Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1376/2025 18.09.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Namazov Fərid Arif oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi- Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1993-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində 2 (iki) azyaşlı uşağı olan, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə- Cinayət Məcəlləsi və ya CM) 126.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ:
1. İttiham aktına görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilir.
İşin faktiki halları
2. Təqsirləndirilən şəxs 05 fevral 2025-ci il tarixdə saat 19:18-də Bakı şəhəri, Xətai rayonu, Məzahir Rüstəmov 21 ünvanında yerləşən “Faxralı” kafesinin üçüncü kabinetində tanışı Zərərçəkmiş şəxs ilə birlikdə olarkən aralarında yaranmış mübahisə zamanı üzərində olan mətbəx bıçağı ilə sonuncuya qəsdən zərbələr vurub, ona sol bazu nahiyəsinin bir ədəd və sol dirsək oynağı nahiyəsinin bir ədəd deşilmiş-kəsilmiş yarasından ibarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaya, İV dərəcəli qanitirmə şoku ilə müşayiət olunan döş qəfəsinin daxilə nüfuz edən iki ədəd deşilmiş-kəsilmiş yaraları, ağciyərin hər iki payının və perikardın zədələnməsindən ibarət ümumilikdə həyatı üçün təhlükəli olan ağır dərəcəli bədən xəsarəti yetirməklə qəsdən sağlamlığına ağır zərər vurmuşdur.
Təqsirləndirilən şəxsə qarşı ittiham tərəfinin təqdim etdiyi sübutlar aşağıdakılardan ibarətdir:
3. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2025 ci il tarixli Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin “Cinayətlər haqqında ərizələr və məlumatların uçotu kitabı”-nda qeydə alınmış raportdan görünür ki, həmin tarixdə saat 19:30 radələrində Şahid4 34-cü Polis Şöbəsinə zəng edib 10-15 dəqiqə əvvəl ünvan 3 ünvanının arxa hissəsində yerləşən “Faxralı” kafesinin daxilində iki nəfər şəxsin mübahisəsi zəminində birinin bıçaqla xəsarət almasını şifahi şəkildə bildirmişdir. (Cild 1, iş vərəqi 7)
4. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2025-ci il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, müvafiq istintaq hərəkəti zamanı ünvan 4 ünvanında yerləşən “Faxralı” kafesinə baxış keçirilmiş, həmin kafenin 3 nömrəli kabinetinə daxil olduqda içəridə masa və stulların, döşəmənin üzərində üç yerdə qan toplusunun, döşəmənin üzərində 01 ədəd dəstəyi qara rəngli mətbəx bıçağının, masanın üzərində qab qacaqlar, spirtli içki araq şüşəsinin olması müəyyən edilmiş, hadisə yerindən aşkarlanmış 01 ədəd bıçaq və hadisənin görüntüsü 01 ədəd DVD diskə köçürülərək götürülmüşdür. (Cild, iş vərəqi 9-16)
5. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2025-ci il tarixli “Cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (Cild 1, iş vərəqi 32-33)
6. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Zərərçəkmiş şəxs Bakı şəhəri Xətai Rayon Polis İdarəsinə ünvanladığı xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, o, xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs tərəfindən bıçaqla vurulub xəsarət aldığını, bu barədə qanunamüvafiq tədbir görülməsini xahiş etmişdir. (Cild 1, iş vərəqi 67)
7. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2025-ci il tarixli “Zərərçəkmiş şəxs qismində tanınmaq haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs həmin tarixdə zərərçəkmiş şəxs qismində tanınmışdır. (Cild 1, iş vərəqi 69-70)
8. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2025-ci il tarixli “Əməlin tövsif edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 126.1-ci maddəsindən həmin Məcəllənin 126.2.4-cü maddəsinə tövsif edilmişdir. (Cild 1, iş vərəqi 80)
9. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2025-ci il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb olunması haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs CM-in 126.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir. (Cild 1, iş vərəqi 82-83)
10. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş AZ-T №171106 və AZ-İV №425382 seriya nömrəli doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2018-ci il təvəllüdlü və xx.xx.2020-ci il təvəllüdlü olmaqla iki övladı vardır. (Cild 1, iş vərəqi 124-125)
11. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2025-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-ci il tarixli hökmü ilə CM-in 126.1-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş və o, Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2015-ci il tarixli 1657 nömrəli əfv sərəncamına əsasən cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. Hazırda onun məhkumluğu yoxdur. (Cild 1, iş vərəqi 131-132)
12. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin 2 nömrəli Psixiatriya Xəstəxanasının xx.xx.2025-ci il tarixli, 1/1084 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada stasionar müalicədə olmamışdır. (Cild 1, iş vərəqi 148)
13. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2025-ci il tarixli “DVD diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, müvafiq istintaq hərəkəti zamanı “DVD” formatlı disk açıldıqda 01 ədəd videofaylda baş vermiş hadisənin görüntüsü qeydə alınmışdır. (Cild 1, iş vərəqi 163-164)
14. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Zərərçəkmiş şəxs notarial qaydada təsdiq edilərək reyestrdə 8İ-1034 nömrəsi ilə qeydə alınmış xx.xx.2025-ci il tarixli, **********034 nömrəli ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs həmin ərizəsində Təqsirləndirilən şəxs ilə barışdığını, sonuncu tərəfindən ona dəymiş ziyanın ödənildiyini, Təqsirləndirilən şəxs qarşı heç bir maddi və mənəvi iddiası, tələb və şikayətinin olmadığını bildirmişdir. (Cild 1, iş vərəqi 165)
15. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X4” X6 xx.xx.2025-ci il tarixli, 322 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs İV dərəcəli qanitirmə şoku ilə müşayiət olunan döş qəfəsinin daxilə nüfuz edən iki ədəd deşilmiş-kəsilmiş yaraları, ağciyərin hər iki payının və perikardın zədələnməsi, sol bazu nahiyəsinin bir ədəd və sol dirsək oynağı nahiyəsinin bir ədəd deşilmiş-kəsilmiş yaraları müəyyən edilmişdir. Xəsarətlər iti uca və kənara malik əşya(lar) təsirindən törənmişlər, qərarda göstərildiyi kimi xx.xx.2025-ci il tarixdə kənar şəxs(lər) tərəfindən bıçaqla törənə bilərdi. Dərəcəsinə görə İV dərəcəli qanitirmə şoku ilə müşayiət olunan döş qəfəsinin daxilə nüfuz edən iki ədəd deşilmiş-kəsilmiş yaraları, ağciyərin hər iki payının və perikardın zədələnməsi həyat üçün təhlükəli olan sağlamlığa AĞİR, sol bazu nahiyəsinin bir ədəd və sol dirsək oynağı nahiyəsinin bir ədəd deşilmiş-kəsilmiş yaraları isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarətlərin xarakter və lokalizasiyalarına görə özü-özünə yetirməsi, eləcə də öz boyu hündürlüyündən yıxılması nəticəsində əmələ gəlməsi inkar olunmuşdur. (Cild 1, iş vərəqi 195-197)
16. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” X6 Ambulator məcburi-narkoloji tibbi yoxlama üzrə xx.xx.2025-ci il tarixli, 856 nömrəli ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs hal-hazırda remissiya vəziyyətində olan Kannabinoidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Müayinə zamanı narkomaniya xəstəliyinə xas olan xarakterik əlamətlərin itməsi ilə əlaqədar abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. (Cild 1, iş vərəqə 198-199)
17. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X6 Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2025-ci il tarixli, 469 saylı ekspert rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik müəyyən edilməmiş, Təqsirləndirilən şəxs xasiyyətin isterik cizgiləri aşkar olunmuşdur. Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hazırda da hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs öz hərəkətlərini ölçüb biçmək və ona rəhbərlik etmək iqtidarındadır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hərəkəti Cinayət Məcəlləsinin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. (Cild 1, iş vərəqi 200-201)
18. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X4” X6 xx.xx.2025-ci il tarixli, 75- MTKŞ/2025 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus paltarların (qolsuz mayka və kofta tipli köynək) arxa səthində solda bir ədəd, kofta tipli köynəyin ön səthində solda bir ədəd və sol qolun arxa səthində iki ədəd dəlibkeçən zədələr aşkar olunmuşdur. Zərərçəkmiş şəxs məxsus paltarların arxa səthində solda bir ədəd və köynəyin ön səthində solda bir ədəd zədələr deşilmiş-kəsilmiş zədələr olmuş, küpü, kafi itilikdə olan ülgücü və iti ucu olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən əmələ gəlmişdir. Zərərçəkmiş şəxs məxsus köynəyin sol qolunun arxa səthində aşkar edilmiş iki ədəd zədə isə kəsilmiş zədələrdir, iti kənarı olan alətin (alətlərin) təsirindən əmələ gələ bilərdi. Zərərçəkmiş şəxs məxsus paltarların (qolsuz mayka və kofta tipli köynək) üzərində aşkar edilmiş deşilmiş-kəsilmiş və kəsilmiş zədələrin ekspertizaya təqdim edilmiş bıçağın tiyəsi ilə və ya eyni xüsusiyyətə malik digər bıçağı ilə törənməsi inkar olunmur. Zərərçəkmiş şəxs məxsus paltarların (qolsuz mayka və uzunqol köynək) aşkar edilmiş deşilmiş-kəsilmiş zədələr onun bədənində aşkar edilmiş eyni xarakterli xəsarətlərlə (döş qəfəsinin daxilə nüfuz edən iki ədəd deşilmiş-kəsilmiş yaraları, sol bazu nahiyəsinin bir ədəd və sol dirsək oynağı nahiyəsinin bir ədəd deşilmiş-kəsilmiş yaraları) öz yerləşmələrinə görə nisbi olaraq üst-üstə düşürlər. Təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. Təqdim olunmuş bıçağın üzərində sonradan hər hansı əlavə və dəyişikliklər aşkar edilməmişdir. (Cild 1, iş vərəqi 203-209)
19. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X4” X6 xx.xx.2025-ci il tarixli, 136/2025-TBŞ nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs təqdim olunan şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən qan qrupu-AB/İVİ olmuşdur. Ekspertizaya təqdim olunan 01 ədəd bıçaq, Zərərçəkmiş şəxs məxsus kofta və alt mayka üzərində insan qanı aşkar olunmuş, həmin qanın qrup mənsubiyyəti ABO sistemi üzrə təyin olunduqda «A» və «B» antigenləri alınmışdır. Bu qan ləkələri AB(İV) qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər. (Cild 1, iş vərəqi 211-214)
20. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2025-ci il tarixli “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə yeni məzmunda ittiham elan olunması qərara alınmış, ekspert rəyləri, müvafiq istintaq hərəkəti protokolları və digər istintaq sənədləri sübut növü kimi qiymətləndirilmiş, baş vermiş hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş 01 ədəd mayka və 01 ədəd köynək, Təqsirləndirilən şəxs hadisə zamanı istifadə etdiyi 01 ədəd mətbəx bıçağı maddi sübut kimi tanınaraq saxlanması üçün Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilməsi qərar alınmış, iş üzrə 05 fevral 2025-ci il tarixdə ünvan 6 ünvanında yerləşən “Faxralı” adlı kafenin 3 nömrəli kabinetində baş vermiş hadisənin görüntüsü əks olunmuş 01 ədəd “DVD” formatlı disk maddi sübut kimi tanınmaqla cinayət işinin materiallarına əlavə edilmişdir. (Cild 1, iş vərəqi 219-234)
21. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2025-ci il tarixli “Təqsirləndirilən şəxsə elan olunmuş ittihamın dəyişdirilərək ona yenidən ittihamın elan olunması haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs İqar oğluna CM-in 126.2.4-cü maddəsi ilə yenidən ittiham elan edilmişdir. (Cild 1, iş vərəqi 237-238)
22. Məhkəmədə Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs ilə dost münasibətində olmaqla aralarında ədavət və düşmənçilik olmamışdır. Hadisə baş verməmişdən əvvəl Təqsirləndirilən şəxsla aralarında mübahisə yaranmış, həmin mübahisədən sonra “Faxralı” adlı kafedə əyləşən vaxt Təqsirləndirilən şəxs ona bıçaqla zərbələr yetirmişdir. Təqsirləndirilən şəxs onun heç bir şikayəti və tələbi olmamış, aralarında barışıq əldə edilmişdir. O, Təqsirləndirilən şəxs həbsdən azad olunmasını məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs həmçinin bildirmişdir ki, hadisə 05 fevral 2025ci il tarixdə saat 19 radələrində baş vermişdir. O, Sabiri həmin kafeyə dəvət etmiş, kafedə əyləşən zaman Sabirlə deyib-gülmüşlər. Bıçağın stolun üzərində olub-olmamasının onun üçün heç bir əhəmiyyəti olmamış, Sabirin üzərində bıçağın olub-olmamasından məlumatsız olmuşdur. O, heç vaxt Sabirin üzərində bıçaq görməmişdir. O, zərbədən sonra özündən getmiş və gözünü xəstəxanada açmışdır. Hadisədən təxminən 2 həftə əvvəl də Sabirlə arasında mübahisə olmuşdur. Sabirin ona bıçaqla zərbə yetirməsinin 2 həftə əvvəl aralarında olan mübahisə ilə heç bir əlaqəsi olmamışdır. Hadisə vaxtı Sabir və o içkili olmamışlar. O, ibtidai istintaqda verdiyi ifadəni təsdiq etməmişdir. O, Sabirə zəng edərək sonuncunu kafeyə çağırmış, kafedə əyləşən zaman nə haqqında söhbət etdiklərini xatırlamamışdır.
23. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımaqla aralarında ədavət və düşmənçilik olmamışdır. 05 fevral 2025-ci il tarixdə Zərərçəkmiş şəxs ona zəng edib Əhmədli qəsəbəsi ərazisində yerləşən “Faxralı” adlı kafeyə dəvət etmişdir. Həmin kafedə o, Elvin və Zərərçəkmiş şəxs birlikdə əyləşdikləri zaman sonuncu çölə çıxmış, təqribən 10 dəqiqə sonra isə Təqsirləndirilən şəxs ilə birlikdə kafeyə daxil olmuşdur. Demək olar ki, hamısı içkili vəziyyətdə olmuşlar. Xatırladığı qədəri ilə orada heç bir mübahisə baş verməmiş, əksinə söhbət sakit və normal şəraitdə davam etmişdir. Lakin Təqsirləndirilən şəxs qəfildən ayağa qalxaraq Zərərçəkmiş şəxs bıçaqla zərbə vurmuş və həmin hadisə baş vermişdir. Hadisədən dərhal sonra təcili tibbi yardım çağrılmış və Zərərçəkmiş şəxs xəstəxanaya aparılmışdır. Şahid2 həmçinin bildirmişdir ki, onu kafeyə Zərərçəkmiş şəxs özü dəvət etmiş, kafedə əyləşdikləri vaxt Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs arasında heç bir mübahisə olmamışdır. Təqsirləndirilən şəxs bıçağı haradan gətirdiyi barədə o hər hansı məlumata malik olmamışdır. Hadisə baş verməmişdən əvvəl Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs öz aralarında sakit şəkildə söhbət etmişlər. O, Zərərçəkmiş şəxs neçə bıçaq zərbəsinin dəydiyini bilməmişdir. Əyləşdikləri masanın üzərində bıçaq olmuş, Rəşad və Sabir mübahisəsiz şəkildə kafedə söhbət etmiş, Sabir onlarla birlikdə masada spirtli içki qəbul etmişdir. Xəyanət məsələsinin nə olduğuna dair heç bir fikri olmamış, ibtidai istintaqda verdiyi ifadəni təsdiq etmiş, imzalar ona məxsus olmuşdur.
24. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımaqla aralarında ədavət və düşmənçilik olmamışdır. Əhmədli qəsəbəsi ərazisində yerləşən “Faxralı” adlı kafedə o, Anar və Rəşad yeyib-içmək üçün əyləşib spirtli içki qəbul etmişlər. Əyləşdikləri masadan Rəşad qalxaraq çölə çıxmış və təqribən 10 dəqiqə sonra içəri yenidən daxil olmuş və sonuncunun ardınca da Təqsirləndirilən şəxs kabinetə gəlmişdir. Hamısı masada əyləşən zaman Sabir ayağa qalxıb Rəşada bıçaqla zərbə yetirmişdir. Şahid3 həmçinin bildirmişdir ki, hadisə vaxtı Sabir cibindəki mətbəx bıçağını çıxararaq masanın üzərinə qoymuşdur. Sabir və Rəşad söhbət etmiş və eşitdiyi qədəri ilə aralarında xəyanət məsələsi olmuş, lakin o, xəyanətin nədən ibarət olduğunu bilməmişdir. Sabir bıçaqla Rəşada zərbə yetirən vaxt onu geri çəkməyə çalışmışlar. O masada əyləşən vaxt Rəşad və Sabirin arasında söyüşlü heç bir dialoq olmamış, kafedə əyləşdikləri zaman Sabir və Rəşadın nə haqqında danışdıqlarını xatırlamamış, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir.
25. Məhkəmədə məhkəməyədək icraat zamanı verdiyi ifadəsi elan olunmuş Şahid1 ifadəsində göstərmişdir ki, o, ünvan 7 ünvanında yerləşən “Faxralı” kafesində ofisiant kimi işləyərkən xx.xx.2025-ci il tarixdə saat 18-19 radələrində bir neçə şəxs gəlib 3 nömrəli kabinetdə əyləşmiş, bir qədər sonra qışqırıq səsləri eşidilmiş və qapı açılmışdır. Qapını kimin açdığını görməmiş, həmin şəxslərə tərəf yaxınlaşdıqda isə əvvəl elə bilmişdir ki, masanın arxasında bir nəfər kimisə yumruqlayır. Lakin bir az da yaxınlaşdıqda yerdə qan izlərini görmüşdür. Daha sonra o, hadisəni törədən şəxsin restoranın sol tərəfində olan çıxış qapısından çıxıb getdiyini görmüş, ardınca təcili tibbi yardım və hadisə barədə polis orqanına məlumat verilmişdir.
26. Məhkəmədə məhkəməyədək icraat zamanı verdiyi ifadəsi elan olunmuş Şahid4 ifadəsində göstərmişdir ki, o, ünvan 6 ünvanındakı “Faxralı” kafesinin icarəçisi olduğundan, xx.xx.2025-ci il tarixdə saat 19 radələrində kafedən çıxıb yaxınlıqdakı “AZZA Cake House” tərəfə gedərkən, işçisi Emin ona zəng edib kafeyə çağırmış və kabinetdə bıçaqlanma hadisəsinin baş verdiyini söyləmişdir. Bundan sonra o, kafeyə qayıtdıqda bir nəfər üstü başı qan olan şəxsin kabinetin içərisində uzandığını görmüşdür. O, təcili tibbi yardıma zəng etmiş, daha sonra baş vermiş hadisə ilə bağlı polis əməkdaşlarına zəng edib məlumat vermişdir.
Təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürdüyü sübutlar aşağıdakılardır:
27. Təqsirləndirilən şəxs məhkəmə baxışında Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, məlum hadisə baş verməmişdən öncə Zərərçəkmiş şəxs ilə arasında yaranmış mübahisəni qəbul edə bilmədiyinə görə Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi ərazisində yerləşən “Faxralı” adlı kafedə əyləşərkən Zərərçəkmiş şəxs bıçaqla bədən xəsarətləri yetirdikdən sonra evə gedib üzərindəki əşyaları evdə qoyaraq polis idarəsinə təslim olmaq məqsədilə getmişdir. Təqsirləndirilən şəxs həmçinin bildirmişdir ki, o, Zərərçəkmiş şəxsla yaxın dost olmuş, hadisə 05 fevral 2025-ci il tarixdə saat 19 radələrində baş vermişdir. O, Zərərçəkmiş şəxs əyləşdiyi “Faxralı” adlı kafeyə getdikdə sonuncu onu qarşılamışdır. Onlar kabinetdə əyləşmiş, həmin kabinetdə Rəşaddan başqa 3 nəfər şəxs də olmuşdur. Kafeyə getməkdə məqsədi içindəki sıxıntını həll etmək olmuş, Rəşadla arasında “xəyanət”-dən yaranan mübahisə baş vermiş, o, bıçağı evdən götürüb kafeyə getmişdir. Onun Zərərçəkmiş şəxs öldürmək niyyəti olmamış, bıçağı evdən götürməkdə məqsədi Zərərçəkmiş şəxs bıçaqla zərbə yetirmək olmuş, o, masanın ön hissəsində, Zərərçəkmiş şəxs isə onun yanında əyləşmiş, masada əyləşən zaman bıçaq onun cibində olmuş, o, masada əyləşən zaman Zərərçəkmiş şəxsla çox söhbət etməmiş, o, anidən masadan qalxaraq Rəşada bıçaqla zərbə yetirmiş, hadisə zamanı musiqiyə qulaq asmışdır. Zərərçəkmiş şəxs neçə bıçaq zərbəsi yetirdiyini xatırlamamış, ətrafdakı şəxslər onu Rəşaddan ayırmağa çalışmışlar. Bıçaqla zərbə yetirdikdən sonra o, yaşadığı Bakıxanov qəsəbəsi ərazisinə getmiş, orada heç kimlə görüşməmiş, Bakı şəhəri Xətai Rayon Polis İdarəsindən onun mobil telefonuna zəng gəldikdə, o, birbaşa polis idarəsinə gedərək təslim olmuşdur. O, Zərərçəkmiş şəxs bıçaqla zərbə yetirdikdən sonra sonuncunun aqibətini bilməmiş, kafedə Zərərçəkmiş şəxsla söhbət etməyə cəhd etməmiş, buna cəsarəti çatmamışdır. Hirsi soyuduqdan sonra Zərərçəkmiş şəxs bıçaqla zərbə yetirmək prosesini dayandırmış, sonuncuya birdən çox zərbə yetirdiyini xatırlamışdır. O, könüllü şəkildə bıçaqla zərbə yetirmə prosesini dayandırmış, ibtidai istintaqda verdiyi ifadəsini tam təsdiqləməklə, həmin ifadədəki imzalar ona məxsus olmuşdur.
28. Məhkəmədə müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs İqar oğlunun arvadı olmaqla sonuncu ilə aralarında ədavət və düşmənçilik olmamışdır. Dəqiq xatırlamadığı tarixdə mağazadan evə qalxarkən Bakıxanov qəsəbəsində yerləşən evlərinin məhəlləsində əri Təqsirləndirilən şəxs barəsində sonuncunun yaxın dostu Zərərçəkmiş şəxs xoşagəlməz sözlər işlətdiyini eşitmişdir. O, evə qalxıb eşitdiklərini əri Təqsirləndirilən şəxs danışdıqda, sonuncu onun dediklərinə inanmayıb belə bir hadisələrin olmadığını söyləmişdir. Bundan sonra əri Təqsirləndirilən şəxs dərhal Zərərçəkmiş şəxs mobil telefonla zəng edib məhəlləyə düşməsini söyləyib əynini dəyişərək aşağı düşmüş, təxminən 30 dəqiqə sonra əri Sabir əsəbi halda evə qayıtmışdır. O, ərindən nə baş verdiyini soruşduqda sonuncu ona Rəşadın əsəblərini pozduğunu və aralarında söz-söhbətin düşdüyünü söylədiyindən, o, əri Sabirə təcili şəkildə Rəşadla əlaqəsini kəsməsini bildirmiş, axşama yaxın isə Rəşad əri Sabirə zəng edib günorta baş verən məsələni aydınlaşdırmaq məqsədilə görüşmək istədiyini ərinə dedikdə, o, əri Sabirə dəfələrlə getməməsini söyləməsinə baxmayaraq sonuncu onu dinləməmiş, narahat olmamasını, sadəcə Rəşadla söhbət etməyə getdiyini ona söyləmişdir. Həmin gün saat 22 radələrində hadisənin baş verməsi ona məlum olmuşdur. Əri Sabirin hazırda həbsdə olması onun ailəsini dərindən sarsmışdır. Şahid5 həmçinin bildirmişdir ki, məhəllədə danışılan söhbətlərin tam olaraq nə olduğunu məhkəməyə danışa bilmir, Rəşad əri Sabirin haqqında yaxşı biri olmamasına dair məhəllədə danışmışdır. Rəşad özü şəxsən əri Sabirə zəng edərək sonuncunu kafeyə dəvət etmiş, Rəşad Sabirə qarşı nalayiq sözlər işlətmiş və baş vermiş hadisənin səbəbi həmin nalayiq sözlər olmuşdur.
29. Şahid5 dindirilərkən verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, arvadının söylədikləri doğrudur, Rəşad ilə arasında mübahisə həmin gün günorta vaxtı yaranmış, Zərərçəkmiş şəxs onun barəsində nalayiq sözlər işlətmişdir.
30. Şahid5 dindirilərkən verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs bildirmişdir ki, Şahid5 söylədikləri doğrudur, Sabirlə mübahisənin yaranmasının səbəbi o olmuş, o, Sabiri həmin kafeyə zəng edib çağırmışdır. O, alkoqollu içkinin təsiri altında Sabirin barəsində xoş olmayan sözlər işlətdiyinə görə aralarında mübahisə yaranmışdır.
31. Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixli məhkəmə iclasında ərizə ilə müraciət edib Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı hər hansı şikayət və tələbinin olmadığını, gələcəkdə də heç bir şikayəti və tələbinin olmayacağını, ona dəymiş zərərin tamamilə ödənildiyini bildirmişdir. Hüquqi məsələlər:
Azərbaycan Respublikasının Cinayət Məcəlləsi:
32. CM-in 126.2.4-cü maddəsinə əsasən, 126.1-ci maddəsində nəzərdə tutulmuş əməllər (qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurma) ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə törədildikdə altı ildən on bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
33. Maddə 3. Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.
34. Maddə 7.1. Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.
35. Maddə 8.1. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.
36. Maddə 41.1. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.
37. Maddə 41.2. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.
38. Maddə 56.1.2. Qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir.
39. Maddə 58.3. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır.
40. Maddə 60.1. Həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz
41. Maddə 69.3. Hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır.
42. Maddə 15.4, 83.3.4 və 83.6. Cinayət Məcəlləsi ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə onların məhkumluğu ödənilmiş hesab edilir. Məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir.
43. Maddə 99-1.2. Məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər.
Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi:
44. Maddə 28.5. Şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır.
45. Maddə 44.1. Məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.
46. Maddə 124. İstintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini, maddi sübutlar və digər sənədləri sübut növləri kimi qəbul edilir.
47. Maddə 125.8. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə- Cinayət-Prosessual Məcəlləsi və ya CPM) tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür.
48. Maddə 132. Məhkəmə yekun qərar çıxararkən maddi sübutlar barədə məsələni həll etməlidir.
49. Maddə 145. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.
50. Maddə 146.1. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin.
51. Maddə 158.2. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir.
52. Maddə 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir.
53. Maddə 198.1. Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1-197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər.
54. Maddə 347.1. Məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır.
55. Maddə 349. Məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır.
56. Maddə 351.2. Məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır.
57. Maddə 351.3.4. Məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir.
Əməlin tövsifi və digər hüquqi məsələlər:
58. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir.
59. Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayətprosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarla birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş ola, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər.
60. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir.
61. Məhkəmə qeyd edir ki, məhkəməyədək icraat və məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin müdafiə hüququ qorunmuş, onun iştirakı ilə keçirilmiş istintaq hərəkətində təqsirləndirilən şəxsin müdafiəçisi şəxsən iştirak etmişdir.
62. Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixli məhkəmə iclasında müdafiəçisinin iştirakı ilə yazılı ərizə ilə məhkəməyə müraciət edib şahidlər X2 və Şahid4 məhkəməyədək icraat zamanı verdiyi ifadələrlə razı olduğunu, həmin şəxslərin məhkəmə iclasında iştiraklarına zərurət olmadığını bildirmişdir.
63. Cinayət-Prosessual Məcəlləsinin 337.2-ci maddəsinə əsasən, müdafiə tərəfi cinayət işini başlamış şəxs tərəfindən cinayət işinin materiallarına əlavə edilmiş və ya təqsirləndirilən şəxsin, onun müdafiəçisinin, qanuni nümayəndəsinin, habelə mülki cavabdehin və ya onun nümayəndəsinin vəsatəti əsasında məhkəməyə təqdim edilmiş, lakin məhkəmədə hələ ki baxılmamış sübutların tədqiq edilməsindən imtina etmək hüququndan istifadə etdiyindən və belə imtina hər bir halda məhkəmə tərəfindən qəbul olunmalı olduğundan, şahidlər X2 və Şahid4 məhkəmə iclasında dindirilmələrindən imtina məhkəmə tərəfindən qəbul edilmişdir.
64. “Məhkəmə hökmü haqqında” Plenum qərarının 10-cu bəndinə əsasən, təqsirləndirilən şəxsin, şahidlərin, zərər çəkmiş şəxsin, məhkəməyədək icraat zamanı verdikləri ifadələrə o vaxt istinad etmək olar ki, onlar CPM-in 327, 329 və 330.1-ci maddələrinə uyğun olaraq məhkəmə iclasında elan edilməklə yanaşı, başqa sübutlarla müqayisə edilmiş olsun.
65. Sözügedən Plenum qərarının 12-ci bəndinə əsasən, şəxsin təqsirli bilinməsinin məhkəmə baxışına gəlməyən şahidin ibtidai istintaqda verdiyi ifadə, ümumiyyətlə məhkəməyədək icraatda əldə olunaraq məhkəmədə elan edilmiş sübutlar vasitəsi ilə əsaslandırılmasının mümkünlüyü məsələsinin düzgün həll edilməsi üçün bu məsələlər üzrə CPM-in 327, 329-cu maddələri ilə yanaşı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında müəyyən edilmiş hüquqi mövqelərin nəzərə alınması vacibdir.
66. Məhkəmə qeyd edir ki, şahidlər X2 və Şahid4 məhkəmə iclasında iştiraklarının təmin olunması məqsədilə kifayət qədər səy göstərməsinə baxmayaq həmin şəxslər üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməmişlər.
67. İttihamın yalnız və həlledici şəkildə məhkəmədə dindirilməyən şahidlər X2 və Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadələrinə əsaslanmamaqla, məhkəmənin yekun qərar verməsi üçün kifayət edən sübutların mövcudluğu nəzərə alınmışdır.
68. Məhkəmə təqsirləndirilən şəxsin şahidi dindirmək imkanından məhrum olunmasından irəli gələn müdafiə tərəfinin üzləşdiyi çətinliklərinin kompensasiya edilməsi üçün məhkəmənin tarazlaşdırıcı tədbirlər görmüş və Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə məhkəmə iclasında sərbəst şəkildə öz iradə ifadəsini söyləyib şahidlər X2 və Şahid4 məhkəmə iclasına gəlmələrinə zərurət olmadığını və həmin şəxslərin ibtidai istintaq zamanı verdiyi ifadələri ilə razılaşdığını bildirmişdir.
69. Odur ki, məhkəmə X2 və Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadələrini məhkəmə iclasında elan etmiş və digər sübutlarla birgə tədqiq etmişdir.
70. Məhkəmə, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə düzgün olaraq tövsif edilməmişdir.
71. Belə ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə, yəni xuliqanlıq niyyətilə qəsdən insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurma əməlinə görə ittiham elan edilmişdir.
72. İbtidai istintaq orqanı həmin ittihamı irəli sürərkən 12 may 2025-ci il tarixli “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərarın təsviri-əsaslandırıcı hissəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoyub, ümumi davranış qaydalarına saymamazlıq nümayiş etdirərək xuliqanlıq niyyətilə Zərərçəkmiş şəxs qəsdən sağlamlığına ağır zərər vurmuşdur.
73. Məhkəmə yekun qərar-ittiham hökmü çıxararkən cinayət və cinayət-prosessual qanunvericiliyinin maddi və prosessual normalarının tələbləri ilə yanaşı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 iyun 2015-ci il tarixli “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair”, 17 mart 2011-ci il tarixli “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” və 20 may 2011-ci il tarixli “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” qərarlarını rəhbər tutaraq, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” və 24 dekabr 2021-ci il tarixli “Məhkəmə hökmü haqqında” qərarlarının müddəalarını da nəzərə alır.
74. Belə ki, xuliqanlıq niyyətinin mahiyyətinə aydınlıq gətirən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2002-ci il tarixli “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” qərarının 6-cı bəndində göstərilir ki, qəsdən adam öldürmə o vaxt CM-in 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Əgər təqsirkar xuliqanlıq niyyəti ilə adam öldürməklə yanaşı ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizliyə səbəb olan sair qəsdən hərəkətlər də etmişdirsə (başqalarına qarşı zor tətbiq etmək, belə zor tətbiqi ilə hədələmək, özgə əmlakını məhv etmə yaxud zədələmə və s.) belə əməl Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə yanaşı həmin Məcəllənin 221-ci maddəsinin də tərkibini yaradır. Xuliqanlıq niyyətilə qəsdən adam öldürməni mübahisə və dalaşma zəminində adam öldürmədən fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarının kim olmasını, təqsirkarın zərərçəkmişi öldürmək məqsədilə qəsdən münaqişə yaradıb-yaratmamasını aydınlaşdırmaq lazımdır. Mübahisə və dalaşmanın zərərçəkmişin təşəbbüsü ilə başlanması, yaxud münaqişənin zərərçəkmişin hüquqa zidd hərəkətləri səbəbindən baş verməsi təsdiq olunarsa, təqsirkar xuliqanlıq niyyətilə adam öldürmə cinayətində təqsirli sayıla bilməz. Məhkəmə hesab edir ki, xuliqanlıq niyyətinin mahiyyəti ondan ibarətdir ki, belə motivlə cinayət törədən şəxs özünün şəxsiyyətini başqa şəxsin və ya şəxslərin şəxsiyyətinin fövqündə qoyur, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirir, ictimai qaydaları və ictimai maraqları, yaxud əxlaq normalarını pozan hərəkətlər edir. Xuliqanlıq niyyətilə adam öldürmə çox vaxt heç bir səbəb olmadan, yaxud cüzi səbəbi adam öldürmək üçün bəhanə etməklə törədilir. Bu zaman münaqişənin təşəbbüskarı kimi təqsirləndirilən şəxs çıxış edir.
75. Məhkəmə Plenumunun qeyd olunan mövqeyini nəzərə alan məhkəmə belə hesab edir ki, həmin müddəalar qəsdən adam öldürmə işləri üzrə verilsə də, qəsdən sağlamlığa ağır zərər vurma cinayətləri üzrə də xuliqanlıq niyyətinin mahiyyəti eynidir.
76. Belə ki, məhkəmə istintaqı ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında qonşuluq və dostluq münasibəti mövcud olmuş, hər ikisi birbirini daha əvvəldən tanımışlar. Zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə nalayiq ifadələr işlətməsi onların məhz əvvəldən mövcud olmuş münasibətlərindən irəli gəlmiş, təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə arasında olan münasibətin sonuncu tərəfindən pozulmasını ona qarşı “xəyanət” kimi qiymətləndirmişdir. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin onun barəsində işlətdiyi həmin nalayiq ifadələrin səbəbini aydınlaşdırmaq istəməsi səbəbindən hadisə baş verən gün, yəni xx.xx.2025-ci il tarixdə günorta vaxtı yaşadığı məhəllədə Zərərçəkmiş şəxsla danışmış, daha sonra isə Zərərçəkmiş şəxs özü mobil telefonla zəng edib Təqsirləndirilən şəxs Bakı şəhəri, Xətai rayonu, M.Rüstəmov 21 ünvanında yerləşən “Faxralı” kafesinə dəvət etmişdir. Bu, həm zərərçəkmiş şəxs, həm təqsirləndirilən şəxs, həm də Şahid5 ifadələrindən də görünür. Zərərçəkmiş şəxs dəvətindən sonra Təqsirləndirilən şəxs həmin yerə gedib aralarında yaranmış mübahisənin davamı zəminində qəsdən Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurmuşdur.
77. Məhkəmə qeyd etməyi zəruri bilir ki, qəsdən sağlamlığa ağır zərərvurma cinayət hadisəsi Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında mövcud olmuş mübahisə nəticəsində yaranmış, hadisənin təşəbbüskarı Zərərçəkmiş şəxs olmuş, münaqişə zərərçəkmiş şəxsin hüquqazidd hərəkətləri və təşəbbüsü ilə başlanmışdır. Təqsirləndirilən şəxslə zərərçəkmiş şəxsin aralarında mövcud olmuş mübahisənin zərərçəkmişin hüquqa zidd hərəkətləri səbəbindən baş verməsi məhkəmə araşdırması zamanı tam təsdiq olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə həmin cinayəti törətməmiş, o, özünün şəxsiyyətini başqa şəxsin və ya şəxslərin şəxsiyyətinin fövqündə qoymamış, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirməmiş, ictimai qaydaları və ictimai maraqları, yaxud əxlaq normalarını pozan hərəkətlər etməmişdir. Həmin cinayət əməlini Təqsirləndirilən şəxs məhz Zərərçəkmiş şəxs qeyri-qanuni hərəkətləri, yəni nalayiq ifadələr işlətməklə söyməsi nəticəsində törətmişdir.
78. Məhkəmə yuxarıda qeyd olunan Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında qeyd olunanları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin tərkib əlamətləri vardır.
79. Məhkəmə istintaqında da mübahisə və dalaşmanın Təqsirləndirilən şəxs təşəbbüsü ilə deyil, Zərərçəkmiş şəxs təşəbbüsü ilə başlaması, sonuncu tərəfindən təqsirləndirilən şəxsə qarşı nalayiq ifadələr işlədilməsi bir daha onu göstərir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olmayaraq xuliqanlıq niyyəti kimi qiymətləndirilmişdir.
80. Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə muvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.
81. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xuliqanlıq niyyəti ilə qəsdən ağır dərəcəli bədən xəsarət yetirməsi barədə gəldiyi qənaət iş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla təsdiq olunmadığından həmin şübhələr onun xeyrinə həll olunmalıdır.
82. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə tövsif edilməli və bu tövsif vahid məhkəmə təcrübəsinə də uyğundur.
83. Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (hökmün 44-cü bəndi)
84. Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. (hökmün 45-ci bəndi)
85. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını, habelə məhkəmə istintaqında tədqiq edilmiş sübutların məcmusunun həcminin sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verdiyini qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalı, barəsində həmin maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir.
86. Məhkəmə hesab edir ki, məlumatlar, sənədlər və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadığından onlar sübut kimi qəbul edilir. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət edir və onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verir.
87. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini, ekspertiza rəylərini və digər sübutları tədqiq edib CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 126.1-ci maddəsinə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir.
Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər:
88. Məhkəmə Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin himayəsində 2 azyaşlı uşağının olmasını, CM-in 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etməsini, həmin Məcəllənin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanı könüllü şəkildə tamamilə ödəməsini, CM-in 59.2-ci maddəsinə əsasən məhkəməyədək və məhkəmə icraatı zamanı davranışını, məhkumluğunun olmamasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır.
89. Məhkəmədə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir.
90. Məhkəmə Təqsirləndirilən şəxs cəza həddi və növünü təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini (zərərçəkmiş şəxsə yetirilən bədən xəsarətlərinin sayını, lokalizasiyasını, ağırlıq dərəcəsini), cəza təyin edilməsinin ümumi əsaslarını, şəxsiyyətini, cəzanı yüngülləşdirən halların mövcudluğunu, cəzanı ağırlaşdıran halların olmadığını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır.
91. Məhkəmə bütün bunları nəzərə alaraq hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs yalnız təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar.
92. CM-in 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl ağır cinayətlər kimi təsnif edilmişdir. (hökmün 42-ci bəndi)
93. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. (hökmün 38-ci bəndi)
94. İşdə olan tutma protokolundan və müvafiq məhkəmə qərarlarından görünür ki, Təqsirləndirilən şəxs 05 fevral 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən barəsində 07 fevral 2025-ci il tarixdə 02 (iki) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin 03 aprel 2025-ci il tarixli, 4(011)-174/2025 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 4(103)-459/2025 nömrəli qərarı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 03 aprel 2025-ci il tarixli, 4(011)-174/2025 nömrəli qərarı ləğv edilərək Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmiş, məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, iş vərəqi 32-33; 103-107; 171-177; 187-194)
95. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli onun tutularaq saxlanıldığı 05 fevral 2025-ci tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. (hökmün 51-ci bəndi)
96. Məhkəmə, CM-in 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir və iş üzrə xüsusi müsadirə edilməli əmlakın müəyyən edilmədiyini qeyd edir. (hökmün 43-cü bəndi)
97. İş üzrə mülki iddia, üzərinə həbs qoyulmuş əmlak və məhkəmə xərcləri yoxdur. (hökmün 53-cü bəndi)
98. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar CPM-in 132-ci maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan, Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan Zərərçəkmiş şəxs əynində olmuş 01 ədəd mayka və 01 ədəd köynək, Təqsirləndirilən şəxs hadisə zamanı istifadə etdiyi 01 ədəd mətbəx bıçağı məhv edilməli, 01 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılmalıdır. (hökmün 48-ci bəndi)
99. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir.
100. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinsin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ibtidai həbs müddəti, yəni tutulduğu, ev dustaqlığında və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli onun hazırkı iş üzrə tutulduğu, yəni 05 fevral 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan Zərərçəkmiş şəxs əynində olmuş 01 ədəd mayka və 01 ədəd köynək, Təqsirləndirilən şəxs hadisə zamanı istifadə etdiyi 01 ədəd mətbəx bıçağı məhv edilsin. 01 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə mülki iddia, məhkəmə xərci və xüsusi müsadirə edilməli digər əmlakın olmadığı nəzərə alınsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən hakim Fərid Namazov Hakimlər Telman Hüseynov Aygün Qurbanova