Məhkəmə qərarları › İş №1(101)-1371/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1371/2024

08.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1371/2024 08.05.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər Məmmədzadə Səbinə Adil qızı və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 20 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 və “Presedent” vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, 31 avqust 1990-cı il tarixdə Ağdam rayonu, Bağbanlar ərazi dairəsi, Saybalı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, əvvəllər Xətai Rayon Məhkəməsinin 17 sentyabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 il 11 ay 28 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cəzası 02 ay 12 gün müddətə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmiş, 19 avqust 2022-ci ildə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilməmiş, Ağdam rayonu, Bağbanlar ərazi dairəsi, Saybalı kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Daş karxanası yaşayış massivində yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.1-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silahı, onun komplekt hissələrini, döyüş sursatı əldə etmiş, saxlayıb, daşıyıb, gəzdirmiş və satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni külli miqdarda əldə edib saxlamaqla daşımışdır. Belə ki, o, naməlum vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda təmiz çəkisi 8,208 qram narkotik vasitə heroini əldə edib özündə saxlamaqla daşımış, Sabunçu Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 25 sentyabr 2023-cü il tarixdə saat 18:00-da Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, H.Heybətov küçəsi, “Baku Store” Ticarət Mərkəzənin yaxınlığında olan zaman saxlanılaraq Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinə gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd yaşıl rəngli qutunun içərisində olan 01 bükümdə təmiz çəkisi 8,208 qram təşkil edən maddə kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, naməlum vaxtda və mənbədən qanunsuz olaraq 01 ədəd №-si silinmiş zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 9 mm kalibrli texniki cəhətdən saz və atəşə yararlı yivli odlu döyüş silahı hesab edilən «Makarov» konstruksiyalı tapançanı, zavod üsulu ilə istehsal edilmiş 9x18 mm kalibrli olmaqla həmin kalibrli «Makarov» (PM), «Steçkin» (APS) konstruksiyalı həmin kalibrli silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatı hesab edilən və isitifadəyə yararlı 03 ədəd ştat patronları, zavod üsulu ilə istehsal edilmiş «Makarov» konstruksiyalı silahların komplekt hissəsi olmaqla texniki cəhədən saz və istifadə üçün yararlı olan 08 ədəd 9x18 mm kalibrli patronların saxlanılması üçün nəzərdə tutulmuş 01 ədəd darağı əldə edib üzərində saxlayaraq Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, “Məmmədyarov” adına dairənin yaxınlığında olan boş əraziyə qədər daşıyıb gəzdirməklə orada gizlətmiş, 25 sentyabr 2023-cü il tarixdə saat 18:00-da Sabunçu Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, H.Heybətov küçəsi, “Baku Store” Ticarət Mərkəzənin yaxınlığında olan zaman narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində saxlanılaraq Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinə gətirilib orada üzərində şəxsi axtarış keçirildikdən sonra həmin tarixdə saat 19:49 dəqiqədə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, "Məmmədyarov” adına dairənin yaxınlığında axtarış keçirilən zaman boş ərazidə daşın altından yaşıl rəngli parçanın içərisindən 01 ədəd №-si silinmiş zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 9 mm kalibrli texniki cəhətdən saz və atəşə yararlı yivli odlu döyüş silahı hesab edilən «Makarov» konstruksiyalı tapança, zavod üsulu ilə istehsal edilmiş 9x18 mm kalibrli olmaqla həmin kalibrli «Makarov» (PM), «Steçkin» (APS) konstruksiyalı həmin kalibrli silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatı hesab edilən və isitifadəyə yararlı 03 ədəd ştat patronları, zavod üsulu ilə istehsal edilmiş «Makarov» konstruksiyalı silahların komplekt hissəsi olmaqla texniki cəhədən saz və istifadə üçün yararlı olan 08 ədəd 9x18 mm kalibrli patronların saxlanılması üçün nəzərdə tutulmuş 01 ədəd daraq aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitənin “kakos” növündən istifadə edir. 25 sentyabr 2023-cü il tarixdə Maştağa qəsəbəsində mağaza işlədən tanışı Elşən adlı şəxs ondan mağazasında 1 saatlıq dayanaraq onu əvəz etməyini xahiş etmişdir. O, razılaşmış və Elşən getmişdir. Elşən getdikdən yarım saat sonra mağazanın qarşısında siqaret çəkərkən 2 nəfər polis əməkdaşı ona yaxınlaşmışlar. O, həmin polis əməkdaşlarından birini tanıyırmış. Həmin gün, yəni 25 sentyabr 2023-cü il tarixdə günorta saat 14:00-16:00 radələrində Ricat və Azər adlı polis əməkdaşları onu maşına mindirərək Sabunçu Rayon Polis İdarəsinə aparmışlar. Polis İdarəsində üzərinə baxış keçirilmiş və üzərində puldan başqa heçnə aşkar olunmamışdır. Onu tutan Ricat və Azər adlı polis əməkdaşları onu döymüşlər və silahla, narkotik vasitəni qarşısına qoyub boynuna götürməyini demişlər. Həmin gün saat 18:00-da Ricat və Azər adlı polis əməkdaşları onu Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinə aparmışlar. O, Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsində şəxsi axtarış zamanı polis əməkdaşlarının qarşısına qoyduqları narkotik vasitə və silahı boynuna götürməyə məcbur qalmış, çünki Azər adlı polis əməkdaşı ona demişdir ki, narkotik vasitəni boynuna götürməsə narkotik vasitənin qramını daha da artıracaqlar və cəzası 15 il olacaq. Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, o, istintaq zamanı verdiyi ifadəni təsdiq etmir, çünki tutularkən onun üzərində narkotik vasitə olmamışdır. O, hadisədən əvvəl heç kimlə mübahisə etməmiş, ona hədə-qorxu olmamışdır. Şəxsi axtarış zamanı videoçəkiliş aparılmışdır. Şəxsi axtarış zamanı müdaifəçi olmamış, o sənədlərə imza çəkərkən müdafiəçini görmüşdür. O, ifadə verərkən müdafiəçinin yanında olub-olmadığını xatırlamır. O, 19:00-20:00 radələrində vəkilini görmüşdür. O, Maştağa qəsəbəsi ərazisində Daş Karxanası adlanan yerdə yaşayır. Silah aşkarlanan yerlə onun evi arasında 20-25 dəqiqəlik yol var. O, silahın özünü görməmiş, polis əməkdaşlarının ona verdiyi silah parçanın içində imiş, o da parçanın içində silahı şəxsi axtarış zamanı təqdim etmişdir. O, saxlanılarkən polis əməkdaşları üzərində silah olması barədə ona xəbərdarlıq etməmişlər. Ricat və Azər adlı polis əməkdaşları onu tutarkən üzərinə baxış aparmamışlar. Polis əməkdaşlarının ona hansı səbəblə silah verdiklərini bilmir. Onun üzərində silah olmamışdır. O, şüşə sexində işləmişdir. O, məhkum olunsa da mübahisəli söhbətlərə qarışmır. O, ***-***-**-** mobil nömrəsindən istifadə edir. Elan olunmuş cinayət işinin 28-29-cu vərəqələrində olan şəxsi axtarış və götürmə aparılması haqqında protokola və protokoldakı imzaya əsasən Təqsirləndirilən şəxs bildirmişdir ki, imza onun imzasıdır. O, protokolu təzyiq altında imzalamışdır. Elan olunmuş cinayət işinin 33-34-cü vərəqələrində olan axtarış və götürmə aparılması haqqında protokola və protokoldakı imzaya əsaəsn Təqsirləndirilən şəxs bildirmişdir ki, imza onun imzasıdır. O, protokolu təzyiq altında imzalamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadə ilə izahat arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi izahatı və ifadələri elan olunmuş, izahatın və ifadələrin sonunda olan imza təqsirləndirilən şəxsə təqdim edilmişdir. Belə ki, cinayət işinin 40-cı vərəqəsində olan izahatında, 66-69 və 89-92-ci vərəqələrində olan ifadələrində Təqsirləndirilən şəxs aşağıdakıları göstərmişdir: «...10 sentyabr 2023-cü il tarixdə o, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Daş Karxanası yaşayış massivinin yaxınlığında yerləşən zibil qutularının yaxınlığında olarkən oradan 01 ədəd tapança, 01 ədəd daraq və 03 ədəd patron tapmışdır. O, həmin tapançanın silah olduğunu bilmiş və polisə təhvil vermək istəmişdir. Lakin, bundan çəkinərək həmin tapançanı daraq və patronları ilə birlikdə üzərində gəzdirmişdir. Daha sonra o, həmin tapançanı gizlətmək qərarına gəlmiş və Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, “Məmmədyarov” adına dairənin yaxınlığında boş ərazidə daş parçasının altında gizlədərək saxlamışdır. 23 sentyabr 2023-cü il tarixdə Bakı şəhəri, Nizami rayonu, 8-ci kilometr qəsəbəsində olan zaman üzdən tanıdığı adını və yaşadığı ünvanı bilmədiyi şəxsdən 100 manat pul müqabilində şəxsi istifadəsi üçün narkotik vasitə heroini alaraq üzərində saxlamışdır. O, həmin narkotik vasitəni heç yerə qoymamış və istifadə etməmişdir. Fikirləşmişdir ki, 3-4 gün sonra istifadə edər. Belə ki, 25 sentyabr 2023-cü il tarixdə saat 18:00-da Bakı şəhəri, Sabuçu rayonu, Maştağa qəsəbəsi, H.Heybətov küçəsində yerləşən “Baku Store” Ticarət Mərkəzinin yaxınlığında olan zaman 2 nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşmışlar, özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirib xidməti vəsiqələrini göstərmişlər. Polis əməkdaşları ona qanunsuz olaraq narkotik vasitə əldə etməyində, üzərində saxlamağında və daşımağında, həmçinin qanunsuz olaraq silah-sursat əldə etməyində şübhəli olduğunu bildirib onu saxlayaraq Sabunçu rayon polis idarəsinin 14-cü polis şöbəsinə dəvət etmişlər. O da etiraz etməyərək polis şöbəsinə gətirilmişdir. Polis Şöbəsinə aparılana kimi olan müddət ərzində polis əməkdaşları tərəfindən müşahidə altında saxlanılmış, bu səbəbdən də, tanımadığı şəxsdən aldığı narkotik vasitə heroini istifadə etmədiyindən və üzərində olduğundan özündən kənarlaşdırmağa imkanı olmamışdır. Sabunçu rayon polis idarəsinin 14-cü polis şöbəsinin inzibati otaqlarının birində şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmiş, o, müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra ona üzərində videoçəkiiiş ilə şəxsi axtarış və götürmə aparılması haqqında məlumat verilmişdir. O, müdafiəçinin iştirakı olmadan üzərində şəxsi axtarış keçirilməsinə etiraz etməmişdir. Şəxsi axtarış keçirilən zaman ona ilk öncə üzərində dövriyyəsi qadağan edilmiş hər hansısa bir maddə və ya predmet olduğu halda təqdim etməyi təklif olunmuşdur. O, bu təklifdən sonra əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd yaşıl rəngli qutunun içərisində saxladığı 01 ədəd şəffaf selofan bükümü, əynində olan şalvarın sol yan cibindən 01 ədəd tütün məhsulunu və 85 manat nağd pulu çıxarıb masanın üzərinə qoymuşdur. Təqdim etdiyi bükümün içərisində narkotik vasitə heroin olduğunu bildirmişdir. Həmin maddəni hansı məqsədlə, haradan və kimdən əldə etməyi barədə soruşulduqda həmin maddəni şəxsi istifadəsi üçün 23 sentyabr 2023-cü il tarixdə Bakı şəhəri, Nizami rayonu, 8-ci kilometr qəsəbəsində olan zaman üzdən tanıdığı adını və yaşadığı ünvanı bilmədiyi şəxsdən 100 manat pul müqabilində alaraq üzərində saxladığını bildirmişdir. Şəxsi axtarış davam etdirilərkən qanunsuz olaraq silah-sursat əldə etməyi barədə soruşulan zaman bildirmişdir ki, təxminən 15 gün bundan əvvəl Bakı şəhəri, Ramana qəsəbəsində yerləşən zibil qutularının yaxınlığından 01 ədəd tapança, 01 ədəd daraq və 03 ədəd patronları tapmış və bir müddət üzərində gəzdirdikdən sonra Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, “Məmmədyarov” adına dairənin yaxınlığında boş ərazidə gizlətmişdir. Bundan sonra polis əməkdaşlarının iştirakı ilə tapançanı gizlətdiyi Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, "Məmmədyarov" adına dairənin yaxınlığında boş əraziyə gəlmişlər və axtarış keçirilən zaman ona ilk öncə boş ərazidə olması ehtimal edilən silah-sursatı və ya digər qadağan edilmiş əşya olduğu halda təqdim etməyi təklif olunmuşdur. Bu təklifdən sonra o, həmin boş ərazidə daş parçasının altına gizlətdiyi yaşıl rəngli əskiyə bükdüyü 01 ədəd Makarov tipli tapançanı, 01 ədəd darağı və 03 ədəd patronları polis əməkdaşlarına təqdim etmişdir. Təqdim etdiyi 01 ədəd Makarov tipli tapança, 01 ədəd daraq və 03 ədəd patronlar qablaşdırılaraq möhürlənərək götürülmüşdür. O, 01 ədəd Makarov tipli tapançanı, 01 ədəd darağı və 03 ədəd patronları 10 sentyabr 2023-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Daş Karxanası yaşayış massivinin yaxınlığında yerləşən zibil qutularının yaxınlığında olarkən tapmış, o, ilk öncə bu barədə məlumat vermək istəmiş, lakin çəkindiyi üçün bu barədə polis məlumat verməmişdir. Bundan sonra isə həmin tapançanı bir müddət ərzində gəzdirdikdən sonra ifadəsində qeyd etdiyi yerdə gizlətmişdir. ...Ona qarşı heç bir qanuna zidd hərəkətlərə yol verilməmiş və heç bir təzyiqə məruz qalmamışdır. ...» Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, imzalar onun imzasıdır. O, protokolu və izahatı təzyiq altında imzalamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Sabunçu rayon Polis İdarəsinin CAŞ-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. 2023-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah və narkotik vasitə əldə etməsi, saxlaması, daşıması barədə Sabunçu RPİ-nin CAŞ-nə əməliyyat məlumatı daxil olmuşdur. 25 sentyabr 2023-cü il tarixdə əməliyyat qrupu təşkil olunmuşdur. Əməliyyat qrupunun tərkibinə o və əməliyyat müvəkkili Şahid2 daxil imiş. 2023-cü ilin sentyabr ayında axşam saatlarında Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, H.Heybətov küçəsində yerləşən “Baku Store’ Ticarət Mərkəzinin yaxınlığında Təqsirləndirilən şəxs görüb ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Onlar Təqsirləndirilən şəxs qanunsuz olaraq silahsursat və narkotik vasitə əldə etməsi, saxlaması, daşıması barədə məlumat daxil olduğunu bildirib onu Sabunçu RPİ-nin 14-cü PŞ-nə dəvət etmişlər. X4 Abdullayevə hüquq və vəzifələri izah olunmuş, müdafiəçi ilə təmin olunmuşdur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs narkotik vasitəyə bənzər maddəni təqdim etmişdir. Təqsirləndirilən şəxs odlu silahı tapdığını, qorxduğundan polisə məlumat verməyərək silahı Maştağa qəsəbəsində “Pereyezd”-in yaxınlığında gizlətdiyini, təhvil vermək istədiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs göstərdiyi Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən “Pereyezd”-in yaxınlığında yerləşən boş əraziyə getmişlər. Orada videoçəkiliş vasitəsilə axtarış və götürmə aparılmışdır. Axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs həmin boş ərazidə olan daş parçasının altında gizlətdiyi “Makarov” tipli tapança, silahın sandıqçası və patronları təqdim etmişdir. Deyəsən 3 ədəd patron var imiş, dəqiq xatırlamır. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid1 bildirmişdir ki, tərəflərindən Təqsirləndirilən şəxs fiziki təzyiq göstərilməmişdir. Əməliyyat məlumatı şöbədə ona daxil olmuşdur. Təqsirləndirilən şəxs saxlayan zaman o Sabunçu RPİ-nin CAŞ-də işləyirmiş. Təqsirləndirilən şəxs Sabunçu RPİ-nin 14-cü PŞ-nə aparmışlar. Təqsirləndirilən şəxs bölməyə yaxın ərazidə saxlamışlar. Onlar Təqsirləndirilən şəxs nəqliyyat vasitəsilə Sabunçu RPİ-nin 14-cü PŞ-nə aparmışlar. Şəxsi axtarış videoçəkilişlə olmuşdur, lakin o vəkilin şəxsi axtarış zamanı iştirak edib-etmədiyini xatırlamır. Polis Şöbəsinə aparıldıqdan neçə saat sonra şəxsi axtarış aparıldığını xatırlamır. Təqsirləndirilən şəxs özü etiraf etmişdir ki, silahı Maştağa qəsəbəsində “Pereyezd”-in yaxınlığında saxlayır. Hadisə yerinə baxış zamanı o, Şahid2, təhqiqatçı iştirak etmişdir. Təqsirləndirilən şəxs “Makarov” tipli tapança, silahın sandıqçası və patronları təqdim etmişdir. Səhv etmirsə silah açıq şəkildə deyilmiş, nəyəsə bükülü imiş. O, ***-***-**-** mobil nömrəsindən istifadə edir. Əməliyyat məlumatından neçə gün sonra əməliyyat tədbirinin keçirilməsini xatırlamır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 eyni məzmunlu ifadə verərək, Şahid1 dediklərini bir daha təsdiq etmişdir. Məhkəmə iş üzrə dindirilmiş şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin 3-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Sabunçu RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 25 sentyabr 2023-cü il tarixli raportundan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq silah-sursat əldə etməsi və qanunsuz narkotik vasitə üzərində saxlaması və daşıması barədə etimad doğuran, qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Cinayət işinin 4-5-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Sabunçu RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 25 sentyabr 2023-cü il tarixli əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq silah-sursat əldə etməsi və narkotik vasitə üzərində saxlaması və daşıması barədə daxil olmuş məlumatın yoxlanılması üçün, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. Cinayət işinin 77-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 27 sentyabr 2023-cü il tarixli, 5(008)-851/2023 nömrəli qərarından görünür ki, Sabunçu RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 25 sentyabr 2023-cü il tarixli əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərarı qanuni hesab edilmişdir. Cinayət işinin 27-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Təqsirləndirilən şəxs 25 sentyabr 2023-cü il tarixli ərizəsindən görünür ki, sonuncu ərizə yazaraq, üzərinə keçiriləcək şəxsi axtarış zamanı müdafiəçinin iştirakını tələb etmədiyini bildirmişdir. Cinayət işinin 28-29-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 25 sentyabr 2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsindən əvvəl, şübhəli şəxs Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmiş, bundan sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd yaşıl rəngli qutunun içərisində olan 01 ədəd şəffaf sellofan bükümü, sol əlində saxladığı 01 ədəd tütün məmulatını və həmin şalvarın sol yan cibindən 85 manat nağd pulu təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd şəffaf selofan bükümün içərisində olan maddənin “kakos” kimi tanığı narkotik vasitə olduğunu və həmin narkotik vasitəni Nizami rayonu, 8-ci km qəsəbəsindən üzdən tanıdığı adını bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün 100 manat pul müqabilində aldığını bildirmişdir. Şəxsi axtarış davam etdirilərkən üzərinə baxış keçirilir, lakin digər sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, təxminən 15-20 gün bundan öncə Ramana qəsəbəsində yerləşən zibil qutularının yaxınlığından silah tapmış, müəyyən bir vaxta qədər özündə saxlamış və daha sonra Maştağa qəsəbəsində “Pereyezd"-in yaxınlığında gizlətmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd tütün məmulatı və 85 manat nağd pul sübut əhəmiyyətinə malik olmadığından özünə geri qaytarılmışdr. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd yaşıl rəngli qutuda olan 01 ədəd şəffaf sellofan bükümün içərisindəki spesifik iyə malik olan narkotik vasitə heroinə bənzər maddə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb, götürülmüşdür. Şəxsi axtarış və göürmə zamanı “Samsung” markalı videokamera vasitəsilə videoçəkiliş aparılmışdır. Cinayət işinin 32-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Təqsirləndirilən şəxs 25 sentyabr 2023-cü il tarixli ərizəsindən görünür ki, sonuncu ərizə yazaraq, silahın yerləşdiyi yerə keçiriləcək axtarış zamanı müdafiəçinin iştirakını tələb etmədiyini bildirmişdir. Cinayət işinin 33-34-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 25 sentyabr 2023-cü il tarixli axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Bakı şəhəri Sabunçu rayonu, Maştağa qəsəbəsi, “Məmmədyarov” adına dairənin yaxınlığında boş ərazidə axtarış və götürmə aparılmasından öncə Təqsirləndirilən şəxs boş ərazidə olması ehtimal edilən silah-sursatın, yaxud digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs həmin boş ərazidə olan daş parçasının altında gizlətdiyi yaşıl rəngli parçaya bükülmüş 01 ədəd “Makarov” tipli tapançanı, 01 ədəd Makarov konstruksiyalı silahların komplekt hissəsi olan darağı və 03 ədəd patronu çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd Makarov tipli silahı, 01 ədəd darağı və 03 ədəd patronları təxminən 15 gün bundan öncə Ramana qəsəbəsində yerləşən zibil qutularının yaxınlığından tapdığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd “Makarov” tipli tapança, 01 ədəd Makarov konstruksiyalı silahların komplekt hissəsi olan daraq və 03 ədəd patronlar qablaşdırılaraq götürülmüşdür. Axtarış və göürmə zamanı “Samsung” markalı videokamera vasitəsilə videoçəkiliş aparılmışdır. Cinayət işinin 45-49-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 26 sentyabr 2023-cü il tarixli, 3-16-16/2-6/5071 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN “Zərflər üçün №100” möhür əksi olan, “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddə...” və s. ad, soyad, imzalar olar zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 8,208 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitə!ər”in siyahısına (Siyahı İ) daxildir. Cinayət işinin 50-56-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Daxil İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin məhkəmə-ballistik ekspertizanın 26 sentyabr 2023-cü il tarixli 23/728 nömrəli rəyin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd №-si silinmiş silah zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 9 mm kalibrli, Makarov konstruksiyalı tapançadır, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 01 ədəd daraq zavod üsulu ilə istehsal olunmuş 08 ədəd 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Makarov konstruksiyalı tapançaların komplekt hissəsidir- darağıdır, texniki cəhətdən sazdır və istifadə üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 03 ədəd patronlar zavod üsulu ilə, Azərbaycan Respublikasında 2010-cu ildə istehsal olunmuş 9x18 mm kalibrli olmaqla, həmin kalibrli Makarov (PM) və Steçkin (APS) konstruksiyalı tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş ştat patronlarıdır, döyüş sursatı hesab olunur və atəş üçün yararlıdırlar. Cinayət işinin 161-162-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-ballistik ekspertizasının 22 dekabr 2023-cü il tarixli, 3-16-16/2-3/1998 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd 9 mm kalibrli Makarov konstruksiyalı tapançanın hissələrinin üzərindəki (sürgüsünün və gövdəsinin sol yan səthində) seriya-nömrəsi sonradan kustar üsulla kənar predmet vasitəsilə dərindən silindiyindən ilkin mətnini müəyyən etmək mümkün deyil. Cinayət işinin 146-cı vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 06 noyabr 2023-cü il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi ilə bağlı 01 ədəd DVD diskə köçürülmüş görüntüdən görünür ki, 25 sentyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilir. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində qanunla saxlanılması və daşınması qadağan olunmuş əşya varsa təqdim etməsi təklif edilir. Şəxsi axtarış aparılan zaman Təqsirləndirilən şəxs əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd yaşıl rəngli qutunun içərisində olan 01 ədəd şəffaf sellofan bükümü, sol əlində saxladığı 01 ədəd tütün məmulatını və həmin şalvarın sol yan cibindən 85 manat nağd pulu təqdim edir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd şəffaf sellofan bükümün içərisində olan maddənin “kakos” kimi tanığı narkotik vasitə olduğunu və həmin narkotik vasitəni Nizami rayonu, 8-ci km qəsəbəsindən üzdən tanıdığı adını bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün 100 manat pul müqabilində aldığını bildirir. Şəxsi axtarış davam etdirilərkən üzərinə baxış keçirilir, lakin digər sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilmir. Təqsirləndirilən şəxs bildirmişdir ki, təxminən 15-20 gün bundan öncə Ramana qəsəbəsində yerləşən zibil qutularının yaxınlığından silah tapmış, müəyyən bir vaxta qədər özündə saxlamış və daha sonra Maştağa qəsəbəsində “Pereyezd"-in yaxınlığında gizlətmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd tütün məmulatı və 85 manat nağd pul sübut əhəmiyyətinə malik olmadığından özünə geri qaytarılır. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd yaşıl rəngli qutuda olan 01 ədəd şəffaf sellofan bükümün içərisindəki spesifik iyə malik olan narkotik vasitə heroinə bənzər maddə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılır, möhürlənərək götürülür. Cinayət işinin 147-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 06 noyabr 2023-cü il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Bakı şəhəri Sabunçu rayonu, Maştağa qəsəbəsi, “Məmmədyarov” adına dairənin yaxınlığında boş ərazidə “axtarış və götürmə aparılması” barədə 01 ədəd DVD diskə köçürülmüş görüntüdən görünür ki, 25 sentyabr 2023-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, “Məmmədyarov” adına dairənin yaxınlığında boş ərazidə videoçəkiliş vasitəsilə axtarış və götürmə aparılır. Axtarış və götürmə aparılmasından öncə Təqsirləndirilən şəxs boş ərazidə olması ehtimal edilən silah-sursatın, yaxud digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs həmin boş ərazidə olan daş parçasının altında gizlətdiyi yaşıl rəngli parçaya bükülmüş 01 ədəd “Makarov” tipli tapançanı, 01 ədəd Makarov konstruksiyalı silahların komplekt hissəsi olan darağı və 03 ədəd patronu çıxarıb təqdim edir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd Makarov tipli silahı, 01 ədəd darağı və 03 ədəd patronları təxminən 15 gün bundan öncə Ramana qəsəbəsində yerləşən zibil qutularının yaxınlığından tapdığını bildirir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd “Makarov” tipli tapança, 01 ədəd Makarov konstruksiyalı silahların komplekt hissəsi olan daraq və 03 ədəd patronlar qablaşdırılaraq götürülür. Cinayət işinin 173-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Sabunçu RPİ-nin 14-cü PŞ-dən daxil olmuş 12 yanvar 2024-cü il tarixli, ********* nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroinin və saxladığı 01 ədəd “Makarov” tipli tapançanı, 01 ədəd Makarov konstruksiyalı silahların komplekt hissəsi olan darağı və 03 ədəd patronu əldə etdiyi mənbəni müəyyən etmək mümkün olmamışdır. Cinayət işinin 190-191-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru X1 16 yanvar 2024-cü il tarixli cinayət işinin materiallarından ayrıca icraata cinayət işinin ayrılması haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroinin və saxladığı 01 ədəd “Makarov” tipli tapançanı, 01 ədəd Makarov konstruksiyalı silahların komplekt hissəsi olan darağı və 03 ədəd patronu əldə etdiyi mənbəni müəyyən etmək hazırki cinayət işindən ayrıca icraata ********* nömrəli cinayət işi ayrılmışdır. Məhkəmə iclasında dindirilərkən Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitələrdən istifadə edir, lakin onda narkotik vasitə və hər hansı silah olmamış, polis əməkdaşları ona təzyiq göstərib döyüldüyü üçün istintaq dövründə narkotik vasitəni və silahı boynuna götürmüşdür. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmədə ibtidai istintaq zamanı verdiyi ifadələrindən fərqli ifadə verməsini, ona elan edilmiş ittihamda nəzərdə tutulan cinayət əməlinin törədilməsində iştirakını inkar etməsini araşdırılmış sübutların məcmusu və işin faktiki halları ilə müqayisəli təhlil edib onun bu barədə verdiyi ifadələrini özünümüdafiə və məsuliyyətini yüngülləşdirmək xarakteri daşıdığı qənaətinə gəlir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 28.4.2-ci maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrə təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları araşdırmaq vəzifəsi qoyulmuşdur. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquq və azadlıqlarının qorunması sahəsində məhkəmələrin fəaliyyəti haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 mart 2000-ci il tarixli qərarın, Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin qətnaməsi ilə qəbul edilmiş «İşgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqət alçaldan rəftar və cəza növlərinə qarşı Konvensiyanın» və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının müvafiq tövsiyyələrinə əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən işgəncəyə məruz qalıb-qalmamasını müəyyən etməkdən ötrü Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı istintaq Təcridxanasına sorğu ilə müraciət edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı istintaq Təcridxanasından daxil olmuş 09 mart 2024-cü il tarixli, 3-16-17/40/2-1677/2024 nömrəli məktubdan və məktuba əlavə edilmiş tibbi kartoçkanın surətindən görünür ki, Təqsirləndirilən şəxs təcridxanaya daxil olan zaman müayinə zamanı xəsarət aşkar olunmamış, köhnə çapıq toxumalar müəyyən edilmişdir. Bundan başqa, cinayət işinin 154-155-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 04 dekabr 2023-cü il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrəsinə daxil olan və çıxan zəng və sms məlumatlarını özündə əks etdirən CD diskə baxış keçirilmiş və baxış zamanı aşağıdakı məlumatlar müəyyən edilmişdir: -xx.xx.2023-cü ildə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrədən ***-***-**-** mobil nömrəsinə -“Gəlirəm yarı lazımdı” məzmunlu mesaj; -xx.xx.2023-cü ildə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrədən ***-***-**-** mobil nömrəsinə -“Yarı kola düzəlt çatıram” məzmunlu mesaj; -xx.xx.2023-cü ildə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrədən ***-***-**-** mobil nömrəsinə -“Sən mənə şey goturde” məzmunlu mesaj; -xx.xx.2023-cü ildə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrədən ***-***-**-** mobil nömrəsinə-“Kola götürdün” məzmunlu mesajlar göndərilmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini, ekspert rəylərini, istintaq hərəkəti protokollarını, əsaslılığı heç bir şübhə doğurmayan digər sübut əhəmiyyətli sənədləri ayrı ayrılıqda tədqiq edərək belə nəticəyə gəlir ki, bütün bu sübutlar bir-biri ilə vəhdət təşkil edib uyğunlaşaraq verilmiş ittihama uyğun cinayət hadisəsinin ardıcıllığının və vahid mexanizminin tam şəkildə gerçək və məntiqə uyğun təsvirini formalaşdırmışdır. Beləliklə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməsində təqsirli olması kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.1-1-ci maddələri ilə tövsif olunmuş, o, həmin maddələrdə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2005-ci il tarixli və «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» xx.xx.2005-ci il tarixli qərarların tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun tələblərinə və izahına əsasən isə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. (mad 1.0.9): məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyinə olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad 1.0.8) hesab edilir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin 116-117-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 06 oktyabr 2023cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Xətai Rayon Məhkəməsinin 17 sentyabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 il 11 ay 28 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cinayət işinin 119-123-cü vərəqələrində olan Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cəzası 02 ay 12 gün müddətə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmiş, 19 avqust 2022-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. “Azərbaycan Respublikası CM-nin 83.2-ci maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, CM-nin 83.1-ci maddəsindən göründüyü kimi məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə mindiyi gündən başlanır və bütün cəzaçəkmə müddəti ərzində və cəzaçəkmə müddətindən sonrakı dövrdə qanunla müəyyən edilmiş müddətlər çərçivəsində davam edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.2-ci maddəsinə görə azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası CM-in 18.4.4-cü maddəsinə əsasən, residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş, lakin, cinayətin residivini yaratmır. Cinayət işinin 115-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanası publik hüquqi şəxsindən daxil olmuş 04 oktyabr 2023-cü il tarixli, 13099 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıb. Cinayət işinin 166-167-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X6 Şəxsinin 29 dekabr 2023-cü il tarixli 8500 saylı ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən və Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə müvafiq olaraq cəzasını ağırlaşdıran halları müəyən etmədi. Bundan başqa, məhkəmə Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunduğu və narkomaniyadan məcburi müalicəyə ehtiyacı olmasını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93-1-ci maddəsinə əsasən onun barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməsini və ərazi narkoloji dispanserində qeydiyyata alınmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə belə hesab edir ki, təqsirləndirilən şəxsə yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə növündə ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrumetmə cəzasının başlanğıcı müvafiq olaraq 25 sentyabr 2023-cü il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin 17-ci vərəqəsində olan 25 sentyabr 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Həmçinin, cinayət işinin 103-106-cı vərəqələrində olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 27 sentyabr 2023-cü il tarixli, 4(008)-739/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 25 sentyabr 2023-cü il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Sabunçu Rayon Polsi İdarəsinin saxlancında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, aparılmış ekspertiza tədqiqatdan sonra qalıq qalmış 8,108 qram narkotik vasitə heroin məhv edilməli, 01 ədəd №-si silinmiş silah zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 9 mm kalibrli Makarov konstruksiyalı tapança yivli odlu silah, 01 ədəd daraq zavod üsulu ilə istehsal olunmuş 08 ədəd 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş həmin kalibrli «Makarov» konstruksiyalı tapançaların komplekt hissəsi olan darağı, 03 ədəd zavod üsulu ilə istehsal edilmiş, eksperimental atəş zamanı istifadə olunduğundan qalan 02 ədəd Azərbaycan Respublikasında 2010-cu ildə istehsal olunmuş 9x18 mm kalibrli olmaqla, həmin kalibrli «Makarov» (PM) və «Steçkin» (APS) konstruksiyalı tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş ştat patronları Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Maddi Texniki Təminat İdarəsinə təhvil verilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsində qeyd edilmişdir ki, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 174 (yüz yetmiş dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həl etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla). Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Təqsirləndirilən şəxs məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmamış, cinayət yolu ilə əldə edilmiş əmlak müəyyən edilməmiş, iş üzrə mülki iddia yoxdur. Buna əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qarşı xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında”, xx.xx.2021-ci il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.1-1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə 03 (üç) il 06 (altı) ay müddətə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 25 sentyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Sabunçu Rayon Polsi İdarəsinin saxlancında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, aparılmış ekspertiza tədqiqatdan sonra qalıq qalmış 8,108 qram narkotik vasitə heroin məhv edilsin. 01 ədəd №-si silinmiş silah zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 9 mm kalibrli Makarov konstruksiyalı tapança yivli odlu silah, 01 ədəd daraq zavod üsulu ilə istehsal olunmuş 08 ədəd 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş həmin kalibrli «Makarov» konstruksiyalı tapançaların komplekt hissəsi olan darağı, 03 ədəd zavod üsulu ilə istehsal edilmiş, eksperimental atəş zamanı istifadə olunduğundan qalan 02 ədəd Azərbaycan Respublikasında 2010-cu ildə istehsal olunmuş 9x18 mm kalibrli olmaqla, həmin kalibrli «Makarov» (PM) və «Steçkin» (APS) konstruksiyalı tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş ştat patronları Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Maddi Texniki Təminat İdarəsinə təhvil verilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 174 (yüz yetmiş dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxsə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldıqdan 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Azad Məcidov Hakimlər: Səbinə Məmmədzadə Əli Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar