Məhkəmə qərarları › İş №1(101)-1372/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1372/2021

13.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1372/2021 13.09.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Qəribov Fikrət Atlıxan oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X7, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1980-cı ildə Füzuli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində 1 (bir) yetkinlik yaşına çatmayan və 2 (iki) azyaşlı uşağı olan, işləməyən, əvvəllər məhkum olunmayan, Bakı şəhəri, Nərimanov rayonu, H.Məmmədov küçəsi, ev 9-da qeydiyyatda olan, həbs olunanadək faktiki olaraq Bakı şəhəri, Binəqədi rayonu, 3-cü Mədən, Korpus 124-də yerləşən nömrəsiz fərdi yaşayış evində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroin, qurudulmuş marixuana və külli miqdarda psixotrop maddə metamfetamin əldə edib saxlayaraq daşımış, eləcə də külli miqdarda narkotik vasitə heroini satmışdır. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqa məlum olmayan "Mövsüm" adlı şəxslə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroinin, çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın və külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin Azərbaycan Respublikasının ərazisində satışını həyata keçirdikdən sonra əldə ediləcək ümumi qazancdan hər dəfə 50-100 manat məbləğində pul götürüb, pulun qalan hissəsini "Mövsüm" adlı şəxsin ona göndərəcəyi bank kartlarının hesablarına köçürəcəyi barədə sonuncu ilə razılaşdıqdan sonra, 2021-ci ilin yanvar ayının ortalarında "Mövsüm" adlı şəxsin tapşırığına əsasən Bakı şəhəri, Binəqədi rayonu, Novxanı yolunda gizlədilmiş yerdən ümumi təmiz çəkisi 3314.209 qram olmaqla, külli miqdarda narkotik vasitə heroini, ümumi təmiz çəkisi 240 qram olan narkotik vasitə qurudulmuş marixuananı və ümumi təmiz çəkisi 1354,726 qram olmaqla, külli miqdarda psixotrop maddə metamfetamini satmaq məqsədilə qanunusuz əldə etmiş, saxlamış və daşımış, 30 yanvar 2021-ci il tarixdə, saat 23:00 radələrində Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Balaxanı-Mehdiabad yolunda yerləşən “Oba 5 Mehdiabad” marketinin qarşısında həmin heroinin külli miqdarda, yəni 24,209 qram hissəsini “Mövsüm” adlı şəxsin tapşırığı ilə X13 400 manata satmış, həmin metamfetaminin 32,957 qram hissəsini üzərində, qalan narkotik vasitələr və psixotrop maddələri isə idarə etdiyi “Tofaş Şahin” minik markalı, **-NP-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa yük yerində saxlamaqla daşımış, 02 fevral 2021-ci il tarixdə, saat 22:30 radələrində Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin X1 və Cinayət-Axtarış şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Nərimanov rayonu, F.Yusifov küçəsi 137 ünvanının yaxınlığında saxlanılaraq idarə etdiyi avtomobillə birlikdə Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinə gətirildikdən sonra həmin İdarənin inzibati binasında üzərinə şəxsi axtarış aparılan zamanı əynində olan qara rəngli gödəkcənin sol iç cibindən polietilen bükümdə olmaqla həmin metamfetaminin külli miqdarda, yəni 32,957 qram hissəsi aşkar edilərək götürülmüşdür. Bundan sonra İdarənin inzibati binasının həyətində Təqsirləndirilən şəxs idarə etdiyi “Tofaş Şahin” minik markalı, **-NP-*** dövlət qeydiyyat nişanlı avtomobildə keçirilən axtarış zamanı avtomobilin arxa yük yerindən onun satış məqsədilə saxlayaraq daşıdığı 2 (iki) ədəd şəffaf polietilen bükümdə və 1 (bir) ədəd qırmızı rəngli baş yaylığına bükülmüş halda külli miqdarda, ayrı-ayrılıqda 270 qram, 300 qram və 2720 qram olmaqla, ümumi təmiz çəkisi 3290 qram təşkil edən narkotik vasitə heroin, 1 (bir) ədəd şəffaf polietilen torbada ümumi təmiz çəkisi 240 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuana, 18 (on səkkiz) ədəd şəffaf polietilen bükümdə külli miqdarda, ayrı-ayrılıqda 770 qram, 70,050 qram, 40,597 qram, 61,786 qram, 54,078 qram, 46,323 qram, 32,600 qram, 29,373 qram, 21,771 qram, 24,560 qram, 26,498 qram, 25,522 qram, 24,979 qram, 25,357 qram, 23,086 qram, 10,931 qram, 25,364 qram, 8,894 qram olmaqla, ümumi təmiz çəkisi 1321,769 qram təşkil edən psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən, yəni üzərindən aşkarlanmış narkotik vasitələri satmaq məqsədi ilə deyil, “kuryer” kimi daşımaq məqsədi ilə əldə etdiyini bildirərək ifadəsində göstərdi ki, o, Mövsüm adlı İran İslam Respublikasının vətəndaşı ilə “İnstagram” sosial şəbəkəsində tanış olmuşdur. O, Mövsüm ilə tanış olduqdan sonra onlar mobil telefon vasitəsi ilə danışmağa başlamışlar. Bir müddət sonra Mövsüm ona birlikdə iş görməyi təklif etmişdir. O, Mövsümdən görüləcək işin hansı iş olduğunu soruşduqda, sonuncu ona Bakı şəhərində ünvanlar deyəcəyini, onun həmin ünvanlara getməyini, orada olan və içində narkotik vasitə və psixotrop maddələr olan bağlamaları oradan götürüb deyəcəyi yerlərə qoymağını bildirmişdir. O, əvvəlcə Mövsümlə razılaşmamışdır. Lakin Mövsüm ondan əl çəkmədiyindən o, məcbur qalaraq Mövsüm ilə razılaşmışdır. Belə ki, Mövsüm ona bu işin müqabilində hər dəfə 50-100 manat pul verəcəyini demişdir. O, əvvəlcə bu işə razılıq verməmişdir. Lakin Mövsüm ondan əl çəkmədiyindən və həmin ərəfədə onun maddi vəziyyəti pis olduğundan, təxminən 7-8 ay sonra Mövsümün təklifi ilə razılaşmışdır. Bundan sonra, yəni 2021-ci ilin yanvar ayının ortalarında Mövsüm ona “Whatsapp” proqramı vasitəsilə zəng edərək narkotik vasitə və psixotrop maddələrin qoyulduğu yerlərin ünvanını və şəklini atmışdır. Həmin ünvan Bakı şəhəri, Binəqədi rayonu, Novxanı yolunda yerləşmişdir. O, atasına məxsus olan “Tofaş Şahin” minik markalı avtomobil ilə bakı şəhəri, Binəqədi rayonu, Novxanı yoluna getmiş və Mövsümün ona şəklini göndərdiyi həmin yeri taparaq, orada olan bağlamanı götürüb idarə etdiyi maşına qoymuşdur. Həmin bağlamanın içərisində narkotik vasitə heroin, qurudulmuş marixuana və psixotrop maddə metamfetamin, 2 (iki) ədəd eletron tərəzi və 1 (bir) ədəd gümüşü rəngli qaşıq olmuşdur. O, bundan sonra Mövsümün göstərişi ilə həmin narkotik vasitələrdən sonuncunun dediyi miqdarda Bakı şəhərində müxtəlif yerlərə qoyaraq, həmin yerlərin şəkillərini çəkib ünvanı göstərməklə “Whatsapp” proqramı vasitəsilə Mövsümə göndərməli olmuşdur. 02 fevral 2021-ci il tarixdə, saat 22:30 radələrində o, atasına məxsus “Tofaş Şahin” minik markalı avtomobil ilə Mövsümün göstərişi ilə onda olan narkotik vasitə və psixotrop maddələri tanımadığı şəxsə vermək üçün Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən köhnə “Çin” restoranının yanına getmişdir. O, avtomobili yolun kənarında saxlamış və avtomobildən düşmüşdür. Bu zaman bir neçə nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim edib ona xidməti vəsiqələrini göstərmişlər və Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər. O da özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu polis əməkdaşlarına bildirmişdir. Bundan sonra polis əməkdaşları ona bildirmişlər ki, onun qanunsuz olaraq narkotik vasitə saxlaması və daşıması barədə məlumatları var və bu məlumatın yoxlanılması üçün o, polis əməkdaşları ilə birlikdə Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinə getməlidir. O da polis əməkdaşlarına etiraz etməyərək sonuncularla birlikdə Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin inzibati binasına getmişdir. Onlar Polis İdarəsinin inzibati binasına gəldikdən sonra xidməti otaqlardan birində polis əməkdaşları ona bildirmişlər ki, onun üzərinə şəxsi axtarış keçiriləcəkdir. Bu məqsədlə polis əməkdaşları vəkil də dəvət etmişlər. Daha sonra polis əməkdaşlarının və vəkilin iştirakı ilə videoçəkiliş vasitəsilə onun üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməmişdən əvvəl polis əməkdaşı ondan üzərində qanunsuz əşya olub-olmadığını soruşmuş və əgər varsa həmin əşyaları təqdim etməsini təklif etmişlər. O, bundan sonra əynində olan şalvarının sağ yan cibindən müxtəlif əskinaslardan ibarət 121 manat pulu, idarə etdiyi avtomobilin açarını, gödəkçəsinin cibindən özünə məxsus “Samsung” markalı mobil telefonu və həmin gödəkçənin cibindən şəffaf polietilen bükümdə olan psixotrop maddə metamfetamini çıxararaq polis əməkdaşlarına təqdim etmişdir. Sorğu-sual zamanı o, polislərə narkotik vasitə və psixotrop maddələri necə əldə etdiyini bildirmişdir. Onun üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamin zərfə qoyularaq qablaşdırılmışdır. Bundan sonra oun üzərinə axtarış keçirilmiş, lakin heç bir qanunsuz əşya və predmet aşkar edilməmişdir. Sonra onun idarə etdiyi “Tofaş Şahin” minik markalı avtomobildə axtarış keçirilmişdir. Axtarış zamanı o, avtomobilin arxa yük yerindən içərisində narkotik vasitə olan heroin, qurudulmuş marixuana və psixotrop maddə metamfetamin olan sarı rəngli parça torbanı çıxararaq polis əməkdaşlarına təqdim etmişdir. Həmin sarı rəngli parça torbanın içərisinə baxış keçirilən zaman içərisində 3 (üç) ədəd şəffaf polietilen torba olan 1 (bir) ədəd iri şəffaf polietilen torba aşkar edilmişdir. Həmin 3 (üç) ədəd polietilen torbaların birinin içərisindən qurudulmuş marixuana, digərinin içərisindən 18 (on səkkiz) büküm psixotrop maddə metamfetamin və 1 (bir) ədəd göy rəngli elektron tərəzi, digər polietilen torbanın içərisindən isə 1 (bir) ədəd gümüşü rəngli elektron tərəzi, 2 (iki) ədəd şəffaf polietilenə və 1 (bir) ədəd qırmızı yaylığa bükülmüş 3 (üç) büküm narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Avtomobildən aşkarlanmış narkotik vasitə və psixotrop maddələr ayrıayrılıqda qablaşdırılmışdır. O, heç vaxt heç kəsə narkotik vasitə və psixotrop maddə satmamışdır. O, Mövsümün dediyi yerdən götürdüyü narkotik vasitə və psixotrop maddələri satış məqsədi ilə deyil, məhz “kuryer” kimi daşıyaraq 50-60 manat qazanmaq fikrində olmuşdur. Təqsirləndirilən şəxs ifadəsində, həmçinin bir neçə il əvvəl 6000 voltluq elektrik cərəyanının onu vurduğunu, bundan sonra əmək qabiliyyətini itirdiyini, heç bir fiziki işlə məşğul ola bilmədiyini, 2-ci qrup əlil olduğunu, ailəsinin himayəsiz qaldığını və törətdiyi əməldən çox peşman olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiklərinin nəzərə alınmasını və ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, Bakı şəhəri Nərimanov RPİ-nin X1 əməliyyat müvəkkili vəzifəsində işləyir. 02 fevral 2021ci il tarixdə Bakı şəhəri Nərimanov RPİ-nin X3 Təqsirləndirilən şəxs üzərində və idarə etdiyi “Tofaş Şahin” markalı avtomobildə narkotik vasitə saxlaması, daşıması və istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmçinin əməliyyat məlumatında Təqsirləndirilən şəxs 02 fevral 2021-ci il tarixdə təxminən axşam radələrində Bakı şəhəri, Nərimanov rayonu, Yusifov küçəsində olacağı göstərilmişdir. Daxil olmuş əməliyyat məlumatının yoxlanılması məqsədilə baş əməliyyat müvəkkili Şahid1 tərəfindən Bakı şəhəri Nərimanov RPİ-nin rəhbərliyinə raportla məruzə olunmuş və əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə icazə alınmışdır. Bundan sonra Şahid1 tərəfindən “Əməliyyataxtarış tədbirlərinin keçirilməsi haqqında” qərar qəbul olunmuş və əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün ondan, digər polis əməkdaşları Qasım Hüseynovdan, Şahid1, Şahid3, Şahid4 və Rahib Ağaməmmədovdan ibarət əməliyyat qrupu yaradılmışdır. 02 fevral 2021-ci il tarixdə, saat 22:00 radələrində o, əməliyyat qrupunun digər üzvləri ilə birlikdə ünvan 5 ünvanının yaxınlığına getmişdir. Təqsirləndirilən şəxs idarə etdiyi “Tofaş Şahin” markalı avtomobil ilə ünvan 6 ünvanının qarşısında olan avtomobil yoluna gəlmiş və idarə etdiyi avtomobili yolun kənarında saxlayaraq avtomobildən düşmüşdür. Onlar dərhal Təqsirləndirilən şəxs yaxınlaşmışlar və özlərini təqdim edərək Bakı şəhəri Nərimanov RPİ-nin əməkdaşları olduqlarını bildirmişlər. Həmin şəxs də özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Onlar Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumatlarının olduğunu bildirmişlər və bu məlumatın yoxlanılması üçün Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov RPİ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs heç bir etiraz etmədən onlarla birlikdə Bakı şəhəri Nərimanov RPİ-nə getməyə razılıq vermişdir. İdarədə təhqiqatçı tərəfindən əvvəlcə Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi məqsədi ilə müdafiəçi dəvət edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə video çəkiliş vasitəsilə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış keçirilməmişdən əvvəl təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya olub-olmadığı soruşulmuş, olduğu təqdirdə həmin əşyaları könüllü təqdim etmək təklif olunmuşdur. Bu zaman Təqsirləndirilən şəxs əynində olan gödəkçənin cibindən şəffaf polietilenə bükülmüş, içərisində kristal maddələr olan bükümü çıxararaq onlara təqdim emişdir. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisində psixotrop maddə metamfetamin olduğunu və həmin metamfetamini İran İslam Respublikasının vətəndaşı Mövsüm adlı şəxsin ona satmaq məqsədilə göndərdiyini bildirmişdir. Təqsirləndirilən şəxs, həmçinin Mövsüm adlı şəxsin satmaq məqsədi ilə narkotik vasitə və psixotrop maddə göndərdiyini və özünün kuryer kimi həmin narkotik vasitə və psixotrop maddələri Mövsümün göstərişi ilə tanımadığı şəxsə verməli olduğunu, həmin şəxsin də bunun müqabilində pul verməli olduğunu bildirmişdir. Şəxsi axtarışla əlaqədar təhqiqatçı tərəfindən protokol tərtib olunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Həmçinin, sorğu-sual zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, idarə etdiyi avtomobildə də narkotik vasitə və psixotrop maddələr olmuşdur. Daha sonra Təqsirləndirilən şəxs, vəkilin, onun və digər polis əməkdaşlarının iştirakı ilə “Tofaş Şahin” markalı avtomobildə axtarış keçirilmişdir. Axtarış zamanı Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin arxa yük yerindən parça torbanı çıxararaq onlara təqdim etmişdir. Həmin sarı rəngli parça torbanın içərisinə baxış keçirilən zaman içərisində 3 (üç) ədəd şəffaf polietilen torba, 1 (bir) ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs sorğu-sual zamanı bildirmişdir ki, bükümlərdəki maddələr narkotik vasitə heroin, qurudulmuş marixuana və psixotrop maddə metamfetamindir. Avtomobildə aparılan əlavə axtarış zamanı hər hansı bir qanunsuz əşya və ya maddə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən aşkarlanmış maddələr ayrı-ayrılıqda qablaşdırılmış və həmin qablaşdırmaların üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 oxşar məzmunlu ifadə verməklə Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Bakı şəhəri Nərimanov RPİ-nin X1 əməliyyat müvəkkili vəzifəsində işləyir. 02 fevral 2021ci il tarixdə Bakı şəhəri Nərimanov RPİ-nin X3 Təqsirləndirilən şəxs üzərində və idarə etdiyi “Tofaş” markalı avtomobildə narkotik vasitə saxlaması, daşıması, satması və istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmçinin əməliyyat məlumatında Təqsirləndirilən şəxs 02 fevral 2021-ci il tarixdə təxminən axşam radələrində Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsində olacağı göstərilmişdir. Daxil olmuş əməliyyat məlumatının yoxlanılması məqsədilə onun tərəfindən Bakı şəhəri Nərimanov RPİ-nin rəhbərliyinə raportla məruzə olunub əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə icazə alınmışdır. Bundan sonra onun tərəfindən “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərar qəbul olunmuş və əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün ondan, digər polis əməkdaşları Qasım Hüseynovdan, Şahid2, Şahid3, Şahid4 və Rahib Ağaməmmədovdan ibarət əməliyyat qrupu yaradılaraq əməliyyat-axtarış tədbiri keçirilmişdir. O, yaradılmış əməliyyat qrupunun rəhbəri olmuşdur. 02 fevral 2021-ci il tarixdə, saat 22:00 radələrində o, əməliyyat qrupunun digər üzvləri ilə birlikdə ünvan 6 ünvanın yaxınlığına gedərək mövqe seçmişdir. Təqsirləndirilən şəxs idarə etdiyi gümüşü rəngli “Tofaş Şahin” markalı avtomobil ilə ünvan 6 ünvanının qarşısına düşən avtomobil yoluna gəlmiş, idarə etdiyi avtomobili yolun kənarında saxlamış və avtomobildən düşmüşdür. Onlar dərhal Təqsirləndirilən şəxs yaxınlaşmışlar və özlərini təqdim edərək Bakı şəhəri Nərimanov RPİ-nin əməkdaşları olduqarını bildirmişlər. Həmin şəxs də özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Onlar Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumatlarının olduğunu bildirərək bu məlumatın yoxlanılması üçün Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov RPİ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs heç bir etiraz etmədən onunla birlikdə Bakı şəhəri Nərimanov RPİ-nə getməyə razılıq vermişdir. İdarədə təhqiqatçı tərəfindən əvvəlcə Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsindən ötrü müdafiəçi dəvət edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə video çəkiliş vasitəsilə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış keçirilməmişdən əvvəl təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya olub-olmadığı soruşulmuş, əgər vardırsa həmin əşyaları könüllü təqdim etmək təklif olunmuşdur. Bu zaman Təqsirləndirilən şəxs əynində olan gödəkçənin cibindən şəffaf polietilenə bükülmüş içərisində kristal maddələr olan bükümü çıxararaq polis əməkdaşlarına təqdim etmişdir. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi bükümün içərisindəki psixotrop maddə metamfetamindir və həmin metamfetamini İran İslam Respublikasının vətəndaşı Mövsüm adlı şəxsin satmaq məqsədilə göndərdiyi narkotik vasitə və psixotrop maddələrin bir hissəsidir. O, Mövsümün göstərişi ilə həmin psixotrop maddəni tanımadığı şəxsə verməli və həmin şəxs də bunun müqabilində pul verməli olmuşdur. Şəxsi axtarışla əlaqədar təhqiqatçı tərəfindən protokol tərtib olunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Həmçinin sorğu-sual zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, idarə etdiyi avtomobildə də narkotik vasitə və psixotrop maddələr vardır. Daha sonra Təqsirləndirilən şəxs, vəkilin, onun və digər polis əməkdaşlarının iştirakı ilə “Tofaş Şahin” markalı avtomobildə axtarış keçirilmişdir. Axtarış zamanı Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin arxa yük yerindən parça torbanı çıxardaraq təqdim etmişdir. Həmin sarı rəngli parça torbanın içərisinə baxış zamanı içərisində 3 (üç) ədəd şəffaf polietilen torba, 1 (bir) ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs sorğu-sual zamanı bildirmişdir ki, bükümlərdəki maddələr narkotik vasitə heroin, qurudulmuş marixuana və psixotrop maddə metamfetamindir. Avtomobildə başqa hər hansı bir qanunsuz əşya və ya maddə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən aşkarlanmış maddələr ayrıayrılıqda qablaşdırılmış və həmin qablaşdırmaların üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Şahid4 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, 02 fevral 2021-ci il tarixdə Bakı şəhəri Nərimanov RPİ-nin X3 28 yanvar 1980-cı il təvəllüdlü Füzuli rayonunda anadan olmuş, Bakı şəhəri, Bİnəqədi rayonu, 3-cü Mədən, Korpus 124də yaşayan Təqsirləndirilən şəxs üzərində və idarə etdiyi gümüşü metallik rəngli “Tofaş Şahin” minik markalı **-NP-*** dövlət qeydiyyat nişanlı avtomobildə narkotik vasitə saxlaması, daşıması və istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmçinin əməliyyat məlumatında Təqsirləndirilən şəxs 02 fevral 2021-ci il tarixdə, təxminən saat 22:30 radələrində Bakı şəhəri, Nərimanov rayonu, F.Yusifov küçəsi 137 ünvanın yaxınlığında olacağı göstərilmişdir. Daxil olmuş əməliyyat məlumatının yoxlanılması məqsədilə Bakı şəhəri Nərimanov RPİ-nin X1 baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 tərəfindən Bakı şəhəri Nərimanov RPİ-nin rəhbərliyinə raportla məruzə olunub əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə icazə alınmışdır. Bundan sonra Şahid1 tərəfindən “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərar qəbul olunmuş və əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün ondan, Bakı şəhəri Nərimanov RPİ-nin X1 rəisi, polis polkovnik-leytenantı X5, Bakı şəhəri Nərimanov RPİ-nin X1 baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1, Bakı şəhəri Nərimanov RPİ-nin X1 əməliyyat müvəkkili, polis leytenantı Şahid3, Bakı şəhəri Nərimanov RPİ-nin X1 əməliyyat müvəkkili, polis leytenantı Şahid2 Bəhmən oğlundan və Bakı şəhəri Nərimanov RPİ-nin Cinayət Axtarış şöbəsinin cinayət axtarış üzrə kiçik inspektoru, polis serjantı X2 ibarət əməliyyat qrupu yaradılaraq əməliyyat-axtarış tədbiri keçirilmişdir. Belə ki, 02 fevral 2021-ci il tarixdə, saat 22:30 radələrində o, əməliyyat qrupunun digər üzvləri ilə birlikdə Bakı şəhəri, Nərimanov rayonu, F.Yusifov küçəsi 137 ünvanın yaxınlığına getmişlər və orada özlərinə mövqe seçmişlər. Onlar həmin ərazini əməliyyat müşahidəsi altına almışlar. Təxminən bir neçə dəqiqədən sonra Təqsirləndirilən şəxs idarə etdiyi gümüşü metallik rəngli “Tofaş Şahin” minik markalı, **-NP-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Nərimanov rayonu, F.Yusifov küçəsi 137 ünvanın qarşısına düşən avtomobil yoluna gəlmiş və idarə etdiyi avtomobili yolun kənarında saxlayaraq avtomobildən düşmüşdür. Onlar dərhal Təqsirləndirilən şəxs yaxınlaşmışlar və özlərini təqdim edərək Bakı şəhəri Nərimanov RPİnin əməkdaşları olduqlarını bildirmişlər. Bundan sonra onlar saxladıqları şəxsdən ad və soyadını soruşmuşlar. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Onlar Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumatlarının olduğunu bildirmişlər və bu məlumatın yoxlanılması üçün Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov RPİ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs heç bir etiraz etmədən onlarla birlikdə Bakı şəhəri Nərimanov RPİ-nə getməyə razılıq vermişdir. Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə birlikdə Bakı şəhəri Nərimanov RPİ-nə gətirildikdən sonra bu barədə onun tərəfindən raportla idarə rəhbərliyinə məruzə edilmiş və raportun icrası idarənin Təhqiqat şöbəsinin təhqiqatçısı, polis kapitanı Orxan Məmmədova həvalə olunmuşdur. Təhqiqatçı tərəfindən əvvəlcə Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsindən ötrü dövlət hesabına müdafiəçi təyin edilmişdir. Dəvət edilmiş müdafiəçi Təqsirləndirilən şəxs təqdim edildikdən sonra sonuncu şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə video çəkiliş vasitəsilə şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış keçirilməmişdən əvvəl təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya olub-olmadığı soruşulmuş, əgər varsa həmin əşyaları könüllü təqdim edilməsi təklif olunmuşdur. Bu vaxt Təqsirləndirilən şəxs əynində olan göy rəngli idman şalvarının sağ yan cibindən müxtəlif əskinaslardan ibarət 121 manat pulu, idarə etdiyi avtomobilin açarını, əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən “Samsung” markalı mobil telefonu və həmin gödəkçənin sol iç cibindən şəffaf polietilen bükülmüş içərisində kristal maddələr olan bükümü çıxardaraq polis əməkdaşlarına təqdim etmişdir. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi bükümün içərisindəki psixotrop maddə metamfetamindir və həmin metamfetamini İran İslam Respublikasının vətəndaşı Mövsüm adlı şəxs satmaq məqsədilə göndərdiyi narkotik vasitə və psixotrop maddələrin bir hissəsidir, özü Mövsümün göstərişi ilə həmin psixotrop maddəni tanımadığı şəxsə verməli və həmin şəxs də bunun müqabilində pul verməli olmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamin polis əməkdaşı tərəfindən zərfə qoyulub qablaşdırılaraq üzəri möhürlənmiş, həmin zərfin üzəri onun və şəxsi axtarışda iştirak etmiş digər şəxslər tərəfindən imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilmişdir. Lakin Təqsirləndirilən şəxs üzərindən heç bir qanunsuz əşya və maddə aşkar edilməmişdir. Şəxsi axtarışla əlaqədar təhqiqatçı tərəfindən protokol tərtib olunmuş, protokol onun və şəxsi axtarışda iştirak etmiş digər şəxslər tərəfindən imzalanmışıdr. Həmçinin sorğu-sual zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, idarə etdiyi avtomobildə də əlavə narkotik vasitə və psixotrop maddələr olmuşdur. Daha sonra Təqsirləndirilən şəxs, vəkilinin, onun və digər polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs idarə etdiyi **-NP-*** dövlət qeydiyyat nişanlı, “Tofaş Şahin” minik markalı avtomobildə axtarış keçirilmişdir. Axtarış zamanı Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin arxa yük yerindən sarı rəngli parça torbanı çıxararaq təqdim etmişdir. Həmin sarı rəngli parça torbanın içərisinə baxış zamanı içərisində 3 (üç) ədəd şəffaf polietilen torba olan 1 (bir) ədəd iri şəffaf polietilen torba aşkar edilmişdir. Həmin 3 (üç) ədəd polietilen torbaların birinin içərisindən yaşıl rəngli spesifik iyə malik qurudulmuş ot kütləsi, digərinin içərisindən şəffaf polietilenlərə bükülmüş içərisində spesifik iyə malik ağ rəngli kristal şəkilli maddələr olan 18 (on səkkiz) ədəd büküm və 1 (bir) ədəd göy rəngli elektron tərəzi, digər polietilen torbanın içərisindən isə 1 (bir) ədəd gümüşü rəngli dəmir qaşıq, 1 (bir) ədəd gümüşü rəngli elektron tərəzi, 2 (iki) ədəd şəffaf polietilenə və 1 (bir) ədəd qırmızı rəngli baş yaylığına bükülmüş içərisində spesifik iyə malik qəhvəyi rəngli maddələr olan 3 (üç) büküm aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs sorğu-sual zamanı bildirmişdir ki, bükümlərdəki maddələr narkotik vasitə heroin, qurudulmuş marixuana və psixotrop maddə metamfetamindir. Bundan başqa, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin ön sərnişin oturacağının qarşısında quraşdırılmış günlüyün içərisindən həmin avtomobilə məxsus “Nəqliyyat vasitəsinin qeydiyyat” şəhadətnaməsi və atası X9 adına verilmiş etibarnamə aşkar olunmuşdur. Avtomobildə aparılan əlavə axtarış zamanı hər hansı bir qanunsuz əşya və ya maddə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən aşkar edilmiş maddələr ayrı-ayrılıqda qablaşdırılmış və həmin qablaşdırmaların üzəri onun və iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildə axtarışla əlaqədar təhqiqatçı tərəfindən protokol tərtib olunmuş, protokol onun və axtarışda iştirak etmiş digər şəxslər tərəfindən imzalanmışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, elan edilmiş şahid ifadəsini, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 11 yanvar 2021ci il tarixli nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamənin surətindən (cild 1, iş vərəqə 48) görünür ki, “Tofaş Şahin” minik markalı, **-NP-*** dövlət qeydiyyat nişanlı avtomobil X11 etibar edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 02 fevral 2021-ci il tarixli raportdan (cild 1, iş vərəqə 3) görünür ki, Təqsirləndirilən şəxs üzərində və idarə etdiyi “Tofaş Şahin” markalı, **-NP-*** dövlət qeydiyyt nişanlı avtomobildə narkotik vasitə saxlaması, daşıması və narkotik vasitələrdən istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 02 fevral 2021-ci il tarixli əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərardan (cild 1, iş vərəqə 4-5) görünür ki, Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 02 fevral 2021-ci il tarixli raportdan (cild 1, iş vərəqə 9) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Bakı şəhəri, Nərimanov rayonu, F.Yusifov küçəsi 137 ünvanının yaxınlığında saxlanılaraq Bakı şəhəri Nərimanov RPİ-nə aparılmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 02 fevral 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 23-24) görünür ki, həmin gün Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 02 fevral 2021-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan (cild 1, iş vərəqə 30-32) görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman onun əynində olan göy rəngli idman şalvarının sağ yan cibindən 1 (bir) ədəd B25386080 nömrəli 20 (iyirmi) manatlıq, 1 (bir) ədəd B25386089 nömrəli 20 (iyirmi) manatlıq, 1 (bir) ədəd B25386077 nömrəli 20 (iyirmi) manatlıq, 1 (bir) ədəd B25386079 nömrəli 20 (iyirmi) manatlıq, 1 (bir) ədəd B25386078 nömrəli 20 (iyirmi) manatlıq, 1 (bir) ədəd AO4616971 nömrəli 10 (on) manatlıq, 1 (bir) ədəd C54598233 nömrəli 5 (beş) manatlıq, 1 (bir) ədəd G32918423 nömrəli 1 (bir) manatlıq, 1 (bir) ədəd G07031772 nömrəli 1 (bir) manatlıq, 1 (bir) ədəd F34305292 nömrəli 1 (bir) manatlıq, 1 (bir) ədəd G51640933 nömrəli 1 (bir) manatlıq, 1 (bir) ədəd F17229544 nömrəli 1 (bir) manatlıq və 1 (bir) ədəd G41766696 nömrəli 1 (bir) manatlıq pul əskinasları və 1 (bir) ədəd avtomobil açarı aşkar edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən 1 (bir) ədəd qara rəngli “Samsung” markalı mobil telefonu və həmin gödəkçənin sol iç cibindən 1 (bir) ədəd şəffaf selofan bükümü çıxarıb təqdim etmişdir. Həmin büküm açılıb baxıldıqda, içərisində ağ rəngli xırda kristallardan ibarət maddələr aşkar olunmuşdur. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs həmin bükümün içərisində psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar olunmuş psixotrop maddə hesab olunan metamfetamindən əlavə idarə etdiyi və hal-hazırda Bakı şəhəri Nərimanov RPİ-nin inzibati binasının həyətində saxlanılan “Tofaş Şahin” markalı, **-NP-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa yük yerində də digər narkotik vasitələri gizlətmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddə və əşyalar qablaşdırılaraq möhürlənmiş və götürülmüşdür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 03 fevral 2021-ci il tarixli avtomobildə axtarış və götürmə aparılması haqqında qərardan (cild 1, iş vərəqə 42) görünür ki, Təqsirləndirilən şəxs ərizəsinə əsasən onun idarə etdiyi “Tofaş Şahin” markalı **-NP-*** dövlət qeydiyyat nişanlı avtomobildə axtarış və götürmə aparılması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 03 fevral 2021-ci il tarixli avtomobildə axtarış və götürmə aparılması haqqında protokoldan (cild 1, iş vərəqə 45-46) görünür ki, axtarış və götürmə başlamamışdan əvvəl 0 fevral 2021-ci il tarixdə, saat 22:30 radələrində ünvan 8 ünvanın yaxınlığında Bakı şəhəri Nərimanov RPİ-nin əməkdaşları tərəfindən saxlanılaraq Bakı şəhəri Nərimanov RPİ-nə aparılmış Təqsirləndirilən şəxs təklif edilmişdir ki, istifadəsində olan “Tofaş Şahin” minik markalı, **- NP-*** dövlət qeydiyyat nişanlı avtomobildə dövriyyəsi qanunla qadağan olunmuş maddələr və ya əşyalar varsa könüllü olaraq təqdim etsin. Təqsirləndirilən şəxs bildirmişdir ki, “Tofaş Şahin-minik” markalı, **-NP-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa yük hissəsində saxladığı 1 (bir) ədəd parça torbanın içərisində müxtəlif növ narkotik vasitələr olmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs həqiqətən də “Tofaş Şahin” minik markalı, **-NP-*** qeydiyyat nişanlı avtomobilin arxa yük yerinin qapısını açaraq, oradan 1 (bir) ədəd sarı rəngli parça torbanı çıxararaq təqdim etmişdir. Həmin parça torba açıldıqda, içərisində 3 (üç) ədəd ağ rəngli selofan torbası aşkar olunmuşdur. Birinci torbanın içərisində, hər birinin içərisində ağ rəngli kristallardan ibarət maddələr olan 17 (on yeddi) ədəd şəffaf selofan bükümü, içərisində ağ rəngli kristallardan ibarət maddələr olan 1 (bir) ədəd nisbətən iri həcmli şəffaf polietilen torba və üzərində “X14” yazısı olan 1 (bir) ədəd elektron tərəzi aşkar olunmuşdur. İkinci selofan torbanın içərisində, spesifik iyə malik, tünd yaşıl rəngli, qurudulmuş ot kütləsi aşkar olunmuşdur. Üçüncü selofan torbanın içərisində tünd qırmızı rəngli baş yaylığına bükülmüş, spesifik iyə malik, içərisində tünd qəhvəyi rəngli maddə və 1 (bir) ədəd gümüşü rəngli metaldan hazırlanmış qaşıq olan 1 (bir) ədəd büküm, 1 (bir) ədəd gümüşü rəngli dəmir materialdan hazırlanmış elektron tərəzi və hər birinin içərisində spesifik iyə malik, qəhvəyi rəngli yumşaq maddə olan 2 (iki) ədəd şəffaf selofan bükümü aşkar olunmuşdur. Təqsirləndirilən şəxs axtarış və götürmə zamanı təqdim etdiyi maddə və əşyalar qablaşdırılaraq möhürlənmiş və götürülmüşdür. Bundan başqa, avtomobilin ön sərnişin oturacağının qarşısında quraşdırılmış günlüyün içərisindən “Tofaş Şahin” minik markalı, **-NP-*** dövlət qeydiyyat nişanlı avtomobilə aid AC 308309 nömrəli “Nəqliyyat vasitəsinin qeydiyyat” şəhadətnaməsi və X9 adına verilmiş ƏN-Vİİ 563370 nömrəli etibarnamə aşkar olunmuşdur. Avtomobildə aparılan əlavə axtarış zamanı hər hansı bir qanunsuz əşya və ya maddə aşkar edilməmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 11 yanvar 2021-ci il tarixli nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamənin surətindən (cild 1, iş vərəqə 48) görünür ki, “Tofaş Şahin” minik markalı, **-NP-*** dövlət qeydiyyat nişanlı avtomobil X11 etibar edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 03 fevral 2021-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6/478 nömrəli rəyindən (cild 1, iş vərəqə 64-66) görünür ki, tədqiqata təqdim edilmiş və üzərində “...Təqsirləndirilən şəxs...” sözləri yazılmış bağlamadakı üç ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 270 qram, 300 qram, 2720 qram, ümumi çəkisi 3290 qram olan qəhvəyi rəngü maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 18 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 770 qram, 70,050 qram, 40,597 qram, 61,786 qram, 54,078 qram, 46,323 qram, 32,600 qram, 29,373 qram, 21,771 qram, 24,560 qram, 26,498 qram, 25,522 qram, 24,979 qram, 25,357 qram, 23,086 qram, 10,931 qram, 25,364 qram, 8,894 qram, ümumi təmiz çəkisi 1321,769 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamindir. 2 (iki) ədəd elektron tərəzinin və 1 (bir) ədəd qaşığın səthində narkotik vasitə heroinə məxsus izlər vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların çəkisini müəyyən etmək mümkün olmadı. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”-in siyahısına (Siyahı İ) daxildir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Heroinin ümumi təmiz çəkisi 3290 qram, tədqiqata sərf edildi: 0,150 qram, qalıq 3289,85 qramdır. Metamfetaminin ümumi təmiz çəkisi 1321,769 qram, tədqiqata sərf edildi: 0,180 qram, qalıq 1321,589 qramdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 03 fevral 2021-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6/479 nömrəli rəyindən (cild 1, iş vərəqə 72-73) görünür ki, tədqiqata təqdim edilmiş və üzərində “...Təqsirləndirilən şəxs...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 32,957 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrİ”-in siyahısına (Siyahı İ) daxildir. Metamfetaminin təmiz çəkisi 32,957 qram, tədqiqata sərf edildi: 0,050 qram, qalıq 32,907 qramdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 03 fevral 2021-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 7/143 nömrəli rəyindən (cild 1, iş vərəqə 78) görünür ki, vət. Təqsirləndirilən şəxs aşkar olunmuş təmiz çəkisi 240,0 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuananın təmiz çəkisi 240 qram, tədqiqata sərf edildi: 0,002 qram, qalıq 239,98 qramdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 04 fevral 2021-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 91-92) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 04 fevral 2021-ci il tarixli Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 5(005)-164/2021 saylı qərarından (cild 1, iş vərəqə 116-117) görünür ki, Təqsirləndirilən şəxs barəsində qəbul edilmiş 02 fevral 2021-ci il tarixli əməliyyat-axtarış tədbirinin keçirilməsinə dair qərar qanuni hesab edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 04 fevral 2021-ci il tarixli Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-137/2021 saylı qərarından (cild 1, iş vərəqə 118-122) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 02 fevral 2021-ci il tarixdən hesablanmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 12 fevral 2021-ci il tarixli əməliyyat tapşırığından (cild 1, iş vərəqə 151-152) görünür ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi İran İslam Respublikasının vətəndaşı “Mövsüm” adlı şəxsin şəxsiyyətinin və Təqsirləndirilən şəxs kimlərə narkotik vasitə satmasının əməliyyat yolu ilə müəyyən edilməsi istiqamətində hərəkətlərin edilməsi barədə tapşırıqlar verilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 13 fevral 2021-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (cild 1, iş vərəqə 157) görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 15 fevral 2021-ci il tarixli Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 5(005)-226/2021 saylı qərarından (cild 1, iş vərəqə 158) görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, 3-cü mədən, Korpus 124-də yerləşən evdə axtarış və götürmə istintaq hərəkətlərinin aparılması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 15 fevral 2021-ci il tarixli axtarış və götürmə haqqında protokoldan, ona əlavə edilmiş fotoşəkillərdən (cild 1, iş vərəqə 159) görünür ki, ev sahibi X4 axtarılan narkotik vasitə, psixotrop maddə və digər qanunsuz əşyaların yerini bildirməsi və təhvil verilməsi təklif olunmuş, lakin o, evdə qanunsuz əşya olmadığını bildirmişdir. Axtarış zamanı evdə qadağan olunmuş hər hansı bir əşya və predmet aşkar edilməmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 23 fevral 2021-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin 414 saylı rəyindən (cild 1, iş vərəqə 207-208) görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmlıdır. Onun hərəkətləri Azərbayacan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 05 mart 2021-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6/593 nömrəli rəyindən (cild 1, iş vərəqə 203-205) görünür ki, tədqiqata təqdim edilmiş və üzərində “...Təqsirləndirilən şəxs...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 32,957 qram olan psixotrop maddə metamfetaminlə üzərində “...Təqsirləndirilən şəxs...” sözləri yazılmış baglamadakı 18 ədəd bükümdə ümumi təmiz çəkisi 1321,589 qram olan psixotrop maddə metamfetaminiər xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynidirlər. Parça torbadakı metamfetaminin ümumi təmiz çəkisi 1321,589 qram, tədqiqata sərf edildi: 0,180 qram, qalıq 1321,409 qramdır. Kağız paketdəki metamfetaminin ümumi təmiz çəkisi 32,907 qram, tədqiqata sərf edildi: 0,100 qram, qalıq 32,807 qramdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 02 aprel 2021-ci il tarixli Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin məktubundan (cild 1, iş vərəqə 200) görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş X12 üzərindən aşkar edilmiş külli miqdarda, yəni 24,209 qram çəkidə narkotik vasitə heroini Təqsirləndirilən şəxs qanunsuz olaraq almışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 16 aprel 2021-ci il tarixli mobil telefon aparatına baxış keçirilməsi haqqında protokoldan (cild 2, iş vərəqə 9) görünür ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi +**********75 nömrəsi “Kontakt” bölümündə “Movsum brat” kimi qeyd olunmuşdur. “Whatsapp” proqramının söhbətlər bölümündə “Movsum brat” kontaktı olsa da, bütün yazışmalar silinmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 19 aprel 2021-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 1146 saylı rəyindən (cild 2, iş vərəqə 13-14) görünür ki, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 28 aprel 2021-ci il tarixli Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin məktubundan (cild 2, iş vərəqə 11) görünür ki, İran İslan Respublikasının vətəndaşı “Mövsüm” adlı şəxsin ətrafında bir sıra əməliyyat tədbirləri keçirilmiş, lakin onun yerini müəyyən etmək mümkün olmamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 08 may 2021-ci il tarixli qəbzdən (cild 2, iş vərəqə 22) görünür ki, X6 1 (bir) ədəd B25386080 nömrəli 20 (iyirmi) manatlıq, 1 (bir) ədəd B25386089 nömrəli 20 (iyirmi) manatlıq, 1 (bir) ədəd B25386077 nömrəli 20 (iyirmi) manatlıq, 1 (bir) ədəd B25386079 nömrəli 20 (iyirmi) manatlıq, 1 (bir) ədəd B25386078 nömrəli 20 (iyirmi) manatlıq, 1 (bir) ədəd AO4616971 nömrəli 10 (on) manatlıq, 1 (bir) ədəd C54598233 nömrəli 05 (beş) manatlıq, 1 (bir) ədəd G32918423 nömrəli 1 (bir) manatlıq, 1 (bir) ədəd G07031772 nömrəli 1 (bir) manatlıq, 1 (bir) ədəd F34305292 nömrəli 1 (bir) manatlıq, 1 (bir) ədəd G51640933 nömrəli 1 (bir) manatlıq, 1 (bir) ədəd F17229544 nömrəli 1 (bir) manatlıq və 1 (bir) ədəd G41766696 nömrəli 1 (bir) manatlıq pul əskinaslarını Bakı şəhəri Nərimanov RPİ-nin İstintaq şöbəsinin baş müstəntiqi, polis mayoru Rəşad Həsənovdan şəxsən təhvil almışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 08 may 2021-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6/1490 nömrəli rəyindən (cild 2, iş vərəqə 26-27) görünür ki, tədqiqata təqdim edilmiş və üzərində “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X18 №67” dairəvi möhür əksi olan parça torbada və iki ədəd üzərində “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X18 № 65” dairəvi möhür əksi olan kağız paketlərdə olan: Təqsirləndirilən şəxs idarə etdiyi **-NP-*** qeydiyyat nişanlı, “Tofaş Şahin” markalı minik avtomobilindən aşkar edilmiş təmiz çəkisi 269,95 qram, 299,95 qram olan heroinlər bir-biri ilə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, təmiz çəkisi 2719,95 qram olan heroin ilə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə fərqlidirlər. Təqsirləndirilən şəxs idarə etdiyi **-NP-*** qeydiyyat nişanlı, “Tofaş Şahin” markalı minik avtomobilindən aşkar edilmiş təmiz çəkisi 269,95 qram, 299,95 qram, 2719,95 qram olan narkotik vasitə heroinlər X12 üzərindən və idarə etdiyi avtomobildən aşkar edilmiş təmiz çəkisi 16,708 qram və 7,231 qram olan heroinlər xarici görünüş əlamətlərinə və kimyəvi komponentlərinə görə fərqlidirlər. Narkotik vasitə heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Heroinin təmiz çəkisi - 3289,85 qram, cəmi tədqiqata sərf edildi - 0,15 qram, qalıq - 3289,7 qram. Heroinin təmiz çəkisi - 16,708 qram, cəmi tədqiqata sərf edildi - 0,05 qram, qalıq - 16,658 qram. Heroinin təmiz çəkisi - 7,231 qram, cəmi tədqiqata sərf edildi - 0,05 qram, qalıq - 7,181 qram. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 10 may 2021-ci il tarixli maddi sübut kimi tanıma haqqında qərardan (cild 1, iş vərəqə 30-34) görünür ki, Təqsirləndirilən şəxs üzrində və idarə etdiyi “Tofaş Şahin” minik markalı, **-NP-*** dövlət qeydiyyat nişanlı avtomobildə keçirilən axtarış zamanı aşkar edilərək götürülmüş 32,957 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, ümumi təmiz çəkisi 3290 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, ümumi təmiz çəkisi 240 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və ümumi təmiz çəkisi 1321,769 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 32,807 qram təşkil edən psixotrop maddə metamfetamin, 3289,7 qram təşkil edən narkotik vasitə heroin, 239,98 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuana və 1321,409 qram təşkil edən psixotrop maddə metamfetaminin saxlanılması üçün Bakı şəhəri Nərimanov RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs üzərinə keçirilən axtarış zamanı aşkar edilərək götürülmüş “Samsung GALAXY A01” markalı mobil telefon, “Tofaş Şahin” minik markalı, **-NP-*** dövlət qeydiyyat nişanlı avtomobilə keçirilən axtarış zamanı aşkar edilərək götürülmüş 1 (bir) ədəd dəmir qaşıq və 2 (iki) ədəd elektron tərəzin maddi sübut kimi tanınmış və saxlanılması üçün Bakı şəhəri Nərimanov RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 27 may 2021-ci il tarixli Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-513/2021 saylı qərarından (cild 2, iş vərəqə 55-57) görünür ki, həmin gün Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 31 iyul 2021-ci il tarixədək uzadılmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 11 iyun 2021-ci il tarixli sübutların qiymətləndirilməsi və cinayət əməlinin tövsif edilməsi haqqında qərardan (cild 2, iş vərəqə 64-90) görünür ki, Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.4.1 və 234.4.3-cü maddələrinə tövsif edilməsi, ona həmin maddələr üzrə yenidən ittihamın elan edilməsi, X9 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin tərkib əlamətləri olmadığından onun barəsində həmin maddələrlə cinayət təqibinin başlanılmasınnı rədd edilməsi, Təqsirləndirilən şəxs üzərinə və idarə etdiyi “Tofaş Şahin” minik markalı, **-NP-*** dövlət qeydiyyat nişanlı avtomobilə keçirilən axtarış zamanı çəkilmiş video görüntülərin olduğu 2 (iki) ədəd diskin maddi sübut kimi tanınması və cinayət işinin materiallarına əlavə edilməsi, cinayət işinin materiallarından “Mövsüm” adlı şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ayrıca icraata cinayət işinin ayrılması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 12 iyun 2021-ci il tarixli təqsirləndirilən şəxsə yenidən ittihamın elan edilməsi haqqında qərardan (cild 2, iş vərəqə 103-105) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3 maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr üzrə yeni məzmunda ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 10 avqust 2021-ci il tarixli doğum haqqında tibbi şəhadətnamənin surətindən (cild 2, iş vərəqə 220) görünür ki, Təqsirləndirilən şəxs 06 avqust 2021-ci il tarixdə oğlu doğulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 12 avqust 2021-ci il tarixli Milli Onkologiya Mərkəzinin 4/506-793 arayışından (cild 2, iş vərəqə 194) görünür ki, Təqsirləndirilən şəxs analığı X8 uzun müddətdir ki, onkoloji xəstəlikdən əziyyət çəkir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 16 avqust 2021-ci il tarixli TƏBİB-in “Ə.D.Məlikov adına X22” X24 252 saylı arayışından (cild 2, iş vərəqə 195) görünür ki, Təqsirləndirilən şəxs xəsarət alaraq xəstəxananın travmatologiya şöbəsində 30.08.2004-cü il tarixdən 09.11.2004-cü il tarixədək “L1-L5” (birinci və beşinci bel) fəqərələrinin cisminin kompression sınığı, sol said sümüklərinin aşağı 1/3-nin açıq yerdəyişən sınığı diaqnozu ilə müailicə olunmuş, həmçinin həmin dövrdə onun vəziyyəti kafi olmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 30 avqust 2004-cü il tarixli xəstəlik haqqında tibbi arayışdan və ona əlavə edilmiş digər tibbi sənədlərdən görünür ki, (cild 2, iş vərəqə 196-218) görünür ki, Təqsirləndirilən şəxs xəsarət alaraq xəstəxananın travmatologiya şöbəsində 30.08.2004-cü il tarixdən 09.11.2004-cü il tarixədək “L1-L5” (birinci və beşinci bel) fəqərələrinin cisminin kompression sınığı, sol said sümüklərinin aşağı 1/3-nin açıq yerdəyişən sınığı diaqnozu ilə stasionar qaydada müailicə olunmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - Hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X10 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidlərə bilavasitə, həmçinin müdafiəçisi vasitəsi ilə suallar vermiş və ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda, həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olfevralaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olfevralaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin, sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olfevralaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının 1-ci Siyahısının 5 və 12-ci bəndlərinə və 2-ci Siyahısının 67-ci bəndinə əsasən – təmiz halda 2 (iki) qramdan artıq çəkidə narkotik vasitə heroin və təmiz halda 500 (beş yüz) qramdan artıq çəkidə narkotik vasitə qurudulmuş marixuana, eləcə də təmiz halda 2 (iki) qramdan artıq çəkidə psixotrop maddə metamfetamin - külli miqdar təşkil edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Belə ki, məhkəmə istintaqında araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs şəxsiyyəti ibtidai istintaq orqanı tərəfindən müəyyən edilməsi mümkün olmayan İran İslam Respublikasının vətəndaşı “Mövsüm” adlı şəxsdən narkotik vasitə qurudulmuş marixuana, o cümlədən külli miqdarda narkotik vasitə heroin və külli miqdarda psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə etmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs hansı qiymətə, ümumiyyətlə əvəzli və ya əvəzsiz şəkildə, habelə hansı şəraitdə, nə vaxt qurudulmuş marixuananı, külli miqdarda narkotik vasitə heroini və külli miqdarda psixotrop maddə metamfetamini əldə etməsini müəyyən etmək mümkün olmamışdır. Lakin məhkəmə istintaqında 30 yanvar 2021-ci il tarixdə, saat 23:00 radələrində Təqsirləndirilən şəxs Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Balaxanı-Mehdiabad yolunda yerləşən “Oba 5 Mehdiabadad” marketinin qarşısında 24,209 qram narkotik vasitə heroini X13 400 manata satması təsdiq olunmuşdur. Eyni zamanda məhkəmə istintaqında 02 fevral 2021-ci il tarixdə, təxminən saat 22:30 radələrində Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin X1 və Cinayət-Axtarış şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Bakı şəhəri, Nərimanov rayonu, F.Yusifov küçəsi 137 ünvanının yaxınlığında saxlanılması da təsdiq olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinə aparılmış və onun müdafiə hüququ təmin edilməklə orada onun üzərində şəxsi axtarış keçirilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sol iç cibindən polietilen bükümdə külli miqdarda, yəni 32,957 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilmişdir. X20 inzibati binasının həyətində Təqsirləndirilən şəxs idarə etdiyi “Tofaş Şahin” minik markalı, **-NP-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş və baxış zamanı avtomobilin arxa yük yerindən 2 (iki) ədəd şəffaf polietilen bükümdə və 1 (bir) ədəd qırmızı rəngli baş yaylığına bükülmüş halda külli miqdarda, ayrı-ayrılıqda 270 qram, 300 qram və 2720 qram olmaqla, ümumi təmiz çəkisi 3290 qram təşkil edən narkotik vasitə heroin, 1 (bir) ədəd şəffaf polietilen torbada ümumi təmiz çəkisi 240 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuana, 18 (on səkkiz) ədəd şəffaf polietilen bükümdə külli miqdarda, ayrı-ayrılıqda 770 qram, 70,050 qram, 40,597 qram, 61,786 qram, 54,078 qram, 46,323 qram, 32,600 qram, 29,373 qram, 21,771 qram, 24,560 qram, 26,498 qram, 25,522 qram, 24,979 qram, 25,357 qram, 23,086 qram, 10,931 qram, 25,364 qram, 8,894 qram olmaqla, ümumi təmiz çəkisi 1321,769 qram təşkil edən psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarıdır. Belə ki, Təqsirləndirilən şəxs həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələrdə üzərindən və idarə etdiyi avtomobildən aşkarlanmış psixotrop maddə və narkotik vasitələrin çəkisini, növünü, ghəmin vasitə/maddələrin olduğu bükümlərin sayını, elektron tərəzini dəqiq göstərməklə aşkarlanmış psixotrop maddə və narkotik vasitələri qanunsuz olaraq əldə edib saxlayaraq daşıdığını və satdığını etiraf etmişdir. Eyni zamanda təqsirləndirilən şəxsin məhkəmə istintaqında ifadəsində göstərmiş olduğu hallar məhkəmə istintaqında dindirilmiş şahid ifadələri ilə tam şəkildə təsdiq olunmuşdur. Məhkəmənin qarşısında duran başlıca vəzifə Təqsirləndirilən şəxs qurudulmuş marixuana, külli miqdarda narkotik vasitə heroini və külli miqdarda psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edərkən, üzərində saxlayarkən və daşıyarkən məqsədinin və niyyətinin nədən ibarət olmasının müəyyən edilməsidir. Məhz bu halların müəyyən edilməsi onun əməlinin tövsifində mühüm və başlıca rol oynayır. Bu səbəbdən də məhkəmə Təqsirləndirilən şəxs tutulmasından əvvəl onun hərəkətlərini, onun barəsində polis əməkdaşlarına daxil olmuş əməliyyat məlumatının mahiyyətini, onun tutulma şəraitini, tutulması üçün səbəbləri və cinayət işinin materiallarında olan sənədlərin ayrı-ayrılıqda və məcmu halda təhlil edilməsini vacib hesab edir. Belə ki, Təqsirləndirilən şəxs ətrafında keçirilmiş əməliyyat-axtarış tədbiri ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, onun barəsində əməliyyat orqanına daxil olmuş əməliyyat məlumatı kifayət qədər ciddi əhəmiyyətə malik olan sübutdur. Məhkəmə istintaqında dindirilmiş və Təqsirləndirilən şəxs barəsində keçirilmiş əməliyyat-axtarış tədbirinə rəhbərlik etmiş polis əməkdaşı Şahid1 ifadəsində bildirmişdir ki, ona daxil olmuş əməliyyat məlumatı Təqsirləndirilən şəxs üzərində və idarə etdiyi “Tofaş Şahin” markalı avtomobildə narkotik vasitə saxlaması, daşıması, həmin vasitə və maddələri satması, habelə istifadə etməsi barədə olmuşdur Məhkəmə istintaqı zamanı dindirilmiş digər şahidlər də Şahid1 ifadəsində göstərmiş olduqları xüsusatları təsdiq etmişlər. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı İran İslam Respublikasının vətəndaşı “Mövsüm” adlı şəxslə razılaşması və qabaqcadan əlbir bir qrup şəxs halında cinayət əlaqəsinə girmələri barədə ətraflı şəkildə ifadə versə də, heç vaxt heç kimə narkotik vasitə və psixotrop maddə satmadığını, Mövsümün dediyi yerdən götürdüyü narkotik vasitə və psixotrop maddələri satış məqsədi ilə deyil, məhz “kuryer” kimi daşıyaraq 50-60 manat qazanmaq fikrində olduğunu bildirmişdir. Başqa sözlə, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində ancaq “kuryer” kimi iştirak etdiyini iddia etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxsin narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində “kuryer” kimi fəaliyyət göstərməsi öz təsdiqini tapsa da, həmçinin onun narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması da təsdiq olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cinayət hadisəsində ancaq “kuryer” qismində iştirak etməsi hissəsində vermiş olduğu ifadəsini inandırıcı hesab etmir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs belə məzmunda ifadə verməklə həqiqəti gizlətmək, eləcə də cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq məqsədi güdmüşdür. Belə ki, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs hansı şəxslərə narkotik vasitə satmasının əməliyyat yolu ilə müəyyən edilməsi barədə əməliyyat tapşırığı verilmiş və Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 02 aprel 2021-ci il tarixli cavab məktubu ilə məlum olmuşdur ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş X12 üzərindən aşkar edilmiş külli miqdarda, yəni 24,209 qram çəkidə narkotik vasitə heroini Eldar Useynov məhz Təqsirləndirilən şəxs almışdır. Bu səbəbdən də məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı düzgün olaraq Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətlərlə bağlı ittiham irəli sürmüşdür. Cinayət mühakimə icraatında ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələrin üzərinə düşən başlıca vəzifələrdən biri məhz təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsidir. Əməlin düzgün tövsif edilməsi üçün əsas isə yalnız qanun əsasında toplanılmış sübutlardır. Məhkəmə istintaqında tam şəkildə tədqiq edilmiş və obyektiv araşdırılmış sübutlar əsasında Təqsirləndirilən şəxs qabaqcadan əlbir bir qrup şəxs halında satış məqsədi ilə külli miqdarda narkotik vasitə heroini, qurudulmuş marixuananı, eləcə də külli miqdarda psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə etməsi, üzərində saxlaması, daşıması, habelə Eldar Useynov adlı şəxsə satması tam şəkildə öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Həmin Məcəllənin 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayətlərin bütün əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməlləri məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətlərin törədilməsində o, təqsirlidir. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu əməllərini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edir. Təqsirləndirilən şəxs cinayət əməllərini qəsdən törətmişdir. Onun əməlləri başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyası həddində ədalətli şəkildə vahid cəza ilə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cavan olmasını, evli olmaqla yanaşı, himayəsində 1 (bir) azyaşlı və 2 (iki) azyaşlı yetkinlik yaşına çatmayan uşağının olmasını, anasının uzun müddətdir ki, onkoloji xəstəlikdən əziyyət çəkməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, səhhətində ciddi problemlərin olmasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran digər hal müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Odur ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri üzrə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhz bu cəzanı ona təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində göstərilən cinayət əməlləri həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməli və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 02 fevral 2021-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, cinayət işində olan edilmiş 19 aprel 2021-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 1146 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmamışdır. Həmçinin Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkməməsi müəyyən edilmişdir. Onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Bu səbəbdən də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin cəza çəkdiyi dövrdə narkomaniya xəstəliyindən müalicə almasına zərurət yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hazırki məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut kimi Bakı şəhəri Nərimanov rayon Polis İdarəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 32,807 qram təşkil edən psixotrop maddə metamfetamin, 3289,7 qram təşkil edən narkotik vasitə heroin, 239,98 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuana və 1321,409 qram təşkil edən psixotrop maddə metamfetamin, 1 (bir) ədəd dəmir qaşıq və 2 (iki) ədəd elektron tərəzi məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə keçirilən axtarış zamanı aşkar edilərək götürülmüş “Samsung GALAXY A01” markalı mobil telefon onun yaxın qohumlarına qaytarılmalı, 2 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Eyni zamanda məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 382 (üç yüz səksən iki) manat 46 (qırx altı) qəpik məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 382 (üç yüz səksən iki) manat 46 (qırx altı) qəpik məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və ona həmin maddələr üzrə 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 02 fevral 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanısın. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Bakı şəhəri Nərimanov rayon Polis İdarəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 32,807 qram təşkil edən psixotrop maddə metamfetamin, 3289,7 qram təşkil edən narkotik vasitə heroin, 239,98 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuana və 1321,409 qram təşkil edən psixotrop maddə metamfetamin, 1 (bir) ədəd dəmir qaşıq və 2 (iki) ədəd elektron tərəzi məhv edilsin. Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilən zaman aşkar edilərək götürülmüş “Samsung GALAXY A01” markalı mobil telefon onun yaxın qohumlarına qaytarılsın. 2 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 382 (üç yüz səksən iki) manat 46 (qırx altı) qəpik məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli digər əmlak yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar