Məhkəmə qərarları › İş №1(101)-1374/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1374/2021

22.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1374/2021 22.09.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Məcidov X16 və Ağayev Zeynal Qurban oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X6, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi (mülki iddiaçı) X3, Zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndələri - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Nümayəndə və Vəkillər Kollegiyasının fərdi qaydada fəaliyyət göstərən vəkili X1, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının “Kredo” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxxxx 1988-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı istintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1 və 128-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuş, həmçinin qəsdən adam öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Belə ki, o, 2010-cu il tarixdən rəsmi nikahda olduğu arvadı Zərərçəkmiş şəxs 30 yanvar 2021-ci il tarixdə saat 00:40 radələrində yaşadığı ünvan 2 ünvanında özünə məxsus mobil telefonda “İnstagram” sosial şəbəkəsində tanımadığı “Qaqaş Seyfəlov” adlı profildəki kişi ilə telefonla mesajlaşdığını görüb onu əllə və təpiklə döyərək onurğanın, sol baldırın, sol çənə bucağı nahiyəsinin qançırları, sol bazu oynağının və döş qəfəsinin ön səthinin, sol bazunun, sağ əlin ön səthinin qançırları, sağ sağrı nahiyəsinin, sağ bazunun, hər iki diz oynağının, sol qalça daragı nahiyəsinin, hər iki baldırın, döş qəfəsinin ön səthinin, hər iki çiyinüstü nahiyənin qançırları ilə müşayiət olunan, yetirildiyi anda həyat və sağlamlığa zərər vurmayan dərəcəsi təyin edilməyən və hər iki kürək nahiyəsinin şişkinlik və qançırı (hematoması) ilə müşayiət olunan, yetirilən anda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli xəsarətlər yetirmişdir. Bundan başqa o, 1 fevral 2021-ci il tarixdə saat 18 radələrində yaşadıqları həmin ünvanda yenidən “İnstagram” hesabının kodunu arvadı Zərərçəkmiş şəxs soruşmuş, lakin sonuncu yenə ona kodu demədiyi üçün onu qəsdən öldürmək məqsədilə əllə və təpiklə Zərərçəkmiş şəxs döyərək başın yumuşaq örtük toxumalarına qansızmalar, boyunun, burunun, hər iki saidin, sol əlin, sol qulaqarxası nahiyənin, alının, sağ alt göz qapağı nahiyəsinin, sol gözün qançırları, sağ almacıq nahiyəsinin şişkinlik və qançırı, sol ayağın qançırı ilə müşayiət olunan, yetirildiyi anda həyat və sağlamlığa zərər vurmayan dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirmiş, sonra isə cinayətkar niyyətinə tam nail olmaq üçün evin mətbəxindən gündəlik istifadə etdikləri məişət bıçağını götürmüş, bunu görən Zərərçəkmiş şəxs evin həyətinə qaçmış və o, Zərərçəkmiş şəxs həyətdə tutaraq əlində olan bıçaqla qısqanclıq zəminində döş qəfəsinin daxilə nüfuz etməyən 2 ədəd deşilmiş-kəsilmiş yaraları ilə müşayiət olunan və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli, sonra isə qabırğanın, hər iki agciyərin, ürəyin zədələnməsi, döş qəfəsinin daxilə keçən hər biri ayrı-ayrılıqda və ümumilikdə canlı şəxslərdə həyat üçün təhlükəli olan 5 ədəd saglamlıga ağır zərərvurmanın əlamətlərinə malik və baş vermiş ölümlə biləvasitə səbəbli əlaqəli olan bədən xəsarətləri yetirməklə Zərərçəkmiş şəxs qəsdən öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1 və 128-ci maddələri ilə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, mərhum Zərərçəkmiş şəxs ilə 2009-cu ildə rəsmi ailə həyatı qurmuşdur. Fəridə həm də anasının xalası nəvəsi olmuşdur. Həmin nikahdan iki azyaşlı övladı olmuşdur. O, qıcolma xəstəliyi ilə bağlı həqiqi hərbi xidmətdə olmamışdır. Hadisənin baş verdiyi Suraxanı rayonu, Əmircan qəsəbəsi, Tahir Bağırov küçəsi 5 saylı ev atası Fezulli Qasımova məxsusdur. Həmin evdə arvadı Fəridə, atası Fezulli, anası Sevda, qardaşı Samir, Samirin ailəsi və 2 azyaşlı uşağı ilə birlikdə yaşamışdır. Fəridənin mobil telefonu olmadığından “İnstagram”a onun telefonu ilə girmişdir. Uşaqların otağı ilə onların yataq otağı ayrı olduğundan bir gün uşaqların yanında o, bir gün isə Fəridə gecələmişdir. Uşaqların otağı ilə onların yataq otağı yanbayan olmuşdur. O, hər gün işdən evə gələndə telefonu masanın üzərinə qoymuşdur, Fəridə də telefonu götürmüşdür. 2020-ci ilin yay aylarında Fəridədən şübhələnib yataq otağına keçəndə telefonu onun əlində tutmuşdur. Həmin vaxt Fəridə “İnstagram”dan çıxa bilmədiyi üçün ekranda “Həsən” adlı profili və həmin oğlanla ikisinin birlikdə şəkillərini görmüşdür. Fəridə ona guya şəkilləri montaj etdiyini, həmin oğlanı tanımadığını, həmçinin “İnstagram”da qrup açdıqlarını, orada hamının danışdığını demişdir. Həmin vaxt Fəridəni bir dəfə döymüş, lakin şikayət olmadığı üçün bununla bağlı hüquq-mühafizə orqanında heç bir araşdırma aparılmamışdır. 29 yanvar 2021ci il tarixdə işdən evə gəlib yenə telefonu stolun üzərinə qoymuş və gecə saat 12 radələrində uşaqların otağına keçib uzanmışdır. Telefonu uşaqlar oyanmasın deyə həmişə qonaq otağına qoymuşdur. 30 yanvar 2021-ci il tarixdə saat 00:40 radələrində Fəridənin digər otaqda güldüyünü eşidib tez yataq otağına keçmişdir, Fəridə isə onu görən kimi telefonu gizlətmişdir. Fəridədən kimlə danışdığını soruşduqda ona guya mahnıya qulaq asdığını, özü üçün zümzümə etdiyini demişdir. O, cəld odeyalın altından telefonu çıxarıb baxanda “İnstagram”da “Qaqaş Seyfəlov” adlı profildəki oğlanla söhbət etdiyini, bir-birinə nağıl danışdıqlarını, keçmiş günlərdən, uşaqlıqlarından söhbət etdiklərini görmüşdür. Fəridə telefonu əlindən almağa çalışan zaman yumruqla və dabanı ilə Fəridənin çiyninə, üzünə və başına vurmuşdur. Səhərisi gün, yəni 30 yanvar 2021-ci il tarixdə Fəridənin anası Tərgülü çağırmış və o, Tərgül, anası Sevda və Fəridə oturub söhbət etmişlər. Həmin söhbətdə qayınatası Şükürün də olmasını tələb etdikdə Tərgül yalvarıb Şükürün işdə olduğunu, onun bu söhbəti bilməməsini istədiyini demişdir. Tərgülə telefonda olan Fəridə ilə həmin oğlanın yazışmalarını, şəkillərini, səs yazılarını göstərmiş və Tərgül telefondakıları görəndən sonra durub öz qızına 1-2 şillə vurmuşdur. O, Tərgülə bu məsələ barədə yoldaşı Şükürə və atası Fezulliyə danışacağını demişdir. Son 2-3 gündə Fəridənin telefonundakı “İnstagram” hesabına ard-arda mesajlar gəlmiş, lakin Fəridə ona “İnstagram” kodunu demədiyi üçün həmin mesajları oxuya bilməmişdir. 1 fevral 2021-ci il tarixdə saat 18 radələrində işdən qayıdanda atası, qardaşı evdə olmamış, uşaqları atası yaşayan ev tərəfdə, anası və qardaşının ailəsinin isə evdə olub-olmadığını bilməmişdir. Həmin gün Fəridə ilə yenə “İnstaqram” hesabının kodu ilə bağlı aralarında mübahisə olmuş və Fəridəni evin içində qonaq otağında yumruq və təpiklə döyüb bədəninin müxtəlif nahiyələrinə vurmuşdur. Bundan sonra mətbəxə qaçıb oradan bıçaq götürmüş və Fəridə əlindəki bıçağı görən kimi qorxub həyətə qaçmışdır. Həyətdə Fəridəyə çatan kimi sağ əlində tutduğu mətbəx bıçağı ilə sonuncunun bədəninin müxtəlif nahiyələrinə təxminən 3-4 bıçaq zərbəsi endirmişdir, ikinci bıçaq zərbəsini vurandan sonra Fəridənin səsi kəsilmişdir. Bundan sonra uşaqlar evdə tək qaldığı üçün evə girib atasına zəng edərək Fəridəni bıçaqladığını demişdir. Təxminən 10 dəqiqə sonra atasıgil gəlmiş və Fəridəni həyətdən qonaq otağına gətirib təcili tibbi yardıma və polis bölməsinə zəng edərək hadisə barədə məlumat vermişlər. Hadisəni törətdiyi bıçaq dəstəyi taxtadan və tiyəsi enli olan mətbəx bıçağı olmuşdur. Fəridəyə bıçaqla xəsarətlər yetirən zaman uşaqlar atasının evində olduğundan nə hadisəni, nə də ki, Fəridənin meyitini görməmişdir. Fəridə mübahisə zamanı ona heç bir xəsarət yetirməmişdir. Əlinin üstündə olan cızıqlar Fəridəyə yumruqla xəsarətlər yetirərkən əmələ gəlmişdir. Fəridəyə bıçaq xəsarətləri yetirərkən sonuncu ona yalvarıb aman diləməmiş, hər şey bir anın içində olmuşdur. “Həsən” adlı şəxsin nömrəsiz telefonda 10-a yaxın şəkli olmuş, bunu gördükdə Fəridəni bir dəfə döymüşdür. Fəridə ona “Həsən” adlı şəxslə görüntülü danışan zaman çəkilmiş şəklinin montaj olduğunu demişdir. Fəridə onun telefonunda 4 ay, yəni oktyabr ayından yazışmağa başlamışdır. Fəridəni döyəndə uşaqlar öz otaqlarında olmuşlar. Tərgülgilin evi onların evindən təxminən 100 metr uzaqlıqda olmuşdur. Cinayəti törədən zaman həyətdə heç kim olmamışdır. Fəridəyə təxminən 7 bıçaq xəsarəti yetirmişdir. Fəridənin “İnstagram”da yazışdığı şəxsi tanımamışdır. Meyiti həyətdən qonaq otağına anası və Tərgül gətirmişdir. Hadisə yerinə gələn polis əməkdaşlarını tanımamışdır. Hadisədən sonra qaçmağı düşünməmişdir. Həmin vaxt çox əsəbi olduğundan mesajların məzmunu dəqiqliklə yadında qalmamışdır. Hadisəni törətdiyinə görə peşmançılıq çəkmiş və dərhal atasına zəng edib məlumat vermişdir. Polisə zəng etməsini atasına o demişdir. Polis əməkdaşlarının gəlməsini gözləmişdir. Polis əməkdaşları gəldikdən sonra onlara hər şeyi etiraf edib təslim olmuşdur. Əməlindən peşmandır. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1 və 128-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə tam təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı aşağıdakı sübutlarla da öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilən zərərçəkmiş şəxsin hüquqi varisi X9 ifadəsində bildirmişdir ki, mərhum qızı Fəridə 2009-cu ildə Təqsirləndirilən şəxsla ailə həyatı qurmuş, onların 2 övladı olmuşdur. Ehtibarın anası Sevda ilə əvvəlcədən də qohumluq əlaqələri olmuşdur. X5 bir yerdə böyüdüklərindən onların ailə qurmasına razılıq vermişlər. Fəridə xasiyyətcə sakit, tərbiyəli, ailəsinə bağlı qız olmuş, hətta Fəridə öz ata evində olanda belə mobil telefon işlətməmişdir. 30 yanvar 2021-ci il tarixdə günorta saatlarında qızı ilə danışmaq üçün Ehtibargilin ev telefonuna zəng edəndə telefonu Ehtibar götürüb ondan yoldaşı Şükürün evdə olub-olmadığını soruşmuşdur. O da Şükürün işdə olduğunu deyəndə Ehtibar onlara gəlməyini və onunla danışmaq istədiyini demişdir. Ehtibargilin evi ilə onların yaşadığı ev arasında təxminən 100 metr məsafə olduğundan piyada Ehtibargilə gəlmiş və qapını Ehtibarın qardaşı arvadı Sürayə açmışdır. O, evə girəndə Ehtibarın oturaq otaqda stulların birində oturduğunu, Fəridənin isə mətbəxdə su içdiyini görmüşdür. Bundan 2-3 dəqiqə keçməmiş Ehtibarın anası Sevda da gəlib divanda oturub Fəridənin başını tumarlamışdır. Həmin vaxt Ehtibar mobil telefonunu önünə qoyub “qulaq as, gör qızın nə hərəkətlər edir, musiqi qoyub oğlanlarla yazışır” demişdir. Telefondakı səs yazısına qulaq asanda musiqi səsi yüksək olduğundan sözləri aydın eşidə bilməmişdir. Bundan sonra Fəridənin saçından tutub yolan zaman qayınanası Fəridənin saçını yığıb başını özünə dayamışdır. O, Fəridəni danlamış, telefondakı səsin onun olub-olmadığını soruşanda inkar etmişdir. Ehtibar həmçinin ona demişdir ki, “Fəridə hələ yalandan Qurana da əl basmış, İbrahimin də canına and içmişdir ki, o deyilmiş”. Orada onlar Şükür və Fezullinin bu məsələni bilməməsi barədə razılaşmışlar. Ehtibara bu məsələni araşdırmasını, bəlkə kiminsə ailə dağıdanlıq etmək istədiyini deyib getmişdir. Səhərisi gün, yəni 31 yanvar 2021-ci il tarixdə Ehtibargilin ev telefonlarına zəng etsə də, götürən olmamışdır. 1 fevral 2021-ci il tarixdə isə axşama kimi Fəridə ilə əlaqə saxlamamış, saat 18 radələrində Sürayə ona zəng edərək tez özünü onlara çatdırmağını demişdir. O da qaçaraq Ehtibargilə gəlmiş və Ehtibarın qonaq otağında yerdə uzanıb əllərini başının altına qoyaraq tavana baxdığını görən zaman ondan nə üçün yerdə uzandığını, özünü necə hiss etdiyini soruşanda arxadan kimsə ona “sən hələ həyətdəkinə bax, bundan beş betəri həyətdədir” demişdir. Həyətə baxanda isə qızının meyitini görmüşdür. Tez özünü Fəridəyə çatdıranda sonuncunun bədəninın qan içində olduğunu və hələ sağ olduğunu görmüşdür. Toxunmaq istəyəndə Samir “toxunma əlinin izi qalar, qoy papa gəlsin” deyib toxunmağa qoymamışdır. Bundan sonra odeal gətirib Sevda ilə köməkləşərək Fəridəni qonaq otağına gətirmişlər. Su gətirib Fəridənin üzünə vurmuş, ancaq ayılmamışdır. Bundan sonra Fezulli evə gəlib Ehtibarın nə üçün Fəridəni öldürdüyünü soruşanda arvadı Sevda Fezullinin qabağında diz çökərək “ay Fezulli bilmirəm nəsə SMS, səs yazısı söhbətidir” demişdir. Bundan sonra isə təcili tibbi yardım gəlib Fəridənin artıq öldüyünü bilmişdir. X10 arasında hər hansı mübahisə olduğunu eşitməmişdir. 30 yanvar 2021-ci il tarixdə qızı Fəridəni görən zaman qapalı geyindiyi üçün bədənində qançır olub-olmadığını görməmişdir. Fəridə evində olan mübahisə ilə bağlı ona heç nə deməmişdir. Ehtibarla olan söhbətini qızının evində dava-dalaş olmasın deyə Şükürə deməmişdir. Ehtibarın əvvəllər Fəridəni döyüb-döymədiyini bilməmişdir. O, hadisə yerinə çatanda hələ təcili yardıma xəbər verilməmişdir. Fəridə ilə Ehtibarın övladları Ehtibarın valideyinlərinin himayəsindədir. Təqsirləndirilən şəxsə ən ağır cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 zərərçəkmiş şəxsin hüquqi varisi X3 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən X7 ifadəsində bildirdi ki, oğlu Ehtibarla mərhum gəlini Fəridə hər zaman mehriban olmuş, aralarında heç vaxt inciklik və küsülülük olmamışdır. Yaşadığı ev eyni olsa da, ev böyük olduğu üçün bir tərəfində o, arvadı Sevda, oğlu Samir ailəsi ilə birlikdə yaşayır. Ehtibar isə evin digər tərəfində yerləşən otaqlarda ailəsi ilə birlikdə yaşamışdır. Ehtibarın evində olan səs-küyün onların evindən eşidilməsi mümkün deyildir. Onların ailəsində ümumiyyətlə qadınların mobil telefon işlətməsinə və evdən çölə çıxmasına icazə yoxdur. 2020-ci ilin yay aylarında Ehtibarla Fəridənin arasında inciklik olduğunu hiss etmiş, lakin küsülülüyün səbəbini bilməmişdir. Fəridənin internetdə kiminləsə tanış olub danışmasını ağlına belə gətirməmişdir. Hadisə baş verən günə kimi heç nədən xəbəri olmamışdır. Fəridənin Ehtibarın mobil telefonu ilə internetdə oğlanla tanış olub danışdığını hadisədən sonra bilmişdir. Telefonu bir dəfə Ehtibar yay ayında Fəridənin əlində tutmuş, ancaq oğlanla danışdığını tam sübut edə bilmədiyi üçün çox üstünə gedə bilməmişdir. 30 yanvar 2021-ci il tarixdə Ehtibar gecə saatlarında Fəridənin əlində telefonu tutmuş və səhərisi gün Fəridənin anası Tərgülü çağırmış, anası Fəridəni döymək istəyəndə yoldaşı qoymamışdır. 1 fevral 2021-ci il tarixdə oğlu Ehtibar icarəyə götürdüyü mağazada olanda telefonunun “İnstagram” hesabına Fəridənin adına çoxlu mesajlar gəldiyini görmüş, lakin parolu bilmədiyi üçün mesajları oxuya bilməmişdir. 1 fevral 2021-ci il tarixdə saat 18 radələrində Ehtibar evə gəlib Fəridədən “İnstagram” kodunu soruşsa da, Fəridə kodu deməmiş, aralarında mübahisə yarandığından Ehtibar mətbəxdən götürdüyü bıçaqla Fəridəyə evin həyətində xəsarətlər yetirmişdir. O, 1 fevral 2021-ci il tarixdə hadisə baş verən vaxt evdə olmamışdır. Evə gələrkən Ehtibar telefonuna zəng etmiş və Fəridəni vurduğunu demişdir. O da aralarında mübahisə olub 1-2 şillə vurduğunu fikirləşdiyindən heç bir sorğusual etməyib birbaşa evə gəlmişdir. Evə çatdıqda isə Ehtibarın Fəridəyə bıçaqla xəsarətlər yetirib öldürdüyünü, Ehtibarın evin ortasında kürəyi üstə uzanıb əllərini başının arxasına qoyaraq tavana baxdığını, Fəridənin meyitinin isə həyətdə olduğunu görmüşdür. Bundan sonra köməkləşib Fəridənin meyitini evin içinə gətirib üstünü odeyalla örtmüşlər. Daha sonra sahə müvəkkilinə zəng edib hadisə barədə məlumat vermişdir. Həmin vaxt Ehtibar geyinmiş və hazır vəziyyətdə polis əməkdaşlarının gəlməsini gözləmişdir. Bundan sonra hadisə yerinə 31-ci Polis Bölməsinin əməkdaşları gəlmişdir. Hadisədən bir gün əvvəl gəlini Fəridəni görmüş, lakin həmin vaxt sonuncunun üzündə və bədənində qançır olmamışdır. Eşitdiyinə görə oğlu Ehtibar arvadı Fəridəni qətlə yetirən zaman uşaqları onların evində olmuş, yəni uşaqlar Ehtibarın Fəridəni döyməsini və ya bıçaqla xəsarətlər yetirməsini görməmişlər. Ehtibar Fəridəni bıçaqlayan zaman özündə olmamış, Fəridənin ona qarşı olan bu hərəkəti, yəni başqa birisi ilə telefonla danışması Ehtibara həddən artıq pis təsir etdiyinə görə Fəridənin bu xəyanətini bir kişi kimi öz şəxsiyyətinə sığışdıra bilməyərək bu əməli törətmişdir. 30 yanvar tarixində Ehtibar Fəridənin səs yazısını Tərgülə dinlədən zaman o, evdə olmamışdır. Hadisə baş verən vaxt o, yolda olmuşdur. Əvvəllər Fəridə ilə Ehtibar arasında mübahisə olduğunu eşitməmişdir. Hadisə yerinə təxminən 20-yə yaxın polis əməkdaşı gəlmişdir. Ehtibarın qaçmaq fikri olmamışdır. Oğlu Ehtibarın özü ondan polisə zəng etməyini istəmişdir. Əvvəlcə təcili tibbi yardıma zəng etmişdir. Oğlu Ehtibarın iki azyaşlı övladı onların himayəsindədir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid3 Fezulli oğlu ifadəsində bildirdi ki, qardaşı Ehtibar arvadı Fəridə ilə hər zaman mehriban olmuş, aralarında heç vaxt inciklik, küsülülük olmamışdır. 10 il müddətində Ehtibarla Fəridənin arasında ilk dəfə 2020-ci ilin yay aylarında mübahisə etmələrini eşitmişdir. İkinci dəfə isə məlum hadisədən 2 gün əvvəl səsküy olmuşdur. Yay ayında nə üçün mübahisə etdikləri ilə maraqlananda Ehtibar ona Fəridənin internetdə oğlanla danışdığını demişdir. Hadisədən 2 gün əvvəl də yenə mübahisələrinin səbəbini soruşanda Ehtibar həmin cavabı vermişdir. Bu söhbətlərin heç birindən atasının xəbəri olmamışdır. Hadisədən 2 gün əvvəl Ehtibar qayınanası Tərgülü evinə çağırmış və Fəridənin oğlanla danışdığı səs yazılarını Tərgülə dinlətmişdir. Tərgül də Fəridədən onun səsi olub-olmamasını soruşduqda sonuncu səsin öz səsi olduğunu etiraf etmişdir. Tərgül Fəridəyə 1-2 şillə vuranda isə anası Fəridəni yanına çəkərək Tərgülün onu döyməsinə icazə verməmişdir. Həmin vaxt onların yanında olmasa da, qonşu otaqdan danışdıqlarını eşitmişdir. Tərgül həmin vaxt Ehtibara “bunu vur öldür, amma üstümə göndərmə, biabır olarıq, mən belə qızı qəbul etmərəm” demişdir. Bundan sonra Tərgül Ehtibara yalvararaq Fezulli və Şükürün bu məsələni bilməməsini istəmişdir. 1 fevral 2021-ci il tarixdə Ehtibarın telefonuna Fəridənin “İnstagram” hesabından mesajlar gəlmiş, Ehtibar kodu bilmədiyi üçün günorta evə gələndə Fəridədən “İnstagram”ın kodunu soruşduqda Fəridə kodu deməmişdir. Ehtibar yenə işə gedib axşam evə qayıdanda Fəridədən kodu istəmiş, Fəridə kodu demədiyi üçün Ehtibar daha da əsəbləşib Fəridəyə bıçaqla xəsarətlər yetirmişdir. O, hadisə vaxtı evdə olmasa da, bunları sonradan anası və yoldaşından eşitmişdir. Hadisə baş verən vaxt evindən 5 dəqiqəlik aralıda yerləşən torpaq sahəsində olmuşdur. Evə daxil olanda ağlaşma olduğunu görmüşdür. Ehtibarın evi tərəfə keçəndə Ehtibarın kürəyi üstə, əlləri başının arxasında qonaq otağında uzanıb tavana baxdığını görmüşdür. Bundan sonra Fəridəni axtarmağa başlamış, həyətə düşəndə Fəridənin meyitinin həyətdə olduğunu görmüş və dərhal Fəridənin atasına zəng edərək ona gəlməsini demişdir. O, evə daxil olandan 5 dəqiqə sonra atası, sonra isə Fəridənin atası Şükür gəlmişdir. Atası 31-ci Polis Bölməsinə zəng edərək hadisə barədə məlumat vermiş və Ehtibarın evdə olduğunu demişdir. Hadisədən bir gün əvvəl Fəridəni görmüş, həmin vaxt sonuncunun üzündə və bədənində qançırlar olmamışdır. Ehtibar Fəridəni qətlə yetirən zaman Ehtibarın uşaqları anasıgilin yaşadığı ev tərəfdə olmuş, yəni uşaqlar Ehtibarın Fəridəni döyməsini və ya bıçaqla xəsarətlər yetirməsini görməmişdir. Ehtibar arvadı Fəridəni bıçaqlayan zaman özündə olmamış, Fəridənin ona qarşı olan bu hərəkəti, yəni başqa birisi ilə telefonla danışması Ehtibara həddən artıq pis təsir etdiyinə görə Fəridənin bu xəyanətini bir kişi kimi öz şəxsiyyətinə sığışdıra bilməmiş və bu əməli törətmişdir. Yoldaşı Sürayə zəng edib tez evə gəlməyini demişdir. Hadisə yerinə 20-yə yaxın polis əməkdaşı gəlmişdir. Ehtibar qaçmağı fikirləşməmiş, hazır vəziyyətdə polislərin gəlməsini gözləmişdir. Fəridəyə yaxınlaşdıqda artıq onun öldüyünü görmüşdür. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid7 ibtidai araşdırma orqanına verdiyi ifadəsində göstərmişdir ki, o, Suraxanı rayonunda yerləşən 114 saylı orta məktəbin 4-cü sinfində oxuyur. 1 fevral 2021-ci il tarixdə axşam vaxtı atası və anasının arasında baş vermiş mübahisəni nə özü, nə də ki, qardaşı İbrahim görməmişdir. Çünki qardaşı və özü həmin vaxtı nənəsigil yaşayan ev tərəfdə olmuşlar. Ona görə də atası ilə anasının arasında olan davanı eşitməmiş və görməmişlər. Həmin gecəni də nənəsigil yaşayan evdə gecələmişlər. O, atası ilə anasının mübahisə etmələrini əvvəllər də görməmişdir (cild 1, iş vərəqə 137-138). Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid6 ibtidai araşdırma orqanına verdiyi ifadədən görünür ki, o, Şahid7 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir (cild 1, iş vərəqə 135-136). Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid4 ibtidai araşdırma orqanına verdiyi ifadəsində bildirmişdir ki, oğlu Təqsirləndirilən şəxsla arvadı Fəridə hər zaman mehriban olmuş, aralarında heç vaxt inciklik və küsülülük olmamışdır. Ehtibar ailəsinə qarşı hər zaman mehriban olmuş, səhər işə gedib axşam evinə qayıtmışdır. Bu 10 il müddətində Ehtibarla Fəridənin arasında ilk dəfə 2020-ci ilin yay aylarında mübahisə etmələrini eşitmişdir. Belə ki, onların ailəsində qadınlar mobil telefon işlətməmişlər. Ehtibar yatan vaxtlarda telefonu öz yaşadıqları evdə oturan otaqda stolun üstünə qoymş, Fəridə isə gizlin həmin telefonu götürüb internetlə tanımadıqları oğlanla danışmışdır. Yay aylarında Ehtibar Fəridəni oğlanla internetlə danışanda tutmuş, ancaq tam sübut edə bilmədiyi üçün, yəni Fəridə həmin vaxtı cəld tərpənib telefonu koda salmağı bacardığı üçün Ehtibar çox üstünə getməmişdir. Fəridə də Ehtibarı aldadaraq guya oğlanla danışmadığını demişdir. Səhv etmirsə 30 yanvar 2021-ci il tarixdə gecə saatlarında Ehtibar Fəridəni yenə telefonla internetdə oğlanla danışan vaxtı tutmuş və cəld tərpənib telefonu əlindən ala bilmişdir. 30 yanvar 2021-ci il tarixdə günorta saatlarında Ehtibar ev telefonu ilə qayınanası Tərgülə zəng edərək çağırmış, Tərgül gələndən sonra Ehtibar telefonda Fəridənin oğlana yazdığı səs yazılarını və mesajları Tərgülə göstərmişdir. Həmin vaxtı o, oğlu Ehtibar, gəlini Fəridə, Sürayə və Tərgül Ehtibarın yaşadığı evdə otaqda oturmuşlar. Tərgül qızı Fəridənin üstünə hücum edib saçından tutaraq yolmağa başlayaraq vurmaq istəyəndə o, Fəridəni qucaqlayıb Tərgülün Fəridəni vurmasına mane olmuşdur. Fəridə də başını onun sinəsinə yaslayıb oturmuşdur. Tərgül Fəridədən “ay qız, bu sənin səsindir?” soruşanda Fəridə öz səsi olduğunu etiraf etmişdir. Tərgül bundan sonra yenə də Fəridəyə hücum edərək döyməyə başlamış, o isə Fəridəni Tərgülün əlindən almışdır. Bundan sonra Tərgül üzünü Ehtibara tutaraq Fəridəni nəzərdə tutub “Ehtibar bunu öldür, amma mənim üstümə göndərmə” demişdir. Ehtibar bu məsələni Fizuliyə və Şükürə deyəcəyini bildirəndə Tərgül and-aman edib nə Fizuliyə, nə də Şükürə heç nə deməmələrini söyləmişdir. Ehtibar yanvarın 30-dan hadisə baş verən günə kimi Fəridədən “İnstagram” kodunu istəmiş, lakin Fəridə kodu deməmişdir. 1 fevral 2021-ci il tarixdə Ehtibar səhər işə getmiş, günorta evə gəlib yeməyini yemiş, evdə olanda yenə Fəridədən kodu istəmiş, lakin Fəridə yenə də kodu deməmişdir. Ehtibar işə getmiş, işdə olarkən “İnstagram”a çoxlu mesajlar gəlmiş, lakin kodu bilmədiyi üçün mesajları oxuya bilməmişdir. 1 fevral 2021-ci il tarixdə saat 18 radələrində Ehtibar işdən evə qayıdıb Fəridədən yenə kodu istəmiş, Fəridə kodu demədiyi üçün aralarında olan mübahisə daha da böyümüşdür. 1 fevral 2021-ci il tarixdə Ehtibarla Fəridənin arasında olan mübahisəni eşitməmişlər. Həmin vaxtı o, digər oğlu Samirin arvadı Şahid5 və nəvələri özlərinə məxsus olan ev tərəfdə olmuşlar. Samir isə yaxınlıqda özlərinə məxsus sahədə olmuşdur. Ara qapılar da bağlı olduğu üçün Ehtibarla Fəridənin səs-küyünü eşitməmişlər. Ehtibarın uşaqları da onların yaşadıqları evdə otaqda oynamışlar. Ehtibar öz yaşadıqları evin otağından çıxıb gələrək Fəridəni həyətdə öldürdüyünü demiş, onlar həyətə çıxıb baxanda Fəridənin həyətdə olan ağacın altında uzanıqlı, hərəkətsiz vəziyyətdə qaldığını görmüşlər. Bundan sonra Sürayə Samirə zəng edərək tez evə gəlməsini demiş, Ehtibar isə Fizuliyə zəng edərək Fəridəni vurduğunu demişdir. Fizuli evə gəlmiş və birlikdə köməkləşib Fəridənin meyitini evin içinə gətirmişlər. Sonra Fizuli təcili tibbi yardıma və polisə məlumat vermişdir. Hadisə baş verən dəqiqələrdə gəlini Sürayə və nəvələri ilə birlikdə özlərinə məxsus ev tərəfdə olmuş, Ehtibarla Fəridə isə öz otaqlarında olmuş və qapıları bağlı olduğuna görə mübahisəni eşitməmişlər. Fəridənin bədənində olan qançırların nə vaxt əmələ gəldiyini bilməmiş, sonuncunu 30.01.2021-ci il tarixdə anası da onların evində döymüşdür. Ona görə də Fəridənin bədənində olan qançırların konkret olaraq hansı gün əmələ gəldiyini bilməmişdir. Həmin vaxtı Ehtibarın uşaqları onların yaşadığı ev tərəfdə olduqlarına görə Ehtibarın Fəridəni döyməsini və ya bıçaqla xəsarətlər yetirməsini görməmiş, həmin gecəni də uşaqlar onların evində gecələmişlər. Oğlu Ehtibar arvadı Fəridəni bıçaqlayan zaman özündə olmamış, Fəridənin ona qarşı olan xəyanətini, yəni başqa birisi ilə telefonla danışmasını Ehtibar öz şəxsiyyətinə sığışdıra bilməyib bu əməli etmişdir (cild 1, iş vərəqə 115-118). Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid5 ibtidai araşdırma orqanına verdiyi ifadədən görünür ki, o, Şahid4 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir (cild 1, iş vərəqə 119-122). Cinayət işinin materiallarında olan “mobil telefona baxış keçirilməsi barədə” protokoldan görünür ki, telefon “Xiaomi markalı” olmaqla telefonun ekran üzlüyü qara, arxası isə metal rənglidir, telefonun arxasına dəri üzlük salınmışdır. Telefon video, şəkil çəkmə, WhatsApp, həmçinin internetə giriş funksiyalarına malikdir. Telefonun instaqram bölməsinə girdikdə “S_n_y” (Zərərçəkmiş şəxs) adlı profilin “Qaqaş Seyfəlov” adlı naməlum istifadəçi ilə SMS yazışmaları, bir-birinə səs göndərişləri vardır. Baxış zamanı 27 oktyabr 2020-ci il tarixli SMS bölməsində “S_n_y”-a məxsus oğlu İbrahimi nəzərdə tutaraq “İbişin 28-i ad günüdü” məzmunlu SMS aşkar edilmiş, həmçinin oğlu İbrahim Qasımovun fotoşəklini həmin profilə də göndərmişdir. Digər SMS və səs yazılarında isə dünyəvi, gündəlik həyat tərzi barədə aparılan söhbətlər, musiqilər və tik-tok videoları vardır (cild 1, iş vərəqə 90). Cinayət işinin materiallarında olan “istintaq eksperimentinin aparılması barədə” protokoldan görünür ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs mübahisə etdikləri oturaq otağından sonuncunun ifadəsində qeyd etdiyi valideynlərinin yaşadığı evə keçmək üçün otaqların iki qapısı və dəhliz vardır. İstintaq hərəkətində iştirak edən iş üzrə mütəxəssis Kənan Yusifov azyaşlıların otağına keçərək həmin otağın qapısını bağladı. Bundan sonra Ehtibar və Fəridənin mübahisə etdikləri otağın da qapısı bağlanaraq 9 (doqquz) dəfə həmin otaqda uca səslə danışıldı, qışqırıq səsləri çıxarıldı. İstintaq eksperimenti zamanı mübahisə olunan otaqdan Kənan Yusifovun olduğu otağa səs gəlməməsi müəyyən edildi. Bundan başqa istintaq eksperimenti zamanı mübahisə olunan otaqdan Sevda və Şahid5ların yaşadıqları mənzildəki mətbəxə, yataq otağına, oturaq otağına səs gəlmədiyi aşkar edildi. Həmçinin eyni istintaq hərəkəti Təqsirləndirilən şəxs arvadı Zərərçəkmiş şəxs bıçaqla xəsarətləri yetirdiyi evin həyətindən də təkrarlandı və səslər evin içində eşidilmədi (cild 1, iş vərəqə 225-226). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 2 fevral 2021-ci il tarixli 8 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs meyiti məhkəmə-tibbi müayinə olunarkən onun bədən səthində aşağıdakı xəsarətlər aşkar olunmuşdur: a) qabırğanın, hər iki ağciyərin, ürəyin zədələnməsi ilə müşayiət olunan döş qəfəsinin daxilə keçən 5 ədəd deşilmiş-kəsilmiş yaraları, döş qəfəsinin daxilə nüfuz etməyən 2 ədəd deşilmiş-kəsilmiş yarası, başın yumşaq örtük toxumalarına qansızmalar, boyunun, burunun, hər iki saidin, sol əlin, sol qulaqarxası nahiyənin, alının, sağ alt göz qapağı nahiyəsinin, sol gözün qançırları, sağ almacıq nahiyəsinin şişkinlik və qançırı, sol ayağın qançırı; b) hər iki kürək nahiyəsinin şişkinlik və qançırı (hematoması), sağ sağrı nahiyəsinin, sağ bazunun, hər iki diz oynağının, sol qalça darağı nahiyəsinin, hər iki baldırın, döş qəfəsinin ön səthinin, hər iki çiyinüstü nahiyənin qançırları, onurğanın, sol baldırın, sol çənə bucağı nahiyəsinin qançırları, sol bazu oynağının və döş qəfəsinin ön səthinin qançırları, sol bazunun, sağ əlin ön səthinin qançırları. Qeyd edilən xəsarətlər həyatidir, deşilmiş-kəsilmiş yaralar deşici-kəsici əşyanın (əşyaların, ola bilsin bıçaq), digər xəsarətlər bərk-küt aşyanın (əşyaların) təsirindən əmələ gəlmişdir. a) bəndində qeyd edilən xəsarətlərin alınma müddəti ölümdən az əvvələ; b) bəndində qeyd edilən xəsarətlərin alınma muddətləri ölümdən 2-3 gün əvvələ uygun gələ bilər. Dərəcəsinə görə daxilə keçən deşilmiş-kəsilmiş yaraların hər biri ayrı-ayrılıqda və ümumilikdə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malikdir və baş vermiş ölümlə bilavasitə səbəbli əlaqəlidir; daxilə keçməyən deşilmiş-kəsilmiş yaraların hər biri ayrı-ayrılıqda və ümumilikdə canlı şəxslərdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmanın əlamətlərinə malikdir; hematomaların hər biri ayrı-ayrılıqda və ümumilikdə canlı şəxslərdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmanın əlamətlərinə malikdir; digər xəsarətlərin hər biri ayrıayrılıqda və ümumilikdə canlı şəxslərdə sağlamlığa zərərvurmayan dərəcəsi təyin edilməyən xəsarətlərin əlamətlərinə malikdir. Zərərçəkmiş şəxs ölümünə döş qəfəsinin daxilə keçən deşilmiş-kəsilmiş yaraların nəticəsində ağciyərlərin və ürəyin zədələnmələri fonunda inkişaf etmiş massiv (çoxlu) qanitirmə səbəb olmuşdur. Ölüm meyit meyitxanada müayinə olunduğu vaxtdan 14-18 saat əvvəl baş verə bilərdi. Deşilmiş-kəsilmiş yaraların lokalizasiyasına və xüsusiyyətlərinə əsasən demək olar ki, həmin xəsarətlər eyni xüsusiyyətə malik müxtəlif deşici-kəsici əşyanın, o cümlədən ekspertizaya təqdim edilmiş bıçağın təsirindən alınmaları inkar olunmamışdır. Yaraların istiqaməti öndən arxaya, bir qədər aşağıdan yuxarıya doğru olmuşdur. Xəsarətlər əhəmiyyətli zərbə qüvvəsi ilə yetirilmişdir. Xəsarətlər çoxsaylı olduğundan zərbələrin ardıcıllığı barədə fikir demək mümkün olmamışdır. Xəsarət yetirilən anda şəxs müxtəlif duruş vəziyyətində ola bilərdi. Zərərçəkmiş şəxs meyitinin müayinəsi zamanı hamiləlik əlamətlərinin olması aşkar edilməmişdir. Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu torəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazolon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir (cild 1, iş vərəqə 189-192). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X8 Elmi-Təcrübi və Tədris Birliyinin 5 fevral 2021-ci il tarixli 74 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində aşağıdakı xəsarətlər aşkar edilmişdir; sağ əlin səthi kəsilmiş yarası, hər iki əlin sıyrıqları. Qeyd edilən sağ əlin səthi kəsilmiş yarası iti kənara malik əşyanın (ola bilsin bıçaq), digər xəsarətlər bərkküt əşyanın (əşyaların) təsirindən törənmiş, qərarda qeyd olunan şəraitdə və müddətdə, yəni 1.02.2021-ci il tarixdə əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməmişdir (cild 1, iş vərəqə 194-195). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X8 Elmi-Təcrübi və Tədris Birliyinin 17 fevral 2021-ci il tarixli 49/2021-MTKŞ saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus xalatın və köynəyin sol-yan nahiyəsində 2 ədəd, xalatın və köynəyin arxa hissəsinin sol orta nahiyəsində 2 ədəd, xalatın və köynəyin arxa hissəsinin sağ yuxarı nahiyəsində 3 ədəd deşilmiş-kəsilmiş zədələr aşkar edilmişdir. Bu zədələr iti ucu, iti ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən əmələ gəlmişdir. Bu zədələri törədən alətin daxil olma səviyyəsində eni 2,1 sm-ə qədər olmuşdur. Bıçaq tiyəsinin ucu əyilmiş vəziyyətdə təqdim edildiyinə görə bu bıçaqla müqayisəli müayinə üçün eksperiment aparılmamışdır. Lakin Zərərçəkmiş şəxs paltarlarında aşkar olunmuş deşilmişkəsilmiş zədələrin forma, xarakter, xətti ölçüsü, morfoloji əlamətlərini və təqdim edilmiş bıçağın konstruktiv xüsusiyyətlərini nəzərə alaraq demək olar ki, bu zədələrin ekspertizaya təqdim edilmiş bıçağın tiyəsi ilə və ya oxşar konstruktiv xüsusiyyətlərə malik digər bıçağın tiyəsi ilə törənməsi, həmçinin Zərərçəkmiş şəxs məxsus paltarlarda aşkar olunmuş deşilmişkəsilmiş zədələrin eyni alətlə törənməsi inkar olunmamışdır. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus retuz üzərində hər hansı bir əhəmiyyət kəsb edən zədə aşkar olunmamışdır. Təqdim edilmiş bıçaq zavod üsulu ilə hazırlanmış bıçaqlara uyğun gəlir və soyuq silah hesab edilməmişdir (cild 1, iş vərəqə 171-174). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X8 Elmi-Təcrübi və Tədris Birliyinin 15 fevral 2021-ci il tarixli 80/2021-MTBŞ saylı rəyinə əsasən Zərərçəkmiş şəxs ABO sistemi üzrə qrup göstəricisi AB/H/(İV). Ekspertizaya təqdim edilmiş 1 ədəd bıçaq, Zərərçəkmiş şəxs məxsus xalat, retuz, kofta, hadisə yerindən götürülmüş xalça kəsiyi, torpaq hissələri və çubuqlu pambıq topası üzərində olan ləkələrdə insan qanı aşkar olunmuşdur. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq olunduqda “A”, “B” və “H” antigenləri alınmış, aqqlyutininlər isə alınmamışdır. Bu qan ləkələri bir şəxsə məxsus olduğu halda AB/H/(İV) qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər (cild 1, iş vərəqə 177-182). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 1 mart 2021-ci il tarixli 5/122 saylı rəyindən görünür ki, təqdim edilmiş 1 ədəd sensor ekranlı “Android 9” əməliyyat sistemi ilə təchiz olunmuş “Xiaomi Redmi 6A” markalı “M1804C3CG” modelli “**********13322, **********13330” imei kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdədir. Tədqiq olunan “Xiaomi Redmi 6A” markalı “M1804C3CG” modelli mobil smartfonun yaddaşında mövcud olan (kontaktlar, qəbul olunmuş zənglər, buraxılmış zənglər, yığılmış zənglər, SMS mesajlar, foto, audio, video və sairə fayllar) məlumatlar müəyyən olunmuş və həmin məlumatlar “Ekspertiza 5-122” adlı iş çantasında üzərində “Verbatim” yazısı olan DVD-R diskə köçürülərək ekspert rəyinə əlavə edilmişdir. Tədqiq olunan “Xiaomi Redmi 6A” markalı “M1804C3CG” modelli mobil smartfonun internetə çıxış üçün texniki imkanları mövcuddur. Rəyin tədqiqi hissəsinin 4-cü bəndində göstərilən səbəblərə görə təqdim edilmiş “Xiaomi Redmi 6A” markalı “M1804C3CG” modelli mobil smartfonun yaddaşından hər hansı bir (foto, video və sair formalı fayllar) məlumatların pozulub-pozulmaması üzrə tədqiqat işlərinin aparılması mümkün olmamışdır. Təqdim edilmiş “Xiaomi Redmi 6A” markalı “M1804C3CG” modelli mobil smartfonun yaddaşına quraşdırılmış “WhatsApp” proqram təminatı vasitəsi ilə aparılmış (çat seansı, audio, video, foto fayllar, qəbul olunmuş, çıxan, buraxılmış səsli və video zənglər), “İnstagram” sosial şəbəkəsinə aid “se_n_ay” adlı istifadəçi profilinin “Direct” bölməsində “çat seansı, audio və foto fayllar” və “Ehtibar9622” adlı istifadəçi profilinin “Direct” bölməsində (çat seansı) məlumat mübadilələri müəyyən olunmuş, lakin rəyin tədqiqi hissəsinin 4-cü bəndində göstərilən səbəblərə görə qeyd olunan məlumat mübadilələrini köçürərək istintaq orqanına təqdim etmək mümkün olmamışdır. Təqdim edilmiş “Xiaomi Redmi 6A” markalı “M1804C3CG” modelli mobil smartfonun yaddaşında “Facebook” və “Twitter” sosial şəbəkələrinə aid proqram təminatı müəyyən olunmamışdır. Təqdim edilmiş “Xiaomi Redmi 6A” markalı “M1804C3CG” modelli mobil smartfonun yaddaşına quraşdırılmış “Teleqram” sosial şəbəkəsinə aid proqram təminatının istifadəçi tərəfindən qrafik təsvirlə “parol-password” mühafizə edilməsi səbəbindən həmin proqram təminatı vasitəsilə aparılmış hər hansı bir məlumat (çat seansı, audio, foto, video fayllar və sairə) mübadiləsinin olub-olmaması üzrə tədqiqat işlərinin aparılması mümkün olmamışdır (cild 1, iş vərəqə 184-187). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X13 6 aprel 2021-ci il tarixli 727 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olduğundan törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hazırda öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinə əsasən şəxsin anlaqlı/anlaqsız olması onun ictimai təhlükəli əməl törətdiyi dövrünə aid olduğundan şəxsin əməldən sonra anlaqlı olduğunu müəyyən etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə xroniki psixi xəstəlik, psixi xəstəliyin müvəqqəti polzulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs üzvi (epilepsiya nəticəsində) şəxsiyyət pozuntusu aşkar olunmuşdur. Təqsirləndirilən şəxs aşkar edilən üzvi şəxsiyyət pozuntusu öz ifadə dərəcəsinə görə törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Təqsirləndirilən şəxs hal-hazırda aşkar olunan “Üzvi (epilepsiya nəticəsində) şəxsiyyət pozuntusu” onu öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarından məhrum etmir. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hadisəni düzgün qavrayıb və düzgün ifadə vermək qabiliyyətinə malkidir. Ondan yalan danışmağa, özündən qondarma fikirlər söyləməyə meyillilik əlamətləri müşahidə olunmamışdır. Təqsirləndirilən şəxs kinlilik, inadkarlıq, neqativ amillərə qarşı dözümsüzlük, emosional reaksiyalara meyillilik və s. kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Emosional halından asılı olaraq Təqsirləndirilən şəxs öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi-emosional vəziyyətində impulsivlik, hirslilik, qəzəb kimi hallar yaranmışdır. Hadisə baş verən vaxt emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır (cild 1, iş vərəqə 214-216). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 140). Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1 və 128-ci maddələri ilə düzgün tövsif edilmişdir. O, həmin cinayət əməllərini törətməkdə təqsirlidir, onun əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddələr ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı uşağı vardır (cild 1, iş vərəqə 149-150). Cinayət işinin materiallarında olan 229/03 saylı epikrizdən görünür ki, Təqsirləndirilən şəxs epilepsiya xəstəliyi aşkar olunmuşdur (cild 1, iş vərəqə 125-126). Cinayət işinin materiallarında olan Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısının əmircan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur (cild 1, iş vərəqə 146). Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərini etiraf edib səmimi peşman olmasını, ilk dəfə cinayət törətməsini, könüllü olaraq polisə təslim olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və epilepsiya xəstəliyindən əziyyət çəkməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən digər hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1 və 128-ci maddələri ilə tövsif etməklə yanaşı onun həmin maddələrin sanksiyası həddində müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasını məqsədəuyğun hesab edir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 1 fevral 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild 1, iş vərəqə 25-26). Cinayət işinin materiallarında olan Suraxanı rayon məhkəməsinin 3 fevral 2021-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 1 fevral 2021-ci il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 69-70). Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2 və 15.5-cü maddələrinin tələblərinə görə cinayətlərin təsnifatına görə “böyük ictimai təhlükə törətməyən” və “xüsusilə ağır” cinayətlər hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində cəzanın çəkilməsi nəzərdə tutulur. Həmin normaların tələblərinə görə Təqsirləndirilən şəxs xüsusilə ağır cinayət törətdiyinə görə ona təyin olunacaq cəzanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs həbsdə saxlandığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin əvvəli şübhəli şəxs qismində tutulduğu 1 fevral 2021-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri – 60 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Cinayət işinin materiallarından görünür ki, zərərçəkmiş şəxsin hüquqi varisi X9 Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərinə görə ona qarşı 5.000 manat məbləğində maddi ziyan və 100.000 manat məbləğində mənəvi ziyan olmaqla mülki iddia verərək mülki iddiaçı qismində tanınmışdır (cild 2). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Cinayət-Prosessual Məcəlləsinin 181.1 və 181.1.2-ci maddələrinə əsasən ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda, cinayət mühakimə icraatında mülki iddia verilə bilər. Cinayət-Prosessual Məcəlləsinin 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Cinayət-Prosessual Məcəlləsinin 183.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 noyabr 2008-ci il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Yuxarıda şərh olunanları və qanunvericiliyin tələblərini nəzərə alıb məhkəmə hesab edir ki, mülki iddianın 5.000 manat məbləğində maddi ziyanla bağlı hissəsi 2.000 manat məbləğində, həmçinin mülki iddianın 100.000 manat məbləğində mənəvi ziyanla bağlı hissəsi 2.000 manat məbləğində qismən təmin edilərək cəmi 4.000 manat Təqsirləndirilən şəxs alınaraq zərərçəkmiş şəxsin hüquqi varisi X4 ödənilməlidir. İş üzrə maddi sübut olan və Suraxanı rayon prokurorluğunda saxlanılan Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş 1 ədəd qara rəngli şalvar, 1 ədəd qırmızı rəngli köynək, 1 ədəd xalat və 1 ədəd mətbəx bıçağı məhv edilməli, Təqsirləndirilən şəxs məxsus 1 ədəd “Xiaomi” markalı mobil telefon yaxın qohumlarına qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 197, 198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1 və 128-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə 10 (on) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 10 (on) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 1 fevral 2021-ci il tarixdən hesablansın. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri – 60 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut olan və Suraxanı rayon prokurorluğunda saxlanılan Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş 1 ədəd qara rəngli şalvar, 1 ədəd qırmızı rəngli köynək, 1 ədəd xalat və 1 ədəd mətbəx bıçağı məhv edilsin, Təqsirləndirilən şəxs məxsus 1 ədəd “Xiaomi” markalı mobil telefon yaxın qohumlarına qaytarılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Zərərçəkmiş şəxsin hüquqi varisi X3 mülki iddiası qismən təmin edilsin, mülki iddianın 5.000 manat məbləğində maddi ziyanla bağlı hissəsi 2.000 manat məbləğində, həmçinin mülki iddianın 100.000 manat məbləğində mənəvi ziyanla bağlı hissəsi 2.000 manat məbləğində qismən təmin edilərək cəmi 4.000 manat Təqsirləndirilən şəxs alınaraq zərərçəkmiş şəxsin hüquqi varisi X4 ödənilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar