Məhkəmə qərarları › İş №1(101)-1378/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1378/2023

07.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1378/2023 07.07.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 17:55 Hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi ilə, hakimlər Ağalarov Mahmud Muradxan oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili X1 iştirakı ilə, xx xxx 1970-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda qeydiyyatda olan və faktiki həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitəni əldə etmiş, daşımış və saxlamışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən, naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq ümumi təmiz çəkisi külli miqdar - 5077,02 qram təşkil edən, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib özünə məxsus “Toyota Prius” markalı **-CT-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlamaqla daşımış, 30 yanvar 2023-cü il tarixdə həmin qurudulmuş marixuananın 12,28 qramını 140 manat pulun qarşılığında tanışı Şahid1 satmış, 01 fevral 2023-cü il tarixdə saat 08:30 radələrində Bakı şəhəri Səbail rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı narkotik vasitələri qanunsuz olaraq əldə edilməsi, daşınması və satışında şübhəli bilindiyinə görə ünvan 3 ünvanın qarşısında saxlanılaraq 9-cu Polis Bölməsinə gətirilmiş, həmin gün saat 09:30 radələrindən etibarən Bölmənin inzibati binasının qarşısında saxlanılmış Təqsirləndirilən şəxs məxsus “Toyota Prius” markalı **-CT-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən avtomobilin salonu, mühərrik hissəsi və arxa yük yerindən qanunsuz olaraq satış məqsədilə əldə edərək saxladığı 01 ədəd polietilen bağlamada təmiz çəkisi 3010 qram, həmin bağlamada 01 ədəd polietilen paketin içərisində ayrı-ayrılıqda təmiz çəkiləri 5,35 qram, 5,23 qram, 5,37 qram, 5,20 qram, 5,41 qram, 2,03 qram, 5,56 qram olan 07 ədəd sellofan bükümlər, 01 ədəd kağız bükülüdə təmiz çəkisi 0,59 qram və polietilen bağlamadakı 01 ədəd qara rəngli polietilen bağlamada təmiz çəkisi 2020 qram olan, ümumi təmiz çəkisi külli miqdar - 5064,74 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək göstərdi ki, 01 fevral 2023-cü il tarixdə saat 08:30 radələrində Səbail rayonu ərazisində Nizami küçəsində piyada hərəkət edərkən əvvəllər tanımadığı şəxslər ona yaxınlaşaraq, özlərini təqdim edib polis əməkdaşları olduqlarını və onlarla birlikdə Polis Bölməsinə getməli olduğunu bildirmişlər. O da etiraz etməyərək polislərlə birlikdə özünə məxsus “Toyota Prius” markalı **-CT-*** dövlət qeydiyyat nişanlı avtomobillə getmişdir. Polis Bölməsində özünü təqdim etdikdən sonra Bölməyə aparılmasının səbəbi ona bildirilmiş, vəkilin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Onun üstündə qanunsuz hər hansı əşya olmadığı müəyyən edildikdən sonra o, avtomobilində satış məqsədilə daşıdığı qurudulmuş marixuananın olduğunu bildirmişdir. Avtomobilinə baxış keçirilərkən avtomobilin kapotunun içərisində, qabaq qapının cib hissəsində, arxa ayaqaltı və arxa yük hissəsində qurudulmuş marixuanını çıxarıb təqdim etmişdir. O, Şahid1 tutulmamışdan 2-3 ay əvvəl tanımış, Ayxanla münasibətləri yarandıqdan sonra sonuncu müxtəlif vaxtlarda pul qarşılığında ondan qurudulmuş marixuana almışdır. Sonuncu dəfə 30 yanvar 2023-cü il tarixdə Ayxan onunla əlaqə saxlayıb narkotik vasitə istədiyini bildirmişdir. O, Ayxanla görüşüb sonuncuya 06 ədəd bükümdə qurudulmuş marixuana vermişdir. O, Ayxanın narkotik vasitələrin satışı ilə məşğul olduğunu bilməmişdir. O, üzərindən aşkar edilmiş qurudulmuş marixuananı adını bilmədiyi İran vətəndaşından «zakladka» kimi bildiyi üsulla almışdır. O, polis əməkdaşları tərəfindən saxlanıldığı, 9-cu Polis Bölməsinə aparıldığı və orada olan müddətdə ona qarşı hər hansı bir formada fiziki və ya psixoloji təsir göstərilməmişdir. Yalnız narkotik vasitənin çəkisi ilə razı deyil. Onda bu çəkidə deyil, yazılanlardan aşağı çəki olmuşdur. Qalan məsələlər düzdür. Əməlindən peşmandır. Məhkəmədən bu halların nəzərə alınıb barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli ilə əlaqədar qismən etirafını iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növü kimi qəbul edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 göstərdi ki, təxminən 2 ildir ki, narkotik vasitə olan marixuanadan istifadə edir. X3 ilə dostluq münasibəti vardır. 31 yanvar 2023-cü il tarixdə saat 17:30 radələrində fəhlə kimi işlədiyi Zığ qəsəbəsində yerləşən tikintidən çıxdıqdan sonra Elgünə zəng etmiş, sonuncuya Bayıl qəsəbəsi ərazisində Ayxan adlı şəxslə görüşməyini və öz istifadə etməsi üçün Ayxandan aldığı marixuananı Ayxandan götürüb ona çatdırmağını demişdir. Elgün etiraz etməmiş, o da Ayxanın mobil telefon nömrəsini Elgünə vermişdir. Bundan sonra aldığı narkotik vasitəyə görə Ayxanın əvvəldən ona verdiyi bank kartı hesabına 10 manat pul köçürmüşdür. Həmin gün, yəni 31 yanvar 2023-cü il tarixdə saat 19 radələrində Nəsimi rayonu ərazisində yerləşən “28 Mall” ticarət mərkəzinin yaxınlığında Elgünlə görüşmüş və Elgün Ayxandan aldığı 01 ədəd bükümü ona vermişdir. Bundan sonra Elgünlə birlikdə metronun “İçəri Şəhər” stansiyasının yaxınlığına getmiş, bir müddət sonra polis əməkdaşları onlara yaxınlaşıb özlərini təqdim etmiş və onları Səbail rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinə aparmışlar. Onlar da etiraz etməyərək polislərlə birlikdə 9-cu Polis Bölməsinə getmişlər. Orada vəkilin iştirakı ilə şübhəli şəxs qismində tutulmuş, ona hüquq və vəzifələri izah olunmuş, sonra vəkilin iştirakı ilə ona üzərində qanunsuz əşya və ya narkotik vasitə varsa təqdim etməsi təklif olunmuşdur. O da gödəkçəsinin sağ cibindən özünün istifadə etməsi üçün daşıdığı, içərisində marixuana olan 01 ədəd bükümü çıxarıb təqdim etmişdir. Sonra üzərinə şəxsi axtarış davam etdirilmiş, şalvarının sol cibindən «Xiaomi Redmi» markalı mobil telefonu aşkar edilmişdir. Sorğu zamanı üzərindən aşkar olunmuş 01 ədəd bükümün içərisindəki maddənin narkotik vasitə olan marixuana olduğunu, həmin marixuananı 31 yanvar 2023cü il tarixdə dostluq etdiyi Elgün vasitəsilə tanışı Ayxandan 10 manat pul müqabilində aldığını və üzərində saxladığını bildirmişdir. Üzərindən aşkar edilmiş büküm polis əməkdaşları tərəfindən kağız zərfə qoyularaq qablaşdırılmış, sonra protokol tərtib edilmiş, o da digər iştirakçılarla birlikdə tərtib edilmiş protokolu və zərfin üzərini imzalamışdır. O, narkotik vasitələrdən istifadə etsə də, satışı ilə məşğul olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Səbail rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin cinayət axtarışı üzrə baş əməliyyat müvəkkili Şahid3 göstərdi ki, 9-cu Polis Bölməsində Şahid2 və X7 narkotik vasitələrin qanunsuz əldə edilməsi, istifadəsi və daşınması, Şahid1 və Təqsirləndirilən şəxs isə narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışında şübhəli olmaları barədə aparılmış təhqiqat araşdırılmaları üzrə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmasının həyata keçirilməsi üçün əməliyyat qrupu yaradılmış, həmin qrupda o da iştirak etmişdir. Şahid1 araşdırma zamanı yaşadığı mənzildən aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuananı Məmməd adlı şəxsdən 140 manat pul müqabilində satış məqsədi ilə əldə etdiyini bildirmişdir. Ona görə də Təqsirləndirilən şəxs təxirəsalınmadan müəyyən edilməsi və təhqiqata cəlb edilməsi məqsədilə əməliyyat-axtarış tədbirləri həyata keçirilmişdir. Əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 01 fevral 2023-cü il tarixdə saat 08:30 radələrində ünvan 4 ünvanın qarşısında müəyyən edilmişdir. Onlar Təqsirləndirilən şəxs yaxınlaşıb xidməti vəsiqələrini göstərərək özlərini təqdim etmiş və Səbail rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin əməkdaşları olduqlarını bildirmişlər. Sonra Təqsirləndirilən şəxs Polis Bölməsinə dəvət etmişlər, sonuncu da etiraz etməyib onlarla birgə 9-cu Polis Bölməsinə getmişdir. Polis Bölməsində təhqiqatçı tərəfindən müdafiəçi dəvət edildikdən sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Sonra qərar əsasında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində heç bir qanunsuz əşya olmadığını, amma özünə məxsus “Toyota Prius” markalı **-CT-*** markalı avtomobildə narkotik vasitə saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilsə də, sonucununn üzərindən qanunla qadağan olunmuş heç bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Həmin tarixdə, yəni 01 fevral 2023-cü ildə saat 09:00-da 9-cu Polis Bölməsinin inzibati binasının qarşısında saxlanılmış “Toyota Prius” markalı **-CT-*** markalı avtomobildə Təqsirləndirilən şəxs iştirakı ilə axtarış və götürmə həyata keçirilmişdir. Təqsirləndirilən şəxs avtomobilin sol ön qapısının saxlanc - iç cib yerindən bir ədəd ağ rəngli kağız bükümü çıxarıb təqdim etmişdir. Həmin büküm təhqiqatçı tərəfindən açıldıqda, içərisində tünd yaşıl rəngli, spesifik qoxuya malik, ot şəkilli narkotik vasitə marixuanaya bənzər kütlə aşkar edilmişdir. Sonra Təqsirləndirilən şəxs avtomobildə başqa harada narkotik vasitə olduğu barədə soruşulmuş, sonuncu avtomobilin ön hissəsində kapotun altında, yəni mühərrik yerində narkotik vasitə olduğunu bildirmişdir. Avtomobilin kapot hissəsi açılıdıqda içərisində qara rəngli, kiçik ölçülü polietilen paket aşkar olunmuşdur. Paket açıldıqda isə içərisində tünd yaşıl rəngli, spesifik qoxuya malik, ot şəkilli narkotik vasitə marixuanaya bənzər kütlə aşkar olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs avtomobilin sol arxa ayaqaltı hissəsi və arxa yük yerində də narkotik vasitə marixuana saxladığını bildirmişdir. Avtomobilin sol arxa qapısı açıldıqda, orada ayaqaltı hissə ilə ön sol oturacağın birləşdiyi hissəsində iri ölçülü, qara rəngli polietilen torbaya şəffaf yapışqanlı lentlə bərkidilib bağlanılmış bükümün olduğu müəyyən edilmişdir. Həmin bükümün bir hissəsi açıldıqda, içərisində tünd yaşıl rəngli, spesifik qoxuya malik, ot şəkilli narkotik vasitə marixuanaya bənzər kütlə olması aşkar olunmuşdur. Sonda isə avtomobilin arxa yük yerinin qapısı açılıdqda, oradan iri ölçülü, qara rəngli polietilen torbaya şəffaf yapışqanlı lentlə bərkidilib bağlanılmış büküm və 01 ədəd qara rəngli elektron tərəzi aşkar edilmişdir. Həmin bükümü açdıqda yenə içərisindən tünd yaşıl rəngli, spesifik qoxuya malik, ot şəkilli narkotik vasitə marixuanaya bənzər kütlə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin kütlələrin narkotik vasitə olan qurudulmuş marixuana olduğunu, tutulmamışdan üç gün əvvəl İran İslam Respublikasının vətəndaşından əldə etdiyini, satış üçün avtomobilində gəzdirərək saxladığını və marixuananın bir hissəsini 30 yanvar 2023-cü il tarixdə 140 manat pulun qarşılığında tanışı Ayxan adlı şəxsə satdığını bildirmişdir. Sonra avtomobildən aşkar edilmiş kütlələr boş polietilen torbalarda qaldaşdırılaraq möhürlənib götürülmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4, Şahid7 Şahid3 ifadəsi ilə oxşar məzmunlu ifadələr verərək onun göstərdiyi halları təsdiq etdilər. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid1 göstərmişdir ki, əvvəllər məhkum olunmamışdır, subaydır, heç bir işdə işləmir, tutulmamışdan təxminən bir ay əvvəl narkotik vasitə olan marixuananın satışı ilə məşğul olmağa başlamışdır. 30 yanvar 2023-cü il tarixdə Bakı şəhəri Səbail rayonu ərazisində yerləşən metronun “İçəri Şəhər” stansiyasının yaxınlığında Məmməd adlı şəxslə görüşmüş və 140 manat pulun müqabilində həmin şəxsdən satıb qazanc əldə etməsi üçün 10 qram narkotik vasitə olan marixuana almışdır. 31 yanvar 2023-cü il tarixdə saat 16 radələrində Sübhan adlı tanışı onun mobil telefonuna zəng edib, özünün istifadə etməsi üçün marixuana almaq istədiyini bildirmiş, o da etiraz etməmiş və Sübhan onun 4098 5844 6898 6920 nömrəli bank kartı hesabına 10 manat pul göndərmişdir. Bundan sonra Sübhan yenidən ona zəng edərək, Elgün adlı şəxsin gəlib onunla görüşəcəyini və aldığı narkotik vasitə marixuananı həmin Elgün adlı şəxsə verməsini demişdir. O, Sübhanla razılaşmış və həmin gün saat 17 radələrində Elgün adlı şəxslə Səbail rayonu, Bayıl qəsəbəsi ərazisində görüşüb Sübhana çatdırması üçün 01 ədəd bükümdə narkotik vasitə olan marixuananı vermişdir. Bundan sonra Elgün çıxıb getmişdir. Həmin gün gecə saatlarında polis əməkdaşları yaşadığı evin qarşısında ona yaxınlaşaraq onu Səbail rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinə dəvət etmişlər. O, etiraz etməyərək, polis əməkdaşları ilə birlikdə 9-cu Polis Bölməsinə getmişdir. Orada dəvət edilmiş müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuş və şübhəli şəxs kimi hüquq və vəzifələri izah olunmuşdur. Daha sonra müdafiəçinin iştirakı ilə ona üzərində qanunla qadağan olunmuş əşya, narkotik vasitə, psixotrop maddə və sair varsa, təqdim etməsi təklif olunmuşdur. Həmin vaxtı o, polis əməkdaşlarına üzərində heç bir qeyri-qanuni əşya, predmet və ya maddə olmadığını bildirmişdir. Bundan sonra onun üzərinə şəxsi axtarış aparılmış və heç bir qeyri-qanuni əşya, predmet yaxud maddə aşkar edilməmişdir. Sorğu zamanı o, polis əməkdaşlarına bildirmişdir ki, yaşadığı evdə satmaq üçün saxladığı 06 ədəd bükümdə narkotik vasitə olan marixuana vardır. Bundan sonra polis əməkdaşları ilə birlikdə o, yaşadığı ünvan 5 ünvanda yerləşən mənzilinə getmiş və polis əməkdaşları tərəfindən yaşadığı evdə axtarış keçirilmişdir. O, baxış zamanı könüllü olaraq, evin yataq otağındakı özünə məxsus qara rəngli bel çantasının içərisində saxladığı 06 ədəd bükümdə narkotik vasitə olan marixuana və 01 ədəd elektron tərəzini polis əməkdaşlarına təqdim etmişdir. Həmin bükümlər polis əməkdaşları tərəfindən qablaşdırılmış, qeydlər aparılmış və bütün proseslər videoçəkiliş vasitəsilə qeydə alınmış, protokollar tərtib edilmiş, o, digər iştirakçılar ilə birlikdə tərtib edilmiş protokollara və qablaşdırılmanın üzərinə imza etmişdir. O, yaşadığı evdən aşkar edilmiş 06 ədəd bükümdə narkotik vasitə olan qurudulmuş marixuananı satıb qazanc əldə etmək məqsədi ilə Məmməd adlı şəxsdən almış və həmin marixuananın çəkisini müəyyən etmək məqsədi ilə elektron tərəzidən istifadə etmişdir. Onun yaşadığı evdən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuanadan başqa qanunla əldə edilməsi və saxlanılması qadağan olunan əşya və ya predmetlərdən hər hansısa bir yerdə saxlamamış, gizlətməmişdir. Onu polis əməkdaşları saxlayıb 9-cu Polis Bölməsinə aparan zaman və orada olduğu müddətdə ona qarşı heç bir formada fiziki və ya psixoloji güc və ya vasitə tətbiq etməmişlər, heç bir xəsarət almamış və xəsarəti olmamışdır, ona görə həkim müayinəsindən və tibbi ekspertizadan keçmək istəməmiş, ümumiyyətlə, bütün olanlarla bağlı hər hansısa bir şikayəti və ya tələbi olmamışdır (cild 2, iş vərəqə 01-03). İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq olunmuş Bakı şəhəri Səbail rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili Şahid5 göstərmişdir ki, 9-cu X9 Sübhan Sədi oğlu və X7 narkotik vasitələrin qanunsuz əldə edilməsi, istifadəsi və daşınmasında şübhəli olmaları barədə aparılan təhqiqat araşdırılmaları zamanı Şahid2 narkotik vasitəni əldə etdiyi mənbənin, yəni Ayxan adlı şəxs barədə məlumatı əsasında təhqiqatçının əməliyyat tapşırığına əsaslanaraq, Ayxan adlı şəxsin təxirəsalınmadan müəyyən edilməsi və təhqiqat orqanına cəlb olunması məqsədilə əməliyyat axtarış tədbirləri davam etdirilmiş, bu zaman müəyyən edilmişdir ki, şəxsiyyəti Ayxan adı ilə məlum olan şəxs 14 avqust 1999-cu il təvəllüdlü Şahid1dur. Bu məqsədlə həyata keçirilən əməliyyat tədbirləri nəticəsində Şahid1 01 fevral 2023-cü il tarixdə saat 05:30 radələrində yaşadığı ünvan 6 ünvanın qarşısında saxlanılmışdır. Sonra onlar Şahid1 yaxınlaşıb xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişlər və Şahid1 Polis Bölməsinə dəvət etmişlər. Şahid1 etiraz etməyib onlarla birgə 9-cu Polis Bölməsinə getmişdir. Polis Bölməsində təhqiqatçı Toğrul Əsgərli tərəfindən müdafiəçi dəvət ediləndən sonra Şahid1 şübhəli şəxs qismində tutulmuş, sonra qərar əsasında Şahid1 üzərinə şəxsi axtarış keçirilmişdir. Axtarış zamanı Şahid1 əynində olan tünd yaşıl rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd “Redmi” markalı mobil telefonu masanın üzərinə qoymuşdur. Şahid1 üzərində heç bir qeyri-qanuni əşya olmadığını, amma yaşadığı ünvan 7 ünvanda yerləşən mənzilində bel çantasının içərisində narkotik vasitə olduğunu bildirmişdir. Sonra Şahid1 üzərinə şəxsi axtarış keçirilmiş, lakin üzərindən qanunla qadağan olunmuş heç bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra Şahid1 mənzilində təxirəsalınmaz axtarış və götürmə aparılması üçün yaradılmış əməliyyat qrupu və təhqiqatçı ilə birlikdə Şahid1 yaşadığı mənzilə yollanmışlar. 01 fevral 2023-cü il tarixdə səhər saat 06:10 radələrində Şahid1 yaşadığı mənzildə təxirəsalınmaz axtarış və götürmə həyata keçirilmiş, bu zaman Şahid1 yataq otağına daxil olaraq oradan bir ədəd qara rəngli idman çantasını çıxarıb çarpayının üzərinə qoymuşdur. Sonra həmin çanta açılmış, içərisindən Şahid1 şəxsiyyət vəsiqəsi və VÖEN-i, "Azərbaycan Beynəlxalq Bankı” ASC-yə aid qəbzin surəti, bir ədəd qutusunda elektron tərəzi, bir ədəd “Xiaomi Redmi” markalı mobil telefon aparatı və 06 ədəd şəffaf sellofana bükülmüş vəziyyətdə bükümlər aşkar olunmuşdur. Sonra Şahid1 mənzilində, yəni yataq otağında, mətbəxdə və qonaq otağında axtarış keçirilmiş, lakin mənzildən başqa heç bir qeyri-qanuni əşya, maddə və ya predmet aşkar olunmamışdır. Sonra təhqiqatçı tərəfindən Şahid1 məxsus qara rəngli çantadan aşkar edilərək götürülmüş bükümlər, elektron tərəzi, mobil telefon aparatı və sənədlər qablaşdırılaraq götürülmüşdür (cild 2, iş vərəqə 158-160). İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq olunmuş Bakı şəhəri Səbail rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin əməliyyat müvəkkili Şahid6 Şahid5 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq etmişdir (cild 2, iş vərəqə 161-163). Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Şəxsi axtarış və götürmə aparılması haqqında 31 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Şahid2 paltarında, əşyalarında və bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər varsa könüllü təqdim etməsi təklif edilmiş, bundan sonra Şahid2 əynindəki boz rəngli gödəkçənin sağ cibindən 01 ədəd kağız bükümü çıxarı təqdim etmişdir. Sorğu zamanı Şahid2 həmin narkotik vasitəni tanışı Ayxan adlı şəxsdən 10 manata aldığını bildirmişdir. Şəxsi axtarış və götürmə zamanı videoçəkiliş aparılmış və müvafiq disk protokola əlavə edilmişdir (cild 1, iş vərəqə 32-33). Mənzildə təxirəsalınmaz axtarış və götürmə aparılması haqqında 01 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Şahid1 yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Ümid Əkbərov küçəsi, ev 100 ünvanda yerləşən mənzildə axtarış və götürmə istintaq hərəkəti keçirilmiş, mənzilin ikinci mərtəbəsindəki yataq otağında Şahid1 aid qara rəngli bel çantasının içərisindən bir ədəd qara rəngli mobil telefon aparatı, bir ədəd elektron tərəzi, bir ədəd ağ kağıza bükülü vəziyyətdə şəxsiyyət vəsiqəsi və VÖEN-i, içərisində tünd yaşıl rəngli, ot şəkilli kütlə olan 06 ədəd şəffaf sellofan bükümlər aşkar olunaraq götürülmüşdür. Axtarış və götürmə zamanı videoçəkiliş aparılmış və müvafiq disk protokola əlavə edilmişdir (cild 1, iş vərəqə 92). Şəxsi axtarış və götürmə aparılması haqqında 01 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs paltarında, əşyalarında və bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər varsa könüllü təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs üzərində heç bir qanunsuz əşya olmadığını, amma idarə etdiyi nəqliyyat vasitəsində narkotik vasitə saxladığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, amma qanunla dövriyyəsi qadağan olunmuş hər hansı predmet aşkar edilməmişdir. Şəxsi axtarış və götürmə zamanı videoçəkiliş aparılmış və müvafiq disk protokola əlavə edilmişdir (cild 1, iş vərəqə 128-130, cild 2, iş vərəqə 110). Təxirəsalınmaz axtarış və götürmə aparılması haqqında 01 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Toyota Prius” markalı **-CT-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobildə axtarış keçirilmiş, avtomobilin ön sol qapısının iç hissəsində, içərisində tünd yaşıl rəngli, ot şəkilli, spesifik qoxuya malik narkotik vasitə marixuanaya bənzər maddə, avtomobilin motorxanasından 01 ədəd qara rəngli sellofan torba, avtomobilin arxa sol qapısından 01 ədəd qara rəngli sellofan kəsiyinə bükülmüş büküm və avtomobilin yük yerindən eyni formalı büküm aşkar edilərək götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümlərdə narkotik vasitə marixuana olduğunu və onları İran İslam Respublikası vətəndaşından aldığını bildirmişdir. Axtarış və götürmə zamanı videoçəkiliş aparılmış və müvafiq disk protokola əlavə edilmişdir (cild 1, iş vərəqə 134-136, cild 2, iş vərəqə 111-113). Məhkəmə bioloji ekspertizanın 01 fevral 2023-cü il tarixli 7/144 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş ağ kağız üzərində “...Şübhəli şəxs Təqsirləndirilən şəxs...” yazısı və imzalar olan 01 ədəd qara rəngli polietilen bağlamada təmiz çəkisi - 3010 qram, həmin bağlamada bir ədəd qara rəngli polietilen paketin içərisində 07 ədəd sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri: 5,35 qram; 5,23 qram; 5,37 qram; 5,20 qram; 5,41 qram; 2,03 qram; 5,56 qram, 01 ədəd kağız bükülüdə təmiz çəkisi - 0,59 qram və 01 ədəd qara rəngli polietilen bağlamada təmiz çəkisi - 2020 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidirlər. Ekspert tədqiqatından sonra marixuananın qalıq çəkisi 5063,94 qram təşkil etmişdir (cild 1, iş vərəqə 139-143). Məhkəmə bioloji ekspertizanın 01 fevral 2023-cü il tarixli 7/146 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Saxlanılan şəxs Şahid2...” yazısı və imzalar olan kağız paketdəki 01 ədəd kağız bükülüdə təmiz çəkisi 5,65 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Ekspert tədqiqatından sonra marixuananın qalıq çəkisi 5,60 qram təşkil etmişdir (cild 1, iş vərəqə 144-148). Məhkəmə bioloji ekspertizanın 01 fevral 2023-cü il tarixli 7/145 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş ağ kağız üzərində “...Şübhəli şəxs Şahid1..” yazısı və imzalar olan sellofan torbadakı 06 ədəd sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri: 1,05 qram; 1,08 qram; 1,08 qram; 1,06 qram; 1,3 qram; 1,06 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Ekspert tədqiqatından sonra marixuananın qalıq çəkisi 6,33 qram təşkil etmişdir (cild 1, iş vərəqə 149-153). Məhkəmə bioloji ekspertizanın 02 fevral 2023-cü il tarixli 7/150 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs, Şahid1, Şahid2 Səbi oğlundan götürülmüş marixuanalar tərkiblərinə görə eynidirlər (cild 1, iş vərəqə 207-209). Diskə baxış keçirilməsi barədə 25 mart 2023-cü il tarixli protokoldan görünür ki, diskin yaddaşında “Analitik təhlil_**********21”, “Analitik təhlilin izahı”, “Səbail_B-S yer dəyişdirmə (Hamısı - abunə ilə)_**********21”, “Səbail_SMS məzmun (qarşı abunə ilə)_**********21”, “Səbai_SMS Statistika (qarşı abunə ilə)_**********21 ” və “Səbail_Zəng statistika (qarşı abunə ilə)_**********21” adlı fayllar yerləşdirilmişdir. “Analitik təhlil_**********21” adlı fayla baxış zamanı müəyyən edilmişdir ki, Şahid1 istifadəsində olmuş +**********21 mobil telefon nömrəsinə 01 noyabr 2022-ci il tarixdən 12 yanvar 2023cü il tarixədək olan müddət ərzində iş üzrə istintaq əhəmiyyəti kəsb etməyən müxtəlif şəxslərin mobil telefon nömrələrinə, o cümlədən iş üzrə təqsirləndirilən şəxslər Şahid2 adına qeydiyyatda olan ***-***-**-** saylı mobil telefon nömrəsinə 04 dəfə, Təqsirləndirilən şəxs adına qeydiyyatda olan ***-***-**-** mobil telefon nömrəsinə 03 dəfə və ***-***-**-** mobil telefon nömrəsinə 23 dəfə müxtəlif vaxtlarda zənglər daxil olmuş və çıxarılmışdır. “Səbail_SMS məzmun (qarşı abunə ilə)_**********21” adlı fayla baxış zamanı müəyyən edilmişdir ki, Şahid1 istifadəsində olmuş +**********21 mobil telefon nömrəsinə 01 noyabr 2022-ci il tarixdən 01 fevral 2023-cü il tarixədək olan müddətdə daxil olan və çıxan sms mətnləri əks olunmuşdur. Həmin faylda Şahid1 istifadəsində olmuş +**********21 mobil telefon nömrəsindən 01 vanvar 2023-cü il tarixdə saat 10:50:26-da Təqsirləndirilən şəxs ifadəsində olmuş +**********17 saylı mobil telefon nömrəsinə “Atom var biraz 5 10gram lazimdi burdaam 150 əninda” mövzuda sms (ismarıc) mətnləri daxil olmuşdur (cild 2, iş vərəqə 116-123). Diskə baxış keçirilməsi barədə 25 mart 2023-cü il tarixli protokoldan görünür ki, diskin yaddaşında “Analitik təhlil_**********17”, “Səbail_B-S yer dəyişdirmə (Hamısı abunə ilə) **********17”, “Səbail_SMS məzmun (qarşı abunə ilə)_**********17”, “Səbail_SMS Statistika (qarşı abunə ilə)_**********17”, “Səbail_Zəng statistika (qarşı abunə ilə)_**********17” və “Analitik təhlilin izahı” adlı fayllar yerləşdirilmişdir. “Analitik təhlil_**********17” adlı fayla baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş +**********17 sayll mobil telefon nömrəsinə 17 dekabr 2022-ci il tarixdən 31 yanvar 2023-cü il tarixədək olan müddət ərzində iş üzrə istintaq əhəmiyyəti kəsb etməyən müxtəlif şəxslərin mobil telefon nömrələrinə, o cümlədən iş üzrə təqsirləndirilən şəxs Şahid1 adına qeydiyyatda olan ***-***-**-** saylı mobil telefon nömrəsinə 10 dəfə müxtəlif vaxtlarda zənglər daxil olmuş və çıxarılmışdır. Qovluqda yerləşən “Səbail_B-S yer dəyişdirmə(Hamısı - abunə ilə)_ **********17” adlı fayla baxış zamanı müəyyən olunmuşdur ki, həmin faylda Təqsirləndirilən şəxs istifadəsində olmuş +**********17 mobil telefon nömrəsi ilə 16 noyabr 2022-ci il tarixdə saat 17:59:39-dan 31 yanvar 2023-cü il tarixdə saat 23:57:44-dək olan müddət ərzində Bakı şəhərinin bütün rayonlarının, həmçinin Abşeron rayonunun Xırdalan şəhəri, Masazır, Mehdiabad, Novxanı qəsəbələri, Sumqayıt şəhərinin inzibati ərazisində, müxtəlif ünvanlarda quraşdırılmış "xxxx" MMC-yə aid antenn dairələrinin altında olmuşdur. “Səbail” SMS məzmun (qarşı abunə ilə)_**********17” adlı fayla baxış zamanı müəyyən edilmişdir ki, faylda Təqsirləndirilən şəxs istifadəsində olmuş +**********17 saylı mobil telefon nömrəsinə 16 noyabr 2022-ci il tarixdən 01 fevral 2023-cü il tarixdək olan müddətdə daxil olan və çıxan sms mətnləri əks olunmuşdur. Təqsirləndirilən şəxs istifadəsində olmuş +**********17 mobil telefon nömrəsindən xx.xx.2022-ci il tarixdə saat 01:27:04-də “X19” adlı abunəçinin adına qeydiyyatda olan +**********19 mobil telefon nömrəsinə “Kerə salam nollu brat menə tam jdut ne spət toje im nado kamuta otdatc dencqi ə im obeşal çto şas perevedu dencqi səni toje qozləirəm bratk a doverie nelczə nam terətc ni vkoem sluçae zavtra m40 toje dast 12 lista mne. Tı je obehal vse budet krasivo noldı bəs səni qozləiirik” - mövzuda; xx.xx.2022ci il tarixdə saat 17:43:25-də “Brat ti obehal sevodnə porancşe denqi otdatc temu nada kupit sroçno nado denqi” - mövzuda; xx.xx.2023-cü il tarixdə saat 22:03:48-də “Brat 50man atta karta srohnu lazimdi taza tema goturmaa” - mövzuda; xx.xx.2023-cü il tarixdə saat 01:42:59-da “Mamed kanalın nömrəsini at da ala. Mən silmişəm. Şeyi atıb yoxdu yerində” - mövzuda ismarıc mətninin daxil olması; xx.xx.2022-ci il tarixdə saat 01:22:06-da “Ruslan Əmirov” adlı abunəçinin adına qeydiyyatda olan +**********57 saylı mobil telefon nömrəsinə “40985844 64536752 leo bank hagiev mamed rafik ogli” - mövzuda; xx.xx.2022-ci il tarixdə saat 02:11:46-da “Sabax brat Sabax brat atom nebılo qaldı sabaxa 100%” - mövzuda; xx.xx.2022-ci il tarixdə saat 14:18:49-da “Super shei galib” - mövzuda; xx.xx.2022-ci il tarixdə “20 man galmadi brat” - mövzuda; xx.xx.2023-cü il tarixdə “20daigaa gotur kondiüionedə” - mövzuda; xx.xx.2023-cü il tarixdə saat 16:57:33-də “Atom var galdi” - mövzuda; xx.xx.2022-ci il tarixdə saat 08:07:24-də “X22” adlı abunəçinin adına qeydiyyatda olan +**********05 saylı mobil telefon nömrəsinə “Brat 20an falmad Galmadi” mövzuda; xx.xx.2022-ci il tarixdə saat 01:43:06-da “X14” adlı abunəçinin adına qeydiyyatda olan +**********64 saylı mobil telefon nömrəsinə “Xoshuva galmadisa saxla onu sabax daisharik” - mövzuda; xx.xx.2022-ci il tarixdə saat 01:59:18-də “X5” adlı abunəçinin adına qeydiyyatda olan +**********71 saylı mobil telefon nömrəsinə “Atom galib tabii bizimki” - mövzuda; xx.xx.2022-ci il tarixdə saat 02:45:33-də “X2” adlı abunəçinin adına qeydiyyatda olan +**********53 mobil telefon nömrəsinə “Salam taza tema galdi tabii bizim gul atom sadax gal verim bax” - mövzuda; xx.xx.2023-cü il tarixdə saat 15:37:04-də **********536752 leo bank” - mövzuda; xx.xx.2023-cü il tarixdə saat 22:02:14-də “Brat 50 atta karta tahili lazimdi tema almağa” - mövzuda; xx.xx.2023-cü il tarixdə saat 04:39:27-də “100 gram siəzən şei var atomlı deillər 1100” - mövzuda; xx.xx.2023-cü il tarixdə saat 11:42:59-da “geceni butun gozluyubler sen ele salirsan..menim qapimda qirgindi..qapiva goturum gelim??gunorta gelecem evivize pulu qaytararsan” - mövzuda; xx.xx.2022-ci il tarixdə saat 05:49:51-də “Laçınova Rayfa” adlı abunəçinin adına qeydiyyatda olan +**********93 mobil telefon nömrəsinə “**********662456 kapital” - mövzuda, xx.xx.2022-ci il tarixdə saat 05:55:49-da “200 man vurdum kartuva” - mövzuda, xx.xx.2022-ci il tarixdə saat 12:53:39-da “Salam Atas sabax pulu vuraram indi azdi” -mövzuda, xx.xx.2022-ci il tarixdə saat 04:21:13-də “**********662450” - mövzuda, xx.xx.2022-cil il tarixdə saat 03:01:35-də “Alas vaziat pisdi san dediivi gatirki obirsinan gatim sala bilim brat” mövzuda, xx.xx.2022-ci il tarixdə saat 04:50:35-də “Əflan Məlikov” adh abunəçinin adına qeydiyyatda olan +**********65 mobil telefon nömrəsinə “2 dana taza tama var super” mövzuda; xx.xx.2023-cü il tarixdə saat 17:22:04-də “Əxşı tema qəlib” – mövzuda; xx.xx.2023-cü il tarixdə saat 17:23:11-də “pul yoxdu bratuxa elaqe saxliycam seynen olan kimi veziyyet yaxci deyil” mövzuda; xx.xx.2022-ci il tarixdə saat 09:49:48-də “X23” adlı abunəçinin adına qeydiyyatda olan +**********66 mobil telefon nömrəsinə “Mamed pered lyudmi podstavlyaew menya,lyudi jdut menya v gneve, ya podstavlyu lyudey znacit ti podstaviw, lucwe tak ne delay, Vallahi tak ne delay blya. A kiwi ne idow skaji na pryamuyu, ya tema doljen otdat,odno slovo otvet pridurkom ne bud”- mövzuda; xx.xx.2022-ci il tarixdə saat 05:00:51-də “Babək Abudov” adlı abunəçinin adına qeydiyyatda olan +**********29 saylı mobil telefon nömrəsinə “Mamed camaat əlifidə pul məni gözləyir cindirliq eləmə aç poxu işim var sənnən”- mövzuda; xx.xx.2023-cü il tarixdə saat 05:12:17-də “Salam gaga balix var atomdu - mövzuda; xx.xx.2022-ci il tarixdə saat 02:14:02-də “X20” adlı abunəçinin adına qeydiyyatda olan +**********41 mobil telefon nömrəsinə “İndi gelmiwem eve seher duran kimi meni yig senun payuvi saxlamiwam gec oldi ona gore yigmadim” mövzuda; xx.xx.2022-ci il tarixdə saat 20:10:50-də “X10” adlı abunəçinin adına qeydiyyatda olan +**********93 saylı mobil telefon nömrəsinə “Tərəzi məndə qalıb papozje zabereş”- mövzuda; xx.xx.2022-ci il tarixdə saat 20:23:24-də “30d naberu” - mövzuda; xx.xx.2022-ci il tarixdə saat 20:23:52-də “Vıydu i vesı zabereş” - mövzuda; xx.xx.2022-ci il tarixdə saat 20:23:06-da “XXX X37” adlı abunəçinin adına qeydiyyatda olan +**********75 saylı mobil telefon nömrəsinə “Ozume istiyirem gagas bax imkan olsa baxda gonag gedirenı”- mövzuda; xx.xx.2022-ci il tarixdə saat 20:58:36-da “25 manat verciyem sana yaxwi goy gurban olum” - mövzuda; xx.xx.2023-cü il tarixdə saat 16:59:37-də "Atom galib pizdez olum" - mövzuda; xx.xx.2023-cü i! tarixdə saat 20:49:16-da “X26” adlı abunəçinin adına qeydiyyatda olan +**********58 saylı mobil telefon nömrəsinə “Tofah taksidəm 820 nomer kitayski restoranın qabaqı dədə tez qəl 200man 22,5gram po 9 man" - mövzuda; xx.xx.2023-cü il tarixdə saat 22:50:26-da Şahid1 istifadəsində olmuş və Ceyran Məmmədova adlı abunəçinin adına qeydə olan +**********21 saylı mobil telefon nömrəsinə “Atom var biraz 5 10gram lazimdi burdaam 150 yaninda” - mövzuda; xx.xx.2023-cü il tarixdə saat 21:46:07-də “X15” adlı abunəçinin adına qeydiyyatda olan +**********62 saylı mobil telefon nömrəsinə “Salam brat nkynirsən qedəy bir er var ora qələü xeir var qəlirsəe biz tərəfə” - mövzuda; xx.xx.2023-cü il tarixdə saat 17:20:33-də “X21” adlı abunəçinin adına qeydiyyatda olan +**********10 saylı mobil telefon nömrəsinə “Əxşı tema qəlib” mövzuda; xx.xx.2023-cü il tarixdə saat 17:59:13-də “4098 5844 6453 6752 leo bank manim adimadi çeki saxla” - mövzuda; xx.xx.2023-cü il tarixdə saat 20:15:39-da “Evdəəm danışa bilmirəm indi atsınlar qotöröb qəlirəm brat naraxat xeç olma qozlə az qalıb” mövzuda; xx.xx.2023-cü il tarixdə saat 16:59:00-da “X6” adlı abunəçinin admına qeydiyyatda olan +**********00 saylı mobil telefon nömrəsinə “Atom galib pizdez tazaliha” mövzuda; xx.xx.2023-cü il tarixdə saat 18:37:18-də “X2” adlı abunəçinin adına qeydiyyatda olan +**********01 saylı mobil telefon nömrəsinə "Brat inkan olsa pulu vur temani zakaz eladim pul hatmir axsham goturym" - mövzuda; xx.xx.2023-cü il tarixdə saat 20:12:04-də (18:12:04 PM) “Brat o pulu burda tema qotörmək lazımdı indi çatmır pulum” mövzuda; xx.xx.2023-cü il tarixdə saat 19:44:36-da “Salam brat 30man atta tema galurmaliam kutardi 1 saata"' - mövzuda; xx.xx.2023-cü ıl tarixdə saat 11:01:47-də “Salam brat dunanki gagash vozduxdu 150 atib 400 vurdum ona man galanin borha atti amma tuxdadi xoshum galmadi gaitardim brat dedi biz tuxtaxor deilik belada xalaki mandadi baxa bilarsan amma maslaat deil ona gora atmamisham india gadar o gadar risk ela axirdada tuxda cixda axzimnan galani dedim ona petuxa axshama dedi duzub goshacax atom ' – mövzuda; xx.xx.2023-cü il tarixdə saat 15:58:38-də “Sabaxdan atom galir 15 manata gr olahax super ber shedo” - mövzuda; xx.xx.2023-cü il tarixdə saat 15:39:36-da “Employee Famiy & Friends Campaign” adı ilə qeydə alınmış abunəçinin adına qeydiyyatda olan +**********92 saylı mobil telefon nömrəsinə "Bpam 30man amma" - mövzuda; xx.xx.2023cü il tarixdə saat 00:04:41-də “Orxan Bayramov” adlı abunəçinin adına qeydiyyatda olan +**********93 saylı mobil telefon nömrəsinə “Sen bilirsen ki men seen sene qarsı baska hereker elemerem aglinnanda kecirme meme 2-3 gun vaxt ver gorusecik yoluna qoyacayiq men indi berk poxdaya”' - mövzuda; xx.xx.2023-cü il tarixdə saat 00:18:31-də “Pul bashka adamlarindi” - mövzuda; xx.xx.2023-cü il tarixdə saat 00:19:50- də “Gal tez xalxin pulun ver bizi poxa salma poka ne pozno” - mövzuda; xx.xx.2023-cü il tarixdə saat 00:21:24-də “Qaqash telfonluq danismaq deyil uz be uz damisariq narahat olma hell edecem ozun bilirsen ki mennen sene pislik gelmez her seyi yoluna qoyacam” - mövzuda; xx.xx.2023-cü il tarixdə saat 00:19:50-də “Man onlara gora evada geda bilmiram raxat lomkada mani gozlairlar irannida burdan baxlaib temani biza 100 onun pulun sroshnu vurub i gedib goturmak lazimdi amanatı” - mövzuda; xx.xx.2023-cü il tarixdə saat 00:24:58-də “Mandada boshluxdu ordada atom galib” - mövzuda; xx.xx.2023-cü il tarixdə saat 00:26:05-də "San xardasan gorushak pulu ver tez vurum karta ada san vur karti gondarim sana” - mövzuda; xx.xx.2023-cü il tarixdə saat 16:09:54-də “X38 hozlairik noldu bas pul Millat pulun istair bu guna dedim verarik.” - mövzuda; xx.xx.2023-cü il tarixdə saat 19:24:29-da “Orxan mana xaexu de ishimizi bilak mani sana gora nafas almağa imkan vermirlar srohnu o pulu gaitarmax lazimdi bugun" - mövzuda və xx.xx.2023-cü il tarixdə saat 17:26:50-də “San bela eladinsa nolar gor indi nolur man sana gor indi neha problem əradiram sanda bax bu manim coxsagolymdu” - mövzuda ismarıc mətnlərinin göndərilməsi müəyyən olunmuşdur (cild 2, iş vərəqə 124-128). Əşyaya baxış keçirilməsi haqqında 25 mart 2023-cü il tarixli protokoldan görünür ki, Şahid1 məxsus “Xiaomi” markalı “RedMi” modelli mobil telefona baxış zamanı “messages” tətbiqetməsində Təqsirləndirilən şəxs məxsus +**********17 saylı mobil telefon nömrəsinə xx.xx.2023-cü il tarixdə “Atom var birəz 5-10 gram lazımdı burdaam 150əninda” - mövzuda ismarıc mətni göndərilmiş, Şahid1 özünə məxsus “WhatsApp” proqramında “Axundov” adlı ilə qeydiyyata aldığı təqsəndirilən şəxs Təqsirləndirilən şəxs məxsus +**********17 saylı nömrə arasında aşağıdakı göndərilməsi aparılması müəyyən olunmuşdur: “xx.xx.2023 tarixdə saat 23:18-də «Axundov» adı ilə qeyd olunmuş hesabdan daxil olmuş səsli mesaj: - «Salam brat, nə va, nə yox, Salamadcılığdı, qaqaş? Səsin çıxmır aa. Neynirsən? İşim varıydı e e səynən. » Cavab: «Salamatçılığdı» xx.xx.2023-də saat 23:41-də «Axundov» adı ilə qeyd olunmuş hesabdan daxil olmuş səsli mesaj: «Brat, qardaj, qardaşımsan, imkan barəsində Temanın pulun verməliyəm, yən bu gün, saba da yarsın verim, saba uje deyəsən, götürəcəm də təzə partiya. Nə qədə imkan varsa, pul qoy da bu karlıma, brat, köçürüm, nolar, qadan alaram.» Cavab: «Gözdə olan qədər atmı» xx.xx.2023-də saat 23:44-də «Axundov» adlı hesabdan mesaj mətni: «OK» xx.xx.2023-də saat 23:45-da «Axundov» adlı hesabdan mesaj mətni: «Sagol brat» xx.xx.2023-də saat 00:26-da «Axundov» adlı hesabdan mesaj mətni: «Brat atirsan» Cavab: «Elə sənə yazırdım mən də» Cavab: «100 manat verəcəm 10 dənə təşkil eləsən» Cavab: «İstiyən var» xx.xx.2023-də saat 00:28-də «Axundov» adlı hesabdan mesaj mətni: «Ok» xx.xx.2023-də saat 00:28-də «Axundov» adlı hesabdan mesaj mətni: «Xardasan» Cavab: «Yasamaldayam» Cavab: «Gəlim axundova?» xx.xx.2023-də saat 00:28-da «Axundov» adlı hesabdan mesaj mətni: «Tez gal» Cavab: « Hara gəlim?» xx.xx.2023-də saat 00:29-da «Axundov» adı ilə qeyd olunmuş hesabdan daxil olmuş səsli mesaj: - «Brat, dünənki nəydi? 100 manat atassan da, yəni. İndi 10 nədi, şey istissən də, yani nisyə də, hə, brat?» Cavab: «Həəə» xx.xx.2023-də saat 00:30-da «Axundov» adı ilə qeyd olunmuş hesabdan daxil olmuş səsli mesaj: - «Nə qədəə gələssən inşallah? » Cavab: «15 dəqəyə ordayam» xx.xx.2023-də saat 00:30-da «Axundov» adlı hesabdan mesaj mətni: «Gal» xx.xx.2023-də saat 00:40-da «Axundov» adı ilə qeyd olunmuş hesabdan daxil olmuş səsli mesaj: - «Qaqa, səndə naliçkadı 100 manat, yoxsa kartdadı? Kartdadısa, köçürt də mənim kartıma. Çıxartmağ lazımdı, uşağın, opisinin kartına vurmağa da brat. Kartdasa, köçür, sən gələnə qədər vurum da, qağa» Cavab: «Nağddi gələndə verəcəm» xx.xx.2023-də saat 00:41-də «Axundov» adlı hesabdan mesaj mətni: «Ok» Cavab: «Burdayam çatdım» xx.xx.2023-də saat 00:58-də «Axundov» adı ilə qeyd olunmuş hesabdan daxil olmuş səsli mesaj: «Həə,yaxşı, qalxıram 2 dəyğəyə» xx.xx.2023-də saat 01:02-də «Axundov» adı ilə qeyd olunmuş hesabdan daxil olmuş səsli mesa j: - «Brad, burdayam e, 150-nin qabağındayam, qaqaş, səni görmürəm ama» Şahid1 Təqsirləndirilən şəxs aid və “Axundov” adı ilə qeyd olunmuş hesabın fotoşəklini göndərmiş, “Axundov” adlı hesaba məxsus "xxxx" ASC-yə aid **********376583 «Leobank» bank kartının fotoşəkli, “Axundov” adlı hesaba məxsus səsli mesaj göndərilmiş; ona “Yaxşı, Salamatçılığdı?”- adlı mesajla cavab verilmiş, yenidən “Axundov” adlı hesabdan məxsus səsli mesaj və yenə ona cavab olaraq “Yaxşı Hara gəlim?” - cavab mesajı göndərilmişdir. Bundan başqa, baxış zamanı, Şahid1 məxsus “Xiaomi RedMi” markalı mobil telefon aparatında yazılmış “kontaktlar” və “zənglər” tətbiqetməsinə baxış keçirilmiş, tətbiqetmələrin zəng siyahısında “Axundov” adı ilə Təqsirləndirilən şəxs istifadəsində olan 070- ***-**-** saylı mobil telefon nömrəsinin, “Sübhan” adı ilə Şahid2 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi və sair çoxsaylı kontaktın qeydiyyatının aparılması və çoxsaylı zənglər edilməsi, zənglərin daxil olmaması və buraxılmış zənglərin mövcud olması müəyyən olunmuşdur (cild 2, iş vərəqə 129-141). Əşyaya baxış keçirilməsi haqqında 25 mart 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus “Samsung” markalı “Galaxy A6” markalı mobil telefona baxış zamanı “messages” tətbiqetməsində Təqsirləndirilən şəxs məxsus +**********17 mobil telefon nömrəsinə xx.xx.2023-cü il tarixdə “Atom var birəz 5-10 gram lazımdı burdaam 150əninda” - mövzuda ismarıc mətni göndərilmişdir. Eyni zamanda “WhatsApp” tətbiqetməsi üzərindən müxtəlif mövzularında mətnli və səsli mesajlaşmaların aparılması, o cümlədən, həmin mobil telefonunda bir neçə qeydli, yəni əsasən “Aloo” adı ilə qeydə alınmış +98 **********; “Aom” adı ilə qeydə alınmış +**********40 telefon nömrələri olan hesablarla “WhatsApp” proqramında mesajlaşmalar aparılmış, amma həmin mesajlar silinmişdir. Bundan başqa, +995 593 642842 saylı mobil nömrəsinə aid hesabdan xx.xx.2023-cü il tarixdə mətni silinmiş mesajlaşma olmuş, bundan başqa xx.xx.2023-cü il tarixdə saat 22:14-də “+**********42” saylı nömrə ilə qeydiyyata alınmış hesabdan Təqsirləndirilən şəxs məxsus “WhatsApp” sosial media hesabına “Unibank “ASC-yə aid sahibi göstərilməyən **********434294 şifrəli “Leobank” bank kartının fotoşəkli göndərilmiş, xx.xx.2023 tarixdə saat 00:39-da həmin hesaba “+**********42” nömrə ilə qeydiyyata alınmış hesaba Təqsirləndirilən şəxs məxsus “WhatsApp” sosial media hesabından “Qaqa bəs sən gəlir misən, diyirdin bəs birəzdən gələcəm səə şad xəbər diyəcəm. Nə var nə yox, hardasan ki brat” - mövzuda səsli mesaj mətni göndərilmiş, daha sonra isə həmin gecə 00:56-də “WhatsApp” proqramında zənglə danışıqların aparılması müəyyən olunmuş, xx.xx.2023 tarixdə saat 00:57-də Təqsirləndirilən şəxs məxsus “WhatsApp” sosial media hesabından yenidən “+**********42” nömrə ilə qeydiyyata alınmış hesaba “Telefon söpəti döyül, görüşəndə danışarıx qaqulya kak visiqda bilmirsən? Neyniyirdin nə var nə yox kak nada da “-mövzuda səsli mesaj mətni göndərilmiş, xx.xx.2023 tarixdə saat 01:32-də “+**********42” nömrə ilə qeydiyyata alınmış hesabdan iş üzrə Təqsirləndirilən şəxs məxsus “WhatsApp” sosial media hesabına “Konum atım gəlirsən? Ya nətərr?mövzusuda səsli mesaj mətni göndərilmiş, Təqsirləndirilən şəxs məxsus “WhatsApp” sosial media hesabından “Ayhanayxan” adı ilə qeydiyyata almmış Şahid1 məxsus +**********21 mobil nömrə ilə qeydiyyata alınmış hesaba xx.xx.2023 tarixdə saat 19:10- də "xxxx" ASC-yə aid “**********376583 şifrəli “Leobank” bank kartının fotoşəkli, xx.xx.2023 tarixdə saat 01:02-də isə, "Brat burdayam ee 150-nin qabağında qaqaş səni görmürəm ama”- mövzuda səsli mesaj mətni göndərmiş, Təqsirləndirilən şəxs məxsus mobil telefon aparatında olan “soobhenie" adlı tətbiqetməsində +**********30 nömrəsindən "Mamed menem ilkin ezbeyov heykalin yanindayam” - mövzuda ismarıc mətni daxil olmuş, “Kənd Vaüap" adı ilə qeydə alınmış ********** mobil telefon nömrəsinin abunəçisinə "**********521400” - mövzuda ismarıc mətni göndərilmiş: - “Orxan Prius” adı ilə qeydə alınmış ***-***-**-** saylı mobil telefon abunəçisindən "Qaqash telfon mende deyil danısa bilmirem baskasöhbetler var 2-3 setden itirem ozum sennen elaqe sadlayacam yazdim ki aglivabasks hesne gelmesin ozum elaqe saxlayacam sennen, "Alem deyib bir birine p..p..a qarisib telfon söhbeti deyil ozum svyaz yaradacam sennen babekde gic gic yazib basimi xereb edib”, "Qaqash menim qapima geder sona mende baska söhbet ederem ferq elemir kim olur olsun senin söhbetin mennendi kimse aldanib dusmesin deyirem veziyet pisdi ozum sennen 2-3 gune elaqe saxlayacam”, "Sen bilisen ki men seen sene qarsi baska hereket elemerem aglinnanda kecirme meme 2-3 gun vaxt ver gorusecik yoluna qoyacayiq men indi berk p..dayam”, "Ozum bir dene mament tapıb yigacam sene”, "Qaqash telfonluq danismaq deyil uz be uz damisariq narahat olma hell edecem ozım bilirsen ki men nen sene pislik gelmez her seyi yoluna qoyacam”, "Bildim qaqash mende indi o veziyet deyil men bir p..a dusdum alemi qatmisam brat senide ozumude cixaracam vezuyetden 2-3 gun”, "Men baska yerdeyem axada bilmirem masinda aliblar mennen”, "Telfonnan danisada bilmirem ona gore mesaj yaziram” - mövzulara icmarıc mətnləri daxil olmuş və həmin telefon nömrəsinə "Nolufki”, "Xardasan indi”, "Salam”, "Orxan”, "Sani hozlairik noldu bas pul”, "Millat pulun istair bu guna dedim verarik”, "Orxan mana xaexu de ishimizi bilak mani sana gora nafas almağa imkan vermirlar srohnu o pulu gaitarmax kızimli buğun” və "San bela eladinsa nolar gor indi nolur man sana gor indi neha problem yaradiram sanda bax bu manim coxsagolymdu” mövzularda ismarıc mətnləri göndərilmiş; “Perviz Kafe” adı ilə qeydə alınmış +**********65 saylıl mobil telefon nömrəsinin abunəçisindən "Cayligin varsa cavab ver” - mövzuda ismarıc mətni daxil olmuşdur (cild 2, iş vərəqə 142-148). Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 10 aprel 2023-cü il tarixli 2047 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır (cild 2, iş vərəqə 188-189). İbtidai istintaq orqanının 18 aprel 2023-cü il tarixli qərarı ilə Şahid1 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmışdır (cild 2, iş vərəqə 256-259). İbtidai istintaq orqanının 18 aprel 2023-cü il tarixli qərarı ilə Şahid2 və X7 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmışdır (cild 2, iş vərəqə 263-266). İbtidai istintaq orqanının 18 aprel 2023-cü il tarixli qərarı ilə təqsirləndirilən şəxslər Şahid2, Şahid1 və Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitəni əldə etdiyi mənbənin müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmışdır (cild 2, iş vərəqə 270-273). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin məlumatından görünür ki, Təqsirləndirilən şəxs Rusiya Federasiyası Moskva şəhəri Babuşkin rayon xalq məhkəməsinin 05 avqust 1994-cü il tarixli hökmü ilə Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 224-cü maddəsinin 3-cü hissəsinin 44-cü bəndi ilə təqsirli bilinərək 02 il müddətinə şərti sınaq müddəti ilə azadlıqdan məhrumetmə cəzasına, Rusiya Federasiyası Moskva şəhəri Basman rayon məhkəməsinin 23 dekabr 2008-ci il tarixli hökmü ilə Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 30-cu maddəsinin 3-cü hissəsinin, 158-ci maddəsinin 2-ci hissəsinin “Q” bəndi ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına, Rusiya Federasiyası Moskva şəhəri Presnen rayon məhkəməsinin 29 dekabr 2011-ci il tarixli hökmü ilə Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 30-cu maddəsinin 3-cü hissəsinin, 158-ci maddəsinin 2-ci hissəsinin “Q” bəndi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına, Rusiya Federasiyası Moskva şəhəri Tversk rayon məhkəməsinin 10 dekabr 2013-cü il tarixli hökmü ilə Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 30-cu maddəsinin 3-cü hissəsi və 161-ci maddəsinin 1-ci hissəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 11 aprel 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci və 234.1-ci maddələri ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 25 may 2016-cı il tarixli qərarına əsasən cəzası 02 il müddətinə endirilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 18 avqust 2016-cı il tarixli qərarı ilə cəzası daha 06 ay azaldılaraq 01 il 06 ay müddətinə endirilmiş, 15 noyabr 2016-cı il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Daha sonra Türkiyə Respublikası İstanbul şəhəri “Bakırköy 6 Sülh Cəza” Hakimliyi tərəfindən Türkiyə Respublikası Cəza Qanununun 144/2 maddəsinin 1-ci bəndi ilə təqsirli bilinərək, 22 sentyabr 2017-ci il tarixdə həbs olunmuş və 30 oktyabr 2017-ci il tarixdə Türkiyə Respublikası İstanbul şəhəri “Bakırköy 27 Adlıye Cəza” Məhkəməsi tərəfindən azad olunmuşdur. Bundan başqa Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 20 oktyabr 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2-ci, 177.2.5-ci və 234.1-ci maddələri ilə təqsirli bilinərək 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 03 fevral 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə 01 il 06 ay 11 gün müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Salyan Rayon Məhkəməsinin 20 dekabr 2021-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsi 06 ay müddətinə azaldılmış, 22 fevral 2022-ci il tarixdə cəza müddətinin sona çatması ilə əlaqədar azad olunmuşdur (cild 2, iş vərəqə 93- 94, 176-181). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Təqsirləndirilən şəxs cəzadan azad olunandan sonra məhkumluğun götürülməsi üçün zəruri olan iki il müddət keçmədiyinə görə onun barəsində məhkumluq ödənilməmiş hesab edilməlidir. Bu hal isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən onun əməlində cinayətlərin residivini yaradır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmişdir, başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli Qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li Qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitənin çəkisinin az olması barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Onun öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü bu mülahizəsi yuxarıda göstərilən sübutlarla cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, axtarış və götürmə aparılması haqqında protokol, həmin protokola əlavə edilmiş videoçəkiliş, iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə tam təkzib olunur. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Həmçinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək səmimi peşman olmasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal qismində nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivini Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 01 fevral 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 02 fevral 2023-cü il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 01 fevral 2023-cü il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 117, cild 2, iş vərəqə 63-65). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 01 fevral 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Bakı şəhəri Səbail rayon Polis İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkisi 5075,02 qram təşkil edən qurudulmuş marixuana və 02 ədəd elektron tərəzi məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış, nəqliyyat vasitəsində axtarış və götürmə aparılması, Şahid2 və X7 üzərinə şəxsi axtarış və götürmə aparılması, Şahid1 üzərinə şəxsi axtarış və götürmə aparılması və mənzildə təxirəsalınmaz axtarış və götürmə aparılması ilə bağlı videogörüntüləri özündə əks etdirən 06 ədəd DVD disk, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təqdim olunmuş 02 ədəd disk cinayət işinin materiallarında saxlanılmalı, 01 ədəd “Samsung” markalı “Galaxy A6” modelli mobil telefon aparatı Təqsirləndirilən şəxs ailə üzvlərinə qaytarılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 312 (üç yüz on iki) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir (cild 1, iş vərəqə 140,145,150, 208). Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Başqa sözlə, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi məhkəmə zamanı Bakı şəhəri 22 saylı Vəkil Bürosunun hesabına vəkil X11 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla, məhkəmə mərhələsində göstərilmiş 42 iş saatı həcmində hüquqi yardımla bağlı X1 vəkil işlədiyi Bakı şəhəri 22 saylı Vəkil Bürosunun hesabına 252 (iki yüz əlli iki) manat məbləğində pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 01 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin. İş üzrə maddi sübutlar: - Bakı şəhəri Səbail rayon Polis İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkisi 5075,02 qram təşkil edən qurudulmuş marixuana və 02 ədəd elektron tərəzi məhv edilsin; - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış, nəqliyyat vasitəsində axtarış və götürmə aparılması, Şahid2 və X7 üzərinə şəxsi axtarış və götürmə aparılması, Şahid1 üzərinə şəxsi axtarış və götürmə aparılması və mənzildə təxirəsalınmaz axtarış və götürmə aparılması ilə bağlı videogörüntüləri özündə əks etdirən 06 ədəd DVD disk, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təqdim olunmuş 02 ədəd disk cinayət işinin materiallarında saxlanılsın; - 01 ədəd “Samsung” markalı “Galaxy A6” modelli mobil telefon aparatı Təqsirləndirilən şəxs ailə üzvlərinə qaytarılsın. Təqsirləndirilən şəxs 312 (üç yüz on iki) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 22 saylı Vəkil Bürosunun hesabına vəkil X11 üçün 252 (iki yüz əlli iki) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar