Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1374/2023 12.09.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, X1 və Ağalı Amil Əlabbas oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X3 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx xxxx 1989-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, X10 Massivi, ev 1, mənzil 213-də qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, 25 yanvar 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 27 yanvar 2023-cü il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs şəxsiyyəti naməlum İran İslam Respublikası (bundan sonra - İİR) vətəndaşı olması ehtimal olunan «İyrəc» adlı şəxslə cinayət əlaqəsinə girib, qabaqcadan əlbir olan bir qrup şəxs halında, qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə etmə, saxlama, daşıma və satması barədə razılığa gəlib, həmin cinayətin həyata keçirilməsi üçün şəxsiyyəti naməlum İİR vətəndaşı olması ehtimal olunan «İyrəc» adlı şəxsdən, ona bildirəcəyi ünvanlara, digər naməlum şəxslərə çatdırmaq məqsədilə naməlum vaxtda və ünvandan qanunsuz olaraq ümumi təmiz çəkisi 1022,975 qram külli miqdarda qurudulmuş marixuana narkotik vasitəsini, təmiz çəkisi 3,748 qram olan külli miqdarda heroin narkotik vasitəsini və təmiz çəkisi 4,915 qram olan külli miqdarda metamfetamin psixotrop maddəsini əldə edib üzərində saxlayaraq yaşadığı ünvan 1 ünvana qədər daşımış, bundan sonra təmiz çəkisi 1010,0 qram olmaqla külli miqdarda qurudulmuş marixuana narkotik vasitəsini evində gizlədərək saxlamış, təmiz çəkisi 12,975 qram olan qurudulmuş marixuana narkotik vasitəsmini, təmiz çəkisi 3,748 qram olan külli miqdarda heroin narkotik vasitəsini və təmiz çəkisi 4,915 qram olan külli miqdarda psixotrop maddə metamfetamini satış məqsədilə üzərində saxlayaraq yaşadığı evin yaxınlığına qədər daşımış, onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq satış məqsədilə əldə etməsi, saxlaması və daşıması barədə Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinə (bundan sonra - BNMİ) daxil olmuş məlumat əsasında həmin idarənin əməkdaşları tərəfindən müvafiq qaydada keçirilmiş əməliyyat tədbirləri nəticəsində 25 yanvar 2023-cü il tarixdə, saat 20 radələrində qeyd edilən ünvanda saxlanılıb BNMİ-yə gətirilmiş və üzərində şəxsi axtarış və götürmə aparılarkən əynində olan tünd göy rəngli şalvarın sol yan cibindən bir ədəd sellofanda təmiz çəkisi 12,975 qram narkotik vasitə qurudulmuş marixuana, bir ədəd bağlamada təmiz çəkisi 3,748 qram külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və təmiz çəkisi 4,915 qram külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan sonra əməliyyat tədbirlərinin davamı olaraq yaşadığı ünvan 1-ə baxış keçirilərkən, evin saxlanc otağında, qutuların üstündə, bir ədəd sellofan paketin içindən, bir qədər əvvəl üzərində axtarış keçirilərkən aşkar edilmiş təmiz çəkisi 12,975 qram narkotik vasitə qurudulmuş marixuana ilə tərkibinə görə eyni olan külli miqdarda təmiz çəkisi 1010,0 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür, yəni qeyd olunan bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs münasibətdə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, araşdırılan mötəbər və təkzibedilməz sübutlarla onun qabaqcadan əlbir olan bir qrup şəxs kimi satış məqsədilə qanunsuz olaraq külli miqdarda qurudulmuş marixuana, heroin narkotik vasitələrini və metamfetamin psixotrop maddəsini əldə etməsi, üzərində gəzdirməsi, daşıması və saxlaması, yəni Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tam təsdiq edilmişdir. Belə ki, cinayət işinə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Sədərəkdə kitab dükanında fəhlə işləmiş, 600 manat məvacibi olmuş və taksi sürmüşdür. İstifadəsində olan “nar” mobil nömrəsini satmaq istəmiş və bu adla ona zəng olunmuşdur. Axşamtərəfi saat 5-6 radələrində Zabrat kruquna (burada: dairəsinə), marketin qarşısına getmiş, ona nömrə satan şəxsə zəng edib çatdığını bildirmişdir. Maşının yanında dayandığı vaxt 4-5 nəfər ona yaxınlaşıb, onu döyə-döyə öz maşınına mindirmişlər. Ona Nərimanovdan marixuana götürdüyü bildirilmiş, o da təsdiqləmişdir. Telefonu tələb olunmuş, o da telefonunu vermişdir. Telefonuna baxa-baxa ondan marixuananın harada olduğu soruşulmuş, o isə həmin marixuananın evdə olduğunu söyləmişdir. Sonra onu onun telefonuna göndərilmiş “konuma”, yəni konum atanın olduğu yerə aparılmışdır. Onu saxlayanların polis olmalarını danışıqlarından öyrənib bilmişdir. Onun maşını Kürdəxanı kəndinə sürülmüş və ordan 5 qram adı ilə əlavə narkotik götürmüşlər. Götürülən narkotikin nə olduğu soruşulduqda o, “bilmirəm, mən yalnız marixuana çəkirəm” cavabını vermişdir. Sonra o, özündə olan marixuananı polisə təhvil vermişdir. Nə qədər olması soruşulduqda o, bilmədiyini demişdir. Narkotik vasitə və psixotrop maddəni tərəzidə çəkdiklərini xatırlamasa da, soruşduqda 5 qram olduğunu demişlər. Narkotik vasitə və psixotrop maddədən başqa cibinə qoyulan açarı da çıxarıb təqdim etmiş, lakin nə açarı olduğunu o, bilməmişdir. Ona məxsus «Xiomi-Note 5» markalı, ***-***-**-** nömrəli telefonu da, ***-***-**-** nömrəli telefonu da üstündə olmuş, həmin telefonlar da götürülmüş, telefonları zərfin içərisinə qoyulmuşdur. Lakin möhürləyibmöhürləmədiklərini yadında qalmamışdır. Nəticədə protokol yazılmış və ona həmin protokolu imzalatmışlar. İlk dəfə hakimin qarşısına çıxanda ona digər narkotiklərin adını çəkmədən 4 ay həbs verilmişdir. 4 aydan sonra müstəntiq istintaq təcridxanasına gəlmiş və imza çəkdiyi vərəqələri oxumağa icazə vermədən, ona narahat olmamağı tapşırıb, imzanı çəkməsini demiş, o da inanıb, sənədlərə imza atmışdır. Sənədlərdə 1 kq 10 qr. nəşə və əlavə şeylər də yazıldığını sonradan öyrənib bilmişdir. Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, Nərimanovdan götürdüyü narkotik vasitə marixuana olmuşdur. Belə ki, İrəc adlı İran vətəndaşından istifadəsi üçün hər ay 20-30 qr. olmaqla bir qramını 7 manatdan almışdır. Sonuncu dəfə İrəc ona təxminən 400 qram qaldığını, orda götürəsi heç kimin olmadığını demiş və gedib onun özünün götürməsini və bir yerə aparmasını istəmiş, lakin o, gecə gedə bilməyəcəyini, tutulacağından qorxduğunu demişdir. Belə olduqda İrəc gedib götürməyi ondan xahiş etmiş və ona 200 qram pay verəcəyini demiş, qalan 200 qramın pulunu isə hissə-hissə verəcəyini ona güzəşt etmişdir. O, heç vaxt o miqdarda nəşə almamış, amma bu dəfə İrəc gedib onu götürməsini sadəcə xahiş etmişdir. O, 400 qram marixuananı götürəndə qabaqcadan ödəniş etməmiş, tutulana kimi isə kart vasitəsilə ödəniş etmişdir. İrəcin dediyi narkotiki götürüb onun dediyi ünvana aparmaqda onun özünün heç bir marağı olmamış, bunu etmək istəməmiş, sadəcə İrəc çox dirəşmiş və xahiş etmişdir. Əvvəllər İrəcin ondan belə bir xahişi olmamışdır. Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, saxlanılarkən onun özünün üzərində heç nə olmamış, heç vaxt heroindən və metamfetamindən istifadə etməmişdir. Lakin videoçəkilişdən qabaq polislər narkotiki və bir ədəd də açarı gətirib onun cibinə qoymuş və narahat olmamasını demişlər. Sonra cibindən çıxarıb təqdim etməyi, ondan ona qarşı zor tətbiq olunub-olunmması soruluşulacağı təqdirdə, «xeyr» cavabını verməsi tələb olunmuşdur. O da videoçəkiliş zamanı narkotik vasitəni çıxarıb, İran vətəndaşının harasa qoymaq üçün göndərdiyini, müəyyən miqdarını da öz istifadəsi üçün götürdüyünü qeyd etmiş, göndərilənin öz istifadəsi üçün olan hissəsini isə hələ ayırmadığını bildirmişdir. Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, Polis İdarəsində evinə gedib çəkiliş edəcəklərini, marixuananı götürəcəklərini dedikdə o, marixuananın harada olduğunu soruşmuş, cavabında ona narahat olmaması, evlərində olduğu bildirilmişdir. Evlərinə baxış keçirilərkən saat 7-nin yarısı olmuşdur. Həyətə girəndə evdə ancaq atası olmuş, o, gedib qayıdanda isə hamı evdə olmuşdur. Evə baxış keçirilən zaman orda olmuş, evdən götürülən marixuana isə ona göndərilən marixuana olmuşdur. Çəkiliş edərkən heç kimdən icazə almamışlar. Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, polislər onu tutan kimi qulağını partlatmış, çənəsi 8 gün işləməmişdir. İlk məhkəmədə barəsində həbs qətimkan tədbiri seçilərkən polis əməkdaşları tərəfindən ona qarşı edilmiş təsir və təzyiqlər, göstərilən fiziki zor, yetirilmiş xəsarətlər barədə məhkəməyə heç nə dekməmiş, bu barədə ondan soruşan olmamışdır. Təcridxanada müayinədən keçirilmiş, baş nahiyəsində heç nə olmamış, dodağı iç tərəfdən yara olmuş, lakin İstintaq Təcridxanasına yerləşdirilərkən tibbi müayinə aparan həkimlərə və Təcridxana rəhbərliyinə heç bir məlumat verməmiş, heç bir orqana şikayət etməmişdir. Sonradan polis əməkdaşları tərəfindən bu qaydada tutulmağı və ona işgəncə verilməsi barədə heç bir dövlət orqanına şikayət verməmiş və valideynlərinə belə bu günə kimi qulağının birinin işləmədiyini deməmişdir. Təqsirləndirilən şəxs ifadəsinin yekununda göstərdi ki, üzərində narkotik vasitə və psixotrop maddə olmamış, marixuana isə 1 kq 30 qr. olmamışdır. Müstəntiq ona qarşı zor tətbiq etməmiş, qulağı ilə bağlı təzə getdiyi zaman həkimə demiş, o da narahat olmamasını, keçib gedəcəyini demişdir. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadəsi arasında müəyyən olunan ziddiyyətlərlə bağlı onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq olundu. Təqsirləndirilən şəxs tədqiq olunan həmin ifadəsində göstərmişdir ki, əvvəllər məhkum olunmamışdır. O, narkotik vasitə olan qurudulmuş marixuananın istifadəsi və satışı ilə məşğul olmuş, bu yolla pul qazanıb dolanmışdır. 25 yanvar 2023-cü il tarixdə, saat 20:00 radələrində, o, yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu, ev 1 ünvanının yaxınlığında idarə etdiyi “Hyundai Accent” markalı, **- SA-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında hərəkətdə olan zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq polis əməkdaşı olduqlarını demişlər. Polis əməkdaşları onun narkotik vasitələri qanunsuz olaraq üzərində saxlamağında şübhəli olduğunu bildirmişlər. Polis əməkdaşları onun barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış etdikdən sonra onu BNMİ-nin inzibati binasına dəvət etmişlər. Burada onun hüquqlarının müdafiə edilməsi məqsədi ilə vəkil dəvət edilmiş, ona hüquq və vəzifələri izah edilməklə buna dair bildiriş təqdim edilmişdir. Müdafiəçinin iştirakı ilə onun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı onun əynində olan tünd göy rəngli şalvarın sol yan cibindən 1 (bir) ədəd sellofanda içərisində açıq yaşıl rəngli spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuana kütləsini, 1 (bir) ədəd bağlamanın içərisində 1 (bir) ədəd bükümdə açıq qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə olan heroin kütləsini, 1 (bir) ədəd bükümdə ağ rəngli, kristal şəkilli, psixotrop maddə olan metamfetamin kütləsini masanın üzərinə qoymuşdur. Sonra onun üzərinə şəxsi axtarış keçirilmiş və əynindəki tünd göy rəngli şalvarın sağ yan cibindən 1 (bir) ədəd üzərində ***- ***-**-** sim kart nömrəsi olan “Xiaomi” markalı mobil telefon, 20 (iyirmi) manat pul, 1 (bir) ədəd özünə aid şəxsiyyət vəsiqəsi, 1 (bir) ədəd avtomobil açarı, 1 (bir) ədəd açar aşkar edilərək götürülmüşdür. Daha sonra şəxsi axtarış zamanı onun üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra onun təqdim etdiyi qurudulmuş marixuanaya bənzər, metamfetaminə bənzər, heroinə bənzər kütlələr elektron tərəzidə çəkilmiş, qurudulmuş marixuananın çəkisi 16 (on altı) qram, heroinin kütləsinin çəkisi 5 (beş) qram, metamfetamin kütləsinin çəkisi 5 (beş) qram olmuşdur. Sonra aşkar olunmuş həmin kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş, üzəri o, müdafiəçisi və təhqiqatçı tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 (bir) ədəd “Xiaomi” markalı mobil telefon və 1 (bir) ədəd şəxsiyyət vəsiqəsi bu barədə izah verildikdən sonra götürülmüşdür. 1 (bir) ədəd avtomobil açarı, 1 (bir) ədəd açar və 20 (iyirmi) manat pul isə onun özünə qaytarılmışdır. O, üzərindən aşkar olunmuş kütlələri İran vətəndaşı “İyrəc” adlı şəxsin vasitəsi ilə tutulmamışdan 5 (beş) gün əvvəl Bakı şəhəri Nərimanov rayonu ərazisində gizlədilmiş yerdən başqa şəxslərə çatdırmaq məqsədi ilə götürmüş, bunun müqabilində sonuncudan 200 (iki yüz) qram miqdarında marixuana alacağı nəzərdə tutulmuşdur. Narkotik vasitələri başqa şəxslərə satmamış və bağışlamamışdır. Üzərindən başqa yaşadığı ünvanda narkotik vasitələr olmuş, həmin evə və idarə etdiyi avtomobilə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etməmişdir. Aşkar edilmiş narkotik vasitələr özünə məxsus olmuş, daha əvvəl üzərinə baxış keçirilməmişdir. Ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilməmişdir. Daha sonra BNMİ-nin həyətində saxlanılmış ona məxsus avtomobilə baxış keçirilmişdir. O, avtomobilə baxış zamanı “Hyundai Accent” markalı 99-SA–431 dövlət qeydiyyat nişanlı avtomobildə narkotik vasitə saxlamadığını, avtomobilə baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Avtomobilə baxış keçirilmiş, qanunla qadağan edilmiş əşya, predmet və ya maddə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs tədqiq olunan həmin ifadəsində daha sonra göstərmişdir ki, avtomobilinə baxış keçirildikdən sonra onun yaşadığı ünvana getmişlər. Yaşadığı ünvanda atası onları qarşılamışdır. Onun atası da evə baxış keçirilməsinə etiraz etməmişdir. Daha sonra onun, atasının və müdafiəçisinin iştirakı ilə polis əməkdaşları evə baxış keçirmişlər. O, evə baxış zamanı evin saxlanc otağında olan qutuların üzərindəki 1 (bir) ədəd qara sellofan torbanın içərisindən, 1 (bir) ədəd bağlamada qurudulmuş marixuananı götürüb polisə təqdim etmişdir. Sonra həmin kütlə elektron tərəzidə çəkilmiş, qurudulmuş marixunanın çəkisi 1 (bir) kq. 32 qram (otuz iki qram) olmuşdur. Daha sonra həmin kütlə qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş, üzəri o, müdafiəçisi və təhqiqatçı tərəfindən imzalanmışdır. Sonra onun yaşadığı mənzilin digər hissələrinə baxış keçirilmiş, narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər aşkar edilməmişdir. Evə baxış zamanı aşkar olunmuş kütlə özünə məxsus olmuş, 5 (beş) gün əvvəl İran vətəndaşı “İyrəc” adlı şəxsin vasitəsi ilə Bakı şəhəri Nərimanov rayonu ərazisində gizlədilmiş yerdən götürmüşdür. Həmin narkotik vasitəni ayrı-ayrı şəxslərə çatdırmalı, bunun müqabilində İyrəc ona 200 (iki yüz) qram marixuana verməyi nəzərdə tutmuşdur. Təqsirləndirilən şəxs tədqiq olunan həmin ifadəsinin yekununda göstərmişdir ki, o, heç kimə narkotik vasitə satmamış və bağışlamamışdır. Aşkar olunmuş narkotik vasitədən atası daxil heç kimin xəbərinin olmamışdır. Yaşadığı mənzilə daha əvvəl baxış keçirilməmiş, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilməmişdir. Narkotik və psixotrop maddəni aldığı İran İslam Respublikasının vətəndaşının adının İyrəc olmasını bilsə də, onun başqa anket məlumatları barədə heç bir məlumatı olmamışdır. Saxlanılan zaman ona polis əməkdaşları tərəfindən heç bir təzyiq göstərilməmişdir. Onun istifadəsində ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələri olmuşdur (iş vərəqə: cild İ, səh. 91-94). Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Azərbaycan Respublikası DİN, BNMİ-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 ifadəsində göstərdi ki, 25 yanvar 2023-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozunda yaşamış Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması barədə BNMİ-nə etimad doğuran, qərəzsiz mənbədən məlumat daxil olmuşdur. O, Təqsirləndirilən şəxs şəxsiyyəti barədə məlumatları yoxlayaraq xx xxxx 1989-cu il tarixdə ünvan 2 ünvanında yaşadığını müəyyən etmişdir. O, daxil olmuş məlumatı həmin gün BNMİ-nin rəhbərliyinə məruzə edərək Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa olunması, cinayət başında yaxalanması üçün barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verilməsini bildirmişdir. Həmin tədbirə icazə verildikdən sonra o, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul etmiş və həmin qərar rəhbərlik tərəfindən təsdiq edilmişdir. BNMİ-nin 25 yanvar 2023-cü il tarixli əmri ilə Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün o, və idarənin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. Bundan sonra o, əməliyyat müvəkkili Şahid2lə birlikdə «Südçülük sovxozu»na getmişdir. Həmin gün saat 20 radələrində onlar Təqsirləndirilən şəxs «Südçülük sovxozu», ev 1 ünvanının yaxınlığında idarə etdiyi “Hyundai Accent” markalı, **-SA-*** dövlət qeydiyyat nişanlı avtomobilinin yanında olduğunu görmüşlər. Onlar Təqsirləndirilən şəxs orada saxlayaraq özlərini təqdim etmiş, Məsimə hüquq və vəzifələrini izah etmiş, külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olduğu üçün barəsində əməliyyat-axtarış tədbirləri həyata keçirdiklərini, üzərinə şəxsi axtarış keçiriləcəyini izah etmişlər. O, Şahid2lə birlikdə Məsimi avtomobili ilə birlikdə BNMİ-nin inzibati binasına aparmış, avtomobil isə idarənin həyətində saxlanılmışdır. X12 Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etmiş, müdafiə hüquqlarını təmin edərək şübhəli şəxs qismində tutmuşdur. Bundan sonra X12 Təqsirləndirilən şəxs üzərində müdafiəçisi X4 iştirakı ilə şəxsi axtarış aparmışdır. Şahid2 “Sony” markalı kamera ilə şəxsi axtarışın aparılmasını videoya çəkmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarın sol yan cibindən bir ədəd şəffaf sellofan torbacıqda narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütləni, bir ədəd bağlamanın içərisində bir ədəd bükümdə narkotik vasitə heroinə bənzər və bir ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlələri çıxarıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs üzəri yoxlanılarkən əynindəki şalvarının sağ yan cibindən bir ədəd mobil telefon, 20 manat pul, şəxsiyyət vəsiqəsi, avtomobilinin açarı və digər bir ədəd açar aşkar edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən başqa qanunsuz maddə aşkar edilməmişdir. Aşkar edilmiş kütlələr elektron tərəzidə çəkilmiş, marixuanaya bənzər kütlənin sellofan bükümü ilə birlikdə çəkisinin 16 qram, heroinə bənzər maddənin çəkisinin 5 qram və metamfetaminə bənzər maddənin çəkisinin 5 qram miqdarında olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş üç sayda kütlə X12 tərəfindən bir ədəd zərfdə qablaşdırılmış, zərfin açıq yeri yapışdırılmış və möhürlənmişdir. Zərfin üzərinə Təqsirləndirilən şəxs və müdafiəçisi imza çəkdikdən sonra təhqiqatçı tərəfindən götürülmüşdür. Bundan başqa iş üçün əhəmiyyət kəsb etdiyindən bir ədəd mobil telefon və şəxsiyyət vəsiqəsi X12 tərəfindən götürülmüşdür. Açarlar və 20 manat pul isə Təqsirləndirilən şəxs qaytarılmışdır. Təqsirləndirilən şəxs aşkar edilmiş kütlələrin marixuana, heroin və metamfetamin olduğunu, həmin maddələri tutulmamışdan beş gün əvvəl İran vətəndaşı İyrəc adı ilə tanıdığı şəxsdən Bakı şəhəri Nərimanov rayonu ərazisində gizlədilmiş yerdən götürüb başqa şəxslərə çatdırmaq üçün götürdüyünü, gördüyü işin müqabilində İyrəc adlı şəxsin ona 200 qram miqdarında marixuana verəcəyini bildirmişdir. Şahid qismində dindirilən Şahid1 ifadəsinin davamında göstərdi ki, şəxsi axtarışdan sonra Təqsirləndirilən şəxs yaşadığı evdə də narkotik vasitə saxladığını, avtomobilə və yaşadığı evə baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış başa çatdıqdan sonra X12 protokol tərtib etmiş və iştiraçılara oxumuşdur. O və digər iştirakçılar protokolun doğruluğunu imzaları ilə təsdiq etmişlər. Bundan sonra X12 BMCMİ-nin həyətində Təqsirləndirilən şəxs məxsus “Hyundai Accent” markalı, **-SA-*** dövlət qeydiyyat nişanlı avtomobilinə sonuncunun və müdafiəçisinin iştirakı ilə videoçəkiliş tətbiqi ilə baxış keçirmişdir. Baxış zamanı avtomobildən hər hansı bir narkotik vasitə, psixotrop maddə və ya qanunsuz əşya, predmet aşkar edilməmişdir. X12 protokol tərtib etmiş və iştiraçılara oxumuşdur. O və digər iştirakçılar protokolun doğruluğunu imzaları ilə təsdiq etmişlər. Şahid1 ifadəsinin davamında daha sonra göstərdi ki, bundan sonra onlar Təqsirləndirilən şəxs yaşadığı Ramana qəsəbəsi «Südçülük sovxozu» 1 ünvanına getmişlər. Məsim özü, həmçinin atası Allahverdi Həsənov ərizə yazaraq yaşadığı evə baxış keçirilməsinə etirazlarının olmadığını bildirmişdir. X6rın iştirakı ilə Məsimin yaşadığı evə baxış keçirən zaman otaqda qutunun üzərindən bir ədəd qara rəngli sellofan torba aşkar edilmişdir. Torbanın içərisində qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilmişdir. Həmin kütlənin çəkisi sellofan torba ilə birlikdə çəkilmiş və 1 kiloqram 32 qram olduğu məlum olmuşdur. Bundan başqa Məsimin yaşadığı evdən narkotik vasitə, digər qanunsuz əşya, predmet aşkar edilməmişdir. Aşkar edilmiş marixuanaya bənzər kütlə müvafiq qaydada qablaşdırılıb götürülmüşdür. Məsim aşkar edilmiş kütlənin marixuana olduğunu, həmin marixuananı da İyrəc adlı şəxsdən gizlədilmiş yerdən götürüb başqa şəxslərə çatdırmaq üçün yaşadığı evdə saxladığını, ailə üzvlərinin həmin marixuanadan xəbərinin olmadığını bildirmişdir. Bundan sonra Məsimin yaşadığı evə keçirilmiş baxış başa çatmışdır. X12 baxışın keçirilməsinə dair protokol tərtib etmiş və protokolun doğruluğunu imzası ilə təsdiq etmişlər. Şahid1 ifadəsinin yekununda göstərdi ki, Təqsirləndirilən şəxs ondan aşkar edilib götürülmüş qurudulmuş marixuananı, 3,748 qram miqdarında heroini və 4,915 qram miqdarında metamfetamini, yaşadığı evdən aşkar edilmiş 1010 qram miqdarında qurudulmuş marixuananı İran İslam Respublikasında yaşamış İyrəc adlı şəxsdən almışdır. İyrəc həmin maddələri qanunsuz yollarla Bakı şəhəri, Nərimanov rayonu ərazisində gizlətmiş, Məsim maddələrin yerini öyrənib satışını həyata keçirmək üçün götürmüş, üzərində və yaşadığı evdə saxlamışdır. Məsim şəxsiyyəti müəyyən edilməmiş İyrəc adlı şəxslə narkotik vasitə və psixotrop maddələrin satışını həyata keçirmək üçün qabaqcadan əlbir olmuşdur. Keçirilmiş tədbirlərin nəticəsində Məsimin külli miqdarda narkotik vasitə və psixotrop maddələrin satışını həyata keçirməsinin qarşısı alınmışdır. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Azərbaycan Respublikası DİN, BNMİ-inin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 Şahid1 ilə oxşar məzmunda ifadə verib sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etdi. Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş «şəxsi axtarış və götürmə aparılması haqqında» 25 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmiş, bundan sonra Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli şalvarın sol yan cibindən bir ədəd sellofanda içərisində açıq yaşıl rəngli spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni, bir ədəd bağlamanın içərisində bir ədəd bükümdə açıq qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə olan heroinə bənzər kütləni, bir ədəd bükümdə ağ rəngli kristal şəkilli psixotrop maddə olan metamfetaminə bənzər kütləni masanın üzərinə qoymuşdur. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan tünd göy rəngli şalvarın sağ yan cibindən bir ədəd üzərində ***-***-**-** sim kart nömrəsi olan “Xiaomi” markalı mobil telefon, 20 manat pul, bir ədəd özünə aid şəxsiyyət vəsiqəsi, bir ədəd avtomobil açarı, bir ədəd açar aşkar edilərək götürülmüşdür. Daha sonra şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən əlavə olaraq qanununla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Aşkar olunmuş həmin kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmişdir. Bir ədəd “Xiaomi” markalı mobil telefon və bir ədəd şəxsiyyət vəsiqəsi götürülmüş, bir ədəd avtomobil açarı, bir ədəd açar və 20 manat pul isə Təqsirləndirilən şəxs qaytarılmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlələri İran İslam Respublikasının vətəndaşı “İyrəc” adlı şəxsin vasitəsi ilə beş gün əvvəl Bakı şəhəri Nərimanov rayonu ərazisində gizlədilmiş yerdən başqa şəxslərə çatdırmaq məqsədi ilə götürdüyünü, bunun müqabilində sonuncudan 200 qram marixuana alacağını, narkotik vasitələri başqa şəxslərə satmadığını və bağışlamadığını, üzərindən başqa yaşadığı ünvanda narkotik vasitələr olduğunu, həmin evə və avtomobilə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini, aşkar edilmiş narkotik vasitələrin özünə məxsus olduğunu, daha əvvəl üzərinə baxış keçirilmədiyini, polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Şəxsi axtarış və götürmə zamanı Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid2 tərəfindən “Sony” markalı video kamera ilə video çəkiliş aparılmışdır (iş vərəqə: cild İ, səh. 32-34). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan, «evə baxış keçirilməsi və götürmə haqqında» 25 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanına onun və atası X2 yazılı ərizələri əsasında onların, müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs evdə olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edildi. Bundan sonra Təqsirləndirilən şəxs evin saxlanc otağında olan qutuların üzərindəki bir ədəd qara rəngli sellofan torbanın içərisindən bir ədəd bağlamada qurudulmuş marixuanaya bənzər kütləni təqdim etmişdir. Həmin kütlə qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmişdir. Təqsirləndirilən şəxs aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, beş gün əvvəl İran İslam Respublikasının vətəndaşı İyrəc adlı şəxsin vasitəsi ilə Bakı şəhəri Nərimanov rayonu ərazisində gizlədilmiş yerdən götürdüyünü, ayrı-ayrı şəxslərə çatdıracağını, bunun müqabilində sonuncunun ona 200 qram marixuana verəcəyini, heç kimə narkotik vasitə satmadığını və bağışlamadığını, aşkar olunmuş narkotik vasitədən atası daxil heç kimin xəbərinin olmamasını, yaşadığı mənzilə daha əvvəl baxış keçirilmədiyini, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. X5 aşkar edilmiş kütlədən xəbərsiz olduğunu, oğlunun narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmasından xəbərsiz olduğunu bildirmişdir. Baxış zamanı əməliyyat müvəkkili Şahid2 tərəfindən “Sony” markalı video kamera ilə video çəkiliş aparılmışdır (iş vərəqə: cild İ, səh. 43-44). Məhkəmə baxışı zamanı tədqiq olunan, «DVD diskə baxış keçirilməsi haqqında» 10 aprel 2023-cü il tarixli protokoldan görünür ki, həmin DVD diskdə əks edilmiş görüntülər 25 yanvar 2023-cü il tarixdə saat 21:40 dəqiqədə Azərbaycan Respublikası DİN-nin BNMİ-nin inzibati binasında xidməti iş otağında aparılmışdır. Həmin otaq süni işıqlandırılmışdır. Həmin idarənin təhqiqat qrupunun təhqiqatçısı, polis kapitanı X8 şübhəli şəxs Təqsirləndirilən şəxs müdafiəçisi X4 iştirakı ilə qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrini izah etmiş, üzərində qanunla dövriyyəsi qadağan edilmiş hər hansı bir əşya və ya predmet olduğu təqdirdə təqdim etməsini sonuncuya təklif etmişdir. Təklifdən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli şalvarın sol yan cibindən bir ədəd sellofanda içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütləni, bir ədəd bağlamanın içərisində bir ədəd bükümdə narkotik vasitə heroinə bənzər kütləni, bir ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər kütləni çıxarıb masanın üzərinə qoymuşdur. Sonra X12 tərəfindən Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən bir ədəd qara rəngli mobil telefon, iki ədəd 10 manatlıq pul əskinası, Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsi, bir ədəd avtomobil açarı və bir ədəd açarı aşkar edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən hər hansı bir əşya, predmet aşkar edilməmişdir. X12 üç ədəd bükümü açıb içərisinə baxmışdır. Aşkar olunmuş üç ədəd bükümdə kütlələr X12 tərəfindən bir ədəd ağ rəngli zərfdə qablaşdırılmış, açıq yeri yapışdırılmış, möhürlənmiş və imzalanmışdır. X7blaşdırılmış bir ədəd zərfi, həmçinin, bir ədəd mobil telefonu və şəxsiyyət vəsiqəsini götürmüş, iki ədəd 10 manatlıq əskinası və açarları Məsimə Həsənova təhvil vermişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütləni İran İslam Respublikasının vətəndaşı İyrəc adlı şəxsin vasitəsi ilə beş gün əvvəl Bakı şəhəri Nərimanov rayonu ərazisində gizlədilmiş yerdən başqa şəxslərə çatdırmaq məqsədi ilə götürdüyünü, bunun müqabilində 200 qram miqdarında marixuana alacağını, yaşadığı evdə narkotik vasitə saxladığını bildirmişdir. Videoçəkilişin 15 dəqiqə 08 saniyə müddətində davam etməsi müəyyən edilmişdir (iş vərəqə: cild İ, səh. 145). Bundan başqa, məhkəmə baxışı zamanı tədqiq olunan, «DVD diskə baxış keçirilməsi haqqında» 14 aprel 2023-cü il tarixli protokoldan görünür ki, həmin DVD diskdə əks edilmiş görüntülər 25 yanvar 2023-cü il tarixdə saat 23:35 dəqiqədə Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvanında aparılmışdır. Ev süni işıqlandırılmışdır. Həmin idarənin təhqiqat qrupunun təhqiqatçısı, polis kapitanı X8 şübhəli şəxs Təqsirləndirilən şəxs müdafiəçisi X4 iştirakı ilə baxış keçirilməsi haqqında qərarla tanış edərək evdə narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş əşya və predmetləri təqdim etməsi təklif etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs evin saxlanc otağında olan qutuların üzərindən bir ədəd qara rəngli sellofan torbanı təqdim etmişdir. Torbanın içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlənin olduğu müəyyən edilmişdir. Aşkar olunmuş kütlə X12 tərəfindən qablaşdırılmış, möhürlənmiş, imzalanmış və götürülmüşdür. Baxış zamanı Təqsirləndirilən şəxs aşkar edilmiş kütlənin özünə məxsus olduğunu, beş gün əvvəl İran vətəndaşı İyrəc adlı şəxsin vasitəsi ilə Bakı şəhəri Nərimanov rayonu ərazisində gizlədilmiş yerdən götürdüyünü, ayrı-ayrı şəxslərə çatdıracağını, bunun müqabilində həmin şəxsin ona 200 qram miqdarında marixuana verəcəyini bildirmişdir. Videoçəkilişin 16 dəqiqə 38 saniyə müddətində davam etməsi müəyyən edilmişdir (iş vərəqə: cild İ, səh. 147). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan, məhkəmə-bioloji ekspertizasının 26 yanvar 2023-cü il tarixli, 7/103 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlələr” yazılar və imzalar olan zərfdə 1 (bir) ədəd üzəri skoçla bağlanmış sellofan bağlamada təmiz çəkisi - 12,975 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş ağ kağız üzərində “Vət. Təqsirləndirilən şəxs yaşadığı mənzildən aşkar edilmiş kütlə” yazılar və imzalar olan üzəri skoçla bağlanmış qara rəngli polietilen bağlamada təmiz çəkisi - 1010,0 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş marixuanaların ümumi çəkisi - 1022,975 qramdır. Həmin marixuanalar tərkiblərinə görə eynidir. Qeyd: Marixuanaların ümumi çəkisi - 1022,975 qram, tədqiqata sərf olundu cəmi - 0,1 qram (hər obyektdən 0,5 qram), qalıq - 1022,875 qram (iş vərəqə: cild İ, səh. 51-55). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan, məhkəmə-kimyəvi ekspertizasının 26 yanvar 2023-cü il tarixli, 6/470 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №7” dairəvi möhür əksi olan “Vət. Təqsirləndirilən şəxs üzərindən ...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 4,915 qram ağ rəngli kristalik maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Digər bir ədəd bükümdə təmiz çəkisi 3,748 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin 2005-ci il 28 iyun tarixli, Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr” in siyahısına (Siyahı İ) daxildir. Metamfetamin 2005-ci il 28 iyun tarixli, Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr” in siyahısına (Siyahı İ) daxildir. Təqdim edilmiş heroin və metamfetamin kimyəvi tərkibinə görə müxtəlif olduğundan onlar arasında müqayisəli tədqiqat aparılmadı. Qeyd: Heroinin təmiz çəkisi - 3,748 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq - 3,698 qram. Metamfetaminin təmiz çəkisi - 4,915 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq - 4,865 qram (iş vərəqə: cild İ, səh. 56-61). Məhkəmə baxışı zamanı tədqiq olunan, məhkəmə-narkoloji ekspertizasının 28 aprel 2023-cü il tarixli, 2495 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Hal hazırda ağ ciyər vərəmi xəstəliyinin somatik yaxşılaşmasından sonra narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (iş vərəqə: cild İ, səh. 153-154). Məhkəmə baxışı zamanı tədqiq olunan, əməliyyat tapşırğına verilmiş 23 aprel 2023-cü il tarixli cavab məktubundan görünür ki, cinayət işi üzrə keçirilmiş əməliyyataxtarış tədbirləri ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə heroin, qurudulmuş marixuana və psixotrop maddə metamfetaminin istifadəsi və satışı ilə məşğul olmuşdur. Keçirilmiş tədbirlər zamanı Təqsirləndirilən şəxs 1022,975 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı, 3,748 qram narkotik vasitə olan heroini və 4,915 qram psixotrop maddə olan metamfetamini birlikdə əldə etdiyi İyrəc adlı şəxsin şəxsiyyətini müəyyən etmək mümkün olmamışdır (iş vərəqə: cild İ, səh. 148). Məhkəmə baxışı zamanı müəyyən edildi ki, ibtidai istintaq orqanının 04 may 2023cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs üzərindən və yaşadığı ünvandan götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 1022,875 qram narkotik vasitə qurudulmuş marixuana, 3,698 qram narkotik vasitə heroin, 4,865 qram psixotrop maddə metamfetamin iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Sabunçu RPİ-nin saxlama kamerasında saxlanca verilmiş, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması və götürmə prosesini əks etdirən videogörüntülərin yerləşdirildiyi bir ədəd, yaşadığı mənzilə baxış və götürmə aparılması prosesini əks etdirən videogörüntülərin yerləşdirildiyi bir ədəd - cəmi 02 ədəd DVD formatlı disk maddi sübut kimi tanınmış və cinayət işi materiallarına əlavə edilmişdir (iş vərəqə: cild İ, səh. 155-170). Məhkəməyədək icraat mərhələsində Azərbaycan Respublikası DİN-nin BNMİ-nin “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair” 25 yanvar 2023-cü il tarixli qərarı Bakı şəhəri Sabunçu rayon Məhkəməsi tərəfindən məhkəmə nəzarəti qaydasında araşdırılmış və bu zaman qanun pozuntusuna yol verilmədiyi müəyyənləşdirilmişdir (iş vərəqə: cild İ, səh. 133-135). Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş narkotik vasitələrin və psixotrop maddənin mənbəyinin müəyyənləşdirilməsi məqsədilə Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə ayrıca icraatda cinayət işi ayrılmışdır (iş vərəqə: cild İ, səh. 155-170). Məhkəmə təqsirləndirilən şəxsin əməllərinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı”nın konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «qurudulmuş marixuana» narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 5,0 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 500 qram, «heroin» narkotik vasitəsinin və «metamfetamin» psixotrop maddəsinin hər birinin ayrılıqda şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı isə müəyyən edildi ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş «qurudulmuş marixuana» narkotik vasitəsinin təmiz çəkisi 1022,975 qram, heroin narkotik vasitəsinin təmiz çəkisi 3,748 qram, metamfetamin psixotrop maddəsinin təmiz çəkisi 4,915 qram olmaqla «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»da nəzərdə tutulmuş külli miqdar hədlərindən dəfələrlə artıq olmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 14-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-nin 234.2 və 234.3cü maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda törədilib-törədilməməsi məsələsi Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli həmin qərarının doqquzuncu bəndində məhkəmələrə tövsiyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Ali Məhkəmə Plenumunun 04 mart 2011-ci il tarixli qərarının bu hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş qurudulmuş marixuana narkotik vasitəsinin təmiz çəkisinin 1022,975 qram, heroin narkotik vasitəsinin təmiz çəkisinin 3,748 qram, metamfetamin psixotrop maddəsinin təmiz çəkisinin 4,915 qram olmaqla külli miqdar təşkil etməsi, aşkar edilib götürülmüş cinayət predmetlərinin müxtəlif növlərdə olması və təqsirləndirilən şəxsin üzərində şəxsi axtarış aparılması prosesində təqsirləndirilən şəxsin ondan aşkar edilmiş narkotik vasitə və psixotrop maddələrdən özünün istifadəsi ilə yanaşı, həm də satışı ilə məşğul olması barədə səmimi etirafları, əməliyyat orqanının bu barədə məlumatları və işin ayrı-ayrı halları təqsirləndirilən şəxsin qurudulmuş marixuana narkotik vasitəsini, həm heroin narkotik vasitəsini, həm də metamfetamin psixotrop maddəsini satış məqsədilə qanunsuz olaraq külli miqdarda əldə etməsinə, saxlamasına və daşımasına dəlalət edir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclaslarında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs şəklində satış məqsədi ilə qanunsuz olaraq qurudulmuş marixuana narkotik vasitəsini, heroin narkotik vasitəsini və metamfetamin psixotrop maddəsini külli miqdarda əldə edib saxlaması və daşıması, yəni Azərbaycan Respublikasının CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayəti törətməsi məhkəmə baxışı nəticəsində təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır və ona görə də Təqsirləndirilən şəxs cinayət əməli Cinayət Məcəlləsinin həmin maddələri ilə tövsif olunmalı və o, CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar və onu cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı sərbəst ifadəsində ondan aşkar edilib götürülmüş heroin narkotik vasitəsinin və metamfetamin psixotrop maddəsinin ona aid olmaması, qurudulmuş marixuana narkotik vasitəsinin isə ittihamda göstərildiyi miqdarda olmaması, polis tərəfindən döyülməklə, xəsarətlənməklə təzyiqlər altında boynuna qoyulması, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmaması barədə göstərdiklərini onun cinayət məsuliyyətindən və cəzadan azad oluna bilmək üçün seçmiş olduğu müdafiə taktikası kimi qiymətləndirir. Belə ki, təqsirləndirilən şəxsin özünün müdafiəsi üçün gətirdiyi dəlillər məhkəmə baxışı zamanı araşdırılan mötəbər və təkzibedilməz sübutlarla inkar olunur. Belə ki, məhkəmə baxzışı zamanı dindirilən Təqsirləndirilən şəxs ifadəsində polis əməkdaşları tərəfindən ona qarşı edilmiş təsir və təzyiqlər, göstərilən fiziki zor, yetirilmiş xəsarətlər barədə barəsində həbs qətimkan tədbiri seçilərkən məhkəməyə, İstintaq Təcridxanasına yerləşdirilərkən isə tibbi müayinə aparan həkimlərə və Təcridxana rəhbərliyinə heç bir məlumat vermədiyini, heç bir orqana şikayət etmədiyini göstərmişdir. Son sözlə məhkəməyə müraciət etmiş Təqsirləndirilən şəxs əməlindən səmimi peşiman olduğunu bildirmiş, “gərək belə bir hadisə baş verməyəydi, lakin olmuşdur” demişdir. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin əməliyyat-sorğu arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (iş vərəqə: cild İ, səh 124). Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs himayəsində 2022-ci il təvəllüdlü 1 (bir) nəfər azyaşlı uşağı vardır. Bu barədə məlumatlar «AZEMİS» Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunmuş və cinayət işinin materiallarına əlavə edilmişdir (iş materialları). Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 1 (bir) nəfər azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal qismində nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən ağır cinayət törətməsi nəzərə alınmalı, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsinin sanksiyası daxilində aşağı həddə azadlıqdan məhrum etmə növündə ədalətli, şəxsiyyətinə uyğun cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirlilik və cəza məsələsi ilə yanaşı, həm də belə nəticəyə gəlir ki, işdə olan məhkəmə-narkoloji ekspertizasının məhkəmə-narkoloji ekspertizasının 28 aprel 2023-cü il tarixli, 2495 saylı rəyi əsas götürülməli, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacının olması nəzərə alınmalı, onun barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi-xarakterli məcburi tədbirlər tətbiq edilməli, o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, eyni zamanda təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün Təqsirləndirilən şəxs barəsində cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən, törədilən cinayətin ağır cinayətlər kateqoriyasına aid olmasını, onun ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunacağını qeyd edir və onun təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini qanuna uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 25 yanvar 2023-cü il tarixdən hesablanmalıdır. Belə ki, Təqsirləndirilən şəxs baxılan iş üzrə 25 yanvar 2023-cü il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılmış və həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. 27 yanvar 2023-cü il tarixdə müvafiq məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 25 yanvar 2023-cü il tarixdən hesablanmışdır. Bundan sonra məhkəmə hökmü çıxarılanadək Təqsirləndirilən şəxs qanuni əsaslarla fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs baxılan iş üzrə 25 yanvar 2023-cü il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunmalı olan cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilməlidir: - Bakı şəhəri Sabunçu RPİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı ünvandan aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 1022,875 qram qurudulmuş marixuana, 3,698 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 4,865 qram psixotrop maddə metamfetamin məhv edilməli; - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması və götürmə prosesini əks etdirən videogörüntülərin yerləşdirildiyi bir ədəd, yaşadığı mənzilə baxış və götürmə aparılması prosesini əks etdirən videogörüntülərin yerləşdirildiyi bir ədəd - cəmi 02 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, iş üzrə 137 (yüz otuz yeddi) manat ekspertiza xərci mövcuddur ki, həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu 25 yanvar 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbixarakterli məcburi tədbirlər tətbiq edilsin və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilsin: - Bakı şəhəri Sabunçu RPİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərindən və yaşadığı ünvandan aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 1022,875 qram qurudulmuş marixuana, 3,698 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 4,865 qram psixotrop maddə metamfetamin məhv edilsin; - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması və götürmə prosesini əks etdirən videogörüntülərin yerləşdirildiyi bir ədəd, yaşadığı mənzilə baxış və götürmə aparılması prosesini əks etdirən videogörüntülərin yerləşdirildiyi bir ədəd - cəmi 02 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri – 137 (yüz otuz yeddi) manat məbləğində ekspertiza xərci məhkum Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1374/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1374/2023
12.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver