Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1373/2022 02.09.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Zeynal Qurban oğlu Ağayevin sədrliyi ilə, Hakimlər: X5 və Səbuhi Sabir oğlu Hüseynovdan ibarət tərkibdə, Məhəmməd Arif oğlu Kazımovun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 5 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs: X1 iştirakı ilə, Təqsirləndirilən şəxs (xx.xx.1990-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olan, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş) Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 31 mart 2022-ci il tarixdə saat 13 radələrində Bakı şəhəri, Xətai rayonu, 2 nömrəli X10 küçəsində tanışı Zərərçəkmiş şəxs 20 manat borcunu qaytarmadığına görə bir-birinə “sms” vasitəsi ilə söyüb təhqir etməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı sonuncunun üzərində gəzdirdiyi bıçaqla ona xəsarət yetirmək istəyərkən bunun qarşısını alıb həmin bıçaqla bir neçə dəfə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə qəsdən vuraraq ona sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilən üzün sol yarısının ağız boşluğuna nüfüz edən bir ədəd deşilmiş-kəsilmiş yara, sol bazu nahiyəsində iki ədəd deşilmiş-kəsilmiş yara və sağ əlin İİ barmağı nahiyəsində bir ədəd deşilmiş-kəsilmiş yaradan ibarət xəsarətlər yetirdikdən sonra üzərində olan bıçaqla bir dəfə qəsdən vurmaqla Zərərçəkmiş şəxs qarın nahiyəsinin ön divarının sol yarısından daxilə-qarın boşluğuna və periton arxası sahəyə nüfüz edən, qaraciyərin sol payının, köndələn çənbər bağırsağın, nazik bağırsağın, köndələn çənbər bağırsağın müsariqəsinin, nazik bağırsağın müsariqəsinin, böyük piyliyin, arxa parietal peritonun və sol qalça-bel əzələsinin yaralanması ilə müşayət olunan, daxili qanaxma, yerli nəcis peritoniti və İİİ dərəcəli hemorragik şok ilə nəticələnən bir ədəd deşilmiş-kəsilmiş yaralardan ibarət, həyat üçün təhlükəli olan xəsarətlər yetirməklə qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, Şahid1 2013-cü ildən, Zərərçəkmiş şəxs isə 2 ilə yaxındır tanıyır. Onlarla aralarında mübahisəsi olmamışdır. 31 mart 2022-ci il tarixdə saat 12 radələrində yaşadığı evdə telefonunu səssizə qoyaraq yatmış, yuxudan oyandıqda Zərərçəkmiş şəxs ***-***-**- ** mobil nömrəsindən onun istifadəsində olan ***-***-**-** mobil nömrəyə nalayiq sözlərlə “sms” yazıldığını oxumuşdur. O, Nihada səsli mesaj göndərib, ona öz iradını bildirmiş və aralarında sözlə mübahisə yaranmışdır. Nihad onu söhbət etmək məqsədi ilə Seymurun yaşadığı ünvan 3 ünvana çağırmış, o isə Nihadı söhbət etmək üçün yaşadığı Bakı şəhəri, Xətai rayonu, 2 nömrəli X10 küçəsinə dəvət etmişdir. Bundan sonra qərara gəlmişlər ki, yaşadığı evin yaxınlığında Zərərçəkmiş şəxsla görüşsünlər. O, yaşadığı evdən çıxaraq Nihadın dediyi yerə getmiş, həmin vaxtı Nihad da onun yaşadığı küçənin yaxınlığına gəlmişdir. O, Nihadla görüşüb aralarında olan telefon mübahisəsinə aydınlıq gətirmək istədikdə Nihad onunla kobud danışığını davam etdirmişdir. O, Nihada yatdığı üçün telefonuna cavab verə bilmədiyini dedikdə Nihad ona yenə kobudcasına cavab vermişdir. O da Nihada yazdığı “sms”-lərə görə irad bildirmişdir. Nihad həmin yerə tək gəlmiş, bir az keçmiş bir maşın dayanmış, maşından bir neçə nəfər düşüb onun üstünə tökülərək onu döyməyə başlamışlar. Nihad onu bıçaqla kürəyindən vurmuş. O da buna görə özündə olan bıçaqla Nihadl vurmuşdur. O, hadisə yerindən uzaqlaşaraq Nihada xəsarət yetirdiyi özünə məxsus bıçağı yaxınlıqda olan zibil qutusuna atmışdır. Oradan da Günəşli qəsəbəsinə doğru getmişdir. O özündə olan xəsarətlərə görə özünə ilkin yardım etdikdən sonra polis əməkdaşları onunla əlaqə saxlamışlar. O da könüllü olaraq təslim olmuşdur. O, etdiyi əməldən peşman olduğunu bildirmiş, hazırda zərərçəkən şəxslə barışdığını qeyd etmişdir. Təqsirləndirilən şəxsin istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmədə verdiyi ifadələr arasında ziddiyət olduğu üçün onun ibtidai araşdırma zamanı verdiyi ifadə məhkəmədə elan olunmuşdur. Təqsirləndirilən şəxs həmin ifadəsində ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, Şahid1 2013-cü ildən tanıyır. Zərərçəkmiş şəxs isə 2 ilə yaxındır ki, yaşadığı ərazidə qaldığına görə tanıyırdı. Aralarında heç vaxt mübahisələri olmamışdır. Lakin son aylarda Zərərçəkmiş şəxs Şahid2 ilə yaxın münasibətdə olduğu üçün onu yaşadıqları evlərinə aparmasına görə münasibətlərində soyuqluq yaranmışdır. Hətta bir neçə dəfə ona öz iradını bildirmişdir ki, Cəvahiri özündən uzaqlaşdırsın. Lakin Nihad onun sözünə əməl etməmişdir. Seymur ilə Nihad onu son günlər görüşə çağıraraq birlikdə əyləşib çay içmək istəmişlər. Lakin o, həmin şəxslərlə görüşməyə getmək istəməmişdir. 31 mart 2022-ci il tarixdə saat 12 radələrində yaşadıqları evdə telefonunu səssizə qoyub yatmışdır. Yuxudan oyandıqda Zərərçəkmiş şəxs ***-***-**-** mobil nömrəsindən onun istifadəsində olan ***-***-**-** mobil nömrəsinə nalayiq sözlərlə sms yazıldığını oxumuşdur. O, Nihada səsli sms yazaraq ona öz iradını bildirmişdir. Onların arasında sözlə mübahisələri yaranmışdır. Nihad onu söhbət etmək məqsədi ilə Seymurun yaşadığı ünvan 3 ünvana cağırmışdır. O, Nihada söhbət etmək üçün yaşadığı Bakı şəhəri, Xətai rayonu, 2 nömrəli X10 küçəsinə dəvət etmişdir. Bundan sonra Seymur öz istifadə etdiyi mobil nömrəsi ilə ona zəng edərək sakitləşdirməyə və barışdırmağa çalışmışdır. O, Seymura Nihadla aralarında olan məsələyə qarışmamağı bildirmışdir. Bundan sonra qərara gəlmişdir ki, yaşadığı evin yaxınlığında Zərərçəkmiş şəxsla görüşsünlər. O, yaşadığı evdən çıxaraq Nihadın dediyi yerə getmişdir. Həmin vaxtı Nihadda onun yaşadığı küçənin yaxınlığına gəlmişdir. O, Nihad ilə görüşüb aralarında olan telefon mübahisəsinə aydınlıq gətirmək istədikdə Nihadın onunla kobud danışdığını görmüşdür. O, Nihada yatdığı üçün telefonuna cavab verə bilmədiyini bildirdikdə Nihad ona yatıb qalmağının onun problemi olmadığını bildirmişdir. O, Nihada yazdığı smslərə görə irad bildirmişdir. Onlar görüşdüyü yerdən onun yaşadığı ünvana tərəf irəllədikdə Seymur onlara tərəf gələrək evin yan tərəfində dayanıb kənardan onları seyr etmişdir. Nihad ilə üzbə üz dayanıb söhbət etdikdə sonuncu dahada əsəbi halda danışmağa başlamışdır. Onlar yenidən asta yerişlə yeriyərək mübahisə edən zaman onun sağ tərəfində ondan 1-2 addım gerida olan Nihad kürəyinin sol üst nahiyəsindən əli ilə vurmasını hiss etmişdir. O, Nihada tərəf çöndükdə sonuncunun əlində bıçaq olduğunu və həmin bıçaqla kürəy nahiyəsinə bir neçə dəfə vurduqdan sonra sol qolunun üst nahiyəsinə vurmağa başlamışdır. O, Nihada nə etdiyini soruşduqda o, sakit dayanıb ona baxdıqda Nihada bildirmişdir ki, “sənin əlində olandan məndədə var biraz sakitləş”. Nihad onun sözünə məhəl qoymadıqda onun əllərindən tutaraq öz bıçağı ilə dəqiq xatırlamadığı nahiyələrinə xəsarət yetirmişdir. Bundan sonra mütamadi olaraq üzərində gəzdirdiyi mətbəxt bıçağını sağ qabaq kəmər hissəsindən çıxardaraq Nihadın qarın nahiyəsinə bir dəfə xəsarət yetirmişdir. Nihad yenidən onun üstünə gəldikdə bıçaqı sağa sola əlində yellədərək Nihadı özündən kənarlaşdırmışdır. Nihad onun xəsarət yetirdiyini gördükdə əlində ki, bıçaqı kənara tullayıb Seymurun dayandığı yerə tərəf getmişdir. O da hadisə yerindən uzaqlaşaraq Nihada xəsarət yetirdiyi özünə məxsus bıçağı yaxınlıqda olan zibil qutusuna atmışdır. Oradanda üzü Bakı şəhəri Suraxanı rayonu Günəşli qəsəbəsinə doğru getmişdir. O, özünə ilkin yardım etdikdən sonra polis əməkdaşları onunla əlaqə saxladıqda könüllü olaraq təslim olmuşdur. O, istintaq zamanı verdiyi ifadəni oxumadan imza etməsini, məhkəmədə verdiyi ifadənin doğru olduğunu bildirmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdi ki, Təqsirləndirilən şəxs 2 ilə yaxındır ki, tanıyır, onunla eyni ərazidə yaşadığına görə sonradan münasibətiləri yaranmışdır. Münasibətləri həmişə yaxşı olmuşdur. Təqsirləndirilən şəxs 2022-ci ilin mart ayının son günlərində ondan borca 20 manat pul almışdır. Orxandan bir neçə dəfə verdiyi pulu istəmişdir. Lakin Orxan maddi imkanı olmadığı üçün pulunu qaytara bilməmişdir. Buna görədə 31 mart 2022-ci il tarixdə bir neçə dəfə Orxana zəng etsə də Orxan onun telefonuna cavab verməmişdir. Buna görə də həmin günü saat 10:59-da Şahid1 yaşadığı evində birlikdə olan zaman Orxanın ***-***- **-** mobil nömrəsinə öz istifadəsində olan ***-***-**-** mobil nömrənin “whatsaap” ani mesajlaşma praqramı vasitəsi ilə ona «şərəfsizlik eləmə ortalıqa çıx» sözünü yazmışdır. Onun bu sözündən əsəbləşən Orxan ona təhqir edici smslər yazmışdır. O da Orxana dediyi cavabları yazmışdır. Bundan sonra onlar görüşmək üçün yer təyin etmişlər. O, Orxanı Bakı şəhəri Suraxanı rayonu, Hövsan qəsəbəsində olan dəniz kənarına cağırdıqda, Orxan onu yaşadıqları evin yaxınlığına çağırmışdır. Hər ikisi yekun olaraq Orxanın yaşadığı Bakı şəhəri, Xətai rayonu, Zeytun küçəsində yerləşən evlərinin yaxınlığında görüşməyi qərarlaşdırmışlar. O, yaşadığı evdən çıxaraq Orxan ilə görüşməyə gedərkən Şahid1 onun arxasınca getmək istəmişdi. Lakin o, Şahid1 arxasınca gəlməyə imkan verməyərək yolunu dəyişmişdir ki, Seymur onun yerini tapa bilməsin. O, Təqsirləndirilən şəxs yaşadığı küçəyə piyada getmişdir. Həmin vaxtı Orxanı yaşadıqları küçələrində görmüşdür. O, Orxana yaxınlaşıb aralarında olan borc və sms söhbətlərinə aydınlıq gətirmək istədikdə sözlə mübahisələri yaranmışdır. Mübahisə zamanı o, Təqsirləndirilən şəxs onunla kobud danışmasından həm də ki, smsdə ona nalayiq sözlər yazmasına görə əsəbləşərək adımlıya adımlaya gedərkən əynində olan qara gödəkçəsinin sağ yan cibindən kiçik ölçülü bıçaqı çıxardaraq Təqsirləndirilən şəxs xəbəri olmadan onun sağ kürəy hissəsinə bıçaqla bir neçə dəfə xəsarət yetirmişdir. Orxan ilk öncə onu əli ilə vurduğunu güman etsə də lakin sonradan onun əlində bıçaq olduğunu görmüşdür. Bundan sonra onun əsəbi olduğunu görən Orxan daha da ağır xəsarət yetircəyindən ehtiyat edərək onun bıçağını əlindən alaraq onun qarın boşluğuna bir dəfə vuraraq xəsarət yetirmişdir. O, qarın nahiyəsini əli ilə tutduqda qan olduğunu görüb hadisə yerindən uzaqlaşmaq istədikdə yol tərəfdə Şahid1la qarşılaşmışdır. Şahid1 onun hadisə yerinə gəldiyi tanımadığı taksi ilə Bakı şəhəri, Xətai rayonu, P.Həşimov küçəsində yerləşən Zığ sağlamlıq mərkəzinə aparmışdır. Orada ona ilkin yardım edildikdən sonra 3 saylı Sabunçu xəstəxanasına aparmışlar. Bundan sonra baş verənləri xatırlamır. O, təqsirləndirilən şəxslə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs məhkəmədə verdiyi ifadə ilə ibtidai araşdırma zamanı verdiyi ifadə arasında ziddiyət olduğu üçün onun ibtidai araşdırma zamanı verdiyi ifadəsi məhkəmədə elan olunmuşdur. O , həmin ifadəsində hadisəni yuxarda olduğu kimi baş verdiyini göstərsə də Təqsirləndirilən şəxs onu öz bıçağı ilə deyil, sonuncunun bıçağı belindəki kəmərindən çıxararaq onu vurduğunu göstərmişdir. O istintaq zamanı ifadəsini oxumadan imza etməsini, məhkəmədə verdiyi ifadənin düzgün olduğunu, həqiqətən də Orxan onu öz bıçağını əlindən alaraq vurmasını bildirmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid1 ifadəsində Zərərçəkmiş şəxs məhkəmədə verdiyi ifadəsindəki xüsusatları təsdiq etmiş, hadisə zamanı Zərərçəkmiş şəxs X3 bıçaqla kürəyində zərbələr vurmasını, sonra isə X2 haradan götürməsini görmədiyi bıçaqla Zərərçəkmiş şəxs qarın nahiyəsinə bir zərbə vurmasını bildirmişdir. Məhkəmədə verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadə arasında zidiyyət olduğu üçün onun ibtidai araşdırma zamanı verdiyi ifadəsi məhkəmədə elan olunmuşdur. Həmin ifadəsində Şahid1 hadisəni görmədiyini, Nihad Təqsirləndirilən şəxs yaşadığı küçəyə piyada getməsini, axtardıqdan sonra gec də olsa Nihadın getdiyi yeri tapdığını bildirmişdir. O, hadisə yerinə yaxınlaşdıqda Nihadın əlini qarın nahiyəsinə qoyaraq ona tərəf yaxınlaşıb Orxanın onu bıçaqla qarın nahiyəsinə vurduğunu deyib huşunu itirməsini göstərmişdir. O, Nihadı tanımadığı taksi ilə Bakı şəhəri, Xətai rayonu, P.Həşimov küçəsində yerləşən Zığ sağlamlıq mərkəzinə aparmışdır. Orada Nihada ilkin yardım edildikdən sonra onu 3 saylı Sabunçu xəstəxanasına aparmışlar. Şahid1 iğtidai istintaq zamanı verdiyi ifadəsinin həmin hissəsini təsdiq etmədiyini, məhkəmədə verdiyi ifadəsinin düzgün olmasını göstərmişdir. Məhkəmədə Şahid2 ibtidai araşdırma zamanı verdiyi ifadəsi məhkəmədə elan olunmuşdur. O həmin ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi Fazenda yaşayış massivində yaşayır. Atası 2007-ci ildə beyin xərcəngindən dünyasının dəyişdikdən sonra anası ilə birlikdə yaşayırmış. 2019-cu il tarixdə Azərbaycan Memarlıq və İnşaat ünverstetinə qəbul olunmuş, lakin maddi imkanları olmadığı üçün illik ödənişi edə bilmədiyinə görə ünversteti müvəqqəti olaraq saxlamışdır. Öz şəxsi ehyiyaclarını ödəmək məqsədi mağazada satıcı işləyirmiş. Lakin mağazada işləməyi mümkün olmadığına görə oradan çıxmışdır. 2021-ci ilin noyabr ayında Bakı şəhəri, Xətai rayonu, Zığ şosessində tanışı Rafiq adlı şəxsin vasitəsi ilə 1992-ci il təvəllüdlü Zərərçəkmiş şəxs ilə tanış olmuşdur. Tanış olduqdan sonra onunla birlikdə qeyri rəsmi ərarvad münasibətində gündüzlər sonuncunun Bakı şəhəri, Xətai rayonu, Zığ şosessində olan evlərində, gecələr isə Şahid1 Bakı şəhəri, Xətai rayonu, P.Həşimov küçəsindəki evlərində müvəqqəti yaşayırmış. xx.xx.2022-ci il tarixdə saat 13 radələrində Şahid1 evində o yatarkən Seymurun qışqırıq səsinə yuxudan oyanmışdır. Yuxudan oyandıqda evdə Seymurun Təqsirləndirilən şəxs ilə danışığını eşitmişdir. Seymur telefonla danışarkən telefonu səs gücləndiriyə qoymuşdur. Onların sözlərini Zərərçəkmiş şəxs da eşidirmiş. Bu zaman Nihad da Orxan ilə nalayiq sözlərlə danışdıqdan sonra Seymur Nihaddan öz mobil telefonunu alıb tanıdığı Təqsirləndirilən şəxs Bakı şəhəri, Xətai rayonu, Zeytun küçəsinə çağırmışdır. Seymur ilə Nihad gödəkçələrini geyinib evdən çıxmışlar. Təxminən 1 saatdan sonra Şahid1 evə tək qayıtmışdır. O, Seymurdan Nihadın harada olmasını soruşduqda Seymur ona bildirmişdir ki, aralarında olan mübahisə zamanı Təqsirləndirilən şəxs əlində olan bıçaqla Zərərçəkmiş şəxs qarın nahiyəsindən vuraraq xəsarət yetirdiyi üçün sonuncunu Bakı şəhəri Xətai rayonu, Zığ sağlamlıq mərkəzindən 3 saylı Sabunçu xəstəxanasına aparmışlar. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli üzrə təqsirli olması özünün qismən etirafı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, müvafiq ekspertiza rəyləri ilə yanaşı məhkəmədə tədqiq edilən digər sübut növləri ilə tam sübuta yetirilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Məhkəmə-tibbi ekspertizası üzrə Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4 X9 Xətai rayon şöbəsinin verdiyi 28 aprel 2022ci il tarixli 416 nömrəli rəyə əsasən Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər-qarın nahiyəsinin ön divarının sol yarısından daxilə-qarın boşluğuna və periton arxası sahəyə nüfüz edən, qaraciyərin sol payının, köndələn çənbər bağırsağın, nazik bağırsağın, köndələn çənbər bağırsağın müsariqəsinin, nazik bağırsağın müsariqəsinin, böyük piyliyin, arxa parietal peritonun və sol qalça-bel əzələsinin yaralanması ilə müşayət olunan, daxili qanaxma, yerli nəcis peritoniti və İİİ dərəcəli hemorragik şok ilə nəticələnən bir ədəd deşilmiş-kəsilmiş yara, üzun sol yarısının ağız boşluğuna nüfüz edən bir ədəd deşilmişkəsilmiş yara, sol bazu nahiyəsində iki ədəd deşilmiş-kəsilmiş yara və sağ əlin İİ barmağı nahiyəsində bir ədəd deşilmiş-kəsilmiş yara deşici-kəsici əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən və xəstəlik tarixinin kserosürətində qeyd olunan xx.xx.2022-ci il tarixdə və şəraitdə, yəni kənar şəxs tərəfindən deşici-kəsici əşyanın (əşyaların), ola bilsin bıçağın təsirindən törənmişlər, qeyd olunan xəsarətlərdən qarın nahiyəsinin ön divarının sol yarısından daxilə-qarın boşluğuna və periton arxası sahəyə nüfüz edən, qaraciyərin sol payının, köndələn çənbər bağırsağın, nazik bağırsağın, köndələn çənbər bağırsağın müsariqəsinin, nazik bağırsağın müsariqəsinin, böyük piyliyin, arxa parietal peritonun və sol qalça-bel əzələsinin yaralanması ilə müşayət olunan, daxili qanaxma, yerli nəcis peritoniti və İİİ dərəcəli hemorragik şok ilə nəticələnən bir ədəd deşilmiş-kəsilmiş yara ümümülikdə dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmaya aiddir, digər deşilmiş-kəsilmiş yaralar isə ümumulikdə və ayrı-ayrılıqda dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddirlər. Cinayət işinin materiallarına əlavə edilmiş Məhkəmə-tibbi ekspertizası üzrə Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4 X9 Xətai rayon şöbəsinin verdiyi 07 aprel 2022ci il tarixli 334 nömrəli rəyə əsasən Təqsirləndirilən şəxs bədənində müəyyən edilmiş xəsarətlər - sol bazu, sol kürək və döş qəfəsinin arxa səthi nahiyələrində kəsilmiş səthi dəri yaraları kəsici kənarlı əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən, tibbi sənəddə və aktda qeyd olunan xx.xx.2022-ci il tarixdə və şəraitdə, yəni kənar şəxs tərəfindən bıçaqla yetirilə bilərdi, ümumilikdə və ayrı-ayrılıqda sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. Cinayət işinin materiallarına əlavə edilmiş Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 06 may 2022-ci il tarixli 3/457 nömrəli rəyinə əsasən tədqiqata təqdim edilmiş bir ədəd gödəkçənin və maykanın səthində rəyin tədqiqi hissəsində təsvir edilən ölçüdə və sayda zədələr vardır. Həmin zədələr bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin (bıçaq və ya ona bənzər xassəli hər hansı bir alətin ) müxtəlif istiqamətlərdə (aşağıdan yuxarı, sağdan sola) təsiri nəticəsində yaranmağa xarakterik deşilmə-kəsilmə zədələridir.“-Təqdim olunmuş 01 ədəd gödəkçənin və 1 ədəd qara rəngli maykanın üzərində qan ləkələri varmı? sualı məhkəmə tibbi ekspertizasına aid olduğundan cavablandılımamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş iş üzrə təyin edilmiş kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının xx.xx.2021-ci il tarixli, 2019 saylı rəyindən görünür ki; Motivləşdirici hissə: Məhkəmə-psixiatrik ekspertizası üzrə motivləşdirici hissə: Təqsirləndirilən şəxs halhazırda hər hansı PSİXİ XƏSTƏLİYİN ƏLAMƏTLƏRİ AŞKAR OLUNMUR. Bunu cinayət işi materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Məhkəmə-psixoloji ekspertizası üzrə motivləşdirici hissə: aparılmış eksperimentalpsixoloji müayinə gedişində əqli-intellektual imkanlarının normaya uyğun olması müəyyən edilir. Ümumilikdə adaptiv və ünsiyyətçil olmaqla, özünəməxsus mövqeyə və prinsipə malikdir. Emosional-iradi sferasında, fərdi- psixi xüsusiyyətlərində, hərəkət və davranışını iradi olaraq tənzimləməsində hər hansı bir dəyişiklik aşkar olunmur. Yekun hissəsi: Məhkəmə-psixiatrik ekspertizası üzrə yekun hissə: Cinayət işi materiallarının və aparılmış psixiatrik müayinənin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası qarşısında qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: -Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı psixi (ruhi) xəstəlik qeyd olunmamışdır. -Təqsirləndirilən şəxs törətdiyi əməl dövründ faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və iqtidarında olmuşdur. -Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəlik aşkar olunmur. -Təqsirləndirilən şəxs iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavrayıb təsvir etmək və onlar barəsində istintaqa düzgün ifadə vermək qabiliyyətinə malikdir. -Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı psixi (ruhi) xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində ANLAQLİ hesab edilməlidir. -Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi (ruhi) xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci mədəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə-psixoloji ekspertizası üzrə yekun hissə. Cinayət işi materiallarının təhlili və aparılmış psixoloji müayinənin nəticələrinə əsasən ekspert qarşısında qoyulmuş suallar aşağıdakı kimi cavablandırılır: -Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur. Əqli-intellektual imkanlarına görə ona qarşı törədilənləri və öz hərəkətlərini düzgün qavrayıb təsvir etmək, hərəkətlərini ölçüb-biçmək qabiliyyətinə malik olmuşdur. -Təqsirləndirilən şəxs cinayət hadisəsini törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır. -Təqsirləndirilən şəxs cinayət əməlini törətdiyi zaman şüuruna və fəaliyyətinə mühüm təsir göstərə bilən psixi-emosional vəziyyətdə olmamışdır. Məhkəmə araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsini, əməlində cinayət tərkibinin olmasını, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. O, törətdiyi əmələ görə təqsirli bilinib cəzalanmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, eləcə də iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə almışdır. Cinayət işinin materiallarında olan "cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında" 31 mart 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan Bakı şəhər Xətai rayon Məhkəməsinin 02 aprel 2022ci il tarixli qərarından məlum olur ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 31 mart 2022-ci il tarixdən hesablanmaqla «həbs» qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin məlumatından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli etiraf edib peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayəti və tələbinin olmamasını, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tələbinə əsasən bu Məcəllənin 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etdiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən ona təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs ilk dəfə ağır cinayət törətdiyinə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduğu üçün o, cəzasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. "Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında" 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə istintaqı nəticəsində təqsirləndirilən şəxsin cinayət yolu ilə əldə etdiyi əmlak müəyyən edilməmişdir. Qeyd edilən normaların tələblərinə əsasən əmlak müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. İş üzrə mülki iddia yoxdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1 və 132.1.7-ci maddələrinə əsasən şəxsin cinayət törədərkən istifadə etdiyi alət və vasitələr müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Cinayət işi üzrə maddi sübut kimi tanınmış saxlanılması üçün Xətai rayon Polis İdarəsinin Növbətçi Hissəsinə təhvil verilmiş Təqsirləndirilən şəxs istintaqa təqdim etdiyi bir gödəkçə və hadisə vaxtı Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd mayka hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş "həbs" qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı faktiki tutulduğu vaxtdan – 31 mart 2022-ci il tarixdən hesablanmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri – 80 (səksən) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmədə təqsirləndirilən Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 5 saylı vəkil bürosunun vəkili Müdafiəçi 150 (yüz əlli) manat məbləğində pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193, 346, 347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin başlanğıcı 31 mart 2022-ci il tarixdən hesablansın. Barəsində xüsusi müsadirə təbiq edilməsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış saxlanılmasın üçün Xətai rayon Polis İdarəsinin Növbətçi Hissəsinə təhvil verilmiş Təqsirləndirilən şəxs istintaqa təqdim etdiyi bir gödəkçə və hadisə vaxtı Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd mayka hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri – 80 (səksən) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Məhkəmədə təqsirləndirilən Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 5 saylı vəkil bürosunun vəkili Müdafiəçi 150 (yüz əlli) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkuma hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə hökm çıxarılandan 20 (iyirmi) gün sonra qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1373/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1373/2022
02.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver