Məhkəmə qərarları › İş №1(101)-1375/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1375/2022

28.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1375/2022 28.10.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 14:30-da Hakim Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Paşayev Azər İslah oğlu və Sadıxov Rasim Əkrəm oğlundan ibarət tərkibdə, Əlizadə Orxan Arzuxan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, mərhum Zərərçəkmiş şəxs hüquqi varisi – atası X7, onun nümayəndələri Abşeron rayon Vəkil Bürosunun vəkili Nümayəndə1, Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Nümayəndə2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 2000-ci il tarixdə Masallı rayonunun Şərəfə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, hadisə vaxtı “Araz” marketdə satıcı işləmiş, əvvəllər məhkum olunmamış, Vətən müharibəsi iştirakçısı olmaqla medallarla təltif olunmuş, Masallı rayonu, Şərəfə kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4 və 228.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs ümumi təhlükəli üsulla qəsdən adam öldürmüş, yəni qəsdən başqa şəxsi həyatdan məhrum etmiş və qanunsuz olaraq soyuq silah hesab edilən döyüş bıçağını əldə edib üzərində gəzdirmişdir. Belə ki, o, xalası oğlu “Emin 444” ləqəbi ilə tanınan X3 09 may 2019-cu ildə Bakı şəhəri Binəqədi rayonu ərazisində qəsdən öldürülməsi ilə bağlı Azərbaycan Respublikası CM-nin 120.2.1 və 120.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmiş cinayət işi üzrə həmin Məhkəmənin xx.xx.2021-ci il tarixli hökmünə əsasən təqsirliliyi sübuta yetirilməməsi ilə bağlı barəsində bəraət hökmü çıxarılmaqla, məhkəmə iclas zalından həbsdən azad olunmuş xx.xx.1984cü il təvəllüdlü Zərərçəkmiş şəxs həmin cinayətin törədilməsində iştirakına dair əminliyi olduğuna görə Zərərçəkmiş şəxs qəsdən öldürüb ondan qisas almaq qərarına gəlmiş, bu məqsədlə 14 oktyabr 2021-ci il tarixdə əvvəlcə yivsiz lüləli ov silahının alınmasına icazə verilməsi üçün Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 49 ünvanında yerləşən “Ovçu Balıqçı” mağazası vasitəsilə Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə ərizə ilə müraciət edib, 15 oktyabr 2021-ci il tarixli 2346 saylı şəhadətnamə əsasında 1200 manat müqabilində bir ədəd atəşə yararlı, saz vəziyyətdə, “Vinçester” tipli, 12 kalibrli, “X36” modelli 20-PM124364 seriya nömrəli, pompalı, təklüləli, yivsiz odlu ov tüfəngini və iyirmi ədəd 12 kalibrli, üzərində “BPS best performance shotshell”, alt-kapsul hissəsində isə “fiocchi 12 İtaly” sözləri həkk olunmuş, yivsiz odlu ov tüfənginin döyüş sursatı hesab edilən patronları 29 oktyabr 2021-ci il tarixdə satın almaqla əldə etmiş, lakin Zərərçəkmiş şəxs idmanın kikboksinq növü ilə məşğul olub nüfuzlu turnirlərin qalibi olması səbəbindən sonuncunu qəsdən öldürməkdən ibarət niyyətini başa çatdıra bilməyəcəyindən ehtiyat etdiyinə görə sonrakı günlərdə eyni mağazadan bir ədəd 24 ədəd patron yuvası daşıyan “Holster” markalı qəhvəyi rəngli, kəmər tipli patrondaş satın alaraq və Abşeron rayonu, Novxanı qəsəbəsində yerləşən “Novxanı atıcılıq mərkəzi” adlı poliqonda ödənişli qaydada bir neçə dəfə atəş təlimləri keçib özlüyündə Zərərçəkmiş şəxs öldürə biləcəyinə olan inamını qətiləşdirmiş, bundan sonra cinayətkar niyyətini həyata keçirmək üçün davamlı olaraq müxtəlif tarixlərdə Zərərçəkmiş şəxs yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, İsrafil Həşimov küçəsində yerləşən 27A saylı evini güdməklə sonuncunu qəsdən öldürmək üçün əlverişli şərait və imkanın yaranmasını gözləmiş, nəhayət 14 mart 2022-ci il tarixdə eyni məqsədlə, yəni Zərərçəkmiş şəxs odlu silahdan atəş açaraq qəsdən öldürmək üçün içərisinə beş ədəd patron yerləşdirdiyi ov tüfəngini bir ədəd bel çantasında və içərisinə on beş ədəd patron yerləşdirdiyi patrondaşı əynindəki gödəkcəsinin altından geyinməklə gizlədib, “Bolt” mobil proqramı vasitəsilə özünün yaşadığı yataqxananın qarşısından - Yasamal rayonu, İsfəndiyar Zulalov küçəsi 30 ünvanından Zərərçəkmiş şəxs yaşadığı ünvanın yaxınlığına - Svetlana Məmmədova küçəsi 69 ünvanına “Toyota Prius” markalı **-UR-*** dövlət qeydiyyat nişanlı taksi avtomaşını sifariş verib həmin avtomaşınla saat 20:09-da sifariş etdiyi ünvana çatdıqdan sonra saat 20:15 radələrindən etibarən İsrafil Həşimov küçəsində yerləşən 10 saylı binanın 8-ci blokunda 1-ci mərtəbədə gizlənərək təxminən 35 metr məsafədə yerləşən Zərərçəkmiş şəxs yaşadığı ünvanı güdməyə başlamış, saat 22 radələrində Zərərçəkmiş şəxs “İnstagram” sosial şəbəkəsində özünün istifadəsində olan “zauryusifov.zz” adlı şəxsi profilində canlı yayım açmasını görüb arxa fondan sonuncunun yaşadığı ünvanın yaxınlığında - İsrafil Həşimov küçəsi 11/2 ünvanında yerləşən “Nargilə” çay evində olmasını müəyyən edərək qəsdini başa çatdırmaq üçün həmin çay evinin yanında yerləşən 6A saylı binanın 8-ci blokunun 1-ci mərtəbəsində gizlənərək təxminən 30 metr məsafədən çay evinin çıxışını güdməyə davam etmiş, saat 22:30 radələrində Zərərçəkmiş şəxs çay evindən çıxaraq əks tərəfdə yerləşən “Qardaşlar” adlanan marketə tək daxil olmasını, marketdə satıcı və müştərilər olsa belə marketin bir giriş qapısının olmasını, marketin içərisinin kiçik ölçülü olmaqla sonuncunun sərbəst hərəkət və qaçış imkanının məhdudlaşacağını nəzərə alaraq, ümumi təhlükəli üsulla Zərərçəkmiş şəxs qəsdən öldürmək üçün əlverişli fürsət yarandığını düşünüb, dərhal bel çantasından özü ilə gətirdiyi və qabaqcadan içərisinə beş ədəd patron yerləşdirdiyi ov tüfəngini götürüb qoruyucunu açmaqla tüfəngi atəş üçün hazır vəziyyətə gətirmiş və sürətli addımla marketin giriş qapısına yaxınlaşıb Zərərçəkmiş şəxs içəridə, ondan təxminən iki metr məsafədə, mağazada satıcı-kassa işləyən Şahid4 ilə üzbəüz dayanıb söhbət etdiklərini görən kimi mağazanın girişində dayanıb həmin məsafədən əlindəki ov tüfəngini Zərərçəkmiş şəxs tuşlayaraq əməlinin ictimai təhlükəli olduğunu dərk etməklə həmin əməlin Zərərçəkmiş şəxs başqa həmçinin sonuncu ilə üzbəüz dayanmış Şahid4 həyatı üçün də ictimai təhlükəli nəticələrin baş verə biləcəyini qabaqcadan görüb ümumi təhlükəli üsulla ilk atəşi açmış, lakin mərmilərin Zərərçəkmiş şəxs yayındığını, habelə Zərərçəkmiş şəxs sonrakı atəşlərdən yayınmaq üçün mağazanın içinə doğru vitrinlərin arxasına keçərək müdafiə olunmağa çalışdığını müşahidə edib qəsdini başa çatdırmaq üçün mağazaya daxil olmuş və mağazanın içində vitrinlərin ətrafı ilə ondan qaçıb həyatını xilas etməyə çalışan Zərərçəkmiş şəxsla qarşılaşıb təxminən bir metr məsafədən tüfəngi sonuncunun baş nahiyəsinə tuşlayaraq bir dəfə, Zərərçəkmiş şəxs üzü üstə döşəmə üzərinə yıxıldıqdan sonra isə kürək nahiyəsinə üç dəfə atəş açaraq sonuncuya hər biri ayrı-ayrılıqda, eləcə də ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid edilən kəllə qapağı və əsası sümüklərinin çox qəlpəli yerdəyişmiş sınıqları, beyin toxumasının əzilib-dağılması və hissəvi olaraq bayıra evakuasiyası ilə müşayiət olunan başın tüklü hissəsində sol alın-təpə nahiyəsinin kəllə boşluğuna nüfuz edən kor, qırmalı bir ədəd, döş qəfəsinin arxa səthinin sağ yarısının və sağ çiyinüstü nahiyənin yumşaq toxuma və əzələləri, sağ ağciyərin yuxarı payının zədələnməsi ilə müşayiət olunan döş qəfəsinin arxa səthində sağda-yuxarıda, sağ onurğayanı xətlə kürək xətti arasında İİ-İV qabırğalar arası sahədə qrup halında yerləşmiş altı ədəd sağ döş boşluğuna nüfuz edərək sağ çiyinüstü nahiyənin yumşaq toxuma və əzələləri arasında kor qurtaran bir ədəd, döş qəfəsinin arxa səthinin sol yarısının yumşaq toxumaları, arxa qoltuq xətti üzrə sol İV-V-Vİ qabırğalar, sol ağciyərin yuxarı payı və aşağı payın paylararası nahiyəsi, ürək kisəsi, ürək, sol İV və V qabırğaların döş ucları, divar aralığı nahiyəsi, döş qəfəsinin ön səthində döş sümüyü proyeksiyasının yumşaq toxuma və əzələlərinin zədələnməsi ilə müşayiət olunan döş qəfəsinin arxa səthinin sol yarısında, arxa qoltuq xətti ilə kürək xətti arasında İV-Vİ qabırğalar arası sahədən döş boşluğuna nüfuz edən qırmalı bir ədəd, döş qəfəsinin arxa səthinin yumşaq toxumaları, sağ Vİ-Vİİ-Vİİİ qabırğalar, sağ ağciyərin aşağı payı və sağ qoltuqaltı nahiyədə yumşaq toxuma və əzələlərinin zədələnməsi ilə müşayiət olunan döş qəfəsinin arxa səthinin sağ yarısında, kürək xətti üzrə bilavasitə kürəkaltı nahiyədən döş boşluğuna nüfuz edən qırmalı bir ədəd, döş qəfəsinin arxa səthinin yumşaq toxumaları, sol Xİ qabırğa, mədənin kiçik əyriliyi, qaraciyərin sağ payının bazal səthi, sağ böyrəkətrafı yumşaq toxumalar, sağ qalça darağı proyeksiyasında qarının sağ yan divarının yumşaq toxuma və əzələlərinin zədələnməsi ilə müşayiət olunan döş qəfəsinin arxa səthinin sol yarısında, kürək xətti üzrə sol onurğayanı xətt arasında Xİ-Xİİ qabırğalar arası sahədən qarın boşluğuna nüfuz edən qırmalı bir ədəd, sağ əl pəncəsinin İ daraq sümüyü proyeksiyasında yumşaq toxumaların əzilibdidilib-parçalanması, İ daraq və baş barmaq sümüklərinin çoxqəlpəli sınıqları ilə müşayiət olunan bir ədəd, cəmi altı ədəd odlu silah yaralarından ibarət xəsarətlər yetirməklə Zərərçəkmiş şəxs qisas niyyəti ilə ümumi təhlükəli üsulla qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmiş, tüfəngin içində qalmış dörd ədəd patronun hər birinin Zərərçəkmiş şəxs bədəninə dəydiyini və Zərərçəkmiş şəxs üzüstə döşəmə üzərində hərəkətsiz vəziyyətdə qaldığını görüb öldüyünə əmin olaraq hadisə yerindən uzaqlaşmışdır. Bundan başqa o, 2021-ci ilin aprel ayında istintaqa dəqiq məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq soyuq silah hesab edilən bir ədəd tiyəsi dəstəyinin içərisində gizlədilmiş formalı, tiyəsinin hər iki tərəfi kəsici olub qara rəngli metaldan, dəstəyi qara rəngli metallik materialdan hazırlanmış, tiyəsinin uzunluğu 90 mm, dəstəyinin uzunluğu 130 mm olan döyüş bıçağını əldə edib, həmin bıçağı 14 mart 2022-ci il tarixdə saat 02 radələrində Cəlilabad rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq Cəlilabad rayon polis şöbəsində üzərinə baxış keçirilməklə aşkar edilib götürülən vaxta qədər qanunsuz olaraq üzərində gəzdirmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.2.4 və 228.4-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü qismən, yəni CM-nin 120.1 və 228.4-cü maddələri ilə təqsirli, CM-nin 120.2.4-cü maddəsi ilə təqsirsiz hesab edərək ifadəsində göstərdi ki, 09 may 2019-cu ildə öldürülən “Emin 444” ləqəbli X10 onun doğma xalası oğlu olmuş, onların münasibətləri həmişə çox yaxın, doğma olub, hətta Emin ilə aralarında yaş fərqini nəzərə aldıqda Emin ona “ata” əvəzi olmuşdur. Emin son illərini cəzaçəkmə müəssisəsində cəza çəkməsinə baxmayaraq həm kifayət qədər maddi, həm də mənəvi dəstəyini heç vaxt ondan və ailəsindən əsirgəməmiş, həmişə Eminin sözü ilə qardaşı Elçin və digər qohumlar həmişə onlara dəstək olmuşlar. 2019-cu ilin yanvar ayında çağırış üzrə Müdafiə Nazirliyinin Qazax rayonunda yerləşən N saylı hərbi hissədə hərbi xidmət keçdikdən sonra 07 iyul 2020-ci il tarixdə hərbi xidmətdən təxris olub Masallı rayonuna qayıtmışdır. O, İİ Qarabağ müharibəsi başlayanda könüllü ordu sıralarına yazılıb Xocavənd və Kəlbəcər istiqamətində aparılan döyüş əməliyyatlarında iştirak etmiş və 09 yanvar 2021-ci ildə təxris olub Masallı rayonuna qayıtmışdır. O, hərbi xidmətə gedəndə Emin cəzaçəkmə müəssisəsində cəza çəkmiş, son dəfə Emini hərbi xidmətdən əvvəl xatırlamadığı tarixdə Kürdəxanıda yerləşən Bakı istintaq təcridxnasında baş çəkmək üçün gedəndə görmüşdür. Hərbi xidmətdə olduğu müddətdə o, qohumları ilə mütəmadi danışıb əlaqə saxlamasına baxmayaraq hamı onun Eminə olan “ata”, “qardaş” sevgisinə görə hərbi hissədən qaçıb Eminin qisasını alacağını bildikləri üçün heç kim ona Eminin ölməsi barədə xəbəri verməmişdir. 2020-ci ilin iyul ayında ordudan təxris olunandan sonra ailədə, qohuməqraba arasında yayılan söhbətlərdən Eminin öldürüldüyünü eşitmiş, bundan sonra həm arada gəzən söz-söhbətlərdən, xüsusilə də “Youtube” sosial portalında “Kanal24”, “Kanal13” adlı xəbər səhifələrini izləyərək Eminin öldürülməsi hadisəsi ilə bağlı aparılan məhkəmə prosesinin gedişatı, işin təfərrüatları ilə agah olmuşdur. belə ki, X26 və Zərərçəkmiş şəxs tərəfindən öldürüldüyünü, hər iki şəxsin həbs edilərək barələrində məhkəmə prosesinin aparıldığını öyrənmişdir. Həmçinin, sosial şəbəkədə demək olar ki bütün gün nifrət içində xəbər portallarını izlədikcə o, özü özlüyündə Eminin öldürülməsinə görə mənəvi sarsıntı hiss etməyə başlamış, özünü Eminin qarşısında qanını yerdə qoyduğuna görə, onu öldürənlərdən qan qisasını almadığına görə mənəvi borclu hesab etmişdir. Bu mənəvi borcu getdikcə, günbəgün içində daha da böyüyüb demək olar bütün beynini, daxili dünyasını zəbt etməyə başlamışdır. Beləliklə də o, bütün gün ancaq bir şey barədə fikirləşmiş - Emini öldürənləri öldürmək. Həmçinin, Emini öldürənlərdən Zərərçəkmiş şəxs cinayətin təşkilatçısı hesab etdiyinə görə Həsən Tağıyevdən yox, məhz Zərərçəkmiş şəxs qisas almaq istəmiş, ona görə də sosial şəbəkədə Zaurun qardaşı Zamin və atası Əli adlı şəxslərin şəxsiyyətini adlarını, fotoşəkillərini, yaşadıqları Həşimov küçəsini müəyyən edib, 2021-ci ilin aprel ayında məhz Zaurdan qisas almaq və Eminə olan mənəvi borcunun altından çıxmaq üçün həm Zamini, həm Əlini hər ikisini öldürmək məqsədilə Bakı şəhərinə gəlmişdir. Bakı şəhərinə gələndə atası və anası onun müvəqqəti yaşaması üçün Yasamal parkına yaxın ərazidə, “Tri Karona” adlanan yerin yaxınlığında beşmərtəbəli binanın 3-cü blokunun 4-cü mərtəbəsində orta qapıda yerləşən birotaqlı mənzil kirayələmiş və o, 2022-ci ilin yanvar ayının 30-na qədər orada tək yaşamışdır. Həmin ərəfədən o, həm gündəlik dolanışıq pulunu qazanmaq üçün “Yasamal parkı”nda karusel işlətməyə başlamış, həm də sosial şəbəkədə Zaurun ünvanı kimi müəyyən etdiyi küçədə yerləşən həyət evini tapıb zaman-zaman güdməyə başlamışdır. O, sosial şəbəkədə qabağına çıxan ünvanın məhz Zaurun yaşadığı ünvanın həyət divarına vurulduğuna görə həmin ünvanı asanlıqla tapa bilmişdir. Bundan sonra o, Zaminin ağ rəngli sedan tipli “Kia” markalı **-BT-*** dövlət qeydiyyat nişanlı, Əlinin isə “Mercedes Benz E klass” markalı sonu 932 ilə bitən avtomobil idarə etdiyini öyrənərək həmin şəxsləri üzərində gəzdirdiyi düymə ilə açılıb-bağlanan qara rəngli cib bıçağı ilə öldürmək üçün fürsət tapmaq məqsədilə güdməyə başlamış, hətta həmin ərəfədə təxminən 10-15 dəfə hər dəfə təkcə həmin ünvana gedib güdsə də Zamin və Əlini öldürmək üçün əlverişli an tapa bilməmişdir. 2021-ci ilin sentyabr - oktyabr aylarında gözlənilmədiyi halda Zaur məhkəmə tərəfindən sərbəst buraxıldıqdan sonra o, qan qisasını məhz Zaurun özündən almağa və Zauru öldürməyə qərar vermiş, bundan sonra artıq Zaurun qardaşı və atasını öldürmək niyyətindən əl çəkmişdir. Həmçinin, Zaurun idmanın kickboxinq növü üzrə peşakar idmançı olmasından ehtiyat etdiyinə görə cinayəti bıçaqla törətməyə ehtiyat etmiş və buna görə də “Tri Karona” adlanan binaların yaxınlığında, yaşadığı binanın qarşısında H.Zərdabi prospekti 71-73 ünvanında yerləşən “ovçular dükanı”ndan 1200 manat müqabilində bir ədəd Türkiyə istehsallı “Khan Arms” modelli təklüləli ov tüfəngi, hər birinin qiyməti 1.20 yaxud 1.50 manat olan 20 ədəd patron almışdır. O, həmin tüfəngi almaq üçün qabaqcadan, xatırlamadığı vaxt dükana gedərək soruşub qiymətini öyrənmiş, bundan sonra tüfəngin pulunu düzəltmək üçün “20 Yanvar” metrostansiyasının yaxınlığında yerləşən “umico” telefon dükanından markasını xatırlamadığı mobil telefon sifariş verib "xxxx" ASC vasitəsilə 33 manat aylıq ödənişlə 24 aylıq kreditlə almiş, daha sonra həmin telefonu “28 May” metrostansiyasının yaxınlığında telefon dükanlarında satmağa çalışanda təsadüfən bir nəfər “Volt” sürücüsü olan tanımadığı oğlanın onun telefon satmaq istədiyini başa düşüb ondan telefonu almaq istədiyini demişdir. O, həmin şəxslə razılaşıb təxminən 500 manata telefonu satmış və özünündə yığdığı pulu üstünə qoyub həmin tüfəngi almışdır. Tüfəngi alandan sonra birbaşa yaşadığı evə aparıb orada saxlamış, sonralar həmin evdən birbaşa dostu kəndçisi İsaq Əzizovun məskunlaşdığı Bakı şəhəri, Yasamal rayonu, “Kaktus” restoranın yanında yerləşən yataqxanaya köçmüş və ilk gündən tüfəngi də özü ilə oraya aparıb otaqda müxtəlif yerlərdə gizlətmişdir. Ümumiyyətlə silahın sənədi olduğuna görə o, heç vaxt kiminsə, o cümlədən İsaqın həmin silahı görməsindən, ehtiyat etməmiş, həmçinin onun niyyəti barədə İsaq və bir başqa şəxs bilməmiş, ailə üzvlərinə isə işləmək adı ilə Bakı şəhərinə gəldiyini demişdir. Tüfəngi alandan sonra o, Zauru güdməyə başlamış, bəzən gündüz, bəzən gecə vaxtlarında Zaurun atasıgil ilə birlikdə yaşadığı ünvanın yaxınlığına gələrək həmin ünvanı güdmüş, həmçinin müşahidə etdikcə Zaurun “Hyundai Santafe” markalı **-ZV-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etdiyi öyrənmiş və güdməyə gələndə avtomobilin evin qarşısında olub-olmamasını fikir verməyə başlamışdır. O, Zaurun instaqram sosial şəbəkədə “zauryusifov.zz” adlı profilini “follow” etmədən profil açıq olduğu üçün hər dəfə girib gizlin izləmiş, orada Zaur “story” (paylaşım) bölümündə özü olduğu yerləri, gündəlik həyat tərzi barədə paylaşımlar etmiş və o da bundan Zauru güdməkdə istifadə etmişdir. Tüfəng almasına baxmayaraq Zaurun idmançı olmasından ehtiyat etdiyinə görə Zauru öldürmək üçün qarşısına təkcə tüfəngin içindəki beş ədəd patronla deyil, çoxlu sayda patronla çıxmağa və dəqiq atəş açmağı öyrənməyə qərar vermiş, ona görə də tüfəngi alandan təxminən 1-2 ay sonra eyni “ovçular dükanın”a gedərək orada bir ədəd patrondaş da almışdır. Bundan sonra o, orada işləyən xarici əlamətlərini xatırlamadığı şəxslərdən atəş hazırlığı ilə necə məşğul ola biləcəyini soruşmuş, ona Novxanı qəsəbəsində yerləşən ödənişli paliqonu məsləhət görmüşlər. O da təxminən beş dəfə xatırlamadığı tarixlərdə təkcə “Bolt” sistemi üzrə tanımadığı taksilər sifariş verib həmin poliqona getmiş və hər dəfə poliqonda satılan, nisbətən daha ucuz olan patronlardan alıb 10 və 15 metr məsafədən atəş açmaqla atəş təcrübəsini artırmışdır. O, tüfəngi rahat gəzdirmək üçün “20 Yanvar” metrosunun içində xatırlamadığı dükanların birindən 12 manata qara rəngli iri ölçülü bel çantası almış və tüfəngi həmin çantanın içində gəzdirmişdir. Poliqona getdiyi ərəfədə də onun Zauru öldürmək üçün güdməsi həm vizual olaraq yaşadığı, “story”sində paylaşdığı məkanlara getməklə, həm də təkcə sosial şəbəkədə paylaşımları izləməkdə davam etmiş, lakin bir qayda olaraq əlverişli şərait əldə edə bilməmişdir. 14 mart 2022-ci il tarixdə “istirahət günü” olduğuna görə saat 18:30 radələrinə qədər evdə olmuş, saat 15 radələrində otaq yoldaşı İsaq Əzizov işə getmək adı ilə evdən çıxmış və çıxanda o, İsaqdan “28 May” metrosuna gedib özünə telefon alacağını, alandan sonra telefonunu onun iş yerinə gətirib özünə qaytaracağını bildirmiş və İsaq da razılaşmışdır. Əslində o, Zauru həmin gün güdmək üçün mobil telefona ehtiyacı olduğuna görə İsaqa guya telefon alacağı barədə yalan demiş, çünki həm taksi sifarişi, həm də Zaurun sosial şəbəkədəki paylaşımlarını izləmək ancaq mobil telefon vasitəsilə mümkün olmuşdur. Beləliklə də, o, İsaqın “Redmi” markalı mobil telefonunu özündə saxlamağa nail olmuş və saat 18:30 radələrində həmin mobil telefonun içində olan ***-***-**-** saylı mobil nömrə ilə yaşadığı yataqxananın həyətindən “Nəsimi metrostansiyasına” “Bolt” sistemi üzrə taksi sifariş vermiş, sifarişin dəyəri 2.67 yaxud 2.76 manat olmuş, çünki taksiyə üç manat verib qalığını almamışdır. Taksiyə qədər o, hazırlıq işləri görmüş, əvvəlcə tüfəngin içinə beş ədəd, qalan 15 ədəd patronu isə patrondaşa yerləşdirmiş, patrondaşı belinə bağlamış və tüfəngi isə iri bel çantasına qoyduqdan sonra evdən çıxanda özünə məxsus bir ədəd krem rəngli dəmir seplə bağlanan gödəkcəsini, qara rəngli uzunqol köynəyini, qara rəngli cins şalvarını və ağ rəngli idman ayaqqabılarını geyinmiş, patrondaşı gödəkcənin altında gizlətmiş, bel çantasını isə sağ çiyindən belinə keçirmişdir. Yataqxanadan təxminən 30-40 metr aralıda sifariş verdiyi taksi avtomaşında qabaq sərnişin oturacağında əyləşib çantanı da ayaqlarının arasına qoymuş, avtomaşın Şərifzadə küçəsi ilə hərəkət edərək İran klinikasının qarşısından sağa dönmüş, qarşıdakı dördyol ayrıcından aşağı düşüb geriyə dönüş edərək geri qayıdıb Zərdabi küçəsinə, oradan Qələbənin kruquna, düz yolla gəlib Yeganə şadlıq sarayının qarşısına, oradan “4cü mikro rayonun kruquna doğru hərəkət edərək kruqdan sağa dönərək Z.Əliyeva adına göz institutunun qarşısına çıxmış, oradan da köhnə “Anar şadlıq sarayı” ilə üzbəüz yolun əks tərəfində saxlamış və o, avtomaşından enmişdir. Həmin vaxt fikirli olduğuna görə sürücünün əlamətlərini xatırlamamış, həm də sürücü ilə yolda söhbət etdiyini də xatırlamır. Yolda heç bir yerdə dayanmadan saat 20 radələrində sifariş verdiyi ünvana çatmış, üzərində olan 45 manat puldan 3 manat taksiyə pul verib əvvəlki “Anar” şadlıq sarayı ilə üzbəüz yolun əks tərəfində yerləşən metronun çıxışının qarşısında taksidən düşmüş, yolu metro keçidi ilə keçib birbaşa “Həşimov” küçəsinin sonunda yolun sağ tərəfindəki binanın sonuncu blokunda gizlənib yolun solunda yerləşən Zaurun həyət evini güdməyə başlamışdır. O, Zaurun avtomobilinin yaşadığı evin qarşısında olduğuna görə Zaurun evdə olduğunu zənn edib təxminən saat yarım və ya iki saat həmin ünvanı güdmüş, lakin eyni zamanda instaqramda Zaurun profilini izləmişdir. Anidən Zaur “story”də çayxanada canlı yayım açaraq təkcə özü ekranda ümumi söhbətlər etməyə başlamış, Zaur onun canlı yayıma qoşulduğunu görsə də onu tanımadığına görə və heç vaxt qarşılaşmadıqlarına görə heç bir reaksiya verməmişdir. Zaurun canlı yayımı təxminən 8-10 dəqiqə davam etmiş və o, çayxananın qarşısında Zauru güdəndə və Zaur çayxanadan çıxanda səhv salmasın deyə dərhal ekranda skrinşot etmiş, yəni mobil tətbiq vasitəsilə ekrandan fotoşəkil çəkmişdir. Həmçinin, o, 2021-ci ilin yay aylarında Zauru güdəndə sonuncunun işlətdiyi “Nargilə” çay evində olduğu üçün həmin yerin içərisini hadisə günü Zaurun canlı yayımı zamanı tanımış və həmin yerin yaxınlığında beşmərtəbəli binanın sonuncu blokuna gəlib orada gizlənərək çayxananın çıxışını müşahidə etməyə başlamışdır. Bu müddətdə bel çantasını girişdə sol küncə yerə qoymuş və Zauru görən kimi cəld hərəkətlə tüfəngi götürüb Zaura atəş açmaq üçün çantanın ağzını açmışdır. Tüfəngin qoruyucusu həmin vaxt bağlı olmuş, təxminən yarım saat sonra Zaur çayxanadan onun tanımadığı bir nəfər qızla çıxmış və onun gizləndiyi blok istiqamətində addımlamışdır. O, blokun grişində ortada dayanıb özünü bina sakini kimi göstərməyə və şübhə yaratmamağa çalışmış, Zaur həmin qızla addımlayaraq blokun qarşısından sağ tərəfə dönmüş, orada qız taksi avtomaşınına əyləşmiş və avtomaşın oradan arxa-arxaya uzaqlaşmışdır. Zaur təkcə “Qardaşlar” marketin girişində arxası marketə tərəf dayanmış, o isə həmin vaxt Zaurun marketin içinə girməsini gözləmiş, Zaur təxminən 5 saniyə arxası marketə tərəf dayanandan sonra çevrilib içəri girmişdir. Bundan sonra o, dərhal çantadan tüfəngi çıxarıb atəşə hazır duruş vəziyyətində iti addımlarla marketə tərəf getmiş, yolda tüfəngin qoruyucusunu açmışdır. Bu zaman bel çantası blokda küncdə yerdə qalmış, çantanın içində yalnız ona məxsus 3x4 sm ölçülü fotoşəkili və vaksin kağızı olmuşdur. Təxminən 20 metr ara məsafəsini əlində tüfənglə keçmiş, sonra marketin qapısının çöl tərəfdən girişinə çatmış və həmin anda açıq qapıdan kassa qarşısında dayanmış Zauru görən kimi ona birinci atəşi qapının çölündən açmışdır. Lakin patronun Zaura dəyib - dəymədiyini bilməmiş, Zaur sağ tərəfə - marketin içinə tərəf keçib hədəfdən yayınmağa çalışmış, bu zaman o, marketə daxil olub təxminən bir addım içəriyə doğru keçərək sağ tərəfə çevrilib arxası kassa masasına tərəf dayanmış, girişdən sağ istiqamətdə Zauru axtarmış və marketin düz ortasında dayanmış Zaurla üzbəüz rastlaşmışdır. O, təxminən bir metr məsafədən Zaurun baş nahiyəsinə ikinci atəşi açmış və patron Zaurun sifət nahiyəsinə dəymişdir. Zaur üzü ona tərəf müvazinətini itirib döşəmə üzərinə yıxılmış, sonra o, tüfəngdə olan 3, 4 və 5-ci patronları Zaurun döşəmə üzərində qalmış bədəninin kürək nahiyəsinə doğru atəş açmışdır. Tüfəngin içindəki beş ədəd patron bitdikdən sonra və Zaurun artıq öldüyünə tam əmin olduğuna görə dərhal marketi tərk etmiş, o, dükanın qapısına çatanda kassanın arxasında bir nəfər kişi olmuş, lakin, həmin kişi onu qapıda silahla görən kimi cəld yerə əyilmiş, yəni, o, Zaura tərəf ilk atəşi həmin kişi yerə əyildikdən sonra açmış, sonra həmin kassiri içəridə görməyib aşağıda gizləndiyini hesab etmişdir. Bundan sonra o, əvvəlcədən özündə cinayəti törədəndən sonra qaçıb uzaqlaşacağı istiqaməti və taksilərin dayandıqları yeri müəyyənləşdirdiyinə görə binaların qarşısı ilə 246 nömrəli məktəb tərəfə qaçmışdır. O, qaçarkən əvvəlcə cinayəti törətdiyi tüfəngi atmış, həmin vaxt özünü itirdiyinə görə bilmədən gödəkcəsinin cibindəki İsaqın mobil telefonunu da atmışdır. Bundan sonra bir qədər qarşıda gödəkcənin altından patrondaşı açaraq başqa bir binanın qarşısında atmışdır. Sonra 246 nömrəli məktəb ilə üzbəüz parkın yanından yola çıxıb orada dayanan açıq rəngli “Chevrolet” markalı dövlət qeydiyyat nişanını xatırlamadığı taksi avtomaşına əyləşmiş və onu sürücü ilə “20 Yanvarın kruqu” deyilən yerə aparmaq üçün sürücü ilə razılaşmışdır. O, sürücünü tanımamış, yolda aralarında hər hansı danışıq olmamışdır. X12 küçəsi ilə hərəkət edib Z.Əliyeva adına parkın yanı ilə “Dördün kruqu”na, oradan “Şamaxinka”ya, oradan “Üçün kruqu”na, oradan isə “20 Yanvarın kruqu”na getmişdir. O, körpünün yanında düşüb orada dayanan rəngini və modelini xatırlamadığı avtomaşında əyləşmiş və tanımadığı sürücü ilə onu 15 manat müqabilində Masallı rayonuna aparması üçün razılaşmışlar. Masallı rayonuna getməkdə məqsədi Eminin rayonda qəbrini ziyarət edib verdiyi sözü, yəni qanına səbəb olanın qanını tökdüyünü deyib sonra gedib polisə təslim olmaq olmuşdur. Avtomaşında o, sürücünün arxasında, onun yanında başqa bir cavan oğlan, cavan oğlanın sağ tərəfində isə qoca kişi, qarşıda isə qadın əyləşmiş, yolda aralarında heç bir söhbət olmamış və onun cinayət törətdiyini həmin şəxslər bilməmişlər. O, yolda yanında əyləşmiş cavan oğlandan instaqram sosial şəbəkəsinə girmək adı ilə mobil telefonunu istəmiş və öz “samir_shireliyev_” adlı profilinə, daha sonra “Youtube” sosial portalına daxil olub onun axtarıldığını öyrənəndə Masallı rayonuna getməkdən vaz keçmişdir. Çünki o, öz istəyi ilə polisə gedib təslim olmaq istəmiş, amma polisin onu kəndin içində qəbiristanlıqda, qohumlarının evində axtarması tutmasını, ailəsinə narahatçılıq yaranmasını istəməmişdir. Ona görə də yolda sürücüyə gediş haqqından əlavə 5 manat da verməklə onu Cəlilabad rayonunun mərkəzinə aparması barədə razılaşmış və həmin yerdə taksidən düşüb birbaşa Cəlilabad rayon polis şöbəsinə gedərək təslim olmuşdur. O, Zaurun atası və qardaşını öldürmək üçün üzərində gəzdirdiyi bıçağı da Cəlilabad rayon polis idarəsində üzərinə baxış keçirilən zaman götürülmüşdür. Həmin qara rəngli düyməli, tiyəsi dəstəyinin içindən düz istiqamətdə çıxan və eyni qaydada dəstəyinin içinə girən, kəmərliyə kecəcəyinin üzərində “Combat Troodon”, “00556”, “06/2020”, “D/E” sözləri həkk olunmuş həmin bıçağı 2021-ci ilin aprel ayında Bakı şəhərinə gələndən sonra Yasamal rayonundakı ov tüfəngini aldığı “Ovçu və balıqçı” mağazasından xatırlamadığı qiymətə satın almışdır. “Nargilə” çay evinin videogörüntülərində xx.xx.2022-ci il tarixdə saat 21:51-də Zərərçəkmiş şəxs və sağında tanımadığı, açıq rəngli gödəkcə və açıq rəngli ayaqqabı geyinmiş qızla birlikdə “Nargilə” çay evindən çıxan zaman qarşıdakı blokda gizlənən şəxs o, olmuşdur. Zərərçəkmiş şəxs həbsdən azad edildikdən sonra onu qətlə yetirməyi qərara almışdır. Xalası oğlu Emin ona mənəvi ata kimi yardım edib deyə qisasını almaq istəmişdir. Zaurun sosial şəbəkədə canlı açdığı çayxana özünə məxsus olmuşdur. O, əvvəllər həmin çayxanada olmuşdur deyə, onun harada olmasını bilmişdir. Mağazada satıcı və Zaur olmuşdur. O, atəş açan zaman satıcını görən kimi tüfəngi fırladaraq başqa istiqamətə atəş açmış, güllənin satıcıya dəyməsindən ehtiyat etmişdir. Hadisədən nə qədər əvvəl rayondan gəlməsi yadında deyil, belə ki, müharibədən sonra yaddaşında problem olduğu üçün xatırlamır. Bakı şəhərinə əvvəllər gəlib-getmişdir. Ov tüfəngi o, Bakıda qaldığı ərazinin yaxınlığında yerləşir deyə, yerini bilirmiş. Əvvəllər silahdan istifadə həyata keçirməmiş, yalnız əsgərlikdə olarkən silah istifadə etmişdir. Novxanıda atıcılıq mərkəzinin yerləşməsini ona ov tüfəngini aldığı mağazada demişlər. Zaurgilin evinin, çay evinin ünvanını “youtube” platformasından öyrənmişdir. Xalası oğlu Eminin qardaşı, digər xalası oğlu Elçinlə son dəfə o, müharibədən qayıtdıqdan sonra görüşmüşlər. Xalası oğlu Eminin dəfn mərasimində, eləcə də “qırx” və “il” mərasimlərində iştirak etməmişdir. Emin dəfn olunarkən və “qırx” mərasimində hərbi xidmətdə olduğu, “il” mərasimində isə xəstələndiyi, zəhərləndiyi üçün iştirak etməmişdir. Hadisə günü xalası Məlahətlə arasında telefon danışığı olmamış, hadisədən əvvəllər isə aralarında telefon danışığı olmuşdur. Hadisədən sonra xalası oğlu Elçinə və ya xalasına qisas alması barədə söz deməmişdir. Qohum-əqrəba bilirdi ki, o, Emini çox istəyirdi. Hadisə günü hər hansı qohumu ona zəng edərək hadisə barədə soruşmamışdır. Hadisə zamanı xalası oğlu Elçinin Türkiyədə olması, xalasının Masallı rayonuna getməsi, xalasının gəlininin Bakı şəhərində olmaması barədə məlumatı olmamışdır. Zərərçəkmiş şəxs barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam edərkən o, rayonda olmuş, iştirak etməmişdir. Çünki, səbirlə məhkəmənin nəticəsini gözləmişdir. Zərərçəkmiş şəxs azadlıqdan məhrum ediləcəyi halda belə, o, Zaurun nə zamansa azadlığa çıxmasını gözləyəcəkmiş. Zərərçəkmiş şəxs qisas almaq barədə qohum-əqrəba arasında hər hansı danışıqları olmamışdır. Xalası Məlahətə təsəlli verirmiş, deyirmiş ki, “Allah rəhmət eləsin, cinayətkarların Allah bəlasını versin”. Lakin, Eminin qisasını alacağı ilə bağlı heç nə deməmişdir. Xalası oğlu Eminin nə zaman azadlığa çıxmasını xatırlamır. Xalası oğlu Emin həbsdə olsa da, dost-tanışı vasitəsilə ona pul göndərirmiş və qayğı göstərmişdir. Emin rəhmətə gedəndə o, hərbi xidmətdə olmuşdur. O, xidmətdə olan zaman ona Eminin rəhmətə getməsi barədə deməmişlər. O, bu barədə əsgərlikdən gəldikdən sonra bilmişdir. Emin 2019-cu ildə rəhmətə getmiş, o, isə əsgərlikdən 2020-ci ildə qayıtmışdır. Gəldikdən sonra Eminin hansı şəraitdə, kimlər tərəfindən öldürülməsini soruşsa da, ona heç kim bu barədə deməmişdir. O, Eminin ölümü barədə ətraflı məlumatı “Youtube” sosial portalında “Kanal24”, “Kanal13” adlı xəbər səhifələrindən əldə etmiş və bilmişdir ki, Zərərçəkmiş şəxs Emini öldürüb. Zərərçəkmiş şəxs məhkəmədə həbsdən azad edilməsini də “Youtube” sosial portalında “Kanal24”, “Kanal13” adlı xəbər səhifələrindən bilmişdir. Lakin, Zaur bəraət alsa da, hesab etmişdir ki, o, günahsız deyil. O, Eminin qətlində əsasən Zərərçəkmiş şəxs təqsirli bilmiş, çünki, Həsən onun xalası oğlu Emini tək vura bilməzdi. Həmçinin, Həsənə qarşı da qisas hisləri var, lakin, ondan hansı formada qisas alacağını zaman göstərəcəkdir. O, hadisəni törətməmişdən öncə də fikirləşmişdir ki, könüllü olaraq təslim olsun. Masallı rayonuna getməkdə məqsədi Eminin rayonda qəbrini ziyarət edib verdiyi sözü, yəni qanına səbəb olanın qanını tökdüyünü deyib sonra gedib polisə təslim olmaq olmuşdur. O, yolda “Youtube” sosial portalına daxil olub axtarıldığını öyrənəndə Masallı rayonuna getməkdən vaz keçmiş, çünki o, öz istəyi ilə polisə gedib təslim olmaq istəmiş, amma polisin onu kəndin içində qəbiristanlıqda, qohumlarının evində axtararaq tutmasını, ailəsinə narahatçılıq yaranmasını istəməməmişdir. Məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X16 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, ilk dəfə hadisədən sonra adını eşitmişdir. Təqsirləndirilən şəxs onun oğlu Zərərçəkmiş şəxs ədavəti olduğu Emin Səfərovun xalası oğludur. Eminin 2019-cu ilin may ayında Həsən tərəfindən öldürülməsindən sonra Zaur da Binəqədi rayon prokurorluğu tərəfindən istintaqa cəlb edilib barəsində həbs qətimkan tədbiri seçilmiş, amma Zaurun əleyhinə hər hansı sübut olmamışdır. Eminin anası Məlahət isə oğlunun öldürülməsində nəinki Zauru, həmçinin onu da günahlandırmış və onun da həbs edilməsini istintaq və məhkəmədən tələb etmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsində proses getdiyi dövrdə Məlahət hər dəfə video çəkiliş aparıb Eminin qatilləri kimi onu və Zauru “biabr” etmiş, Zaur məhkəmənin xx.xx.2021-ci il tarixli hökmü ilə bəraət alıb azadlığa buraxılandan sonra Məlahət daha da azğınlaşaraq hər yerdə Zauru ölümünü arzulamağa başlamış və qisas alacağını, Eminin qanını yerdə qoymayacağını deməyə başlamışdır. Həmçinin, Zaur buraxılandan sonra Eminin qardaşı Elçin də ölkədən xaricə getmiş, o, bütün bunların üzərinə şübhə çəkməmək üçün Məlahətin planlarının bir hissəsi olduğunu hesab edir. Samir, Zauru Məlahətin göstərişi və planına uyğun olaraq öldürmüşdür, çünki Samir Zauru tanımamış və aralarında hər hansı ədavət də olmamışdır. Ümumiyyətlə Eminin öldürülməsində Zaurdan çox Həsənin adı hallanmalı olduğu halda Məlahət bacısı oğlu Samiri yanında saxlayıb beynini doldurmaqla, maddi dəstək verməklə, tüfəngi alıb əlinə verməklə, lazım olan informasiya ilə təmin etməklə Samiri bu cinayətə hazırlamışdır. O, əvvəllər heç vaxt Təqsirləndirilən şəxs görməmiş, rastlaşmamış, Samirin Zauru öldürmək üçün onların yaşadıqları evin yerini öyrənərək gəlib evi güdməsi barədə hadisədən sonra, habelə Zərərçəkmiş şəxs azadlığa buraxılana qədər Samirin öz qisasını almaq üçün onu və oğlu Zamin Yusifovu öldürmək üçün güdməsi barədə isə istintaqda eşidib xəbər tutmuşdur. 14 mart 2022-ci il tarixdə Zaur gün boyu evdə olmuş, saat 18 radələrində evdən çıxıb yaxınlıqdakı “Nargilə” çay evinə getmişdir. Saat 22:30 radələrində ona “Nargilə” çay evini işlədən Qara ləqəbli adını xatırlamadığı şəxs zəng edərək “evimiz yıxıldı, Zauru vurdular” demiş, o, dərhal hadisə yeri olan “Qardaşlar Market”ə getmiş, Zaurun odlu silahdan açılmış atəş nəticəsində öldürüldüyünü və marketin ortasında üzüaşağı vəziyyətdə olduğunu görmüşdür. Orada ətrafa getdikcə çoxlu sayda insanlar toplaşmış, polislər, daha sonra prokurorluq əməkdaşları hadisə yerinə gəlmiş, sonra baş verənləri isə xatırlamır. O, “Nargilə” çay evinin video görüntüləri ilə tanış olaraq hadisədən əvvəl çay evindən çıxan oğlu Zaurun sağındakı qızı tanımamışdır. “Hyundai Santafe” markalı **-ZV-*** dövlət qeydiyyat nişanlı avtomobil onun mülkiyyətində olmuş, həmin avtomobili həm özü, həm də oğlu Zaur tərəfindən etibarnamə əsasında idarə olunmuş, “Mercedes Benz E klass” markalı sonu 932 ilə bitən avtomobili qaynından satın alaraq özü idarə etmiş, digər “Kia” markalı **-BT- *** dövlət qeydiyyat nişanlı avtomaşın isə onun qaynının oğlunun avtomobili olmuş, arada Zamin tərəfindən də idarə olunmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, 2021-ci ilin avqust ayından qaynı Zaur Heybətovun aylıq 600 manata icarəyə götürdüyü ünvan 6 ünvanında yerləşən “Qardaşlar” adlanan ərzaq mağazasında satıcı kimi işləməyə başlamışdır. 14 mart 2022-ci il tarixdə saat 20 radələrində marketə gəlib Zaur Heybətovu əvəz etmiş, Zaur da marketi tərk edib öz evinə getmişdir. Təxminən saat 22 - 22:30 radələrində marketin içərisində tək olan vaxtı marketlə üzbəüzdə yerləşən obyektlərin sahibi Əlinin oğlu Zaur təkcə marketə daxil olmuş və gəlib kassanın qabağında, onunla üzbəüz dayanmışdır. Zaurun nə sifariş verməsini xatırlamır, çünki Zaurun dükana daxil olmasından bir neçə saniyə sonra ardınca möhkəm atəş səsi eşidilmişdir. Səs düz marketin giriş qapısından gəlmiş, lakin həmin vaxt o, orada kiminsə olmasını görməmişdir. Birinci atəş zamanı Zaur qapıdan təxminən 2 - 2.5 metr məsafədə onunla üzbəüz, piştaxtanın qarşısında dayanmış və sol tərəfi qapı istiqamətində olmuş, həmin vaxt onunla Zaurun arasındakı məsafə təxminən bir metr olmuşdur. Birinci atəş səsindən sonra qorxusundan dayandığı yerdə, yəni marketin giriş qapısının sol tərəfində quraşdırılmış soyuducunun kənarında üzüaşağı vəziyyətdə döşəməyə uzanmış, Zaurun sonrakı hərəkətlərini görə bilməmiş, həmçinin Zaurun arxasınca içəriyə girən şəxsi görməsə də, həmin şəxsin Zaurun arxasınca marketin içərisinə girməsini, silahın hazır vəziyyətə gətirilməsi üçün şaqqıltı səsini və həmin səsdən hər dəfə sonra silahdan 4 dəfə ardıcıl olaraq atəş açılmasını eşitmişdir. Bundan bir neçə saniyə sonra o, soyuducunun yan tərəfindən aralanıb, marketin içərisinə baxanda marketdə heç kimin olmadığını görüb cinayətkarın marketi tərk etdiyini anlamışdır. Bundan sonra o, ayağa qalxanda Zaurun meyitinin marketin ortasında üzüaşağı vəziyyətdə olduğunu və ətrafının da bütün qana bulaşdığını görüb dərhal marketdən çölə çıxmışdır. Həmin an səsə Zaurun qardaşı Zamin və başqa tanımadığı dostları qaçaraq marketə gəlmiş, bundan sonra kimsə orada DİN-nin 102 xidmətinə zəng edib məlumat vermişdir. Hadisə yerinə baxış başa çatandan sonra o, mağazanın qapısını kilidləyib üzərindəki jalüzü də aşağı çəkib bağlamış, hadisənin ağır şok təsirindən özünə gələ bilmədiyinə görə 15 mart 2022-ci il tarixdə bütün gün mağaza işləməmiş və qapısı kilidli qalmışdır. Hadisədən sonra ilk dəfə mağazanı 16 mart 2022-ci il tarixdə səhər saatlarında açıb içəridə səliqə-səhman, təmizlik işləri görəndə mağazanın ortasında, vitrinin alt tərəfindəki peçenye qutusunun içində bir ədəd atılmış patron tapmış və həmin patronun hadisə vaxtı Samir adlı oğlanın Zauru öldürmək üçün tüfəngdən atəş açanda kənara düşdüyünü başa düşdüyü üçün istintaqa təqdim etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid17 ifadəsində göstərdi ki, 2021-ci ilin sentyabr ayından “Toyota Prius” markalı **-UR-*** dövlət qeydiyyat nişanlı avtomobil alaraq həmin avtomobil ilə “Bolt” proqramına qoşulub taksi fəaliyyəti ilə məşğul olmağa başlamışdır. Təqsirləndirilən şəxs, “Emin444” ləqəbli Emin Səfərovu və Zərərçəkmiş şəxs tanımır, heç bir münasibəti yoxdur, aralarındakı düşmənçilik və ədavətdən məlumatı olmamışdır. 2022-ci ilin mart ayının ortalarında axşamtərəfi, xatırlamadığı saatda Təqsirləndirilən şəxs “Bolt” proqramının sifarişi əsasında Bakı şəhəri Yasamal rayonunda yerləşən “Kaktus”un yanından sağa dönəndə məktəbə yaxud yataqxanaya oxşayan bir yerin qarşısından təkcə götürmüşdür. Samirin əynindəki geyimini xatırlamır, Samir qabaq sərnişin oturacağında əyləşmiş və üzərində iri ölçülü rəngini xatırlamadığı çanta olmuş, həmin çantanı ayaqlarının arasına qoymuş və yolboyu demək olar ki danışmamışdır. Heç yerdə avtomobili dayandırmadan birbaşa A.M.Şərifzadə küçəsi ilə hərəkət edərək İran klinikasının qarşısından sağa dönmüş, oradan Zərdabi küçəsinə çıxıb “Qələbənin kruqu”na, düz yolla gəlib Yeganə şadlıq sarayınn qarşısına, oradan da “4-cü mkrorayunun kruqu”na doğru hərəkət edərək “kruqdan” sağa dönərək Z.Əliyeva adına göz institutunun qarşısına çıxmış, İnstitutu keçəndən sonra sağa dönən kimi təxminən 40-50 metr qarşıda sifarişə uyğun olaraq avtomobili dayandırmışdır. Yaxınlıqda avtobus dayanacağı da olmuş, sifariş təxminən 3 manat qeyd etmiş, lakin Samir avtomobilin içində əvvəlcə səhv etmirsə 5 manat pul qoyub özü düşmüş, daha sonra əl çantasını götürüb avtomobildən aralaşaraq yardımçı yola tərəf getmişdir. Təxminən 3 metr aralanandan sonra o, hərəkətə başladığı üçün Samirin hansı istiqamətdə hərəkətini görməmişdir. Həmçinin, o, Samirin kimisə öldürmək üçün hadisə yerinə getməsindən, çantasında silah olmasından xəbəri olmamış, hətta, hadisədən bir neçə gün sonra cərrahiyyə əməliyyatı olunub Şəmkir rayonuna qayıtmış və hadisə barədə istintaqa dəvət ediləndə bilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid19 ifadəsində göstərdi ki, 2014-cü ildən daxili işlər orqanlarında, 2017-ci ildən Cəlilabad rayon polis şöbəsinin Növbətçi hissəsinin məsul növbətçisi vəzifəsində işləyir. Onun xidməti vəzifələri növbə ərzində Cəlilabad rayon polis şöbəsinə daxil olan hər bir məlumatı qeydə alıb məruzə etməklə aidiyyəti üzrə yönəltmək, inzibati binaya daxil olan və çıxan şəxslərin, o cümlədən keçirilmiş əməliyyattədbirləri nəticəsində gətirilmiş şəxslərin qeydiyyatını aparmaq və sarədən ibarətdir. Təqsirləndirilən şəxs tanımır, hər hansı bir düşmənçilik və ya yaxınlığı olmamış, o, 13 mart 2022-ci il tarixdən saat 09:00-dan, 14 mart 2022-ci il tarixə saat 09:00-dək növbətçilik qrafikinə əsasən iş yerində olmuş, məsul növbətçi kimi xidmət aparmışdır. Həmin növbətçilik vaxtı 13 mart tarixindən 14 mart keçən gecə saat 01 radələrində növbətçi hissədə olan zaman Təqsirləndirilən şəxs təkcə Cəlilabad rayon polis şöbəsinin inzibati binasına daxil olaraq növbətçi hissəyə yaxınlaşıb ona Bakı şəhərində adam öldürdüyünü və təslim olmaq istədiyini bildirmişdir. Bundan sonra o, Samirdən dərhal hadisə barədə ətraflı soruşmağa başlamış, Samir də ona sosial şəbəkədə paylaşımlardan faciəli şəkildə öldürüldüyü bildiyi “Emin444” ləqəbli Emin Səfərovun xalası oğlu olduğunu bildirmişdir. O, Eminin qisasını almaq üçün Emini öldürən Zərərçəkmiş şəxs Bakı şəhəri Binəqədi rayonunda yaşadığı evin yaxınlığında dükanın içində öz vinşester markalı silahından atəş açmaqla öldürdüyünü bildirmişdir. Bundan sonra həmin silahın sənədlərinin olduğunu və qanuni şəkildə Bakı şəhərində xatırlamadığı dükandan təxminən bir il əvvəl aldığını və 6-7 aydır atıcılıq mərkəzinə gedib təlim keçdiyini demişdir. O, hadisədən sonra hadisə yeri olan dükanın yanındakı məhəllədə qaranlıq bir yerə atdığını, oradan Masallı rayonunda xalası oğlu Eminin qəbrini ziyarət etmək üçün əvvəlcə “20Yanvar” dairəsinə gəlib bir taksiyə əyləşdiyini, lakin yolda telefonla instaqramda hər yerdə onun axtarıldığını görüb ailəsinə problem olmasın deyə öz rayonuna getməkdən əl çəkdiyini və ona görə də Cəlilabad rayon polis şöbəsinə gəlib təslim olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs üzərinə ümumi qaydalara uyğun olaraq qadağan olunmuş əşyaların aşkar edilməsi üçün baxış keçirilmiş və xatırladığı qədər Samirin əynindəki kurtkanın sağ yan cibində bir ədəd qara rəngli, yan tərəfdə düyməsi olan, tiyəsi dəstəyinin içindən çıxan, hər iki tərəfi kəsən bıçaq aşkar edilib götürülmüşdür. Bu barədə müvafiq sənədləşmə də aparılmış, bıçaqla bağlı harada, kimdən, nə məqsədlə əldə etməsi, həmin bıçaqla hər hansı cinayət törədib törətməməsi barədə o, Samirə suallar versə də Samir demək olar ki heç bir məlumat verməmişdir. Çünki əsas hadisə barədə danışandan sonra Samir daha danışmağa meyilli olmamışdır. Bundan sonra o, dərhal bu barədə raport tərtib edib rəhbərliyə məruzə etmiş, həqiqətən də belə bir hadisənin baş verdiyi və Təqsirləndirilən şəxs axtarıldığı müəyyən olunduğuna görə Binəqədi rayon polis idarəsi ilə əlaqə saxlanılıb bu barədə məlumat verilmişdir. Bir neçə saat sonra Binəqədi RPİ-nin əməkdaşları şöbəyə gələrək Samiri təhvil alıb aparmışlar. Məhkəmədə şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, böyük oğlu X8, X9 və Elçinin azyaşlı övladları Xədicə, Zeynəb, Leyla və Dənizlə birgə yaşamış, kiçik oğlu Emin Səfərov 09 may 2019-cu il tarixdə Binəqədi rayonu, 6-cı mikrorayon ərazisində bir neçə nəfər tərəfindən öldürülmüşdür. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə yalnız Həsən adlı şəxs Eminin öldürülməsində təqsirli bilinərək 18 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Həmin iş üzrə təqsirli bilinərək cinayət məsuliyyətinə alınmaqla həbs edilmiş Zərərçəkmiş şəxs isə Bakı Ağır Cinayətlər Məhkəməsinin bəraət hökmü ilə məhkəmə zalından azadlığa buraxılmışdır. O, cinayət işi üzrə zərərçəkmiş şəxsin hüquqi varisi kimi Eminin ölümündə Zauru birbaşa təqsirli bildiyinə görə həmin hökmdən 2021-ci ilin oktyabr ayında apelyasiya şikayəti vermişdir. Belə ki, 2019-cu ildə oğlu Eminlə Zaur arasında mübahisə yaranmış, Zaur faizlə pul verdiyi Eminin bir dostunun mobil telefonunu götürmüş və Emin də Zaurdan həmin telefonun geri qaytarılmasını tələb etmişdir. Bundan sonra Zaur əvvəlcə Emini öldürməklə hədələmiş, sonra isə Zaur, Həsən və Zaurun digər qohumları bıçaqla çoxsaylı xəsarətlər yetirərək öldürmüşlər. 08 oktyabr 2021-ci il tarixdə məhkəmə Zaura bəraət hökmü verərək zaldan azadlığa buraxdıqdan sonra o, Elçinin Zaurdan qisa almasının qarşısını almaqdan ötrü dərhal Elçindən Azərbaycanı tərk eləməsini tələb etmiş, nəticədə oktyabr ayının ortalarında Elçin Kiyev şəhərinə gedib orada kiçik sahibkarlıqla məşğul olaraq ailəsinə pul göndərmişdir. O, oğlu Eminin öldürülməsi ilə bağlı aparılan məhkəmə proseslərində həmişə demək olar ki tək getdiyinə görə qohumlarından mənəvi cəhətdən incimişdir. Qarşı tərəfin təhlükəli adam olduqlarını gördüyü üçün oğlu Elçinin canına görə də narahat olub ehtiyat etmiş, ona görə Elçini də məhkəmə proseslərindən uzaq tutmuşdur. Təqsirləndirilən şəxs yalnız bir dəfə, təxminən 2021-ci ilin noyabr ayında apellyasiya prosesində iştirak etmək üçün fikrini ona deyəndə Zaurun özünün də proseslərə gəlmədiyini deyib Samiri də fikrindən daşındırmışdır. Təqsirləndirilən şəxs Bakıda yaşadığı müddətdə demək olar ki, iki həftədə bir dəfə çimmək və ona baş çəkmək üçün adətən saat 18 radələrində onun yaşadığı evə gəlmiş, və saat 22 radələrində çıxıb getmiş, son üç ay ərzində o, daha çox gəlməyə başlamışdır. Samiri demək olar ki, o, “böyütdüyü” üçün həmişə onun gözündə uşaq olmuş və münasibətləri də həmişə yaxşı olmuşdur. O, oğlu Emin Səfərovun öldürülməsindən sonra istintaq və məhkəmə prosesini haqsız aparılmasını düşündüyünə görə fəryad etmiş, evdə də, çöldə də, olduğu hər yerdə xüsusilə Zaurun məhkəmə proseslərində ona nalayiq ifadələr, pozğun atmacalar atıb alçaldıcı davranışlar nümayiş etdirməsindən sonra Zaura qarğışlar etmişdir. Samir onun yanında olanda da o, Zaurun hərəkətlərini dilinə gətirib qarğış etmiş, lakin bir dəfə olsun Samirin Zaurun barəsində hər hansı fikir bildirməsinin şahidi olmamış, heç vaxt Samirin Zauru öldürmək istəməsi, öldürəcəyi, tüfəng alması, patron alması, hazırlaşması kimi hərəkətlərindən qabaqcadan xəbəri olmamışdır. Sonuncu dəfə Samir hadisədən təxminən iki həftə əvvəl gəlib onun evində çimmiş, danışanda ondan apellyasiya məhkəməsinin növbəti prosesinin nə zaman keçiriləcəyini və oraya gedib-getməyəcəyini soruşmuş, o da mart ayının 15-i olacağını və gedəcəyini demiş, hətta həmin gün bir qədər narahat olub yataqda uzandığına görə Samir onun evindən gedəndə xəbəri olmamışdır. Bundan sonra təxminən iki həftə Samir onlara gəlməmiş, o, hətta bacısı Mətanət ilə telefonda danışanda Samirin nə üçün onun evinə gəlmədiyini soruşmuş, Mətanət isə ona Samir ilə danışdığını, Samirin ona “ana, hər dəfə gedirəm görürəm xala ağlayır, adam pis olur” dediyini bildirmişdir. 14 mart 2022-ci il tarixdə səhər saat 7:30-da nəvəsi Xədicəni 248 saylı məktəbə aparmış və bundan sonra bütün günü evdə olub bacıları və qonşusu Ramilə ilə telefonla danışmışdır. Təxminən saat 22 radələrində əvvəllər 6-cı mikrorayonda qonşuluqda yaşadığı qonşusu Ramilə ona zəng edərək Eminin öldürülüdüyü yerdə Zaurun öldürüldüyünü, lakin kimin öldürdüyünü bilmədiyini demişdir. O, bir neçə dəqiqədən sonra Ramiləyə yığıb Zauru kimin öldürdüyünü və ya dəqiq öldürülüb-öldürülmədiyini soruşduqda Ramilə Zaurun dəqiq öldürüldüyünü, lakin kimin öldürdüyünü bilmədiyini demişdir. Ramilədən eşidən kimi ***-***-**-** saylı mobil nömrənin “vvhatsapp” proqramı vasitəsilə zəng edib məlumat vermiş, Elçin Zaurun ölüm xəbərini ondan eşitmişdir. Daha sonra o, qardaşı Cümşüdə yığıb eşitdiklərini deyib öz evinə çağırmış, təxminən 15-20 dəqiqədən sonra qardaşı onun yaşadığı evə gəlmiş, qardaşı Cümşüdün hadisə barədə başqa heç bir məlumatı olmamışdır. Ardınca evə polislər gəlib Ramilənin zəngindən sonra Zaurun yaxınlarının evə basqın etməsindən qorxub çağırdığı qardaşı Cümşüdü polis idarəsinə aparmışlar. Onu da aparmaq istəyəndə etiraz etmiş, polislər gedəndən sonra o, vəkili Aidəyə zəng edib Zaurun öldürüldüyünü, Cümşüdün isə polis idarəsinə aparıldığını deyib qorxduğu üçün vəkili öz evinə dəvət etmiş, amma Aidə gec olduğuna görə etiraz etmişdir. Ardınca Elçinə zəng edib hadisələr barədə məlumat vermiş, sonra Mətanət ona zəng edib Zaurun öldürülməsi barədə xəbərlərin doğru olubolmadığını soruşmuş, lakin Samir barədə heç bir kəlmə danışıqları olmamış, o da sadəcə Mətanətə xəbərlərin doğru olduğunu deyib qorxduğu üçün Mətanətə onun yanına gəlməsini təklif etmişdir. Az sonra tanışı Kamran adlı polis başqa polislərlə birlikdə onun evinə gəlmiş və birlikdə polis idarəsinə getmişlər. Onun Zərərçəkmiş şəxs öldürüləcəyindən, ümumiyyətlə qabaqcadan heç bir məlumatı olmamışdır. Nadir Səlifovu şəxsən tanımamış, Emin Səfərov öldürüləndən sonra istintaqın ilkin mərhələsində videolar çəkib Eminin ölümünü sosial şəbəkələrdə paylaşaraq ictimailəşdirməyə başlayanda evdə olarkən Nadir Səlifov xatırlamadığı Türkiyə nömrəsi ilə ona zəng edib təxminən 2-3 dəqiqə danışmış, özünü “Qələmin oğludu, Quliyəm” deyə təqdim edərək bucür videolar paylaşmağı ona irad tutmuş, o isə Qulinin onun sözünü kəsib Eminin “həmin aləm”ə aid olmadığını demiş və Quli ona adboy vermişdir. Bundan sonra onun Quli ilə ikinci əlaqəsi, danışığı olmamış, həmçinin Qulinin yaxınları və qohumlarından başqa heç kim ilə əlaqəsi olmamış, eləcə də bildiyinə görə oğlu Elçin Səfərovun da Quli və yaxınları ilə əlaqəsi olmamışdır. ***-***-**-** saylı mobil nömrə Elçinin arvadı Xəyalə Qafarovaya məxsus olmuş, lakin həmin mobil nömrədən o da istifadə etmişdir. Xəyalə Qafarova ilə Təqsirləndirilən şəxs qohum kimi salam - sağol münasibətləri olmuş, lakin arada “pərdə” olduğuna görə telefon əlaqələri olmamış, xx.xx.2022-ci il tarixdə qeyd olunan mobil nömrədən Təqsirləndirilən şəxs mobil nömrəsinə SMS vasitəsilə Elçin Səfərovun +380- 96.... saylı mobil nömrəsini o, özü göndərmişdir. Elçinin ad günü 28 yanvar tarixində olduğuna görə Samir ondan Elçini təbrik etmək üçün mobil nömrəsini istəmiş, lakin sonra onların əlaqə saxlayıb - saxlamamaları barədə məlumatı olmamışdır. Zərərçəkmiş şəxs məhkəmədə bəraət aldıqdan sonra Təqsirləndirilən şəxs Zaurun barəsində Apellyasiya məhkəməsində cinayət işi davam edərkən onlara gəlmiş və cinayət işinin nə yerdə olmasını ondan soruşmuş, o da Samirə bildirmişdir ki, ilk məhkəmədə Zaur bəraət almış, hazırda isə cinayət işi davam edir. Samirlə onun arasında geniş müzakirələr olmamışdır. Eləcə də, oğlu Eminin ölümündən sonra da bütün qohum-əqrəbasına bu məsələyə qarışmamaları barədə xəbərdarlıq etmişdir. Təqsirləndirilən şəxs hər zaman çox saf, sakit bir insan olmuşdur. O, heç bir zaman istəməzdi ki, Təqsirləndirilən şəxs qətl hadisəsi törədərək, həyatını korlayaraq, həbs edilsin. Həmçinin, düşmənçilik davam etməsin deyə digər oğlu Elçin Səfərovu xarici ölkəyə göndərmişdir. Samir uşaq olarkən imkansız yaşamış və Samirə uşaq yaşlarında çox dəstək olmuşdur. Lakin, sonradan oğlu Emin Səfərov həbs olunduğu üçün Samiri öz evlərindən uzaq tutaraq, onun həbsxana həyatı ilə tanış olmasını istəməmişdir. Emin cəzaçəkmə müəssisəsində olduğu vaxtlar onun bütün xərclərini özləri qarşılamış, belə ki, onların üç mağazası olmuş, Eminin ölümündən sonra həmin mağazanın birini sataraq, Eminin məzarına xərcləmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərdi ki, 14 mart 2022ci il tarixdə axşam saat 19-20 radələrində müştəriləri Masallı rayonundan Bakı şəhərinə gətirmiş, oğlu Rəvanla telefonla danışanda digər oğlu Vurğunun Məlahətgildə olduğunu öyrənmiş, lakin oğlu Vurğunun telefonuna zəng çatmadığına görə Məlahətgilin yaşadığı evin yaxınlığına gedib Məlahətin telefonuna zəng edərək Vurğunun aşağıya düşməsini istəmiş, Vurğun 3-4 dəqiqəyə aşağı düşdükdən sonra birlikdə öz evinə qayıtmışdır. Evdə olarkən təxminən 22 radələrində bacısı Məlahətin telefonundan gəlini Xəyalə onun telefonuna zəng edib “deyəsən Zauru öldürüblər” demiş və Məlahətin onu yanına çağırdığını bildirmişdir. O da dərhal evdən çıxıb təxminən 15 dəqiqəyə Məlahətin evinə gəlmiş, orada olarkən Məlahət ona bildirmişdir ki, Eminin əvvəl yaşadığı binada qonşusu Ramilə zəng edərək Zauru kiminsə silahdan atəş açıb öldürdüyünü demişdir. Onun bacısigilə gəlməsindən təxminən yarım saat - qırx dəqiqə sonra, polis əməkdaşları evə gəlib onları polis idarəsinə dəvət etmişlər. Bundan sonra əvvəlcə onu, daha sonra bacısı Məlahəti polis bölməsinə aparmışlar. Zərərçəkmiş şəxs qəsdən öldürülməsi barədə əvvəlcədən onun heç bir məlumatı olmamış, Eminə görə Zərərçəkmiş şəxs qisas alınacağı barədə ona yaxın qohumları, nə də ki hər hansı digər şəxs tərəfindən heç bir məlumat verilməmişdir. Təqsirləndirilən şəxs hadisədən təxminən 6 ay qabaq görmüş, bacısı Şahid7 da Zaurun öldürülməsi xəbərini eşidəndə pis olmuşdur. Bacısı oğlu Təqsirləndirilən şəxs neçə müddətdir Bakı şəhərində olmasını dəqiq bilməmiş, Samirin bacısı Məlahətlə münasibətlərinin necə olmasından məlumatsız olmuşdur. Emin Səfrovun dəfn mərasimində iştirak etmiş, Eminin dəfnindən sonra onun qisasının alınması ilə bağlı hər hansı söhbətlər olmamışdır. Zərərçəkmiş şəxs məhkəmədə bəraət almasından məlumatı olmuş, bacısı Məlahət hər zaman demişdir ki, Apellyasiya məhkəməsinə şikayət edəcək, eləcə də daha yuxarı məhkəməyə müraciət edərək, cinayətkarın cəzalanmasına nail olacaqdır. Məhkəmədə şahid qismində dindirilmiş X20 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun həm kəndlisi, həm də ata tərəfdən uzaq qohumudur. Kənddə yaşadıqları müddətdə məktəbdə və kənddə rastlaşıb salamlaşmış, normal münasibətləri olmuş, lakin yaş fərqi olduğuna görə yaxın münasibətləri olmamışdır. 2021-ci ilin yay ayında Yasamal parkında təsadüfən Samirin karusel işlətdiyini görüb yaxınlaşıb salamlaşmış, nömrə götürüb biri-biri ilə əlaqə saxlamağa başlamışlar. 2021-ci ilin noyabr - dekabr aylarında Samir zəng vurub onun yaşadığı yataqxanadakı otağa gəlib onunla çay içib vaxt keçirmiş, lakin gecələməmişdir. 2022-ci ilin əvvəllərində Samir onun yaşadığı otaqda artıq gecələməyə başlamış, belə ki, Samir onun yanına gəlib gecə saatlarına qədər söhbət edəndən sonra gecə düşdüyünə görə onunla eyni otaqda qalmışdır. Ümumiyyətlə Samir ona əvvəllər “Tri Karona” adlanan binaların yanında beşmərtəbədə kirayədə yaşadığını, həmçinin bəzən xalası Məlahətgildə qaldığını demişdir. Sonralar yayılan söz söhbətlərdən X13 anası olduğunu öyrənmiş, lakin onun Eminlə tanışlığı olmamış, heç vaxt rastlaşmamış, Emini ümumiyyətlə tanımamışdır. Samir ilə Emin barəsində heç vaxt söhbəti olmamış, Samirin Eminə qarşı olan münasibəti barədə də məlumatsız olmuşdur. Samirin kriminal aləmə marağının heç vaxt şahidi olmamış və şübhələnməmiş, üzərində bıçaq və başqa kəsici alətlər görməmişdir. O, Samirin üzərində həm sadə, həm sensorlu mobil telefonlar görmüş, bəzən maddi imkansızlıqdan telefonu satıb onun mobil telefonunu istifadə etmişdir. O, adətən anası Mətanətlə danışmaq adı ilə telefonu ondan istəmiş, o da Məlahəti tanımasa da, Mətanəti Şərəfə kənd məktəbində müəllim kimi tanımış, sonradan Samirlə Bakıda münasibətləri yaxınlaşdıqca Mətanət onun nömrəsini özündə qeyd edib vaxtaşırı zəng edib Samiri maraqlanmışdır. 2022-ci ilin fevral və mart ayları ərzində Samirin onun yaşadığı yataqxana otağına gəliş - gedişi artmış, bəzən Samir 4 - 5 gün ardıcıl onunla birlikdə gecələmiş, bəzən də xalası Məlahətgildə gecələdiyini demişdir. O, son bir ay ərzində ondan yataqxanada özü üçün ayrıca kirayə otaqla maraqlanmasını istəmişdir. Sonuncu dəfə Samir 12 mart 2022-ci il tarixdə onun yaşadığı yataqxana otağına gəlib həm 12, həm 13 mart 2022-ci tarixlərdə ardıcıl iki gecə onunla birlikdə qalmışdır. Yaşadığı yataqxana bir otaqdan, bir sanitar qovşağı və bir eyvandan ibarət olmuş, eyvanı mətbəx kimi istifadə etmiş, otaqda bir ədəd orta ölçülü şkaf, üç ədəd çarpayı yerləşmiş, otağın iki açarı olmuş, biri həmişə onun üzərində olmuş, digəri isə divardan asılmışdır. Samirin həmin açarı götürüb - götürmədiyini bilməmiş, həmçinin Samirin evin açarı ilə qapını açıb yaxud bağlaması hallarını xatırlamır. Samir onun evinə gələndə Samirin üzərində heç vaxt çanta və ya başqa əşya olmasının şahidi olmamış, istintaqda ona təqdim edilən “Fila” markalı qara rəngli iri ölçülü bel çantasını əvvəllər heç vaxt görməmiş, həmçinin Samirin bıçaq, tüfəng və patron, habelə patrondaş almasından cinayət hadisəsindən sonra məlumatı olmuşdur. Əvvəlcədən bu barədə məlumatı olmamış, çünki Samirin üzərində bıçaq, silah, patron, patrondaş gəzdirməsinin şahidi olmamış, Samir özü də belə əşyaların olduğunu, ümumiyyətlə kimisə öldürəcəyi, öldürmək istəməsi barədə heç vaxt bildirməmişdir. 14 mart 2022-ci il tarixdə saat 08 radələrində yuxudan oyandıqdan sonra o, dərsə, Samir isə işə getmək adı ilə onunla birlikdə evdən çıxmış, saat 14 radələrində dərsdən çıxıb evə gələndə Samir evdə olmamış, 5 - 10 dəqiqə sonra onun ardınca Samir gəlib “28 May”da özünə mobil telefon almağa getdiyini deyib ondan telefonunu istəmiş və özünə telefon alıb qayıdanda onun mobil telefonunu bir - iki saat ərzində gətirib iş yerində özünə qaytaracağını demişdir. O, əvvəlcə telefonunu onlayn dərslərə qoşulduğunu deyib vermək istəməsə də Samir israr etdiyi üçün razılaşıb vermiş, amma telefonu nə olur - olsun gətirib iş yerində qaytarmasını Samirdən xahiş etmişdir. Bundan sonra saat 15 radələrində Samirlə birlikdə evdən çıxmış, o, qapını açarla bağlayıb mobil telefonunu Samirə verdikdən sonra işə tələsdiyinə görə qaçaraq oradan uzaqlaşmış, Samir isə blokda qalmışdır. Həmin gün Samiri nə qədər gözləsə də Samir işə gəlməmiş, o da Samirə verdiyi “Xiomi Redmi” markalı mobil telefonunda istifadə etdiyi həm ***-***-**-**, həm də ***-***-**-** saylı mobil nömrələrə ayrı-ayrı iş yoldaşlarının mobil nömrələrindən zəng vursa da Samir zənglərə cavab verməmişdir. Həmin gün saat 01:00-da işdən çıxıb saat 02 radələrində evə çatmış, otağa girəndə hər hansı fərqlilik, dağıntı və neqativ vəziyyət hiss etmədən saat 03 radələrində yatmış, saat 05 radələrində Samirin anası Mətanət Samirə məxsus lakin onun sadə model telefonuna taxılmış ***-***-**-** saylı mobil nömrəsinə zəng vurması ilə ayılmışdır. Danışanda Mətanət ondan nə üçün mobil nömrəsinə zəng çatmadığını, Samirin harada olduğunu soruşmuş, o isə Samirin günorta ondan mobil telefonu götürüb “28 May”a gedəcəyini dediyini, lakin sonra bir xəbər çıxmadığını və onun mobil telefonunu da qaytarmadığını demişdir. Samirin anası neçə saatdır Samirlə əlaqə saxlaya bilmədiyini, narahat qaldığını demiş, sonra o, yatıb səhər saat 09 radələrində yuxudan oyanmış, həmin radələrdə Samirin anası yenidən həmin nömrəyə zəng edib Samirin gətirib onun telefonunu qaytarıb - qaytarmadığını soruşmuş, o da “yox” deyəndə, Samirin anası Bakıya Azadlıq tərəfdə “Panda bina”nın yanında yaşayan bacısı Məlahətgilə gəldiyini və Samirə məxsus ***-***-**-** saylı mobil nömrəni oraya aparıb özünə verməsini xahiş etmişdir. O, Mətanətə “bəs mənim qayıbım necə olacaq, axı Samir mənim telefonumu apardı, mən onlayn dərsə qoşulmalı idim, necə olacaq bəs?” desə də Samirin anası ona cavab verməmişdir. Az sonra yataqxanada yayılan söhbətlərdən Samirin Zərərçəkmiş şəxs öldürdüyünü eşitmiş, saat 12 radələrində Samirin anası deyən yerə gəlib binanın qarşısında təkcə görüşüb nömrəni Mətanətə vermiş və eşitdiklərini soruşanda Mətanət özünün də belə eşitdiyini, lakin dəqiq bir şey bilmədiyini demişdir. Samirin anasının mobil nömrəni nə üçün ondan istəməsini bilməmiş, hesab edir ki, Samirə görə narahat olduğu üçün həmin nömrə ilə əlaqəyə çıxan olsa özü cavab verməsi məqsədilə nömrəni ondan istəmişdir. Bundan sonra o, yataqxanaya qayıdıb hər dəfə olduğu kimi çirklənmiş paltarlarını anasının kənddə yuması üçün özünə məxsus çantaya yığıb saat 16 radələrində “Lokbatanın kruqu” deyilən yerdən taksi avtomaşını ilə Masallı rayonuna yola düşmüş, ümumiyyətlə o, sonuncu dəfə Masallı rayonuna atasının ölümünün il dönümündə yəni xx.xx.2021-ci il tarixdə getmiş, xx.xx.2022-ci il tarixdə isə yenə də “Çərşənbə bayramı” ilə əlaqədar atasının qəbrində şam yandırmaq, “Yasin” oxutdurmaq üçün Masallı rayonuna getmişdir. Həmin gün rayona gedəcəyi barədə təxminən bir həftə əvvəl Samirə də demiş, saat 20 radələrində Şərəfə kəndindəki evlərinə çatmış, çatan ərəfədə televizorda Samirin Zauru öldürməsi xəbəri verilmiş və o da evdə anasına bu barədə eşitdiyini demiş, anası Rəfiqə kasıb ailə olduqlarını deyib öz adına kreditlə aldığı telefonu Samirə verdiyi üçün onu çox danlamışdır. O, atasının qəbrini ziyarət edib ertəsi gün, yəni xx.xx.2022-ci il tarixdə saat 06 radələrində Bakı şəhərinə qayıtmış, həmişə olduğu kimi özü ilə təmiz geyim əşyaları götürüb əvvəlki çirkli paltarları olan çantanı evdə saxlamışdır. Bakı şəhərinə qayıdanda mənzildə axtarış aparıldığını öyrənmişdir. Ertəsi gün, xx.xx.2022-ci il tarixdə səhər saatlarında yataqxanada qonşulardan birinin mobil telefonu ilə anası ilə əlaqə saxlayıb hal-əhval edəndə anası Rəfiqə ona Bakıya qayıdanda sonra çirkli paltarları olan çantanı boşaldanda içərisində salafanın içinə qoyulmuş Samirə məxsus bəzi sənədlərin olduğunu görüb Samirin anası Mətanətə zəng etdiyini və Mətanətin onlara gedib sənədləri götürəndə Samirə aid bəzi geyim əşyalarını da tanıyıb Samirə məxsus olduğunu dediyini və özü ilə apardığını demişdir. Lakin o, anasına Samirin həmin sənədləri və paltarları onun çantasına nə zaman qoyduğundan heç bir xəbəri olmadığını demişdir. Bundan sonra o, özünə məxsus mobil telefonu axtarmaq üçün polis idarələri və Binəqədi rayon prokurorluğuna getmiş, Samirin işinin harada aparıldığını və idarənin yerini öyrəndikdən sonra isə birbaşa İstintaq idarəsinin inzibati binasına yaxınlaşmışdır. O, Zərərçəkmiş şəxs, Emin Səfərovu əvvəllər tanımamış, barələrində heç bir məlumatı olmamış, Samirin həmin şəxslərlə münasibətləri, o cümlədən də Samirin cinayəti barədə nə hadisədən əvvəl, nə də hadisədən sonra məlumatı olmamışdır. İstintaqda ona təqdim edilən hadisə yerindən götürülmüş “Xiomi Redmi” mobil telefon ona məxsusdur və hadisə günü Samirə verdiyi telefondur. Samir dəfələrlə ondan mobil telefonu istəmiş və o da vermiş, yalnız “İnstagram” və “VVhatsapp” proqramları Samirin, qalan proqramlar isə onun istifadəsində olmuş, Təqsirləndirilən şəxs üzərində iri ölçülü qara rəngli “Fila” markalı bel çantasını heç vaxt görməmişdir. Təqsirləndirilən şəxs cinayətin törədilməsində istifadə etdiyi tüfəngi və patronlar habelə patrondaşı harada saxlaması barədə məlumatı olmamış, əgər yaşadığı yataqxana otağında gizlədibsə də onun bundan xəbəri olmamışdır. Ümumiyyətlə hesab edir ki otaq balaca olduğuna, həm də otaqda təmizlik işləri görərkən tüfəngi görə biləcəyi üçün Samir tüfəngi otaqda gizlətməzdi. Təqsirləndirilən şəxs Araz marketdə hansı müddətə satıcı işləməsini bilməmiş, Samir onun bildiyinə görə 300 manat civarında məvacib almışdır. Təqsirləndirilən şəxs evin kirayəsinə nə qədər ödəniş etməsini bilməmiş, Təqsirləndirilən şəxslə onun xalası oğlu Emin Səfərovun öldürülməsi barədə söhbətləri olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid11 ifadəsində göstərdi ki, ailəsi ilə birlikdə Masallı rayonu Şərəfə kəndində yaşayır, təxminən 2010-cu ildən isə Bakı - Masallı yolunda fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olur. Təqsirləndirilən şəxs onun doğma xalası Mətanətin oğludur, Samir ondan yaşca çox kiçik olduğuna görə münasibətləri demək olar ki olmamış, o, Samirin mobil nömrəsini, Bakıda yaşadığı və işlədiyi yerləri də bilməmişdir. Mətanət xalası ilə ailəvi gediş - gəlişi olsa da bu mütəmadi xarakter daşımamış, sonuncu dəfə Mətanətgildə Samir 2021-ci ilin aprel ayında hərbi xidmətdən qayıdandan sonra Samirə baş çəkmək üçün gedəndə olmuşdur. Samirin özünü isə Bakı şəhərində Məlahət xalasıgilin evində 2021-ci ilin yay aylarında görmüş, ümumiyyətlə, onun Məlahət xalası ilə də münasibəti normal olmuş, dəfələrlə onu evinə dəvət etsə də o, xaraktercə belə şeydən xoşlanmadığı üçün Məlahətin evinə çox nadir hallarda, adətən yaşadığı evin yaxınlığına müştəri gətirəndə gəlmişkən xalasına da baş çəkmək adı ilə getmişdirə. həmçinin Məlahətin oğlu Emin öldürüləndən sonra Məlahət oturub - durub ancaq Emin barədə ah-nalə çəkdiyinə görə Məlahətin evinə çox da getmək istəməmişdir. Onun Emin ilə münasibət normal olmuş, Emin ona heç vaxt maddi və sair dəstək olmamış, Eminin öldürülməsindən sonra o, sosial şəbəkələrdə qarşısına çıxan videolarda Eminin Zaur və Həsən adlı oğlanlar tərəfindən öldürüldüyünü görüb agah olmuş, lakin bundan artıq bu hadisəyə maraq göstərmədiyinə, görə hadisənin nə səbəbdən, harada, nə üçün, hansı şəraitdə törədilməsi və digər halları barədə məlumatı olmamışdır. Sonradan 2021-ci ilin oktyabr - noyabr aylarında xalası Məlahətin evində olanda danışıq zamanı ona Zaurun məhkəmədə bəraət alıb buraxılması barədə deyərək həm Zaura, həm məhkəmə hakimlərinə qarğış edəndə onun bu barədə, yəni Zaurun buraxılmasından xəbəri olmuşdur. O, Zaur adlı şəxsi tanımamış, barəsində heç vaxt maraqlanmamış, hər nə qədər Məlahət qarğış töksə də Məlahətdən Zaurun öldürülməsi barədə heç vaxt bir ifadə və ehtimal hiss etməmiş, eləcə də Samirdən Zauru öldürəcəyi barədə qabaqcadan bir söz, ifadə olsun eşitməmiş və ehtimal belə etməmişdir. Onun Zaurun öldürüləcəyi, Samirin tüfəng və patron aldığını, hazırlaşdığını, Zaudu güddüyünü kimi hallar barədə qabaqcadan məlumatı olmamışdır, belə ki, dörd uşaq atası olduğuna və zəhmətlə ailəsini saxladığına görə əslində bu qan davasından həmişə özünü kənarda qoymağa çalışmış, çünki tutulub ailəsini başsız qoymaqdan qorxmuşdur. 14 mart 2022-ci ildə saat 00 radələrində o, Masallı rayonunda evində yatdığı zaman əvvəlcə xalası Məlahət ona zəng edərək harada olduğunu soruşmuş, o, Masallı rayonunda olduğunu deyəndən sonra Məlahət Ramilə adlı qadının zəng edərək Zaurun yaşadığı evin yaxınlığında öldürüldüyünü deməsini bildirmiş, həmin vaxt o, cinayətin Samir tərəfindən törədildiyini bilməmiş, hətta Məlahətdən “bunu kim eləyər görəsən?” deyə soruşduqda Məlahət də onun kimi məlumatsız olduğunu demişdir. O, Məlahətin qorxduğunu hiss etdiyi üçün xalasına görə narahat olub ardınca dayısı Cümşüdə zəng edərək harada olduğunu soruşmuş, lakin Cümşüd ona narahat olmamağı və Məlahətin yanında olduğunu demişdir. Bundan sonra o, əslində Zaurun Eminin hansısa dostu tərəfindən öldürüməsini ehtimal etmiş və Samirin belə bir cinayət törədə biləcəyi ağlına da gəlməmiş, sonra o, yatmışdır. Ertəsi gün səhər saatlarında yuxudan ayılanda sosial şəbəkələrdə qarşısına çıxan xəbərlərdən cinayətin xalası Mətanətin oğlu Samir tərəfindən törədildiyini öyrənmiş, Samirin bildiyi qədər Emin ilə yaxın münasibəti olmamış, ümumiyyətlə Samiri dalaşqan, acıqlı oğlan kimi də tanımamış, yəqin Samir Məlahətin ah - nalələrini ürəyinə salmış, həmçinin müharibədən qayıdandan sonra Samirdə əsəbilik hiss olunmuş, bu səbəbdən Samirin Zauru öldürdüyünü hesab etmişdir. Onun Eminin qardaşı Elçin ilə də normal münasibəti olmuş, bildiyinə görə Elçin işləmək adı Türkiyəyə getmiş, Elçinin kriminal aləm ilə heç bir əlaqəsi olmamışdır. O, Elçinin barəsində cinayətin törədilməsini sifariş etməsi barədə şübhələrə inanmır və hesab edirəm ki belə bir niyyət olsaydı Elçin özü bu cinayəti törədərdi. Həmçinin, hadisədən sonra Aytəkin adlı bir qız ona zəng edib Samirin nəyi olduğunu soruşmuş və onun nömrəsini Samirin verdiyini, iki ay Samirə zəng çatmayacağı üçün onunla əlaqə saxlamasını dediyini bildirmişdir. Sonradan Aytəkin ona “vvhatsapp” proqramı vasitəsilə mesaj yazaraq Samir ilə əlaqə saxlaya biləndə Samirə salam deməyi xahiş etmişdir. O, yazışmalarda Aytəkindən şəkil və Samirə aid səs yazısı və sair istəmişdir ki həqiqətən də Samirlə əlaqəsi olduğunu dəqiqləşdirsin. Aytəkin də ona Samirin göndərdiyi səs yazılarını göndərmiş, lakin tutulandan sonra Samirlə istintaq təcridxanasında əlaqə yarada bilmədiyinə görə bu barədə Samirə deməmişdir. Həmçinin, Samirin onun mobil nömrəsini Aytəkinə verməsi, iki ay özünə zəng çatmayacağını deməklə nə nəzərdə tutduğunu, bunun onunla nə kimi əlaqəsi olması barədə qabaqcadan məlumatı olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid10 da qardaşı Şahid11 ilə eyni məzmunlu ifadə verərək, onun göstərdiyi xüsusatları təsdiq etdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid13 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun kiçik xalası Mətanətin doğma oğludur. Onların münasibəti əvvəldən soyuq, demək olar ki yox səviyyəsində olmuş, çünki onun anası Səlahət uşaq vaxtlarından xalası tərəfindən övladlığa götürülmüş və həmin ərəfədən Bakı şəhərində yaşamış, Samirin ailəsi isə Masallı rayonunda yaşamış, həmçinin onların ailənin təkcə Samirin ailəsi ilə deyil, bütün digər qohumlarla da münasibətləri soyuq olmuşdur. gedişgəlişləri olmamış, hətta sonuncu dəfə Samirlə digər xalası oğlu Eminin toyunda görüşmüş, lakin Samir həmişə gözündə “uşaq” olduğu üçün və aralarında yaş fərqi olduğuna görə yaxın münasibətləri olmamışdır. Qohumlardan yalnız digər xalası Məlahətin oğlu Emin Səfərov ilə onun və qardaşı Səyyadın yaxın münasibəti olmuş, çünki Emin də əvvəllər Bakı şəhərində yaşamış və onlarla əlaqə saxlamışlar. Emin omu Dinamo idman cəmiyyətinə idmana yazdırmış, onun Emin ilə daha yaxın münasibəti Emin həbs ediləndən sonra başlamışdır. Demək olar ki, o, tez-tez Eminin yanına istintaq təcridxanasına gedib sövqat aparmış, Emin azadlığa buraxılandan sonra onunla daha sıx münasibəti olmuş və özünün ailəsi ilə gediş-gəlişləri olmuşdur. Eminin anası Məlahət xalası və qardaşı Elçin ilə onun münasibəti əvvəllər normal olsa da, qardaşı Səyyadı 2020-ci ilin fevral ayında Naxçıvan MR-nın Şərur rayonundan ailə quranda Məlahət oğlu Eminin “düşməni” və “qatili” bildiyi Zərərçəkmiş şəxs da həmin rayondan olmasını əsas gətirərək həm özü, həm Elçin həmin onunla, ümumiyyətlə onun ailəsi ilə hər bir əlaqəni kəsmişlər. O, mərhum Zərərçəkmiş şəxs şəxsən tanımamış, heç vaxt görüşməmiş, lakin əvvəllər Zaurun Emin ilə dost olduğunu eşitmişdir. 09 oktyabr 2021-ci il tarixdə o, ailəsi ilə birlikdə Rusiya Federasiyasına getmiş və orada övladı dünyaya gəlmişdir. 09 yanvar 2022-ci il tarixdə geri qayıtmış, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən öldürülən gün o, hələ işləməmiş və yaşadığı evdə olmuş, gecə saatlarında Zaurun öldürülməsi xəbərini sosial şəbəkələrdə yayılan xəbərlərdən görmüş, lakin bu barədə kiməsə zəng edib və ya əlaqə saxlayıb maraqlanmamışdır. Ona bu maraqsız olduğuna görə yatmış, ertəsi gün sosial şəbəkələrdə yayılan xəbərlərdən Zaurun digər xalası oğlu Təqsirləndirilən şəxs tərəfindən öldürülməsini eşitmişdir. Bu xəbəri əvvəllər eşitsəydi Samirin sakit təbiətli oğlan olduğuna görə çox təəccüblənərdi, lakin müharibədən qayıtdığına görə belə bir cinayəti törətməsini mümkün hesab etmişdir. Onun hadisənin detalları, o cümlədən Samirin odlu silahı haradan, nə zaman, hansı qiymətə alması, cinayətin iştirakçıları olub-olmaması və s. barədə heç bir məlumatı olmamışdır. Zərərçəkmiş şəxs ölümündən sonra xalası Məlahətlə görüşü olmamış, ümumiyyətlə xalası Məlahət hər zaman Zərərçəkmiş şəxs qanunla nəzərdə tutulmuş qaydada cəzalandırılmasını istəmişdir. Məhkəmədə Şahid12 da Şahid13 ilə eyni məzmunlu ifadə verərək, əlavə olaraq qeyd etdi ki, dayısı Şahid8la xalası oğlu Təqsirləndirilən şəxs münasibətlərindən məlumatı olmamış, belə ki, dayısı ilə mütəmadi olaraq əlaqə saxlamamış, dayısının onda ümumiyyətlə nömrəsi belə olmamış, xalası Şahid7 ilə münasibətləri bir o qədər də yaxın olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid14 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs 2021-ci ilin sonlarında tanışı və həmkəndlisi İsaq Əzizova görə tanımış, həmkəndli olduqlarına görə Samirlə bir müddət münasibət saxlamış, lakin münasibətləri yaxın olmamış, demək olar ki İsaqdan ayrı görüşləri olmamışdır. O, makler fəaliyyəti ilə məşğul olsa da Samir ona heç vaxt özü üçün ev tapmağı xahiş etməmiş, bildiyinə görə də Samir İsaqla birlikdə yataqxanada yaşamış, lakin həmin yataqxanadan əvvəl Samirin harada qaldığını bilməmişdir. O, özü də yataqxanada olub onlarla birlikdə çay içib vaxt keçirmişdir. Birlikdə vaxt keçirdikləri müddətdə Samir heç vaxt xalası oğlu Emin Səfərov və ya mərhum Zərərçəkmiş şəxs barəsində, hər hansı cinayətkar niyyəti barədə, o cümlədən də tüfəng əldə etməsi barədə danışmamış, bu barədə onun heç bir məlumatı olmamışdr. O, X17 xalası oğlu olduğunu İsaqdan eşidib bilmiş, belə ki, İsaq onları tanış edən ərəfədə Samirin Eminin xalası oğlu olduğunu demiş, lakin Samirin özü ilə bu mövzularda heç vaxt danışıqları olmamışdır. Ümumiyyətlə, istifadəsində olan mobil nömrələrdən istifadə edərək Samirə zəng edib danışmış. Samirlə danışıqların mahiyyəti gündəlik məişət məsələləri olmuşdur. Sonuncu dəfə Samiri hadisədən təxminən bir ay əvvəl yataqxadan İsaqla birlikdə görüşəndə yanlarında görmüş, birlikdə çay içib ümumi söhbətlər etmişlər. Hadisə barədə bir gün sonra məlumatı olmuşdur, belə ki, 15 mart 2022ci il tarixdə saat 12 radələrində İsaq onun yanına - iş yerinə gələrək Samirin bir gün əvvəl ondan mobil telefonunu bir saatlıq götürüb getdiyini, lakin geri qaytarmadığını bildirmiş və onun istifadəsində olan mobil telefonla Samirin istifadəsində olan öz mobil nömrəsinə zəng etməyi xahiş etmişdir. O, icazə versə də İsaqın zənglərinə Samir cavab verməmişdir. Həmin vaxt İsaqın Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən öldürülməsi barədə məlumatı olmamışdır. O, bu barədə İsaq çıxıb gedəndən sonra sosial şəbəkələrdə yayılan xəbərləri eşidib öyrənmiş, lakin işin detalları barədə heç bir məlumatı olmamışdır. Məhkəmədə ifadəsi elan edilmiş Şahid5 ifadəsində göstərmişdir ki, 2015-ci ildən Bakı şəhəri Yasamal rayonu H.Zərdabi prospektində yerləşən “Ovçu balıqçı” mağazasının sahibi kimi həmin mağazada öz adına verilmiş Daxili İşlər Nazirliyinin lisenziyası əsasında yivsiz ov silahları, patron, patrondaş, ov bıçaqları və s. predmetlərin satışını həyata keçirir. Mağaza təsisçisi olduğu "xxxx" MMC-nin nəzdində fəaliyyət göstərmişdir. Mağazada satışı həyata keçirilən yivsiz ov silahlarını Türkiyə və Rusiya ərazisində yerləşən silah zavodları ilə "xxxx" MMC arasında bağlanmış müqavilələr əsasında və dövri olaraq internet üzərində sifariş verməklə ölkəyə idxal etmiş, patron, patrondaş, bıçaqlar və s. predmetlər isə həm yerli, həm xarici bazarlardan alıb öz mağazasında satışını həyata keçirmişdir. Mağazamızın iş prinsipinə əsasən, silah əldə etmək üçün müraciət edən müştəridən beh olaraq müəyyən məbləğ alındıqdan sonra ərizə-anket doldurulur, ərizəyə onun şəxsiyyət vəsiqəsinin surəti əlavə edilir, şəxsin psixiatrik və narkoloji dispanserlərdən qeydiyyatda olub-olmaması barədə cavablar əldə olunub ərizəyə əlavə edildikdən sonra bütün toplanmış sənədlər DİN-nin Baş İctimai Təhlükəsizlik İdarəsinə təqdim edilir, orada şəxsin məhkumluğu yoxlanıldıqdan sonra yivsiz ov silahını əldə etməsinə icazə verilibverilməməsi məsələsi həll olunur, müsbət həll olunduqda silahın alınmasına icazə verən “Təlimata 3 nömrəli əlavə” adlanan sənəd və əlavə iki sənəd də verilir, həmin sənədlərdən “Təlimata 3 nömrəli əlavə” sənədi mağazaya aiddir və mağazada saxlanılır, lakin digər iki sənədin adlarını xatırlamır, həmin sənədlərin hər ikisi onun tərəfindən doldurulur və DİNnin Baş İctimai Təhlükəsizlik İdarəsinə qaytarılır, bundan sonra Nazirlikdən mağazaya şəxsə təqdim olunması üçün silah gəzdirmək və təyinatı üzrə istifadə etmək hüququ verən “Şəhadətnamə” verilir və onlar da müştərini ödəniş edib silahı və “Şəhadətnamə”ni almaq üçün mağazaya dəvət edirlər. Bütün bu qeyd olunan sənədləşmə prosesi təxminən bir həftə çəkir. O, təqsirləndirilən Təqsirləndirilən şəxs adlı şəxsi tanımır, heç bir şəxsi münasibəti olmamış, lakin mağazanın arxiv sənədlərindən göründüyü kimi həmin şəxsə onun mağazası tərəfindən 12 kalibrli “Khan Arms” 20PM124364 seriya nömrəli yivsiz ov tüfəngi satılmışdır, Türkiyə istehsalı olan həmin növ yivsiz ov tüfənginin 1200 manat müqabilində satışı davam etdirilir. İfadəsinə surətini əlavə etdiyi “Təlimata 3 nömrəli əlavə” sənədindən göründüyü kimi xx.xx.2021-ci il tarixdə DİN-nin Baş İctimai Təhlükəsizlik İdarəsi tərəfindən qeyd olunan silahın Təqsirləndirilən şəxs tərəfindən alınmasına icazə verilmişdir, həmçinin silahın əldə olunmasına aid iş prinsipini nəzərə aldıqda Təqsirləndirilən şəxs həmin silahı əldə etmək üçün təxminən 08 - 10 oktyabr 2021-ci il tarixlərdə mağazaya müraciət etdiyi aydın olur, bu barədə mağazada hər hansı qeydiyyat aparılmadığına görə dəqiq məlumat verə bilmir. Həmçinin, “Təlimata 3 nömrəli əlavə” sənədindən də göründüyü kimi “Səhadətnamə” 15 oktyabr 2021-ci il tarixdə verilmiş olsa da və həmin tarixdə dəvət olunsa da Təqsirləndirilən şəxs 29 oktyabr 2021-ci il tarixdə mağazaya gəlib ödəniş edərək tüfəngi əldə etmişdir. Bir neçə gündür xəbərlərdə Təqsirləndirilən şəxs adlı şəxsin Zərərçəkmiş şəxs adlı şəxsi qisas zəminində tüfəngdən atəş açmaqla öldürməsi xəbərini oxuyanda Təqsirləndirilən şəxs adlı şəxsin onun mağazasına müraciət etdiyi, 1200 manat müqabilində “Khan Arms” 20PM124364 seriya nömrəli yivsiz ov tüfəngini aldığı, həm ərizə doldurmağa, həm sonrakı gəlişlərində hər dəfə tək olması və həmçinin üzünün saqqallı olmasını, hətta tüfəngi və “Şəhadətnamə”sini götürmək, ödənişi etmək üçün dəvət etsələr də bir müddətdən sonra gəlib tüfəngi aldığını dəqiq xatırlamışdır. Ona təqdim edilən hadisə yerindən götürülmüş patrondaş və patronların, o cümlədən qara rəngli bıçağın fotoşəkilləri ilə tanış olaraq həmin patrondaş və üzərində “BPS” yazılmış patronların satışı mağazamızda dövri olaraq həyata keçirildiyini, həmin patronların Türkiyədə istehsal olunduğunu, patronların kapsul hissəsində “fiocchi İtaly” sözləri yazılmış olsa da bu yalnız həmin hissənin istehsalının İtaliyan zavodlarında həyata keçirildiyini göstərdiyini, həmçinin fotoşəkili ona təqdim olunan bıçaqdan satıb-satmadığlarını xatırlamadığını bildirmişdir. Məhkəmədə ifadəsi elan edilmiş Şahid6 ifadəsində göstərmişdir ki, təxminən 5 - 6 ildir Bakı şəhəri Binəqədi rayonu İ.Həşimov küçəsində yerləşən Zərərçəkmiş şəxs və Zamin Yusifov qardaşlarına məxsus qeyri-yaşayış sahəsinin ikinci mərtəbəsində yerləşən “Nargilə” çay evində gündəlik olaraq həmin çay evində xadimə işləyib əmək haqqı olaraq işlədiyi günə görə 15 manat əmək haqqı almışdır. Həmin çay evinə gələn müştərilərin əksəriyyəti yaxınlıqda yaşayan insanlardır və o, uzun müddətdir həmin çay evində işlədiyinə görə müştərilərin əksəriyyətini tanımışdır. Obyektin sahibləri Zaur və Zamin də həmin obyektə tez-tez gəlib dostları ilə birgə həmin kafedə oturmuşlar. Hadisə günü səhər saat 10 radələrində o, işə gəlmiş, təxminən saat 19 radələrində Zamin çay evinə gəlib müdir Təbrizlə çay içərək domino oynamağa başlamışlar. Saat 21 radələrində isə Zaur həmin obyektə tək gəlmiş və kabinetə keçmişdir. Zaurun həmin otağa keçməsindən təxminən 15-20 dəqiqə sonra 23-25 yaşlı ortaboylu, qarasaçlı, əynində ağ rəngli kurtka, boz rəngli bir şalvar geyinmiş bir qadın çay evinə gələrək Zaurun onu gözlədiyini bildirmiş, o da həmin qadını Zaurun oturduğu otağa aparmışdır, Zaur və həmin qadın görüşüb bir yerdə süfrə arxasında əyləşmişlər. Zaur daha sonra çay və şokolad sifariş etmiş, o da dərhal Zaurgilin süfrəsinə çay və şokolad gətirib qoymuşdur. Bundan sonra Zaurgil təxminən bir saat kabinetdə oturub söhbət etmişlər, həmin söhbətə müdaxilə etməmək üçün o, kabinetə daxil olmamış, yalnız bir dəfə əlavə çay vermişdir. Otağın qapısı daim açıq olmuşdur. Saat 22:30 radələrində Zaur kabinetdən çıxıb qardaşı Zaminlə və onlarla sağollaşaraq qızla birgə çay evini tərk etmişdir. Təxminən 5 dəqiqə sonra o, qəlyanın tüstüsünü çıxartmaq üçün zalın pəncərəsini açanda aşağıda həyət tərəfdə dörd dəfə silahdan açılmış partlayış səsləri eşitmişdir. Dərhal çay evində olan digər şəxslərlə birgə aşağı düşdükdə isə onlara məlum olmuşdur ki, kimsə qarşıda yerləşən marketdə silahla atəş açaraq Zauru öldürüb. Zaura kimin atəş açmasını o, görməmişdir. Məhkəmədə ifadəsi elan edilmiş Şahid9 ifadəsində göstərmişdir ki, mərhum Emin Səfərov əvvəllər anası, qardaşı, nənəsi ilə birlikdə onun yaşadığı ünvanın alt mərtəbəsində yaşamış, onların ailəsi ilə Eminin ailəsi arasında yaxın münasibət, daimi gediş - gəliş olmuşdur. Sonradan o, ailə qurub oradan köçmüşdür. Emin də həmin ərəfələrdə məhkumluq həyatına başlamış, sonuncu dəfə isə Emin 2018-ci ildə azadlığa buraxılandan sonra yenidən həmin ünvanda bu dəfə ailəsi ilə birlikdə yaşamağa başlamışdır. O, Eminin nə işlə məşğul olduğunu bilməmiş, Emin onunla bacı - qardaş kimi münasibət saxlamış, həmçinin Emin yaşda da ondan kiçik olmuşdur. Eminin anası Hacıxanım deyə çağırılan Məlahəti də uşaq vaxtlarından tanımış, aralarında normal münasibət olmuş, lakin Eminin öldürülməsindən sonra cinayət işi üzrə şahid qismində istintaqda iştirak etsə də sonradan tənha qadın olduğuna görə, abırını qorumaq üçün imtina edib məhkəmə proseslərində iştirak etmədiyinə görə araları soyumuşdur, çünki məhkəmə proseslərinin çox emosional və söyüşlərlə keçdiyini eşitmişdir, həmçinin iki tərəf arasında “qalmış” kimi hiss etməsi onu narahat etmişdir. Zaurun anası, bacıları guya onun istintaqda Zaurun əleyhinə ifadə verdiyini zənn etdikləri üçün ona təzyiqlər, təhqirlər etmişlər, lakin iş materialları ilə tanış olanda onun əsl ifadəsini öyrənəndən sonra onunla münasibətləri düzəltmişlər. Bu məsələlərdə onun Məlahətlə araları soyusa da telefon əlaqəsi qalmışdır. Ümumiyyətlə, Eminin öldürülməsi xəbərini ilk dəfə o, anası Məlahətə, habelə polisə, təcili tibbi yardıma zəng edib demişdir. Həmin hadisə ilə bağlı o, Zaurun və ya bir başqasının Emini öldürməsinin şahidi olmamış, səs-küy eşidib evdən həyətə düşəndə Eminin maşını və aralıda yerdə Eminin meyitini, kənarda Həsən adlı əvvəllər tanımadığı şəxsin əlində bıçaqla hərləndiyini görmüşdür. O, mərhum Zauru da uşaq vaxtlarından qonşu kimi tanımış, lakin aralarında salam - sağol da olmamışdır, Zaurun qardaşı Zamin, bacısı Durna onlarla birlikdə oyunlar oynamış və yaxşı münasibətləri olmuşdur. O, Eminin qardaşı Elçini də uşaq vaxtlarından qonşu kimi tanımış, lakin yaxın münasibətləri olmamış, sonuncu dəfə Elçini Eminin öldürülməsindən sonra yas mərasimində görmüş, Elçinin əlaqə nömrəsi, habelə harada olması barədə məlumatı olmamışdır. 14 mart 2022-ci il tarixdə saat 23 radələrində evdə qızları ilə birlikdə olan zaman mətbəx otağının pəncərəsindən tanıya bilmədiyi qadının uca səslə “ay Zaur” deyədeyə qışqırması, ağlaması, boğulması səslərini eşidib pəncərəyə çıxanda heç nə görməsə də yaxınlıqda çoxlu kişi səsləri eşitmiş, lakin kütləvi olduğuna görə məzmunu tuta bilməmişdir. Bundan sonra o, Zərərçəkmiş şəxs başına bir iş gəlmiş ola biləcəyini ehtimal etmiş və şəxsi marağı güc gəldiyinə görə istifadəsində olan mobil nömrələrdən Məlahətin istifadəsində olan mobil nömrəyə zəng etmişdir. Məlahət sanki yuxudan oyanmış halda onunla danışmış və o, Məlahətə “axşamınız xeyir, Məlahət xanım, sizin xəbəriniz var bizim həyət tərəfdə səslər gəlir, ay Zaur qışqırırlar deyilənə görə Zauru öldürüblər, sizin xəbəriniz var bu hadisədən?” deyə soruşmuş, Məlahət isə sanki yuxudan ayılmış kimi, key vəziyyətdə ona “Emini öldürən Zauru, nə danışırsan ay bala?” deyə soruşmuşdur. O, “deyəsən hə, dəqiq bilmirəm, amma ay Zaur ay Zaur qışqırırlar” deyəndə Məlahət “ay bala, bax dəqiq gör həmin Zaurdumu” demişdir. Bundan az sonra telefonda sosial şəbəkədə paylaşımlardan Zaurun tüfəngdən açılan atəşlə öldürüldüyünü öyrənmiş və ikinci dəfə Məlahətlə telefon əlaqəsi saxlayıb Zaurun həqiqətən öldürüldüyünü deyəndə Məlahət sanki donub qalmış və “nə danışırsan ay bala, yaxşı dayan görüm” deyib sağollaşmışdır. Bundan sonra o, evdən çıxmamış, cinayətin də Eminin xalası oğlu Samir adlı oğlan tərəfindən öldürülməsini bir neçə saat sonra sosial paylaşımlarda görüb bilmişdir. O, Samiri tanımamış, əlaqəsi olmamışdır, ümumiyyətlə onun hadisə barədə heç bir məlumatı olmamış, hadisənin şahidlərinin kim olması, Məlahət və Elçinin, hər hansı kənar şəxsin Zaurun öldürülməsi ilə əlaqəsi olub-olmamadığı barədə məlumatsız olmuşdur. Məlahət həmişə Zaurun ardınca qarğış tökmüşdür, lakin Məlahət Zauru tutdurmaq istəmiş, Zaurun öldürülməsi və ya ölümü barədə danışması, fikir səsləndirməsi barədə heç vaxt heç nə eşitməmişdir. Məhkəmədə ifadəsi elan edilmiş Şahid15 ifadəsində göstərmişdir ki, 2019-cu ildən Bakı şəhəri Yasamal rayonu, X27 küçəsində yerləşən və “Yasamal parkı” adlandırılan parkda aylıq icarə əsasında azyaşlılar üçün karusel işlədir. Təqsirləndirilən şəxs adlı şəxsi əvvəllər tanımamış, 2021-ci ilin may ayında Təqsirləndirilən şəxs parkda ona müraciət edərək karuseldə işə düzəlmək istədiyini bildirmiş, həmin ərəfədə işçiyə ehtiyacı olduğuna görə Samiri yanında işə götürmüş, onun işi uşaqların karuseldən istifadə haqqlarını toplamaq, Samirin işi isə karuseldən istifadə edən uşaqlara və vaxtında onların karuselə minib - düşməsinə nəzarət etmək olmuşdur, Samir həm də etibarlı oğlan olduğuna görə o, kənara gedəndə kassanı da Samirə etibar etmişdir. Samir ilə razılaşmaya əsasən günlük qazancın məbləğindən asılı olaraq o, gündəlik Samirə 15-35 manat əmək haqqı vermişdir. Samirin iş qrafiki saat 17-18 radələrindən saat 00 radələrinə qədər olmuşdur. Samir çox qapalı, az danışan, prinsipial, ağır təbiətli oğlan olmuş, demək olar ki özü barəsində danışmağı xoşlamamışdır. Aralarındakı danışıqlardan sadəcə “Emin 444” ləqəbi ilə tanınan şəxsin Samirin xalası oğlu olduğunu bilmiş, bundan əlavə Samir ona başqa şey danışmamış, sadəcə hər söhbət açılanda Eminin yaxşı oğlan olduğunu və ölməməli olduğunu deyib heyfislənmişdir, lakin heç vaxt onun yanında qisas alacağını, silah əldə edəcəyini və əldə etdiyini, pul yığdığını, nə isə alacağını deməmişdir. Samir onun yanında təxminən 2021-ci ilin oktyabr ayının sonu - 2021-ci ilin noyabr ayının əvvəllərinə qədər işləmiş, bildiyinə görə Samir parkın yaxınlığında tək yaşamış, Samirin yanına nə vaxtsa atası, anası, hicablı və ya çadralı qadın, hər hansı oğlan yaxınlaşdığını görməmişdir. Son ərəfələrdə iş zəiflədiyinə görə Samirdə işə gecikmə halları olmuş, bəzən nömrəsinə zəng çatmamışdır. Səhv etmirsə noyabr ayında Samir onun yanından işdən çıxmış və bundan sonra xatırladığı qədər aralarında əlaqə olmamış, Samir bir daha parka da gəlməmişdir. Onun yanında işlədiyi müddətdə o, Samirə təxminən 1500-2000 manat məvacib vermişdir, belə ki, Samirə iyun - iyul - avqust aylarında hər ayda təxminən 500-550 manat məvacib vermiş, sentyabr - oktyabr aylarında isə zəif olduğuna görə nə qədər məvacib verdiyini xatırlamır, həmin pulları Samirin nə etdiyini bilmir. Növbəti dəfə o, 2022-ci ilin mart ayında dəqiq xatırlamadığı tarixdə sosial şəbəkələrdə yayılan xəbərlərdən Təqsirləndirilən şəxs xalası oğlu “Emin444” ləqəbli şəxsi öldürmüş Zaur adlı şəxsdən qisas aldığını və Zauru marketdə tüfəngdən atəş açaraq öldürdüyünü eşitmişdir. O, Zauru tanımamış, lakin adını “youtube.com” sosial şəbəkəsində Eminin məhkəmə proseslərinin videolarını izləyəndə dəfələrlə eşitmiş və Samir Zaurun barəsində Eminlə prinsip apardığını və Emini öldürdüyünü demişdir Məhkəmədə ifadəsi elan edilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 2022-ci ilin yanvar ayının sonlarında “Statistikanın kruqu” deyilən yerdə yerləşən “Araz” marketdə satıcı işləməyə başlamış, həmin vaxtdan Təqsirləndirilən şəxs iş yoldaşı kimi tanımış, münasibətləri normal olmuş, biri-birlərinin mobil nömrələrini özündə qeyd edib tez-tez əlaqə saxlamışlar, lakin marketdən kənarda heç bir görüşləri olmamışdır. Samirin barəsində özünün deməsinə əsasən, Masallı rayonundan olduğunu, Bakıda Yasamal rayonunda bilmədiyi ünvanda atası və anası ilə birlikdə yaşadığını, atasının ağır şəkər xəstəsi olduğunu bilmiş, lakin başqa heç bir məlumatı olmamışdır. Samirin dostları, tanışları, əlaqə saxladığı hər hansı qız, qohumları, maddi vəziyyəti, kiminləsə düşmənçiliyi, ədavəti olması, “Emin444” ləqəbli şəxsin kim olması, Samirlə nə əlaqəsi olması və s. barədə heç bir məlumatı olmamışdır. 14 mart 2022-ci il tarixdə Samirin istirahət günü olduğuna görə iş yerinə gəlməmiş, o isə saat 11:00-da iş yerində olub saat 20:00-dək iş yerində olmuş, işdən çıxandan Nizami metrostansiyası ilə 20 Yanvar metrostansiyasına, oradan isə bir manatlıq gediş haqqı ilə tanımadığı taksilərdən biri ilə təxminən saat 21:30 radələrində yaşadığı evə çatıb çay içmiş, yemək isə hələ qazın üstündə hazırlanırmış, bu zaman Samir ona zəng edərək ancaq ümumi söhbətlər edib işdən, işdəki vəziyyətdən danışmışlar, danışıq zamanı Samirin harada olmasını bilməmiş, nə Samirin özü bu barədə deməmiş, nə də o, soruşmamışdır. O, yorğun olduğuna görə Samirin küçədə olmasına fikir verməmişdir, hətta Samir söhbət zamanı ona ertəsi gün işə gələcəyini demişdir. Bundan sonra onun Samirlə heç bir əlaqəsi olmamış, ertəsi gün Samirlə yaxın olduqlarına görə iş yerində hamı Samirin iş yerinə gəlməməsinin səbəbini ondan soruşmuş və o isə hamıya Samir ilə olan danışığı barədə bildirib ona gələcəyinə söz verdiyini demişdir, lakin Samir iş yerinə gəlmədiyinə görə o, 15, 16, 17 mart tarixlərdə ayrı-ayrı vaxtlarda Samirin ***-***-**- ** saylı mobil nömrəsinə zəng edib əlaqə saxlamağa çalışmış, lakin telefona zəng çatmamışdır. 18 mart 2022-ci il tarixdə iş yerində olarkən polis əməkdaşları kimi özünü təqdim edən şəxslər gəlib onu Samirin Zərərçəkmiş şəxs öldürdüyünə görə istintaqda ifadə verməli olduğunu deyəndən sonra o da, işdə olanlar hamı Samirin adam öldürdüyünü öyrənmişlər, lakin bu barədə onun qabaqcadan heç bir məlumatı olmamışdır. O, Zaur adlı şəxsi ümumiyyətlə tanımamış və Samirlə nə kimi əlaqəsi olduğunu bilməmişdir. İstintaq zamanı Samirin hadisə günü ona zəng etməkdə məqsədinin münasibətləri yaxşı olduğuna və onun xətrini çox istədiyinə görə bəlkə də son dəfə onunla danışmaq olduğunu hesab edir. Məhkəmədə ifadəsi elan edilmiş Şahid18 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi küçəsində yerləşən 47 saylı binanın 2-ci bloku 4-cü mərtəbə orta qapıda yerləşən birotaqlı 26 №-li mənzili təxminən 2021-ci ilin əvvəllərində satın almışlar, mənzil əri Mübariz İbrahimovun adına qeydiyyatdadır. Həmin mənzili 300 manat müqabilində icarəyə vermək üçün ərazidə yerləşən maklerlərə elan vermişlər. 2021-ci ilin iyun - iyul aylarında əvvəllər tanımadığı Mətanət adlı qadın oğlu Samir və adını xatırlamadığı əri ilə birlikdə xatırlamadığı makler tərəfindən onunla əlaqə saxlayıb həmin mənzilə baxmaq istədiklərini bildirmişlər. O, əri Mübarizlə Mətanətgili icarəyə verdikləri evdə qarşılamışlar, Mətanət ona Masallı rayonunda müəllimə işlədiyini, Samirin yaxınlıqdakı Yasamal parkında karusel işlətdiyini, Vətən müharibəsində iştirak etdiyini, müharibədən qayıtdıqdan sonra əsəbi olduğunu deyib, qohumlarının evində sıxıldığı üçün bu evi icarəyə götürmək istədiyini bildirmiş, onlar da Samirin ailəsi ilə birlikdə yaxınlaşdığı üçün etibarlı bilib evi aylıq 300 manat müqabilində icarəyə verməyə razılıq vermişlər. Bundan sonra Samir həmin evdə tək yaşamağa başlamış, o isə demək olar tez-tez Samirin anası Mətanət ilə telefon əlaqəsi saxlamış və arabir gedib Samirin evi hansı vəziyyətdə saxladığına nəzarət etmişdir. O, bütün hallarda Samirin evdə tək yaşadığını görmüş, kənar şəxslərin evə gəlib-getməsinin şahidi olmamış, arada Mətanət Bakı şəhərinə gəlib Samirə baş çəkmiş və Samirlə həmin evdə qalmışdır. Əvvəlki aylarda Mətanət onunla telefonla danışanda aylıq ödənişi Samirə göndərdiyini demiş və o da gedib evdə Samirdən pulu götürmüşdür, sonrakı aylarda isə Mətanət birbaşa ödənişi onun qızının bank hesabına göndərmişdir. 2022-ci ilin əvvəllərində Mətanət artıq ödənişləri çatdıra bilmədiyini demiş və xx.xx.2022-ci il tarixdə Mətanət Samir ilə birlikdə evi onun özünə təhvil verib evdən çıxmışlar. O, Şahid7, Elçin Səfərov, Emin Səfərovu, Samirin hər hansı tanışı və ya qohumunu tanımamış, Samirin xalası oğlu Emin Səfərovun bir neçə il əvvəl öldürüldüyünü bilməmiş, ailə üzvlərindən heç kimin silahı və döyüş sursatı, o cümlədən patronu olmamış, icarəyə verdiyi ünvanda əvvəllər silah və ya patron, döyüş sursatları saxlanılmamış, hadisə barədə məlumatsız olmuşdur. İş materiallarında olan məhkəmə - tibb ekspertizasının xx.xx.2022-ci il tarixli 56 №-li rəyindən görünür ki, Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb kəllə qapağı və əsası sümüklərinin çoxqəlpəli yerdəyişmiş sınıqları, beyin toxumasının əzilib-dağılması və hissəvi olaraq bayıra evakuasiyası ilə müşayiət olunan başın qırmalı odlu silah yarası olmuşdur. Döş qəfəsinin arxa səthinin sağ və sol yarısında aşkar edilmiş, döş və qarın boşluqlarına nüfuz edən odlu silah yaraları nəticəsində döş qəfəsi və qarın boşluğu orqanlarının zədələnmələri fonunda törənmiş kəskin daxili və xarici qanitirmə prosesə ağırlaşdırıcı təsir edərək ölümün baş verməsini sürətləndirmişdir. İlkin meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən demək olur ki, Zərərçəkmiş şəxs ölümü onun meyitinin meyitxanada müayinəsindən 3-4 saat əvvəl baş vermişdir. Mərhum Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər aşkar edilmişdir: - başın tüklü hissəsində sol alın-təpə nahiyəsinin kəllə boşluğuna nüfuz edən kor, qırmalı odlu silah yarasının giriş dəliyi. Yara kanalı boyunca başın yumşaq toxumaları, kəllə tağı və əsası sümükləri, beyin toxuması, yemək borusu və boyunun yumşaq toxuma və əzələləri zədələnmiş, beyin toxuması əzilib-dağılaraq bayıra evakuasiya olunmuşdur. Yara kanalının istiqaməti yuxarıdan-aşağıya, arxadan bir qədər önə və qismən sağdansoladır; - döş qəfəsinin arxa səthində sağda-yuxarıda, sağ onurğayam xətlə kürək xətti arasında İİ- İV qabırğalararası sahədə qrup halında yerləşmiş 6 (altı) ədəd sağ döş boşluğuna nüfuz edən və sağ çiyinüstü nahiyənin yumşaq toxuma və əzələləri arasında kor qurtaran 1 (bir) ədəd qırmalı odlu silah yarasının giriş dəlikləri. Yara kanalları boyu döş qəfəsinin arxa səthinin sağ yarısının və sağ çiyinüstü nahiyənin yumşaq toxuma və əzələləri, sağ ağciyərin yuxarı payı zədələnmişdir. Yara kanallarının istiqaməti arxadanönə və soldan bir qədər sağa olmaqla döş qəfəsinin ön səthinin sağ yuxarı-bayır səthində və sağ çiyinüstü nahiyənin yumşaq toxumaları arasında kor olaraq qurtarırlar; - döş qəfəsinin arxa səthinin sol yarısında, arxa qoltuq xətti ilə kürək xətti arasında İV-Vİ qabırğalararası sahədən döş boşluğuna nüfuz edən qırmalı odlu silah yarasının giriş dəliyi. Yara kanalı boyu döş qəfəsinin arxa səthinin sol yarısının yumşaq toxumaları, arxa qoltuq xətti üzrə sol İV-V-Vİ qabırğalar, sol ağciyərin yuxarı payı və aşağı payın paylararası nahiyəsi, ürək kisəsi, ürək, sol İV və V qabırğaların döş ucları, divararalığı nahiyəsi, döş qəfəsinin ön səthində döş sümüyü proyeksiyasının yumşaq toxuma və əzələləri zədələnmiş, döş boşluğunda kapron tıxac aşkar edilmişdir. Çıxış dəlikləri döş qəfəsinin ön səthində sol döşyanı xətt üzrə İV-V qabırğaların döş sümüyünə birləşən nahiyələrində yerləşməklə 4 (dörd) ədəddir. Yara kanalının istiqaməti arxadan-önə, soldan-sağa və qismən aşağıdan-yuxarıyadır; - döş qəfəsinin arxa səthinin sağ yarısında, kürək xətti üzrə bilavasitə kürəkalti nahiyədən döş boşluğuna nüfuz edən qırmalı odlu silah yarasının giriş dəliyi. Yara kanalı boyunca döş qəfəsinin arxa səthinin yumşaq toxumaları, sağ Vİ-Vİİ-Vİİİ qabırğalar, sağ ağciyərin aşağı payı və sağ qoltuqaltı nahiyədə yumşaq toxuma və əzələlər zədələnmişlər. Çıxış dəlikləri sağ qoltuqaltı nahiyədə, orta qoltuq xətti ilə ön qoltuq xətti arasında, lll-Vİİ qabırğalararası sahədə 3 (üç) ədəd, orta qoltuq xətti ilə arxa qoltuq xətti arasında lll-V qabırğalararası sahədə olmaqla 2 (iki) ədəddir. Yara kanalının istiqaməti arxadan-önə, soldan-sağa və qismən aşağıdan-yuxarıyadır; - döş qəfəsinin arxa səthinin sol yarısında, kürək xətti üzrə sol onurğayam xətt arasında Xİ-Xİİ qabırğalararası sahədən qarın boşluğuna nüfuz edən qırmalı odlu silah yarasının giriş dəliyi. Yara kanalı boyunca döş qəfəsinin arxa səthinin yumşaq toxumaları, sol Xİ qabırğa, mədənin kiçik əyriliyi, qaraciyərin sağ payının bazal səthi, sağ böyrəkətrafı yumşaq toxumalar, sağ qalça darağı proyeksiyasında qarının sağ yan divarının yumşaq toxuma və əzələləri zədələnmişdir. Çıxış dəlikləri qarının sağ yan divarında, orta qoltuq xətti üzrə qalça darağının bilavasitə yuxarı kənarında yerləşməklə 2 (iki) ədəddir. Yara kanalının istiqaməti arxadan-önə, soldan-sağa və qismən yuxarıdan-aşağıyadır; - sağ əl pəncəsinin İ daraq sümüyü proyeksiyasında yumşaq toxumaların əzilibdidilib- parçalanması, İ daraq və baş barmaq sümüklərinin çoxqəlpəli sınıqları ilə müşayiət olunan kənari odlu silah yarası; Mərhum Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş və yuxarıda göstərilmiş xəsarətlər patronu qırmalarla doldurulmuş odlu silahdan atılmış azı 5 (beş) atəş nəticəsində törənmiş odlu silah yarasının giriş və çıxış dəlikləri olmaqla həyati xısusiyyətlərə malikdirlər, mərhumun ölümündən az əvvəl və ya ölüm anında törənmişlər, yetirilmə müddətləri 14 mart 2022-ci il tarixinə uyğun gəlir, ölümlə bilavasitə səbəbli əlaqələri vardır və hər biri ayrılıqda, eləcə də ümumilikdə həyat üçün təhlükəli ağır zərərvurmanın əlamətlərinə malikdirlər. Mərhum Zərərçəkmiş şəxs xəsarətlər qısa bir zaman kəsiyində yetirildiyindən onların yetirilmə ardıcıllığı barədə hər hansı bir fikir söyləmək mümkün deyildir. Mərhum Zərərçəkmiş şəxs döş qəfəsinin arxa səthində sağda-yuxarıda, sağ onurğayam xətlə kürək xətti arasında ll-İV qabırğalararası sahədə qrup halında yerləşmiş 6 (altı) ədəd və sağ çiyinüstü nahiyədə yerləşmiş 1 (bir) ədəd yaraların (2-ci punkt, 2-ci abzas) xarakterik xüsusiyyətlərinə, yaralar arasındakı məsafələrə, həmçinin yaralardan heç birinin çıxış dəliyinin olmamasına əsaslanıb bu atəşin qırmaların yığcam təsir etmədiyi distansiyadan (uzaq məsafədən) atılması barədə mülahizə yürütmək olar. Mərhumun bədənində aşkar edilmiş digər odlu silah yaralarının xarakterik xüsusiyyətlərinə, yara kanallarının istiqamətlərinə, daxili orqanların zədələnmə xüsusiyyətlərinə, yaralardan birinin yara kanalında kapron tıxacın tapılmasına əsaslanaraq odlu silah yaralarının hər birinin qırmaların yığcam (kompakt) təsir etdiyi distansiyadan (yaxın məsafədən) atılmaları barədə fikir söyləmək mümkündür. Atəşin (atəşlərin) məsafəsinin daha konkret təyini üçün hadisə anında mərhumun əynində olmuş paltarların və eləcə də zədə yetirən odlu silahın birgə xüsusi kriminalistik müayinəsi əhəmiyyət kəsb edə bilər. Mərhum Zərərçəkmiş şəxs xəsarətlər bədənin müxtəlif duruş vəziyyətlərində, o cümlədən ayaqüstə, oturaq vəziyyətdə, önə əyilmiş, üzü üstə uzanmış və s. yetirilə bilərdi. Mərhumun baş nahiyəsindəki yaranın xarakterik xüsusiyyətlərini, yara kənarlarındakı cırılmaların önə və sola doğru istiqamətdə olmalarını, yara kanalının istiqamətini (yuxarıdan-aşağıya, arxadan bir qədər önə və qismən sağdan-sola) nəzərə alaraq, eləcə də sağ əl pəncəsinin İ daraq sümüyü proyeksiyasındakı kənari yaranın xüsusiyyətlərinə əsaslanıb atəş açılan anda mərhumun bədəninin önə doğru kəskin əyilmiş və sağ əl pəncəsinin başın sol alın-təpə nahiyəsini qismin örtməsi vəziyyətində (instinktiv olaraq başın əllə “qorunması”) ola bilməsi hər iki yaranın öndən atılmış bir atəş nəticəsində törənə bilinmələri barədə mülahizə yürütməyə əsas verir. Mərhumun döş qəfəsinin arxa səthinin sağ və sol yarısındakı xəsarətlərin xarakterik xüsusiyyətləri, lokalizasiyaları, yara kanallarının istiqamətləri onu deməyə əsas verir ki, xəsarətlər yetirilən anda Zərərçəkmiş şəxs gövdəsinin arxa səthi ilə xəsarət yetirən silahın lüləsinin ucu bir-birinə nisbətdə cüzi iti bucaq altında olmuşdur. Mərhum Zərərçəkmiş şəxs bədən səthi üzərində aşkar edilmiş xəsarətlərlə hadisə anında əynində olmuş paltarlar üzərindəki zədələr paltarların bədənə və bir-birinə nisbətdə hərəkətli ola bilinmələri nəzərə alınmaqla lokalizasiyalarına və miqdarına görə uyğun gəlir. Mərhum Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4-benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. (cild 03, i.v. 105-115) Məhkəmə - tibb ekspertizasının xx.xx.2022-ci il tarixli 481 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi ekspertizası zamanı onun bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. (cild 03, i.v. 117-119) İş materiallarında olan Kompleks məhkəmə - ballistik, trasoloji və lifli materialların ekspertizasının xx.xx.2022-ci il tarixli 6/1717, 3/409, 3/410, 3/411 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 (bir) ədəd silah zavod üsulu ilə istehsal edilmiş, “Vinçester” tipli, 12 kalibrli, “X36” modelli, “20-PM124364” №-li, pompalı, təklüləli tüfəngdir - yivsiz odlu ov silahıdır, saz vəziyyətdədir, atəşə yararlıdır, üzərindəki zavod işarələrində hər hansı bir əlavə və dəyişiklik edilməmişdir. Silahın çaxmağın döyüş bölməsindən çıxması üçün tətiyə 9 - 9,5 kq qüvvə ilə təsir etmək tələb olunur. Təqdim olunmuş tüfəngdən atəş açmaq üçün 12 kalibrli ov patronlarından istifadə olunur. Təqdim edilmiş silahın doldurulub boşaldılması əllə həyata keçirildiyindən, atəşdən sonra silahın boşaldılması zamanı pompalı mexanizmin atəş açan şəxs tərəfindən geriyə çəkilmə sürətindən asılı olaraq silahın daxilindəki gilizin atılma məsafəsi təxminən 30 santimetr - 4 metr məsafə aralığında dəyişə bilər. Gilizlər sağa və nisbətən önə doğru atılır. Xüsusi kriminalistik ədəbiyyatda göstərilən texniki məlumatlara əsasən həmin silahın da aid olduğu yivsiz odlu ov tüfənglərindən təyinatı üzrə nəzərdə tutulan, zavod üsulu ilə hazırlanmış patronlardan istifadə etməklə atəş açıldıqda, atılmış karteçlərin ölçüsündən asılı olaraq öldürücü məsafə təxminən 35-55 metr arasında dəyişə bilər. Tədqiqata təqdim edilmiş 15 (on beş) ədəd patron eyni bir zavodda hazırlanmış, 12 kalibrli olmaqla, həmin kalibrə malik yivsiz odlu ov tüfənglərində həmçinin tədqiqata təqdim edilmiş ov tüfəngində döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulan patronlardırlar, atəşə yararlıdırlar. Patronlardan 05 ədədinə karteç, 10 ədədinə isə güllə doldurulmuşdur. Tədqiqata təqdim edilmiş 5 (beş) ədəd giliz zavod üsulu ilə gövdələri plastik, dib hissələri metal materialdan hazırlanmış, 12 kalibrli olmaqla, həmin kalibrə malik yivsiz odlu ov tüfənglərində istifadə edilmək üçün nəzərdə tutulmuş patronların atəşlə ayrılmış hissələridir - gilizləridir. Həmin gilizlər təqdim edilmiş 15 (on beş) ədəd patronla eyni bir zavodda istehsal edilmişdir. Lakin atəşdən əvvəl daxilinə doldurulmuş atəş komponentlərinə görə 15 (on beş) ədəd gilizdən 5 (beş) ədədi ilə eynilik təşkil edir. Həmin gilizlər “Vinçester” tipli, 12 kalibrli, “X36” modelli, “20-PM124364” Ns-li ov tüfəngindən atılmışdır. Tədqiqata təqdim edilmiş 10 (on) ədəd silah karteç zavod üsulu ilə hazırlanmış, patronların daxilinə doldurulan atəş komponentlərinin atəşlə ayrılmış hissələridir - 8 mm diametrli karteçlərdir. Həmin karteçlərin üzərlərində atıldığı tüfəngin lülə kanalının divarından qalmağa xarakterik izlər və bərk predmetə dəymə nəticəsində yaranan deformasiya, sıyrıq əlamətləri vardır. Həmin izlər xüsusi əlamətlərə malik olmadığından, onların “Vinçester” tipli, 12 kalibrli, “X36” modelli, “20-PM 124364” №-li ov tüfəngindən atılıb-atılmadığını, eləcə də atəşdən əvvəl təqdim edilmiş gilizlərinin hansının tərkibində olub-olmamasını və eyni patronun daxilində olub-olmamasını müəyyən etmək mümkün deyil. Həmin karteçlərin üzərində rikoşet (sivişmə) izləri müşahidə olunmur. Karteçlərin üzərində sonradan dəyişikliklər edilməmişdir. Tədqiqata təqdim edilmiş 1 (bir) ədəd tıxac zavod üsulu ilə hazırlanmış 12 kalibrli patronun daxilinə doldurulan atəş komponentinin atəşlə ayrılmış hissəsidir - polietilen (“konteyner” tipli) tıxacdır. Həmin tıxac atəş prosesində istifadə olunan zaman üzərində atıldığı tüfəngin lülə kanalının divarından qalmağa xarakterik sürtünmə izləri vardır. Həmin izlər xüsusi əlamətlərə malik olmadığından, onun “Vinçester” tipli, 12 kalibrli, “X36” modelli, “20-PM 124364” №-li ov tüfəngindən atılıb-atılmadığını, eləcə də atəşdən əvvəl təqdim edilmiş gilizlərinin hansının tərkibində olub-olmamasını müəyyən etmək mümkün deyil. Tədqiqata təqdim edilmiş, “X36” modelli, “20-PM 124364” №-li ov tüfənginin lülə kanalında atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hissəcikləri aşkar edildi, bu da onu göstərir ki, həmin silahlardan atəş (atəşlər) açılmışdır, lakin müvafiq elmi metodika olmadığından, sonuncu dəfə açılan atəşin vaxtını müəyyən etmək mümkün deyildir. Tədqiqata təqdim edilmiş, Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən 01 ədəd gödəkcənin, 01 ədəd köynəyin və 01 ədəd maykanın üzərində rəyin tədqiqi hissəsində qeyd edilən ölçüdə və sayda zədə vardır. Zədənin formasına, morfoloji quruluşuna, Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən 01 ədəd gödəkcənin, 01 ədəd köynəyin və 01 ədəd maykanın olan zədələrin ətrafında atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hisəciklərinin aşkar edilməsinə, metal izinin aşkar edilməməsinə əsasən, həmin zədələr yivsiz odlu ov tüfəngindən açılan üç ədəd atəş nəticəsində, təqribən 1-m məsafə daxilində yetirilməyə xarakterikdir. Tədqiqata təqdim edilmiş, Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının səthləri üzərində atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hissəcikləri vardır. Tədqiqata təqdim edilmiş, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən geyim əşyaların səthləri üzərində kənar lif mikrohissəcikləri vardır. Tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının səthi üzərindən aşkar edilmiş kənar lif mikrohissəcikləri arasında Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının tərkib liflərindən yoxdur. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının səthi üzərindən aşkar edilmiş kənar lif mikrohissəcikləri arasında Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarinin tərkib liflərindən yoxdur. (cild 03, i.v. 131-138) İş materiallarında olan Məhkəmə - bioloji ekspertizasının xx.xx.2022-ci il tarixli 277 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs qan qrupu- Balfa/İİİ/ və Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu Balfa/H/(lll)-dür. Ekspertizaya təqdim edilən X1 məxsus gödəkcə, idman ayaqqabısının sol tayı, Zərərçəkmiş şəxs məxsus alt mayka, sviter, cins şalvar, gödəkcə üzərindəki ləkələrdə və hadisə yerindən 04 ədəd pambıq tampon üzərinə hopdurulub götürülmüş maddə ləkələrində insan qanı aşkar olundu. Bu ləkələrdə qanın qrup mənsubiyyəti ABO sistemi üzrə təyin edildikdə “B” və “H” antigenləri alındı. Beləliklə, göstərilən maddi sübutlar üzərindəki qan ləkələri B-alfa/H//lll/ qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs və ya Təqsirləndirilən şəxs məxsus ola bilər.(Əgər sonuncuda hadisə zamanı qanaxma ilə müşahidə olunan xəsarət olubsa və onun qanında müşayiətçi H antigeni varsa) Tədqiq olunan Təqsirləndirilən şəxs məxsus kofta, cins şalvar, idman ayaqqabısının sağ tayı üzərində qana şübhəli hər hansı bir ləkə aşkar olunmadı. (cild 03, i.v. 185-190) İş materiallarında olan Məhkəmə - tibbi kriminalistik ekspertizasının xx.xx.2022-ci il tarixli 223 №-li rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs məxsus gödəkcənin üzərində olan ləkələr qan mənbəyi ilə (qanlı səthlə) səthi statik kontakt nəticəsində əmələ gəlmişlər. Şalvarın üzərində olan ləkələri qan mənbəyi ilə (qanlı səthlə) zəif dinamiki kontakt nəticəsində əmələ gəlmiş yaxma xarakterli ləkələr kimi qiymətləndirmək olar. Sviterin və alt maykasının üzərində olan ləkələri qan mənbəyi ilə (qanlı səthlə) statik kontakt nəticəsində əmələ gəlmiş hopma xarakterli ləkələr kimi qiymətləndirmək olar. Samir Şirəlıyevə məxsus gödəkcənin astar səthinin sağ yarısında olan ləkələri qan mənbəyi ilə (qanlı səthlə) səthi kontakt və zəif dinamiki kontakt nəticəsində əmələ gəlmiş ləkələr kimi qiymətləndirmək olar. Gödəkcənin sol qol və sol yan cibin ətrafında olan ləkələrin morfoloji əlamətləri tam biruzə olunmur və bu ləkələrin əmələ gəlmə mexanizmi barədə fikir söyləmək mümkün deyil. İdman ayaqqabısının sol tayının üzərində olan ləkələri qan mənbəyi ilə (qanlı səthlə) səthi kontakt və zəif dinamiki kontakt nəticəsində əmələ gəlmiş ləkələr kimi qiymətləndirmək olar. Təqdim olunmuş bıçaq zavod üsulu ilə atipik (maskalanmış) konstruksiya üzrə hazırlanmış döyüş bıçağıdır və deşici-kəsıci xassəyə malik soyuq silah hesab edilir Bıçağın üzərində sonradan hər hansı bir əlavə və düzəliş edilməmişdir. (cild 03, i.v. 178- 183) Məhkəmə - komputer texniki ekspertizasının xx.xx.2022-ci il tarixli 5/357 №-li rəyindən görünür ki, mərhuma məxsus “iPhone 13 Pro Max” markalı “A2484” modelli “SİM” danışıq kartı yerləşən yuvada olan “**********80981” imei kodlu mobil smartfon halhazırda işlək vəziyyətdədir, lakin deaktiv vəziyyətdə (bloklaşdırılmış) olması səbəbində proqram təminatında olan “imei” kodun proqram vasitəsilə dəyişdirilib-dəyirşdirilməsinin müəyyən edilməsi və yaddaşında olan məlumatlar üzrə tədqiqat işinin aparılması mümkün olmamışdır. Axtarış zamanı götürülmüş “Nokia” markalı “1112” modelli proqram təminatında olan “**********00158, **********00158” “imei” kodlu mobii telefon hal-hazırda işlək vəziyyətdədir. Mobil telefonun proqram təminatında olan “imei” kodla arxa tərəfində məlumat löhvəsinə olan “imei” kod fərqlidir. Həmin mobil telefonun yaddaşında hər hansı bir məlumatın olubolmasını və pozulub-pozulmasını müəyyən edilməsi üzrə tədqiqat işinin aparılması mümkün olmamışdır. Axtarış zamanı götürülmüş “Android 10” əməliyyat sistemi ilə təhciz edilmiş “Xiaomi Redmi 8A” markalı “M1908C3KG” modelli “**********06171, **********06189” imei kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdədir. Hadisə yerindən götürülmüş “Android 10” əməliyyat sistemi ilə təhciz olunmuş “Xiaomi Redmi 9T” markalı “M2010J19SY” modelli “**********60420, **********60438” imei kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdədir. Şahid7 məxsus “İOS 14.3” əməliyyat sistemi ilə təhciz edilmiş “İphone 7” markalı “A1778” modelli “**********21019” imei kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdədir.Təqdim edilmiş “İphone 7” markalı, “Xiaomi Redmi 9T” markalı və “Xiaomi Redmi 8A” markalı mobil smartfonların proqram təminatlarında olan “İMEİ” kod proqram vasitəsilə dəyişdirilməmişdir. Həmin mobil smartfonların yaddaşlarından əldə edilməsi mümkün olan məlumatlar istintaqa təqdim olunmuşdur. Qeyd olunan mobil smartfonların yaddaşlarında “Whatsapp”, “İnstagram”, “Telegram”, “Zoom”, “Skype” və “Getcontact” proqram təminatlarına dair pozulmuş məlumatlar müəyyən olunmamışdır. Tədqiqat zamanı “İphone 7” mobil smartfonun yaddaşında “offline rejimdə” instagram sosial şəbəkəsinə aid “zerger_baku” adlı istifadəçi profilin qeydiyyatdan keçərkən daxil etdiyi şəxşi informasiyaya dair hər hansı məlumat aşkar olunmamışdır. “İnstagram” sosial şəbəkəsinə aid “zerger_baku” adlı istifadəçi profilin qeydiyyatdan keçərkən daxil etdiyi məlumatların serverdə əks olunduğunu və hal-hazırda qeyd olunan serverə daxil olmanın texniki imkanlar xaricində olmasını nəzərə alaraq ekspert qarşısında qoyulmuş sualda əks olunan “zerger_baku” adlı istifadəçi profilin qeydiyyatdan keçərkən daxil etdiyi məlumatların müəyyən olunması mümkün olmamışdır. (cild 03, i.v. 121-129) İş materiallarında olan Kompleks ambulator məhkəmə - psixiatrik və psixoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 1448 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs törətdityi əməl dövründə hər hansı psixi (ruhi) xəstəlikdən əziyyət çəkməyib. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinə cavab vermək iqtidarında və onlara rəhbərlik etmək qabliyyətində olmuşdur, hazırda öz hərəkətlərinə cavab vermək və onlara rəhbərlik etmək iqtidarındadır, hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs qıcığa qarşı həssaslıq, inadkarlıq, qətiyyətlilik, özünəməxsus mövqe və prinsipə malik olmaq və s. fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs əqli inkişafında psixi xəstəliklə əlaqədar olmayan gerilik əlamətləri müşahidə olunmamışdır. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi-emosional halında hirslilik, qəzəb yaranmışdır. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədərkən qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyəti (affekt) keçirməmişdir. (cild 03, i.v. 173-176 İş materiallarında olan xx.xx.2022-ci il tarixli hadisə yerinə baxış protokolundan görünür ki, ünvan 8 ünvanında yerləşən ikimərtəbəli tikilinin birinci mərtəbəsində yerləşən “Qardaşlar” ərzaq dükanıdır. Dükanın hündürlüyü 2.90 metr, eni 5.50 metr və 7.80 metrdir. Dükan dördbucaqlı formalı olub yan divarların hər birində olan vitrinlərdə müxtəlif yeyinti məhsulları yerləşdirilmişdir, girişdən sol divar boyu satıcı masası yerləşir, dükanda tavanda üç ədəd müşahidə kamera cihazları quraşdırılsa da işlək vəziyyətdə olmadığı müəyyən edilmişdir. Dükanın içində ciddi dağıntı aşkar edilməmişdir. Mərhumun meyiti girişdən düz istiqamətdə, dükanın mərkəzində döşəmə üzərində, üzüaşağı vəziyyətdə aşkar edilmiş, ayaqları biri-birinə paralel sərbəst, düz istiqamətdə uzanmış, sağ əli dirsəkdən yuxarı qatlanmış, sol əli bədəninə paralel yan tərəfində yerləşmişdir. Meyitin baş nahiyəsinin ətrafında 1.10 metr diametrdə yayılmış və satıcı masasının alt hissəsinə doğru uzanan qanabənzər gölməçə mövcuddur. Giriş qapısı ilə meyitə qədər olan ara məsafəsində döşəmə üzərində dörd ədəd - hər birinin yan səthi üzərində “BPS best performance shotshell max 1050 bar 12 cal 34g” sözləri, alt hissəsində isə “fiocchi 12 İtaly” sözləri həkk olunmuş patron gilizləri aşkar olunmuş, gilizlərin üzərində qanabənzər ləkələr vardır. Gilizlər ilə meyitin arasında qalan məsafədə döşəmə səthində insan baş sümüyünün hissəsi aşkar edilmişdir. Hadisə yeri olan “Qardaşlar” dükanından 20 metr məsafədə, 6A saylı yaşayış binasının 8-ci blokunun giriş qapısının içəri tərəfdən sol yan divarındakı küncdə bir ədəd “Fila” etiketli, qara rəngli, 40 x 60 sm ölçülü, dəmir sepi açıq vəziyyətdə bel çantası aşkar edilmişdir. İçərisinə baxış zamanı eyni bir naməlum şəxsin dörd ədəd 3 x 4 ölçülü fotoşəkili və xx.xx.2000-ci il təvəllüdlü Təqsirləndirilən şəxs adına vaksinasiya üzrə məlumat forması aşkar edilmişdir. Hadisə yerindən 60 metr məsafədə, 4A saylı yaşayış binasının 4-cü blokunun qarşısında torpaq səthində atılmış vəziyyətdə 01 ədəd ov tüfəngi və onun yanında 01 ədəd “Xiomi Redmi” markalı mobil telefon aşkar edilmişdir. Tüfəngin korpusu qara rənglidir, çaxmağı sərbəst vəziyyətdə, qoruyucusu açıqdır, dəstəyi rezin materialdan üzlənmişdir. Tüfəngin lülə yatağının sol tərəfində “Khan Arms made in Turkey”, sağ tərəfində “12 GA 3 Chamber” sözləri, korpusun tətik yuvasının üstündə sol tərəfində “20-PM124364” rəqəmləri, sağ tərəfdə “MACE” sözləri rəqəmləri həkk edilmişdir. Tüfəngin sandıqçası boşdur, içində patron aşkar edilmədi. Tüfəngin aşkar olunduğu yerdən 100 metr məsafədə, 90 №-li binanın 4-cü blokunun qarşısında torpaq səthində atılmış vəziyyətdə 24 ədəd patron yuvası olan bir ədəd “Holster” etiketli, qəhvəyi rəngli, kəmər tipli, içərisində 15 ədəd patron olan patrondaş aşkar edilmişdir. Patronların hər birinin yan səthi üzərində “BPS best performance shotshell max 1050 bar 12 cal 34g” sözləri, alt hissəsində isə “fiocchi 12 İtaly” sözləri həkk olunmuşdur. Baxış zamanı həmin patronların hadisə yerində meyitin yanından götürülmüş dörd ədəd gilizlə eyni olduqları müəyyən edilmişdir. (cild 01, i.v. 4-20) İş materiallarında olan meyitə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, mərhum Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər - başın tüklü hissəsində, sol alın-təpə-gicgah nahiyəsində dəri səthində 6,0x5,0 sm ölçüdə toxuma çatışmazlığı ilə qeyri-müəyyən formalı, kənarları nahamar, ön kənarında alın nahiyəsinə doğru istiqamətdə şüavari formada cırılmaları olan yara vardır. Əmələ gəlmiş defektdən kəllə boşluğu açılmış, sol alın-təpə-gicgah sümükləri çoxqəlpəli sınıb-parçalanmış, alın-təpə sümüklərinin bir hissəsi yerində yoxdur. Sağ çiyinüstü nahiyədə 1,5x0,8 sm ölçüdə ovalvari formada, kənarlarını yaxınlaşdırdıqda 0,5x0,3 sm ölçüdə toxuma çatmamazlığı ilə kənarları nahamar, sıyrıqlı yara müəyyən edilir. Qeyd olunan yara kanalının istiqaməti dərialtı ilə önə doğru gedərək yaradan 3,7 sm məsafədə öndə kor olaraq qurtarmışdır və yara kanalının sonunda dəri altında kəskin bərkliyi (sərtliyi) ilə seçilən dairəvi formada yad cisim - qırma aşkar edilərək iti üsulla kəsilməklə çıxarıldı və götürüldü, qırma deformasiya olunmuş vəziyyətdədir. Döş qəfəsinin ön səthində, döş sümüyü proyeksiyasında və sol döşyanı xətt üzrə İV-V qabırğaların döş sümüyünə birləşən nahiyəsində, 4,5x3,5 sm ölçülü sahədə, qrup halında 4 (dörd) ədəd, ölçüləri 1.3x1,0 sm, 0,8x0,5 sm, 0,9x0,5 sm və 0,6x0,4 sm olan, kənarlarını yaxınlaşdırdıqda bir-birinə tam uyğun gələn, toxuma çatmamazlığı əmələ gətirməyən kənarları nahamar yaralar vardır. Döş qəfəsinin arxa səthində sağda-yuxarıda, sağ onurğayanı xətlə kürək xətti arasında, ll-V qabırğalararası sahədə qrup halında 6 (altı) ədəd, yuxarıdan - aşağıya ölçüləri 1,0x0,6 sm, 1,2x0,8 sm, 0.7x0,5 sm, 0,9x0,7sm, 0,8x0,7 sm və 0,8x0,7 sm olan, kənarlarını yaxınlaşdırdıqda toxuma çatmamazlığı ilə, kənarları nahamar, sıyrıqlı yaralar müəyyən edilmişdir. Döş qəfəsinin arxa səthinin sol yarısında 3,0x2,5 sm ölçüdə, mərkəzi hissəsində 1,8x1,5 sm ölçüdə toxuma çatmamazlığı müəyyən edilən kənarları nahamar, 0,5 sm-dək enində sıyrıq həlqəsi ilə əhatə olunmuş yara vardır. Qeyd olunan yaranın aşağı-sol kənarında yara kənarından 0,5 sm məsafədə bir ədəd 0,6x0,5 sm ölçüdə toxuma çatışmazlığı olan eyni xarakterli yara vardır. Döş qəfəsinin arxa səthinin sağ yarısında, kürək xətti ilə bilavasitə kürəkaltı nahiyədə 3,2x2,8 sm ölçüdə, döş qəfəsinin arxa səthinin sol yarısında, kürək xətti üzrə Xİ-Xİİ qabırğalararası sahədə 3,5x2,8 sm ölçüdə eyni xarakterli, toxuma çatmamazlığı ilə yaralar vardır. Sonuncu yaranın kənarları xaçvari cırılmalar müəyyən edilmişdir, ölçüləri 0,5x0,3 sm-dən 1,0x0,4 sm-dəkdir. Döş qəfəsinin arxa səthində qeyd olunan bütün yaralar dəlib-keçən olmaqla boşluqlara nüfuz etmiş, meyiti çevirdikdə son qeyd olunan hər üç yaradan bayıra doğru xeyli miqdarda qan xaric olur. Sağ qoltuqaltı nahiyədə, orta qoltuq xətti ilə ön qoltuq xətti arasında, lll-Vİİ qabırğalararası sahədə biri digərindən 3,0 sm və 5,0 sm aralı yerləşmiş 03 (üç) ədəd, orta qoltuq xətti ilə arxa qoltuq xətti arasında lll-V qabırğalararası sahədə, biri digərindən 5,0 sm məsafədə aralı yerləşmiş 2 (iki) ədəd, ölçüləri 0,6x0,4 smdən 1,0x0,5 sm-dək olan, toxuma çatışmazlığı ilə müşayiət olunmayan kənarları nahamar yaralar vardır. Döş qəfəsinin sağ yan səthindəki yaralardan birinin mənfəzində 1 (bir) ədəd qırma aşkar olunaraq çıxarıldı və götürüldü. Qarnın sağ yan divarında, orta qoltuq xətti üzrə qalça darağının bilavasitə yuxarı kənarında biri digərindən 4,7 sm aralı yerləşmiş iki ədəd, ölçüləri 0,8x0,6 sm və 0,7x0,5 sm olan eyni xarakterli, kənarlarını yaxınlaşdırdıqda bir-birinə tam uyğun gələn, toxuma çatmamazlığı ilə müşayiət olunmayan yaralar vardır. Qeyd olunan yaraların birinin mənfəzində 1 (bir) ədəd və yaralar nahiyəsində dərialtı yumşaq toxumalarda daha 2 (iki) ədəd qırma aşkar edilərək iti üsulla kəsilməklə çıxarıldı və götürüldü. Sağ əl pəncəsinin İ daraq sümüyü proyeksiyasında 10,0x5,0 sm ölçüdə yumşaq toxumaların əzilib-didilib-parçalanması halında kənarları nahamar kənari yara vardır, baş barmaq yumşaq toxumalardan və nazik dəri parçasından asılı vəziyyətdə qalmışdır. Bundan başqa meyitin daxili müayinəsi zamanı sol döş boşluğunda 1 (bir) ədəd güllə tıxacı aşkar edilmişdir. (cild 01, i.v. 21-42) İş materiallarında olan Kamera görüntülərinə baxış keçirilməsi barədə xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, hadisə yeri olan “Qardaşlar” dükanı ilə üzbəüz “Nargilə” adlanan çayxananın çöl və içəri tərəfini görüntüləyən işlək vəziyyətdə kamera qurğularının yerləşdirildiyi və kamera cihazının vaxt tənzimləməsinin real vaxtdan 46 dəqiqə geri olduğu müəyyən olunmuşdur. - xx.xx.2022-ci il tarixdə real vaxtla saat 20:02-də əynində ağ rəngli papaqlı gödəkcə, ağ rəngli idman ayaqqabısı, cins şalvar, sağ əlində mobil telefon olan və sol çiynində əl çantası asılmış istintaqa məlum olmayan bir qız “Qardaşlar” dükanın qarşısında dayandırdığı açıq rəngli, sedan tipli, üzərində taksi şahmatı olan, markası və dövlət qeydiyyat nişanı istintaqa məlum olmayan taksi avtomaşınından enərək birbaşa “Nargilə” çayxanasına doğru təkcə addımlayır, həmin vaxt ətrafda kənar şəxslər müşahidə edilmir, ümumi zalın giriş qapısının qarşısında saçlarını səliqəyə saldıqdan sonra zala daxil olur və ofisiant qadının müşayiəti ilə zalın baş tərəfində yerləşən sağ tərəfdəki kabinetə yaxınlaşır, ofisiant qadın isə qapını açıb onu içəri buraxdıqdan sonra özü kabinetə daxil olmadan qapını çöl tərəfdən örtür. - xx.xx.2022-ci il tarixdə real vaxtla saat 21:46-da əynində açıq-sarı rəngli gödəkcə, tünd rəngli şalvar və ağ rəngli idman ayaqqabısı geyinmiş və belində iri ölçülü tünd rəngli bel çantası asılmış Təqsirləndirilən şəxs “Qardaşlar” dükanının yan tərəfindən təkcə addımlayaraq 6A saylı yaşayış binasının 8-ci blokunun giriş qapısının içəri daxil olduğu, bel çantasını çıxaraq giriş qapısının sağ arxa tərəfində yerə qoyduğu və hadisə baş verən vaxta qədər həmin blokun içində gəzişərək, önündə dayanaraq və ya çöl tərəfdən sol yan tərəfində divara söykənərək gözlədiyi müəyyən edildi. - xx.xx.2022-ci il tarixdə real vaxtla saat 22:36-da Zərərçəkmiş şəxs həmin naməlum qız ilə birlikdə kabinetdə çıxdıqları, qızın qarşıda, Zərərçəkmiş şəxs isə onun ardınca əynindəki boz rəngli gödəkcənin ön tərəfindəki dəmir sepi bağlamağa çalışaraq addımladığı, birlikdə “Nargilə” çayxanasının qarşısına çıxdıqları, həmin vaxt blokda gizlənmiş Təqsirləndirilən şəxs boylanaraq Zərərçəkmiş şəxs çıxdığını dəqiqləşdirib blokun içində gizləndiyi, Zərərçəkmiş şəxs qızla birlikdə 1-2 metr məsafə ilə yanaşı söhbət edərək Təqsirləndirilən şəxs gizləndiyi 6A saylı binanın 8-ci bloku istiqamətində təxminən 10 metr hərəkət etdikləri, qızın Zərərçəkmiş şəxsla baş hərəkəti ilə (əl və bədən təması olmadan) sağollaşaraq yolun sağ tərəfində 1 dəqiqə əvvəl oraya gələrək xəbərdaredici işıqları (avarennik) yandırıb gözləyən, dövlət qeydiyyat nişanı görünməyən, marka və modeli müəyyən etmək mümkün olmayan, üzərində taksi nişanı (şahmatı) olan naməlum taksi avtomaşına yaxınlaşaraq arxa sağ qapını açaraq oturacağa əyləşdiyi, taksinin arxa arxaya hərəkətə başlayaraq həmin yerdən uzaqlaşdığı, qızın taksiyə əyləşməsindən sonra Zərərçəkmiş şəxs əvvəlcə sol tərəfə çevrilib yaşadığı ünvan istiqamətində bir neçə addım atsa da sonra dayanıb, sanki fikirləşərək geriyə taksi avtomaşının arxa-arxaya hərəkət etdiyi istiqamətdə, yəni “Qardaşlar” dükanına doğru addımladığı və real vaxtla saat 22:38də dükanın qarşısındakı pillələri qalxıb giriş qapısının ağzında təxminən 10 saniyə dayanıb gödəkcənin dəmir sepini bağlamağa çalışdığı, bu zaman blokun giriş qapısının sol arxa tərəfində gizlənərək Zərərçəkmiş şəxs müşahidə edən Təqsirləndirilən şəxs sol ayağından dayaq verərək aşağıya doğru əyilib bel çantasındakı tüfəngi çıxardığı, blokdan çıxmaq istəyərkən qoruyucunu yoxlamaq məqsədilə tüfəngin korpusunun sağ tərəfini blokun içində yanan işığa doğru tutduğu, daha sonra Zərərçəkmiş şəxs dükana daxil olan kimi isə əvvəlcə normal, təxminən beş metr sonra isə qacaraq dükanın giriş qapısına yaxınlaşdığı, sol ayağını giriş qapısının xəttinə qoyub sağ ayağını bir addım arxada saxlamaqla qapının çölündə atəş vəziyyətində dayandığı və sol əli ilə lüləsindən, sağ əli ilə dəstəyindən tutduğu tüfənginin lüləsini dükanın içərisinə doğru salaraq ilk atəşi açdığı, ardınca surətlə dükanın içinə girdiyi və 8 saniyə sonra surətlə sağ əlində tüfəngi tutaraq, sol əli sərbəst vəziyyətdə dükandan çıxıb sağ yan istiqamətdə qaçdığı müəyyən olundu. Baxış zamanı Təqsirləndirilən şəxs hadisə yerindən qaçanda tüfəngi atdıqdan sonra qarşısından keçdiyi 88 saylı hündürmərtəbəli yaşayış binasında işlək vəziyyətdə kamera cihazlarının quraşdırıldığı, həmçinin kamera cihazlarının vaxt tənzimləməsinin real vaxtdan 10 dəqiqə geri olduğu müəyyən edilmişdir. - xx.xx.2022-ci il tarixdə real vaxtla saat 22:40-da əynində açıq-sarı rəngli, boyun hissəsi qara rəngli xəz materialdan olan gödəkcə, tünd rəngli şalvar və ağ rəngli idman ayaqqabısı geyinmiş Təqsirləndirilən şəxs tüfəngi atdığı 4A saylı yaşayış binası tərəfdən 90 saylı yaşayış binası istiqamətində təkcə, dayanmadan qaçdığı aşkar olunmuşdur. Həmin vaxt yaşayış binasının qarşısında və kameranın müşahidə dairəsində kənar şəxs müəyyən edilməmişdir. Qaçarkən Təqsirləndirilən şəxs əynində olan gödəkcənin ön tərəfi əvvəlcə sinəsinə qədər bağlı olsa da sonradan o, əli ilə dəmir sepi aşağı çəkərək gödəkcənin ön tərəfini tamamilə açır, daha sonra isə qaça-qaça hər iki əli ilə qarın nahiyəsinin alt hissəsindən geyindiyi patrondaşın kəmərini açmağa çalışır. - xx.xx.2022-ci il tarixdə real vaxtla saat 22:41-də əynində açıq-sarı rəngli, boyun hissəsi qara rəngli xəz materialdan olan gödəkcə, tünd rəngli şalvar və ağ rəngli idman ayaqqabısı geyinmiş Təqsirləndirilən şəxs tüfəngi atdığı 4A saylı yaşayış binası tərəfdən 90 saylı yaşayış binası istiqamətində təkcə, dayanmadan qaçdığı aşkar olunmuşdur. Həmin vaxt yaşayış binasının qarşısında və kameranın müşahidə dairəsində kənar şəxs müəyyən edilməmişdir. Qaçarkən Təqsirləndirilən şəxs əynində olan gödəkçənin ön tərəfi açıqdır. Təqsirləndirilən şəxs qaça-qaça 90 saylı binanın 4-cü blokun qarşısına çanatda sol tərəfdə səkinin üzərinə nə isə atdığı həmin əşyanın parıltısı səbəbilə görünür, belə ki, hadisə yerinə baxış protokolundan da göründüyü kimi qeyd olunan yerdə patrondaş aşkar edilmiş, hətta hazırki görüntülərə əsasən 4-cü blokun qarşısındakı mavi rəngli hetcbek tipli markası istintaqa məlum olmayan avtomobilin hadisə yerinə baxış zamanı da patrondaşı aşkar edildiyi yerə nisbətdə eyni yerdə dayandığı müəyyən edilmişdir. (cild 01, i.v. 219- 235) İş materiallarında olan xx.xx.2022-ci il tarixli telefon danışıqlarına baxış protokolunda qeyd edilmişdir ki: - xx.xx.2022-ci il tarixdə Şahid7 istifadəsində olan (gəlininə məxsus) ***-***-**-** saylı mobil nömrədən Elçin Səfərova məxsus +380 96 *** **** saylı mobil nömrə SMS vasitəsilə Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrəyə göndərilmişdir. - xx.xx.2022-ci il tarixdə saat 23:50-də Təqsirləndirilən şəxs Elçin Səfərovun istifadəsində olmuş +380-96-543-96-57 saylı mobil nömrəyə “X30 X37 X28 100 X34 X35 Arzulariva Catasan” məzmunlu SMS göndərmiş, X19 Şirəliyevin istifadəsində olmuş ***- ***-**-** saylı mobil nömrəyə xx.xx.2022-ci il tarixdə “Salam qaqa Meni yix o gun votcapda sms yazmisan gec cav yazdim gedmeyib sene smsm Meni yix dansax srocnu. Muharibedi internet Olmaycax tez yix” məzmunlu SMS göndərilmişdir. Təqsirləndirilən şəxs Elçin Səfərovun mobil nömrəsini bilməməsi, ad günü təbriki üçün əldə etməsi və həmin təbrik mesajına bir ay sonra cavab verilməsi tərəflərin biri-biriləri ilə intensiv əlaqə saxlamadıqlarını və gec-gec ünsiyyətə girdiklərini göstərir. - Məlahət Əzimova və Təqsirləndirilən şəxs mobil nömrələri arasında xx.xx.2022-ci il tarixə qədər mütəmadi əlaqə olmuş, növbəti dəfə isə xx.xx.2022-ci il tarixdə X23 Şirəliyevə SMS göndərmişdir. - Təqsirləndirilən şəxs və İsaq Əzizovun mobil nömrələri arasında mütəmadi olaraq hadisə gününə qədər qarşılıqlı əlaqə olmuş, sonuncu dəfə isə Təqsirləndirilən şəxs İsaq Əzizova hadisə günü, yəni xx.xx.2022-ci il tarixdə saat 10:33-da SMS göndərmiş, İsaq Əzizov da saat 11:57-də Təqsirləndirilən şəxs zəng edərək 20 saniyə danışıq aparmışdır. - mərhum Zərərçəkmiş şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə ilə Elçin Səfərov, Təqsirləndirilən şəxs, Şahid7, Mətanət Əzizova, İsaq Əzizov, Şahid11, Şahid10 məxsus mobil nömrələr arasında hər hansı əlaqə aşkar olunmamışdır. - mərhum Zərərçəkmiş şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrənin hadisə günü telefon məlumatları (zəng və sms) arasında iş üçün əhəmiyyət kəsb edəcək hər hansı mobil nömrə müəyyən olunmamışdır. Anten məlumatlara baxış zamanı müəyyən edilmişdir ki: - Təqsirləndirilən şəxs hadisədən əvvəlki tarixlərdə - xx.xx.2021-ci il tarixdə saat 21:40 radələrində, xx.xx.2021-ci il tarixdə saat 21:30 radələrində, xx.xx.2021-ci il tarixdə saat 00 radələrində, xx.xx.2022-ci il tarixdə saat 20:30 radələrində, xx.xx.2022-ci il tarixdə saat 19:30 radələrində, xx.xx.2022-ci il tarixdə 18:40 radələrində, xx.xx.2022-ci il tarixdə saat 19:40 radələrində, xx.xx.2022-ci il tarixdə saat 20:30 radələrində, xx.xx.2022-ci il tarixdə saat 21:30 radələrində mərhum Zərərçəkmiş şəxs yaşadığı ünvanı və hadisə yerini əhatə edən antenlərdə qeydə alınmışdır. Qeyd olunan tarixlərdən xx.xx.2022-ci il tarixdə saat 20:30 radələri istisna olunmaqla digər vaxtlarda mərhum Zərərçəkmiş şəxs həmin antenlərdə olmamışdır. Bu təhlillər Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi kimi Zərərçəkmiş şəxs öldürmək üçün əvvəlki tarixlərdən güddüyünü, lakin əlverişli fürsət ələ keçirə bilmədiyini bir daha təsdiq edir. - Təqsirləndirilən şəxs X5n rəsmi axtarış səyifəsində qeyd olunmuş ***-***-**-** saylı mobil nömrəyə xx.xx.2021-ci il tarixdə (silahı əldə etməsindən iki gün əvvəl), xx.xx.2021-ci il tarixdə və xx.xx.2021-ci il tarixlərdə zəng edərək danışıqlar aparmış, həmçinin xx.xx.2021-ci il tarixdə (silahı əldə etdikdən iki gün sonra) saat 13 radələrində, xx.xx.2021ci il tarixdə saat 17 radələrində X5 əhatə edən “Novxani kendi., Praga restorani” adlı antendə qeydə alınmışdır. Bu təhlillər Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi kimi Zərərçəkmiş şəxs öldürmək üçün X6 gedərək orada yaxın məsafədən atəş hazırlığı keçdiyini bir daha təsdiq edir. - Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə hadisə günü saat 19:41-dək təqsirləndirilən şəxsin yaşadığı ünvanı əhatə edən “Bakı şəhəri Yasamal rayon X24 küçəsi” adlı antendə, saat 20:53-dən saat 21:14-dək mərhumun yaşadığı evi əhatə edən “Bakı şəhəri Binəqədi rayonu Üzeyir Hacıbəyov küçəsi 14” adlı antendə, saat 21:41-dən sonra isə hadisə yerini əhatə edən antenlərdə qeydə alınmışdır. - mərhum Zərərçəkmiş şəxs hadisə günü yalnız yaşadığı ünvanı və hadisə yerini əhatə edən antenlərdə qeydə alınmışdır. (cild 03, i.v. 50-54) İş materiallarında olan xx.xx.2022-ci il tarixli axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 10 ünvanında yerləşən 5 saylı yataqxananın 701 №-li otağında aparılmış axtarış protokolundan görünür ki, axtarış zamanı otaqdan bir ədəd “Xiomi” və bir ədəd “Nokia” markalı mobil telefonlar aşkar edilmiş, bundan başqa iş üçün əhəmiyyət kəsb edəcək hər hansı predmet aşkar edilməmişdir. Axtarış zamanı əldə olunmuş mobil telefonlara baxış protokolundan görünür ki, hər iki mobil telefonda iş üçün əhəmiyyət kəsb edəcək hər hansı məlumat aşkar edilməmişdir. (cild 01, i.v. 139-141) Axtarış zamanı əldə olunmuş mobil telefonlarda İMEİ kodlar üzrə xx.xx.2022-ci ildən xx.xx.2022-ci ilədək hər hansı mobil nömrələrin istifadə edlib-edilməməsini müəyyən etmək üçün mobil operatorlara sorğular göndərilmiş, lakin Azercell MMC-nin xx.xx.2022-ci il tarixli 5418 №-li, Azerfon MMC-nin xx.xx.2022-ci il tarixli 861322 №-li və Bakcell MMCnin xx.xx.2022-ci il tarixli 4922/22 №-li məktublarına əsasən hər hansı mobil nömrənin istifadə edilmədiyi müəyyən edilmişdir. (cild 02, i.v. 128, 130, 137) İş materiallarında olan hadisə yerindən götürülmüş “Xiomi” markalı mobil telefona baxış protokolundan görünür ki, həmin telefonun içində ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələr istifadə olunmuşdur. “Telefon” bölümündə zənglərin tarixçəsinə əsasən, xx.xx.2022-ci il tarixdə saat 01:52də Cəlilabad rayon polis şöbəsinin növbətçi hissəsinə məxsus ***-***-**-** saylı mobil nömrədən Azercell nömrəsinə zəng edilmiş, lakin zəngə cavab verilməmişdir. Bu da Təqsirləndirilən şəxs Cəlilabad rayon polis şöbəsində cinayəti etiraf etdiyini və hadisənin dəqiq halları barədə, yəni mobil telefonu hadisə yerinə atıb qaçdığını bildirdiyini, həmçinin polis şöbəsi tərəfindən hadisə yerində olacaq polis və ya prokurorluq əməkdaşları ilə əlaqə yaratmaq məqsədilə zəng edildiyi göstərir. - xx.xx.2022-ci il tarixdə saat 23:30-dan 08:12-dək “Ev” adı ilə qeyd olunmuş Şahid1 məxsus ***-***-**-** saylı mobil nömrədən 21 dəfə zəng edilmiş, lakin zənglərə cavab verilməmişdir. Bu da Şahid1 oğlunun polis əməkdaşları tərəfindən saxlanıldığı halda harada olmasından, həmçinin cinayətin Təqsirləndirilən şəxs tərəfindən törədilməsindən xəbərsiz olduğunu təsdiq edir. “İnstagram” proqramına baxış zamanı proqramda yalnız bir ədəd - “samir_sireliyev_” adlı profil istifadə edildiyi müəyyən edilmişdir. Profilin mesaj bölümündə əhəmiyyət kəsb edəcək yazışma aşkar edilməmiş, zəng bölümündə isə hər hansı danışıq müəyyən edilməmişdir. Axtarış bölümündə sonuncu dəfə ardıcıllıqla mərhum Zərərçəkmiş şəxs məxsus “zauryusifov.zz”, daha sonra “sonxeber.24”, “sonxeber_official” və “xebernews24” səhifələri müəyyən edilmişdir. “zauryusifov.zz” adlı profilin fotolövhəsinə mərhum Zərərçəkmiş şəxs fotoşəkili yerləşdirilib, profil ictimaiyyətin baxa bilməsi üçün açıqdır, Samir İsmayılov qeyd olunan profili izləmir, profildə sonuncu paylaşım hadisə günü, 14 mart 2022-ci il tarixdə “Vüqar Qasımovun AMF-nin vitse-prezidenti seçilməsi ilə bağlı təbrik” fotoşəkilidir. “Galereya” bölümündə əhəmiyyət kəsb edəcək iki ədəd fotoşəkil 14 mart 2022-ci il tarixdə saat 20:46-da blokun içindən çəkilmiş Zərərçəkmiş şəxs yaşadığı həyət evinin və idarə etdiyi açıq rəngli “Hyundai Santafe” markalı avtomobilin fotoşəkili və 14 mart 2022-ci il tarixdə saat 21:46-da əynində timsah dərisinə bənzər naxışları olan boz rəngli, ön tərəfi açıq vəziyyətdə gödəkdə geyinmiş mərhum Zərərçəkmiş şəxs masa arxasında əyləşməsinin sağ tərəfdən çəkilmiş fotoşəkili aşkar edilmişdir. Hər iki fotoşəkil Təqsirləndirilən şəxs ifadəsində hadisə günü Zərərçəkmiş şəxs yaşadığı ünvanı güdməsi, daha sonra çay evində olmasını biləndə Zərərçəkmiş şəxs çölə çıxanda səhv salmaması üçün fotoşəkilini çəkməsi barədə göstərdiyi xüsusatları bir daha təsdiq edir. “Bolt” proqramının gediş tarixçəsi bölümündə aşağıdakı sifarişlər müəyyən edildi: - 04 mart 2022-ci il tarixdə saat 23:20-də Təqsirləndirilən şəxs yaşadığı yataqxanadan hadisə yerinin yaxınlığı olan Svetlana Məmmədova 69 ünvanına, saat 00:12-də isə geri istiqamətdə taksi sifariş verilmişdir; - 13 mart 2022-ci il tarixdə saat 20:28-də Təqsirləndirilən şəxs yaşadığı yataqxanadan hadisə yerinin yaxınlığı olan Svetlana Məmmədova 69 ünvanına, saat 21:39-da isə geri istiqamətdə taksi sifariş verilmişdir; - 14 mart 2022-ci il tarixdə “İsfəndiyar Zülalov küç. 30 ünvanından Svetlana Məmmədova 69 ünvanına” sifariş verilib, sərnişin saat 19:46-da taksiyə əyləşib və saat 20:09-da sifariş ünvanına çatıb. Sifarişi həyata keçirən taksi - Cavidan adlı şəxsin idarə etdiyi “Toyota Prius” markalı **-UR-*** dövlət qeydiyyat nişanlı avtomobil olmuşdur. Bu sifarişlər Təqsirləndirilən şəxs ifadəsində Zərərçəkmiş şəxs öldürmək üçün sonuncunun yaşadığı ünvana gedib onu güdməsi barədə göstərdiyi xüsusatları bir daha təsdiq edir. “Whatsapp Business” proqramına baxış zamanı müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 00:56-da Şahid1 “İsi bala evdesen samirden mene bir xeber de bibiqurban” məzmunlu sms yazmış, ardınca saat 00:57-də cavabsız zəng etmiş, saat 04:40-da “Samir, mənə cavab ver bu nömrədəsənsə mənim ürəyim partlayır oğul hardasan sən? İsi də gəlib ürəyi partdıyır, bala nömrələri niyə dəyişdiribsən? mənə cavab ver oğul ölürəm” məzmunlu, saat 07:18-də “Samir mən Bakıya gəlirəm, hardasan ay bala? Mən ölürəm mənə cavab ver” məzmunlu mesajlar göndərmişdir. - “Samir” adı ilə qeyd olunmuş Təqsirləndirilən şəxs ***-***-**-** saylı mobil nömrəsi ilə 08 fevral 2022-ci ildən aparılan yazışmalardan Təqsirləndirilən şəxs İsaq Əzizovla birlikdə yataqxanada yaşadıqları, çox səmimi zarafatcıl münasiblərinin olduğu, evin açarının hər ikisində olduğu və həmçinin Təqsirləndirilən şəxs açarın gizlədildiyi yeri də bildiyi müəyyən olunmuşdur. “Whatsapp” proqramına baxış zamanı müəyyən edilmişdir ki, hadisə günü saat 21:49-da “Sarı Cellabad” adı ilə qeyd olunmuş ***-***-**-** saylı mobil nömrəyə zəng getmiş və aralarında 33 dəqiqəlik danışıq olmuşdur. Qeyd olunan nömrə ilə aparılan yazışmalardan həmin şəxsin Təqsirləndirilən şəxs iş yoldaşı olduğu, Təqsirləndirilən şəxs bir gün əvvəl iş vaxtına əməl etməməsi səbəbindən iş yerinin müdiriyyətinin ona narazılıq etməsi barədə Sarı adlı şəxslə yazışdıqları, Sarı adlı şəxsin özünün də iş yerini boş qoyması səbəbi ilə müdiriyyətin narazı olduğunu deməsi, həmçinin işdən çıxandan sonra zəngləşib ətraflı danışacaqları barədə razılaşdıqları görünür. - “Aykaa” adı ilə qeyd olunmuş ***-***-**-** və “Qız” adı ilə qeyd olunmuş ***-***-**-** saylı mobil nömrə ilə yazışmalardan hər iki nömrənin eyni şəxsə məxsus olması, abonenti Bakı şəhərindən kənarda yaşadığı, aralarında sevgi münasibətinin olduğu görünür və hadisə günü Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs öldürmək üçün güdən zaman aşağıdakı məzmunda yazışmaları müəyyən edilmişdir: saat 20:45: “Aykaa” - “nagayrırsan? Çörək yemisən?” saat 20:46: Samir - “neyniyəcəm e durmuşam məhlədə fikirləşirəm” məzmunlu mesaj göndərir (fotoşəkil “Galereya” bölümündə aşkar edilmiş birinci fotoşəkildir). saat 20:47: “Aykaa” - kimi? saat 20:48: Samir - “heç kimi, bidənə arzularım, məqsədim var ona çatsaydım, başqa heç nə istəmirəm, yəni hər gün o arzuynan, o fikirnən, o məqsədnən yaşıyıram da Allah haqqı, yaxşı olacaq inşallah, az qalıb, mart ayını keçmiyəcək, görək də” məzmunlu səs göndərir. saat 20:50: “Aykaa” - Can, nədiki o arzu, bilməy olar ki? saat 20:55: Samir - incimə, Allahdan, məndən başqa heç kim bilmir, vaxtı çatanda hamı biləcəy. saat: 20:59: “Aykaa” - olsun, nə edirsən et, ama istəmirəm ki sənə heçnə olmasın saat 21:02: Samir - “Allah sevdiyi bəndələrini heç vaxt tək buraxmır, sənə deməyim budu ki ürəyivi sıxma yaxşı olacaq, mən sənə bidənə nömrə atıram, xalam oğlunun nömrəsidi, işdi mənə zəng çatmaz, mənnən danışa bilməzsən, əgər bir aydan o yana keçsə yığ həmin nömrədən məni maraqlan, nəvaxt darda çətində oldun, ürəyin mənnən danışmaq istədi yığ həmin adam səni mənnən calaqlaşdıracaq, öpürəm səni bağrıma basıram” məzmunlu səs və ***-***-**-** saylı mobil nömrə (xalası oğlu Röyala məxsusdur) göndərir. (cild 01, i.v. 50-60) İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli məktubuna əlavə edilmiş bank sənədlərindən görünür ki, xx.xx.2021-ci il tarixdə “Umico” marketdən müvafiq ödəniş üçün Bank tərəfindən Təqsirləndirilən şəxs adına 558 manat kredit ayrılmışdır. Bank sənədlərinə əsasən, Təqsirləndirilən şəxs "xxxx" ASC-dəki hesabına gündəlik olaraq 20- 30 manat və xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021-ci il tarixlərdə 200 və 300 manat məbləğdə pul vəsaitlərinin mədaxil edildiyi, kiçik məbləğlərin bir neçə gün ərzində, iri məbləğlərin isə eyni günlərdə də məxaric edildiyi müəyyən edildi ki, bu da Şahid1 ifadəsində göstərdiyi Təqsirləndirilən şəxs xx.xx.2021-ci ilə qədər yaşadığı evin kirayə pulunu hər ayın sonunda Samirin maaş kartına göndərməsi, o cümlədən də Təqsirləndirilən şəxs ifadəsində tüfəngi almaq üçün satış pulunu hansı qaydada toplaması barədə xüsusatları bir daha təsdiq edir. (cild 03, i.v. 140-146) İş materiallarında olan Bakı şəhəri Binəqədi RPİ-nin əməliyyat tapşırığının cavabından görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində “Nargilə" adlanan çay evinin kamera görüntülərinə əsasən hadisədən qısa müddət əvvəl həmin çay evinə gələrək mərhum Zərərçəkmiş şəxsla görüşüb kabinetdə birlikdə vaxt keçirmiş qızın şəxsiyyətinin müəyyən edilməsi mümkün olmamış, həmçinin törədilmiş cinayətin digər iştirakçıları, o cümlədən də təqsirləndirilən şəxsin qohumları Şahid7 və X2 həmin cinayətin törədilməsində iştirak etmələri müəyyən olunmamışdır. (cild 03, i.v. 172) Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin xx.xx.2022-ci il tarixli 5/1439 və xx.xx.2022-ci il tarixli 5/1519 nömrəli “tam məxfi” qrifli məktubları ilə istintaqa daxil olmuş texniki rabitə kanallarından çıxarılmış məlumatlarına əsasən tərtib edilmiş arayışdan görünür ki, Şahid7 və X2 Zərərçəkmiş şəxs qəsdən öldürülməsi cinayətindən qabaqcadan məlumatları və həmin cinayətin törədilməsində iştirakları olmamışdır. (cild 03, i.v. 193) İş materiallarında olan Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə ərizə ilə müraciət edərək 01 ədəd yivsiz lüləli ov silahının alınmasına icazə verilməsini xahiş etmişdir. (cild 02, i.v. 258) İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli 326/21 №-li arayışından və müəyyənedici sənədlərin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən həmin marketdə satıcı işində çalışıb, sonuncu dəfə xx.xx.2022-ci il tarixdə saat 11:00-dan saat 14:00-dək iş yerində olub və xx.xx.2022-ci il tarixi onun istirahət günü olmuşdur. (cild 02, i.v. 1-19) İş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(101)-144/2021 saylı hökmündən görünür ki, Zərərçəkmiş şəxs Azərbaycan Respublikası CM-nin 120.2.1 və 120.2.4-cü maddələrində nəzərdə tutulan cinayətlərin törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən ona həmin maddələrlə bəraət verilmiş və barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməklə dərhal məhkəmə iclas zalından azad olunmasına qərar verilmişdir. (cild 02, i.v. 205-223) İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(103)- 140/2022 saylı hökmündən görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(101)-144/2021 saylı hökmü ləğv edilmiş və mərhum Zərərçəkmiş şəxs tanışı X11 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında 09 may 2019-cu il tarixdə X4 xüsusi amansızlıqla qəsdən öldürməkdə Azərbaycan Respublikası CM-nin 120.2.1 və 120.2.4-cü maddələri ilə təqsirli bilinib CPM-nin 39.1.5-ci maddəsinə əsasən ölməsi ilə əlaqədar ona cəza təyin edilməməsinə qərar verilmişdir. (cild 02, i.v. 149-204) Cinayət işinə əlavə olunmuş sərhəd keçmə hesabatından görünür ki, X32 Yusifovun xx.xx.2021-ci il tarixdə bəraət alıb azadlığa buraxılmasından sonra xx.xx.2021-ci il tarixdə İstanbul şəhəri istiqamətdə ölkəni tərk etmiş və bir daha ölkəyə geri qayıtmamışdır. (cild 02, i.v. 87) İş materiallarında olan xx.xx.2022-ci il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs fotoçəkiliş vasitəsilə keçirilən ifadəsinin yerində yoxlanılması zamanı ifadəsində Zərərçəkmiş şəxs öldürməkdə istifadə etdiyi tüfəngin satın alınması və cinayətə hazırlığını artırmaq üçün poliqonda atəş təlimi keçməsi ilə bağlı göstərdiyi bütün xüsusatları - Bakı şəhəri Yasamal rayonu Həsən bəy Zərdabi prospekti 69-73 ünvanında yerləşən “ovçu balıqçı” adlı dükanı, dükanda cinayətin törədilməsində istifadə olunan tüfənglə eyni növ, marka, lakin fərqli seriya nömrəsi daşıyan və satışda olan tüfəngi, Novxanı qəsəbəsində yerləşən “Novxanı atıçılıq mərkəzi”ni, habelə digər xüsusatları əyani şəkildə göstərməklə etirafedici ifadəsini tam olaraq bir daha təsdiq etmişdir. Bundan başqa təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti zamanı “ovçu balıqçı” adlı dükanında cinayətin törədilməsində istifadə edilmiş üzərində “BPS” sözləri həkk olunmuş patronların, o cümlədən də “Holster” markalı patrondaşın əvvəlki tarixlərdə satışının həyata keçirildiyi, lakin hamısı satıldığı üçün satışda qalmadığı, habelə atıcılıq mərkəzində həqiqətən də ödəniş etməklə poliqona daxil olmaq və həm uzun, həm qısa – 10-15 metr məsafədən hədəfə atəş açılmasının mümkünlüyü müəyyən edilməklə ifadənin sübut növü kimi mötəbərliliyi bir daha təsdiqini tapmışdır. (cild 01, i.v. 153-157) İş materiallarında olan xx.xx.2022-ci il tarixli Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs videoçəkiliş vasitəsilə keçirilən ifadəsinin yerində yoxlanılması zamanı ifadəsində hadisə günü cinayətin törədilməsi ilə bağlı göstərdiyi bütün xüsusatları - taksi avtomaşınından enib hadisə yerinə gəldiyi istiqaməti, Zərərçəkmiş şəxs güdmək üçün gizləndiyi 6A saylı yaşayış binasının 8ci blokuna doğru addımladığı istiqaməti, blokda içində tüfəng olan bel çantasını qoyduğu və özünün dayandığı yerləri, Zaurun çayxanadan çıxdığı və dükanın girişinə doğru hərəkət etdiyi istiqamətləri, özünün dükana yaxınlaşdığı səmti, hadisə zamanı həm öz, həm Zərərçəkmiş şəxs, həm də satıcı Şahid4 özünün də iştirakı ilə sonuncunun bütün duruş vəziyyətini, hərəkətlərini səhnələşdirməklə birinci atəşi açarkən özünün, Zərərçəkmiş şəxs və satıcının dayandığı yerləri, ilk atəşdən sonra Zərərçəkmiş şəxs dükanın içinə doğru hərəkət etdiyi, ardınca özünün içəri daxil olduğu səmtləri, Zərərçəkmiş şəxsla rastlaşdıqları yeri, ikinci atəşi açan zaman özünün və Zərərçəkmiş şəxs dayandıqları yerləri, atəş nəticəsində xəsarət almış Zərərçəkmiş şəxs döşəmə üzərinə yıxıldığı yeri, sonuncuya üç, dörd və beşinçi atəşləri açan zaman özünün dayandığı yeri və atəş açdığı bədən nahiyyələri, dükandan çıxandan sonra qaçdığı istiqaməti, cinayətin alət olan tüfəngi və mobil telefonu atdığı, daha sonra patrondaşı atdığı, habelə taksiyə əyləşdiyi yerləri, habelə digər xüsusatları əyani şəkildə göstərməklə etirafedici ifadəsini tam olaraq bir daha təsdiq etmişdir. (cild 01, i.v. 209-218) İş materiallarında olan protokoldan görünür ki, ifadəsinin yerində yoxlanılması zamanı Şahid4 həmin gün səhər saatlarında mağazanı açıb içəridə səliqə - səhman, təmizlik işləri görəndə mağazanın ortasında, vitrinin alt tərəfindəki peçenye qutusunun içində bir ədəd atılmış patron tapdığını, həmin patronun hadisə vaxtı Samir adlı oğlanın Zauru öldürmək üçün tüfəngdən atəş açanda kənara düşdüyünü başa düşdüyünü bildirərək və əyani olaraq bir ədəd patronu aşkar etdiyi yeri - “Balık” etiketli kiçik ölçülü, mağazanın mərkəzindəki vitrinin girişdən sağ tərəfə dönən kimi aşağıda döşəmə üzərində birinci peçenye qutusununun içini göstərmişdir. (cild 01, i.v. 149-150) Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı araşdırılmış sübutların məcmusuna əsaslanıb, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs yuxarıda təsvir edilmiş cinayət əməllərini törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək, əlində silahla marketin qapısının ağzında olarkən satıcının onu silahla görüb yerə əyilməsi və satıcı yerə əyildikdən sonra birinci atəşi açması barədə ifadəsinə hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, onun bu ifadəsi daha ağır cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyaraq, həqiqəti əks etdirməməklə, ifadənin yerində yoxlanılması barədə protokol, hadisənin birbaşa şahidi olan Şahid4 ifadəsi, hadisə yerinə baxış, kamera görüntülərinə baxış və digər mötəbər sübutlarla tam təkzib olunur. Belə ki, xx.xx.2022-ci il tarixli Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması haqqında protokol, Şahid4 ifadəsinin yerində yoxlanılması haqqında protokol, Kamera görüntülərinə baxış keçirilməsi barədə xx.xx.2022-ci il tarixli protokol, həmçinin, Şahid4 ibtidai istintaq zamanı, eləcə də məhkəmə iclasında verdiyi ifadələrinə əsasən müəyyən edilir ki, hadisə vaxtı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs birinci atəşi açan zaman aralarındakı məsafə təxminən 3 metr, həmin vaxt Zərərçəkmiş şəxsla satıcı Şahid4 arasındakı məsafə təxminən 1 metr olmuşdur. Təqsirləndirilən şəxs mağazanın qapısına yaxınlaşıb çatandan sonra orada cəmi 1 saniyə dayanmış və bundan sonra birinci atəşi açmışdır ki, bu zaman kəsiyində satıcının onu görməsi və hətta görəndən sonra döşəmə üzərinə uzanaraq gizlənməsi mümkün olmamış, yəni atəş açılarkən satıcı yerə əyilmiş vəziyyətdə olmamışdır. Təqsirləndirilən şəxs atəş anında zərərçəkmiş şəxsin yanında başqa bir şəxsin olduğunu və atəşin həmin şəxsin həyatı üçün də təhlükə yarada biləcəyi imkanını qabaqcadan görüb dərk etmişdir. Məhkəmə tərkibi həmçinin, zərərçəkmiş şəxsin hüquqi varisi X7 ifadəsində Təqsirləndirilən şəxs oğlu Zərərçəkmiş şəxs Şahid7 göstərişi və planına uyğun olaraq öldürməsi, Şahid7 maddi dəstək, tüfəng alıb verməklə, lazım olan informasiya ilə təmin etməklə Samiri bu cinayətə hazırlaması barədə göstərdiyi xüsusatlara hüquqi qiymət verərək belə hesab edir ki, onun ifadəsində göstərdiyi həmin xüsusatlar öz təsdiqini tapmamaqla, iş üzrə şahidlərin ifadələri, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin xx.xx.2022-ci il tarixli 5/1439 və xx.xx.2022-ci il tarixli 5/1519 nömrəli “tam məxfi” qrifli məktubları ilə istintaqa daxil olmuş texniki rabitə kanallarından çıxarılmış məlumatlarına əsasən tərtib edilmiş arayış və digər sübutlarla tam təkzib olunur. Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 dekabr 2002-ci il tarixli Qərarının 8-ci bəndinə əsasən, Ümumi təhlükəli üsulla adam öldürmə cinayətində təqsirkar hər hansı şəxsi öldürmək istərkən şüurlu surətdə elə vasitə seçir ki, bu vasitə nəinki zərərçəkmişin, həmçinin başqalarının (heç olmasa bir nəfərin) da həyatı üçün təhlükəli olur. Ümumi təhlükəli üsulla adam öldürməyə yandırmaqla, partlatmaqla, zəhərləməklə, dağıtmaqla, qəzalar törətməklə, zərərçəkmiş şəxsi qətlə yetirmək məqsədilə onun olduğu qapalı yerə qaz buraxmaqla, kütləyə nizamsız atəş açmaqla adam öldürmə hallarını aid etmək olar. Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 may 2005-ci il tarixli Qərarının 13-cü bəndinin 1 və 2-ci abzaslarında qeyd edilmişdir ki, CM-nin 228.4-cü maddəsində geyim ləvazimatları hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla, qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən tullayıcı silahı əldə etmə, satma və ya gəzdirməyə görə cinayət məsuliyyəti nəzərdə tutulur. «Xidməti və mülki silah haqqında» Qanunun 2-ci maddəsinin 6-cı bəndinə əsasən soyuq silah dedikdə, konstruksiyasına, ölçülərinə və materiallarına görə birbaşa istehsalat və ya təsərrüfat-məişət məqsədləri üçün nəzərdə tutulmayan xüsusi olaraq insanın əzələ qüvvəsindən istifadə etməklə zərərvurma obyekti ilə bilavasitə təmas zamanı xəsarət yetirmək təyinatına malik olan (milli geyim ləvazimatı hesab olunan hallar istisna edilməklə xəncər, beybut, ov bıçağı, qılınc, süngü bıçaqları və s.) sair kəsici-deşici və qarışıq təyinatlı silahlar, habelə insan əzələsinin və ya mexaniki qurğunun enerjisi hesabına istiqamətlənmiş hərəkət edərək müəyyən məsafədən hədəfi zədələmək təyinatına malik olan nizə, döyüş baltası, və s. eləcə də zərbə-dağıdıcı təsirli əşyalar-beşbarmaqlar, nunsakalar, gürzlər, toppuz və s. aid edilir. Odur ki, Təqsirləndirilən şəxs əməli AR Cinayət Məcəlləsinin 120.2.4 və 228.4-cü maddələri ilə düzgün tövsif edilmişdir və o, həmin maddələr əsasında təqsirli bilinərək cəzalandırılmalıdır. İş materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (cild 02, iş vərəqə 80) İş materiallarında olan Masallı RİHB-nın Şərəfə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur, Vətən müharibəsində iştirak etməklə fəxri fərman və iki medalla təltif edilib. (cild 03, iş vərəqə 87) İş materiallarında olan xasiyətnamədən görünür ki, Təqsirləndirilən şəxs oxuduğu məktəbdə intizamlı, bacarıqlı şagird kimi tanınmışdır. (cild 03, iş vərəqə 88) İş materiallarında olan xx.xx.2021-ci il tarixli “Fəxri fərman”dan görünür ki, Təqsirləndirilən şəxs Vətən müharibəsi dövründə göstərdiyi fədakarlığa görə təltif edilmişdir. (cild 01, iş vərəqə 100) İş materiallarında olan İ-19197 saylı “Azərbaycan Respublikası Medalının vəsiqəsindən” görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Prezidenti tərəfindən “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilmişdir. (cild 01, iş vərəqə 99) Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsini rəhbər tutaraq Təqsirləndirilən şəxs ilk dəfə cinayət əməli törətməsini, müsbət xarakterizə olunmasını, könüllü gəlib təqsirini boynuna almasını, Vətən müharibəsi iştirakçısı olmaqla medallarla təltif olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır, işdə cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Məhkəmə törədilmiş cinayətin xarakteri və ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o, cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün olmadığından, ona təqsirli bilindiyi maddələrin sanksiyası daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və xüsusilə ağır cinayətlər daxil olunduğundan, məcmuya daxil olan cinayətlərə görə təyin olunan cəzalar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə uyğun olaraq qismən toplanılmalı və bu yolla təqsirləndirilən şəxsə qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarında olan 15 mart 2022-ci il tarixli cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan və Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 4(001)-275/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 15 mart 2022-ci il tarixdən hesablanmışdır. (cild 01, iş vərəqə 85-86, 199-204) Odur ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 15 mart 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakı müəyyən edilmədiyindən Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq işi üzrə aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 278 (iki yüz yetmiş səkkiz) manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübutla bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsində saxlanılan - bir ədəd 12 kalibrli “Khan Arms” markalı 20-PM124364 nömrəli yivsiz odlu ov silahı və yeddi ədəd patron hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Təchizat İdarəsinə təhvil verilməli, səkkiz ədəd giliz, on ədəd karteç, bir ədəd tıxac hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, AR Baş Prokurorluğun İstintaq idarəsinin maddi sübutlar otagında saxlanılan - bir ədəd soyuq silah hesab edilən döyüş bıçağı, mərhum Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd gödəkçə, bir ədəd sviter, bir ədəd mayka, bir ədəd cins şalvar hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, bir ədəd bel çantası, Təqsirləndirilən şəxs dörd ədəd 3x4 sm ölçülü fotoşəkili, Təqsirləndirilən şəxs adına hazırlanmış covid-19 vaksinasiyası üzrə məlumat forması, Təqsirləndirilən şəxs əynində olmuş bir ədəd gödəkçə, bir ədəd köynək, bir ədəd şalvar və bir cüt idman ayaqqabısı hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs yaxın qohumlarına, bir ədəd “Xiomi Redmi” markalı mobil telefon qanuni sahibi X14 qaytarılmalı, bir ədəd patrondaş, 12 kalibrli “Khan Arms” markalı 20-PM124364 nömrəli yivsiz lüləli ov silahına dair 2346 №-li şəhadətnamə hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Təchizat İdarəsinə təhvil verilməli, istintaq hərəkətləri protokollarına, mobil operatorlardan daxil olmuş məlumatlara və məhkəmə kompyutertexniki ekspertizasına dair ümumilikdə 20 ədəd CD disk hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345,346,347,351-353,356-cı maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4 və 228.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə 17 il 10 ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə 08 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, təyin edilmiş cəzalar qismən toplanılsın və Təqsirləndirilən şəxs qəti olaraq 18 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 15 mart 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar – Bakı şəhəri Binəqədi rayon Polis İdarəsində saxlanılan - bir ədəd 12 kalibrli “Khan Arms” markalı 20-PM124364 nömrəli yivsiz odlu ov silahı və yeddi ədəd patron hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Təchizat İdarəsinə təhvil verilsin, səkkiz ədəd giliz, on ədəd karteç, bir ədəd tıxac hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, AR Baş Prokurorluğun İstintaq idarəsinin maddi sübutlar otagında saxlanılan - bir ədəd soyuq silah hesab edilən döyüş bıçağı, mərhum Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd gödəkçə, bir ədəd sviter, bir ədəd mayka, bir ədəd cins şalvar hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, bir ədəd bel çantası, Təqsirləndirilən şəxs dörd ədəd 3x4 sm ölçülü fotoşəkili, Təqsirləndirilən şəxs adına hazırlanmış covid-19 vaksinasiyası üzrə məlumat forması, Təqsirləndirilən şəxs əynində olmuş bir ədəd gödəkçə, bir ədəd köynək, bir ədəd şalvar və bir cüt idman ayaqqabısı hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs yaxın qohumlarına, bir ədəd “Xiomi Redmi” markalı mobil telefon qanuni sahibi X14 qaytarılsın, bir ədəd patrondaş, 12 kalibrli “Khan Arms” markalı 20-PM124364 nömrəli yivsiz lüləli ov silahına dair 2346 №-li şəhadətnamə hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Təchizat İdarəsinə təhvil verilsin, istintaq hərəkətləri protokollarına, mobil operatorlardan daxil olmuş məlumatlara və məhkəmə kompyutertexniki ekspertizasına dair ümumilikdə 20 ədəd CD disk hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərci - ekspertiza tədqiqatının dəyərini təşkil edən 278 (iki yüz yetmiş səkkiz) manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Əhməd Quliyev Hakimlər Azər Paşayev Rasim Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar