Məhkəmə qərarları › İş №1(101)-1374/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1374/2022

26.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1374/2022 26.07.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Məcidov X48 və Ağayev Zeynal Qurban oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X5, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxxxx 1976-cı il tarixdə Bakı şəhərində anadan olmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmuş (Bakı şəhəri Qaradağ rayon məhkəməsinin 14 dekabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş), məhkumluğu ödənilməmiş, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, E.Quliyev küçəsi, ev 52, mənzil 6-də qeydiyyatda olmaqla Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Stansiya Qaradağ adlanan ərazidə yerləşən nömrəsiz fərdi evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddəni əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən və tarixdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, yəni 7,045 qram psixotrop maddə olan metafetamini, külli miqdarda, yəni 1,64 qram narkotik vasitə olan metadon həblərini, 30,336 qram narkotik vasitə olan tiryəki, 1,630 qram narkotik vasitə olan heroini, 1 ədəd gümüşü rəngli elektron tərəzi əldə edib daşıyaraq üzərində saxlamış, 11 aprel 2022-ci il tarixdə saat 11:50-də Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Stansiya Qaradağ adlanan ərazidə yerləşən nömrəsiz fərdi yaşayış evinin yaxınlığında saxlanılaraq Qaradağ RPİ-nin inzibati binasına gətirildikdən sonra üzərində keçirilmiş şəxsi axtarış zamanı əynində olan sarı rəngli gödəkcənin sağ yan cibindən 1 ədəd qırmızı rəngli torbanın içərisində satış məqsədilə qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxladığı 1 ədəd bükümdə təmiz çəkisi 1,630 qram qəhvəyi rəngli maddə olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 5,790 qram, 1,255 qram, ümumi təmiz çəkisi 7,045 qram ağ rəngli kristallik formada maddə olan kustar üsulla hazırlanmış psixotrop maddə metafetamin, 8 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,391 qram, 9,615 qram, 5,009 qram, 4,695 qram, 4,897 qram, 4, 897 qram, 0,422 qram, 0,410 qram, ümumi təmiz çəkisi 30,336 qram tünd qəhvəyi rəngli maddə olan kustar üsulla hazırlanmış narkotik vasitə tiryək, üzərlərində “Methadone 40” göstəriciləri olan konvalyutda və konvalyut kəsiklərində ümumilikdə 41 ədəd qəhvəyi rəngli, dairəvi formalı, 41 ədəd metadon təsir maddəsinin ümumi miqdarı 1,64 qram (1 ədəd həbdə 0,04 qram) həblər, narkotik vasitə metadon və üzərində narkotik vasitə heroin izləri olan 1 ədəd gümüşü rəngli elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, uzun müddət narkotik vasitə və psixotrop maddələrdən istifadə etmişdir. İstifadə etdiyi narkotik vasitələri və psixotrop maddələri ayrı-ayrı tanımadığı şəxslərdən şəxsi istifadəsi üçün almışdır. 9 aprel 2022-ci il tarixdə əlində satılıq balıqlar olmuşdur. Həmin balıqları da Sahil qəsəbəsində dənizdən tutmuşdur. Balıqları satmaq məqsədi ilə Bakı şəhəri, “Keşlə Bazarı” kimi tanınan bazara aparmışdır. Orada balıq satan zaman təsadüfən bir nəfər orta yaşlı kişi cinsli şəxslə tanış olmuş, həmin şəxs ondan balıq almışdır. Aralarında olan söhbət əsnasında həmin şəxsə narkotik vasitə və psixotrop maddə istifadə etdiyini bildirmişdir. Həmin tanımadığı şəxs də narkotik vasitə və psixotrop maddə istifadəçisi olduğunu demişdir. Həmin şəxsdən şəxsi istifadəsi üçün narkotik vasitə olan “kakos”, tiryək, metadon və “patı” istəmişdir. Aralarında olan razılaşma əsasında həmin şəxs onun dediklərini əldə edə biləcəyini bildirib getmişdir. Təxminən 1 saat sonra həmin şəxs bazarda onun yanına gəlib istədiklərini gətirdiyini bildirmişdir. Özünə məxsus 1 ədəd elektron tərəzini də həmişə üzərində götürmüşdür ki, kimdənsə əldə etdiyi narkotik vasitə və psixotrop maddəni tərəzidə çəkib alsın. Həmin elektron tərəzini də Bakı şəhəri, Qaradağ rayonunda mağazalardan birindən almışdır. Bazarda həmin tanımadığı şəxslə görüşən zaman aralarında olan razılaşmaya əsasən həmin şəxs ona 1 ədəd qırmızı rəngli torbada içərisində hal-hazırda dəqiq çəkisini xatırlamadığı çəkidə 1 ədəd bükümdə “kakos”, 8 ədəd bükümdə narkotik vasitə tiryək, 2 ədəd bükümdə “patı”, 41 ədəd metadon həbi vermişdir. Əvəzində isə həmin şəxsə 1.300 manat pul vermişdir. Həmin bükümləri də əynində olan sarı rəngli gödəkcəsinin sağ yan cibinə qoymuşdur. Qalan balıqları da “Keşlə bazarında” satdıqdan sonra yaşadığı ünvana geri qayıtmışdır. 11 aprel 2022-ci il tarixdə, saat 11.50 radələrində Sahil qəsəbəsi, Stansiya Qaradağ adlanan ərazidə yerləşən yaşadığı nömrəsiz fərdi yaşayış evinin yaxınlığında piyada hərəkət edən zaman 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşıb vəsiqələrini göstərməklə özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər. Narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu ona izah edib şəxsiyyəti barədə soruşduqda özünü onlara təqdim etmişdir. Bundan sonra polis əməkdaşları onu Qaradağ RPİ-nə dəvət etmişlər. Etiraz etməyib həmin mülki geyimli polis əməkdaşları ilə birlikdə Qaradağ RPİ-nə gəlmişdir. Polis İdarəsində inzibati binada xidməti otaqların birində təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Vəkil dəvət edilmiş, hüquq və vəzifələri izah edildikdən sonra həmin polis əməkdaşlarının iştirakı ilə üzərində şəxsi axtarış keçiriləcəyi izah edilmişdir. Bundan sonra təhqiqatçı təklif etmişdir ki, üzərində qanunsuz hər hansı bir əşya yaxud predmet varsa təqdim edib masanın üzərinə qoysun. Bu zaman 9 aprel 2022-ci il tarixdə Bakı şəhəri, “Keşlə bazarı” adlanan bazarda tanımadığı şəxsdən 1.300 manat pul müqabilində aldığı və içərisində narkotik vasitələr və psixotrop maddə olan 1 ədəd qırmızı rəngli torbanı əynində olan sarı rəngli gödəkcəsinin sağ yan cibindən çıxarıb masanın üzərinə qoymuşdur. Həmin torba açılmış və içərisindən 1 ədəd bükümdə “kakos”, 8 ədəd bükümdə narkotik vasitə tiryək, 2 ədəd bükümdə “patı”, 41 ədəd metadon həbi, 1 ədəd elektron tərəzi aşkar edilmişdir. Həmin bükümlərin içərisindəkinin nə olduğu və haradan, kimdən əldə etdiyi soruşulduqda kimdən və neçəyə əldə etdiyini onlara bildirmişdir. Bundan sonra üzərində şəxsi axtarış davam etdirilmişdir. Əynində olan şalvarının sağ yan cibindən özünə məxsus içərisində ***-***-**-** simkart nömrəsi olan 1 ədəd “Samsung” markalı mobil telefon və özünə məxsus 20 manat pul əskinası aşkar edilmişdir. Həmin pul əskinası təhvil verilmiş, mobil telefon isə sübut əhəmiyyətli olduğundan götürüləcəyi deyilmişdir. Bundan sonra üzərindən aşkar edilmiş 1 ədəd qırmızı rəngli torbanın içərisində olan bükümlərdə narkotik vasitələr və psixotrop maddə, 1 ədəd elektron tərəzi 1 ədəd zərfdə qablaşdırılmış və möhürlənmişdir. Şəxsi axtarış barədə protokol tərtib edilib o, vəkil və digər polis əməkdaşları tərəfindən zərf və protokol imzalarla təsdiq edilmişdir. İbtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində verdiyi ilkin ifadəsində və şübhəli şəxs qismində verdiyi izahatında səhv qeyd etmişdir. Hal-hazırda verdiyi ifadənin əsas götürülməsini xahiş edir. Üzərindən aşkar edilərək götürülmüş narkotik vasitələri və psixotrop maddəni aldığı şəxsin şəxsiyyəti barədə heç bir məlumatı yoxdur. Həmin şəxsin narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması barədə və həmin malları haradan əldə etməsi barədə heç bir məlumatı yoxdur. Həmin şəxslə təsadüfən söhbət edən zaman narkotik vasitə və psixotrop maddə istifadəçisi olduğunu bildikdə şəxsi istifadəsi üçün narkotik vasitələr və psixotrop maddə istəmişdir. Polis əməkdaşları onu yaşadığı evin yaxınlığında piyada hərəkət edən zaman tutmuşlar. 051 441 00 71 saylı mobil nömrə ona məxsusdur, onun istifadəsində olmuşdur. Ona məxsus mobil nömrəyə sms mətnləri göndərən nömrə sahiblərini tanımır, sms mətnlərinin məzmununu xatırlamır. Tanımadığı şəxsdən aldığı müxtəlif növ narkotik maddə bükümlərini 1 ədəd qırmızı rəngli torbada saxlamışdır. Narkotik vasitə və psixotrop maddə alarkən çəkisində aldanmamaq üçün elektron tərəzidən istifadə etmişdir. Üzərindən aşkar olunan bükümləri “Keşlə bazarında” tanımadığı şəxsdən almışdır. Heç vaxt narkotik vasitə və psixotrop maddə satışı ilə məşğul olmamışdır. Narkotik vasitələri və psixotrop maddəni yalnız şəxsi istifadəsi üçün əldə edərək üzərində saxlamışdır. Üzərində şəxsi axtarış keçirilən zaman videoçəkilişdən istifadə olunmuşdur. Tutulanadək balıq satışı ilə məşğul olmuşdur. Polis əməkdaşları tərəfindən ona qarşı heç bir fiziki və psixi təsir göstərilməmişdir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə tam təqsirli olması məhkəmə istintaq zamanı qismən etirafedici ifadəsi ilə yanaşı aşağıdakı sübutlarla da öz təsdiqini tapmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, DİNnin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 11 aprel 2022ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Stansiya Qaradağ adlanan ərazidə yerləşən nömrəsiz fərdi yaşayış evində yaşayan Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib Bakı şəhəri, Qaradağ rayonu ərazisində qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əldə olunmuş məlumatı yoxlamaq məqsədi ilə həmin gün saat 11:50-də Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Stansiya Qaradağ adlanan ərazidə yerləşən yaşadığı nömrəsiz fərdi yaşayış evinin yaxınlığında piyada hərəkət edərkən Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid2la birlikdə şifahi məlumata əsasən məlum olmuş şəxsə yaxınlaşaraq özlərini təqdim etmiş və həmin şəxsin şəxsiyyətini soruşduqda, o özünün Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Bundan sonra onu şübhəli şəxs qismində Qaradağ rayon Polis İdarəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etmədən onlarla birlikdə Qaradağ RPİ-nə gəlmişdir. RPİ-də təhqiqatçı Y.Vahabov tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqdan sonra xidməti otaqda onun, əməliyyat müvəkkili Şahid2 və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan gödəkcənin sağ yan cibindən 1 ədəd bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə olan heroinə bənzər kütləni, 8 ədəd bükümdə tünd qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə olan tiryəkə bənzər kütləni, 2 ədəd bükümdə ağ rəngli, kristalşəkilli psixotrop maddə hesab edilən metafetaminə bənzər kütləni, 41 ədəd narkotik vasitə hesab edilən metadon həblərinə bənzər kütləni və 1 ədəd elektron tərəzini təqdim edərək masanın üzərinə qoymuşdur. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış davam etdirilmiş və əynində olan şalvarın sağ yan cibindən içərisində ***-***-**-** simkart nömrəsi olan 1 ədəd “Samsung” markalı mobil telefon və 20 manat pul aşkar edilmişdir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış davam etdirilsə də, qeyd etdiklərindən başqa hər hansı bir predmet və ya əşya aşkar edilməmişdir. Bundan sonra şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi kütlələr elektron tərəzinə çəkilmiş və elektron tərəzi ilə birlikdə 1 ədəd zərfdə qablaşdırılaraq DİN-nin 7 saylı möhür ilə möhürlənmiş, zərfin üzəri bütün iştirakçılar tərəfindən imza edilmişdir. İş üzrə əhəmiyyət kəsb etdiyindən 1 ədəd “Samsung” markalı mobil telefon bu barədə Təqsirləndirilən şəxs izah verildikdən sonra götürülmüş, 20 manat pul isə Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Təqsirləndirilən şəxsi yaşadığı evin yaxınlığında tutmuşlar. Təqsirləndirilən şəxs 2 nəfər yaxınlaşmışlar. Təqsirləndirilən şəxs tutulan zaman onlara müqavimət göstərməmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir fiziki və psixi təsir göstərilməmiş, şəxsi axtarış zamanı videoçəkilişdən istifadə edilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid3 ifadəsində göstərmişdir ki, ünvan 3 ünvanında qeydiyyatda olmaqla Sahil qəsəbəsi, Ş.Əsgərov küçəsi bina 5, mənzil 89 ünvanında faktik olaraq yaşayır. Azərbaycan dilində oxumağı və yazmağı bacarır. Səhhəti ilə bağlı problemi yoxdur, ifadəsinin müstəntiq tərəfindən kompüter vasitəsilə yazılmasına heç bir etirazı yoxdur. Cinayət işinin materialları ilə tanış olmuşdur. Belə ki, əvvəllər dəfələrlə həm oğurluq cinayətinə görə, həm də narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə məhkum olunmuşdur. Özü də bir neçə dəfə narkotik vasitə olan marixuana istifadə etmiş, hal-hazırda isə narkotik vasitə istifadə etmir. Təqsirləndirilən şəxs kiçikliyindən tanıyır. Bundan başqa onunla heç bir qohumluq münasibəti, düşmənçiliyi və ədavəti olmamışdır. xx.xx.2021-ci il tarixdə, saat 23:29:51-da istifadə etdiyi +994 50 *** ** ** saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadə etdiyi +994 51 *** ** ** saylı mobil nömrəyə yazılmış “Menem şükür 10 manatim var birdene şey düz qoş elemeh olar qaqa” məzmunlu sms mətnini xatırlayır. Belə ki, həmin vaxt şəxsi istifadəsi üçün Eldənizdən narkotik vasitə olan marixuana istəmişdir. Aralarında olan razılaşmaya əsasən Qaradağ rayonu, Sahil qəsəbəsi ərazisində hal-hazırda dəqiq xatırlamadığı yerdə görüşüb ondan almışdır (cild 1, iş vərəqə 119-120). Cinayət işinin materiallarında olan “şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması” və “DVD diskə baxış keçirilməsi” haqqında protokollardan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Bundan sonra təhqiqatçı Y.X26 Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1, əməliyyat müvəkkili, polis kapitanı Şahid2, müdafiəçi X2 iştirakları ilə Təqsirləndirilən şəxs sorğu-sual etmişdir. Təhqiqatçı Y.Vahabov şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində qeyriqanuni əşya(lar) yaxud hər hansı predmet varsa könüllü təqdim etməyi təklif etmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs əynində olan gödəkcənin sağ yan cibindən 1 ədəd bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə olan heroinə bənzər kütləni, 8 ədəd bükümdə tünd qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə olan tiryəkə bənzər kütləni, 2 ədəd bükümdə ağ rəngli, kristalşəkilli, psixotrop maddə hesab edilən metafetaminə bənzər kütləni, 41 ədəd narkotik vasitə hesab edilən metadon həblərinə bənzər kütləni və 1 ədəd elektron tərəzini təqdim edərək masanın üzərinə qoymuşdur. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan şalvarın sağ yan cibindən içərisində ***-***-**-** simkart nömrəsi olan 1 ədəd “Samsung” markalı mobil telefon və 20 manat olan pul aşkar edilmişdir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış davam etdirilsə də, yuxarıda qeyd olunanlardan başqa hər hansı bir predmet və ya əşya aşkar edilməmişdir. Bundan sonra şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi kütlələr elektron tərəzidə çəkilmiş və elektron tərəzi ilə birlikdə 1 ədəd zərfdə qablaşdırılaraq DİN-nin 7 saylı möhür ilə möhürlənmiş, zərfin üzəri bütün iştirakçılar tərəfindən imza edilmişdir. İş üzrə əhəmiyyət kəsb etdiyindən 1 ədəd “Samsung” markalı mobil telefon bu barədə Təqsirləndirilən şəxs izah verildikdən sonra götürülmüşdür. 20 manat pul isə şəxsin özünə geri qaytarılmışdır. Şübhəli şəxs Təqsirləndirilən şəxs sorğu-sual zamanı təqdim etdiyi kütlələrin və elektron tərəzinin özünə məxsus olduğunu, həmin kütlələri tanıdığı İran İslam Respublikasının vətəndaşı “Abbas” adlı şəxsdən 1.300 manata 2 gün əvvəl Qaradağ rayonu ərazisində şəxsi istifadəsi üçün aldığını, heç kimə narkotik maddə satmadığını, əvvəllər məhkum olduğunu, başqa heç yerdə narkotik maddə saxlamadığını, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Qeyd edilən istintaq hərəkətləri Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 tərəfindən mobil telefon vasitəsilə videolentə alınmışdır. Bundan sonra həmin büküm iştirakçıların qarşısında 1 ədəd zərfə qoyularaq qablaşdırılmış və hər biri tərəfindən imzalarla təsdiq edilmişdir. 11 aprel 2022-ci il tarixdə Təqsirləndirilən şəxs oğlunun üzərində keçirilmiş şəxsi axtarış və götürmə hərəkətləri bir ədəd DVD diskin yaddaşına yazılmışdır. Buna görə də cinayət işinin materiallarına əlavə edilmiş 1 ədəd DVD disk sübut növü kimi qiymətləndirilməlidir (cild 1, iş vərəqə 29-31 və 101-102). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 11 aprel 2022-ci il tarixli 6/2029 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №7” dairəvi möhür əksləri olan “Təqsirləndirilən şəxs üzərindən...” sözləri, soyad və imzalar qeyd edilmiş 1 ədəd zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi 1,630 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 5,790 qram, 1,255 qram, ümumi təmiz çəkisi 7,045 qram olan ağ rəngli kristallik formada maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metafetamindir, 8 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkisi 0,391 qram, 9,615 qram, 5,009 qram, 4,695 qram, 4,897 qram, 0,422 qram, 0,410 qram, ümumi təmiz çəkisi 30,336 qram olan tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir, üzərlərində “Methadone 40” göstəriciləri olan konvalyutda və konvalyut kəsiklərində ümumilikdə 41 ədəd qəhvəyi rəngli, dairəvi formalı həblər narkotik vasitə metadondur, 41 ədəd metadonun təsir maddəsinin ümumi miqdarı 1,64 qram (1 ədəd həbdə 0,04 qram) təşkil edir. Təqdim edilmiş 1 ədəd gümüşü rəngli elektron tərəzidə narkotik vasitə olan heroinin izləri vardır. Heroin iz şəklində olduğu üçün çəkisini müəyyən etmək və digər bükümdə olan heroin ilə müqayisəli tədqiqat aparılması mümkün deyildir (Qeyd: tiryəkin ümumi təmiz çəkisi 30,336 qram, cəmi tədqiqata sərf edildi 0,4 qram, qalıq 29,336 qram, metafetaminin ümumi təmiz çəkisi 7,045 qram, cəmi tədqiqata sərf edildi 0,1 qram, qalıq 6,945 qram, heroinin ümumi təmiz çəkisi 1,630 qram, cəmi tədqiqata sərf edildi 0,05 qram, qalıq 1,580 qram, metadon ümumi həb 41 ədəd, cəmi tədqiqata sərf edildi 6 ədəd həb, qalıq 35 ədəd həb, cild 1, iş vərəqə 38-41). Cinayət işinin materiallarında olan “telefon danışıqları ilə bağlı diskə baxış keçirilməsi” haqqında protokoldan görünür ki, 1 iyun 2022-ci il tarixli 9500 nömrəli Azərcell MMC-dən daxil olmuş məktuba əlavə edilmiş 1 ədəd diskə baxış keçirilmiş, baxış zamanı iş üçün əhəmiyyət kəsb edən SMS mətnlərinin surəti çıxarılaraq protokola əlavə edilmişdir. Həmin SMS mətnləri aşağıdakılardan ibarətdir: - 04.11.2021-ci il tarixdə, saat 00:06:48-də +994 70 *** ** ** saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadə etdiyi +994 51 *** ** ** saylı mobil nömrəyə yazılmış sms mətni “EUw Gelir em Bayaqkı Yer e Emanetleri Qaytarıram, X22 X49 X32 Daniwmiwdiqki 3-4 X58 Buda Hamisi UnduJncime X59 Deyilem,gelim Daniwariq” - 4.11.2021-ci il tarixdə, saat 01:18:28-də +994 70 *** ** ** saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadə etdiyi +994 51 *** ** ** saylı mobil nömrəyə yazılmış sms mətni: “X53 X12 Sonra Sondurursen,bawdan X44 M alim Yoxduda,menide Avara Qoymusan,zeng X50 X3 X40 X16 X33 X64 X8 X27 Verersen,hecne X23 Kimi Keçdi,1 saata Gelecem” - 04.11.2021-ci il tarixdə, saat 18:27:14-də +994 70 *** ** ** saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadə etdiyi +994 51 *** ** ** saylı mobil nömrəyə yazılmış sms mətni: “25 Manatimiz Sendedi 20 Yox 2 X9 X54 X34 Wey Cekmiwem 100 X10 X35 X13 Bawundan Edirsen,zengde X14 X28 X45 unda Ozunde Var V ilir em D ur gel indi X41” - 06.11.2021-ci il tarixdə, saat 02:56:30-də +994 70 *** ** ** saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadə etdiyi +994 51 *** ** ** saylı mobil nömrəyə yazılmış sms mətni: “X51 X29 X11 Meni” - 06.11.2021-ci il tarixdə, saat 05:14:38-də +994 70 *** ** ** saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadə etdiyi +994 51 *** ** ** saylı mobil nömrəyə yazılmış sms mətni: “Eliw men 100 manati sene verende sen malin hamisini verseydun. Men rahat oturardim evimde. cixdim qaradaqa gelim malivi qaytarim pulu goturum karoci evden cixdim tutuldum elimdekilerinide cox cetinlikle tulladim amma tapdilar yerden subut ede bilmedilerki men atmiwam cunki men mawinin kamera duwmuyen terefinde atdim altına Bawqasi olsaydi senin yerive men tezeden o mali vastanavit eletdirerdim sen esgik vermeseydin men oturardim evimde. Anlad un?” - 07.11.2021-ci il tarixdə, saat 18:48:43-də, +994 70 *** ** ** saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadə etdiyi +994 51 *** ** ** saylı mobil nömrəyə yazılmış sms mətni: “X42 X36 X18 X19 X30 Elimden Cixdiy” - xx.xx.2021-ci il tarixdə, saat 23:29:51-də +994 50 *** ** ** saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadə etdiyi mobil nömrəyə yazılmış sms mətni: “**********71JMenem şükür 10 manatim var birdene şey düz qoş elemeh olar qaqa" - 14.11.2021-ci il tarixdə, saat 21:38:50-də +994 70 *** ** ** saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadə etdiyi +994 51 *** ** ** saylı mobil nömrəyə yazılmış sms mətni: “X55 Axi Burda 05 X20 05-di Ceki Gelir,03 X37 Yaxwi Bilirsen,02 X38 X46 X43 Meni Gozduyur35 X31 M alimi X60 X61 Yalan Daniwirsan.X62 X63 X7 Olda.!99 - 15.11.2021-ci il tarixdə, saat 07:37:35-də +994 70 *** ** ** saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadə etdiyi +994 51 *** ** ** saylı mobil nömrəyə yazılmış sms mətni: “X47 X52 X21 X39 X56 Goturum" - 5.12.2021-ci il tarixdə, saat 00:52:06-də +994 55 *** ** ** saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadə etdiyi +994 51 *** ** ** saylı mobil nömrəyə yazılmış sms mətni: “baba X57 X6 X65 X66 Gotre Blmedim" - 06.01.2022-ci il tarixdə, saat 19:34:15-də, +994 70 *** ** ** saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadə etdiyi +994 51 *** ** ** saylı mobil nömrəyə yazılmış sms mətni: “X51 kola var undu" - 05.02.2022-ci il tarixdə, saat 20:54:59-də +994 70 *** ** ** saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadə etdiyi +994 51 *** ** ** saylı mobil nömrəyə yazılmış sms mətni: “EH 25 eliyirem qaqa boy rune bir az qend atsan zor olar" - xx.xx.2022-ci il tarixdə, saat 23:58:53-də +994 55 *** ** ** saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadə etdiyi +994 51 *** ** ** saylı mobil nömrəyə yazılmış sms mətni: “Yarim dene vermeliydin OT isdiyirem"Yuxarıda göstərilənləri nəzərə alaraq, cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqə 117-118). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X24 Şəxsi Ambulator X1 13 iyun 2022-ci il tarixli 3204 nömrəli rəyinin nəticə hissəsində göstərilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin və kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür (cild 1, iş vərəqə 143-144). Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət işinin materiallarından görünür ki, 11 aprel 2022-ci il tarixli protokolla Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və təhqiqatdan sonra qalıq çəkisi 29,336 qram olan narkotik vasitə tiryək, 6,945 qram olan psixotrop maddə metafetamin, 1,580 qram olan narkotik vasitə heroin və 35 ədəd olan narkotik vasitə metadon həbləri maddi sübut kimi tanınaraq Bakı şəhəri Qaradağ RPİ-nin maddi sübutların saxlanılması kamerasına təhvil verilmiş, "xxxx" MMC-dən daxil olmuş məktuba əlavə edilmiş 1 ədəd disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqə 149-162). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ rayon məhkəməsinin 14 dekabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur (cild 1, iş vərəqə 83-93). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinin tələbinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residiv müəyyən edilən zamanı nəzərə alınmır. Yuxarıda qeyd olunan normanın tələbinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ rayon məhkəməsinin 14 dekabr 2021-ci tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza olduğuna görə residiv müəyyən edilən zamanı nəzərə alınmamalıdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı Şəhər Probasiya İdarəsinin 1 iyul 2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ rayon məhkəməsinin 14 dekabr 2021-ci tarixli hökmü ilə ona təyin edilmiş 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının 12 aprel 2022-ci il tarixə kimi 24 (iyirmi dörd) gününü çəkmiş və çəkilməmiş 1 (bir) il 11 (on bir) ay 2 (iki) gün cəzası qalmışdır (cild 2). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinin tələbinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1 və 68.1.1-1-ci maddələrinin tələbinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulur. Məhkəmə hesab edir ki, Bakı şəhəri Qaradağ rayon məhkəməsinin 14 dekabr 2021-ci tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 1 (bir) il 11 (on bir) ay 2 (iki) gün hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1 və 68.1.1-1 maddələrinin tələblərinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla 11 (on bir) ay 16 (on altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinin tələbinə əsasən ona hökmlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. O həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrində nəzərdə tutulan cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 11 aprel 2022-ci il tarixdə tutulmuşdur (cild 1, iş vərəqə 25). Cinayət işinin materiallarında olan Bakı şəhəri Qaradağ rayon məhkəməsinin 12 aprel 2022-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 11 aprel 2022-ci il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 76-79). Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinin tələbinə əsasən “ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Bu normaların tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 11 aprel 2022-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 92 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Qaradağ RPİ-nin maddi sübutarın saxlama kamerasında saxlanılan təhqiqatdan sonra qalıq çəkiləri 29,336 qram olan narkotik vasitə tiryək, 6,945 qram olan psixotrop maddə metafetamin, 1,580 qram olan narkotik vasitə heroin və 35 ədəd olan narkotik vasitə metadon həbləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli; -"xxxx" MMC-dən daxil olmuş 1 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 197, 198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Bakı şəhəri Qaradağ rayon məhkəməsinin 14 dekabr 2021-ci tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 1 (bir) il 11 (on bir) ay 2 (iki) gün hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1 və 68.1.1-1 maddələrinə əsasən 11 (on bir) ay 16 (on altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilsin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən həmin cəza hazırkı hökmlə təyin olunmuş cəza ilə qismən birləşdirilməklə Təqsirləndirilən şəxs qəti olaraq 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 11 aprel 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 92 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Qaradağ RPİ-nin maddi sübutarın saxlama kamerasında saxlanılan təhqiqatdan sonra qalıq çəkiləri 29,336 qram olan narkotik vasitə tiryək, 6,945 qram olan psixotrop maddə metafetamin, 1,580 qram olan narkotik vasitə heroin və 35 ədəd olan narkotik vasitə metadon həbləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, -"xxxx" MMC-dən daxil olmuş 1 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar