Məhkəmə qərarları › İş №1(101)-1379/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1379/2022

03.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1379/2022 03.11.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Cavid İbadulla oğlu Hüseynovun sədrliyi ilə, hakimlər X19-Məmmədova və Samir İmamverdi oğlu Əliyevdən ibarət tərkibdə, Hazıqov Əliqismət Nurəli oğlunun katibliyi, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş X9 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokurorları, ədliyyə müşavirləri Dövlət ittihamçısı1, Dövlət ittihamçısı3, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı2, zərər çəkmiş şəxslər X7, X17 və müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx xxxxxx 1962-ci il tarixdə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, fərdi qaydada ev-alqı satqısı fəaliyyəti ilə məşğul olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan, Qusar Rayon Məhkəməsinin 13 may 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının CM-nin 204.1-ci maddəsi ilə təqsirli bilinib, CM-nin 67.1-ci maddəsinə əsasən 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və faktiki azadlıqdan məhrum etmə növündə cəza çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2, 32.5,308.2 və 32.5,313-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını xeyli və külli miqdarda ziyan vurmaqla ələ keçirib təkrarən dələduzluq etmiş, vəzifəli şəxs tərəfindən qabaqcadan əlbir olmuş bir qrup şəxs qismində tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatların daxil edilməklə təkrarən vəzifə saxtakarlığı və xidməti vəzifələrin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə edilməsi məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edilərək fiziki şəxslərin hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurulmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə cinayətlərinin törədilməsində təkrarən köməkçi qismində iştirak etmişdir. Belə ki, o, "xxxx" Mənzil-Tikinti Kooperativi tərəfindən ünvan 3 ünvanında 2006- 2014-cü illərdə inşa olunmuş 2 girişli, 16 mərtəbəli binadan, həmçinin «Yüksəliş-C” Məhdud Məsuliyyətli Cəmiyyəti (12 iyul 2016-cı ilədək eyni adlı MTK) tərəfindən Bakı şəhəri, Xətai rayonu, M. Hadi küçəsi, 2337-ci məhəllədə 2008-2013-cü illərdə inşa olunmuş 1 girişli, 20 mərtəbəli binadan “Yaşayış binasında mənzil tikintisi haqqında” müqavilə və pul vəsaitlərinin ödənilməsi haqqında maliyyə arayışlarına əsasən satılmış, dəyəri ödənilmiş mənzilləri 2016-cı ilin avqust ayından başlayaraq ilkin alıcılarının məlumatı olmadan yenidən başqa şəxslərə satmaqla, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə, xx.xx.2007-ci ildən xx.xx.2011ci il tarixədək rəsmi qaydada, sonuncu tarixdən 15 may 2017-ci ilədək faktiki olaraq və 15 may 2017-ci ildən yenidən rəsmi qaydada sədri vəzifəsində işləməklə göstərilən Kooperativin sədri və Cəmiyyətin direktoru vəzifəsində işləyərək Kooperativin 1 avqust 2005-ci il tarixdə təsdiq edilmiş Nizamnaməsinə əsasən, həmin Kooperativin təmsil olunması, operativ idarə edilməsi, onun adından əqdlərin bağlanması, rəsmi sənədlərin imzalanması, kooperativin əmlakına sərəncam verilməsi, işçilərin vəzifəyə təyin və vəzifədən azad edilməsi və digər səlahiyyətlərə malik vəzifəli şəxs olan Şahid3, habelə sonuncunun səlahiyyətli nümayəndəsi - etibarnamə əsasında həmin MMC-də hüquqşünas kimi fəaliyyət göstərməklə cəmiyyətin məhkəmələrdə, dövlət və qeyri-dövlət orqanlarında təmsil olunması, sənədlərin təqdim olunması, alınması, Şahid3 adından imzalanması və digər səlahiyyətlərə malik vəzifəli şəxs olan, faktiki olaraq mənzillərin satışını həyata keçirən Şahid4 xidməti vəzifələrinin icrası ilə əlaqədar özləri və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək fiziki şəxslərin hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurulmasında məlumatları, məsləhətləri ilə və maneələri aradan qaldırmaqla köməkçilik etməklə həmin şəxslərlə və qeyriləri ilə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək, özünü vətəndaşlara qanunsuz satılan mənzillərin sahibi kimi təqdim edərək, mənzillərin əvvəllər digər şəxslərə satılmaması haqqında vədlər verib aldatmaqla və alıcıları inandırmaq üçün şirkətin ofisində mənzildən imtina etməsi haqqında ərizə yazaraq, həmçinin qabaqcadan əlbir olduğu Şahid3 və Şahid4 tərəfindən rəsmi sənəd olan müqavilə və maliyyə arayışlarına mənzillərin alıcılara qanuni əsasla satılması, bəzi hallarda həmçinin mənzilin guya əvvəllər ödəniş əsasında ona məxsus olması haqqında tamah niyyətilə məzmununa bilə-bilə yalan məlumatların daxil edilərək təsdiq edilib vəzifə saxtakarlığı törədilməsində öz məlumatları və məsləhətləri ilə köməkçilik etməklə, o cümlədən, "xxxx" MMC-nin inşa etdiyi binadan 2 otaqlı, 109,2 m2 sahəli 15 №-li mənzil 25 iyul 2007-ci il tarixli müqavilə ilə X2 və onun tərəfindən mənzilin dəyəri tam ödənildiyi halda, 2017-ci ilin sentyabr ayında X20 özünü yalandan həmin mənzilin sahibi kimi təqdim edərək və təcili pula ehtiyacı olduğundan mənzili guya ucuz qiymətə satması, hər hansı bir digər sahibinin olmaması haqqında yalan vəd verməklə, mənzilin İlqar Hüseynliyə satılması adı ilə ondan 3 sentyabr 2017-ci il tarixdə binanın həyətində yerləşən ofis otağında X24 ilə birlikdə 50.000 (əlli min) manat, əlavə olaraq guya mənzilə sayğacın quraşdırılması adı ilə 1.500 (bir min beş yüz) manat, vahid niyyətlə 51.500 (əlli bir min beş yüz) manat məbləğində pulu alaraq, mənzilin guya İlqar Hüseynliyə qanuni əsasla satılması haqqında bilə-bilə yalan məlumatların daxil edildiyi, möhür əksləri və MMC rəhbərinin imzasının eyni növ sənəddən texniki qurğu vasitəsilə kompyuterə köçürülmüş və qrafik proqram təminatından istifadə edilməklə axınlı printerdə çap edilmiş həmin tarixli saxta müqavilə və ödəniş haqqında maliyyə arayışını, eləcə də həmin mənzildən guya İlqar Hüseynlinin xeyrinə imtina etməsi və gələcəkdə heç bir iddiasının olmayacağı haqqında qəbzi sonuncuya verib, göstərilən pul vəsaitini qabaqcadan əlbir olduğu şəxslərlə aralarında bölərək şəxsi ehtiyaclarına sərf etməklə, Şahid3, Şahid4 və Samir Alışovla qabaqcadan əlbir olan bir qrup şəxs qismində etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını külli miqdarda ziyan vurmaqla ələ keçirib dələduzluq etmiş, həmçinin qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifəli şəxs tərəfindən Ceyhun İsmayılovu öz əmlakından istifadə ilə bağlı hüquqlarından məhrum etməklə hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurulmasında ifadə olunan əməli ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi və qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifə saxtakarlığının törədilməsində köməkçi qismində iştirak etmiş, təkrarən, "xxxx" MTK-nın inşa etdiyi binadan, 1 otaqlı, 66 m2 sahəli 196 №-li mənzil 21 mart 2015-ci il tarixli müqavilə ilə X1 və onun tərəfindən mənzilin dəyəri tam ödənildiyi halda, 2017-ci ilin noyabr ayının əvvəlində X11 özünü yalandan həmin mənzilin sahibi kimi təqdim edərək və təcili pula ehtiyacı olduğundan mənzili guya ucuz qiymətə satması, hər hansı bir digər sahibinin olmaması haqqında yalan vəd verməklə, mənzilin Nəzakət Nəhmədovanın qızı X3 adı ilə ondan 2017-ci ilin noyabr ayının əvvəllərində ilkin olaraq beh qismində 500 (beş yüz) manat, 10 noyabr 2017-ci il tarixdə binanın həyətində yerləşən ofis otağında Şahid4lə birlikdə 34.500 (otuz dörd min beş yüz) manat, vahid niyyətlə cəmi 35.000 (otuz beş min) manat məbləğində pulu alaraq, mənzilin guya Vəfa Nəhmədovaya qanuni əsasla satılması haqqında bilə-bilə yalan məlumatların daxil edildiyi, möhür əksləri eyni növ sənəddən texniki qurğu vasitəsilə kompyuterə köçürülmüş və qrafik proqram təminatından istifadə edilməklə axınlı printerdə çap edilib Şahid3la Şahid4 birlikdə hazırladığı, sonuncu tərəfindən imzalanmış qəsdən tarixi “14 aprel 2013-cü il” kimi göstərilmiş saxta müqavilə və ödəniş haqqında maliyyə arayışı Vəfa Nəhmədovaya və anasına verilib, göstərilən pul vəsaitini əlbir olduğu Şahid3 və Şahid4lə aralarında bölərək şəxsi ehtiyaclarına sərf etməklə, qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını xeyli miqdarda ziyan vurmaqla ələ keçirib təkrarən dələduzluq etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifəli şəxs tərəfindən Aminə Quliyevanı öz əmlakından istifadə ilə bağlı hüquqlarından məhrum etməklə hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurulmasında ifadə olunan əməli ağır nəticələrə səbəb olmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi və qabaqcadan əlbir olan bir qrup şəxs qismində təkrarən vəzifə saxtakarlığının törədilməsində təkrarən köməkçi qismində iştirak etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-nin 178.3.2, 32.5,308.2 və 32.5,313-cü maddələri ilə irəli sürülən ittiham üzrə təqdim olunan sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, tədqiq olunan sübutlar toplusuna məcmu halında qiymət verərək belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını xeyli və külli miqdarda ziyan vurmaqla ələ keçirib təkrarən dələduzluq etməsi, vəzifəli şəxs tərəfindən qabaqcadan əlbir olmuş bir qrup şəxs qismində tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatların daxil edilməklə təkrarən vəzifə saxtakarlığı və xidməti vəzifələrin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə edilməsi məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edilərək fiziki şəxslərin hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurulmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə cinayətlərinin törədilməsində təkrarən köməkçi qismində iştirak etməsi araşdırılan mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq təsdiq olunur. Belə ki, cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-nin 178.3.2, 32.5,308.2 və 32.5,313-cü maddələri ilə irəli sürülən ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, maklerlik fəaliyyəti, yəni ev, torpaq, mənzil və obyektlərin alqısatqısı ilə məşğul olmuş, buna görə heç bir dövlət orqanında qeydiyyatdan keçməmiş, fiziki şəxs kimi vergi ödəyicisi olmamışdır. Makler kimi fəaliyyət göstərdiyi üçün bir çox hündürmərtəbəli binaların tikintisini həyata keçirən MTK-larla, o cümlədən, Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində hündür mərtəbəli binanın tikintisini həyata keçirən "xxxx" MTK-nın nümayəndəsi kimi tanıdığı Şahid4lə tanışlığı və münasibəti olmuşdur. Belə ki, həmin MTK-nın inşa etdiyi binadan bir neçə mənzilin satışında bir makler kimi köməklik etmişdir. Təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ittihamın mahiyyəti üzrə ifadəsinin davamında göstərdi ki, 2017-ci ilin noyabr ayında Şahid4 ona zəng edərək rayonda olduğunu, bir nəfər şəxsin mənzil almaq istədiyini və gedib həmin mənzili Ramin adlı digər bir maklerlə müştəriyə göstərməyini xahiş etmiş, Habil ona əvvəlki mənzillərin satışından 500 manat borcu qaldığından, sonuncu həmin mənzili sata biləcəyi təqdirdə onun 500 manat borcunu verəcəyini bildirmişdir. O isə öz növbəsində gedib həmin mənzili Nəzakət adlı bir qadın müştəriyə göstərmiş və həmin mənzilin, xatırladığı qədər, 26.000 manata satıldığını bildirmişdir. Habil telefonda danışarkən ona mənzili satmaq üçün özünü mənzilin sahibi kimi təqdim edə biləcəyini dediyindən və Habilin ona olan 500 manat borcunu geri qaytarması üçün, o, həqiqətən də qadına özünü mənzilin sahibi kimi təqdim etmişdir. Nəticədə Nəzakət adlı həmin qadın mənzili almağa razılaşmış və ona 500 manat beh vermişdir. O, bu barədə Şahid4 zəng edib məlumat vermiş və həmin 500 manatı borcunun əvəzinə götürdüyünü bildirmişdir. Bundan bir neçə gün sonra həmin qadın ilə yenidən binanın yaxınlığındakı kafelərin binində görüşmüş və həmin vaxt sonuncu mənzilin pulunun qalan hissəsini onun yanında Şahid4 vermişdir. Daha sonra Habil MTKnın sədri Şahid3 adından Nəzakətə müqavilə və maliyyə arayışı tərtib edərək təqdim etmişdir. Sonra isə həmin mənzilin aqibəti barədə məlumatı olmamışdır. Bundan başqa, Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, həmin ərəfədə Habil, vergiyə təqdim edəcəkləri sənədlərdə problem yaşanmasın deyə, onun adına bir ədəd iki otaqlı mənzil yazmış, tərtib edilmiş sənədlərə əsasən guya o, həmin mənzilin sahibi olmuşdur. Əsil həqiqətdə isə həmin sənədlər onun adına tam formal olaraq yazılmışdır. Bir müddət sonra Habil ona Ramil adlı maklerin köməkliyi ilə həmin mənzilə müştəri tapdıqlarını, mənzilin satılması üçün gəlib imtina ərizəsi yazmalı olduğunu bildirdiyindən, o, gedib mənzili almaq istəyən İlqar adlı şəxslə tanış olmuş və 03 sentyabr 2017-ci il tarixli imtina ərizəsini yazıb təqdim etmişdir. Sənədlər onun adına olduğu üçün özünü mənzilin sahibi kimi təqdim etmiş və həmin mənzil İlqar Hüseynliyə 50.000 manata satılmışdır. Pulu İlqardan o, götürsə də, bütün məbləği Şahid4 özünə vermişdir. Çünki həmin mənzilin faktiki sahibi o, olmamış, onun adına sadəcə formal sənədlər yazılmışdır. Bildiyinə görə, MTK tərəfindən İlqar Hüseynlidən sayğaclar üçün sonradan 1.500 manat əlavə olaraq pul alınmışdır. İlqar Hüseynliyə və Nəzakət Nəhmətovaya satılmış mənzillərin onlardan əvvəl başqa şəxslərə də satılmasından onun məlumatı olmamışdır. Cinayət işinə məhkəmə baxışı zamanı üzrə zərərçəkmiş şəxs qismində dindirilən X16 ifadəsində göstərdi ki, 2017-ci il noyabr ayında “Yeni emlak” internet saytında Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşən "xxxx" MTK-nın 10-cu mərtəbəsində 1 otaqlı mənzilin satılması haqqında elanı oxumuş, maraqlanmış, Ramin adlı makler də həmin mənzillə maraqlanmış və mənzilin Oruc adlı şəxsə məxsus olduğunu və 35.000 manata satıldığını ona bildirmişdir. O, özü Oruc adlı şəxslə görüşmüş və razılaşıb ona 500 manat beh vermişdir. 2017-ci il noyabr ayının 10-da qızı Vəfa ilə birlikdə "xxxx" MTK-nın yaxınlığında kafelərin birində özünü MTK-nın vəkili kimi təqdim edən Şahid4 adlı şəxsin yanında isə Oruc adlı şəxsə 34.500 manat vermiş, Şahid4 196 nömrəli mənzilin satışına dair MTK-nın sədri Şahid3 adından imzalanmış 14 aprel 2013-cü il tarixli müqavilə və maliyyə arayışını onun xahişilə qızı Vəfanın adına rəsmiləşdirmiş və onlara təqdim etmişdir. Təxminən 10 gün sonra aldığı mənzilə giriş qapısı qoyduran zaman qonşular ona Şahid4 və Şahid3 dələduz olduqlarını və 196 nömrəli mənzilin başqa birisinə satılma ehtimalının olduğunu bildirmişlər. Bundan sonra o, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət etdikdə həmin müqavilə və maliyyə arayışının saxta olmasını öyrənmişdir. Zərərçəkmiş şəxs Nəzakət Nəhmədova ifadəsinin davamında göstərdi ki, yaranmış vəziyyətlə bağlı şikayət etdikdən sonra vurulmuş zərərin əvəzi olaraq "xxxx" MTK-dan onlara başqa bir mənzil verilmişdir. Ona görə də onun Təqsirləndirilən şəxs və digərlərinə qarşı şikayəti və tələbi qalmamışdır. Daha sonra, cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə zərərçəkmiş şəxs qismində dindirilən X28 ifadəsində göstərdi ki, 2017-ci ilin sentyabr ayında internetdə Ramil adlı şəxsin adından verilmiş bir elanda Xətai rayonu, M.Hadi küçəsində 109,2 kv. metrdən ibarət 2 otaqlı mənzilin 52.000 manata satıldığını oxumuşdur. 03 sentyabr 2017-ci ildə bacısının əri Bəhlulla birlikdə həmin yerə getdikdə, Ramil və ev yiyəsi olduğunu öyrənib bildirdiyi Oruc adlı şəxs də ora gəlmişlər. Oruc mənzili 2013-cü ildə binaya material verən bir nəfər dostundan aldığını demiş və mənzilin qiymətini 50.000 manata razılaşmışlar. Sonra o, Bəhlul və Ramili binanın 2-ci mərtəbəsində yerləşən ofis otağında özünün icraçı direktor olduğunu bildirən Şahid3 oğlu Samir qarşılamış, sonuncu Orucun ev yiyəsi olduğunu, mənzillə bağlı heç bir problemin olmadığını təsdiqləmişdir. Samir mənzilin ona satılması haqqında Cahangirn Alışovun adından imzalanmış möhürlü blankda 2 otaqlı, 109,2 kv. metr sahəli, 15 №-li mənzilin adına satılması haqqında maliyyə arayışı vermiş, Oruc da mənzildən imtina etməsi haqqında ərizə yazmışdır. Binanın həyətində o, Bəhlulun və Ramilin yanında Oruca 50.000 manat, Ramilə əziyyət haqqı kimi 500 manat pul vermiş, həmçinin Oruc da Ramilə 1.000 manat pul vermişdir. Bundan başqa, Samir ondan qaz, işıq sayğacları və sair adla əlavə olaraq 1.500 manat da almış və mənzilin giriş qapısının 2 ədəd açarını ona təqdim etmişdir. Ertəsi gün o, qapının açarını dəyişdirmiş, sonra isə mənzildə işıq, su xətlərini çəkmişdir. Zərərçəkmiş şəxs X28 ifadəsində daha sonra göstərdi ki, 2017-ci ilin dekabr ayının əvvəlində mənzilə baxmaq üçün getdikdə qapının sındırılıb çıxarıldığını, yerinə təzə qapı qoyulduğunu görmüşdür. Maraqlanıb, qapını qıranın Rasim adlı şəxs olduğunu və Rasimin ondan daha əvvəl mənzili aldığını öyrənmişdir. Bu məsələni araşdırmaq üçün binanın sahibi Şahid3 və özünü hüquqşünas kimi təqdim edən Şahid4lə görüşmüş, onlar mənzilin ona məxsus olduğunu bildirmiş və Habil ona Şahid2 adında şəxsə yazılmış 16 fevral 2007-ci il tarixli müqavilə və maliyyə arayışını təqdim edərək, həmin şəxsin mənzili Rasimdən daha əvvəl aldığını, Musanın adından Orucun adına, Orucun adından isə onun adına keçirildiyini söyləmişdir. Az müddət sonra isə aldadıldığını öyrənmişdir. Zərərçəkmiş şəxs X28 ifadəsinin yekununda göstərdi ki, şikayətlərdən sonra ziyanın əvəzinə ona başqa bir mənzil verilmişdir. Belə ki, Şərur MTK ondan əlavə olaraq 52000 manat pul istəmih, ümumi 104000 manat dəyərində olan mənzili ona vermişdir. Odur ki, təqsirləndiirlən şəxsə və qeyrilərinə qarşı onun şikayəti və tələbi qalmamışdır. Cinayət işinə hazırkı iş üzrə məhkəmə baxışı zamanı şahid qismində dindirilən Şahid3 ifadəsində göstərdi ki, "xxxx" MMC-nin inşa etdiyi binadan 2 otaqlı, 109,2 kv. metr sahəli 15 №-li mənzilin satılması ilə bağlı X12 adına 25 iyul 2007-ci il tarixli müqavilə və 47.032 manatın ödənilməsi haqqında maliyyə arayışı, Şahid2 adına 16 fevral 2007 tarixli müqavilə, 50.000 manatın ödənilməsi haqqında maliyyə arayışı, Təqsirləndirilən şəxs imtina ərizəsi, X4 ilə bağlı 03 sentyabr 2017-ci il tarixli müqavilə və 47.000 manatın ödənilməsi haqqında maliyyə arayışında adından edilmiş imzalar ona məxsusdur. Həmin mənzil 2007-ci ildə qanuni olaraq tanışı Şahid2 satılmış və Musa 50.000 manat pul ödəmişdir. Ceyhun İsmayılovu, Təqsirləndirilən şəxs və İlqar Hüseynlini isə o, tanımamışdır. Oruc və İlqar adlı şəxslərə isə onun imzası və şirkətin möhürü əks olunan, etibar edib onda saxladığı müqavilə və maliyyə arayışı blanklarından istifadə edərək mənzil satışı haqqında sənədləri Şahid4 verdiyini güman etmişdir. Habilin həmin şəxslərdən hansı məbləğdə pul almasını o, bilməmiş, oğlu Samirin isə heç bir mənzil satışında iştirak etməmişdir. 2007-ci ildə isə Ceyhun adlı şəxsə mənzil satışı haqqında sənədlərin hansı şəraitdə verilməsini xatırlaya bilməmişdir. İşlərində onunla şərik olan Xaləddinin ona boş blankları imzalatmasını güman etmişdir. Şahid3 ifadəsində daha sonra göstərdi ki, 1 otaqlı, 66 kv. metr sahəli, 196 №-li mənzilin X25 adına satılması ilə bağlı 11 may 2007-ci il tarixli müqavilə və 44.206 ABŞ dollarının ödənilməsi haqqında maliyyə arayışı, onun adından X13, sonuncunun adından isə X8 adına keçirilməsi ilə bağıl müqavilə və maliyyə arayışında da MTK sədrinin adından əks olunan imzalar ona məxsus olmuşdur. X7 adına olan sənədləri isə o, imzalamamış, Şahid4 imzalamışdır. İlkin olaraq mənzil 2007-ci ildə satılmış və sonra həmin mənzil sahibləri tərəfindən satdıqlarına görə addan-ada keçirilmişdir. Nəzakət isə mənzilin satılmasını bilməmişdir. Habil həmin satışı ondan gizlin həyata keçirməklə pulu almış, bu puldan ona heç nə verməmişdir. Sonuncu ya özündə olan möhürlü blankdan istifadə etmiş, ya da möhürü rəngli skanerdən keçirmişdir. Məhkəmə baxışı zamanı cinayət işi üzrə şahid qismində dindirilən Şahid4 ifadəsində göstərdi ki, 1 otaqlı, 66 kv.metr sahəli, 196 № mənzilin satılması ilə bağlı X8 adına 21 aprel 2015-ci tarixli müqaviləni və maliyyə arayışını o, tərtib etməmiş və həmin şəxsi o, tanımamışdır. X18 adına 14 aprel 2013-cü il tarixli müqaviləni və 26.000 manat ödənilməsi haqqında maliyyə arayışını isə MTK-nın möhürü əks olunan blanklardan istifadə etməklə özü tərtib etmiş və Şahid3 əvəzindən imzalamışdır. 2017-ci ilin noyabr ayında həmin mənzilin əvvəl kiməsə satılıb-satılmamasını yoxlamadan tanış maklerlərin vasitəsilə satışa çıxarmış, tanışı Təqsirləndirilən şəxs Vəfanın anası Nəzakət Nəhmədovanı binaya gətirmiş, Oruc müştəridən 26.000 manat pulu alaraq ona vermişdir. Nəzakətə tarixini 14 aprel 2013-cü il kimi qeyd etdiyi sənədləri vermiş, həmin satışdan Şahid3 məlumatı olmamış və aldığı pulu binanın həyətinin abadlıq işlərinə xərcləmişdir. Şahid qismində dindirilən Şahid4 ifadəsinin davamında daha sonra göstərdi ki, 2 otaqlı, 109,2 kv.metr sahəli, 15 №-li mənzilin əvvəllər Ceyhun İsmayılov adlı şəxsə satılmasından onun məlumatı olmamışdır. Mənzilin Hüseynli İlqarın adına satılması haqqında 09 sentyabr 2017-ci il tarixli sənədləri o, öz xəttilə tərtib etmiş və bu zaman Şahid3 imzası və möhür əks olan blanklardan istifadə etmişdir. Sənədlərdə əks olunan xətt ona məxsus olmuşdur. Şahid2 Sumqayıt şəhər sakini olmaqla, "xxxx" MMC-nin inşa etdiyi binada mənzil sahibi olmuş və 2017-ci ildə mənzilini satışa çıxarmışdır. O, bu barədə makler kimi tanıdığı Oruca müraciət etmiş, Oruc da müştəri kimi İlqar Hüseynlini gətirmişdir. Mənzilin satış qiyməti olan 50.000 manatı İlqar Oruca vermiş, Oruc isə pulu ofisdə ona çatdırmış və o, pulu mənzilin sahibi hesab etdiyi Musaya vermişdir. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, o, 03 sentyabr 2017-ci ildə qohumu İlqar Hüseynli ilə birlikdə M.Hadi küçəsində yerləşən binaya getmiş, orada Oruc adlı şəxs özünü mənzil sahibi kimi təqdim edərək İlqarla mənzilin qiymətini 50.000 manata razılaşmışlar. Bundan sonra binanın 2-ci mərtəbəsində yerləşən ofis otağında, onun yanında İlqar Samirə 50.000 manat pul vermiş və sonuncudan müqavilə və maliyyə arayışı almışdır. Daha sonra Oruc mənzildən imtina barədə ərizə yazaraq özündə olan müqavilə və maliyyə arayışı ilə birlikdə Samirə qaytarmışdır. Daha sonra cinayət işinə məhkəmə baxışı zamanı şahid qismində dindirilən Şahid2 ifadəsində göstərdi ki, Şahid3 Sumqayıt səhər sakini kimi uzun müddət ərzində tanımış və onunla münasibət saxlamışlar. 2006-cı ildə Şahid3 Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində hündür mərtəbəli yaşayış binasını inşa etməyə başlamış və o, da həmin ərəfələrdə daşınmaz əmlaka yatırım etmək qərarına gəlmişdir. Ona görə də, o, bir tanışı kimi Şahid3 müraciət edərək 2 otaqlı mənzil almaq istədiyini bildirmiş və binanın 4-cü mərtəbəsində yerləşən, iki otaqdan ibarət, ümümi sahəsi 109,2 kv.metr olan, 15 nömrəli mənzili 50.000 (əlli min) manata almağa razılaşmışdır. 16 fevral 2007-ci il tarixdə 50.000 manatı Şahid3 ödəmiş və mənzilin dəyərinin tam ödənilməsinə dair müqavilə ilə eyni tarixli maliyyə arayışı ona təqdim olunmuşdur. 2017-ci ilin payız aylarında o, mənzilini satmaq qərarına gələrək Cahangirin işlərini görən Habil adlı şəxsdən mənzilini satmasını xahiş etmişdir. Habilin vasitəsilə həmin mənzili elə aldığı qiymətə, yəni 50.000 manata satmış, lakin özü müştərini görməmişdir. Habil ona mənzildən imtina ərizəsini yazdırmaqla həmin pulu vermişdir. Mənzilin 2007-ci ildə ona satılması haqqında 26 fevral 2014-cü il tarixli auditor aktında hansı səbəbdən qeydiyyatın aparılmadığını isə o, bilməmişdir. İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan 2 otaqlı, 109,2 kv.metr sahəli, 15 №-li mənzilin satılmasına dair Şahid2 adına 16 fevral 2007-ci il tarixli müqavilə və cəmi 50.000 manatın ödənilməsi haqqında maliyyə arayışı, eləcə də X17 adına olan 03 sentyabr 2017-ci il tarixli müqavilə və 47.000 manatın ödənilməsi haqqında eyni tarixli maliyyə arayışı MTK-nın möhürü ilə təsdiq edilmişdir (iş vərəqə: cild İ, səh. 32-33, 35-36). Daha sonra işdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan 1 otaqlı, 66,0 kv.metr sahəli, 196 №-li mənzilin satılmasına dair X18 adına 14 aprel 2013-cü il tarixli “Yaşayış binasında mənzil tikintisi haqqında” Şahid3 adından təsdiq olunmuş müqavilə və 26.000 manatın ödənilməsi haqqında eyni tarixli maliyyə arayışı MTK-nın möhürü ilə təsdiq edilmişdir(iş vərəqə: cild İ, səh. 43-44). Bundan başqa, işdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan Təqsirləndirilən şəxs tərəfindən yazılmış xx.xx.2017-ci il tarixli imtina ərizəsindən görünür ki, sonuncu öz xətti ilə yazaraq "xxxx" MMC-də yerləşən 15 saylı mənzildən İlqar Hüseynlinin xeyrinə imtina etdiyini, mənzilin sonuncunun adına keçməsinə etiraz etmədiyini, gələcəkdə bu mənzillə bağlı özü və ailə üzvləri tərəfindən iddia və şikayət olmayacağını, həmçinin 47.000 manat aldığını qeyd etmiş və sənədlərin əsllərini qaytardığını bildirmişdir(iş vərəqə: cild İ, səh. 34). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan sənədlərin məhkəmə-texniki ekspertizasının 28 sentyabr 2018-ci il tarixli 24065 №-li rəyindən görünür ki, "xxxx" MTKnın adından mənzil satışına dair X18 adına 14 aprel 2013-cü il tarixli müqavilə və eyni tarixli maliyyə arayışında və "xxxx" MTK-nın və "xxxx" MMC-nin adından mənzil satışına dair X17 adına 03 sentyabr 2017-ci il tarixli müqavilə və eyni tarixli maliyyə arayışında olan möhür əksləri hər hansı bir eyni növ sənəddən texniki qurğu vasitəsilə kompüterə köçürülmüş və qrafik proqram təminatından istifadə etməklə axınlı printerdə çap edilmiş, müvafiq maliyyə arayışı və müqavilələrdə “Alışov” sözlərinin qarşısındakı imzalar hər hansı texniki qurğu vasitəsilə deyil, birbaşa icra edilmişdir. Tədqiq olunan həmin rəydən daha sonrna görünür ki, "xxxx" MTK-nın adından mənzil satışına dair X18 adına 14 aprel 2013-cü il tarixli müqavilə və eyni tarixli maliyyə arayışında və "xxxx" MTK-nın və "xxxx" MMC-nin adından mənzil satışına dair X17 adına 03 sentyabr 2017-ci il tarixli müqavilə və eyni tarixli maliyyə arayışında olan möhür əksləri ekspertizaya təqdim edilmiş eyni məzmunlu möhürlərin eksperimental əks nümunələri ilə eynilik təşkil edir(iş vərəqə: cild İ, səh. 108-132). Daha sonra məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəməxətşünaslıq ekspertizasının 03 oktyabr 2018-ci il tarixli, 23724 №-li rəyindən görünür ki, Yeni Yasamal” MTK-nın adından 1 otaqlı, 66 kv. metr sahəli 196 №-li mənzilin X3 haqqında 14 aprel 2013-cü il tarixli müqavilə və maliyyə arayışının əlyazma mətnləri və “Yeni Yasamal MTK-nın Sədri” qrafalalarındakı imzalar Şahid4 tərəfindən icra olunmuşdur. Tədqiq olunan həmin rəydən daha sonrna görünür ki, "xxxx" MMC-nin adından 2 otaqlı 15 №-li mənzilin X4 haqqında 03 sentyabr 2017-ci il tarixli müqavilə və maliyyə arayışında "xxxx" MMC-nin direktoru» qrafalalarında hər hansı bir eyni növ sənəddən texniki qurğu vasitəsi ilə komputerə köçürülmüş və qrafik proqram təminatından istifadə edilərək çap edilmiş imzalar Şahid3 tərəfindən icra olunmuşdur(iş vərəqə: cild İ, səh. 89- 107). Bundan başqa, məhkəmə baxışı zamanı tədqiq olunan Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kommersiya qurumunun dövlət reyestrindən çıxarışdan və digər müvafiq sənədlərdən görünür ki, "xxxx" mənzil-tikinti kooperativi 01 avqust 2005-ci ildə dövlət qeydiyyatına alınmaqla, həmin ayda bu barədə şəhadətnamə verilmiş və Bakı şəhəri Vergilər Departamentinin 1 №-li filialında vergi ödəyicisi kimi qeydiyyata alınmaqla ********** №-li VÖEN verilmişdir. Nizamnaməyə əsasən cəmiyyətin hüquqi ünvanı ünvan 4, səh. 197, 210-220). Məhkəmə baxışı zamanı tədqiq olunan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən 01 avqust 2005-ci il tarixdə təsdiq edilmiş "xxxx" MTK-nın nizamnaməsindən görünür ki, MTK-nın ilk təsisçiləri A. A. Qəhrəmanov və qeyriləri olmuş, MTK müstəqil balansa malik hüquqi şəxs olmaqla, müvafiq dövlət orqanlarından razılıq aldıqdan sonra kooperativ üzvlərinin əmlak pay haqlarını könüllü birləşdirmək yolu ilə mənzil sahəsinə tələbatının ödənilməsi məqsədilə yaradılmış, əsaslı tikinti və təmir işlərinin aparılması, əhaliyə pullu tikinti-təmir xidmətlərinin göstərilməsi və digər fəaliyyət növlərinin həyata keçirilməsi ilə məşğul olur. Kooperativin ali idarəetmə orqanı üzvlərinin ümumi yığıncağıdır, yığıncaqlar arası dövrdə sədr həmin Kooperativin təmsil olunması, operativ idarə edilməsi, onun adından əqdlərin bağlanması, rəsmi sənədlərin imzalanması, kooperativin əmlakına sərəncam verilməsi, işçilərin vəzifəyə təyin və vəzifədən azad edilməsi və digər səlahiyyətlərə malik vəzifəli şəxsdir. Tədqiq olunan həmin nizamnamədən daha sonra görünür ki, "xxxx" MTK-nın nizamnaməsində 15 yanvar 2007-ci ildə dəyişikliklər edilmiş, Şahid3 32 %, X31 33 %, X22 33 %, X14 1 % və X23 1 % pay haqqı ilə kooperativin təsisçiləri kimi qeydə alınmışlar(iş vərəqə: cild İ, səh. 206, 210-220). Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan "xxxx" MTK-nın təsisçilərinin 11 yanvar 2007-ci il tarixli ümumi yığıncağının 01 №-li protokolundan görünürn ki, həmin protokola əsasən verilmiş 12 yanvar 2007-ci il tarixli əmrlə Şahid3 kooperativin sədri vəzifəsinə təyin olunmuş, 15 yanvar 2007-ci ildə MTK-nın qanuni təmsilçisi kimi qeydiyyata alınmışdır. Həmçinin Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kommersiya qurumunun dövlət reyestrindən götürülən xx.xx.2017-ci il tarixli çıxarışdan görünür ki, Şahid3 MTK-nın qanuni təmsilçisi kimi qeydiyyata alınmışdır (iş vərəqə: cild İ, səh. 197, 208). Məhkəmə baxışı zamanı tədqiq olunan Azərbaycan Respublikası Vergilər Nazirliyindən xx.xx.2018-ci il tarixdə götürülmüş sənədlərdən görünür ki, "xxxx" Mənzil- Tikinti Kooperativi Azərbaycan Respublikası Ədliyyə Nazirliyində və Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində xx.xx.2005-ci il tarixdə qeydiyyata alınaraq ********** №-li VÖEN verilmişdir(iş vərəqə: cild İ, səh. 146-149). Məhkəmə baxışı zamanı tədqiq olunan sənədlərdən, o cümlədən təsisçilərin ümumi yığıncağının 10 iyun 2016-cı il tarixli protokolundan görünür ki, "xxxx" MTK-nın Məhdud Məsuliyyətli Cəmiyyətə çevrilməsi və Şahid3 direktor vəzifəsinə təyin edilməsi qərara alınmışdır və MMC-nin rəsmi qeydiyyatdan keçmiş direktoru-qanuni təmsilçisidir(iş vərəqə: cild İ, səh. 161-163). Məhkəmə baxışı zamanı tədqiq olunan "xxxx" MMC-nin 12 iyul 2016-cı il tarixdə qeydiyyata alınmış nizamnaməsindən görünür ki, Cəmiyyət qanunvericiliklə qadağan olunmamış təsərrüfat fəaliyyətinin bütün növləri ilə məşğul ola bilər. Cəmiyyətin ali idarəetmə orqanı təsisçilərin ildə bir dəfə sağırılan ümumi yığıncağıdır və nizamnamənin dəyişdirilməsi, illik hesabatların, mənfəət və zərərin bölüşdürülməsi, bəzi digər məsələlər yığıncağın müstəsna səlahiyyətinə aiddir. MMC-nin fəaliyyətinə cari rəhbərlik Cəmiyyətin icraedici orqanı və qanuni təmsilçilik funksiyalarına malik olan Direktor tərəfindən həyata keçirilir. Direktor cəmiyyətin adından vəkalətnaməsiz fəaliyyət göstərir, operativ idarə edilməsini həyata keçirir, üçüncə şəxslərlə münasibətdə cəmiyyəti təmsil edir, əqdlər bağlayır, rəsmi sənədləri imzalayır, işçiləri vəzifəyə təyin və vəzifədən azad edir, sair səlahiyyətləri həyata keçirir (iş vərəqə: cild İ, səh. 164-168). Bundan başqa, məhkəmə baxışı zamanı tədqiq olunan ibtidai istintaq orqanının 24 may 2022-ci il tarixli qərarından görünür ki, "xxxx" MTK-nın adından 1 otaqlı, 66 kv. metr sahəli 196 №-li mənzilin X3 haqqında 14 aprel 2013-cü il tarixli müqavilə və maliyyə arayışı, eləcə də, "xxxx" MMC-nin adından 2 otaqlı, 15 №-li mənzilin X4 haqqında 03 sentyabr 2017-ci il tarixli müqavilə və maliyyə arayışı, o cümlədən Təqsirləndirilən şəxs tərəfindən yazılmış xx.xx.2017-ci il tarixli imtina ərizəsi iş üzrə maddi sübut qismində tanınmışdır(iş vərəqə: cild İİ, səh. 201-202). Məhkəmə baxışı zamanı tədqiq olunan Şahid3 imzaladığı 23 iyun 2014-cü il tarixli etibarnamədən görünür ki, onun tərəfindən Şahid4 bütün məhkəmə instansiyalarında dövlət və qeyri-dövlət, hüquq-mühafizə orqanlarında nümayəndəlik etmək, iddia tələbindən imtina etmək, iddianı qəbul etmək, adından ərizə yazmaq, sənədləri təqdim etmək, almaq, əvəzində sənədləri imzalamaq, vərəsəlik işlərini aparmaq və digər geniş səlahiyyətlər verilmişdir(iş vərəqə: cild İİ, səh. 201-202). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan yekun məhkəmə aktlarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 17 fevral 2022-ci il tarixli 133/2022 saylı qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 iyun 2021-ci il tarixli, 1(101)-61/2021 saylı hökmü dəyişdirilərək, Şahid3 Azərbaycan Respublikasının CM-in 178.3.2, 29,178.3.2 və 308.2-ci maddələri ilə təqsirli bilinərək, barəsində 3 il müddətə dövlət və yerli özünüidarə orqanlarında maddi məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası, Şahid4 isə həmin maddələrlə təqsirli bilinərək, barəsində 3 il müddətə dövlət və yerli özünüidarə orqanlarında maddi məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir(iş vərəqə: cild İİ, səh. 140-171). Beləliklə məhkəmə təqdim olunan sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, tədqiq olunan sübutlar toplusuna məcmu halında qiymət verərək belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını xeyli və külli miqdarda ziyan vurmaqla ələ keçirib təkrarən dələduzluq etməsi, vəzifəli şəxs tərəfindən qabaqcadan əlbir olmuş bir qrup şəxs qismində tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatların daxil edilməklə təkrarən vəzifə saxtakarlığı və xidməti vəzifələrin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə edilməsi məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edilərək fiziki şəxslərin hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurulmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə cinayətlərinin törədilməsində təkrarən köməkçi qismində iştirak etməsi araşdırılan mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq təsdiq olunduğundan Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 178.3.2, 32.5,308.2 və 32.5,313-cü maddələri ilə düzgün ixtisaslaşdırılmışdır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli məhkəmə tərəfindən Azərbaycan Respublikası CM-nin 178.3.2, 32.5,308.2 və 32.5,313-cü maddələri ilə tövsif olunmalı, Təqsirləndirilən şəxs ona istinad olunan maddələrlə təqsirli bilinməli və Azərbaycan Respublikası CM-nin 32.5,313-cü maddəsi üzrə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi nəzərə alınmaqla ona cəza təyin olunmamalı, digər maddələrlə - Azərbaycan Respublikası CM-nin 178.3.2 və 32.5,308.2-ci maddələri ilə isə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 32.5,313-cü maddəsi ilə cəza təyin edilməməsi məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası CM-nin 32.5,313-cü maddəsi həmin Məcəllənin 15-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aiddir və təqsirləndirilən şəxs tərəfindən həmin əməlin törədilməsindən iki ildən artıq bir müddət keçdiyi üçün o, Azərbaycan Respublikası CM-nin 75.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb edilə bilməzlər. Həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə Cinayət Məcəlləsi ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Azərbaycan Respublikası CM-nin 75.1 və 75.1.1-ci maddəsinin tələbinə görə böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə, şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.2-ci maddəsinə əsasən müddətlər cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə hər bir cinayətə görə müddət müstəqil hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.3-cü maddəsinə əsasən cinayət törətmiş şəxs istintaqdan və ya məhkəmədən gizlənərsə, müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxs tutulduğu və ya könüllü gəlib təqsirini boynuna aldığı vaxtdan bərpa olunur. Məhkəmə baxışı zamanı müəyyən olundu ki, nə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.3-cü maddəsinin təsiri altına düşmür. Azərbaycan Respublikası CM-nin 39.1 və 39.1.3-cü maddələrinin tələbinə görə cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası CPM-nin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.5, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Lakin cinayət işinə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs və onun müdafiəçisi tərəfindən belə bir qərar qəbul edilməsinə razılıqla əlaqədar müraciət daxil olmamışdır. Belə olan halda, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 32.5,313-cü maddəsi ilə, Azərbaycan Respublikası CMnin 44.2 və 44.2.1-ci maddəsinə əsasən cəza təyin etməməklə barələrində ittiham hökmü çıxarılması nəticəsinə gəlir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 44.2 və 44.2.1-ci maddəsinin tələblərinə görə məhkəmə baxışı nəticəsində bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq həmin Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, bu Məcəllənin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş halların olması, yəni cinayət məsuliyyətinə cəlbetmə müddətlərinin keçməsi müəyyən edildikdə, məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etməməklə ittiham hökmü çıxarır. Məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin əməliyyat-sorğu arayışından və müvafiq məhkəmə hökmdən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 fevral 2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 2 il 5 ay 26 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 7 fevral 2020-ci il tarixli qərarına əsasən 1 il 2 ay 13 gün cəzadan şərti olaraq vaxtından əvvəl azad olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs Qusar Rayon Məhkəməsinin 13 may 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının CM-nin 204.1-ci maddəsi ilə təqsirli bilinərək, CM-nin 67.1-ci maddəsinə əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 fevral 2019-cu il tarixli hökmü üzrə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi qismən birləşdirilməklə ona qəti olaraq 6 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir (iş vərəqə: cild İİİ, səh. 1-33, 38-49). Məhkəmə məhkumluqla bağlı məsələni həll edərkən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs tərəfindən baxılan iş üzrə törədilmiş cinayət hadisəsinin baş vermə tarixi sonuncunun barəsində olan Qusar Rayon Məhkəməsinin 13 may 2022-ci il tarixli hökmündən əvvələ təsadüf etdiyindən Təqsirləndirilən şəxs baxılan iş üzrə məhkum olunmuş şəxs kimi nəzərə alınsa da, onun əməli cinayətlərin residivini yaratmayacaq və Təqsirləndirilən şəxs residivə görə cəza təyinetmənin prinsipləri nəzərə alınmadan cəza təyin olunacaqdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 18-ci maddəsin əsasən cinayətin residivi o zamanı yaranır ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayət törədilmiş olsun. Göründüyü kimi, Təqsirləndirilən şəxs baxılan iş üzrə törətmiş olduğu cinayət əməli məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən törədilmiş cinayət deyildir və həmin cinayət hadisəsi onun məhkum olunduğu Qusar Rayon Məhkəməsinin 13 may 2022-ci il tarixli hökmündən əvvəl baş vermişdir. Cinayət işinə məhkəmə baxışı zamanı müəyyən edildi ki, zərər çəkmiş şəxslər X16, X6 Oruc Əli oğluna qarşı heç bir şikayət və tələblərinin olmadığını, bildirmişlər (İş materialları). Qeyd olunanlardan başqa məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müəssisəsi üzrə müsbət xarakterizə olunmuşdur (iş vərəqə: cild İİİ, səh. 34-37). Məhkəmə, təqsirləndirilən şəxslər barədə cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qarşı şikayətlərinin olmamasına dair ərizələri, həmçinin onun müsbət xarakterizə olunması Təqsirləndirilən şəxs münasibətdə cəzanı yüngülləşdirən hal qismində nəzərə alınmalıdır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs oğluna münasibətdə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən ağır cinayət törətmələri nəzərə alınmalı, həm sosial ədalətin bərpası, həm onların islah olunmaları, təqsirləndirilən şəxslərin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikası CM-nin 178.3.2 və 32.5,308.2-ci maddələrinin sanksiyası daxilində, cinayətlərin məcmusu üzrə cəza təyinetmənin prinsipləri nəzərə alınmaqla, həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsi tətbiq edilməklə şəxsiyyətinə uyğun, ədalətli müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna az ağır, ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində əlavə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəliliyini, təqsirkarın şəxsiyyətini nəzərə alıb belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 32.5,308.2-ci maddələrində nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinən Təqsirləndirilən şəxs barəsində həm də müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əlavə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 46.1-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir. Azərbaycan Respublikası CM-nin 66.4-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, baxılan iş üzrə cinayət hadisəsi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 204.1-ci maddəsi təqsirli bilinərək 06 (altı) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyi Qusar Rayon Məhkəməsinin 13 may 2022-ci il tarixli hökmündən əvvəl (2017-ci ildə) baş vermişdir. Yəni yeni hökm üzrə cəza təyin olunarkən cinayətlərin məcmusu üzrə cəza təyinetmənin prinsipləri rəhbər tutulmalı, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilməlidir. Məhkəmə cəza təyini ilə bağlı belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs yeni hökmlə təyin olunmalı əsas və əlavə cəzalara Qusar rayon Məhkəməsinin 13 may 2022-ci il tarixli hökmü üzrə təyin edilmiş 06 (altı) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası qismən toplanılmalı və ona qəti əlavə və əsas cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Qusar rayon Məhkəməsinin 13 may 2022-ci il tarixli hökmü ilə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən təyin edildiyindən həmin cəzanın çəkilməsi ciddi rejimli cəzaçəkmə müəssisələri olaraq təyin edilmişdir. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələri təyin olunur. Bundan başqa, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs oğluna təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə hazırkı hökmlə təyin olunan azadlıqdan məhrumetmə növündə cəza Qusar rayon Məhkəməsinin 13 may 2022-ci il tarixli hökmü ilə ona təyin olunan eyni növdə cəza ilə qismən toplanılmaqla təyin edildiyindən və barəsində qətimkan tədbiri seçilməməklə Qusar rayon Məhkəməsinin 13 may 2022-ci il tarixli hökmü ilə azadlıqdan məhrumetmə növündə cəza çəkməsi nəzərə alındığından Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun Qusar rayon Məhkəməsinin 13 may 2022-ci il tarixli hökmü ilə cəza çəkməyə baladığı 02 aprel 2021-ci il tarixdən hesablanmalıdır. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 02 aprel 2021-ci il tarixdən başlayaraq həbsdə saxlanıldıqları bütün müddət ona təyin olunmalı olan cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməməsini və onun Qusar rayon Məhkəməsinin 13 may 2022-ci il tarixli hökmü ilə azadlıqdan məhrumetmə növündə cəza çəkməsini nəzərə alır. İş üzrə zərər çəkmiş şəxslər qanunla müəyyən olunan qaydada mülki iddia qaldırmamışlar. İş üzrə maddi sübut olaraq qiymətləndirilmiş Yeni Yasamal” MTK-nın adından 1 otaqlı, 66 kv. metr sahəli 196 №-li mənzilin X3 haqqında 14 aprel 2013-cü il tarixli müqavilə və maliyyə arayışı, "xxxx" MMC-nin adından 2 otaqlı 15 №-li mənzilin X4 haqqında 03 sentyabr 2017-ci il tarixli müqavilə və maliyyə arayışı və Təqsirləndirilən şəxs tərəfindən yazılmış xx.xx.2017-ci il tarixli imtina ərizəsi cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfləri olaraq hesablanmış 353,00 (üç yüz əlli üç) manat məbləğində ekspertiza xərci məhkum Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə ödənilməlidir. İş üzrə əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 32.5,308.2 və 32.5,313-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə 1 (bir) il müddətə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında təşkilati-sərəncamverici və ya inzibatitəsərrüfat funksiyalarını yerinə yetirmə hüququndan məhrum edilməklə 6 (altı) il müddətinə, Cinayət Məcəlləsinin 32.5,308.2-ci maddəsi ilə 1 (bir) il müddətə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını yerinə yetirmə hüququndan məhrum edilməklə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü və 66.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunan cəzaları qismən toplama yolu ilə ona qəti olaraq 1 (bir) il 6 (altı) ay müddətə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında təşkilati-sərəncamverici və ya inzibatitəsərrüfat funksiyalarını yerinə yetirmə hüququndan məhrum edilməklə 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs yeni hökmlə təyin olunan 1 (bir) il 6 (altı) ay müddətə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını yerinə yetirmə hüququndan məhrum edilməklə 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına Qusar rayon Məhkəməsinin 13 may 2022-ci il tarixli hökmü üzrə təyin edilmiş 06 (altı) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası qismən toplanılsın və ona qəti olaraq 1 (bir) il 6 (altı) ay müddətə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını yerinə yetirmə hüququndan məhrum edilməklə 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası CM-nin 32.5,313-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlbetmə müddətinin keçməsi əsası ilə Təqsirləndirilən şəxs həmin maddə ilə cəza təyin edilməsin. Təqsirləndirilən şəxs ona təyin olunan cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkməsinin əvvəli 02 aprel 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Qusar Rayon Məhkəməsinin 13 may 2022-ci il tarixli hökmü üzrə azadlıqdan məhrum etmə növündə cəza çəkməsi nəzərə alınsın. İş üzrə mülki iddia yoxdur. Zərər çəkmiş şəxslər X7 və X17 məhkum Təqsirləndirilən şəxs qarşı mülki tələblərinin olmaması nəzərə alınsın. İş üzrə maddi sübutlar - Yeni Yasamal” MTK-nın adından 1 otaqlı, 66 kv. metr sahəli 196 №-li mənzilin X3 haqqında 14 aprel 2013-cü il tarixli müqavilə və maliyyə arayışı, "xxxx" MMC-nin adından 2 otaqlı 15 №-li mənzilin X4 haqqında 03 sentyabr 2017-ci il tarixli müqavilə və maliyyə arayışı və Təqsirləndirilən şəxs tərəfindən yazılmış xx.xx.2017ci il tarixli imtina ərizəsi cinayət işi materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri olan 353,00 (üç yüz əlli üç) manat məbləğində ekspertiza xərci məhkum Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə ödənilsin. İş üzrə əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan məhkum Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar