). İbtidai istintaqın sonrakı mərhələsində təqsirləndirilən şəxs qismində dindirilmiş (xx.xx.2022-ci il tarixdə müdafiəçisi Müdafiəçi1 iştirakı ilə) və məhkəmə zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, atası X3 və qardaşı X4 2022-ci ildə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-in 120.2.1, 120.2.4 və 120.2.7-ci maddələri ilə təqsirli bilinərək qardaşı ömürlük, atası isə 17 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşlar. Onların işləri hazırda Şirvan Apellyasiya Məhkəməsindədir və onlar 3 saylı İstintaq Təcridxanasında saxlanılırlar. Atası və qardaşı həbs olunduqdan sonra o, müxtəlif yollarla onları azadlığa çıxarmağa çalışmışdır. Bunun üçün bir neçə şəxslərlə məsləhətləşmişdir. Əmisinin yeznəsi Nərimanov Vüqar ona bildirmişdir ki, Məmmədov Vüsal adında uşaqlıq dostu var və bu məsələdə ona köməklik edə bilər. O da onunla razılaşmış və bu barədə Vüsala məlumat verməsini xahiş etmişdir. 2021-ci ilin əvvəllərində dəqiq xatırlamadığı tarixdə Vüsal onunla əlaqə saxlamış və qeyd olunan məsələ ilə bağlı ona köməklik edə biləcəyini bildirmişdir. Belə ki, Vüsal telefonda ona demişdir ki, yüksək vəzifədə işləyən dostları var və onların vasitəsi ilə atası və qardaşını həbsdən azad edə bilər. Hətta, bildirmişdir ki, əvvəllərdə bir neçə dəfə bəzi şəxslərin azadlığa çıxmasına, cəzasının azaldılmasına köməklik edib. Onda daha da inam yaratmaq üçün adlarını xatırlamadığı köməklik etdiyi şəxslərin adlarını da demişdir. Bu barədə ətraflı danışmaq üçün o, xatırlamadığı tarixdə bibisioğlu Məcidov İslamla birlikdə Bakı şəhərinə gəlmiş və Vüsalın 20 yanvar ərazisində yerləşən “Bravo” marketin yaxınlığındakı kirayədə yaşadığı evə getmişdir. Orada bu məsələ ilə bağlı Vüsalla ətraflı söhbət etmişlər. Vüsal demişdir ki, bu məsələnin həlli üçün müvafiq orqanlardan razılıq almaqdan ötrü ilkin olaraq 50.000 manat pul lazımdır. O, Vüsalı yaxşı tanımadığı üçün dərhal qərar verməmiş və ondan bu barədə düşünmək üçün vaxt istəmişdir. Bundan sonra o, yenidən Masallıya qayıtmış və rayonda Vüqarla görüşmüşdür. Söhbət əsnasında o, Vüqara Vüsalın ondan ilkin olaraq 50.000 manat pul istədiyini bildirmiş və Vüsalın etibarlı adam olub-olmadığını soruşmuşdur. Vüqar onun yanında Vüsalla danışmış və Vüsal ona dediklərini təkrarən Vüqara da demişdir. Vüqar telefonla danışıb qurtardıqdan sonra ona Vüsalın etibarlı adam olduğunu, onunla uşaqlıqdan bir-birilərini tanıdıqlarını bildirmiş və 50.000 manatı Vüsala verməyi məsləhət bilmişdir. Bundan sonra o, dəqiq xatırlamadığı tarixdə təxminən 2021-ci ilin yanvar-fevral aylarında yenə də bibisi oğlu İslamla birlikdə Bakı şəhərinə gəlmiş və 20 yanvar ərazisində “Bravo” marketin yaxınlığında yerləşən Vüsalın yaşadığı evə getmişlər. Həmin evdə o, İslamın yanında 50.000 manat pulu nağd şəkildə Vüsala vermişdir. Vüsal həmin pulu alıb saymış və düz olduğunu bildirmişdir. Vüsal qeyd etmişdir ki, bu gündən başlayaraq bu məsələ ilə məşğul olacaq. Həmin müddətdən sonra o, tez-tez Vüsalla danışırmış və o, məsələnin üzərində işlədiyini qeyd edirmiş. 50.000 manatı verəndən təxminən 2 ay sonra təxminən mart ayında Vüsal Masallı rayonuna gəlmiş və o, İslam və Vüqarla birlikdə Vüsal ilə Masallı şəhərində yerləşən “Sizin” marketin arxasındakı çayxanada görüşmüşlər. Görüş əsnasında Vüsal demişdir ki, verdikləri 50.000 manatı müvafiq yerlərə verib və bəzi razılıqları artıq alıb. Lakin, digər razılıqların alınması üçün əlavə olaraq 70.000 manata da ehtiyac var. O, Vüsala demişdir ki, həmin məbləğ çoxdur və həmin pulu düzəldə bilməyəcək. Vüsal demişdir ki, əgər pulu tam şəkildə düzəldə bilməsəniz onda həmin pulun yarısını, yəni 35.000 manatını verin, yerdə qalan 35.000 manatı isə iş düzələndən sonra verərsiniz. O, Vüsala bu barədə düşünüb məlumat verəcəyini demişdir. Bundan sonra Vüsal Bakıya qayıtmışdır. O, bir neçə şəxslərlə məsləhətləşdikdən sonra həmin məbləğdə pulu yəni, 35.000 manatı Vüsala verməyi qərara almışdır. Bunun üçün qohumlardan, tanışlardan borca pul almışdır. Bundan başqa bankdan kredit götürüb 35.000 manatı düzəltmişdir. Həmin pulu təxminən 2021-ci ilin iyun-iyul aylarında yenə də Vüsalın yaşadığı 20 yanvar ərazisində “Bravo” marketin yaxınlığında yerləşən evdə nağd şəkildə vermişdir. Həmin vaxtı da İslam onun yanında imiş. Bundan sonra o, yenə də tez-tez Vüsalla danışırmış və o, hər dəfə məsələnin tezliklə düzələcəyini ona deyirmiş. Vüsal ilkin söhbətlərində onlara demişdir ki, əgər sonda bu məsələ alınmasa pulu tam şəkildə qaytaracaq. Bu məsələ gecikdikcə o, narahat olmağa başlamış və bəzi yerlərdən bu məsələnin nə yerdə olduğunu maraqlanmışdır. Təxminən 2021-ci ilin oktyabr ayında ona məlum olmuşdur ki, Vüsal onların işi ilə bağlı heç kimlə görüşməyib və heç kimə heç nə deməyib. Belə ki, Vüsal ona demişdi ki, oktyabr ayının 26-da qardaşı Kənan barəsində məhkəmə-psixatrik ekspertiza təyin edib onu Xəstəxanaya yerləşdirəcəklər. Lakin, bu məsələ öz həllini tapmadığından o, artıq dəqiq bilmişdir ki, Vüsal onu aldadır. Bundan sonra o, Vüsala verdiyi ümumilikdə 85.000 manat pulu tələb etməyə başlamışdır. O, hər dəfə bir bəhanə ilə pulu verməkdən boyun qaçırmışdır. Hətta bir neçə dəfə İslamla birlikdə onun yaşadığı evə getmişlər və o, hər dəfə pulu qaytarmaqdan imtina etmişdir. Bundan sonra onların münasibətləri kəskin şəkildə pisləşmişdir. Noyabr ayının 20-də o, Vüsalla danışıb 22 noyabr 2021-ci il tarixdə Bakı şəhərinə gələcəyini, günün birinci yarısında Bakı İstintaq Təcridxanasına gedib atası və qardaşı ilə görüşəcəyini, günün ikinci yarısında isə gəlib pulu ondan alacağını bildirmişdir. Həmin tarixdə o, tək Bakı şəhərinə gəlmiş və əvvəllərdə tanıdığı, taksi kimi fəaliyyətindən istifadə etdiyi Ramin adlı şəxslə Bakı İstintaq Təcridxanasına gəlmişdir. Orada olan zaman bir neçə şəxs onlara yaxınlaşmış və “Banditizm”-in əməkdaşları olduqlarını bildirərək onu və Ramini “Banditizm”-ə gətirmişlər. Onları Banditizmə gətirməmişdən əvvəl onun üzərində olan telefonlarını və pul qabını götürmüşlər. Həmin vaxtı onun üzərində heç bir qanunsuz əşya yox imiş. Banditizimə gələndən sonra polis əməkdaşları ona narkotik vasitə verərək cibinə qoymağını tələb etmişlər. O, Banditizm haqqında mənfi fikirlər çox eşitmiş və orada heç kimin sərbəst ifadə verə bilmədiyini düşünürmüş. O, qorxurmuş ki, polislərə qarşı çıxsa onun üçün pis olar və o, işgəncələrə məruz qalar. Buna görə də, o, polis əməkdaşlarının dedikləri ilə razılaşmalı olmuşdur. Onu da qeyd etmişdir ki, orada olan zaman ona demişlər ki, narahat olma sənin məsələni burada həll edəcəyik. Ona görə də, o, polislərin dediyi ilə sözsüz razılaşırmış. Video çəkilişdə o, polislərin ona verdiyi narkotiki təqdim etmiş və ona deyilən sözləri bildirmişdir. Video çəkilişdən sonra onun qarşısına sənədlər, o cümlədən hazır ifadə qoyulmuşdur. O, yenə də, həmin sənədləri imzalamışdır. Onu da qeyd etmişdir ki, ona təyin olunmuş vəkili o, seçməmiş və evlə danışmadığı üçün öz vəkilini dəvət edə bilməmişdir. İfadədə qeyd olunanlar hamısı həqiqət olmadığı üçün o, əmin imiş ki, məhkəmədə sübutlar təqdim edib günahsız olduğunu sübut edə biləcək. Onu da qeyd etmişdi ki, o, düşünürmüş ki, bu məsələnin səbəbkarı Vüsaldır və o, puldan əl çəkmək üçün onu tutdurur; qeyd olunan hadisə nəticəsində ona 85.000 manat maddi ziyan dəymişdir. O, 85.000 manatı hər iki dəfə 20 yanvar ərazisində “Bravo" marketin yaxınlığında yerləşən Vüsalın yaşadığı evdə vermişdir. Vüsala verdiyi 85.000 manat pul onun özünə məxsus olmuşdur. Vüsala pulu verən zaman yanında İslam olmuşdur. O, işgəncələrə məruz qalacağından qorxduğundan və gələcəkdə həmin yalanların əksinin sübut edə biləcəyinə əmin olduğundan ona təqdim edilmiş hazır sənədləri imzalamışdır. BMCMİ-nə daxil olmuş ərizəsini yazan zaman düşünürmüş ki, ona işgəncə verildiyini bildirməyi onun xeyrinə olar. Ona görə bu cür qeyd etmişdir. Reallıqda o, heç bir işgəncəyə məruz qalmamış, sadəcə olaraq işgəncəyə məruz qalacağından qorxmuşdur (2-ci cild iş vərəqi 105-110). Məhkəmə zamanı Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 20 noyabrda 2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 xahişi ilə onu Bakı İstintaq Təcridxanasına aparmış, orada onları Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinin əməkdaşları saxlayaraq idarəyə aparmışlar, üzərlərinə baxış keçirilsə də qanunsuz heç nə aşkar edilməmiş, lakin polis əməkdaşlarırın təzyiqi ilə əvvəlcədən üzərinə qoyulmuş 1,537 qram çəkidə metamfetamini videoçəkiliş zamanı təqdim etmişdir. Tutulmamışdan bir gün qabaq Təqsirləndirilən şəxs1 onu tanış etdiyi «Hacı» kimi tanıdığı İran vətəndaşı ona zəng vuraraq Ələt-Bakı magistral yolunun üzərinə qoyulmuş çantaları götürərək iranlının tapşırığı ilə öz yaşadığı mənzilə aparmışdır. Həmin çantanın içərisində nə olması barədə məlumatı olmamışdır. İbtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş və məhkəmə zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham elan edilən zaman o, elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, evlidir, 2006-cı ildə X6 ilə rəsmi nikahla ailə həyatı qurmuş, bu nikahdan üç azyaşlı uşağı var. Böyük övladı olan qızı Nəzakət 2007-ci il, ortancıl övladı olan qızı Nərmin 2009-cu il təvəllüdlü, kiçik övladı olan oğlu Əli isə 2013cü il təvəllüdlüdür. Atası Hafiz 2021-ci ildə, anası Nəzakət isə 1992-ci ildə xəstəlikdən ölmüşdür. Həmçinin, qardaşı Rauf 2002-ci ildə ürəktutmasından ölmüşdür. Bir bacısı var, bacısı Mətanət evlidir, öz ailəsi ilə birlikdə yaşayır, heç yerdə işləmir, evdar qadındır. Həyat yoldaşı Xəyalə heç yerdə işləmir, evdar qadındır. O, özü də heç yerdə işləmir, etibarnamə əsasında idarə etdiyi «Kia Pride» markalı **-MY-*** qeydiyyat nömrəli avtomobili ilə Bakı şəhəri ərazisində taksi fəaliyyəti ilə məşğul olur. Əvvəllər isə bir neçə il qabaq Bakı şəhərində «SAB» adı ilə tanınan kolbasa-sosiska firmasında ekspeditor kimi çalışmış, həmin firmaya məxsus məhsulları firmanın digər əməkdaşları ilə respublikanın digər rayonlarına aparıb mağazalara paylayırmış. Masallı rayon sakini olan Təqsirləndirilən şəxs1 da həmin iş fəaliyyəti ilə bağlı Masallı rayonuna gedib-gəldiyi dövrdə, həmçinin orada bir müddət müvəqqəti yaşadığı dövrdə təxminən 5 ildir ki, tanıyır. Fərhadla həmişə normal tanışlıq, yoldaşlıq münasibətləri olmuş, aralarında ədavət və düşmənçilik olmamışdır. Son vaxtlarda onun bir qədər maddi çətinlikləri yaranmış, pula ehtiyacı olduğu üçün 19 noyabr 2021-ci il tarixdə tanışı Təqsirləndirilən şəxs1 zəng edib ondan 2000 manat borc pul verməsini xahiş etmişdir. Fərhad isə ona bildirmişdir ki, özündə hazırda pul yoxdur, lakin bir iş var, onu yerinə yetirə bilsə 2000 manat pul qazancı olacaqmış. O, Fərhadla mobil telefonda WhatsApp proqramı ilə danışırmış. İşin nədən ibarət olması barədə soruşanda Fərhad ona üstü örtülü şəkildə bildirmişdir ki, özünün tanıdığı bir nəfər İran vətəndaşı olan Hacı adlı şəxs var, Hacı İrandan içində narkotik və psixotrop maddələr olan bağlama göndərməlidir, Hacı həmin maddələr olan bağlamanı Bakı şəhərində harasa bir yerə qoyduracaqmış, bağlamanı oradan götürüb özündə saxlamalı, sonra Hacı həmin bağlamanı harasa bir yerə aparıb qoymaq lazım olduğunu dedikdə onu aparıb qoymaq lazım imiş. Fərhad bildirmişdir ki, bunun müqabilində Hacı ona pul göndərəcək, özü də həmin puldan ona 2000 manat qazanc pul verəcəkmiş. O da həmin vaxt pula ehtiyacı olduğu üçün Fərhadın bu təklifi ilə razılaşmışdır. Fərhad həmin bağlamanın kim tərəfindən və hara qoyulacağını həmin vaxt ona deməmiş, bu barədə ona tanışı Hacı özü WhatsAppla zəng edib məlumat verəcəkmiş. Səhərisi gün, 20 noyabr 2021-ci il tarixdə saat təxminən 19 radələrində, o, Bakı şəhərində imiş, həmin ərəfədə bir nəfər İran mobil operatoruna aid nömrədən onun (050) ***-**-** mobil nömrəsinə WhatsApp proqramı ilə zəng etmiş, özünü təqdim edib bildirmişdir ki, Fərhadın tanışı İranlı Hacıdır. O, Hacı adlı həmin şəxslə əvvəllər heç vaxt danışmamış, nə də onu tanımamış, ilk dəfə imiş ki, danışırmış. Hacı ona bildirmişdir ki, Bakı-Ələt yolunda, üzü Bakı şəhəri istiqamətdə gedəndə Bakıya çatmağa təxminən 35-40 kilometr məsafə qalmış «Socar» yanacaqdoldurma məntəqəsini təxminən bir kilometr keçəndən sonra yolun sağ kənarında «dəniz limanı» sözləri yazılan lövhə var, həmin lövhənin yanında çökək yerə içində narkotik və psixotrop maddələr olan bir ədəd dolu kisə qoydurmuşdur. Hacı ona demişdir ki, saat təxminən 21 radələrində get həmin kisəni oradan götür və özündə saxla, sonradan onu hara aparıb qoymalı olduğunu deyəcəm, sən də aparıb qoyarsan. O da etiraz etməmiş, demişdir ki, gedib götürəcək. Bundan sonra həmin gün, yəni 20 noyabr 2021-ci il tarixdə saat təxminən 21 radələri olarmış ki, o, öz idarə etdiyi «Kia Pride» markalı **-MY- *** qeydiyyat nömrəli avtomobili ilə özü tək həmin əraziyə getmişdir. Həmin kisənin qoyulduğu yerin fotoşəklini də Hacı ona əvvəldən mobil telefonla WhatsApp proqramı ilə göndərmişdir. Ona görə kisəni oradan tapmaq ona elə də çətin olmamışdır. Qeyd edilən lövhənin yaxınlığında sağ tərəfdə yer səviyyəsi bir qədər çökəklik olduğu üçün yol tərəfdən həmin yer görünməz vəziyyətdə imiş. O da avtomobilini yolun kənarında saxlayıb həmin əraziyə getmiş, orada torpaq üzərində həqiqətən də bir ədəd ağ rəngli sintetik torba qoyulduğunu görmüşdür. O, həmin kisəni götürüb avtomobilinin baqajına qoyub dərhal da həmin yerdən maşını sürüb uzaqlaşmışdır. Həmin kisə kifayət qədər ağır imiş, lakin qaldırıb daşıya bilirmiş. Avtomobili ilə həmin kisəni öz yaşadığı ünvan 3 ünvanına gətirmişdir. Onun azyaşlı oğlu bir neçə gün qabaq sünnət olunduğu üçün ailə üzvləri təxminən beş gün imiş ki, Bakı şəhərində qaynanasıgilin evində qalırmışlar, yəni evdə heç kim yox imiş. O, həmin kisəni heç açıb baxmamış, onu evdə yataq otağında olan kiçik şkafın içinə qoyub yerləşdirmişdir. Kisəni lövhənin yanından götürəndən sonra bu barədə tanışı Fərhada da zəng edib məlumat vermişdir. 22 noyabr 2021-ci il tarixdə səhər saatlarında Fərhad ondan xahiş etmişdir ki, İranlı Hacının göndərdiyi həmin narkotik və psixotrop maddələrdən bir neçə büküm ayırıb ona gətirsin. O da etiraz etməmişdir. Həmin kisəni açıb orada olan heroin və metamfetamin bağlamasından az miqdarda üç büküm heroin və iki büküm metamfetamin ayırıb götürmüş və həmin gün saat təxminən 11 radələrində Bakı şəhərində 20 yanvar dairəsi adlanan yerdə Fərhadla gedib görüşmüşdür. Həmin vaxt Fərhad onda olan heroin və metamfetamin bükümlərindən iki büküm heroini və bir büküm metamfetamini özü üçün götürmüş, onda qalan bir büküm heroini və bir büküm də metamfetamini isə tapşırmışdır ki, aparıb Hacının göndərdiyi həmin kisəyə geri qoysun. O da etiraz etməmiş, həmin bükümləri özündə saxlamışdır. Sonra isə həmin gün, yəni 22 noyabr 2021-ci il tarixdə saat təxminən 12:30 radələrində o, Fərhadın xahişi ilə onu öz idarə etdiyi “Kia Pride” markalı **-MY-*** nömrəli avtomobillə Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsi ərazisində yerləşən Bakı İstintaq Təcridxanasının yanına aparmışdır. Belə ki, Fərhad həmin təcridxanada həbsdə saxlanılan atası və qardaşı üçün bir qədər ərzaq məhsulu alıb göndərmək istəyirmiş. Həmin ərəfədə Bakı İstintaq Təcridxanasının yaxınlığında saxladığı “Kia Pride” markalı **-MY-*** nömrəli avtomobilin yanında o və Fərhad dayandıqları zaman onlara tərəf mülki geyimli bir neçə nəfər yaxınlaşıb onları saxlamışlar, özlərini təqdim edib Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin polis əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları onlara bildirmişlər ki, narkotik və psixotrop maddələrin qanunsuz dövriyyəsi İlə məşğul olmaları barədə özlərində məlumat var, əməliyyat axtarış tədbiri keçirilir. Polis əməkdaşları onlardan üzərilərində bu kimi maddələrin olub-olmadığı barədə soruşmuşlar, hər ikisi etiraf edəndən sonra polis əməkdaşları onu və Fərhadı elə “Kia Pride” markalı **-MY-*** nömrəli avtomobillə birlikdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət edib gətirmişlər. Orada hər ikisi şübhəli şəxs qismində tutulmuş, onlara vəkillər də dəvət edilib təqdim olunmuş, sonra isə videoçəkiliş aparılmaqla üzərilərində şəxsi axtarış prosesi keçirilməyə başlanılmışdır. Polis əməkdaşları əvvəlcə Fərhada təklif etmişlər ki, üzərində olan əşyaları çıxarıb təqdim etsin. Fərhad da əynindəki boz rəngli cins şalvarın sağ yan cibində saxladığı iki ədəd heroin və bir ədəd metamfetamin bükümlərini çıxarıb masanın üzərinə qoyaraq təqdim etmişdir. Həmçinin, şalvarının sol yan cibindəki bir ədəd “Samsung” markalı, gödəkçəsinin sol yan cibindəki bir ədəd “Redmi” markalı Öz mobil telefonlarını, şalvarının arxa sağ cibindəki 30 manat şəxsi pulunu çıxarıb təqdim etmişdir. Polis əməkdaşları özləri də onun üzərində axarış etmişlər, başqa heç nə aşkar etməmişlər. Sonra polis əməkdaşları Fərhadın təqdim etdiyi həmin bükümləri açaraq iki bükümdə olan heroini və bir bükümdə olan metamfetamini aşkar etmişlər, sonra qablaşdırıb zərfə qoyaraq möhürləmişlər. 30 manat şəxsi pulunu ona qaytarmışlar, lakin iki ədəd mobil telefonlarını iş üzrə əhəmiyyət kəsb etdiyindən götürmüşlər. Polis əməkdaşlarının sorğu sualına cavab olaraq Fərhad danışıb bildirmişdir ki, həmin bükümləri ondan almışdır, ümumiyyətlə həmin bükümlər iranlı tanışı Hacı adlı şəxsin göndərdiyi narkotik və psixotrop maddələr olan kisədəndir, həmin kisəni isə Hacının sözü ilə özü ünvan 4 ünvandakı lövhənin yanına qoymuşdur, həmçinin onu da bu işi görməyə özü qoşmuş və Hacı ilə bu məsələ ilə bağlı onu telefonda tanış etmişdir. Fərhad onu da demişdir ki, özü əvvəllər də Hacının göndərdiyi bu kimi narkotik və psixotrop maddələri onun sözü ilə bir neçə dəfə əvvəllər götürüb haralarasa aparıb qoymuşdur. Fərhadın deməsinə görə Hacı ona 5000 manat pul göndərməli imiş, özü də ona 2000 manat pul verməli imiş. O, sadəcə həmin vaxt bilmişdir ki, o, götürdüyü kisəni həmin lövhənin yanına elə Fərhad özü qoymuşdur. O da Hacı adlı şəxslə bağlı, heroin və metamfetamin bükümləri ilə bağlı Fərhadın dediklərini təsdiq etmişdir. Bundan sonra polis əməkdaşları ona təklif etmişlər ki, üzərində olan əşyaları çıxarıb təqdim etsin. O da həmin vaxt əynindəki göy cins şalvarının sağ yan cibində saxladığı bir büküm heroini və bir büküm metamfetamini, həmçinin şalvarının ciblərindəki avtomobilinin və mənzilinin açarlarını, əynindəki gödəkçəsinin ciblərindən özünün iki ədəd “Samsung” markalı mobil telefonlarını, üç ədəd siqaret paçkalarını, tibbi maskasını və şalvarının cibindən özünün 20 manat 80 qəpik şəxsi pulunu çıxarıb təqdim etmişdir. Polis əməkdaşları onun üzərində axtarış etmişlər, başqa heç nə aşkar olunmamışdır. Polis əməkdaşları onun da təqdim etdiyi həmin bir büküm heroini və bir büküm metamfetamini açıb baxmışlar, sonra isə götürüb zərfə qoyaraq qablaşdırmışlar. Həmçinin, siqaret qutularını da açıb baxmışlar, siqaret qutusunun birinin içindən onun alışqanı da aşkar olunmuşdur. Sonra isə aşkar olunmuş şəxsi pulunu, siqaretlərini, alışqanını, tibbi maskasını və açarlarını ona qaytarmışlar, mobil telefonlarını isə götürmüşlər. Sorğu-sual zamanı o da Fərhaddan aşkar edilmiş bükümləri ona verdiyini, həmçinin özündən aşkar olunmuş heroin və metamfetamin bükümlərini iranlı Hacının göndərdiyi narkotik və psixotrop maddələr olan kisədən götürdüyünü, Fərhadın təklifi ilə iranlı Hacının göndərdiyi narkotik və psixotrop maddələr olan kisəni Hacının sözü ilə ifadəsində göstərdiyi yerdəki lövhənin yanından özünün götürdüyünü və sonra öz yaşadığı Bakı şəhəri Binəqədi rayonu 6-cı mikrorayonda yerləşən mənzilə aparıb orada yataq otağında şkafda saxladığını danışaraq etiraf etmişdir. Bildirmişdir ki, iranlı Hacının göndərdiyi narkotik və psixotrop maddələr olan kisəni öz yaşadığı mənzildən polis əməkdaşlarına təqdim edə bilər. Bütün bunlardan sonra şəxsi axtarış prosesi başa çatmış, videoçəkiliş dayandırılmış, sonra isə aşkar olunanlarla bağlı polis əməkdaşları tərəfindən protokol yazılıb tərtib olunmuş, o və Fərhad, həmçinin digər iştirak edən şəxslər protokolun doğruluğunu imzaları ilə təsdiq etmişlər. Bundan sonra onun öz razılığı əsasında polis əməkdaşlarını öz yaşadığı ünvan 3 ünvanına dəvət etmişdir. Vəkillə birlikdə həmin ünvana getmişlər, mənzildə polis əməkdaşları ona təklif etmişlər ki, həmin kisəni saxladığı yeri göstərsin və təqdim etsin. O da yataq otağındakı kiçik şkafın içində saxladığı həmin sintetik kisəni çıxarıb polis əməkdaşlarına təqdim etmiş, polis əməkdaşları həmin kisəni açıb içində olan bütün narkotik və psixotrop maddə bağlamalarını çıxarmışlar. Kisənin içində cəmi 28 ədəd sellofan bağlama heroin, 6 ədəd sellofan bağlama metamfetamin və 2 ədəd sellofan bağlama da tiryək var imiş. Polis əməkdaşları həmin bağlamaların hamısını ardıcıl olaraq açıb baxmışlar, sonra isə qablaşdırıb götürmüşlər. Bundan sonra Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə qayıtmışlar, daha sonra həmin idarənin həyətində saxlanılan onun idarə etdiyi “Kia Pride" markalı **-MY-*** nömrəli avtomobilə də onun öz razılığı və iştirakı ilə baxış keçirilmiş, avtomobildə qanunsuz heç nə saxlamırmış və qanunsuz heç nə aşkar olunmamışdır. Baxış zamanı avtomobildən yalnız onun şəxsiyyət vəsiqəsi və avtomobilə aid sənədlər aşkar edilmiş və götürülmüşdür. Bütün bu proseslərə dair sonda polis əməkdaşları tərəfindən protokollar tərtib edilmiş, o da doğruluğunu öz imzası ilə təsdiq etmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, onun istifadə etdiyi mobil nömrələr ***-***-**-**, ***-***-**-**, ***-***-**-** mobil nömrələr olmuşdur. Başqa mobil nömrəsi yoxdur, həmin nömrələrlə danışıqlar aparmışdır. Narkotik və psixotrop maddələr oları kisəni, yaxud onun içindəki həmin maddələri sonradan hansı ünvana yerləşdirilməsi, kimlərə verilməsi, satılması, hansı şəxslərin gəlib həmin maddələri əldə edəcəyi barədə İran İslam Respublikasının vətəndaşı olan tanışı Hacı adlı şəxs ona heç nə deməmişdir. Sadəcə ona bildirmişdir ki, həmin maddələr olan kisəni onun dediyi yerdən götürüb saxlasın və onun deyəcəyi hansısa bir yerə ya bütov, ya da ki narkotikin və ya psixotrop maddələrin hansısa bir hissəsini aparıb qoysun. O da kisəni götürüb evinə aparandan sonra gözləyirmiş. Ona və Fərhada qarşı polis əməkdaşları tərəfindən heç bir təzyiq, zorakılıq edilməmişdir. İçində narkotik və psixotrop maddələr olan həmin kisəni qoyulmuş yerdən götürmək və saxlamaq müqabilində Fərhad ona İranlı Hacı adlı şəxsin göndərəcəyi puldan 2000 manat pul verəcəkmiş. Fərhad və Hacı bildirmişlər ki, kisədəkilər narkotik və psixotrop maddələrdir. Lakin, o, kisəni götürəndə heç açıb baxmamış, onu birbaşa yaşadığı evə aparıb qoymuşdur. Sonradan bilmişdir ki, içində heroin, metamfetamin və tiryək var. İlk dəfə imiş ki, o, Fərhadın bu təklifi ilə razılaşıb bu işi görmüşdür. Hacını da heç əvvələr tanımamış, nə də heç bir əlaqəsi olmamışdır. Onu Hacı ilə Fərhad tanış etmiş, sadəcə Hacı ilə telefonda danışmışdır. Hacı tərəfindən ona əvvəllər heç vaxt narkotik və ya psixotrop maddələr göndərilməmişdir. O, heç bilmirmiş ki, tanışı Fərhad hələ əvvəldən Hacı ilə belə bir işlər görmüş, sadəcə ona təklif elədiyi vaxt bilmişdir ki, Fərhadın Hacı ilə narkotik və psixotrop maddə üzrə alış-verişi var. Hacı adlı həmin İran vətəndaşı olan şəxsi tanımır, onu Fərhad tanıyır, sadəcə 20 noyabr 2021-ci il tarixdə Hacı ilə telefonla danışmışdır. Narkotik və psixotrop maddələr olan kisəni həmin lövhənin yanından götürməzdən əvvəl və götürəndən sonra Hacı ilə danışığı olmuşdur. Bundan başqa onunla danışmamışdır. Hacının mobil nömrəsini hazırda xatırlamır, İran mobil nömrəsi imiş. Onun anket məlumatları da ona məlum deyil. Həmin maddələrin Hacı tərəfindən İrandan göndərildiyini ona Fərhad-demiş, lakin hansı yolla, kimlərin vasitəsi ilə necə, nə vaxt göndərildiyini bilmir. Özü heç vaxt narkotik və ya psixotrop maddələr qəbul etməmişdir. Hacı adlı şəxs tərəfindən göndərilmiş həmin narkotik və psixotrop maddələrdən onları əldə etdiyi vaxtdan etibarən hər hansı kənar şəxsə nə satmamış, nə də verməmişdir. İçində narkotik və psixotrop maddələr olan həmin kisəni yaşadığı evdə saxlamağı barədə ailə üzvlərinin heç bir məlumatı olmamışdır (1-ci cild iş vərəqi 147-154). Azərbaycan Respublikasının CPM-in 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir; hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir; cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir; məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə zamanı şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində baş əməliyyat müvəkkili Şahid1 ifadə verərək göstərmişdir ki, vəzifəsində işləyir və polis baş leytenantı xüsusi rütbəsini daşıyır. 22 noyabr 2021-ci il tarixdə Masallı rayon sakini Təqsirləndirilən şəxs1 və Bakı şəhəri, Binəqədi rayon sakini Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi, o cümlədən satışı ilə məşğul olmaları bərədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat raportla rəhbərliyə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün tərəfindən qərar qəbul edilmişdir. Həmin qərarın icrası ilə bağlı olaraq onun rəhbərliyi altında əməliyyat qrupu yaradılmış və qrupa işlədiyi Baş İdarənin əməliyyat müvəkkilləri Şahid2, Şahid3 və Şahid4 daxil edilmişdir. 22 noyabr 2021-ci il tarixdə saat 12 radələrində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Bakı şəhəri, Sabunçu rayonunda yerləşən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasının yaxınlığında olmaları müəyyən edilmişdir. Bunun üçün həmin yerə getmişlər. Saat 12:35də Bakı İstintaq Təcridxanasının yaxınlığında “Kia Pride” markalı **-MY-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oxşar iki nəfər şəxsin olduğunu müşahidə etmişlər. Həmin vaxtı onlar həmin şəxslərə yaxınlaşaraq özlərini təqdim etmişlər və həmin şəxslərin də özlərini təqdim etmələrini xahiş etmişlər. Həmin şəxslər özlərini təqdim edərək Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 olduqlarını bildirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduqlarını bildirib barələrində qəbul edilmiş qərarla tanış etmişlər və onları DİN-in BMCMİnə dəvət etmişlər. Həmin şəxslər də etiraz etmədən onlarla birlikdə BMCMİ-nə gəlmişlər. İdarənin inzibati binasının xidməti otaqlarının birində dəvət edilmiş müdafiəçilərin iştirakı ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hüquq və vəzifələri izah edilmiş və Baş İdarənin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat Bölməsinin xüsusilə mühüm işlər üzrə baş təhqiqatçısı Mirata Seyidov tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı videoçəkilişdən istifadə edilmiş və əvvəlcə Təqsirləndirilən şəxs1 təklif edilmişdir ki, üzərində olması ehtimal edilən qanunla dövriyyəsi qadağan edilmiş əşyaları könüllü surətdə təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs1 üzərində “torpaq” və “kakos” adı ilə tanıdığı narkotik vasitələr olduğunu bildirib, əynində olan cins şalvarının ciblərindən 03 ədəd sellofan bükümü, 01 ədəd “Samsung” markalı mobil telefonu, 30 manat pulu, əynində olan gödəkçəsinin cibindən 01 ədəd “Xiaomi Redmi” markaiı mobil telefonu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs1 təqdim etdiyi 02 ədəd sellofan bükümün içində “torpaq” və ya “kakos” adı ilə tanıdığı narkotik vasitə və 01 ədəd sellofan bükümün içində isə “şüşə” adı ilə tanıdığı narkotik vasitə olduğunu qeyd etmişdir. Təqsirləndirilən şəxs1 təqdim etdiyi sellofan bükümlər iştirakçıların şahidliyi ilə açıldıqda 02 ədəd bükümün içərisində qəhvəyi rəngli, spesifik qoxuya malik, narkotik vasitə heroinə oxşar maddələr və 01 ədəd bükümün içərisində isə kristal şəkilli, ağ rəngli, psixotrop maddə metamfetaminə oxşar maddə olması müşahidə edilmişdir. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs1 üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş 02 ədəd şəffaf sellofan bükümdə olan narkotik vasitə heroinə oxşar maddələr və 01 ədəd şəffaf sellofan bükümdə olan psixotrop maddə metamfetaminə oxşar maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan 01 ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı aşkar edilmiş 30 manat pul iş üzrə əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs1 özünə qaytarılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş 01 ədəd “Samsung” markalı və 01 ədəd “Xiaomi Redmi” markalı mobil telefonlar iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarışa başlamazdan əvvəl ona təklif edilmişdir ki, üzərində olan qanunla dövriyyəsi qadağan edilmiş əşyaları könüllü surətdə təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs2 üzərində “kakos” adı ilə tanıdığı narkotik vasitə və “şüşə” adı ilə tanıdığı psixotrop maddə olduğunu bildirib, əynində olan cins şalvarının ciblərindən 01 ədəd avtomobil açarını, 02 ədəd sellofan bükümü, 01 ədəd mənzil açarını, 20 manat 80 qəpik pulu, əynində olan qısaqol gödəkçəsinin ciblərindən 02 ədəd “Samsung” markalı mobil telefonları, 03 ədəd siqaret qutusunu və qutunun içində olan 01 ədəd alışqanı, 01 ədəd tibbi maskanı çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs2 təqdim etdiyi 01 ədəd sellofan bükümün içində “kakos” adı ilə tanıdığı narkotik vasitə və 01 ədəd sellofan bükümün içində isə “şüşə” adı ilə tanıdığı psixotrop maddə olduğunu qeyd etmişdir. Təqsirləndirilən şəxs2 təqdim etdiyi sellofan bükümlər iştirakçıların şahidliyi ilə açıldıqda 01 ədəd bükümün içərisində qəhvəyi rəngli, spesifik qoxuya malik, narkotik vasitə heroinə oxşar maddə və 01 ədəd bükümün içərisində isə kristal şəkilli, ağ rəngli, psixotrop maddə metamfetaminə oxşar maddə olması müşahidə edilmişdir. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs2 üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş 01 ədəd şəffaf sellofan bükümdə olan narkotik vasitə heroinə oxşar maddə və 01 ədəd şəffaf sellofan bükümdə olan psixotrop maddə metamfetaminə oxşar maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan 01 ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdı. Şəxsi axtarış zamanı aşkar edilmiş 20 manat 80 qəpik pul, 01 ədəd avtomobil açarı, 01 ədəd mənzil açarı, 03 ədəd siqaret qutusu, 01 ədəd tibbi maska və 01 ədəd alışqan iş üzrə əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs2 özünə qaytarılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş 02 ədəd “Samsung” markalı mobil telefonlar iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş narkotik vasitə heroini və psixotrop maddə metamfetamini anket məlumatlarını dəqiq bilmədiyi tanışı İran İslam Respublikasının vətəndaşı “Hacı” adlı şəxs tərəfindən ona göndərildiyini, belə ki, həmin şəxsi təxminən 3-4 ilə yaxın müddətdir tanıdığını, 2 gün əvvəl yəni 20 noyabr 2021 -ci il tarixdə “Hacı” adlı şəxsin “Whatsapp” ani mesajlaşma proqramı vasitəsi ilə onunla əlaqə saxlayıb ona külli miqdarda narkotik vasitə və psixotrop maddə göndərəcəyini, həmin narkotik vasitələri və psixotrop maddələri Yardımlı rayonu, Arus kəndi ərazisindən götürüb Bakı şəhərinə aparmasını, sonradan onun dediyi vaxtda həmin maddələri Bakı şəhərində müəyyən ünvana qoyub, həmin yerin şəkillərini çəkib ona göndərməli olduğunu və bunun müqabilində ona 5.000 manat pul verəcəyini bildirdiyini, “Hacı” adlı şəxsin təklifi ilə razılaşdıqdan sonra bu barədə tanışı Təqsirləndirilən şəxs2 məlumat verdiyini və İran İslam Respublikasının vətəndaşı “Hacı” adlı şəxsin Bakı şəhərinə narkotik vasitə və psixotrop maddə göndərdiyini, həmin maddələri götürüb özündə saxlamasını və “Hacı adlı şəxsin dediyi vaxtda həmin maddələri Bakı şəhərində müəyyən ünvana qoyub həmin yerin şəkillərini çəkib “Hacı adlı şəxsə göndərdiyi təqdirdə ona 2.000 manat pul veriləcəyini bildirmiş, Təqsirləndirilən şəxs2 onun təklifi ilə razılaşdıqdan sonra o, bu barədə “Hacı” adlı şəxsə məlumat vermiş və daha sonra həmin günü idarə etdiyi “Niva” markalı avtomobillə gedib Yardımlı rayonu, Arus kəndinə gedən yolun kənarından “Hacı” adlı şəxsin göndərdiyi narkotik vasitələri və psixotrop maddələri götürdüyünü və idarə etdiyi avtomobillə həmin maddələri gətirib həmin günü saat 20:00- 20:30 radələrində Bakı şəhərinə təxminən 35-40 kilometr qalmış yolun kənarında lövhənin arxasında gizlədib həmin yerin fotoşəkillərini çəkib “Whatsapp” ani mesajlaşma proqramı vasitəsi ilə Hacı adlı şəxsə və həmin şəxs tərəfindən isə fotoşəkillərin Təqsirləndirilən şəxs2 göndərildiyini, sonuncunun isə həmin günü saat 21 radələrində gedib narkotik vasitələri və psixotrop maddələri götürüb yaşadığı ünvana aparıb orada gizlədib saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs1 narkotik vasitələrin və psixotrop maddələrin onun tərəfindən gətirilib Bakı şəhərinin yaxınlığına qoyulmasında Təqsirləndirilən şəxs2 məlumatının olmaması üçün o, maddələrin qoyulduğu yerin fotoşəkillərini bilavasitə özünün deyil, “Hacı” adlı şəxsin vasitəsi ilə Təqsirləndirilən şəxs2 göndərdiyini və bu barədə əvvəlcədən “Hacı” adlı şəxsə məlumat verdiyini, üzərindən aşkar edilmiş 02 ədəd sellofan bükümdə olan narkotik vasitə heroini və 01 ədəd sellofan bükümdə olan psixotrop maddə metamfetamini özünün tapşırığı ilə Təqsirləndirilən şəxs2 “Hacı” adlı şəxsin göndərdiyi narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin üzərindən götürüb 22 | noyabr 2021 -ci il tarixdə saat 11 radələrində Bakı şəhərində ona verdiyini, üzərindən aşkar | edilmiş narkotik vasitə heroini və psixotrop maddə metamfetamini özü istifadə etmək məqsədində olduğunu qeyd etmişdir. Təqsirləndirilən şəxs1 son 3-4 ay ərzində İran İslam Respublikasının vətəndaşı “Hacı” adlı şəxsin İran İslam Respublikasından göndərdiyi narkotik vasitələri və psixotrop maddələri Bakı şəhərinə gətirib müxtəlif ünvanlara yerləşdirib həmin yerin fotoşəkillərini çəkib “Whatsapp” ani mesajlaşma proqramı vasitəsi ilə “Hacı” adlı şəxsə göndərdiyini və hər dəfə isə “Hacı" adlı şəxs tərəfindən ona 3.000-5.000 manat məbləğində pul verildiyini bildirmişdir. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 dediklərini təsdiq edib iranlı Hacı adlı şəxsin göndərdiyi maddələri yaşadığı evdə gizlədib saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs2 bundan əlavə Təqsirləndirilən şəxs1 22 noyabr 2021-ci il tarixdə onunla əlaqə saxlayıb “Hacı” adlı şəxsin göndərdiyi narkotik vasitə heroindən və psixotrop maddə metamfetamindən bir neçə büküm götürüb ona verməsini bildirmiş, özü həmin günü yaşadığı mənzildə gizlədib saxladığı “Hacı" adlı şəxsin göndərdiyi narkotik vasitə heroindən 3 ədəd sellofan büküm və psixotrop maddə metamfetamindən isə 02 ədəd sellofan büküm götürüb həmin günü saat 11 radələrində Bakı şəhərində Təqsirləndirilən şəxs1 ilə görüşən zaman gətirdiyi narkotik vasitələri və psixotrop maddələri Təqsirləndirilən şəxs1 vermiş, sonuncu 02 ədəd sellofan bükümdə olan narkotik vasitə heroini və 01 ədəd sellofan bükümdə olan psixotrop maddə metamfetamini götürüb qalan 02 ədəd sellofan bükümü aparıb “Hacı” adlı şəxsin göndərdiyi narkotik və psixotrop maddələrin üstünə qoymasını bildirmiş və buna görə də 01 ədəd sellofan bükümdə olan narkotik vasitə heroini və 01 ədəd sellofan bükümdə psixotrop maddə metamfetamini yaşadığı mənzildə saxladığı narkotik vasitə və psixotrop maddələrin olduğu kisəyə geri qoymaq məqsədilə öz üzərində saxlamışdır. Təqsirləndirilən şəxs2 “Hacı” adlı şəxsin göndərdiyi külli miqdarda narkotik vasitələri və psixotrop maddələri hazırda yaşadığı mənzildə yataq otağında gizlədib saxladığını və yaşadığı həmin ünvana gedildiyi halda həmin maddələri təqdim edə biləcəyini bildirmişdir. Şəxsi axtarış başa çatdıqdan sonra bu barədə protokol tərtib edilmiş və protokol düzgün tərtib edildiyi üçün imzalarla təsdiq edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, 6cı mikrorayonda yerləşən mənzilə getmişlər və həmin mənzilə çəkiliş aparılmaqla baxış keçirilməyə başlanılmışdır. Baxışın keçirilməsi şübhəli şəxs Təqsirləndirilən şəxs2 özünün razılığı və iştirakı ilə aparılmışdır. Baxış zamanı məlum olmuşdur ki, Təqsirləndirilən şəxs2 yaşadığı mənzil 3-cü mərtəbədə yerləşir. Mənzil iki otaqdan ibarətdir. Baxış zamanı Təqsirləndirilən şəxs2 yaşadığı mənzildə olması ehtimal edilən qanunia dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşyaları təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs2 iştirakçıları yaşadığı mənzilin yataq otağına dəvət edib otağın pəncərəsinin sağ tərəfində yerləşən dolabın qapısını açıb orada olan 01 ədəd sintetik kisəni götürüb təqdim etmişdir. Təqsirləndirilən şəxs2 təqdim etdiyi sellofan torbanın içində İran İslam Respublikasının vətəndaşı “Hacı” adlı şəxs tərəfindən göndərilən narkotik vasitə və psixotrop maddələr olduğunu qeyd etmişdir. Təqsirləndirilən şəxs2 təqdim etdiyi sintetik kisə açıldıqda kisənin içindən ümumilikdə 36 ədəd sellofan bağlama aşkar olunmuşdur. Həmin sellofan bağlamalar iştirakçıların şahidliyi ilə açıldıqda 28 ədəd sellofan bağlamanın içərisində qəhvəyi rəngli, spesifik qoxuya malik, narkotik vasitə heroinə oxşar maddələr, 02 ədəd sellofan bağlamanın içərisində tünd qəhvəyi rəngli, spesifik qoxuya malik, narkotik vasitə tiryəkə oxşar maddələr və 06 ədəd sellofan bağlamanın içərisində isə kristal şəkilli, ağ rəngli, psixotrop maddə metamfetaminə oxşar maddələr olması müşahidə edilmişdir. Bundan sonra həmin maddələr cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan aşkar olunduğu 01 ədəd sintetik kisədə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra baxış davam etdirilərkən Təqsirləndirilən şəxs2 yaşadığı mənzildə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və predmetlər aşkar edilməmişdir. Bundan sonra Baş İdarəyə qayıtmışlar və orada Təqsirləndirilən şəxs2 razılığı və iştirakı ilə idarə etdiyi “Kia Pride” markalı, **-MY-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməyə başlanılmışdır. Baxışa başlamamışdan əvvəl Təqsirləndirilən şəxs2 təklif edilmişdir ki, avtomobildə qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşyalar varsa, həmin əşyaları könüllü surətdə təqdim etsin. Təqsirləndirilən şəxs2 idarə etdiyi “Kia Pride” markalı, **-MY- *** qeydiyyat nişanlı avtomobildə narkotik vasitələr və psixotrop maddələr, qanunla dövriyyəsi qadağan edilmiş digər əşya və predmetlər gizlədib saxlamadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 özünün icazəsi' və iştirakı ilə onun idarə etdiyi “Kia Pride” markalı, **-MY-*** qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş və baxış zamanı avtomobildən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşya və predmetlər aşkar edilməmişdir. Baxış zamanı avtomobilin qabaq saxlanc yerindən aşkar olunmuş Təqsirləndirilən şəxs2 məxsus olan şəxsiyyət vəsiqəsi, həmin avtomobilə dair nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi və 02 ədəd etibarnamə iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs2 “Kia Pride” markalı, **-MY- *** qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə etdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 yaşadığı mənzilə və idarə etdiyi avtomobilə baxış keçirilməsi ilə bağlı protokollar tərtib olunmuş və həmin protokollar düzgün tərtib olunduğundan tərəfimizdən imzalarla təsdiq olunmuşdur. Verilən suallara cavab olaraq bildirmişdir ki, əməliyyat-axtarış tədbiri zamanı saxlanılan şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı heç bir fiziki və ya psixoloji təzyiq olunmamışdır. Əməliyyataxtarış tədbiri zamanı saxlanılan şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 heç bir müqavimət göstərməmiş və onlara heç bir xəsarət yetirməmişlər. Məhkəmə zamanı şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkilləri Şahid2, Şahid3 və Şahid4 Şahid1 ifadəsinə və işin faktiki hallarına uyğun ifadə vermişlər. İşdə olan məhkəmə-kimyəvi ekspertiza üzrə 23 noyabr 2021-ci il tarixli 6/5184 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “şübhəli şəxs: Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş maddələr” yazısı və imzalar olan paketdəki 2 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 1,958qr və 1,670qr, ümumi təmiz çəkisi 3,628qram qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir və 1 (bir) ədəd bükümdə təmiz çəkisi 1,134qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş üzərində: “şübhəli şəxs: Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş maddələr” yazısı və imza olan paketdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 1,587qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitəheroindir və 1 (bir) ədəd bükümdə təmiz çəkisi 1,028qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş üzərində: “şübhəli şəxs: Təqsirləndirilən şəxs2 yaşadığı ünvan 7 ünvanından aşkar olunmuş maddələr” yazısı və imzalar olan kisədə olan 28(iyirmi səkkiz) ədəd bağlamada ümumi təmiz çəkisi 22107,8qram qəhvəyi rəngli tozşəkilli maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitəheroindir, 2(iki) ədəd bağlamada ümumi təmiz çəkisi 2000,1 qram tünd qəhvəyi rəngli qətranabənzər maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub xaş-xaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiryəkdir və 6(altı) ədəd bağlamada ümumi təmiz çəkisi 6890,6qram ağ rəngli kristallardan ibarət maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. (maddələrin ayrı-ayrılıqda təmiz çəkiləri 1,2,3 saylı cədvəllərdə göstərilmişdir); Təqsirləndirilən şəxs2 üzərindən və yaşadığı ünvandan götürülmüş heroinin ümumi təmiz çəkisi 22109,387qram (22kq 109,387qram) və metamfetaminin ümumi təmiz çəkisi 6891,628qram (6kq 891,628qram) təşkil edir; Təqsirləndirilən şəxs1 üzərindən, Təqsirləndirilən şəxs2 üzərindən və yaşadığı ünvandan aşkar edilərək götürülmüş heroinlər kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər; Təqsirləndirilən şəxs1 üzərindən, Təqsirləndirilən şəxs2 üzərindən və yaşadığı ünvandan aşkar edilərək götürülmüş metamfetaminlər kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər; 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılara əsasən, heroin, tiryək “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahisına daxildirlər; Təqsirləndirilən şəxs2 yaşadığı ünvandan aşkar edilərək götürülmüş maddələrin ayrıayrılıqda təmiz çəkiləri: Qəhvəyi rəngli maddə kütlələrinin (heroinin) ayrı-ayrılıqda və ümumi təmiz çəkisi: Ayrı-ayrılıqda 793,9 qram, 796,6 qram, 790,6 qram, 796,4 qram, 793,4 qram, 799,9 qram, 796,7 qram, 796,3 qram, 796,4 qram, 796,1 qram, 792,3 qram, 795,7 qram, 796,1 qram, 795,3 qram, 796,3 qram, 794,1 qram, 798,0 qram, 798,2 qram, 798,6 qram, 798,6 qram, 792,7 qram, 743,4 qram, 797,0 qram, 794,9 qram, 794,7 qram, 673,6 qram, 796,6 qram və 795,4 qram - ümumilikdə 22107,8 qram. Tünd qəhvəyi rəngli maddə kütlələrinin (tiryəkin) ayrı-ayrılıqda və ümumi təmiz çəkisi: Ayrı-ayrılıqda 1002,0 qram və 998,1 qram, ümumilikdə 2000,1 qram. Ağ rəngli maddə kütlələrinin (metamfetamin) ayrı-ayrılıqda və ümumi təmiz çəkisi: Ayrı-ayrılıqda 844,2 qram, 1336,8 qram, 873,2 qram, 1159,5 qram, 1347,8 qram və 1329,1 qram, ümumilikdə 6890,6 qram. Qeyd: Təqsirləndirilən şəxs1: -heroinin ümumi təmiz çəkisi:3,628qr, tədqiqata sərf edildi: ümumi 0,1 qr, qalıq:3,528qr; -metamfetaminin təmiz çəkisi: 1,134qr, tədqiqata sərf edildi: 0,05qr, qalıq: 1,084qr; Təqsirləndirilən şəxs2 (üzərindən götürülmüş....) -heroinin təmiz çəkisi 1,587qr, tədqiqata sərf edildi: 0,05qr, qalıq: 1,537qr; -metamfetaminin təmiz çəkisi: 1,028qr, tədqiqata sərf edildi: 0,05qr, qalıq:0,978qr Təqsirləndirilən şəxs2 (yaşadığı ünvandan götürülmüş...) -heroinin ümumi təmiz çəkisi: 22107,8qr, tədaiqata sərf edildi: ümumi 0,28qr, qalıq: 22107,52qr; -metamfetaminin ümumi təmiz çəkisi: 6890,6qr, tədqiqata sərf edildi: 0,18qr,qalıq: 6890,42qr, -tiryəkin ümumi təmiz çəkisi: 2000,1 qr tədqiqata sərf edildi: ümumi 0,3qr, qalıq: 1999,8qr. (1-ci cild iş vərəqi 76-85). İşdə olan məhkəmə-narkoloji ekspertizası üzrə 23 noyabr 2021-ci il tarixli 4635 nömrəli ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (2-ci cild iş vərəqi 1-2). İşdə olan məhkəmə-narkoloji ekspertizası üzrə 23 noyabr 2021-ci il tarixli 4636 nömrəli ekspert rəyindən görünür ki, hal-hazırda Təqsirləndirilən şəxs2 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur (2-ci cild iş vərəqi 3-4). İşdə olan 22 noyabr 2021-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 22 noyabr 2021-ci il tarixdə saat 12:35-də Bakı şəhəri, Sabunçu rayonu, 2-ci Zabrat qəsəbəsi ərazisində yerləşən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasının yaxınlığında Təqsirləndirilən şəxs2 idarə etdiyi “Kia Pride” markalı, **-MY-*** qeydiyyat nişanlı avtomobilin yanında saxlanılaraq BMCMİ-nə gətirilmişlər və orada üzərilərinə keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 03 ədəd sellofan büküm, şalvarın sol yan cibindən 01 ədəd “Samsung” markalı mobil telefon, əynində olan gödəkçəsinin sol yan cibindən 01 ədəd “Xiaomi Redmi” markalı mobil telefon və şalvarının sağ arxa cibindən 30 manat pul, Təqsirləndirilən şəxs2 əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd avtomobil açarı, 02 ədəd sellofan büküm, şalvarın sol yan cibindən 01 ədəd mənzil açarı, 20 manat 80 qəpik pul, əynində olan qısaqol gödəkçəsinin sol yan cibindən 01 ədəd “Samsung” markalı mobil telefon, 02 ədəd siqaret qutusu, 01 ədəd tibbi maska, gödəkçəsinin sağ yan cibindən 01 ədəd “Samsung” markalı mobil telefon, 01 ədəd siqaret qutusu və qutunun içindən 01 ədəd alışqan aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs1 aşkar edilmiş 03 ədəd sellofan bükümün ikisində narkotik vasitə heroinə bənzər maddə, birində isə psixotrop maddə metamfetaminə bənzər maddə, Təqsirləndirilən şəxs2 aşkar edilmiş 02 ədəd sellofan bükümün birində narkotik vasitə heroinə bənzər maddə, birində isə psixotrop maddə metamfetaminə bənzər maddə olduğu müəyyən edilmişdir. Qeyd edilən maddələr və 04 ədəd mobil telefon götürülmüş, 30 manat pul Təqsirləndirilən şəxs1, 01 ədəd avtomobil açarı, 01 ədəd mənzil açarı, 20 manat 80 qəpik pul, 03 ədəd siqaret qutusu, qutunun içində olan 01 ədəd alışqan və 01 ədəd i tibbi maska Təqsirləndirilən şəxs2 qaytarılmışdır. Şəxsi axtarış və götürmə istintaq hərəkəti 22 İ noyabr 2021 -ci il tarixdə saat 14:48-də başlamış və həmin tarixdə saat 15:39-da bitmişdir (1-ci cild iş vərəqi 44-48). İşdə olan 22 noyabr 2021-ci l tarixli baxış keçirilməsi və əşyaların götürülməsi haqqında protokoldan görünür ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 22 noyabr 2021-ci il tarixdə saat 12:35-də Bakı şəhəri, Sabunçu rayonu, 2-ci Zabrat qəsəbəsi ərazisində yerləşən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasının yaxınlığında Təqsirləndirilən şəxs2 idarə etdiyi “Kia Pride” markalı, **-MY- *** qeydiyyat nişanlı avtomobilin yanında saxlanılaraq BMCMİ-nə gətirilmişlər və orada üzərilərinə şəxsi axtarış keçirildikdən sonra Təqsirləndirilən şəxs2 yaşadığı ünvan 3 ünvanına baxış keçirilmişdir. Baxış zamanı mənzilin yataq otağının pəncərəsinin sağ tərəfində yerləşən dolabın içərisindən 01 ədəd sintetik kisə, kisənin içərisindən isə 28 ədəd sellofan bağlamada narkotik vasitə heroinə oxşar maddələr, 02 ədəd sellofan bağlamada narkotik vasitə tiryəkə oxşar maddələr və 06 ədəd sellofan bağlamada psixotrop maddə metamfetaminə oxşar maddələr olmaqla ümumilikdə 36 ədəd sellofan bağlama aşkar edilərək götürülmüşdür. Baxış keçirmə və götürmə istintaq hərəkəti 22 noyabr 2021-ci il tarixdə saat 17:08-də başlamış və həmin tarixdə saat 17:56-da bitmişdir (1-ci cild iş vərəqi 51-53). İşdə olan 10 may 2022-ci il tarixli subutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, şəxsi axtarış və götürmə zamanı aparılmış videoçəkilişi özündə əks etdirən 01 ədəd DVD disk, mənzilə baxış keçirmə və götürmə zamanı aparılmış videoçəkilişi özündə əks etdirən 01 ədəd DVD disk, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı əsasında "xxxx" MMC-dən daxil olmuş CD disk, "xxxx" MMC-dən daxil olmuş CD disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmiş, cinayət işi üzrə ekspertiza tədqiqatından sonrakı qalıq çəkilərdə narkotik və psixotrop maddələr - Təqsirləndirilən şəxs1 üzərindən götürülmüş qalıq 3,528 qram narkotik vasitə heroin və qalıq 1,084 qram psixotrop maddə metamfetamin, Təqsirləndirilən şəxs2 üzərindən götürülmüş qalıq 1,537 qram narkotik vasitə heroin və qalıq 0,978 qram psixotrop maddə metamfetamin, Təqsirləndirilən şəxs2 yaşadığı ünvandan götürülmüş qalıq 22107,52 qram narkotik vasitə heroin, qalıq 6890,42 qram psixotrop maddə metamfetamin və qalıq 1999,8 qram narkotik vasitə tiryək maddi sübut hesab edilmiş və saxlanılmalarından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİ- nin Maddi sübutları saxlama yerinə təhvil verilmişdir 2-ci cild iş vərəqi 143-176). İşdə olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 25 noyabr 2021-ci il tarixli 5(001)-1702/2021 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ətrafında əməliyyat axtarış tədbirlərinin aparılmasına dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin 22 noyabr 2021-ci il tarixli qərarı qanuna uyğun hesab edilmişdir (1-ci cild iş vərəqi 185-187). İşdə olan 13 dekabr 2021-ci il tarixli 007-16010-1221 nömrəli əməliyyat tapşırığına verilmiş cavab məktubundan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 aşkar olunmuş narkotik vasitələrin mənbəyinin müəyyən edilməsi, onların narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmasının yoxlanılması, həmin şəxslərin narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olduğunu bilavasitə görə biləcək şahidlərin dairəsini, İran İslam Respublikasının vətəndaşı “Hacı” adlı şəxsin, eləcə də cinayətin digər naməlum iştirakçılarının şəxsiyyətlərini müəyyən etmək məqsədi ilə bir sıra əməliyyat- axtarış tədbirləri keçirilmişdir. Keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərilərindən, həmçinin sonuncunun yaşadığı ünvandan aşkar edilmiş külli miqdarda narkotik vasitələr olan heroini və tiryəki, psixotrop maddə metamfetamini İran İslam Respublikasının vətəndaşı “Hacı” adlı şəxsin təlimatı əsasında satışını həyata keçirmək məqsədi ilə birgə əldə edib saxladıqlarına, həmin narkotik və psixotrop maddələrin qanunsuz ticarət dövriyyəsini həyata keçirməkdə İran İslam Respublikasının vətəndaşı “Hacı” adlı şəxslə birgə əlaqələrinin olmasına və fəaliyyət göstərmələrinə, “Hacı” adlı həmin şəxsin qeyd edilən narkotik və psixotrop maddələri cinayətdə əlbir olduğu digər naməlum şəxslər vasitəsi ilə İran İslam Respublikasından Azərbaycana Yardımlı rayonuna qaçaqmalçılıq yolu ilə Təqsirləndirilən şəxs1 göndərdiyinə, sonuncunun isə həmin narkotik vasitə və psixotrop maddələri satış məqsədi ilə qaçaqmalçılıq yolu ilə tanışı Təqsirləndirilən şəxs2la birlikdə qanunsuz əldə etdikdən sonra birgə pul qazanmaq məqsədi ilə “Hacı” adlı şəxsin təlimatı əsasında qeyd edilən müştərilərə çatdırılması üçün müxtəlif ünvanlara daşıyıb yerləşdirməklə qanunsuz ticarəti ilə məşğul olduqlarına dair əlavə məlumatlar əldə edilmişdir. Buna baxmayaraq “Hacı” adlı İran İslam Respublikasının vətəndaşı olan şəxsin, eləcə də onun əlaqəsində olan cinayətin digər naməlum iştirakçılarının şəxsiyyətlərinin müəyyən edilməsi hələlik mümkün olmamışdır (2-ci cild iş vərəqi 48). İşdə olan 28 aprel 2022-ci il tarixli mobil telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 aşkar edilmiş “Redmi Note 8” markalı mobil telefona baxış zamanı müəyyən edilmişdir ki, “Whatsapp” mobil tətbiqinin söhbətlər bölməsində adı “Ramin Baki” kimi qeyd edilmiş ***-***-**-** mobil nömrəsinin istifadəçisi olan Təqsirləndirilən şəxs2 ilə yazışmalar var. Belə ki, Təqsirləndirilən şəxs2 04 avqust 2021-ci il tarixdə saat 23:00-da Təqsirləndirilən şəxs1 səsli ismarıc göndərərək bildirir ki, “Həə qaqaş necəsən nə var nə yox. O kolbasanın şəklini atda mənə”. Bundan sonra saat 23:01-də onların arasında zəng əlaqəsi yaradılır. Saat 23:30-da Təqsirləndirilən şəxs2 “Gec olar” məzmununda ismarıc yazır. Saat 23:37-də Təqsirləndirilən şəxs1 səsli ismarıc göndərərək bildirir ki, “Gözləyirik qardaş, gözləyirik, bizdə xəbər gözləyirik”. 05 avqust 2021-ci il tarixdə saat 00:04-də Təqsirləndirilən şəxs1 səsli ismarıc göndərərək bildirir ki, ‘‘Qaqa bunlar hələ rahlaya bilmirlər, deyirlər səhər sübh 5-də atacayıq götürə bilər?”. Saat 00;22-də Təqsirləndirilən şəxs1 səsli ismarıc göndərərək bildirir ki, “Qaqa sən də get yat, səhər sübhə qaldıye, ya 5, ya 6. Duran kimi səni də durğuzacam, telefonu qoy yanıva”. Saat 00:50-də Təqsirləndirilən şəxs2 səsli ismarıc göndərərək bildirir ki, “Qaqaş bu 6, 7 bir az gec olure. Onda səhər açılır uje, hava açılır. Onda da uje nəsə etmək olmayacaq. Gör əgər imkan varsa bir az tezləşdirsinlər də onu”. Saat 08:40-da Təqsirləndirilən şəxs1 “Telefon yanında olsun indi xəbər gələcək” məzmununda ismarıc yazmışdır. Saat 20:38-də Təqsirləndirilən şəxs2 “Necəsən”, “neynirsən”, “hardasan” məzmununda ismarıclar yazmışdır. Saat 20:39-da Təqsirləndirilən şəxs1 “Kafedəyəm”, “saat 10 a 11 ə hazır ol” məzmununda ismarıclar yazmışdır. Saat 20:39-da Təqsirləndirilən şəxs2 "Ok”, “Salamatçılıqdı” məzmununda ismarıclar yazmışdır. Təqsirləndirilən şəxs1 cavab olaraq saat 20:39-da “şükür qardaş”, 20:40-da “salamatçılıqdı”, 22:09-da “hazır ol” məzmununda ismarıclar yazmışdır. 12 avqust 2021-ci il tarixdə saat 10:59-da Təqsirləndirilən şəxs1 “+99 470821 0974 Eziz Kod 3420” məzmununda ismarıc yazaraq səsli ismarıc göndərib bildirir ki, "Ramin necəsən qardaş, bir dənə zəhmət olmasa bu nömrə ilə əlaqə saxlayarsan, pulu aparıb verərsən, aşağıdakı kodu da deyərsən”. 20 avqust 2021-ci il tarixdə saat 16:54-16:55-də Təqsirləndirilən şəxs2 “Qaqaş”, “Neyniyirsən”, “Nəsə eləmək olar”, “Başımı itirmişəm”, “Yığılmışam boğaza” məzmununda ismarıclar yazmışdır. Bundan başqa baxış zamanı müəyyən edilmişdir ki, “Whatsapp” mobil tətbiqinin söhbətlər bölməsində adı “Qardaş. Təzə” kimi qeyd edilmiş ***-***-**-** mobil nömrəsinin istifadəçisi olan Təqsirləndirilən şəxs2 ilə yazışmalar var. Belə ki, Təqsirləndirilən şəxs1 07 oktyabr 2021-ci il tarixdə saat 09:13-də “Salamatçılıqdı şükür. Zəng edibsən axşam yatmışdım”, “Bu gün nəsə edərəm qoymaram qalasan pis vəziyyətdə” məzmununda ismarıclar yazmışdır. Bundan başqa Təqsirləndirilən şəxs2 07 noyabr 2021-ci il tarixdə saat 16:55-də səsli ismarıc göndərərək bildirir ki, “Baba bir dənə məni yığ, sroçnu işim var səninlə". Qeyd olunanlardan başqa “Whatsapp” mobil tətbiqinin zənglər bölməsində Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 arasında müxtəlif tarixlərdə və vaxtlarda mobil əlaqə yaradılması hallan aşkar edilmişdir (1-ci cild iş vərəqədi 116-117). İşdə olan 28 aprel 2022-ci il tarixli mobil telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 aşkar edilmiş “Samsung Galaxy A02s" markalı mobil telefona baxış zamanı WhatsApp mobil tətbiqinin zənglər bölməsində İran İslam Respublikasına məxsus +98 938 *** ** ** mobil nömrəsi ilə xx.xx.2021-ci il tarixdə saat 17:13-də və xx.xx.2021-ci il tarixdə saat 17:55-də mobil əlaqə yaradılması müəyyən edilmişdir (2-ci cild iş vərəqi 118). İşdə olan DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış 10 dekabr 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır (1-ci cild iş vərəqi 210-211) İşdə olan DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış 10 dekabr 2021-ci il tarixli və Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 10 sentyabr 2007-ci il tarixli hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 3 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir (1-ci cild iş vərəqi 212-213) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə növündə cəzanın çəkilib qurtardığı gündən iki il keçdikdə məhkumluq ödənilir. Cinayətlərin təsnifatına görə Təqsirləndirilən şəxs2 sonuncu məhkumluğu üzrə Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi az ağır cinayətlər kateqoriyasına daxildir. Təqsirləndirilən şəxs2 hazırki iş üzrə cinayət əməlini 2021-ci il tarixdə, törətmişdir. Təqsirləndirilən şəxs2 əvvəllər qəsdən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduğundan və cəzasını çəkib qurtardığı gündən 14 il sonra, yəni qanunla nəzərdə tutulmuş iki ildən çox vaxt keçdiyindən məhkumluğu ödənilmişdir. İşdə olan AZ İİ seriyalı 257512 №-li nigah haqqında şəhadətnamənin və AA2608663 və AA1541055 şəxsiyyət vəsiqələrinin suratələrindən görünü ki, Təqsirləndirilən şəxs1 ailəlidir və himayəsində 2 azyaşlı uşağı vardır. İşdə olan AZ İ seriyalı 823551 №-li nigah haqqında şəhadətnamənin və AZE 11312004, AZE 11312212 və AZE 18143302 №-li şəxsiyyət vəsiqələrinin suratələrindən görünü ki, Təqsirləndirilən şəxs2 ailəlidir və himayəsində 3 azyaşlı uşağı vardır. İşdə olan şübhəli şəxsin tutulması haqqında 22 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 22 noyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (1-ci cild iş vərəqi 19-20). İşdə olan Bakı şəhər Nərimanov rayon Məhkəməsinin 24 noyabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs müddətinin başlanğıcı tutulduğu 22 noyabr 2021-ci il tarixdən hesablanmışdır (1-ci cild iş vərəqi 121-123). İşdə olan şübhəli şəxsin tutulması haqqında 22 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 22 noyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (1-ci cild iş vərəqi 34-35). İşdə olan Bakı şəhər Nərimanov rayon Məhkəməsinin 24 noyabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs müddətinin başlanğıcı tutulduğu 22 noyabr 2021-ci il tarixdən hesablanmışdır (1-ci cild iş vərəqi 138-140). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələblərinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Qeyd olunan sübutlara əsaslanmaqla məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə zamanı verdikləri ifadələri özlərini və biri-birilərini müdafiə xarakteri daşıyır, işin faktiki hallarına uyğun gəlmir, törətdikləri cinayət əməllərinə görə məsuliyyətlərini yüngülləşdirmək və ya məsuliyyətdən tam yayınmaq məqsədi daşıyır, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməlləri ilə bağlı ibtidai istintaqın ilkin mərhələsində verdikləri və məhkəmə istintaqında tədqiq edilmiş ifadələri iş üzrə bütün sübutların məcmusu ilə, o cümlədən iş üzrə dindirilmiş şahidlərin ifadələri, əməliyyat tədbiri zamanı müəyyən edilmiş hallar, ekspert rəyləri və işin digər materialları ilə tam təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən, təqsrləndirilən şəxslərin həmin ifadələrini də sübut kimi qəbul edir, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Cİnayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmələri tam təsdiqini tapmışdır. İşdə olan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 istifadəsində olan mobil telefon nömrələrinə daxil olan və həmin nömrələrdən çıxan SMS yazışmalarından aydın görünür ki, təqsirləndirilən şəxslər bir-birilər ilə həmçinin başqa şəxslərlə narkotik vasitələrin qanunsuz dövriyyəsi, o cümlədən satışı ilə bağlı çoxsaylı söhbətlər aparmışlar, SMS yazışmalarının mətnlərində narkotik vasitələrlə bağlı çox saylı söhbətlər olmuşdur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Van de Hark Niderlanda qarşı işində məhkəmə 51(b)-ci bəndində qeyd etmişdir ki, ədalətli məhkəmə araşdırması hüququ tələb edir ki, məhkəmə çıxardığı qərarları əsaslandırsın. Bu o demək deyil ki, tərəflərin irəli sürdüyü hər bir arqumentə ətraflı cavab verilməlidir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəktələrdir. Qanunun bu tələbinə görə, satış dedikdə yalnız qeyd olunan 3 əsas amil əvəzli, qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması nəzərdə tutulmuşdur. Bu isə o deməkdir ki, şəxsin narkotik vasitələri satış məqsədilə əldə edib gəzdirməsi haqda nəticəyə gəlmək üçün sadalanan 3 məqsəddən heç olmasa birinin mövcud olması (əvəzli, qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması) sübut edilməlidir. «Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 9-cu bəndində qeyd edilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikasının 28 iyun 2005-ci tarixli № 961-İİQ №-li “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarına (1-ci siyahı, narkotik vasitələr)» əsasən, tiryək narkotik vasitəsinin külli miqdarının aşağı həddi 50 müəyyən edilmişdir. Məhəmməd Ağakərim oğlunun, Təqsirləndirilən şəxs2 və X5 şəxsiyyətləri istintaqla müəyyən edilməmiş digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri külli miqdarda əldə edib Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirib daşıdıqları və saxladıqları 8720,6 qram tiryək narkotik vasitə külli miqdar təşkil edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun” 04 mart 2011-ci il tarixli 2 №-li qərarında göstərilmişdir ki, bəşəriyyəti düşündürən, cəmiyyətin ciddi bəlasına çevrilən, insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq ən ağrılı problemlərdən biridir; Azərbaycan Respublikası narkotiklərin qanunsuz dövriyəsinə qarşı mübarizəni tənzimləyən beynəlxalq hüquq normalarını tam, hərtərəfli və sistemli şəkildə əks etdirən Birləşmiş Millətlər Təşkilatının Konvensiyalarına, o cümlədən 1972-ci il protokolu ilə edilmiş düzəlişlərlə “Narkotik vasitələrə dair 1961-ci il Vahid Konvensiyasına”, “Psixotrop maddələr haqqında” 1971-ci il Konvensiyasına və “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 1988-ci il Konvensiyasına qoşulmaqla bu cinayətlərə qarşı mübarizədə öz üzərinə mühüm vəzifələr götürmüşdür. «Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli 10 nömrəli Qərarının 13-cü maddəsinə əsasən şəxs Azərbaycan Respublikasının gömrük sərhədindən CM-nin 206.2ci maddəsində sadalanan əşyaların qeyri-qanuni yolla keçirilməsi ilə yanaşı narkotik vasitələrin, psixotrop maddələrin, güclü təsir edən, zəhərli, zəhərləyici, partlayıcı maddələr və qurğular, radioaktiv maddələr, odlu silah, döyüş sursatı (yivsiz ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, onların hazırlanmasında istifadə oluna bilən materialların və avadanlıqların qeyri-qanuni dövriyyəsi ilə bağlı cinayət əməlləri törətdiyi halda, bunun üçün əsasların olması şərti ilə təqsirkar şəxsin hərəkətləri cinayətlərin məcmusu ilə - CM-in 206-cı maddəsi və həmin Məcəllədə qeyd olunmuş əşyaların qanunsuz dövriyyəsinə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə (məsələn, CM-in 228, 234, 240-cı və sair) tövsif olunmalıdır. Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilmiş narkotik vasitələrin və psixotrop maddələrin miqdarı şəxsi istehlak miqdarından az miqdarda olduqda da təqsirkarın əməli CM-in 206.2-ci maddəsi ilə tövsif edilməlidir ona görə ki, ümumiyyətlə gömrük sərhədindən qanunsuz keçirilən, CM-in 206.2-ci maddəsində sadalanan əşyaların həcmi, miqdarı və dəyəri bu cinayət tərkibinin mütləq əlaməti deyil. Həmin Qərarın 19-cu maddəsinə əsasən Məhkəmələrə tövsiyə edilsin ki, əməli qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq (CM-in 206.3.2-ci maddəsi) kimi qiymətləndirərkən bu tövsifedici əlamətin anlayışı verilmiş CM-in 34.2-ci maddəsinin tələblərinə əsaslansınlar. Bu zaman nəzərə alınmalıdır ki, iki və ya daha çox şəxsin qabaqcadan razılaşmaqla qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən, CM-in 206.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərdən hər hansı birinin və ya bir neçəsinin edilməsi qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq hesab edilir. Bununla yanaşı, qaçaqmalçılığın törədilməsi barədə qabaqcadan razılaşmış şəxslərdən biri (bir neçəsi) bu cinayətin bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması istiqamətində müəyyən hərəkətlər etdikdə (məsələn, qaçaqmalçılığın predmeti olan mal və ya digər əşyaları gömrük sərhədinədək müşayiət etdikdə, malların və ya digər əşyaların gömrük sərhədindən qanunsuz, o cümlədən gizli keçirilməsinin təmin edilməsi məqsədilə bilavasitə icraçını xüsusi avadanlıqla və ya nəqliyyat vasitələri ilə təmin etdikdə, yaxud gömrük nəzarətindən kənar yerlərdə gömrük sərhədini maneəsiz keçmək üçün şərait yaratdıqda, yaxud qeyd olunan əşyaların bilavasitə keçirildiyi yerlərdə onları qəbul etdikdə və sair), digəri (digərləri) isə mal və ya digər əşyaları bilavasitə ölkəyə gətirdikdə və ya ölkədən apardıqda da təqsirkarların hamısının əməlləri CM-in 206.3.2-ci maddəsi ilə tövsif edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq edilmiş mötəbər sübutlara hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və X5 törətmiş olduqları cinayət əməlləri istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmiş və onların təqsiri məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-in 206.3.2-ci maddəsinin sanksiyasında beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, həmin Məcəllənin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası CM-in 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ağır cinayətlər kateqoriyasına daxildirlər. Belə ki, Azərbaycan Respublikası CM-in 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. http://eqanun.az/alpidata/code/data/0/c_c_11.htm Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən onların törətdiyi cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətlərini, cəzalarını yüngülləşdirən və ağırlaşdıran halların olubolmamasını, həmçinin, onları səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onların islah olunmasına təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 himayəsində 2 azyaşlı uşağının olması cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 himayəsində 3 azyaşlı uşağının olması cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Belə ki, Cinayət Məcəllənin 8-ci maddəsinin tələbinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət - hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə kollegiyası istinad edilən qanunvericilik normalarını əsas tutaraq qeyd edir ki, təqsirləndirilən şəxslərə təyin ediləcək cəzanın növü və həddi müəyyən edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxslərin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmalarına və ailələrinin həyat şəraitinə təsiri də nəzərə alınmalıdır. Qeyd etmək lazımdır ki, ədalətli cəzanın təyin edilməsi ilk növbədə cəzanın məqsədlərinə, yəni ədalətin bərpasına və məhkumun islah olunmasına nail olmaq sahəsində mühüm vasitədir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinin tövsiyyəsinə görə: - hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir; - cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır; - cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmin qərarın tövsiyyəsinə əsasən məhkəmələr işin konkret hallarını nəzərə alaraq daha yüngül cəza təyin edilməsi məsələsini də müzakirə etməlidirlər. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li qərarının 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edilməsi məsələsini müzakirə edərkən şəxsiyyətini, törətdiyi ağır cinayətlər kateqoriyasına aid edilən cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən halın olmasını və Cinayət Məcəlləsinin 61.1-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran halların olmamasını, işin digər hallarını nəzərə alaraq onun cəza çəkmədən islah olunmasını mümkün saymır, təyin olunacaq cəzanın onun islah olunmasına, ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyalarında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi az ağır və ağır cinayətlər kateqoriyasına aid edilən cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən halın olmasını və həmin Məcəllənin 61.1-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran halların olmamasını və işin digər hallarını nəzərə alaraq onun cəza çəkmədən islah olunmasını mümkün saymır, təyin olunacaq cəzaların onun islah olunmasına, o cümlədən ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3 maddələrinin sanksiyaları həddində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəza siyasətinin məqsədlərinə uyğun hesab edir. Azərbaycan Respublikası CM-in 60.1-ci maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 münasibətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsində nəzərdə tutulan cəzalarını yüngülləşdirən halın olmasına baxmayaraq Cinayət Məcəlləsinin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən halların müəyyən edilməməsi, onların barəsində Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiqini istisna edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsində birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5 saylı qərarının 15-ci bəndində göstərilir ki, «İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır». Məhkəmə Avropa Məhkəməsinin hüquqi mövqeyini və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsini əsas tutaraq hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza çəkməsinin əvvəli 22 noyabr 2021-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinin tələblərinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələri müəyyən edilir. Cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsini təsbit edən Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Cinayətlərin məcmusuna daxil olan cinayətlərdən birinə görə ömürlük azadlıqdan məhrum etmə növündə cəza və ya iyirmi il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edildikdə isə az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə qəti cəza təyin edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsində birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs1 cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi ağır cinayətlər kateqoriyasına aid edilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halın olmasını və cəzasını ağırlaşdıran halların olmamasını, işin digər hallarını nəzərə alaraq, törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 32.5, 206.3.2, 234.4.1 və 234.4.3cü maddələrinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplaqmaq yolu cəza təyin etməyi, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cəzaçəkmə müddətinin əvvəlinin 22 noyabr 2021-ci il tarixdən hesablanmasını və həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsini cəzanın məqsədlərinə uyğun hesab edir, barəsində Azərbaycan Respublikası CM-in 62 və 70-ci maddələrini tətbiqinə heç bir əsas görmür. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs2 cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi az ağır və ağır cinayətlər kateqoriyasına aid edilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halın olmasını və cəzasını ağırlaşdıran halların olmamasını, işin digər hallarını nəzərə alaraq, törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 32.5, 206.3.2, 234.4.1 və 234.4.3cü maddələrinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplaqmaq yolu qəti cəza təyin etməyi, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cəzaçəkmə müddətinin əvvəlinin 22 noyabr 2021-ci il tarixdən hesablanmasını və həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsini cəzanın məqsədlərinə uyğun hesab edir, barəsində Azərbaycan Respublikası CM-in 62 və 70-ci maddələrini tətbiqinə heç bir əsas görmür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilir. Məhkəmə-narkoloji tibbi yoxlama üzrə 23 noyabr 2021-ci il tarixli 4635 nömrəli ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunduğundan, narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğundan və narkoloji dispanserində qeydiyyata alınması məsləhət görüldüyündən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 narkomaniyadan tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdırlar. Məhkəmə-narkoloji ekspertizası üzrə 23 noyabr 2021-ci il tarixli 4636 nömrəli ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs2 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmamışdır, Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə kollegiyası hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının CM-in 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının CM-in 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının CPM-in 132.1.1-ci maddəsinə əsasən, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 №-li qərarının 30cu bəndinə əsasən Narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlar, güclü təsir edən və zəhərli maddələr üzrə cinayət işlərində maddi sübutların məsələsi həll edilərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 oktyabr 2005-ci il tarixli 181 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi Qaydası” və “Qanunsuz dövriyyədən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş, lakin dərman preparatları şəklində olduğuna və tibbi məqsədlərlə istifadə oluna biləcəyinə görə məhv edilməsi mədsədə uyğun olmayan narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi üçün təhvil verilməsi Qaydası”na uyğun olaraq məhkəmələr onların məhv edilməsini və ya tibb məqsədləri üçün istifadəyə yararlı olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə verilməsini hökmdə mütləq göstərməli və bu işlər üzrə hökmlərin icrası haqqında sənədlərin işə əlavə olunması təmin edilməlidir. İşdə olan məhkəmə-kimyəvi ekspertiza üzrə 23 noyabr 2021-ci il tarixli 6/5184 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata tədqiqatda təqdim edilmiş narkotik vasitələr və psixotrop maddələr tiryək kustar üsulla hazırlanmışdır. Göstərilənlərə əsasən iş üzrə maddi sübutlar - Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş ekspertiza tədqqatında sonra qalıq qalan 3,528 qram narkotik vasitə heroin, 1,084 qram psixotrop maddə metamfetamin, 1,537 qram olan narkotik vasitə heroin və 0,978 qram psixotrop maddə metamfetamin, 22.107,52 qram narkotik vasitə heroin, 6.890,42 qram psixotrop maddə metamfetamin, 1.999,8 qram narkotik vasitə tiryək məhv edilməli, şəxsi axtarış və götürmə zamanı aparılmış videoçəkilişi özündə əks etdirən 1 ədəd DVD disk və mənzilə baxış keçirmə və götürmə zamanı aparılmış videoçəkilişi özündə əks etdirən 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə kimyəvi ekspertiza üzrə tədqiqatın dəyəri 114 manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkminləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli sərəncamının, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 65-ci maddəsinə əsasən məhkəmənin məhkum etdiyi hər bir şəxsin öz barəsində çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada yuxarı məhkəmədə yenidən baxılması, habelə özünün əfv edilməsi və cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ vardır. Məhkəmə gəldiyi nəticələri “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona həmin Məcəllənin 32.5,206.3.2-ci maddəsi ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası, həmin Məcəllənin 234.4.1 və 234.4.3-cü maddələri ilə 11 (on bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 14 (on dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 təyin olunmuş azadlıqdan məhrum etmə cəzasnın başlanğıcı 22 noyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona həmin Məcəllənin 32.5,206.3.2-ci maddəsi ilə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, həmin Məcəllənin 234.4.1 və 234.4.3-cü maddələri ilə 10 (on) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 13 (on üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 22 noyabr 2021-ci il tarixdən hesablansın. İş üzrə maddi sübutlar - Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş ekspertiza tədqqatında sonra qalıq qalan 3,528 qram narkotik vasitə heroin, 1,084 qram psixotrop maddə metamfetamin, 1,537 qram olan narkotik vasitə heroin və 0,978 qram psixotrop maddə metamfetamin, 22.107,52 qram narkotik vasitə heroin, 6.890,42 qram psixotrop maddə metamfetamin, 1.999,8 qram narkotik vasitə tiryək məhv edilsin, şəxsi axtarış və götürmə zamanı aparılmış videoçəkilişi özündə əks etdirən 1 ədəd DVD disk və mənzilə baxış keçirmə və götürmə zamanı aparılmış videoçəkilişi özündə əks etdirən 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Məhkəmə məsrəfləri - ekspertiza tədqiqatın dəyəri 114 manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Siyavuş Hacıyev hakimlər: Rahib Salmanov Məhəmməd Əkbərov
Məhkəmə qərarları › İş №1(101)-137/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-137/2023
28.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver