Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1379/2021 10.12.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Siyavuş Həbib oğlu (sədrlik edən), Salmanov Rahib Vaqif oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə məhkəmə iclasının katibi X6, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı və müdafiəçilər - Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və X3, Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakı ilə, xx xxxx 1982-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış, 18 mart 2021-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X1 saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 304.1-ci maddələri иля, xx xxx 1970-ci il tarixdə Ermənistan Respublikasının Masis rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış 17 mart 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234,4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla, 18 mart 2021-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilərək Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq təcridxanasmda saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə külli miqdarda narkotik vasitə və psixotrop maddələri əldə edib, daşımaqla saxlamış və cinayət işi üzrə barəsində Bakı şəhəri, Nizami rayon məhkəməsində həbs qətimkan tədbiri seçilməklə həbs edildikdən sonra mühafizə altından qaçmışdır. belə ki, o, külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə edib satmaq məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, Bakı şəhəri ərazisində müxtəlif şəxslərə satıb gəlir əldə etmək məqsədilə aralarında aparılmış vəzifə bölgüsünə əsasən, 12 mart 2021-ci il tarixdə qrup üzvü Təqsirləndirilən şəxs2 şəxsiyyəti müəyyən edilməmiş «Şəhrəm» adlı İran İslam Respublikasının vətəndaşından ümumi təmiz çəkisi 94,266 qram narkotik vasitə heroini və təmiz çəkisi 57,095 qram psixotrop maddə metamfetamini əldə edib, ona verdikdən sonra satış məqsədi ilə həmin narkotik vasitə və psixotrop maddəni 16 mart 2021-ci il tarixədək daşımaqla üzərində saxlamış və Bakı şəhəri, Nizami RPİ-nin Narkotiklərə qarşı Mübarizə Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 16 mart 2021-ci il tarixdə saat 03 radələrində Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 79 №-li evin qarşısında saxlanılaraq Nizami rayonu 127 ünvanında yerləşən Bakı şəhəri, Nizami RPİ-nin inzibati binasına gətirilmiş və orada üzərinə baxış keçirilən zaman əynində olan göy rəngli gödəkçənin sol yan cibindən iki ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 46,941 qram və 47,325 qram, ümumi təmiz çəkisi 94,266 qram külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd sellofan bükümdə təmiz çəkisi 57.095 qram külü miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan sonra, Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməllərinə görə Bakı şəhəri, Nizami RPİ-nin İstintaq şöbəsində ibtidai istintaqı aparılan cinayət işi üzrə Azərbaycan Respublikası CMnin 234.4.1 və 234.4,3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq 18 mart 2021ci il tarixdə saat 10:30 radələrində Bakı şəhəri, Nizami rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçildikdən sonra Nizami RPİ-nin X7 ezam olunmuş Nizami RPİ-nin Post- Patrul Xidməti Bölüyünün əməkdaşları tərəfindən mühafizə olunarkən cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə ünvan 5 ünvanında yerləşən Bakı şəhəri, Nizami rayon məhkəməsinin inzibati binasının yaxınlığında dayanmış Bakı şəhəri, Nizami RPİ-nin istifadəsində olan «Fiat Doblo» markalı **-PB-*** dövlət qeydiyyat nişanlı xüsusi xidməti avtomobilin tutulmuş şəxslər üçün nəzərdə tutulan xüsusi saxlama yerini tərk edərək mühafizə altından qaçmışdır. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 304.1-ci maddələri ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə külli miqdarda narkotik vasitə və psixotrop maddələri əldə edib, daşımaqla saxlamışdır: belə ki, o, külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə edib satmaq məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, Bakı şəhəri ərazisində müxtəlif şəxslərə satıb gəlir əldə etmək məqsədilə aralarında aparılmış vəzifə bölgüsünə əsasən, 2021-ci ilin mart aymın əvvəllərində şəxsiyyəti istintaqla araşdırılan «Şəhrəm» adlı İran İslam Respublikasının vətəndaşından ümumi təmiz çəkisi 94,266 qram narkotik vasitə heroini və təmiz çəkisi 57,095 qram psixotrop maddə metamfetamini əldə edib, daşımaqla üzərində saxlamış və satış məqsədi ilə 12 mart 2021-ci il tarixdə qrup üzvü Təqsirləndirilən şəxs1 verdikdən sonra sonuncu Bakı şəhəri, Nizami RPİ-nin Narkotiklərə qarşı Mübarizə Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 16 mart 2021-ci il tarixdə saat 03 radələrində saxlanılaraq Nizami rayonu 127 ünvanında yerləşən Bakı şəhəri, Nizami RPİ-nin inzibati binasına gətirilib üzərinə baxış keçirilən zaman Təqsirləndirilən şəxs1 əynində olan göy rəngli gödəkçənin sol yan cibindən iki ədəd sellofan bükümdə ayrıayrılıqda təmiz çəkiləri 46,941 qram və 47,325 qram, ümumi təmiz çəkisi 94,266 qram külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd sellofan bükümdə təmiz çəkisi 57,095 qram külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüş, eləcə də əməliyyat-axtarış tədbirlərinin davamı olaraq 16 mart 2021-ci il tarixdə saat 4 radələrində Təqsirləndirilən şəxs2 Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsində saxlanılaraq Bakı şəhəri, Nizami RPİ-nin inzibati binasına gətirilib üzərinə baxış keçirilən zaman onun əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən bir ədəd kibrit qutusunun içərisində təmiz çəkisi 2,850 qram miqdarda şəxsi istehlak miqdarında çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana və içərisində psixotrop maddə metamfetamin izləri olan bir ədəd şüşə borucuq aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham verilmişdir. Məhkəmə zamanı Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, bir ilə yaxındır ki, narkotik vasitə olan heroin və metamfetaminin qəbulu ilə məşğul olmuş, 12 mart 2021-ci il tarixdə saat təxminən 15 radələrində üç il ərzində tanıdığı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan razılıqları əsasında Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, «Maşallah» marketin qarşısında görüşmüşdür. Belə ki, oradakı görüşə məqsəd bir neçə gün əvvəl Çərkəz Ramazannovla əlaqə saxlayaraq Öz istifadəsi üçün təxminən 100 qram heroin və 50 qram metamfetamin istəmişdir. Həmin nakotik vasitələrin hər qramına görə 15 manat pul ödəməyə, lakin həmin pulu bir qədər sonra ödəməyə razılaşmışdır. Bundan sonra həmin tarixdə «Maşallah» marketin qarşısında görüşüb orada Təqsirləndirilən şəxs2 cibində olan sellofana bükülmüş iki bükümdə olan razılıq əldə olunmuş narkotik vasitələri ona vermiş və o, həmin yerdən uzaqlaşmış, narkotik vasitələri də üzərində saxlamışdır. 16 mart 2021-ci il tarixdə saat 03 radələrində şəxsi işi ilə bağlı Nizami rayonu, ünvan 8 ünvanda yerləşən «Bakı Medical Plaza»nın yaxınlığında olduğu zaman iki nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq özlərini təqdim edərək polis işçiləri olduqlarını bildirmiş, onu Nizami rayon Polis İdarəsinə dəvət etmişlər. Orada xidməti otaqların birində video çəkilişdən istifadə olunmaqla üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilməklə, üzərində olan hər hansı qeyri-qanuni əşyanın təqdim edilməsi təklif edilmişdir. Əynində olan göy rəngli gödəkcənin sol yan cibində saxladığı bir ədəd sellofan bükümdə olan gümüşü narkotik vasitə heroin və bir ədəd sellofan bükümdə olan psixotrop maddə metamfetamini təqdim etmişdir. Sorğu zamanı təqdim etdiyi bükümlərin içərisində olan kütlənin heroin və metamfetamin olduğunu bildirmiş, həmin narkotik vasitələri Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, «Maşallah» marketin qarşısında Təqsirləndirilən şəxs2 şəxsi istifadəsindən ötrü almışdır. Bundan sonra ondan götürülmüş narkotik vasitə heroin və psixotrop maddə metamfetamin bükümü zərfə qablaşdırılaraq DİN-in 162 saylı möhürü ilə möhürlənmiş və bu barədə müvafiq protokol tərtib edilmişdir. Təqsirləndirilən şəxs2 narkotik vasitəni alarkən sonuncuya hər hansı məbləğdə pul verməmiş, lakin sonradan hər qramına görə ona 15 manat pul verəcəyinə dair razılaşmışlar. 17 mart 2021-ci il tarixdə ona Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham elan edilmiş, 18 mart 2021-ci il tarixdə o, və Təqsirləndirilən şəxs2 barələrində həbs qətimkan tədbirinin seçilməsindən ötrü «Fiat Doblo» markalı **-PB-*** dövlət qeydiyyat nişanlı avtomaşında polis əməkdaşlarının müşaiyəti ilə Nizami rayon məhkəməsinə aparılmış, Nizami rayon məhkəməsi tərəfindən barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Bundan sonra, polis əməkdaşı onu Nizami rayon məhkəməsindən çıxarıb məhkəmənin arxasında avtoyuma məntəqəsinin yanında dayanmış «Fiat Doblo» markalı **-PB-*** dövlət qeydiyyat nişanlı avtomaşının yanma gətirib avtomaşının xüsusi saxlama yerinə əyləşdirmişdir. Polis əməkdaşı onu avtomaşına mindirən zaman qoluna bağlı olan qandalı açsa da, onun qolunda olan qandalı saxlamış, avtomaşının qabaq hissəsində də iki nəfər polis əməkdaşı əyləşmişdir. Onu avtomaşına gətirən polis əməkdaşı bir müddət keçdikdə avtomaşından uzaqlaşdıqdan sonra o qaçmaq qərarına gəlmiş və avtomaşının qapısının üzərində olan dəstəyi aşağı dartdıqda qapı açılmışdır. Avtomaşından düşüb avtoyuma məntəqəsinin qarşısından keçib məhkəmə ilə üzbəüz olan binanın həyətinə daxil olmuş, avtomaşında əyləşən polis əməkdaşları da avtomaşından düşüb dalınca qaçmağa başlamış, binanın həyətinə daxil olduqdan sonra bir qədər qaçıb sağa dönmüş və orada gizlənib yerdən götürdüyü məftil ilə qolundakı qandalı açıb yerə atmışdır. Bundan sonra qaçıb yola çıxmış və orada tanımadığı taksi fəaliyyəti ilə məşğul olan avtomaşına daxil olaraq oradan uzaqlaşmışdır. İzini itirmək üçün Həzi Aslanov qəsəbəsinə getmiş və bir neçə saat həmin yerdə binaların arasında gizlənmiş, 19 mart 2021-ci il tarixdə səhər saatlarında Nizami RPİ-nin əməkdaşları tərəfindən həmin yerdə saxlanılaraq RPİ-nin MSY-nə təhvil verilmişdir. Cinayət məsuliyyətinə cəlb olunmaqdan qorxmuş, düşdüyü vəziyyətdən çıxmaq üçün qaçmaq qərarına gəlmiş, ruhi cəhətdən sağlamdır, tutularkən və üzərinə baxış keçirilməsi zamanı Nizami rayon Polis İdarəsinin əməkdaşları tərəfindən heç bir təzyiqə məruz qalmamışdır. Məhkəmə zamanı Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs1 narkotik vasitə satmamış,aralarında narkotik vasitələrin satışı ilə bağlı heç bir söhbət olmamış, narkotik vasitəni Müşfiqə pay olaraq vermiş, belə ki, Təqsirləndirilən şəxs1 narkomaniya xəstəsi olduğunu bilmiş və sonuncu xahiş etdiyi üçün Təqsirləndirilən şəxs1 iki bükümdə narkotik vasitə vermişdir, həmin narkotik vasitəni təsadüfən iranlı sürücülər yerə atdıqdan sonra götürüb özündə saxlamışdır. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi və məhkəmə zamanı elan edilərək tədqiq edilmiş ifadəsində göstərmişdir ki, 2005-ci il tarixdən 2020-ci ilin fevral ayınadək İran İslam Respublikasına zəvvarların avtobusla daşınması ilə məşğul olmuş, avtobus sürücüsü olmuşdur. Uzun müddətdir ki, narkotik vasitə olan marixuana qəbul etmiş, 3-4 ilə yaxın tanıdığı İran İslam Respublikası vətəndaşı olan «Şəhmər» adlı şəxs təxminən 20 gün əvvəl onunla əlaqə saxlayaraq ümumilikdə 150 qram narkotik vasitə heroin və psixotrop maddə metamfetamin satdığını, həmin narkotik vasitəni Bakı şəhərində hər hansı bir ünvana qoyduqdan sonra ona bu barədə məlumat verəcəyini və onun həmin narkotik vasitəni oradan götürə biləcəyini qeyd etmişdir. O, da narkotik vasitələrin satışı ilə məşğul olan tanışı Təqsirləndirilən şəxs1la əlaqə saxlayaraq belə bir təklifin ona verildiyini bildirmiş, narkotik vasitələrin alınması üçün İran vətəndaşının dedikləri əsasında 2.300 manat pul kartla Ödəməli olmuşdur. Müşfiq həmin təklif ilə razılaşmış və həmin məbləğdə pul vəsaitinin olduğunu demiş, o da Qaraçuxur qəsəbəsində mart ayının əvvəllərində tarix yadında olmayan gündə görüşərək həmin miqdarda pulu Təqsirləndirilən şəxs1 almış, sonuncu ilə birlikdə pul köçürmə terminalından «Şəhmər» adlı İran vətəndaşının göndərdiyi kart nömrəsinə dediyi məbləğdə pulu köçürmüşdür. Həmin günün axşamı «Şəhmər» adlı şəxs onunla əlaqə saxlayaraq Nizami rayonu ərazisində yerləşən «Şəfa» stadionunun yaxınlığına qeyd olunan narkotik vasitəni qoyduğunu bildirmişdir. O da həmin əraziyə gedərək narkotik vasitəni oradan götürüb cibinə qoymuş və Təqsirləndirilən şəxs1 ilə əlaqə saxlayaraq Qaraçuxur qəsəbəsində yerləşən «Maşallah» marketin yaxınlığında iki ədəd sellofan bükümdə olan həmin narkotik vasitələri tam şəkildə sonuncuya vermişdir. 16 mart 2021-ci il tarixdə saat 04 radələrində tanışı Elçin Babayevdən özünə məxsus avtomobillə onu Bakıxanov qəsəbəsi, «Stansiya» deyilən əraziyə aparmağı xahiş etmiş, orada olduğu zaman iki nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq özlərini təqdim edərək polis işçiləri olduğunu bildirmiş və onu Nizami rayon Polis İdarəsinə dəvət etmişlər. Orada xidməti otaqların birində videoçəkilişdən istifadə olunmaqla üzərinə şəxsi axtarış keçiriləcəyi ona bildirildikdə üzərində hər hansı qeyri-qanuni əşyanın təqdim etməsi təklif edilmişdir. Təklifə əsasən əynində olan qara rəngli gödəkçənin sağ yan cibində saxladığı bir ədəd kibrit qutusunda olan marixuananı və bir ədəd matemfetaminin çəkilməsi üçün istifadə etdiyi «trubka» formalı əşyanı təqdim etmiş, sorğu zamanı təqdim etdiyi kibrit qutusunun içərisində olan kütlənin marixuana olduğunu, marixuananı anket məlumatlarını bilmədiyi, üzdən tanıdığı şəxsdən Bakıxanov qəsəbəsində 15 mart 2021-ci il tarixdə axşam saatlarında özü üçün istifadə etməkdən ötrü almışdır. Bundan sonra ondan götürülmüş narkotik vasitə olan marixuana zərfə qablaşdırılaraq DİN-in 162 saylı möhürü ilə möhürlənmiş, bu barədə müvafiq protokol tərtib edilmişdir. Narkotik vasitə heroin və metamfetamini «Şəhmər» adlı İran vətəndaşından alarkən sonuncuya Təqsirləndirilən şəxs1 ilə birlikdə 2.300 manat pul göndərmiş, «Şəhmər» telefonuna gizli nömrə ilə zəng vuraraq əlaqə saxlamışdır. Narkotik vasitə olan marixuananı aldığı şəxs orta boylu, arıq bədən quruluşlu, 30-35 yaşlarında olmaqla əynində qara şalvar və qara rəngli gödəkçə olmuş, Təqsirləndirilən şəxs1 istintaqa vermiş olduğu ifadəsində alınmış narkotik vasitələrə görə hər hansı bir miqdarda pul vermədiyini, gələcəkdə hər qramına görə 15 manat pul verəcəyini bildirməsi ilə əlaqədar dedikləri doğru olmamış, Təqsirləndirilən şəxs1 ona 2.300 manat pul verərək birlikdə həmin pulu göndərmişlər. Göstərilən narkotik vasitələrin almıb-satılmasmda iştirakına görə və həmin əlaqələri təşkil etdiyinə görə Təqsirləndirilən şəxs1 ara-sıra ona istifadə etmək üçün metamfetamin vermişdir. Ruhi cəhətdən sağlamdır, polis əməkdaşları tərəfindən heç bir təzyiqə məruz qalmamışdır. Təqsirləndirilən şəxs1 ilə birlikdə 2.300 manat pulu pulköçürmə terminalından “Şəhmər” adlı İran İslam Respublikasının vətəndaşının göndərdiyi kart nömrəsini, İran İslam Respublikasının vətəndaşının istifadəsində olan mobil nömrəsini, terminalın harada yerləşməsini unutmuşdur. Azərbaycan Respublikasının CPM-in 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir; hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir; cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir; məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri iş üzrə sübut növləri kimi qəbul edir. İş üzrə şahid qismində dindirilmiş Bakı şəhəri, Nizami RPİ-nin Narkotiklərə qarşı Mübarizə Bölməsinin əməliyyat müvəkkili polis leytenantı Şahid1 ifadəsində göstərmişdir ki, 16 mart 2021-ci il tarixdə idarəyə «Müşfiq» adlı şəxsin mütamadi olaraq narkotik maddələrin əldə edilməsi, saxlanması, qəbulu və satışı ilə məşğul olması barədə daxil olmuş məlumat əsəsında o və iş yoldaşı Xəlil Atakişiyev tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində Təqsirləndirilən şəxs1 Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 79 ünvanında saxlanılaraq Nizami RPİ-nə gətirilmiş və orada onun və iş yoldaşı Xəlil Atakişiyevin iştirakları ilə Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman sonuncuya üzərində saxlanılması qadağan olunmuş əşya və ya predmet olduğu təqdirdə təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs1 heç bir etiraz bildirmədən gödəkcənin sol yan cibindən 1 ədəd sellofan bükümdə ağ rəngli kristal toz formasında spesifik iyə malik olan kütləni təqdim edərək həmin maddənin metamfetamin kimi tanıdığı narkotik vasitə olduğunu, 1 ədəd bükümün içində olan iki ədəd bükümdə isə tünd qəhvəyi rəngli spesifik iyə malik olan kütləni təqdim edərək həmin maddənin heroin kimi tanıdığı narkotik vasitə olduğunu bildirməklə, həmin narkotik vasitəni və psixotrop maddəni 12 mart 2021-ci il tarixdə saat 15 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində tanışı Təqsirləndirilən şəxs2 aldığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Həmin narkotik vasitəyə oxşar maddələr götürülüb qablaşdırılaraq DİN-in 162 saylı möhürlə möhürlənmiş, bundan sonra tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 16 mart 2021-ci il tarixdə saat 04 radələrində Çərkəz X2 idarə etdiyi avtomobildə saxlanılaraq Nizami RPİ-nə gətirilmiş və orada iştirakıları ilə üzərlərinə şəxsi axtarış və götürmə keçirilən zaman Təqsirləndirilən şəxs2 heç bir etiraz bildirmədən könüllü olaraq əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən 1 ədəd kibrit qutusunu çıxararaq içərisində olan yaşıl rəngli spesifik iyə malik olan kütləni təqdim edərək həmin maddənin narkotik vasitə marixuana olduğunu bildirmiş, həmin maddə götürülüb qablaşdırılaraq DİN-in 162 saylı möhürlə möhürlənmişdir. X4 üzərinə və sonuncunun idarə etdiyi «Nissan X-Trail» markalı **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobilinə baxış keçirilən zaman heç bir qeyri-qanuni əşya və ya məddə aşkar edilməmişdir. Bundan sonra 18 mart 2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməllərinə görə Bakı şəhəri, Nizami RPİ-nin İstintaq şöbəsində ibtidai istintaqı aparılan cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3- cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq 18 mart 2021-ci il tarixdə saat 10:30 radələrində Bakı şəhəri, Nizami rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçildikdən sonra Nizami RPİ-nin X7 ezam olunmuş Post-patrul Xidməti Bölüyünün əməkdaşları tərəfindən mühafizə olunarkən cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə ünvan 5 ünvanında yerləşən Nizami rayon məhkəməsinin inzibati binasının yaxınlığında dayanmış Bakı şəhəri, Nizami RPİ-nin istifadəsində olan «Fiat Doblo» markalı 99-PB- 332 dövlət qeydiyyat nişanlı xüsusi xidməti avtomobilin tutulmuş şəxslər üçün nəzərdə tutulan xüsusi saxlama yerini tərk edərək mühafizə altından qaçması barədə daxil olmuş məlumat əsasında onun və digər polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində 19 mart 2021-ci il tarixdə səhər saatlarında Təqsirləndirilən şəxs1 Bakı şəhəri, Xətai rayonu, H Aslanov qəsəbəsində saxlanılaraq Bakı şəhəri, Nizami RPİ-nin MSY-nə təhvil verilmişdir. Məhkəmə zamanı şahid qismində dindirilmiş Bakı şəhəri, Nizami RPİ-nin Post-patrul Xidməti Bölüyünün polis nəfəri polis serjantı Şahid2 ifadə verərək göstərmişdir ki, 2016-cı ilin avqust ayından etibarən Bakı şəhəri Nizami RPİ-nin Post-patrul xidməti bölüyünün polis nəfəri vəzifəsində işləmiş, təxminən üç ildir ki, Nizami rayon Polis İdarəsi rəisinin daxili əmri ilə Polis idarəsinə Postpatrul xidməti bölüyünün X7 ezam olunmuşdur. Müvəqqəti saxlama yerində xidməti vəzifələri barəsində həbs qətimkan tədbiri seçilmiş, şübhəli şəxs qismində saxlanılmış və təqsirləndirilən şəxslərin X7 qəbul edib, oradan çıxartmaq, həmin şəxslərin İstintaq təcridxanasına, X7, məhkəməyə köçürülməsini təşkil etməkdən ibarət olmuş, vəzifə təlimatına əsasən bütün köçürülmələr zamanı tutulmuş şəxslərin hər iki qoluna qandal bağlanılması nəzərdə tutulmuşdur. Hadisə baş verən gün, yəni 18 mart 2021 -ci il tarixdə, Nizami RPİ-nin MSY-də İŞ-nin baş müstəntiqi Kənan Rzayevin 17 mart 2021 -ci il tarixli qərarlarına əsasən əvvəlcədən tanımadığı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və X5 rayon məhkəməsinə aparmışdır. Təqsirləndirilən şəxs1 və X5 və sonuncuları ilk dəfə MSY-də görmüş, saat 10:30-da Təqsirləndirilən şəxs1 Nizami rayon məhkəməsinə köçürülməsini təmin etmək üçün qandalın bir hissəsini öz qoluna digər hissəsini Təqsirləndirilən şəxs1 qoluna taxıb RPİ-nin istifadəsində olan «Fiat Doblo» markalı **-PB-*** dövlət qeydiyyat nişanlı xüsusi xidməti avtomobilin arxa hissəsində əyləşdirmişdir. Təqsirləndirilən şəxs1 başqa Təqsirləndirilən şəxs2 da polis serjantı Tural Həsənov tərəfindən gətirilərək həmin avtomaşına mindirilmiş və o sonuncuların arasında əyləşmişdir. Nizami rayon məhkəməsinə çatan zaman o, Təqsirləndirilən şəxs1 məhkəmə iclasının keçiriləcəyi zalın təyin olunmuş yerinə aparmış, hakim Nəriman Mehdiyev Təqsirləndirilən şəxs1 barəsində 4 ay müddətinə həbs qətimkan tədbirinin seçilməsi barədə qərar qəbul edilmiş, məhkəmə iclasından sonra Təqsirləndirilən şəxs1 «Fiat Doblo» markalı **-PB-*** dövlət qeydiyyat nişanlı avtomaşının tutulmuş şəxslər üçün xüsusi saxlama yerinə mindirmiş və sonradan qandalı öz qolundan açmış, Təqsirləndirilən şəxs1 bir qolunda qandal qalsa da, digər qolu sərbəst qalmış, təxminən beş-altı dəqiqə avtomaşının yanında dayandıqdan sonra rayon məhkəməsinin daxilindən səs gəldiyindən nə baş verməsini öyrənmək üçün məhkəməyə daxil olmuş, kiminsə qışqırmasına görə səs olduğunu anlayıb iki dəqiqə sonra avtomaşının yanına qayıtmışdır. Qayıdan zaman Təqsirləndirilən şəxs1 qaçdığını və avtomaşında qalan polis nəfərləri Vüsal Həsənov və Zülfüqar Ələkbərov də Təqsirləndirilən şəxs1 təqib etdiklərini görmüşdür. O da Təqsirləndirilən şəxs1 arxasınca qaçsa da, nə o, nə digər polis əməkdaşları Təqsirləndirilən şəxs1 yaxalaya bilməmiş, dərhal Nizami RPİ-yə məlumat vermiş, 19 mart 2021-ci il tarixdə səhərə yaxın Təqsirləndirilən şəxs1 Nizami RPİ-nin əməkdaşları tərəfindən saxlanılaraq MSY-nə gətirilmişdir. İşdə olan şəxsi axtarış və götürmə haqqında 16 mart 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 gödəkçəsinin sol yan cibindən 1 ədəd sellofan bükümdə ağ rəngli kristal toz formasında spesifik iyə malik olan kütləni təqdim edərək həmin maddənin metamfetamin kimi tanıdığı narkotik vasitə olduğunu, 1 ədəd bükümdə tünd qəhvəyi rəngli spesifik iyə malik olan kütləni təqdim edərək həmin maddəni heroin kimi tanıdığını bildirməklə, aşkar edilmiş həmin maddələr qablaşdırılaraq götürülmüşdür (1-ci cild iş vərəqi 27-28). İşdə olan şəxsi axtarış və götürmə haqqında 16 mart 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 qara rəngli gödəkçəsinin sağ yan cibindən 1 ədəd kibrit qutusunu çıxararaq içərisində olan yaşıl rəngli spesifik iyə malik olan kütləni təqdim edərək həmin maddənin marixuana kimi tanıdığını, 1 ədəd «trubka» formalı əşyanı isə çıxararaq həmin əşyanı narkotik vasitə qəbul etmək üçün üzərində gəzdirdiyini bildirməklə, aşkar edilmiş həmin maddə və əşya qablaşdırılaraq götürülmüşdür (1-ci cild iş vərəqi 58-59). İşdə olan «DVD» diskə baxış keçirilməsi haqqında 11 may 2021-ci il tarixli protokoldan görünür ki, 16 mart 2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 üzərinə videoçəkiliş aparılmaqla keçirilmiş şəxsi axtarış və götürmə zamanı sonuncu gödəkcəsinin sol yan cibindən 1 ədəd sellofan bükümdə ağ rəngli kristal toz formasında spesifik iyə malik olan kütləni təqdim edərək həmin maddənin metamfetamin kimi tanıdığı narkotik vasitə olduğunu, içərisində iki ədəd kiçik bükümlər olan digər 1 ədəd bükümün içərisində tünd qəhvəyi rəngli spesifik iyə malik olan kütləni təqdim edərək həmin maddəni heroin kimi tanıdığı narkotik vasitə olduğunu və həmin narkotik vasitələri tanışı Təqsirləndirilən şəxs2 Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində 12 mart 2021-ci il tarixdə saat 15 radələrində şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir (2-ci cild iş vərəqi 32). İşdə olan «DVD» diskə baxış keçirilməsi haqqında 11 may 2021-ci il tarixli protokoldan görünür ki, 16 mart 2021-ci il tarixdə Təqsirləndirilən şəxs2 üzərinə videoçəkiliş aparılmaqla keçirilmiş şəxsi axtarış və götürmə zamanı sonuncu əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən bir ədəd kibrit qutusunu çıxararaq içərisində olan yaşıl rəngəli spesifik iyə malik olan kütləni təqdim edərək həmin maddənin marixuana kimi tanıdığını narkotik vasitə olduğunu, şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini, «trubka» formalı əşyanı çıxararaq həmin əşyanı narkotik vasitə qəbul etmək üçün üzərində gəzdirdiyini demişdir (2-ci cild iş vərəqi 31). İşdə olan məhkəmə fıziki-kimyəvi ekspertiza üzrə 17 mart 2021-ci il tarixli 6/1078 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Saxlanılan şəxs Təqsirləndirilən şəxs1 üzərindən götürülən» sözləri olan bir ədəd zərfdəki iki ədəd bükümdə təmiz çəkisi 46,941 və 47,325 ümumi təmiz çəkisi 94,266 qram qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Digər bir ədəd sellofan bükümündə təmiz çəkisi 57,095 qram olan ağ rəngli kristallik formada maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir; heroin 28 iyun 2005ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələr»in siyahısına (Siyahı İ), metamfetamin isə «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələr»in siyahısına (Siyahı İ) daxildir (1-ci cild iş vərəqi 97-102). İşdə olan məhkəmə-bioloji ekspertiza üzrə 17 mart 2021-ci il tarixli 7/279-6/1081 nömrəli ekspert rəyindən görünür ki, «Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunan maddi sübutlar.. » yazısı və imzalar olan zərfdə təmiz çəkisi 2,850 qram bitki mənşəli kütlələrin tərkibində narkotik vasitə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır; təqdim edilmiş şüşə borucuq və şüşə qırıntılarının içərisində psixotrop maddə olan metamfetaminin izləri vardır; metamfetamin iz şəklində olduğundan onun çəkisini müəyyən etmək mümkün deyildir (1-ci cild iş vərəqi 103-107). İşdə olan məhkəmə-narkoloji ekspertiza üzrə 24 iyun 2021-ci il tarixli 2059 nömrəli ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 çətənə bitkisi preparatlarından suiistifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır; ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (2-ci cild iş vərəqi 200-201). İşdə olan məhkəmə-narkoloji ekspertiza üzrə 25 iyun 2021-ci il tarixli 2074 nömrəli ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamftamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur; narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır; ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (2-ci cild iş vərəqi 202-203). İşdə olan DİN-in BƏSİİ-dən alınmış 7 aprel 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır (2-ci cild iş vərəqi 62-63) İşdə olan DİN-in BƏSİİ-dən alınmış 7 aprel 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır (2-ci cild iş vərəqi 64-65). İşdə olan şübhəli şəxsin tutulması haqqında 16 mart 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 16 mart 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (1-ci cild iş vərəqi 18). İşdə olan Nizami Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs müddətinin başlanğıcı tutulduğu 16 mart 2021-ci il tarixdən hesablanmışdır (1-ci cild iş vərəqi 176-180). İşdə olan şübhəli şəxsin tutulması haqqında 16 mart 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 16 mart 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (1-ci cild iş vərəqi 18). İşdə olan Nizami Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs müddətinin başlanğıcı tutulduğu 16 mart 2021-ci il tarixdən hesablanmışdır (1-ci cild iş vərəqi 181-185). İşdə olan materiallardan görünür ki, Təqsirləndirilən şəxs1 18 mart 2021-ci il tarixdə saat 10- 11 radələrində barəsində həbs qətimkan tədbirinin seçildiyi Bakı şəhəri Nizami rayon Məhkəməsinin zalından çıxarıldıqdan sonra mühafizə altından qaçmış və 19 mart 2021-ci il tarixdə səhər saatlarında polis əməkdaşları tərəfindən yenidən tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələblərinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. İş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, şahidlərin ifadələrinə, ekspert rəylərinə, habelə iş üzrə toplanmış digər sübutların məcmusuna əsasən Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə külli miqdarda narkotik vasitə və psixotrop maddələri əldə edib, daşımaqla saxlaması və cinayət işi üzrə barəsində Bakı şəhəri, Nizami rayon məhkəməsində həbs qətimkan tədbiri seçilməklə həbs edildikdən sonra mühafizə altından qaçması, Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə külli miqdarda narkotik vasitə və psixotrop maddələri əldə edib, daşımaqla saxlaması tam təsdiqini tapmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələblərinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəktələrdir. Qanunun bu tələbinə görə, satış dedikdə yalnız qeyd olunan 3 əsas amil əvəzli, qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması nəzərdə tutulmuşdur. Bu isə o deməkdir ki, şəxsin narkotik vasitələri satış məqsədilə əldə edib gəzdirməsi haqda nəticəyə gəlmək üçün sadalanan 3 məqsəddən heç olmasa birinin mövcud olması (əvəzli, qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması) sübut edilməlidir. «Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 9-cu bəndində qeyd edilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikasının 28 iyun 2005-ci tarixli № 961-İİQ №-li “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarına (1-ci siyahı, narkotik vasitələr) və (2-ci siyahı, psixotrop maddələr)» əsasən, heroin narkotik vasitəsinin və metamfetamin psixotrop maddənin külli miqdarının aşağı həddi 2 qram, qurudulmuş marixuana narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 5 qram müəyyən edilmişdir. Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 94.266 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd sellofan bükümdə təmiz çəkisi 57,095 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin külli miqdar, Təqsirləndirilən şəxs2 götürülmüş 2,850 qram narkotik vasitə qurudulmuş marixuana şəhsi istelak miqdarı təşkil edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun” 04 mart 2011-ci il tarixli 2 №-li qərarında göstərilmişdir ki, bəşəriyyəti düşündürən, cəmiyyətin ciddi bəlasına çevrilən, insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq ən ağrılı problemlərdən biridir; Azərbaycan Respublikası narkotiklərin qanunsuz dövriyəsinə qarşı mübarizəni tənzimləyən beynəlxalq hüquq normalarını tam, hərtərəfli və sistemli şəkildə əks etdirən Birləşmiş Millətlər Təşkilatının Konvensiyalarına, o cümlədən 1972-ci il protokolu ilə edilmiş düzəlişlərlə “Narkotik vasitələrə dair 1961-ci il Vahid Konvensiyasına”, “Psixotrop maddələr haqqında” 1971-ci il Konvensiyasına və “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 1988-ci il Konvensiyasına qoşulmaqla bu cinayətlərə qarşı mübarizədə öz üzərinə mühüm vəzifələr götürmüşdür. Beləliklə, məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs1 əməlləri istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 234.4.1, 234.4.3 və 304.1-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 əməlləri Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmiş və məhkəmə zamanı tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3 maddələrinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, həmin Məcəllənin 304.1-ci maddəsinin sanksiyasında iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası CM-in 234.4.1, 234.4.3-cü maddələri ağır cinayətlər kateqoriyasına, həmin Məcəllənin 304.1-ci maddəsi isə böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına daxildir. Belə ki, Azərbaycan Respublikası CM-in 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər, həmin Məcəllənin 15.4-cü maddəsinə əsasən isə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən onların törətdikləri cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, həmçinin, onları səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 himayəsində 3 azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Belə ki, həmin Məcəllənin 8-ci maddəsinin tələbinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət - hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə kollegiyası işin hallarına əsasən, Azərbaycan Respublikası CM-in tələblərinə riayət etməklə, ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsinə və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqla preventiv rol oynamasını və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, qanuni əsaslandırılmış və ədalətli cəzanın təyin edilməsi cinayətkarlıqla mübarizə aparılması və hüquq qaydalarının möhkəmləndirilməsi üçün vacib vasitə olmaqla, lazımi cəzalandırma tədbirini təmin edir. Məhkumun islah edilməsi - cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumun yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyillərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Məhkəmə kollegiyası istinad edilən qanunvericilik normalarını əsas tutaraq qeyd edir ki, təqsirləndirilən şəxslərə təyin ediləcək cəzanın növü və həddi müəyyən edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxslərin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmalarına və ailələrinin həyat şəraitinə təsiri də nəzərə alınmalıdır. Qeyd etmək lazımdır ki, ədalətli cəzanın təyin edilməsi ilk növbədə cəzanın məqsədlərinə, yəni ədalətin bərpasına və məhkumun islah olunmasına nail olmaq sahəsində mühüm vasitədir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinin tövsiyyəsinə görə: - hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir; - cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır; - cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmin qərarın tövsiyyəsinə əsasən məhkəmələr işin konkret hallarını nəzərə alaraq daha yüngül cəza təyin edilməsi məsələsini də müzakirə etməlidirlər. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li qərarının 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsini təsbit edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi böyük ictimai təhlükə törətməyən və ağır cinayətlər kateqoriyasına aid edilən cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən halın (himayəsində 3 azyaşlı uşağının olmasını) olmasını və Cinayət Məcəlləsinin 61.1-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmamasını, işin digər hallarını nəzərə alaraq onun cəza çəkmədən islah olunmasını mümkün saymır, təyin olunacaq cəzanın onun islah olunmasına, ailələsinin həyat şəraitinə təsirini nəzərə alaraq, törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 234.4.1, 234.4.3 və 304.1ci maddələrinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi ağır cinayətlər kateqoriyasına aid edilən cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, Cinayət Məcəlləsinin 59.1-ci maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən halların olmamasını və Cinayət Məcəlləsinin 61.1-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmamasını və işin digər hallarını nəzərə alaraq onun cəza çəkmədən islah olunmasını mümkün saymır, təyin olunacaq cəzaların onun islah olunmasına, o cümlədən ailələsinin həyat şəraitinə təsirini nəzərə alaraq, törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəza siyasətinin məqsədlərinə uyğun hesab edir. Azərbaycan Respublikası CM-in 60.1-ci maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrində nəzərdə tutulan cəzalarını yüngülləşdirən halların olmaması səbəbindən Cinayət Məcəlləsinin 60-cı maddəsinin tələblərinin tətbiq edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsində birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5 saylı qərarının 15-ci bəndində göstərilir ki, «İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır». Məhkəmə Avropa Məhkəməsinin hüquqi mövqeyini və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsini əsas tutaraq hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs1 cəza çəkməsinin başlanğıcı 16 mart 2021-ci il tarixdən 18 mart 2021-ci il tarixədək tutulduğu və həbsdə olduğu 2 (iki) gün müddət ona təyin edilmiş cəza müddətinə hesablanmaqla 19 mart 2021ci il tarixdən, Təqsirləndirilən şəxs2 cəza çəkməsinin başlanğıcı 16 mart 2021-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinin tələblərinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələri müəyyən edilir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs1 cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi ağır cinayətlər kateqoriyasına aid edilən cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən halın olmasını, Cinayət Məcəlləsinin 61.1-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran halların olmamasını və işin digər hallarını nəzərə alaraq, törətdiyi cinayətləri nəzərdə tutan Azərbaycan Respublikası CM-in 234.4.1, 234.4.3 və 304.1-ci maddələrinin sanksiyasında müəyyən edilmiş hədlərdə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunan cəzaları qismən toplamaq yolu ilə qəti cəza təyin etməyi, Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən azadlıqdan məhrumetmə cəzasının çəkilməsi üçün ümumi rejimli cəzaçəkmə müəssisəsinin müəyyən edilməsini, Cinayət Məcəlləsinin 69.3-cü maddəsini əsasən ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə 16 mart 2021-ci il tarixdən 18 mart 2021-ci il tarixədək tutulduğu və həbsdə olduğu 2 (iki) gün müddət ona təyin edilmiş cəza müddətinə hesablanmaqla cəza çəkməsinin başlanğıcının 19 mart 2021-ci il tarixdən hesablanmasını cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə kolegiyası Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası CM-in 62 və 70-ci maddələrini tətbiqinə heç bir əsas görmür. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs2 cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi ağır cinayətlər kateqoriyasına aid edilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, Cinayət Məcəlləsinin 59.1-ci maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən halların və Cinayət Məcəlləsinin 61.1-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmamasını və işin digər hallarını nəzərə alaraq törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən azadlıqdan məhrumetmə cəzasının çəkilməsi üçün ümumi rejimli cəzaçəkmə müəssisəsinin müəyyən edilməsini, Cinayət Məcəlləsinin 69.3-cü maddəsini əsasən ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin başlanğıcının 16 mart 2021-ci il tarixdən hesablanmasını cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə kolegiyası Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası CM-in 62 və 70-ci maddələrini tətbiqinə heç bir əsas görmür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilir. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə-narkoloji ekspertizalar üzrə 24 iyun 2021-ci il tarixli 2059 nömrəli və 25 iyun 2021-ci il tarixli 2074 nömrəli ekspert rəyləri ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicəyə ehtiyacları olmaları müəyyən edildiyindən və ərazi narkoloji dispanserində qeydiyyata alınmaları məsləhət görüldüyündən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkomaniyadan tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və onlar ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdırlar. Məhkəmə kollegiyası hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının CM-in 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının CM-in 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının CPM-in 132.1.1-ci maddəsinə əsasən, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. İş üzrə maddi sübutlar - Nizami RPİ-nin maddi sübutlar otağında saxlanılan Təqsirləndirilən şəxs1 üzərinə baxış keçirilən götürülmüş iki ədəd sellofan bükümdə ekspertiza tədqiqatından sonra qalıq qalan 94.166 qram çəkidə narkotik vasitə heroin və bir ədəd sellofan bükümdə eksperirtiza tədqiqatından sonra qalıq qalan 57.045 qram çəkidə psixotrop maddə metamfetamin, Təqsirləndirilən şəxs2 üzərinə baxış keçirilən zaman götürülmüş bir ədəd kibrit qutusunun içərisində ekspertiza tədqiqatından sonra qalıq qalan 2,800 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana, içərisində psixotrop maddə metamfetamin izləri olan 1 ədəd şüşə borucuq məhv edilməlidir. Azərbaycan Respublikasının CPM-in 346.1.21 və 353.4.10-cü maddələrinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Məhkəmə məsrəfləri - məhkəmə-kimyəvi ekspertizalar üzrə tədqiqatların dəyəri 153 (yüz əlli üç) manat 70 (yetmiş) qəpik Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkminləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli sərəncamının, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 65-ci maddəsinə əsasən məhkəmənin məhkum etdiyi hər bir şəxsin öz barəsində çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada yuxarı məhkəmədə yenidən baxılması, habelə özünün əfv edilməsi və cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ vardır. Məhkəmə gəldiyi nəticələri “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 304.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 304.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 16 mart 2021-ci il tarixdən 18 mart 2021-ci il tarixədək tutulduğu və həbsdə olduğu 2 (iki) gün müddət ona təyin edilmiş cəza müddətinə hesablanmaqla üzərində qəti olaraq 7 (yeddi) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın, barəsində 18 mart 2021ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı təkrarən tutulduğu 19 mart 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3 maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğicı 16 mart 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutlar - Nizami RPİ-nin maddi sübutlar otağında saxlanılan Təqsirləndirilən şəxs1 üzərinə baxış keçirilən götürülmüş iki ədəd sellofan bükümdə ekspertiza tədqiqatından sonra qalıq qalan 94.166 qram çəkidə narkotik vasitə heroin və bir ədəd sellofan bükümdə eksperirtiza tədqiqatından sonra qalıq qalan təmiz çəkisi 57.045 qram çəkidə psixotrop maddə metamfetamin, Təqsirləndirilən şəxs2 üzərinə baxış keçirilən zaman götürülmüş bir ədəd kibrit qutusunun içərisində ekspertiza tədqiqatından sonra qalıq qalan 2,800 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana, içərisində psixotrop maddə metamfetamin izləri olan 1 ədəd şüşə borucuq məhv edilsin. Məhkəmə məsrəfləri - məhkəmə-kimyəvi ekspertizalar üzrə tədqiqatların dəyəri 153 (yüz əlli üç) manat 70 (yetmiş) qəpik Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Siyavuş Hacıyev hakimlər: Rahib Salmanov Mahmud Ağalarov
Məhkəmə qərarları › İş №1(101)-1379/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1379/2021
10.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver