Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1378/2022 09.09.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), Məmmədov Əli İrfan oğlu və Məmmədzadə Səbinə Adil qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi, “Kredo” Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxx 1995-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində 2 azyaşlı uşağı olan, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan külli miqdarda güclü təsir edən maddələri satış məqsədi ilə qanunsuz əldə etmiş, saxlamış, daşımış və satmışdır. Belə ki, Təqsirləndirilən şəxs 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısına daxil edilən təsiredici maddəsinin ümumi miqdarı 13,5 qram təşkil edən, xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eynilik təşkil edən 60 ədəd dərman tabletindən ibarət narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan külli miqdarda güclü təsir edən tramadol hidroxlorid preparatını istintaqa məlum olmayan mənbədən, naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz əldə edib üstündə saxlamaqla daşımış, Şahid3 bu barədə müraciəti əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 03 fevral 2022-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs ünvan 2 ünvanının yaxınlığında təsiredici maddəsinin ümumi miqdarı 9 qram olan, külli miqdarda, 40 ədəd dərman tabletindən ibarət narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən tramadol hidroxlorid preparatını Şahid3 seriya və nömrələri protokolda yazılmış 160 manat pul müqabilində satdıqdan sonra saxlanılmış, həmin tarixdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilib üzərinə şəxsi axtarış və götürmə keçirilərkən üzərindən təsiredici maddəsinin ümumi miqdarı 4,5 qram olan 20 ədəd dərman tabletindən ibarət narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən tramadol hidroxlorid preparatı aşkar edilib götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bildi və ifadəsində göstərdi ki, o, tramadolu tanımadığı şəxslərdən əldə etmişdir. O, tutulmamaışdan bir neçə gün əvvəl Bakı şəhəri Binəqədi rayonunda tanımadığı şəxsdən 60 ədəd həbdən ibarət olan tramadol dərman preparatı pulla almışdır. Həmin ərəfədə Mürsəl adlı şəxslə tanış olmuşdur. Mürsələ onda tramadol dərmanları olması, lazım olsa sata bilməsini bildirmişdir. 03 fevral 2022-ci ildə o, Bakı şəhərində Mürsəllə görüşmüş və Mürsəldən 160 manat alıb ona 40 tablet tramadol satmışdır. Həmin vaxtı polislər onu tutaraq polis idarəsinə gətirmiş və orada onun üstünə axtarış keçirmişlər. Axtarış keçirilərkən onun üstündən əlavə olaraq 20 tablet tramadol dərmanları aşkar edilmişdir. Sonra bu barədə protokol yazılmış, o da protokolun məzmunu ilə tanış olub onu imzalamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Mahiyyəti üzrə bildirir ki, vətəndaş Şahid3 baş idarəyə məlumat verib bildirmişdir ki, Təqsirləndirilən şəxs güclü təsir edən maddələrin satışı ilə məşğul olur, hətta özünə də həmin maddənin satışı ilə məşğul olmağı təklif etmişdir. Həmin məlumatla bağlı əməliyyat tədbirləri keçirilməsi qərara alınmış, keçiriləcək əməliyyat tədbirində istifadə edilməsi üçün əməliyyat xərclərindən 160 manat pul vəsaiti Şahid3 verilmişdir. Həmin pulların surəti çıxarılmış və seriyaları ayrıca protokolda yazılmışdır. 03 fevral 2022ci il tarixdə keçirilmiş əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs ünvan 3 ünvanının yaxınlığında Mürsəl Əliyevə 160 manat müqabilində narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən tramadol hidroxlorid preparati satdıqdan sonra saxlanılmış, Təqsirləndirilən şəxs saxlanılaraq baş idarəyə gətirilmişdir. Həmin tarixdə baş idarədə onun üzərinə şəxsi axtarış həyata keçirilmiş, şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs əynində olan gödəkçənin sağ yan cibindən 4 ədəd kəsilmiş yarım list, ümumilikdə 20 ədəd həbi onlara təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin dərman vasitələrinin tramadol dərman vasitələri olduğunu, özünün həmin dərman vasitələrinin satışı ilə məşğul olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs həmçinin əynindəki şalvarın sağ yan cibindən 8 ədəd 20 manatlıq pul vəsaitlərini, cəmi 160 manat pulu çıxardıb onlara təqdim etmişdir. Azər həmin 160 manat pulu tramadolu satmaqla əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 160 manat pul vəsaitlərinin əməliyyat xərclərindən götürülmüş pullarla eynilik təşkil etməsi müəyyən edilmişdir. Həmçinin Şahid3 üzərindən 08 ədəd blisterdə ümumilikdə 40 həb olan tramadol dərman preparatlarını onlara təqdim etmiş və həmin preparatları ona Təqsirləndirilən şəxs satdığını bildirmişdir. Daha sonra protokol tərtib edilmiş, həmin protokol iştirakçılar tərəfindən imzalanmışadır. Məhkəmədə şahid qismində dindirilmiş digər polis əməkdaşı Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 göstərdiYi xüsusatları tam təsdiq etdi. Şahid3 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tərəflərin razılığı ilə tədqiq olunan ifadəsində göstərmişdir ki, Azər adlı şəxslə tanış olmuş, söhbətlərinin birində Azər tramadol satmaqla məşğul olduğunu bildirmiş və tramadol satmaqda kömək etməsini ondan xahiş etmişdir. O da Azərin bu hərəkətləri barədə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət etmişdir. Azərin ifşa edilməsi üçün əməliyyat tədbiri keçirilmiş, onun da həmin tədbirdə iştirak etməsi qərara alınmış, əməliyyat xərclərindən ona nömrələnmiş 160 manat verilmişdir. O, polislərin müşahidəsi altında 03 fevral 2022-ci ildə ünvan 4 ünvanının yaxınlığında görüşmüş, Azər ondan 160 manat pul almış və ona 40 ədəd həbdən ibarət olan tramadol dərmanı satmışdır. Polislər Azəri saxlamış və idarəyə gətirmişlər, idarədə Azərin üzərinə axtarış keçirilmiş, axtarış zamanı Azər üzərindən 20 ədəd həbdən ibarət başqa tramadol dərmanlarını da çıxardıb polislərə təqdim etmişdir. Həmin vaxtı Azərin üstündən 160 manat pul aşkar edilmiş, polislər həmin pullara baxmış, Azərin üstündən çıxan həmin pulların əməliyyatçılar tərəfindən ona verilmiş pullarla eynilik təşkil etdiyi məlum olmuşdur. O, eyni zamanda üstündən 40 ədəd həbdən ibarət tramadolu çıxartmış və onları da polislərə təqdim etmişdir (cild 1, iş vərəqi 102-104). Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş vətəndaş Şahid3 Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə təqdim etdiyi xx.xx.2022-ci il tarixli yazılı ərizəsindən görünür ki, onun tanış olduğu Azər adlı şəxs ona tramadol dərmanının satışı ilə məşğul olmasını bildirir və ondan dərmanın satışı məqsədilə müştəri tapmasını xahiş edir. Azər barəsində tədbir görülməsini xahiş edir və özünün tədbirlərdə iştirak etməyə hazır olduğunu bildirir (cild 1, iş vərəqi 5). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır (iş vərəqi 7-8). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2022-ci il tarixli raportdan görünür ki, Rusiya Federasiyası, Arxangelsk vilayətində anadan olan, ünvan 5 ünvanında yaşayan Şahid3 xx.xx.2022-ci il tarixdə ərizə ilə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət edərək, ünvan 6 ünvanında yaşayan Azər adlı şəxsin narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələrin satışını həyata keçirməsini müəyyən etdiyini, ona görə də Azər adlı şəxsin qanunsuz əməllərinin ifşa edilməsində köməklik edə biləcəyini bildirmişdir. Azər adlı şəxsin şəxsiyyəti müəyyən edilərək, onun xx.xx.1995-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Baki şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Balaxan Süleymanov küçəsi, ev 58A ünvanında qeydiyyatda olmaqla həmin ünvanda faktiki yaşayan Təqsirləndirilən şəxs olması müəyyən edilmiş, onun ifşa olunması məqsədilə Daxili İşlər Nazirliyinin əməliyyat xərcləri üçün nəzərdə tutulmuş pul vəsaitindən 160 manat nağd pul ayrılması xahiş olunmuşdur (cild 1, iş vərəqi 11-13). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2022-ci il tarixli raportdan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.1995-ci il tarixdə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda faktiki yaşayan Təqsirləndirilən şəxs 03 fevral 2022-ci il tarixdə saat 13:50-də ünvan 6 ünvanının yaxınlığında saxlanılmış, onun Şahid3 narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələrin satışını həyata keçirməsi müəyyən olunmuşdur. Ona görə də Təqsirləndirilən şəxs və Şahid3 araşdırma zərurəti ilə əlaqədar olaraq Baş İdarəyə gətirilmişdir (cild 1, iş vərəqi 14). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2022-ci il tarixli protokoldan və videogörüntüləri əks etdirən diskdən görünür ki, Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 4 ǝdəd kəsilmiş yarım list, ümumilikdə 20 həbi polis əməkdaşlarına təqdim etmişir. Həmin listlərin arxa tərəfində Tramadol hidroxlorild 225 mg yazısı müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin həblərin nə olması sual edildikdə, o , həmin dərman həblərinin güclü təsir edən tramadol adlı həb olduğunu, həbləri tanımadığı şəxsdən yarım list, yəni 5 həb olmaqla 15 manata alıb 20 manata satmaqla məşğul olduğunu, həmin dərman həblərini əldə etdiyi şəxsin anket məlumatlarını bilmədiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynindəki boz parça şalvarın sağ yan cibindən 8 ədǝd 20 manatlıq pul əskinaslarını çıxarıb masanın üzərinə qoyaraq bildirmişdir ki, həmin pulları qeyd edilən tramadol 225 mg yazısı olan dərman həblərini satmaqla əldə etmişdir. Həmin pulları ona Şahid3 verməsini bildirmişdir. Bundan sonra əməliyyat xərcləri yolu ilə ərizəçi Şahid3 verilmiş 8 ədəd 20 manatlıq əskinasların əməliyyat sənədləşməsi zamanı materiala əlavə edilmiş kserosurətdə əks edilən 8 ǝdəd 20 manatlıq kserosurətin seriya nömrələri ilə masanın üzərinə düzülmüş Təqsirləndirilən şəxs təqdim etdiyi 8 ədəd 20 manatlıq əskinasın üzərindəki seriya nömrələri tutuşdurulmuş və həmin seriyalar hər biri eynilik təşkil etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçənin sağ iç cibindən ona məxsus “Samsung Galaxy 6” markalı mobil telefonu çıxararaq masanın üzərinə qoymuşdur. Bundan sonra Şahid3 üzərində güclü təsir edən, psixotrop va ya narkotik tərkibli hər hansı dərman preparatlarının olub-olmaması sual edildikdə, o, əynindəki gödəkçənin sağ yan cibindən 8 ədəd yarım list halında hər birində 5 ədəd həb olmaqla üzərində tramadol 225 mg yazısı olan dərmanları masanın üzərinə qoyaraq həmin dərman listlərinin güclü təsir edən tramadol olmasını, həmin dərman listlərini tanışı Təqsirləndirilən şəxs 8 ədəd 20 manatlıq əskinasları, ümumilikdə 160 manat pulu verməklə almasını bildirmişdir. O, Təqsirləndirilən şəxslə heç bir ədavəti, düşmənçiliyi və ziddiyyətinin olmadığını bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilən 4 yarım list halında hər birində 5 ədəd həb olan ümumilikdə 20 həb şəklində üzərində tramadol hidroxlorid 225 mg yazısı olan güclü təsir edən dərmanlara aid olması ehtimal edilən dərman həbləri və 8 ədəd 20 manatlıq əskinasları, “Samsung Galaxy 6” markalı mobil telefon, Şahid3 könüllü olaraq təqdim etdiyi 8 yarım list halında hər birində 5 həb olmaqla ümumilikdə 40 həb olan üzərində tramadol hidroxlorid 225 mg yazısı olan güclü təsir edən ehtimalı yaradan dərman həbləri iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən götürülmüşdür. Şahid3 DİN-nin əməliyyat xərcindən verilmiş və Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Balaxan Süleymanov küçəsində Təqsirləndirilən şəxs Rafiq oğlunun Şahid3 qəbul etdiyi 20 manatlıq pul əskinaslarının seriya nömrələri aşağıdakı kimidir: 1.B25565893 5.A81026340 2.A86462425 6.B15374898 3.B47333386 7.A82763812 4.A54226358 8.B53135352 (cild 1, iş vərəqi 12-13, 30-33). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə fiziki-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/707 saylı rəyindən görünür ki,tədqiqata təqdim edilmiş: - üzərində «Təqsirləndirilən şəxs əynindəki boz rəngli şalvarın...» əl yazıları, imzalar olan kağız paketdəki üzərilərində «ROYAL...Tramadol Hydprchloride.. 225 mg Tablets...» göstəriciləri olan 04 ədəd blister kəsiklərində ümumilikdə 20 ədəd (bir kəsikdə 05 ədəd) qırmızı rəngli dərman tabletinin tərkibində təsiredici maddəsinin ümumi miqdarı 4,5 qram (01 tabletdə 0,225 qram) tramadol-hidroxlorid preparatı müəyyən edildi. - üzərində «Şahid3 üzərindən...» əl yazıları, imzalar olan kağız paketdəki üzərilərində «ROYAL ...Tramadol Hydprchloride... 225 mg Tablets...» göstəriciləri olan 08 ədəd blister kəsiklərində ümumilikdə 40 ədəd (bir kəsikdə 05 ədəd) qırmızı rəngli dərman tabletinin tərkibində təsiredici maddəsinin ümumi miqdarı 9 qram (01 tabletdə 0,225 qram) tramadolhidroxlorid preparatı müəyyən edildi. Təqsirləndirilən şəxs və Şahid3 aşkar edilən üzərilərində «ROYAL... Tramadol Hydprchloride... 225 mg Tablets...» göstəriciləri olan dərman tabletləri xaici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eynilik təşkil edirlər. Tramadol (tramadol-hidroxlorid) 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısı”na daxildir. Aparılmış tədqiqatın dəyəri 110 (yüz on) manat təşkil edir (cild 1, iş vərəqi 60-63). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə dair qərarın qanuniliyinin yoxlanılmasına dair xx.xx.2022-ci il tarixli, 5(005)-167/2022 nömrəli qərarından görünür ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin KSPSM və MDQMİ-nin baş əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərar qanuni hesab edilmişdir (cild 1, iş vərəqi 112). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməliyyat tapşırığına Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsində istintaq edilən ********* nömrəli cinayət işi üzrə verilmiş əməliyyat tapşırığına cavab olaraq bildirilir ki, keçirilmiş əməliyyat tədbirləri zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs külli miqdarda 13,5 qram çəkidə güclü təsir edən maddə tramadol dərman preparatlarını əldə etmiş, 9 qram tramadol dərmanını satmış, şəxsi axtarış zamanı üzərindən 4,5 qram çəkidə tramadol dərman preparatları aşkar edilib götürülmüşdür. Lakin Təqsirləndirilən şəxs həmin dərman preparatlarını əldə etdiyi mənbənin müəyyən edilməsi mümkün olmamışdır (cild 1, iş vərəqi 146). İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "Respublika Psixiatriya Xəstəxanası" Publik hüquqi şəxsinin xx.xx.2022-ci il tarixli, 1660 nömrəli məktubundan görünür ki, xx.xx.1995-ci il təvəllüdlü, ünvan 7 ünvanda qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıb (cild 1, iş vərəqi 116). İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Respublika Narkoloji Mərkəzi" Publik hüquqi şəxsinin xx.xx.2022-ci il tarixli, xx/xx-4018 nömrəli məktubundan görünür ki, ünvan 8 ünvanda qeydiyyatda olan və yaşayan, xx.xx.1995-ci il təvəllüdlü Təqsirləndirilən şəxs yuxarıda adı göstərilən mərkəzdə müalicədə olmayıb və qeydiyyatda yoxdur (cild 1, iş vərəqi 117). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 2486 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan, güclü təsir edən tramadol qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 147-148). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların qiymətləndirilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş təsiredici maddəsinin ümumi miqdarı 13,5 qram çəkidə 60 ədəd tramadol hidroxlorid preparatı, şəxsi axtarış və götürmə istintaq hərəkətinin həyata keçirilməsinə dair videoçəkilişin əks olunduğu 1 ədəd disk, əməliyyat-axtarış tədbirinin həyata keçirilməsində istifadə edilmiş 160 manat pul vəsaiti maddi sübut hesab edilmiş, ekspertiza tədqiqatından sonra qalıq qalan 45 ədəd tramadol hidroxlorid preparatının Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama kamerasında saxlanılması, 1 ədəd diskin cinayət işinin materiallarına əlavə edilməsi, pul vəsaitinin isə əməliyyat xərclərinə qaytarılması qərara alınmışdır (cild 1, iş vərəqi 152-157). İşdə olan Xətai rayonu İHB Əhmədli qəsəbə İƏD üzrə nümayəndəliyinin verdiyi xx.xx.2022-ci il tarixli, 564 nömrəli arayışdan və 566 nömrəli xasiyyətnamədən görünür ki, Əliyev X3 qəsəbəsi, B.Süleymanov küç, 58A nömrəli evdə qeydiyyatdadır. Qeydiyyatda olduğu müddətdə onun haqqında nümayəndəliyə heç bir şikayət daxil olmamışdır (cild 1, iş vərəqi 149-150). İşdə olan şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2020-ci il təvəllüdlü Əlizadə Səadət və xx.xx.2021-ci il təvəllüdlü Əlizadə Nur adlı azyaşlı övladları vardır (cild 1, iş vərəqi 151). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş cinayət işinin materiallarından başqa cinayət içinin ayrıca icraata ayrılması və icraata götürülməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin materiallarından külli miqdarda, 13,5 qram çəkidə güclü təsir edən maddə tramadol hidroxlorid preparatının əldə edilmə mənbəyi barədə ayrıca icraata ********* nömrəli cinayət işi ayrılmışdır (cild 1, iş vərəqi 159- 160). Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.3.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, “Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zəhərli maddələrin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 18 mart 2016-cı il tarixli Qanununa əsasən tramadol hidroxlorid preparatının 6 qramı və ondan artıq miqdarı külli miqdar hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs oğlunun güclü təsir edən maddəni keçirilmiş əməliyyat tədbirlərində şərti alıcıya pul məbləğində satması, onun şərti alıcıya satdığı və üzərinə baxış keçirilərkən aşkar edilmiş güclü təsir edən maddələrin eyni tərkibli olması və ibtidai istintaq zamanı və məhkəmə araşdırması zamanı təqsirini boynuna almasını yuxarıda şərh olunan bütün sübutları müqayisəli şəkildə təhlil edib onları məcmu halda qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan külli miqdarda güclü təsir edən maddələri satış məqsədi ilə qanunsuz əldə etmiş, saxlamış, daşımış və satmışdır. Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edın maddəni əldə edib, üzərində saxlamaqla daşıması və satması kifayət qədər sübuta yetirilir, o, təqsirlidir, əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən və məhkəmə hökmündən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 may 2014-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına, CM-nin 228.4-cü maddəsi ilə 1 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzasına, CM-nin 66.3-cü maddəsinə əsasən qəti olaraq 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir (cild 1, iş vərəqi 113-114,119-129). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinin tələbinə görə cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-ci maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə onların məhkumluğu ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs az ağır cinayətə görə təyin edilmiş cəzadan azad edildiyi vaxtdan iki ildən çox müddət keçdiyinə görə, onun məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilmiş və o, məhkumluğu olmayan şəxs hesab edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi qəbul edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsində göstərilmiş cəzasını ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəza təyin edilməsinin ümumi əsaslarını, nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan tutma protokolundan və məhkəmənin qərarından görünür ki, Təqsirləndirilən şəxs 03 fevral 2022-ci ildə şübhəli şəxs qismində tutulmuş, şübhəli şəxsin müvəqqəti saxlama yerindən azad olunması haqqında müstəntiqin 05 fevral 2022-ci il tarixli qərarı ilə azad olunaraq, həmin tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs 07 fevral 2022-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, 07 fevral 2022-ci il tarixdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 23, 52-57, 65-66, 86-90, 140-143). Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu iki gün ona təyin ediləcək cəzadan çıxılmalı, cəza çəkməsinin başlanğıcı onun barəsində həbs qətimkan tədbiri seçildiyi 07 fevral 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin 240.3.2-cü maddəsinin sanksiyasında dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl ağır cinayət kimi təsnif edilmişdir. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama kamerasında saxlanılan Təqsirləndirilən şəxs aşkar edilmiş ekspertiza tədqiqatından sonra qalıq qalan 45 ədəd tramadol hidroxlorid preparatı məhv edilməli, Təqsirləndirilən şəxs üzərində aparılan şəxsi axtarış və götürmə videogörüntüləri özündə əks etdirən 1 ədəd disk cinayət işinin materiallarında saxlanılmalı, əməliyyat-axtarış tədbirinin həyata keçirilməsində istifadə edilmiş 160 manat pul vəsaitinin əməliyyat xərclərinə qaytarılması nəzərə alınmalıdır. Məhkəmə məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü və 198.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 110 (yüz on) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulduğu 2 (iki) gün bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş qəti cəzadan çıxılsın, üzərində 4 (dörd) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 07 fevral 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama kamerasında saxlanılan, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalan 45 ədəd tramadol hidroxlorid preparatı məhv edilsin; Digər maddi sübutlar - Təqsirləndirilən şəxs üzərində aparılan şəxsi axtarış və götürmə videogörüntüləri özündə əks etdirən 1 ədəd disk cinayət işinin materiallarında saxlanılsın, əməliyyat-axtarış tədbirinin həyata keçirilməsində istifadə edilmiş 160 manat pul vəsaitinin əməliyyat xərclərinə qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İbtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizası ilə əlaqədar 110 (yüz on) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1378/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1378/2022
09.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver