Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1374/2025 11.09.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Kərimova Mahirə Nəzər qızının sədrliyi, hakimlər Məmmədov Fəxri Afiq oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü “Verdiktum” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1992-ci il tarixdə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, məhkumluğu olmayan, subay, orta təhsilli, himayəsindı azyaşlı uşaqları olan, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Abşeron rayonu, Saray qəsəbəsi, yeni yaşayış sahəsi, nömrəsiz fərdi evdə yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ:
1. Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda, yəni, təmiz çəkisi 4,776 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib, üzərində saxlayıb daşımaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. İşin faktiki halları
2. Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına daxil olan 4,776 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, Yeni Həyat küçəsində yerləşən “Seymur” marketin yaxınlığına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində 15 mart 2025-ci il tarixdə, saat 16:20-də yuxarıda qeyd olunan ünvanda saxlanılaraq ünvan 3aş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilməklə orada həmin tarixdə saat 18:14-dən üzərində şəxsi axtarış və götürmə keçirilən zaman əynində olan qara rəngli şalvarın sol yan cibindən qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı 01 ədəd bükümdə təmiz çəkisi 4,776 qram olan ağ rəngli kristalşəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür.
3. Təqsirləndirilən şəxsə qarşı ittiham tərəfinin təqdim etdiyi sübutlar aşağıdakılardan ibarətdir:
4. Məhkəmə istintaqı zamanı tədqiq olunan xx.xx.2025-ci il tarixli əməliyyat raportundan görünür ki, etimad doğuran, məlum, qərəzsiz mənbədən daxil olmuş məlumatda “Saleh” adlı şəxsin qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixortop maddələr əldə edərək saxlaması və daşıması bildirilmişdir. “Saleh” adlı şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir (cild 1, iş vərəqi 4).
5. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə BMCMİ-yə daxil olmuş məlumat əsasında sonuncunun müəyyən edilib ifşa edilməsi istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və həmin tədbirlərin keçirilməsi məqsədi ilə əməliyyat qrupunun yaradılması qərara alınmışdır. (cild 1, iş vərəqi 5-6).
6. Şəxsi axtarış, baxış və götürmə haqqında tərtib olunmuş xx.xx.2025-ci il tarixli protokoldan və CD disk daşıyıcısında qeydə alınan videogörüntülərə baxış keçirilməsi haqqında tərtib olunmuş xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində “patı” kimi tanıdığı maddə olduğunu bildirib, əynində olan qara rəngli şalvarın sol yan cibindən 01 ədəd sellofan bükümü, həmin şalvarın sağ yan cibindən 01 ədəd mobil telefonu, 01 ədəd bank kartını və pulu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd sellofan bükümün içərisində “patı” kimi tanıdığı maddə olduğunu, həmin maddəni bugün, yəni 15 mart 2025-ci il tarixdə səhər saatlarında Abşeron rayonu, Saray qəsəbəsi ərazisindən anket məlumatlarını bilmədiyi, sosial şəbəkə vasitəsi ilə əlaqə saxladığı şəxsdən 60 manata şəxsi istifadə məqsədi ilə əldə etdiyini, həmin maddədən heç kimə vermədiyini, heç kimə satmadığını, maddələrin üstündə olmasından tanışı Şahid1, eləcə də digər şəxslərin məlumatının olmadığını bildirmişdir. Bundan sonra 01 ədəd sellofan bükümə keçirilən baxış zamanı həmin bükümün içərisində ağ rəngli, kristallik formalı psixotrop maddə olan metamfetaminə oxşar maddə olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd sellofan bükümün içərisində psixotrop maddə olan metamfetaminə oxşar maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan 01 ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd mobil telefona baxış keçirilərkən həmin mobil telefonun “Oppo” markalı olması və s. Abzərovun deməsinə görə içərisində mobil nömrə olmaması müəyyən edilmişdir. Həmin mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüş, daha sonra 01 ədəd bank kartına keçirilən baxış zamanı həmin bank kartın üzərində “4169 7388 1460 1039” yazılarının əks olunması aşkar edilmişdir. S. Abzərov xatırladığı qədər həmin bank kartının qayınına məxsus olmasını bildirmiş, həmin bank kartı götürülmüş və 2 manat pul isə iş üzrə əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs özünə geri qaytarılmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs 2 manat pulun özünə məxsus olduğunu və cinayət yolu ilə əldə olunmadığını bildirmişdir. (cild 1, iş vərəqi 27-30, 127).
7. Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2025-ci il tarixli, 6/1124 №-li rəyinə əsasən, tədqiqata təqdim edilmiş, üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün №6” dairəvi möhür əksi, “şübhəli şəxs X4 üstündən aşkar olunmuş...Abuzər Saleh (imza)” yazısı və imzalar olan paketdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 4,776 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Aparılmış tədqiqatın dəyəri 114 (yüz on dörd) manat təşkil edir (cild 1, iş vərəqi 45-49).
8. Maddi sübut hesab edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərarla bir ədəd kağız paketdə qablaşdırılan tədqiqatdan sonra qalıq qalan 4,676 qram çəkidə psixotrop maddə metamfetamin maddi sübut qismində tanınmış və saxlanılması üçün Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmişdir (cild 1, iş vərəqi 95).
9. Mobil telefona baxış keçirilməsi barədə tərtib olunmuş xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd “Oppo” markalı mobil telefona baxış zamanı iş üzrə əhəmiyyət kəsb edən hər-hansı bir danışıqların, sms yazışmalarının və digər məlumatların olması müəyən edilməmişdir (cild 1, iş vərəqi 126).
10. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 1642 №-li rəyinə əsasən, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibbi müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 130- 131).
11. Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2025-ci il tarixli, 1259/K №-li rəyinə əsasən, Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrinin tərkibində metadon, tiryək qrupuna aid olan alkaloid, fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin aşkar edildi. Barbitur turşusu törəmələri, kannabinoidlər (çətənə bitkisindən alınan və təbbi mənşəli narkotik vasitə hesab edilən), fenotiazin, pirazalon, 1,4-benzodiazepin törəmələri və salisilatlar aşkar edilmədi (cild 1, iş vərəqi 132-135).
12. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli, 144/MEŞ №-li rəyinə əsasən, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində 15xx.xx.2025-ci il tarixlərdə yetirilməyə uyğun gələn xəsarət aşkar edilmədi (cild 1, iş vərəqi 136-138).
13. 07.05.2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi materiallarından psixotrop maddə metamfetaminin əldə edilmə mənbəyinin müəyyən edilməsinə görə ayrıca icraata material ayrılmışdır (cild 1, iş vərəqi 156-157).
14. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2025-ci ilin mart ayında Təqsirləndirilən şəxs barəsində əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat qrupu yaradılmışdır. Təqsirləndirilən şəxs olduğu yer müəyyən olunduqdan sonra şəxsi saxlanılmış və BMCMİ-yə gətirilmişdir. BMCMİ-də olan vaxt Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman sonuncunun üzərindən 1 ədəd sellofana bükülmüş psixotrop maddə metamfetaminə bənzər maddə aşkar olunaraq götürülmüşdür. O, suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs daxil olmuş əməliyyat məlumatı əsasında saxlamışlar. Tədbirdə o, Aslanov Nadir və Zeynalov Məhəmməd iştirak etmişlər. Təqsirləndirilən şəxs saxladıqları yerdə əməliyyat şəraiti uyğun olmadığından və kənardan müdaxilə gözlənildiyi üçün sonuncunun üzərinə saxladıqları yerdə baxış keçirtməmişlər. Təqsirləndirilən şəxs aşkar olunan narkotik vasitə pul müqabilində əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. İbtidai istintaqda verdiyi ifadəni təsdiq edir.
15. Bundan başqa, qanunla müəyyən olunan qaydada məhkəmənin yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, məhkəmə baxışı zamanı iştirak etməmiş, məhkəməyədək icraat zamanı iş üzrə şahid qismində dindirilmiş, məhkəməyə ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etməsinə dair teleqram ünvanlamış Şahid1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, X6 onun tanışıdır və heç bir düşmənçilik və ədavəti yoxdur. xx.xx.2025-ci il tarixdə, saat 16:20-də Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, Yeni Həyat küçəsində yerləşən “Seymur” Marketin yaxınlığında tanışı X6 ilə birlikdə olduğu zaman onlara bir neçə nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirib onlardan anket məlumatlarını soruşmuşlar. Onlar özlərini təqdim etdikdən sonra polis əməkdaşları Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu bildirib, barəsində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla tanış etmişlər. Təqsirləndirilən şəxs səmimi olaraq etiraf edib bildirmişdir ki, hazırda üzərində psixotrop maddə “patı” vardır. Bundan sonra polis əməkdaşları Təqsirləndirilən şəxs və onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər. Onlar buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə həmin idarəyə gəlmişlər. Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Sonra video çəkilişdən istifadə edilməklə Salehin üzərinə şəxsi axtarış, onun üzərinə isə baxış keçirilmişdir. İlk öncə Salehə paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində psixotrop maddə “patı” olduğunu bildirib, əynində olan şalvarının ciblərindən 01 ədəd sellofan bükümü, 01 ədəd mobil telefonu, 01 ədəd bank kartını və pul vəsaitlərini çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. 01 ədəd bükümə baxış keçirilən zaman içərisində psixotrop maddə metamfetaminə oxşar maddə aşkar edilmişdir. Daha sonra həmin büküm qablaşdırılıb möhürlənərək götürülmüşdür. Təqsirləndirilən şəxs aşkar edilmiş 01 ədəd mobil telefon və 01 ədəd bank kartı polis əməkdaşı tərəfindən götürülmüş, pul vəsaitləri özünə geri qaytarılmışdır. Daha sonra ona üzərində qanunsuz əşya varsa təqdim etməyi təklif edilmişdir. O, üzərində qanunsuz əşya olmadığını, həmçinin üzərində hər hansı bir əşya olmadığını bildirmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükümdə olan maddəni 15 mart 2025-ci il tarixdə səhər saatlarında Saray qəsəbəsi ərazisində tanımadığı şəxsdən 60 manata aldığını, şəxsi istifadə etmək məqsədi ilə üzərində gəzdirdiyini, üzərindən aşkar edilmiş maddədən onun məlumatının olmadığını bildirmişdir. Şifahi sorğu zamanı o, Təqsirləndirilən şəxs ilə tanış olduğunu və çay içmək üçün görüşdüklərini, lakin Salehin üzərində aşkar edilən maddədən məlumatının olmadığını bildirmişdir. Bundan sonra şəxsi axtarış, baxış və götürmə barədə protokol tərtib edilmiş, o və digər iştirakçılar tərəfindən imzalanmışdır. Verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs üzərində psixotrop maddə olmasından məlumatı olmamışdır. Əgər məlumatı olsaydı bu barədə polisə məlumat verəcəkdi. Narkotik vasitələr və psixotrop maddə istifadə etmir. Narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmur.
Təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürdüyü və məhkəmə istintaqı zamanı həmin dəlillərin araşdırılması nəticəsində toplanmış sübutlar aşağıdakılardır:
16. Təqsirləndirilən şəxs məhkəmə baxışında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, o, Saraydakı evdən saat 11-12 radələrində çıxmış, taksi ilə Müşviqabad qəsəbəsinə getmişdir. Rayona getmək istəyirdi. Müşviqabad qəsəbəsində qohumları yaşayır, oradan rayona gedəcəkdi. Ramazan ayı idi. Rayonda yaşayan tanışı var, həmin şəxs qabağına çıxmış və Şamaxı rayonundan gəldiyini demiş və ona çay içməyi təklif etmişdir. Təxminən 15 dəqiqə sonra 8 nəfər gəlmişdir. BMCMİ-nin əməkdaşları onları aparmışlar, kameraları sildirmişlər. Qollarından tutub onları BMCMİ-nə aparmışlar. Tanışının adı Tacəddindir, sonuncunun yeni uşağı düyaya gəlmişdi, həyat yoldaşı xəstəxanada idi. Tacəddin onun Şamaxı rayonundan olan tanışı idi. Tutulduğu yerdə üzərinə baxılmış, heç nə tapmamışlar. O, sosial şəbəkələrdən istifadə etmir. Onun narkotik vasitəni hardan və necə alması barədə iş materiallarında məlumat yoxdur. Onu narkotik vasitələrin satışı ilə ittiham edirlər. Narkotik vasitəni kimə satmış, kimə vermişdir bu barədə sübut yoxdur. O, suallara cavab olaraq bildirmişdir ki, tutulmazdan əvvəl taksi kimi fəaliyyət göstərmişdir. Həbs olunduğu vaxt avtomobili xarab olmuşdur. Tanışının narkotik istifadə edib-etmədiyini bilmir. Yaxın münasibətləri yoxdur. O, Bakı şəhərində, tanışı isə rayonda qalırdı. Onun telefonu yoxdur. Təsadüfən görüşmüşlər. Onları saxlayan şəxslər əyləşdikləri yerə təxminən 15 dəqiqə sonra gəlmişlər. Ona demişlər ki, Xırdalanda adam vurduğuna görə aparılmalıdır. Adam vurmağının səbəbi dava-dalaş olmuş, bununla bağlı şikayətçi olmadığından məsuliyyətə cəlb olunmamışdır. Avtomobillə adam vurmamış, sadəcə əlbəyaxa dava etmişdir. İbtidai istintaq zamanı fərqli ifadə vermişdir. Ona köməklik göstərəcəklərini demişlər, amma indi çıxış yolu yoxdur. İstintaq zamanı onu döyməmişlər və heç bir xəsarət yetirməmişlər. Təxminən 1 aydan çoxdur ki, narkotik vasitələrdən istifadə etmir. Mütəmadi narkotik vasitə istifadə etməmişdir. Ara-sıra vaxtlar narkotik vasitə olanda, yəni 15-20 gündən bir istifadə etmişdir. Narkotik vasitənin hansı növü olurdusa istifadə edirdi, asılılığı yoxdur. 3 övladı var. Övladlarının yanında narkotik vasitə istifadə etməmişdir. Onları 8 nəfər mülki geyimdə olan şəxslər saxlamışlar. Ona və tanışına da fiziki zorakılıq göstərməmişlər, sadəcə qollarını burub avtomobillərə əyləşdirmişlər. Onları aparıb 2 gün saxlamış, sonra Tacəddini buraxmışlar. Ona ya xoşluqla, ya da məcburi göndərəcəklərini demişlər. Ondan silah istəmişlər, o, silahının olmadığını demişdir. Onu CM-in 234.4.3-cü maddəsi ilə ittiham edəcəkləri ilə təhdid etmişlər. Onu ya çoxlu çəki ilə, ya da 4-5 qram narkotik vasitə ilə tutacaqlarını demişlər. Narkotik vasitəni öz üzərinə götürsə, onu uzağı 1 il azadlığının məhdudlaşdırılması ilə köməklik göstərəcəklərini demişlər, o da inanmamışdır. Tacəddin də hadisələrin şahididir. Onları ayrı-ayrı otaqlarda saxlamışlar, ayrı-ayrı avtomobillərlə gətirmişlər. Tacəddin saxlanıldığı yerdə üzərinə baxış keçirilən vaxt yanında olmuşdur. Telefonlarını, pullarını polis əməkdaşları götürmüşlər. BMCMİ-də baxışı videoçəkilişlə aparmışlar. Həmin vaxt Tacəddini ayrı otaqdan gətirmişlər. Sözlərini əzbərləmək üçün mətn vermişlər. O da əzbərləmiş və danışmışdır. Həm Tacəddinlə bağlı bir şey yox idi deyə işi öz üzərinə götürməyə razı olmuş, həm də Tacəddinin narkotik vasitəni öz üzərinə götürməyinə razı olmamışlar. O, dava-dalaş etmiş, Tacəddin isə heç nə etməmişdir. Aralarında sadəcə qarşılıqlı dava-dalaş düşmüş və “Tiktok”da paylaşılmışdır. Saxlanmağının səbəbinin dava-dalaş olmasını polis əməkdaşları özləri ona demişlər. Yayılan videoda baş verən hadisə ilə bağlı şikayətçi olmadığı üçün onu narkotiklə tutmuşlar. Əsəbləri ilə bağlı problemi olduğuna görə hərbi xidmətdə olmamış, psixi dispanserdə olmuşdur. Hər 3 ildən bir müayinədən keçir. Əsəbləşəndə özündən ixtiyarsız cinayət törədə bilir. Əsəb pozğunluğu ilə bağlı psixi dispanserdə, Sabunçu rayonunda yerləşən 1 saylı psixoloji mərkəzdə yatmışdır. İbtidai istintaq zamanı etiraf edici ifadələri köməklik edəcəklərini söz verdikləri üçün vermişdir. Şahid2 tərəfindən ona qarşı heç bir təzyiq olmamışdır. O, əməlinin CM-in 234.4.3-cü maddəsindən CM-in 234.1-1-ci maddəsinə tövsif edilməsini və maddənin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə cəzanın təyin edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Məcəlləsi:
1. CM-in 234.4. maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma; narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz hazırlanmasında və emalında istifadə etmək məqsədi ilə prekursorları satma, yaxud prekursorları eyni məqsədlə xeyli miqdarda hazırlama, əldə etmə, saxlama, göndərmə və ya daşıma; Yetkinlik yaşına çatmayanlara qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma, habelə bu Məcəllənin 234.2-ci və 234.3-cü maddələrində nəzərdə tutulmuş əməlləri təhsil və ya tibb müəssisələrində, eləcə də cəzaçəkmə müəssisələrində yaxud həbs yerlərində törətmə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən və yaxud külli miqdarda (maddə 234.4.3) törədildikdə beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
2. Maddə 234.1-1. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət məsuliyyəti yaradır.
3. Maddə 8.1. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.
4. Maddə 41.1. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.
5. Maddə 41.2. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.
6. Maddə 56.1.2. Qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir.
7. Maddə 58.3. cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır.
8. Maddə 69.3. Hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi:
9. Maddə 44.1. Məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.
10. Maddə 124. İstintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini, maddi sübutlar və digər sənədləri sübut növləri kimi qəbul edilir.
11. Maddə 145. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.
12. Maddə 125.8. Cinayət-Prosessual Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür.
13. Maddə 158.2. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir.
14. Maddə 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir.
15. Maddə 132. Məhkəmə yekun qərar çıxararkən maddi sübutlar barədə məsələni həll etməlidir.
16. Maddə 193.2. Şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir.
17. Maddə 193.5. Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir.
18. Maddə 198.1. Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1 – 197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər.
Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu:
19. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən, psixotrop maddə metamfetaminin təmiz halda 0,15 qrama qədəri şəxsi istehlak miqdarı, 2 qram və ondan artıq miqdarı külli miqdar hesab olunur.
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu
20. Maddə 1.0.8. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir.
21. Maddə 1.0.9. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir.
22. Maddə 1.0.10. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir.
23. Maddə 1.0.11. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir.
Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli 8 saylı Qərarı
24. Qərarın 9-cu bəndi. Məhkəmələrə tövsiyə edilir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir.
25. Qərarın 25-ci bəndi. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır.
26. Qərarın 16-cı bəndi. Məhkəmələrə tövsiyə edilir ki, CM-in 234.1-1-ci maddəsində həmin Məcəllənin 234.1-ci maddəsində göstərilən əməllərin külli miqdarda törədilməsinə görə cinayət məsuliyyəti müəyyən edilmişdir.
27. Odur ki, CM-in 234.1-ci maddəsində və ya 234.2 və 234.3-1-ci maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda və ya xüsusilə külli miqdarda törədilib törədilməməsi məsələsi 961-İİQ nömrəli Qanun ilə təsdiq edilmiş müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. Avropa Məhkəməsinin president hüququ:
28. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Məhkəmənin hüquqi dəyərləndirməsi:
29. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə edib üzərində saxlamağa, daşımağa görə CM-in 234.4.3-cü maddəsi ilə ittiham elan edilmişdir. Lakin bu barədə nəticəyə gələrkən ibtidai istintaq orqanının iş materiallarında olan istinad etdiyi sübutların hər hansı biri bu qənaəti təsdiq etmir. Məhkəmə istintaqı zamanı da Təqsirləndirilən şəxs üzərindən aşkar edilən külli miqdarda psixotrop maddəni qanunsuz olaraq satış məqsədi ilə əldə etməsi, saxlaması və daşımasını təsdiq edən heç bir sübut müəyyən olunmadı. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs külli miqdarda psixotrop maddəni məhz satış məqsədi ilə əldə etməsi və saxlaması ilə bağlı ittihamın əsaslandırılması üçün hər hansı mötəbər sübut təqdim edilməmişdir. Təqsirləndirilən şəxsin psixotrop maddəni satmaq niyyətinin olub-olmaması ilə bağlı qənaətə gəlmək üçün vacib məqamlardan biri də onun hər hansı istehlakçı ilə əvvəlcədən razılıq əldə edib-etməməsinin müəyyənləşdirilməsidir. Bu halla əlaqədar ibtidai istintaq orqanı tərəfindən hər hansı sübut belə əldə olunmamışdır.
30. İbtidai araşdırma zamanı toplanmaqla mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə qanunsuz olaraq külli miqdarda, yəni təmiz çəkisi 4,776 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlayaraq daşımışdır. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarıdır. Lakin ibtidai araşdırma orqanı Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş külli miqdarda psixotrop maddə metamfetamini əldə edərkən, üzərində saxlayarkən və daşıyarkən məqsədinin və niyyətinin satış olmasını müəyyən etməmişlər. Halbuki, bu halların müəyyən edilməsi Təqsirləndirilən şəxs əməlinin tövsifində həlledici rol oynayır.
31. Məhkəmə hesab edir ki, hər hansı şəxsin qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitə və psixotrop maddə əldə etməsi, qeyd edilən vasitə və maddələrin satışı ilə məşğul olması mütləq qaydada mötəbər sübutlarla (məsələn, tərəzi, “müştəri” ilə telefon danışıqları, sms yazışmaları, “şərti alıcı” ilə bağlı hərəkətlər və sair) təsdiq olunmalıdır. Təqsirləndirilən şəxsdən aşkar edilib götürülmüş psixotrop maddəninin yalnız çəkisinin külli miqdar təşkil etməsi xüsusatı Təqsirləndirilən şəxs ittiham edildiyi CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsini təsdiq edən mötəbər dəlil kimi qəbul oluna bilməz. Məhkəmə Təqsirləndirilən şəxs aşkar edilmiş psixotrop maddəninin yalnız külli miqdarda olması kriteriyasından yanaşılıb onun əməlinin satış kimi qiymətləndirilməsi üçün hüquqi əsas olmadığı qənaətinə gəlir. Eyni zamanda mobil telefona baxış keçirilməsi barədə tərtib olunmuş xx.xx.2025-ci il tarixli protokoldan da görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd “Oppo” markalı mobil telefona baxış zamanı iş üzrə əhəmiyyət kəsb edən hər-hansı bir danışıqların, sms yazışmalarının və digər məlumatların olması müəyən edilməmişdir. Odur ki, Təqsirləndirilən şəxs psixotrop maddəni satış məqsədi ilə əldə etməsinə dair fikir ibtidai istintaq orqanının mülahizəsidir. Yaranmış şübhələr isə toplanmış sübutların məcmusu nəzərə alınmaqla təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir.
32. Məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələrini, şahidlərin ifadələrini, şəxsi axtarış, baxış və götürmə haqqında protokolu, aşkar edilmiş psixotrop maddənin növünün və çəkisinin müəyyən edilməsinə dair məhkəmə-kimyəvi ekspertizasının rəyini sübut növləri kimi qəbul edir və onları qiymətləndirərək qeyd edir ki, bu sübutlar təqsirləndirilən şəxsə elan edilmiş satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə əldə etməsi, saxlaması və daşıması barədə ittihamı təsdiq etmir. Bununla bərabər, həmin sübutlar iş üzrə məhkəmə istintaqında tədqiq edilmiş digər sübutların məcmusu ilə birlikdə təqsirləndirilən şəxsin yalnız satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə etmə, saxlama və daşıma cinayətini törətməsi ilə bağlı mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Bu səbəbdən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs qeyd edilən çəkidə psixotrop maddə metamfetamini öz şəxsi istifadəsi üçün əldə etməsini daha ağlabatan və inandırıcı hesab etməklə yanaşı, onun üzərindən aşkar edilmiş psixotrop maddəni satmaq məqsədi ilə deyil, öz şəxsi istifadəsi üçün qanunsuz olaraq əldə etmə, saxlama və daşıma kimi qiymətləndirir.
33. Psixotrop maddənin təqsirləndirilən şəxsin üzərindən aşkar edilməsi, qablaşdırılması, həmin maddənin kimyəvi tərkibinin müəyyən edilməsi ilə bağlı ilkin sübutların əldə edilməsi ilə əlaqədar istintaq hərəkətlərinin etibarsız hesab olunması üçün əsaslar müəyyən edilmədiyindən həmin hərəkətlərin nəticələri iş üzrə mötəbər sübutlar kimi qəbul edilir. (qərarın 10-cu bəndi)
34. Təqsirləndirilən şəxsdə aşkar edilərək götürülmüş psixotrop maddənin növü qadağan olunmuş əşya olduğundan və miqdarı qüvvədə olan qanunvericiliyə əsasən külli miqdar təşkil etdiyindən irəli sürülmüş ittihama uyğun cinayət məsuliyyəti yaradır. (bax: qərarın 20-23-cü bəndləri)
35. Təqsirləndirilən şəxsin özünü müdafiə üçün gətirdiyi dəlillər keçərli deyil. Belə ki, təqsirləndirilən şəxs Xırdalanda adam vurduğuna görə tutulduğunu, tutulduğu vaxt üzərində psixotrop maddə olmadığını bildirərək özünü təqsirli bilməmişdir. Məhkəmə qeyd edir ki, onun göstərdiyi həmin hallar iş üzrə toplanmış sübutlar, o cümlədən şəxsi axtarış, baxış və götürmə aparılması haqqında protokolu və işin faktiki halları ilə tam təkzib edildiyindən, həmçinin iş materiallarında olan sübutlarla təsdiq edilmədiyindən və işin faktiki halları ilə uyğunluq təşkil etmədiyindən məhkəmə Təqsirləndirilən şəxs həmin ifadələrini işin faktiki hallarına uyğun olmayan və özünü müdafiə xarakterli ifadə, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yayınmağa, məsuliyyətlərini yüngülləşdirməyə yönəlmiş cəhdləri kimi qiymətləndirərək sübut qismində qəbul etmir.
36. Məhkəmə tədqiq olunmuş yuxarıda qeyd olunan sübutların məcmusu ilə təqsirləndirilən şəxsin əməlinin CM-in 234.1-1-ci maddəsinə tövsif edilməklə həmin cinayətdə təqsiri müəyyən edildiyindən ittiham hökmü çıxarmaq qənaətinə gəlir. Təqsirləndirilən şəxs CM-in 234.1-1-ci maddəsi nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. (qərarın 9-cu bəndi).
37. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur.
38. Məhkəmə cəza təyin edərkən cəza təyini ilə bağlı cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərini nəzərə alır (qərarın 3, 4, 5, 7-ci bəndləri).
39. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin xx.xx.2025-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə CM-in 180.2.4-cü maddəsi ilə təqsirli bilinərək 04 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2017-ci ildə Xəzər Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə 09 ay 13 gün vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2018-ci ildə cəza müddəti bitdiyi üçün qeydiyyatdan çıxarılmışdır (cild 1, iş vərəqi 104-105).
40. Məhkəmədə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir.
41. xx.xx.2025-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. xx.xx.2025-ci il tarixli arayışdan və AZEMİS elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2020-ci il təvəllüdlü X7 adlı, xx.xx.2021-ci il təvəllüdlü X8 adlı, xx.xx.2021-ci il təvəllüdlü X5 adlı azyaşlı uşaqları vardır (cild 1, iş vərəqi 122-123). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə RPX-da “Z00.4” və xx.xx.2024-cü il tarixdə “F48.0” diaqnozları ilə müayinə olunmuşdur. Təqsirləndirilən şəxs, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, himayəsində üç nəfər azyaşlı uşaqlarının olmasını, xəstəliklərdən əziyyət çəkməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınır.
42. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının hüdudları daxilində cəza təyin edilməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar.
43. Təqsirləndirilən şəxs ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs hesab edildiyindən cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilməlidir. (qərarın 6-cı bəndi).
44. İşdə olan tutma protokolundan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs 15 mart 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı ilə barəsində 17 mart 2025-ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 19, 90-94). Təqsirləndirilən şəxs hökm çıxarılanadək həbsdə saxlandığı üçün həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə bir günə bir gün hesablanmaqla daxil edilməlidir (qərarın 8, 13 və 14-cü bəndləri).
45. Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun tutulduğu 15 mart 2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir.
46. İş üzrə mülki iddia yoxdur və xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir.
47. İş üzrə maddi sübut olan, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmiş tədqiqatdan sonra qalıq qalan 4,676 qram çəkidə psixotrop maddə metamfetamin məhv edilməlidir (qərarın 15-ci bəndi).
48. Məhkəmə, məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır.
49. İbtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 114 (yüz on dörd) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir (qərarın 18-ci bəndi).
50. Müdafiəçi “Verdiktum” Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə ümumilikdə 49 saat vaxt sərf etmişdir.
51. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, “Verdiktum” Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə ümumilikdə 49 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 49 saat hüquqi yardıma görə “Verdiktum” Vəkil Bürosunun vəkili Müdafiəçi üçün hər iş saatına 11 manat hesab edilməklə, cəmi 539 manat məbləğində pul köçürülməlidir (qərarın 16, 17-ci bəndləri).
52. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmaqla həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış: Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmiş tədqiqatdan sonra qalıq qalan 4,676 qram çəkidə psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə məhkəmə ekspertizası ilə əlaqədar 114 (yüz on dörd) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 49 saat hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına “Verdiktum” Vəkil Bürosunun vəkili Müdafiəçi üçün hər iş saatına 11 manat hesab edilməklə, cəmi 539 (beş yüz otuz doqquz) manat məbləğində pul köçürülsün. İş üzrə mülki iddia yoxdur və xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən hakim Mahirə Kərimova Hakimlər: Fəxri Məmmədov Anar Sadıqov