Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1372/2022 10.10.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və Məmmədzadə Səbinə Adil qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X12, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru X42, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, X13, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs12, Zərərçəkmiş şəxs13, Zərərçəkmiş şəxs14, Zərərçəkmiş şəxs16, Zərərçəkmiş şəxs9, müdafiəçi - Bakı şəhəri “Fides” Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1986-cı ildə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 1 (bir) azyaşlı uşağı olan, ali təhsilli, Bakı şəhəri, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili vəzifəsində işlədiyi dövrdə öz qulluq mövqeyindən istifadə etməklə, mülkiyyətinə vurulmuş maddi ziyanın ödənilməsi ilə bağlı ona müraciət etmiş Zərərçəkmiş şəxs1 hüquqi yardım göstərməklə həmin ziyanın ödənilməsini təmin edəcəyinə dair yalan vəd verib aldadaraq, vahid niyyətlə əhatə olunan qəsdlə, ilk dəfə 05 yanvar 2021-ci il tarixdə icarə əsasında vəkil fəaliyyəti ilə məşğul olduğu Bakı şəhəri, Xətai rayonu, ünvan 2 ünvanda yerləşən ofisdə 3.000 manat, bundan sonra 06 yanvar 2021-ci il tarixdə Zərərçəkmiş şəxs1 Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən «Milliön» ödəmə terminalı vasitəsi ilə ona məxsus olan 4169-7385- 0565-4123 nömrəli "xxxx" ASC tərəfindən verilmiş “Umico” plastik kart hesabına köçürdüyü 200 manat, sonuncu dəfə isə 2021-ci ilin aprel ayının ortalarında Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospektində 5.000 manat olmaqla, ümumilikdə 8.200 manat pulunu almış, vədlərində əməl etmədiyi üçün Zərərçəkmiş şəxs1 ona verdiyi pulların qaytarılmasını tələb etdikdən sonra 5.700 manat məbləğində pulu geri qaytararaq, qalan 2.500 manat pulunu ələ keçirib Zərərçəkmiş şəxs1 cəmi 2.500 (iki min beş yüz) manat ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili vəzifəsində işlədiyi dövrdə öz qulluq mövqeyindən istifadə etməklə, hüquqi yardım göstərilməsi ilə bağlı ona müraciət etmiş Zərərçəkmiş şəxs2 Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, 36 saylı sahədə yerləşən 0,20 ha torpaq sahəsinin mülkiyyətinə verilməsi ilə bağlı müraciətinə Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidməti tərəfindən imtina edilməsi ilə əlaqədar iddia ərizəsi əsasında başlanılmalı olan məhkəmə icraatı zamanı sonuncunun xeyrinə qərar çıxarılmasına köməklik göstərəcəyinə dair yalan vəd verib aldadaraq, vahid niyyətlə əhatə olunan qəsdlə, hər dəfə icarə əsasında vəkil fəaliyyəti ilə məşğul olduğu Bakı şəhəri, Xətai rayonu, ünvan 2 ünvanda yerləşən ofisdə olmaqla, ilk dəfə 19 yanvar 2021-ci il tarixdə 3.000 manat, bundan sonra 22 yanvar 2021-ci il tarixdə 6.000 manat və sonuncu dəfə 28 yanvar 2021-ci il tarixdə 1.200 manat olmaqla, ümumilikdə 10.200 manat pulunu almış, vədlərinə əməl etmədiyi üçün Zərərçəkmiş şəxs2 ona verdiyi pulların qaytarılmasını tələb etdikdən sonra 5.000 manat məbləğində pulu geri qaytararaq, qalan 5.200 (beş min iki yüz) manat pulunu ələ keçirib Zərərçəkmiş şəxs2 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili vəzifəsində işlədiyi dövrdə öz qulluq mövqeyindən istifadə etməklə, hüquqi yardım göstərilməsi ilə bağlı ona müraciət etmiş Zərərçəkmiş şəxs12 məhkəmə qətnaməsi əsasında azyaşlı uşağı Ümrə Abbaszadənin rəsmi nikahdan ayrıldığı arvadı Aygün Quliyevanın himayəsindən alınıb Zərərçəkmiş şəxs12 himayəsinə veriləcəyinə köməklik göstərəcəyinə dair yalan vəd verib aldadaraq, vahid niyyətlə əhatə olunan qəsdlə hər dəfə icarə əsasında vəkil fəaliyyəti ilə məşğul olduğu Bakı şəhəri, Xətai rayonu, ünvan 2 ünvanda yerləşən ofisdə olmaqla, ilk dəfə 27 yanvar 2021-ci il tarixdə 600 manat, bundan sonra 12 fevral 2021-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Mahir Əmirov küçəsində yerləşən «Akkord» yaşayış binasının yaxınlığında 400 manat, sonuncu dəfə 28 mart 2021-ci il tarixdə «Milliön» ödəmə terminalı vasitəsi ilə ona məxsus olan 4169-7385- 0565-4123 nömrəli "xxxx" ASC tərəfindən verilmiş “Umico” plastik kart hesabına köçürdüyü 100 manat olmaqla, ümumilikdə 1100 (min yüz) manat pulunu ələ keçirərək Zərərçəkmiş şəxs12 ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili vəzifəsində işlədiyi dövrdə öz qulluq mövqeyindən istifadə etməklə, hüquqi yardım göstərilməsi ilə bağlı ona müraciət etmiş Zərərçəkmiş şəxs13 məhkəmə vasitəsi ilə borc pulun qaytarılmasına köməklik göstərəcəyinə dair yalan vəd verib aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə ilk dəfə sonuncunun yaşadığı Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 63A, mənzil 57-də 15 fevral 2021-ci il tarixdə 7.000 manat, bundan sonra 18 fevral 2021-ci il tarixdə həmin ünvanda 4.000 manat, bundan sonra 21 fevral 2021-ci il tarixdə həmin ünvanda 6.000 manat, sonuncu dəfə 02 mart 2021-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, metronun “Xalqlar Dostluğu” stansiyası yaxınlığında 4.500 manat olmaqla, ümumilikdə 21.500 manat pulunu almış, vədlərinə əməl etmədiyi üçün Zərərçəkmiş şəxs13 ona verdiyi pulların qaytarılmasını tələb etdikdən sonra 19.000 manat məbləğində pulu geri qaytararaq, qalan 2.500 (iki min beş yüz) manat pulunu ələ keçirib Zərərçəkmiş şəxs13 ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili vəzifəsində işlədiyi dövrdə öz qulluq mövqeyindən istifadə etməklə, hüquqi yardım göstərilməsi ilə bağlı ona müraciət etmiş X17 20 aprel 2021-ci il tarixdə rəsmi qaylada alqı-satqı ilə ipoteka fonduna qoyulmaqla X32 140.000 manata satmış ünvan 4 ünvanında yerləşən 2 otaqlı 85 kv.metr sahəsi olan mənzilin qanuni yolla qaytarılmasını təmin edəcəyi barədə yalan vəd verib aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə hər dəfə icarə əsasında vəkil fəaliyyəti ilə məşğul olduğu Bakı şəhəri, Xətai rayonu, ünvan 2 ünvanda yerləşən ofisdə olmaqla, ilk dəfə 13 may 2021-ci il tarixdə 1.200 manat, bundan sonra 19 may 2021-ci il tarixdə 22.000 manat, bundan sonra 30 may 2021-ci il tarixdə 250 manat, bundan sonra 01 iyun 2021-ci il tarixdə 50.000 manat, bundan sonra 09 iyun 2021-ci il tarixdə 50.000 manat, bundan sonra 15 iyun 2021-ci il tarixdə 5.000 manat, bundan sonra 25 iyul 2021-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospektində fəaliyyət göstərən «Bravo» Hipermarketdə yerləşən «Milliön» ödəmə terminalı vasitəsi ilə ona məxsus olan 4169-7385-0565-4123 nömrəli "xxxx" ASC tərəfindən verilmiş “Umico” plastik kart hesabına köçürdüyü 100 manat, bundan sonra 01 avqust 2021-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsində olan «Dəniz» marketdə yerləşdirilmiş «Milliön» ödəmə terminalı vasitəsi ilə ona məxsus olan 4169-7385-0565-4123 nömrəli "xxxx" ASC tərəfindən verilmiş “Umico” plastik kart hesabına köçürdüyü 100 manat, sonuncu dəfə 11 avqust 2021-ci il tarixdə vəkil kimi fəliyyət göstərdiyi ofisdə 3.500 manat olmaqla, ümumilikdə 132.150 (yüz otuz iki min yüz əlli) manat pulunu ələ keçirərək zərərçəkmiş şəxs X3 miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili vəzifəsində işlədiyi dövrdə öz qulluq mövqeyindən istifadə etməklə, hüquqi yardım göstərilməsi ilə bağlı ona müraciət etmiş Zərərçəkmiş şəxs9 keçmiş əri tərəfindən ödənilməmiş qalmış alimenti almağa köməklik göstərəcəyinə dair yalan vəd verib aldadaraq, vahid niyyətlə əhatə olunan qəsdlə ilk dəfə sonuncunun yaşadığı Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 63A, mənzil 57-də ilk dəfə 08 iyul 2021-ci il tarixdə 500 manat, sonuncu dəfə 16 dekabr 2021-ci il tarixdə «Milliön» ödəmə terminalı vasitəsi ilə ona məxsus olan 4169- 7385-0565-4123 nömrəli "xxxx" ASC tərəfindən verilmiş “Umico” plastik kart hesabına köçürdüyü 390 manat olmaqla, ümumilikdə 890 (səkkiz yüz doxsan) manat pulunu ələ keçirərək Zərərçəkmiş şəxs9 ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili vəzifəsində işlədiyi dövrdə öz qulluq mövqeyindən istifadə etməklə, hüquqi yardım göstərilməsi ilə bağlı ona müraciət etmiş Zərərçəkmiş şəxs10 mənzildən cehizlik əşyaların çıxarılması və mənzilin boşaldılması tələbinə dair məhkəmədə hüquqlarını qorunmasında köməklik göstərəcəyinə dair yalan vəd verib aldadaraq, vahid niyyətlə əhatə olunan qəsdlə hər dəfə icarə əsasında vəkil fəaliyyəti ilə məşğul olduğu Bakı şəhəri, Xətai rayonu, ünvan 2 ünvanda yerləşən ofisdə olmaqla, ilk dəfə 12 iyul 2021-ci il tarixdə 1.000 manat, bundan sonra 12 iyul 2021-ci il tarixdə "xxxx" ASC-nin Xətai rayon filialının ödəniş terminalı vasitəsi ilə ona məxsus olan 4169-7385-0565-4123 nömrəli "xxxx" ASC tərəfindən verilmiş “Umico” plastik kart hesabına köçürdüyü 600 manat, bundan sonra 20 iyul 2021-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən «Aygün City» Ticarət Mərkəzində 300 manat, sonuncu dəfə 14 avqust 2021-ci il tarixdə ünvan 5 ünvanında yerləşən «Milliön» ödəmə terminalı vasitəsi ilə ona məxsus olan 4169-7385- 0565-4123 nömrəli "xxxx" ASC tərəfindən verilmiş “Umico” plastik kart hesabına köçürdüyü 150 manat olmaqla, ümumilikdə 2.050 manat pulunu almış, vədlərinə əməl etmədiyi üçün Zərərçəkmiş şəxs10 ona verdiyi pulların qaytarılmasını tələb etdikdən sonra 500 manat məbləğində pulu geri qaytararaq, qalan 1.550 (min beş yüz əlli) manat pulunu ələ keçirib Zərərçəkmiş şəxs10 ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili vəzifəsində işlədiyi dövrdə öz qulluq mövqeyindən istifadə etməklə, hüquqi yardım göstərilməsi ilə bağlı ona müraciət etmiş Zərərçəkmiş şəxs11 arvadını işə düzəlməsi məqsədi ilə X21 verdiyi 7.000 manat pulun geri qaytarılmasına köməklik göstərəcəyinə dair yalan vəd verib aldadaraq, vahid niyyətlə əhatə olunan qəsdlə Bakı şəhəri, Xətai rayonu, ünvan 2 ünvanda yerləşən ofisdə olmaqla, ilk dəfə 26 iyul 2021-ci il tarixdə 1.000 manat, bundan sonra 01 avqust 2021-ci il tarixdə «Birbank» tətbiqi vasitəsi ilə ona məxsus olan 4169-7385-0565- 4123 nömrəli "xxxx" ASC tərəfindən verilmiş “Umico” plastik kart hesabına köçürdüyü 140 manat, sonuncu dəfə 15 noyabr 2021-ci il tarixdə ünvan 6 ünvanında yerləşən «Milliön» ödəmə terminalı vasitəsi ilə ona məxsus olan 4169-7385-0565-4123 nömrəli "xxxx" ASC tərəfindən verilmiş “Umico” plastik kart hesabına köçürdüyü 200 manat olmaqla, ümumilikdə 1.340 (min üç yüz qırx) manat pulunu ələ keçirərək Zərərçəkmiş şəxs11 ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili vəzifəsində işlədiyi dövrdə öz qulluq mövqeyindən istifadə etməklə, hüquqi yardım göstərilməsi ilə bağlı ona müraciət etmiş Zərərçəkmiş şəxs11 özünü Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili kimi təqdim edib sonuncuya mərhum atası X18 aldığı təqaüdü anası X7 adına rəsmləşdirilməsinə köməklik göstərəcəyinə dair yalan vəd verib aldadaraq, vahid niyyətlə əhatə olunan qəsdlə Bakı şəhəri, Xətai rayonu, ünvan 2 ünvanda yerləşən ofisdə olmaqla ilk dəfə 03 sentyabr 2021-ci il tarixdə 1.100 manat, bundan sonra 07 sentyabr 2021-ci il tarixdə ünvan 7 ünvanında yerələşən «Milliön» ödəmə terminalı vasitəsi ilə ona məxsus olan 4169-7385-0565-4123 nömrəli "xxxx" ASC tərəfindən verilmiş “Umico” plastik kart hesabına köçürdüyü 100 manat, bundan sonra 02 noyabr 2021-ci il tarixdə ünvan 8 ünvanında yerləşən «eManat» ödəmə terminalı vasitəsi ilə ona məxsus olan 4169-7385- 0565-4123 nömrəli "xxxx" ASC tərəfindən verilmiş “Umico” plastik kart hesabına köçürdüyü 200 manat, sonuncu dəfə 06 noyabr 2021-ci il tarixdə Baki şəhəri, Sabunçu rayonu, ünvan 9 ünvanda 300 manat olmaqla, ümumilikdə ümumilikdə 1.700 (min yeddi yüz) manat pulunu ələ keçirərək Zərərçəkmiş şəxs11 ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili vəzifəsində işlədiyi dövrdə öz qulluq mövqeyindən istifadə etməklə, hüquqi yardım göstərilməsi ilə bağlı ona müraciət etmiş Zərərçəkmiş şəxs7 ünvan 10 ünvanda yerləşən "xxxx" MTK tərəfindən yeni inşa edilmiş binanın 3-cü mərtəbəsində yerləşən 76 kv.m sahəyə malik 2 otaqlı mənzilə çıxarış alacağına köməklik göstərəcəyinə dair yalan vəd verib aldadaraq, vahid niyyətlə əhatə olunan qəsdlə Bakı şəhəri, Xətai rayonu, ünvan 2 ünvanda yerləşən ofisdə olmaqla ilk dəfə 08 sentyabr 2021-ci il tarixdə 1.000 manat, sonuncu dəfə 27 noyabr 2021-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, Babək prospekti məhəllə 90/2317 ünvanında yerləşən «Milliön» ödəmə terminalı vasitəsi ilə ona məxsus olan 4169-7385- 0565-4123 nömrəli "xxxx" ASC tərəfindən verilmiş “Umico” plastik kart hesabına köçürdüyü 300 manat olmaqla, ümumilikdə 1.300 (min üç yüz) manat pulunu ələ keçirib Zərərçəkmiş şəxs7 ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili vəzifəsində işlədiyi dövrdə öz qulluq mövqeyindən istifadə etməklə, hüquqi yardım göstərilməsi ilə bağlı ona müraciət etmiş Zərərçəkmiş şəxs8 Qaradağ rayon Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə istintaq edilən cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək, barəsində həbs qətimkan seçilmiş oğlu Sərxan Daşadovu həbsdən azad etdircəyinə dair yalan vəd verib aldadaraq, vahid niyyətlə əhatə olunan qəsdlə 24 sentyabr 2021-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, ünvan 2 ünvanda yerləşən ofisdə olmaqla ilk dəfə 2.500 manat, sonuncu dəfə 25 sentyabr 2021-ci il tarixdə həmin ünvanda 1.800 manat olmaqla, ümumilikdə 4.300 manat pulunu ələ keçirib Zərərçəkmiş şəxs8 ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili vəziləsində işlədiyi dövrdə öz qulluq mövqeyindən istifadə etməklə, hüquqi yardım göstərilməsi ilə bağlı ona müraciət etmiş Zərərçəkmiş şəxs3 “Azəriqaz” İB-nə işə bərpa etdirəcəyinə köməklik göstərəcəyinə dair yalan vəd verib aldadaraq, vahid niyyətlə əhatə olunan qəsdlə Bakı şəhəri, Xətai rayonu, ünvan 2 ünvanda yerləşən ofisdə olmaqla ilk dəfə 05 oktyabr 2021-ci il tarixdə 200 manat, bundan sonra 11 dekabr 2021-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində fəaliyyət göstərən «24 saat» marketdə yerləşən «eManat» ödəmə terminalı vasitəsi ilə ona məxsus olan 4169-7385-0565-4123 nömrəli "xxxx" ASC tərəfindən verilmiş “Umico” plastik kart hesabına köçürdüyü 606 manat, bundan sonra 12 dekabr 2021-ci il tarixdə metronun “Həzi Aslanov” stansiyası yaxınlığında 2.000 manat, sonuncu dəfə 14 dekabr 2021-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti yerləşən «Çingiz» marketdə olan «Milliön» ödəmə terminalı vasitəsi ilə həmin 4169-7385-0565-4123 nömrəli “Umico” plastik kart hesabına köçürülmə yolu ilə 200 manat olmaqla, ümumilikdə 3.006 (üç min altı) manat pulunu ələ keçirib Zərərçəkmiş şəxs3 ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili vəzifəsində işlədiyi dövrdə öz qulluq mövqeyindən istifadə etməklə, hüquqi yardım göstərilməsi ilə bağlı ona müraciət etmiş Zərərçəkmiş şəxs4 Yasamal rayon Polis İdarəsinin İstintaq şöbəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə istintaq edilən cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək, barəsində həbs qətimkan seçilmiş oğlu X22 həbsdən azad etdircəyinə dair yalan vəd verib aldadaraq, vahid niyyətlə əhatə olunan qəsdlə Bakı şəhəri, Xətai rayonu, ünvan 2 ünvanda yerləşən ofisdə olmaqla ilk dəfə 14 oktyabr 2021-ci il tarixdə 13.500 manat, bundan sonra 16 oktyabr 2021-ci il tarixdə ünvan 12 ünvanında yerləşən «Milliön» ödəmə terminalı vasitəsi ilə ona məxsus olan 4169-7385-0565-4123 nömrəli "xxxx" ASC tərəfindən verilmiş “Umico” plastik kart hesabına köçürdüyü 600 manat, bundan sonra 18 oktyabr 2021-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonunda metronun “İnşaatçılar“ stansyası yaxınlığında 3.000 manat, sonuncu dəfə 23 oktyabr 2021-ci il tarixdə işlədiyi ofisdə 9.400 manat manat olmaqla, ümumilikdə 26.500 manat pulunu almış, vədlərinə əməl etmədiyi üçün Zərərçəkmiş şəxs4 ona verdiyi pulların qaytarılmasım tələb etdikdən sonra 700 manat məbləğində pulu geri qaytararaq, qalan 25.800 (iyirmi beş min səkkiz yüz) manat pulunu ələ keçirib Zərərçəkmiş şəxs4 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili vəzifəsində işlədiyi dövrdə öz qulluq mövqeyindən istifadə etməklə, hüquqi yardım göstərilməsi ilə bağlı ona müraciət etmiş Zərərçəkmiş şəxs5 qaynı X33 tərəfindən mülkiyyətinə keçirilmiş Şabran rayonunda yerləşən fərdi yaşayış evinin X4 adına rəsmləşdirilməsinə köməklik göstərəcəyinə dair yalan vəd verib aldadaraq, vahid niyyətlə əhatə olunan qəsdlə Bakı şəhəri, Xətai rayonu, ünvan 2 ünvanda yerləşən ofisdə olmaqla ilk dəfə 21 oktyabr 2021-ci il tarixdə 1.500 manat, bundan sonra 22 oktyabr 2021-ci il tarixdə Şabran rayonunda yerləşən «Milliön» ödəmə terminalı vasitəsi ilə ona məxsus olan 4169-7385-0565-4123 nömrəli "xxxx" ASC tərəfindən verilmiş “Umico” plastik kart hesabına köçürdüyü 500 manat, sonuncu dəfə 29 oktyabr 2021-ci il tarixdə Şabran rayonu, R. Behbudov küçəsində yerləşən «Milliön» ödəmə terminalı vasitəsi ilə həmin 4169-7385-0565-4123 nömrəli “Umico” plastik kart hesabına köçürdüyü 300 manat olmaqla, ümumilikdə 2.300 (iki min üç yüz) manat pulunu ələ keçirib zərərçəkmiş şəxs X5 ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili vəzifəsində işlədiyi dövrdə öz qulluq mövqeyindən istifadə etməklə, hüquqi yardım göstərilməsi ilə bağlı ona müraciət etmiş Zərərçəkmiş şəxs15 əri X24 məxsus ünvan 13 ünvanda yerləşən fərdi yaşayış evini Zərərçəkmiş şəxs15 adına rəsmləşdrilməsinə köməklik göstərəcəyinə dair yalan vəd verib aldadaraq, 06 yanvar 2022-ci il tarixdə sonuncunun yaşadığı ünvan 14 ünvanda 1.000 (min) manat pulunu ələ keçirib Zərərçəkmiş şəxs15 ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili vəzifəsində işlədiyi dövrdə öz qulluq mövqeyindən istifadə etməklə, hüquqi yardım göstərilməsi ilə bağlı ona müraciət etmiş Zərərçəkmiş şəxs16 qohumu X8 boşanmış arvadının qohumları tərəfindən satılmış birgə nikah dövründə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində inşa edilmiş 1 mərtəbəli yaşayış evini geri qaytarmasına köməklik göstərəcəyinə dair yalan vəd verib aldadaraq, vahid niyyətlə əhatə olunan qəsdlə ilk dəfə 18 yanvar 2022-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 1 ünvanında yerləşən «Milliön» ödəmə terminalı vasitəsi ilə ona məxsus olan 4169-7385- 0565-4123 nömrəli "xxxx" ASC tərəfindən verilmiş “Umico” plastik kart hesabına köçürdüyü 200 manat, bundan sonra 18 yanvar 2022-ci il tarixdə «Birbank» tətbiqi vasitəsi ilə həmin plastik kart hesabına köçürdüyü 220 manat, bundan sonra 19 yanvar 2022-ci il tarixdə «Birbank» tətbiqi vasitəsi ilə həmin kart hesabına köçürdüyü 60 manat, bundan sonra 21 yanvar 2022-ci il tarixdə ünvan 16 ünvanında yerləşən «eManat» ödəmə terminalı vasitəsi ilə həmin kart hesabına köçürdüyü 300 manat, bundan sonra 25 yanvar 2022-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 63 ünvanında yerləşən «eManat» ödəmə teriminalı vasitəsi ilə həmin kart hesabına köçürdüyü 300 manat, sonuncu dəfə 08 fevral 2022-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 63 ünvanında yerləşən «eManat» ödəmə teriminalı vasitəsi ilə həmin kart hesabına köçürdüyü 200 manat olmaqla, ümumilikdə 1.280 (min iki yüz səksən) manat pulunu ələ keçirib Zərərçəkmiş şəxs16 ziyan vurmaqla dələduzluq etmişdir. İbtidai istintaq zamanı Zərərçəkmiş şəxs2 ibtidai istintaq orqanına mülki iddia ilə müraciət edərək maddi ziyana görə 5.200 manat, mənəvi ziyana görə 1.000 manat pulun Təqsirləndirilən şəxs tutulmasını xahiş etmişdir. İbtidai istintaq orqanının xx.xx.2022-ci il tarixli qərarı ilə Zərərçəkmiş şəxs2 mülki iddiası icraata qəbul edilməklə mülki iddiaçı qismində tanınmışdır. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, hər bir zərərçəkmiş şəxslə bağlı epizod üzrə razıdır, həqiqətən də hər bir zərərçəkmiş şəxsdən ittiham aktında göstərilmiş məbləğdə pul vəsaitini almış, bunun müqabilində vədlər vermiş, lakin həmin zərərçəkmiş şəxslərin xeyrinə hüquqi yardım göstərməyərək verdiyi vədlərini yerinə yetirməmişdir. O, zərərçəkmiş şəxslərə vurulmuş ziyanı ödəmək istəmiş, lakin həbs edildiyindən və maddi imkanı hazırda buna imkan vermədiyindən zərərçəkmiş şəxslərə vurduğu ziyanı ödəmək iqtidarında deyil. Təqsirləndirilən şəxs qeyd etdiklərinin nəzərə alınmasını və ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə Təqsirləndirilən şəxs həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqında verdiyi etirafedici ifadələrini, habelə zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrini, məhkəmə istintaqında elan olunmuş zərərçəkmiş şəxsin ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini, o cümlədən cinayət işinin materiallarında olan bütün sübutları ayrı-ayrılıqda və məcmu halda nəzərə alaraq və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərdi ki, 29 iyul 2021-ci il tarixdə onun oğlu X26 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq aidiyyəti üzrə Yasamal RPİ-nin İŞ-nə göndərilmiş, sonra isə oğlunun barəsində 4 ay müddətində həbs seçilmişdir. O, oğlu Anar Məmmədovun saxlanıldığı Bakı İstintaq Təcridxanasına gedərkən təsadüfən orada Bəyimxanım adlı şəxslə tanış olmuşdur. Həmin xanım ona öz oğlunun tutulma səbəbini danışaraq Vüqar adlı savadlı bir vəkilin guya ki, Bəyimxanımgilə kömək edəcəyini bildirmişdir. Həmin vaxt o, artıq oğlu Anarın işi üçün başqa bir vəkil tutduğundan bununla bir o qədər də maraqlanmamışdır. Bir müddətdən sonra o, oğlu Anarın barəsində açılmış cinayət işinin çox ciddi olduğunu başa düşdüyündən Vüqara müraciət etmək qərarına gəlmişdir. Bu səbəbdən o, Bəyimxanım ilə danışdıqda sonuncu öz qızının Vüqarı tanıdığını bildirmişdir. Buna görə də o, Bəyimxanımın qızı X1 mobil nömrəsini alaraq sonuncu ilə Vüqar haqqında məsləhətləşmişdir. Tacirə Səfquliyeva ona Vüqarın iş yeri və Vüqarın özü haqqında məlumat vermişdir. Tacirə həmin Vüqar adlı vəkili savadlı bir vəkil kimi tanıdığından o, Vüqara müraciət etmək istəmişdir. O, 11 oktyabr 2021-ci il tarixdə Vüqarın mobil nömrəsini alaraq sonuncuya zəng edib telefonla oğlunun məsələsini Vüqara danışmışdır. Vüqar da bu məsələdə ona köməklik edə biləcəyini, bunun üçün müqavilə bağlanmalı olduğunu və əlavə olaraq da 25.000 manat pul gətirməli olduğunu ona bildirmişdir. O, Vüqara 25.000 manata maddi imkanının çatmadığını bildirdikdə, Vüqar ona heç olmasa 12.000 manat pul gətirməsini demişdir. O da tanışlarından borc alaraq 13.500 manat pulu götürüb 14 oktyabr 2021-ci il tarixdə, saat 10:00 radələrində Vüqarın izah etdiyi Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 59-da yerləşən “AGA Business Center” mərkəzi ilə üzbəüzdə yerləşən ofisə gedərək Vüqarla söhbət etmişdir. Vüqar ona ilk olaraq müqavilə bağlamaq üçün 2.500 manat pul ödəməli olduğunu bildirmişdir. O, Vüqara ilkin olaraq 1.500 manat vermiş, qalan 1.000 manat pulu isə Vüqar iş gördüyü müddət ərzində verəcəyini bildirmişdir. Vüqar da onunla razılaşmışdır. Sonra onlar müqavilə bağlamışlar. Müqavilə bağlandığı zaman o, Təqsirləndirilən şəxs 12.000 manat pul vermişdir. Həmin pulun arasında 50 ədəd 200 manatlıq əskinas olmuş, qalan pullar isə 100 manatlıq əskinaslardan ibarət olmuşdur. Vüqar onu inandırmaq üçün onun şəklini çəkməyi bildirmişdir. Sonra Vüqar onu ona məxsus olan şəxsiyyət vəsiqəsinin və onun verdiyi pulların qarşısında şəklini çəkərək sübut kimi saxlamışdır. Bundan sonra o, oğlunun işi ilə bağlı tez-tez Vüqarla əlaqə saxladıqda, Vüqar onu müxtəlif bəhanələrlə aldatmışdır. 16 oktyabr 2021-ci il tarixdə, saat 15:00 radələrində Vüqar özünə məxsus olan “Umico” kartını ona göndərərək ondan pul tələb etmişdir. O da 600 manat pul düzəldib Vüqarın kartına atmışdır. 18 oktyabr 2021-ci il tarixdə Vüqar yenidən Anarın həbsdən çıxarılması üçün əlavə olaraq 3.000 manat pulu ondan istəmişdir. O da Vüqarın istədiyi 3.000 manat pulu Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar metrosunun yaxınlığında yerləşən ATS-in qarşısında Vüqara vermişdir. 23 oktyabr 2021-ci il tarixdə, saat 16:00 radələrində o, 5.500 ABŞ dolları məbləğində pulu azərbaycan manatına çevirib, eləcə də həmin pulun üzərinə 50 manat da qoyub, ümumilikdə 9.400 manat pulu Vüqara vermişdir. Hər dəfə Vüqar müxtəlif bəhanələrlə məsələni uzatdığından o, Vüqardan şübhələnməyə başlamışdır. Bir müddətdən sonra o, Vüqardan şübhələndiyindən bu məsələ ilə maraqlanmışdır. O, bu məsələ ilə maraqlandıqda, Vüqarın vəkillik hüququnun olmadığını öyrənmişdir. Bundan sonra o, Vüqarın ona qarşı dələduzluq etdiyini başa düşmüş və verdiyi pulları Vüqardan qaytarmasını tələb etmişdir. Vüqar isə ona heç bir yerə şikayət etməməsini bildirərək götürdüyü pulu qaytaracağını demişdir. O, bir müddət gözləsə də, Vüqar ondan aldığı pulu qaytarmamışdır. Bundan sonra o, Vüqarın onu aldatdığını və dələduzluq yolu ilə onun pulunu ələ keçirdiyini görüb bu barədə polisə məlumat vermək qərarına gəlmişdir. O, Təqsirləndirilən şəxs barəsində şikayət etməmişdən əvvəl Vüqar ondan aldığı 26.500 manat puldan 700 manatını geri qaytarmışdır. Nəticədə Vüqarın ona 25.800 manat verəcəyi qalmışdır. O, Vüqardan verdiyi pulun qaytarılmasını tələb edir. Hal-hazırda Təqsirləndirilən şəxs ona 25.800 manat pul qaytarmalıdır. Zərərçəkmiş şəxs4 ifadəsində qeyd etdiklərinin nəzərə alınmasını və Təqsirləndirilən şəxs ağır cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş X13 ifadəsində göstərdi ki, Şabran rayonunda ona məxsus olmuş fərdi yaşayış evini onun qaynı X33 öz adına rəsmiləşdirmişdir. O, həmin evi məhkəmə qaydasında özünə qaytarmaq üçün vəkil ilə müqavilə bağlamaq qərarına gəlmişdir. Bu səbəbdən də o, “İnstagram” sosial şəbəkəsində öz adına olan səhifədən (profildən) vəkil Təqsirləndirilən şəxs nömrəsini taparaq Vüqarla əlaqə saxlamış və onunla qaynı arasında olan mübahisə barədə Vüqarla danışmışdır. Vüqar da onu Bakı şəhəri, Xətai rayonu “AGA Business Center” mərkəzi ilə üzbəüzdə yerləşən ofisinə dəvət etmişdir. O, xx.xx.2021-ci il tarixdə Vüqarın ofisinə tək gedərək baş verən hadisəni orada Vüqara danışmışdır. Təqsirləndirilən şəxs də onunla müqavilə bağlamaq üçün ondan 3.000 manat pul istəmişdir. O da Vüqara maddi imkanının olmadığını bildirmişdir. Sonra Vüqar onunla 2.500 manata razılaşmış, o da həmin vaxt üzərində olan 1.500 manatı Vüqara vermişdir. Sonra Təqsirləndirilən şəxs onun qarşısına müqavilə qoyaraq imzalamasını istəmiş və qalan 1.000 manat pulu iş yekunlaşdıqdan sonra alacağını bildirmişdir. xx.xx.2021-ci il tarixdə Vüqar yenidən ona zəng edərək işin sürətləndirilməsi məqsədi ilə onun verməli olduğu 1.000 manat pulu istəmişdir. Lakin onun imkanı olmadığından o, Vüqara 500 manat göndərə biləcəyini demişdir. Bundan sonra Təqsirləndirilən şəxs öz adına olan “Umico” kartını ona göndərmiş, o da Şabran rayonunda olduğundan oradan Vüqarın kartına 500 manat pul göndərmişdir. Bundan sonra o, Vüqarla mütəmadi olaraq əlaqə saxlamış və Vüqar ona tez bir müddətdə həmin evin məhkəmə qaydasında ona qaytarılacağını bildirmişdir. xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs yenidən onun mobil nömrəsinə zəng edərək qalan 500 manat pulu da öz kartına göndərməsini demişdir. Vüqar, həmçinin ona demişdir ki, guya Bakı şəhərində olan tanışına həmin pul bütöv şəkildə çatdıqdan sonra həmin şəxs özü xx.xx.2021-ci il tarixdə Şabran rayonuna gələrək məsələni bütövlükdə həll edəcək və evi ona qaytaracaq, eləcə də ona qarşı olan şər böhtanla bağlı məhkəmədə iddia qaldıracaq. O da Vüqara inanaraq xx.xx.2021-ci il tarixdə Şabran rayonunda yerləşən marketlərin birindən Vüqara 300 manat pul göndərmişdir. Bundan sonra o, Vüqarla xx.xx.2021-ci il tarixdə əlaqə saxlamaq istədikdə, Vüqar ona müxtəlif bəhanələrlə aldatmağa başlamışdır. Sonradan ona məlum olmuşdur ki, Vüqar ondan əlavə başqa bir neçə nəfərə də qarşı dələduzluq edərək həmin şəxsləri aldatmışdır. Bu səbəbdən də o, Vüqarın barəsində şikayət etmək qərarına gəlmişdir. O, özündə olan qəbzlərdən birini şikayət etdikdə təqdim etmiş, digər qəbzi isə özündə saxlamışdır. O, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyanın qaytarılmasını tələb edir. Zərərçəkmiş şəxs X14 ifadəsində qeyd etdiklərinin nəzərə alınmasını və Təqsirləndirilən şəxs ağır cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs10 ifadəsində göstərdi ki, onunla vəkil Təqsirləndirilən şəxs arasında “mənzildən cehiz əşyaların çıxarılması və mənzilin boşaldılması” tələbinə dair mübahisə üzrə məhkəmədə hüquqlarının müdafiə edilməsi məqsədilə müqavilə bağlanmışdır. Onların arasında bağlanmış xx.xx.2021-ci il tarixli hüquqi yardımın göstərilməsi haqqında müqaviləyə əsasən o, 1.600 manat məbləğində pul vəsaitindən 1.300 manatını Təqsirləndirilən şəxs Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 59 ünvanında yerləşən “AGA Business Center” mərkəzi ilə üzbəüzdə yerləşən ofisində vermişdir. 600 manatı isə o, "xxxx" ASC-nin Xətai rayon filialının ödəmə terminalından ona göndərdiyi "xxxx"-a aid bank kartına göndərmişdir. Lakin daha sonra ona məlum olmuşdur ki, 13 saylı Vəkil Bürosunun vəkili Təqsirləndirilən şəxs vəkil kimi fəaliyyəti dayandırılmış, bundan başqa, guya məhkəmədə iddia tələbinin təmin olunması üçün məhkəməyə müraciət olunmuş, məhkəmə prosesi gedişində isə ekspertiza keçirilmiş, həmin ekspertiza xərcləri 150 manat təşkil etmişdir. Sözügedən pul məbləğini də Vüqar ondan tələb etmişdir. Bundan sonra o, məhkəmə xərcləri qismində 150 manat məbləğində pulu xx.xx.2021-ci il tarixdə ünvan 5 ünvanında yerləşən «Bravo» marketin nəzdində quraşdırılmış «Milliön» ödəmə terminalı vasitəsi ilə Təqsirləndirilən şəxs "xxxx"-a aid bank kartına köçürmüşdür. Beləliklə, Vüqar ondan ümumilikdə 2.050 manat məbləğində pul alaraq mənimsəmişdir. Həmçinin Vüqar müxtəlif bəhanələrlə ondan əlavə olaraq 1.200 manat pul istəsə də, o, Vüqarın istədiyi pulu verə bilməmişdir. Onun təkidlərindən sonra Vüqar ondan aldığı puldan ancaq 500 manatını geri qaytarmışdır. O, onun pulunu mənimsəyən, eləcə də vəkil statusundan istifadə edən Təqsirləndirilən şəxs dəfələrlə müraciət edərək pulun geri qaytarmasını tələb etmişdir. Vüqar isə hər dəfə fərqli bəhanələrlə pulu qaytarmaqdan imtina etmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona qarşı dələduzluq edilmiş və nəticədə Vüqar tərəfindən ona ümumilikdə 1.550 manat məbləğində ziyan vurulmuşdur. O, Vüqara 1.300 manat məbləğində pulu şəxsən vermiş, qalan pulları isə Vüqarın dediyi karta göndərmişdir. Zərərçəkmiş şəxs10 ifadəsində qeyd etdiklərinin nəzərə alınmasını və Təqsirləndirilən şəxs ağır cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs13 ifadəsində göstərdi ki, O, 1981-ci ildə mərhum əri X2 ilə rəsmi nikaha daxil olmuş, lakin onların birgə nikahdan övladları olmamışdır. Onlar “SOCAR"-da işləmişlər və ona görə də onların aylıq maaşı 7.000 manat olmuşdur. Onlar həmin pulları banka qoymuşlar. Yaş həddi ilə əlaqədar o və onun mərhum əri təqaüdə çıxmışlar. xx.xx.2014-cü il tarixdə onun əri xəstəlikdən vəfat etmişdir. Bundan sonra onların illər ərzində yığdıqları pullar ona qalmışdır. Bunu onun yaxınları və qonşuluğunda yaşayan şəxslər bilmişlər. Həmin qonşulardan biri Ehtiram adlı şəxs olmuşdur. Ehtiram 2014-cü ildə onun yaşadığı evə gələrək ondan 14.000 manat borc pul almışdır. Belə ki, Ehtiram əvvəllər də bizneslə məşğul olmaq üçün hərdən ondan borc pul almış və sonradan həmin pulu geri qaytarmışdır. Sonuncu dəfə Ehtiram ondan xx.xx.2014-cü il tarixdə yenidən 75.000 manat borc pul almışdır. Ehtiram aldığı puldan 7.500 manat pulu sonradan geri qaytarsa da, qalan pulu hazıradək geri qaytarmamışdır. Bu səbəbdən də o, dəfələrlə Ehtiramı məhkəmələrə vermiş, lakin hazırki vaxtadək müsbət nəticə əldə olunmamışdır. O, 2021-ci ilin fevral ayının əvvəllərində yaşadığı küçədə olan zaman qonşu binada yaşayan və vəkil kimi tanıdığı Təqsirləndirilən şəxs ilə görüşmüşdür. Həmin vaxt o, Vüqara Ehtiramın ondan borc alaraq pulu geri qaytarmadığını bildirmişdir. Təqsirləndirilən şəxs də ona demişdir ki, “pulun qaytarılmasında sənə köməklik edəcəm, lakin həmin işin müqabilində məhkəmə xərcləri üçün pul verməlisən”. O da Vüqar ilə razılaşmışdır. Bu səbəbdən də o, xx.xx.2021ci il tarixdə, saat 16:00 radələrində Vüqara yaşadığı evdə ilkin olaraq 7.000 manat pul vermişdir. Vüqar pulu ondan alıb getdikdən 3 gün sonra, yəni xx.xx.2021-ci il tarixdə yenidən onun yaşadığı evə gələrək işin sürətləndirilməsi üçün əlavə olaraq ondan 4.000 manat pul istəmişdir. O da 4.000 manat pulu yaşadığı evdə Vüqara vermişdir. Təxminən 3 gündən sonra, yəni xx.xx.2021-ci il tarixdə Vüqar yenidən onun yaşadığı evə gələrək işin sürətləndirilməsi üçün yenidən 6.000 manat pul istəmişdir. Bu dəfə də o, yaşadığı evdə Vüqara 6.000 manat pul vermişdir. 10 gündən sonra Vüqar onun yaşadığı evə yenidən gələrək bildirmişdir ki, “sənin Ehtirama verdiyin 81.500 manat pul Baş İdarələrin birindədir, lakin pulu oradan götürmək üçün 4.500 manat pul lazımdır ki, həmin pulu «Kapita Banka»a qoyaraq pulları bankdan götürə bilək”. Onun evində pul olmadığından o, Vüqara yalnız qızıl-zinət əşyalarını girov qoyaraq pul götürə biləcəyini bildirmişdir. xx.xx.2021-ci il tarixdə Vüqar onu öz tanışının işlədiyi “Xalqlar Dostluğu” metro stansiyasının yaxınlığında yerləşən X15 lombardına aparmış və o, orada 1 (bir) ədəd komplekt qırmızı rəngli “rubin” qaşlı brillyantı, 1 (bir) ədəd “badam” komplekt brillyantı, 1 (bir) ədəd klonla birlikdə boyunbağı və 1 (bir) ədəd brillyant qaşlı üzüyü girov qoyaraq əvəzində 4.500 manat pul götürmüş və sonra həmin pulu Vüqara həmin yerdə vermişdir. Bir neçə gündən sonra o, Vüqardan işin nə yerdə olduğunu soruşduqda, Vüqar ona müxtəlif bəhanələrlə aldadaraq işin alınmadığını etiraf edərək bildirmişdir ki, yaxın müddət ərzində aldığı pulları ona geri qaytaracaq. Həmin ərəfədə o, lombarda girov qoyaraq götürdüyü krediti öz şəxsi vəsaiti hesabına ödəmiş və girov qoyduğu qızılları lombarddan götürmüşdür. 2021-ci ilin iyun ayında Vüqar ondan aldığı pulun 19.000 manat hissəsini onun yaşadığı evə gətirərək qaytarmışdır. Lakin Vüqar həmin pulun qalığını, yəni 2.500 manat hissəsini hazıradək qaytarmamışdır. O, Təqsirləndirilən şəxs 2.500 manat pulu geri qaytarılmasını tələb edir. Zərərçəkmiş şəxs13 ifadəsində qeyd etdiklərinin nəzərə alınmasını və Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş həddə cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs8 ifadəsində göstərdi ki, xx.xx.2021-ci il tarixdə onun oğlu X27 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120-ci maddəsi ilə bağlı Qaradağ RPİ-nin əməkdaşları tərəfindən saxlanılmış, daha sonra isə oğlu 4 ay müddətində həbs edilmişdir. Oğlu Sərxanın hüquqlarını müdafiə edilməsi üçün o, savadlı bir vəkil tutmaq istəmişdir. Bu səbəbdən də o, internet sosial şəbəkəsində Təqsirləndirilən şəxs mobil nömrəsini götürərək Vüqarla əlaqə saxlamışdır. Söhbət zamanı Təqsirləndirilən şəxs telefonda ona müqavilə bağlamağa gələrkən 4.500 manat pul gətirməsini bildirmişdir. O, Vüqarla danışaraq deyilən məbləği biraz aşağı salmışdır. Bu səbəbdən də o, 2.500 manat pulu götürərək xx.xx.2021-ci il tarixdə, saat 18:00 radələrində Vüqarın Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 59-da yerləşən “AGA Business Center” mərkəzi ilə üzbəüzdə yerləşən ofisinə getmişdir. O, Vüqarın ofisinə öz bacısı Şahid3 ilə birlikdə gedərək Vüqarla yenidən söhbət etmiş və həmin vaxt Vüqar ona Qaradağ RPİ-də, Qaradağ rayon prokurorluğunda, hətta Bakı şəhəri Qaradağ Rayon Məhkəməsində onun oğlunun hüquqlarını müdafiə edilməsi üçün müqavilə bağlamağa görə 4.300 manat pul ödəməli olduğunu yenidən bildirmişdir. O, həmin vaxt Vüqara 2.500 manat pul gətirdiyini, qalan pulu isə növbəti gün gətirəcəyini demişdir. O, növbəti gün 1.800 manat pul tapıb Vüqara zəng edərək bu barədə məlumat vermişdir. Vüqar da ona 1.800 manat pulu gətirməsini demişdir. O, yenidən öz bacısı ilə birlikdə xx.xx.2021-ci il tarixdə Vüqarın ofisinə getmişdir. Vüqar ofisdə ondan 1.800 manat pulu alıb müqavilənin arxasına öz xətti ilə qeydlər yazmışdır. Vüqar ondan pulu alsa da, onun oğlu ilə İstintaq Təcridxanasında və Qaradağ RPİ-də görüşməmiş, habelə oğlunun işi ilə bağlı heç bir istintaq hərəkətində iştirak etməmişdir. Təxminən 2 aydan sonra o, Təqsirləndirilən şəxs tərəfindən aldanıldığını görüb hər gün Vüqara zəng edərək verdiyi pulları tələb etməyə başlamışdır. Lakin Vüqar onu müxtəlif bəhanələrlə aldadaraq ondan aldığı pulu qaytarmaqdan imtina etmişdir. Vüqar hazıradək də ondan aldığı pulları geri qaytarmamışdır. Zərərçəkmiş şəxs8 ifadəsində qeyd etdiklərinin nəzərə alınmasını və Təqsirləndirilən şəxs ağır cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, o, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, 36 saylı sahədə 1989cu il tarixdən valideynləri ilə birlikdə yaşayır. Onun yaşadığı ərazi, yəni 0,45 sot torpaq sahəsi onun mərhum atası X16 məxsus olmuşdur. Həmin torpaq sahəsi mişar daşı ilə hasarlanmış və içərisində iki mərtəbəli fərdi yaşayış evi var. Bu torpaq sahəsinin 0,25 sotuna dair rəsmi çıxarış olsa da, qalan 0,20 sot torpaq sahəsinin sənədi olmamışdır. O, qeyd edilən hissədə torpaq sahəsinin sənədlərini rəsmiləşdirmək üçün bir neçə tanışları ilə maraqlanmış, lakin həmin şəxslər qeyd olunan torpaq sahəsinin sənədləşməsi üçün çox pul istədiklərindən, həm də həmin şəxslər rəsmi şəxs olmadıqlarından o, həmin şəxslərə etibar etməyərək vəkilə müraciət etmək qərarına gəlmişdir. Bu səbəbdən də o, tanışı Mədahil adlı şəxslə məsləhətləşdikdə, Mədahil Təqsirləndirilən şəxs kimi tanıdığı vəkil tanışının olduğunu ona bildirib sonuncunun mobil nömrəsini ona vermişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs ilə telefonla əlaqə saxlayaraq torpaq sahəsinə mülkiyyət hüququnun əldə edilməsi üçün söhbət etmişdir. Bundan sonra o, işi ilə bağlı xarici ölkələrə getmiş və ona görə də Təqsirləndirilən şəxs ilə görüşə bilməmişdir. 2021-ci ilin yanvar ayının əvvəllərində o, Təqsirləndirilən şəxs ilə zəngləşmiş və onlar görüşmək üçün gün təyin etmişlər. O, 19 yanvar 2021-ci il tarixdə, saat 11:00 radələrində yenidən Təqsirləndirilən şəxs ilə zəngləşərək harada görüşəcəklərini soruşmuşdur. Vüqar da ona Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 59-da yerləşən "AGA Business Center” mərkəzi ilə üzbəüzdə yerləşən ofisə gəlməsini bildirmişdir. O, anası Şahid2 Tofiq qızı ilə birlikdə Vüqarın ofisinə getmiş və onlar orada yenidən torpaq sahəsi ilə bağlı söhbət etmişlər. Bu söhbətdən sonra o, Vüqara inanmış və onun anası ilə Təqsirləndirilən şəxs arasında torpağın mülkiyyətə verilməsi haqqında hüquqi müqavilə bağlanmışdır. O, anasının yanında Vüqara 3.000 manat pul vermişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, Təqsirləndirilən şəxs onun anasının vəkili olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə sorğular göndərəcək və imtina olduğu təqdirdə məhkəməyə müraciət edərək mülki işi aparacaq, ümumi məhkəmə prosesi isə 3 mərhələli olmaqla, 6 aya yekunlaşacaq və nəticədə torpaq onun anasının tam mülkiyyətinə keçəcək. Müqavilə bağlandıqdan 2-3 gün keçdikdən sonra Vüqar ona zəng edərək bildirmişdir ki, iş Vüqar tərəfindən icra olunmalı olsa da, hansısa məhkəmə prosesində dondurulacaq və hətta neqativ nəticə də əldə edə bilinər. Müsbət nəticə yalnız o halda ola bilər ki, o, Vüqara əlavə olaraq 6.000 manat versin. Həmçinin Vüqar ona demişdir ki, məhkəmə sistemində yüksək vəzifədə çalışan yaxını var ki, həmin şəxsə pul verməklə məhkəmə proseslərini sürətləndirmək olar. Vüqar bu sözlərlə sanki onu ovsunlayaraq aldatmış və o, müqavilə üzrə ödədiyi məbləğin də batacağından qorxaraq əlavə olaraq Vüqara xx.xx.2021-ci il tarixdə 6.000 manat pulu Vüqarın ofisində vermişdir. Daha bir neçə gündən sonra Vüqar ona yenidən zəng edərək ondan işin biraz da sürətləndirilməsi adı ilə əlavə olaraq 1.200 manat pul tələb etmişdir. O da işin həll olunmasına görə yenidən xx.xx.2021-ci il tarixdə 1.200 manat pulu Vüqarın ofisinə gedərək orada Vüqara vermişdir. Bir neçə gündən sonra Vüqar əlavə olaraq yenidən ondan 300-500 manat məbləğində pul tələb etmişdir. Lakin bu dəfə o, Vüqara pul ödəməkdən imtina etmişdir. Onun Vüqara ödədiyi pulun ümumi məbləği 10.200 manat təşkil etmişdir. Bu pulun müqabilində Vüqar onun torpaq məsələsini həll etməmişdir. O, Vüqarın onları aldatdığını görüb Vüqardan şübhələnmişdir. Bu səbəbdən də o, Vüqarla tez-tez əlaqə saxlayaraq bağlanmış müqavilənin ləğv edilməsini və ödədiyi pulların geri qaytarılmasını tələb etmişdir. Lakin Vüqar hər dəfə bugün-sabah deyərək onunla görüşdən qaçmış, habelə hər dəfə müxtəlif bəhanələr gətirərək görüşməkdən və onun tələb etdiyi pulu qaytarmaqdan imtina etmişdir. 01 iyun 2021-ci il tarixdə Vüqar onunla Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, “Akkordun” binaları kimi tanınan ünvanda görüşmüş və dediyi vəzifəli şəxsdən yalnız 5.000 manat ala bildiyini, yerdə qalan 5.200 manat hissəsini isə növbəti həftə geri qaytaracağını bildirmişdir. O, işi ilə bağlı məhkəmə prosesinin nə yerdə olduğunu soruşduqda, Vüqar ona demişdir ki, "sizin adınızdan müraciət etmişəm artıq məhkəməyə, ən qısa zamanda iş yekunlaşacaq”. Sonuncu görüşdən sonra həftələr keçsə də, o, heç bir hüquqi prosesin getmədiyini görüb aldadıldığına tam əmin olmuşdur. O, Vüqar ilə əlaqə saxlayaraq ümumiyyətlə müqaviləni ləğv edərək yerdə qalan məbləği geri istəmişdir. Lakin bu günə qədər o, Vüqara verdiyi pulları Vüqardan ala bilməmişdir. Sonuncu dəfə 12 sentyabr 2021-ci il tarixdə o, Vüqara təqdim etdiyi sənədləri Vüqardan geri alan zaman Vüqar ona bu əməlləri ilə bağlı pnun 25 avqust 2021-ci il tarixdə Vəkillər Kollegiyasına etdiyi şikayəti geri götürməsini xahiş etmiş və əvəzində ona borclu olduğu 5.200 manat pulu 27 sentyabr 2021-ci il tarixə qədər ödəməsi haqqında iltizam təqdim etmişdir. Lakin iltizamda göstərilən tarixdən xeyli müddət keçsə də, Vüqar ona pulu qaytarmamışdır. Nəticədə o, 10 sentyabr 2021-ci il tarixdə Xətai rayon Polis İdarəsinin 37-ci Polis şöbəsinə şikayət ərizəsi ilə müraciət etmiş, lakin işin mülki işə aid olması ona bildirilərək məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. O, Təqsirləndirilən şəxs ona vurulmuş ziyanı tələb edir. Zərərçəkmiş şəxs2 ifadəsində qeyd etdiklərinin nəzərə alınmasını və Təqsirləndirilən şəxs ağır cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, o, 2010-cu ildən 2020-ci ilin may ayınadək “SOCAR” şirkətinin “Azəriqaz" İstehsalat Birliyində Bakı şəhəri, Sabunçu rayonu üzrə Bakı şəhər satış departamentində mühəndis vəzifəsində işləmiş, sonra ailə vəziyyəti ilə əlaqədar olaraq öz ərizəsi ilə işdən çıxmışdır. Sonradan o, işə bərpa olmaq istədikdə, həmin müəssisəs onu işə qaytarmamışdır. Bu səbəbdən də o, məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Sonra o, birinci instansiya və apellyasiya məhkəmələrində işi uduzduğuna görə Ali Məhkəməyə şikayət etmək istəmişdir. 05 oktyabr 2021-ci il tarixdə, saat 13:00 radələrində o, tanışı Şahid7 ilə birlikdə Bakı şəhəri, Xətai rayonu "Ağa” Center” Mərkəzi ilə üzbəüzdə yerləşən kafelərin birində oturub nahar etmişdir. Həmin vaxt Şahid7 tanışı Şahid4 Şahid7 zəng edərək harada olduğunu soruşmuş, Anar da onların oturduqları kafenin yerini izah etmişdir. Sonra Şahid4 həmin kafeyə bir nəfər öz tanışı ilə gələrək onlarla birlikdə nahar etmişdir. Onlar nahar edərkən söhbət əsnasında o, məhkəmə işi ilə əlaqədar danışmışdır. Teyyub ona bildirmişdir ki, əlaqələri genişdir və çoxlu sayda tanışları, həmin tanışlarının içərisində vəkil fəaliyyəti ilə məşğul olan şəxs də var. Teyyub özünü və yanında olan Şahid5 sabiq polis əməkdaşları kimi təqdim etmişdir. Teyyub Şahid5 bu işdə ona köməklik edəcəyini Şahid7 yanında bildirmişdir. O, Şahid7lə Teyyub və Şahid5 dediklərinə qulaq asdıqdan sonra baş verənlər barədə Şahid5 baş verən məsələləri danışmışdır. Şahid5 ona bildirmişdir ki, bu işlərdə onun vəkili zəif olmuş, ona görə də ona təklif etmişdir ki, Anarın vəkilinin iştirakı ilə həmin işi həll edə bilər, yəni onun iddiası təmin oluna bilər. Sonra o, həmin gün 2-ci mərtəbədə olan kafedən birinci mərtəbədə yerləşən Təqsirləndirilən şəxs yanına getmiş və orada onu Vüqar ilə tanış etmişlər. O, Vüqara məlumat vermiş, sonra onlar müqavilə bağlamışlar. Müqavilə bağlanan zaman o, Vüqara 200 manat vermişdir. Anarın deməsinə görə Vüqar onun işini 20 gün ərzində Ali Məhkəmədə həll edəcəkdi. O, Vüqar Səfəlinin yanından çıxdıqdan sonra Şahid4 ona bildirmişdir ki, Teyyub özü də bu işlə məşğul olacaq və ondan bunun qarşılığında 4.000 manat pul tələb etmişdir. Həmin vaxt Şahid4 ona bildirmişdir ki, əgər inanmırsa notariat qaydasında borc müqaviləsi bağlaya bilər. O da Teyyub və Şahid5 sözləri ilə razılaşmışdır ki, Teyyubla onun arasında borc müqaviləsi bağlansın. Bundan sonra onlar 15 saylı notariat ofisində görüşmək barədə razılaşmışlar. Sonra Şahid7 onun avtomobili ilə, Teyyub isə Şahid5 avtomobili ilə 15 saylı notariat ofisinə getmişlər. O, yolda Şahid7 neft emalı zavodunun yanında düşürtmüş, bundan sonra yaşadığı evdən 2.000 manat pul götürüb 15 saylı notariat ofisinə getmişdir. O, notariat ofisinə çatdıqda, Teyyub və Şahid5 orada olmamışlar. Həmin vaxt Teyyubun telefonuna zəng çatmamışdır. Təxminən 15 dəqiqədən sonra Teyyub və Şahid5 gəlmişlər, sonra orada onunla Teyyub arasında borc müqaviləsi rəsmiləşdirilmişdir. O, müqavilə bağlamış və 4.000 manatı müqavilə rəsmiləşdirildikdən sonra Teyyuba şəxsən sayaraq vermişdir. Şahid5 buna şahid olmuşdur. Teyyub bildirmişdir ki, 20 gün ərzində Ali Məhkəmədə olan məsələ öz həllini tapacaq. 20 gün bitdikdən sonra o, Teyyubgillə əlaqə saxlayaraq işi ilə maraqlanmışdır. Lakin Teyyub müxtəlif bəhanələr gətirmişdir. O, xx.xx.2021-xx.xx.2021-ci il tarixləri arasında Anar ilə danışdıqda ona bildirilmişdir ki, artıq sənədlər məhkəməyə verilmişdir. Bundan sonra o, Ali Məhkəmə ilə maraqlanmış və öyrənmişdir ki, onun işi ilə əlaqədar ora heç bir sənəd göndərilməmişdir. O, dərhal vəkil Təqsirləndirilən şəxs ilə əlaqə saxlayaraq, Vüqara demişdir ki, Şahid5 və Teyyub ondan borc müqaviləsi əsasında işin həlli üçün 4.000 manat almışlar. Vüqar isə telefonla danışan zaman demişdir ki, işin gedişatı ilə maraqlanıb ona məlumat verəcək. 11 dekabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs ona zəng edərək bildirmişdir ki, Anar işi həll edə bilmir. Təqsirləndirilən şəxs işi həll edə biləcəyini demiş və ondan qısa müddətə 2.800 manat pul çatdırmağını istəmişdir. Bundan sonra o, Vüqara bildirmişdir ki, Anar və Teyyuba zəng edib pulu geri istəyəcək, Vüqar isə artıq Teyyubgilin pulu xərclədiklərini bildirmişdir. Vüqar ona söz vermişdir ki, Anar və Teyyubdan pulu alıb ona qaytaracaq. Vüqar onun Teyyubdan pulu indi istəyəcəyi halda onun işi ilə bağlı maneəçilik törədəcəyini, artıq məhkəməni 06 yanvar 2022-ci il tarixə təyin etdirdiyini demişdir. Vüqar həmin vaxta qədər təcili olaraq 2.800 manat pulu çatdırmağı ona demişdir. Onun həmin məbləğdə pulu olmadığından o, Vüqardan bir-iki gün vaxt istəmişdir. Lakin Vüqar ona demişdir ki, o, bugün təcili olaraq 600 manat çatdırmalıdır. Həmin gün Vüqar ona özünə məxsus olan kartın hesab nömrəsini demiş, o da Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində olan “24 saat” adlı marketə gedərək oradakı “Milliön” ödəmə terminalından Vüqarın kart hesabına 11 dekabr 2021-ci il tarixdə 600 manat pul köçürmüşdür. 12 dekabr 2021-ci il tarixdə o, Vüqarla telefonla danışıb “Həzi Aslanov” metro stansiyası yaxınlığında görüşməyə qərar vermişdir. O, həmin gün Vüqar ilə “Həzi Aslanov” metro stansiyası yaxınlığında görüşmüş və həmin vaxt metronun qarşısında saxladığı avtomobildə Vüqara 2.000 manat pul vermişdir. Vüqar da pulu alıb tezliklə Ali Məhkəmədə mülki işi həll edəcəyini söz verərək bu məsələnin həllini bir daha öz öhdəsinə götürmüşdür. O da Vüqara inanmışdır. Belə ki, Vüqar vəkil olmuş və onunla çox inandırıcı danışmışdır. O, Vüqardan xahiş etmişdir ki, 2.000 manat pul rəsmiləşdirilsin. Lakin Vüqar ona bildirmişdir ki, artıq gecdir və təcili pulu çatdırmalıdır. 14 dekabr 2022-ci il tarixdə Vüqar ona zəng edərək qalan 200 manatı da həmin gün çatdırmalı olduğunu ona demişdir. O da ünvan 18 ünvanında yerləşən ərzaq və meyvə-tərəvəz mağazasındakı “MilliÖn” ödəmə terminalı vasitəsilə Vüqarın kart hesabına 200 manat pul köçürmüşdür. Vüqarın dediyi 06 yanvar 2022-ci il tarix gəlib çatdıqda, heç bir məhkəmə olmamışdır. Sonra ona məlum olmuşdur ki, o, yenidən aldatılmışdır. O, Vüqar və digərlərindən pulunu tələb etsə də, heç bir nəticə olmamışdır. Zərərçəkmiş şəxs3 ifadəsində qeyd etdiklərinin nəzərə alınmasını və Təqsirləndirilən şəxs ağır cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs11 ifadəsində göstərdi ki, o, 2020-ci ilin dekabr ayında X21 öz həyat yoldaşını işə düzəltmək məqsədi ilə 7.000 manat pul vermişdir. Lakin bir neçə ay keçdikdən X51nın yalanları ifşa olunmuş və o, Səadətdən verdiyi pulları geri istədikdə Səadət hər gün müxtəlif bəhanələrlə onu aldatmağa başlamışdır. X51 Xətai RPİ-nin müstəntiqi Rəhim Yusubov tərəfindən həbs edilmişdir. Bu səbəbdən də o, hüquqi yardım almaq məqsədi ilə vəkil ilə müqavilə bağlamaq qərarına gəlmişdir. Buna görə də o, internet sosial şəbəkəsi olan “İnstagram” səhifəsindən vəkil Təqsirləndirilən şəxs nömrəsini taparaq Təqsirləndirilən şəxs mobil nömrəsi ilə əlaqə saxlamış və Vüqara öz problemi barədə danışmışdır. Söhbət zamanı Təqsirləndirilən şəxs onu Bakı şəhər, Xətai rayonu, “Ağa Center” Mərkəzi ilə üzbəüzdə yerləşən ofisinə dəvət etmişdir. O da xx.xx.2021-ci il tarixdə Vüqarın ofisinə tək gedərək Vüqara bir daha baş verən hadisəni danışmışdır. Təqsirləndirilən şəxs onunla müqavilə bağlamaq üçün 1.000 manat pul istəmiş, lakin o, Vüqara maddi imkanının olmadığını bildirmişdir. Buna baxmayaraq, Vüqar onunla 1.000 manata razılaşmış və o da üzərində gətirdiyi 1.000 manatı Vüqara vermişdir. Təqsirləndirilən şəxs onun qarşısına 47 saylı müqavilə qoyaraq imzalamağı bildirmişdir. xx.xx.2021-ci il tarixdə Vüqar ona yenidən zəng edərək 140 manat pul tələb etmişdir. O da Vüqarın “Umico” kartına 140 manat pulu xx.xx.2021-ci il tarixdə kartdan karta göndərmişdir. Bu minvalla 6 ay müddətində Vüqar ona heç bir xidmət göstərməmişdir. Bundan sonra Vüqar işin sürətlənməsi üçün hansısa yüksək vəzifəli məmura pul verəcəyi adı ilə ondan 500 manat pul istəmişdir. O, yenidən Vüqara maddi imkanı olmadığını bildirdikdə, Vüqar ona nəyə gücü çatırsa atmağını bildirmişdir. O, Vüqarın kartına yenidən xx.xx.2021-ci il tarixdə ünvan 19 ünvanında yerləşən “OBA” marketdən “Umico” kartına 200 manat pul göndərmişdir. Bundan sonra o, Vüqarla mütəmadi olaraq əlaqə saxladıqda, Vüqar ona tez bir müddətdə işin həll olunacağını bildirmişdir. Bundan sonra o, Vüqarla əlaqə saxlamaq istədikdə, Vüqar ona müxtəlif bəhanələrlə aldatmağa başlamışdır. Sonradan ona məlum olmuşdur ki, Vüqar ondan başqa bir neçə nəfərə qarşı da dələduzluq edərək vətəndaşları aldatmışdır. Bu səbəbdən də o, şikayət etmək qərarına gəlmişdir. Təqsirləndirilən şəxs ona qarşı törətdiyi dələduzluğu nəticəsində ona ümumilikdə 1.340 manat məbləğində ziyan dəymişdir. Zərərçəkmiş şəxs11 ifadəsində qeyd etdiklərinin nəzərə alınmasını və Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs12 ifadəsində göstərdi ki, o, 2020-ci ilin iyul ayında keçmiş arvadı Aygün Quliyeva ilə rəsmi olaraq boşanmışdır. Onlar boşandıqdan sonra məhkəmə qətnaməsinə əsasən onların birgə nikahdan olan 5 yaşlı qızı Ümrə Abbaszadə anası Aygün Quliyevanın himayəsinə verilmişdir. O, qızı Ümrənin onun himayəsinə verilməsi üçün məhkəməyə müraciət etmək istəmiş və bu məqsədlə vəkil axtarmışdır. Onun tanışım Tahir Cəlalov ona Təqsirləndirilən şəxs adlı tanıdığı vəkilin olduğunu bildirmiş və Təqsirləndirilən şəxs mobil nömrəsini ona vermişdir. O, Təqsirləndirilən şəxs ilə əlaqə saxlamış və onlar sonra, yəni xx.xx.2022-ci il tarixdə, saat 14:00 radələrində onun işlədiyi Bakı şəhəri, Xətai rayonunda yerləşən ofisində görüşmüşlər. Təqsirləndirilən şəxs ona 1.000 manat qarşılığında onun işini həll edəcəyini bildirmişdir. O, Vüqarla razılaşdıqda, onların arasında 11 nömrəli hüquqi yardım göstərilməsi haqqında müqavilə bağlanmışdır. Müqavilədə göstərilən 1.000 manat pulun 600 manatını o, orada Vüqara vermiş, qalan 400 manat pulu isə 2021-ci ilin fevral ayının 12-də Vüqarın yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Mahir Əmirov küçəsində yerləşən “Akkord’ binasının yaxınlığında vermişdir. Bundan sonra, yəni 2021-ci ilin mart ayının 28-də Vüqar ona zəng edərək işin düzəlməsi üçün kiməsə hörmət etmək məqsədi ilə onun 100 manat pul verməli olduğunu bildirmişdir. O da yaşadığı Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi 74 saylı binanın yanında yerləşən “Rahat” marketdə olan ödəmə terminalı vasitəsilə Vüqarın ona bildirdiyi “Kapital Banka” aid olan bank hesabına 100 manat pul göndərmişdir. Lakin o, həmin ödəniş qəbzini ödəmə terminalından götürməmişdir. 2021-ci ilin aprel ayının 17-də o, məhkəmə ilə maraqlanan zaman Vüqarın işlə bağlı heç bir iş görmədiyini və məhkəmə prosesində iştirak etmədiyini bilmişdir. 2021-ci ilin may ayının 14-də o, Vüqar ilə əlaqə saxlamış və bundan sonra Vüqarı özü ilə məhkəməyə aparmışdır. Lakin həmin zaman Vüqarın vəkil mantiyası olmadığından işə baxan hakim Vüqarı vəkil kimi məhkəmə zalına buraxmamışdır. Bundan sonra Vüqar digər məhkəmə iclaslarına da gəlməmişdir. O da bu səbəbdən Vüqarın barəsində Vəkillər Kollegiyasına şikayət etmişdir. Vəkillər Kollegiyasında ona 2021-ci ilin iyun ayında Vüqarın onun kimi başqa insanlardan da pul alıb aldatdığı üçün vəkil kimi fəaliyyətinin dayandırıldığı bildirilmişdir. Lakin bu barədə Vəkillər Kollegiyasında ona gec məlumat verilmişdir. O, Təqsirləndirilən şəxs ilə işlədiyi Bakı şəhəri, Xətai rayonunda yerləşən ofisdə müqavilə bağlasa da, Vüqar ona order verməmişdir. Onların arasında bağlanmış müqavilə ilə bağlı o, Vəkillər Kollegiyasından məlumat alan zaman oradan bağlanmış müqavilənin formadan kənar və saxta olması, eləcə də Vüqarın vergidən yayınmaq üçün bu formada müqavilə bağladığı bildirilmişdir. Zərərçəkmiş şəxs12 ifadəsində qeyd etdiklərinin nəzərə alınmasını və Təqsirləndirilən şəxs ağır cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs16 ifadəsində göstərdi ki, 2014-cü ildə keçmiş həyat yoldaşı X9 ilə onun arasında bağlanmış rəsmi nikah pozulduqdan sonra Rövşanə Qasımova ona azyaşlı qız övladını göstərməmişdir. Buna görə də o, qonşuluğunda yaşayan şəxs ilə məsləhətləşdikdə, həmin qonşu Təqsirləndirilən şəxs vəkil kimi ona məsləhət görmüşdür. Sonra o, Təqsirləndirilən şəxs ilə görüşmüş və onların arasında müqavilə bağlanmışdır. Vüqar Gədəbəy Rayon Məhkəməsinə müraciət etdikdən sonra onun övladı ilə görüşməyi təmin edilmişdir. Buna görə də onda Vüqara qarşı böyük inam yaranmışdır. Bundan başqa, 2018-ci ildə onun qohumunun Bakı şəhəri, Türkan qəsəbəsində mülki mübahisəsi yaranmış və Təqsirləndirilən şəxs həmin torpaq məsələsini məhkəmə qaydasında həll etmişdir. O, mütəmadi olaraq Təqsirləndirilən şəxs ilə telefonla əlaqə saxlamışdır. 2022-ci ilin yanvar ayının 18-də Türkiyə Respublikasında yaşayan onun qohumu X23 ona zəng edərək bildirmişdir ki, Aslan həyat yoldaşı ilə Türkiyə Respublikasında boşandıqdan sonra birgə nikah dövründə aldıqları Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində olan 1 mərtəbəli fərdi yaşayış evini həyat yoldaşının qohumları satır. Buna görə də həmin evin alan şəxsdən geri qaytarılması üçün vəkil ilə məsləhətləşdikdən sonra müqavilə bağlamağını xahiş etmişdir. Onun ilk öncə ağlına Təqsirləndirilən şəxs gəlmiş və o, Təqsirləndirilən şəxs ***-***-**-** mobil nömrəsinə öz istifadəsində olan ***-***-**-** nömrəsinin “Votsap” praqramı vasitəsi ilə səs göndərərək hüquqi yardıma ehtiyacı olduğunu bildirmişdir. Vüqar ona cavab yazaraq Aslan ilə danışmaq istədiyini bildirmişdir. Sonra o, Təqsirləndirilən şəxs nömrəsini Aslana vermişdir. X55 danışmışlar və Aslan ona Vüqara nə lazım olsa xərcini çəkəcəyini bildirmişdir. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs əvvəlcə onunla görüşmədən və müqavilə bağlamadan ilkin ödəniş kimi öz adına olan "Kapital Bank” ASC-yə aid 4169-7385-0565-4123 nömrəli “Umico” bank kartına sms vasitəsi ilə şəklini göndərərək həmin karta 500 manat pul göndərməyini ona bildirmişdir. O, həmin gün saat 16:52-də kartdan karta 220 manat, həmin gün saat 17:43-də Xırdalan şəhəri, H.Əliyev prospekti 1 ünvanında olan marketdən Təqsirləndirilən şəxs göndərdiyi bank kartına 200 manat, xx.xx.2022-ci il tarixdə, saat 01:24-də yenidən kartdan karta 60 manat pul göndərmişdir. O, hər gün Vüqardan işlə bağlı soruşduqda, Vüqar onu müxtəlif bəhanələrlə aldatmış, müraciəti ilə bağlı işlərin yaxşı getdiyini və tezliklə nəticə olacağını bildirmişdir. xx.xx.2022-ci il tarixdə yenidən Vüqar əlavə olaraq işlə bağlı pul istəmiş, o da həmin gün saat 15:23-də Vüqarın bank kartına ünvan 20 ünvanında yerləşən "Dostmart” marketində olan “Milliön” vasitəsi ilə 300 manat pul göndərmişdir. Yenidən o, Vüqar ilə işlə bağlı maraqlandıqda, Vüqar tezliklə evin həmin şəxslərə qayıdacağını bildirmişdir. O, Vüqarla görüşmək istədikdə, vüqar ona işləri ilə bağlı vaxtının olmadığını və tezliklə görüşəcəyini bildirmişdir. O, Vüqara inandığı üçün görüşəcəklərinə səbr etmişdir. xx.xx.2022-ci il tarixdə Vüqar yenidən onunla əlaqə saxlayaraq işin sürətlənməsi üçün əlavə olaraq 300 manat pul istəmişdir. O da həmin gün ünvan 21 ünvanda yerləşən "Bazarstore” marketə daxil olaraq "Milliön” vasitəsi ilə Vüqarın bank kartına 300 manat pul göndərmişdir. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə Vüqar yenidən ona zəng edərək işin yekunlaşdığını, qərarın tezliklə çıxacağını və bildiriş gələcəyini bildirib buna görə də əlavə 200 manat pul istəmişdir. O da Vüqara həmin gün saat 17:33-də ünvan 21 ünvanda yerləşən "Bazarstore” marketində olan "Milliön” vasitəsi ilə 200 manat pul göndərmişdir. Həmin gündən sonra o, Vüqar ilə əlaqə saxlamağa çalışsa da, Vüqar onun telefonlarına cavab verməmişdir. Sonradan ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs vəkillik fəaliyyətinə xitam verilmiş və barəsində Xətai RPİ-də araşdırma aparılmışdır. O, başa düşmüşdür ki, Vüqar ona qarşı dələduzluq edərək ümumilikdə 1.280 manat pulu dələduzluq yolu ilə ələ keçirmişdir. Zərərçəkmiş şəxs16 ifadəsində qeyd etdiklərinin nəzərə alınmasını və Təqsirləndirilən şəxs ağır cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs14 ifadəsində göstərdi ki, o, təxminən 7-8 il bundan əvvəl anası ilə birlikdə işləyib pul yığaraq ünvan 22 ünvanda yerləşən 16 mərtəbəli binanın 15-ci mərtəbəsində 2 otaqlı 85 kv.m-dən ibarət mənzil almışdır. O, həmin mənzildə 7-8 il yaşadıqdan sonra həmin mənzili satıb özünə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində torpaq sahəsi almaq istəmişdir. Bu səbəbdən də o, alqı-satqı agentliyinə müraciət edərək ünvan 22 ünvanda yerləşən hündür mərtəbəli binada olan evini 140.000 manata satması barədə elan vermişdir. xx.xx.2021-ci il tarixdə alqı-satqı agentliyinin nümayəndəsi mənzilə müştəri gətirmiş və həmin müştəri onun evini bəyəndikdən sonra mənzilə 1.000 manat beh verərək çıxıb getmişdir. xx.xx.2021-ci il tarixdə X43 adlı şəxs rəsmi alqı-satqı edərək ona məxsus mənzili ipoteka fonduna qoymaq üçün 140.000 manat pul verərək mənzili almışdır. O, mənzili satdıqdan sonra özünə torpaq sahəsi alaraq öz zövqünə uyğun həyət evi tikdirmək qərarına gəlmişdir. Bu səbəbdən də o, tanışlarından torpaq sahəsi tapmalarını xahiş etmişdir. 2021-ci ilin may ayının əvvəllərində onun tanışı Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində 0.06 ha torpaq sahəsinin 44.000 manata satıldığını bildirmişdir. O, həmin torpaq sahəsinə baxdıqdan sonra bəyənib həmin gün torpaq sahəsini almaq qərarına gəlmişdir. Sonra o, torpağın sahibi X19 ilə 5 saylı Bakı “Asan” xidmətinə gedərək orada alqı-satqı etmişdir. O, torpaq sahəsini aldıqdan sonra orada ev tikdirməyin çətin olduğunu görüb daha əvvəl satdığı ünvan 22 ünvanda yerləşən mənzili geri qaytarmaq istəmişdir. O, tanışlarından bu məsələ ilə ələqadər maraqlandıqda, satdığı evi 6 ay ərzində geri qaytarmaq imkanının olduğu ona bildirilmişdir. Bundan sonra o, Yasin Rzayev ilə görüşüb satdığı mənzili qaytararaq ona verilmiş 140.000 manat pulu və mənzilə çəkdiyi əlavə xərcləri də ödəməyə hazır olduğunu bildirmişdir. Yasin Rzayev isə onun təklifi ilə razılaşmamışdır. O, Yasinə bu işi qanunla həll edəcəyini bildirmişdir. Bundan sonra o, Yasinlə əlaqəni kəsərək mənzilin geri qaytarılmasını vəkillə həll edərək məhkəmə qaydasında almaq istəmişdir. Təxminən 4-5 il bundan əvvəl o, internet sosial şəbəkəsi olan “İnstagramdan” tanıdığı Təqsirləndirilən şəxs ona internet vasitəsi ilə mesaj yazaraq vəkillik işi ilə nə qulluğu olarsa, həll edə biləcəyini və mobil nömrəsini qeyd etməyi ona tövsiyyə etmişdir. O da Təqsirləndirilən şəxs nömrəsini həmin vaxt öz telefonuna qeyd etmişdir. xx.xx.2021-ci il tarixdə o, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəyə zəng edərək Yasin Rzayev ilə onun arasında olanları danışmışdır. Vüqar da ona bu işdə qanuni yolla köməklik edə biləcəyini bildirmişdir. O, Vüqara inandığı üçün etibar edərək görüşmək qərarına gəlmiş və Vüqar onu Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 59-da yerləşən “AGA Business Center” Mərkəzi ilə üzbəüzdə yerləşən ofisinə dəvət etmişdir. O, Vüqarın dediyi yerə getdikdə, Vüqar ofisdə tək olmuşdur. O, həmin vaxt yenidən X52 140.000 manata satdığı mənzili qaytarılmasında köməklik edə bilibbilməcəyini soruşduqda, Vüqar onu tam əminliklə arxayın edərək tezliklə məhkəmə yolu ilə mənzili Yasin Rzayevdən alıb ona qaytaracağını bildirmişdir. O, Vüqara inandığı üçün həmin gün, yəni xx.xx.2021-ci il tarixdə onların arasında hüquqi yardım göstərilməsi haqqında müqavilə bağlanmışdır. Müqavilə bağlanan gün o, Təqsirləndirilən şəxs ofisdə 1.200 manat pul vermiş, qalan 800 manat pulu isə işin yekununda ödəyəcəyinə söz vermişdir. xx.xx.2021-ci il tarixdə, saat 11:00 radələrində Təqsirləndirilən şəxs ona zəng edərək ipoteka fonduna qoymaq üçün 22.000 manat pulu yatızdırmaq məqsədi ilə pulu gətirməyi bildirmişdir. O da evdən 22.000 manat pul götürüb anası ilə birlikdə Təqsirləndirilən şəxsyinin yanına getmişdir. Vüqar həmin pulun 20.000 manatını ipoteka fonduna qoymaq üçün, qalan 2.000 manatı isə işi həll edəcəyini müəllim kimi bildirdiyi şəxsə verəcəyini demişdir. O, yenə Vüqara inanıb 22.000 manat pulu sayaraq anasının yanında Vüqara vermişdir. Vüqar da bunun əvəzində ona əl yazması ilə iltizam yazaraq ondan pulu almışdır. O, hər dəfə Vüqara pul verərkən iltizamin üstünə verdiyi pulları qoyaraq şəkillərini çəkmişdir. Vüqar özü də buna razılıq vermişdir. O, xx.xx.2021-ci il tarixdə müqavilədən borclu qaldığı 250 manat pulu Vüqara ofisdə vermişdir. xx.xx.2021-ci il tarixdə, saat 11:00 radələrində yenidən Vüqar onu ofisə dəvət edərək ipoteka fonduna qoymaq məqsədi ilə əlavə olaraq 50.000 manat da pul gətirməyini bildirmişdir. O, yenə anası ilə birlikdə Vüqarın ofisinə gedərək 50.000 manat pulu Vüqara verib sonuncudan iltizam almış, eləcə də yenidən verdiyi pulların şəkillərini çəkmişdir. xx.xx.2021-ci il tarixdə, saat 12:00 radələrində yenidən Vüqar onu ofisinə dəvət edərək ipoteka fonduna qoymaq məqsədi ilə əlavə olaraq 50.000 manat da pul gətirməyini bildirmişdir. O da yenə anası ilə birlikdə ofisə gedərək 50.000 manat pulu ofisdə Vüqara vermiş və Vüqardan iltizam alıb pulların şəkillərini çəkmişdir. xx.xx.2021-ci il tarixdə, saat 21:00 radələrində Vüqar yenidən onları ofisə dəvət edərək işin tezliklə həll olunması üçün əlavə olaraq 5.000 manat pul almışdır. O, həmin qaydada pulları və iltizamı telefonu vasitəsi ilə çəkmişdir. 25 iyul 2021ci il tarixdə o, Vüqara müqavilə üzrə borclu qaldığı 100 manat pulu Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospektində yerləşən “Bravo” marketdə olan “e-Manat” vasitəsi ilə "xxxx" ASC-yə aid 4169-7385-0565-4123 nömrəli “Umico” kartına göndərmiş və bundan sonra əlavə olaraq müqavilə üzrə borclu qaldığı 100 manat pulu da xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsində yerləşən “Dəniz” marketdə yerləşən “e- Manat” vasitəsi ilə 4169-7385-0565-4123 nömrəli “Umico” kartına göndərmişdir. xx.xx.2021-ci il tarixdə, saat 11:00 radələrində yenidən Vüqar onu ofisə dəvət edərək ipoteka fonduna qoymaq məqsədi ilə əlavə olaraq 3.500 manat da pul gətirməyini bildirmişdir. O, yenə anası ilə birlikdə Vüqarın ofisinə gedərək 3.500 manat pulu Vüqara verib sonuncudan bu barədə iltizam alıb pulların şəkillərini çəkmişdir. O, Vüqar ilə tez-tez əlaqə saxlamış və Vüqar hər dəfə onu müxtəlif bəhanələrlə aldatmışdır. O, Vüqar ilə arasında olan bütün danışıqları öz telefonuna yazmışdır. O, Vüqarın verdiyi iltizamların əslilərini ibtidai istintaq zamanı müstəntiqə təqdim etmişdir. xx.xx.2021 və ya xx.xx.2021-ci il tarixdə o, Təqsirləndirilən şəxs nə səbəbdən daşınmaz əmlaka sənədlə bağlı getmədiyini soruşduqda, Vüqar bildirmişdir ki, inanmırsa daşınmaz əmlakın əməkdaşı ilə telefon vasitəsi ilə konfrans qoşsun və əməkdaşın dediklərini də eşidə bilər. Sonra Vüqar tanışı olan Hümbət adlı şəxsi konfransa qoşmuş, həmin Hümbət adlı şəxs onunla danışaraq yalan vədlər verib ondan səbrli olmasını istəmişdir. O, həmin Hümbətin sözü ilə şikayət etməmək qərarına gəlmişdir. Lakin sonradan o, Vüqarın barəsində şikayət etmişdir. Zərərçəkmiş şəxs14 ifadəsində qeyd etdiklərinin nəzərə alınmasını və Təqsirləndirilən şəxs ağır cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsində göstərdi ki, o, 2021 -ci ilin avqust ayında ünvan 23 ünvanda yerləşən hündür mərtəbəli binanın 3-cü mərtəbəsində 76 kv.m-dən ibarət 2 otaqlı mənzili “Ocaq" MTK-dən almışdır. O, həmin mənzilə köçdükdən təxminən 1 ay sonra həmin evin əvvəlki sahibi onun mobil telefonuna zəng edib onu sözlə hədələyərək bildirmişdir ki, onun aldığı və hazırda yaşadığı mənzil həmin şəxsə məxsus olmuşdur. Bu zəngdən sonra o, çox narahat olmuş və aldığı mənzilin problemli mənzil olduğunu düşünmüşdür. O, həmin qadının sözlərindən narahat olaraq həmin qadının gələcəkdə onu məhkəməyə verəcəyi təqdirdə, hüquqlarını müdafiə etmək üçün vəkil axtarmağa başlamışdır. Bu vaxt o, öz “İnstagram" səhifəsindən vəkil Təqsirləndirilən şəxs nömrəsini taparaq 08 sentyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs mobil nömrəsinə zəng edərək başına gələn məsələ barədə danışmışdır. Vüqar onu Bakı şəhəri, Xətai rayonu “Ağa Center” Mərkəzi ilə üzbəüzdə yerləşən ofisinə dəvət etmişdir. O da Vüqarın ofisinə gedərək Vüqara baş verən hadisələri danışmışdır. Vüqar da onun problemini həll edəcəyini, gələcəkdə mübahisə olarsa ona kömək edəcəyini, habelə aldığı mənzilə görə çıxarış almaqda ona köməklik edəcəyini bildirmişdir. Sonra Təqsirləndirilən şəxs onun qarşısına 49 saylı müqavilə qoyaraq imzalamağı və qarşılığında 1.000 manat pul ödəməli olduğunu bildirmişdir. O, Vüqarla razılaşaraq 1.000 manat pulu Vüqara vermişdir. Bu pul onların arasında bağlanmış müqaviləyə görə verilmişdir. Bundan sonra o, Vüqarla mütəmadi olaraq əlaqə saxlamış və həmişə Vüqar tez bir müddətdə onun yaşadığı evə çıxarış alacağını bildirmişdir. O, Vüqara həmin binada bütün mənzillərin müqavilə əsasında satıldığını bildirsə də, Vüqar ona yaşadığı evə məhkəmə vasitəsi ilə çıxarış alacağını bildirmişdir. O, Vüqarın dediyi sözlərə inanıb bir qədər gözləmişdir. xx.xx.2021-ci il tarixdə, saat 11:00 radələrində Vüqar yenidən onunla əlaqə saxlayaraq evlə bağlı olan məhkəməni udduğunu və qətnamənin çıxması üçün təcili olaraq istifadəsində olan bank kartına 300 manat pul atmağı istəmişdir. O da Vüqarın göndərdiyi bank kartına 300 manat pulu “Millön” aparatı vasitəsi ilə göndərmişdir. Bundan sonra o, Vüqarla əlaqə saxlamaq istədikdə, Vüqara zəng çatmamışdır. Sonradan ona məlum olmuşdur ki, Vüqar ondan başqa bir neçə nəfəri də dələduzluq yolu ilə aldatmışdır. Bu səbəbdən də o, şikayət etmək qərarına gəlmişdir. Hadisə nəticəsində ona ümumilikdə 1.300 manat ziyan dəymişdir. O, Təqsirləndirilən şəxs 1.300 manat pulun qaytarılmasını tələb edir. Zərərçəkmiş şəxs7 ifadəsində qeyd etdiklərinin nəzərə alınmasını və Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərdi ki, onun mərhum atası X28 uzun müddət DİO-da xidmət etmiş, 2005-ci ildə isə təqaüdə çıxmışdır. Lakin 2006-cı ildə onun atası ürək tutmasından vəfat etmişdir. Onun anası X7 2017-cı ildə təqaüdə çıxmaq yaşı tamam olmuşdur. Bir neçə ildən sonra ona məlum olmuşdur ki, anası təqaüdündən imtina edərsə onun atasının təqaüdünü ala bilər. Bu səbəbdən də o, vəkil tanışına müraciət etmişdir ki, bu məsələdə onlara kömək etsin. Həmin vəkil də işə başlamışdır. Lakin sonradan həmin vəkil prosesi başa çatdıra bilməmişdir. Bundan sonra o, bu məsələni həll etmək məqsədi ilə vəkil axtarmağa başlamışdır. 2021-ci ilin sentyabr ayında o, “İnstagram” vasitəsi ilə vəkillərin siyahısına baxarkən onun diqqətini Təqsirləndirilən şəxs cəlb etmiş və xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrəsini götürüb Vüqarla əlaqə saxlamışdır. O, Təqsirləndirilən şəxs ilə telefonla danışarkən Vüqara anasının təqaüd məsələsində köməklik etməsinə ehtiyac olduğunu bildirmişdir. Vüqar də ona anasının taqaüd məsələsində köməklik edə biləcəyini, bu işin Vüqarlıq olduğunu və bu xidmətə görə 1.700 manat pul verməli olduğunu bildirmişdir. Sonra onlar Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 59-da yerləşən “AGA Business Center” Mərkəzi ilə üzbəüzbdə yerləşən ofisdə görüşmüşlər. O, Vüqarla xx.xx.2021-ci il tarixdə həmin ofisdə görüşmüşdür. O, Vüqarla görüşüb yenidən ətraflı şəkildə hər bir şeyi izah etmişdir. Vüqar hüquqi xidmətlərin yardım göstərilməsi müqaviləsini çıxararaq həmin müqaviləni onunla birlikdə imzalayaraq ondan ilkin olaraq 1.100 manat pul almış, qalan pulu isə işin yekununda alacağını bildirmişdir. O, Vüqardan həmin müqavilənin bir nüsxəsini verməsini tələb etdikdə, Vüqar həmin müqaviləni verməkdən imtina etmişdir. Onun bir o, qədər də anlayışı olmadığından o, Vüqardan həmin vaxt müqaviləni verməsini tələb etməmişdir. xx.xx.2021-ci il tarixdə Vüqar ona mesaj yazaraq sənəd işi ilə bağlı əlavə olaraq 100 manat pul istəmişdir. O da xidmət haqqı müqaviləsinə görə Vüqara əlavə olaraq 100 manat pulu Vüqarın göndərdiyi bank kartına atmışdır. xx.xx.2021-ci il tarixdə Vüqar onunla yenidən əlaqə saxlayaraq işlə bağlı xidmət haqqı müqavilənin pulundan çıxılması üçün 200 manat pul istəmişdir. O, həmin gün yenidən Vüqara «eManat» ödəmə terminalı vasitəsi ilə 200 manat pul göndərmişdir. 06 noyabr 2021-ci il tarixdə, saat 13:00 radələrində Vüqar yenidən onunla əlaqə saxlayaraq xidmət haqqından qalan 300 manat pulunu istəmişdir. Bundan sonra o, Vüqarla ünvan 24 ünvanda yerləşən “Akkordlar” binasının arxasında görüşmüşdür. Vüqar ona məxsus gümüşü rəngli “Mercedes-Benz” markalı, **-VC-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşmiş və işin yekunlaşdığını, xx.xx.2021-ci il tarixdə DSMF-nin verdiyi qərarı məhkəmənin təsdiq edəcəyini bildirmişdir. O, Vüqarın dediyi sözlərə inanıb 300 manat pulu avtomobilin içərisində Təqsirləndirilən şəxs vermişdir. xx.xx.2021-ci il tarixdə, saat 21:00 radələrində o, Təqsirləndirilən şəxs zəng vuraraq işin nə yerdə olduğunu soruşduqda, Vüqar məhkəmənin onların xeyrinə həll olunduğunu və qətnamənin 1 həftə ərzində poçtla evə göndəriləcəyini bildirmişdir. O, Vüqara yenidən inanmışdır. xx.xx.2021ci il tarixdə o, Vüqara zəng edərək qətnamənin nə vaxt göndəriləcəyi ilə maraqlandıqda, Vüqar özü etiraf etdi ki, məhkəmə olmayacaq və ondan aldığı pulu tez bir zamanda geri qaytaracaq. O, bundan sonra bilmişdir ki, Təqsirləndirilən şəxs onu aldadaraq dələduzluq yolu ilə onun pulunu ələ keçirmişdir. O, Vüqardan pulun geri qaytarılmasını tələb etsə də, Vüqar müxtəlif bəhanələrlə onu aldatmışdır. Təqsirləndirilən şəxs tərəfindən ona qarşı dələduzluq edilmiş və nəticədə ona ümumilikdə 1.700 manat ziyan vurulmuşdur. O, həmin pulun 1.400 manatını nağd şəkildə, qalan 300 manatını isə “Milliön” vasitəsi ilə Vüqara vermişdir. Zərərçəkmiş şəxs6 ifadəsində qeyd etdiklərinin nəzərə alınmasını və Təqsirləndirilən şəxs ağır cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, onun məhkəmə işi olmuşdur. O, özünü vəkil kimi təqdim edən Təqsirləndirilən şəxs dələduzluq əməllərinə məruz qalmışdır. Belə ki, Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən və onun mülkiyyətində olmuş əmlaka Hamlet Qarayev adlı şəxs tərəfindən ziyan vurulmuşdur. Həmin ziyan 10.000 manat məbləğində olmuşdur. Ona vurulmuş 10.000 manat zərərin ödənilməsi üçün ona vəkil lazım olmuşdur. Ona hüquqi xidmətin göstərilməsi məqsədilə 2021-ci ilin yanvar ayında o, tanışının vasitəsi ilə Təqsirləndirilən şəxs zəng edərək müraciət etmişdir. Təqsirləndirilən şəxs yaranmış problemi həll edəcəyini telefonda ona bildirərək Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 59-da yerləşən “AGA Business Center” Mərkəzi ilə üzbəüzdə yerləşən ofisinə dəvət etmişdir. O da Vüqarın ofisinə gedərək Vüqara başına gələn problemi danışmış və Vüqardan ona hüquqi yardım göstərilməsini istəmişdir. Vüqar da ona müqavilə bağlanmasını və xidmət haqqı kimi 3.200 manat pul ödəməli olduğunu bildirmişdir. O da problemini həll etmək məqsədi ilə Təqsirləndirilən şəxs ilə razılaşmış və ilkin olaraq xx.xx.2021-ci il tarixdə 3.000 manat pulu həmin ofisdə Vüqara vermişdir. xx.xx.2021-ci il tarixdə o, 200 manat pulu Vüqarın “Umico” plastik kartına Yasamal rayonu ərazisində yükləmişdir. Sonra onunla Vüqar arasında müqavilə bağlanmışdır. Təqsirləndirilən şəxs həmin müqaviləni "xxxx" MMC-nin direktoru kimi imzalamışdır. Lakin Təqsirləndirilən şəxs kassa mədaxil qəbzini ona verməmişdir. Bir neçə aydan sonra Vüqar ona bildirmişdir ki, bu işin sürətli həll olunması üçün 5.000 manat pul lazımdır. O da Vüqara inanaraq 2021-ci ilin aprel ayının ortalarında Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospektində Vüqara 5.000 manat pul vermişdir. Lakin Vüqar verdiyi vədini yerinə yetirməmişdir. Aylar keçsə də, Vüqar onun problemini həll etməmişdir. O da məsələnin belə vəziyyətdə olduğunu görüb Vüqardan verdiyi pulları qaytarılmasını tələb etmişdir. Lakin Vüqar müxtəlif bəhanələr gətirərək onun pulunu qaytarmaqdan imtina etmişdir. Təqsirləndirilən şəxs onun işi ilə bağlı heç bir orqana və ya məhkəməyə bircə dəfə də olsun müraciət etməmişdir. Belə olan halda o, Vüqardan şikayət edəcəyini bildirmişdir. Sonra Vüqar onunla görüşüb səhvə yol verdiyini bildirmiş və ondan aldığı 8.200 manat pulu qısa zamanda qaytaracağını vəd etmişdir. Vüqar bunun müqabilində ondan özü barəsində şikayət etməməsini xahiş etmişdir. O da Vüqarla razılaşmış və Vüqara vaxt vermişdir. Həmin müddət ərzində Vüqar ondan aldığı 8.200 manat puldan 5.700 manat pulu geri qaytarmışdır. Vüqar qalan 2.500 manat pulu da qaytaracağını bildirmişdir. Lakin Vüqar verdiyi vədi yerinə yetirməmişdir. O, istintaq dövründə Vüqar tərəfindən ona vurulmuş ziyanın tam şəkildə ödənilməsi barədə ərizə ilə müraciət etsə də, Vüqar ona verdiyi sözü tutmamış, yəni ona verməli olan 2.500 manat pulu qaytarmamışdır. Ona görə də o, Təqsirləndirilən şəxs şikayətçidir və Vüqardan 2.500 manat pulunu tələb edir. Zərərçəkmiş şəxs1 ifadəsində qeyd etdiklərinin nəzərə alınmasını və Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş həddə cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs9 ifadəsində göstərdi ki, o, təxminən 1 il olar ki, həyat yoldaşı X10 boşanmışdır. O, boşandıqdan sonra keçmiş həyat yoldaşı aliment ödəməmişdir. Ona görə də o, vəkilə müraciət etmək qərarına gəlmişdir. Bu səbəbdən də o, internet sosial şəbəkəsindən Təqsirləndirilən şəxs mobil nömrəsini taparaq Vüqara zəng etmiş və onlar aliment barəsində söhbət etmişlər. Vüqar onu Bakı şəhəri, Xətai rayonu “Ağa Centr” Mərkəzi ilə üzbəüzdə yerləşən ofisinə dəvət etmişdir. O da xx.xx.2021-ci il tarixdə Vüqarın ofisinə gedərək baş verən hadisələri yenidən orada Vüqara danışmışdır.Təqsirləndirilən şəxs onun qarşısına müqavilə qoyaraq imzalamağı və qarşılığında ilkin olaraq həmin gün 500 manat pul ödəməli olduğunu bildirmişdir. O da Vüqarla razılaşaraq 500 manat pulu Vüqara vermişdir. Bundan sonra o, Vüqarla mütəmadi olaraq əlaqə saxladıqda, Vüqar ona tez bir müddətdə aliment məsələsini həll edəcəyini bildirmişdir. Vüqar hər dəfə onunla əlaqə saxladıqda, hissə-hissə 390 manat pulu istəmişdir. O da Vüqara Abşeron rayonu, Masazır qəsəbəsində olan marketlərin birinə daxil olaraq Təqsirləndirilən şəxs göndərdiyi karta «eManat» vasitəsi ilə hissə-hissə bir neçə dəfə pul göndəmişdir. Sonuncu dəfə o, xx.xx.2021-ci il tarixdə 100 manat pul göndərmişdir. O, «eManat» vasitəsi ilə Vüqara ümumilikdə 390 manat pul göndərmişdir. Bundan sonra o, Vüqarla əlaqə saxlamaq istədikdə, Vüqara zəng çatmamış, sonradan məlum olmuşdur ki, Vüqar başqa bir neçə nəfəri də dələduzluq yolu ilə aldatmışdır. Bu səbəbdən də o, şikayət etmək qərarına gəlmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona qarşı dələduzluq edilərək ümumilikdə 890 manat məbləğində ziyan vurulmuşdur. O, 500 manat pulu nəğd şəkildə vermiş, qalan 390 manat pulu isə Vüqarın göndərdiyi bank kartına göndərmidir. Zərərçəkmiş şəxs9 ifadəsində qeyd etdiklərinin nəzərə alınmasını və Təqsirləndirilən şəxs ağır cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs15 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, onun həyat yoldaşı X24 məxsus olan Bilgəh qəsəbəsi, Dəniz küçəsi 3a ünvanında olan mənzili öz adına rəsimləşdirmək üçün o, xx.xx.2022-ci il tarixdə internet vasitəsi ilə 13 saylı Vəkil Bürosunun vəkili kimi qeydiyyatdan keçmiş Təqsirləndirilən şəxs mobil nömrəsini tapmış və Vüqara zəng edərək danışmışdır. O, işin mahiyyətini telefon vasitəsi ilə danışıb izah etdikdən sonra Təqsirləndirilən şəxs razılaşaraq sonuncudan ona köməklik etməsini istəmişdir. Təqsirləndirilən şəxs də ona edəcək hüquqi yardımın 1.600 manat dövlət rusumu olduğunu bildirmişdir. O, Vüqarla razılaşıb ilkin olaraq 1.000 manat pul verə biləcəyini bildirmişdir. xx.xx.2022-ci il tarixdə, saat 11:00 radələrində Vüqar onun yaşadığı Binəqədi rayonu, H.Hüseynov küçəsi 11 A saylı mənzilə gəlmişdir. Təqsirləndirilən şəxs özü ilə hüquqi yardım göstərilməsi üçün müqavilə də gətirmişdir. Həmin vaxt onların arasında müqavilə bağlanmışdır. Müqavilədən sonra o, 1.000 manat pulu Vüqara vermişdir. O, Vüqara pulu verdikdən bir neçə gündən sonra Vüqar mobil telefonlarını söndürərək onun zənglərinə cavab verməmişdir. Bundan sonra o, Vüqarın barəsində maraqladıqda, ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs dələduzluqla məşğul olaraq onun kimi başqa sadə vətəndaşları da aldatmışdır. Bundan sonra o, polisə müraciət etmək qərarına gəlmişdir. Təqsirləndirilən şəxs tərəfindən dələduzluq edilərək ona ümumilikdə 1.000 (min) manat maddi ziyan dəymişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, 2021-ci ilin sentyabr ayının 22-də oğlu onun qardaşı oğlu X27 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120-ci maddəsinə əsasən Qaradağ RPl-nin əməkdaşları tərəfindən saxlanılmış və daha sonra isə Sərxan Dadaşov 4 ay müddətində həbs edilmişdir. Sərxanın hüquqlarını müdafiə etmək məqsədilə onlar vəkil tutmaq qərarına gəlmişlər. Onlar internet sosial şəbəkəsindən Təqsirləndirilən şəxs mobil telefon nömrəsini taparaq zəng etmişlər. Sonra o, qardaşı Zərərçəkmiş şəxs8la birlikdə Təqsirləndirilən şəxs ilə görüşmüşlər və həmin gün hüquqi yardım haqqında müqavilə bağlanmışdır. Təqsirləndirilən şəxs onlardan təcili pul istədiyindən o, 10.000 manatlıq qızıllarını dəyər-dəyməzə, yəni 4.300 manata satmış və sonra onlar həmin pulu Vüqara vermişlər. Vüqar onların işini həll edəcəkdi. Onlar Vüqara həmin pulu Sərxan Dadaşovun günahsız olduğunu sübuta yetirməsi üçün vermişlər. Onlar pulu Vüqara verdikdə, həmin vaxt Vüqarın yanında bir oğlan da olmuşdur. Vüqar həmin oğlanı onlara öz köməkçisi kimi təqdim etmişdir. Vüqar onlardan 4.300 manat pulu alsa da, Sərxana heç bir hüquqi yardım göstərməmişdir. Vüqar onların pulunu ələ keçirərək onlara qarşı dələduzluq etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid6 oxşar məzmunlu ifadə verməklə Şahid3 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, onun tanışı olan Gülsarə Şirinova adlı xanımın Xətai Rayon Məhkəməsində işi olmuşdur. Həmin vaxt Vüqar həmin məhkəmədə onun tanışının müdafiəçisi qismində çıxış etmişdir. O, Vüqarla həmin vaxt tanış olmuşdur. O, özü ticarətlə məşğul olur. Zərərçəkmiş şəxs3 adlı zərərçəkmiş şəxs onun dostu Şahid4 dostu olmuşdur. Şahid4 ilə Zərərçəkmiş şəxs3 Şahid7 tanış etmişdir. O, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 işə bərpa olunması ilə bağlı məhkəmə işinə görə 3.500 manat pul aldığını eşitmişdir. Lakin o, bu hadisələrin şahidi olmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs3 onun dostudur. Azərin işə bərpa ilə bağlı məhkəmə işi olmuşdur. Azər işə bərpa ilə əlaqədar vəkil axtarmışdır. Azər məhkəmə işi ilə bağlı ona məlumat verərək vəkil axtardığını bildirmişdir. Bundan sonra o, bu barədə Şahid4 yanında danışdığı zaman Teyyub ona bildirmişdir ki, bu məsələdə Azərə köməklik edə bilər. Sonra Şahid5 və Şahid4 onu və Azəri vəkil Təqsirləndirilən şəxs ilə tanış etmişlər. Əvvəlcə onları Xətaidə Vəkil Bürosuna dəvət etmişlər, daha sonra isə onları Təqsirləndirilən şəxs ofisinə dəvət etmişlər. Onlar nahar fasiləsində restoranda əyləşmişlər və həmin vaxt Zərərçəkmiş şəxs3 işi ilə bağlı söhbət getmişdir. Teyyub və Anar Azərdən işə bərpa məsələsinə görə 4.000 manat istəmişlər. Təqsirləndirilən şəxs guya müdafiəsi ilə bağlı olan işləri həll edəcək, digərləri isə, yəni Teyyub və Şahid5 isə qalan məsələləri həll edəcəklər. Teyyub və Anar əvvəllər polis əməkdaşları olduqlarını bildirmişlər. Sonradna o, bilmişdir ki, Teyyub və Şahid5 Azərdən ümumilikdə 4.000 manat pul almışlar, həmin pulun bir hissəsini Təqsirləndirilən şəxs vermişlər, qalan hissəsini isə öz aralarında bölüb xərcləmişlər. Zərərçəkmiş şəxs3 isə heç bir hüquqi yardım göstərilməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Şahid5 onun dostudur. Zərərçəkmiş şəxs3 və Təqsirləndirilən şəxs ilə onu Şahid5 tanış etmişdir. O, əvvəllər polis əməkdaşı olmuş, hazırda isə pensiyadadır. Şahid5 də keçmiş polis əməkdaşıdır. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs3 müqavilə bağlamışlar. Belə ki, Zərərçəkmiş şəxs3 işə bərpa ilə bağlı məhkəmə işi olmuş, həmin iş üzrə Təqsirləndirilən şəxs Azərin müdafiəçisi qismində çıxış edəcəkdi. Müqavilə bağlanana kimi Azər və Vüqar bir-birilərini tanımamışlar. X59 Əlizadə tanış etmişdir. O, müqavilə bağlanarkən həmin prosesdə iştirak etmiş və həmin vaxt Azər Vüqara 200 manat pul vermişdir. O, 4.000 manat pulu Azərdən borc müqaviləsi əsasında almışdır. Azər ona həmin borcu Vüqar ilə müqavilə bağladıqdan sonra vermişdir. O, həmin pulu öz dostunun işi ilə bağlı Zərərçəkmiş şəxs3 almışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin) ifadələri ilə yanaşı, elan olunmuş zərərçəkmiş şəxsin ifadəsini, maddi sübutları, ekspertiza rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 19 yanvar 2021ci il tarixli baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş qəbzlərdən (cild 1, iş vərəqə 37-39) görünür ki, xx.xx.2021-ci il tarixdə, saat 20:50-də Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospektində yerləşən «Bravo» Hipermarketdə quraşdırılmış «eManat» ödəmə terminalı vasitəsi ilə Təqsirləndirilən şəxs adına olan "xxxx" ACS-nə məxsus kart nömrəsinə 100 manat, xx.xx.2021-ci il tarixdə, saat 16:08-də Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsində yerləşən «Dəniz» marketdə quraşdırılmış «Milliön» ödəmə terminalı vasitəsi ilə Təqsirləndirilən şəxs adına olan "xxxx" ACS-nə məxsus kart nömrəsinə 100 manat pul köçürülmüşdür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 19 yanvar 2021-ci il tarixli 11 saylı hüquqi yardımın göstərilməsi haqqında müqavilənin surətindən (cild 1, iş vərəqə 62) görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs ilə Şahid2 arasında torpaq sahəsinin mülkiyyətə keçirilməsi haqqında müqavilə bağlanmış, hüquqi yardıma görə xidmət haqqı 300 manat məbləğində müəyyən edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 19 yanvar 2021-ci il tarixli 11 saylı hüquqi yardımın göstərilməsi haqqında müqavilənin surətindən (cild 1, iş vərəqə 68-71) görünür ki, həmin tarixdə "xxxx" MMC-nin direktoru Təqsirləndirilən şəxs ilə Şahid2 arasında hüquqi yardım haqqında müqavilə bağlanmış, hüquqi yardıma görə xidmət haqqı 3.000 manat məbləğində müəyyən edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 27 yanvar 2021-ci il tarixli 11 saylı hüquqi yardımın göstərilməsi haqqında müqavilənin surətindən (cild 3, iş vərəqə 28-31) görünür ki, həmin tarixdə "xxxx" MMC-nin direktoru Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs12 arasında hüquqi yardım haqqında müqavilə bağlanmış, hüquqi yardıma görə xidmət haqqı 1.000 manat məbləğində müəyyən edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 13 may 2021-ci il tarixli 47 saylı hüquqi yardımın göstərilməsi haqqında müqavilənin surətindən (cild 1, iş vərəqə 10) görünür ki, həmin tarixdə 13 saylı Vəkil Bürosunun vəkili Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs14 arasında alqı-satqı müqaviləsinin ləğv edilməsi və ilkin vəziyyətə qaytarılması barədə hüquqi yardım haqqında müqavilə bağlanmış, hüquqi yardıma görə xidmət haqqı 2.000 manat məbləğində müəyyən edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 19 may 2021-ci il tarixli iltizamdan (cild 1, iş vərəqə 19) görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs alqı-satqı müqaviləsinin ləğv edilməsinə görə Zərərçəkmiş şəxs14 22.000 manat məbləğində pul almış, sonuncunun müraciəti ilə bağlı məsələni xx.xx.2021-ci il tarixədək həll edəcəyini vəd etmiş, qeyd edilən tarixədək verdiyi vədi yerinə yetirmədiyi halda 22.000 manat məbləği Zərərçəkmiş şəxs14 tam şəkildə geri qaytaracağını öhdəsinə götürmüşdür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 01 iyun 2021-ci il tarixli iltizamdan (cild 1, iş vərəqə 20) görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs alqı-satqı müqaviləsinin ləğv edilməsinə görə Zərərçəkmiş şəxs14 50.000 manat məbləğində pul almışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 09 iyun 2021-ci il tarixli iltizamdan (cild 1, iş vərəqə 21) görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs alqı-satqı müqaviləsinin ləğv edilməsinə görə təkrarən Zərərçəkmiş şəxs14 50.000 manat məbləğində pul almış, sonuncunun müraciəti ilə bağlı məsələni həll edə bilmədiyi halda xx.xx.2021-ci il tarixdə ümumilikdə 122.000 manat məbləğində pulu tam şəkildə geri qaytaracağını öhdəsinə götürmüşdür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 15 iyun 2021-ci il tarixli iltizamdan (cild 1, iş vərəqə 22) görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs alqı-satqı müqaviləsinin ləğv edilməsinə görə təkrarən Zərərçəkmiş şəxs14 5.000 manat məbləğində pul almışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 13 iyul 2021-ci il tarixli çıxarışdan (cild 1, iş vərəqə 177) görünür ki, Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Təqsirləndirilən şəxs vəkillik fəaliyyəti 6 ay müddətinə, yəni xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Azərbaycan Respublikası Vəkillər X11 qərarı əsasında dayandırılmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 11 avqust 2021-ci il tarixli iltizamdan (cild 1, iş vərəqə 23) görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs alqısatqı müqaviləsinin ləğv edilməsinə görə təkrarən Zərərçəkmiş şəxs14 3.500 manat məbləğində pul almışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 08 sentyabr 2021-ci il tarixli 49 saylı hüquqi yardımın göstərilməsi haqqında müqavilənin surətindən (cild 2, iş vərəqə 89-92) görünür ki, həmin tarixdə "xxxx" MMC-nin direktoru Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs7 arasında hüquqi yardım haqqında müqavilə bağlanmış, hüquqi yardıma görə xidmət haqqı 1.000 manat məbləğində müəyyən edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 12 sentyabr 2021-ci il tarixli iltizamdan (cild 1, iş vərəqə 61) görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs hüquqi xidmət müqabilində (torpaq sahəsinin mülkiyyətə keçirilməsi) Zərərçəkmiş şəxs2 aldığı 10.200 manat puldan 5.000 manat hissəsini geri qaytarmış, qalan 5.200 manat hissəsini də xx.xx.2021-ci il tarixədək geri qaytarmasını öz öhdəsinə götürmüşdür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 24 sentyabr 2021-ci il tarixli hüquqi yardımın göstərilməsi haqqında müqavilənin surətindən (cild 1, iş vərəqə 161-164) görünür ki, həmin tarixdə "xxxx" MMC-nin direktoru Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs8 arasında hüquqi yardım haqqında müqavilə bağlanmış, hüquqi yardıma görə xidmət haqqı 4.500 manat məbləğində müəyyən edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 05 oktyabr 2021-ci il tarixli 47 saylı hüquqi yardımın göstərilməsi haqqında müqavilənin surətindən (cild 1, iş vərəqə 251-254) görünür ki, həmin tarixdə "xxxx" MMC-nin direktoru Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs3 arasında hüquqi yardım haqqında müqavilə bağlanmış, hüquqi yardıma görə xidmət haqqı 250 manat məbləğində müəyyən edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 14 oktyabr 2021-ci il tarixli 55 saylı hüquqi yardımın göstərilməsi haqqında müqavilənin surətindən (cild 1, iş vərəqə 117-120) görünür ki, həmin tarixdə "xxxx" MMC-nin direktoru Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs4 arasında hüquqi yardım haqqında müqavilə bağlanmış, hüquqi yardıma görə xidmət haqqı 2.500 manat məbləğində müəyyən edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 17 dekabr 2021-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (cild 1, iş vərəqə 99) görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 20 dekabr 2021-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş qəbzdən (cild 1, iş vərəqə 144-145) görünür ki, xx.xx.2021-ci il tarixdə, saat 15:50-də ünvan 12 ünvanda quraşdırılmış «Milliön» ödəmə terminalı vasitəsi ilə Təqsirləndirilən şəxs adına olan "xxxx" ACS-nə məxsus kart nömrəsinə 600 manat köçürülmüşdür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 05 yanvar 2022-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş qəbzlərdən (cild 1, iş vərəqə 174-175) görünür ki, xx.xx.2021-ci il tarixdə, saat 17:15-də ünvan 7 ünvanda quraşdırılmış «Milliön» ödəmə terminalı vasitəsi ilə Təqsirləndirilən şəxs adına olan "xxxx" ACS-nə kart nömrəsinə 100 manat, xx.xx.2021-ci il tarixdə, saat 16:20-də ünvan 25 ünvanda quraşdırılmış «eManat» elektron ödəmə terminalı vasitəsi ilə Təqsirləndirilən şəxs adına olan "xxxx" ACS-nə məxsus kart nömrəsinə 200 manat köçürülmüşdür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 05 yanvar 2022-ci il tarixli Azərbaycan Respublikası Vəkillər Kollegiyasının cavab məktubundan (cild 1, iş vərəqə 182) görünür ki, Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən etibarən vəkillik fəaliyyəti ilə məşğul ola bilməməsi bildirilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 05 yanvar 2022-ci il tarixli hüquqi yardımın göstərilməsi haqqında müqavilənin surətindən (cild 1, iş vərəqə 208-211) görünür ki, həmin tarixdə "xxxx" MMC-nin direktoru Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs1 arasında hüquqi yardım haqqında müqavilə bağlanmış, hüquqi yardıma görə xidmət haqqı 3.200 manat məbləğində müəyyən edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 06 yanvar 2022-ci il tarixli 47 saylı hüquqi yardımın göstərilməsi haqqında müqavilənin surətindən (cild 2, iş vərəqə 112-115) görünür ki, həmin tarixdə "xxxx" MMC-nin direktoru Təqsirləndirilən şəxs ilə X34 arasında hüquqi yardım haqqında müqavilə bağlanmış, hüquqi yardıma görə xidmət haqqı 1.000 manat məbləğində müəyyən edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 18 yanvar 2022-ci il tarixli ittiham elan etmək üçün şəxsin tutulması və barəsində axtarış elan olunması haqqında qərardan (cild 1, iş vərəqə 227-228) görünür ki, həmin gün Təqsirləndirilən şəxs ittiham elan etmək üçün onun barəsində axtarış elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 02 fevral 2022-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş qəbzlərdən (cild 2, iş vərəqə 9-11) görünür ki, xx.xx.2021-ci il tarixdə, saat 14:28-də Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən “24 saat” marketdə quraşdırılmış «eManat» ödəmə terminalı vasitəsi ilə Təqsirləndirilən şəxs adına olan "xxxx" ACS-nə məxsus kart nömrəsinə 606 manat, xx.xx.2021-ci il tarixdə, saat 17:40-də Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov küçəsində yerləşən «Çingiz» marketdə quraşdırılmış «Milliön» ödəmə terminalı vasitəsi ilə Təqsirləndirilən şəxs adına olan "xxxx" ACS-nə məxsus kart nömrəsinə 200 manat köçürülmüşdür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 15 fevral 2022-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş qəbzdən (cild 2, iş vərəqə 43-44) görünür ki, xx.xx.2021-ci il tarixdə, saat 12:51-də Şabran rayonu, R.Behbudov küçəsində yerləşən «Euro» marketdə quraşdırılmış «Milliön» ödəmə terminalı vasitəsi ilə Təqsirləndirilən şəxs adına olan "xxxx" ACS-nə məxsus kart nömrəsinə 300 manat köçürülmüşdür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 02 aprel 2022-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş qəbzdən (cild 2, iş vərəqə 163-165) görünür ki, xx.xx.2021-ci il tarixdə, saat 20:37-də «Birbank» tətbiqi vasitəsi ilə Təqsirləndirilən şəxs adına olan "xxxx" ACS-nə məxsus kart nömrəsinə 140 manat, xx.xx.2021-ci il tarixdə ünvan 19 ünvanda quraşdırılmış «Milliön» ödəmə terminalı vasitəsi ilə Təqsirləndirilən şəxs adına olan "xxxx" ACS-nə məxsus kart nömrəsinə 200 manat köçürülmüşdür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 12 may 2022-ci il tarixli axtarışda olan şəxsin tutulması haqqında protokoldan (cild 2, iş vərəqə 175) görünür ki, həmin gün Təqsirləndirilən şəxs tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 14 may 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 2, iş vərəqə 198-202) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 14 may 2022-ci il tarixli Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-268/2022 saylı qərarından (cild 2, iş vərəqə 226-233) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay 14 (on dörd) gün müddətə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 26 may 2022-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş qəbzlərdən (cild 2, iş vərəqə 247-249) görünür ki, xx.xx.2021-ci il tarixdə, saat 12:45-də “Kapital Bank» ASC-nin Xətai rayon filialında quraşdırılmış ödəniş terminalı vasitəsi ilə Təqsirləndirilən şəxs adına olan "xxxx" ACS-nə məxsus kart nömrəsinə 600 manat, xx.xx.2021-ci il tarixdə ünvan 5 ünvanda quraşdırılmış «Milliön» ödəmə terminalı vasitəsi ilə Təqsirləndirilən şəxs adına olan "xxxx" ACS-nə məxsus kart nömrəsinə 150 manat köçürülmüşdür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 27 may 2022-ci il tarixli bank məlumatlarına baxış keçirilməsi haqqında protokoldan (cild 3, iş vərəqə 16) görünür ki, xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən «Milliön» ödəmə terminalı vasitəsi ilə Təqsirləndirilən şəxs məxsus olan 4169-7385-0565-4123 nömrəli "xxxx" ASC tərəfindən verilmiş “Umico” plastik kart hesabına 200 manat, xx.xx.2021-ci il tarixdə «Milliön» ödəmə terminalı vasitəsi ilə 100 manat, xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospektində olan «Bravo» Hipermarketdə yerləşən «Milliön» ödəmə terminalı vasitəsi ilə 100 manat, xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsində olan «Dəniz» marketdə yerləşdirilmiş «Milliön» ödəmə terminalı vasitəsi ilə 100 manat, xx.xx.2021-ci il tarixdə «Milliön» ödəmə terminalı vasitəsi ilə 390 manat, xx.xx.2021-ci il tarixdə "xxxx" ASC-nin Xətai rayon filialının ödəniş terminalı vasitəsi ilə 600 manat, 14 avqust 2021-ci il tarixdə ünvan 5 ünvanda yerələşn «Milliön» ödəmə terminalı vasitəsi ilə 150 manat, xx.xx.2021-ci il tarixdə «Birbank» tətbiqi vasitəsi ilə 140 manat, xx.xx.2021-ci il tarixdə ünvan 6 ünvanda yerləşən «Milliön» ödəmə terminalı vasitəsi ilə 200 manat, xx.xx.2021-ci il tarixdə ünvan 7 ünvanda yerələşən «Milliön» ödəmə terminalı vasitəsi ilə 100 manat, xx.xx.2021-ci il tarixdə ünvan 25 ünvanda yerləşən «eManat» ödəmə terminalı vasitəsi ilə 200 manat, xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, məhəllə 90/2317 ünvanda yerləşən «Milliön» ödəmə terminalı vasitəsi ilə 300 manat, xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən «24 saat» marketdə yerləşən «eManat» ödəmə terminalı vasitəsi ilə 606 manat, xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Ziya Biinyadov prospekti yerləşən «Çingiz» marketdə olan «Milliön» ödəmə terminalı vasitəsi ilə 200 manat, xx.xx.2021-ci il tarixdə ünvan 12 ünvanda yerləşən «Milliön» ödəmə terminalı vasitəsi ilə 600 manat, xx.xx.2021-ci il tarixdə Şabran rayonunda yerləşən «Milliön» ödəmə terminalı vasitəsi ilə 500 manat, xx.xx.2021-ci il tarixdə Şabran rayonu, R.Behbudov küçəsində yerləşən «Milliön» ödəmə terminalı vasitəsi ilə 300 manat, xx.xx.2022-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 1 ünvanda yerləşən «Milliön» ödəmə terminalı vasitəsi ilə 200 manat, xx.xx.2022-ci il tarixdə «Birbank» tətbiqi vasitəsi ilə 220 manat, xx.xx.2022-ci il tarixdə «Birbank» tətbiqi vasitəsi ilə 60 manat, xx.xx.2022-ci il tarixdə ünvan 16 ünvanda yerləşən «eManat» ödəmə terminalı vasitəsi ilə 300 manat, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 63 ünvanda yerləşən «eManat» ödəmə terminalı vasitəsi ilə 300 manat, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 63 ünvanda yerləşən «eManat» ödəmə teriminalı vasitəsi ilə 200 manat məbləğində pul vəsaitlərinin mədaxil olması, həmçinin dövr üzrə 121.866,88 manat vəsaitin mədaxil və məxaric olması müəyyən edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 09 iyun 2022-ci il tarixli ərizədən (cild 3, iş vərəqə 69) görünür ki, Zərərçəkmiş şəxs1 ibtidai istintaq orqanına müraciət edərək Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyanın tam şəkildə ödənilməsini, habelə onun Təqsirləndirilən şəxs qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 09 iyun 2022-ci il tarixli ərizədən (cild 3, iş vərəqə 70) görünür ki, Zərərçəkmiş şəxs2 ibtidai istintaq orqanına müraciət edərək onun mülki iddiaçı qismində tanınmasını xahiş etmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş iddia ərizəsindən (cild 3, iş vərəqə 71-72) görünür ki, Zərərçəkmiş şəxs2 ibtidai istintaq orqanına iddia ərizəsi ilə müraciət edərək Təqsirləndirilən şəxs 5.200 manat maddi ziyanın və 1.000 manat mənəvi ziyanın tutularaq ona ödənilməsini xahiş etmiş, lakin irəli sürdüyü mülki iddia ilə bağlı qanunla müəyyən edilmiş qaydada dövlət rüsumunu ödəməmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 09 iyun 2022-ci il tarixli qərardan (cild 3, iş vərəqə 73) görünür ki, Zərərçəkmiş şəxs2 hazırki cinayət işi üzrə ibtidai istintaq orqanı tərəfindən mülki iddiaçı qismində tanınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 10 iyun 2021-ci il tarixli xasiyyətnamədən (cild 3, iş vərəqə 77) görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 10 iyun 2022-ci il tarixli arayışdan (cild 3, iş vərəqə 80) görünür ki, Təqsirləndirilən şəxs vergi orqanında vergi ödəyicisi kimi uçotda olmamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 13 iyun 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan (cild 3, iş vərəqə 82-117) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə yeni məzmunda ittiham elan edilməsi, Zərərçəkmiş şəxs14 tərəfindən təqdim edilmiş 2 (iki) ədəd “eManat” və “Milliön” ödəmə terminalına aid ödəmə qəbzinin, Zərərçəkmiş şəxs4 tərəfindən təqdim edilmiş 1 (bir) ədəd “Milliön” ödəmə terminalına aid ödəmə qəbzinin, X35 tərəfindən təqdim edilmiş 2 (iki) ədəd “eManat” və “Milliön” ödəmə terminalına aid ödəmə qəbzinin, Zərərçəkmiş şəxs3 tərəfindən təqdim edilmiş 2 (iki) ədəd “eManat” və “Milliön” ödəmə terminalına aid ödəmə qəbzinin, X13 tərəfindən təqdim edilmiş 1 (bir) ədəd “Milliön” ödəmə terminalına aid ödəmə qəbzinin, Zərərçəkmiş şəxs7 tərəfindən təqdim edilmiş 1 (bir) ədəd “Milliön” ödəmə terminalına aid ödəmə qəbzinin, Zərərçəkmiş şəxs11 1 (bir) ədəd “Milliön” ödəmə terminalına aid, 2 (iki) ədəd “Birbank” tətbiqi vasitəsi ilə aparılmış ödəniş qəbzinin, Zərərçəkmiş şəxs16 tərəfindən təqdim edilmiş 2 (iki) ədəd “Milliön” ödəmə terminalına aid ödəmə qəbzinin, Zərərçəkmiş şəxs10 tərəfindən təqdim edilmiş 2 (iki) ədəd “Milliön” ödəmə terminalına aid ödəmə qəbzinin, Təqsirləndirilən şəxs tərəfindən pulun alınmasına dair əlyazma ilə icra olunmuş iltizamların, Bakı şəhəri 13 saylı Vəkil Bürosunun “hüquqi yardım göstərilməsi haqqında” müqavilələrin və "xxxx" MMC-nin “hüquq xidmətlərin göstərilməsi haqqında” müqavilələrin, “Kapital” Bank tərəfindən aparılmış ödəniş qəbzlərinin maddi sübut kimi tanınması, Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 213-cü maddəsi ilə cinayət təqibinin başlanmasının rədd edilməsi, “Kapital” Bank tərəfindən təqdim edilmiş 1 (bir) ədəd diskin, Zərərçəkmiş şəxs14 tərəfindən təqdim edilmiş 1 (bir) ədəd diskin, Zərərçəkmiş şəxs2 tərədindən təqdim edilmiş 1 (bir) ədəd diskin maddi sübut kimi tanınması, Şahid4 barəsində 4.000 manat pulun ələ keçirilməsi ilə bağlı cinayət işinin materialın ayrılaraq araşdırma aparılması üçün Nizami RPİ-yə göndərilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 14 iyun 2022-ci il tarixli təqsirləndirilən şəxsə yeni məzmunda ittiham elan edilməsi haqqında qərardan (cild 3, iş vərəqə 126-132) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə yeni məzmunda ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş doğum haqqında şəhadətnamənin surətindən (cild 3, iş vərəqə 78) görünür ki, xx.xx.2019-cu il tarixdə Təqsirləndirilən şəxs X36 adlı övladı anadan olmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən- hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən- hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Van Mexelen və başqalarının Niderlanda qarşı» işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən milli qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilib-keçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, təqsirləndirilən şəxs açıq məhkəmə iclaslarında onun əleyhinə olan bütün sübutların tədqiqində müdafiəçi ilə birlikdə şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına tam şəkildə malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək, onları mübahisələndirmək, habelə ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirmək üçün məhkəmə baxışında şərait yaradılsa da, təqsirləndirilən şəxs və onun müdafiəçisi məhkəmə istintaqında araşdırılmış sübutlarla öz etirazlarını bildirməmişlər,habelə irəli sürülmüş ittihamı mübahisələndirməmişlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanılır, əldə edilmiş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunu hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139.0, 139.0.1, 139.0.2, 139.0.3, 139.0.4-cü maddələrinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, törədilmiş əməldə cinayət tərkibinin əlamətləri, cinayət əməlinin törədilməsində şəxsin təqsirliliyi ilə bağlı məsələlər yalnız sübutlara əsasən müəyyən edilməlidir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 11 iyun 2015-ci il tarixli, 7 nömrəli qərarının 1-ci bəndində göstərilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin qərarın 2-ci bəndində göstərilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi başa düşülür. Qeyd edilən qərarın 3-cü bəndində göstərilir ki, dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Həmçinin qərarın 4-cü bəndində göstərilir ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Bundan başqa, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qeyd edilən qərarının 8-ci bəndində göstərilir ki, oğurluqdan, soyğunçuluqdan və quldurluqdan fərqli olaraq dələduzluğun törədilməsi zamanı təqsirkar zərərçəkmişin əmlakını onun iradəsinə zidd olaraq hər hansı yolla (gizli şəkildə, zor tətbiq etməklə və zor tətbiq etmə hədəsi ilə) ələ keçirmir, əksinə həmin əmlak aldadılma və ya etibarından suiistifadə edilməsi nəticəsində zərərçəkmiş şəxsin özü tərəfindən könüllü olaraq təqsirkara verilir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış və biri digərini tamamlayan sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda obyektiv qiymət verib belə hesab edir ki, məhkəmə istintaqında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilmişdir. Məhkəmə istintaqında sübutların hərtərəfli, obyektiv və tam araşdırılması nəticəsində müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 ümumilikdə 2.500 manat ziyan vurmaqla dələduzluq etmiş, habelə təkrarən, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 xeyli miqdarda, yəni 5.200 manat ziyan vurmaqla dələduzluq etmiş, bundan başqa, təkrarən, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs12 1.100 manat ziyan vurmaqla dələduzluq etmiş, həmçinin təkrarən, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs13 2.500 manat ziyan vurmaqla dələduzluq etmiş, bundan başqa, təkrarən, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə zərərçəkmiş şəxs X3 miqdarda, yəni 132.150 manat ziyan vurmaqla dələduzluq etmiş, bundan başqa, təkrarən, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs9 890 manat ziyan vurmaqla dələduzluq etmiş, həmçinin təkrarən, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs10 1.550 manat ziyan vurmaqla dələduzluq etmiş, bundan başqa, təkrarən, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs11 1340 manat ziyan vurmaqla dələduzluq etmiş, bundan başqa, təkrarən, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs11 1.700 manat ziyan vurmaqla dələduzluq etmiş, bundan başqa, təkrarən, etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs7 1.300 manat ziyan vurmaqla dələduzluq etmiş, həmçinin təkrarən, etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs8 4.300 manat ziyan vurmaqla dələduzluq etmiş, həmçinin təkrarən, etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs3 3.006 manat ziyan vurmaqla dələduzluq etmiş, bundan başqa, təkrarən, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs4 xeyli miqdarda, yəni 25.800 manat ziyan vurmaqla dələduzluq etmiş, həmçinin təkrarən, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs5 2.300 manat ziyan vurmaqla dələduzluq etmiş, bundan başqa, təkrarən, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs15 1.000 manat ziyan vurmaqla dələduzluq etmiş, həmçinin təkrarən, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs16 1.280 manat ziyan vurmaqla dələduzluq etmişdir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayətin bütün tərkib əlamətləri var. Həmin cinayət hadisəsi həqiqətən baş vermiş, habelə onun əməllərinə ibtidai istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və qeyd edilən cinayət əməlləri məhz Təqsirləndirilən şəxs tərəfindən törədilmişdir. Bununla da cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs hər bir cinayət əməlini qəsdən törətmişdir. Onun hər bir əməli başa çatmış cinayətdir, habelə onun Zərərçəkmiş şəxs14 qarşı törətmiş olduğu cinayət əməli cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs törətdiyi əməllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə tam şəkildə əhatə olunduğundan məhkəmə onun əməllərini Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə tövsif edir. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinməli və həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət qanunvericiliyinə əsasən, hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cavan olmasını, evli olmaqla, himayəsində 1 (bir) azyaşlı uşağının olmasını, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, həmçinin həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı törətdiyi əməlləri etiraf edərək peşman olmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61.1-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrum etmə cəzası təyin edilməli və ona cəza təyin edilərkən zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ümumi məbləği, zərərçəkmiş şəxslərin sayı, məhkəmədə işə baxılarkən zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsinə cəhd belə edilməməsi halları mütləq qaydada nəzərə alınmalı, məhz bu hallar nəzərə alınmaqla ona təyin ediləcək cəza vasitəsi ilə cəzanın məqsədlərinə, o cümlədən pozulmuş sosial ədalətin bərpasına nail olmaq olar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində göstərilən cinayət cinayətlərin təsnifatına görə ağır cinayətlər kateqoriyasına daxildir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməli və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 12 may 2022-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hazırki məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut olan və Zərərçəkmiş şəxs14 tərəfindən təqdim edilmiş 2 (iki) ədəd “eManat” və “Milliön” ödəmə terminalına aid ödəmə qəbzi, Zərərçəkmiş şəxs4 tərəfindən təqdim edilmiş 1 (bir) ədəd “Milliön” ödəmə terminalına aid ödəmə qəbzi, X35 tərəfindən təqdim edilmiş 2 (iki) ədəd “eManat” və “Milliön” ödəmə terminalına aid ödəmə qəbzi, Zərərçəkmiş şəxs3 tərəfindən təqdim edilmiş 2 (iki) ədəd “eManat” və “Milliön” ödəmə terminalına aid ödəmə qəbzi, X13 tərəfindən təqdim edilmiş 1 (bir) ədəd “Milliön” ödəmə terminalına aid ödəmə qəbzi, Zərərçəkmiş şəxs7 tərəfindən təqdim edilmiş 1 (bir) ədəd “Milliön” ödəmə terminalına aid ödəmə qəbzi, Zərərçəkmiş şəxs11 1 (bir) ədəd “Milliön” ödəmə terminalına aid ödəmə qəbzi, 2 (iki) ədəd “Birbank” tətbiqi vasitəsi ilə aparılmış ödəniş qəbzi, Zərərçəkmiş şəxs16 tərəfindən təqdim edilmiş 2 (iki) ədəd “Milliön” ödəmə terminalına aid ödəmə qəbzi, Zərərçəkmiş şəxs10 tərəfindən təqdim edilmiş 2 (iki) ədəd “Milliön” ödəmə terminalına aid ödəmə qəbzi, Təqsirləndirilən şəxs tərəfindən pulun alınmasına dair əlyazma ilə icra olunmuş iltizamlar, Bakı şəhəri 13 saylı Vəkil Bürosunun “hüquqi yardım göstərilməsi haqqında” müqavilələr və "xxxx" MMC-nin “hüquq xidmətlərin göstərilməsi haqqında” müqavilələr, "xxxx" tərəfindən aparılmış ödəniş qəbzləri, "xxxx" tərəfindən təqdim edilmiş 1 (bir) ədəd disk, Zərərçəkmiş şəxs14 tərəfindən təqdim edilmiş 1 (bir) ədəd disk, Zərərçəkmiş şəxs2 tərədindən təqdim edilmiş 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş mülki iddia ilə bağlı məhkəmə qeyd edir ki, zərərçəkmiş şəxs ibtidai istintaq orqanına mülki iddia ilə müraciət etsə və ibtidai istintaq orqanı tərəfindən o, mülki iddiaçı qismində tanınsa da, qanunla müəyyən edilmiş qaydada dövlət rüsumunun ödənilməsi barədə qəbzi mülki iddiaya (iddia ərizəsinə) əlavə etməmişdir. Məhkəmə istintaqı zamanı ona mülki iddiaçı qismində hüquq və vəzifələri izah olunsa da, habelə irəli sürdüyü mülki iddia ilə bağlı dövlət rüsumunun ödənilməsi təklif edilsə də, onun tərəfindən dövlət rüsumunun qanunla müəyyən edilmiş qaydada ödənilməsi barədə hər hansı ödəniş qəbzi məhkəməyə təqdim edilməmişdir. Belə olduğu halda cinayət mühakimə icraatı qaydasında mülki iddianın həll edilməsi mümkün deyil. Bu səbəbdən də Zərərçəkmiş şəxs2 mülki iddiası baxılmamış saxlanılmalı və ona Təqsirləndirilən şəxs qarşı mülki mühakimə icraatı qaydasında vurulmuş ziyanla bağlı iddia qaldırmaq hüququ izah olunmalıdır. Bundan başqa, digər zərərçəkmiş şəxslər cinayət mühakimə icraatı qaydasında Təqsirləndirilən şəxs qarşı vurulmuş ziyanla bağlı mülki iddia vermədiklərindən zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, X13, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs12, Zərərçəkmiş şəxs13, Zərərçəkmiş şəxs14, Zərərçəkmiş şəxs16, Zərərçəkmiş şəxs15 və Zərərçəkmiş şəxs9 Təqsirləndirilən şəxs qarşı mülki mühakimə icraatı qaydasında vurulmuş ziyanla bağlı iddia qaldırmaq hüquqları izah olunmalıdır. İş üzrə məhkəmə məsrəfləri və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona həmin maddə ilə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və ona təyin edilmiş cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 12 may 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olan və Zərərçəkmiş şəxs14 tərəfindən təqdim edilmiş 2 (iki) ədəd “eManat” və “Milliön” ödəmə terminalına aid ödəmə qəbzi, Zərərçəkmiş şəxs4 tərəfindən təqdim edilmiş 1 (bir) ədəd “Milliön” ödəmə terminalına aid ödəmə qəbzi, X35 tərəfindən təqdim edilmiş 2 (iki) ədəd “eManat” və “Milliön” ödəmə terminalına aid ödəmə qəbzi, Zərərçəkmiş şəxs3 tərəfindən təqdim edilmiş 2 (iki) ədəd “eManat” və “Milliön” ödəmə terminalına aid ödəmə qəbzi, X13 tərəfindən təqdim edilmiş 1 (bir) ədəd “Milliön” ödəmə terminalına aid ödəmə qəbzi, Zərərçəkmiş şəxs7 tərəfindən təqdim edilmiş 1 (bir) ədəd “Milliön” ödəmə terminalına aid ödəmə qəbzi, Zərərçəkmiş şəxs11 tərəfindən təqdim edilmiş 1 (bir) ədəd “Milliön” ödəmə terminalına aid ödəmə qəbzi, 2 (iki) ədəd “Birbank” tətbiqi vasitəsi ilə aparılmış ödəniş qəbzi, Zərərçəkmiş şəxs16 tərəfindən təqdim edilmiş 2 (iki) ədəd “Milliön” ödəmə terminalına aid ödəmə qəbzi, Zərərçəkmiş şəxs10 tərəfindən təqdim edilmiş 2 (iki) ədəd “Milliön” ödəmə terminalına aid ödəmə qəbzi, Təqsirləndirilən şəxs tərəfindən pulun alınmasına dair əlyazma ilə icra olunmuş iltizamlar, Bakı şəhəri 13 saylı Vəkil Bürosunun “hüquqi yardım göstərilməsi haqqında” müqavilələr və "xxxx" MMC-nin “hüquq xidmətlərin göstərilməsi haqqında” müqavilələr, "xxxx" tərəfindən aparılmış ödəniş qəbzləri, "xxxx" tərəfindən təqdim edilmiş 1 (bir) ədəd disk, Zərərçəkmiş şəxs14 tərəfindən təqdim edilmiş 1 (bir) ədəd disk və Zərərçəkmiş şəxs2 tərədindən təqdim edilmiş 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Zərərçəkmiş şəxs2 mülki iddiası baxılmamış saxlanılsın və ona Təqsirləndirilən şəxs qarşı mülki mühakimə icraatı qaydasında vurulmuş ziyanla bağlı iddia qaldırmaq hüququ izah edilsin. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, X13, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs12, Zərərçəkmiş şəxs13, Zərərçəkmiş şəxs14, Zərərçəkmiş şəxs16, Zərərçəkmiş şəxs15 və Zərərçəkmiş şəxs9 cinayət mühakimə icraatı qaydasında mülki iddia vermədiklərindən Təqsirləndirilən şəxs qarşı mülki mühakimə icraatı qaydasında vurulmuş ziyanla bağlı iddia qaldırmaq hüquqları izah edilsin. İş üzrə məhkəmə məsrəfləri və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1372/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1372/2022
10.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver