Məhkəmə qərarları › İş №1(101)-1375/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(101)-1375/2021

14.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-1375/2021 14.07.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ İş № 1(101)-1375/2021 Cinayət işinin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə məhkəmə hazırlıq iclasının qərarı 14 iyul 2021-ci il Bakı şəhəri Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Əfqan Niyətulla oğlunun sədrliyi ilə, Məmmədov Əli İrfan oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi: X2 oğlu, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuror-metodisti Dövlət ittihamçısı, müdafiəçi: Bakı şəhər 2 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə hazırlıq iclasında baxaraq, müəyyən etdi: Tərtib edilmiş ittiham aktına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilir. Məhkəmə, cinayət işində irəli sürülmüş ittihamın mahiyyəti üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünü cinayət prosesi tərəflərinin iştirakı ilə ilkin dinləmələr vasitəsi ilə yoxlayıb belə nəticəyə gəlir ki, qeyd edilən cinayət işinin baxılması Bakı Ağır Cinayətlər məhkəməsinə aid deyil və cinayət işi aidiyyatı üzrə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 292-ci maddəsinə əsasən ittiham aktını təsdiq etdikdən sonra ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror təxirə salmadan ittiham aktının surətini cinayət prosesi iştirakçılarına çatacaq sayda əlavə etməklə cinayət işini aidiyyəti üzrə məhkəməyə göndərir. CPM-nin 29-cu maddəsinə əsasən bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla məhkəmə aidiyyətinin dəyişdirilməsi qadağandır. Həmin Məcəllənin 74-cü maddəsinin tələbinə əsasən isə cinayət işinə cinayətin törədildiyi yerin yurisdiksıyasına aid olan birinci instansiya məhkəməsində baxılır. Uzanan cinayətin başa çatdığı yer onun törədildiyi yer hesab olunur. Cinayət-hüquqi doktrinaya görə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayətlər uzanan cinayətlər hesab edilir. Hazırkı iş üzrə tərtib edilən ittiham aktından görünür ki, “Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən külli miqdarda, yəni 600,405 qram narkotik maddə olan heroini qanunsuz olaraq əldə edib, mənimsəyərək üzərində daşımış və yaşadığı evin həyətyanı sahəsində olan tövlədə saxlamış, 03.02.2021-ci il tarixdə yaşadığı Xızı rayonu, Şorabad qəsəbəsi ərazisində saxlanılaraq üzərində şəxsi axtarış istintaq hərəkəti aparılması məqsədilə RPŞ-nin inzibati binasına gətirilmiş, saat 12 radələrində müdafiə hüquqları təmin edilməklə şübhəli şəxs qismində tutularaq üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli gödəkçənin sağ iç cibindəni (bir) ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş halda, təmiz çəkisi 0,405 qram narkotik vasitə olan heroin, eləcə də, şübhəli şəxsin verdiyi məlumat əsasında onun yaşadığı evin həyətyanı sahəsində olan tövləyə baxış keçirilən zaman oradan 1 (bir) ədəd qara rəngli sellofan paketin içərisində qara rəngli yapışqan lentə sarılmış halda təmiz çəkisi 600,0 qram narkotik vasitə olan heroin aşkar olunaraq götürülmüşdür.” Göründüyü kimi təqsirləndirilən şəxsə istinad olunan cinayət əməlinin 03.02.202-ci ildə Xızı rayonu ərazisində baş verdiyi göstərilmişdir. Azərbaycan Respublikası Prezidentinin 03 fevral 2021-ci il tarixli Sərəncamına əsasən Sumqayıt Ağır Cinayətlər Məhkəməsi təşkil edilmişdir. Məhkəmə-Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli 4 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nda dəyişiklik edilməsi barədə 31 may 2021-ci il tarixli, 4 nömrəli qərarı ilə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin yurisdiksiyası müəyyən edilmiş və dəyişikliyin 8-1.3-cü maddəsinə əsasən Xızı rayonunun ərazi vahidi Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin yurisdiksiyasına daxil edilmişdir. CPM-nin 75-ci maddəsinə əsasən cinayət işinin məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onun məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir. CPM-nin 300.1.4-cü maddəsinə əsasən məhkəmə hazırlıq iclası zamanı qəbul edilən qərarlardan biri də cinayət işinin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədədir. Şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi aidiyyatı üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilməlidir. CPM-nin 174.2.-ci maddəsinə əsasən, məhkəmə ibtidai istintaqı başa çatmış işi öz icraatına qəbul etdikdən sonra məhkəməyədək icraatın gedişində tətbiq edilmiş qətimkan tədbirini öz qərarı ilə təsdiq və ləğv edir, yaxud dəyişdirir. Buna görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 298-299 və 300.1.4-cü maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi aidiyyatı üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilməsin. Qərarın surəti 3 gün müddətində cinayət prosesi tərəflərinə verilməsi və ya poçtla göndərilməsi təmin edilsin. Sədrlik edən hakim Əfqan Hacıyev Hakimlər Əli Məmmədov Telman Hüseynov Əsli ilə düzdür Hakim Əfqan Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar