Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1379/2023 04.10.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Vüqar Elbrus oğlu (sədrlik edən), Hacıyev Siyavuş Həbib oğlu və Əliyeva Aytən Heydər qızından ibarət tərkibdə, məhkəmə iclas katibi – X1, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Zəfər” Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxx 1989-cu ildə Füzuli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 6 iyul 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin 3 dekabr 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində “8 Noyabr – Zəfər günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021ci il tarixli Qərarının 4-cü bəndi tətbiq edilməklə ona təyin edilmiş cəzanın çəkilməmiş hissəsi 6 (altı) ay azaldılmaqla cəzasını çəkmiş hesab edilmiş, lakin həmin cinayət əməlinə görə məhkumluğu ödənilməmiş, Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 4 fevral 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, hazırda çəkilməmiş 5 (beş) ay 8 (səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası qalmış, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 4 oktyabr 2023-cü il tarixdə, saat 9:55-də Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasının 1 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i:
1. Təqsirləndirilən şəxs 20 mart 2023-cü il tarixdə, gecə saat 4 radələrində ünvan 2 ünvanda yerləşən “Troya” gecə klubunun yaxınlığına gələrək tanışı Şahid3 ona olan 700 (yeddi yüz) manat məbləğində borcunu ödəməsini bildirərkən, sonuncu həmin borcunu qaytarmaqdan imtina etdikdə, tərəflər arasında şəxsi münasibətlərin pozulması zəminində yaranmış mübahisə zamanı hadisə yerində olan Şahid3 tanışları Zərərçəkmiş şəxs və şəxsiyyəti məlum olmayan Azər adlı şəxs həmrəylik nümayiş etdirərək mübahisəyə qoşulmuş, sonuncu onun baş nahiyəsinə iti kənarlı naməlum əşya ilə vurduqdan sonra Təqsirləndirilən şəxs Şahid3 və sonuncunun adları qeyd edilən tanışlarının həmin hərəkətlərindən əsəbiləşərək qisas almaq məqsədilə həmin vaxt üzərində olan bıçaqla Zərərçəkmiş şəxs döş qəfəsinin sol yarısına qəsdən bir dəfə zərbə vuraraq sonuncuya perikardın (ürək kisəsinin), diafraqmanın, Vİİ qabırğanın qığırdağının zədələnməsi, eləcə də, sol döş boşluğuna çoxlu qanaxma ilə müşayiət olunan döş qəfəsinin sol yarısının ön səthinin daxilə nüfuz edən 1 (bir) ədəd deşilmiş-kəsilmiş dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid xəsarət yetirməklə qəsdən Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurmuşdur. İşin halları və dəlilləri:
2. Məhkəmənin 2 iyun 2023, 5 iyul 2023, 26 iyul 2023 və 11 avqust 2023-cü il tarixli məhkəmə baxışı üzrə məhkəmə iclaslarında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməklə ifadə verərək göstərdi ki, o, Zərərçəkmiş şəxs uzun müddətdir tanıyır. Belə ki, Zərərçəkmiş şəxsla “Troya” gecə klubunda tanış olmuş, sonuncu həmin kluba tez-tez müştəri kimi gəlib-getmiş, o isə həmin kluba zər, fişəng və sair malların satışı ilə məşğul olmuşdur. 20 mart 2023-cü il tarixdə ona borcu olan şəxslərlə arasında mübahisə yarandığından, həmin mübahisəni aydınlaşdırmaq üçün klubdan bayıra çıxaraq klubun qarşısında söhbət etmişlər. O, həmin gün spirtli içki qəbul etdiyindən hər şeyi dəqiq xatırlamır. Belə ki, Zərərçəkmiş şəxs bıçaqla bir dəfə vurmasını xatırlasa da, sonuncunu hansı nahiyəsindən vurmağını dəqiq xatırlamır. Təqsirləndirilən şəxs ifadəsində əlavə olaraq göstərdi ki, Zərərçəkmiş şəxs ona borcu olmamış, Zərərçəkmiş şəxsla hadisə vaxtı mübahisə etməmiş və sonuncu ona hər hansı xəsarət yetirməmişdir. Mübahisə zamanı orada 6-7 nəfər olmuş, Zərərçəkmiş şəxs da orada olmuş, onun qarşısına keçmiş, o isə bıçaqla Zərərçəkmiş şəxs vurmuşdur.
3. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi yuxarıda qeyd edilən ifadələri ilə məhkəməyədək icraat zamanı müdafiəçisinin iştirakı ilə verdiyi ifadələri arasında müəyyən ziddiyyətlər olduğundan həmin ifadələr elan edilərək tədqiq edilmişdir. Təqsirləndirilən şəxs həmin ifadələrdə göstərmişdir ki, o, müxtəlif gecə klublarına zər və fişəng satmaqla məşğul olur. İnşallah adlı şəxsi ünvan 2 ünvanda yerləşən “Troya” gecə klubundan “Qoçu” ləqəbi ilə uzun müddətdir tanıyır. Onun İnşallah ilə qohumluq münasibəti olmasa da, münasibətləri əvvəllər normal olmuş və aralarında düşmənçilik və ya ədavət olmamışdır. “Maqa” adlı şəxsin ona 700 manat borcu olmuş, İnşallah əvvəllər “Maqa” ilə birlikdə şərik işləmişdir. 20 mart 2023-cü il tarixdə, gecə saat 4 radələrində ünvan 2 ünvanda yerləşən “Troya” gecə klubuna “Maqa”dan borcunu almaq üçün getmişdir. Həmin vaxt orada “Maqa”, Surət, İnşallah və Azər adı ilə tanıdığı şəxslərdən başqa 2-3 nəfər tanımadığı digər şəxslər də olmuşdur. O, “Maqa”ya borcunu qaytarmasını bildirən zaman Azər ona bildirmişdir ki, “Maqa”nın ona verəcəyi pulu, yəni 700 manatı cəzaçəkmə müəssəsinə göndərmişlər. O, etirazını bildirib pulunu istəyən zaman Azər əlində olan görə bilmədiyi əşya ilə başından vurmuş və o, huşunu bir anlıq itirib səndələmişdir. Həmin vaxt orada olan qeyd etdiyi şəxslərin üzərinə gəldiyini görüb onu döyəcəklərini düşünmüş və belində olan qara rəngli qatlanan bıçaqla İnşallahın bədəninin xatırlamadığı nahiyəsinə özünü müdafiə etmək məqsədilə bir dəfə zərbə vurmuşdur. Bundan sonra oraya “Troya” gecə klubunda mühafizəçi işləyən tanışı Çingiz gəlmiş və onları aralamışdır. Daha sonra yaxınlıqda saxladığı ona məxsus **-HG-*** nömrə nişanlı “VAZ-2102” markalı avtomobilinə əyləşib dərhal oradan uzaqlaşaraq yaşadığı evə getmişdir. Evdə anası başından qan axdığını görüb ondan nə baş verdiyi soruşduqda o, mübahisə etdiyini bildirmiş, lakin başqa bir şəxsi bıçaqlamağı barədə heç kimə məlumat verməmişdir. O, İnşallahın qarın nahiyəsinə cəmi bir dəfə zərbə endirmiş, başqa heç kimə yumruq və ya təpiklə vurmamışdır. İnşallaha xəsarət yetirdiyi bıçağı hadisədən sonra özü ilə yaşadığı evə aparmış, sonradan polis əməkdaşları yaşadığı evə gələrək onu Bakı şəhəri, Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinə dəvət etdikdə o etiraz etməyərək həmin bölməyə gəlmiş və həmin bıçağı istintaq orqanına təqdim etmişdir. Mübahisə təxminən on dəqiqə davam etmişdir. Orada olan digər şəxslər onu döyərək xəsarət yetirmişlər. Hadisəni törətməkdə istifadə etdiyi bıçağı təxminən iki il əvvəl “Sədərək” ticarət mərkəzindən pərakəndə satışla məşğul olan şəxsdən iki manata əldə etmişdir. Həmin bıçağı karton qutuları açmaq məqsədi ilə üzərində gəzdirmişdir (Cild 1, iş vərəqi (bundan sonra mətndə - i.v.) i.v. 27-29; 46-48; 86-88;170-172;)
4. Təqsirləndirilən şəxs 27 sentyabr 2023 və 4 oktyabr 2023-cü il tarixli məhkəmə baxışı üzrə məhkəmə iclaslarında Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək, özünü həmin Məcəllənin 130.1-ci maddəsi ilə təqsirli bildiyini bildirərək əvvəlki məhkəmə icraatı zamanı verdiyi ifadələrlə eyni məzmunlu ifadə verərək göstərdi ki, törətdiyi əməldən çox peşmandır. 6-7 nəfər ona hücum etdiyinə görə özünü müdafiə etmək məqsədi ilə bıçaqla bir dəfə vuraraq Zərərçəkmiş şəxs xəsarət yetirmişdir. Hadisədən sonra müstəntiq Ceyhun Mircavadlı ona hadisəni əks etdirən videogörüntülər göstərmiş, həmin videogörüntülərdə onun həmin şəxslər tərəfindən döyülməsi görünmüşdür. İfadəsinin sonunda Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin ondan şikayəti və ya tələbinin olmamasını, onunla barışıq əldə etməsini, ailə vəziyyətini və gənc olmasını nəzərə alaraq özünü təqsirli bildiyi Azərbaycan Respublikasının 130.1-ci maddəsi ilə məhkəmədən ona ədalətli cəza təyin edilməsini xahiş etdi.
5. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir.
6. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə qiymət verilməsini zəruri hesab edir.
7. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadə ilə eyni məzmunlu ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs təxminən 2018-ci ildən tanıyır. Aralarında ədavət və ya düşmənçilik olmamışdır. 20 mart 2023-cü il tarixdə, təxminən gecə saat 1 radələrində Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsi 14 ünvanında yerləşən “Troya” gecə klubuna əylənməyə getmişdir. Həmin klubda eyni masada Azər adlı tanışı, həmin gün gördüyü və adlarını və anket məlumatlarını bilmədiyi qadınlarla əyləşmişdir. Həmin klubda tanışları “Maqa” və Surət adlı şəxslər də olmuşdur. 15 mart 2023-cü il tarixdən tanışı “Maqa”nın Təqsirləndirilən şəxs 700 (yeddi yüz) manat borcunun olmasını bilmişdir. 20 mart 2023-cü il tarixdə, təxminən gecə saat 4 radələrində o, həmin klubdan çölə çıxarkən klubun qarşısında bir neçə nəfər şəxsin toplaşdığını və mübahisə yarandığını görmüşdür. Həmin şəxslərin aralarında tanışları Azər, Surət, “Maqa” və başqalarının olduğunu görüb mübahisəni sakitləşdirmək üçün ora yaxınlaşmışdır. Həmin vaxt Əlifin də orada olmasını görmüşdür. Bu vaxt Əlifin əlində bıçaq olmuşdur. Əlif nalayiq ifadələr işlətməyə başlamış və o, Əlifi sakitləşdirmək üçün üzərinə gedən zaman Əlif əlində olan bıçaqla bir dəfə onun qarnının sol hissəsinə vuraraq xəsarət yetirmişdir. Bundan sonra Əlif oradan qaçıb uzaqlaşmışdır. Onun xəsarət aldığını görən tanışları “Maqa”, Xəqani, Surət və Azər onu xəstəxanaya aparmışlar. On gün müddətində xəstəxanada müalicə olunmuşdur. Hadisə baş verən zaman orada özündən başqa “Maqa”, Azər, Əlif və Surət olmuşdur. Qeyd etdiyi şəxslərdən başqa xatırladığı qədəri ilə “Troya” gecə klubunda mühafizəçi işləyən Çingiz də orada olmuşdur. Hadisə təxminən 5 dəqiqə davam etmişdir. Hadisə zamanı o, Əlifi vurmamışdır. O, Əlifin orada olan şəxslərdən kimsə tərəfindən vurulduğunu görməmişdir. Çünki o, həmin yerə çatan zaman Əlifin burun nahiyəsindən qan axdığını görmüşdür. Lakin Əlifi kimin vurduğunu görməmişdir. Təqsirləndirilən şəxs onu vurmasına səbəb, “Maqa” ilə aralarında pul borcuna görə yaranmış mübahisə olmuşdur. Belə ki, onun borc söhbətindən xəbəri olmuş, o, həmin yerə yaxınlaşan zaman aralarında mübahisə olmuş və Əlif onu vurmuşdur. Hadisə vaxtı əynində olan paltarlar yararsız vəziyyətdə və köhnə olduğu üçün hadisədən sonra o, həmin paltarları zibilliyə atmışdır. Bu səbəbdən istintaqa təqdim edə bilməmişdir. İfadəsinin sonunda Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxsla barışdığını, ondan şikayət və tələbi olmadığını bildirərək məhkəmədən ona azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etdi.
8. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 məhkəməyədək icraat zamanı verdiyi ifadə ilə eyni məzmunlu ifadə verərək göstərdi ki, onun əsl adı Məhəmmədəli olsa da tanışları onu “Maqa” kimi tanıyırlar. “Qoçu” ləqəbli Zərərçəkmiş şəxs təxminən 5-6 ildir, Təqsirləndirilən şəxs isə təxminən 2 ildir tanıyır. O, hazırda Bakı şəhəri Səbail rayonu ərazisində yerləşən müxtəlif gecə klublarına fişəng satmaqla məşğul olur. Belə ki, o, əvvəllər Təqsirləndirilən şəxs fişəngləri nisyə alaraq satdıqdan sonra pulunu ödəmişdir. Əvvəllər Əliflə aralarında pul alış-verişi olmuş və həmişə vaxtında borcunu ödəmişdir. Lakin maddi cəhətdən problemləri olduğundan sonuncu dəfə Əlifə 700 (yeddi yüz) manat borcu yaranmışdır. 19 mart 2023-cü il tarixdə, təxminən saat 22-23 radələrində o, fişəng satmaq üçün Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsi 14 ünvanında yerləşən “Troya” gecə klubuna getmişdir. 20 mart 2023-cü il tarixdə, təxminən gecə saat 4 radələrində o, həmin klubdan çıxan zaman klubun qarşısında Əliflə rastlaşmış və Əlifə yaxınlaşaraq söhbət etməyə başlamışdır. Həmin vaxt Əlif ondan pulunu istəmiş, o, Əlifə 2-3 gün ərzində borcunu qaytaracağını bildirmiş və bu zaman Əlif səs-küy salmağa başlamışdır. O, Əliflə mübahisə etməmiş, onunla söhbət etmişdir. Əlif isə ucadan danışmışdır. Bu vaxt onların yanına “Troya” gecə klubunun mühafizəçisi Şahid2 yaxınlaşmış və Əlifi oradan uzaqlaşdırmışdır. Həmin vaxt onlar “Art” restoranının yaxınlığında olmuşlar. O isə bir qədər kənarda dayanmışdır. Sonradan İnşallah, Surət və Azər adlı şəxslərin də orada olmasını görmüşdür. Orada qarışıqlıq yaranmış və Əlifin işıqfora doğru qaçdığını görmüşdür. Həmin vaxt ona Əlifin bıçaqla İnşallahı vurması məlum olmuşdur. İnşallah qarın nahiyəsindən xəsarət aldığı üçün onlar dərhal yaxınlıqda olan dövlət nömrə nişanını xatırlamadığı qırmızı rəngli “Toyota Prius” markalı avtomobillə İnşallahı xəstəxanaya aparmışlar. Belə ki, həmin avtomobili tanımadığı bir nəfər oğlan idarə etmişdir. O, avtomobilin ön oturacağında, İnşallah avtomobilin arxa oturacağında əyləşmişdir. Avtomobilin arxa oturacağında başqa hansı şəxsin əyləşdiyini xatırlamır. Həmin avtomobil ilə onlar İnşallahı Bakı şəhəri X10 aparmışlar. Sonradan polis əməkdaşları həmin xəstəxanaya gəlmişdir. Hadisədən sonra o, Əlifə olan 700 (yeddi yüz) manat borcunu tam şəkildə ödəmişdir. Həmin vaxt orada ondan başqa “Troya” gecə klubunun mühafizəçisi Çingiz, həmçinin Surət, Azər və digər tanımadığı şəxslər olmuşdur. O, Azər və Surət adlı şəxslərin anket məlumatları və əlaqə nömrələrini bilmir. Təqsirləndirilən şəxs bədənində olan sağ əlin İİ barmağının və sağ təpə nahiyəsinin səthi kəsilmiş yaraları xəsarətlərini Əlifin nə vaxt, harada və hansı şəraitdə almasını bilmir. O, Əlifi vurmamış və ona xəsarət yetirməmişdir. Hadisə vaxtı Təqsirləndirilən şəxs hər hansı şəxsin vurub xəsarət yetirməsinin şahidi olmamışdır. Hadisə vaxtı o, heç kimlə mübahisə etməmiş, heç kim onu vurmamış və xəsarət yetirməmişdir. Bu səbəbdən o, xəsarət almamışdır. O, hadisədən sonra xəstəxanaya getdiyi üçün hüquq mühafizə orqanlarına məlumat verməmişdir. O, Əlif ilə “Troya” gecə klubunun qarşısında dayanıb söhbət edərkən yaxınlıqda, yəni təxminən 3-4 metr kənarda adlarını xatırlamadığı bir neçə nəfər şəxs də dayanmışdır.
9. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadə ilə eyni məzmunlu ifadə verərək göstərdi ki, o, təxminən 2013-cü il tarixdən Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsi 14 ünvanında yerləşən “Troya” gecə klubunda mühafizəçi işləyir. Eyni zamanda “Troya” klubunun sahibinin yeni açdığı “Life” klubuna da nəzarət edir. Hər iki klubun arasında təxminən 50 metr məsafə vardır. Hər iki klubun digər mühafizəçiləri olsa da, o mühafizəçilərə nəzarətçi kimi tez-tez hər iki kluba baş çəkir. 20 mart 2023-cü il tarixdə, təxminən gecə saat 4 radələrində Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsində yerləşən “Life” klubdan “Troya” gecə klubuna tərəf gələn zaman “Troya” gecə klubunun qarşısında, yəni yolun əks istiqamətində gecə klublarına fişəng satmaqla məşğul olan şəxs kimi tanıdığı Təqsirləndirilən şəxs yanında təxminən 5-6 nəfər şəxsin sözlü mübahisə etdiklərini görmüşdür. Səs-küy yarandığı üçün o, həmin şəxslərə yaxınlaşmış və Əlif tək olduğu üçün o, Əlifi evinə yola salmaq məqsədilə həmin şəxslərdən təxminən 40 metr məsafədə kənarlaşdırmışdır. O, geri qayıdan zaman az əvvəl Əlif ilə sözlü mübahisə edən tanımadığı şəxslərin yenidən Əlifin arxasınca gəldiklərini görmüşdür. Bu zaman onun ayağı yolun kənarında “Formula 1” yarışlarına görə düzülmüş betona ilişmiş və o, yerə yıxılmışdır. O, yerdən ayaq üstə qalxıb üstünü təmizlədikdən sonra ondan təxminən 10-15 metr kənarda Əlif ilə həmin şəxslərin işıqforun yaxınlığında, yəni “Art” restoranının yaxınlığında mübahisə etdiklərini və Əlifin ani bir vaxtda əlində bıçaqla yolu əks tərəfə qaçdığını görmüşdür. Həmin şəxslərin isə əks tərəfə qaçdıqlarını görmüşdür. Belə ki, həmin şəxslər onun yanından qaçmaqla keçərək təxminən 50-60 metr kənardan dövlət nömrə nişanını görmədiyi “Toyota Prius” markalı avtomobilə əyləşmişlər. Bundan başqa o, heç bir mübahisənin şahidi olmamışdır. Əlifin yanında olan şəxslər “Maqa”, Azər, Surət və İnşallah adlı şəxslər olmuşdur. Belə ki, o, Əlifi qeyd olunan şəxslərdən kənarlaşdıran zaman İlkin adlı şəxs sonradan oraya gəlmişdir. O, Əlifin əlində bıçaqla avtomobil yolunu qaçaraq keçməsini görsə də Əlifin hər-hansı bir şəxsi vurub xəsarət yetirməsini görmədiyi üçün bu barədə hüquq mühafizə oranlarına məlumat verməmişdir. 20 mart 2023-cü il tarixdə, təxminən gecə saat 4 radələrində Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsi 14 ünvanında yerləşən “Troya” gecə klubunun yaxınlığında o, mübahisə etməmişdir. O, Əlifin bir neçə nəfər şəxslə sözlü mübahisə etdiyi üçün oraya yaxınlaşıb Əlifi oradan kənarlaşdırmışdır.
10. Müdafiə tərəfinin vəsatəti ilə iş üzrə ibtidai istintaqı aparmış hazırda Bakı şəhəri, Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi vəzifəsində işləyən, polis polkovnik-leytenantı X2 məhkəmə iclasına dəvət edilmiş və o, izahat verərək bildirdi ki, əvvəllər Bakı şəhəri, Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi vəzifəsində işləmiş və Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* saylı cinayət işi üzrə ibtidai istintaq onun tərəfindən davam etdirilməklə yekunlaşdırılmışdır. Təqsirləndirilən şəxs icraatında olan həmin cinayət işi ilə bağlı tanımışdır. İş üzrə ibtidai araşdırma zamanı hadisə ilə bağlı hər hansı videogörüntü ona təqdim edilməmiş, onda hadisənin hər hansı videogörüntüsünün olması və Təqsirləndirilən şəxs nümayiş etdirilməsi barədə sonuncu tərəfindən qeyd edilənlər tamamilə yalandır. Ümumiyyətlə belə bir hal olmamışdır. İstintaq orqanına əməliyyat-axtarış orqanından daxil olmuş məlumatda da iş üzrə hadisənin olmasını əks etdirən hər hansı videogörüntünün müəyyən edilməsi barədə ona məlumat verilməmişdir. Əgər onda hər hansı videogörüntü olsaydı cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq həmin görüntülərə baxış keçirilməklə iş materiallarına əlavə edilərdi.
11. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Şahid4 12 iyul 2023-cü il tarixdə məhkəmə iclasına gəlmiş, lakin Təqsirləndirilən şəxs həmin tarixli iclasa üzrlü səbəbdən gəlmədiyindən məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq etməsinə dair və sonrakı tarixlərdə işlə əlaqədar Azərbaycan Respublikasının hüdudlarından kənarda olacağından iştirak edə bilməyəcəyinə dair ərizə təqdim etmişdir. Sonrakı məhkəmə baxışı üzrə məhkəmə iclaslarında Şahid4 ölkə hüdudlarından kənarda olması səbəbindən onun məhkəmədə dindirilməsi mümkün olmamışdır. Bu səbəbdən Şahid4 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi məhkəmədə elan edilərək tədqiq edilmiş və Şahid4 həmin ifadəsində göstərmişdir ki, “Qoçu” ləqəbli Zərərçəkmiş şəxs eyni orta məktəbdən təhsil aldıqları vaxtdan tanıyır. Təqsirləndirilən şəxs 2022-ci ilin iyun ayından tanıyır. “Maqa” ləqəbli Şahid3 2022-ci ilin iyun ayından tanıyır. Məhəmmədəli ilə onu İnşallah tanış etmişdir. Əlif və Məhəmmədəli Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən müxtəlif gecə klublarına zər-fişəng satmaqla məşğul olur. 2023-cü ilin mart ayına kimi o, Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsi 14 ünvanında yerləşən “Troya” gecə klubunda zər-fişəng və qəlyan satışına nəzarətçi işləmişdir. Onu Məhəmmədəli işə götürmüş və sonuncu ona gündəlik olaraq 20 (iyirmi) manat əmək haqqı ödəmişdir. 19 mart 2023-cü il tarixdə, təxminən saat 22:00 radələrində o, iş yerinə, yəni Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsi 14 ünvanında yerləşən “Troya” gecə klubuna getmişdir. 20 mart 2023-cü il tarixdə, təxminən gecə saat 4 radələrində Əlif həmin klubun içərisinə gəlib Məhəmmədəliyə yaxınlaşaraq çölə çağırmışdır. Məhəmmədəli klubdan çölə çıxarkən ona yaxınlaşıb, çölə çıxacağını və işə nəzarət etməyini xahiş etmişdir. Məhəmmədəli və Əlif klubdan çölə çıxdıqdan təxminən 15-20 dəqiqə sonra o, klubun havasının ağır olmasına görə və siqaret çəkmək məqsədilə klubdan çölə çıxmışdır. O, klubdan çölə çıxarkən İnşallah klubun içərisində olmuşdur. O, çölə çıxarkən klubun qarşısında Əlif, Məhəmmədəli, Çingiz, İlkin və bir nəfər tanımadığı şəxsin olduğunu görmüşdür. Həmin vaxt Əlif uca səslə danışdığı üçün həmin klubun mühafizəçisi Çingiz, Əlif və Məhəmmədəlini oradan kənara çəkilib söhbət etmələrini bildirmişdir. Buna görə Əlif və Məhəmmədəli ikisi birlikdə klubun qarşısında yolu düzünə əks istiqamətə keçmişlər. Həmin vaxt Məhəmmədəli uca səslə bu gün pulunun olmadığını, səhəri gün bir şey fikirləşəcəyini bildirmişdir. Həmin vaxt kluba qəlyan aparatı gətirilməli imiş. Belə ki, adını bilmədiyi şəxs klubun qarşısına gəlib qəlyan aparatları gətirmişdir. O da həmin şəxslə dayanıb qəlyan aparatları barədə söhbət etməyə başlamışdır. Həmin vaxt İnşallah klubdan çölə çıxmışdır. Əlif ilə Məhəmmədəli arasında olan söz-söhbət zamanı səs-küy yarandığından Çingiz avtomobil yolunu əks tərəfə keçərək Əlifə yaxınlaşıb Əlifi oradan uzaqlaşdırmaq məqsədilə yaxınlıqda yerləşən “Art” restoranı tərəfə aparmış və hər ikisi təxminən beş dəqiqəyə yaxın orada ikilikdə dayanmışlar. Bundan sonra əvvəlcə İlkin, sonra isə Məhəmmədəli Əlif ilə Çingizin yanına tərəfə getməyə başlamışdır. İlkin oraya çatmış, Məhəmmədəli hələ oraya çatmamışdır. Belə ki, Məhəmmədəli oraya çatmamış artıq orada bir neçə nəfər tanımadığı şəxslərin olduğunu görmüşdür. O isə qəlyan aparatlarının satışı ilə məşğul olan şəxslə qəlyanların qiyməti barədə müzakirə aparmışdır. O orada söhbət edən zaman İnşallah həmin şəxslərin yanına yollanmışdır. İnşallah oraya getdikdən təxminən 5-6 dəqiqə sonra o, səs-küydən İnşallahın bıçaqla vurulduğunu başa düşmüşdür. Lakin o, İnşallahın bıçaqla vurulmasını görməmişdir. Bundan sonra o, həmin yerə getmişdir. O, həmin yerə çatan zaman İnşallah əynində olan köynəyi qaldırıb qarın nahiyəsini göstərərək bıçaqla vurulduğunu bildirmişdir. O, İnşallahın qarın nahiyəsinin qan içərisində olduğunu görmüşdür. Həmin vaxt İnşallah onun üzərinə gəlmiş və o, İnşallahı orada olan şəxslərin köməyi ilə xəstəxanaya aparmaq üçün yaxınlıqda olan Məhəmmədəlinin vasitəsilə tanıdığı Şahid1 məxsus qırmızı rəngli “Toyota Prius” markalı avtomobilə əyləşdirmişdir. Belə ki, həmin avtomobili Xaqani idarə etmiş, Məhəmmədəli avtomobilin ön sağ oturacağında, o isə İnşallah ilə birlikdə avtomobilin arxa oturacağında əyləşmişdir. Arxa oturacaqda isə onlardan başqa bir nəfər şəxs olmuşdur. Lakin həmin şəxsin kim olduğunu hazırda xatırlamır. Həmin avtomobil ilə onlar İnşallahı Bakı şəhəri X10 aparmış, sonradan polis əməkdaşları həmin xəstəxanaya gəlmişdir. Həmin vaxt orada ondan başqa “Troya” gecə klubunun mühafizəçisi Çingiz, həmçinin Məhəmmədəli, Azər, İlkin və digər tanımadığı şəxslər olmuşdur. Təqsirləndirilən şəxs bədənində olan sağ əlin İİ barmağının və sağ təpə nahiyəsinin səthi kəsilmiş yaraları xəsarətini Əlifin nə vaxt, harada və hansı şəraitdə almasını bilmir. O, Əlifi vurmamış və xəsarət yetirməmişdir. O, hər hansı bir şəxsin Əlifi vurub xəsarət yetirməsini görməmişdir. Hadisə vaxtı o, heç kimlə mübahisə etməmiş, heç kim onu vurmamış və xəsarət yetirməmişdir. Bu səbəbdən o, xəsarət almamışdır. O, hadisədən sonra xəstəxanaya getdiyi üçün hüquq mühafizə orqanlarına məlumat verməmişdir. Çingiz Əlifi “Art” restoranın qarşısına tərəf apardıqdan sonra, o, klubun qarşısında dayanıb qəlyan satan şəxslə qiymət barədə danışıq aparmışdır. O, sonradan Əlif və digər şəxslərin dayandığı yerə gedərkən İnşallah artıq bıçaqlanmışdır. Lakin o, həmin mübahisənin şahidi olmamışdır (Cild 1, i.v. 127-131;).
12. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Şahid1 12 iyul 2023-cü il tarixdə məhkəmə iclasına gəlmiş, lakin Təqsirləndirilən şəxs həmin tarixli iclasa üzrlü səbəbdən gəlmədiyindən məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq etməsinə dair və İmişli rayonunda yaşadığından sonrakı tarixlərdə maddi imkanı ilə əlaqədar məhkəmə iclaslarında iştirak edə bilməyəcəyinə dair ərizə təqdim etmişdir. Sonrakı məhkəmə baxışı üzrə məhkəmə iclaslarında Şahid1 məhkəməyədək icraat zamanı ifadəsi tərəflərin vəsatətinə əsasən məhkəmədə elan edilərək tədqiq edilmiş və Şahid1 həmin ifadəsində göstərmişdir ki, fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olur. O, İnşallah Məhəmmədovu “Qoçu” ləqəbi ilə uzun müddətdir tanıyır, münasibətləri normaldır. 20 mart 2023-cü il tarixdə, gecə saat 4 radələrində ünvan 2 ünvanda yerləşən “Troya” gecə klubuna kofe içmək məqsədilə getmişdir. Orada təxminən yarım saat vaxt keçirdikən sonra yenidən taksi işləmək üçün çıxmışdır. Avtomobilinə yaxınlaşan zaman arxa tərəfdə səsküy olduğunu eşitmiş və geri dönüb baxan zaman “Troya” gecə klubunun qarşısında mübahisə baş verdiyini görmüşdür. Həmin vaxt mübahisə baş verən yerə tərəf getmək istəyən zaman tanışı İnşallahın əlini qarnının sol tərəfinə qoyub ona tərəf gəldiyini görmüşdür. İnşallah onun yanına gələndə nə baş verdiyini soruşduqda İnşallah əlini qarnından çəkmiş və qarnının qanadığını görmüşdür. Lakin İnşallah nə baş verdiyini ona deməmişdir. Sadəcə xəstəxanaya aparmağını ondan xahiş etmişdir. O neçə illərdir tanışı olduğuna və bədənində qan gördüyünə görə xəstəxanaya aparmağa razılaşmışdır. İnşallah onun idarə etdiyi avtomobilə tanımadığı bir nəfər kişi cinsli şəxslə əyləşmiş və o, onları X10 aparmışdır. Orada həkimlər dərhal İnşallaha müdaxilə etmiş və cərrahi əməliyyata aparmışlar. Bundan sonra həmin yerə Bakı şəhəri, Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin əməkdaşları gəlib hadisə barədə onu sorğu-sual etmişlər və o bildikləri barədə onlara məlumat vermişdir. O, mübahisədə iştirak etməmişdir. “Troya” gecə klubuna sadəcə vaxt keçirtmək üçün getmişdir. O, oradan çıxdıqdan sonra ifadəsində qeyd etdiyi kimi mübahisə baş verdiyini görmüşdür. Mübahisədə iştirak edən şəxsləri tanımır və onların şəxsiyyəti barədə heç nə bilmir (Cild 1, i.v. 5-7;).
13. Məhkəmədə müdafiə tərəfinin vəsatəti ilə məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş X3 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi elan edilərək tədqiq edilmiş və B.A.Hüseynova həmin ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs oğludur. 20 mart 2023-cü il tarixdə, təxminən gecə saat 5 radələrində o, yaşadığı evdə olan zaman oğlu Əlif evə gəlmişdir. O, həmin vaxt Əlifin başından qan axdığını görüb nə baş verdiyini soruşmuş, Əlif isə mübahisə etdiyini bildirmişdir. Həmin vaxt Əlif kiminlə mübahisə etməsini ona bildirməmişdir. Lakin sonradan 20 mart 2023-cü il tarixdə, təxminən gecə saat 4 radələrində oğlu Əlifin Bakı şəhəri, Səbail rayonu ərazisində tanışı Zərərçəkmiş şəxs qarın nahiyyəsinə bir dəfə bıçaqla vuraraq xəsarət yetirməsini öyrənmişdir. Oğlu Əlif ilə İnşallah arasında əvvəllər heç bir düşmənçilik və ya ədavət olmamışdır. O, 20 mart 2023-cü il tarixdə onların arasında olan mübahisəni və Əlifin hansı səbəbdən İnşallahı bıçaqla vurub xəsarət yetirməsinin səbəbini bilmir (Cild 1, i.v. 133-136;).
14. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:
15. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” 20 mart 2023-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri, Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis baş leytenantı X4 tərəfindən həmin tarixdə, saat 5:00 radələrində X9 Bakı şəhəri, Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinə daxil olan məlumata əsasən Zərərçəkmiş şəxs qarın nahiyyəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu ilə müraciət etməsi faktına görə toplanmış HK-1/215 saylı material əsasında Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılaraq icraata qəbul edilməklə istintaqı aparılmışdır (Cild 1, i.v. 1-4;).
16. Cinayət aləti olan “Bıçağın götürülməsi və baxış keçirilməsi haqqında” 20 mart 2023-cü il tarixli protokol və ona əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs könüllü olaraq 1 (bir) ədəd bıçağı təqdim edərək Zərərçəkmiş şəxs qarın nahiyəsinə həmin bıçaqla bir dəfə vuraraq xəsarət yetirdiyini bildirmişdir. Bıçağa baxış keçirilərkən həmin bıçağın qara rəngli tiyəsi olmaqla, tiyəsinin üzərində 3 (üç) ədəd deşikli, dəstəyinin üzərində şəffaf rəngli metal hissəsi əlavəsi olan üzərindəki xüsusi düymə ilə açılıb əllə qatlanması müəyyən edilmiş, iş üçün əhəmiyyət kəsb etdiyindən həmin bıçaq qablaşdırılaraq götürülmüşdür (Cild 1, i.v. 32-35;).
17. “Şübhəli şəxsin ifadələrinin yerində yoxlanılması haqqında” protokol və ona əlavə edilmiş fotocədvəldən görünür ki, hadisə yeri ünvan 2 ünvanda yerləşən “Troya” gecə klubunun qarşısıdır. Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə hadisə yerində ifadəsində göstərdiyi şəkildə hadisənin baş vermə mexanizmini əyani olaraq göstərmişdir (Cild 1, i.v. 36-37).
18. X5 tərəfindən Zərərçəkmiş şəxs 12 aprel 2023-cü il tarixli qərara əsasən zərərçəkmiş şəxs qismində tanınmışdır. (Cild 1, i.v. 62-63)
19. “Cinayət işinin icraata qəbul edilməsi haqqında” 13 aprel 2023-cü il tarixli qərar və müvafiq raportdan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi Bakı şəhəri, Səbail Rayon Polis İdarəsinin baş müstəntiqi, polis polkovnik-leytenantı X2 tərəfindən icraata qəbul edilərək istintaqı davam etdirilmişdir (Cild 1, i.v. 72-73).
20. “Sağlamlığın təyininə dair canlı şəxsin məhkəmə-tibbi ekspertizasının” 27 mart 2023-cü il tarixli 131 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər - sağ əlin İİ barmağının və sağ təpə nahiyəsinin səthi kəsilmiş yaraları iti kənarlı əşyanın (alətin) təsirindən törənmişlər, 20 mart 2023-cü il tarixində, kənar şəxs tərəfindən qeyd olunan nahiyələrə iti kənarlı əşya ilə vurma nəticəsində əmələ gələ bilərdilər, hər biri ayrı-ayrılıqda, həm də ümumilikdə sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. (Cild 1, i.v.75-77)
21. “Respublika Psixiatriya Xəstəxanası” Publik Hüquqi şəxsin baş direktoru Orxan Cəfərov tərəfindən verilmiş 20 aprel 2023-cü il tarixli, 5081 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə xəstəxanada müalicə olunmamışdır. (Cild 1, i.v.126)
22. “Sağlamlığın təyininə dair canlı şəxsin məhkəmə-tibbi ekspertizasının” 27 aprel 2023-cü il tarixli 176 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər – perikardın (ürək kisəsinin), diafraqmanın, Vİİ qabırğanın qığırdağının zədələnməsi, eləcə də, sol döş boşluğuna çoxlu qanaxma ilə müşayiət olunan döş qəfəsinin sol yarısının ön səthinin daxilə nüfuz edən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası deşici-kəsici xarakterli alətin bir zərbəsinin təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 20 mart 2023-cü il tarixində, kənar şəxs tərəfindən döş qəfəsinin sol yarısının ön səthinə bıçaqla vurma nəticəsində əmələ gələ bilərdilər, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddirlər. (Cild 1, i.v. 137-141)
23. “Maddi sübutların məhkəmə - kriminalistik, məhkəmə ballistik ekspertizasının” 3 may 2023-cü il tarixli 3/674 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş 1 (bir) ədəd bıçaq kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik turist bıçağıdır, soyuq silah hesab edilmir. Aparılmış tədqiqatın dəyəri 64 (altmış dörd) manatdır (Cild 1, i.v. 143-145)
24. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri, Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Röyal Hümbətəvun 15 aprel 2023-cü il tarixli sorğusu və həmin sorğuya qeyd edilən İdarənin 39-cu Polis Bölməsinin rəisi, polis mayoru Sabir Həsənovun 9 may 2023-cü il tarixli 2118/8 nömrəli cavab məktubundan görünür ki, hadisənin bilavasitə şahidi olmuş digər şəxslərin, o cümlədən Azər və İlkin adlı şəxslərin şəxiyyətlərinin, habelə hadisə baş verən yaxınlıqda olan iaşə və digər obyektlərdə quraşdırılmış təhlükəsizlik və müşahidə kameralarından hadisəyə dair müvafiq görütülərin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri keçirilmiş, müsbət nəticə əldə edilməmişdir. (Cild 1, i.v. 78; 148)
25. “Sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında” 10 may 2023-cü il tarixli qərara və müvafiq olaraq 14 may 2023-cü il tarixli raporta əsasən cinayət aləti olan 1 (bir) ədəd bıçaq iş üzrə maddi sübut kimi tanınmaqla həmin bıçağın Bakı şəhəri Səbail RPİ-nin maddi sübutların saxlanc yerində saxlanması qərara alınmışdır. Həmin qərarla “Azər” adlı şəxsin şəxsiyyətinin müəyyən edilməsi və barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması üçün qəbul edilmiş qərarın surətinin Bakı şəhəri, Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinə göndərilməsi qərara alınmışdır. (Cild 1, i.v.149-162; 178)
26. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin 6 aprel 2023-cü il tarixli cavabından, müvafiq hökm və qərarların surətlərindən görünür ki, Bakı Şəhəri, Nəsimi Rayon Məhkəməsinin 6 iyul 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq cəzasını ümümi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Həmin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilmişdir ki, Təqsirləndirilən şəxs on ilə yaxındır müxtəlif narkotik vasitələrdən istifadə etməsini və miqdarını, dəfələrlə məhkəmə iclaslarından yayındığı üçün barəsində məcburi gətirmə, axtarış və həbsli axtarış barədə qərarların çıxarılmasını, mənfi xarakterizə olunan şəxsiyyətini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq məhkəmə ona təqsirli bildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəzanın məqsədinə nail olmaq baxımından mümkün hesab etmişdir. Bundan başqa, Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin 3 dekabr 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının 4-cü bəndi tətbiq edilərək təyin edilmiş cəzasının çəkilməmiş hissəsi 6 (altı) ay azaldılmaqla cəzasını çəkmiş hesab edilmiş, lakin həmin hökmə əsasən məhkumluğu ödənilməmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs Bakı Şəhəri, Nərimanov Rayon Məhkəməsinin 4 fevral 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib ona 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 1(bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Həmin hökmə əsasən Təqsirləndirilən şəxs üzərinə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən həmçinin gün ərzində saat 23:00-dan 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək kimi vəzifələr qoyulmuşdur. (Cild 1, i.v. 61; 93-110; Cild 2)
27. “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” 12 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə cəlb olunmasına dair müstəntiq Ceyhun Mircavadlı tərəfindən qərar qəbul edilmiş, həmin qərar müdafiəçisinin iştirakı ilə ona elan edilməklə hüquq və vəzifələri izah edilmişdir. (Cild 1, i.v. 163-169;)
28. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə müstəntiq C.R.Mircavadlı tərəfindən 16 may 2023-cü il tarixdə tərtib edilmiş ittiham aktından görünür ki, həmin ittiham aktı 17 may 2023-cü il tarixdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq edilərək baxılması üçün Bakı Ağır Cinayət Məhkəməsinə göndərilmişdir (cild 1, i.v.179-189;).
29. Zərərçəkmiş şəxs 5 iyul 2023-cü il tarixli ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs bağışladığını, onunla barışdığını və ona qarşı hər hansı şikayət və ya tələbinin olmadığını bildirərək ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etdmişdir. (Cild 2)
30. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı Şəhər Probasiya İdarəsinin 28 sentyabr 2023-cü il tarixli 21-1-3-23174 nömrəli məktubunda göstərilmişdir ki, məhkum Təqsirləndirilən şəxs 19 mart 2022-ci il tarixdə Bakı Şəhər Probasiya İdarəsində qeydiyyata alınmış, həmin tarixdə məhkuma elektron nəzarət vasitəsi tətbiq edilmiş və cəza müddətinin sonu 16 mart 2024-cü il tarixə hesablanmışdır. Məhkum Təqsirləndirilən şəxs 28 sentyabr 2023-cü il tarixə cəzasının çəkilməmiş hissəsi 5 (beş) ay 15 (on beş) gün təşkil edir.
Əməlin tövsifi və digər hüquqi məsələlər:
31. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CMin) 3-cü maddəsinin tələbinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.
32. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.
33. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsinatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir.
34. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə - CPM-in) 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayət-prosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarla birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş ola, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər.
35. Həmçinin Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir.
36. CM-in 126.1-ci maddəsində qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurmaya görə cinayət məsuliyyəti müəyyən edilir. Həmin maddənin sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur.
37. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən Azərbaycan Respublikasının cinayət və cinayət-prosessual qanunvericiliyin tələblərini rəhbər tuturaraq, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarının müddəalarını da nəzərə alır.
38. Belə ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər.
39. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir.
40. CPM-in 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır.
41. CPM-in 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.
42. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin tövsifi ilə əlaqədar qeyd edir ki, CM-in 126.1-ci maddəsinin dispozisiyası sağlamlığa vurulan ağır zərərin iki növünü nəzərdə tutmuşdur. Həyat üçün təhlükəli olan zərər və həyat üçün təhlükəli olmayan, lakin öz nəticəsinə görə ağır hesab edilən zərər. Bu zaman həyat üçün təhlükəli zərər dedikdə, yetirilən anda zərərçəkmiş şəxsin həyatı üçün təhlükə törədən və ya adi gedişində ölümlə nəticələnən zərər başa düşülür. Sağlamlığa zərər vurmanın həyat üçün təhlükəli olmasını qiymətləndirdikdə tibbi yardım nəticəsində ölüm halının qarşısının alınması nəzərə alınmamalıdır. Şərh edilən cinayət maddi tərkibli olmaqla CM-in 126.1-ci maddəsinin dispozisiyasında göstərilmiş nəticələrdən hər hansı biri mövcud olduğu andan başa çatmış hesab ediləcəkdir. Hər bir halda zərərçəkmişə dəymiş zərərlə təqsirkarın qanunazidd əməli arasında səbəbli əlaqə olmalıdır. Bu cinayət subyektiv cəhətdən həm birbaşa, həm də dolayı qəsdlə törədilə bilər. Təqsirkar başqa şəxsin sağlamlığı üçün təhlükəli olan əməl törətdiyini dərk edir, bunun həmin şəxsin sağlamlığına ağır zərər vuracağını qabaqcadan görür, belə zərərin vurulmasını arzu edir (birbaşa qəsd) və ya onun vurulmasına şüurlu surətdə yol verir (dolayı qəsd). Bu cinayətlər üzrə qəsd çox vaxt qeyri-müəyyən olur. Ona görə də təqsirkarın əməli faktiki baş vermiş nəticələrə görə tövsif edilməlidir.
43. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs mübahisə zamanı qisas almaq məqsədi ilə Zərərçəkmiş şəxs deşici-kəsici əşya ilə qəsdən bir dəfə zərbə vuraraq perikardın (ürək kisəsinin), diafraqmanın, Vİİ qabırğanın qığırdağının zədələnməsi, eləcə də, döş boşluğuna çoxlu qanaxma ilə müşayiət olunan döş qəfəsinin sol yarısının ön səthinin daxilə nüfüz edın bir ədəd deşilmiş-kəsilmiş yara xəsarəti yetirməsi ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq həyat və sağlamlıq üçün təhlükəli olduğundan qəsdən sağlamlığa ağır zərərvurma kimi qiymətləndirilmişdir.
44. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün işin faktiki hallarına uyğun gələn ifadələri ilə yanaşı Zərərçəkmiş şəxs, şahidlər Şahid2, N.Şahid3, Şahid1 və Şahid4 ifadələri, habelə ifadənin yerində yoxlanılması haqqında və götürmə aparılması və baxış keçirilməsi haqqında istintaq hərəkətləri, eləcə də ekspertiza rəyləri və digər sənədlərlə kifayət qədər sübuta yetirilir.
45. Təqsirləndirilən şəxs hadisə zamanı özünü müdafiə etmək məqsədi ilə Zərərçəkmiş şəxs döş qəfəsinin sol yarısına bir dəfə qəsdən zərbə vuraraq xəsarət yetirməsi barədə göstərdiklərinə məhkəmə tənqidi yanaşaraq həmin ifadələr onun özünü müdafiə xarakteri daşımaqla ağır cinayət əməlinə görə məsuliyyətə cəlb olunmaqdan və cəzalanmaqdan yayınmaq məqsədi daşıdığından, habelə iş materialları ilə öz təsdiqini tapmadığından rədd edilməlidir.
46. Belə ki, zəruri müdafiə həddini aşmaqla qəsdən sağlamlığa ağır zərər vurma CM-in 130.1-ci maddəsi ilə cinayət məsuliyyətinə səbəb olur. Zəruri müdafiə həddini aşma dedikdə, qəsdən xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə açıq-aşkar uyğun gəlməyən qəsdən törədilən hərəkətlər başa düşülür. Zəruri müdafiə həddiqini aşmaqla qsədən ağır zərər vurma müxtəlif formalarda təzahür edə bilər: müdafiədə və hücumda istifadə edilən vasitələrin uyğun olmaması; müdafiənin qsədlə müqayisədə daha intensiv şəkildə həyata keçirilməsi; müdafiə zamanı qəsdlə müqayisədə açıq-aşkar uyğun olmayan tədbirlərin seçilməsi. Zəruri müdafiə həddinin aşılıb-aşılmaması məsələsi həll edilərkən, müdafiə olunana qarşı yönələn qəsdin xarakteri və təhlükəlilik dərəcəsi, belə qəsdin qarşısının alınmasında onun gücü və imkanları (hücum edənlərin və müdafiə olunanların sayı, onların yaşı, fiziki inkişafı, silahın olub-olamamsı, qəsdin baş verdiyi yer və vaxt, habelə hücum edənlərin və müdafə olunanaların qüvvələr nisbətini aydınlaşdırmağa real imkan verən sair hallar) nəzərə alınmalıdır. Əməlin zəruri müdafiə vəziyyətində edilən hərəkət kimi qiymətləndirilməsi üçün qəsd mövcud olmalıdır. Mövcud qəsd – başlamış, davam edən və hələ başa çatmamış ictimai təhlükəli əməldir. Ona görə də qəsd başa çatmışdırsa və belə vəziyyət təqsirkar tərəfindən dərk edilirsə, qəsdən edənin sağlamlığına ağır zərər vurulması ümumi əsaslarla CM-in 126.1-ci maddəsi ilə cinayət məsuliyyətinə səbəb olur. Lakin işin faktiki halları ilə cinayət qanununun xüsusi hissəsinin qeyd edilən maddəsində (CM-in 130.1-ci maddəsi) göstərilən obyektiv cəhətin bütün əlamətlərinin hazırkı cinayət əməlində olmadığı müəyyən edilir.
47. Halbuki, işin faktiki halları ilə birmənalı olaraq təsdiq edilir ki, Şahid3 ilə Təqsirləndirilən şəxs arasında borc münasibətləri olmuş, Şahid3 Təqsirləndirilən şəxs 700 manat borcu olmuşdur. Həmin borc Şahid3 Təqsirləndirilən şəxs nisyə fişəng alaraq satması və pulunu Təqsirləndirilən şəxs qaytarmaması nəticəsində yaranmışdır. Bu məsələdən Şahid3 tanışları Zərərçəkmiş şəxs, Şahid4 və Azər adlı şəxslərin də məlumatı olmuşdur. Eyni zamanda Təqsirləndirilən şəxs aldığı fişənglərin satışını Şahid3 məhz Zərərçəkmiş şəxsla birlikdə həyata keçirdiyindən Zərərçəkmiş şəxs da borc məsələsinə birbaşa bağlılığı olmuşdur. Təqsirləndirilən şəxs məhz qeyd olunan borcunu Şahid3 almaq üçün gecə saatlarında azadlığın məhdudlaşdırılması cəzasını çəkməsi ilə əlaqədar üzərinə qoyulmuş vəzifələrin tələblərini, yəni gecə saat 23:00 radələrindən 06:00 radələrinədək yaşayış yerini tərk etməmək kimi vəzifəsini yerinə yetirməyərək “Troya” gecə klubuna gəlmiş, bununla əlaqədar əvvəlcə Şahid3la mübahisə etmiş, daha sonra Şahid4, Zərərçəkmiş şəxs və Azər adlı şəxs də mübahisəyə qoşulmuş, yaranmış mübahisə zamanı Azər adlı şəxs Təqsirləndirilən şəxs baş nahiyəsindən vuraraq ona dərəcəsi təyin edilməyən xəsarətlər yetirmiş, Təqsirləndirilən şəxs isə üzərində olan bıçaqla mübahisəni sakitləşdirməyə çalışan Zərərçəkmiş şəxs sol döş boşluğundan bir dəfə zərbə vuraraq ona həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarət yetirmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla və Təqsirləndirilən şəxs özünün də təsdiq etdiyi kimi Azər adlı şəxsdən başqa Zərərçəkmiş şəxs, Şahid3 və digər şəxslər tərəfindən Təqsirləndirilən şəxs xəsarət yetirilməmiş, eyni zamanda Təqsirləndirilən şəxs tərəfindən də Zərərçəkmiş şəxs başqa Şahid3, Şahid4 və digər şəxslərə xəsarət yetirilməmişdir. Azər adlı şəxs Təqsirləndirilən şəxs onun baş nahiyəsindən vuraraq xəsarət yetirdikdən sonra Təqsirləndirilən şəxs özünün də təsdiq etdiyi kimi sərxoş vəziyyətdə olduğundan qisas almaq məqsədi ilə üzərində olan bıçaqla mübahisəni sakitləşdirmək istəyən və onun ən yaxınlığında olanlardan Zərərçəkmiş şəxs bıçaqla bir dəfə qəsdən vuraraq ona həyat üçün təhlükəli olan ağır dərəcəli bədən xəsarəti yetirmişdir. Bu isə Təqsirləndirilən şəxs zəruri müdafiə vəziyyətində olmasını tamamilə inkar etməklə onun tam şuurlu şəkildə qisas məqsədi ilə hazırkı cinayət əməlini törətməsi qənaətinə gəlməyə əsas verir.
48. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs 6-7 nəfər şəxs tərəfindən ona hücum edilməsi, buna görə də özünü müdafiə üçün məcbur qalaraq bıçaqla Zərərçəkmiş şəxs xəsarət yetirməsi barədə məhkəmədə verdiyi ifadələrinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi özünü müdafiə xarakteri daşımaqla ağır cinayət törətdiyinə görə cinayət məsuliyyətinə cəlb olunmaqdan yayınmaq və cəzasını yüngülləşdirmək məqsədi daşıyır və özünün işin faktiki halları təkzib olunan ifadələrindən başqa heç bir mötəbər sübutla təsdiq olunmadığından inandırıcı hesab olunmur.
49. “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur.
50. Qeyd edilənlərə əsasən, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları tədqiq edib CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, məhkəmədə təqsirləndirilən şəxsin qəsdən sağlamlığa ağır zərər vurması sübuta yetirildiyindən onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CM-in 126.1-ci maddəsi ilə tövsif edilmiş, o, həmin maddə təqsirli bilinməklə ona cəza təyin edilməlidir.
51. Beləliklə, məhkəmə kollegiyası, iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində CM-in 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də, Təqsirləndirilən şəxs CM-in 126.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır.
Cəzanın təyin edilməsi və digər məsələlər:
52. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Məhkəmə hökmü haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları da nəzərə alır.
53. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır.
54. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 saylı qərarın 45-ci bəndinə göstərilmişdir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir.
55. CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır.
56. Hökmün 26-cı bəndində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs əvvəllər qəsdən az ağır cinayət əməlini törətməsinə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi və həmin əməlinə görə məhkumluğu ödənilmədən hazırkı cinayət əməlini törətməsi onun əməlində cinayətlərin residivini yaradır.
57. Məhkəmə hökmün 29-cu bəndində qeyd edilənlərə əsasən CM-in 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etməsini və məhkəməyədək icraat zamanı cinayət aləti olan bıçağı könüllü olaraq istintaq orqanına təqdim edərək baş vermiş hadisənin mexanizmi barədə ətraflı məlumat verməklə törətmiş olduğu əməli səmimi olaraq etiraf etməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır.
58. Məhkəmə CM-in 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivini təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. (hökmün 26-cı bəndi)
59. CM-in 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz.
60. Qeyd edilənlərə, habelə məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs məhkəmə iclaslarına dəfələrlə gecikməsi, bununla əlaqədar barəsində məcburi gətirmə qərarının çıxarılmasını, həmçinin hazırkı cinayət əməlini başqa hökm üzrə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməsi zamanı üzərinə qoyulmuş vəzifələri (gecə saat 23:00-dan səhər saat 6:00-dək yaşadığı evi tərk etməmək və sair) qəsdən pozaraq törətməsinə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş məhz azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər.
61. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 20 mart 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 21 mart 2023-cü il tarixdə barəsində polisin nəzarəti altına vermə haqqında qətimkan tədbiri seçilmişdir. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş polisin nəzarəti altına vermə haqqında qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, i.v. 20-21, 52-56)
62. CM-in 67.1-ci madddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır.
63. Hökmün 26 və 30-cu bəndlərində qeyd edilənlərə əsasən Təqsirləndirilən şəxs hazırda 5 (beş) ay 8 (səkkiz) gün müddətə çəkilməmiş azadlığın məhdudlaşdırılması cəzası qalmışdır.
64. CM-in 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılması cəzasının iki günü bərabər tutulur.
65. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə təqsirli bilindiyi əməlinə görə CM-in 65.2-ci maddəsinin tələbinə görə cəza təyin edilməli və daha sonra CM-in 67.1 və 68.1.1-1-ci maddələrinə əsasən hökmlərin məcmusuna görə ona qəti cəza təyin edilməlidir.
66. Məhkəmə həmçinin təqsirləndirilən şəxsin cəzaçəkmə müəssisəsinin növünün də müəyyən edilməsinin zəruriliyini qeyd edir.
67. CM-in 56.1.3-cü maddəsinin tələbinə görə azadlıqdan məhrum etmə növündə cəza cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir.
68. Məhkəmə, CPM-in 353.4.8-ci maddəsinə əsasən, ibtidai həbs müddətinin CM-in 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 20 mart 2023-cü il tarixdən 21 mart 2023-cü il tarixədək şübhəli şəxs qismində tutularaq saxlanıldığı 2 (iki) gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla, Təqsirləndirilən şəxs qəti cəza təyin edilməli, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməli, məhkəmə iclası zalından dərhal həbsə alınmalı və təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin əvvəli isə 4 oktyabr 2023-cü il tarixdən hesablanmalıdır.
69. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.
70. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4№-li qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər.
71. Bununla yanaşı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında“ 12 yanvar 1999-cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb eyni zamanda məhkumları islah etmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır.
72. Qanunverici tərəfindən təqsirləndirilən şəxsin ittiham olunduğu maddənin sanksiyasında yalnız azadlıqdan məhrum etmə cəzasının nəzərdə tutulması qeyd edilməklə, qanunun yuxarıda şərh edilən tələbləri baxımından törədilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə almaqla yanaşı, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı yalnız real surətdə çəkməsi cəzanın məqsədlərini təmin edə bilər.
73. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində iş üzrə CMin 99-1.1.1-99-1.1.4-cü maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakı müəyyən edilmədiyindən barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir.
74. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar CPM-in 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olmaqla Bakı şəhəri, Səbail Rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan cinayət aləti olan bir ədəd bıçaq məhv edilməlidir.
75. CPM-ə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır.
76. Məhkəmə hesab edir ki, CPM-in 198.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs 64 (altmış dörd) manat məbləğində məhkəmə məsrəflərinə aid olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir.
77. Cinayə işi üzrə mülki iddia verilməmiş və üzərinə həbs qoyulmuş əmlak yoxdur.
78. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır.
79. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir.
80. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 4 fevral 2022-ci il tarixli hökmü ilə təyin edilmiş 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalmış 5 (beş) ay 8 (səkkiz) gün hissəsi həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü bir gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla hesablanaraq 2 (iki) ay 19 (on doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə ona təyin olunmuş 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə Təqsirləndirilən şəxs qəti olaraq 4 (dörd) il 1 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 20 mart 2023-cü il tarixdən 21 mart 2023-cü il tarixədək şübhəli şəxs qismində tutularaq saxlanıldığı 2 (iki) gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla Təqsirləndirilən şəxs üzərində 4 (dörd) il 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz olunmaqla Təqsirləndirilən şəxs dərhal məhkəmə iclas zalından həbs olunsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 4 oktyabr 2023-cü tarixdən hesablansın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan cinayət aləti olan bir ədəd bıçaq məhv edilsin. Təqsirləndirilən şəxs 64 (altmış dörd) manat məbləğində məhkəmə məsrəfi olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Cinayət işi üzrə üzərinə həbs qoyulmuş əmlakın, mülki iddianın və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.