Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1371/2021 19.10.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri; Mahmudov İlham Ağa oğlunun sədrliyi ilə, hakimlər Qəniyev X14 Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X4 və X3, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı1 və Dövlət ittihamçısı2, müdafiəçilər Bakı şəhəri 15 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1968-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkum olunmayan, ünvan 1 ünvanda pasport qeydiyyatında olmaqla yaşamış, hazırda Azərbaycan Respublikası, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasmda saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məkəmə iclasında baxaraq məhkəmə Müəyyən etdi Aparılmış istintaq zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı “Rezai” adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, istintaqa məlum olmayan vaxtda və mənbədən Bakı şəhəri Yasamal rayonu “Musabəyov adma park”m M.Scyidov küçəsinə düşən hissəsində qanunsuz olaraq 11 bükümdə ayrı- ayrılıqda təmiz çəkiləri 5,696 qram, 1,469 qram, 1,310 qram, 0,05 qram, 0,180 qram, 0,194 qram, 0,104 qram, 0,212 qram, 0,095 qram, 0,221 qram, 0,224 qram olmaqla ümumi təmiz çəkisi 9,755 qram təşkil edən külli miqdarda psixotrop maddə mctamfetamini, 12 bükümdə ayrıayrılıqda təmiz çəkiləri 6,465 qram, 0,445 qram, 0,533 qram, 2,157 qram, 1,819 qram, 0,390 qram, 0,405 qram, 0,419 qram, 0,444 qram, 0,315 qram, 0,450 qram, 0,340 qram olmaqla ümumi təmiz çəkisi 14,182 qram təşkil edən külli miqdarda narkotik vasitə heroini satış məqsədiləəldə edib özündə saxlamaqla daşımış və 22 mart 2021-ci il tarixdə saat 17 radələrində Nəsimi RPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilmişəməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 1 saylıünvamn qarşısında saxlanılaraq Nəsimi RPİ-nə gətirilib üzərində şəxsi axtarış keçirilən zaman əynində olan tünd göy rəngli qış gödəkcəsinin sağ iç qoltuq cibindən bir ədəd üzərində “HONEST” yazısı olan qutunun içərisindən külli miqdarda həmin narkotik vasitə heroin və psixotrop maddə metamfetamin bükümləri, həmçinin əynindəki gödəkcənin sol iç qoltuq cibindən narkotik vasitə və psixotrop maddələrin satışında istifadə etmək məqsədilə gəzdirdiyi işlək vəziyyətdə olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, təxminən bir müddət əvvəl, yəni 2021-ci ilin mart ayının 10-12-də təsadüfən internet saytında İran İslam Respublikası vətəndaşı adını ona “Rezayi” kimi deyən şəxslə tanış olmuş və Rezayi ilə internet sosial şəbəkə vasitəsilə danışmış, Rezayi ilə danışarkən Rezayidən narkotik vasitə sifariş etmiş, həmçinin Rezayi adlışəxs də ona təklif etmişdir ki, onunla birgə qazanc əldə etmək məqsədi ilə Milli ön ödəniş terminalından ona pul göndərdikdə ona istədiyi miqdarda narkotik maddələri göndərəcəkdir. Oda bu məqsədlə İran İslam Respublikası vətəndaşı Rezayi adının olmasını ona təqdim edən şəxslə danışmış, aralarında olan razılıqdan sonra o, təxminən 21-22 mart 2021-ci il tarixdə Rezayinin hazırda nömrəsi yadında qalmayan hesabına 590 manat pulu Nəsimi rayonu, S.Vurğun küçəsində yerləşən Araz marketində olan Milli ön ödəmə terminalından köçürmüş, aralarında olan danışıq əsasında Rezayi ona bildirmişdir ki, ona narkotik vasitəni göndərəcək, o, həmin narkotik vasitəni Rezayinin dediyi yerdən götürsün. Beləliklə onunla Rezayi ilə arasında olan danışqdan sonra 22.03.2021-cİ il tarixdə səhər saatlarında sifariş etdiyi narkotik vasitəni və psixotrop maddəni Yasamal rayonu, Musabəyov parkında yanacaqdoldurma məntəqəsi ilə üzbəüz olan hissədə beton plitənin alt hissəsinə qoyulduğu məlumatı öyrənib həmin ünvana gedərək bir ədəd qutuda İçərisində ona deyildiyinə görə təxminən 30 qrama yaxın narkotik maddələr olan heroin və psixotrop maddə metamfetaminləri götürüb əynində olan tünd göy rəngli qış gödəkcəsinin sağ iç qoltuq cibinə qoyub yaşadığı ünvana qayıtmış və həmin narkotik vasitələr olan heroini və psixotrop maddə olan metamfetamini sataraq qazanc əldə etmək məqsədi ilə üzərində saxlasa da sata bilməmişdir. O, Rezayi adlı şəxsi görməsə də onunla İnternet vasitəsilə danışmış, Rezayinin də mobil telefon nömrəsini bilmir, etdiyi cinayət əməlindən də heç kimin xəbəri olmamışdır. 22.03.2021-ci il tarixdə saat təxminən 17 radələrində yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, Balababa Məcidov küçəsi 76 saylıünvamn qarşısında dayanan zaman ona bir neçə nəfər mülki geyimli şəxslər yaxınlaşmışlar, özlərini təqdim edərək Nəsimi RPİ-nin əməkdaşları olmasını bildirmişlər, oda özünü polis əməkdaşlarına təqdim etdikdən sonra polislər onun hərəkətlərinin şübhəli olduğunu bildirərək onun barəsində əməliyyat məlumatı olduğu üçün onu Nəsimi RPİ-nə dəvət etmişlər, oda polislərin dəvəti ilə Nəsimi RPİ-nin inzibati binasına gəlmişdir. Polis İdarəsində polis əməkdaşları üzərində axtarış aparacaqlarını bildirmişlər və bunun üçün video çəkilişdən istifadə edəcəklərini demişlər. O, buna etiraz etməmiş, daha sonra polis əməkdaşları onun üçün dövlət hesabına vəkil istəyib-istəmədiyini soruşmuşlar, oda İşlədiyini demiş, sonra onun qarşısına vəkillərin siyahısı qoyulmuş və vəkil seçməyini demişlər, oda dövlət hesabına müdafiəçi ilə təmin olunmağını istədiyini demiş, daha sonra vəkil dəvət olunmuş, axtarış videoçəkiliş vasitəsilə aparılmışdır. Axtarışda iştirak etmək üçün 2 nəfər şahidi, video çəkiliş aparan bir nəfər mütəxəssis dəvət etmişlər, ondan üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməyi təklif edilmiş, o, əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd “Samsung” Duas markalı ağ rəngli işlək vəziyyətdə olan mobil telefonu, əynində olan göy rəngli qış gödəkcəsinin sol iç qoltuq cibindən 1 ədəd metal rəngli kiçik ölçülü işlək vəziyyətdə olan elektron tərəzi cihazım, həmin göy rəngli qış gödəkcəsinin sağ iç qoltuq cibindən qızılı rəngli tünd qara qapaqlı bərk karton materialından olan qutunun içərisində 3 ədədi siqaretin gümüşü kağızına bükülmüş, biri göy rəngli sellofana, digər 19 ədədi isə şəffaf rəngli sellofanlara bükülmüş müxtəlif ölçülərdə olan 23 ədəd içərisində tünd qəhvəyi vəşəffaf ağ rəngli toz şəkili maddələr olan bükümləri çıxarıb masanın üzərinə qoymuş, bütün bunlardan sonra isə onun üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edilmiş, o, üzərində hər hansı bir əşya olmadığını bildirmiş, bundan sonra onun üzərində axtarış aparılmağa başlanılmış, ilk öncə onun geyindiyi qara rəngli cins materialından olan şalvarının arxa, sağ və sol ciblərinə baxılmış, lakin hər hansı bir əşya aşkar edilməmiş, bundan sonra əynində olan tünd göy rəngli gödəkcənin yan ciblərinə və gödəkcənin iç qoltuq ciblərinə və başında olan qara rəngi papağının içinə baxılmış, lakin hər hansı bir əşya aşkar edilməmiş, daha sonra isə ona ayaqqabılarını çıxarmağı tələb olunmuş, o, ayaqqabılarını çıxarıb silkələmiş, sonra isə corablarım çıxarıb çevirməklə baxılmış, heç bir əşya aşkar edilməmiş və ona ayaqqabını geyinməyi və üst-başını səliqəyə salmağı tələb edilmiş, sonra isə onun üzərindən aşkar edilmiş əşyaların bir-bir adlarını deməklə təqdim edilməsi təklif olunmuş, o, 1 ədəd karton qutuda olan şəffaf selofanlara bükülmüş 23 ədəd bükümlərdən 12 ədəd bükümün içərisində spesifik iyə malik olan tünd qəhvəyi rəngli toz şəkilli maddənin el içində “kakos” deyilən narkotik vasitə olan heroin olduğunu, qalan 11 ədəd bükümün içərisində spesifik iyə malik olan ağ şəffaf şüşə rəngli toz şəkilli maddənin isə psixotrop maddə olan metamfetamin olduğunu bildirmiş, eyni zamanda ondan həmin narkotik vasitələrlə psixotrop maddələri haradan əldə etdiyini və nə məqsədlə üzərində gəzdirdiyini sual edəndə o, narkotik maddələrlə psixotrop maddə lori internet sosial şəbəkəsində tanış olduğu adını və anket məlumatını bilmədiyi Rezayi kimi tanıdığı İran İslam Respublikasının vətəndaşına narkotik maddəni onlayın sifariş etdiyini və bunun üçün Nəsimi rayonu, S.Vurğun küçəsində yerləşən Araz marketdə olan Milli Ön ödəniş terminalından 590 manat pul vəsaiti ödədikdən sonra 22 mart 2021-ci il tarixdə səhər saatlarında sifarişin çatdırıldığı Yasamal rayonu ərazisində Musabəyov parkı deyilən yerdən Yanacaqdoldurma məntəqəsi iləüzbə-üz olan hissədə beton plitənin alt hissəsinə qoyulmuş yerdən götürüb üzərində saxladığını və eyni zamanda həmin narkotik maddələri ayrı-ayrışəxslərə sataraq qazanc əldə etmək məqsədi iləüzərində gəzdirdiyini bildirmiş, bundan başqa sorğu zamanı 1 ədəd metal rəngli kiçik ölçülü elektron tərəzi çihazmın ona məxsus olduğunu və həmin elektron tərəzidən narkotik maddələri müştərilərinə satarkən narkotik maddənin miqdarını ölçmək məqsədi ilə bir neçə müddət bundan əvvəl marketdən alaraq üzərində gəzdirdiyini bildirmiş, eyni zamanda üzərindən aşkar edilən bir ədəd Samsung duas markalı mobil telefonun özünə məxsus olduğunu bildirmişdir. Bundan sonra iştirakçılara həmin 1 ədəd karton qutuda o km şəffaf selofanlara bükülmüş 23 ədəd bükümlərdə içərisində spesefıkiyə malik olan tünd qəhvəyi və ağ rəngli toz şəkilli maddələr ekspertiza tədqiqatına göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılacağı və möhürlənərək götürüləcəyi bildirilmiş, əvvəlcə zərfin içərisi iştirakçılara göstərilmiş və həmin zərflərin içərisinin boş olduğu müəyyən edilmiş, bundan sonra 1 ədəd karton qutudaolan şəffafselofanlara bükülmüş 23 ədəd bükümlərdə olan maddələr zərfə qoyularaq, zərfin ağzı Nəsimi RPİ-ninzərflər üçün nəzərdə tutulmuş 186 nömrəli möhürü ilə möhürlənmiş və hər bir iştirakçı tərəfindən həmin zərflərin üzəri imzalanmış, bundan sonra videoçəkiliş hər bir iştirakçıya nümayiş etdirilib protokol tərtib edilməsi üçün dayandırılmış, videoçəkiliş hər bir iştirakçıya nümayiş etdirilmiş, şəxsi axtarış və götürmə zamanı tərəfindən və digər iştirakçılar tərəfindən heç bir şikayət daxil olmamış və vəsatət qaldırılmamış, şəxsi axtarış videokameradan istifadə edilmişdir. O, həmçinin ifadəsində göstərmişdir ki, Rezayi adlı şəxsi görmədiyindən əlamətləri barədə heç nə deyə bilməmiş, həmçinin də Rezayi ilə internet sosial şəbəkə vasitəsilə danışsa da onun mobil nömrəsini bilmir. Əvvəllər narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmamış, sadəcə Rezayinin ona göndərdiyi narkotik vasitələrlə psixotrop maddələri satmaq istəmiş, əvvəllərdə narkotik vasitəni də tanımadığı şəxslərdən almış, o, istintaqa səmimi olaraq bildirmişdir ki, həmin narkotik vasitələri və psixotrop maddələri Rezayi adlı şəxsdən satış məqsədi üçün almış, onda aşkar olunan narkotik vasitədən və psixotrop maddədən başqa heç bir narkotik vasitəsi və psixotrop maddəsi yoxdur, əvvəllər də ona narkotik vasitəni və psixotrop maddəni satan şəxsin əlamətlərini xatırlamır, polis əməkdaşları onu saxlayarkən ona heç bir qanuna zidd hərəkətə yol verməmişlər. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi məhkəmə iclasında dindirilmiş şahid ifadələri, ekspertiza rəyləri və digər protokollarla tam öz təsdiqini tapmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Vəiyəddin oğlu ifadəsində göstərmişdir ki, o, hal-hazırda Nəsimi RPİ-nin NMB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 22 mart 2021-ci il tarixdə ona qərəzsiz və mötəbər mənbədən daxil olmuş məlumata əsasən məlum olmuşdur ki, “Məhərrəm” adlı şəxs ünvan 1 ünvanın qarşısında qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, saxlaması, gəzdirməsi və satışı ilə məşğul olur. Həmin məlumat əsasında tərəfindən rəhbərliyə məruzə olunmuş, rəhbərliyin göstərişi və onun rəhbərliyi ilə, Nəsimi RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis leytenantıŞahid2 və onun iştirakı iləəməliyyat qrupu yaradılmış, onlar birlikdə müəyyən edilmiş yerə getmişlər və“Məhərərm” adlı müşahidəyə götürmüşlər, həmin günü, yəni 22.03.2021-ci il tarixdə saat təxminən 17:00 radələrində ünvan 2 ünvanın qarşısında “Məhərrəm” adlı tərəflərindən saxlanılmış və onlar Məhərrəm adlı şəxsə polis işçiləri olduqlarını bildirmişlər, “Məhərrəm” adlış əxsdə özünü onlara təqdim edərək xx.xx.1968-ci il təvəllüdlü Təqsirləndirilən şəxs olmasını bildirmiş, bundan sonra onlar Təqsirləndirilən şəxs Nəsimi RPİ-nə dəvət etmişlər, Təqsirləndirilən şəxs onların təklifini qəbul edərək onlarla birlikdə Nəsimi RPİ-nin inzibati binasına gəlmiş, Nəsimi RPİ-nə gəldikdən sonra Təqsirləndirilən şəxs üzərində axtarış aparacağını bildirmişlər və bunun üçün video çəkilişdən istifadə ediləcəyini demişlər. Təqsirləndirilən şəxs buna etiraz etməmiş, daha sonra Təqsirləndirilən şəxs üçün dövlət hesabına vəkil istəyib-istəmədiyini soruşmuşlar, Təqsirləndirilən şəxsda vəkil istədiyini demiş, sonra Təqsirləndirilən şəxs qarşısına vəkillərin siyahısı qoyulmuş və vəkil seçməyi deyilmiş, Təqsirləndirilən şəxsda dövlət hesabına müdafiəçi ilə təmin olunmağını istədiyini demiş, daha sonra vəkil dəvət olunmuş, axtarış videoçəkiliş vasitəsilə aparılmışdır. Axtarışda iştirak etmək üçün onu, Nəsimi RPİnin NMB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 video çəkiliş aparan mütəxəssis X10 dəvət etmişlər, Təqsirləndirilən şəxs üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd “Samsung” Duas markalı ağ rəngli işlək vəziyyətdə olan mobil telefonu, əynində olan göy rəngli qış gödəkçəsinin sol iç qoltuq cibindən 1 ədəd metal rəngli kiçik ölçülü işlək vəziyyətdə olan elektron tərəzi cihazı, həmin göy rəngli qış gödəkçəsinin sağ iç qoltuq cibindən qızılı rəngli tünd qara qapaqlı bərk karton materialından olan qutunun içərisində 3 ədədi siqaretin gümüşü kağızma bükülmüş, biri göy rəngli sellofana, digər 19 ədədi isəşəffaf rəngli sellofanlara bükümüş müxtəlif Ölçülərdə olan 23 ədəd içərisində tünd qəhvəyi vəşəffaf ağ rəngli toz şəkili maddələr olan bükümləri çıxarıb masanın üzrərinə qoymuş, bütün bunlardan sonra isə Təqsirləndirilən şəxs üzərində başqa hər hansı bir əşyanın olubolmaması sual edilmiş, Təqsirləndirilən şəxs üzərində hər hansı bir əşya olmadığını bildirmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərində axtarış aparılmağa başlanılmış, ilk öncə Təqsirləndirilən şəxs geyindiyi qara rəngli cins materialından olan şalvarının arxa, sağ və sol ciblərinə baxılmış, lakin hər hansı bir əşya aşkar edilməmiş, bundan sonra Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli gödəkçəsinin yan ciblərinə və gödəkçəsinin iç qoltuq ciblərinə və başında olan qara rəngi papağının içinə baxılmış, lakin hər hansı bir əşya aşkar edilməmiş, daha sonra isə Təqsirləndirilən şəxs ayaqqabılarını çıxarmağı tələb olunmuş, Təqsirləndirilən şəxs ayaqqabılarını çıxarıb silkələmiş, sonra isə corablarını çıxarıb çevirməklə baxılmış, heç bir əşya aşkar edilməmiş və Təqsirləndirilən şəxs Ə1İ Heydər oğluna ayaqqabısım geyinməyi və üst-başını səliqəyə salmağı tələb edilmiş, sonra isə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş əşyaların bir-bir adlarını deməklə təqdim edilməsi təklif olunmuş, Təqsirləndirilən şəxs 1 ədəd karton qutuda olan şəffafselofanlara bükülmüş 23 ədəd bükümlərdən 12 ədəd bükümün içərisində spesefık iyə malik olan tünd qəhvəyi rəngli toz şəkilli maddənin el içində “kakos” deyilən narkotik vasitə olan heroin olduğunu, qalan 11 ədəd bükümün içərisində spesefık iyə malik olan ağşəffaf şüşə rəngli toz şəkilli maddənin isə narkotik maddə olan metamfetamin olduğunu bildirmiş, eyni zamanda Təqsirləndirilən şəxs həmin narkotik vasitələri haradan əldə etdiyini və nə məqsədləüzərində gəzdirdiyini sual edəndə Təqsirləndirilən şəxs narkotik maddələri İnternet sosial şəbəkəsində tanış olduğu adını və anket məlumatını bilmədiyi Rezayi kimi tanıdığı İran İslam Respublikasının vətəndaşına narkotik maddəni onlayın sifariş etdiyini və bunun üçün Nəsimi rayonu, S.Vurğun küçəsində yerləşən Araz marketdə olan Milli Ön ödəniş terminalından 590 manat pul vəsaiti ödədikdən sonra 22 mart 2021-ci il tarixdə səhər saatlarında sifarişin çatdırıldığı Yasamal rayonu ərazisində Musabəyov parkı deyilən yerdən Yanacaqdoldurma məntəqəsi ilə üzbə-üz olan hissədə beton plitənin alt hissəsinə qoyulmuş yerdən götürüb üzərində saxladığını və eyni zamanda həmin narkotik maddələri ayrı-ayrı şəxslərə sataraq qazanc əldə etmək məqsədi iləüzərində gəzdirdiyini bildirmiş, bundan başqa sorğu zamanı 1 ədəd metal rəngli kiçik ölçülü elektron tərəzi çihazının Təqsirləndirilən şəxs məxsus olduğunu və həmin elektron tərəzidən narkotik maddələri müştərilərinə satarkən narkotik maddənin miqdarını ölçmək məqsədi ilə bir neçə müddət bündan əvvəl marketdən alaraq üzərində gəzdirdiyini bildirmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs üzərindən aşkar edilən bir ədəd Samsung duas markalı mobil telefonun özünə məxsus olduğunu bildirmişdir. Bundan sonra iştirakçılara həmin 1 ədəd karton qutuda olan şəffaf selofanlara bükülmüş 23 ədəd bükümlərdə içərisində spesefık iyə malik olan tünd qəhvəyi və ağ rəngli toz şəkilli maddələr ekspertiza tədqiqatına göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılacağı və möhürlənərək götürüləcəyi bildirilmiş, əvvəlcə zər Qt içərisi iştirakçılara göstərilmiş və həmin zərflərin İçərisinin boş olduğu müəyyən edilmiş, bundan sonra 1 ədəd karton qutuda olan şəffaf selofanlara bükülmüş 23 ədəd bükümlərdə olan maddələr zərfə qoyularaq, zərfm ağzı Nəsimi RPİ-nin zərflər üçün nəzərdə tutulmuş 186 nömrəli möhürü ilə möhürlənmiş və hər bir iştirakçı tərəfindən həmin zərflərin üzəri imzalanmış, bundan sonra videoçəkiliş hər bir iştirakçıya nümayiş etdirilib protokol tərtib edilməsi üçün dayandırılmış, videoçəkiliş hər bir iştirakçıya nümayiş etdirilmiş, şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs tərəfindən və digər iştirakçılar tərəfindən heç bir şikayət daxil olmamış və vəsatət qaldırılmamış, şəxsi axtarış zamanı "Sony" markalı videokameradan istifadə edilmişdir. Onda Təqsirləndirilən şəxs narkotik vasitəni və ya psixotrop maddəni nə vaxtsa belə hərhansısa şəxsə satması barədə konkret məlumat olması barədə sual cavab olaraq bildirmişdir ki, xeyr onda Təqsirləndirilən şəxs narkotik vasitəni və ya psixotrop maddəni konkret olaraq hər-hansısa şəxsə satması barədə məlumat olmamışdır. Cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə verərək sonuncunun ifadəsini tam olaraq təsdiq etmişdir. İstintaq zamanı Təqsirləndirilən şəxs protokolla götürülmüş bir ədəd X20 markalı SM- G530H modelli 357-213-064-048-273 və 357- 214-064-048-211 İMEY kodlu mobil telefona baxış keçirilmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, 1 ədəd ağ rəngli X21 markalı SM-G530H modelli mobil telefondur, telefonun üzərində heç bir smıq, cızıq izləri yoxdur, telefonun 1 kamerası vardır, telefonun arxasında SAMSUNG sözləri yazılıb, telefonda vatsap olmadığı aşkarlanır, telefonun mesajlarına baxdıqda iş üçün əhəmiyyət kəsb edən ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələrin mesaj yazışmaları aşkar olunur. Telefonda olan ***-***-**-** saylı nömrənin mesajından görünür ki, 055-381-75- 37 saylı obonent 19.03.2021-ci il tarixdə saat 23:40-da Təqsirləndirilən şəxs Ə1İ Heydər oğluna “Manam Vaskdı işim var sənnən” sözlərin yazmış, həmin tarixdə saat 23:41-də isMList lirika deyirdin məndədi” sözlərini yazmışdır. Bundan baqşa telefonda olan ***-***-**-** saylı mobil nömrənin mesajından görünür ki, ***-***-**-** saylı obonent 25.02.2021-ci il tarixdə saat 20:01-də Təqsirləndirilən şəxs “2 dəyqə 20 dəyqə oldu harda qaldın” sözünü mesajla yazıb, 10.03.2021-ci il tarixdə saat 00:08-də“Məhərrəm dayı mənəm ruslan men səndən heç gözləməzdim deyirsənki mal yaxdu amam pota ayzerin qardaşı Elçun gəlib səndən mal alıb gedir məni ağrıda qoydum” sözünü mesajla yazır 10.03.2021-ci il tarixdə saat 21:07-də Təqsirləndirilən şəxs həmin nömrənin zənginə cavab vermir, 10.03.2021-ci il tarixdə saat 22:13-də ***-***-**-** saylı obonent Təqsirləndirilən şəxs istifadə etdiyi mobil nömrəyə“əmi qapıdayam çıxırsan”, saat 22:15-dən burdayam qapıda çıxmısan” sözlərini mesajla yazır. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə-kimyəvi ekspertizasının 23 mart 2021-ci il tarixli № 6/1155 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün №51” möhür əksi, “Saxlanılan şəxs Təqsirləndirilən şəxs...” və s. yazılar olan zərfdə üzərində“HOEST” yazısı olan bir ədəd qutuda 11 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 5,696 qram; 1,469 qram; 1,310 qram; 0,05 qram; 0,180 qram; 0,194 qram; 0,104 qram; 0,212 qram; 0,095 qram; 0,221 qram; 0,224 qram; ümumi təmiz çəkiləri 9,755 qram ağ rəngli kristalşəkilli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamindir, 12 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 6,465 qram; 0,445 qram; 0,533 qram; 2,157 qram; 1,819 qram; 0,390 qram; 0,405 qram; 0,419 qram; 0,444 qram; 0,315 qram; 0,450 qram; 0,340 qram; ümumi təmiz çəkiləri 14,182 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Azərbaycan Respublikası 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsbit edilmiş siyahılar üzrə: Heroin “Azərbaycan Respublikasının ərazsində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına, Metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına daxildir. Cinayət işi üzrə keçirilmiş kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə psixoloji ekspertizasının 30.03.2021-ci il tarixli 649 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı bir Psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. X1 həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulmasıəlamətləri aşkar olunmayıb. X2 öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində ANLAQL1 hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür Yoxlanılan şəxs hal-hazırda öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işi üzrə keçirilmiş əlavə məhkəmə-kimyəvi ekspertizasının 14 aprel 2021-ci il tarixli № 6/1225 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmişüzərində AR DİN “Zərflər üçün №51” möhür əksi, “Saxlanılan şəxs Təqsirləndirilən şəxs...” və s. yazılar olan zərfdəki üzərində“HONEST” yazısı olan bir ədəd qutuda 12 bükümdəki narkotik vasitəheroin kütlələri kimyəvi tərkiblərinə görəöz aralarında eynilik təşkil edirlər və həmçinin 11 bükümdəki psixotrop maddə-metamfetamin kütlələri də kimyəvi tərkiblərinə görə Öz aralarında eynilik təşkil edirlər (maddələrin növləri, ayrı-ayrılıqda və ümumilikdə çəkiləri barədə 23.03.2021-ci tarixli 6/1155 saylı ekspert rəyində məlumat verilmişdir). Təqdim olunmuş elektron tərəzinin səthində heroin və metamfetaminə məxsus izlər müəyyən edildi. Tərəzinin səthində həmin maddələr iz miqdarda olduğundan təmiz çəkinin müəyyən edilməsi və eyniləşdirmə üzrə tədqiqatın aparılması mümkün olmadı. Cinayət işi üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının 28 aprel 2021-ci il tarixli 1268 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi mülicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işi üzrə keçirilmiş məhkəmə-texniki ekspertizasının 27 may 2021-ci il tarixli 5/437 nömrəli rəyindən görünür ki, təqdm edilmiş bir ədəd sensor ekran və“Android 5.0.2”əməliyyat sistemi ilə təhciz olunmuş“X18 Prime” m;ırkalı“SM-G530H” modelli “**********48273, **********48271” imey kodlu mobil smartfon işlək vəziyyətdədir. Təqdim edilmiş“ X18 Prime” markah“SM-G530H” modelli mobil smartfonun yaddaşından toplanmış mövcud olan pozulmuş məlumatlar müəyyən olundu (bax rəyəəlavə olunmuş bir ədəd DVD-R diskə). Təqdim edilmiş smartfon yaddaşından toplanmış məlumatlara dair hesabatın “Jurnal zvonkov”, “Kontaktı” və“Çatı” bölmələrində Rezayi adlı şəxsə aid hər hansı məlumat müəyyən olunmadı. Cinayət işi üzrə Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 ədəd zərfdə qablaşdırılmış ümumi təmiz çəkisi 14,182 qram narkotik vasitə heroin,ümumi təmiz çəkisi 9,755 qram psixotrop maddə metamfetamin və 1 ədəd işlək vəziyyətdə olan elektron tərəzi işüzrəəhəmiyyət kəsb etdiyindən 20.04.2021-ci il tarixli qərarla maddi sübut kimi tanınaraq ekspertiza tədqiqatından sonra 13,842 qram qalıq narkotik vasitə heroin, 9,535 qram qalıq psixotrop maddə metamfetaminin və 1 ədəd elektron tərəzi saxlanması üçün Nəsimi RPİnin Növbətçi Hissəsinə təhvil verilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş arayışdan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 07.03.2003-cü il tarixdə Nəsimi rayon məhkəməsinin hökmü ilə 03 il azadlıqdan məhrum edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu olmayan təqsirləndirilən şəxs hesab edilir. Təqsirləndirilən şəxs ifadəsində istintaqa əlavə verdiyi ifadəsində öz müdafiəsi üçün dəlil kimi üzərindən aşkar olunmuş narkotik vasitə heroini və psixotrop maddə olan metamfetamini satış məqsədi ilə üzərində saxlamadığını bildirsə də onun həmin maddəni satış məqsədilə üzərində saxlayaraq daşıması məhkəmə iclasında toplanmış sübutlarla tam öz təsdiqini tapmışdır. Məhkəmə onun istintaqdan fərqli ifadə verərək narkotik vasitəni şəxsi istifadəsi üçün saxladığı barədə vermiş olduğu ifadəsinə tənqidli yanaşır və hesab edir ki, o istintaqdan fərqli ifadə verməkdə yalnız məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüdür. Beləliklə, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli məhkəmə iclasında öz təsdiqini tapdığından o təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə əməlin tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs Əli oğlunun əməli Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsüf edilməli və o, həmin maddələrlə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəza ümumi rejimli cəza çəkmə müəssisəsində çəkilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 22 mart 2021-ci il tarixdə şübhəli şəxs qismində saxlanılaraq tutulmuşdur. Odur ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli onun şübhəli şəxs qismində tutulduğu 22 mart 2021-ci il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut olan və Nəsimi rayon Polis İdarəsində saxlanılan 14,182 qram narkotik vasitə heroinin qalıq 13,942 qram hissəsi və 9,755 qram psixotrop maddə metamfetaminin qalıq 9,535 qram hissəsi və bir ədəd işlək vəziyyətdə olan elektron tərəzi məhv edilməlidir. İş üzrə evkspertiza xərcləri 273,45 ( iki yüz yetmiş üç manat qırx beş şərik) manat Təqsirləndirilən şəxs tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında" 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 27 yanvar 2010-cu il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 15 saylı hüquq məsləhətxanasının vəkili Müdafiəçi 180 (yüz səksən) manat məbləğində pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-346, 349, 351-354, 356-cı maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 07 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 22 mart 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlansın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələblərinə əsasən, Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək, ona narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. Hüquqi yardımla bağlı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 15 saylı vəkil bürosunun vəkili Müdafiəçi 180 (yüz səksən) manat məbləğində pul ödənilsin İş üzrə maddi sübut olan və Nəsimi rayon Polis İdarəsində saxlanılan 13,942 qram heroin və 9,535 qram metamfetamin və bir ədəd elektron tərəzi məhv edilsin. İş üzrə evkspertiza xərcləri 273,45 ( iki yüz yetmiş üç manat qırx beş şərik) manat Təqsirləndirilən şəxs tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən, apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1371/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1371/2021
19.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver