Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1372/2024 23.04.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmənin hakimləri X13 (sədrlik edən), Quliyev Vüqar Elbrus oğlu və Hacıyev Siyavuş Həbib oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Rüstəmov Zaur Zakir oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuror-metodisti Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X2, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Verdiktum” Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə xx.xx.1984-cü ildə Xocalı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində ikisi yetkinlik yaşına çatmayan, biri azyaşlı olmaqla üç uşağı olan, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Xocalı rayonu, Xocalı şəhərində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, halhazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs qəsdən adam öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan mərhum etmişdir. Belə ki, Təqsirləndirilən şəxs ilə uzun müddət şəxsi münasibətlərin pozulması nəticəsində yaranmış münaqişəli vəziyyətdə olduğu əmisi Zərərçəkmiş şəxs arasında 17 oktyabr 2023-cü il tarixdə, saat 15 radələrində ünvan 2 ünvanında yerləşən avtomobil təmiri sexinin qarşısında Təqsirləndirilən şəxs bir gün əvvəl aldığı avtomobillə bağlı yenidən mübahisə yaranmış, həmin vaxt onu və ailə üzvlərini ağır söyüşlərlə təhqir edən Zərərçəkmiş şəxs mübahisəni davam etdirərək avtomobil təmiri sexindən bıçaq götürüb onun üzərinə gəlmiş, təkrarən onun və ailə üzvlərinin ünvanına təhqiramiz ifadələri, nalayiq söyüşləri söyləməkdə davam etmiş, digər əmisi Şahid2 tərəfindən oradan kənarlaşdırıldıqdan sonra Təqsirləndirilən şəxs “Mitsubishi Pajero İO” markalı avtomobilin yük yerində saxladığı, özünə məxsus “Turac” markalı, AZE 01SA42005913 nömrəli, 12 kalibrli, təklüləli, yivsiz odlu ov tüfəngini götürərək geri qayıdıb onu və ailə üzvlərini ağır söyüşlərlə təhqir etməsi səbəbindən xx.xx.2023-cü il tarixdə, saat 15:06-da həmin sexin içərisində tək olan Zərərçəkmiş şəxs yaxşınlaşaraq həmin tüfəng ilə təxminən 05 metr məsafədən 03 qırma gülləsi ilə atəş açmaqla zərərçəkmiş şəxsə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik və ölümü ilə birbaşa səbəbli əlaqəli olan döş qəfəsinin sol yarısının kor odlu silah (qırma) yaraları, ağciyərin, dalağın, mədənin, sol böyrəyin, bağırsaqların və bağırsaq müsariqəsinin zədələnmələri, daxili qanitirmə, soldan X-Xİ qabırğaların sınıqları, sol bazunun və sol budun odlu silah (qırma) yaraları, sol bud sümüyünün açıq yerdəyişmiş sınığı xəsarətlərini yetirmiş, tibbi yardım göstərilməsindən ötrü “X24” Xəstəxanasına çatdırılan Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə, saat 16 radələrində almış olduğu odlu silah (qırma) xəsarətləri nəticəsində baş vermiş travmatik və hemorraqik şokdan həmin xəstəxanada ölmüş, bununla da Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs Yusif oğlunu qəsdən öldürməklə həyatdan məhrum etmişdir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə ittiham irəli sürülmüşdür ona görə ki, o, Şahid6 xx.xx.2023-cü il tarixdə etibarnamə əsasında aldığı **-MS-*** dövlət qeydiyyat nişanlı “Mitsubishi Pajero İO” markalı avtomobili xx.xx.1971-ci ildə Laçın rayonu, Hacısamlı kəndində anadan olmuş əmisi Zərərçəkmiş şəxs da almaq istəməsini bəhanə edərək, xx.xx.2023-cü il tarixdə, saat 15 radələrində ünvan 2 ünvanında yerləşən avtomobil təmiri sexinin qarşısında sonuncu ilə mübahisə etmiş, həmin vaxt Zərərçəkmiş şəxs avtomobil təmiri sexindən bıçaq götürüb onun üzərinə gəldikdə digər əmisi Şahid2 onu həmin “Mitsubishi Pajero İO” markalı avtomobilə əyləşdirib oradan getməsini demiş, o, idarə etdiyi avtomobil ilə təxminən 30 metr məsafə qət etdikdən sonra avtomobilin yük yerində özünə məxsus ov tüfənginin olması yadına düşdüyündən, avtomobili saxlayaraq yük yerindən “Turac” markalı, AZE 01SA42005913 nömrəli, 12 kalibrli, təklüləli, yivsiz odlu ov tüfəngini götürərək yenidən avtomobil təmiri sexinin qarşısına qayıtmış, ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə və özünü ətrafdakılara qarşı qoymaqla heç bir səbəb olmadan xx.xx.2023-cü il tarixdə, saat 15:06-da həmin sexin içərisində kresloda tək halda oturmuş Zərərçəkmiş şəxs həmin ov tüfəngi ilə təxminən 5 metr məsafədən 3 qırma gülləsi ilə atəş açmaqla zərərçəkmiş şəxsə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik və ölümü ilə birbaşa səbəbli əlaqəli olan döş qəfəsinin sol yarısının kor odlu silah (qırma) yaraları, ağciyərin, dalağın, mədənin, sol böyrəyin, bağırsaqların və bağırsaq müsariqəsinin zədələnmələri, daxili qanitirmə, soldan X-Xİ qabırğaların sınıqları, sol bazunun və sol budun odlu silah (qırma) yaraları, sol bud sümüyünün açıq yerdəyişmiş sınığı xəsarətlərini yetirmiş, tibbi yardım göstərilməsindən ötrü “X24” Xəstəxanasına çatdırılan Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə, saat 16 radələrində almış olduğu odlu silah (qırma) xəsarətləri nəticəsində baş vermiş travmatik və hemorraqik şokdan həmin xəstəxanada ölmüş, bununla da, o, Zərərçəkmiş şəxs xuliqanlıq niyyəti ilə qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə irəli sürülmüş ittihamla özünü qismən təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun doğma əmisi olmuşdur. Zərərçəkmiş şəxs Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsində öz ailə üzvləri ilə birlikdə yaşamış, avtomobil alqı-satqısı ilə məşğul olmuş, eyni zamanda digər əmisi Şahid2 məxsus avtomobil təmiri sexində motorist işləmişdir. O, atası Yunis Fətəliyev və digər əmisi Ümudvar Zərərçəkmiş şəxs Fətəliyevlə uzun müddətdir ki, danışmamışdırlar. Buna səbəb Arifin onları gözü götürməməsi, onlarla düşmənçilik etməsi və davamlı olaraq aralarında mübahisə yaratmaq istəməsi olmuşdur. Ariflə bir neçə il əvvəl birlikdə toy məclisində olarkən sonuncunun tanımadığı qadına söz atması səbəbindən aralarında mübahisə baş vermişdir. Həmçinin o, Bakı şəhəri, Xətai rayonu ərazisində Arifə sillə ilə zərbə vurmuşdur. Arif onun barəsində DİN-nin 102 xidmətinə müraciət edərək şikayət etmiş, sonradan şikayətini geri götürdüyü üçün araşdırmaya xitam verilmişdir. Ümumiyyətlə onunla əmisi Arif arasında münasibət daima gərgin olmuşdur. xx.xx.2023-cü il tarixdə atası Yunis, əmisi Sözalı Fətəliyev və sonuncunun qudası Cavanşir ilə birlikdə atasına məxsus “Hyundai” markalı avtomobil ilə Oğuz rayonunun Yaqublu kəndinə toya getmişlər. xx.xx.2023-cü il tarixdə Oğuz rayonunda olarkən qohumu Xəyal ona zəng edərək sonuncunun qonşusu Elgünün özünə məxsus “Mitsubishi Pajero İO” markalı avtomobili satdığını demişdir. Belə ki, o, “Mitsubishi Pajero İO” markalı avtomobillərin alqı-satqısı ilə məşğul olmuşdur. O da Xəyala əgər avtomobil yaxşı vəziyyətdədirsə, onun üçün almağını demişdir. Xəyal avtomobilin yaxşı vəziyyətdə olduğunu dediyinə görə almağa razılıq vermiş, telefon vasitəsi ilə qiymətini razılaşdırmışlar. Xəyal daha sonra ona zəng edərək qardaşı kimi zənn etdiyi şəxsin avtomobili sürərək təmir sexinin qarşısına gətirdiyini demişdir. O da qardaşı Elçinə zəng edərək avtomobili sexin qarşısına onun gətirib-gətirmədiyini soruşmuş, Elçin isə Bəhruzla Arifin avtomobili oraya gətirdiyini demişdir. Ona görə də Xəyala demişdir ki, həmin şəxs onun qardaşı yox, əmisi Arifdir və onunla danışmırlar. Xəyal da Elgünə zəng edərək maşını geri gətirməsini tapşırmışdır. Arif həmin avtomobili almaq istəsə də Elgün razılıq vermədiyi üçün buna nail ola bilməmişdir. Belə ki, əmisi Arif də həmin markalı avtomobillərin alqı-satqısı ilə məşğul olmuşdur. O, həmin gün şəxsiyyət vəsiqəsinin şəklini Xəyala telefon vasitəsilə göndərmiş, Xəyal onun üçün avtomobilə etibarnamə almış və sonuncu arvadı Şəbnəm Fətəliyevadan avtomobilin alış qiyməti olan 6540 manat pulu alaraq Elgünə vermişdir. xx.xx.2023-cü il tarixdə, saat 14 radələrində atasının avtomobili ilə Oğuz rayonundan Bakı şəhərinə qayıtmışdır. Atasının avtomobilinin yük yerində ona məxsus paltarlar və şəhadətnamə əsasında istifadə etdiyi “Turac” markalı, 12 kalibrli ov tüfəngi olmuşdur. O, həmin ov tüfəngini 17 yanvar 2017-ci ildə almış və daimi olaraq öz yaşadığı evdə saxlamışdır. Oğuz rayonuna getdiyi üçün silahı rayonda həvəskar ovçuluq etmək məqsədi ilə özü ilə aparmış və rayonda ov etmişdir. Bakı şəhərinə qayıtdıqdan sonra atasının avtomobilinin yük yerində bütün əşyalarını, eləcə də ov tüfəngini yeni satın aldığı “Mitsubishi Pajero İO” markalı avtomobilin yük yerinə yerləşdirmiş və avtomobilə baxış keçirdikdən sonra qaynı Həsənalıgilə getmiş və orada yemək yemişdir. Oğlu Davudu həmin avtomobil ilə saat 15 radələrində hazırlığa yola saldıqdan sonra Xətai rayonu, Süleyman Əhmədov küçəsi 17 ünvanında yerləşən əmisi Ədalətin evinin qarşısına gəlmişdir. Həmin yerdə adətən qardaşları, dostları ilə toplaşaraq vaxt keçirmişlər. O, avtomobildən aşağı düşməmiş, telefonu ilə məşğul olmuşdur. Sonradan bilmişdir ki, əmisi Arif və şəriki Bəhruz onun almaq istədiyi “Mitsubishi Pajero İO” markalı avtomobili qaynı Həsənalının evinin yanında görmüş və avtomobilin satılıb-satılmadığını Xəyal və Elgündən soruşmuş, Xəyal da elə zənn etmişdir ki, Arif onun qardaşıdır və avtomobilə baxmaq üçün o göndərmişdir. Odur ki, Arif avtomobili sürərək öz işlədiyi avtomobil təmiri sexinin qarşısına gətirmişdir. Orada olarkən Bəhruz da maşının yanına yaxınlaşmış, o Bəhruzla salamlaşmış və ondan yeni aldığı avtomobilin onun tərəfindən alınması barədə məlumatının olub-olmamasını, Arifin həmin avtomobili yolda gedə-gedə yoldan saxlatdırıb satılıb-satılmamasını soruşmasını dəqiqləşdirmək istəmişdir. Bəhruz isə avtomobilin dayanmış vəziyyətdə olmasını və həmin avtomobilin artıq ona satılması ilə bağlı ilkin məlumata malik olmamalarını demişdir. Bu zaman Arif Bəhruzu çağırmış və onlara yaxınlaşaraq qəfildən ağır söyüşlərlə onu təhqir etməyə başlamışdır. O da söyüşlə qarşılıq vermişdir. Bu zaman əmisi Şahid2 oraya gəlmiş və onları sakitləşdirməyə çalışmışdır. Əmisi Arif avtomobil təmiri sexinə getmiş, o isə yolun kənarında Bəhruzla söhbət etmişdir. Bu zaman əmisi Arif avtomobil təmiri sexindən uzun tiyəli bıçağı götürərək onun üzərinə hücum çəkmiş, bütün ailə-uşağını ağır sözlərlə söymüş, Bəhruz, əmisi Ədalət və orada olan əvvəllər tanımadığı şəxs onları aralamış, Arif yenidən təmir sexinə qayıtmışdır. Əmisi Ədalət isə onu öz avtomobilinə əyləşdirərək oradan uzaqlaşmağını tapşırmışdır. O da əsəbi halda öz avtomobili ilə bir qədər irəli getdikdən sonra avtomobilinin yük yerində ov tüfəngi olduğu yadına düşmüşdür Ona görə də maşını saxlamış, ov tüfəngini maşının yük yerindən götürərək avtomobil təmiri sexinin yanına qayıtmışdır. Həmin vaxt Arif avtomobil təmiri sexinin içərisində tək olmuş, orada onlardan başqa heç kim olmamışdır. Arif əlindəki silahı görərərk ona atəş açmasını demiş və yenə söyüş söyərək atəş açmaq üçün onu təhrik etmişdir. O da əlindəki ov tüfəngi ilə Arifi qorxutmaq məqsədi ilə avtomobil təmir sexinin qapısının yanında dayanaraq sonuncuya təxminən 5-6 metr məsafədən 3 qırma gülləsi ilə atəş açmışdır. O silahı üzüaşağı tutmuş, güllənin birini sağ tərəfdən atmışdır. Sağ tərəfdən güllə dəyəndən sonra Zərərçəkmiş şəxs ona əl atmış, söyüş söymüş, üstünə addımlamışdır. Həmin vaxt onun əli tətikdə olmuş, bilmədən atəş açılmış, atdığı qırmalar Arifin bədəninin müxtəlif nahiyyələrinə dəymişdir. Əsəbi olduğu üçün öz avtomobilinə oturaraq yaşadığı evə getmişdir. Arifin oradan kimin vasitəsilə xəstəxanaya çatdırılması barədə məlumatı olmamışdır. Evdə olarkən su içmiş, əl-üzünü yumuş, bir neçə dəqiqə sonra məlumat almışdır ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər nəticəsində çatdırıldığı xəstəxanada ölmüşdür. O da polis idarəsinə gedərək törətdiyi cinayəti etiraf etməklə könüllü təslim olmuşdur. Cinayət əməlini xuliqanlıq niyyəti ilə törətməmişdir. Hadisənin baş verməsinə səbəb əmisi Arifin həmin günü onun, ailə üzvlərinin, xüsusilə də azyaşlı qızının ünvanına cəmiyyətdə ifadə edilməsi mümkün olmayan ağır söyüşləri təkrar-təkrar deməsi olmuşdur. Onun əmisi Zərərçəkmiş şəxs öldürmək məqsədi olmamışdır. Sadəcə Arif ona çox ağır sözlərlə söyüş söydüyü üçün sonuncunu qorxutmaq istəmişdir. Törətdiyi əməlindən peşmandır. Himayəsində üç uşağının olmasını, ailəsinin yeganə qazanc gətirəni olmasını, könüllü gəlməsini nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X6 verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxslə 1992-ci ildə rəsmi nikaha daxil olmuşdur və həmin nikahdan iki qız övladları anadan olmuşdur. Təqsirləndirilən şəxs qaynı Yunisin oğludur. Əri Arif qaynı Ədalətin yaşadığı evin yaxınlığında, yəni Xətai rayonu, Süleyman Əhmədov küçəsi 17 ünvanında yerləşən avtomobil təmiri sexində avtomobil mühərriklərinin təmirçisi işləmişdir. Arif hər gün səhər saat 7-8 radələrində işlədiyi təmir sexinə getmiş və axşam saat 10-11 radələrində evə qayıtmışdır. Arif eyni zamanda köhnə avtomobillərin alqı-satqısı ilə məşğul olmuşdur. Arifin qardaşı Yunislə və onun uşaqları, xüsusilə də Elməddinlə münasibəti pis olmuş, son vaxtlar onlar ümumiyyətlə bir-birləri ilə danışmamışlar. Belə ki, təxminən 2-3 il bundan əvvəl Elməddinlə Arif guya Arifin başqa bir qadınla əlaqəsi olması səbəbindən bir-birləri ilə mübahisə etmiş və mübahisə zamanı Elməddin Arifin baş nahiyəsindən zərbə vurmuşdur. Arif əvvəlcə Elməddindən şikayətçi olsa da daha sonra şikayətini geri götürmüşdür. xx.xx.2023-cü il tarixdə Arif həmişə olduğu kimi səhər saatlarında işlədiyi sexə getmişdir. Həmin tarixdə, təxminən saat 15:30 radələrində onlara məlumat verilmişdir ki, Arif işlədiyi təmir sexində olarkən Elməddin Arifə ov tüfəngindən atəş açmış və sonuncu aldığı xəsarətlər nəticəsində xəstəxanaya yerləşdirilmişdir. Onlar dərhal Arifin yerləşdirildiyi “X24” klinikasına gedərkən Arifin artıq almış olduğu xəsarətlər nəticəsində öldüyü xəbərini onlara demişlər. Ariflə Elməddin arasında bir neçə dəfə mübahisə baş vermiş və həmin mübahisədən sonra onlar bir-birləri ilə danışmamışdırlar. Arif hərdən spirtli içki içmiş, narkotik vasitələrdən isə heç vaxt istifadə etməmişdir. Hadisənin baş verməsinin səbəbi onun bildiyi qədəri ilə Elməddin “Mitsubishi Pajero İO” markalı avtomobili almış, eyni zamanda Arif də həmin avtomobilin Elməddin tərəfindən alınmasını bilməyərək onu almaq istəmişdir. Lakin Arif sonradan avtomobili almaqdan imtina etmişdir. xx.xx.2023-cü il tarixdə Elməddin toy mərasimində iştirak etmək üçün getdiyi Oğuz rayonundan Bakı şəhərinə geri qayıdaraq günorta saatlarında Arifin işlədiyi avtomobil təmiri sexinə gəlmiş, Ariflə avtomobil alqı-satqısı məsələsinə görə mübahisə edərək onu ov tüfəngindən atəş açmaqla öldürmüşdür. Elməddin heç bir əsaslı səbəb olmadan mərhum əri Arifi öldürdüyü üçün Təqsirləndirilən şəxs ən ağır cəza ilə cəzalandırılmasını məhkəmədən xahiş edir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid3 verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qardaşı, Zərərçəkmiş şəxs əmisi, zərərçəkmiş şəxsin hüquqi varisi X6 əmisi Arifin arvadıdır. Hal-hazırda zərərçəkmiş şəxsin ailə üzvləri ilə münasibətləri hadisə ilə bağlı gərgindir. O, əvvəllər NZS ərazisində mərhum əmisi Ariflə birlikdə işləmiş, həmin vaxtlar münasibətləri normal olsa da, təxminən 10 ildən artıqdır ki, münasibətləri pozulmuşdur. Belə ki, Arif əvvəldən atası Yunis ilə yola getməmiş, onları, yəni onu və qardaşını münaqişələrə cəlb etmiş, dəfələrlə davaya salmış, ona görə də atası və onlar əmisi Ariflə danışmamış, bir süfrəyə əyləşməmişlər, onunla münasibət saxlamamışlar. Həmçinin mərhum Ariflə digər əmisi də danışmamış və küsülü olmuşdur. Bildiyinə görə Arif mübahisəyə səbəb olan maşını almamışdan qabaq qardaşı Elməddin maşının sahibi ilə maşın almağına dair görüntülü danışıb razılaşmışdır. Hadisədən bir gün əvvəl qardaşı Elməddin zəng vurub ondan aldığı maşına baxanın o olub-olmadığını soruşmuş, o isə “yox” cavabı verərək maşına baxanın Bəhruz və Arif olduğunu, avtomaşını təmir sexinin qarşısına gətirdiklərini demişdir. O hadisənin birbaşa şahidi olmamışdır. Hadisə günü qardaşı Elməddin ona zəng etmiş, hadisəni törətdiyini demiş və bölməyə gedərək təslim olmuşdur. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid4 verdiyi ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs hadisə zamanı, Zərərçəkmiş şəxs avtomobil təmiri ustası kimi tanımış, onun hüquqi varisi X3 isə tanımır, onlarla hər hansı qohumluğu və ya ədavəti yoxdur. Onun “VAZ-2106” markalı köhnə maşını olmuş, Əli adlı bir tanışı onu həmin avtomobilin motorunun təmir edilməsi üçün Ariflə tanış etmişdir. Hadisədən təxminən bir həftə əvvəl gecə maşınını təmir sexində qoyaraq çıxıb getmiş, bir müddət sonra maşınının təmirinin gecikdiyini gördüyü üçün maraqlanmağa başlamış, Əli ilə danışıb maşını tez təmir etməsini xahiş etmişdir. Təmirlə bağlı pulu kimə verəcəyi ilə maraqlandıqda Əli ona Arifə yaxınlaşmağı bildirmişdir. Hadisə baş verən gündən bir gün əvvəl Arif bazardan alınacaq detalların siyahısını ona vermiş, o da maşın bazarından lazım olanları alaraq Arifə vermiş, lakin Arif həmin gün də təmir işlərini yekunlaşdıra bilməmişdir. Səhəri gün Arif zəng edərək hər şeyin hazır olduğunu demiş və onu təmir sexinə çağırmışdır. Arif ona maşının karbüratorunu verərək ustaya aparıb yuduzdurmağı tapşırmış və özü yolun digər tərəfinə peraşki yemək üçün şirniyyat dükanına girmişdir. O da həmin vaxt telefonla danışmış, qəflətən səslərin yüksəldiyini və Arifinin çox ağır söyüşlər işlətdiyini eşitmişdir. Həmin vaxt sonradan adını bildiyi Elməddinlə Arif bir-birlərini söymüşlər. Arif ən ağır söyüşü söyəndə Elməddin səbr etmiş, sexin yanındakı qapıdan çıxan, qara “pickup” avtomobil sürən bir kişi onunla birlikdə davanı aralaşdırmışdır. Həmin vaxt Elməddinin əsəbdən dodaqları əsmişdir. Arif sexə girəndə əlində karbürator Arifə yaxınlaşaraq nə üçün belə ağır söyüşlər söydüyünü soruşmuş, belə hərəkətin ona yaraşmadığını bildirmiş, Arif isə Elməddinin öz qardaşı oğlu olduğunu demişdir və Arifin bu sözləri ona pis təsir etmişdir. Elməddin yolun sağından piyada getdiyi vaxt Arif sexdən bıçaq götürmüş, yenə söyə-söyə Elməddini çağıraraq onun arxasınca getmiş, həmin vaxt Elməddin yolun o biri tərəfində olmuş, Arif ona “hara qaçırsan” deyib yenə söyüş söymüşdür. Az əvvəl mübahisəni aralaşdıran şəxs yenə yaxınlaşaraq Arifi sakitləşdirməyə çalışmış, Elməddin isə maşına oturub getmiş və təxminən 1-2 dəqiqə sonra yolun o biri tərəfindən gəlib yanından keçərək «sən mənim var-yoxumu söyürsən» deyib sexin içərisində tək oturan Arifə əlindəki silahla atəş açmışdır. Həmin vaxt onların arasında təxminən 3-5 metr məsafə olmuş və Arif silahı görəndə biraz ayağa qalxmışdır. İlk atəş onun ayağından dəymiş, Arif yerə çökmüşdür. İkinci güllənin Arifin harasına dəyməsini xatırlamır və üçüncü atəş açılıb-açılmaması isə yadında deyildir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid5 verdiyi ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs tanıyır, Zərərçəkmiş şəxs, həmçinin zərərçəkmiş şəxsin hüquqi varisi X3 tanımır, onlarla hər hansı qohumluğu və ya ədavəti yoxdur. Təqsirləndirilən şəxs dayısı qızının əridir. Təqsirləndirilən şəxs maşın alqı-satqısı ilə məşğul olduğundan qonşusu və tanışı Şahid6 Əlisəfa oğlu istifadəsində olan “Mistsibushi Pajero İO” markalı maşını satmaq istədiyindən o, maşını Elməddinə təklif etmişdir. Belə ki, o Elməddinə zəng etmiş, münasib qiymətə yaxşı maşın olduğunu demiş, Elməddin də ona rayonda olduğunu və gələ bilmədiyini demişdir. Elməddinlə Elgünlə maşının qiyməti barədə telefonda danışıb razılaşmış və Elməddin səhəri gün gələcəyini bildirmişdir. Həmin vaxt onlar maşını Xətai rayon NZS qəsəbəsində yerləşən avtoyuma məntəqəsinin qarşısında saxlamışlar. Elgünlə Elməddin telefonda maşının alq-satqısı ilə bağlı razılığa gələndən sonra onların yanında bir avtomobil saxlamış, maşından düşən şəxslərin, sonradan adlarını bildiyi Zərərçəkmiş şəxs və Şahid1 maşına baxdığını görmüş, Arifi Elməddinin qardaşına oxşatmış və ona görə də ondan Elməddinin onu göndərdiyini soruşmuş, Arif isə kinayəli gülərək ona baxmış, lakin heç nə deməmişdir. Maşına baxmaq üçün Arif maşına oturmuş, Elgün də avtomobili idarə edərək getmişlər. O, Elməddinə zəng edərək həmin adamın qardaşı olub-olmadığını soruşmuş, Elməddin isə Arifin qardaşı yox, əmisi olduğunu bildirmiş, Arif haqqında danışarkən heç bir ağır söz, nalayiq ifadə işlətməmişdir. Ondan sonra o Elgünə zəng edərək maşını geri qaytarmasını, həmin maşını artıq Elməddinə satdıqlarını bildirmişdir. Hətta Elgünün dediyinə görə Arif 200 manat artıq pul verəcəyini desə də Elgün maşını Arifə satmamışdır. Həmin gün notariusa gedərək maşını Elməddinin adına rəsmiləşdirmişlər. Maşının pulunu Elməddinin tapşırığına əsasən Elməddinin arvadından almış, maşının sənədlərini və açarlarını da Elməddinin arvadına vermişlər. Arif yoldan maşınla keçdiyi zaman maşını görüb bəyənmiş, satılıbsatılmamasını soruşmuşdur. O, belə bir problem olmasını əvvəldən bilməmiş, bilsə maşını aparmağa icazə verməzmiş. O, Arifin Elməddinin əmisi olduğunu, aralarında mübahisəli vəziyyətin olmasını bilməmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qardaşı oğlu, Zərərçəkmiş şəxs qardaşı, zərərçəkmiş şəxsin hüquqi varisi X6 qardaşı Arifin arvadır. Onun hər iki tərəflə münasibətləri normal olmuşdur. Onlar beş qardaşdırlar, ən böyük qardaşları Yunis, ən kiçikləri isə Arifdir, o isə dördüncü qardaşdır. Mərhum qardaşı Zərərçəkmiş şəxs avtomobil alqı-satqısı ilə məşğul olmuş, eyni zamanda ona məxsus, evinə bitişik yerləşən avtomobil təmiri sexində motorist işləmişdir. Zərərçəkmiş şəxslə Təqsirləndirilən şəxs, Yunis Fətəliyev və digər qardaşı Ümüdvar Fətəliyev uzun müddətdir ki, danışmamışlar. Buna səbəb onlar arasında uzun müddət davam edən inciklik və söz-söhbətlər olmuşdur. Ariflə Elməddin arasında bir neçə il bundan əvvəl Xətai rayonu ərazisində mübahisə baş vermiş və Elməddin Arifə hansısa əşya ilə zərbə vurmuşdur. O isə onların hər ikisi ilə danışaraq mübahisələrini həll etməyə çalışmışdır. Arifin onunla münasibəti yaxşı olmuş, həmçinin Elməddinin də Arifdən başqa kiminləsə küsülülüyü olmasını bilməmişdir. Hadisə baş verən günü, yəni xx.xx.2023-cü il tarixdə, saat 15 radələrində özünə məxsus “Mitsubishi L200” markalı avtomobili ilə öz ailə üzvləri ilə birlikdə “X24” Xəstəxanasından yaşadığı ünvan 3 ünvanında yerləşən evinə qayıtmışdır. Evinə yaxınlaşarkən avtomobil təmiri sexi ilə üzbəüz yerləşən pirojki satılan mağazanın qarşısında Elməddin ilə Arifin yenə bir-birləri ilə mübahisə etdiklərini görmüşdür. O dərhal onların mübahisəsinin qarşısını almaq məqsədilə avtomobili yolun kənarında saxlamış, maşından düşərək çətinliklə onları ayırmış, Arifi peraşki bişirilən yerin içərisinə salmış, Elməddini isə sürüyərək qapıya gətirmişdir. Mübahisənin nəyə görə baş verdiyini bilməmişdir. X22 bir-birlərini ağır sözlərlə təhqir etmişlər. O maşınını arxa tərəfdə saxlamaq istəyən vaxt yenidən dava düşdüyünü görmüşdür, lakin Arifin əlində bıçaq olduğunu görməmişdir. Bu dəfə Bəhruz onları ayırmışdır. Elməddin maşınına tərəfə gedərək baqajında nəsə axtarmış, ancaq o Elməddinin maşının baqajında heç nə görməmişdir. O Elməddini yumruqla vurmuş, onu maşına otuzdurmuş və qapısını örtmüşdür. Həmin vaxt Elməddin çox əsəbi olmuşdur. Elməddin maşını sürüb gedəndən sonra o həyətinə keçmişdir. Həyətə girməyindən təxminən 3 dəqiqə keçməmiş 3 atəş səsi eşitmiş, evdən çölə çıxmış, çıxanda isə artıq hadisənin baş verdiyini, qardaşının sexin içərisində yerdə uzandığını görmüşdür. Elməddinin Arifi necə vurmasını görməmişdir. O sonradan mübahisənin maşına görə olduğunu bilmiş, lakin mübahisəni kimin başlatmasını, ilk olaraq kimin söyüş və nalayiq ifadələr işlətməsini bilməmişdir. Hadisənin baş verməsinə səbəb Elməddinlə Arif arasında uzun illər davam edən münaqişə olmuşdur. Hadisədən sonra mərhum qardaşının ailəsi ilə Elməddinin ailəsinin barışmasına cəhd etsə də bu mümkün olmamışdır. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs tanıyır, zərərçəkmiş şəxsin hüquqi varisi X3 isə hadisədən sonra tanımışdır. Onlarla heç bir qohumluğu və ya ədavəti yoxdur. Zərərçəkmiş şəxs təxminən 2 il əvvəl avtomobil təmiri ustası kimi, Təqsirləndirilən şəxs isə Arifin qardaşı oğlu kimi tanımışdir. Ariflə birlikdə “Mitsubishi Pajero İO” markalı avtomobillərin alqı-satqısı ilə məşğul olmuşdur. xx.xx.2023-cü il tarixdə qonşusu İlham, Arif və o İlhamın avtomobili ilə Arifin xəstəxanada müalicə alan nəvəsinin yanına getmişlər. Xəstəxanadan qayıdan zaman Xətai rayonu, Babək prospektindən UPD qəsəbəsinə gedən yol ilə hərəkətdə olarkən avtoyuma məntəqəsinin yaxınlığında “Mitsubishi Pajero İO” markalı avtomobilin dayandığını görmüşlər. Arif maşını saxlayaraq aşağı düşmüş, avtomobilin sahibi ilə danışmış, sonra avtomobil sahibi ilə birlikdə avtomobili Arifin işlədiyi təmir sexinə gətirmişdir. O da İlhamla birlikdə sexə gəlmişdir. Arif maşına baxış keçirmiş və alqı-satqı ilə bağlı danışmaq üçün avtomobil sahibi ilə sexin içərisinə keçmiş, o isə İlhamla bayırda maşının yanında dayanmışlar. Bu zaman Elməddinin qardaşı Elçin onlara yaxınlaşmış, Elməddinin həmin “Mitsubishi Pajero İO” markalı avtomobili almaq üçün razılaşdığını demiş, maşını haradan tapdıqlarını soruşmuşdur. Onlar da yol ilə gələndə gördüklərini demişlər. O həmin maşının Elməddin tərəfindən alınmasını bilməmiş, bu barədə ona deyildikdən sonra maşını almaq istəməmiş, Arif də maşının qiymətinin baha olduğunu demişdir. Səhəri gün, yəni xx.xx.2023-cü il tarixdə, təxminən saat 15 radələrində Arif, o və maşınını təmir etdirən başqa bir oğlan sexdə olmuşlar. Arif yolun digər tərəfinə keçərək pirojki satılan obyektə daxil olmuşdur. Həmin vaxt Elməddin də “Pajero İO” markalı avtomobil ilə yolun kənarında dayanmışdır. Bu zaman Arif onu çağırmış, o yolu keçmiş, maşına yaxınlaşan zaman Elməddin maşının yanında dayanmış vəziyyətdə olmuş və ondan “sən balanın canı, dünən orada maşını danışanda eşitmisən mənim adımı?” deyə soruşmuş, o da cavabından “vallah nə söyüş söyürsən söy, amma mən sənin adını burada, sexin qabağında eşitmişəm, sonra da aralaşmışam” demişdir. Bu zaman Ariflə Elməddin arasında sözlə mübahisə başlamış, bir-birlərinə qarşı ağır sözlər demişlər. O Elməddinə yaxınlaşan zaman Ariflə Elməddin arasında mübahisə başlamamışdır. Həmin vaxt Arifin qardaşı Ədalət də oraya gəlmiş, Ədalətlə o Ariflə Elməddini aralamış, Arif sexə girmiş, o isə Elməddinlə yolun kənarında dayanaraq söhbət etmişlər. Bu zaman Arif sexdən çıxaraq əlində bıçaqla ağır söyüşlər söyərək Elməddinə hücum etmiş, yenə də o və Ədalət onları ayırmış, Ədalət Arifi sexə salımış, sonra Ədalətlə o Elməddini yolun o biri kənarında olan maşınına əyləşdirmişlər. O, Elməddinə “yaxşı deyil, niyə belə eləyirsiniz” demiş, Elməddin isə ona “görmürsən nə söyüş söyür” demişdir. Elməddin maşını sürüb getmiş, Ədalət də evinə girmişdir. Təxminən 3-4 dəqiqə sonra Elməddinin əlində silahla qaça-qaça gəlməsini görmüş, Elməddinin qarşısına keçmək istəsə də Elməddin ona kənara durmasını demişdir. O Ədalətgilin evinə qaçaraq Ədaləti çağırmaq istəmiş, həmin vaxt atəş səsləri eşitmişdir. Elməddinin Arifi necə vurmasını görməmişdir. Mübahisə zamanı Elməddinlə Arif bir-birlərini müxətlif sözlərlə təhqir etmişlər, ən ağır nalayiq sözləri Arif demişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Bakı şəhəri Xətai rayon prokurorluğunun böyük müstəntiqi X8 tərəfindən tərtib olunmuş, Xətai rayon prokuroru Sərdar İmanov, Xətai RPİ-nin 37-ci PŞ-nin təhqiqatçısı Bahadur Ənnağızadə, Xətai RPİ-nin X1 inspektor-kriminalisti Ramin Davudov, hal şahidləri X9, X7 tərəfindən imzalanmış 17 oktyabr 2023-cü il tarixli, “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, ünvan 2 ünvanında yerləşən avtomobil təmiri sexinə gələrək hadisə yerinə baxış keçirildi. Hadisə yerinə baxış gündüz vaxtı təbii və süni işıqlandırma şəraitində aparılaraq aşağıdakılar müəyyən edildi: Hadisənin baş verdiyi yer ünvan 2 ünvanında yerləşən avtomobil təmiri sexidir. Sexin giriş qapısı iki laylı olmaqla göy rəngli dəmir materialdandır. Sexin içərisinin divarları mişar daşları ilə hörülmüşdür. Sexin uzunluğu təxminən 6 metr, eni isə 3,5 metrdir. Girişdən təxminən 01 metr irəlidə, sağ yan divara bitişik yerləşən kanalizasiya qapağının yanında, üzərində “ZUBER” yazısı olan 03 ədəd boş patron müşahidə edilir. 03 ədəd boş patron götürülərək qablaşdırıldı. Sexin içərisində müxtəlif köhnə əşyalar, dəmir çemodan, avtomobil təmiri üçün istifadə olunan ləvazimatlar, açarlar və kəlbətinlər, 01 ədəd kreslo, içərisində köhnə avtomobil ehtiyat hissələri olan taxta şkaf, təmir edilməkdə olan avtomobil motoru, divardan asılmış 01 ədəd təkər vardır. Sexin mərkəz hissəsində uzunluğu təxminən 4 metr, eni isə təxminən 1 metr olan yama yerləşir. Yamanın içərisində taxta nərdivan və dəmir ling vardır. Sexin içərisinin müxtəlif yerlərində qanabənzər ləkələr vardır. Hadisə yerinə baxış zamanı aşkar edilmiş qanabənzər ləkələrdən hopdurucu fırça ilə nümunələr götürülərək qablaşdırıldı. Hadisə yerinə baxışda iştirak edən Xətai RPİ-nin 37-ci PŞ-nin təhqiqatçısı Bahadur Ənnağızadə göstərdi ki, Təqsirləndirilən şəxs, əmisi Zərərçəkmiş şəxs ov tüfəngindən atəş açıb xəsarət yetirdikdən sonra hadisə yerindən naməlum istiqamətə getmiş, Zərərçəkmiş şəxs yaxınlıqda yaşayan qardaşı Ədalət Fətəliyevin köməkliyi ilə xəstəxanaya çatdırılsa da hadisə zamanı almış olduğu xəsarətlər nəticəsində xəstəxanada ölmüşdür. Hadisə yerinə baxış zamanı müəyyən edilmişdir ki, hadisənin baş verdiyi yerin yaxınlığını çəkən videomüşahidə kamerası vardır. Həmin videomüşahidə kamerasının görüntülərinə kompyuter vasitəsilə baxış keçirilmişdir. Kamera görüntülərinə baxış zamanı xx.xx.2023-cü il tarixdə, saat 15:00-dan saat 15:07-dək olan görüntülərdə əynində qara rəngli paltarlar və əlində ov tüfəngi olan kişi cinsli şəxsin avtomobil təmiri sexinə daxil olması və 10 saniyə sonra çölə çıxaraq hadisə yerindən uzaqlaşması müəyyən edilmişdir. Qeyd edilən videogörüntü “DVD” diskə köçürülərək götürülmüşdür. Baxış zamanı “Canon 550 D” markalı rəqəmsəl fotoaparat vasitəsilə hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir. Baxış gündüz vaxtı təbii və süni işıqlandırma şəraitində həyata keçirildi. Baxış saat 16:15-də başlanmış, 17:00-da başa çatmışdır (cild 1, i/v 2-7). - 17 oktyabr 2023-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Xətai rayon prokurorluğunun inzibati binasında xidməti otaqda ********* nömrəli cinayət işi üzrə üzrə cinayət izlərinin, sübut mənbəyi ola biləcək digər maddi obyektlərin aşkar edilməsi, cinayətin törədilmə hallarının və iş üçün əhəmiyyət kəsb edən digər halların müəyyən olunması məqsədilə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qəsdən öldürməsi faktı ilə əlaqədar hadisə yerinə keçirilmiş baxış zamanı götürülərək qablaşdırılmış “DVD” diskə iş üzrə təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi X14 iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı aşağadakılar müəyyən edilmişdir: “DVD” diski “HP” markalı kompyuterə daxil edilmişdir. “DVD” diskdə 01 ədəd videgörüntü vardır. Videogörüntü müddəti 06 dəqiqə 11 saniyədir. Videogörüntü Bakı şəhəri, Xətai rayonu, Süleyman Əhmədov küçəsində yerləşən videomüşahidə kamerası vasitəsilə çəkilmişdir. Videogürüntüdə tarixin xx.xx.2023-cü il saat 15:00:58-də başlayıb, saat 15:07:09-da başa çatdığı müəyyən edilmişdir ki, bu da real vaxta uyğun gəlmişdir. Videogörüntünün 05 dəqiqə 01-ci saniyəsindən, 05 dəqiqə 28-ci saniyəsinədək, yəni saat 15:05:59-dan, saat 15:06:26-dək olan hissəsində əynində qara rəngli paltarlar və əlində ov tüfəngi olan kişi cinsli şəxsin avtomobil təmiri sexinə daxil olması və 10 saniyə sonra çölə çıxaraq hadisə yerindən uzaqlaşması müəyyən edilmişdir. Videogörüntü Təqsirləndirilən şəxs təqdim edilmişdir. Təqsirləndirilən şəxs videogörüntünü izlədikdən sonra bildirmişdir ki, əynində qara rəngli paltarlar olan kişi cinsli şəxs odur, əlindəki silah isə cinayəti törətmək üçün istifadə etdiyi “Turac” markalı ov tüfəngidir. “DVD” diskə baxış keçirilərkən iş üzrə əhəmiyyət kəsb edən digər hallar aşkar edilməmişdir. “DVD” disk zərfə qoyularaq «Xətai rayon prokuroruluğu Zərflər üçün» möhürü ilə bağlanmış, bununla da 17 oktyabr 2023-cü il saat 21:45-də başlamış baxış saat 22:15-də başa çatmışdır (cild 1, i/v 43). - İş materiallarına əlavə edilmiş həmin “DVD” diskə baxış keçirilən zaman 17 oktyabr 2023-cü il tarixli “baxış keçirilməsi haqqında” protokolda qeyd olunanlar öz təsdiqini tapmışdır. - Bakı şəhəri Xətai rayon prokurorluğunun böyük müstəntiqi X8 tərəfindən tərtib olunmuş, Xətai rayon prokuroru Sərdar İmanov, Xətai RPİ-nin 37-ci PŞ-nin təhqiqatçısı Bahadur Ənnağızadə, Xətai RPİ-nin X1 inspektor-kriminalisti Ramin Davudov, hal şahidləri X9, X7 tərəfindən imzalanmış 17 oktyabr 2023-cü il tarixli “meyitə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, təşrih masası üzərində arxası üstə kişi cinsli meyit uzadılmışdır. Meyitin əynində geyim yoxdur. Boyunun uzunluğu 175 sm-dir, düzgün bədən quruluşlu, zəif qidalıdır. Meyitin dəri örtüyü solğun-bozumtul-çəhrayı rəngdədir. Əl ilə yoxladıqda meyit soyuqdur. Meyit ləkələri bədənin arxa və yan səthlərində yerləşərək tünd bənövşəyi rəngdədir, təzyiq etdikdə rəngi itir, təzyiq kəsildikdən 1 dəqiqə sonra əvvəlki rəngi bərpa olunur. Meyit qacıması müayinə olunan əzələ qruplarından çeynəmə və əl barmaq əzələlərində kafi inkişaf etmişdir. Başında 0,5-1,0 sm uzunluqda qara rəngli saçları vardır. Üzün dərisi solğundur. Gözləri göz qapaqları ilə örtülüdür, buynuz qişalar parlaqdır, bəbəklər dairəvi formada olub, bir-birinə bərabərdir, diametrləri 0,5 sm-dir, ağlı qişa solğundur, qüzehli qişa qəhvəyi rənglidir. Kəllə tağı və üz skelet sümüklərini əllə yoxladıqda sınıq hiss olunmur. Hər iki burun, qulaq sümükləri və qığırdaqları əllə yoxladıqda sınıq qeyd olunmur. Qulaq və burun keçəcəkləri təmiz və zədəsizdir. Ağız qapalıdır, dişləri - tamdır, üst çənədə sağdan İİ-İİİ-İV-V-Vİ-Vİİ, soldan İ-İİ-İİİ, alt çənədə sağdan İİİ-İV, soldan İİİ dişləri sarı metaldandır. Dili diş xətti arxasında, ağız boşluğunda sərbəst yerləşmişdir. Boyun bədənə müvafiqdir, orta köklükdə və uzunluqdadır. Döş qəfəsi slindrik formada olub, sağ və sol yarıları bir-birinə simmetrikdir. Döş qəfəsi sümüklərini əllə yoxladıqda sol tərəfdə patoloji hərəkətlilik qeyd edilir. Qarının ön səthi döş qəfəsindən bir qədər aşağıda dayanmışdır, əllədikdə yumşaqdır. Xarici cinsiyyət üzvləri düzgün inkişaf etmişdir, kişi tiplidir. Arxa keçəcək qapalıdır, ətraf təmiz və dəyişiksizdir. Yuxarı və aşağı ətrafları düzgün inkişaf etmişdir, sol bud sümüyündə pataloji hərkətlilik vardır. Xəsarətlər: sol bazunun orta 1/3-nin arxa səthində 10x6 sm ölçüdə nahamar kənarlı qansızmalı dəri defekti vardır, yara ətrafı nahiyələrdə 1x0,2 sm-dən 0,5x0,4 sm ölçülərdə oval və dairəvi hamar kənarlı çoxsaylı yaralar və qansızma sahələri vardır. Döş qəfəsinin sol yarısının bayır səthində 20x10 sm sahədə dərialtı hematoma fonunda 1,2x1,0 sm-dən 0,8x0,6 smdək ölçülərdə eyni xarakterli yara və qansızma sahələri vardır. Sol budun orta 1/3-nin önbayır səthində 8x7 sm ölçüdə eyni xarakterli dəri defekti və ətrafında 0,7x0,4sm-dən 0,5x0,4 sm-dək ölçülərdə eyni xarakterli yara və qansızma sahələri vardır, yara dibində bud sümüyünün yerdəyişmiş sınığı müəyyən edilir. Meyitin xarici müayinəsi zamanı digər xəsarət müəyyən edilməmişdir. İş üzrə zəruri ekspertizaların aparılmasını təmin etmək məqsədi ilə baxış zamanı mərhum Zərərçəkmiş şəxs Yunis oğlunun hadisə zamanı əynində olmuş və sonuncunun yerləşdirildiyi “X24” Klinikasından təhvil verilmiş bir ədəd qara rəngli qolsuz dəri gödəkçə, bir ədəd mavi rəngli cins şalvar, bir ədəd ağ-göy rəngli dama-dama köynək, bir ədəd ağ rəngli mayka və onun qan nümunəsi götürülərək qablaşdırılmışdır. Baxış zamanı “Canon 550 D” markalı rəqəmsəl fotoaparat vasitəsilə fotoçəkilişdən istifadə edilmiş, fotoşəkillər protokola əlavə edilmişdir. Baxış 17:15-də başlanmış, 17:50-də başa çatmışdır (cild 1, i/v 9-15). - 17 oktyabr 2023-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs qardaşı Şahid3 istintaqa təqdim etdiyi Təqsirləndirilən şəxs məxsus və hadisə zamanı sonuncunun əynində olmuş bir ədəd tünd-göy rəngli qolsuz gödəkçə, bir ədəd qara rəngli uzunqol köynək və bir ədəd göy rəngli üzərində “Hugo Boss” sözləri yazılmış cins şalvara, bundan başqa Təqsirləndirilən şəxs özü tərəfindən istintaqa təqdim edilmiş cinayətin törədilməsindən istifadə etdiyi “Turac” markalı, 12 kalibrli ov tüfənginə şübhəli şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi X14 iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı aşağıdakılar müəyyən olunmuşdur: Şahid3 təqdim etdiyi sellofan paket içində Təqsirləndirilən şəxs məxsus bir ədəd tünd-göy rəngli qolsuz gödəkçə, bir ədəd qara rəngli uzunqol köynək və bir ədəd göy rəngli üzərində “Hugo Boss” sözləri yazılmış cins şalvar aşkar edilmişdir. Həmin geyim əşyalarının üzərində qanabənzər ləkələrin olması müşahidə edilməmişdir. Təqsirləndirilən şəxs baxış zamanı bildirmişdir ki, təqdim etdiyi həmin paltarlar hadisə zamanı onun əynində olan paltarlardır və hadisədən sonra o, həmin paltarları çıxarıb yaşadığı evdə qoymuşdur. Təqdim olunan paltarlar götürülərək qablaşdırılmışdır. Şübhəli şəxs Təqsirləndirilən şəxs tərəfindən istintaqa təqdim edilmiş odlu ov tüfənginə baxış keçirilərkən müəyyən olunmuşdur: silah Azərbaycan Respublikasında zavod üsulu ilə istehsal edilmiş, patronluğunun uzunluğu 76 mm olan, 12 kalibrli, “Turac” markalı, AZE 01SA420059 13 №-li, daxili çaxmaqlı, təklüləli, odlu ov silahıdır, saz vəziyyətdədir. Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi tərəfindən verilmiş 17 yanvar 2017-ci il tarixli, 93 nömrəli şəhadətnaməyə əsasən ov silahı saxlanılması və təyinatı üçün istifadə edilməsi üçün Təqsirləndirilən şəxs verilmişdir. Təqdim olunan “Turac” markalı ov tüfəngi götürülərək qablaşdırılmışdır. Baxış zamanı foto və video çəkilişdən istifadə edilməmişdir. Protokol ucadan oxunmuş, baxış iştirakçıları protokolla tanış olaraq heç bir əlavələrinin və qeydlərinin olmadığını bildirmişlər. Protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Baxış gündüz vaxtı süni işıqlandırma şəraitində həyata keçirilmişdir. Baxış saat 20:20-də başlanmış, saat 20:50-də başa çatmışdır (cild 1, i/v 40). - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X10 X21 “canlı şəxsin ekspertizası” haqqında 19 oktyabr 2023-cü il tarixli, 1213 nömrəli canlı şəxsin ekspertizası rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi ekspertizası zamanı onun bədən səthində xəsarət aşkar edilmədi (cild 1, i/v 130-131). - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin 03 noyabr 2023-cü il tarixli, 23/797R nömrəli ekspert rəyindən görünür ki, hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş - 01 (bir) ədəd qara rəngli qolsuz gödəkçənin sol qoltuqaltı hissəsində olan qanabənzər ləkələr, 01 (bir) ədəd göy rəngli cins şalvar və onun kəsilmiş sol hissəsi üzərində olan qanabənzər ləkələr, 01 (bir) ədəd göy rəngli dama-dama köynək üzərində olan qanabənzər ləkələr, 01 (bir) ədəd boz rəngli mayka üzərində olan qanabənzər ləkələr və hadisə yerindən götürülmüş 05 (beş) ədəd tampon üzərində, insan qanına xas hemoqlobin zülalı aşkar edilmişdir. Hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş - 01 (bir) ədəd qara rəngli qolsuz gödəkçənin sol qoltuqaltı hissəsində olan qan ləkələri, 01 (bir) ədəd göy rəngli cins şalvar və onun kəsilmiş sol hissəsi üzərində olan qan ləkələri, 01 (bir) ədəd göy rəngli dama-dama köynək üzərində olan qan ləkələri, 01 (bir) ədəd boz rəngli mayka üzərində olan qan ləkələri və hadisə yerindən götürülmüş 03 (üç) ədəd tampon üzərində olan qan nümunələri, Zərərçəkmiş şəxs məxsusdur. Hadisə zamanı Təqsirləndirilən şəxs əynində olmuş - 01 (bir) ədəd göy rəngli qolsuz gödəkçənin cib və boyun hissələri, 01 (bir) ədəd qara rəngli uzunqol köynəyin bilək və boyun hissələri və 01 (bir) ədəd “Hugo Boss” yazılı göy rəngli cins şalvarın cib hissələri üzərində olan bioloji mənşəli materiallar, Təqsirləndirilən şəxs məxsusdur. Hadisə yerindən götürülmüş digər 02 (iki) ədəd tampon üzərində, kifayət qədər yararlı bioloji mənşəli materiallar mövcud deyil və ya deqradasiya əlamətlərini özündə əks etdirdiyi üçün DNT profilinin əldə olunması üçün yararlı deyildir. Bu səbəbdən müqayisəli DNT tədqiqatının keçirilməsi mümkün olmamışdır (cild 1, i/v 133-139). - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X10 X21 “meyitin ekspertizası” haqqında 17 noyabr 2023-cü il tarixli, 1213 nömrəli ekspert rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs meyitində döş qəfəsinin sol yarısının kor odlu silah (qırma) yaraları, ağciyərin, dalağın, mədənin, sol böyrəyin, bağırsaqların və bağırsaq müsariqəsinin zədələnmələri, daxili qanitirmə, soldan X-Xİ qabırğaların sınıqları, sol bazunun və sol budun odlu silah (qırma) yaraları, sol bud sümüyünün açıq yerdəyişmiş sınığı müəyyən edilmişdir. Xəsarətlər həyatidir, ölümündən az əvvəl yaxın məsafədən açılmış ən azı üç atəş nəticəsində törənmişlər, canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid edilir və baş vermiş ölümlə səbəbli əlaqəlidirlər. Mərhum Zərərçəkmiş şəxs meyitində odlu silah (qırma) yaralarından başqa hər-hansı bir xəsarət aşkar edilməmişdir. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb almış odlu silah (qırma) yaraları nəticəsində travmatik və hemorraqik şok olmuşdur. Ölümün baş vermə müddəti meyitin meyitxanada müayinəsindən 5-10 saat əvvələ uyğun gəlir. Mərhum Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində narkotik maddələr və etil spirti aşkar edilməmişdir. (Əsas MKŞ-nin 3782/K saylı aktı) (cild 1, i/v 157-161). - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsin 13 noyabr 2023-cü il tarixli, 3126 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. X4 həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur. Eqosentrizm, öz maraqlarını üstün tutmaq, situativlik kimi fərdi-psixoloji xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi-emosional vəziyyətində qıcığa qarşı həssaslıq, emosionallıq yaranmış, həmin halın yaranması situasiya ilə şərtləşmişdir. Təqsirləndirilən şəxs hadisə zamanı emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyətində, fizioloji affekt halında olmamışdır (cild 1, i/v 184-187). - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 dekabr 2023-cü il tarixli, 3-16-16/3-1969,3/1970 nömrəli məhkəmə ballistik ekspetizasının rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş 01 (bir) ədəd silah Azərbaycan Respublikasında zavod üsulu ilə istehsal edilmiş, patronluğunun uzunluğu 76 mm olan, 12 kalibrli, “Turac” modelli, AZE 01SA420059 13 №-li, daxili çaxmaqlı, təklüləli, yarımavtomatik (özüdolduran) tüfəngdir - yivsiz odlu ov silahıdır, saz vəziyyətdədir, atəş açmaq üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 3 (üç) ədəd giliz zavod üsulu ilə istehsal edilmiş, 12 kalibrli olmaqla, həmin kalibrə malik, yivsiz odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulmuş patronun atəşlə ayrılmış hissələridir – gilizləridir, tədqiqata təqdim edilmiş 12 kalibrli, “Turac" modelli AZE 01SA420059 13 №-li ov tüfəngindən atılmışlar. Tədqiqata təqdim edilmiş “Zərərçəkmiş şəxs” məxsus olan bir ədəd qolsuz dəri gödəkçə, bir ədəd qısaqol mavi rəngli köynək, bir ədəd boz rəngli mayka və bir ədəd cins şalvarın üzərində rəyin tədqiqi hissəsində göstərilən sayda və ölçüdə zədələr vardır. Zədələrin ətrafında zəif halda atəşin əlavə faktoru olan, tam yanmamış, tüstüsüz barıt hissəciklərinin və qurğuşun metal izinin aşkar edilməsinə, onların formasına, ölçüsünə, morfoloji quruluşuna əsasən, bir ədəd qolsuz dəri gödəkçədə “a”, “b”, “d”, bir ədəd qısaqol mavi rəngli köynəkdə “e”, “f”, “g”, bir ədəd boz rəngli maykada “ğ”, “h” və bir ədəd cins şalvarın üzərində “i”, “ı” olan zədələr giriş zədələri olmaqla hamarlüləli odlu silahdan açılan atəşlər nəticəsində mərmilərin-qırmaların təsirindən 2 metrdən yuxarı məsafədən yetirilməyə xarakterikdir. Geyim əşyaları üzərində çıxış zədəsi olmadığından atəşin istiqamətini müəyyən etmək mümkün olmadı. Tədqiqata təqdim olunmuş təklüləli, AZE 01SA42005913 nömrəli ov tüfəngindən atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hissəcikləri aşkar edilməsinə əsasən, həmin silahdan atəş (atəşlər) açılmışdır. Həmin geyim əşyaları üzərində olan zədələr təqdim edilmiş ov silahından açılan atəşlərin nəticəsində qırmaların təsirindən də yarana bilər (cild 1, i/v 191-195). - 22 iyun 2020-ci il tarixli “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarın təsviri hissəsindən görünür ki, xx.xx.2020-ci il tarixdə ünvan 4 ünvanda yaşayan Zərərçəkmiş şəxs ***-***-**-** nömrədən DİN-nin 102 xidmətinə zəng edərək NZS qəsəbəsində '“Kosmos” marketin yanında adını bilmədiyi şəxs tərəfindən söyülməsi barədə məlumat vermişdir. xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs da ***-***-**-** nömrədən DİN-nin 102 xidmətinə zəng vuraraq “Kosmos” marketin yanında əmisi Arif tərəfindən təhqir olunması barədə məlumat vermişdir. Araşdırma zamanı məlum olmuşdur ki, xx.xx.2020-ci il tarixdə, saat 16:30 radələrində Təqsirləndirilən şəxs aralarında baş vermiş mübahisə zamanı öz əmisi Zərərçəkmiş şəxs əli ilə vuraraq ona boyunun sol yan səthinin qançırı ilə nəticələnən dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirmişdir. Toplanmış materialda heç bir cinayət hadisəsi baş vermədiyindən material üzrə cinayət işinin başlanması rədd edilmişdir (cild 1, i/v 205-206). - 19 yanvar 2024-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş bir ədəd qara rəngli qolsuz dəri gödəkçə, bir ədəd mavi rəngli cins şalvar, bir ədəd ağ-göy rəngli dama-dama köynək, bir ədəd ağ rəngli mayka və qan nümunəsi; Təqsirləndirilən şəxs məxsus bir ədəd tündgöy rəngli qolsuz gödəkçə, bir ədəd qara rəngli uzunqol köynək və bir ədəd göy rəngli üzərində “Hugo Boss” sözləri yazılmış cins şalvar maddi sübut kimi tanınmış və rayon prokurorluğunda saxlanılmışdır. “Turac” markalı, 12 kalibrli, AZE 01SA420059 13 nömrəli, daxili çaxmaqlı, təklüləli, yivsiz odlu ov silahının və “Turac” markalı yivsiz odlu ov silahından atılmış 03 ədəd 12 kalibrli gilizin isə maddi sübut kimi tanınmaqla müvafiq qaydada saxlanılması üçün Xətai RPİ-nə göndərilməsi nəzərə alınmışdır (cild 1, i/v 208- 225). - Həmin qərardan həmçinin görünür ki, Zərərçəkmiş şəxs əməlində Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin tərkib əlamətləri olmadığından barəsində həmin maddə ilə cinayət təqibinin başlanması rədd edilmişdir (cild 1, iƏv 208-225). - xx.xx.2023-cü il tarixli “könüllü özünü təqdim etmək haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 16:10-da növbətçi hissəyə yaxınlaşıb özünü təqdim edərək bildirmişdir ki, həmin gün saat 15 radələrində əmisi Asif Fətəliyevi özünə məxsus ov silahı ilə bir neçə dəfə atəş açaraq xəsarət yetirmişdir. Hadisədən sonra könüllü olaraq özünü təqdim etmək qərarına gəldiyindən gəlmiş və hadisə zamanı istifadə etdiyi “Turac” markalı 12 kalibirli ov tüfəngini təqdim etmişdir (cild 1, i/v 18). - 17 oktyabr 2023-cü il tarixli “Cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tutulmuş və barəsində 4 (dörd) ay müddətində həbs qətimkan tədbiri seçilmişdir (cild 1, i/v 20-21, 92-95). - Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, xx.xx.1984-cü il təvəllüdlü Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, i/v 200-201). - Nikah haqqında şəhadətnamənin, doğum haqqında şəhadətnamələrin, şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs ilə X5 birgə nikahından xx.xx.2007-ci təvəllüdlü Nərmin Fətəliyeva, xx.xx.2009-cu il təvəllüdlü Davud Fətəliyev və xx.xx.2018-ci il təvəllüdlü Nilay Fətəliyeva doğulmuşdur (cild 1, i/v 173-176). - Bakı şəhəri, Xətai rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfat Birliyi 66 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 105 nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Xətai rayonu, R.Bağırov 28/66 ünvanda qeydiyyatsız yaşayır. Onun barəsində 66 saylı MKİS-ə şikayət daxil olmayıbdır (cild 1, i/v 171). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə qeyd edir ki, şəxsin əməlində bu və ya digər cinayətin tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə isə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Balakən Rayon Məhkəməsinin müraciətinə dair” 23 iyul 2021-ci il tarixli qərardadı). Cinayət hüququ nəzəriyyəsinə görə qəsdən adam öldürmə cinayəti maddi tərkibli quruluşa malikdir. Cinayətin başa çatması üçün zərərçəkmiş şəxs həyatdan məhrum edilməlidir. Əgər cinayət nəticəsində zərərçəkmiş şəxs ölməmişdirsə, əməl cinayət etməyə cəhd kimi tövsif olunmalıdır. Qəsdən adam öldürmə cinayətinə görə məsuliyyətin yaranması üçün zərərçəkmiş şəxsin dərhal, yaxud müəyyən müddətdən sonra ölməsinin əməlin tövsifi üçün heç bir əhəmiyyəti yoxdur. Qəsdən adam öldürmə cinayəti maddi tərkibli olduğu üçün törədilən əməllə baş verən nəticə arasında səbəbli əlaqə olmalıdır və bu səbəbli əlaqənin müəyyən edilməsi zəruridir. Əgər törədilmiş əməllə baş vermiş nəticə arasında səbəbli əlaqə müəyyən edilməzsə, təqsirkarın əməlinin qəsdən adam öldürmə cinayəti kimi tövsif edilməsi yolverilməzdir. Qəsdən adam öldürmə cinayət əməli həm birbaşa, həm də dolayı qəsdlə törədilə bilər. Şəxs başqasını həyatdan məhrumetməyə yönələn əməlinin ictimai təhlükəli olduğunu qabaqcadan görür və bunları ya arzu edir, ya da arzu etmir, lakin belə nəticələrin baş verməsinə şüurlu surətdə yol verir. Qəsdən adam öldürmə cinayətində qəsd qeyrimüəyyən də ola bilər. Qeyri-müəyyən qəsdlər cinayət törədən şəxsin qəsdi ilə müxtəlif kriminal nəticələr- ölüm, sağlamlığa ağır və ya az ağır zərər vurma və sairllə əhatə oluna bilər. Bu halda təqsirkanın əməli baş verən faktiki nəticələrə görə tövsif edilməlidir. Əgər ölüm baş vermişdirsə, əməl qəsdən adam öldürmə kimi, sağlamlığa ağır zərər vurulmuşdursa, o zaman əməl sağlamlığa qəsdən ağır zərər vurma kimi tövsif edilməlidir. İnsanın motivasiyası onun fəaliyyət məqsədləri ilə sıx əlaqədardır. Motivi aydınlaşdırmadan insanın müəyyən məqsədə çatmağa nə üçün səy etdiyini, beləliklə onun hərəkətinin əsl mənasını anlamaq mümkün deyildir. Şəxsin hər hansı əməli törətməsində qəsdinin nəyə yönəldiyinin müəyyən edilməsi üçün onun həm hadisədən əvvəl, həm də hadisədən sonrakı hərəkətlərinin motivi müəyyən edilməlidir. «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli, 3 saylı Qərarına əsasən qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda, belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər. Bu zaman təqsirkar öz əməlinin (hərəkət və hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir. Lakin ölüm hadisəsi onun iradəsindən asılı olmayan səbəblərdən (məsələn başqa şəxslərin işə qarışması, zərərçəkmiş şəxsin fəal müqaviməti, ona vaxtında tibbi yardım göstərilməsi) baş vermir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarının 3-cü bəndində məhkəmələrə tövsiyə olunmuşdur ki, “Qəsdən adam öldürməni ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurmadan fərqləndirmək lazımdır. Nəzərə almaq lazımdır ki, qəsdən adam öldürmədə təqsirkarın niyyəti zərərçəkmişi həyatdan məhrum etməyə yönəldiyi halda, CM-nin 126.3-cü maddəsində nəzərdə tutulan əməldə ölümün baş verməsinə münasibəti ehtiyatsızlıqda ifadə olunur. Burada təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn həyat üçün mühüm orqana xəsarət yetirilməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: - 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. - 138.2-ci maddəsinə görə isə təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin normanın mənasına görə təqsirləndirilən şəxs cinayətin törədilməsində özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. İttihamı, yəni cinayət qanunu ilə nəzərdə tutulmuş konkret əməlin törədilməsini sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verdiyi ifadəsində Zərərçəkmiş şəxs öldürmək niyyətinin olmamasını, sonuncu tərəfindən özünün və ailə üzvlərinin ünvanına ağır söyüşlərlə söyüldükdən sonra həmin nalayiq ifadələri qəbul edə bilməməsi səbəbindən maşınında saxladığı ov tüfəngi ilə ona atəş açmasını bildirmişdir. Məhkəmə araşdırılması zamanı Təqsirləndirilən şəxs özünə məxsus silahla atəş açaraq qəsdən Zərərçəkmiş şəxs həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik və ölümü ilə birbaşa səbəbli əlaqəli olan döş qəfəsinin sol yarısının kor odlu silah (qırma) yaraları, ağciyərin, dalağın, mədənin, sol böyrəyin, bağırsaqların və bağırsaq müsariqəsinin zədələnmələri, daxili qanitirmə, soldan X-Xİ qabırğaların sınıqları, sol bazunun və sol budun odlu silah (qırma) yaraları, sol bud sümüyünün açıq yerdəyişmiş sınığı xəsarətlərini yetirməsi, zərərçəkmiş şəxsin almış olduğu odlu silah (qırma) xəsarətləri nəticəsində baş vermiş travmatik və hemorraqik şokdan ölməsi təqsirləndirilən şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyləri ilə sübuta yetirilmişdir. Hazırki iş üzrə ittiham tərəfi Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xuliqanlıq niyyəti ilə xəsarət yetirərək həyatdan məhrum etməsi ilə bağlı ittiham irəli sürmüş və bunu Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə və özünü ətrafdakılara qarşı qoymaqla heç bir səbəb olmadan öldürməsi ilə əsaslandırmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120-ci maddəsinə əsasən qəsdən xuliqanlıq niyyəti ilə adamöldürmə həmin Məcəllənin 120.2.2-ci maddəsinin tərkibini yaradır. Bunun üçün isə aşağıda qeyd olunan iki şərtin eyni vaxtda mütləq sübuta yetirilməsi tələb edilir: - şəxs qəsdən adam ödürməlidir; - şəxs bu əməli xuliqanlıq niyyəti ilə etməlidir. «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli, 3 saylı Qərarının 6-cı bəndində qeyd olunmuşdur ki, qəsdən adam öldürmə o vaxt CM-nin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Əgər təqsirkar xuliqanlıq niyyəti ilə adam öldürməklə yanaşı ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizliyə səbəb olan sair qəsdən hərəkətlər də etmişdirsə (başqalarına qarşı zor tətbiq etmək, belə zor tətbiqi ilə hədələmək, özgə əmlakını məhv etmə yaxud zədələmə və s.) belə əməl CM-nin 120.2.2ci maddəsi ilə yanaşı 221-ci maddəsinin də tərkibini yaradır. Xuliqanlıq niyyətilə qəsdən adam öldürməni mübahisə və dalaşma zəminində adam öldürmədən fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarının kim olmasını, təqsirkarın zərərçəkmişi öldürmək məqsədilə qəsdən münaqişə yaradıb-yaratmamasını aydınlaşdırmaq lazımdır. Mübahisə və dalaşmanın zərərçəkmişin təşəbbüsü ilə başlanması, yaxud münaqişənin zərərçəkmişin hüquqa zidd hərəkətləri səbəbindən baş verməsi təsdiq olunarsa təqsirkar xuliqanlıq niyyətilə adam öldürmə cinayətində təqsirli bilinə bilməz. "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2004-cü il 23 mart tarixli qərarında, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 fevral 2006-cı il tarixli, habelə "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarlarında xuliqanlıq cinayətinə verilmiş təfsirlərə görə xuliqanlıq motivinin sübut edilməsi şəxsin əməlinin xuliqanlıq və xuliqanlıq niyyəti ilə sağlamlığa zərər vurma kimi qiymətləndirilməsini və həmin əməllərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221 və 126.2.4-cü maddələrinin tətbiq edilməsini mümkün edən zəruri şərtdir. Konstitusiya Məhkəməsi Plenumunun həmin qərarına görə, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli 1 saylı qərarında da (3cü bəndində) qeyd olunduğu kimi ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə açıqca hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlamış mübahisə və ya dava-dalaş gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud da başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. İstinad olunan qərarlarda xuliqanlıq cinayətinə verilmiş təfsirlərdən irəli gələn mənaya görə, əgər təqsirkarın hərəkətlərini özünün şəxsiyyətini başqa şəxsin (şəxslərin) şəxsiyyətinin fövqündə qoyması, ona (onlara) qarşı aşkar hörmətsizlik ifadə edərək eqoizmini nümayiş etdirməsi, ümumqəbuledilmiş davranış qaydalarına, əxlaq normalarına etinasızlığı deyil, şəxsi ədavət, o cümlədən zərərçəkənin səhv əməlləri və yaxud bəhanə olmayıb, təqsirkar tərəfindən ağlabatanlıqla səhv əməllər kimi qəbul edilən (onda etiraz doğuran) davranışı şərtləndiribsə, əməl xuliqanlıq motivi ilə törədilmiş cinayət - xuliqanlıq və yaxud xuliqanlıq niyyəti ilə sağlamlığa zərər vurma kimi qiymətləndirilməməlidir. Qeyd olunanlardan göründüyü kimi xuliqanlıq cinayətinin, eləcə də xuliqanlıq niyyəti ilə sağlamlığa zərərvurmanın subyektiv cəhətinin mütləq şərti kimi çıxış edən xuliqanlıq motivi və onun əsasını təşkil edən hallar şəxsin ictimai qayda, ümumi qəbul edilmiş davranış modeli ilə bağlı olan dəyərləri dərk etməsini və bilərəkdən (qəsdən) bu dəyərlərə qarşı etinasızlıq göstərməsini, yəni kifayət qədər mürəkkəb məzmuna malik olan həmin dəyərlərin və onların pozuntularının şəxsin şüuru ilə əhatə olunmasını ehtiva edir. Bu isə şəxsin əqli, psixi cəhətdən həmin dəyərləri dərk etmək qabiliyyətində olmasını, onun əqli inkişafının, psixi vəziyyətinin buna imkan verməsini tələb edir. Məhkəmə araşdırılması zamanı Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında uzun müddət – cinayət işinin materaillarına əsasən təxminən 3 ildən artıq davam edən mübahisəli halların olması, şəxsi münasibətlərinin gərgin olması, hadisədən bir gün əvvəl Təqsirləndirilən şəxs etibarnamə əsasında almaq istədiyi avtomobili Zərərçəkmiş şəxs də almaq istəməsi, bununla bağlı hadisə baş verən günü Təqsirləndirilən şəxslə Zərərçəkmiş şəxs arasında mübahisə olması, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs və onun ailə üzvlərini ağır söyüşlərlə təhqir etməsi, münaqişəni gərginləşdirərək işlədiyi sexdən bıçaq götürərək Təqsirləndirilən şəxs üzərinə hucum etməsi, təkrarən Təqsirləndirilən şəxs və onun ailə üzvlərini ağır sözlərlə söyərək yenidən təhqir etməsi, bütün bunlardan sonra Təqsirləndirilən şəxs maşınında saxladığı ov silahını götürərək sexdə tək olan Zərərçəkmiş şəxs 3 ədəd atəş açmaqla ona xəsarət yetirməsi müəyyən olunmuşdur. Şahid ifadələrindən müəyyən edildiyi kimi hadisə baş verən gün Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs və onun ailə üzvlərini ağır söyüşlərlə təhqir etmiş, hətta hədsiz aşkar söyüşlərə görə hadisə yerində olan Şahid4 tərəfindən ona irad bildirilmişdir. Hadisə baş verən günü təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs arasında növbəti mübahisəyə səbəb Təqsirləndirilən şəxs tərəfindən bir gün əvvəl alınmış maşınla bağlı olmuş, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs və onun ailə üzvlərini ağır söyüşlərlə təhqir etdikdən sonra, yenidən hərəkətlərini davam etdirərək ikinci dəfə sexdən götürdüyü bıçaqla Təqsirləndirilən şəxs hücum etmiş, ağır söyüşlər söyməkdə davam etmiş, şahidlərin müdaxiləsi nəticəsində hərəkətlərini başa çatdıra bilməmiş, bunlardan sonra əmisi Şahid2 tərəfindən hadisə yerindən uzaqlaşdırılan Təqsirləndirilən şəxs avtomobilində saxladığı silahı götürərək geri qayıtmış və ona qarşı Zərərçəkmiş şəxs tərəfindən deyilmiş ağır söyüşlərə cavab olaraq sonuncuya atəş açmaqla onu qəsdən öldürmüşdür. Hadisə baş verən günü Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ağır söyüşlərlə təhqir etməsi, üzərinə bıçaqla hücum edərək ağır söyüşləri davam etdirməklə münaqişəni daha da gərginləşdirməsi məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri, həmçinin kamera görüntüləri ilə öz təsdiqini tapmışdır. Məhkəmədə müəyyən olunanlar və sübuta yetirilən hallar ondan ibarətdir ki, münaqişə ölmüş zərərçəkmiş şəxsin aşkar hüquqa zidd hərəkətləri səbəbindən baş vermişdir. Tərəflərin arasında uzun müddətdən davam münaqişəli vəziyyətin olması həmçinin qüvvədə olan 22 iyun 2020-ci il tarixli “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarla da bir daha təsdiqini tapır. Lakin istintaq orqanı qohum olan təqsirləndirilən şəxs və zərərçəkmiş şəxsin arasındakı şəxsi münasibətlərin uzun müddətdən bəri pozulmasından irəli gələn qisas motivini, eyni zamanda zərərçəkmiş şəxsin aşkar hüquqa zidd hərəkətlərini cinayət törədilməsi üçün əsaslı olmayan bəhanə kimi qiymətləndirərək təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə qarşı cinayət əməlini xuliqanlıq niyyəti ilə törətməsi barədə səhv nəticəyə gəlmişdir. Məhkəmə araşdırılması zamanı Təqsirləndirilən şəxs mərhum Zərərçəkmiş şəxs xuliqanlıq niyyəti ilə öldürməsi öz təsdiqini tapmamış, bununla bağlı heç bir əsaslı sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iş üzrə sübutlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməl Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsindən həmin Məcəllənin 120.1-ci maddəsinə tövsif edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: - 124.2-ci maddəsinin tələbinə görə cinayət prosesində şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; ekspertin rəyi; maddi sübutlar; istintaq və məhkəmə hərəkətlərinin protokolları; digər sənədlər sübut kimi qəbul olunur. - 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilər. - 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. - 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Beləliklə məhkəmə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi, yəni zərərçəkmiş şəxsi qəsdən öldürməsi özünün qismən etiraf ifadəsi, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, ekspertiza rəyləri və məhkəmə icraatında tədqiq edilmiş işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. - 10.1-ci maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. - 41.1-ci maddəsində göstərilmişdir ki, cəza məhkəmə hökmü ilə təyin edilən cinayəthüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. - 41.2-ci maddəsinin tələblərindən görünür ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. - 58.3-cü maddəsində təsbit edilmişdir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən hallar CM-nin 59.1.1-59.1.14-cü maddələrində, cəzanın ağırlaşdıran hallar isə CM-nin 61.1.1-61.1.13-cü maddələrində nəzərdə tutulmuşdur. Bununla yanaşı CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 59-cu maddəsinə istinad etməklə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, himayəsində biri azyaşlı olmaqla yetkinlik yaşına çatmayan üç uşağının olmasını, həmçinin könüllü gəlib təqsirini boynuna almasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.10-cu maddəsinin tələbinə görə cinayətin odlu silahdan, partlayıcı vasitələrdən və ya digər ümumi təhlükəli üsullardan və texniki vasitələrdən istifadə etməklə törədilməsi cəzanı ağırlaşdıran haldır. Təqsirləndirilən şəxs cinayət əməlini odlu silahdan istifadə etməklə törətməsi cəzasını ağırlaşdıran haldır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsində müəyyən edilmiş qaydalar çərçivəsində təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu xx.xx.2023-cü il tarixdən hesablanmalı, cəzasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, ondan 128 (yüz iyirmi səkkiz) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülməli, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri, Xətai rayon prokurorluğunda saxlanılan, Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş bir ədəd qara rəngli qolsuz dəri gödəkçə, bir ədəd mavi rəngli cins şalvar, bir ədəd ağ-göy rəngli dama-dama köynək, bir ədəd ağ rəngli mayka və qan nümunəsi; Təqsirləndirilən şəxs məxsus bir ədəd tünd-göy rəngli qolsuz gödəkçə, bir ədəd qara rəngli uzunqol köynək, bir ədəd göy rəngli üzərində “Hugo Boss” sözləri yazılmış cins şalvar və “Turac” markalı yivsiz odlu ov silahından atılmış 03 ədəd 12 kalibrli giliz hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri, Xətai rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan “Turac” markalı, 12 kalibrli, AZE 01SA420059 13 nömrəli, daxili çaxmaqlı, təklüləli, yivsiz odlu ov silahı ilə bağlı isə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən həmin ov silahından istifadə etdiyindən qeyd olunan silah Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə olunaraq dövlət nəfinə alınmaqla Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347-349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin əvvəli 17 oktyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs 128 (yüz iyirmi səkkiz) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri, Xətai rayon prokurorluğunda saxlanılan, Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş bir ədəd qara rəngli qolsuz dəri gödəkçə, bir ədəd mavi rəngli cins şalvar, bir ədəd ağ-göy rəngli dama-dama köynək, bir ədəd ağ rəngli mayka və qan nümunəsi; Təqsirləndirilən şəxs məxsus bir ədəd tündgöy rəngli qolsuz gödəkçə, bir ədəd qara rəngli uzunqol köynək, bir ədəd göy rəngli üzərində “Hugo Boss” sözləri yazılmış cins şalvar və “Turac” markalı yivsiz odlu ov silahından atılmış 03 ədəd 12 kalibrli giliz hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri, Xətai rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan “Turac” markalı, 12 kalibrli, AZE 01SA420059 13 nömrəli, daxili çaxmaqlı, təklüləli, yivsiz odlu ov silahı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə olunaraq dövlət nəfinə alınmaqla Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilsin. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Şəlalə Həsənova (sədrlik edən) Vüqar Quliyev Siyavuş Hacıyev
Məhkəmə qərarları › İş №1(101)-1372/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1372/2024
23.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver