Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1377/2024 07.03.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmənin hakimləri Tağıyev Azər Heydər oğlunun sədrliyi, X12 və X4 ibarət tərkibdə, Bəşirli Pərvanə Böyükağa qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1990-cı il tarixdə Cəbrayıl rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, işləməyəm, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 və 234.1-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan tiryəki və külli miqdarda psixotrop maddə olan metamfetamini əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 22:30 radələrində Nərimanov RPİ-nin 17-ci PŞ-nin əməkdaşları tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Ə.Qayıbov küçəsi 24 ünvanında saxlanılıb, Nərimanov RPİ-nin 17-ci PŞ-nin inzibati binasına gətirilmiş və üzərində aparılan axtarış və götürmə zamanı əynində olan tünd göy rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 1,464 qram olan tünt-qəhvəyi rəngli qətarnabənzər maddə şəklində kustar üsulla hazırlanmış narkotik vasitə tiryək aşkar edilərək götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Nərimanov RPİ-nin NMB-nin əməkdaşları tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Ə.Qayıbov küçəsi 24 ünvanın qarşısında saxlanılaraq, Nərimanov RPİ-nin inzibati binasına gətirilmiş və üzərində aparılan şəxsi axtarış və götürmə zamanı əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibində saxladığı “Prima Deluxe” markalı siqaret qutusunun içərisindən külli miqdarda olmaqla bir ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 2,445 qram olan ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 4 ildir ki, narkotik vasitə və psixotrop maddələrdən istifadə edir. Narkotik vasitəni istifadə etməyə başlayanda Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində Vüqar adlı şəxslə tanış olmuş və lazım olanda ondan narkotik vasitə alırmış. xx.xx.2023-cü il tarixdə günorta saatlarında Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsinə Vüqarla görüşmüş, sonuncuya 20 manat pul verib ona psixotrop maddə metamfetamin gətirməsini istəmiş, təxminən 10 dəqiqə sonra isə Vüqar ona 01 ədəd şəffaf rəngli sellofan bükümün içərisində ağ rəngli psixotrop maddə metamfetamini gətirmişdir. O həmin bükümü “Prima Deluxe” markalı siqaret qutusunun içərisinə sonradan isə tünd göy rəngli cins şalvarın sağ yan cibinə qoyaraq üzərində saxlayaraq gəzdirmişdir ki, lazım olan zaman istifadə etsin. Həmin tarixdə, saat 22:15 radələrində yaşadığı ünvan 5 ünvanın qarşısında olan zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirib onu Nərimanov RPİ-nə dəvət etmiş, o da heç bir etiraz etmədən onlarla birlikdə polis idarəsinə getmişdir. Orada ona narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu və üzərinə şəxsi axtarış keçiriləcəyi ona bildirilmiş, hüquq, vəzifələri izah və müdafiəçi təqdim olunmuş, şübhəli şəxs qismində tutulduqdan sonra xidməti otaqların birində polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə video çəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Bu zaman ona üzərində qanunsuz əşya və ya maddə varsa könüllü olaraq təqdim etməsi bildirilmiş o, da əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd “Prima Deluxe” markalı siqaret qutusunu və bir manat pul əskinasını çıxarıb masanın üzərinə qoyaraq təqdim etmişdir. Həmin siqaret qutusuna baxış keçirilən zaman qutunun içərisindən 01 ədəd şəffaf rəngli sellofan bükümündə psixotrop maddə metamfetamin aşkar edildi. Polis əməkdaşlarının verdiyi suala o, cavab olaraq bildirmişdir ki, üzərindən aşkar olunaraq psixotrop maddə olan metamfetamindir, o, həmin maddəni öz istifadəsi üçün xx.xx.2023cü il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində Vüqar adlı şəxsdən 20 manata almışdir. Sonra üzərinə əlavə olaraq şəxsi axtarış keçirilsə də, başqa heç bir qanuna zidd əşya aşkar olunmamışdır. Üzərindən aşkar edilmiş bir manat pul özünə geri qaytarılmış, psixotrop maddə zərfə qoyularaq üzəri möhürlənmiş, protokol tərtib olunmuş o, və iştirakçılar tərəfindən zərfin üzəri və protokol imzalanmışdır. Bundan başqa o, bildirmişdir ki, xx.xx.2023-cü il tarixindən bir gün öncə Bakı şəhəri, Nərimanov rayonu “Çermet” adlanan ərazidə üzdən tanıdığı şəxsdən şəxsi istifadəsi üçün 50 manat müqabilində “qara” adlanan narkotik vasitəni əldə etmişdir. Həmin narkotik vasitəni o evdə görməsinlər deyə cibində saxlamışdır. xx.xx.2023-cü il tarixdə, saat 22:30 radələrində o yaşadığı, ünvan 5 ünvanın qarşısında piyada hərəkət edərkən ona iki nəfər mülki geyimli şəxs yaxınlaşaraq polis əməkdaşı olduqlarını bildirib özlərini təqdim etmiş, ondan özünü təqdim etməsini xahiş etmişlər. Həmin vaxt o, üzərində narkotik vasitə olduğuna görə özünü itirmiş, sualdan yayınaraq qaçmaq istəmiş, lakin həmin şəxslər onu tutub saxlamışlar. Bu zaman polis əməkdaşları ondan qaçmasının səbəbini soruşmuş, o da, narkotik vasitələrin istifadəçisi olduğunu bildirmişdir. Bundan sonra həmin şəxslər onu araşdırma aparılması üçün Nərimanov RPİ-nin 17-ci PŞ-nə dəvət etmişlər. Orada dəvət olunmuş müdafiəçinin iştirakı ilə o, şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri elan olunmuş və buna dair bildiriş təqdim edilmişdir. Bundan sonra onun üzərinə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı ona üzərində olan qanunla qadağan olunmuş əşya varsa onlara təqdim etməsi təklif olunmuş, bu təklifdən sonra o, əynində olan tünd göy rəngli idman şalvarın sağ yan cibindən içərisində narkotik vasitə olan bir ədəd bükümü çıxararaq masanın üzərinə qoymuş və bükümün içərisində “qara” adlanan narkotik vasitənin olduğunu bildirmişdir. Bundan sonra təhqiqatçı tərəfindən həmin bükümə baxış keçirilmiş və oradan içərisində qəhvəyi rəngli maddə aşkar olunmuşdur. Daha sonra üzərində əlavə olaraq şəxsi axtarış aparılmış, lakin qanunla qadağan olunmuş başqa hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Sonra isə üzərindən aşkar edilmiş içərisində narkotik vasitə olan 01 ədəd büküm götürülmüş, içərisi boş olan ağ rəngli zərfə qoyularaq zərf möhürlənmiş və imzalanmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, onun üzərindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddənin miqdarı az olmuş, həmin maddələri hissə-hissə istifadə etmək üçün almışdır. Həmçinin polis əməkdaşları tərəfindən saxlanılarkən ona qarşı hər hansı fiziki və psixi təzyiq göstərilməmişdir. Daha sonra özünü qismən təqsirli bilməsini, ailəli olmaqla himayəsində iki azyaşlı uşağının olmasını nəzərə alaraq barəsində ədalətli qərarın çıxarılmasını məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün qismən etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri, DVD disklərdə olan videogörüntülər və iş materiallarında olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində Nərimanov RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 22:15 radələrində Nərimanov RPİ-nin NMB-nin əməliyyat müvəkkili, Şahid1 ilə birlikdə inzibati ərazidə xidmətdə olarkən ünvan 6 ünvanın qarşısında bir nəfər şəxsin özünü şübhəli apararaq getdiyini görmüş, onlar həmin şəxsə yaxınlaşaraq ona xidməti vəsiqələrini göstərib özlərini təqdim etmiş və həmin şəxsin şəxsiyyəti haqqında maraqlanmışlar. Həmin şəxsə özünü təqdim etməsini təklif edən zaman həmin şəxs davranışı və qeyri adi hərəkətləri ilə həmin yerdən uzaqlaşmağa çalışması səbəbindən şübhələrini daha da artırmışdır. Həmin şəxsin onlarla rabitəsiz danışdığından narkotik vasitənin təsiri altında olmasından və bundan əlavə üzərində narkotik vasitə daşımasından şübhələnib buna görə sonuncunu Nərimanov RPİ-nin inzibati binasına dəvət etmişlər. Orada həmin şəxsin xx.xx.1990-cı il təvəllüdlü Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Daha sonra sonuncu Nərimanov RPİ-nin TŞ-nin təhqiqatçısı Nadir Rza-zadəyə barəsində araşdırma aparılması həyata keçirilməsi üçün təhvil verilmişdir. Təhqiqatçı N.Rza-zadə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət etmiş, sonuncunun iştirakı ilə onu şübhəli şəxs qismində tutmaqla hüquq və vəzifələrini izah etmişdir. Bundan sonra onların və müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməyə başlanılmış, şəxsi axtarış keçirməmişdən əvvəl sonuncuya üzərində qeyri-qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsini təklif edilmişdir. Sonuncu əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd “Prime Deluxe” markalı siqaret qutusunu təqdim edərək qutunun içərisində 01 ədəd “Prime Deluxe” markalı siqaret qutusunun içərisində ağ rəngli kristallik hissəciklərdən ibarət psixotrop maddə olan “metamfetamin” adı ilə tanınan maddə olduğunu və həmin qutunun ona məxsus olmasını, həmin maddəni xx.xx.2023-cü il tarixdə, günorta saatlarında Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi ünvanından əvvələr tanıdığı Vüqar adlı şəxsdən 20 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və axtarış zamanı onun üzərindən başqa heç bir qanunsuz maddə və ya əşya aşkar olunmamışdır. Bundan sonra axtarış iştirakçılarının iştirakı ilə üzərindən aşkar olunmuş maddə qablaşdırıldı, möhürləndi və iştirakçılar tərəfindən imzalandı. Bu barədə protokol tərtib olundu, iştirakçılara ucadan oxundu iştirakçılar və Təqsirləndirilən şəxs tərəfindən həmin protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında Şahid2 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, tərəflərindən Təqsirləndirilən şəxs saxlanılarkən sonuncunun gözü-başı şişmiş, qızarmış halda olmuş, söz soruşduqda isə rabitəsiz və qeyri-etik danışırmış. Həmçinin onlar tərəfindən sonuncu saxlanılarkən ona qarşı hər hansı fiziki təsir və qanunsuz hərəkətlər edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nərimanov RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid1 ondan əvvəl məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsinə oxşar, eyni məzmunlu ifadə verərək həqiqətəndə, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən özünə məxsus 01 ədəd “Prime Deluxe” markalı siqaret qutusunu təqdim edərək içərisində ağ rəngli kristallik hissəciklərdən ibarət psixotrop maddə olan “metamfetamin” olduğunu, həmin maddəni xx.xx.2023-cü il tarixdə, günorta saatlarında Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində əvvələr tanıdığı Vüqar adlı şəxsdən 20 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Sonradan Təqsirləndirilən şəxs üzərinə təhqiqatçı tərəfindən şəxsi axtarış keçirilmiş və axtarış zamanı onun üzərindən başqa heç bir qanunsuz maddə və ya əşya aşkar olunmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddə zərfə qablaşdırılaraq, möhürlənmiş və zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra bu barədə protokol tərtib olunmuş, ucadan oxunmuş, iştirakçılar və Təqsirləndirilən şəxs tərəfindən həmin protokol imzalanmışdır. Məhkəmə iclasında Şahid1 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, onlar tərəfindən Təqsirləndirilən şəxs saxlanılarkən sonuncunun gözü-başı şişmiş, qızarmış halda olmuş, söz soruşduqda isə rabitəsiz və qeyri-etik danışırmış. Həmçinin onlar tərəfindən sonuncu saxlanılarkən ona qarşı hər hansı fiziki təsir və qanunsuz hərəkətlər edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nərimanov RPİ-nin 17-ci PŞ-nin sahə inspektoru Şahid4 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat 22:30 radələrində Nərimanov RPİ-nin 17-ci PŞ-nin sahə inspektoru Şahid3 ilə xidmətdə olan zaman ünvan 6 ünvanın qarşısında bir nəfər şəxsin özünü şübhəli apararaq getdiyini görmüş, həmin şəxsə yaxınlaşaraq ona xidməti vəsiqələrini göstərib özlərini təqdim etmiş və həmin şəxsin şəxsiyyəti haqqında maraqlanmış, sonuncu davranışı və qeyri-adi hərəkətləri ilə həmin yerdən qaçmağa çalışması səbəbindən şübhələrini daha da artırmışdır. Həmin şəxsin onlarla rabitəsiz danışdığından narkotik vasitənin təsiri altında olmasından və bundan əlavə üzərində narkotik vasitə daşımasından şübhələnib buna görə sonuncunu Nərimanov RPİ-nin 17-ci PŞ-nin inzibati binasına dəvət etmişdilər. Orada həmin şəxsin xx.xx.1990-cı il təvəllüdlü Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Həmin şəxsi Nərimanov RPİ-nin 17-ci PŞ-nin təhqiqatçısı X6 barəsində araşdırma aparılması həyata keçirilməsi üçün təhvil verilmişdir. Təhqiqatçı F.Osmanov Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət edərək həmin vəkilin iştirakı ilə onu şübhəli şəxs qismində tutmaqla hüquq və vəzifələrini izah etmişdir. Bundan sonra onların və müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməyə başlanmış, şəxsi axtarış keçirməmişdən əvvəl sonuncuya üzərində qeyri-qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsini təklif edilmişdir. Bu təklifdən sonra sonuncu əynində olan tünd göy rəngli idman şalvarın sağ yan cibindən 01 ədəd gümüşü rəngli kağıza bükülmüş bükümü təqdim etmiş, içərisində narkotik vasitə olan “qara” adı ilə tanınan tiryək və həmin bükümün ona məxsus olduğunu, həmin maddəni bir gün əvvəl Bakı şəhəri, Nərimanov rayonu, “Çermet” adlanan ərazidən anket məlumatlarını bilmədiyi üzdən tanıdığı şəxsdən 50 manata aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və axtarış zamanı onun üzərindən başqa heç bir qanunsuz maddə və ya əşya aşkar olunmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddə zərfə qablaşdırılaraq, möhürlənmiş və zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra bu barədə protokol tərtib olunmuş, ucadan oxunmuş, iştirakçılar və Təqsirləndirilən şəxs tərəfindən həmin protokol imzalanmışdır. Məhkəmə iclasında Şahid4 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, onlar tərəfindən Təqsirləndirilən şəxs saxlanılarkən ona qarşı hər hansı fiziki və psixi təzyiq edilməmişdir. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid3 istintaq dövründəki ifadəsi məhkəmə iclasında elan olunmaqla tədqiq edildi və müəyyən edildi ki, sonuncu məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadasinə oxşar, eyni məzmunlu ifadə verərək göstərmişdir ki, həqiqətəndə Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli idman şalvarın sağ yan cibindən 01 ədəd gümüşü rəngli kağızına bükülmüş bükümü təqdim etmiş, bükümün içərisində narkotik vasitə olan “qara” adı ilə tanınan tiryək olduğunu, həmin bükümün ona məxsus olduğunu, həmin maddəni bir gün bundan öncə Bakı şəhəri, Nərimanov rayonu, “Çermet” adlanan ərazidən anket məlumatlarını bilmədiyi üzdən tanıdığı şəxsdən 50 manata aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və axtarış zamanı onun üzərindən başqa heç bir qanunsuz maddə və ya əşya aşkar olunmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddə zərfə qablaşdırılaraq, möhürlənmiş və zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra bu barədə protokol tərtib olunmuş, ucadan oxunmuş, iştirakçılar və Təqsirləndirilən şəxs tərəfindən həmin protokol imzalanmışdır. Cinayət işinin 1-ci cild 109-cu vərəqəsində olan xx.xx.2023-cü il tarixli cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 1-ci cild 160-162-ci vərəqələrində olan Bakı Şəhəri Nərimanov RPİ-nin İŞ-nin baş müstəntiqi V.R.Hadinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək” haqqında qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 1-ci cild 14-15-ci vərəqələrində olan xx.xx.2023-cü il tarixli cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 1-ci cild 85-89-cu vərəqələrində olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2023-cü il tarixdən hesablanmaqla 04 (dörd) ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 2-ci cild 16-17-ci vərəqələrində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş olan həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 1-ci cild 128-132-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/1- 6/4573 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...” sözləri yazılmış kağız paketdəki bir ədəd bükümdə təmiz çəkisi 1,464 qram olan tünd-qəhvəyi rəngli qətarnabənzər maddə kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir. Qeyd: Tiryəkin təmiz çəkisi - 1,464 qram, tədqiqata sərf edildi - 0,100 qram, qalıq - 1,364 qram. Cinayət işinin 1-ci cild 34-38-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2-6/5295 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün N 44” dairəvi möhür əksi, “şübhəli şəxs Təqsirləndirilən şəxs (imza)” sözlər, imzalar olan zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 2,445 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Qeyd: metamfetaminin təmiz çəkisi: 2,445 qram, tədqiqata sərf edildi: 0,1 qram, qalıq: 2,345 qram. Cinayət işinin 1-ci cild 35 və 129-cu vərəqələrində olan ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 114 (bir yüz on dörd) manat və 81 (səksən bir) manat, ümumilikdə cəmi 195 (bir yüz doxsan beş) manat müəyyən edilmişdir. Cinayət işinin 1-ci cild 168-169-cu vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 ekspert komissiyasının xx.xx.2023-cü il tarixli, 5534 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyat alınması məsləhət görülür. Cinayət işinin 1-ci cild 196-cı vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” PHŞ-nin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs adı göstərilən mərkəzdə xx.xx.2023-cü il tarixdən narkoloji (dispanser) qeydiyyatındadır. Cinayət işinin 1-ci cild 266-268-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-X3” PHŞ-nin Ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2023-cü il tarixli 2870 saylı rəyindən görünür ki, S.M.Yadigarov törətdiyi əməl dövründə hər hansı psixi xəstəlik qeyd olunmamışdır. Sonuncu törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. S.M.Yadigarovda hal hazırda hər hansı psixi xəstəlik aşkar olunmur. Sonuncu göstərilən cinayəti törədərkən və hazırda öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək qabiliyyətinə malik olmuşdur. S.M.Yadigarov hal-hazırda da, öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək qabiliyyətinə malikdir. S.M.Yadigarov Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. S.M.Yadigarovun hazırki psixi vəziyyətinə görə barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyac yoxdur. Cinayət işinin 1-ci cild 175-176-cı vərəqələrində olan xx.xx.2023-cü il tarixli maddi sübut kimi tanınma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş, ekspertiza tədqiqatından sonra qalmış 1,364 qram narkotik vasitə olan tiryək saxlanılması üçün Nərimanov RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Cinayət işinin 1-ci cild 314-315-ci vərəqələrində olan xx.xx.2024-cü il tarixli maddi sübut kimi tanınma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş, ekspertiza tədqiqatından sonra qalmış 2,345 qram psixotrop maddə olan metamfetamin saxlanılması üçün Nərimanov RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Cinayət işinin 1-ci cild 317-328-ci vərəqələrində olan xx.xx.2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışı gedişatının əks etdirən 02 ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin 1-ci cild 171-174-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.3-1, 177.2.4, 180.1-ci maddələri ilə təqsirli bilinərək həmin Məcəllənin 66.3-cü maddəsi tətbiq edilməklə 03 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2018-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Cinayət işinin 1-ci cild 120-ci vərəqəsində olan şəxsi axtarış və götürməni özündə əks etdirən DVD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, həmin görüntülər xx.xx.2023-cü il tarixdə saat 23:40-dan 23:55-dək Nərimanov RPİ-nin 17-ci PŞdə qeydə alınmışdır. Nərimanov RPİ-nin 17-ci PŞ-nin təhqiqatçısı F.M.Osmanov özünü və digər iştirakçıları təqdim edir. Daha sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunur, sonuncudan üzərindən hər hansı qanunsuz əşyanın olub olmaması soruşulur. Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan tünd göy rəngli idman şalvarın sağ yan cibindən 01 ədəd gümüşü rəngli kağızına bükülmüş bükümü çıxarıb masanın üzərinə qoymaqla təqdim edir. Həmin narkotik vasitə olan tiryəki, bir gün bundan öncə Bakı şəhəri, Nərimanov rayonu, “Çermet” adlanan ərazidən anket məlumatlarını bilmədiyi üzdən tanıdığı şəxsdən öz istifadəsi üçün 50 manata alaraq üzərində saxladığını bildirir. Daha sonra Təqsirləndirilən şəxs üzərində təhqiqatçı tərəfindən şəxsi axtarış keçirilir və iş üçün əhəmiyyət kəsb edən əşya və ya maddə aşkar edilmir. Bundan sonra aşkar edilmiş büküm zərfə qoyularaq qablaşdırılır, zərfin üzəri möhürlənərək axtarış və götürmədə iştirak etmiş şəxslərin iştirakı ilə imzalanır. Bu barədə protokol tərtib edilir, tərtib edilmiş protokolun doğruluğu imzalarla təsdiq edilir. Müdafiəçi Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı hər hansı qanunsuz hərəkətlərin edilib-edilmədiyini soruşur, sonuncu belə bir halın baş vermədiyini bildirir. Cinayət işinin 1-ci cild 26-cı vərəqəsində olan şəxsi axtarış və götürməni özündə əks etdirən DVD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, həmin görüntülər xx.xx.2023-cü il tarixdə saat 23:20-dən 23:45-dək Nərimanov RPİ-nin TŞ-də qeydə alınmışdır. TŞ-nin təhqiqatçısı N.Rza-zadə özünü və digər iştirakçıları təqdim edir. Daha sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunur, sonuncudan üzərindən hər hansı qanunsuz əşyanın olub olmaması soruşulur. Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd “Prima Deluxe” markalı siqaret qutusunu və bir manat pul əskinasını çıxarıb masanın üzərinə qoyur. Sonuncu təqdim etdiyi siqaret qutusunun içərisindəki maddənin psixotrop maddə metamfetamin olduğunu, həmin maddəni xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində Vüqar adlı şəxsdən öz istifadəsi üçün 20 manata alaraq üzərində saxladığını bildirir. Daha sonra Təqsirləndirilən şəxs üzərində təhqiqatçı tərəfindən şəxsi axtarış keçirilir və iş üçün əhəmiyyət kəsb edən əşya və ya maddə aşkar edilmir. Bundan sonra aşkar edilmiş büküm zərfə qoyularaq axtarış və götürmədə iştirak etmiş şəxslərin iştirakı ilə qablaşdırlır və həmin zərfin üzəri möhrlənərək imzalanır. Bu barədə protokol tərtib edilir, tərtib edilmiş protokolun doğruluğu iştirakçılar tərəfindən imzalanaraq təsdiq edilir. Təhqiqatçı Təqsirləndirilən şəxs Nərimanov RPİ-nin polis əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı hər hansı qanunsuz hərəkətlərin edilib-edilmədiyini soruşur, sonuncu belə bir halın baş vermədiyini bildirir. Cinayət işinin 1-ci cild 237-ci vərəqəsində olan AZ-İİİ № 084801 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2012-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası Təqsirləndirilən şəxs, anası isə X1r. Cinayət işinin 1-ci cild 238-ci vərəqəsində olan AZ-İİİ № 486934 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2015-ci il tarixdə Tovuz rayonunda anadan olmuş, atası Təqsirləndirilən şəxs, anası isə G.M.Yadigarovadır. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Van Mexelen və başqalarının Niderlanda qarşı» işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olubolmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPMnin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə qeyd edir ki, şəxsin əməlində bu və ya digər cinayətin tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə isə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Balakən Rayon Məhkəməsinin müraciətinə dair” 23 iyul 2021-ci il tarixli qərardadı). “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun: - 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. - 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. - 1.0.10-cu maddəsinə görə isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. - 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər kimi təsbit edildiyindən, narkotik vasitənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması dedikdə onun yaymaq məqsədi ilə əldə edilməsi, saxlanılması başa düşülməlidir. - 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahıları”na əsasən heroin Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitədir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılar”a əsasən heroinin kütləsi 0,15 qram təşkil etdikdə - şəxsi istehlak miqdarından artıq miqdarda, 2 qram olduqda isə külli miqdarda narkotik vasitə hesab olunur. Beləliklə, təqsirləndirilən Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə olan tiryəki və külli miqdarda psixotrop maddə olan metamfetamini əldə etmə, saxlama və daşıma cinayətini törətməsini qismən etiraf etsə də, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqı zamanı baxış keçirilmiş DVD disklərdə olan videogörüntülər, ekspert rəyləri, özünün, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri ilə və digər iş materialları ilə onun təqsirli olması tam sübuta yetirilmişdir. Sonuncunun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 və 234.1-1-ci maddələri ilə tövsif olunmalı və həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun” 04 mart 2011-ci il tarixli 2 №-li qərarında göstərilmişdir ki, bəşəriyyəti düşündürən, cəmiyyətin ciddi bəlasına çevrilən, insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq ən ağrılı problemlərdən biridir; Azərbaycan Respublikası narkotiklərin qanunsuz dövriyəsinə qarşı mübarizəni tənzimləyən beynəlxalq hüquq normalarını tam, hərtərəfli və sistemli şəkildə əks etdirən Birləşmiş Millətlər Təşkilatının Konvensiyalarına, o cümlədən 1972-ci il protokolu ilə edilmiş düzəlişlərlə “Narkotik vasitələrə dair 1961-ci il Vahid Konvensiyasına”, “Psixotrop maddələr haqqında” 1971-ci il Konvensiyasına və “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 1988-ci il Konvensiyasına qoşulmaqla bu cinayətlərə qarşı mübarizədə öz üzərinə mühüm vəzifələr götürmüşdür. Məhkəmə Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək üzərində olan narkotik vasitə olan tiryəkin miqdarının 1,464 qram və psixotrop maddə olan metafetaminin 2,445 qram olmaması barədə ifadələrini özünü müdafiə xarakterli vasitə kimi qiymətləndirir və iş üzrə mövcud olan sübutlarla təkzib edildiyini nəzərə alır. Belə ki, cinayət işinin materiallarında olan şəxsi axtarış və götürmə (1-ci cild, i/v 24- 25, 118-119), şübhəli və təqsirləndirilən şəxsin dindirmə (1-ci cild, i/v 47-49, 65-67, 139- 140, 150-151) protokollarından, şübhəli şəxsin izahatlarından (1-ci cild, i/v 30-32,122-123), görünür ki, təqsirləndirilən şəxs məhkəməyədək istintaq dövründə özünü törətdiyi əməldə tam təqsirli bilmiş, protokolları və digər sənədləri imzalamışdır. Həmçinin şübhəli şəxs qismində saxlanılarkən iş materialları ilə tanış olmuş, heç bir fiziki təzyiqə və zorakılığa məruz qalmadığını bildirmişdir. Bundan başqa məhkəmə iclasında baxış keçirilmiş şəxsi axtarış gedişatını əks etdirən DVD diskdə olan video görüntülərdən də müəyyən edilmişdir ki, Nərimanov RPİnin 17-ci PŞ-də xx.xx.2023-cü il tarixdə saat 23:40-dan 23:55-dək Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən sonuncu əynində olan tünd göy rəngli idman şalvarın sağ yan cibindən 01 ədəd gümüşü rəngli kağızına bükülmüş bükümü çıxararaq içərisindəki narkotik vasitənin tiryək olduğunu, həmin maddəni bir gün əvvəl Bakı şəhəri, Nərimanov rayonu, “Çermet” adlanan ərazidən anket məlumatlarını bilmədiyi üzdən tanıdığı şəxsdən öz istifadəsi üçün 50 manata aldığını və üzərində saxladığını bildirir. (1-ci cild i/v 118-120). Həmçinin məhkəmə iclasında ikinci epizod üzrə baxış keçirilmiş şəxsi axtarış gedişatını əks etdirən DVD diskdə olan video görüntülərdən də müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 23:20-dan 23:55-dək Nərimanov RPİ-nin TŞ-də Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən sonuncu əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd “Prima Deluxe” markalı siqaret qutusunu və bir manat pul əskinasını çıxaraq qutunun içərisindəki psixotrop maddənin metamfetamin olduğunu, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində Vüqar adlı şəxsdən öz istifadəsi üçün 20 manata alaraq üzərində saxladığını bildirir (1-ci cild, i/v 24-26). Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs izahatında məhkəməyədək istintaq dövründə polis əməkdaşları tərəfindən saxlanılarkən ona qarşı hər hansı zorakı, psixi və ya fiziki təzyiq edilmədiyini bildirmişdir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs tərəfindən məhkəmə iclasında verdiyi bu ifadələr cinayət məsuliyyətindən yaxa qurtarmaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 234.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə – üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Cinayətlərin məcmusuna daxil olan cinayətlərdən birinə görə ömürlük azadlıqdan məhrum etmə növündə cəza və ya iyirmi il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edildikdə isə az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə qəti cəza təyin edilir. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilməsini, ailəli olmaqla himayəsində iki azyaşlı uşağının olmasını və cavan olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Həmin Məcəllənin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, yüngülləşdirici halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, əvvəllər məhkum olunmasını və islah olunmamasını, üzərindən aşkar edilən narkotik vasitə tiryəkin miqdarını (tiryəkin təmiz çəkisi – 1,464 qram) və psixotrop maddə metafetaminin miqdarını (metafetaminin təmiz çəkisi - 2,445 qram) təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 və 234.1-1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Yuxarıdakılara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 və 234.1-1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzlar qismən toplanılmaqla qəti cəza təyin edilməli və həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 27 avqust 2023-cü il tarixdən 29 avqust 2023-cü il tarixədək 02 (iki) gün müddət ona təyin ediləcək cəzadan çıxılmaqla onun üzərində qəti cəza saxlanılmalı və həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığı xx.xx.2023-cü il tarixdən faktiki olaraq məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən həmin tarixdən hesablanmalıdır. Bundan başqa, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 ekspert komissiyasının xx.xx.2023-cü il tarixli, 5534 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır (1-ci cild i/v 168-169). Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanımış şəxsi axtarışın gedişatını əks etdirən 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, Bakı şəhəri Nərimanov RPİ-nin maddi sübutları saxlama yerində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 1,364 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryək və 2,345 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərclərinin cəmi 195 (bir yüz doxsan beş) manat sonuncudan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara və AzərbaycanRespublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 və 234.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, həmin Məcəllənin 234.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına, həmin Məcəllənin 234.1-1-ci maddəsi ilə 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 27 avqust 2023-cü il tarixdən 29 avqust 2023-cü il tarixədək 02 (iki) gün müddət ona təyin ediləcək cəzadan çıxılaraq sonuncunun üzərində qəti olaraq 03 (üç) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 10 oktyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Bakı şəhəri Nərimanov RPİ-nin maddi sübutları saxlama yerində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış kustar üsulla hazırlanmış, 2,345 qram psixotrop maddə olan metamfetamin və 1,364 qram narkotik vasitə olan tiryək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərclərinin cəmi – 195 (bir yüz doxsan beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X5, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 20 saata görə 120 (bir yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 25 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər (sədrlik edən): Azər Tağıyev Elnur Nuriyev Kamran Muxtarov
Məhkəmə qərarları › İş №1(101)-1377/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1377/2024
07.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver